среда, 2 мая 2012 г.

63. ƏL-MUNAFİQUN SURƏSİNİN ŞƏRHİ


ƏL-MUNAFİQUN
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

                Mərhəmətli və Rəhimli Allahın adı ilə!         

(63. 1) “Münafiqlər yanına gəldikdə, deyirlər: “Şahidlik edirik ki, sən – Allahın Elçisisən». Allah bilir ki, sən – Onun El­çi­­sisən və Allah şahid­dir ki, münafiqlər – yalançıdırlar”.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) Mədinəyə hicrət etdikdən sonra, islam qüdrətə və çoxlu say­da fədakar tərəfdarlara malik oldu. O zaman Mədinənin əl-Aus və əl-Xəzrəc qəbi­lələ­rindən olan bir sıra iman gətirməmiş sakinləri öz ka­­fir­liyini gizlət­məyi qərara alıb, islamı qəbul etdiklərini gös­tər­mək­lə cə­miy­­yətdə yük­sək mövqelərini, həyatını və var-dövlətini sax­lamağa ça­lışırdılar. Allah onları Öz Kitabında səciyyələndirir ki, möminlər on­ları tanıya bilsinlər, onlarla ünsiyyətdə ayıq və eh­ti­yatlı olsunlar və özlərini onlardan göz­lə­sinlər.
Ey Muhəmməd! Münafiqlər sənin yanına gələndə şəhadət ve­­rir­lər ki, sən Allahın Elçisisən. Özlərini mömin kimi göstərərək, mü­­­na­fiqlər yalandan şəhadət gətirirlər, lakin sənin haqlı oldu­ğu­nun təs­diqi üçün onların şəhadətinə ehtiyacın yoxdur. Allah bilir ki, müna­fiqlərin sözləri səmimi olmasa da, bir həqiqətdir.

ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ

(63. 2) “Onlar andlarını qalxan edərək, başqalarını Alla­hın yo­lun­dan azdırdılar. Həqiqətən, onların etdikləri necə də pis­dir!”

Onlar öz ikiüzlülüklərini və riyakarlıqlarını yalançı andları ilə sipərləyirlər, çünki onlar Allahın yolundan sapmışlar və on­la­rın əsil məqsədlərini bilməyən başqa insanları da ondan sap­dı­rır­lar. On­la­rın öz­lərini mömin kimi göstərməsi və hətta ürəklərində kü­für və allah­sız­lığı gizlətdikləri halda, buna and içmələri necə də çir­kindir.

ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ

(63. 3) “Bu ona görə belədir ki, onlar iman gətirmişdilər, son­­ra isə kafir oldular. Daha sonra onların ürəkləri möhürləndi və indi on­lar an­lamazdırlar».

İkiüzlülük onlara xoş gəlir, çünki onlar iman gətirmişdilər, la­­kin onlar haqq dinin qucağında qala bilmədilər və ondan üz dön­dər­di­lər. On­ların ürəklərinə möhür vurulmuşdur və buna gö­rə onlar əbə­di olaraq xeyirxahlıqdan təcrid olunmuşlar. Elə buna gö­rə də onlar öz­lə­ri­nə fayda gətirə bilən şeyi dərk etmirlər.

ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ
(63. 4) “Sən onlara baxanda bədənləri səni təəc­cüb­lən­d­i­rir. On­lar danışanda, sən onların sözlərini dinləyirsən. Onlar bir-birinə söykənmiş şalbana bənzəyirlər. Hər bir güclü səsi öz əleyh­lərinə sanırlar. Onlar düşməndirlər – onlardan qorun. Al­lah onları məhv et­sin! Onlar necə də üz döndərirlər!”

Onların parlaq görünüşləri sənin xoşuna gəlir və sən on­la­rın şi­rin və gözəl sözlərinə həvəslə qulaq asırsan. Onların gör­kəm­lə­ri və nitqləri cazibədardır, lakin bunların arxasında nə gözəl əx­laq, nə saleh əməllər yoxdur. Onlar çəpərə dayaq vurulan di­rək­lə­­rə oxşayırlar, yə­ni, onlardan heç bir fayda yoxdur, yalnız ziyan gə­­lir. Hər bir bərkdən gə­lən səsi öz əleyhlərinə yönəldilmiş hesab edir­­­lər, çünki ürkək və qor­xaqdırlar. Onların ürəkləri zəiflik və şüb­­­hələrlə doludur və hələ, bun­dan əlavə, onlar bu məziyyətlərini in­­­san­ların da biləcəyindən eh­tiyat edirlər. Onlar əsil düş­mən­lər­dir, çünki aşkarda olan düşmən hə­mi­şə daha az təhlükəli olur. Giz­­­li düşmənin heç varlığı haqqında şüb­hə belə etmirsən, halbuki o, bütün bu vaxtlar ərzində hiyləgərlik edir, fitnə-fəsad törədir və özü­­nü elə göstərir ki, sanki sənin dostun və kö­mək­çindir. Allah be­­lələrini məhv etsin! Onlar, islamın təkzibolunmaz həqi­qəti və onun təliminin gerçəkliyi onlara aydın olduqdan sonra, islam­dan ne­­cə də döndülər! Axı kafirlik onlara ziyandan və bədbəxt­likdən baş­­qa heç nə verməyə­cəkdir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ
(63. 5) “Onlara deyəndə: “Gəlin, Allahın Elçisi sizin üçün ba­­ğış­­lanma diləsin”, – onlar başlarını tərpədirlər və sən görür­sın ki, onlar necə təkəbbürlə üz çevirirlər».

Münafiqlərə təklif edəndə ki, Allahın Elçisinin (ona Alla­hın sa­lavatı və salamı olsun!) yanına, onların bağışlanmasından öt­rü Allaha dua etməsi üçün gəlsinlər və Allah onların tö­rət­dik­lə­ri­­ni bağışlasın, on­ların qəlbini təmizləsin və əməllərini qəbul etsin, am­ma onlar buna qəzəblə müqavimət göstərir və başlarını yel­lə­yir­­lər ki, bununla da tək­lifdən imtina etdiklərini bildirirlər. Sən on­­da görürsən ki, onlar haq­­dan necə bir təkəbbür və nif­rətlə üz dön­­dərirlər və sənin iradənin ək­sinə çıxırlar.
Onların, Allahın Elçisinə (ona Allahın salavatı və salamı ol­­sun!) onlar üçün dua etməsindən ötrü müraciət etməyə dəvət edil­mə­­lərinin cavabı belə idi və Allah Öz Seçilmiş Nü­ma­yən­də­si­nə (ona Al­lahın salavatı və salamı olsun!) ehtiram göstərərək, onu (s.ə.s) bu lə­yaqətsiz insanlar üçün bağış­lanma diləmək zə­ru­riy­yə­tin­dən xilas et­di.

(63. 6) “Sən onlar üçün bağışlanma diləsən vəya ba­ğış­lan­­ma dilə­məsən də, onlar üçün fərqi yoxdur. Allah onları ba­ğış­­lama­yacaq. Həqi­qətən, Allah fasiq insanları doğru yola yö­nəlt­mir».

Onlar doğru yoldan və Allaha itaətdən yayınmışdılar, allah­sız­lığı imandan üstün tutmuşdular və buna görə Allahın Elçi­si­nin (ona Allahın salavatı və salamı olsun!) duası da onlara fayda ver­məzdi. Fövqəluca buyurur: “Sən onlar üçün xahiş etsən də və ya bunu etmə­sən də, Allah onsuz da onları bağışlamaya­caq­dır...” (Töv­bə, 9/80). Allah böyük küfrə batmış və islamın qoy­nundan çıxmış gü­nahkarları doğru yolla aparmır.

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(63. 7) “Məhz onlar deyirlər: “Allahın Elçisinin yanında olan­­lara, onlar onu tərk edənədək, heç nə xərcləməyin». Göy­lə­rin və yerin xəzi­nə­ləri Allaha məxsusdur, lakin münafiqlər bu­nu anlamır­lar».

İkiüzlülərin sözləri onların Peyğəmbərə (ona Allahın sala­va­­tı və salamı olsun!) və müsəlmanlara qarşı amansız nifrətini təs­diq edir. Səhabə­lərin həmrəyliyini və onların Allahın Elçisinin (ona Al­lahın sa­lavatı və salamı olsun!) lütüfkarlığını qazan­mağa can at­dıq­­larını gör­dükdə, müna­fiq­lər fitnə-fəsad niyyətinə düş­dü­lər və öz həmkarlarını Allahın Elçisinin (ona Allahın salavatı və sa­la­mı ol­s­un!) səhabələrinə, onlar onunla (s.ə.s) əlaqələrini kəs­mə­yə­nədək, sə­­dəqə verməməyə sövq edirdilər. Münafiqlər belə he­sab edirdilər ki, onların var-dövləti və sə­də­qələri olmasaydı, sə­ha­bə­lər Allahın di­­nini müdafiə etməzdilər. Qəri­bədir ki, bu fikirlər, di­ni ilk ad­dım­da satmağa və müsəlmanlara zərər vurmağa hazır olan insanla­rın ağ­­lına gəlmişdi! Doğrudan da, belə az­ğınlıq yalnız ha­disələrin əsil ma­hiyyətini bilməyənlər tərəfin­dən mü­da­fiə edilə bilər.
Fövqəluca onların sözlərini təkzib edərək, bəyan edir ki, O (Pak və Müqəddəs), neməti istədiyi kimsələrə nazil edir və onu is­tə­­­diklə­rin­dən də məhrum edir. Bəzilərinə nemətə olan yolu yün­gül­­­ləş­dirir, di­gərlərinə isə çətinləşdirir. Amma münafiqlər bunu bil­­mirlər, əks təq­dirdə onlar belə danışmazdılar və yerin bütün ne­­mətlərinin onların əlində və tamamilə onların iradəsinə tabe ol­du­­ğunu hesab etməzdilər.

ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

(63. 8) “Onlar deyirlər: “Biz Mədinəyə qayıtdıqda, ara­mız­­da­kı qüdrətlilər oradan zəlilləri mütləq çıxaracaqlar». Qüd­rət Allah­a, Onun Elçisinə və möminlərə məxsusdur, lakin mü­n­a­fiq­lər bil­mir­lər».

Bu, Mureysi yaxınlığında döyüşlər zamanı baş vermişdi. O vaxt bəzi mühacirlərlə ənsarlar arasında inciklik baş vermişdi. Mü­­na­fiq­­lər isə bundan istifadə etmək imkanını əldən qaçırmayıb, ürək­­lə­rin­də gizlətdik­ləri ikiüzlülüyü faş etdilər. Onların Abdullah b. Ubey b. Sa­lul adlı başçısı demişdi: “İti yedizdirərsən, sonra səni də yeyər. Bu de­yə­sən, bizim və onların (yəni, mühacirlərin) haq­qında deyil­miş­dir».
Sonra o, vəd etdi ki, onlar Mədinəyə qayıtdıqdan sonra, güc­­lülər zəifləri oradan qovacaqlar. O, nəzərdə tuturdu ki, ha­ki­miy­yət və güc onun və onun ikiüzlü arxadaşlarının əlindədir və Al­lahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) və tə­rəf­dar­la­rı zəif və gücsüz­dürlər. Lakin əslin­də hər şey əksinə idi. Əzəmət Al­­laha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və mö­minlərə məxsusdur. Məhz onlar əzəmət və qüd­rətlə röv­nəq­lən­di­rilmişdilər, ikiüzlülər və onların kafir arxadaşları isə, alçaldılmış və zəlillərdir. Lakin müna­fiqlər bun­dan xəbərsizdirlər. Onlar öz ya­lançı baxışları ilə özlərini aldatmışdılar və buna görə də özlərini güc­lü və hökümran insanlar adlandırmağa cəsarət edirdilər.

(63. 9) “Ey iman gətirənlər! Qoy malınız və övladlarınız sizi Allahı zikr etməkdən yayındırmasın. Kim belə edərsə, zərərə uğra­mış olar”.

Fövqəluca qullarına Onu tez-tez yad etməyi buyurur ki, onlar ən böyük nemətə və həqiqi qazanca nail ola bilsinlər və tap­şı­­rır ki, onların övladları və malları onları Allahı xa­tır­la­maq­dan ya­­yındır­ma­sın. Qəlbində övladlarına və var-dövlətə məhəbbət duy­­ğusu insana xas olan bir xislətdir. Lakin bu məhəbbəti Allaha bəs­lənən sevgidən üstün tutan hər kəs çox nəhəng bir ziyana uğ­ra­­yır. Əgər insan uşaq­larına və ya var-dövlətinə görə başını iti­rə­rək, Allahı unudursa, onda o, mütləq zərər çəkir, çünki o, fani və ke­çici olanı sonsuzluqdan üstün tutaraq, əbədi aləmdə özünü xoş­bəxt­­likdən və Səadətdən məhrum et­miş olur. Fövqəl­uca buyurur: “Bi­lin ki, sizin malınız və övladlarınız sınaqdır və, həqiqətən, Bö­yük Mükafat – Allahın dərgahındadır” (Ən­fal, 8/28).


ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ

(63. 10) “Hər hansı birinizə ölüm gəldikdə: “Ey Rəbbim! Bir az möhlət ver, sədəqə paylayıb, xeyirxahlardan olum” – de­mə­miş­dən əvvəl sizə ruzi verdiklə­ri­miz­dən xərcləyin!”

Bu hökm fərz ianələrə, o cümlədən, zəkata, sədəqəyə, söv­cə­lə­rin və kölələrin maddi təminatına və həm də istənilən könüllü su­­rət­də verilən və xeyirxah məqsədlər üçün nəzərdə tutulan ianə­lə­rə aid­dir. Eyni zamanda, Allah qullarını çətinliyə salmaq istə­mə­yə­rək, on­ları çıxılmaz vəziyyətdə qoymur, Onun onlara əta etdi­yi­nin yalnız bir hissəsini paylamağı əmr edir. O (Pak və Müqəddəs), in­sanların vəzi­fələrini asanlaşdırır və Özü də onları yerinə ye­tir­mək­də qullarına kö­mək göstərir.
Buna görə sizə nemətlər Bəxşedən Allaha həmd edin və ölüm sizə gəlməmişdən öncə ehtiyacı olan qardaşlarınıza təskinlik ve­rin, çünki sonra siz artıq zərrə qədər ağırlığında xeyirxahlıq edə bil­məyə­cəksiniz. Elə onda siz əldən çıxartdığınız imkanlara görə tə­əs­süflə­nə­cək və Allahdan sizi geri qaytarmasına dua edəcək və de­yə­cəksiniz: “Ey Rəbbimiz! Əgər Sən mənə qısa müddətə də olsa möh­­lət versəy­din, onda mən etmədiklərimin yerini doldurardım və cəzadan xilas ol­maq və bol mükafata layiq görülmək üçün sə­də­qə paylayardım. Mən dinin bütün hökümlərini yerinə yetirib, həc­cə ge­dib, xeyirxahlıq edib və bütün qadağa edilənlərdən çə­ki­nərək, sa­leh­lərdən biri olar­dım».
Lakin məşum ölümün gəlməsi ilə günahkarların arzu­la­rı­nın ger­­çək­ləşməsinin möhləti qurtarır və onlar artıq can atdıq­la­rı­nı əldə edə bil­məyəcəklər. Buna görə Allah belə buyurur:

ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
(63. 11) “Allah əcəli çatan heç kimə möhlət verməz. Allah nə etdiklərinizi bilir».

Rəbb sizin bütün xeyir və şər əməllərinizdən xəbərdardır və bu­na görə O (Pak və Müqəddəs), mütləq hər kəsə onun Ona bü­tün tə­fər­rüatı ilə məlum olan niyyətinə və əməllərinə görə əvəz ve­rə­­cək­dir.

Комментариев нет:

Отправить комментарий