четверг, 3 мая 2012 г.

21. ƏNBİYA SURƏSİNİN ŞƏRHİ


ƏNBİYA
SURƏSİNİN
ŞƏRHİ
       ﭑ       ﭒ  ﭓ  ﭔ    
                         Mərhəmətli və Rəhmli Allahın adı ilə!


ﭑ ﭒ  ﭓﭔﭕﭖﭗﭘ  

(21.1) “İnsanlara onlarla hesablaşma yaxınlaşmışdır, lakin onlar etinasızlıqla üzlərini yana çevirirlər”.

Bu ayədən aydın olur ki, insanların davranışı o qədər qəribədir ki, nəsihətlərdən faydalanmır və xəbərdarlıqlara qulaq asmırlar. İnsanlar çox yaxın vaxtlarda törətdikləri cinayətlərə görə cavab verəcək və etdikləri xeyirxah əməllər üçün mükafat alacaqlar. Lakin onlar xəlq edildiklərinin səbəbi olan məqsədə etinasızlıqla yanaşmaqda davam edirlər, moizə və nəsihətlərdən üz çevirirlər. Onlar özlərini elə aparırlar ki, sanki ancaq bu dünyada yaşamaq xatirinə yaradılıblar və ya bu dünyaya əylənmək məqsədilə gəliblər. Fövqəluca Allah onları moizələr və xatırlatma­lar vasitəsi ilə öyüd-nəsihətini davam etdirir, lakin onlar öyüd-nəsihətdən saymazyanalıqla üz döndərməkdə davam edirlər. Buna görə, sonra Allah buyurur:

ﭙ  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ    ﭣ  ﭤ 

(21.2) “Rəbbindən onlara elə bir nəsihət ayəsi gəlməz ki, ona istehza etmədən qulaq assınlar”.

Rəbbi onlara fayda verən və zərər vura bilən şeyləri öyrədən öyüd-nəsihətlər nazil edirdi. Bu öyüd-nəsihətlər onları xeyirxah­lığa çağırır və şərdən saxlayırdı, lakin insanlar onları dinləyir və onlara heç bir əhəmiyyət vermirdilər. Bununla da onlar özlərinə cahilliyə və bilməzliyə görə bəraət qazanmaqdan məhrum olurdular.

ﭥ  ﭦﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ   ﭬ  ﭭ  ﭮ      ﭯ  ﭰﭱ  ﭲ  ﭳ    ﭴ   ﭵ  ﭶ

(21.3) “Onların ürəkləri də laqeyd idi. Zalımlar öz ara­la­rında gizlicə belə deyirdilər: “Məgər bu – sizin kimi bir adam­dır? Doğrudanmı siz gözünüzlə gördüyünüz sehrbazlığa təslim olacaqsınız?”

Onların ürəkləri Allahın nəsihətlərinə laqeyd qalırdı, çünki onları dünyəvi zövqlərdən başqa heç nə maraqlandırmırdı. Özləri isə bu zaman alçaq istəklərini qane etməyə cəhd göstərərək, qəbahətli davranışlara yol verərək və son dərəcə zərərli sözlər işlədərək,  əylənməklə məşğul olurdular. Axı onlardan əslində tamamilə başqa tərzdə davranmaq tələb olunurdu. Onlar Allahın hökmləri və haramları üzərində düşünməli, onlara layiqincə qulaq asmalı, onların əsl mənalarını dərk edərək, özlərini, xəlq edildikləri məqsədə uyğun olaraq öz Rəbbinə ibadətə həsr etmə­liy­dilər. Onlar dirildiləcəkləri, qisas alınacağı və əvəz veriləcəyi haqqında ara vermədən fikirləşməliydilər. Ancaq bu üsulla onlar uğura nail ola, doğru yola gələ və əməllərini təmizləyə bilərdilər.
Mən bu surənin birinci ayəsinə qayıtmaq istəyirəm. Fövqəluca bu ayədə deyir ki, qisas[1] vaxtı artıq insanlara yaxınlaş­mışdır. Bu ayəyə verilmiş iki şərh vardır. Birinci şərhə görə İslam icması[2] - son dini formasiyadır, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) isə sonuncu Elçidir. Bunlardan sonra artıq Qiyamət saatı başlayacaq ki, bu, ötüb keçən dini icmaların nümayəndələrindən daha çox müsəlmanlara yaxın ola­caqdır. Bu barədə Allahın Elçisi (s.ə.s.) belə demişdir: “Mən bu iki barmağım kimi Qiyamət saatı ilə birlikdə göndərilmişəm”. Bu zaman o (s.ə.s.), əlinin şəhadət barmağı ilə orta barmağını birləşdirərək göstərmişdir.
İkinci şərhə görə isə, qisas adı altında bu ayədə ölüm nəzərdə tutulur. Bu o deməkdir ki, dirilmə insanın ölüm anı ilə başlayır, çünki o, törədilən əməllərin əvəzinin verildiyi aləmə daxil olur. Bütün deyilənlərdən belə çıxır ki, haqdan etinasız­casına üz döndərənlərin vəziyyəti çox qəribədir və ona görə qəribədir ki, ölüm insanı hər hansı vaxtda haqlaya bilər: bu gündüz də ola bilər, gecə də. Allahın Öz İlahi qayğısı ilə himayə etdiklərindən başqa (onlar bunun sayəsində vaxtında ölümə və ondan sonra olacaq hallara hazırlaşırlar), bütün insanlar bu vəziyyətə düşürlər.
Sonra Fövqəluca Allah xəbər verir ki, kafirlər və zalımlar inadkarlıqla haqqa müqavimət göstərərək və onu yalançı dəlil­lərin vasitəslə inkar etməyə cəhd göstərərək bir-biriləri ilə öz aralarında pıçıldaşırlar. Onlar ona görə pıçıldaşırlar ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) barədə saziş bağlasınlar. Bu zaman onlar bir-birilərinə deyirdilər: “O da sizin kimi bir adamdır, O, sizdən nə ilə üstündür ki? Niyə o, belə xüsusi mövqe qazanmalıdır? Əgər sizdən kimsə insanlar arasında onun baxışlarını təbliğ etsəydi, onların təbliğatı arasında fərq olmazdı. Buna baxmayaraq, o, özünü digərlərindən üstün tutmağa və ətrafındakıları ötüb keçməyə cəhd göstərir. Elə buna görə siz ona tabe olmamalısınız. Ona inanmayın, çünki o – olsa-olsa, ancaq sehrbazdır! Onun təbliğ etdiyi Quran əsl sehrbaz­lıqdır. Ondan uzaq durun və insanları da onun sehrindən xəbərdar edin. Doğrudanmı siz gözünüzün qabağında insanları özünə cəzb edən cadugərə mane olmayacaqsınız ?!”
Kafirlərin belə sözləri demələrinə baxmayaraq, onlara Muhəmmədin (s.ə.s.) Allahın həqiqi elçisi olması məlum idi. Onlar, başqa insanlara nəsib olmayan qəribə möcüzələrin şahidi olmuşdular. Lakin uğursuzluq, zalımlıq və inadkarlıq onları haqdan üz çevirməyə məcbur etmişdi. Fövqəluca Allah bunların bir-biri ilə gizlicə danışdıqlarının hamısını gözəl bilirdi və buna görə onların hər biri öz cinayətləri üçün cəza çəkəcəklər. Bax elə buna görə də sonra Allah buyurur:

  ﭷ  ﭸ  ﭹ    ﭺ  ﭻ  ﭼ   ﭽﭾ   ﭿ    ﮀ  ﮁ  ﮂ

(21.4) Dedi: “Rəbbim göydə və yerdə nə danışıldığını bilir. O – Eşidən və Biləndir”. 

Allaha insanların pıçıltı və ya ucadan danışdıqları hər şey məlumdur. O (Pak və Müqəddəs Allah) göylərin və yerin istə­nilən guşəsində olan səsləri eşidir. Onun gözəl adları arasında – Eşidən və Bilən adları da vardır. O (Pak və Müqəddəs Allah) müxtəlif xahişlərlə müxtəlif dillərdə Ona müraciət edən məxluq­ların səslərini eşidir. O (Pak və Müqəddəs Allah), ən gizli fikirləri və gizli niyyətləri bilir.
ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ   ﮈ   ﮉ  ﮊ  ﮋ  ﮌ  ﮍ      ﮎ  ﮏ  ﮐ      ﮑ

(21.5) “Onlar dedilər: “Bunlar – rabitəsiz yuxulardır! Yox, o bunları uydurmuşdur! Yox, o – şairdir! Qoy o, bizə əvvəlki­lərin göndərildiyinə bənzər bir möcüzə göstərsin”.

Fövqəluca, kafirlərin Muhəmməd Peyğəmbərin (ona Allah­ın salavatı və salamı olsun!) və onun təbliğ etdiyi Müqəddəs Quranın əleyhinə uydurduqları iftira haqqında xəbər verir. Onlar Müqəddəs Qurana böhtan ataraq ona ən yalançı adlar verirdilər. Bəzən onlar Vəhyi rabitəsiz yuxular adlandırır, Peyğəmbərin (s.ə.s.) sözlərini, yuxulu adamın ağzından çıxan sözləri başa düş­mədiyi sayıqlamaya bənzədirdilər. Bəzən də onlar Vəhyi Peyğəmbərin (s.ə.s.) uydurduğu yalan və ya öz yazısı adlandı­rır­dılar. Bəzi hallarda da, onlar Quranı şeir, Peyğəmbəri (s.ə.s.) isə şair adlandırırdılar.
Lakin əgər insan Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) həyatı və sifətləri, həmçinin onun (s.ə.s.) təbliğ etdiyi Kitabı haqqında heç olmazsa lap azacıq bir təsəvvürə malikdirsə, onda o, heç vaxt Müqəddəs Quranın ən şərəfli və Allah tərəfindən nazil edilən ən uca Kitab olmasına qətiyyən şübhə etməz. Heç kim belə bir Kitabı və ya onun bir hissəsini yazmaq bacarığına malik deyildir. Allah Öz düşmən­lərinə dəvət göndərib, təklif edir ki, qoy onlar da Müqəddəs Qurana bənzər bir şey yazsınlar. Lakin özlərinin çoxsaylı iddia­larına baxmayaraq, onlar bu çağırışa cavab verə bilmədilər[3].  Onlar bunu özləri çox yaxşı bilirlər. Əgər bu belə deyilsə, onda onlar niyə qərar qəbul edə bilmirlər? Niyə onlar öz yerlərində hərəkətsiz oturaraq, anlaşılmaz sözlər söyləyirlər? Doğrudan da, onların bu rəftarı – Quran ayələrinin inkarı mümkün olmayan əsl həqiqət olmasındadır. Bu o deməkdir ki, kafirlər yalnız yalançı nitqlər söyləməklə ümid edirlər ki, həqiqəti hələ dərk etməyən insanlar ondan üz döndərəcəklər. Bütün bunlar Allahın ən böyük möcüzəsidir və o, gələcək nəsllər üçün qorunur və Elçinin (s.ə.s.) və onun gətirdiyi təlimin doğruluğunu açıq-aşkar təsdiq edir.
Əgər bundan sonra da kimsə, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunun dəlillə­rini  və ya ona digər möcüzələr göstərməyi tələb edərsə, onda o zalım cahildir və bu məziyyəti ilə özündən əvvəlki inadkar kafirlərin tayıdır; onlar da iman gətirməkdən boyun qaçırırdılar və yeni möcüzələrin onlara nə dərəcədə böyük zərər vuracağını və onlara xeyir gətirməyəcəyini dərk etmirdilər. Əgər onlar Allahın Təliminin həqiqiliyinə inandıqdan sonra iman gətirmək niyyətində olsaydılar, onda artıq onlara göstərilmiş möcüzələr sayəsində əminlik hasil edə bilər və bir daha yeni fövqəltəbii möcüzələr tələb etməzdilər. Yox, əgər onlar elçilərin gücsüzlü­yünü ifşa etməyə və onlar möcüzə göstərməyəcəkləri halda özlə­rinə bəraət qazandırmağa cəhd göstərirdilərsə, onda onlar əsl kafirlər idilər. Belə adamlar onlara tələb etdikləri möcüzələr gös­tə­rildikdə də haqq dinə gəlmirlər və onlar işgəncəli əzaba düçar olana qədər allahsız qalırlar. Məhz belə insanlar Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) əvvəlki elçilərin, məsələn, Salehin (ə) dişi dəvəsi və Musanın (ə) əsası kimi, göstərdikləri möcüzə tələb edirdilər.

ﮒ ﮓﮔﮕﮖﮗﮘﮙﮚ  ﮛ

(21.6) “Onlara qədər Bizim məhv etdiyimiz ölkələrdən heç biri iman gətirməmişdilər. Məgər bunlar iman gətirəcək­lər?”

Məhv edilmiş ölkələrin sakinləri tələb etdikləri möcüzələri onlara göstərdikdən sonra da iman gətirmədilər. Bu isə o deməkdir ki, əgər insan ona möcüzə göstərilməsini tələb edirsə və tələbi yerinə yetirildikdən sonra yenə iman gətirməkdən boyun qaçırırsa, onda cəza onu yaxın həyatda haqlaya bilər. Allahın ədalətli qanunu belədir. Məlumdur ki, əvvəlki zamanlarda kafirlər onlara möcüzələr nazil edildikdən sonra da haqq dini qəbul etmirdilər. Məgər indiki allahsızlar da belə rəftar etməyəcəklərmi? Onlar özlərindən əvvəlkilərdən nə ilə üstündürlər ki? Məgər onlarda heç olmasa zərrə qədər xeyirxahlıq varmı ki, insan Allahın möcüzələri ilə rastlaşdıqda, ona iman gətirməsinə kömək etsin? Bu, zahirən gözəl sual olsa da, əslində az əhəmiyyət kəsb edir və buradan belə aydın olur ki, belə müşriklər heç vaxt haqq dinə gəlmirlər.

  ﮜ  ﮝ  ﮞ  ﮟ       ﮠ  ﮡ  ﮢﮣ  ﮤ  ﮥ   ﮦ      ﮧ  ﮨ     ﮩ    ﮪ  ﮫ  ﮬ  ﮭ  ﮮ   ﮯ    ﮰ  ﮱ  ﯓ  ﯔ     ﯕ  ﯖ  ﯗ  ﯘ   ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ

(21.7) “Sənə qədər də Biz təkcə vəhy təlqin etdiyimiz kişiləri göndərirdik. Bilmirsinizsə, Xatırlayan adamlardan soru­şun”.
(21.8) “Biz onları qidalanmayan bədən kimi yaratmamışıq və onlar ölümsüz deyillər”.
(21.9) “Sonra Biz onlara verdiyimiz vədi yerinə yetirib, onları və istədiklərimizi qurtararaq, ifrata varanları həlak etdik”.

Fövqəluca, kafirlərin, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar etməyə və: “Niyə Allah yeməyə, içməyə ehtiyacı olmayan və bazarlara getməyən mələk göndər­mədi? Niyə Allah ölməz elçi göndərmədi? Bu sifətlərə malik olmayan hər bir kəs Allahın elçisi ola bilməz” kimi suallar verməyə  sövq edən şübhələrini rədd etdi.
Belə şübhələr bu günə qədər də Allahın elçilərinə (onlara Allahın salamı olsun!) iman gətirməkdən boyun qaçıranların ürəklərində baş qaldırmaqdadır. Onlar eyni küfrə etiqad edirlər və buna görə ürəkləri də bir-birinə bənzərdir. Lakin Fövqəluca Allah xəbər verir ki, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinə dair belə şübhələr əvvəlki elçilərə iman gətirmiş kəslərdə təzahür etməmə­lidir. Örnək olaraq təkcə İbrahim peyğəmbəri (ə) misal gətirmək bəs edər, onun peyğəmbərliyini bütün dini cərəyanların nümayəndələri qəbul edirlər. Ərəb bütpərəstləri isə hətta elə zənn edirdilər ki, onlar onun (ə) dininə etiqad edir və yolu ilə gedirlər. İbrahim (ə) və Muhəmmədə (s.ə.s.) qədər peyğəmbərlik edənlərin hamısı yemək yeyir və bazara gedirdilər. Onlar yaşayır və ölürdülər və sadə ölümlü adamların taleyinə düşən hər şeyin həyəcanını keçirirdilər. Allah onlardan hər birini öz qəbilədaşla­rına göndərirdi və sonuncuların bir qismi onlara iman gətirir, digər hissə isə kafir olurdular. Belə olduqda Allah onlara verdiyi vədini yerinə yetirirdi.  O (Pak və Müqəddəs Allah) Öz elçilərinə və onların ardınca gedənlərə xilas və uğur bəxş edir və onları yalançı sayan zalımları isə həlak edirdi.
Niyə mürtədlər Muhəmmədin (s.ə.s.) peyğəmbərliyini yalan və şübhəli sübutlarla inkar etməyə cəhd göstərirlər? Niyə onlar özlərinin qəbul etdikləri peyğəmbərlərə - onun (s.ə.s.) qardaşlarına xas keyfiyyətlərə malik olmasını onun (s.ə.s.) qüsuru hesab edirdilər? Bu təkzibolunmaz dəlil onları hər hansı bəraət­dən məhrum edir. Əvvəllər onlar insanlardan olan elçiləri qəbul edirdilər. Bəs niyə indi belə bir elçini qəbul etməkdən boyun qaçırırdılar? Həqiqətən də, onların iddiaları əsassız və ziddiy­yətlidir. Onlar özləri də bunun yalanlığını və yaramazlığını anlayırlar, çünki onların iddia etdikləri kimi, Allahın elçisi insan ola bilməz, yeməyə ehtiyacı olmayan ölümsüz mələk olmalıdır. Bu barədə Fövqəluca Allah buyurur: “Onlar dedilər: “Niyə onun yanına mələk enmir?” Əgər Biz mələk nazil etmiş olsaydıq, onda hökm artıq verilmiş olardı və onlara möhlət verilməzdi. Biz hətta mələk göndərsəydik də, Biz onu, kişi simasında nazil edəcək və onları şübhə etdiklərinə münasibətdə çaşqınlığa salacaqdıq” (Ənam, 6/8-9). İnsanlar mələklərdən vəhy qəbul etməyi öyrənməyə qabil deyillər və buna görə Fövqəluca Allah Öz Peyğəmbərinə (s.ə.s.) buyurur ki, belə desin: “Əgər yer üzündə mələklər əmin-amanlıq içində gəzsəydilər, onda Biz onlara səmadan elçi mələk nazil edərdik” (İsra, 17/95).
Ey Allahın qulları! Əgər siz bundan əvvəlki elçilərin adi insanlar olduqlarına şübhə edirsinizsə, onda Tövratı və İncili öyrənən Kitab əhlindən soruşun və qoy onlar sizə izah etsinlər ki, bütün əvvəlki elçilər insan övladı nəsllərinin nümayəndələri olmuşlar. Şərh etdiyimiz ayə əvvəlki elçilərin məziyyətləri haqqında bilik əldə etmək üçün elm sahiblərinə müraciət etməyi tapşırır. Lakin bu tapşırıq daha böyük əhəmiyyətə malikdir və dinin bütün əsas və fərdi[4] məsələlərinə aid edilir.  Əgər insan bu məsələlərin həllinin cavabını tapa bilmirsə, onda o, müvafiq biliklərə malik olan şəxslərə müraciət etməlidir. Deməli, şərh etdiyimiz ayə biliyi saleh ilahiyyatçılardan və alimlərindən almaq hökmünü nəzərdə tutur. Bu isə o deməkdir ki, əgər onlar  müvafiq biliklərə malikdirlərsə, onda insanların suallarına cavab verməli və onları öyrətməlidirlər. Elm sahiblərinə suallarla müraciət etmək əmrindən həmçinin aydın olur ki, cahillikləri ilə tanınan insanlara sual vermək qadağan edilmişdir. Cahillərin özlərinə gəldikdə isə, onlara öz öhdələrinə insanları öyrətmək kimi məsuliyyət götürmək qadağandır.
Bir də qeyd edilməlidir ki, bu gözəl ayələr Allahın elçilə­rinin təkcə kişilər olduğunu təsdiq edir. Qadınlar arasından heç bir peyğəmbər olmamışdır. Allah peyğəmbərliyi nə Məryəmə, nə də digər qadınlara həvalə etməmişdir.

ﯠ ﯡ ﯢ ﯣﯤﯥﯦﯧﯨ ﯩ

(21.10) “Biz sizə öyüd-nəsihət olan Kitabı artıq nazil etmişik. Məgər başa düşmürsünüz?”

Ey Abdullahın oğlu və Əbdülmütəllibin nəvəsi Muhəmməd­­in (ona Allahın salavatı və salamı olsun!) peyğəmbər­liyi haqqında xəbər çatmış insanlar! Biz sizə Şərəfli Kitab – Aydın Quran nazil etmişik. Bununla sizə böyük ehtiram göstərilmişdir. Siz bu Kitabın sayəsində gerçək hekayətlərə iman gətirə, gözəl hökmləri yerinə yetirə və müdrik qadağalardan çəkinə bilərsiniz. Əgər siz belə etsəniz əzəmət və şöhrət qazanmağı bacararsınız. Məgər siz nəyin sizə fayda verəcəyini, nəyin isə zərər vuracağını anlamırsınız? Siz niyə bu dünyada həyatında və öldükdən sonra sizə şöhrət gətirəcək Kitaba əsaslanmırsınız? Həqiqətən, əgər siz ağıllı olsay­dınız, hökmən bu yolla gedərdiniz. Amma siz bunu etmədiniz və sizi dünyada və Axirətdə alçaqlığa, həlaka və əbədi fəlakətlərə məhkum edən digər yola üstünlük verdiniz. Bütün bunlar onu göstərir ki, siz sağlam təfəkkürə istinad etmir və haqqın səsinə qulaq asmırsınız.
Bu ayənin həqiqəti əks etdirməsi bir çox tarixi faktlarla təsdiq edilir. Allahın Elçisinə (s.ə.s.) iman gətirmiş və Quranı rəhbər tutan səhabələr və onların əməlisaleh davamçıları misilsiz yüksəklikləri əldə etməyə nail olmuş, hər tərəfə yayılmış şöhrət qazanmış və qüdrətli hökmdarları heyran etmişdilər ki, bu, əslində hər kəsə bəllidir. Həmçinin yaxşı məlumdur ki, Quran ehkamlarına diqqət yetirməyən və Quran ayələrinin vasitəslə öz qəlblərini təmizləməyən insanlar Allahın nifrətinə layiq görül­müş, məhvə və bədbəxtliyə məhkum edilmişdilər. Həqiqətən də, bu dünyada və ölümdən sonra Axirətdə müvəffəqiyyətə təkcə bu Müqəddəs Kitaba istinad edənlər nail ola biləcəklər.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ   ﭚ  ﭛ ﭜ  ﭝ  ﭞ  ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ

(21.11) “Biz neçə-neçə zalımlıq məskənlərini xarabalığa çevirib, onlardan sonra başqa xalqlar yaratdıq”.
(21.12) “Onlar Bizim cəzamızı hiss edəndə, oradan qaç­mağa başladılar”.

Fövqəluca, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar etməyə cəsarət göstərən mürtədlərə müra­ciət edir və onlara, əvvəlki elçiləri rədd edən kafirlərin dəhşətli tale­lərini xatırladır. Allah kafir xalqları dəfələrlə yerli-dibli, sonuncu nəfərinədək məhv etmişdi və onların yerinə digər xalqlar yaratmışdı. Hər dəfə əzabverici cəza kafirlərə lap yaxınla­şanda, onlar narahatçılıq və təəssüflə ayaqları ilə yeri döyəcləyir­dilər. Həqiqətən, onlar törətdiklərinə görə tövbə etməyə başlayır­dılar. Lakin Biz onlara acı istehza ilə buyururduq:




   ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ   ﭭ  ﭮ

(21.13) “Qaçmayın və dəbdəbə ilə yaşamağınıza imkan verilmiş məskənlərinizə qayıdın, ola bilsin ki, sizə müraciət edənlər olsun!”

Siz qaça bilməyəcəksiniz və tövbələriniz də siz fayda verməyəcəkdir. Lakin əgər siz doğrudan da qüdrət sahibisinizsə, onda məmnun qaldığınız şeylərə və əyləncələrinizə qayıdın. Öz füsunkar mənzillərinizə dönün və Allahın hökmü gələnədək sizi azdırıb məşğul edən dünyəvi həyatdan zövq almağa davam edin. Bu dünya həyatında möhkəmlənin və onun nemətlərindən istifadə edin. Öz saraylarınızda sakitcə ömür sürün və ehtiram görün. Əvvəllər siz artıq öz məqsədinizə nail olmuşdunuz. Ola bilsin ki, siz yenə də istədiyinizə nail oldunuz və onda sizə dünyəvi məsələlər üzrə xahişlə müraciət edəcəklər. Təəssüf! Siz artıq bunu təkrar edə bilməyəcəksiniz. Dünyəvi həyatınızın müddəti bitmişdir və indi siz işgəncəli cəzaya və Allahın nifrətinə layiq görülmüşsünüz. Siz sabiq qüdrətinizdən, şöhrətinizdən və maddi nemətlərdən məhrum olmuşsunuz və sizin qismətiniz təəssüf və tövbədir.

  ﭯ  ﭰ  ﭱ  ﭲﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ    ﭸ  ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ

(21.14) “Onlar deyirdilər: “Vay halımıza! Biz doğrudan da zalımlarmışıq!” 
(21.15) “Biz onları sönmüş kövşənə döndərənə qədər onlar beləcə çığırıb-bağırırdılar”.

Onlar özlərinə ölüm istəyir, törətdikləri cinayətlərə görə tövbə edir, zalımlıqlarını etiraf edir və Allahın ədalətliliyinə şahidlik olduqlarını bildirirdilər. Bu, Allah onları biçilmiş əkin sahəsinə döndərənə qədər, davam edirdi. Onlar hərəkətdən düşür və sakitləşirdilər. Ey qulaq asan insanlar! Ən şərəfli elçini inadla rədd etməkdən çəkinin ki, sizin də başınıza, sizdən əvvəlkilərin başına gələnlər gəlməsin!

  ﭾ  ﭿ   ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅ

(21.16) “Biz göyü, yeri və onların arasında olanları əyləncə yaratmadıq”.
Fövqəluca bildirir ki, O, göyləri və yeri əyləncə xatirinə və yaxud mənasız oyunbazlıq üçün yaratmamışdır. Əksinə, Kainat haqla və haqq xatirinə xəlq edilmişdir ki, məhz bunun sayəsində Allahın qulları əmin ola bilərlər ki, O – Fövqəlqüdrətli Xaliq, Müdrik Hökmdar, Mərhəmətli və Rəhmli Rəbdir. O, hər növ tərifə layiqdir, mütləq kamilliyə və hərtərəfli qüdrətə malikdir. O, əsl həqiqəti deyir və elçilər göndərir ki, onlar Onun haqqında təkcə əsl həqiqəti danışsınlar. Kainat barədə düşüncələr insanı ona əmin edir ki, Allah, əhatəolunmaz və əzəmətli göyləri və yeri Xəlqedəndir və şübhə yoxdur ki, yaxşılıqların yaxşılıqla və pis­liklərinə pislə əvəz vermək üçün ölüləri diriltməyə Qadirolandır.

  ﮆ  ﮇ   ﮈ  ﮉ  ﮊ   ﮋ  ﮌ  ﮍ  ﮎ    ﮏ  ﮐ  ﮑ

(21.17) “Əgər Biz Özümüzə əyləncə seçmək istəsəydik, onu dərgahımızdakılardan seçərdik”.   

Bu – gerçəkləşməsi heç vaxt mümkün olmayacaq ehtimal­dır. Əgər Allah əylənmək istəsəydi, O, bu barədə məxluqlarına bildirməzdi, çünki əylənməyə can atmaq nöqsan və qüsurdur. Əgər Onun qüsurları olsaydı, qullarına bunu bilməyə imkan verməzdi. Fövqəluca bu örnəyi ona görə misal çəkir ki, haqqı ən inandırıcı tərzdə yüksək ağıl səviyyəsinə malik olmayan insan­lara çatdırsın. Təmkinli, Mərhəmətli və Müdrik Allah Pakdır və O, Öz Kitabında hər şeyi öz yerində yerləşdirmişdir[5].

  ﮒ  ﮓ  ﮔ    ﮕ  ﮖ    ﮗ  ﮘ  ﮙ  ﮚﮛ  ﮜ  ﮝ   ﮞ  ﮟ   ﮠ

(21.18) “Lakin Biz Haqqı nahaqqın təpəsinə çırpırıq, o da dağılıb yox olur.  Ona məxsus saydığınız məziyyətlərə görə vay sizin halınıza!”

Fövqəluca xəbər verir ki, O, haqqı təsdiq və yalanı dar­madağın etmək üzrə məsuliyyəti Öz üzərinə götürmüşdür. İnsanlar hər dəfə mübahisəyə girərək yalanı müdafiə etdikdə, Allah haqqı, elmi və onların izahını nazil edir ki, yalanı xıncım-xıncım edib dağıtsın. Yalan yox olur və hamı onun qüsurlulu­ğuna əmin olur. Bunu bütün dini və mənəvi məsələlərə şamil etmək olar. Yalan tərəfdarları insanlar arasında məntiqi təfək­kürlə və ya müqəddəs mətinlərlə bağlı yalanı doğru bəyan etmək və haqqı inkar etmək məqsədilə şübhə yaymağa başlayan kimi, insanlar Allahın nazil etdiyi təkzibolunmaz məntiqi dəlillər və müqəddəs mətnlərə rast gəlirlər və onlar bu yanlış baxışları qətiyyətlə rədd edirlər və bunun sayəsində ətrafdakılar bəyan edilənin qüsurluluğuna əmin olmaq imkanı əldə edirlər.  Bu, dini məsələləri ardıcıllıqla və diqqətlə öyrənən hər kəsə yaxşı məlumdur.
Sonra Allah Ona layiq olmayan məziyyətləri aid edənlərə, Ona şərik qoşanlara və ya Onun oğlu və yaxud zövcəsi olmasına inananlara müraciət edir. Sizin cinayətləriniz, sizin fəlakətə, ümidsizliyə və böyük zərərə düçar olmağınızla nəticələnəcək. Sizin sözləriniz sizə heç bir fayda verməyəcəkdir və sizin ümid bəslədikləriniz özünü doğrultmayacaqdır. Siz zəhmət çəkdiyiniz və can atdığınız məqsədə nail ola bilməyəcəksiniz. Bundan əlavə, hər şey əksinə baş verəcəkdir. Sizin nəsibiniz məhrumiyyətlər və məyusluq olacaqdır.
Daha sonra Allah bildirir ki, bütün göylərin, yerin və onların arasında olanlar üzərində hakimiyyət tək Ona məxsus­dur. Onlarda yaşayan bütün məxluqlar Onun qullarıdır. Onlar heç bir hakimiyyətə, hətta onun zərrə qədərinə də malik deyillər. Onlar Allaha heç nə ilə kömək edə bilməzlər və hətta Onun qarşısında Onun icazəsi olmadan onların şəfaət üçün Ona müra­ciət etmək haqları belə yoxdur. Niyə onda müşriklər bu məxluq­ları ilahlara çevirir və Allaha övlad istinad edirlər?!

  ﮡ  ﮢ  ﮣ  ﮤ   ﮥﮦ  ﮧ  ﮨ  ﮩ    ﮪ     ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ

(21.19) “Göylərdə və yerdə olanların hamısı Ona məx­susdur. Onun hüzurundakılar isə Ona ibadət etməkdə təkəb­bür­lənmir və usanmırlar”.

Əzəmətli Hökmdar Pakdır! Onun fövqəlqüdrəti qarşısında bütün məxluqlar təzim edirlər. O, bütün varlıq üzərində hökm­randır. Hətta Ona yaxın olan mələklər belə Ondan ehtiyat edirlər. Onun yaxınlığında olanların hamısı yorulmadan Ona səcdə edirlər. Mələklər Ona ibadət etməkdən çəkinmirlər və bu əməllə­rindən bezmirlər, çünki onlar ürəkdən gələn səmimi istəklə Onu razı salmağa çalışır, Ona ən mükəmməl məhəbbət bəsləyirlər və onlara bundan ötrü qüdrətli bədən əta edilmişdir.

  ﮰ  ﮱ  ﯓ   ﯔ  ﯕ  ﯖ

(21.20) “Onlar gecə-gündüz yorulmadan Onun şənini ucaldırlar”. 

Mələklər özlərini bütövlüklə və tamamilə Allaha ibadətə və Onu tərifləməyə həsr edirlər. Onlar Onu bütün gün ərzində aramsız xatırlayır və bu məşğələlərində heç vaxt fasiləyə yol vermirlər. Hərçənd mələklər saysız-hesabsız olsalar da, onların hər biri bu özəlliyə malikdir. Bu, Allahın böyüklüyü, fövqəlqüd­rəti, hakimiyyəti, qüsursuz elmi və kamil müdrikliyinə dəlalət edir. Həqiqətən, bu keyfiyyətlər bütün məxluqları ancaq təkcə Ona ibadət etməyə və Ona şəriklər qoşmamağa məcbur edir.
Allahın fövqəlqüdrəti və  böyüklüyünü və bütün varlığın Onun qarşısında baş əydiyini xatırlatdıqdan sonra, Fövqəluca onun yerinə uydurulmuş yer ilahlarına ibadət edən müşrikləri qınayır, çünki onlar büsbütün köməksiz və gücsüzdürlər. Fövqəluca buyurur:

  ﯗ  ﯘ   ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ    ﯞ

(21.21) “Yoxsa onlar Yer üzündən seçdikləri, diriltməyi bacaran  tanrıçalaramı ibadətə başlamışlar?”

Bu – cavabının ancaq mənfi olacağını özü təsdiq edən bir sualdır. Şübhəsiz ki, uydurulmuş tanrıçalar ölüləri diriltməyə qadir deyillər. Bununla əlaqədar Allah buyurur: “Onlar Onun əvəzinə, heç bir şeyi yaratmayan, amma özləri xəlq edilən digər “tanrılara” ibadət etməyə başladılar. Onlar hətta özlərinə belə zərər vurmaq və ya fayda vermək iqtidarında deyillər və nə ölümə, nə həyata, nə də diriltməyə sərəncam çəkə bilmirlər” (Furqan, 25/3);
“Lakin onlar Allahı qoyub, yardım göstərəcəklərinə ümid bəslədikləri digər tanrıçalara ibadət edirlər. Bunlar onlar üçün hazır döyüşçülər olsalar da, onlar bunlara kömək edə bilmə­yəcəklər” (Yasin, 36/74-75).

Bütün bunlar onu göstərir ki, müşriklər fayda verməyə və ya zərər vurmağa qadir olmayan məxluqlara sitayiş edir və mütləq kamilliyə malik, taleləri idarə etməkdə Tək olan, fayda verməyə və ya zərər vurmağa qadir olan Allaha səmimi ibadətdən boyun qaçırırlar. Onların belə davranması, Onun onları haqq rəhbərlik­dən və gözəl məziyyətlərdən məhrum etməsi ilə bağlıdır. Onlar sonsuz cəhalətə və zalımlığa dalmışdılar və buna görə də Kainatın təkcə vahid Rəbb olan Allahın himayəsi altında mövcud ola biləcəyini anlamırdılar.


  ﯟ  ﯠ     ﯡ       ﯢ  ﯣ    ﯤ  ﯥﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ    ﯫ  ﯬ  ﯭ

(21.22) “Əgər onlarda[6] Allahla bərabər digər ilahlar da olsaydı, onda onlar dağılardı. Ərşin Rəbbi olan Allah pakdır və onların Ona qoşduqları şəriklərdən uzaqdır!”

Əgər Allah Vahid Rəbb olan Allah olmasaydı, onda göylər və yer çoxdan dağılmış və oralarda yaşayan məxluqlar məhv olmuşdu. Bu müddəanın doğruluğunu izah etmək çox asandır. Ali və aşağı aləmlər mükəmməl qanunlar əsasında yaşayır və onlar üçün müəyyən olunmuş nizam-intizamdan asılıdırlar. Bu nizam-intizam[7] qüsur və nöqsanlara malik deyil və heç nəyin ona müqa­vimət göstərmək  qabiliyyəti yoxdur. Bu isə o deməkdir ki, Kainatı bir Hökmdar, bir Rəbb olan Allah idarə edir. Əgər Kainat və onun məskunları iki və daha artıq tanrılar və hökm­darlardan asılı olsaydılar, o təqdirdə onlarda mövcud olan ni­zam-intizam pozulardı və onun əsası dağılardı. Müxtəlif hökm­darlar müxtəlif qərarlar qəbul edərdilər və əgər onlardan biri Kainatda mövcud olan hər hansı bir şeyi bəyənsəydi, onda digəri ola bilsin ki, bunun əksini arzulayardı. İki hökmdarın istəklərinin mütləq üst-üstə düşməsi imkan xaricindədir. Əgər onlardan birinin arzuladığı yerinə yetməsəydi, bu onun zəifliyini və güc­süzlüyünü göstərərdi.
Buradan aydın olur ki, istəyi danışıqsız icra edilən və mübahisə mövzusu edilə və rədd edilə bilməyən Yeganə Hökmdar Olan – Fövqəlqüdrətli Allahdır. O buyurur ki, əgər müxtəlif ilahlar[8] mövcud olsaydı, onlar bir-birilərinə müqavimət göstərər­dilər: “Allah Özünə oğul götürməmişdir və Onunla bərabər başqa tanrı da yoxdur. Əks təqdirdə, hər bir tanrı öz yaratdığını özü ilə aparar və onlardan bəziləri digərləri üzə­rində ucalardılar. Allah onların Ona qoşduğu şəriklərdən uca­dır!” (Muminun, 23/91).
Mövcud iki şərhdən birinə görə, Quranın növbəti ayəsi də eyni məna daşıyır: “De: “Əgər, onların dediyi kimi, Onunla bərabər digər ilahlar da mövcud olsaydı, onda onlar Ərşin Rəbbinə çatmağa hökmən cəhd göstərərdilər”. “O Pakdır və onların dediklərindən qat-qat ucadır” (İsra, 42-43).
Həqiqətən də, Allah qüsursuzdur, əskiklik­lər və çatışmaz­lıq­lar qətiyyən Ona xas deyildir. O – Kainatın damı və Onun yaratdıqlarının ən nəhəngi və ən əzəmətlisi olan  Ərşin Rəbbidir. Əgər Allahın ilahi hökmranlığı Ərşə aiddirsə, onda bütün digər məxluqlardan danışmağın lüzumu yoxdur. Yenə buna baxmaya­raq, haqqı inkar edən kafirlər zalımlıq edərək, Allaha oğul və zövcə aid edir – Ona şərik qoşurlar.

  ﯮ  ﯯ    ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ

(21.23) “O Öz əməllərinə görə cavab verməyəcək, lakin onlar cavab verməli olacaqlar”.

Allahın o qədər qüdrətli, Onun şöhrəti o qədər hədsiz-hüdudsuz, Onun hakimiyyəti isə o dərəcədə mükəmməldir ki, heç bir məxluq Ona sözü və ya əməli ilə müqavimət göstərməyə cəsarət etməz. Özünün qüsursuz müdrikliyi sayəsində Fövqəluca Allah Kainatı mükəmməl yaratmış və hər şeyi öz yerində qoymuşdur. Bəşəriyyət öz təfəkkürü ilə bunu layiqincə dəyərlən­dirir və heç kim Onu əməllərinə görə qınaya bilməz. Həqiqətən də, Onun yaratdıqları nöqsan və çatışmazlıqlardan xalidir. Məxluq­ların özlərinə gəldikdə isə, onların hər biri öz sözləri və əməlləri üçün cavab verəcəklər, çünki onların hamısı sadəcə zəif və gücsüz qullardır. Onlar hətta zərrə qədər də həm özləri və həm də digər məxluqlar üzərində hakimiyyətə malik deyillər.

  ﯵ   ﯶ  ﯷ  ﯸ  ﯹﯺ  ﯻ  ﯼ  ﯽﯾ  ﯿ  ﰀ  ﰁ  ﰂ   ﰃ   ﰄ  ﰅﰆ  ﰇ     ﰈ   ﰉ  ﰊ  ﰋﰌ  ﰍ  ﰎ  ﰏ

(21.24) “Doğrudanmı onlar Onun yerinə digər tanrıçalara ibadət etməyə başlayıblar? De: “Dəlillərinizi göstərin! Budur mənimlə olanlar və məndən qabaq olanlar üçün Xatırlatma”. Lakin onların əksəriyyəti haqdan xəbərsizdir və üz dön­də­rir”.

Allah, Onunla yanaşı uydurulmuş tanrıçalara da ibadət etdiklərinə görə müşrikləri növbəti dəfə qınayır. Sonra O, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onların əməllərinin yanlış olmasını ifşa edərək desin: “Siz öz əməllərinizi doğrultmaq üçün hansı sübut və dəlillərinizi gətirə bilərsiniz? Əslində, siz belə dəlillər gətirməyə heç vaxt nail ola bilməzsiniz. Bundan başqa, ən inandırıcı və təkzibolunmaz dəlillər sizin müşrikliyinizin əbəs və yanlış olmasını həmişə təsdiq edəcəkdir. Səma Kitabları və əvvəlki peyğəmbərlərin (onlara salam olsun!) şəriətləri müşrikliyin əsassızlığı haqqında mənim müddəa­larımın doğruluğunu təsdiq edir. Buna Quran – məntiqi dəlillər və müqəddəs ayələr vasitəslə haqqı əsaslandıran Kitab sayəsində əmin olmaq mümkündür. Əvvəlki Kitablarda da mənim haqlı olmağımın çoxsaylı dəlilləri vardır”.
Peyğəmbər (s.ə.s.) haqqın insanlara çatdırdı və onun gətir­diyi dəlillər təkzib olunmazdı. Bu dəlilləri inkar etmək mümkün deyil, əks halda onlar inandırıcı olmazdılar. Əgər insanlar ona (s.ə.s.) etiraz edirlərsə də, onda, lap yaxşı halda demək olar ki, onların etirazları şübhəlidir və gerçəkliklə heç bir ümumi əlaqələri yoxdur. Bununla əlaqədar olaraq Fövqəluca Allah buyurur ki, insanların əksəriyyəti haqdan xəbərsizdir. Onlar öz ata-babalarını kor-koranə təqlid edir, aydın biliyə və doğru təlimə malik olmadan həqiqəti danırlar. Lakin onların həqiqəti bilməməyi, onun insan­lar­dan gizlədilməsi və ya əlçatmazlığına görə deyil, onların ondan üz döndərməsindən irəli gəlmişdir. Əgər bu belə olmasaydı, onların haqqa tərəf çevrilmələri kifayət edərdi ki, onu yalandan fərqləndirsinlər.
Əvvəlki elçilər haqqında xatırlatmadan və onlardan nümu­nə götürmək əmrindən sonra, Fövqəluca Allah Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) öz sələflərin­dən nümunə götürməli olduğu məsələni ən mükəmməl qaydada izah edir. Fövqəluca buyurur:

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ   ﭚ   ﭛ   ﭜ        ﭝ  ﭞ   ﭟ  ﭠ

(21.25) “Biz səndən əvvəl elə bir elçi göndərməmişdik ki, ona: “Məndən başqa ilah yoxdur! Mənə ibadət edin!” – deyə vəhy etməyək”.

Ey Muhəmməd! Sənə qədər insanların yanına Allahın çox elçiləri gəlmiş və özləri ilə Səma Kitabları gətirmişdilər. Lakin onların peyğəmbərlik təbliğinin əsası və mahiyyəti – şəriki olmayan tək Allaha ibadət etmək və Onun Vahid Haqq Rəbb olduğunu, uydurulmuş tanrıçalara ibadətin bihudə və faydasız­lığını  izah etmək hökmündən ibarət idi.


  ﭡ  ﭢ  ﭣ  ﭤﭥ  ﭦﭧ   ﭨ  ﭩ  ﭪ  ﭫ

(21.26) “Onlar deyirlər: “Mərhəmətli Özünə oğul götür­müşdür”. O Pakdır!  Onlar isə hörmət göstərilən qullardır”.

Fövqəluca bu ayədə Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina edən müşriklərin ağılsızlıqları haqqında xəbər verir. Allah onları rüsvay etsin! Onlar elə zənn edirlər ki, Allahın Oğlu vardır. Digərləri isə deyirlər ki, mələklər Allahın qızlarıdır. Allah Müqəddəsdir və bu uydurma­lardan sonsuzluğa qədər uzaqdır! Mələklərə gəldikdə isə, onlar öz Rəbbinin hökmü altında olan qullardır. O (Pak və Müqəddəs Olan) onlara xüsusi ehtiram göstərmiş və onları Özünün özəl mərhəməti ilə himayə etmişdir. O (Pak və Müqəddəs Olan) onlara əla məziyyətlər əta etmiş və onları qüsur və nöqsanlardan azad etmişdir. Onlar isə Allaha müraciət edərkən əxlaq qaydalarına mükəmməl riayət edir və Onun hökmlərinə sözsüz icra edirlər.

  ﭬ  ﭭ  ﭮ  ﭯ   ﭰ  ﭱ  ﭲ

(21.27) “Onlar Ondan öncə söz danışmaz və Onun əmrlərinə uyğun davranarlar”.

Məxluqların idarə olunması haqqında söhbət gedəndə, Allah hökm çıxarmadıqca mələklər öz rəylərini bildirmirlər. Bu ona dəlalət edir ki, onlar mütləq ədəb-ərkana malik olmaqla yanaşı, öz Rəbbinin nöqsansız müdrikliyi və hüdudsuz biliyindən agahdırlar. O (Pak və Müqəddəs Olan) əmr verən kimi, onlar onu həmin anda icra edirlər. O (Pak və Müqəddəs Olan) onlara bir vəzifə tapşıran kimi, onlar onun öhdəsindən gəlirlər. Onlar Allahın iradəsinə uyğun olmayan öz istəkləri naminə Onun əmrlərinə heç vaxt itaətsizlik göstərmirlər. Lakin, buna baxmayaraq,  Allah onlarla baş verən bütün prosesləri Öz elmi ilə əhatə edir.

  ﭳ  ﭴ  ﭵ  ﭶ  ﭷ  ﭸ   ﭹ  ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ   ﮂ

(21.28) “O onların keçmişini də, gələcəyini də bilir. Onlar Onun razı qaldığından başqasına şəfaət etməzlər və özləri də Onun qarşısında çəkinib ehtiram hissi ilə titrəyərlər”.

Allaha mələklərin əvvəllər etdikləri və hələ sonra edə­cəkləri hər şey məlumdur. Onlar heç vaxt Onun ilahi biliklərinin hüdudlarından kənara çıxmaz və Onun hakimiyyətinin yayıldığı səltənəti heç vaxt tərk etməzlər. Onlar Allah danışmazdan əvvəl sözə başlayıb Onu qabaqlamazlar və buna görə də, onlar yalnız Onun razılığından və bəyənməsindən sonra Ona şəfaət üçün müraciət edərlər. Əgər O (Pak və Müqəddəs Olan), onların havadarlıq etmək istədiklərindən razı olarsa, məhz onda onlar Ondan şəfaət istəyə bilərlər. Lakin məlumdur ki, Allah təkcə Onun üçün səmimiyyətlə deyilən və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yoluna uyğun gələn sözlərə və edilən əməllərə görə razı qalır.
Bu ayə ona dəlalət edir ki, bəzi məxluqlar Allahın hüzu­runda digər məxluqlar üçün şəfaət istəyə biləcəklər və mələklər də şəfaət və havadarlıq etmək arzusunda olanların arasında olacaqlar. Buna baxmayaraq, onlar Allahın hüzurunda bərk qorxu hissi keçirir və Onun əzəmətinə və fövqəlqüdrətinə itaətlə baş əyirlər.

  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ    ﮉ  ﮊ  ﮋ  ﮌ   ﮍﮎ  ﮏ     ﮐ  ﮑ  ﮒ

(21.29) “Onlardan kimsə: “Mən də Onunla yanaşı tanrı­yam” desə, əvəzində ona Cəhənnəmi nəsib edərik. Biz zalımları belə cəzalandırırıq”.

Mələklərin gözəl məziyyətlərə malik olmalarına baxmaya­raq, pərəstişə və ibadətə layiq olmadıqlarını izah etdikdən sonra, Fövqəluca Allah bildirir ki, bu məxluqlar tanrı adlandırılmaq haqqına hətta heç iddia da etmirlər. Əgər ehtimal belə etsək ki, onlardan kimsə bu dərəcəyə enərək özünü ilah hesab edə bilər, onda Allah onu Cəhənnəmə atar. Mürtədlər və zalımlar üçün hazırlanmış ədalətli cəza belədir. Allaha hərtərəfli möhtac olan qeyri-kamil məxluqun Onunla yanaşı Rəbb olan Allah adlandı­rılmaq haqqına iddia etməsindən də daha böyük zalımlıq nə ola bilər?!!
  ﮓ  ﮔ    ﮕ  ﮖ   ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ ﮝ  ﮞ   ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣﮤ  ﮥ  ﮦ  ﮧ

(21.30) “Məgər kafirlər görmürlər ki, göylər və yer vahid bir bütöv olduqları halda Biz onları ayırdıq və bütün canlıları sudan yaratdıq? Doğrudanmı onlar iman gətirməyəcəklər?”[9]

Doğrudanmı öz Rəbbinə iman gətirməkdən imtina edən və təkcə Ona səmimi xidmət etməkdən üz döndərən kafirlər Allahın, həqiqətən, ibadət edilməli Həmdəlayiq və Səxavətli Rəbb olmasının açıq-aydın dəlillərinə diqqət yetirmirlər? Əgər onlar göyləri və yeri müşahidə etsələr, onda görərlər ki, Allah onları bir-birindən ayırır[10]. Tamamilə buludsuz olan səma birdən-birə buludlarla örtülür və onlardan yağış yağmağa başlayır. Bu zaman qupquru və cansız torpaq bitkilərlə örtülür. Təsəvvür edin ki, bir buludun belə olmadığı tərtəmiz göy, yağış suyu ilə dolu qara buludlara necə bürünür? Sonra isə Allah bu suyu toz basmış və həyatverici nəmişlikdən məhrum olan cansız torpağa axıdır. Yağış yerə düşən kimi, yer necə də canlanıb, hərəkətə gəlir, qabarır və hər cür qəribə bitkilərlə örtülür. Bu bitkilər müxtəlif növlərə məxsusdur və ətrafdakılara çoxsaylı faydalar verir. Məgər bunların hamısı təkcə Allahın gerçək haqq olduğuna, bütün digər ilahların isə yalançı və köməksizliyinə dəlalət etmirmi? Məgər bu Allahın ölüləri diriltməyə qadir olmasına və Onun Mərhəmətli və Rəhmli Rəbb olmasına dəlalət etmirmi? Doğrudanmı, bütün bunlardan sonra insanlar Ona şərik qoşma­dan və həlakedici şübhələrə qapılmadan haqq dinə gəlməyə­cəklərmi?

  ﮨ  ﮩ  ﮪ         ﮫ  ﮬ  ﮭ  ﮮ  ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔ   ﯕ  ﯖ

(21.31) “Biz yerdə sarsılmaz dağlar yaratdıq ki, o, onlarla birlikdə silkələnməsin. Biz orada geniş yollar saldıq ki, onlar doğru yolla gedə bilsinlər”.

Fövqəluca ayədə bütün yer üzünə səpələnmiş Öz möcüzə­lərindən bəzilərini sadalayır. Bu möcüzələr Onun qüdrətini, kamilliyini, vəhdətini və rəhmli olmasını təsdiq edir. Həmin möcüzələrdən biri də Allahın yer üzündə dağları istehkam kimi yerləşdirməsidir. Yer ancaq dağların sayəsində sarsılmazlıq əldə etmişdir və yerin onun üzərində yaşayan qullarla birlikdə silkə­lənməməyi üçün Allah yerdə nəhəng payalara bənzər dağlar yaratmışdır. Əgər yer fasiləsiz olaraq silkələnsəydi, onda Allahın qulları onun üstündə yaşaya və əkinçiliklə məşğul ola bilməz­dilər.
Yerdə dağ silsilələrinin mövcudluğu məxluqlara çox böyük fayda verir, lakin əgər yüksək və qüdrətli dağlar bir-biri ilə birləşərək vahid dağ silsiləsi yaratsaydı, onda onlar müxtəlif ölkələrin sakinlərinə bir biri ilə əlaqə saxlamağa maneə olardı. Bax buna görə də Allahın müdrikliyi və mərhəməti tələb edirdi ki, O (Pak və Müqəddəs Olan), dağların arasından yollar salsın. Fövqəluca Allah bu yolları düz və keçilən etdi ki, insanlar çətinlik çəkmədən bir tərəfdən başqa tərəfə gedə bilsinlər və bunun sayəsində onlar öz Xeyirxahlarının təkliyinə əmin olurdular.

  ﯗ  ﯘ  ﯙ  ﯚﯛ  ﯜ  ﯝ   ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦ    ﯧﯨ  ﯩ     ﯪ  ﯫ  ﯬ  ﯭ

(21.32) “Biz göyü qoruyucu tavan etdik, lakin onlar Onun dəlillərindən üz döndərirlər”.
(21.33) “O – gecəni və gündüzü, günəşi və ayı Xəlqedən­dir. Hamısı öz dairəsində cərəyan edir”.  

Allah göyü Yer aləminin tavanı etmişdir və onu yerin üs­tünə düşməkdən qoruyur. O (Pak və Müqəddəs Olan), göyü Onun əmrlərinə xəlvətcə qulaq asmağa can atan şeytanlardan qoruyur. Lakin insanlar səmavi dəlillərdən etinasızlıqla üz çevi­rirlər. Onlar o dəlillərə diqqət yetirmirlər və bu bütün səmavi dəlillərə aiddir. Onların arasında göylərin yüksəkliyini, əzəmə­tini, hüdudsuz ölçülərini, gözəl rəngini və mükəmməl görkəmini sadalamaq olar. Bununla yanaşı göylər (səmalar) özlərində mütə­hərrik və hərəkətsiz olan planetlərə, ulduzlara və həmçinin şəfəq saçan günəşə və işıq verən aya malikdirlər ki, onlar fasiləsiz olaraq öz orbitləri üzrə hərəkət edir, yerə gecə və gündüzü gətirirlər.
Bu da insanlara çox böyük fayda verir. Bunun sayəsində soyuq və isti, həmçinin ilin müxtəlif fəslləri bir-birini əvəz edir. Bundan başqa, insanlar ibadət ayinlərini düzgün icra etmək və qarşılıqlı öhdəliklərini yerinə yetirmək məqsədilə illərin sayını (tarixi) hesablaya bilirlər. Gecələr onlar rahatlanır və istirahət edirlər, gündüzlər isə onlar özlərinə ərzaq tədarük etmək məq­sədilə yer üzünün hər tərəfinə yayılırlar.
Əgər ağıllı insan bu dəlillərə diqqətlə nəzər yetirərsə və onların üzərində düşünərsə, onda o, bu Kainatı, insanların öz istəklərini təmin etmək və maddi nemətlərdən ləzzət almaq imka­nına nail olmaları üçün Allah tərəfindən müəyyən bir müddətə yaradıldığına şübhə etməkdən əl çəkər. Sonra isə bu nemətlərin yox olması nəzərdə tutulmuşdu, çünki Kainatı yaradan və onu hərəkətə gətirən Allah onu rahatlayaraq, dağıdıb məhv edəcək­dir. O zaman öz əməllərinə görə məsuliyyət daşıyacaq məxluqlar elə bir başqa aləmə düşəcəklər ki, orada onları işlətdikləri əməllərə görə ən mükəmməl əvəz gözləyir. Həqiqətən, dərrakəli insana aydın olmalıdır ki, bu dünya həyatı gələcək həyat üçün bir əkin sahəsi kimidir. Bu – müvəqqəti daldalanacaqdır, son məskən deyildir.

  ﯮ  ﯯ  ﯰ       ﯱ  ﯲ   ﯳﯴ  ﯵ  ﯶ  ﯷ  ﯸ  ﯹ

(21.34) “Sənə qədər insanlardan heç kimə Biz ölümsüzlük əta etməmişdik. Doğrudanmı, əgər sən hətta ölsən də, onlar  məgər əbədimi yaşayacaqlar?”

Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) düşmənləri bir-birilərinə deyirdilər: “Ölüm onu özü ilə aparana qədər gözləyin”. Belə olduqda, Fövqəluca Allah ən sadə və sınaqdan keçirilmiş üsulla Elçisinə (s.ə.s.) izah edir ki, O, əvvəllər bu dünyada heç kimə ölümsüzlük  bağışlamamışdı.
Ey Muhəmməd! Sən onsuz da öləcəksən, lakin axı ölüm bütün peyğəmbərlərin, elçilərin və Allahın dostlarının qisməti olmuşdur. Doğrudanmı, əgər hətta sən bu həyatı tərk etsən, sənin düşmənlərin əbədiyyət qazanarlar? Əgər bu belə olsaydı, onda ölümsüzlük onlar üçün alçaldılma olardı. Lakin işlər tamamilə əksinədir, çünki bütün yer sakinləri öləcəklər.

  ﯺ  ﯻ  ﯼ   ﯽﯾ  ﯿ  ﰀ  ﰁ  ﰂﰃ  ﰄ  ﰅ  ﰆ

(21.35) “Bütün nəfslər ölümü dadacaq. Biz sizi sınaqdan keçirmək üçün xeyir və şərlə imtahan edirik. Siz Bizə qaytarı­lacaqsınız!”

Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Fövqəluca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Fövqəluca buyurur:  “Əlində hakimiyyət Olan, hər şeyə qadir Olan, kimin əməlinin daha yaxşı olduğunu sınamaq üçün həyatı və ölümü xəlq Edən Xeyirxahdır!” (Mülk, 67/1-2). İnsan­ların bəziləri sınaq zamanı aldanır, digərləri isə qurtuluşa nail olurlar. Sonra isə hər bir insan öz Rəbbinə qayıdır ki, etdiyi əməllərə görə əvəz alsın: yaxşılığa yaxşılıqla, pisliyə də pisliklə. Fövqəluca həmçinin buyurur: “Sənin Rəbbin Öz qulları ilə zalımcasına davranmır” (Fussilət, 41/46).
Şərh etdiyimiz bu ayə əməlisaleh mömin bir insan olan Xıdırın bu günə qədər yaşaması və ölümsüz olmasını hesab edənlərin yanıldığına dəlalət edir. Belə iddialar sübutlara əsaslan­mır və müqəddəs mətnlərə ziddir.



   ﭑ  ﭒ  ﭓ    ﭔ  ﭕ  ﭖ       ﭗ   ﭘ   ﭙ  ﭚ  ﭛ   ﭜ  ﭝ  ﭞ   ﭟ    ﭠ  ﭡ  ﭢ

(21.36) “Kafirlər səni görəndə sənə istehza edib deyirlər: “Bu, sizin tanrılarınız haqqında pis danışan şəxs deyilmi?” Lakin  məhz onlar Mərhəmətlinin Xatırlatmasına inanmırlar”.

Bu ayə müşriklərin azğın allahsızlığını təsdiq edir. Onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) görən kimi, ona lağ etməyə başlayır və deyirlər: “Bu yazıq adam tanrı­larımızı təhqir etməyə və alçaltmağa cəsarət edir. Siz ona diqqət verməməlisiniz!” Onlar Muhəmməd Peyğəmbərə (s.ə.s.) istehza ilə gülürdülər, lakin onlar onda olan təkcə gözəl məziyyətləri lağa qoyurdular. Həqiqətən, o (s.ə.s.) ən görkəmli və ən kamil insan idi və onun (s.ə.s.) gözəl keyfiyyətlərindən və yaxşı cəhətlərindən biri də bir olan Allaha səmimi ibadəti və Onunla yanaşı ibadət edilən bütün digər ilahların gücsüzlüyünü və qeyri-kamil olma­larını ifşa etməsi idi. Lakin bu, kafirlərə və allahsızlara ona rişxənd etməyə və onu ələ salmağa mane olmurdu. Onların belə davranması eyni zamanda bütün ən pis keyfiyyətlərə malik olmalarındaydı. Lakin hətta əgər bütün bu keyfiyyətlərdən onlara təkcə biri – Rəbbə inamsızlıq və Onun elçilərinin inkarı xas olsaydı, onda bu da kifayət edərdi ki, onları Allahın yaratdığı canlı məxluqların ən alçağı adlandırsınlar. Məhz belə olduqları üçün onlar Rəhmli Olanı xatırlamaqdan boyun qaçırırdılar. Amma, Allahı yad etdikdə, insan ən yüksək vəziyyətdə olur. Lakin kafirlər bunu etmirlər, çünki onlar Rəhmli Olana iman gətirmirlər. Əgər iman gətirsələr də, onsuz da Ona şərik qoşurlar. Buna görə, onların zikrlə bağlı sözləri kafirliyin və bütpərəstliyin təzahürüdür. Belə olduqda bu insanların digər əməlləri haqqında nə demək olar?
Fövqəluca bu ayədə Özünü heç də təsadüfən Mərhəmətli adlandırmır. Bu adın xatırlanması müşriklərin vəziyyətinin nə dərəcədə çox pis olduğunu aydın surətdə vurğulayır. Mərhəmətli Allah onları fasiləsiz olaraq maddi nemətlərlə təmin edir və onları bədbəxtliklərdən qoruyur. Hər hansı dünyəvi nemət və hər hansı fəlakətlərdən xilas edilmə Onun ilahi mərhəmətinin nəticəsidir, amma bütpərəst müşriklər isə buna daima naşü­kürlük və küfrlə cavab verirlər.

  ﭣ  ﭤ     ﭥ  ﭦﭧ  ﭨ   ﭩ  ﭪ  ﭫ  ﭬ

(21.37) “İnsan hövsələsiz yaradılmışdır. Mən sizə Öz mö­cü­zələrimi göstərəcəyəm və buna görə Məni tələsdirməyin!”

İnsan daima tələsir və hadisələrin də baş verməsini sürət­ləndirməyə cəhd göstərir. Möminlər istəyirlər ki, Allah kafirləri və allahsızları tezliklə cəzalandırsın və belə hesab edirlər ki, ədalətli əvəz gecikir. Kafirlər isə haqdan üz çevirirlər və onlara cəzanın tez verilməsini istəyirlər, çünki ona inanmaqdan inadkarlıqla imtina edirlər.

ﭭﭮﭯﭰ   ﭱﭲﭳﭴ

(21.38) “Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, onda vəd etdiyiniz nə vaxt olacaqdır?”  

Fövqəluca Allah möhlət verir, amma heç nəyi unutmur. O, səbirlə gözləyir, çünki bütün məxluqlara qədəri öncədən müəy­yən etmişdir. Fövqəluca buyurur: “Onların vaxtı çatanda, onlar onu özlərindən nə uzaqlaşdıra, yaxud nə də bir saatlığa belə yaxınlaş­dıra bilməyəcəklər” (Nəhl, 16/61). Bax buna görə də bundan əvvəlki ayədə Fövqəluca Allah möcüzələrini göstərəcə­yini vəd edir. Bu möcüzə, kafirliyə etiqad etdiklərinə və Allaha itaətsizlik göstərdiklərinə görə hər kəsdən alınacaq hesabat olacaqdır. Lakin kafirlər dərin qəflət içindədirlər. Onlar amansız cəzanın yaxınlaş­masına inanmırlar və buna görə belə dəhşətli sözlər danışırlar.

  ﭵ  ﭶ  ﭷ  ﭸ             ﭹ   ﭺ  ﭻ  ﭼ  ﭽ  ﭾ  ﭿ    ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ  ﮈ  ﮉ  ﮊ   ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ  ﮐ

(21.39) “Əgər kafirlər üzlərini və kürəklərini Oddan uzaqlaşdıra bilməyəcəkləri və onda heç kimin onlara kömək etməyəcəyi vaxtı bilsəydilər!”
(21. 40) “O, onları qəflətən yaxalayıb sarsıdacaq. Onlar ondan xilas ola bilməyəcəklər və onlara möhlət də verilmə­yəcəkdir”.

Kafirlərin vəziyyəti dəhşətli olacaqdır. Cəhənnəm odu onları hər tərəfdən əhatəyə alacaq və onda onlar bir-birilərinə kömək edə bilməyəcəklər. Onlar cəzadan xilas ola da bilməyə­cəklər və heç kim onların köməyinə gəlməyəcək. Onlar Cəhən­nəmin qarşısında olduqda, bərk qorxuya düşəcəklər. Eyni zamanda o dərəcədə zəifləmiş və alçaldılmış halda olacaqlar ki, bu vahimədən canlarını qurtara bilməyəcəklər. Fövqəluca Allah onlara nə möhlət verəcək, nə də cəzalarını ləngitməyəcəkdir. Əgər allahsızlar doğrudan da onları gözləyən taleyi bilsəydilər, onlar Allahı onları cəzalandır­maq üçün tələsdirməyə cəsarət etməz­dilər. Əksinə, onlar bu amansız Allah cəzasından dəhşət­lənərdilər. Lakin onlar bu barədə lazım olduğu kimi məlumata malik deyillər və ona görə təhqiramiz ifadələr işlədirlər.

  ﮑ  ﮒ      ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ      ﮜ   ﮝ  ﮞ

(21. 41) “Sənə qədər də elçilərə istehza edərdilər, lakin istehza etdikləri onların özünü hər tərəfdən yaxaladı”.

Müşriklərin Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!), o (s.ə.s.) onları uydurulmuş ilahlarından əl çəkməyə çağırdığına görə istehzaya qoyduq­larını xatırlatdıqdan sonra, Fövqəluca Allah Öz Elçisinə (s.ə.s.) təsəlli verir və bildirir ki, bütün zamanlarda kafir xalqlar Allahın elçilərinə belə müna­sibət göstəriblər. Lakin hər dəfə həmin xalqlar əzabverici cəzaya məruz qoyulmuş və onlar yol verdikləri xətaları düzəltmək im­kanından məhrum edilmişlər. Qoy kafirlər onlardan əvvəlkilərə verilmiş müdhiş cəzadan özlərini gözləsinlər!

  ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ   ﮥﮦ  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ

(21. 42) “De: “Gecə də, gündüz də sizi Mərhəmətlidən qorumağa kim qadirdir?” Lakin onlar öz Rəbbini xatırla­maqdan imtina edirlər”.

Fövqəluca, bu ayədə, uydurulmuş ilahlara ibadət edən müş­riklərin iqtidarsızlığına işarə edir. Onlar özləri Mərhəmətli Allahın köməyinə bərk möhtacdırlar. Onun mər­həməti gecə-gündüz bütün möminləri və günahkarları əhatə etməkdədir. İnsanları gecələr yatdıqları və hissi qavrama qabi­liyyətindən məhrum olduqları zaman kim qoruyur? İnsanları gündüz işlə başları qarışdığı və ehtiyatsız olduqları zaman kim qoruyur? İnsanların qayğısına Mərhəmətli Allahdan başqa kim qalır? Həqiqətən də, Ondan başqa heç kim insan­ların qayğısına qalmır və onları qorumur. Lakin kafirlər öz Rəbbini xatırlamaqdan imtina edirlər və Ona şərik qoşurlar. Əgər onlar Ona müraciət etsəydilər və faydalı nəsihətlərə qulaq assaydılar, onda hökmən düz yola gələrdilər.
  ﮮ   ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔﯕ  ﯖ  ﯗ  ﯘ   ﯙ  ﯚ      ﯛ  ﯜ  ﯝ  ﯞ

(21. 43) “Ya da onları Bizdən qoruya biləcək ilahları var? Onlar heç özlərini belə qoruya bilmirlər; heç kim  onları Bizdən qoruya bilməz!”

  Məgər Allah müşriklərə pislik etmək istəsə, saxta ilahlar onları fəlakət və bədbəxtliklərdən xilas etməyi bacararlarmı? Əlbəttə yox! Lakin Fövqəluca Allah da müşriklərə kömək etməyəcəkdir. Əgər Allah onlara kömək göstərməyi rədd edirsə, onda onlar tamamilə yardımsız qalacaqlar. Həqiqətən də, onlar yaxşılıq görməzlər və şərdən yaxa qurtara bilməzlər.

ﯟ  ﯠ  ﯡ   ﯢ  ﯣ  ﯤ  ﯥ  ﯦﯧ  ﯨ  ﯩ  ﯪ  ﯫ   ﯬ  ﯭ  ﯮ   ﯯﯰ  ﯱ  ﯲ  ﯳ

(21. 44) “Bəli, Biz bunları da, atalarını da faydalan­dırdıq və ömürləri uzandı. Doğrudanmı onlar görmürlər ki, Biz yeri kənarlarından daraldırıq? Məgər onlar qalib gələ bilər?”  

Fövqəluca kafirlərin küfrə etiqad etməyə və Allaha şərik qoşmağa məcbur edən səbəb haqqında xəbər verir. Allah onlara var-dövlət, çoxlu oğul-uşaq nəsib etmiş və həmçinin uzun ömür vermişdir. Onlar isə əta edilmiş nemətlərdən həzz alaraq, son­radan unutmuşlar ki, onlar nəyin xatirinə xəlq edilmişlər. İllər keçdikcə onların qəlbi daşlaşmış, zalımlıqları həddini aşmış, naşükürlükləri isə ən yüksək dərəcəyə çatmışdır. Əgər onlar ətraflarına baxsaydılar, görərdilər ki, onları hər tərəfdən təkcə məhv olmuş insanlar əhatə edir. Bununla yanaşı onlar ölüm haqqında xəbər­darlıq edənlərin səsini eşidərdilər və dərk edər­dilər ki, insan nəslləri bir-birinin ardınca ölümə yollanır. Həqiqətən də, ölüm hər yerdə məxluqların düşdüyü tələlər qurmuşdur.
Bax elə buna görə Allah buyurur ki, yerin ətrafı daima qısalır. Yerin sakinləri ölür və bir-birinin ardınca yox olurlar. Bu onunla sonuclanacaq ki, Allah yerə və onun üzərində olan hər şeyə varis olacaqdır. Həqiqətən, Allah varis olanların ən yaxşısıdır! İnsanlar vəziyyəti belə gördükdən sonra, onları aldanmağa və inadkarcasına küfrə etiqad etməyə vadar edən görəsən nədir? Doğrudanmı onlar üstünlük qazanacaqlarına ümid bəsləyirlər? Doğrudanmı onlar elə zənn edirlər ki, Allahın qədərindən qaça biləcəklər? Məgər onların ölümə müqavimət göstərməyə gücləri çatacaq? Məgər onların malik olduqları keyfiyyətlər əbədi yaşamağa ümid etməyə əsas verirmi? Qətiyyən yox! Allahın elçiləri mütləq onların ardınca gələcəklər və o zaman alçaldılmış və müti günahkarlar onlara heç bir müqavimət göstərə bilməyəcəklər.

   ﭑ  ﭒ  ﭓ  ﭔﭕ  ﭖ  ﭗ  ﭘ    ﭙ   ﭚ       ﭛ  ﭜ  ﭝ

(21. 45) “De: “Mən sizə vəhylə xəbərdarlıq edirəm”. Lakin karlar, onlara hətta xəbərdarlıq edildikdə də çağırışı eşit­məzlər”.

Ey Muhəmməd! Bütün bəşəriyyətə bəyan et ki, sən Allahın Elçisisən (s.ə.s.). Sən onların arasında öz uydurmalarını təbliğ etmirsən. Sən Allahın xəzinələrinin sərəncamçısı deyilsən. Sən qeybi bilmirsən. Sən özünü (s.ə.s.) mələk adlandırmırsan. Sən insanlara Allahın sənə nazil etdiyi vəhylə öyüd-nəsihət verirsən. Əgər onlar sənin dəvətinə cavab verərlərsə, onda onlar bununla Allahın çağırışına cavab vermiş olarlar və O, buna görə, onları mükafatlandırar. Lakin əgər onlar imtina edib müqavimət göstərsələr, sən onsuz da onların üstündə hakimiyyətə malik deyilsən. Bütün hakimiyyət təkcə Allaha məxsusdur və hər şey Onun qədərinə müvafiq olaraq baş verir.
Kar eşidə bilməz, çünki o bu qabiliyyətdən məhrumdur. Səsləri və insan danışıqlarını insanın qavraması üçün onun  müvafiq səsləri eşitmə orqanına malik olmasını tələb edir. Eyni fikri insanın ürəyini həyata qaytaran və Allahı dərk etməkdə insana kömək göstərən vəhy haqqında da demək olar. Lakin əgər insan ürəyi haqq Təlimi eşitmək qabiliyyətinə malik deyilsə, onda belə adam, səsləri və danışıqları mənimsəyə bilməyən kar kimi, imanı və gerçək öyüd-nəsihətləri qəbul edə bilmir. Elə buna görə müşriklər Haqq Təlimdən danışılanda eşitmirlər. Onların yanıl­masına, xüsusilə, nəzərə alınsa ki, onlar amansız cəzanın və onun verəcəyi işgəncənin hələ necə olduğunu dərk etməyiblər, təəccüb­lənmək lazım deyil.

  ﭞ  ﭟ   ﭠ  ﭡ  ﭢ  ﭣ    ﭤ  ﭥ   ﭦ  ﭧ  ﭨ  ﭩ

(21. 46) “Əgər sənin Rəbbinin əzabının ani yeli belə onlara toxunarsa, onda hökmən deyəcəklər: “Vay bizim halı­mıza! Həqiqətən, biz zalımlarmışıq!”

Günahkarları cəzanın ancaq zərrə qədəri belə toxunarsa, onlar özlərini lənətləməyə və ölüm diləməyə başlayacaqlar. Onlar törətdiklərinə görə mütləq təəssüflənəcək və öz kafirliklərinə və zalımlıqlarına görə tövbə edəcəklər. Onlar anlayacaqlar ki, həqiqətən cəzalandırılmağa layiqdirlər.

  ﭪ  ﭫ      ﭬ  ﭭ      ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲﭳ  ﭴ  ﭵ   ﭶ  ﭷ  ﭸ  ﭹ  ﭺ  ﭻﭼ  ﭽ  ﭾ   ﭿ   ﮀ

(21. 47) “Qiyamət günü Biz ədalətli Tərəzi quracağıq və heç kimlə zalımcasına rəftar edilməyəcək. Əgər xardal toxumu çəkisində bir şey olsa belə, Biz onu göstərəcəyik. Hesabı Bizim aparmağımız kifayətdir!

Fövqəluca ayədə, Qiyamət günü Məhşər ayağında topla­nacaq məxluqlar üçün çıxarılacaq Öz ədalətli qərar və qərəzsiz hökmlərindən bəhs edir. Həmin gün ədalətli tərəzi qurulacaq və o, məxluqların zərrə çəkisində olacaq yaxşı və pis əməllərini belə təyin edəcəkdir. O zaman nə müsəlmanlar, nə də allahsızlar incidilməyəcək və ya sıxışdırılmayacaq, çünki Allah onların xeyirxah əməllərini azaltmayacaq və günahlarını çoxaltmayacaq. Hətta insan, xardal dənəsi – məxluqların ən kiçiyi və ən dəyərsizi çəkisində olan əməl etmiş olsa belə, onun nəticələrini görəcək və ona görə əvəz alacaqdır. Bununla əlaqədar olaraq Fövqəluca belə buyurur: “Zərrə qədər ağırlıqda xeyirxahlıq edən, əvəzini ala­caqdır. Həmçinin zərrə qədər ağırlıqda pislik edən də əvəzini alacaqdır” (Zəlzələ, 99/7-8); “Qarşıya kitab qoyulacaq və sən görəcəksən ki, günahkarlar onda yazılanlardan necə lərzəyə dü­şə­cəklər. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə kitabdır! Onda heç bir kiçik və böyük günah yaddan çıxarılmamışdır – hamısı hesablanmışdır”. Onlar bütün etdiklərini öz qarşıla­rında aşkar görəcəklər və sənin Rəbbin heç kimə zalımlıq etməyə­cəkdir!” (Kəhf, 18/49).
Allahın qullarının bütün əməlləri haqqında hər şeyi bilməsi kifayətdir. O (Pak və Müqəddəs Olan), bu əməlləri saxlayır və onların yazı halında qeydiy­yatını aparır. O (Pak və Müqəddəs Olan) onların ölçülərindən xəbərdardır və dəqiq bilir ki, onları kim törətmişdir, kimə hansı mükafat və cəza veriləcəkdir.

  ﮁ  ﮂ  ﮃ  ﮄ  ﮅ  ﮆ  ﮇ   ﮈ   ﮉ

(21. 48) “Biz Musaya və Haruna Furqanı müttəqilərdən ötrü  nur və xatırlatma olaraq əta etdik”,

Fövqəluca Allah bir çox hallarda iki Müqəddəs Kitabı – Tövrat və Quranı eyni vaxtda xatırladır. Bu dünya onlardan da şərəfli, daha nəsihətamiz, daha faydalı və daha aydın Kitablar görməmişdir. Fövqəluca xəbər verir ki, Tövratı Musaya (ə) və Haruna (ə) əta etmişdir. Şübhəsiz ki, birincinin peyğəmbərliyi əsas, ikincininki isə ikinci dərəcəli idi. Tövrat elə bir meyar idi ki, insanlar onun sayəsində haqqı yalandan və doğru yolu isə azğınlıqdan fərqləndirirdilər. O həm də bir nur idi ki, onun sayəsində möminlər işıqlı düz yola çıxırdılar və halalı haramdan fərqləndirirdilər.  Bu nur cahillik, zalımlıq və azğınlıq zülmətini parçalayıb dağıdırdı. Bununla yanaşı Tövrat bir öyüd-nəsihət idi ki, insanlar onun sayəsində nəyin onlara fayda, nəyin isə zərər verəcəyini bilirdilər. Bu öyüd-nəsihət insanların xeyrə və şərə olan baxışlarını ziyalandırırdı. Lakin bundan ibrət dərsini təkcə təqvalı möminlər alırdılar. Onlar vəhyi öyrənir və onun tələb­lərini rəhbər tuturdular. Sonra Fövqəluca Allah həmin təqvalı möminlərin bəzi məziyyətlərini sadalayır:

  ﮊ  ﮋ  ﮌ  ﮍ  ﮎ  ﮏ   ﮐ    ﮑ  ﮒ

(21. 49) “o kəslər ki, Rəbbini görmədən Ondan qorxarlar, onlar o Saatdan da tir-tir əsərlər”.

Onlar öz Rəbbini görmürlər, lakin bu onlara Onun qarşısında qorxu hissi keçirməyə mane olmur. Əgər onlar Onu görsəydilər, onların təqvası və möminliyi  daha yüksək dərəcəyə ucalardı. Bununla yanaşı onlar Allahın haram buyurduğu hər şeydən çəkinirlər və Onun bütün hökmlərini yerinə yetirirlər. Onlar Qiyamət Saatının başlayacağından da qorxurlar və bu ona dəlalət edir ki, onlar öz Rəbbini necə də mükəmməl dərk etmişlər. Onlar eyni zamanda bir neçə gözəl xüsusiyyətlərə: xeyirxahlığa və Allah qarşısında təqvalılığa malikdirlər. Bu – iki müxtəlif məziyyətlərdir ki, təkcə bu möminlər onlara sahibdirlər.

  ﮓ  ﮔ   ﮕ  ﮖﮗ  ﮘ  ﮙ    ﮚ  ﮛ

(21. 50) “Bu, Bizim nazil etdiyimiz Mübarək Zikrdir. Siz indi onu  inkar edəcəksiniz?”

Bu ayədə Müqəddəs Qurandan – iki gözəl vəsfə malik olan Kitabdan bəhs edilir. Birincisi, o mübarəkdir. İkincisi isə, o bir nəsihətdir ki, onun sayəsində insanlar Allahın adları, sifətləri və əməlləri vasitəslə Onu dərk etmək, Allahın elçilərinin və Onun dostlarının talelərini və məziyyətlərini öyrənmək, ədalətli əvəz veriləcəyi, Cənnət bağları və yanar Cəhənnəm haqqında bilmək imkanı əldə edirlər. İnsanlar bu Kitabda məntiqi dəlillər və ayələrlə əsaslandırılmış çoxlu ehkamları oxuya bilərlər. Allah onu Nəsihət və Xatırlatma adlandırmışdır, çünki o, insanlara onların ağlında, təhtəlşüurunda yerləşdirilmiş zəruri bilikləri xatırladır. Kitab gerçək hekayətlərə iman gətirməyə, sağlam ağlın bəyəndiyi işlər görməyə və sağlam ağlın qınadığı günahlardan çəkinməyə çağırır. O mübarəkdir, çünki xeyirxahlığın və nemətlərin çoxal­masına səbəb olur. Müqəddəs Qurandan daha bərəkətli və faydalı bir şey yoxdur! Doğrudan da, insan ancaq Müqəddəs Quran sayəsində, əgər əməllərində onun hökmlərini rəhbər tutarsa, mənəvi və maddi nemətlər, həmçinin ölümündən sonra mükafat qazana bilər.
Əgər Müqəddəs Quran bərəkətli Nəsihətdirsə, onda insanlar sözlərində və əməllərində ona itaətkar olmalı və həm də Allaha nazil etdiyi bu böyük mərhəmətinə görə şükür etməli­dirlər.  Onlar həmçinin Quranın ehkamlarını yerinə yetirməli və bundan faydalanmalıdırlar. Bundan ötrü onlar bu Kitabın ayələrini öyrənməli və onların əsl mənasından agah olmalıdırlar. Əgər onlar belə davranmaqdan imtina edirlərsə, bu Kitabdan üz döndərirlərsə, ondan əllərini çəkirlərsə, onu inkar edir və ona iman gətirməkdən boyun qaçırırlarsa, onda belə bir rəftar ən böyük kafirliyin, dəhşətli nadanlığın və müdhiş zalımlığın təza­hürüdür. Məhz buna görə şərh etdiyimiz ayənin sonunda Allah Qurana iman gətirməkdən imtina edənləri qınayır.

ﮜ  ﮝ  ﮞ  ﮟ    ﮠ  ﮡ  ﮢ  ﮣ     ﮤ  ﮥ  ﮦ

(21. 51) “Bundan əvvəl Biz İbrahimə də doğru yol Təlimatı əta etmişdik və Biz ona bələd idik”.

Musa (ə) və Muhəmməd Peyğəmbəri (s.ə.s.) və həmçinin onlara nazil etdiyi Kitabları xatırlatdıqdan sonra, Fövqəluca Allah İbrahim peyğəmbəri (ə) də doğru yola yönəltdiyindən xəbər verir. Bu isə Musa (ə) və Muhəmmədin (s.ə.s.) peyğəmbər­lik­lərinin başlanmasından, Tövratın və Quranın nazil edilməsindən xeyli öncə olmuşdu.  Allah göylərin və yerin Onun hakimiyyəti altında olmasını İbrahimə (ə) göstərmiş və ona (ə) ilk haqq nəsihətlərini vermişdir və onların sayəsində o (ə) öz qəlbini nəcibləşdirməyə və haqqı insanlar arasında təbliğ etməyə başla­mışdır. Haqq yolun sadiq tərəfdarı olması ilə İbrahim (ə) Muhəmməd Peyğəmbərdən (s.ə.s.) başqa, bütün məxluqları ötüb keçmişdir. Hər dəfə o (ə) daha yüksək pilləyə qalxdıqda, Allah onun (ə) haqa yolla getmək səyini artırırdı, çünki hər bir mömin imanının yol verdiyi qədər doğru yolla getməyə can atır.
Allah İbrahimi (ə) doğru yola yönəltdi, onu (ə) peyğəmbər­liklə şərəfləndirdi, Özünün sevimlisi etdi və onu (ə) bu dünyada ikən və ölümündən sonra bütün digər məxluqlardan uca tutdu, çünki O, çox gözəl bilirdi ki, İbrahim (ə) bu böyük şərəfə layiqdir. Bu onun (ə) paklığına və ağıl-kamalına görə mükafat idi. Buna görə, sonra Allah İbrahimin (ə) öz qəbilədaşları ilə necə mübahisə etdiyini və onları bütpərəstlikdən əl çəkməyə çağırdığını xəbər verir. Allah həmçinin onun (ə) müşriklərin bütlərini sındır­masından və özünün haqlı olmasına müşrikləri inandırmasından bəhs edir.

  ﮧ  ﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ    ﮮ     ﮯ  ﮰ  ﮱ  ﯓ

(21. 52) “Budur, o atasına və xalqa belə dedi: “Bu hey­kəllər nədir ki, siz onlara tapınırsınız?”  

Sizin öz əllərinizlə həkk edilərək bəzi məxluqlara bənzətdi­yiniz bu heykəllər nədir ki, onlara sitayiş edirsiniz? Niyə siz onlara ibadət edir və bunu düzgün sayırsınız? Bu bütlər hansı üstünlüklərə malikdir? Sizin ağlınız haradadır ki, öz vaxtınızı bu heykəllərə ibadətə sərf edirsiniz? Siz bu bütləri öz əllərinizlə yonmuş və düzəltmişsiniz, indi də onlara ibadət edirsiniz. Həqiqətən, bu çox qəribədir!”

  ﯔ  ﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ

(21. 53) “Onlar dedilər: “Biz görmüşük ki, atalarımız onlara ibadət edərdilər”.

Müşriklər ata-babalarının bütlərə və heykəllərə ibadət etdiklərini görmüşdülər və qərara gəlmişdilər ki, onların yolu ilə getsinlər və onlara ibadət etsinlər. Bu cavabda müşriklərin haqlı olmasına dair heç bir dəlil yoxdur və o, onların öz haqlılığını sübuta yetirməkdə gücsüz olduqlarını təsdiq edir. Bundan başqa, bu dəlil, hətta, heç şübhə də doğurmur.

   ﯚ  ﯛ  ﯜ      ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ  ﯢ

(21. 54) “O dedi: “Həqiqətən, siz və atalarınız açıq-aydın yanlışlıq içindəsiniz”.

Məlumdur ki, insanın hər hansı hərəkəti, əgər o, Allahın elçisi deyilsə, dəlil və təqlid edilməsi üçün nümunə ola bilməz. Bu, söhbət dinin və tövhidin əsas prinsiplərindən gedəndə, xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə İbrahim (ə) deyir ki, müşriklər və onların valideynləri açıq-aşkar yanılırdılar. Saxta ilahlara ibadət və tövhiddən imtina etməkdən də böyük azğınlıq nə ola bilərdi?! İbrahim (ə) öz sözləri ilə bildirmək istəyir ki, onun həmqəbilələrinin baxışları insanların onlara etiqad etməsinə layiq deyildi. Bunun da səbəbi onda idi ki, qəbilədaşları və onların əcdadları yollarını azmışdılar və onların tutduğu yol ağlı başında olan hər bir sağlam düşüncəli insana aydın idi.

  ﯣ   ﯤ  ﯥ   ﯦ  ﯧ  ﯨ  ﯩ  ﯪ

(21. 55) “Dedilər: “Sən bizə haqqı gətirmişsən, ya da bizimlə zarafat edirsən?”

Müşriklər İbrahimin (ə) öz qəbilədaşlarını və onların əc­dad­larını düşüncəsizlikdə ifşa etməsi ilə başlayan sözlərindən heyrətə düşmüşdülər. Onlar dedilər: “Sənin sözlərin əsl həqi­qətdirmi? Və yaxud da sən bizi dolamağı qərara almışsan, ya da nə danışdığını özün də anlamırsan?”. Müşriklər qərara almışdılar ki, İbrahimin (ə) sözlərini iki üsulla izah etmək olardı. Bunun səbəbi isə, onların, belə sözləri ancaq nə etdiyini bilməyən kəmağıl adamın danışa biləcəyinə qəti əmin olmaları idi. Lakin İbrahim (ə) onlara layiqincə cavab verərək, onların özünü axmaq və düşüncəsiz insanlar saymağın mümkün olduğunu da izah etdi.


  ﯫ  ﯬ   ﯭ    ﯮ  ﯯ          ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ  ﯵ  ﯶ  ﯷ     ﯸ

(21. 56) “O dedi: “Xeyr! Sizin Rəbbiniz – göylərin və yerin Rəbbidir, onları Yaradandır və mən də bunların şahidlərin­də­nəm”.

O (ə) haqlı olduğunu məntiqi dəlillər və peyğəmbərlik təlimlərinin sübutları ilə təsdiq etdi. Onun (ə) məntiqi dəlillərinə gəldikdə isə, bu dəlillər, Allahın insanların, mələklərin, cinlərin, heyvanların, göylərin, yerin və digər məxluqların Vahid Xaliqi olmasının, tamamilə hər kəsin bilməsi ilə bağlıdır. Bu hətta, İbrahimin (ə) mübahisə etdiyi müşriklərə də bəlli idi. Onlara məlum idi ki, təkcə Allah Öz yaratdıqlarını idarə edir, halbuki bu məxluqlar, o cümlədən, Onunla bərabər müşriklərin ibadət etdiyi bütlər də tamamilə Ondan asılıdırlar. Məgər heç olmazsa zərrə qədər sağlam düşüncəyə malik olan ağıllı insan, müstəqil iradəyə malik olmayan, özünə belə fayda və ya zərər verə bilməyən, həmçinin sərəncamında həyat, ölüm və ya diriltmə olmayan məxluqlara ibadət edərmi? Məgər ağıllı insan onların xatirinə Vahid Xaliqə, Hökmdara və Ruziverənə ibadətdən imtina edərmi?
Peyğəmbər təlimlərindən əldə edilmiş sübutlara gəldikdə isə, tamamilə aydındır ki, peyğəmbərlər təkcə əsl həqiqəti təbliğ edər və deyərdilər. Peyğəmbər moizələrinin formalarından biri də onların gətirdikləri şəhadəti idi. Buna görə də İbrahim peyğəmbər (ə) demişdi ki, o (ə) şahidlik edir ki, Allah ibadətə layiq olan yeganə İlahdır, bütün digər ilahlara ibadət edilməsi əbəs və faydasızdır. Allahın şahidliyindən başqa, kimin şahidliyi Allahın elçisinin şahidliyindən daha inandırıcı ola bilər?! Xüsusən də, nəzərə alınmalıdır ki, o (ə), Allahın ruhən ən möhkəm olan elçilərindən biri və Onun sevimlisidir.

  ﯹ  ﯺ  ﯻ  ﯼ  ﯽ  ﯾ     ﯿ  ﰀ   ﭑ  ﭒ  ﭓ     ﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ   ﭙ

(21. 57) “Allaha and içirəm ki, siz geriyə dönüb gedən kimi mən hökmən bütlərinizə bir çarə qılacağam”.
(21. 58) “Sonra o, hamısını tikə-tikə edib, onların yalnız  ən böyüyünü saxladı ki, ona şikayət edə bilsinlər”.

Bütlərin qətiyyən heç bir hakimiyyət sahibi olmadığını izah etdikdən sonra, İbrahim (ə) qərara alır ki, öz qəbilədaşlarına onların ilahlarının gücsüzlüyünü və acizliyini nümayiş etdirsin. Onları inandırmaq üçün isə, o (ə) bir fənd qurmağı nəzərdə tutdu. O (ə), qəbilədaşları öz bayramlarından birinə başları qarışarkən bütləri sındırıb dağıtmaq qərarına gəldi. Bir dəfə, onlar öz bütlərini nəzarətsiz qoyduqları vaxt, o (ə) gizlicə bütxanaya girərək, onları parça-parça edib dağıdır və təkcə birinə, onlardan ən böyüyünə toxunmur. Onun (ə) qəbiləsinin bütlərinin hamısı bir yerdə saxlanılırdı.  O (ə) bu bütü saxladı və sonradan Fövqəluca Allah onun bu hərəkətinin səbəbini izah edir.
Burada çox mühüm bir məqama diqqət yetirmək lazımdır. Allahın nifrətinə səbəb olan şeylərə “böyük”, “möhtəşəm” (və s.) kimi səciyyələndirilən adlar, əgər onlar müəyyən bir şəraitlə bağlı deyilsə, vermək olmaz. Məhz Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bütpərəst dövlətlərin hökm­darlarına müraciətlər göndərəndə belə etmişdi. O (s.ə.s.) onları Farsın və Bizansın böyük hökmdarları adlandırmış, lakin onlara sadəcə böyük insanlar deməmişdi. Bax buna görə, Allah bütü böyük adlandırmır, ona bütlərin böyüyü adını verir. Müsəlman­lar bu incəliyə diqqət yetirməlidirlər və Allahın alçaltdıqlarını ucaltma­malıdırlar. Lakin onları öz məddahlarının gözü qarşı­sında böyük adlandırmağa icazə verilir.
Sonra Fövqəluca Allah xəbər verir ki, İbrahim (ə) bütlərdən birini ona görə salamat saxlayır ki, öz qəbilədaşlarına o bütə kömək üçün müraciət etməyi təklif etsin və onları özünün dəlil­lərinin doğruçuluğuna inandırsın. O (ə) istəyirdi ki, onlar onunla (ə) razılığa gəlsinlər və o (ə), onların ondan (ə) üz döndərə­cəklərindən ehtiyat edirdi.

  ﭚ  ﭛ  ﭜ  ﭝ  ﭞ        ﭟ       ﭠ  ﭡ  ﭢ

(21. 59) “Dedilər: “Kim bizim ilahlarımızla belə rəftar etmişdir? Həqiqətən, o, zalımlardan biridir!”

Müşriklər ilahlarının başına gətirilmiş bu alçaldılmanı və şərəfsizliyi gördükdə, qərara aldılar ki, belə bir işi ancaq zalım edə bilərdi. Onlar İbrahimi (ə) zalım adlandırdılar, halbuki özləri bu ada daha çox layiq idilər.  O (ə) bütləri dağıtmışdı, lakin onlar bilmirdilər ki, bu hərəkət onun (ə) məziyyətlərindən biri idi və onun (ə) ədalətliliyini və tövhid tərəfdarı olmasını sübut edirdi. Həqiqətən də, zalım o şəxsdir ki, bütləri və heykəlləri ilahlara çevirir.

   ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ  ﭨ  ﭩ       ﭪ

(21. 60) “Dedilər: “Biz eşitdik ki, İbrahim adlı bir gənc onların əleyhinə çıxış etmişdi”.

Müşriklər dağıdılmış bütlərini gördükdə, yadlarına düşdü ki, lap yaxın vaxtlarda İbrahim adlı bir gənc daş heykəllərin nöqsan və qüsurlarından danışırdı. Onlar anladılar ki, təkcə o, onların ilahlarını məhv etməyə cəsarət göstərə bilərdi. Həm də mümkündür ki, onlardan bəziləri İbrahimin (ə) bu heykəllərin əleyhinə bir fənd işlədəcəyi niyyətini bilmişdilər.

  ﭫ  ﭬ  ﭭ    ﭮ  ﭯ  ﭰ   ﭱ  ﭲ  ﭳ

(21. 61) “Dedilər: “Onu insanların gözü qarşısına gətirin ki, onlar şahidlik edə bilsinlər”.

Onlar bütlərinin İbrahim (ə) tərəfindən sındırılıb dağıdıl­dı­ğını qəti surətdə müəyyən etdikdən sonra, qərara aldılar ki, o (ə) gəlib bütün xalqın qarşısında dayanmalıdır ki, hər kəs onu (ə) görsün və eşitsin. Onlar həm də istəyirdilər ki, bütlərə kəc baxmağa cəsarət edən hər kəsin başına nə gələcəyinə bütün xalq şahid olsun. Bu, İbrahimin (ə) planı ilə tamamilə uyğun gəlirdi, çünki o (ə), bütün xalq qarşısında haqqı izah etmək niyyətində idi. O (ə) istəyirdi ki, bütün insanlar haqqı öz gözləri ilə görüb əmin olsunlar və onun dəlillərini eşitsinlər. Musa (ə) da Fironla yarış şərtləri haqqında razılığa gəldikdə belə etmişdi. O (ə) demişdi: Dedi: “Sizin üçün vaxt Zinət günü olacaqdır və qoy adamlar səhər yığışsınlar” (Ənbiya, 21/59).

  ﭴ  ﭵ  ﭶ   ﭷ  ﭸ  ﭹ  ﭺ

(21. 62) “Dedilər: “Ey İbrahim! Bunu ilahlarımızla sənmi etdin?”

Xalq toplaşandan sonra adamlar İbrahimi (ə) gətirdilər və ondan bütləri kimin dağıtdığını soruşdular. Əslində, bu sual – ittiham idi. Müşriklər onun (ə) bütləri niyə sındırdığını bilmək istəyirdilər.

  ﭻ  ﭼ  ﭽ  ﭾ   ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ  ﮄ

(21. 63) “O dedi: “Yox! Bunu edən onların böyüyüdür, bax bu! Əgər onlar danışmaq qabiliyyətinə malikdirlərsə, özlərindən soruşun!”

İbrahim (ə) belə dedi: “Heç də belə deyil! Böyük büt onlara qəzəbləndiyi üçün bütün qalanlarını sındırıb dağıtdı. O, ona görə qəzəblənmişdi ki, siz onunla bərabər o birilərinə də ibadət edirdiniz. O istəyirdi ki, siz təkcə ona ibadət edəsiniz”. İbrahim (ə) bu sözləri ilə haqqı qəbilədaşlarına çatdırmaq istəyirdi. Buna görə də sonra o (ə) onlara həqiqəti bütlərin özlərindən soruşmağı təklif edir. O (ə) dedi: “Sındırılmış bütlərdən soruşun ki, onları niyə sındırıblar. Onların başçısından soruşun ki, o, niyə bütün digər bütləri sındırıb dağıtmışdır. Əgər onlar danışmaq qabiliyyətinə malikdirlərsə, onda hökmən sizə cavab verərlər. Lakin bizim hamımıza məlumdur ki, onlar danışa bilmirlər. Onların danışıq qabiliyyətinə malik deyillər. Onlar heç bir fayda vermirlər. Onlar heç bir zərər vura da bilmirlər. Onlara kimsə zərər vurmaq istədikdə,  hətta özlərini müdafiə edə də bilmirlər”.

ﮅﮆ   ﮇﮈﮉﮊﮋﮌ  ﮍ  ﮎ  ﮏ   ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ

(21. 64) “Onlar bir-birilərinə müraciət edərək, dedilər: “Həqiqətən, siz özünüz zalımlarsınız!”
(21. 65) “Sonra onlar öz dediklərinə qayıdıb: “Sən bilirsən ki, onlar danışmaq qabiliyyətinə malik deyillər”.

İbrahimin (ə) sözlərindən sonra müşriklər düşüncəyə daldı­lar. Onlar idrakın səsinə qulaq asdılar və başa düşdülər ki, heykəllərə ibadət etmək səhvdir. Belə olduqda, onlar etiraf etdilər ki, zalımcasına davranırmışlar və Allaha şərik qoşurmuşlar. Bu isə o deməkdir ki, İbrahim (ə) qarşısına qoyduğu məqsədə nail olmuşdu və uydurulmuş ilahlara ibadətin yanlış və faydasız olduğuna onları inandıra bilmişdi. Lakin müşriklər bu vəziyyətdə çox qalmadılar. Tezliklə onlara geriyə döndülər və azğınlığın ağuşuna qayıtdılar. Onlar ona (ə) dedilər: “Sən hansı cəsarətlə bizi məsxərəyə qoyursan? Sən bizə bütlərdən cavab almağa göstəriş verirsən, amma sənə yaxşı məlumdur ki, onların danışmaq qabiliyyəti yoxdur”.

  ﮗ   ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ  ﮟ  ﮠ       ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ  ﮧ  ﮨ  ﮩﮪ  ﮫ   ﮬ  ﮭ

(21. 66) “O dedi: “Doğrudanmı siz Allahın əvəzinə sizə fayda və ya zərər verməyə qadir olmayana itaət edirsiniz?”
(21. 67) “Sizə və Allahın yerinə ibadət etdiklərinizə tüpürüm! Məgər siz ağıllanmayacaqsınız?”

İbrahim (ə) bütün xalqın gözü qarşısında müşrikliyin yanlışlığını ifşa etdi və insanlara aydınlaşdırdı ki, bütlər ibadətə qətiyyən layiq deyillər. O dedi: “Doğrudanmı siz sizə fayda verə və ya sizi bədbəxtliklərdən xilas edə bilməyənlərə ibadət etməyə razısınız? Sizə və bütlərinizə tüpürüm! Sizin baxışlarınızdan da böyük yanlışlıq nə ola bilər? Sizin ibadətinizdən də daha ziyanlı məşğələ nə ola bilər? Sizdən və heykəllərinizdən də daha nifrətamiz nə ola bilər? Məgər siz öz səhvinizi dərk etmirsiniz? Siz sağlam düşüncədən imtina etdiniz, şüurlu surətdə cahilliyə və azğınlığa düşüb qaldınız. Bu o deməkdir ki, hətta heyvanlar da sizinlə müqayisədə daha üstün vəziyyətdədirlər”.  

ﮮﮯﮰﮱ ﯓ ﯔ  ﯕﯖ  ﯗ  ﯘ  ﯙ      ﯚ   ﯛ  ﯜ  ﯝ  ﯞ

(21. 68) “Onlar dedilər: “Əgər siz hərəkət etmək istəyirsi­nizsə, onu yandırın ki, ilahlarınıza kömək edəsiniz!”
(21. 69) “Biz buyurduq: “Ey od! İbrahim üçün sərinlik və qurtuluş ol!”

İbrahimin (ə) dəlilləri müşrikləri susmağa məcbur etdi və onlar anladılar ki, öz baxışlarına haqq qazandırmaq mümkün olmayacaq. Belə olduqda, onlar saleh peyğəmbərə (ə) qarşı güc tətbiq etmək və onu cəzalandırmaq qərarına gəldilər. Onların niyyəti onu (ə) ən dəhşətli edama məruz qoymaq və yandırmaq idi. Bununla onlar ümid edirdilər ki, ilahlarının qisasını ondan (ə) alsınlar və öz əqidələrini qoruyub saxlasınlar. Vay onların halına, vay! Onlar, insanlara möhtac olan heykəllərə ibadət etməyi üstün tutdular. Onlar özlərinə, kömək göstərməkdə aciz olan “allahlar” seçdilər. Onlar Allahın sevimlisini oda atanda, Fövqəluca Allah oda əmr etdi ki, İbrahim (ə) üçün sərinliyə və qurtuluşa çevrilsin. Od ona (ə) heç bir əzab vermədi. Bundan başqa, o (ə) odda ikən heç bir xoşagəlməz hisslər də keçirmədi.


   ﯟ  ﯠ  ﯡ   ﯢ  ﯣ  ﯤ

(21. 70) “Onlar ona ziyan vurmaq istədilər, lakin Biz özlərini böyük ziyana uğratdıq”.

Müşriklər Allahın elçisini (ə) yandırmaq niyyətindəydilər, lakin elə oldu ki, onların özü həm bu dünyada, həm də ölümdən sonra ən böyük ziyana düşdülər. Allahın sevimlisi İbrahim (ə) və ardıcılları isə uğura çatanların sırasına düşdülər.

  ﯥ   ﯦ  ﯧ    ﯨ   ﯩ   ﯪ  ﯫ  ﯬ  ﯭ

(21. 71) “Onu da, Lutu da xilas edib, onları aləmlər üçün bərəkətli etdiyimiz yerə çatdırdıq”.

İbrahimin (ə) qəbilədaşlarından onun (ə) ardıcılı təkcə Lut (ə) oldu. Bəzi mənbələr iddia edirlər ki, o (ə), İbrahim peyğəm­bərin (ə) qardaşı oğlu imiş. O (ə), İraq torpağında yerləşən Babil­istanda yaşayan öz qəbilədaşlarını tərk etmişdi. Allah onu (ə) xilas etmiş və bərəkətli Şam torpağına yönəltmişdi. Bu yerin mübarəkliyini təsdiq edən amillərdən biri də Allahın bir çox peyğəmbərlərinin (onlara salam olsun!) orada yaşamaları olmuş­dur. Allah Öz sevimlisi İbrahimin (ə) də məhz orada məskun­laşmasını istəmişdi. Üç müqəddəs məsciddən biri də -- əl-Əqsa məscidi orada yerləşmişdir.

  ﯮ   ﯯ  ﯰ     ﯱ  ﯲﯳ  ﯴ  ﯵ  ﯶ  ﯷ

(21. 72) “Biz ona İshaqı, bir də Yaqubu bağışladıq və onların hamısını mömin etdik”.

İbrahim (ə) xalqından ayrıldıqdan sonra Fövqəluca Allah ona (ə) İshaq adında oğul və Yaqub adında nəvə bəxş etdi. Maraqlıdır ki, övladları onun (ə) yaşı ötmüş qoca vaxtında dünyaya gəlmiş­dilər, zövcəsi isə qısır hesab olunurdu. Buna baxmayaraq, mələklər onun yaxın vaxtlarda İshaq adlı bir oğlu olacağı haqqında müjdə gətirmişdilər. Sonradan İshaqın Yaqub adlı bir oğlu doğuldu ki, onu İsrail çağırırdılar. O, böyük bir xalqın əcdadı oldu. İbrahimin (ə) digər oğlu İsmayıl idi və o da böyük ərəb xalqının əcdadı oldu. Məhz bu xalq bütün insanların ağasını – Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) dünyaya gətirdi.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙ  ﭚ  ﭛ  ﭜﭝ  ﭞ  ﭟ   ﭠ  ﭡ

(21. 73) “Biz əmrimizlə onları doğru yol göstərən öndərlər etdik. Onlara xeyirxah işlər görməyi, namaz qılmağı, zəkat verməyi vəhy etdik. Onlar təkcə Bizə ibadət edirdilər”.

İbrahim (ə), İshaq (ə), Yaqub (ə) – hamısı əməlisaleh mö­min­lər idilər, çünki onlar Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirərdilər. Onların möminli­yinin təzahürü – Allahın onları öz qəbilələrinə rəhbər təyin etməsində özünü göstərirdi. Onlar Onun iradəsinə uyğun olaraq insanları doğru yola yönəldirdilər. Əgər Allah insanı ən böyük neməti ilə mükafatlandırmaq istəyirsə, O, onu, möminləri öz ardınca doğru yolla aparan rəhbər təyin edir. Buna nail olmaq isə təkcə səbirli olmaq və Allahın ayələrinə qətiyyətlə iman gətirmək sayəsində mümkündür.
Fövqəluca xüsusilə vurğulayır ki, onlar insanları Onun hökmü əsasında yönəldirdilər. Bu o deməkdir ki, onlar yalnız Allahın dinini təbliğ edirdilər, öz istəklərinə uyğun hərəkət etmirdilər. Onlar Allahın iradəsinə uyğun davranır, insanları Onun dininə dəvət edir və Onun lütfkarlığını qazanmağa can atırdılar.
İnsan Allahın iradəsini təbliğ etmədikcə, onu mömin rəhbər və ya təqlid edilə bilən örnək adlandırmaq olmaz. Belə insanlar nəinki özləri xeyirxahlıq edir, həm də ətraflarındakıları da buna dəvət edirlər. Bu, insan onları yerinə yetirərkən Allah qarşısında və Onun məxluqları qarşısında öz vəzifələrini icra etmiş sayıldığı tamamilə bütün saleh əməllərə aiddir. Fövqəluca Allah bu xeyirxah əməllərdən namazı və zəkatı xüsusilə fərqləndirir ki, bu xüsusinin ümumiyə daxil edilməsi nümunəsidir. Bu bir daha həmin iki ibadət ayininin vacibliyini təsdiq edir. Bu ayinləri layiqincə yerinə yetirən hər kəs, Allahın dininə qüsursuz etiqad edir. Amma bu ayinləri yerinə yetirərkən xətaya, diqqətsizliyə yol verən hər kəs, digər dini hökmlərin icrasında daha çox etinasızlıq göstərir. Bundan başqa, namaz insanın Allah qarşısında öz vəzifəsini icra etməsinin ən gözəl əməlidir, zəkat isə, insanın onun vasitəslə məxluqlara etdiyi xeyirxahlığının ən gözəl əməlidir.
Fövqəluca həmçinin qeyd edir ki, onlar heç vaxt qəlbən, dillə və vücudla Allaha ibadət etməyə fasilə vermirlər. Onlar öz vaxt­larının böyük hissəsini ibadətdə keçirirdilər və bunun sayəsində də Allaha ibadət onların ayrılmaz məziyyətinə çevril­mişdi. Həqiqətən də, Allahın öz məxluqlarına yerinə yetirməyi buyurduğu və onları onun xatirinə yaratdığı şey – onların vəsfi olmuşdur.


ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ  ﭧ   ﭨ   ﭩ  ﭪ      ﭫ  ﭬﭭ  ﭮ    ﭯ       ﭰ  ﭱ   ﭲ  ﭳ

(21. 74) “Biz Luta da hikmət və elm əta etdik və onu, əhalisi yaramaz əməllərə qurşanmış məmləkətdən xilas etdik. Həqiqətən, onlar cinayətkar və mürtəd idilər”.

Allah Öz elçisi Lutu (ə) din sahəsində dərin biliklərə malik olduğuna və insanları ədalətlə mühakimə etdiyinə görə tərifləyir. Allah onu (ə) öz qəbiləsi arasında haqqı təbliğ etmək, onları tək olan Allaha çağırmaq və etdikləri iyrənc günahdan əl götürtmək üçün göndərmişdi. O (ə) qəbilədaşlarını iman gətirməyə uzun müddət idi ki, çağırırdı, lakin onlar onun (ə) çağırışından imtina edirdilər. Belə olduqda, Allah onların məskənini alt-üst etdi və ilkindən tutmuş sonuncusuna qədər bütün kafirləri məhv etdi. Həqiqətən, onlar günahkar və mürtəd idilər. Onlar haqqın carçısını (ə) rədd etmişdilər və onu (ə) şəhərdən qovacaqları ilə hədələyir­dilər. Lakin Allah Lut peyğəmbəri (ə) onun ailəsi ilə birlikdə xilas etdi və onlara gecənin qaranlıq pərdəsi altında şəhəri tərk etməyi və ondan mümkün qədər uzaqlaşmağı əmr etdi. Onlar bu hökmü yerinə yetirdilər və xilas oldular və bu, Rəbbin onlara göstərdiyi böyük mərhəmət idi.

  ﭴ  ﭵ  ﭶﭷ  ﭸ    ﭹ  ﭺ     ﭻ

(21. 75) “Biz onu Öz mərhəmətimizə daxil etdik, çünki o, həqiqətən, salehlərdən idi”.

Allahın mərhəmətinin kölgəsinə düşməyə nail olan hər kəs hər hansı təsadüfi müsibətlərdən qorunmuş olur. Belə insanlar xoşbəxtlik və nemət əldə edir, sevinməyin və əmin-amanlığın nə olduğunu dərk edir və həmçinin tərifə layiq görülür. Lut peyğəmbər (ə) də buna layiq idi, çünki o (ə) əməlisaleh mömin idi. Onun hərəkətləri düzgün və pakdı və əgər o (ə) səhv buraxırdısa, onda Allah onu o saat təshih edirdi. Həqiqətən, mö­minlik və xoş əxlaqlılıq qula Allahın mərhəmətinin kölgəsi altına düşməyə kömək göstərir, amma pozğunluq insanı bu mərhəmət­dən və nemətdən məhrum edir. Şübhəsiz ki, ən mömin insanlar Allahın peyğəmbərləri idi və buna görə də Allah onları bu şərəfli adla adlandırmışdır. Burada qeyd olunması yerinə düşür ki, Süleyman peyğəmbər (ə) Allaha belə dua etmişdi: “Məni Öz mər­həmətinlə mömin qullarının sırasına daxil et” (Nəml, 27/19).

  ﭼ  ﭽ  ﭾ  ﭿ  ﮀ  ﮁ  ﮂ  ﮃ   ﮄ  ﮅ  ﮆ  ﮇ     ﮈ

(21. 76) “Nuh da daha əvvəllər belə dua etmişdi.  Biz də onun duasına cavab verdik və onu və ailəsini böyük fəlakətdən xilas etdik”.

Ey Muhəmməd! Qulumuz və elçimiz olan Nuhu (ə) da gözəl ifadələrlə yad et! Allah onu (ə) öz qəbilədaşları arasında haqqı təbliğ etmək üçün göndərdi və o (ə) onların arasında min ildən əlli il əskik qaldı[11] . O (ə) onları tək Allaha ibadət etməyə çağırır və onları müşriklikdən uzaqlaşdırmağa çalışırdı. O (ə) onlara demək istədiyini deyir və bir daha dediklərinə qayıdırdı. O (ə) gecə-gündüz, adamlar arasında və gizlicə təbliğat aparırdı. Lakin sonradan o (ə) başa düşdü ki, onun moizələri və nəsihətləri qəbilədaşlarına heç bir fayda vermir. Belə olduqda o (ə) Allaha dua ilə müraciət edərək dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də olsun kafir saxlama! Əgər sən onları saxlasan, onlar Sənin qullarını azğınlığa salacaqlar və ancaq günahkar kafirləri törədəcəklər” (Nuh, 71/26-27).

  ﮉ  ﮊ  ﮋ      ﮌ  ﮍ       ﮎﮏ  ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ   ﮕ  ﮖ

(21. 77) “Biz ona, Bizim ayələrimizi yalan hesab edən insanlara qarşı mübarizəsində kömək etdik. Onlar cinayətkar idilər və Biz də hamısını suda batırdıq”.  

Allah onun (ə) duasını qəbul edib, kafir qəbilədaşlarını suya qərq etdi. Onlardan heç kim salamat qalmadı və təkcə Nuh (ə) öz ailə üzvləri ilə və iman gətirmiş tərəfdarları ilə həddindən artıq doldurulmuş gəmidə xilas oldular. Nuhun (ə) nəslləri diri qaldılar və Allah onların, bir vaxtlar onları məsxərəyə qoyanlar üzərində qələbə çalmasına kömək etdi. 

ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ       ﮞ  ﮟ  ﮠ  ﮡ  ﮢ  ﮣ  ﮤ  ﮥ

(21. 78) “Gecə vaxtı özgə qoyunlarının tapdalayıb xarab etdiyi əkin sahəsi barədə hökm çıxaran Davudu da, Süleymanı da xatırla. Biz onların hökmünün Şahidi idik”.

Ey Muhəmməd! İki nəcib peyğəmbərlər olan Davudu (ə) da, Süleymanı (ə) da ehtiramla xatırla! Allah onlara hüdudsuz bilik və düzgün qərarlar qəbul etmək qabiliyyəti əta etdi. Bir dəfə özgə qoyunlarının tapdaladığı və yediyi əkin sahəsinin sahibi onlara şikayətlə  müraciət etmişdi. Araşdırıldıqdan sonra məlum oldu ki, gecə vaxtı özgənin qoyunları onun bağına girmiş və onun əkinini tapdalamışdır. Belə olduqda Davud (ə) qərara alır ki, qoyunlar əkin sahəsinin sahibinin əkin sahəsindən keçməlidir, çünki onların sahibləri yol verdikləri xətaya görə cəzalandırılma­lıdırlar. Lakin doğru qərar Süleymanın (ə) ağlına gəlmişdi. O (ə) qərara alır ki, bağın sahibi qoyun sürüsünü  müvəqqəti olaraq öz istifadəsinə götürməli və heyvanların sahibləri bağı əvvəlki halına gətirənə kimi qoyunların südündən və yunundan yarar­lanmalıdır və ancaq bundan sonra hər kəs öz malını geri almalıdır. Bu qərar Süleymanın (ə) düşüncəli və fərasətli insan olduğunu sübut edirdi. Buna görə sonra Fövqəluca buyurur:

   ﮦ  ﮧﮨ  ﮩ  ﮪ  ﮫ  ﮬﮭ  ﮮ   ﮯ  ﮰ  ﮱ  ﯓ  ﯔﯕ  ﯖ  ﯗ  ﯘ

(21. 79) “Biz Süleymana bu işi araşdırmaqda kömək gös­tər­dik və onların hər ikisinə hakimiyyət və elm əta etdik. Davud ilə birlikdə Bizi şərəfləndirmək üçün dağları və quşları ona tabe etdik. Bunları edən Biz idik”.   

Allah Süleymana (ə) məhz bu məsələdə düzgün araşdırma aparması üçün kömək etdi, lakin bu heç də Davud peyğəmbərin (ə) digər hökmlərinin mükəmməl olmadığına qətiyyən dəlalət etmirdi. Məhz buna görə, Allah xəbər verir ki, onların hər birinə elm və düzgün hökmlər çıxartmaq üçün istedad əta etmişdi. Bütün bunlar ona dəlalət edir ki, hökmdar düzgün qərarlar qəbul edə bilər, lakin o, səhv də edə bilər. Amma hökmdar yol verdiyi səhvlərə görə, əgər haqqı tapmağa səy göstərirsə, qınanmağa layiq görülmür.
Sonra Fövqəluca Allah hər iki peyğəmbərin (onlara salam olsun!) sahib olduqları məziyyətlərdən daha ətraflı bəhs edir. Davud (ə) Allahın ən dindar qullarından biri idi və Rəbbini tez-tez xatırlayar, tərifləyər və ucaldardı. Allah ona (ə), başqa heç bir insanın layiq görülmədiyi, gözəl və məlahətli bir səs əta etmişdi. O (ə) Allaha həmd edib Onu ucaldanda hətta dağlar da, quşlar və heyvanlar da onun (ə) səsinə qoşulurdular. Həqiqətən də, bu, Allahın bu peyğəmbərinə (ə) yönəltdiyi mərhəmətinin təzahürü idi.

   ﯙ  ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟﯠ   ﯡ  ﯢ  ﯣ  ﯤ

(21. 80) “Biz Davuda sizin üçün zirehli geyim hazırlamağı öyrətdik ki, sizi sizə vurula biləcək ziyandan qorusun. Məgər siz şükür edəcəksiniz?”

Allah həm də Davuda (ə) zireh düzəltməyi öyrətdi. Bunun sayəsində o (ə), zireh hazırlayan ilk insan oldu. Sonradan gələn nəsllər bu sənəti ondan öyrənirdilər. Allah ona (ə) həmçinin dəmiri döyməyi və halqaları bir-biri ilə birləşdirməyi[12] öyrətdi. Bunlar insanlara çox böyük fayda gətirirdi, çünki zirehlər dö­yüşçüləri savaş vaxtı qoruyurdu. Amma, məgər insanlar Allahın qulu Davud vasitəslə onlara göstərdiyi çoxsaylı nemət­lərinə görə şükür edirlərmi?
Fövqəluca buyurur: “O sizin üçün dağlarda sığınacaq qurdu, sizin üçün sizi istidən qoruyan paltar, sizə zərər toxun­ma­sından sizi mühafizə edən zireh-qalxan yaratdı. O, sizə olan Öz mərhəmətini beləcə axıra çatdırır ki, bəlkə siz müsəlman olasınız” (Nəhl, 16/81).
Belə bir rəy mövcuddur ki, Allah Davuda (ə) dəmir paltar düzəltməyi və dəmirin onun üçün döyülmə halına gətirilməsini tamamilə qeyri-adi bir tərzdə öyrətmişdir. Şərhçilər hesab edirdilər ki, Davudun (ə) dəmiri odda qızdırmasına lüzum qalmırdı, çünki onun (ə) əlində o xəmir və ya palçıq kimi yumşaq olurdu.
Başqa bir şərhə görə isə, Allah ona (ə) dəmir libas hazırla­ma­ğı, indiki günlərimizdə yaxşı məlum olan qayda ilə öyrətmişdi. Bu isə o deməkdir ki, o (ə), metalı qızdırmaq və ya əritmək təlimi alıbmış. Bu şərh daha ağlabatandır, çünki Allah onu Özünün bütün qullarına mərhəməti adlandırır və insanlara əmr edir ki, bu nemətə görə Ona həmd etsinlər. Əgər Davuda (ə) öyrədilən sənət digər insanlara irs olaraq qalmasaydı, onda Allah onu bütün bəşəriyyətə olan mərhəməti kimi adlandırmazdı. Bu halda, Allah dəmir libasın insanlara gətirdiyi faydanı da xatır­latmazdı. Bu ayədə təkcə Davudun (ə) hazırladığı zirehlərdən bəhs edilməsini çətin təsəvvür etmək olar, bu isə o deməkdir ki, Allah zirehlər haqqında, ümumiyyətlə, qeyd etmişdir. Birinci rəyə üstünlük verən şərhçilər Allahın Davud üçün dəmiri döyülə bilən hala gətirməsi ilə əlaqədar təkcə Quran ayəsinə istinad edirlər. Lakin bu sözlər, dəmirin yumşaqlığının yer qanunlarının ziddinə olmasını əks etdirmir. Bu barədə ən yaxşısını bilən Allahdır.



  ﯥ  ﯦ    ﯧ  ﯨ  ﯩ    ﯪ   ﯫ  ﯬ  ﯭ  ﯮﯯ  ﯰ  ﯱ  ﯲ  ﯳ  ﯴ

(21. 81) “Güclü əsən küləyi də Süleymana tabe etdik və o  da onu öz əmri ilə bərəkət verdiyimiz yerlərə yönəldərdi. Biz hər şeyi Bilənik”.

Külək Süleymanın (ə) iradəsinə tabe edilmişdi. O (ə) ay ərzində gediləsi bir məsafəni bir sabah mehinin əsməsi ilə başa vururdu və eyni məsafəni bir günorta mehinin əsməsi ilə keçib gedirdi. O, onun (ə) istinadgahı olan bərəkətli Şam torpağına əsirdi. Bu küləyin sayəsində Süleyman (ə) qərbə və şərqə səyahət edir və hər dəfə də yenə bərəkətli yerə qayıdırdı. Allahın ilahi elminin hər şeyi əhatə etdiyini nəzərə alsaq, bilməliyik ki, O, bunların hamısını – Davud (ə) və Süleymanla (ə) baş verənləri gözəl bilirdi.

   ﭑ  ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙﭚ  ﭛ  ﭜ   ﭝ  ﭞ

(21. 82) “Şeytanlar arasında elələri də var idi ki, onun üçün dənizə dalırdılar və digər işlər görürdülər. Biz onları mühafizə edirdik”.

Süleymanın (ə) digər bir ecazkar üstünlüyü də onun (ə) şeytanlar və güclü ifritlər üzərində hakimiyyəti olması idi. Allah ona (ə) onları müxtəlif işlər görməyə məcbur etmək istedadı əta etmişdi. Çox vaxt bunlar elə işlər olurdu ki, onları başqa məxluqlar icra edə bilmirdilər. Cinlərdən bir qismi dalğıclıq edir və dənizin dibindən mirvari və digər qiymətli zinət şeyləri çıxarırdılar. Bu barədə Fövqəluca buyurur: “Onlar gözəl binalar, heykəllər, çarhovuzlara bənzər kasalar və yerindəntərpədil­məyən qazanlar düzəldirdilər” (Səba, 34/13). Onlardan bəzilərinə Qüdsdə məbəd tikmək həvalə edilmişdi. Süleyman vəfat etdik­dən sonra da onlar[13] başladıqları tikintini davam etdirirdilər. Bir il ərzində onların onun (ə) ölümü haqqında təsəvvürləri belə yox idi. Bu barədə aşağıda bəhs ediləcək, inşallah. Şeytanlara gəl­dikdə isə, onlar Süleymanın (ə) iradəsinə müqavimət göstərə və ya itaətsizlik edə bilmirdilər, çünki Allah Öz hökmü, Öz qüdrəti və Öz əzəməti sayəsində onları bundan saxlayırdı.

  ﭟ  ﭠ  ﭡ      ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ      ﭧ  ﭨ  ﭩ  ﭪ

(21. 83) “Əyyubu da xatırla! O, Rəbbinə belə dua etmişdi: “Həqiqətən, mənə mərəz toxunmuşdur, axı Sən – rəhmlilərdən Rəhmlisən”.

Ey Muhəmməd! Qulumuz və elçimiz olan Əyyubu da xatırla ki, ona (ə) ehtiram göstərib, onun  (ə) xatirəsini yad edəsən. Allah onu (ə) sərt sınağa çəkdi, lakin o (ə) layiqincə səbir etdi və taleyinin hər cür dəyişikliklərinə şükür etdi. Allahın sınağı – şeytana onun  (ə) bədənini xəstələndirməyə icazə verməsi ilə əlaqədar idi. Şeytan ona (ə) üflədi və Əyyub əleyhissalamın bədənini dəhşətli yaralar basdı. Bu yaralar onu uzun müddət narahat edirdi. Sonra sınaq gücləndirildi və əməlisaleh peyğəmbər (ə) ailəsini və əldə etdiyi var-dövlətini itirdi. Təkcə bu zaman o (ə) dua ilə Rəbbinə müraciət etdi.

   ﭫ  ﭬ   ﭭ  ﭮ  ﭯ   ﭰ   ﭱﭲ  ﭳ  ﭴ    ﭵ  ﭶ   ﭷ  ﭸ     ﭹ  ﭺ  ﭻ  ﭼ

(21. 84) “Biz onun duasına cavab verib, ona düçar olmuş şəri uzaqlaşdırdıq və ona ailəsini bəxş etdik, Özümüzdən mərhəmət və ibadət edənlərə ibrət olaraq, üstəlik bir o qədər də əlavə etdik”.

Əyyub (ə) Allaha dua ilə müraciət edərək özünün (ə) acınacaqlı vəziyyətindən xəbər verir. Onun bədbəxtliyinin həddi bilinmirdi, lakin Allahın mərhəməti daha geniş idi. Buna görə, O, onun (ə) duasını qəbul edib buyurdu: “Ayağınla yerə vur! Budur çimmək və içmək üçün sərin su” ( Sad, 38/42). O (ə), aya­ğı ilə yerə toxunan kimi onun altından sərin sulu bir bulaq fəvvarə vurdu. Əyyub (ə) bu su ilə yuyundu və ondan doyunca içdi və Allah onu (ə) xəstəliklərdən və bəlalardan xilas etdi. Sonra isə Allah ona (ə) ailəsini və var-dövlətini qaytardı. Allahın mər­həməti o qədər böyük idi ki, Əyyubun (ə) ailəsi daha böyük və var-dövləti daha da çox oldu. O (ə) bunu öz səbirliliyi sayəsində və taleyindən şikayət etmədiyinə görə layiq görülmüşdü. Allah onu (ə) hələ yer üzündə yaşayarkən mükafatla şərəfləndirdi və Axirətdə də ona (ə) mükafat vəd etdi. Bunlarla yanaşı Allah onu (ə) Rəbbinə ibadət edənlər və səbirlilikdən faydalananlar üçün ibrət etdi. Onlar Əyyubun (ə) qismətinə düşən sınaq və bəla­lardan xilas olduqdan sonra aldığı mükafat haqqında biləcəklər. Məhz onda onlar belə uğurun səbəbi haqqında düşünməyə başlayır və başa düşürlər ki, bunun səbəbi səbirli olmaqmış. Bax buna görə də Allah Əyyubun (ə) səbirliliyini tərifləyir və bu­yurur: “Həqiqətən də, Biz onu səbirli gördük. Necə də gözəl idi bu qul! Həqiqətən, o, həmişə dua edirdi” (Sad, 38/44). Məhz bu peyğəmbər (ə) bədbəxliyə uğrayan hər kəs üçün təqlid edilən örnək olmuşdur.

ﭽ  ﭾ  ﭿ  ﮀﮁ  ﮂ  ﮃ  ﮄ   ﮅ ﮆ ﮉﮊﮋﮌ ﮍ

(21. 85) “İsmayılı da, İdrisi də, Zül-Kifli də xatırla! Onların hamısı səbirlilərdən idilər”.
(21. 86) “Biz onları da mərhəmətimizə qovuşdurduq, çünki onlar möminlərdən idilər”.

Ey Muhəmməd! Bizim seçilmiş qullarımız, peyğəmbərləri­miz və elçilərimiz olan İbrahimin (ə) oğlu İsmayılı (ə) və həmçinin İdrisi (ə) və Zül-Kifli (ə) də yaxşılıqla yad et və onlara layiq təriflər de! Onlar İsrail oğulları arasından çıxmış şanlı peyğəmbərlər idilər. Onların hamısı səbirli idilər. Səbirlilik – qəlbi təbiətən meyil etdiyi şeylərdən saxlamaq bacarığıdır. Layiqincə səbirli olmaq üçün insan üç hökmü yerinə yetirməlidir:  səbirlə Allaha itaət etməli, səbirlə itaətsizlikdən çəkinməli və Allahın qədərinin ağırlıqlarına məta­nətlə dözməlidir. İnsanı bu üç hökmü qüsursuz yerinə yetirmə­dikcə, səbirli adlandırmaq olmaz. Yad etdiyimiz peyğəmbərlərə gəldikdə isə, onlar Allah tərəfindən səbirli adlandırılmışlar. Bu onu bildirir ki, onlar bu hökmləri layiqincə yerinə yetirirdilər. Bununla yanaşı Allah onları mö­minlər adlandırmışdır. Onların ürəkləri mömin ürəyi idi, çünki onlar Allahı dərk etmiş və sevmiş və yorulmadan daima Ona dua edirdilər. Onların danışıqları da mömin danışıqları idi, çünki onlar daima Allahı xatırlayırdılar. Onların bədəni də mömin bədəni idi, çünki onlar onu Allaha itaət göstərməklə məşğul edir və itaətsizlik və qulaq asmamaqdan çəkinirdilər. Səbirlilik və möminlik sayəsində onlar Allahın mərhəmətinə layiq görülmüş və öz qardaşları-elçilərə qovuşmuş­dular. Bundan başqa, onlar həm bu dünyadakı həyatda, həm də ölümdən sonra mükafat almışdılar. Əgər onların mükafatı təkcə insanların sonrakı nəslləri arasında onlar haqqında xoş xatirələr olsaydı, bu şöhrət kifayət edərdi.
  ﮎ  ﮏ   ﮐ  ﮑ  ﮒ  ﮓ  ﮔ  ﮕ  ﮖ  ﮗ   ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ     ﮟ  ﮠ  ﮡ       ﮢ  ﮣ  ﮤ  ﮥ

(21. 87) “Balinanın qarnında olanı[14] da xatırla. O qəzəb içində çıxıb gedərək, fikirləşirdi ki, Biz öhdəsindən gələ bil­məyəcəyik. O, zülmət içində isə belə dua etdi: “Səndən başqa Allah yoxdur! Sən – Müqəddəssən! Həqiqətən də, mən zalım­lar­dan­mışam”.   

Ey Muhəmməd! Bizim qulumuz və elçimiz Yunusu (ə) da yaxşılıqla yad et və gözəl təriflərlə şərəfləndir! Ərəb sözü olan “zu” “sahib”, “malik olan” kimi isimləri bildirir. “Nun” sözü isə “balina”[15] deməkdir. Buradan belə nəticə çıxartmaq olar ki, Allah Yunus peyğəmbəri (ə) “balina adamı” adlandırmışdır. Fövqəluca Allah onu (ə) öz qəbilədaşları arasına haqqa dəvət etmək üçün göndərmişdi. Lakin onlar ona (ə) iman gətirməkdən imtina etmiş­dilər və belə olduqda saleh peyğəmbər (ə) onlara xəbərdarlıq edir ki, bir müddətdən sonra onları amansız bir cəza çulğayacaqdır. Bundan başqa, o (ə), cəzanın başlayacağı dəqiq vaxtı da onlara bildirir. Cəza onlara yaxınlaşdıqda və günahkarlar öz gözləri ilə onun gerçəkliyinə əmin olduqda, onlar fəryad qoparmağa və tövbə etməyə başladılar. Onda Allah onlardan amansız cəzanı uzaqlaşdırdı.
Fövqəluca buyurur: “Məgər Yunusun iman gətirmiş xalqından başqa elə kəndlər var idi ki, sakinləri iman gətirmiş olsunlar və iman onlara kömək etsin? Onlar iman gətirdikdə, Biz onları rüsvayedici əziyyətlərdən xilas etdik və müəyyən vaxtadək maddi nemətlərdən faydalanmağa icazə verdik” (Yunus, 10/98);
“Biz onu yüz minlərlə və ya daha artıq insanlara pey­ğəmbər göndərdik. Onlar iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək faydalanmağa imkan verdik” (Saffat, 37/147-148). Yunus çox böyük sayda olan bir xalqı haqq dinə gətirdi və bu onun (ə) gözəl məziyyətlərindən biri idi.
Lakin bu peyğəmbərin (ə) həyatında bir mühüm hadisə də olmuşdu. Bir dəfə o (ə) günah işlədərək, qəzəbləndi və öz Rəbbin­dən qaçmağa cəhd göstərdi. Allah Kitabında Yunusun (ə) məhz hansı günahı işlətməsindən xəbər vermir, çünki bu barədə mə­lumat bizə heç bir fayda gətirməz. Buna görə Allah buyurur: “O, qaçıb həddən artıq dolmuş gəmiyə minir. O, başqaları ilə birlikdə püşk atır və uduzanlardan olur. O, qınanmalı olduğu halda, balıq onu udur” (Saffat, 37/140-142). O (ə) elə bir hərəkət etmişdi ki, doğrudan da qınanmağa layiq idi və belə zənn edirdi ki, Allahın cəzasından qaça biləcəkdir. Belə fikirlər hər bir adamın ağlına gələ bilər, lakin bu heç də o demək deyildir ki, onlar onun hafizəsində möhkəm qalacaqdır. O (ə) başqa adam­larla birlikdə gəminin göyərtəsinə qalxdı və bir az keçəndən sonra gəmi batmağa başladı. Adamlar ehtiyat edirdilər ki, əgər sərnişinlərdən birini dənizə atmasalar, gəmi batacaq. Belə olduqda, onlar püşk atmağa qərar verdilər və püşk Yunusa (ə) nəsib oldu. Adamlar onu dənizə atdılar və nəhəng bir balina onu (ə) uddu. O, qarnında Yunusu (ə) dənizin qaranlıq dərinliklərinə apardı və orada saleh peyğəmbər (ə) Allaha bu sözlərlə dua etməyə başladı: “Səndən başqa Allah yoxdur! Sən müqəddəs­sən! Həqiqətən, mən zalımlardanmışam!” Bu sözlərlə o (ə) şəhadət verirdi ki, Allah – Vahid Rəbdir, nöqsanlardan və qüsur­lardan pakdır. Bununla yanaşı o (ə) etiraf edirdi ki, zalımlıq etmiş və özünə zərər vurmuşdur.

  ﮦ  ﮧ  ﮨ   ﮩ   ﮪﮫ  ﮬ  ﮭ  ﮮ     ﮯ

(21. 88) “Biz onun duasına cavab verdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk”.   

Fövqəluca buyurur: “Əgər o, Bizi mədh edənlərdən olma­saydı, mütləq dirildiləcəkləri günə qədər onun bətnində qa­lardı” (Saffat, 37/143-144). Allah onu (ə) böyük bir müsibətdən qurtarır – O, möminləri belə xilas edir. Bu, kədərə və ya fəlakətə düçar olmuş bütün möminlər üçün təyin olunmuş vəd və müjdədir. Allah onları qəm-qüssədən azad etməyi və onların talelərini yüngülləşdirməyi, təkcə iman sahibi olduqlarına görə, onlara vəd etmişdir. Həmin səbəbə görə, O, Yunus peyğəmbəri (ə) də fəlakətdən qurtarmışdı.

  ﮰ   ﮱ ﯓ  ﯔ  ﯕ  ﯖ   ﯗ  ﯘ  ﯙ  ﯚ   ﯛ   ﯜ

(21. 89) “Rəbbinə: “Ey Rəbbim! Məni tənha qoyma, Sən varislərin ən yaxşısısan” – deyə, dua edən Zəkəriyyanı da xatırla!”

Ey Muhəmməd! Bizim qulumuz və elçimiz Zəkəriyyanı (ə) və onun gözəl məziyyətlərini də xoş sözlərlə yad et! Onun (ə) gözəl xüsusiyyətləri və məziyyətləri arasında eləsi də var ki, ətrafında­kılar haqqında səmimi qayğıkeşliyinə və Allahın ona göstərdiyi mərhəmətinə dəlalət edir. Bu gözəl cəhətlərdən biri də onun (ə) Rəbbinə müraciət edərək onu (ə) tək qoymamağını xahiş etdiyi duasıdır. Quran ayələrində xəbər verilir ki, Zəkəriyyə peyğəmbər (ə) demişdir: “Ey Rəbbim! Həqiqətən, sümüklərim zəifləmiş və başım tamamilə ağarmışdır. Axı əvvəllər sənə etdiyim dualarım sayəsində, ey Rəbbim, mən bədbəxt deyil­dim. Mən məndən sonra qohumlarımın törədəcəklərindən ehtiyat edirəm, çünki mənim zövcəmin uşağı olmur. Mənə Özündən bir varis əta et ki, o, mənə və Yaqubun ailəsinə varis olsun. Onu, ey Rəbbim, elə et ki, ondan razı qalasan!” (Məryəm, 19/4-6). Bu sözlərdən aydın olur ki, saleh peyğəmbər (ə) ölü­münün yaxınlaşdığını hiss edirdi və qorxurdu ki, ondan sonra Allahın dinini təbliğ edən və insanlara nəsihət verən bir adam olmasın. O ehtiyat edirdi ki, onun yanında onu əvəz edən, başladığı işi davam etdirən bir adam olmasın. O demişdi: “Ey Rəbbim! Sən – varislərin ən yaxşısısan. Sənin sonun yoxdur və mütləq bizim nailiyyətlərimizə varis olacaqsan. Sən insanlara müqayisəedilməz dərəcədə məndən çox qayğı bəsləyirsən. Lakin mən cəsarət edib Səndən bunu xahiş edirəm ki, özümü, öz qəlbimi sakitləşdirim və mükafatımı artırım”.

  ﯝ  ﯞ  ﯟ  ﯠ  ﯡ   ﯢ     ﯣ   ﯤﯥ  ﯦ   ﯧﯨ  ﯩ  ﯪ      ﯫﯬ ﯭ  ﯮﯯﯰ ﯱﯲ

(21. 90) “Biz onun duasına cavab verdik, ona Yəhyanı bəxş etdik və onun zövcəsini buna qadir etdik. Həqiqətən, onlar yaxşılıq etməyə tələsər, Bizə ümid və qorxu ilə dua edərdilər və qarşımızda müti idilər”.

Allah Zəkəriyyəyə (ə) mömin bir oğul – əvvəllər bənzərini yaratmadığı Yəhya peyğəmbəri (ə) bağışladı. Bundan ötrü O, Zəkəriyyənin (ə) zövcəsini doğmağa qadir etdi. Qadın bəhrəsizdi, lakin Allah Zəkəriyyənin xatirinə onu sağlamlaşdırdı. Bu insanın mömin şəxslə yağınlığından necə faydalana biləcəyini dəlalət edir. Mömin ər zövcəsinə çoxlu xeyir gətirir. Sadəcə olaraq Zəkəriyyə peyğəmbərin (ə) ailəsinə gəldikdə isə, onların ittifa­qının nəticəsi – Yəhya peyğəmbərin (ə) doğulması oldu.
Bir neçə və elçiləri ayrı-ayrı yada saldıqdan sonra Fövqəluca Allah onların hamısını birlikdə tərifləyir və buyurur ki, onların hamısı xeyirxah işlər görməkdə səy göstərmişlər. Onlar yaxşılıq etməyə tələsir və onu ən şərəfli saatlarda yerinə yeti­rirdilər. Bu zaman onlar xeyirxah əməlləri ən mükəmməl tərzdə icra edərdilər və əgər onların xeyirli iş görmək imkanı yaran­dıqda, onlar belə imkanı əldən buraxmazdılar. Onlar Allaha ümid və qorxu ilə dua edər, Ondan onlara həm bu dünyada, həm də ölümdən sonra əmin-amanlıq nəsib etməyi diləyər və həmçinin hər iki dünyada zərər verə biləcək hər şeydən onları qorumasını yalvarırdılar. Onlar yaxşılığa can atırdılar və laqeyd qullar sırasında deyildilər. Bununla yanaşı onlar Onun qarşısında müti və Ona tabe idilər ki, bu da onların Onu nə dərəcədə dərk etməyi bacardıqlarını sübut edir.

   ﭑ   ﭒ  ﭓ  ﭔ  ﭕ  ﭖ  ﭗ   ﭘ  ﭙ     ﭚ  ﭛ  ﭜ

(21. 91) “Bəkarətini qoruyanı da yada sal! Biz Ruhumuz vasitəslə ona üfürdük, onu və oğlunu aləmlər üçün bir dəlil etdik”.

Ey Muhəmməd! Məryəmin (ona salam olsun!) gözəl xatirə­sini hörmətlə yad et və onu layiqincə təriflə! O öz qoynunu gü­nahdan qorudu və hətta ona heç yaxınlaşmadı da. Bundan başqa, o (ona salam olsun!) öz qoynunu yol veriləndən də qorudu və ərə getmədi, çünki özünü bütövlüklə Allaha ibadətə və səmimi xidmətə həsr etmişdi. Mələk Cəbrail (ə) onun qarşısında gözəl boy-buxunlu, yaraşıqlı gənc kişi simasında peyda olduqda isə, Məryəm ona belə dedi: “Mən Mərhəmətliyə sığınıram ki, O, məni səndən qorusun, əgər sən təqvalısansa” (Məryəm, 19/18). Onun layiq olduğu mükafat – Allahın ona uşaq əta etməsi və uşağın ata iştirakı olmadan doğulması (Allahın iradəsi ilə mələk Cəbrail (ə) onun qoynuna yeni həyat üfürmüşdü) xeyirxah əməllərinə bütünlüklə uyğun idi.
Məryəm (ona salam olsun!) və oğlu (ə) aləmlər üçün möcüzə oldular, çünki hər hansı bir kişinin iştirakı olmadan o hamilə oldu və uşaq doğdu. Sonra isə təzə doğulmuş körpə beşikdə ikən dil açıb danışdı və anasının ünvanına söylənən ittihamları təkzib etdi. O (ə) həmçinin özünün böyük təyinatı haqqında xəbər verdi. Sonra Allah onu (ə) qəribə möcüzələrlə şərəfləndirdi ki, onların haqqında  bu gün yaxşı məlumdur. Bunun sayəsində Məryəm və oğlu, həqiqətən, Allahın möcüzələri adlandırılmağa layiqdirlər. İnsanlar onların barəsində hekayətləri nəsldən-nəslə ötürürlər, ağıl sahibi olan kişilər isə, onlardan faydalı nəticələr çıxarırlar.
  ﭝ  ﭞ   ﭟ  ﭠ  ﭡ  ﭢ  ﭣ  ﭤ  ﭥ

(21. 92) “Həqiqətən, bu sizin dininiz – tək bir dindir. Mən isə sizin Rəbbinizəm. Təkcə Mənə ibadət edin!”   

Peyğəmbərlər haqqında xatırlatmadan sonra Fövqəluca Allah insanlara bildirir ki, yuxarıda adları çəkilən bütün elçilər təqlid edilməyə layiq olan rəhbərlərdir və digər insanlar onlara oxşamalıdırlar. Allahın qulları onların yolu ilə getməli, bir dinə etiqad etməli vahid hökmlərə əsaslanmalı və tək olan bir Rəbbə ibadət etməlidirlər. Buna görə də Allah hamını xəbərdar edir ki, O, bütün insanların Rəbbidir. O, bəşəriyyəti xəlq etmiş, Öz səxavəti ilə onu tərbiyələndirmiş, ona mənəvi və maddi nemətlər əta etmişdir. Bütün insanların vahid bir Rəbbi, vahid peyğəmbəri və vahid dini vardır ki, o, şəriki olmayan bir Allaha ibadətə əsaslanır. Bu isə o deməkdir ki, bütün insanlar öz vəzifələrini yerinə yetirməli və öz Rəbbinə ibadət etməlidirlər. Bu ayənin mətni özü ona dəlalət edir ki, Ona ibadət bu ayənin başlanğıcında deyilənlərin nəticəsidir.

ﭦﭧﭨﭩﭪﭫ ﭬﭭ

(21. 93) “Onlar ziddiyyətə düşdülər, lakin onların hamısı Bizə qayıdacaqlar”.      

İnsanlar Allaha ibadət etmək üçün vəhdət halında birləş­mə­lidirlər və ziddiyyətə düşməməlidirlər. Lakin zalımlıq və qarşılıqlı düşmənçilik insanları fikir ayrılığına salır. Nəticədə bəşəriyyət çoxsaylı təriqətlərə bölünmüşdür ki, onların nümayən­dələri özlərini Allahın peyğəmbərlərinin ardıcılları sayırlar. Təri­qətlər və cərəyanlar meydana çıxmış və onlardan hər biri hesab edir ki, ancaq onlar haqqa etiqad edirlər, qalanlar cərəyanlar isə yollarını azmışlar. Buna görə də Fövqəluca Allah belə buyurur: “Ona tövbə ilə dua edin, Ondan qorxun, namaz qılın və müş­riklərin sırasında olmayın, o şəxslərin ki, öz dinlərinə təfriqə saldılar və təriqət oldular və hər biri əldə etdiyinə sevinir” (Rum, 30/31-32).
Tamamilə aydındır ki, düzgün baxışlara etiqad edən təkcə o cərəyanın mənsublarıdır ki, onların davamçıları haqq dini qəbul etmişlər və Allahın peyğəmbərlərindən nümunə götürərək doğru yolla gedirlər. Kimin məhz bu yolla getməsi, qeyri-müəyyənlik pərdəsi azca qaldırıldıqdan və Allah insanları Qiyamətin Məhşər meydanına topladığı ədalətli mühakimə günü aydın olacaqdır. Həmin Gün doğru danışanlarla yalançılar arasındakı fərq üzə çıxacaqdır. Bütün dini təriqətlərin və cərəyanların nümayəndələri Allahın qarşısında dayanacaq və layiq olduqları əvəzi bütövlüklə alacaqlar.

   ﭮ  ﭯ      ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ  ﭵ   ﭶ     ﭷ  ﭸ    ﭹ  ﭺ

(21. 94) “Mömin olduğu halda xeyirxah işlər görənin səy­ləri inkar edilməyəcəkdir. Həqiqətən, Biz onları onun üçün yazırıq”.

Fövqəluca insanları gözləyən əvəzi daha da təfsilatı ilə təsvir edərək buyurur ki, Allahın elçiləri və Müqəddəs Kitablar tərəfin­dən qanuniləşdirilmiş əməlləri yerinə yetirən və həmçinin Allaha, Onun elçilərinə və onların gətirdiyi Təlimə iman gətirən insanların səyi əbəs və faydasız olmayacaqdır. Əksinə, Allah onların müka­fatını dəfələrlə çoxlu artıracaq. Bunun üçün O, onların əməllərini Mühafizəedilən Lövhədə yazmış və qoruyucu mələklərə isə onların yanlarında olan səhifələrdə[16] yazmaq əmri vermişdir. İman gətirməkdən və xeyirxah əməllər işləməkdən imtina edənlərə gəldikdə isə, onlar həm bu dünyada, həm də ölümdən sonra zərərə uğrayacaqlar.

ﭻﭼﭽ ﭾ ﭿﮀ ﮁﮂ

(21. 95) “Bizim məhv etdiyimiz diyarlara qadağa qoyul­muşdur və onlar qayıtmayacaqlar”,

Məhv edilmiş şəhər və kəndlərin sakinləri nəzərdən qaçır­dıq­larını yerinə yetirmək üçün bir daha dünya həyatına qayıda bilməyəcəklər. Həlak olmuş və cəzalandırılmış günahkar­ların geri­yə yolu yoxdur. Bax buna görə də insanlar insanı məhvə məhkum edən günah işlətməkdən çəkinməlidirlər. Həqiqətən, əgər amansız cəza günahkarlara düçar olsa, onlar ondan qaça bilməyəcəklər. Bunun baş verməməyi üçün isə, onlar özlərinə ayrılmış müddəti istifadə etməlidirlər.

  ﮃ  ﮄ    ﮅ   ﮆ  ﮇ  ﮈ  ﮉ    ﮊ  ﮋ  ﮌ  ﮍ

(21. 96) “hələ ki, Yəcuc və Məcuc buraxılmamışdır və hər yüksəkliklərdən aşağıya cummamışlar”.

Allah insanları günah törətməkdən xəbərdar edir və xatırladır ki, çox yaxın vaxtlarda insanları Yəcuc və Məcuc qəbilələrindən təcrid etmiş maneələr yarılacaq. İnsan nəslinə məxsus olan bu iki qəbilə yer üzündə şərəfsizlik yayırdılar. İnsanlar Zül-Qərneynə şikayət etdilər və onda o, bir sədd inşa etdi ki, həmin qəbilələri ətraf aləmdən ayırıb təcrid etdi. Lakin dünyanın sonuna az qalmış onlar bu səddi yarıb çıxa biləcəklər və böyük sürətlə hər hündürlükdən insanlara hücum edəcəklər. Bu ayə o qəbilələrin çoxsaylı olmasını və yer üzündə çox sürətlə hərəkət edə bilmələrini təsdiq edir. Ola bilsin ki, bu qabiliyyət onların fiziki özəlliyi ilə əlaqədardır. Bəlkə də onlar yer üzündə başqa üsullarla yerlərini dəyişməyə - hərəkət etməyə, çətinlik çəkmədən böyük məsafələri qət etməyə qabil olacaqlar. Bütün hallarda, onlar qalan insanların üzərində üstünlük qazanacaqlar və yerdə hökmranlıq edəcəklər və hər bir insan onlara qarşı döyüşdə iştirak etməli olacaqdır[17].

   ﮎ  ﮏ   ﮐ  ﮑ  ﮒ   ﮓ  ﮔ   ﮕ     ﮖ        ﮗ  ﮘ  ﮙ  ﮚ  ﮛ  ﮜ  ﮝ  ﮞ   ﮟ   ﮠ  ﮡ

(21. 97) “Haqq vəd yaxınlaşmaqdadır və kafirlərin gözləri bərələ qalacaqdır: “Vay halımıza! Biz buna etinasız yanaşırdıq. Bundan başqa, hələ zalımlıq da edirdik”.

Burada söhbət Allahın vəd etdiyi Qiyamət günündən gedir. Onun hər hansı vədi həmişə haqdır və doğrudur. Vəd edilən gün başlayanda kafirlərin gözləri güclü qorxudan, böyük dəhşətdən və həyəcandan bərələ qalacaq. Onlar öz cinayətlərini və gü­nahlarını xatırlayacaq və onda onlar özlərinə ölüm arzulayacaq, tövbə edəcək və böyük nemətdən məhrum olmalarına kədər­lənəcəklər. Onlar ucadan deyəcəklər: “Bizim bu böyük gün haq­qın­da xəbəri­miz yox idi. Biz öz təminatımızla məşğul idik və ölüm bizi həyatdan ayırana qədər dünya nemətlərindən ləzzət alırdıq. Budur, artıq Qiyamət başlamışdır. Əgər biz bu gün töv­bədən və ümidsizlikdən ölə bilsəydik, onda hökmən ölərdik. Həqi­qətən, biz zalım günahkarlar olmuşuq”. Onlar öz zalımlıq­larını boyunlarına alır və Allahın hökmünü ədalətli sayırlar. Belə olduqda Allah onları ibadət etdikləri tanrıçalarla birlikdə Cəhənnəmə atmağı əmr edir. Məhz buna görə sonra Fövqəluca belə buyurur:

  ﮢ  ﮣ  ﮤ  ﮥ  ﮦ   ﮧ  ﮨ  ﮩ  ﮪ   ﮫ  ﮬ  ﮭ

(21. 98) “Siz və sizin Allahın əvəzinə ibadət etdikləriniz girəcəyiniz Cəhənnəm üçün odunsunuz”.

Ey müşriklər! Siz və sizin tanrıçalarınız atılacağınız Cəhənnəm Odunun yanacağı olacaqsınız. Şübhəsiz ki, bütlər və daş heykəllər ağlı olmayan və günah işlətməyən cansız əşyalar­dır. Lakin onlar da Cəhənnəmə atılacaqlar ki, insanlar bütpə­rəstlərin yanıldıqlarına əyani surətdə əmin ola bilsinlər və bundan əzabları daha da artsın. Buna görə, sonra Fövqəluca buyurur:

  ﮮ  ﮯ     ﮰ  ﮱ  ﯓ  ﯔﯕ  ﯖ  ﯗ  ﯘ  ﯙ

(21.99) “Əgər onlar ilah olsaydılar, ora girməzdilər. Amma onların hamısı orada əbədi qalacaqlar”.

Müşriklər və bütlər Cəhənnəmdə əbədi qalacaq və heç vaxt o sığınacaqlarını tərk etməyəcəklər. Bu ayə Quranın aşağıdakı ayəsinə bənzəyir: “O, onlara ixtilafa düşdükləri şeyi izah edəcək və kafirlər biləcəklər ki, onlar yalançıymışlar” (Nəhl, 16/39).

   ﯚ  ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ    ﯠ  ﯡ

(21. 100) “Onlar orada xırıldayacaqlar, lakin orada heç nə eşitməyəcəklər”.

Cəhənnəm əzabları o qədər dəhşətlidir ki, əzabkeşlər nəfəs­ləri çıxana kimi inildəyəcəklər. Onlar kor, kar və lal olacaqlar. Digər bir şərhə görə isə, onlar Cəhənnəmin qəzəblə nəfəsini dərməsindən və qaynayan suyun şiddətli gurultusundan başqa orada heç nə eşitməyəcəklər.

  ﯢ  ﯣ     ﯤ  ﯥ  ﯦ  ﯧ    ﯨ  ﯩ  ﯪ  ﯫ   ﭑ  ﭒ  ﭓﭔ  ﭕ  ﭖ  ﭗ  ﭘ  ﭙ   ﭚ  ﭛ

(21. 101) “Bizim əzəldən ən yaxşısını müəyyən etdikləri­miz ondan təcrid ediləcəklər”.
(21. 102) “Onlar onun hətta ən azacıq səsini belə eşitmə­yəcəklər və ürəklərinin arzuladıqlarının arasında əbədi olaraq qalacaqlar”.

Öncə biz demişdik ki, müşriklər Cəhənnəmə öz bütləri ilə birlikdə düşəcəklər. Onlar, insanların ibadət etdikləri və bundan məmnun olduqları daş heykəllər və insanlar olacaqdır. İnsanların Allahın əvəzinə ibadət etdikləri İsaya (ə), Üzeyirə (ə), mələklərə və əməlisaleh möminlərə gəldikdə isə, onlar cəzalandırılma­yacaqlar. Onlar Allahın əzəldən müəyyən etdiyi xeyirxahlar[18] siyahısında olanlardır. Bu o deməkdir ki, Allah əzəldən bilirdi ki, onlar səadətə nail olacaqlar. Bu Mühafizəedilən Səhifələrdə[19] yazılmışdı və Allahın onların həyat yolunu asanlaşdırması və xeyirxah əməllər işləməyə kömək etməsi ilə təsdiq olunurdu. Buna görə onlar Cəhən­nəmdən təcrid ediləcəklər. Onlar ona düşməyəcəklər və hətta onun yaxınlığında belə olmayacaqlar. Əksinə, onlar Cəhən­nəmdən o qədər uzaq olacaqlar ki, onun azacıq da olsa səs-küyünü eşitməyəcəklər və onu öz gözləri ilə görməyəcəklər. Onlar ləzzətli yeməklər və içkilərdən, gözəl zövcələrdən və mənzərələr­dən və gözlərin görmədiyi, qulaqların eşitmədiyi və insan qəlbinin heç xəyalına da belə gətirmədiyi hər şeydən həzz alacaqlar. Bu məm­nunluq əbədi olaraq davam edəcəkdir və o, ancaq hər saatla artacaqdır.

ﭜﭝﭞﭟ ﭠ ﭡ   ﭢ  ﭣ  ﭤ  ﭥ   ﭦ   ﭧ

(21. 103) “Onları ən böyük dəhşət belə kədərləndirməyə­cək, mələklər isə onları: “Budur sizə vəd edilən günü­nüz!” – deyə qarşılayacaqlar”.

Qiyamət günü, bütün insanlar böyük qorxu içində ol­duq­ları bir vaxtda, onlar kədərlənməyəcəklər. Bu, Cəhənnəm kafir­lərə və günahkarlara yaxınlaşdığı və qəzəblə onları tələb etdiyi bir vaxtda baş verəcəkdir. Bu hadisə insanlarda güclü qorxu yaradacaq, lakin möminləri qətiyyən vahiməyə salmayacaq, çünki qarşıda onları nəyin gözlədiyi onlara məlum olacaq və buna görə Allah onları qorxuya sala biləcək hər təhlükədən qoruyacaq.
Onlar dirilib qəbirlərini tərk edən kimi, alicənab mələklər onların qarşısında hazır olacaqlar ki, onları toplanış yerinə dəvət etsinlər. Mələklər onları: “Sizə vəd edilən gün başladı. Allahın vədinə sevinin və sizin sevinciniz qoy böyük olsun, çünki irəlidə sizi böyük ehtiram və şərəfli qəbul gözləyir. Sevinin və şadlanın, çünki artıq bundan sonra Allah sizi qorxuda bilən və sizin narazılığınıza səbəb ola biləcək hər şeydən təhlükəsizliyinizi təmin etmişdir”.

  ﭨ  ﭩ  ﭪ  ﭫ      ﭬ  ﭭﭮ  ﭯ     ﭰ  ﭱ  ﭲ  ﭳﭴ  ﭵ  ﭶﭷ  ﭸ  ﭹ    ﭺ   ﭻ

(21. 104) “Həmin Gün Biz göyü lülə kimi bürmələnmiş kağız halında bükəcəyik. Məxluqları isə Biz ilk dəfə yaratmağa başladığımız kimi, yenidən yaradacağıq. Biz belə vəd etmişik. Şübhəsiz ki, Biz onu yerinə yetirəcəyik”.

Fövqəluca bildirir ki, Qiyamət günü O, əzəmətli və nəhəng göyü, mirzə yazı vərəqlərini bürmələyib lülə kimi bükdüyü sayaq, bükəcəyik. Onda ulduzlar yerlərindən dağılacaq, günəş və ay da bükülüb yerlərini tərk edəcəklər. Məxluqların dirildilməsi isə onların ilk dəfə yaradılmasına oxşayacaq. Onda Allah onları heçdən yaratmış­dı, bu dəfə isə onlar öldükdən sonra dirildilə­cəklər. Öz vədinə mütləq əməl edən Allah məhz belə vəd etmişdir, çünki Onun fövqəlqüdrəti mükəmməldir və buna görə də heç nə Ona mane olmağa qadir deyildir.



  ﭼ  ﭽ  ﭾ  ﭿ       ﮀ  ﮁ  ﮂ     ﮃ  ﮄ      ﮅ  ﮆ  ﮇ  ﮈ

(21. 105) “Biz Zikrdən sonra Zəburda yazmışdıq ki, Yerə Mənim mömin qullarım varis olacaqlar”.

Zəbur adı altında Tövrat və digər Səmavi Kitablar, Zikr adı altında isə dünyadakı ən etibarlı məlumatları özündə əks etdirən bütün Kitabların Anası – Lövhi-Məhfuz nəzərdə tutulur. Onda yazılmışdır ki, Cənnət məkanı, Allahın ehkamlarını yerinə yetirən və günahlardan çəkinən saleh qullarına irs qalacaqdır. Onlar Cənnət bağlarına varis olub deyəcəklər: “Həmd olsun bizə verdiyi vədinə sadiq qalan və bizi Cənnətin istədiyimiz yerində, bu Məkana varis Edən Allaha!” (Zümər, 39/74).
Belə bir rəy də var ki, möminlər idarə və hökmranlıq edəcəkləri bu dünya aləminin varisi olacaqlar. Bu rəyi həmçinin aşağıdakı ayə də təsdiq edir: “Allah sizdən iman gətirmiş və saleh əməllər işlətmiş kəslərə vəd etmişdir ki, O, onlara qədər olanları canişin etdiyi kimi, onları da mütləq yerdə canişin edəcəkdir...” (Nur, 24/55).

  ﮉ  ﮊ  ﮋ  ﮌ      ﮍ      ﮎ  ﮏ

(21. 106) “Həqiqətən də bunda ibadət edən insanlar üçün kifayət qədər hikmət vardır”.

Fövqəluca Allah Özünün Şərəfli Kitabı – Quranı tərifləyir. O, ən yüksək dərəcədə kamil və yetərlidir və bütün insanların ona olduqca ehtiyacı var. Ondakı öyüd-nəsihətlər Allaha və Allahın mərhəmət məkanına yaxınlaşmaq üçün kifayətdir. O, həm də insanlara ən gözəl və ən istəkli məqsədlərinə nail olmaq üçün kömək göstərir. Allaha ibadət edən möminlər məxluqların ən ləyaqətliləridir. Lakin hətta onlar da Qurandan başqa bir gözəl təlimata ehtiyac duymurlar, çünki o, ən səlis surətdə insanları Allah, Onun adları, sifətləri və əməlləri haqqında xəbərdar edir. Onda qeyb haqqında gerçək hekayətlər vardır və o, oxucularını haqq dinə gəlməyə və əqidə sahibi olmağa dəvət edir, Allahın ehkamlarının yerinə yetirməyə və Onun qadağalarını pozmamağa sövq edir. O, insan qəlbinin qüsurlarını və əməllərdəki çatışmaz­lıqları ifşa edir, dinin əsas və fərdi məsələlərini izah edir, şeytanın yolundan çəkindirir və onun insana hansı tərəflərdən yaxınlaşa biləcəyini anladır. Buna görə, kim Quranla kifayətlənmirsə, Allahla da qane ola bilməz.

  ﮐ  ﮑ  ﮒ         ﮓ  ﮔ       ﮕ

(21. 107) “Biz səni aləmlərə bir mərhəmət olaraq göndər­dik”.

Fövqəluca, bəşəriyyətə Quranı gətirən Elçisini (ona Allahın salavatı və salamı olsun!) tərifləyir. Onun peyğəmbərliyi, insanları doğru yola yönəltmək istəyən Allahın mərhəməti idi. Möminlər bu mərhəməti qəbul etdilər, Allaha şükür etdilər və onlardan nə tələb olunurdusa, onları yerinə yetirməyə başladılar. Qalan insanlar isə, iman gətirməkdən boyun qaçırdılar, Rəbbin xeyirxahlığına naşükürlüklə cavab verib, Onun mərhəmətindən imtina etdilər.



  ﮖ  ﮗ  ﮘ  ﮙ     ﮚ   ﮛ    ﮜ      ﮝﮞ   ﮟ  ﮠ    ﮡ  ﮢ

(21. 108) “De: “Mənə vəhy edilmişdir ki, sizin Rəbbiniz – Vahid Rəbdir. Bəs siz müsəlman olmayacaqsınız?”

Ey Muhəmməd! İnsanları başa sal ki, təkcə Allah ibadətə və ilahlaşdırılmağa layiqdir. Sonra isə onlardan soruş ki, onlar Allaha itaət etmək və Onu öz Rəbləri Allah olaraq qəbul etmək istəmirlərmi? Əgər onlar sənin çağırışına cavab versələr, onda qoy onlar Öz böyük mərhəməti ilə onları şərəfləndirmiş Allaha həmd etsinlər.

  ﮣ  ﮤ   ﮥ  ﮦ   ﮧ  ﮨﮩ  ﮪ  ﮫ  ﮬ  ﮭ    ﮮ     ﮯ  ﮰ  ﮱ   ﯓ      ﯔ  ﯕ      ﯖ  ﯗ  ﯘ  ﯙ  ﯚ   ﯛ  ﯜ  ﯝ  ﯞ  ﯟ   ﯠ    ﯡ  ﯢ      ﯣ  ﯤ

(21. 109) “Əgər onlar üz döndərsələr, onda de: “Mən sizin hamınızı eyni dərəcədə xəbərdar edir və sizə vəd edilənin tezliklə və ya gec olacağını bilmirəm!”  
(21. 110) “Həqiqətən, O, ucadan deyilən sözləri də bilir, gizlətdiklərinizdən də xəbərdardır.
(21. 111) “Mən bilmirəm, bəlkə də, bu sizin üçün bir sınaq və ya müəyyən vaxtadək nemətlərdən istifadə üçün imkandır”.

Əgər onlar Allahı özlərinin Rəbbi qəbul etməkdən boyun qaçırsalar, onda sən onları, bütün qalan insanlar üçün örnək olacaq cəzadan xəbərdar et. De ki: “Mən sizə dəhşətli cəza haqqında xəbər verdim. İndi siz onun barəsində məndən pis bilmirsiniz. Amansız cəza sizi yaxalayanda, deməyəsiniz ki, sizə bu xəbəri və öyüd-nəsihət verən gəlməmişdi. Belə desəniz bu doğru olmaz, çünki sizin gələcək cəza haqqında biliyiniz indi mənim bildiklərimdən az deyildir. Mən sizə xəbərdarlıq etdim və sizdən alınacaq intiqam­dan sizi çəkindirdim. Mən sizə kafirliyin yaramaz nəticələri haqqında danışdım və sizdən heç nəyi gizlətmədim. Sizə vəd edilən cəzanın tez və ya gec olacağı mənə məlum deyil. Bu barədə bilən təkcə Allahdır və vəd etdiyini yerinə yetirmək Onun səlahiyyətindədir. Bu işdə heç nə məndən asılı deyil. Lakin, ola bilsin ki, sizə verilmiş möhlət sizə zərərdən başqa heç nə gətirməyəcək, çünki siz bu dünyanın nemətlərindən ancaq müəyyən vaxtadək faydalanacaqsınız, bu isə sizə təyin edilmiş cəzanı ancaq artıracaqdır.

  ﯥ   ﯦ  ﯧ      ﯨﯩ  ﯪ  ﯫ     ﯬ       ﯭ  ﯮ  ﯯ  ﯰ

(21. 112) “Dedi: “Ey Rəbbim! Ədalətlə hökm çıxart. Bizim Mərhəmətli Rəbbimizdən sizin şərik qoşduqlarınızın əleyhinə kömək istəmək lazımdır”.

Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Rəbbin­ə dua edir ki, onunla kafirlər arasında ədalətli hökm çıxartsın və Fövqəluca da onun (s.ə.s.) duasını qəbul edir. O, Axirətin başlama­sını gözləməyərək, onların arasında ədalətlə, hələ Peyğəmbər (s.ə.s.) sağ ikən, hökm çıxarır. Bu, Bədr yaxın­lığında döyüşlər zamanı baş vermişdi.
Biz dualarımızı Mərhəmətli Rəbbimizə yönəldərək, yalan uyduranlara qarşı mübarizədə bizi müdafiə etməsini xahiş edirik. Biz əminik ki, O, bizə düşmənlərimizə qalib gəlməkdə yardım göstərəcək və onların saxta dinlərini məhv edəcəkdir. Biz öz nailiyyətlərimizə aldanmırıq və öz qüvvəmizə ümid bağlamırıq. Biz, bütün məxluqların Onun hakimiyyəti altında olduğu Mərhəmətlidən yardım diləyirik. Biz Onu bizə rəhm etməsini və dualarımızı qəbul etməsini xahiş edirik, O da dualarımıza cavab verir. Buna görə həmd tək Ona məxsusdur.




[1] “Əvəz alınma” mənasında. F.S.
[2] Yəni İslam cəmiyyəti, dini-ictimai sistem. F.S.
[3] Fövqəluca Allahın o çağırışından on dörd əsrdən çox keçməsinə baxmayaraq, bu günə qədər ona cavab verən tapılmamışdır və heç tapılmayacaqdır da! Tərc. F.S.
[4] Yəni, ümumi səciyyə daşımayan və dinin əlahiddə bir sahəsinə aid olan. Tərcüməçi bu (“fərdi”) sözlə İslam məxəzlərində (ədəbiyyatında) tətbiq edilən “ikinci dərəcəli”  ifadəsinin əvəz edilməsini məsləhət bilir F.S.
[5] Haqq dünyasına qovuşmuş müəllifin (Ə. Səədinin (Allah ondan razı olsun!)) bu gözəl və haqlı ifadəsi son dövrlərin – iyirmibirinci əsrin əvvəllərinin elmi araşdırmaları ilə də təsdiq edilməkdədir. Belə ki, Türkiyədə və bir sıra digər ölkələrdə həyata keçirilən Müqəddəs Quran üzrə elmi araşdırmalarda bu misilsiz Kitabın möcüzələr mənbəyi olması ilə yanaşı onun surə və ayələrinin sıra nömrələrindən tutmuş ta onların ardıcıllıqla yerləşdirilməsinin özü belə çox ciddi qanunauyğunluqlarla müşayiət edilməkdədir. Bu gün qarşımızda olan Quranın bir surəsinin və ya ayəsinin hətta yerləşmə sırasını belə dəyişmək mümkün deyil, çünki əks təqdirdə, İslam alimlərinin kəşf etdikləri ilahi tarazlıq qanunu pozulardı. Fövqəluca Allah Quranın yazılış sistemində elə möcüzəvi bir silsilə asılılıqlar yaratmışdır ki, bu – özlüyündə, Müqəddəs Kitabın özünümühafizə düzülüşü adlandırıla bilər. Surə və ayələrin hər hansı birinin yerinin, sözlərinin, hətta hərflərinin dəyişdirilməsi həmin mühafizə sistemində nəzərdə tutulan kodlaşdırılmış ilahı hikmətinin təhrif olunmasını göstərəcəkdir. İslam alimləri tərə­findən Quranın bu hikmətləri öyrənilir və öyrənilməkdədir. Zaman (Qiyamət) yaxın­laşdıqca Quranın bu sirli həqiqətləri üzə çıxır və bundan sonra ona iman gətirməyənlərin, ona şübhə ilə yanaşıb, etinasızlıq göstərənlər bunu mütləq nəzərə almalıdırlar! (Mənbə bir sıra ayələrə əlavə edilmiş səhifəaltı tərcüməçi izahlarında əks olunmuşdur).  Tərc. F.S.
[6] Ayədə “onlarda”, “onlar” sözləri ilə göylər və yer nəzərdə tutulur. F.S.
[7] “Nizam-intizam” dedikdə, qayda-qanun nəzərdə tutulur. F.S.
[8] Azərbaycan dilində “ilah” və “tanrı” məfhumları eyni məna daşıyıcıları olsa da (ərəb və Azərbaycan dillərində), bu gün ikinci termin daha az işlənir ki, bu müasir ədəbi Azərbaycan dilində İslam ədəbiyyatı tərcümələrinin özəlliyi ilə əlaqədardır. F.S. 
[9] Müasir elmi araşdırmalar və Quran elmlərinin öyrənilməsi baxımından bu mübarək ayənin çox böyük əhəmiyyəti vardır. Ayədən göründüyü və Quran tədqiqatçılarının bəyan etdiklərinə görə, bu ayə ilə əlaqədar olaraq, həmin surənin 104-cü “ayəsinin bir nöqtəsinə diqqət yetirək. Ayədə Fövqəluca Allahın Kainatı, onun yaradılışının əvvəlki vəziyyətinə çevirəcəyi bildirilir”. (O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq...” (Ənbiya, 21/104)).  Belə olduqda, Kainatın sonu haqqında məlumatlanmaq üçün, Kainatın başlanğıcından bəhs edən ayənin (Ənbiya, 21/30) və Kainatın sonundan bəhs edən (Ənbiya, 21/104) hər ikisinin məhz bu surədə olması nəzəri cəlb edir. Bu (və digər) ayələrdən görünür ki, Kainat əzəldən iki mərhələ keçmişdir: Kainat bir bütöv halında ikən parçalanıb bir-birindən ayrılmış (1) və ayrılmanın nəticəsində yaranan Kainat genişlənməkdədir (2). Quranın bu ayələri əsasında əldə edilən nəticələr göstərir ki, Fövqəluca Allahın buyurduğu kimi, Kainat əvvəlki vəziyyətinə qaytarılacaqsa, onda, əvvəlcə genişlənən Kainatın sıxılıb büzülməsi (1), sonra isə onun “yazılı vərəqlər kimi” bükülməsi baş verəcəkdir.
Astrofizikadan təsəvvürü olan şəxslər ayədə əks olunan möhtəşəmliyi anlaya bilərlər. Kainatın sürətlə genişlənməsi artıq elmə məlumdur. Yenə də məlumdur ki, genişlənmə Böyük Partlayışın təkan verdiyi təsirdən qaynaqlanır. Nəticə etibarı ilə qarşıya iki seçim çıxır: Birinci seçimə görə, genişlənən Kainat çox geniş bir məkana yayılacaq, bütün ulduzların enerjisi tükənəcək, isti düşəcək və Kainatın sonu (əslində, Qiyamət) başlayacaq. Ulduzların enerjisinin tükənməsi, hərəkətin tamamilə dayanması ilə, bütün göy cisimlərinin bir-birinin cazibə sahəsindən çıxması ilə Kainatın sonu (Qiyamət) beləcə gələcəkdir (1). İkinci seçimə görə isə, genişlənən Kainat maddənin bir-birini cəzb etməsi nəticəsində hərəkətdən düşüb qapanmaya başlayacaq və qapanan Kainat əvvəldə olduğu kimi vahid bir hala dönəcəkdir. Quran bəhs etdiyimiz bu iki seçimdən ikincisinin olacağını bəyan etmişdir. Dünyanın öküz ilə balıq üzərində dayandığının iddia (zənn) edildiyi bir şəraitdə Quranın bu açıqlaması gör necə də fövqəladə bir möcüzədir! Bu biliyin mənbəyi heç elmi müşahidələr nəticəsində əldə edilməmişdir. O, Allahın vəhyidir! (Mənbə: “Quran – heç tükənməyən möcüzələr”, İstanbul, 2005, səh. 271-272). F.S.    
[10] Yəni, onları bir-birindən uzaqlaşdırır. Həqiqətən də, Quranın Zariyat surəsinin 47-ci ayəsində deyildiyi kimi: “Kainatı (Göyü) qüdrətimizlə qurduq və həqiqətən, Biz onu genişlən­diririk”.  F.S. 
[11] Nuhun (ə) 950 illik yaşının bu tərzdə verilməsi Müqəddəs Quranın artıq kəşf edilmiş möcüzələrindən birinə işarə edir. 950 rəqəmi əvəzinə “mindən əlli əskik” yazılması həmin rəqəmin Quranın ecazkar kodlaşdırılması ilə əlaqədardır. Belə ki, 1000 əvəzinə sadəcə 950 yazılsaydı, rəqəmlərin Qurandakı kod saylarının cəmi ortaq rəqəmə - 19-a bölünəndə qalıqlı qalardı. 19-a bölünə bilmə qanunu Quranı qoruyan, onun dəyişilməzliyini təmin edən Quran möcüzələrindəndir və Allahın Quranı Özü qoruması müddəasının dəlillərindəndir. 19 kod rəqəmi və digər möcüzələr haqqında tərcüməçinin “Ön sözü”nə bax. F.S.
[12] Yəni, zəncir düzəltməyi də ilk dəfə Davud peyğəmbər (ə) tətbiq etmişdir. F.S.
[13] Burada söhbət cinlərdən gedir. Şeytanlar da cin tayfasına məxsus məxluqlardır. F.S.
[14] Yunus peyğəmbər (ə) nəzərdə tutulur. F.S.
[15] Nəhəng balıq. F.S.
[16] Bax: Abdurrahman es-Sadi, “Tefsirus – Sadi”,  2006,  türkcə, Guraba yayınları, I nəşr,  3-cu cild,  səh. 347. – “qoruyucu mələklərə isə onların yanında olan səhifə­lər­də” ifadəsi bu kitabdan əxz edilmişdir. Tərcümə etdiyin rus variantında isə “səhifələr” – «письмена» adlandırılmışdır. F.S.
[17] Bu ayənin Təbəri Təfsirində verilmiş şərhdə qeyd edilir ki,  Yəcuc və Məcuc qəbilələrinin yüksəkliklərdən sürətlə aşağıya hücum etdikləri zamanı kafirlərin gözləri bərələ qalacaq və onlar qafil olduqlarını, həm də zalımlıqlarını etiraf edəcəklər. (Təbəri Təfsiri, müvafiq ayənin şərhinə bax. Kitab elektron variantındadır.) .Şərhdən belə anlaşılır ki, həmin vaxtda artıq yerdə möminlər olmayacaqlar. Buna görə, Yəcuc və Məcucun hücumuna təkcə kafirlər məruz qalacaqlar. Bu, dəvət üçün çox əhəmiyyətli bir müddəadır. F.S.
[18] A. Səədinin bu əsərinin türk variantında bu “xeyirxahlar” sözünü izah edərək: “Fövqəluca Allahın elmində, Lövhi-Məhfuzda, bu dünyada yaxşılıqların və saleh əməllərin asanlaş­dırılması barədə xoşbəxt və bəxtiyar insanlar arasında olacaqları təsdiq edilmiş kimsələrdir” deyilir. Bax: Abdurrahman es-Sadi, Tefsirus – Sadi. Guraba yayınları, 2006, 3 cild, səh. 350. İqtibasın tərcüməsi mənimdir. F.S.
[19] Yəni, Lövhi-Məhfuzda. F.S.

Комментариев нет:

Отправить комментарий