\~
SƏBA
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ
(34.
1) “Göylərdə və yerdə olanların Ona məxsus olduğu Allaha həmd olsun! Həmd Axirətdə
də Ona məxsusdur! O – Müdrikdir, Xəbərdardır”.
Həmd
– tərifəlayiq sifətlərin və gözəl əməllərin şərəfləndirilməsidir və həmd
yalnız Tək olan Allaha məxsusdur, çünki Fövqəluca Allahın bütün sifətləri qüsursuzdur,
Onun bütün əməlləri isə hikmətlə cilvələnmişdir, Onun təriflənməsinə, Ona minnətdarlıq
edilməsinə layiqdir. Bu sürənin ən başlanğıcında Fövqəluca bildirir ki, göylərdə
və yerdə olanların hamısının yalnız Ona məxsus olduğuna görə bütün məxluqlar
Allaha həmd etməlidirlər. Kainatdakı bütün yaradılmışlar Allaha məxsusdur və
Onun qullarıdır və Allah onların hamısını ən mükəmməl formada idarə etdiyinə
görə mədh edilməyə layiqdir.
Axirətdə də həmd ona məxsus olacaqdır. Məhz orada
Allahın yaratdığı məxluqlar dərk edəcəklər ki, dünya həyatında onların nail
ola bilmədikləri şey nə imiş və onda başa düşəcəklər ki, Rəbb necə də Həmdəlayiqolanmış!
Bütün məxluqların mühakiməsi başlandıqda, göylərin və yerin sakinləri öz
Rəbbinin ədaləti və müdrikliyinin kamilliyinə əmin olacaqlar və onların hər
biri Allaha həmd edəcəkdir. Hətta, Cəhənnəmə atılacaq əzabkeşlərin ürəkləri
də Fövqəluca Rəbbə həmd ilə dolacaqdır, çünki Cəhənnəm əzabkeşlərinin cəzası
onların törətdikləri cinayətlərin ədalətli əvəzi olacaqdır.
Cənnətə
düşən möminlərin Allahı şərəfləndirən tərifləmələrinə gəldikdə isə, o barədə
çoxsaylı
naslarda[1] xəbər verilməkdədir. Biz
bu həqiqətə, hətta, sadə məntiqi mühakimə yolu ilə də nail ola bilərik. Cənnət
sakinləri, sadiq qullarını onların ürəklərinin istədiyi hər şeylə mükafatlandıran,
sonra isə bu mükafatı onların heç ağıllarına belə gətirmədikləri nemətlərlə zənginləşdirən
Fövqəluca Rəbbin saysız-hesabsız nemətləri və bol hədiyyələrini öz gözləri ilə
görəcəklər. Cənnət əhlinin öz Rəbbinə həmd etməsi haqqında nə demək olar? Onlar
elə gözəl bir şəraitə düşəcəklər ki, yer üzündə Allahı dərk etməyə, sevməyə və
Onun şanını ucaltmaya mane olan hər şeydən xilas ediləcəklər. Həqiqətən, Fövqəlmərhəmətli
Rəbbə həmd etmək, möminlər üçün Cənnətin bütün digər nemətlərindən həzz
almaqdan daha sevimli və daha ürəyəyatan bir iş olacaqdır.
Onlar
Fövqəluca Allahın Üzünü gördükdə və Onun gözəl nitqini eşitdikdə, təkraredilməz
bir ləzzət duyacaqlar ki, bu onları bütün digər gözəllikləri və füsunkarlıqları
unutmağa məcbur edəcəkdir. Onlar ara vermədən öz Rəbbini zikr edəcək və
zikrin sözləri onların alıb-verdikləri nəfəslə birlikdə ağızlarından hər an
çıxacaqdır. Bunu bilərək, təkcə təsəvvür etmək kifayətdir ki, Cənnət sakinləri
öz Rəbbinin əzəmətini, gözəlliyini və kamilliyini daima seyr edəcəklər ki,
möminlərin Fövqəluca Allaha etdikləri həmdin nə qədər qüsursuz və pak
olacağını başa düşsünlər. Həqiqətən də, O (Pak və Müqəddəs) – Müdrikdir, Hərşeydənxəbərdardır.
O (Pak və Müqəddəs), yalnız Öz ilahi müdrikliyinə uyğun olaraq yaradır və hökmranlıq
edir və Kainatda olan bütün qeybə məxsus və aşkar hər şeydən xəbərdardır.
ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ
(34.
2) “O, yerə nəyin girdiyini də, oradan nəyin çıxdığını da və göydən nəyin
endiyini də və ona nəyin qaldxdığını da bilir. O – Rəhmlidir, Bağışlayandır”.
Allah xəbər verir ki, O (Pak və Müqəddəs) yerə düşən
yağış suyu, toxumlar və müxtəlif heyvanlar və həmçinin oradan çıxan cürbəcür
bitkilər və heyvanlar haqqında elmə malikdir. O (Pak və Müqəddəs) həmçinin
göylərdən nazil olan var-dövlətdən, ruzidən və qədərdən, göyə ucalan mələklərdən
və ruhlardan agahdır. Allah – Müdrik Xaliqdir və məxluqları haqqında Ona hər
şey məlumdur. Lakin bununla yanaşı, O – Rəhmlidir, Bağışlayandır. Rəhmlilik
və hər şeyi bağışlama sifəti Ona xas olan məziyyətlərdəndir və Allahın
qulları öz Rəbbinin bu gözəl sifətlərinin bəhrələrini fasiləsiz olaraq
dadmaqdadırlar. Onların hər biri öz əməlləri sayəsində layiq olduqları qədər
nemət və bağışlanma əldə edirlər.
ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(34.
3) “Kafirlər dedilər ki: “O Saat bizə gəlməyəcəkdir”. Sən də de: “Əksinə, qeybi
Bilən Rəbbimə and olsun ki, O, sizə mütləq yetişəcəkdir! Nə göylərdə, nə də
yerdə, hətta, zərrə qədər və ya ondan az, ya da çox bir şey belə Ondan yayına
bilməz, çünki bunların hamısı aydın bir Kitabda yazılmışdır ki”,
Fövqəluca
Allahın əvvəlki ayələrdə qeyd etdiyi kamil sifətləri bütün məxluqları öz Rəbbinə
səmimi qəlbdən iman gətirməyi və həmçinin Onu şərəfləndirməyi və ucaltmağı zəruriləşdirir.
Buna görə sonra Allah bildirir ki, insanlar arasında elələri də var ki, onlar
öz Rəbbinin sifətlərini layiqincə qiymətləndirmirlər və buna görə Onu şərəfləndirmir
və təriflə ucaltmırlar. Bundan başqa, onlar Allaha iman gətirmirlər, ölülərin
dirildilməsini və Qiyamət gününün baş verəcəyini mümkün olmayan bir şey
sayırlar və Allahın elçilərinə (onlara salam olsun!) müqavimət göstərirlər.
Allaha və Onun elçilərinə iman gətirmədiklərinə görə, onlar deyirlər ki, Qiyamət
günü olmayacaqdır. Onlar belə hesab edirlər ki, dünya həyatından başqa heç bir
şey yoxdur və insanlar doğulur, ölürlər və heç vaxt dirildilməyəcəklər. Allah
isə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr etmişdir
ki, onların yalançı iddialarını ifşa etsin və and içsin ki, Qiyamət günü mütləq
gələcəkdir. Hər bir insan bu anda inanmağa və dirilmənin gerçəkliyinə şübhə
etməməyə borcludur, çünki bunu xəbər verən Allahdır və O (Pak və Müqəddəs),
qeybi Biləndir. O (Pak və Müqəddəs), bizim gözümüzə görünməyən və ağlımızla dərk
edilməyən bütün şeylərdən xəbərdardır. Onda bəs biz aşkar və aydın olan bütün
şeylər haqqında nə deyək?!!
Sonra
Allah bir daha Öz elminin kamilliyini vurğulayaraq, bildirir ki, Ona bütün məxluqlar
və hətta onların ən kiçik zərrəcikləri haqqında hər şey məlumdur. Kainatda
mövcud olan və baş verən bütün hər şey Ona öncədən bəllidir və qələmlə aydın
bir Kitabda, yəni, Hifzolunan Kitabda yazılmışdır. Allaha göylərdə və yerdə ən
kiçik zərrəciklərlə baş verən bütün proseslər, hərəkət və hadisələr məlumdur.
Bu isə o deməkdir ki, Ona ölülərin bədənlərinin necə çürüyüb dağılması da məlumdur.
O (Pak və Müqəddəs) bilir ki, yer insan bədənlərinin müəyyən hissəsini yeyir və
bətnində onların başqa hissəsini qoruyub saxlayır, Qiyamət günü isə O (Pak və
Müqəddəs), çətinlik çəkmədən insanları dirildəcəkdir. Həqiqətən, bu dirildilmə,
Fövqəluca Rəbbin kamil elmindən olduqca daha az ecazkardır.
ﮛ
ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ
(34.
4) “iman gətirənlərə və xeyirxah işlər görənlərə əvəzini versin. Məhz onlara
bağışlanma və bərəkətli ruzi hazırlanmışdır”.
Fövqəluca
məxluqlarını dirildəcək ki, bütün qəlbi ilə Allaha iman gətirən və Onun elçilərinə
sona qədər sadiq qalan və həmçinin yaxşı işlər görən və onlarla öz imanının həqiqiliyini
təsdiq edən möminləri mükafatlandırsın. Onlar öz imanı və əməlləri sayəsində
Allahın bağışlamasına və bərəkətli ruzisinə layiqdirlər. Birinci onları əzablı
cəzadan xilas edir, ikinci isə onlara ən çox arzuladıqları şeyi əldə etməyə
imkan verir.
ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ
(34.
5) “O kəslər ki, ayələrimizin təsirsizliyinə cəhd göstərirlər, onlar üçün işgəncəli
cəzanın əzabı hazırlanmışdır”.
Onlar
Allahın nazil etdiyi Kitaba iman gətirmirdilər, Onun ayələrini inkar edirdilər
və Fövqəluca Xaliqin zəifliyini və gücsüzlüyünü sübut etməyə cəhd göstərirdilər
ki, insanları dirildilmənin mümkün olmayacağına inandırsınlar. Lakin onlar bədənlərinin
və ruhlarının məruz qalacaqları əbədi əzab-əziyyətdən başqa heç nə əldə etmədilər.
ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
(34.
6) “O kəslərə ki, elm əta edilmişdir, onlar görürlər ki, sənə Rəbbindən nazil
edilən – Haqdır və o, Fövqəlqüdrətlinin, Həmdəlayiqin yoluna yönəldir”.
Fövqəluca
Özünün doğru yola yönəltdiyi qullarını xatırladır. Onlara açıq-aşkar bir elm
verilmişdir və onun sayəsində onlar Allahın nazil etdiyi Kitabın və Hikmətin
haqq olduğuna şübhə etmirlər. Onlar bilirlər ki, Allahın vəhyinə zidd olan hər
şey yalan və uydurmadır, çünki onların elmi qəti əqidələrinə çevrilmişdir. Onlar
inanırlar ki, dinin hökmləri insanları Fövqəlqüdrətli, Həmdəlayiq Allahın
yolu ilə aparır. Onların imanı çoxsaylı amillərlə təsdiq olunur. Birincisi,
onlar möhkəm biliklərə malikdirlər və öz Rəbbinin ayələrinin doğruluğuna
şübhə etmirlər. İkincisi, onlar görürlər ki, bu ayələr baş verən hadisələr və
əvvəlki Kitablarla uyğun gəlir. Üçüncüsü, onlar son Səmavi Kitabın verdiyi xəbərlərin
necə gerçəkləşdiyinin şahidləridirlər. Dördüncüsü, onlar bütün ölkələrdə
yayılmış və insanların özlərində əksini tapmış çoxsaylı möcüzələri görürlər.
Beşincisi, onlar əmin olurlar ki, bu möcüzələr Fövqəluca Allahın adları və
sifətlərinin dəlilləridir.
Bunların
sayəsində onlar[2] dərk edirlər ki, Allahın hökmləri
və qadağaları insanları doğru yola yönəldir, onları valideynlərinə, qohumlarına
və bütün qalan məxluqlara yaxşılıq etməyə sövq edir, onlara insanın qəlbini
yaramazlaşdıran, insanı mükafatlardan məhrum edən, vicdansızcasına ətrafdakıların
həyatına, malına və namusuna qəsd etməyə yol verən, onu şirkə, zinakarlığa, sələmçiliyə,
rüşvətxorluğa və bir çox günahlara doğru yönəldən pis xasiyyətlərdən xilas
olmağa kömək göstərir.
Beləliklə,
bu ayədə Fövqəluca, öz Rəbbinin hökmləri və qadağaları haqqında dərin biliklərə
malik olan müsəlmanların üstünlüyünü və ləyaqətini və onların Muhəmməd Peyğəmbərə
(ona
Allahın salavatı və salamı olsun!) nazil edilən qeybə məxsus biliklərə
möhkəm iman gətirdiklərini qeyd etmişdir. Onlar Peyğəmbərin (ona Allahın
salavatı və salamı olsun!) gətirdiyi dinin gerçəkliyini təsdiq edir və
açıq-aydın bilikləri bütün inadkarlıq edənlərə və kafirlərə çatdırırlar.
ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
ö(34. 7) “Kafirlər dedilər: “Çürüyüb
ovalandıqdan sonra sizin yenidən xəlq ediləcəyinizi söyləyən bir kişini sizə
göstərəkmi?”
Kafirlər
heç nəyə fikir vermədən öz inadkarlıqlarında, dini məsxərəyə qoymaqda və dirilmənin
mümkün olmayan bir şey olduğuna özlərini inandırmaqda davam edirlər. Onlar
Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı
olsun!) uydurma şeylər yayan insan adlandırır, onun (s.ə.s.) Təlimini ələ
salmağa və məsxərəyə qoymağa yol verirlər. Onlar deyirlər: “Doğrudanmı o, həqiqətən
elə düşünür ki, sizin oynaqlarınız bir-birindən ayrıldıqdan, bədəniniz torpağa
çevrildikdən və siz zərrələrə ayrıldıqdan sonra diriləcəksiniz?”
ﭑ
ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ
(34. 8) “O, Allah haqqında iftira
uydurur və ya o – cinlidir?” Qətiyyən yox! Axirət gününə inanmayanlar işgəncələrə
məruz qoyulacaqlar və onlar özləri dərin azğınlıq içindədirlər”.
Doğrudanmı o (s.ə.s.) Allaha böhtan
atmağa cəsarət etmişdir? Bəlkə də o, sadəcə, cin tutmuş dəlidir? Belə olsaydı,
onun davranışı qəribə gəlməzdi, çünki dəlidən hər nə gözləmək olar.
Kafirlər bu sözləri yalnız özlərinin
inadcıllığı və zalımlığı üzündən deyirdilər. Onlar Muhəmməd Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun!) ən doğru danışan[3]
və sağlam düşüncəli bir insan olduğunu çox gözəl bilirdilər və buna görə ona
(s.ə.s.) ən böyük düşmənçilik bəsləyir və öz qüvvələrini, var-dövlətlərini də
xərcləyirdilər ki, insanları onun (s.ə.s.) Təlimindən uzaqlaşdırsınlar. Onlar
onu (s.ə.s.) yalançı və dəli adlandırırdılar, lakin əgər o (s.ə.s.) deyilənlər
kimi olsaydı, onlar onun (s.ə.s.) dəvətinə diqqət yetirməzdilər. Ağıllı
insanlar cinlilərin sözlərinə diqqət yetirmir və onlara heç bir əhəmiyyət
vermirlər.
Əgər fasiqlərin inadkarlığı və
zalımlığı olmasaydı, onda onlar mütləq onun (s.ə.s.) moizələrinə qulaq asar və
çağırışına cavab verərdilər. Lakin ayələr və nəsihətlər kafir insanlara fayda
vermir və buna görə Fövqəluca qeyd edir ki, belə sözləri ancaq Axirətə
inanmayanlar deyə bilərlər. Onlar cəzalandırılacaqlar və dərin azğınlıq içində
olacaqlar, çünki onlar bədbəxtdirlər və haqdan uzaqdırlar. Dirildilməni mümkün
olmayan bir şey sayan, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!)
inkar edən, onun (s.ə.s.) Pak Təlimini məsxərəyə qoyan və haqqı yalan, yalanı,
azğınlığı – haqq adlandıran adamlardan daha bədbəxt və daha azğın kim ola bilər?
ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ
ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(34. 9) “Məgər onlar görmürlər ki,
onların qarşısında və onların arxasında göydə və yerdə nə var? Əgər Biz istəsək,
yeri məcbur edərik onları udsun və ya göyün bir parçasını üstlərinə atarıq. Həqiqətən,
bunda –Allaha yönələn hər bir tövbəkar qul üçün ibrət vardır”.
Allah qullarını dəvət
edir ki, dirildilmənin gerçəkliyinə əmin olmaq üçün insanlara kömək edən hadisələr
və şərait üzərində düşünsünlər. Dirildilmənin lehinə olan belə məntiqi dəlillər
çoxdur. Sadəcə, çevrilib ətrafa diqqət yetirmək, göylərə və yerə baxmaq kifayət
edər ki, bəşər təfəkkürünü heyran qoyan və hətta ən məşhur elm xadimlərini
çaşqınlığa salan Allahın fövqəlqüdrətinə və əzəmətinə əmin olasan. Həqiqətən,
göyləri, yeri və onlarda məskunlaşan məxluqları yaratmaq, insanları qəbirdən
çıxarıb diriltməkdən daha çətindir. Bəs onda fasiqləri dirilməni inkar etməyə
məcbur edən nədir? Məsələ ondadır ki, onlar Allahın ölüləri necə diriltdiyini
görmədikləri üçün, buna inanmaqdan boyun qaçırırlar.
Ey insanlar! Göylər və yer Bizim
hökmümüz altındadır və heç vaxt hökmlərimizə itaətsizlik edə bilməzlər, buna
görə də, öz küfrünüzlə inadkarlıq etməkdən çəkinin. Əgər inadkarlığı üstün tutsanız,
onda Biz sizi amansız cəzaya məhkum edərik. Göylərin, yerin və bütün varlığın
xəlq edilməsi üzərində düşünün və siz bütün bunlarda, öz Rəbbinə kömək və nəsihət
almaq üçün dua edən, Onun hökmlərinə itaət edən və Allahın Öz məxluqlarını diriltməyə
qadir olduğuna qəti əmin olan hər bir qul üçün böyük möcüzələr görərsiniz.
Allahın qulu öz Rəbbinə nə qədər
tez-tez dua və öz günahlarına görə tövbə edirsə, Allahın ayələrindən bir o qədər
də çox fayda əldə edir, çünki bu zaman onun bütün fikri və niyyəti Allaha
yönəlmiş olur. Bunun sayəsində, o, istənilən təşəbbüsünə başladıqda Fövqəluca
Rəbbini xatırlayır, bütün gücü ilə Ona yaxınlaşır və yalnız Onun mərhəmətini
qazanmağın qayğısını çəkir. O, heç vaxt Allahın ayələrinə laqeyd yanaşmağı özünə
layiq görmür, Onun məxluqlarını müşahidə edir, onların üzərində düşünür və ətrafında
gördüyü hər şeydən faydalı ibrət götürməyə can atır.
ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ
ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ
(34.
10) “Biz Davuda Öz fəzilətimizdən bəxş etdik: “Ey dağlar və quşlar! Onunla
birlikdə şərəfləndirin!”[4] – buyurduq. Biz dəmiri onun üçün yumşaltdıq”.
(34.
11) “Çoxlu zireh emal et və hörəndə həlqələrin ölçüsünü gözlə.
Xeyirxah davranın, axı Mən sizin nə etdiklərinizi görürəm”.
Allah ayədə xəbər verir ki, O (Pak və
Müqəddəs), Öz qulu və elçisi Davuda (ə) lütfkarlığını necə göstərmişdir. O (Pak
və Müqəddəs) ona (ə) faydalı biliklər əta etmiş, onu (ə) xeyirxah əməllərə
ruhlandırmış və çoxsaylı dini və maddi nemətlərlə zənginləşdirmişdir. O (Pak
və Müqəddəs) onu (ə) başqa insanlardan üstün tutmuş, həyat əlaməti göstərməyən
dağlara və quşlara Davudla (ə) birlikdə Fövqəluca Allahın şanını ucaltmağı, tərifləməyi
əmr etmişdir. Belə bir lütfkarlıq nə Davud peyğəmbərədək (ə), nə də ondan (ə)
sonra heç bir insana layiq görülməmişdir. Bunun sayəsində bütün müsəlmanlar
yadda saxlayırlar ki, hətta dağlar da, heyvanlar da Allahı tərifləyib ucaldır və
Ona həmd edirlər. Onlar bu ecazkar məxluqları görür və Fövqəluca Allahı daha
da tez-tez yada salır və Ona həmd edirlər.
İlahiyyatçıların bir çoxu deyirdilər
ki, dağlar və quşlar Davudu (ə) təkrarlayırdılar[5],
çünki Allah ona (ə) elə bir məlahətli səs bəxş etmişdi ki, ondan yer üzündə heç
kimdə yox idi. Davud (ə) özünün xoş avazı, riqqətli və həyəcandoğurucu səsi ilə
Allaha həmd edəndə və Onu tərifləyib, şanını ucaldanda, bütün insanlar, cinlər,
dağlar, quşlar və bütün digər məxluqlar valeh olurdular və Davudun (ə) ardınca
Allaha həmd etməyə başlayırdılar. Belə bir rəy də var ki, Allah dağlara və
quşlara Davudu (ə) təkrarlamağı ona görə təlqin etmişdi ki, bununla onun (ə)
mükafatını artırsın, axı onların Allahın şan-şöhrətini ucaltmalarının səbəbi o
(ə) idi.
Lakin bu, Fövqəlucanın bu şərəfli
elçisinə (ə) əta etdiyi yeganə lütfkarlığı deyildi və buna görə O (Pak və
Müqəddəs) buyurur ki, ona (ə) dəmiri döyməyi və zirehli geyim emal etməyi öyrətmiş
və həm də onu (ə) zirehin həlqələrini emal edərkən ölonun ölçülərini nəzərə
almağı, həlqələri bir-biri ilə necə bənd etməyi təlqin etmişdi. Fövqəluca belə
buyurur: “Biz ona sizin üçün zireh emal etməyi öyrətdik ki, onlar sizi sizə
toxunacaq zərbələrdən qorusun. Amma siz şükür edənsinizmi?” (Ənbiya,
21/80).
Allah ona (ə) və ailəsinə göstərdiyi
lütfkarlığını Davuda (ə) xatırladaraq, ona (ə) və bütün möminlərə Ona həmd
etmək və xeyirxah işlər görmək hökmü verir. O (Pak və Müqəddəs) əmr edir ki,
Ondan qorxsunlar və öz əməllərini əbəs edə və faydasızlaşdıra biləcək hər
şeydən qorusunlar. Həqiqətən də, O (Pak və Müqəddəs) Öz qullarının əməllərini
görür və heç bir şey Ondan gizlənə və gizlədilə bilməz.
ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ
ﮩ ﮪﮫﮬﮭﮮﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ
(34. 12) “Səhər bir aylıq məsafəni və
axşam da bir aylıq məsafəni qət edən küləyi də Süleymana itaət etdirdik. Biz
ona ərimiş mis çeşməsi axıtdıq. Cinlərdən də elələri var idi ki, Rəbbin izni
ilə onun qarşısında işləyirdilər. Onlardan hökmümüzdən yayınanlara Biz Odda əzabı
daddıracağıq”.
Allah bu ayədə xəbər verir ki, Davud
peyğəmbərin (ə) oğlu olan Süleymana (ə) necə lütfkarlıq göstərmişdir. Rəbb küləyi
ona (ə) ram etmiş və o da Süleymanın (ə) iradəsinə tabe olaraq, onu (ə) ətrafındakılarla
birlikdə, çox qısa vaxt ərzində, uzaq məsafələrə aparardı. Bunun sayəsində
Süleyman (ə), insanların iki aya gedə biləcəkləri məsafəni bir gün ərzində qət
edə bilirdi. Səhər açılandan günortaya qədər külək bir aylıq yolu keçir və
günortadan axşam düşənədək o, həmçinin bir aylıq yol qət edirdi. Bundan
başqa, Allah Süleyman (ə) üçün ərimiş mis çeşməsi axıtmışdı, yəni ona (ə) misi əritməyə
və ondan qab-qacaq və digər əşyalar emal etməyə kömək göstərmişdi. Allah
şeytanları və cinləri də Süleymana (ə) xidmət etməyə məcbur etmişdi. Onlar onun
(ə) əmrlərinə itaətsizlik göstərməyə qabil deyildilər. Allah Süleymanın (ə)
itaətindən çıxan cinlərə Cəhənnəm cəzası daddıracağını vəd etmişdi. Bu cəza
qarşısında dəhşətə gələrək, onlar peyğəmbərin (ə) bütün əmrlərini yerinə
yetirirdilər.
ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(34. 13) “Onlar gözəl saraylar, heykəllər,
su hovuzlarına bənzər kasalar və yerindən tərpədilməyən qazanlar düzəldirdilər.
Ey Davud nəsli! Minnətdarlıq əlaməti olaraq işləyin! Amma Mənim qullarımın
arasında şükür edənlər azdır”.
Onlar
əzəmətli tikililər, yəni, gözəl qübbəli qəsrlər, saraylar inşa edir,
heyvanların və digər əşyaların məharətlə işlənmiş heykəllərini yonur və həkk
edir, su hövzələrinə bənzəyən nəhəng ölçülü kasalar düzəldir və düzəldildiyi
yerlərindən tərpədilməyən və möhkəm dayaqlara söykənən çox iri qazanlar emal
edirdilər. Bu kasalar və qazanlar yemək hazırlanması üçün istifadə edilirdi. Süleymanın
(ə) tələbatı digər insanların tələbatından
yüksək idi.
Sonra
Fövqəluca, Davuda (ə) və onun (ə) nəslinə Özünün səxavətini
və lütfkarlığını xatırladır və onlara Ona həmd etmək hökmü verir. Davudun (ə)
nəsli – Davud peyğəmbərin (ə) özü, onun (ə) övladları və zövcələridir. Onların
hamısı Allahın iki alicənab elçisinə (onlara salam olsun!) əta etdiyi çoxsaylı
nemətlərin əksəriyyətindən istifadə edirdilər. Amma insanların əksəriyyəti
onlara Öz nemətlərini bəxş edən və onları hər çür bəlalardan və fəlakətlərdən
qoruyan Allaha şükür etmirlər. Şükür etmək[6]
– Fövqəlucanın nemətlərini və bol səxavətini
ürəkdən etiraf etməkdir, öz zəifliyini və Onun xeyirxahlığına möhtac olmağı
etiraf etməkdir və bəxş edilən nemətləri müxtəlif günah işlərə deyil, Allah
xatirinə sərf etməkdir.
ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ
ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏﰐ ﰑ ﰒ ﰓﰔ
(34. 14) “Onun ölümünə Biz hökm
verdiyimiz zaman, onlar bunu, sadəcə, onun əsasını içindən yeyən ağac qurdunun
sayəsində bildilər. O, yerə yıxıldıqda, cinlərə aydın oldu ki, onlar qeybi
bilsəydilər, belə bir alçaldıcı əzaba düçar olmazdılar”.
Cinlər insanları aldadır və onları əmin
edirdilər ki, onlar gözlə görünməyəni və qeybi bilirlər. Fövqəluca Allah isə
insanlara həqiqəti izah etməyi qərara alır, cin və şeytanların yalançı iddialarını
ifşa edir. Allah Süleymanın (ə) canını aldıqdan sonra da, cinlər Süleymanın (ə)
səltənətini abadlaşdırmaqda davam edirdilər. Bu zaman Süleyman (ə) öz əsasına
söykənmiş halda taxtında otururdu və o (ə) öldükdən sonra da bədəni beləcə
oturmuş vəziyyətdə qalmaqdaydı. Cinlər qorxu içində və titrəyə-titrəyə
onun yanından keçərək, hətta Süleymanın (ə) artıq öldüyünü ağıllarına belə gətirmirdilər.
Rəvayət edirlər ki, bu bir il beləcə
davam etmişdir. Nəhayət, ağac qurdu Süleymanın (ə) əsasını yedikdən sonra onun
(ə) cansız vücudu yerə düşmüşdür. Cinlər dağılışmış və insanlara aydın
olmuşdu ki, əgər cinlər qeybi bilsəydilər, belə bir alçaldıcı vəziyyətə düçar
olmazdılar. Həqiqətən, cinlər Süleymana (ə) öz istəklərinin ziddinə olaraq
qulluq edirdilər və əgər onlar qeybi bilsəydilər, başa düşərdilər ki, o (ə)
artıq ölmüşdür, həm də onlar dünyada hər şeydən çox onun (ə) ölümünü
arzulayırdılar ki, onun (ə) onları alçaldıcı köləliyindən xilas olsunlar.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ
ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(34. 15) “Səbalıların məskənində bir
möcüzə – sağda və solda iki bağ var idi. Rəbbinizin nəsibindən yeyin və Ona həmd
edin! Gözəl ölkə və Bağışlayan Rəbb!”
(34. 16) “Lakin onlar üz çevirdilər və
Biz onların üstünə bir Bəndin[7]
selini göndərdik və onların iki bağını iki acı bəhrəli yulğunlu və bir-neçə
şanagüllü bağlarla əvəz etdik”.
(34. 17) “Onların iman gətirmədiyinə
görə belə əvəz verdik. Məgər Biz naşükürlərdən başqa, kimisə belə cəzalandırırıqmı?”
(34. 18) “Onlar və Bizim bərəkət
verdiyimiz məskənlər arasında Biz aydın fərqlənən şəhərlər saldıq və
onların arasında yollar müəyyən etdik. Gecə də, gündüz də onların arasında əmin-amanlıqla
gedib-gəlin!”
(34. 19) “Onlar
dedilər: “Ey Rəbbimiz! Yolda dayanacaqlarımız arasındakı məsafəni uzat”.
Onlar özlərinə zalımlıq etdilər. Biz onları nağılların mövzusu və
darmadağın etdik. Həqiqətən, bunda – səbirli olanlar və şükür edənlər üçün
ibrət vardır”.
Səbalılar – cənubi Yəməndə yaşamış və Məərib
şəhərində məskunlaşmış bir qəbilə idi. Rəbbimiz bütövlükdə bəşəriyyətə və, xüsusilə,
ərəblərə ən böyük mərhəmət göstərərək, Şərəfli Quranda, hələ bu dünya həyatında
olduqları zaman ədalətli əvəz və dəhşətli cəza almış xalqlar haqqında xəbər
vermişdir. Ərəblər onlarla qonşu olan xalqların taleyini bilirdilər, qədim rəvayətlərdən
onların haqqında eşitmişdilər və Quran ayələrinin gerçəkliyinə şəxsən əmin
ola bilərdilər. Bütün bunlar onlara Səmavi Kitaba iman gətirməkdə və Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) moizələrini başa düşməkdə
kömək edirdi.
Fövqəluca Allah buyurmuşdur ki, səbalıların məskənində
bir dəlil vardır. Bu ifadə ilə nəzərdə tutulan – Allahın səbalıları böyük mərhəməti
ilə himayə etməsi və onları ehtiyacdan və bəlalardan xilas etməsidir. Bu,
onları Ona minnətdarlıq etməyə və yalnız Ona ibadət etməyə yönəltməliydi.
Sonra O (Pak və Müqəddəs) izah edir ki,
Onun bu mərhəməti iki bağ idi ki, şəhərin sağ və sol tərəfində yerləşmişdi. Səbalıların
məskəni böyük bir vadinin yaxınlığındaydı. Dağ sularının axınları bu vahəyə
tökülürdü. Səbalılar burada nəhəng bir bənd inşa etmişdilər ki, onun sayəsində
vahədə su hövzəsi yaranmışdı. Bu su ilə səbalılar vahənin sağında və solunda
yerləşən öz bağlarını suvarırdılar. Bağlar səbalılara sevinc və ləzzət verən
bol məhsul gətirirdi və onların zəruri yeyinti məhsullarının əsas hissəsini
təmin edirdi. Fövqəluca onlara bu bağlarına və həmçinin digər nemətlərə görə
Ona şükür etməyi tapşırmışdı. Onların ölkəsi gözəl idi, havası təmizdi,
yeri isə bərəkətli idi. Lakin ən başlıcası – Allah onlara minnətdarlıq edəcəkləri
təqdirdə, günahlarını bağışlayacağını vəd etmişdi və buna görə də O (Pak və
Müqəddəs) bildirir ki, onların ölkəsi gözəl, Rəbbi isə mərhəmətlidir.
Lakin
Rəbbin səxavəti təkcə sadalananlarla məhdudlaşmırdı. O (Pak və Müqəddəs)
görür ki, səbalılar zəngin ölkələrlə ticarət əlaqəsi qurmaq ehtiyacına
malikdirlər və onlara bir varlı qonşu ölkə ilə ticarət münasibətləri yaratmağa
kömək edir. Müfəssirlərin çoxu yazırlar ki, bu ölkə Yəmən şəhəri olan Sənadır.
Buna baxmayaraq, bəzi ilahiyyatçılar onun – Şam olduğunu güman edirlər. Hər
halda, Allah səbalılara bu ölkəyə tacir karvanlarının təhlükəsiz gediş-gəlişinə
yardım göstərirdi və onlar bu zaman heç bir çətinlik çəkmirdilər. Onlar şəhərlər
arasındakı məsafəni bilir, yoldan azmır, həm gündüz, həm də gecə tam əmin-amanlıq
içində, qorxu-hürkü bilmədən səfərə çıxırdılar.
Amma onlar naşükür oldular və öz Xeyirxahlarından
üz döndərdilər, Ona ibadət etməkdən boyun qaçırdılar və hətta Onun mərhəmətini
rədd etdilər. Onlar ticarət səfərlərinin yüngül keçməsi və çətinlik
yaratmaması ilə qane olmayaraq, səfərlərinin uzunmüddətli və çətin olmasını
arzu etdilər. Onlar hətta Rəbdən yoldakı dayanacaqların arasında məsafələrin
uzadılmasını xahiş edirdilər. Lakin səbalıların küfrü və naşükürlüyü yalnız
onların özlərinə zərər vurdu, çünki Fövqəluca Allah onları ağır cəzaya məruz
qoydu və havaxtsa zəngin olan bu xalqı yoldan çıxaran və azğınlığa salan
maddi nemətlərdən məhrum etdi. Rəbb onların məskənlərinə nəhəng su axını
yönəldərək, onların su səddini dağıtdı, bağlarını viran qoydu və
ağaclarını məhv etdi. Gözəl bağların və bəhrəgətirən ağacların yerinə səbalılar
heç bir fayda əldə edə bilməyəcəkləri ağaclar bitən bağlar əldə etdilər.
Allah onları bəndin yarılması ilə cəzalandırdı və əvvəlki bağları əvəzinə, onlara
acı bəhrəli yulğun və bir neçə sidr ağacları olan iki yeni bağ əta
etdi. Bu yaxşı məlum olan ağaclardır və yemək üçün istifadə edilən bəhrə vermirlər.
Səbalıların əməlləri də belə əbəs – bəhrəsiz idi. Onlar Allaha minnətdarlıq
etməkdən imtina etdilər və yaramaz küfrə üstünlük verdilər və belə olduqda,
O (Pak və Müqəddəs)
onları mərhəmətindən məhrum etdi və onu sərt cəzaya dəyişdi. Həqiqətən,
Onun cəzalandırmasına yalnız Ona iman gətirməyənlər və onlara əta edilən
nemətlərə görə Ona şükür etməyənlər layiq görülür.
Cəza
səbalıları haqlayandan sonra, onların əvvəlki birliyi də yox oldu və onların
arasında çəkişmələr başladı. Onların haqqında xatirələr yalnız xalqların rəvayətlərində
qalmışdır və insanlar səbalılar haqqında ibrətamiz hekayətləri nəsildən nəsilə
ötürmüşlər. Ərəblər hətta onların haqqında belə bir atalar məsəli düzəltmişdilər:
“Onlar səbalılar kimi dağıldılar”. İnsanlar bu xalqın taleyinə nəsib olan bədbəxtlik
haqqında bir-birinə danışmaqdan usanmırlar.
Lakin
bu rəvayətlərdən faydalı nəticələri yalnız Allahın səbirli və nəcib qulları
çıxarda bilirlər. Onlar Onun xatirinə bütün çətinliklərə və bəlalara səbirlə
dözür, Onun nemətini minnətdarlıqla qəbul edir, Onun bəxş etdiyi nemətlərə
görə Ona şükür edir və Onun hökmlərini qüsursuz yerinə yetirirlər. Səbalıların
tarixçəsini eşidən belə insanlar başa düşürlər ki, cəza onlara ancaq naşükürlüklərinə
görə gəlmişdir və belə bir cəza onların yolu ilə gedən hər kəsi təhdid edəcəkdir.
Onlar başa düşürlər ki, Fövqəluca Rəbbə həmd və şükür etmək, insanlara öz əmin-amanlığını
qorumağa və fəlakətlərdən uzaq olmağa imkan verir. Allahın elçiləri (onlara
allahın salamı olsun!) yalnız əsil həqiqəti xəbər verirmişlər və Onun verəcəyi
əvəz labüddür və buna, bir vaxtlar yer üzündə yaşamış qədim xalqların başına gələn
saysız-hesabsız hadisələr şahidlik edir.
ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(34.
20) “İblisin onların haqqında zənni doğru çıxdı və onlar,
bir qrup iman gətirənlərdən başqa, onun ardınca getdilər”.
Allah
bildirir ki, səbalılar o insanlardan idilər ki, şeytan Fövqəlucaya yalvararaq
müraciət etdikdə, onları naşükür və kafir adlandırmış və demişdi: “Sənin
fövqəlqüdrətinə and olsun! Mən onların hamısını, təkcə Sənin seçilmiş səmimi
qullarından başqa, yoldan çıxaracağam” (38/82-83). İblis dediyinə tam əmin
deyildi – o, sadəcə, bunu güman edirdi. Qeyb ona məlum deyildi və Allah da ona
bəşəriyyətin taleyindən xəbər verməmişdi. Lakin o, ehtimal etmişdi ki, yalnız
səmimiyyətlə iman gətirənlər onun fitnə-fəsadlarından çəkinməyi bacara biləcəklər[8].
Səbalılar və onlara bənzər günahkarlar İblisin kafirlər haqqında rəyini təsdiq
etdilər. O, yorulmadan onları doğru yoldan çıxmağa çağırırdı və öz məqsədinə
nail olmağı bacarmışdı. Yalnız öz Rəbbinin istənilən xeyirxahlığına minnətdarlıqla
cavab verən səmimi möminlər şeytanın ehtimalını doğrultmadılar. Belə bir rəy
mövcuddur ki, səbalılar haqqında hekayət bu surənin ondoqquzuncu ayəsi ilə
sona çatır və bu ayədə söhbət bütün bəşəriyyətdən gedir.
ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(34.
21) “Onun onların üzərində heç bir hakimiyyəti yox idi. Biz Axirətə iman gətirənləri
ona şəkk gətirənlərdən ayırmaq üçün belə etdik. Rəbbin hər şeyi
Qoruyubsaxlayandır”.
İblis Adəmin nəsilləri
üzərində ixtiyara malik deyildi və onlara istədiyini güclə icra etdirə bilməzdi.
Lakin müdriklər müdriki Allah ona insanları tovlamağa, azdırmağa, şübhəyə
salmağa imkan vermişdi ki, onlardan Qiyamət gününə qəti inananlarla, ona
şübhə edənləri ayırd etsin. Buna görə, şeytanın yoldan çıxarması – bir
sınaqdır və onun sayəsində sadiq insan yalançıdan fərqlənir. Səmimi qəlb ilə
iman gətirənlər bu sınaqdan yaxşı çıxırlar və İblisin azdırmalarına
aldanmırlar, kəmetiqadlar isə kiçik bir sarsıntıya düşən kimi, şübhələrə
qapılır və şeytanın ilk çağırışında öz imanlarından dönürlər. Məhz şeytanın
azdırması Allahın qullarından kiminin vicdanlı, kiminin isə yaramaz olduğunu
aşkar edir. Fövqəluca Rəbbə gəldikdə isə, O (Pak və Müqəddəs) Öz qullarını
mühafizə edir, onların etdikləri əməllərini qoruyur[9]
və onlar üçün hazırladığı əvəz veriləcək şeyləri də mühafizəsi altında
saxlayır ki, Qiyamət günü hər bir insan özünə çatacaq olanı bütövlüklə ala
bilsin.
Sonra Allah Öz Elçisinə (ona
Allahın salavatı və salamı olsun!) əmr edir ki, müşriklərə onların
ibadət etdikləri məxluqların insanlara nə xeyir, nə də zərər verməyə qabil
olmadıqlarını və ibadətə də layiq olmadıqlarını izah etsin. Bundan ötrü Allah
belə buyurur:
ﯯﯰﯱﯲﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ
ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(34. 22) “De: “Allahla bərabər
saydıqlarınızı çağırın”. Onlar göylərdə və yerdə, hətta, ən kiçicik bir zərrəyə
də sahib deyillər və onlarda olan hər hansı bir şeyin şəriki belə deyillər və
onların arasında Onun köməkçiləri yoxdur!”
Sizin dualarınız sizə fayda verməyəcəkdir,
çünki sizin uydurduğunuz “ilahlar” gücsüzdürlər və yalvarışlarınıza cavab vermək
iqtidarında deyillər. Onlar göylərdə və yer üzündə baş verənlər üzərində heç
bir muxtar hakimiyyətə malik deyillər. Allahın onların arasında yoldaşı yoxdur,
çünki sizin “ilahlarınız” nəinki müstəqil hakimiyyətə malik deyil, onlar həm də
göylərin və yerin üzərində Fövqəlqüdrətli Allahla bərabər, heç bir hakimiyyət
bölgüsündə iştirak etmirlər
Lakin müstəqil sahibkar olmayan və ya
mülkiyyətdə payı olmayan insan əsil mülkiyyətçinin köməkçisi və ya müavini ola
bilər. Əgər müşriklərin uydurduqları “ilahlar” Allahın hüzurunda belə bir
mövqe tutsaydılar, onda onlara yalvarmaq insanlara hökmən fayda verərdi. Yer
üzündəki hökmdarlar həmişə müavinlərə və köməkçilərə ehtiyac duyurlar və
sonuncular onlara yardım üçün müraciət edən insanlara kömək edə bilərlər.
Lakin bütün bunların Allahın səltənətinə heç bir aidiyyəti yoxdur və buna görə
O (Pak və Müqəddəs) buyurur ki, Onun məxluqları arasında köməkçiləri yoxdur. O (Pak
və Müqəddəs) – Vahid və Fövqəlqüdrətli Hökmdardır və Kainatı idarə etmək üçün
heç bir köməkçiyə möhtac deyildir. Onda bütpərəstlərin “ilahları” Allah
qarşısında hansı mövqeyə malik ola bilərlər? Onlar üçün Fövqəlqüdrətli Hökmdar
qarşısında şəfaətçilik etməkdən başqa bir şey qalmır, lakin Allah belə şəfaətçiliyi
rədd edir və buyurur:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ
(34. 23) “Onun dərgahında, icazə
verdiyi kəsdən başqa, kiminsə şəfaəti fayda verməz. Qorxu onların ürəklərini
tərk etdikdə, soruşarlar: “Rəbbiniz nə buyurdu?” Onlar: “Həqiqəti, axı O –
Fövqəlucadır, Böyükdür” – deyərlər”.
Bu ayələrdə Fövqəluca bütlərə, salehlərə,
ağaclara və digər uydurma “ilahlara” ibadət edən müşriklərin ümid bəslədikləri
bütün şeyləri qətiyyətlə rədd edir. Allah onların təfəkkürünün qüsurlu olduğunu
ifşa edir və müşrikliyin əsasını çökdürür.
Hər hansı müşrik
öz “ilahının” yardımına ümid bəsləyərək, ona dua və ibadət edir. Məhz bu ümid
onu yalançı “ilahlara” ibadət etməyə təkan verir. Heç kimin, Allahdan başqa,
göylərdə və yerdə hakimiyyətə malik olmadığı, insanlara müstəqil surətdə xeyir
verə və ya zərər vura bilmədiyi, Allahın hakimiyyətində payı olmadığı, Onun
köməkçisi olmadığı və hətta Onun icazəsi olmadan Onun qarşısında şəfaətçilik
etməyə haqqı olmadığı bir halda, Allahdan başqa kiməsə ibadət edilməsi –
sağlam düşüncəyə və dinə tam ziddir.
Nəticə etibarı ilə
müşrik nəinki öz məqsədinə nail olmur, həm də, özünü ondan daha da
uzaqlaşdırır. Fövqəluca xəbər verir ki, bütlərə ibadət müşriklərə heç bir
fayda gətirməyəcək və onları ancaq əzaba düçar edəcəkdir. Qiyamət günü bütlər
və bütpərəstlər bir-birilərini inkar edəcəklər və bir-birilərini lənətləyəcəklər.
Fövqəluca belə buyurur: “İnsanlar toplandıqda, bütlər onlara düşmən kəsiləcək
və onların ibadətini inkar edəcəklər” (Əhqaf, 46/6).
Qəribədir
ki, müşriklər Allahın elçilərinə itaət etməkdən ona görə imtina edirdilər ki,
onlar insan idilər, lakin özləri daşlara və ağaclara ibadət və dua etməyə
razılaşırdılar. Onlar Rəhmli Hökmdara və Ədalətli Hakimə səmimiyyətlə qulluqdan
imtina etdikləri halda, onlara faydadan çox zərər gətirən məxluqlara ibadət
etməklə, özlərinin amansız düşməni olan şeytana ibadət etməklə qane olurdular.
Müzakirə
etdiyimiz ayənin ikinci hissəsinə gəldikdə isə, belə bir rəy var ki, onda, əvvəlki
ayələrdə olduğu kimi, müşriklikdən bəhs edilir. Ərəb dilinin qrammatikası
qaydalarına uyğun olaraq, əvəzlik öncə xatırlanan ən yaxın ismə aid olur. Qiyamət
günü müşriklərin ürəklərini dəhşətli qorxu bürüyəcək və qorxu bu günahkarların
ürəklərini tərk etdikdə, şüurları yerinə qayıdacaq və mələklər onlardan
soruşacaqlar ki, niyə onlar haqq ilə onların yanına gəlmiş elçiləri inkar
edirdilər. Müşriklər etiraf edəcəklər ki, kafirlik və müşriklik yalan və
faydasız idi, Rəbbin ayələri və elçilərin təbliğatı – haqlı və həqiqət idi.
Fövqəluca buyurmuşdur: “Əgər sən onları Odun qarşısında dayanan görsəydin.
Onlar deyəcəklər: “Ah, əgər bizi geri qaytarsaydılar! Biz Rəbbimizin ayələrini
yalan saymazdıq və mömin olardıq!” “Heç vaxt! Əvvəllər onların gizlədikləri,
özlərinə aydın oldu. Əgər onları geri göndərsələr, onlar mütləq qadağan olunana
qayıdarlar. Həqiqətən, onlar – yalançıdırlar” (Ənam, 6/27-28).
Müşriklər əmin olacaqlar ki, Allahın vəd etdiyi haqq imiş və etdikləri günahlara
görə peşman olacaqlar. Əgər Allahın adları arasında – Fövqəluca, Böyük adları
varsa, bu başqa cür də ola bilməzdi, çünki O (Pak və Müqəddəs) Öz məxluqlarından
Öz Məqamı, Fövqəlqüdrəti və şan-şöhrətli sifətləri ilə misilsiz dərəcədə
üstündür! Allahın əzəmətinin şəhadəti – Onun hakimiyyətinin məhdudiyyətsizliyidir
və bunun qarşısında bütün məxluqlar, hətta ən təkəbbürlüləri və kafirləri də
mütiləşirlər. Bu şərh şərhlərin ən şübhəsizidir və həmin parçanın mətni ilə
uyğun gəlir.
Lakin bir
başqa rəy də vardır ki, ona müvafiq olaraq, bu ayədə söhbət mələklərdən gedir.
Fövqəluca Allah göylərin sakinlərinə müraciət etdikdə, nəcib mələklər
hissiyyatdan məhrum olub, o saat üz üstə düşürlər[10].
Birinci olaraq başını Cəbrail (ə) qaldırır və Allah ona Öz vəhyini nazil edir.
Mələklər özlərinə gələndə və qorxu onların ürəklərini tərk edəndə, onlar
bir-birilərindən soruşurlar ki, Rəbb nə dedi. Onda onlardan bir qismi digərlərinə
cavab verir ki, Allah haqqı demişdir. Bu – ümumi bir cavabdır və ondan bəlli
olur ki, Rəbbin bütün sözlərinin mütləq haqq olmasına mələklər əmindirlər. Ola
da bilər ki, onlar bir-birilərinə Rəbbin hansı hökmü verdiyini və ya nə dediyini
xəbər verirlər.
Aciz, qeyri-kamil
və faydasız “ilahlara” ibadət edən müşriklər gör necə pozğunlaşmışlar ki,
onlar, Fövqəluca və Əzəmətli Rəbbə ibadətdən imtina edirlər. Halbuki, hətta nəcib
mələklər də Ona yaxın olmalarına və Onun nitqini eşitdikdə, Onun haqdan başqa
bir söz söyləmədiyini təsdiq etmələrinə baxmayaraq, Onun qarşısında müti və
alçalmış vəziyyətdə dururlar. Fövqəlqüdrətli Hökmdarın və Hakimin qarşısında
təkəbbür göstərən bu müşriklər nəyi gözləyir? Həqiqətən, Fövqəluca və Böyük
Allah hər cür müşriklikdən üstündür və yalan danışan müşriklərin Onun haqqında
uydurduqları hər şeydən uzaqdır! Sonra Allah Muhəmməd Peyğəmbərə (ona Allahın
salavatı və salamı olsun!) əmr edir ki, müşriklərin etdikləri şirkdə nə qədər
haqlı olduqlarını onlardan soruşsun. Fövqəluca buyurur:
(34. 24) “De: “Sizə göylərdən və yerdən
ruzinizi verən kimdir?” De: “Allah! Həqiqətən,
bizlərdən kimsə ya doğru yoldadır, ya da açıq-aşkar azğınlıqdadır”.
Ey Muhəmməd! Müşriklər mütləq sənə
cavab verəcəklər ki, ruzini verən yalnız Allahdır. Əgər onlar bunu etiraf etməsələr,
onda bunu onlara özün xəbər ver və sən görəcəksən ki, heç kim sənin sözlərini
təkzib edə bilməyəcək. İnsanlara yalnız Allahın göylərdən və yerdən ruzi nazil
etdiyinə, yağış yağdırdığına, bitkiləri becərdiyinə, çayları axıtdığına,
ağaclarda meyvələr yetişdirdiyinə və insanlara kömək edən və onlar üçün qida
mənbəyi olan müxtəlif heyvanlar yaratdığına onların gözünü aç. Nəyə görə onlar
nemət verə və onlara fayda gətirə bilməyən məxluqlara ibadət etməyi davam
etdirirlər?
Onlara de: “Biz sizinlə tamamilə
başqa-başqa adamlarıq. Bizim bəzilərimiz ehtiramla doğru yolla gedir, digərləri
isə azğınlıq burulğanına batmışlar. Biz bir-birimizə öz dəlillərimizi təqdim
etmişik və onlar kimin doğru dediyinə və doğru yolla getdiyinə, kiminsə,
yalan danışdığına və azğınlıq zülmətində dolaşdığına şübhə yeri qoymur.
Bizim dəlillərimiz o dərəcədə inandırıcıdır ki, hər dəfə yeni-yeni sübutlar
gətirməyin mənası yoxdur”.
Həqiqətən, belə sözləri o adam deyə bilər
ki, haqqı dərk etmiş, doğru yolu tapmış və öz baxışlının gerçəkliyinə və rəqiblərinin
nəzərlərinin yanlışlığına möhkəm əminlik hasil etmiş olsun. Bütün varlıqları
Xəlqedən, Kainatı müstəqil İdarəedən, məxluqlarına çoxsaylı nemətlərini Bəxşedən,
onları bəlalardan və müsibətlərdən Qoruyan və ən gözəl, tərifəlayiq və göylərdə
və yerdə hüdudsuz hakimiyyətə Sahibolan Allaha ibadət etməyə çağıran insanlar
haqqında düşün! Mələklər və bütün qalan məxluqlar Onun əzəməti qarşısında mütiləşir
və Onun fövqəlqüdrətinə tabe olurlar. Ən şərəfli müdafiəçilər Onun qəzəbindən dəhşətə
gəlirlər və başqa məxluqlara havadarlıq etməyə yalnız Onun izni ilə razı
olurlar. O (Pak və Müqəddəs) – Fövqəluca və Böyük Rəbdir. Onun məqamı ən
ucadır, Onun sifətləri ən qüsursuzdur, Onun əməlləri ən təqdirəlayiqdir. O (Pak
və Müqəddəs) kamilliyə, söhrətə, gözəlliyə malikdir və ən səmimi tərifə və
ehtirama layiqdir. Fövqəlqüdrətli Xaliqə ibadət etməyə, Ona sədaqətlə xidmət göstərməyə
və Onunla yanaşı digər “ilahların” qəbul edilməməsinə çağıran bu insanları və
nə heç bir canlı məxluqu yaratmaq gücündə olmayan, nə də ruzi verə bilməyən
bütlər, daş heykəllər və qəbirlər qarşısında təzim edən günahkarlarla müqayisə
et! Bu uydurma “ilahlar” nəinki müşriklərə, hətta heç özlərinə də fayda verməyə
və ya zərər vurmağa qadir deyillər. Onlar nə həyata, nə ölümə, nə də dirilməyə
sərəncam çəkə bilmirlər. Onlar, sadəcə, ağlı olmayan və onlara ibadət edən
insanların dualarına cavab belə verə bilməyən cansız varlıqlardır. Lakin əgər
onlar duaları eşidə bilsəydilər belə, onsuz da cavab verə bilməyəcəkdilər. Qiyamət
günü başladıqda isə bu bütlər və daş heykəllər müşriklərdən də,
onların ibadətindən də imtina edəcəklər. Müşriklər və onların bütləri bir-birilərini
lənətləyəcəklər və bütün insanlara aydın olacaq ki, Allahdan başqa, bir canlı
məxluq belə göylər və yer üzərində hakimiyyətə malik deyil və Allahla bərabər
bu hakimiyyətə şərik deyil, Onun köməkçisi deyil və Onun icazəsi olmadan Onun
qarşısında şəfaətçilik etmək ixtiyarına malik deyil.
Lakin nə qədər ki, həmin Gün
başlamamışdır, müşriklər aciz və faydasız bütlərə müraciət etməkdə davam edirlər,
var gücləri ilə onların mərhəmətini qazanmağa can atırlar və yalnız Tək Allaha
ibadət edənlərin hamısına qarşı nifrət və düşmənçilik bəsləyirlər, möminlərə
müqavimət göstərirlər və aləmlərin tək Rəbbinə səmimiyyətlə və sədaqətlə
qulluğu təbliğ edən Allah elçilərini rədd edirlər. Bu həqiqəti dərk edənlər,
heç bir çətinlik çəkmədən, əsil xoşbəxtliyə nail olanları və haqq yolu ilə gedənləri,
özünü əbədi bədbəxtliyə məhkum etmiş və azğınlığa düşmüşlərdən fərqləndirirlər.
Fövqəluca bu ayədə doğru yolla gedənin kim olduğunu qeyd etmir, çünki bu həqiqət
o dərəcədə aydındır ki, insanlar əlavə izaha ehtiyac duymurlar.
ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ ﮉ
(34. 25) “De: “Sizdən bizim
günahlarımız, bizdən də sizin günahlarınız haqqında soruşmayacaqlar”.
Bizim hər birimiz yalnız öz əməllərinə cavab verəcəkdir.
Siz müsəlmanların edə biləcəyi günahlara görə cavab verməyəcəksiniz, biz
də sizin cinayətlərinizə görə cavab verməyəcəyik. Qoy bizim hər birimiz haqqı
tapmağa səy göstərsin və doğru yola gəlsin. Əvvəllər etdiklərimizə əhəmiyyət
verməyin və qoy bizim hərəkətlərimiz sizə düzgün seçim etməkdə mane
olmasın. İnsanların əsil həqiqətdə nəyə görə belə davrandıqlarını anlamağa
cəhd göstərməyin və onların əməllərini gördüyünüz kimi qəbul edin. Haqqa uyğun
rəftar edin və yalandan çəkinin, çünki Qiyamət günü hər bir insan öz əməllərinə
görə cavab verməyə çağrılacaq. Həmin gün Müdrik və Adil Hakim insanlar
arasında onların bir-biri ilə nə üstündə çəkişdikləri barədə Özü mühakimə edəcəkdir.
ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(34.
26) “De: “Rəbbimiz bizim hamımızı toplayacaq, sonra isə aramızda ədalətlə hökm
verəcəkdir, çünki O – Hökmverəndir, Biləndir”.
Allah
müsəlmanları da, müşrikləri də məsuliyyətə cəlb edəcəkdir və ədalətli hökm
çıxaracaqdır və aydın olacaqdır ki, kim doğruçu imiş və mükafata layiqdir, kimsə
yalan danışıb və cəzaya layiqdir. Həqiqətən, Allah – Hökmverəndir, Biləndir. O (Pak
və Müqəddəs) ən dolaşıq və qaranlıq işlərə nur saçmağa və ədalətli hökm
çıxarmağa qadirdir, çünki O (Pak və Müqəddəs) insanların bütün əməllərindən
agahdır.
ﮖ ﮗ
ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ
(34.
27) “De: “Ona şərik qoşduqlarınızı mənə göstərin. Xeyr! O – Allahdır, Fövqəlqüdrətlidir,
Müdrikdir”.
Allahla
yanaşı ibadətə layiq olanlar haradadırlar? Mən onları necə tanıya və onların
ilahlığına necə əmin ola bilərəm? Onlar göylərdəmi məskunlaşmışlar və ya yerə
enmişlər? Həqiqətən, aşkarı da, qeybi də Bilən Allah xəbər vermişdir ki,
Ondan başqa digər ilahlar yoxdur və ola da bilməz. Quranda deyilir: “Onlar
Allahla yanaşı, onlara nə zərər vura, nə də fayda verə bilənə ibadət edirlər.
Onlar deyirlər: “Onlar – Allah qarşısında bizim şəfaətçilərimizdir”. De: “Məgər
siz Allaha göylərdə və yerdə elə bir xəbər verə bilərsiniz ki, O onu bilməmiş
olsun?” O Pakdır və sizin Ona qoşduğunuz şəriklərdən ucadır” (Yunus,
10/18);
“Həqiqətən,
göylərdə olanlar da, yerdə olanlar da Allaha məxsusdur. Allahdan başqa digər
“ilahlara” ibadət edənlər hansı yolla gedirlər? Onlar yalnız ehtimal edir və
sadəcə yalan danışırlar” (Yunus,
10/66).
Hətta
məxluqların ən yaxşıları olan Allahın elçiləri belə Allahla müqayisə oluna
biləcək bir kəs tanımırlar. Məgər müşriklər Fövqəlqüdrətli Rəbbin şəriklərini
göstərə bilərlərmi?! Əlbəttə ki, Allaha bərabər və bənzər olan yoxdur və Onun şərikləri
və rəqibi də yoxdur. Təkcə O (Pak və Müqəddəs) ibadətə və pərəstişə layiqdir, çünki
Onun Fövqəlqüdrətli, Müdrik adları Onun gözəl adları arasındadır. Bütün varlıq
Onun hökmü altındadır və Ona tabedir. O (Pak və Müqəddəs),
kamil məxluqlar yaradır və hikmətli qanunlar qəbul edir.
Əgər
Fövqəlucanın
hikmətli qanunları arasında, Tək Olan Allaha səmimiyyətlə və sədaqətlə ibadət
etmək və insanların uğur qazanmaları və məhv olmaqdan, əbədi əzablardan xilas
olmaları üçün müşriklikdən və uydurma “ilahlara” ibadət etməkdən çəkinmək
hökmündən başqa bir qanun olmasaydı belə, onda təkcə elə bu, Rəbbin kamil
müdrikliyinin gözəl dəlili olardı. Bəs onda Fövqəlucanın, hər bir hökmü hikmət
incisi olan şəriəti haqqında nə deyə bilərik?!!
ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(34. 28) “Biz səni
məhz bütün insanlara müjdəçi və xəbərdaredən nəsihətçi kimi göndərdik, lakin
əksər insanlar bilmirlər”.
Fövqəluca Muhəmməd Peyğəmbərə (ona
Allahın salavatı və salamı olsun!) bildirmişdir ki, o (s.ə.s.), istisnasız
olaraq bütün insanları bol mükafat müjdəsi ilə sevindirmək və onları şiddətli
cəza haqqında xəbərdar etmək üçün göndərilmişdir. Elçi (s.ə.s.)
insanlar üzərində hökmranlıq etmirdi, lakin inadkar kafirlər ondan (s.ə.s.),
yalnız Bir Olan Allahın qadir olduğu bir şeyi tələb etməkdə davam edirdilər.
Buna görə Fövqəluca buyurur ki,
insanlar çox vaxt həqiqətdən xəbərsiz olurlar. Onlar gerçəklik haqqında ya
sadəcə bilmirlər, ya da onu qəbul etməkdən inadkarcasına boyun qaçırırlar. Sonuncular
həqiqi bilikdən məhrum olanlara bənzəyirlər, çünki onlar haqqı təbliğ edənlərə
itaətdən imtina edir və öz kafirliyini doğrultmağa cəhd göstərərək, onlardan
mümkün olmayan şeylər tələb edirlər.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚ
(34. 29) “Onlar dedilər: “Əgər siz
doğru danışanlarsınızsa, onda bu vəd nə vaxt gerçəkləşəcəkdir?”
Muhəmməd Peyğəmbərin (ona Allahın
salavatı və salamı olsun!) zamanında müşriklər məhz belə davranırdılar. Onlar
ondan (s.ə.s.) onun (s.ə.s.) müşrikləri çəkindirdiyi Hesablaşma saatının
yaxınlaşdırılmasını tələb edirdilər. Həqiqətən, bu, müşriklər tərəfindən edilən
ən böyük zalımlığın təzahürüydü. Məgər haqqı deməkdən ötrü insan Qiyamət
gününün nə zaman başlayacağını bilməli idi? Həqiqətən, müşriklərin sözləri
onların haqqa bəslədikləri kin-küdurətə və onların kəmağıllılığına dəlalət edirdi.
Təsəvvür edin ki, sədaqətli və səmimi bir insan, onun bu sədaqətini və doğruçuluğunu
bilən bir xalqın yanına gəlir və xəbər verir ki, düşmən döyüşə hazırlaşır və bu
xalqı məhv etmək niyyətindədir. Məgər bu halda insanlar onun doğru danışdığını
sübut etmək üçün yaxınlaşan düşmənin yerini və döyüşün başlanmasının vaxtını
ondan istəməlidirlərmi? Hansı ağıllı insan bu anda belə sədaqətli və düz
danışan adamdan dəlillər tələb edər? Əgər adamlardan kimsə bunu tələb edərsə,
insanlar onu, sadəcə, axmaq adam sayarlar[11].
Bəs onda ən sədaqətli,
doğru danışan, öz istəklərinə uymadan, yalnız Rəbbin vəhyləri əsasında
danılmaz həqiqəti təbliğ edən və bəşəriyyəti qarşısıalınmaz və qurtulmaq
mümkün olmayacaq cəza haqqında xəbərdar edən insanı yalançı sayan adamlar barədə
nə demək olar? Həqiqətən, belə bir insanı Qiyamət gününün gəlməsini bilməməsinə
görə rədd etmək ən böyük axmaqlıqdır.
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ ﯤ ﯥ
(34. 30) “De: “Sizə vəd edilən Günü siz
hətta bir saat belə nə uzaqlaşdıra, nə də yaxınlaşdıra bilməzsiniz”.
Bu, Qiyamət gününün başlanması haqqında
insanların bilməli olduqları yeganə həqiqətdir. Onlar bu gündən çəkinməli və
ona hazırlaşmalıdırlar.
ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ
(34. 31) “Kafirlər
dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə inanmırıq”. Əgər sən
zalımları Rəbbinin qarşısında, bir-birinə söz atıb, dayandıqları zaman görsəydin!
Zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Əgər siz olmasaydınız, biz mömin
olardıq”.
Fövqəluca Allah müəyyən olunmuş Günün
labüdlüyünü xatırlatdıqdan sonra, həmin dəhşətli gündə kafirləri nəyin gözlədiyini
bildirir. Əgər yer üzündəki insanlarla kafirliyə başçılıq edənlərin və onların
ardıcıllarının Məhşər ayağında bir-biri ilə necə çəkişdiklərini görməyə imkan
verilsəydi, onda onlar dəhşətli və ağlasığmaz bir mənzərənin şahidi olardılar.
Həmin gün kafirlər bir-birilərini günahlandıracaq və bədbəxtlər onları doğru
yoldan çıxaran başçılarına deyəcəklər: “Siz bizə iman gətirməyə mane oldunuz
və küfrü bizə bərbəzəkli göstərdiniz, biz isə yalnız sizin ardınızca gedirdik.
Bu gün ancaq siz cəzalandırılmalısınız, çünki biz əzablı işgəncələrə layiq
deyilik”.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ
(34. 32) “Özlərini təkəbbürlə aparanlar
zəiflərə deyəcəklər: “Məgər Haqq Təlimat gəldikdən sonra, bizmi sizi ondan
uzaqlaşdırdıq? Yox, siz özünüz günahkar idiniz”.
Kafirliyə başçılıq edənlər binəsiblərə etiraz edərək,
onların hər birinin müstəqil surətdə qərar qəbul etdiyini sübut etməyə cəhd göstərəcəklər.
Onlar deyəcəklər: “Biz sizi kafirliyə güclə məcbur etmirdik və siz imtina
etmək və ardımızca gəlməmək imkanına malik idiniz. Bizim sizin üzərinizdə
heç bir hakimiyyətimiz yox idi”.
ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ
(34.
33) “Belə olduqda, zəiflər təkəbbürlülərə deyəcəklər: “Xeyr! Siz gecə-gündüz
bizə əmr edirdiniz ki, Allahı inkar edək və başqalarını Onunla bərabər tutaq”.
Onlar əzabı görüncə peşmançılıqlarını gizlədəcəklər. Biz kafirlərin boynuna
buxov vuracağıq. Cəza isə onlara yalnız əməllərinə görə veriləcəkdir”.
Bədbəxt
kafirlər öz rəhbərləri və başçıları ilə çəkişməkdə davam edəcək və deyəcəklər:
“Siz, öz məkrli nitqlərinizlə gecə-gündüz aldatmağınız və kafirliyin ədalətli
olmasında əmin etməyiniz sayəsində bizi doğru yoldan çıxarda bildiniz. Siz
azğınlığı doğru yol, haqqı isə azğınlıq adlandırırdınız. Siz Haqq Təlimi ləkələməyə
cəhd göstərirdiniz və fitnəkarlıqlar edirdiniz ki, bizi tamamilə doğru yoldan
sapdırasınız”.
Onsuz
da bu çəkişmələr kafirlərə heç bir fayda verməyəcəkdir – onlar ancaq bir-birilərindən
əl çəkəcəklər və onların ürəklərini böyük ümidsizlik və məyusluq bürüyəcəkdir.
Onlar cəzadan xilas olmaq ümidi ilə bir-birilərinin qarşısında özlərini
doğrultmaya çalışacaqlar, lakin onlara aydın olacaq ki, doğrudan da onlardan
qisas alınmasına layiqdirlər. Onlar əməllərinə görə sonsuz dərəcədə peşman
olacaq və doğru yolla getmədiklərindən və onları əbədi sarsıdacaq yalanı rədd
etmədiklərindən qəm-qüssəyə batacaqlar. Lakin onlar peşmançılıqlarını ürəklərində
çəkəcəklər, çünki öz namussuzluqlarını rüsvayçılıqla etiraf etməkdən
qorxacaqlar. Uzunsürən Qiyamət günü ərzində kafirlər tövbə zamanı cəmi bir neçə
dəfə öz peşmançılıqlarını ucadan etiraf edəcəklər. Eyni şeyi onları Cəhənnəmə
atanda da edəcəklər. Fövqəluca belə buyurur: “Həmin gün
zalım öz əllərini çeynəyərək deyəcək: “Kaş ki, Elçinin yolu ilə gedəydim! Kül
başıma! Kaş ki, mən filankəsi özümə dost tutmayaydım!” (Furqan, 25/27-28);
“Onlar deyəcəklər: “Əgər biz qulaq
assaydıq və düşünsəydik, Odun sakinləri arasında olmazdıq”. Onlar öz günahlarını
etiraf edəcəklər. Qəhr olsun Od sakinləri!” (Mülk, 67/10-11).
Sonra Fövqəlqüdrətli
Allah xəbər verir ki, günahkarlara, məhbuslar kimi, qandal vurulacaq. Fövqəluca
buyurur: “...Onları boyunlarında buxov və zəncirlənmiş halda qaynar suya
sürüyəcək və Odda yandıracaqlar”(Mömin, 40/71-72).Həqiqətən,
əzab-əziyyətli cəza və ağır buxovlar kafirliyə, günahlara və itaətsizliyə görə
ədalətli qisasdır.
ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ
(34. 34) “Biz xəbərdarlıq edən nəsihətçini
hansı məskənə göndərirdiksə, onun naz-nemət içində rahatlığa alışmış sakinləri
deyirdilər: “Doğrusu, biz sizin gətirdiyinizə inanmırıq”.
Fövqəluca xəbər verir ki, öz elçilərindən imtina
etmiş qədim xalqlar, bu gün Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və
salamı olsun!) inkar edən fasiqlərə oxşayırdılar. Allahın elçisi (ə) hansı məskənə
gəlirdisə, həmin yerin maddi nemətlərlə azdırılmış və öz zənginliyi ilə qürrələnən
varlı kişiləri onu (ə) rədd edirdilər.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
(34.
35) “Onlar deyirdilər: “Bizim çoxlu var-dövlətimiz və övladlarımız var və
bizə əzab verməyəcəklər”.
Biz
ümumiyyətlə dirildilməyəcəyik və əgər dirildilsək də, bizə yer üzündə
saysız-hesabsız dövlət və çoxsaylı övladlar bəxş etmiş Rəbb, bizə Axirətdə mütləq
daha bol mükafat əta edəcəkdir. Bu isə o deməkdir ki, biz cəzalandırılmayacağıq.
ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ
ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(34.
36) “De: “Həqiqətən, Rəbbim istədiyinin nəsibini
artırır və ya məhdudlaşdırır, lakin insanların əksəriyyəti bilmir”.
Fövqəluca
Allah yalançı bəyənatları təkzib edərək xəbər verir ki, dünya həyatında zənginlik
və kasıblıq Axirətdə uğur qazanılacağına dəlil deyildir. Rəbb var-dövləti Öz
ilahi iradəsinə uyğun olaraq insanlara nazil edir. İnsanların bəzilərinə
bolluq nəsib edir, digərlərinə isə – kasıblıq.
ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ
(34.
37) “Nə sizin malınız, nə də övladlarınız, siz iman gətirməsəniz və yaxşı işlər
görməsəniz, sizi Bizə yaxınlaşdırmaz. Məhz belə insanların əməllərinin əvəzi –
uca saraylarda əmin-amanlıq içində olmaqdır”.
İnsan
Allaha yalnız Allahın elçilərinin təbliğ etdiklərinin hamısına qəti iman gətirməsi
və öz xeyirxah əməlləri sayəsində yaxınlaşa bilər. Bu məziyyətlərə malik olan
insanların mükafatı on dəfədən yeddi yüz dəfəyə qədər və daha çox
artırılacaqdır. Bu mükafatların əsil ölçüsü Fövqəluca Allahdan başqa heç kimə
məlum deyil. Bu möminlər ən yüksək qəsrlərdə rahatlanacaqlar ki, orada nə qəm-qüssə
biləcək, nə də narahatçılıq çəkəcəklər. Onlar orada saysız-hesabsız nemətlərdən
ləzzət alacaq və öncədən biləcəklər ki, bu məskəni heç vaxt tərk etməyəcək və
heç vaxt orada kədərlənməyəcəklər.
ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(34.
38) “O kəslər ki, Bizim ayələrimizi zəiflətməyə cəhd göstərirlər, əzaba düçar
ediləcəklər”.
Onlar
öz Rəbbinin elçilərini rədd edirlər və onları yalan danışmaqda və gücsüzlükdə
ifşa etməyə cəhd göstərirlər. Qiyamət günü Cəhənnəmin qüdrətli keşikçiləri
onları yaxalayacaq və onlar yalnız onda biləcəklər ki, gücsüzlük onların güvəndikləri
və ümid bəslədiklərindəymiş.
ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ
ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ
(34.
39) “De: “Həqiqətən, Rəbbim öz qullarından istədiyinə nəsibini artırır və ya
məhdudlaşdırır. O, sizin sərf etdiklərinizin hamısının əvəzini ödəyəcəkdir. O
– ən yaxşı Qismətbəxşedəndir”.
Fövqəluca
bu barədə ona görə xatırladır ki, möminlər qohumlarına, qonşularına, yetimlərə,
kasıblara və digər ehtiyacı olanlara sərf etdikləri fərz və könüllü ianələrin
onlara mütləq qaytarılacağına qəti əmin olsunlar. Sədəqə və ianələr heç vaxt onları
verənin var-dövlətini azaltmır, çünki onların əvəzini verəcəyini Fövqəluca
Allah Özü vəd etmişdir və O (Pak və Müqəddəs), qullarından istədiyinin nəsibini
artırır və ya azaldır. O (Pak və Müqəddəs) – ruziverən səxavətlilərdən Ən Səxavətlidir.
Ey insanlar! Bunu unutmayın, Ondan var-dövlət və ruzi istəyin və onları əldə
etməkdən ötrü zəruri olan və bacardığınız hər şeyi edin.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ
(34.
40) “Həmin gün O, onların hamısını toplayacaq, sonra isə mələklərə buyuracaq:
“Sizə ibadət edənlər bunlar idilər?”
(34.
41) “Onlar deyəcəklər: “Sən Pak və Müqəddəssən! Onlar yox, Sənsən bizim
Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər və əksəriyyəti məhz onlara iman gətirmişdilər”.
Qiyamət
günü başladıqda, Allah bütün müşrikləri və onların ibadət etdikləri yalançı
“ilahları” bir yerə toplayacaqdır. Mələklərə ibadət edən kafirləri
qınamaqdan ötrü, Fövqəluca nəcib mələklərdən soruşacaq: “Bunlar sizəmi ibadət
edirdilər?” Mələklər müşriklərin onlara ibadət etməsini inkar edib deyəcəklər:
“Yoxdur Səndən başqa ilah! Sən hər hansı müşriklikdən Ucasan! Biz Səni sevir,
Sənin lütfkarlığına ümid bəsləyirik və bizim bütpərəstlərlə heç bir münasibətimiz
yoxdur. Biz Sənin Himayənə möhtacıq və heç vaxt insanları özümüzə ibadət etməyə
çağırmarıq. Məgər biz Səndən başqa saxta ilahlar uydurarıqmı və kiminsə himayəsinə
ümid bağlayarıqmı?!! Müşriklər cinlərə və şeytanlara ibadət və itaət edirdilər
və onlar da müşrikləri mələklərə və uydurma “ilahlara” ibadət etməyə sövq
edirdilər”.
Onların
şeytana ibadəti – ona və onun tərəfdarlarına itaət etmələrindən ibarət idi. Fövqəluca bunu, bütün müşriklərə müraciət
edərkən izah etmiş və belə buyurmuşdu: “Məgər Mən, ey Adəm oğulları, nəsihət
etməmişdim ki, sizin açıq düşməniniz olan İblisə ibadət etməyəsiniz və Mənə
ibadət edin? Bu – düz yoldur” (36/60-61). Lakin müşriklər Allaha itaətsizlik
göstərdilər, şeytana etibar etdilər və ona itaət etməyə başladılar. Onlar şeytana
iman gətirdilər, çünki iman həmişə etibar və itaətdən ibarət olur.
ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶﭷﭸ
ﭹ ﭺ ﭻﭼ ﭽﭾ
(34.
42) “Bu gün siz bir-birinizə nə fayda, nə də zərər verə bilməyəcəksiniz. Biz
zalımlara buyuracağıq: “Dadın yalan hesab etdiyiniz Odun əzabını!”
Mələklər müşrikləri inkar edib onlardan üz döndərdikdən
sonra, Fövqəluca onlara müraciət edərək buyuracaq: “Bu gün aralarınızdakı əlaqələr
qırılmışdır və buna görə siz bir-birinizə fayda və zərər verə bilməzsiniz”.
Sonra da Rəbb kafirləri və günahkarları Cəhənnəmə atdıraraq onlara belə
buyuracaq: “İnkar etdiyiniz cəzanı dadın! Siz onu öz gözünüzlə görürsünüz və
oranın alov burulğanına artıq salınmızınız. Bu – sizə xeyirxah işlər görməyə
və cəzadan xilas olmağa imkan verməyən kafirliyinizə görə ədalətli qisasdır”.
ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
ﮡ ﮢ
(34. 43) “Onlara
Bizim aydın ayələrimizi oxuyanda, onlar deyirlər: “Bu – sadəcə, bir kişidir
ki, sizi atalarınızın ibadət etdiklərindən uzaqlaşdırmaq istəyir”. Onlar
deyirlər: “Bu – sadəcə, uydurulmuş bir yalandır”. O kəslər ki, haqq
onlara gəldikdə, ona iman gətirmədilər, deyirlər: “Bu – yalnız aşkar bir sehrbazlıqdır”.
Fövqəluca xəbər
verir ki, müşriklər, bu dünyada onlara aydın şəkildə izah edilən Quran ayələri
çatdırılanda və Allahın, Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!)
doğruçuluğu təkzibedilməz dəlillərlə onlara təqdim ediləndə, özlərini necə
aparırlar. Bu sübutlar və dəlillər onlara hər bir xeyiri aydınlaşdırır və
onları hər hansı şərdən çəkindirir. Bunlar Rəbbin insanlara bəslədiyi ən
böyük mərhəmətidir və Allahın bütün qullarını Fövqəluca Allaha və Onun
Kitabına iman gətirməyi və Onun bütün hökmlərinə itaət göstərməyi vacib edir.
Lakin müşriklər Föv-qəlucanın bu lütfkarlığına naşükürlüklə cavab verirlər,
Onun Təlimini rədd edir və Onun şərəfli Elçisi (s.ə.s.) haqqında deyirlər: “Bu
kişi sizi yolları ilə getdiyiniz əziz atalarınızın adətlərindən uzaqlaşdırmağa
çağırır ki, siz ixlasla yalnız bir Allaha qulluq edəsiniz”.
Müşriklər, yalan təbliğatçılarının
vəsvəsəsi sayəsində, haqqı inkar edirlər və sonuncular nəinki öz
doğruçuluqlarını sübut edən inandırıcı dəlillər gətirməyə, onlar hətta ağıllı
insanların ürəyinə kiçik bir şübhə salmağa belə qadir deyillər. Haqqı danan və
azğın qardaşlarının da haqqı danmaları ilə özlərinə bəraət qazandıran azğın
günahkarlar kimin ürəyinə şübhə sala bilərlər? Özünə belə bəraət qazandırmaq əsil
axmaqlıqdır. Allahın dinini təkzib etməyə cəhd göstərən müşriklərin,
filosofların, materialistlərin, ateistlərin və digər allahsızların sözləri
üzərində sadəcə düşünmək kifayətdir ki, onların hamısının eyni cəfəngiyat
olduğunu anlayasan. Onların sözləri və əməlləri Qiyamət saatının başlanmasına
qədər haqqı rədd etmək istəyən hər bir kəs üçün nümunədir.
Müşriklər öz
davranışlarına yollarını azmış atalarının əməlləri ilə haqq qazandırırlar və
Allahın elçilərinin (onlara salam olsun!) Təlimini rədd etməyi özlərinə rəva
görürlər, amma təkcə bununla özlərini məhdudlaşdırmırlar. Onlar cəsarət göstərib,
Şərəfli Kitaba böhtan atırlar və onu, Muhəmmədin (ona Allahın salavatı və
salamı olsun!) özünün qondardığı uydurulmuş yalan, yəni saxta Kitab
adlandırırlar. Onlar həm də onu açıq-aşkar sehr, yəni sehrbazlıq əməli
adlandırırlar ki, bunun da yanlışlığı hər kəsə aydındır. Onlar öz iftiraçı
danışıqları ilə Haqqa bəslədikləri nifrəti nümayiş etdirir və axmaqların və
nadanların arasında özlərinə yardımçı axtarırlar.
Beləliklə, müşriklərin
öz etiqadı və baxışlarının lehinə gətirə biləcəkləri nə bir inandırıcı, nə
də hətta şübhədoğurucu dəlilləri belə yoxdur. Əgər onlar öz baxışlarını əsaslandırmağa
cəhd göstərsələr, bunu edə bilməyəcəklər, çünki onların nəzəriyyələrinin nə zəmini,
nə də təməli vardır. Buna görə sonra Fövqəluca belə buyurur:
ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ
(34. 44) “Biz onlara oxuya biləcəkləri
bir Kitab əta etməmiş və səndən əvvəl onlara bir çəkindirici göndərməmişdik”.
Onların istinad edə
biləcəkləri bir Kitabı, sözlərinə və hərəkətlərinə əsaslanaraq özlərinə bəraət
qazandıra biləcəkləri bir elçiləri yox idi. Onların nə aydın biliyi, nə də
bunun izi-tozu belə yox idi[12].
ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ
ﯝ ﯞ ﯟﯠ
(34.
45) “Onlara qədər olanlar da yalançı saymışdılar. Bunlar Bizim onlara əta
etdiklərimizin heç onda birini də almamışdılar, lakin onlar Mənim elçilərimi
inkar etdilər. Gör, Mənim inkar etməm necə oldu!”
Allah Məkkə müşriklərinə müraciət edir
və onları, onlardan əvvəlki kafirləri haqlamış cəzadan xəbərdar edib çəkindirir.
Məkkəlilər Allahın əvvəlki xalqlara əta etdiklərinin onda bir hissəsinə belə nail
ola bilməmişdilər[13].
Lakin onlar Allahın elçilərini qəbul etmirdilər və buna görə Allahın onları
ifşa etməsi dəhşətli olmuşdur. Allah onları qınamış və işgəncəli cəzaya məruz
qoymuşdu. Rəbb onların bəzilərini dənizdə qərq etmiş, digərlərini sarsıdıcı
qasırğa ilə, başqalarını qulaqbatırıcı fəryadla, bəzilərini zəlzələ ilə və digərlərini
şiddətli küləklə məhv etmişdi. Ey kafirlər! Öz küfrünüzdə inadkar olmağa cəsarət
etməyin ki, əvvəlki xalqların başına gələnlər sizin də başınıza gəlməsin.
ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ
(34. 46) “De: “Mən sizə yalnız bir şeyə:
Allah xatirinə ikilikdə və ya təklikdə səy göstərib, sonra düşünməyi məsləhət
görürəm. Sizin yoldaşınız cinli deyil. O, qarşınızdakı ağır əzab-əziyyəti,
sadəcə, sizin nəzərinizə çatdırandır”.
Mən xahiş edirəm mənim
məsləhətimə qulaq asıb, bunu edəsiniz. Belə hərəkət etsəniz, bu ədalətli olar,
çünki mən sizdən ardımca kor-koranə gəlməyinizi və öz baxışlarınızdan dönməyinizi
xahiş etmirəm. Qarşınıza haqqı tapmaq məqsədi qoyun və çalışın ki, Allahın
qarşısında səmimi olasınız. Bir yerə toplaşın və mənim sizi dəvət etdiyim
şeyi müzakirə edin. Sonra tənhalığa çəkilin və öz vicdanınız qarşısında səmimi
olun. Düşündüklərinizi cəmləşdirin və sizə göndərilmiş elçi barəsində fikirləşin.
Məgər o, dəliyə oxşayır? Məgər onun görkəmi, nitqi və məziyyətləri dəlilərə
xasdırmı? Bəlkə o, doğrudan da haqlı peyğəmbərdir və sizi müsibətlərdən çəkindirir
və baş verəcək şiddətli və ağrılı cəzalar barədə xəbərdar edir?
Əgər siz bu məsləhəti dinləsəniz, sizə
tamamilə aydın olar ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!)
cin tutmuş dəli deyildir. Onun (s.ə.s.) zahiri görkəmi, onun (s.ə.s.) baxışı dəlilərin
görkəminə və baxışına bənzəmir. Onu nə boğmaca, nə qıcolma tutmur. Əksinə, o
(s.ə.s.) ən gözəl görkəmə malikdir və ən zərif davranışlar sahibidir. O – alicənab
xasiyyətə malikdir, sakitdir, təvazökardır, ləyaqətlidir və bir çox digər müsbət
məziyyətləri vardır ki, onlar yalnız ən ağıllı insanlara məxsus olur.
Əgər siz onun (s.ə.s.)
gözəl kəlamları və müdrik nitqləri üzərində düşünsəniz, əmin olarsınız ki,
onlar həmsöhbətlərinin ürəklərinə rahatlıq və iman bəxş edir, onların qəlbini
paklaşdırır, onlara ən gözəl xasiyyətlər aşılayır və onları pozğun əxlaqdan xilas
edir. O (s.ə.s.) danışmağa başlayan kimi, insanlar ona (s.ə.s.) hörmət və ehtiram
bəsləməyə ruhlanırlar. Məgər belə rəftarı dəlilərin azğınlığı ilə müqayisə etməkmi olar? Məgər belə
nitqlər dəlilərin sayıqlamasına oxşayırmı?!!
Hər hansı bir adam ya təklikdə və ya
digər insanlarla birlikdə olarkən Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı
və salamı olsun!) həyatı və davranışı üzərində düşünərsə və onun (s.ə.s.)
doğrudan da Allahın Elçisi olduğuna cavab tapmaq istəyərsə, mütləq belə bir nəticəyə
gələr ki, Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) sədaqətli peyğəmbər
və həqiqi elçidir. Məkkəlilər isə buna daha asanlıqla inanmalıydılar, çünki
onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) anadan olduğu
gündən rəhmətə getdiyi günədək yaxşı tanıyırdılar[14].
ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ
(34.
47) “De: “Mənim sizdən istədiyim mükafat yalnız sizin üçündür, məni isə Allah
mükafatlandıracaqdır. O – hər şeyin Şahididir”.
Allah xəbər verir ki, əgər Allahın Elçisi (ona
Allahın salavatı və salamı olsun!) İslamı qəbul edənlərin varidatını əlinə
keçirsəydi və onlardan öz moizələri üçün haqq tələb etsəydi, bu hal insanların
haqqa iman gətirməsinə və ona itaət etməsinə mane olardı. Lakin Allahın Elçisi
(ona Allahın salavatı və salamı olsun!) bu fikirdən çox uzaq idi və buna görə
Fövqəluca ona (s.ə.s.) əmr edir ki, belə desin: “Mən sizdən doğru yola gəldiyinizə
görə mükafat istəmirəm. Mən sizi dəvət edirəm ki, mükafatınızın yalnız özünüzə
çatacağına şahid olasınız. Məni isə qoy Allah mükafatlandırsın, axı O (Pak və
Müqəddəs) – bütün varlığın Şahididir. Allah çox gözəl bilir ki, mən sizi nəyə dəvət
edirəm və əgər mən sizə yalan desəydim, onda O (Pak və Müqəddəs) məni çox sərt
cəzalandırardı. Lakin bununla belə, unutmayın ki, Allah həmçinin sizin
hamınızın əməllərinin Şahididir. O (Pak və Müqəddəs) bütün əməllərinizi yadda
saxlayır və törətdiklərinizin hamısına görə sizə əvəzini verəcəkdir”.
ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ
ﰘ ﰙ
(34.
48) “De: “Həqiqətən, Rəbbim – Haqqı Naziledəndir. O – Qeybibiləndir”.
Fövqəluca Öz peyğəmbərinə (ona Allahın salavatı və
salamı olsun!) əmr edir ki, Rəbbin əbədi Qanununu insanlara xəbər versin. Bu
Qanuna uyğun olaraq, Allah haqla yalanı məğlub edir. O (Pak və Müqəddəs) Öz məxluqlarına
haqqı izah edir və kafirlərin yalan iddialarını təkzib edir və nəticədə yalan
dağılır və yox olur. Bunda – düşünən insanlar üçün dəlillər vardır. Onlar görürlər
ki, Qeybibilən Rəbb müşriklərin yanlış baxışlarını ifşa edir, onların
inadkarlığını və küfrünü üzə çıxarır, yer üzündə Haqqı yayır və yalanın,
qüsurların kökünü kəsir. O (Pak və Müqəddəs) Onun bəzi qullarının ürəyini
dolduran vəsvəsələrdən və şübhələrdən agahdır və bu şübhələri darmadağın edə
bilən inandırıcı dəlilləri Biləndir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ ﭘ ﭙ
(34.
49) “Haqq gəldi – yalan heç nə törədə və geri qaytara bilməz”.
Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və
salamı olsun!) buyurur ki, Rəbbin haqqını və onun dəlillərini onlara artıq
açıqladığını insanlara xatırlatsın. Buna görə yalan heç vaxt haqqa üstün gələ
bilməz, heç vaxt şər törədə bilməz və özünün əvvəlki gücünü də qaytara bilməz.
Elçi (s.ə.s.) haqqı bəşəriyyətə çatdırdı və kafirlərə göstərdi ki, onlar haqqa
qarşı müqavimət göstərmək qüdrətində deyillər. O (s.ə.s.) onlara bəyan etdi
ki, onlar haqqı – yalan və azğınlıq adlandıra bilərlər, lakin bu haqqın özünə
heç bir zərər vurmaz və səmavi dinin qələbəsinin qarşısını ala bilməz.
ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ
ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ
(34.
50) “De: “Əgər mən sapmışamsa, öz zərərimə sapmışam. Əgər mən doğru yolla
gedirəmsə, bu yalnız Rəbbimin mənə vəhyinin sayəsindədir. Həqiqətən, O – Eşidəndir,
Yaxındır”.
Allahın
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr olunmuşdu ki, müşriklərə
bəyan etsin: əgər o (s.ə.s.) yolundan sapsaydı, bununla yalnız özünə zərər
vurmuş olardı. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə
davranışı onu göstərir ki, haqqın təsdiq edilməsi naminə mübahisəyə girmiş həmsöhbətə
güzəştə getmək lazımdır. Əlbəttə ki, Allahın Elçisi (ona Allahın salavatı və
salamı olsun!) yolunu azmaqdan uzaq idi. Allah bizi belə düşüncələrdən qorusun!
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!)
müşriklərə demişdi ki, onun (s.ə.s.) doğru yolla getməsi onun (s.ə.s.) öz
xidməti deyil, Fövqəluca Rəbbin lütfkarlığındandır, çünki O (Pak və Müqəddəs),
onu (s.ə.s.) doğru yola yönəltmişdir. O (Pak və Müqəddəs) ona (s.ə.s.) haqqı
tapmaqda yardım etmişdir və bu məsələdə bütün möminlərə kömək göstərir. Eşidən
və Yaxınolan adları – Onun gözəl adları sırasındadır. O (Pak və Müqəddəs)
qullarının sözlərini və nitqini eşidir və Ona dua edənlərin duasına və Ona kömək
üçün müraciət edənlərin müraciətinə cavab verir.
ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ
(34.
51) “Əgər sən onların necə qorxduqlarını görə bilsəydin? Onlar qaça bilməyəcəklər
və yaxındaca yaxalanacaqlar”.
Ey
Elçi! Əgər sən Qiyamət günü kafirləri görsəydin, onda qarşında dəhşətli və
xoşagəlməz bir mənzərə açılardı. Həmin gün kafirlər Cəhənnəm cəzasını görəcək və
yalançı saydıqları elçilərin doğruluğuna əmin olacaqlar və bu zaman onları
qarşısıalınmaz şiddətli qorxu hissi bürüyəcəkdir. Onlar qaçmaqla özlərini xilas
edə bilməyəcəklər və yaxınlıqdaca ələ keçiriləcəklər. Həmin gündən onlar üçün
artıq qurtuluş olmayacaqdır. Onların hamısı Cəhənnəmin yaxınlığında olacaqlar
və mələklər onları heç bir çətinlik çəkmədən alovsaçan Burulğana atacaqlar.
ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ
(34.
52) “Onlar deyəcəklər: “Biz buna iman gətirdik!” Lakin bu uzaqlıqda onu necə əldə
edə bilərlər!”
Kafirlər Cəhənnəmin qarşısında dayanıb
ucadan bağıracaqlar ki, onlar yalan hesab etdikləri hər şeyə iman gətirdilər.
Lakin məgər onlar bu uzaq bir yerdə, onlarla iman arasında keçilməz bir səddin
ucaldıldığı məskəndə, həqiqi iman sahibi ola bilərlərmi? Qiyamət günü kafirlər
artıq imana nail ola bilməzlər. Onlar iman gətirməyə hələ imkanları olduğu bir
vaxtda bunu etməliydilər və onda Rəbb onların tövbəsini qəbul edərdi.
ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ
(34. 53) “Onlar əvvəllər buna
inanmırdılar və çox uzaq bir yerdən zənnə qapılmışdılar”.
Onlar zənnə qapılır və haqqa yalanla qələbə
çalmaq istəyirdilər, lakin bu, uzaq məsafədən hədəfi düz nişan almaq kimi çətin
və mümkünsüz idi. Yalan haqqı dağıda və ya ona qalib qələ bilməz və bu, yalnız
insanlar haqqa xəyanət etdikdə, baş verə bilər. Haqq yalana qarşı çıxdıqda, onu
mütləq darmadağın edər.
ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(34. 54) “Onların və arzuladıqlarının
arasında bir sədd çəkiləcəkdir ki, bu, əvvəllər də onlar kimilərlə belə
edilmişdi. Həqiqətən, onlar dumanlı şübhələrdən iztirab içindəydilər”.
Qiyamət günü
kafirlərlə onların arzuladıqları arasında sədd çəkiləcək. Onlar istəyəcəklər
ki, öz övladları ilə öz qulluqçularının və mühafizəçilərinin əhatəsində
olsunlar, var-dövlətlərini qaytarsınlar, yer üzündə çəkdikləri zövqü-səfanı
yenə də çəksinlər, lakin onlar yalnız öz əməlləri ilə tənha qalacaqlar. Onlar
təklikdə xəlq edilmişdilər və indi də təklikdə öz əməllərinə görə cavab verməli
olacaq və istədiklərinə nail ola bilməyəcəklər. Bu tale, öz elçilərini rədd etmiş
qədim xalqlara da nəsib olacaqdır. Onlar şiddətli cəzanı artıq öz gözləri ilə
gördükdə, arzularını həyata keçirməkdən məhrum olduqlarını biləcəklər.
Onlar buna – ağır şübhələr caynağında olduqları zaman və buna görə iman gətirməkdən
boyun qaçırdıqları və tövbə etmək istəmədikləri üçün layiq olmuşdular.
[1] “Nass” sözü ilə Quran ayələri və İslam Peyğəmbərinin
(s.ə.s.) hədislərinin cəm halda ifadə edilməsi nəzərdə tutulur (Yəni, “nass”
deyildikdə ya “ayə” və ya “hədis”, ya da hər ikisi birgə nəzərdə tutulur). Rus
dilindən tərcümə etdiyim: “çoxsaylı naslarda” fraqmentini,
mən, əslində: “səhih naslarda” kimi çevirməliydim ki, bu da ifadənin dilimizdə
mənasının qaranlıqlaşmasına və ziddiyyətli olmasına səbəb ola bilərdi, çünki
“nass” sözü, qeyd etdiyimiz kimi, ayəni də ehtiva edir ki, ayə haqqında “səhih”
və ya “qeyri-səhih” ifadəsinin işlədilməsi yolverilməzdir – Quranın ayələrinin
səhihliyinə inam – iman məsələsidir və müsəlmanlar ayələrin Allah Sözü olmasına
qəti əmindirlər. Bu baxımdan rus mətnində getmiş: “во многих достоверных
священных текстах” fraqmentində qalın şriftlə “nass” ifadə edilmiş və
ona kursivlə işarə etdiyim “səhih – достоверный” sözü əlavə
edilmişdir ki, o, “nass” tərkibindəki ayəyə şamil edilə bilməz. Bu izahımdan
məqsəd – rus dilindəki mətndə “достоверных” sözünü söz birləşməsindən kənarlaşdırmağımdır.
Belə incəlikləri qeyd etməyimin səbəbi isə, əslində, tərcümə etdiyim mətndən,
bir söz belə olsun, nəzərdən qaçırmamağa çalışmağımla bağlıdır. Mən bununla
məndən əvvəlki tərcüməçinin mətninə sadiq qaldığıma, ona nəsə artırıb-əksiltmədiyimə
şəhadət verirəm. Amma bəzi zəruri hallarda (yuxarıdakı nümunə) bir-sıra haqlı
istisnalardan qaçınmaq mümkünsüzdür. F.S.
[2] Yəni, Allahın
doğru yola yönəltdiyi qullar. F.S.
[3] Elə buna görə
də, ona (s.ə.s.), hələ peyğəmbərliyinədək, “Əmin” (etibarlı) – Muhəmməd Əmin
adını vermişdilər. F.S.
[4] Allah Davuda
(ə) müraciətlə dağlar və quşlarla birlikdə Onu mədh etməyi, tərifləməyi, şənini
uca tutmağı əmr edir. F.S.
[5] Yəni onun (ə)
avazla dediyi dualarını təkrarlayır, birgə səsləndirirdilər. F.S.
[6] Yəni, minnətdarlıq
etmək. F.S.
[7] Ayənin
orijinalında gedən “ﭬﭭ” (“Ərim seli”)
ifadəsinə diqqət yetirdikdə, görürük ki, bir sıra Quran tərcümələrində, o cümlədən,
ölkəmizdə nəşr edilmiş bir-birinə bənzər çevirilərdə həmin söz birləşməsi
ya “ərim seli”, ya da orijinallıq xatirinə “güclü sel” kimi verilmişdir. Bu Təfsirdəki
ayənin dilimizə nisbətən fərqli tərcüməsi İslam alimlərinin (Türkiyədəki Quran
Tədqiqatları Mərkəzinin), o cümlədən şəxsən rəhmətlik Mevdudinin tədqiqatına
görə, sadəcə, “bənd” (su bəndi) mənasını ifadə edir ki, bu o zamankı Ərəbistanın
Cənub dialektində istifadə edilən “arimən” sözündən törəmədir. Yəməndə
aparılan arxeoloji qazıntılarda aşkar edilmiş xarabalıqların tapıntılarında
bu söz həmin mənada çox təkrar edilir. Yəmənin həbəşli hökmdarı Əbrəhənin
böyük Mərib (Səba ölkəsinin paytaxtı) Səddinin təmirindən sonra yazdırdığı
(B.e.-nın 542 və 543-cü illəri) tarixli bir kitabədə bu söz dəfələrlə təkrarlanaraq,
“bənd” (“sədd”) mənasında işlədilmişdir. Bu halda “seylul-Arim” bir bəndin
dağılması (və ya dağıdılması) zamanı yaranan güclü sel fəlakətini ifadə edir.
Səba ölkəsinin
paytaxtı Məribdəki bu bəndin yüksəkliyi - 16 metr, səthi - eni 60 m. və uzunluğu isə 620 m. idi. Hesablamalara görə,
bəndin vasitəsilə suvarılan sahənin cəmi – 9600 hektardı ki, bunun 5300-ü Cənub,
4300-ü isə Şimal ovalığına aiddi. Belə ki, Qurandakı “iki bağ” ifadəsi, bu
iki ayrı vadidə göstərilən bağçalara işarə edir. Bu bənd və suvarma təsisatları
sayəsində bölgə Yəmənin ən çox suvarılan və ən yüksək məhsul verən ərazisi
kimi məşhurlaşmışdı. Fransız alimi J. Holevy və avstriyalı Glaser Mərib Səddinin
çox qədim zamanlardan mövcud olduğunu yazılı sənədlərlə isbat etmişlər.
Ximer dialektində yazılmış sənədlərdə Səddin dağılması tarixi təxminən
eramızın 542-ci ili sayılır. Bu tarixdə dağılan bənd – Quranda bəhs edilən
“arim” selini yaratmış və iki bağı məhv etmişdir”.
Bax: “Quran heç tükənməyən möcüzə”, səh. 227-229. F.S.
Möhtərəm oxucu! Quran və bu dəyərli
kitabda Səba ölkəsi əhalisinin başına gələnləri oxuduqda, saysız-hesabsız
nemətlərə baxmayaraq, Allaha şükür etməyən və nankorluq edən bir cəmiyyətin
başına gələn fəlakətlərdən xəbər tuturuq. Hamımız bütün Kainatın Sahibi Olanın,
bütün nemətlərin Yaradıcısının Allah olduğunu bilməli, Allaha daima şükür etməli
və Səba camaatı kimi olmamağa çalışmalıyıq! Əlhəmdulilləh! Həmd olsun Allaha!
Allahın həmin ayəsinə də diqqət
yetirin: “...Məgər Biz naşükürlərdən başqa, kimisə belə cəzalandırırıqmı?”
(Səba, 34/17). F.S.
[8] Möhtərəm müəllifimizin
– Abdurrahman əs-Səədinin İblis barədə çıxardığı bu – son dərəcə əhəmiyyətli nəticə
bir sıra cəhətləri ilə diqqəti cəlb edir. İlk öncə, bu nəticə ona işarə edir
ki, İblis – cin nəslinin şeytanlaşmış bir nümayəndəsi kimi xəlq edilmiş
çalışqan və yüksək təfəkkürə malik bir məxluqdur və Fövqəlqüdrət Sahibi Fövqəluca
Allahın misilsiz elmi və hikməti qarşısında insanları azdıra bilmək üçün müxtəlif
sahələrdə kifayət qədər yüksək fəndgirliklərə, istedada, bacarıqlara malik
olmalıydı. Bunlar Öz məxluquna Allahın verə biləcəyi keyfiyyətlərdir.
Amma bu keyfiyyətlər sahibinin niyə Allahın düşməni olması məsələsi Allahın müdrikliyinə
məxsus məsələdir. Lakin bu mühakiməmizdə ən maraqlı nöqtə Fövqəlqüdrət
Sahibinin insanların arasından da belə yüksək istedada malik fərdlərin
varlığına yol verməsidir ki, onların da arasında İblis xasiyyətli yüksəkixtisaslı,
istedadlı insanlar heç də nadir hal deyil. Odur ki, cin nəslində İblisin törəməsi
ilə bəşər nəslində Allahın düşməninin törəmələrinin heç də az olmaması arasında
bir paralellik, bir qanunauyğunluq görünür. Məncə bu, Allaha itaətsizliyin,
Onun Haqqını qəbul etməməyin əsas əlamətinin nəticəsidir. Çünki bütün varlığın
– Kainatın, yerin, göylərin Yaradanını inkar edənlər, geç-tez Onun düşmənlərinə
çevrilir və iblisə dönərək, özləri də dərk etmədən, Cəhənnəm istiqamətində
çalışırlar. F.S.
[9] Kursivlə
verdiyim bu müəllif müddəası – Fövqəlqüdrətli
Allahın, bəşər təfəkkürü üçün sayagəlməz sayda olan qullarının bütün etdikləri
əməlləri qoruyub saxlaması – misilsiz, ecazkar həcmə malik bir yaddaşla
bağlıdır və bu gün kompüter sistemlərinə bələd olan müasirlərimizin böyük
kitabxanaların belə yerləşə biləcəyi barmaq boylu ölçüdə olan fleş-kartlara
yerləşdirilə bilməsi imkanı, Fövqəlucanın Öz məxluqlarına son dövrlərdə bəxş
etdiyi möcüzələr sırasında olmasının fərqinə çoxları heç varmırlar da! Son
vaxtlar, hətta dırnaq həcmində olub minlərlə kitabın yerləşdirildiyi həmin
fleş-kartlar Allahın Elminin dəlillərindəndir. Amma bu gün möminlərdən
başqa, kim bu və buna bənzər nemətlərə görə Hərşeyəqadir Rəbbə şükür edir? F.S.
[10] Çox ehtimal
ki, bu ifadə: “səcdəyə qapılırlar” mənasındadır. F.S.
[11] Çünki belə
taleyönlü məsuliyyətli anlarda etibar sahibi olan insandan onun əlavə dəlil gətirməsini
tələb etmək əvəzinə, vəziyyəti dəyərləndirib, özünümüdafiəyə hazırlaşmaq, zəruri
tədbirlər görmək daha vacib və zəruri sayılmalıdır. Bu, ağıllı və tədbirli
insanlara xas olan keyfiyyətdir. Bunun əksini isə, nadan, inadkar, hər şeyə
şübhə ilə yanaşan inamsızlar edərlər. Bu da inkarçılara məxsus xislətdir. F.S.
[12] Bu ayənin təfsirində müasir İslam mütəfəkkiri mərhum Mevdudi yazırdı
ki, “Bundan öncə onlara Allahdan insanlara ibadət və itaət etmələrini öyrədən
nə bir Kitab, nə də bir elçi gəlməmişdi. Belə olduğu halda onlar Quranın və
Muhəmmədin (s.ə.s.) tövhidə dəvətini bir biliyə istinad etməklə deyil, sadəcə
nadanlıqlarından inkar edirlər. Onlar əslində bu barədə heç bir istinad edəcəkləri bir şey yoxdur”.
Bax: Mevdudi, Tefhimul Kuran, Səbə surəsi, 44-cü ayənin şərhi. F.S.
[13] Bu ayədə (və
onun şərhində) bəhs edilən nailiyyət – Allahın məkkəlilərə nisbətən, onlardan əvvəlki
xalqlara nəsib etdiyi maddi nemətlər, bolluq nəzərdə tutulur. F.S.
[14] Mevdudi Təfsirinin bu ayəni şərh edən qismində
deyilir: “Bu gün dəli dediyiniz şəxsin dünənə qədər aranızda ağıllı və fərasətli
bir insan kimi tanınmasının səbəbi nə idi? Onun (s.ə.s.) peyğəmbər kimi göndərilməsindən
qısa bir müddət öncə baş vermiş bir hadisə haqqında hamınızın xəbəri
vardır. Kəəbənin yenidən inşaasından sonra Qureyşin müxtəlif qəbilələri
arasında “Qara Daşı” (“Həcərül-Əsvədi”) yerinə qoymaqla əlaqədar anlaşılmazlıq
yarandıqda, məhz Muhəmmədi (ona Allahın salavatı və
salamı olsun!) hakim təyin etməyə yekdilliklə səs vermişdiniz və o (s.ə.s.)
da hamını razı salacaq bir şəkildə problemi həll etmişdi. Bəs indi necə oldu
ki, ağıl və fərasətini hamınızın sınaqdan keçirtdiyi belə bir insana dəli deməyə
başlamısınız? Öz dilinizlə dediyinizə, doğrudandamı inanırsınız?” Bax: Təfhimul-Kuran,
həmin ayənin şərhi. F.S.
Комментариев нет:
Отправить комментарий