среда, 2 мая 2012 г.

72. CİN SURƏSİNİN ŞƏRHİ


Ç\
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

              Mərhəmətli və Rəhimli Allahın adı ilə!  

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

(72. 1) “De: “Mənə vəhy edildi ki, bir neçə nəfər cin eşit­miş­­­­­lər və demişlər: “Həqiqətən, biz qəribə bir Quran eşitdik».
(72. 2) “O, doğru yola yönəldir və biz ona iman gətirdik və Rəb­­­bi­mi­zə şəriklər qoşmayacağıq”.

Allah cinləri Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ya­nına gətirtmişdir ki, onlar Quran ayələrini dinləsinlər. Bununla da O (Pak və Müqəddəs), haqqı onların nəzərinə çatdıraraq onlara olan nemətini tamamlayır və istəyir ki, onlar öz xalqlarının ara­sın­da nəsi­hətçi olsunlar. Sonra Fövqəluca Muhəmməd Peyğəmbərə (ona Allah­ın salavatı və salamı olsun!) buyurur ki, bu barədə bü­tün insan­lara xəbər versin.
Cinlər ona yaxınlaşanda, dedilər: “Qulaq asın!” Onlar sus­du­lar və Quran ayələrinin mənasını dərk edə bildilər və haqq on­la­­rın ürək­­lərinə nüfuz etdi. Onlar dedilər: “Həqiqətən, biz ecazkar bir Kitab eşitdik. Bu – yüksək dərəcədə qeyri-adi, arzuedilən və gö­­zəl Ki­tab­dır. O, insanlara maddi və mənəvi zənginlik əldə et­mə­­yə kömək gös­tərir. Biz ona iman gətirdik və biz Rəbbimizə şə­rik­­lər qoş­ma­ya­ca­ğıq».
Onlar yaxşılıq etmədən təsəvvür edilməyən imanı, təq­va­lı­lıq­­la əlaqələndirdilər, təqvalılıq sayəsində isə insan şərdən çəkinir. On­­lar etiraf etdilər ki, məhz Quran nəsihətləri onlara doğru yola gəl­­məyə və imanın xeyirxahlıq meyvələrini dadmağa yardım etdi. Qu­ran fayda verə bilən nə varsa, izah edir və zərər vuran nə var­sa, onlar barədə xəbərdarlıq edir. Həqiqətən, o, ən böyük möcüzə və onun nurunun ziyalandırdığı hər kəs üçün və onun hökümlə­ri­nə etimad göstərənlər üçün inandırıcı sübutdur.
Yalnız belə iman fayda və bar gətirir, çünki o, Allahın Ki­ta­bı­na tam itaətə əsaslanır. Lakin insan dini öz xalqının ənə­nə­lə­rinin, vali­deynlərinin və ya dostlarının xatirinə qəbul edirsə, onda həqiqi iman­dan danışmaq olmaz. Belə insan yalnız başqalarını kor-koranə təqlid edir və asanlıqla şübhəyə düşə və ya çoxsaylı  maneələr qarşısında ge­ri çəkilə bilər.
 ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ

(72. 3) “Həqiqətən, Rəbbimizin əzəməti və cəlalı föv­qəl­ali­dir və O, Özünə nə zövcə, nə də övlad götürməmişdir».

Allahın əzəməti müqayisə olunmazdır[1], Onun gözəl adla­rı isə müqəddəsdir. Cinlər başa düşmüşdülər ki, Allah o dərəcədə əzə­mətli­dir ki, nə zövcəyə, nə də övladlara möhtac deyildir və Onun əzəməti Onun hər bir kamil sifətində öz inikasını tapır. Zöv­cənin və övladın varlığı heç vəch ilə bu məziyyətlərə sığmır, çün­ki fövqəlali kamilliyə ziddir.
 ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ
(72. 4) “Həqiqətən, aramızdakı axmaq Allaha hədsiz sözlər söylə­yirmiş”.

Axmaq şeytan Allah haqqında zalımcasına mühakimə yü­rüt­­müş və yol verilən həddi aşmışdır. O, buna yalnız öz ağılsızlığı üzün­­dən yol verib. Əgər o ağıllı olsaydı, söylədikləri üzərində dü­şü­nər­di.


ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ
(72. 5) “Həqiqətən, biz elə zənn edirdik ki, nə insanlar, nə də cinlər Allah haq­qında yalan danışmaz”.

Biz əvvəllər aldadılmışdıq, bizim başçılarımız və ağsaq­qal­la­rımız bizi azdırmışdılar. Biz, insanlar və cinlər arasındakı ad­lı-sanlı insanlar haqqında yaxşı rəydəydik və belə hesab edirdik ki, on­lar Allahın barəsində heç vaxt yalan danışmağa cəsarət et­məz­lər. Bu­na görə də biz indiyədək onların yolu ilə gedirdik. Bu gün isə haqq bizə aydın oldu və biz onu qəbul etdik və ona tabe ol­duq. Bu gün­dən son­ra biz doğru yoldan üz döndə­rənlərin söz­lərinə əh­ə­miy­­­yət verməyə­cəyik.
 ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ

(72. 6) “Həqiqətən, insanlardan olan kişilər cinlərdən olan ki­­şilə­rin himayədarlığını axtarırdılar, lakin onların yalnız qor­xu­­su artı­rılırdı».

Bir sıra şərhçilər “rəhəq” sözünün “özbaşınalıq”, “təkəbbür” mə­­­na­sı verdiyini hesab edir və onu cinlərə aid edirdilər, yəni, in­san­­lar möhkəm qorxuya düşdükdə və dəhşətə gəldikdə, cinlərin hi­­­mayəsinə pənah aparır və onlara ibadət edirdilər və bununla da cin­­lərin özba­şınalığını və tə­kəbbürünü gücləndirirdilər. Cinlər də, in­­s­anların onla­ra ibadət etdiklərini və onların müdafiəsinə möhtac ol­duqlarını gör­dükdə qürrələnirdilər.
Bir başqa şərhə görə isə, “rəhəq” sözü “qorxu” məna­sın­da­dır və insanlara aiddir, yəni, cinlər insanların onların himayəsini ax­tar­dıqlarını gördükdə, onları lap bərk qorxudur və dəhşətə sa­lır­dılar ki, insanlar daima onlara ibadət və kömək üçün müraciət et­sinlər. Buna görə ərəblər, vadilərə düşəndə, cinlərin onları qor­xut­duğu yerlərdə de­yirdilər: “Biz bu vadinin ağasına yalvarırıq ki, bizi öz qəbiləsinin avvamlarından qorusun”.

 ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(72. 7) “Onlar da sizin kimi fikirləşirdilər ki, Allah heç vaxt heç ki­mi dirilt­məyəcək».

Onlar dirildilməyə daha iman gətirmədilər, bütpərəstliyə və yol­­suzluğa düşmüşdülər.
 ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(72. 8) “Həqiqətən, biz göyə qalxdıqda aşkar etdik ki, o, sərt mü­ha­fizəçilər və alovsaçan odlarla doldurulmuşdur».

Biz birinci göyə qalxdıq və onu nəzərdən keçirdik, lakin o, bizə onun kənarlarına çatmağa və ona lap yaxınlaşmağa imkan ver­məyən qüdrətli gözətçilərlə doldurulmuşdu. Mələklər isə Al­la­hın əmrlərinə gizlicə qulaq asanları məşəllərlə vurub salırdılar, hal­buki əvvəllər bu belə deyildi və biz göylərdən gələn xəbərləri öy­rənə bilirdik.

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ

(72. 9) “Əvvəllər biz oradakı mövqelərdə oturub din­lə­yər­dik. La­kin indi dinləyən, onu alovsaçan bir məşəlin gözlədiyini aş­kar edir”.
Biz oturaq mövqelərdə əyləşib, göylərdən Allahın bizə bil­mə­­yə icazə verdiyinə qulaq asardıq. Lakin indi göylərdən gələn xə­­bərlərə qulaq asan istənilən şeytanı məhv etməyə, yandırıb-yax­ma­­ğa hazır olan axıcı ulduzlar bizi daima güdürlər.
Cinlər anlamışdılar ki, göylərdəki qayda-qanunlar nahaq ye­­­rə dəyiş­məmişdir – çox böyük və mühüm bir hadisə baş ver­miş­­­dir. On­lar belə qərara gəldilər ki, Fövqəluca Allah ya yer üzü­nə böyük bir nemət nazil etmək, ya da onun üzərində dəhşətli bir bə­­la yaratmaq niyyətindədir. Buna görə dedilər:

ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(72. 10) “Biz bilmirik ki, bu bəla yer üzündəkilər üçünmü dü­­şü­nü­lüb və ya Rəbb onları doğru yola yönəltmək istəyir?”

İkisindən biri mütləq baş verəcəkdir. Cinlər indiyədək heç ki­min görmədiyi böyük dəyişiklikləri gördülər. Öz fərasətləri sa­yə­sində onlar başa düşmüşdülər ki, bütün bunlar Allahın iradəsi ilə baş ver­mişdir və vacib olan odur ki, ən başlıca hadisələr göy­lər­də deyil, yer üzündə cərəyan edir. Bu ayədən həmçinin gö­rü­nür ki, cinlər Allah barədə çox ehtiramla danışırlar. Onlar Onun adı­nı nemətlə - xeyirlə əlaqələndirdikləri halda, bəlanın kimin tə­rə­fin­dən yaradıldığı barədə heç nə demirlər, hərçənd həm bu, həm də digəri yalnız Rəbbin iradəsi ilə baş verir.

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ
(72. 11) “Həqiqətən, içimizdə salehlər də var və onlardan aşağı ol­an­lar da. Biz təriqətlərə bölünmüşük».

Xeyirxah mömin cinlərlə yanaşı aramızda günahkar, yolsuz və kafir cinlər də vardır. Əvvəllər biz müxtəlif qruplara ay­rıl­mış­dıq, hər qrupun öz istəyi və marağı var idi. Biz özümüzdə olana se­­vinirdik və heç başqa bir şeyi eşitmək belə istəmirdik.

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ

(72. 12) “Həqiqətən, biz anladıq ki, yer üzündə Allahı aciz qoya bil­mərik və Ondan qaçmaqla da xilas ola bilmərik».

İndi bizə aydındır ki, Allah fövqəlqüdrətlidir, biz isə aciz və kö­­məksizik. Biz Onun əlindəyik və Onu yer üzündə ha­ki­miy­yət­dən məh­rum edə bilmərik və hətta bütün imkanlardan istifadə et­sək də, Ondan qaça bilmərik. Allahdan qorunmaq yalnız Onun Özü­nə sığın­maqla müm­kün­dür.

ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(72. 13) “Həqiqətən, biz Haqq rəhbərliyi eşidən kimi ona iman gə­tir­dik. Rəbbinə iman gətirən nə haqqının əksildilə­cə­yin­­dən, nə də haq­sızlığa uğrayacağından qorxmaz”.

Biz Allahın məxluqlarını doğru yola yönəldən Kəramətli Qu­ra­nı eşitdik. O, bizə unudulmaz təəssürat bağışladı və biz ona iman gə­tir­dik. Rəbbə iman gətirənlər nə haqqının əksil­dil­mə­sin­dən, nə də haq­sızlığa uğradılacağından qorxmamalıdırlar. Bu söz­lər Allaha sə­mi­miyyətlə iman gətirəni Allahın bəyəndiyi istənilən işi gör­məyə ruh­landıra bilər. Onlar incidilməyəcək və onlara zülm edil­mə­yəcək. Əgər bəlanın onlara toxunmayacağı məlumdursa, on­da, yəqin ki, on­lar böyük nemətə layiq görüləcək və bütün bun­lar Vahid Allaha ima­nın sayəsində olacaqdır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ

(72. 14) “Həqiqətən, aramızda müsəlmanlar da var, yolunu azanlar da. Müsəlman olanlar doğru yolla gedənlərdir».

Bizim aramızda müsəlmanlar da və doğru yoldan sapan za­lım gü­nahkarlar da vardır. Müsəlmanlar Cənnətə və səadətə apa­ran haqq yolla gedirlər.
ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ
(72. 15) “Yolunu azanlar isə Cəhənnəmdə oduncaq ola­caqlar”.

Bu, layiq olduqları əvəz olacaqdır və Allah onlara zalımlıq etmə­yəcəkdir.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(72. 16) “Əgər onlar doğru yolda qalsaydılar, Biz onlara is­tə­­dikləri qədər su içirdərdik ki,”
(72. 17) “bununla onları sınayaq. Rəbbinin Zikrindən üz dön­­də­rən­ləri isə, O, ağır əzablara uğradacaqdır».

Yalnız haqqa bəslədikləri şərəfsiz münasibət və nifrət doğru yo­­la gəlməkdə və dadlı, ləzzətli sudan dadmaqda onlara maneə ol­du. Al­lah möminlərə belə imtahanı, onların imanını sınağa çək­mək və sa­diq qulunu yalançıdan fərqləndirmək üçün nazil edir. Ki­tabdan üz dön­dərib, onun hökümlərinə riayət etməyənləri və on­la­ra laqeyd ya­na­şan­ları Allah dözülməz və əzab-əziyyətli cəzaya mə­ruz qoya­caqdır.

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ
(72. 18) “Həqiqətən məscidlər Allaha məxsusdur. Allah ilə ya­naşı kimsəyə ibadət etməyin!”

Nə ibadət, nə də nemət əldə etmək xatirinə dua ilə məx­luq­la­ra mü­raciət etməyin. Ən vacib ibadət yerləri olan məscidlər Al­la­­ha sə­mi­mi sədaqətin, itaətin və Onun fövqəlqüdrəti qarşısında mü­­tiliyin isti­nadgahı olmalıdır.
ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ
(72. 19) “Həqiqətən, Allahın qulu dua ilə Ona müraciət et­mə­­­­yə qalxdıqda, onlar onun ətrafına yığışırdılar”.

Cinlər o qədər çox idilər ki, onlar Allahın Elçisini (ona Al­la­hın sa­lavatı və salamı olsun!) əhatə edərək, yanında yığışmışdılar və çalı­şırdılar ki, təbliğ etdiyi Kitabdan bir şey eşitsinlər.


 ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(72. 20) “De: “Mən yalnız Rəbbimə dua edirəm və heç ki­mi Ona şərik qoşmuram».

Ey Muhəmməd! Onlara tək Allaha ibadətdən ibarət olan öz tə­­limi­nin mahiyyətini izah et. Sən uydurma ilahlara ibadət et­mir­sən, çünki Allahın şərikləri yoxdur və sən bütpərəstlərin bütün büt­­­lərini ayaqlar al­tına at­mağa hazırsan.
 ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(72. 21) “De: “Həqiqətən, sizə zərər vurmaq və ya sizi doğ­ru yola yö­­nəltmək hakimiyyətinə malik deyiləm».

Mən – yalnız bir qulam və ətrafda baş verənlərin üzərində h­a­­ki­miy­yətim yoxdur.
ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ
(72. 22) “De: “Heç kim məni Allahdan qoruya bilməz və mən Ondan başqa sığınacaq tapa bilmərəm».

Allah məni cəzalandırmaq istəsə, heç kim məni Ondan xilas edə bilməz. Allahın Elçisi (ona Allahın sa­lavatı və salamı olsun!) in­san­la­rın ən yaxşısı olmasına baxmayaraq, nə zərər vura, nə də ne­mət verə bilməzdi və hətta özünü belə Allahın qəzəbindən mü­da­fiə etməyə qabil deyildi. Bəs onda başqa insanlar haqqında nə de­mək olar?!

 ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(72. 23) “Yalnız Allahdan gələnləri və Onun vəhylərini təb­­­liğ edi­rəm. Kim Allaha və Onun Elçisinə itaətsizlik gös­tə­rər­sə, ona içində əbə­di qalacağı Cəhənnəm Odu hazırlanmışdır».

Allahın məni Özünün Elçisi seçməsindən və bəşəriyyətə çat­dırmaq və onu doğru yola dəvət etmək üçün mənə Vəhyini na­zil etməsindən başqa, digər insanlardan üstünlüyüm yoxdur. Bu­nun­la Rəbb istəmişdir ki, Öz qullarını Haqq barəsində xəbərdar et­sin ki, on­lar öz kafirliyini bilməməzliklə doğrulda bilməsinlər.
O kəslər ki, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və sa­lamı olsun!) itaətsizlik göstərirlər, onlar üçün içində əbədi qa­lacaqları Cəhən­nəm hazırlanmışdır. Burada itaətsizlik dedikdə, məhz kafirlik və allahsız­lıq nəzərdə tutulur ki, bunu digər şərəfli mətn­lər də təsdiq edir. Digər günahlara gəldikdə isə, onlar insanı Cə­hənnəmə əbədi ola­raq məhkum etmirlər. Bu da həm Quran ayə­­ləri, həm də Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­sun!) hədisləri ilə təsdiq edilir və bütün ilahiyyatçılar buna əmin­dir­lər.

ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ
(72. 24) “Nəhayət onlar özlərinə vəd olunanı gördükdə, ki­min köməkçilərinin daha zəif və azsaylı olduğunu biləcəklər».

Onlar Odu qarşılarında gördükdə, başa düşəcəklər ki, on­la­rın oraya düşəcəyi labüd və qaçılmazdır. Həmin saat onlar haqqı ta­nı­ya­caqlar və onlara nə ətrafdakılar, nə də özləri kömək edə bil­mə­yə­cəklər. Onlar Allahın qarşısında toplanacaq və onların hər bi­ri, Rəbb onları ilk dəfə xəlq etdiyi zaman olduğu kimi, tənha ola­caq.
ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ

(72. 25) “De: “Mən bilmirəm, sizə vəd olunan tezlikləmi baş­­­laya­caq və ya Rəbbim onu ləngidəcəkdir”.

Ey Muhəmməd! Əgər onlar səndən soruşsalar ki, Rəbbin və­di nə vaxt icra olunacaq, onda deyərsən ki, bu sənə məlum de­yil, çünki bu bilik Tək Allaha məxsusdur.

ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ
(72. 26) “O – Qeybibiləndir və O, Öz qeybini heç kimə aç­mır”,
(72. 27) “razı qaldığı və Onun, qarşılarından və ar­xa­la­rın­dan gözət­çilər təhkim etdiyi, elçilərindən başqa” –
(72. 28) “onların Rəbbinin vəhyini necə çatdırdıqlarını bil­mək­­­dən öt­rü. O, onlarla nə baş verdiyini elmi ilə əhatə edir və O, hər şeyin qədə­rini hesablamışdır”.

O (Pak və Müqəddəs), tək Özü məxfi saxlanan bütün niy­yət­lər­­dən və gizli düşüncələrdən xəbərdardır və qeybə məxsus bilik­lə­rinin bir hissəsini, Öz ilahi hikmətinə uyğun olaraq, yalnız el­çi­lərinə açır. Bunun səbəbi on­dadır ki, Allahın elçiləri (onlara Al­la­hın salamı ol­sun!) başqa insanlara bənzəmirlər. Fövqəluca onların qəl­bini fövqəl­adə güclü etmişdir ki, onlar vəhyi yadda saxlaya bil­sin­­­lər və Allahın nəsihətlərini olduğu kimi insan­lara çatdıra bil­sin­­­lər. O (Pak və Müqəddəs), Öz Vəhyini şeytandan qorumuşdur və ona imkan vermə­mişdir ki, ona nəyi isə əlavə etsin və vəhydən nə­­­yi isə oğurlayıb çı­xartsın. Lakin, buna baxma­yaraq, O (Pak və Müqəddəs), Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) mü­­­hafizə­çilər təhkim etmişdir ki, onu (s.ə.s), Allahın iradəsi ilə, qo­rusunlar. Bunun sayəsində O (Pak və Müqəddəs), onların, Rəb­bi­nin vəhylərini Onun qarşılarında açdığı yollarla çatdırdıqlarını öy­­rə­nirdi. O (Pak və Müqəddəs), bunu etsə belə, elçilərin nəyi giz­lət­­məsi və ya aşkar həyata keçirməsi haqqında hər şey Ona, onsuz da, məlum idi, çünki O (Pak və Müqəddəs), bütün var olan şeyləri əzəl­­dən hesaba almışdı.
Bu surədən çoxlu faydalı nəticələr əldə etmək olar:
Cinlər, həqiqətən, mövcuddurlar. Allah onlara Özünün hökümlə­­rinə və qadağalarına riayət etməyi həvalə etmişdir və Qi­ya­­mət gü­nü onlara əməllərinin əvəzini verəcəkdir. Bütün bunlar bu surədə ay­dın ifadə edilmişdir.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) təkcə in­­san­­lara deyil, cinlərə də göndərilmişdi, çünki Allah bir dəstə ci­ni Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) nazil ediləni dinlə­məyə yönəltmişdi ki, onlar eşitdiklərini öz qə­bilədaş­ları­na çatdırsınlar.
Cinlər fərasətlidirlər, Allah haqqında böyük ehtiramla da­nı­şır­­lar, haqqı yalandan ayırırlar. Onların Quran nəsihətlərinin doğ­ru­lu­ğunu başa düşən kimi iman gətirmələri heç də əsassız deyildi.
Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) hi­ma­­­yəsi altında saxlayır və onun (s.ə.s) bu dünyamıza gətirdiyi tə­li­­mini qoruyur. Muhəmmədin (ona Allahın salavatı və salamı ol­sun!) pey­ğəmbərliyi haqqında müjdə Məkkəyə yayılan kimi, Al­lah mələklərinə göyləri şeytanlardan qorumağı, onları ulduzlarla vur­­mağı, göydəki otu­raqlardan qovmağı və qaçmağa məcbur et­mə­­yi əmr etmişdi. Bu­nunla da Allah yer sakinlərinə elə bir mər­hə­mət göstərmişdi ki, biz onu hətta tam mənada dəyərləndirə bil­mi­rik. O (Pak və Müqəddəs), bizi doğru yola yönəltmək, Özü haq­qın­da bilik vermək istəmiş, Öz dininin və Öz qanununun yer üzün­də hökümran olması lütüfkarlığını göstərmişdir. Ağıl sahibləri tək­cə bu­na valeh olur və vəcdə gəlirlər. Bunun sayəsində islam yer üzün­də hökm sürməyə başlamış və büt­lərə və uydurma ilah­la­ra iba­dət edənlərin hamısından üstün olmuş­dur.
Cinlər Allahın Elçisini (ona Allahın salavatı və salamı ol­sun!) böyük həvəslə dinləyirdilər və onun (s.ə.s) ətrafında top­la­şır­dılar.
Bu surə bütövlükdə tövhidə və məxluqlara ibadətin haram ol­­masına həsr edilmişdir. Surədə Allahın məxluqlarının qüsurlu mə­­ziy­yətləri əksini tapmışdır və aydın göstərilmişdir ki, onlardan heç biri ona ibadət edil­məsinə layiq deyil, axı hətta Muhəmməd Pey­ğəmbər (ona Allahın salavatı və salamı olsun!) də nəinki baş­qa­larına, hətta özünə belə nə zərər vura, nə da fayda verə bil­məz­di[2]. Buna görə aydın olur ki, bu, heç başqa­larına da müyəssər ola bil­məz. Bu qabi­liyyəti insanlardan və ya digər məxluqlardan ki­mə­sə aid edənlər ağır günah işlədir və ən böyük zalımlıq edirlər.
Qeybə aid biliklər yalnız Allaha məlumdur və O (Pak və Müqəddəs), onun bir hissəsini yalnız Onun mərhəmətinə nail olan­lara açır.[3]




[1] Məhz buna görə, mən bu ayənin çevirisində (تَعَالٰى جَدُّ رَبِّنَا) ifadəsini “Rəbbimizin əzə­məti və cəlalı fövqəlalidir” kimi verdim, çünki bu ifadə Fövqəluca Allahın şəninə da­ha çox yaraşır və Onun ilahi mahiyyətinin qeyri-adiliyini, hətta alilikdən yüksək məqama ma­lik olduğunu nümayiş etdirir. Öz düşüncələrini bildirmək istəyən qərəzsiz oxucular bu Təfsirin tərcüməçisinin e-ünvanına (odersalafi@gmail.com) müraciət edə bilərlər. F.S.
[2] Allah istəmədikcə. F.S.
[3] Allah hər şeyə qadir olduğu və Ona heç bir şeyin maneə olmadığı üçün, əzəli qədərə mü­va­fiq olaraq, hüdudsuzluğa qədər, istədiyini etməkdə sərbəstdir və Ona, hətta Özünün öncədən mü­­əyyən etdiyi qərarları belə mane ola bilməz. Bu müddəamız bütünlüklə Allahın Quranına və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsinə əsaslanır. F.S.

Комментариев нет:

Отправить комментарий