среда, 2 мая 2012 г.

45. ƏL-CASİYƏ SURƏSİ


Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI

Həmd təkcə Allaha məxsusdur.
Peyğəmbərimiz Muhəmmədə, ailə­sinə, səhabələrinə və Qi­yamət gününədək yaxşılıqda onların ardınca ge­dən­lərə salavat və salam olsun!
Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Sə­ədinin (Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri özünə xas bir çox xüsusiyyət­lərinə gö­rə Quran təfsir­lə­rinin ən yaxşıların­dan biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifa­də­­lərdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadıl­ma­lardan və əla­və­lərdən çəkinil­mişdir;
xatırlanmasına zəruri ehtiyac duyulan əsaslı zid­diyyətlər­dən başqa, digər ixtilaflı məsələlərə toxunul­ma­mışdır. Kitabın bu xüsusiyyəti oxucu­nun fikrini müəyyən bir məsələ üzərində cəm­ləş­dirməyə imkan verir;
sifətlərlə bağlı ayələrdə Allahın hökümləri ilə zid­diyyət təşkil edən təhrif və yozmalardan qaçınaraq, sələf metoduna əsaslanıl­mışdır;
ayələrin nişan verdiyi fayda və hökümlərdən çıxarılan nə­ticə­lərə dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsin­dəki Davud (ə) və Süleyman (ə) heka­yətlərində və “Maidə” surə­sində dəstəmaz alınması ilə bağlı ayədə daha bariz şəkil­də özünü göstə­rir. Müəllif bu ayədən əlli hökm çıxarmışdır;
bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən bağışlama yolu­nu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz dön­dər”[1] ayəsinin təfsirində aydın görü­nür.
Məhz bu özəlliklərinə görə, Quran təfsiri almaq istəyən hər kəsə öz kitabxanasında bu qiymətli təfsir üçün yer ayırmasını tövsiyə edirəm.
Fövqəluca Allahdan bu kitabın müəllifinə və onu oxuyan­lara yararlı olmasını arzu edirəm. Həqiqətən, O, Çoxsəxavətli və bərəkət Sahibidir. Muhəmməd Peyğəmbərə, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onla­rın ardınca gedənlərə salavat və salam olsun!

Muhəmməd əs-Saleh əl-Useymin
1995-ci il.    




\ª

ƏL-CASİYƏ
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ
(45. 1) “Ha. Mim.”
(45. 2) “Kitab Fövqəlqüdrətli, Fövqəlmüdrik Allahdan na­zil edil­­­mişdir.”

Fövqəluca bütün möminlərinə Quranı oxumağı və onun qay­­ğı­sına qalmağı bir vəzifə olaraq tapşırmışdır. Onu Vahid və Xe­­yirxah, ən kamil sifətlərin, hüdudsuz əzəmət və qüsursuz föv­qəl­hikmət Sahibi Allah nazil etmişdir.

 ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ

(45. 3) “Həqiqətən, göylərdə və yer üzündə möminlər üçün də­lillər vardır.”
(45. 4) “Sizin və Onun hər tərəfə yaydığı canlı məxluqların ya­­­ra­­dılmasında iman sahibləri üçün dəlillər vardır”.
(45. 5) “Gecə ilə gündüzün növbələşməsində, Allahın göy­dən gön­dərdiyi ruzi vasitəsilə torpağı ölümündən sonra di­rilt­di­yi qis­­mətdə və küləklərin əvəzlənməsində düşünən insanlar üçün də­­lil­lər vardır”.
(45. 6) “Budur Allahın ayələri və Biz onları sənə haqq ilə oxu­­­yu­­ruq. Bəs onlar Allaha və Onun ayələrinə inanmadıqdan son­ra, han­sı sözə ina­na­caqlar?”


Böyük Xaliqin gözəl sifətlərini insanların öz ətrafında və öz­lə­­­rində gördükləri çoxsaylı möcüzələr təsdiq edir. O (Pak və Müqəddəs), göyləri və yeri yaratmış, onlarda quşları, vəhşi hey­van­la­rı və digər heyvanları yerləşdirmiş, yeri insanın xeyrinə xid­mət edən şeylərlə zən­ginləşdirmiş, daima onu yağışlarla sulayır və on­­lar torpağı can­landırır, insanları gümrahlaşdırır. Bütün bu əla ayələr dərrakəli in­sanları Allahın nazil etdiyi Kitabın həqi­qi­li­yi­­­nə və onun ibarət olduğu qanun və hökümlərin fövqəladə hik­mət­­li olmasına, həmçinin Xaliqin kamil­liyinə, Axirət həyatının və Di­rilmənin gerçəkliyinə əmin edir.
Sonra Fövqəluca insanları Onun ayələrindən ibrət götürən və ya götürməyənlər kimi, iki dərəcəyə ayırır.
Allahın qullarının bir qismi bu ayələrdən faydalı nəticələr çı­­­­xa­­rır, onların üzərində düşünür və bununla öz qəlbini nəcib­ləş­di­­­­rirlər ki, bunlar – möminlərdir. Onlar səmimi qəlb ilə Allaha, Onun mə­ləklərinə, Kitablarına, elçilərinə və Qiyamət gününə iman gə­ti­rir­lər, tam əminliyə və etiqada nail olurlar. Onların idra­kı təmiz və qü­sursuzdur, bilikləri geniş və doğrudur.
Allahın digər qulları Onun ayələrini görür və eşidirlər, son­ra isə təkəbbürlə onlardan üz döndərirlər, sanki onları eşitməmiş və görmə­mişlər. Onların ürəkləri qüsurlu və günahkardır və on­lar­da gizlənən təkəbbür onları haqdan daha da uzaqlaşmağa yö­nəl­­dir. Lakin onların öz şərəfsizliyinə haqq qazandırması müm­kün olmayacaqdır, çünki on­lar əzəmətli möcüzələrin şahidləri olub­­lar, amma onları istehza ilə qar­şıladıqlarına görə Allah on­­ları sərt cəza ilə təhdid edir:

 ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ

(45. 7) “Vay hər bir yalançı günahkarın halına!”
(45. 8) “O, Allahın ona oxunan ayələrini dinləyir, sonra tə­kəb­­bürlə inadkarlıq edir, sanki o, onları heç eşitməmişdir. Onu əzab­ve­rici iztirablar barədə “sevindir”.
(45. 9) “O, Bizim ayələrimizdən bir şey eşidəndə onlara is­tehza et­məyə başlayır. Belələrinə alçaldıcı əzab hazırlanmışdır».
(45. 10) “Onların qarşısında – Cəhənnəmdir. Onları, nail ol­duq­­­ları və özlərinə Allahın əvəzinə götürdükləri himayə­dar­la­rı və köməkçiləri xilas edə bilməyəcəklər. Onlara böyük əzab-əziy­yət ha­zır­lanmışdır».

Belə bir adamın nitqi yalan, əməlləri də günahkar əməldir. Ona və onun taylarına Cəhənnəm və vəhşətnak əzab-əziyyət, lakin əda­lətli cəza hazırlanmışdır. Nə var-dövlət, nə də uydurma hamilər on­ları ağır cəzadan xilas edə bilməyəcəklər. Onlar öz var-dövlətinə və öz ha­milərinə ümid bəsləyirlər, lakin sonuncular, onların hər şeydən daha çox köməyə ehtiyacları olduğu bir vaxtda onları dar ayaqda qoyub, tərk edəcəklər.
ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ

(45. 11) “Bu haqq yolu göstərəndir. Rəbbinin ayələrinə iman gətirməyənlərə böyük cəzanın əzab-əziyyəti hazırlan­mış­dır».

Quranla nazil edilmiş və Kainatda mövcud olan dəlillər sa­da­­­lan­dıqdan, insanların xoşbəxt və bədbəxtlərə ayrılacağı xa­tır­la­­­dıl­dıq­dan sonra, Fövqəluca bəyan edir ki, Şərəfli Quran doğru yo­la yö­nəldən Tə­limatdir. Bu səciyyələndirmə bütün Qu­­­ra­na aid­dir. O, insan­la­ra Fövqəluca Allahı, Onun qüsursuz si­fət­­lərini və həm­də­layiq əməllə­rini dərk etməkdə kömək göstərir. O, Allahın elçi­ləri (on­lara salam olsun!), onların dostları, düş­mən­­ləri və həm də bu və ya digərlərinin xasiyyətləri haqqında he­ka­­yətləri xəbər ve­rir. O, xeyir və şəri izah edir, xeyirxah işlər gör­mə­­yi və cinayət­lərdən çəkinməyi öyrədir, əvəz verilə­cə­yinin la­büd­­lüyünü sübuta yetirir, veriləcək əvəzin bu dünyada və Axi­rət həyatında necə olacağını bəyan edir. Möminlər bu Kitabın nə­si­­­hətlərini əllərində rəhbər tuturlar və bunun sayəsində onlar müt­­ləq uğura nail olacaq və öz xoşbəxtliyini tapa­caq­lar.
Kafirlərə gəldikdə isə, onlar üçün çox dəhşətli iztirablar ha­zır­­lan­mışdır. Onlar doğrudan da o iztirablara layiqdirlər, çünki ay­dın və da­nılmaz dəlillərdən və möcüzələrdən üz çevirmişlər, hal­buki, onlar­dan yalnız şərəfsizliyə və zalımlığa hədd-hüdud bil­mə­yənlər imtina edər­lər.

ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
(45. 12) “Əmri ilə gəmilərin üzməsi üçün və sizin də Onun lü­tüf­­karlığından faydalanmanız üçün dənizi ixtiyarınıza verən Allah­dır. Ola bilsin ki, siz şükür edəsiniz”.

Fövqəluca xəbər verir ki, Onun iradəsi ilə dənizlər və oke­an­lar in­sanların ixtiyarına verilmişdir. Onlar qayıqlarda və gə­mi­lərdə üzürlər. O (Pak və Müqəddəs), onlara lütfünü gös­tə­rə­rək, bu tə­şəb­­büsü asanlaşdırmışdır ki, onlar Onun mərhəmətinə na­il olmağa ça­lış­­sınlar, yəni, dənizlərin arxasında yerləşən əcnəbi öl­kələrə ticarət gəmi­ləri göndərsinlər və onlarla ticarət mü­qa­vi­lə­lə­ri bağlasınlar. Siz isə Fövqəluca Allaha şükür edin! Əgər siz Ona min­nətdarlıq etsəniz, onda O (Pak və Müqəddəs), sizə borclu qal­maz, sizin nemətinizi daha da artırar və əvəzində sizə bol mükafat əta edir.

 ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ
(45. 13) “O, sizə göylərdə və yerdə olanları tabe etmişdir. Hə­­­qi­qə­tən, bunda düşünən insanlar üçün dəlillər vardır”.

Allah Öz mərhəməti sayəsində yeri və səma cisimlərini, gü­nə­­şi və ayı, ulduzları və planetləri, heyvanları və bitkiləri, filiz və daş ­­kö­mür mədənlərini və bir çox başqa nemətləri insanların ixti­ya­rı­na ver­­mişdir. Onlar insanlara böyük fayda verir və insanlar on­la­ra ol­duq­ca möhtac­dırlar. Bütün bunlar Adəm oğullarını var gücləri ilə səmimi qəlbdən Allaha Onun mərhəmətinə görə şükür etməyi, Onun ayə­ləri və hökümləri üzərində düşünməyi vacib edir. Hə­qi­qə­­tən də, bunda – ağıllı adamlar üçün dəlillər vardır, çün­ki Ka­i­na­tın yara­dılması və onun insa­nın mənafeyinə tabe edil­mə­si Allahın föv­qəl­qüdrətini və Onun iradə­si­nin sarsılmazlığını təs­diq edir.
Allahın Öz məxluqlarını xəlq etdiyi mükəmməllik və dəqiq­lik Onun hikmətinin və elminin hüdudsuzluğunun şəhadətidir. Bu məx­­luq­ların əzəməti və çoxsaylılığı Onun mülkünün ucu-bu­ca­­ğı­nın olma­masına və hakimiyyətinin sərhədinin yoxluğuna də­la­­lət edir. Müəy­yən vəzifələr yerinə yetirən, bəzən isə tamamilə bir-bi­ri­nə əks fun­k­siyalar daşıyan çoxsaylı məxluqlar onu göstərir ki, O (Pak və Müqəddəs), nə istəyirsə, onu da yaradır. Allahın in­sa­­nın dün­­yəvi və Axirət həyatı üçün nəhəng fayda verən məx­luq­la­rı Onun mərhəmətinin və xeyirxah­lığının da hüdudsuzlu­ğu­nu təs­diq edir. Bütün bunlar birlik­də ona də­lalət edir ki, Allah iba­də­tə, mə­həb­bətə və Onun qarşısında varlıqların təzim etməsinə la­yiq Ye­­ga­nə Rəbdir və Onun bütün elçi­ləri əsil həqi­qə­ti təbliğ edir­di­lər.
Bütün bu məntiqi sübutlar tamamilə açıq-aydındır və öz ger­çək­liyinə heç bir şübhə yeri qoymur.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ

(45. 14) “İman gətirənlərə de ki, onlar Allahın günlərinə ümid et­­­mə­­yənləri bağışlasınlar ki, Allah onlara əldə etdiklərinə gö­­rə əvəz versin”.
(45. 15) “Kim saleh əməl işlədərsə, öz xeyrinədir. Kim ki, pis­­lik edərsə, o da özünə pislik edər. Sonra isə siz öz Rəbbinizə qay­­­tarıla­caqsınız”.

Fövqəluca Öz mömin qullarına saleh əxlaq normasına riayət et­­­mələrini və Allahın mükafatlandıracağına ümid bəsləməyən və Onun cə­zalandı­racağından qorxmayan müşriklərin onlara əziyyət ver­mə­sinə səbirlə döz­mələrini buyurmuşdur. Axı Fövqəluca Al­lah hər bir insana onun əməl­lərinə görə əvəz verəcək və onda mö­min­­lər güzəştə getmə­ləri və səbirli olmalarına görə bol mü­kafat ala­caqlar. Kafirlərə veriləcək cəza isə onlara toxunmayacaq.

ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ
(45. 16) “And olsun ki, Biz artıq İsrail oğullarına Kitab, ha­­­­ki­miyyət və peyğəm­bərlik əta etmiş, onlara təmiz ruzi vermiş və on­ları aləmlər­dən üstün qılmışdıq».

Allah İsrail xalqını, onlara qədər heç kimə əta etmədiyi, ne­mət­­­lər­­­lə bəxtiyar etmişdi. O (Pak və Müqəddəs), onlara Tövratı və İn­­cili,  həm­çinin hikmət, yəni biliklər və qanun nazil etmişdi ki, on­­lar onun əsasında aralarındakı mübahisələri həll edir və hökm çı­xa­rır­dı­lar. İbrahimin (ə) nəsillərindən olan peyğəmbərlərin çoxu həm­­çinin İs­­­rail oğullarından idilər və məhz bu böyük pey­ğəm­bər­lər və elçilər top­­luluğu İsrail xalqını şan-şöhrət sahibi etmişdi. Bu­nun­la ya­naşı Al­lah on­lara ləzzətli yeməklər, içkilər və bəzək şey­lə­ri bəxş et­miş və on­la­­ra göydən səma mannası və bildirçinlər nazil etmişdi. Bu­nunla da İs­­rail oğulları bütün insanlar üzə­rində ucal­dıl­mış ol­du­lar, müsəlman­lar istis­na olmaqla, çünki Muhəmməd Pey­ğəmbərin (ona Allahın sa­la­­vatı və salamı olsun!) gəlişi ilə bü­tün üm­mətlərin, han­sı za­man­lar­da ya­şama­sından asılı ol­mayaraq, ən yaxşısı dün­ya­ya gəlmişdi. Bu an­­dan Kitab, hikmət, haki­miyyət, pey­­ğəmbərlik və heç bir insanın hə­lə la­yiq görül­mədiyi bir çox di­gər gözəl mə­ziy­yət­lər müsəlman üm­mə­tinə keçmişdi. Musa pey­ğəm­bərin (ə) Qanunu is­lam şəri­ə­tinin yal­nız bir hissəsidir. Quran özündə ona qədərki Mü­ba­rək Kitablar haq­qında həqiqətləri əks etdir­mişdir, Muhəmməd Pey­ğəmbər (ona Al­lahın sala­va­tı və sala­mı olsun!) isə Allahın bütün el­çilərinin, hə­qi­qə­tən də, Onun elçi­lə­ri olduq­larını təsdiq edir.

 ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
­­­­­­
(45. 17) “Biz onlara hökümlərimizdən ibarət aydın ayələr bəxş et­dik. Onlar isə, elm onlara gəldikdən sonra, bir-birilərinə hə­­səd çək­diklərinə və zalımcasına yanaşdıqlarına görə ixtilafa düş­­dülər. Həqiqətən, Rəbbin Qiyamət günü onların arasındakı ix­­tilaf barədə hökm çıxaracaqdır”.

Allahın iradəsi ilə İsrail oğullarına aydın ayələr, yəni tək­zib­edil­­­­­məz dəlillər əta edilmişdi və bunlar haqqı aşkar və yalanı ifşa edir­­­di. Bu dəlillər – Musa peyğəmbərin (ə) yəhudilərə göstərdiyi mö­­­­cüzələr idi. Bu böyük nemətlər və lütüfkarlıqlar İsrail oğul­la­rı­nı ən mükəm­məl tərzdə Rəbbə Onun xeyirxahlığına görə min­nət­dar olmağa və dönmə­dən Allahın göstərdiyi düz yolla getməyə yö­­nəlt­məliydi, lakin onlar bunun əksini etdilər və haqdan üz dön­dər­dilər.
Onlar, ixtilafa düşməmək barədə verilmiş hökümlə bağlı mə­sə­­­lə­lər­də ziddiyyətə düşdülər. Amma ən təəccüblüsü o idi ki, on­lar, elm on­lara əta edildikdən sonra qruplara bölündülər. Həqiqi bi­lik insan­la­rı vahid bir rəyə gəlməyə yönəldir, lakin yəhudiləri yö­­nəldən on­ların qəl­­bində gizlənmiş zalımlıq və kin-küdurət idi ki, onu bir-biri­lərinə qar­şı istifadə edirdilər. Elə buna görə sənin Rəb­bin onlara ki­min haq­qa ria­yət etdiyini, kimin isə yalana inan­dı­ğını göstərəcək və onların ix­tilafa düşməsinə təkan verən yanlış niy­yətlərini ifşa edə­cəkdir.


 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ
(45. 18) “Sonra Biz səni hökmümüzə uyğun bir şəriətə yö­nəlt­­­­­­­dik. Onunla get və elm sahibi olmayanların istəklərinə yol ver­­­­­mə”.

Ey Muhəmməd! Biz sənə mükəmməl bir şəriət nazil etmişik ki, bu insanları yaxşılıq etməyə və onları pisliklərdən çəkinməyə yö­nəl­­­dir, Bizim qanunverici iradəmizi əks etdirir. Bu şəriəti əlində rəh­bər tut, çünki yalnız belə olduqda əbədi xoşbəxtliyə nail olar­san, uğur və bö­yük müvəffəqiyyət qazanarsan. Cahillərin ay­dın bi­­liyə istinad etmə­yən istək­lərinə güzəştə getmə. Bu nadanlar – Al­­lahın və Onun Elçisi­nin (ona Allahın salavatı və salamı olsun!) şə­­riə­tinə müqavimət gös­tərən kafirlərdir.

 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ
(45. 19) “Həqiqətən, onlar səni Allahdan xilas edə bil­məz­lər. Şüb­həsiz ki, zalımlar bir-birinin dostlarıdır, Allah isə təq­va­lı­ların Dostu­dur».

Əgər sən onların alçaq istəklərinə güzəştə getsən, onlar səni şər­­­dən qoruya bilməz və sənə fayda gətirməzlər. Sənə onların ya­ra­maz id­­­diaları ilə razılaşmaq və onların ardınca getmək yaraş­maz, çün­ki si­zin aranızda razılığa gələ biləcəyiniz heç bir şey yox­dur. Za­lım­lar yal­nız bir-birilərini sevərlər, halbuki möminləri Hi­ma­­yəedən – Al­lah­dır və O (Pak və Müqəddəs), onların Onun cə­za­sından qorx­ma­sı və Onun hökümlərinə itaət etməsi sayəsində onları zülmətdən nura çı­xar­dır.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟ
(45. 20) “Bu – insanlar üçün əyani nəsihət, doğru Təlimat və eti­qadlı insanlar üçün mərhəmətdir».

Mübarək Quran – özündə aydın dəlilləri əks etdirən hik­mətli nə­­­­si­hətdir, insanların gözlərini haqqa açır və ondan böyük fayda əl­də et­məkdə onlara kömək göstərir. Quran insanlara dinin əsas və fər­­­di mə­­sələlərini izah edir, onlara həm bu dünyada, həm də Axirət hə­­ya­tın­da sevinc, xoşbəxtlik və böyük nemət gətirir. Bu isə o de­mək­dir ki, Qu­ran insanların Allahın mərhəmətinə və xe­yir­­xahlığına doğ­ru yo­lu­nu işıqlan­dırır, onların qəlbini yax­şı­laş­dı­rır, onların dü­şün­cə­li­­li­yini ar­tı­rır, onların imanını və etiqadını güc­ləndirir və həm də haq­qın, inad­kar rə­qibləri ilə mübahi­sə­lə­rin­də, qələbə çalmasına yar­dım gös­tərir.

ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ

(45. 21) “Bəlkə pis işlər görənlər elə zənn edirlər ki, Biz onları iman gətirib, yaxşı işlər görənlərlə, həm bu dünyada, həm də ölüm­dən sonra tamamilə bərabərmi tutacağıq? Onlar necə də pis müha­kimə yü­rüdürlər!”

Doğrudanmı Allah qarşısında öz vəzifələrini yerinə ye­tir­mə­­yən və günahlara batıb qalmış cinayətkarlar elə fikirləşirlər ki, Al­lah on­ları, iman gətirmiş və xeyirxah işlər görənlərlə bərabər tu­ta­­caq? Mə­­gər on­lar özləri ilə, Allahın hökümlərini yerinə yetirənlər, Onu öz gü­­nah­ları ilə qəzəb­lən­dir­məkdən qorxanlar, Fövqəlucanın ira­dəsini öz istəklərindən və hər şeydən üstün tutanlar arasında bö­yük fərqin ol­­duğu barədə dü­şünmürlər? Doğ­rudanmı onlar elə zənn edirlər ki, Biz onlara və digər­lərinə dünya həyatında və öl­dük­­dən sonra eyni mü­­na­sibət bəsləyə­cə­yik? Gör onlar Allah barə­də necə də pis fi­kir­lə­şir­lər! On­la­rın qüsurlu təfəkkürü Fövqəl­müd­rik və Ədalətli Ha­ki­min hik­mətli niyyətinə tama­milə ziddir. Onlar mən­­tiqin və sağlam mə­nanın tamamilə əksinədir və Mübarək Ki­tab­­ların və pey­ğəm­bər­lərin (onlara salam olsun!) təliminin əley­hi­nə­dir.
Haqq sadə və sarsılmazdır: iman gətirmiş və xeyirxah işlər gö­­rən möminlər Allahın köməyinə nail olacaqlar və həm yer üzün­­də, həm də ölümdən sonra uğur, xoşbəxtlik və böyük mü­ka­fat əldə edə­cəklər və on­ların hər biri öz möminliklərinin dərə­cə­si­nə uyğun olaraq mükafat­landırılacaqlar; günahkarlara isə Rəbbin qə­zəbi və alçaldılma bəlası dü­çar olacaqdır və yerdə də, Axirətdə də həyat onlar üçün cəzaya və bəd­bəxtliyə çevriləcəkdir.

 ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(45. 22) “Allah göyləri və yeri haqq xatirinə və həm də hər bir nəfsin əldə etdiyinə görə əvəz almasından ötrü xəlq etmişdir və on­larla zalımcasına davranılmayacaq».

Allah Kainatı haqqa müvafiq, yəni, Öz müdrik niyyəti sayə­sin­­­də yaratmışdır və bu yaradılışın qayəsi – bütün varlıqların Bir Allaha iba­dət etməsi və özləri üçün digər “ilahlar” uydurmaması ilə bağlıdır. Fövqəluca Öz qullarına çoxsaylı nemətlər əta etmiş, on­­lara güclü bə­dən bəxş etmiş və onlara son dərəcə elə gözəl qa­bi­liy­­yət və bacarıqlar aşıla­mışdır ki, məxluqlarının öz Xeyir­xah­la­rı­na minnətdar və itaətkar ola­caq­larını və ya olmayacaqlarını gör­sün. Sonra isə O (Pak və Müqəddəs), hər bir quluna onun əməl­lə­ri­­nə görə əvəz verəcəkdir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ
(45. 23) “Öz istəyini ilahlaşdıranı gördünmü? Allah Öz el­mi ilə onu azdırmış, onun qulağına və qəlbinə möhür vurmuş və baxış­la­rı­na pərdə çəkmişdi. Allahdan sonra kim onu doğru yo­­la yönəl­dər? Doğ­­rudanmı siz nəsihətləri xatırlamırsınız?”

Bu azğınlar eyibli qəlblərinin arzuladıqları hər əməli yerinə ye­­ti­­rirlər və Allahın bunlardan razı qalıb-qalmadığı haqqında dü­şün­­­­mür­lər. Allah onları yoldan sapdırmışdır, çünki O (Pak və Müqəddəs), çox gözəl bilir ki, onlar doğru yolla getməyə layiq deyillər. On­ların qulaq­ları onlara fayda gətirən şeyləri eşitmir, ürəkləri xeyir­xahlığa ehtiyac duymur, gözləri isə haqqı görməyə qabil deyil. Əgər Allah in­sanı doğ­ru yola aparan qapıları onlara görə Özü bağ­la­mış və onları əbədi az­ğın­lığa məhkum etmişdirsə, on­da heç kim bu adam­lara kömək edə bil­məz. Amma Allah on­lar­la zalımcasına dav­ran­­mamışdır – onlar özləri özlərinə qarşı zalım­lıq etmişlər və ci­nayətləri onları Allahın mər­həmətindən uzaqlaş­dırmışdır. Ey in­sanlar! Məgər sizin faydanıza səbəb olacaq şeyləri etməyəcəksinizmi və sizə fəlakət gətirən işlərə son qoyma­ya­caqsınızmı?

 ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(45. 24) “Onlar dedilər: “Bizim təkcə dünya həyatımız var­dır. Biz ölürük və doğuluruq və bizi uzun müddətdən başqa heç nə məhv etmir.” Onların bu barədə heç bir biliyi yoxdur. Onlar yalnız zənn edirlər.”

Dirilməni inkar edən kafirlər elə hesab edirlər ki, hər şey bir-bi­­ri­­nin ardınca ötüb gedir: gündüz gecəni əvəz edir, insanlar do­ğu­lur və ölür, lakin onlardan heç biri Allaha qayıtmır və on­lar­dan heç ki­­mi cə­zalan­dırmır və mükafatlandırmırlar. Onlar tə­səv­vür­ləri belə ol­­ma­yan şeylər haqqında danışırlar. Onlar Axirət hə­ya­tını inkar edir, sadiq el­çiləri, hər hansı bir dəlilə və fakta istinad et­­mədən, ya­landa günah­lan­dırırlar. Onlar gümana qapılır, eh­ti­mal edirlər və ger­çəklikdən ina­nıl­mayacaq dərəcədə uzaq olduq­la­rı­na görə Föv­qəl­uca belə bu­yu­rur:

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ
(45. 25) “Bizim aydın ayələrimizi onlara bəyan etdikdə, on­­lar ye­ga­nə dəlil olaraq deyirlər: “Doğru deyirsinizsə, bizim ata­­la­rı­mı­zı gətirin”.

Kafirlərin bəyanatları necə də kobuddur! Onlar qərara alıb­lar ki, Allahın elçiləri (onlara salam olsun!) öz doğruçu olmalarını ölü­lə­ri qə­birlərindən dirildməklə sübut etməlidirlər. Onlar iman gə­tir­mək­­dən im­tina edərək, bəyan edirlər ki, onları hər hansı əla­mət və mö­­cüzə inan­dıra bilməz. Onlar inadla ata və babalarının diril­dil­məsini tə­ləb edir­di­lər. Lakin onlar yalan deyirdilər, çünki haqqı tap­maq is­tə­mir­di­lər, təkcə Allah­ın dini­nin ya­yıl­ma­sı­na mane olmağa cəhd gös­tərirdilər.[2]

ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

Əgər bu belə deyilsə və əgər onlar doğrudan da Qiyamət gü­nünə iman gətiriblərsə, onda onlara xeyirxahlıq etməyə və hə­min Günə hazırlaşmağa mane olan nədir?
 ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ

(45. 27) “Göylərin və yerin üzərində hökümranlıq Allaha məx­­sus­­dur. Həmin Gün ki, saat gələcək, yalan tərəfdarları zə­rə­rə uğra­yacaqlar.”

Fövqəluca bu ayədə Öz hakimiyyətinin əzəməti və Onun Öz ucsuz-bucaqsız mülkündə Yeganə Hakim və Hökmdar ol­du­ğu­nu xəbər verir. Qiyamət saatı başladıqda isə O (Pak və Müqəddəs), Özünün bü­tün yaratdıqlarını qarşısında toplayacaq və onda haq­qı inkar edən və yalanla onun nurunu söndürməyə cəhd gös­tə­rən kafirləri böyük bir mə­­yusluq çulğayacaqdır. Onların əməl­lə­ri əbəs olacaqdır və onlara fayda verməyəcəkdir, çünki onların əsa­sı yalanla yoğrulmuşdu. Bu dəh­şətli gündə onlar həqiqəti bilə­cək­lər, lakin mükafat almayacaqlar, çünki onların qisməti əzab-əziyyətli cəza olacaqdır.

ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(45. 28) “Sən bütün ümmətləri diz çökmüş görəcəksən. Hər bir ümməti öz Kitabına dəvət edəcəklər: “Bu gün sizə əməl­lə­­rinizin əvə­zi veriləcək.”

Fövqəluca Qiyamət günü insanların hiss edəcəyi dəhşəti təs­­­vir edir. Həmin günü təsəvvür et, – ola bilsin ki, sən Allahdan qor­­xarsan və Onunla görüşəcəyinə hazırlaşasan. Sən insanların ürək­­lərini çulğa­yan qorxudan və dəhşətdən diz çokdüklərini gö­rər­­sən; bütün canlı məx­­­luqlar Mərhəmətli Hökmdarın hökmünü göz­ləyəcəklər.
Hər bir dinə məxsus olan ümmət öz Kitabına dəvət olu­na­caq, yə­ni, öz peyğəmbərinin Allahın adından bəyan etdiyi şəriə­ti­nə uy­ğun ola­­raq cavab verməyə çağırılacaq. Onda öz peyğəm­bə­ri­nə itaət edən mü­kafatlan­dırılacaq, kim ki, dininin hökümlərini unut­muş olsa, ağır zə­rər çəkəcək. Musanın (ə) ardıcılları Musanın (ə) şəriətinə, İsa­nın (ə) ar­dı­cılları İsanın (ə) şəriətinə, Muhəm­mə­din (s.ə.s.) da­vam­çı­la­rı da Muhəmmə­din (s.ə.s.) şəriətinə uyğun ola­raq cavab ve­rə­cək­lər. Belə­lik­lə, hər bir xalq Allah qarşısında öz pey­ğəmbərinin şəriə­ti­nə uyğun mə­suliyyət daşıyacaqdır. Bu – hə­min ayənin şərh­lə­rin­dən biridir və əs­lin­də də doğrudur, öz səhih­liyinə şübhə yeri qoymur.
Başqa bir rəyə görə, hər bir insan onun yaxşı və pis əməl­lə­ri­­­nin yazıldığı kitabına uyğun olaraq cavab verməyə çağırılacaq və hər kəs yalnız öz əməllərinə görə cavab verəcək. Buna görə Föv­­­­qəluca belə bu­yurur: “Kim saleh əməl işlədərsə, öz xeyri­nə­dir. Kim ki, pislik edər­sə, o da özünə pislik edər...” (Casiyə, 45/15).
Bəzi şərhçilərin rəyinə görə, yuxarıda sadalanan hər iki izah əda­lətli və səhihdir, çünki sonra Fövqəluca belə buyurur:
ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

(45. 29) “Bizim bu Kitabımız sizə qarşı həqiqəti söyləyir, çün­ki Biz sizin əməllərinizi yazırdıq”.

Sizə nazil edilmiş Kitab sizin aranızda ədalətlə hökm çı­xart­mağa kömək edəcəkdir. Bu çətin olmayacaqdır, çünki sizin bütün əməlləriniz mələklər tərəfindən yazılırdı.

ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
(45. 30) “Amma iman gətirib, xeyirxah işlər görənlərə gəl­dik­də isə, onların Rəbbi onları Öz mərhəməti altına alacaqdır. Bu isə par­laq nailiyyət­dir».

Fövqəluca bildirir ki, insanlar iki qrupa bölünəcəklər və O (Pak və Müqəddəs), hər iki qrupun taleyi haqqında xəbər ve­­rir. Rəbb Al­laha səmi­miy­yətlə iman gətirənləri, onlar öz iman­­ı­nı əməlləri ilə, dinin fərz və fərdi hökümlərini yerinə ye­tir­­mək­lə təsdiq etdikləri üçün, Cənnət bağ­larına daxil edə­cək­dir. Orada möminləri əbədi məmnunluq və xoşbəxt h­ə­yat göz­ləyir. Bu, həmin ən böyük nailiyyətdir və bunun sa­yə­sində Al­la­h­ın qulu arzu etdiyi nemət­lə­ri alacaq və hər hansı şər­dən qur­tula­caqdır.

ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ


(45. 31) “Lakin o kəslər ki, iman gətirməyiblər, onlara de­yiləcək: “Mə­­­­gər sizə Mənim ayələrim oxunmamışdımı? Siz tə­kəb­bürlü və günahkar insanlar idiniz».

Məgər sizə xilas yolunu göstərməmişdilərmi və sizi məhv ol­­­­maq­dan çəkindirməmişdilərmi? Lakin siz Bizim sizə əta et­di­yi­miz bü­tün ne­mət­lərin ən böyüyündən istifadə etmədiniz. Siz Bi­zim nəsihət­lərimizdən tə­kəbbürlə üz döndərdiniz, kafir oldunuz və ən qorxunc və dəhşətli ci­nayətə - Allaha qarşı cinayətə əl at­dı­nız. İndi isə siz məhkum edilmiş­si­niz və yer üzündə bütün törət­dik­lərinizin əvəzini alacaqsınız.

ﰍﰎ ﰏﰐ ﰑ ﰒﰓﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ ﰣ
(45. 32) “Deyəndə ki, Allahın vədi haqdır və Saata şəkk-şüb­­­hə edilə bilməz, siz cavab verirdiniz ki: “Biz Saatın nə ol­du­ğu­­­nu bil­mi­rik. Biz zənn edirik ki, bu yalnız bir ehtimaldır. Biz qə­­ti əmin de­yi­lik».

Siz dirilmə və əvəz veriləcəyi haqqında doğru xəbəri yalan he­­sab etdiniz. Sizin minnətdarlığınız belədirmi?! Fövqəluca Allah bu dünya­da kafirlərin rəftarını xatırlatdıqdan sonra onların Axi­rət­­­­dəki gələcək ta­leyin­dən bəhs edib, belə buyurur:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ
(45. 33) “Onlar törətdikləri pis əməlləri qarşılarında gö­rə­cək və istehza etdikləri onları əhatə edəcəkdir».
            
Onlar cinayətlərinin yaramaz nəticələrini öz gözləri ilə gö­rə­cək və yer üzündə yaşadıqları zaman insanları məsxərəyə qoy­duq­­­larına gö­rə onları amansız cəza yaxalayacaqdır.

ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ

(45. 34) “Deyiləcəkdir: “Bu gün siz bu Günlə görüşəcə­yi­ni­zi unutduğunuz kimi, Biz də sizi unudacağıq. Sizin sı­ğı­na­ca­ğı­nız Od ola­caq, köməkçiləriniz isə olmayacaqdır”.

Biz sizi Rəbbinizin hüzurunda dayanmalı olacağınızı yad­dan çı­xart­dığınıza görə Cəhənnəmə atıb yandıracağıq. Heç kim si­zi oradan xilas edə və Allahın cəzasından müdafiə edə bil­mə­yə­cək. Həqiqətən, Rəbbin verəcəyi əvəz həmişə insanların əməl­lə­ri­nə uyğun olacaqdır.

 ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ
(45. 35) “Bu, sizə - Allahın ayələrinə istehza etdiyinizə və dün­­­ya hə­yatına aldandığınıza görədir. Bu gün onlar oradan çıx­ma­­­ya­caq­­lar və on­lardan tövbə tələb olunmayacaq”.

Bu cəza Allahın ayələrini məsxərəyə qoyduğunuza görə si­zin ba­şınıza gəlmişdir. Siz ciddi-cəhdlə düşünməli olduğunuz şey­­­­­­lərə necə olub ki, bu tərzdə yanaşmısınız? Halbuki buna sə­mi­miy­­­­­­yətlə sevinməli idiniz. Siz dünya ləzzətlərinə və məm­nun­luq­la­­rına aludə olduğunuz üçün belə davranırdınız ki, onlarda sevinc və rahatlıq tapıb, yalnız onların xatirinə çalışırdınız və ölüm­­­­­­dən sonra əbədi həyatı yad­dan çıxartmışdınız. İndi isə, möh­lət veril­məyəcək və siz əvvəlki həya­tı­nıza qaytarılmayacaqsınız ki, tövbə edəsiniz və xeyirxah işlər görəsi­niz.

ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ

(45. 36) “Həmd olsun Allaha, göylərin və yerin Rəbbinə, aləm­­lərin Rəbbinə!”

Bu həmd Onun əzəmətinə, şan-şöhrətinə və föv­qəl­qüd­rə­ti­nə la­yiqdir. O (Pak və Müqəddəs), – bütün məxluqların Rəbbidir. O (Pak və Müqəddəs), onları yaratmış, saysız-hesabsız gözlə gö­rü­lən və görül­mə­si mümkün olmayan nemətlərlə təmin etmiş və on­ların qayğısını çəkir.

ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ

(45. 37) “Göylərdə və yerdə böyüklük Ona məxsusdur. O – Föv­qəlqüdrətlidir, Müdrikdir».

Allaha həmd edilməsi Onun kamil sifətlərinin və gözəl ad­la­­­­rının şərəfləndirilməsini nəzərdə tutur və həmçinin Ona mə­həb­bət və ehti­ram bəsləndiyini bildirir. Allahın əzəməti isə Onun föv­qəl­­qüdrətini və şöhrə­tini eyniləşdirir. Bilmək lazımdır ki, ibadət iki meyara: Allaha mə­həbbətə və Onun hüzurunda mütiliyə əsas­la­nır. Bunların hər ikisinə yal­nız Onun həmdəlayiq sifətlərini, föv­qəl­­qüdrətini və şan-şöhrətini dərk etməklə nail olmaq müm­kün­dür.
Elə buna görə Allah bildirmişdir ki, Onun gözəl adları ara­sın­­­da – Fövqəlqüdrətli və Müdrik adları da vardır. Bütün varlıqlar Ona itaət­kar­dırlar. O (Pak və Müqəddəs), hər şeyi öz yerində yer­ləş­­dirir və yal­nız fayda verən şeyləri həyata keçirir. O (Pak və Müqəddəs), Kainatı onun bütün məxluqları ilə xəlq etmiş, əda­lət­li qanunlar nazil etmiş və bütün bunların hamısı hikmətlə ic­ra olun­duğundan Onun qullarına ən böyük fayda bəxş edir.




[1] Əraf, 7/199. (F.S.)
[2] Həmd olsun Fövqəlmüdrik, Fövqəlqüdrətli Allaha ki, Quranından və Peyğəmbərinin (s.ə.s.) Sün­nə­sin­dən sonra, bəşəriyyətə, Özünün  misilsiz qanun və qadağalarını beləcə  sadə, gözəl və anlaşıqlı tərz­də şərh etməyə qadir olan  müdrik alimlər bəxş etmişdir! Möhtərəm Əbdürrəhman. əs-Sədinin bu çox də­yərli əsərdə çıxartdığı faydalı nəticələri Allahın dinini təqvalı insanların çox asanlıqla qavramasına sə­bəb olur. Kursiv mənimdir. Azərbaycan ədəbiyyatında da ölülərin diril­dilməsinə dair yuxarıdakı müd­dəa ilə bağlı maraqlı nümunələr mövcuddur (Məs.: C. Məmmədquluzadə, “Ölülər”). F.S.

Комментариев нет:

Отправить комментарий