среда, 2 мая 2012 г.

60. ƏL-MÜMTƏHƏNƏ SURƏSİNİN ŞƏRHİ


SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

 Mərhəmətli və Rəhimli Allahın adı ilə!     

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ


(60. 1) “Ey iman gətirənlər! Mənim də düşmənim, sizin də düş­­­mə­niniz olanı hami götürməyin! Siz sevərək onlara ürə­yi­ni­zi açırsı­nız, halbuki onlar sizə gələn haqqa iman gətirmirlər. On­lar Elçini və sizi Rəbbiniz Allaha iman gətirdiyinizə görə qo­vur­lar. Əgər siz Mə­nim yolumda və Mənim razılığıma nail ol­maq üçün döyüşə çıxmısı­nızsa, onda onlara gizlində də mə­həb­bət bəsləmə­yin. Mən sizin giz­lətdiklə­rinizi də, bəyan et­dik­lə­ri­ni­zi də bilirəm. Kim belə edirsə, o, doğru yoldan çıxmışdır».
Quranın bir çox şərhçilərinin rəyinə görə, bu ayələr Xatıb b. Əbu Bəltəə ilə əlaqədar nazil edilmişdi. Allahın Elçisi (ona Allahın sa­lavatı və salamı olsun!) Məkkə üzərinə yürüşə hazırlaşarkən, Xa­tıb Məkkə müş­riklərinə bir məktub yazmış və onda Pey­ğəm­bə­rin (ona Allahın sa­lavatı və salamı olsun!) planları haqqında xəbər ver­miş­­di. Xatıb Allahın dininə şübhə etməmişdi və onun hərəkəti iki­üz­­lülük və müna­fiqlik deyildi. O, bu addımı ona görə atmışdı ki, qu­­reyşlilər onun Mək­kədə yaşayan ailəsinə ehtiramla yanaş­sın­lar. O, məktubu bir qadınla göndərmişdi və Fövqəluca bunu El­çis­inə (ona Allahın salavatı və sala­mı olsun!) xəbər vermişdi. On­da Pey­ğəm­­­bər (ona Allahın salavatı və sa­lamı olsun!) də qadın Mək­kəyə ça­­­tmamış, ona çatıb məktubu on­dan almağı tap­şır­mış­dı. O (s.ə.s.), Xa­tıbi bu hərəkətinə görə qınamışdı, lakin ona bə­raət qa­zan­dıran sə­bə­bi dinlədikdən sonra, onu bağışla­mışdı.
Bu barədə nazil edilmiş ayələrdə Fövqəluca möminlərə ka­fir­lərlə dostluq etməyi, onların müşrik və ya hər hansı başqa birisi ol­masına baxma­yaraq, qəti şəkildə qadağan etmişdir. O (Pak və Müqəddəs), onlarla mehriban dostluq əlaqələri yaratmağı haram et­miş və bildir­mişdir ki, bu haqq dinlə və Allahın sevimlisi İbra­him peyğəmbərin (ə) düz yolu ilə bir araya sığmır. Bundan başqa, bu, sağlam təfəkkürə də ziddir, çünki o, insanı var qüvvəsi ilə düş­məndən qorunmağa yönəldir. Bu düşmən, əleyhdarı olan mü­səl­manlarla mübarizədə qüvvələrini əsir­gəmir və onlara zərər vur­maq üçün hər bir imkandan istifadə et­məyə hazırdır.
Ey möminlər! Bu sözlər sizə yönəldilmişdir ki, siz dininizin tə­­ləblərini yerinə yetirəsiniz, möminləri sevəsiniz və düş­mən­lə­ri­ni­zə qar­şı ədavət bəsləyəsiniz, çünki onlar Allahın düşmənləridir. Mə­nim düş­mənlərimlə və öz düşmənlərinizlə dostluq əlaqələri ya­rat­mayın. Siz on­lara öz dostluğunuzu təklif edəndə onlarla sıx əla­qələr yaratmağa və onların rəğbətini qazanmağa çalışırsınız ki, bu sizi, öz növbəsində, müt­ləq onları sevməyə və onlara kömək gös­tərməyə məcbur edəcək. Onda isə siz dinin ağuşunu tərk edə­cək­siniz və özünüz də kafir ola­caqsınız.
Kafirlərlə dostluq edən insan igidlikdən məhrumdur, əks hal­da, o, özünün ən qatı düşməninə, onun üçün pislikdən başqa heç nə ar­zu­la­mayana və ona yalnız xeyirxahlıq arzulayan, yaxşılıq ö­y­rədən və yax­­şılıq etməyi buyuran Rəbbinin və Himayədarının əley­hinə çıxana mehriban­ca­sına yanaşmazdı.
Ey iman gətirənlər! Kafirlər sizə gəlmiş haqdan üz dön­dər­miş­lər və artıq təkcə buna görə sizin ədavətinizə və nifrətinizə la­yiq­dirlər. Si­zin, Allahın dininin əsaslarını inkar edənlərlə və məhz si­zi yolunuzdan azmış hesab edənlərlə ziddiyyətinizdən daha bö­yük ziddiyyət və qarşı­durma yoxdur. Onlar şübhə edilməsi müm­kün olmayan haqdan üz döndərmişlər. Buna görə onlar dəlil­lər­dən məhrumdurlar və sizə öz id­dialarının doğru­luğunu sübut et­mə­yə qabil deyillər. Bundan başqa, haqq barəsində sadə bir təsəv­vür kifayətdir ki, onların baxışlarının ya­lançılığı və nöqsanlılığı üzə çıxsın.
Onlar özlərinin sizə qarşı bəslədikləri azğın ədavətindən El­çi­ni (ona Allahın salavatı və salamı olsun!) və sizi öz isti ocaq­la­rı­nız­dan və doğma yerlərinizdən qovurlar. Siz onların qarşısında heç bir günah işlətməmisiniz – məsələ orasındadır ki, siz Vahid Rəb­­bə iman gətirir­si­niz. Bütün məxluqlar da Ona ibadət etmə­li­dir­­lər, çünki O (Pak və Müqəddəs), onları tərbiyələndirmiş və on­la­­ra Öz nemətlərini əta etmişdir – bunların bir hissəsini onlar görə bi­­lir, bir hissəsini isə onların gözləri görə bilmir. Siz Onun qar­şı­sın­­da öz ən vacib vəzifənizi yerinə yetir­məyə mütiliklə razılıq ver­mi­­siniz, onlar isə ondan üz döndərmişlər və sizinlə düşmənçilik et­məyə başlamış, sizi ev-eşiyinizi tərk etməyə məcbur qoymuşlar.
Havaxt, harada yaşamalarından asılı olmayaraq bu xis­lət­lə­rə mütləq malik olan kafirlərlə dostluq edənlərin imanı, igidliyi və ağ­lı haradadır? Həqiqətən, onları möminlərə qarşı mü­ba­ri­zə­dən yal­nız qorxu və ya yenilməz bir qüvvə saxlaya bilər.
Əgər siz Allahın Sözünü ucaltmaq və bunun uğrunda mü­ba­ri­zə etmək istəyirsinizsə, onda siz möminlərə yaraşan tərzdə dav­ra­nın: etiqadınız üzrə qardaşlarınızı sevin və öz düş­mən­lə­ri­ni­zə nifrət bəs­lə­yin. Bu – Allah yolunda ən əzəmətli mübarizə və Ona ya­xın­laş­ma­ğın və Onun lütüfkarlığını qazanmağın ən yaxşı üsu­ludur.
Siz hər şeyin, gizlətdiyinizin də, açıqladığınızın da Allaha mə­­lum olduğunu bildiyiniz halda, kafirlərə bəslədiyiniz dostluq hiss­lə­ri­ni­zi necə gizli saxlaya bilərsiniz?! Siz ürəklərinizdəki sirləri mö­min­lərdən gizlədə bilərsiniz, lakin onları Allahdan gizlətmək ol­maz. O (Pak və Müqəddəs), qullarına yaxşı və pis əməllərinə görə mütləq əvəz verəcəkdir. Bundan sonra da sizdən kimsə, Rəb­bin xəbərdarlığına bax­madan, kafirlərə dostluq hissləri bəsləyərsə, on­da o, şəriətin, sağlam düşüncənin və insan ləyaqə­tinin yö­nəlt­di­yi yoldan yayınmış olar.
           
ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(60. 2) “Əgər onlar sizi ələ keçirsələr, sizinlə düşmən kimi do­­la­nar­, pislik edər, əlləri və dilləri ilə sizin kafir olmanızı is­tə­yər­lər».

Fövqəluca möminlərdə kafirlərə qarşı nifrət oyatmağı qə­ra­ra alır və bildirir ki, onlar da müsəlmanlara qarşı kin və əda­vət bəs­­ləyirlər. Əgər rastlaşdıqda onların müsəlmanlara zərər vurmaq im­­kanı əllərinə keçdikdə, onlar öz kinini gizlətməyəck və öz əl­lə­ri və dilləri ilə zərər vuracaqlar. Onlar, müsəlmanlar kafir ola­na­dək döyüşəcək, mübarizə aparacaq və söyüşəcəklər. Həqiqətən də, məhz bu – kafirlərin məqsədi və vəzi­fəsidir.

ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ
(60. 3) “Sizə nə qohumlarınız, nə də övladlarınız kömək et­­­­­­mə­yə­­cəklər. Qiyamət günü O, sizi bir-birinzdən ayıracaqdır. Al­­­­­lah əməllə­ri­nizi Görəndir».
Əgər siz özünüzə bəraət qazandırmağa başlasanız və on­lar­la, öz qohumluq əlaqələrinizə və ya var-dövlətə görə dostluq edir­si­­niz, desə­niz, onda bilin ki, Qiyamət günü nə sizin qohumlarınız, nə də övlad­la­rınız sizə Allahın cəzasından xilas olmağa kömək et­mə­­­yəcəklər və O (Pak və Müqəddəs), ədalətli hökmünü verə­cək­dir. Buna görə də siz kafirlərlə dostluq etməmək barədə xəbərdar edi­lirsiniz. Bu dostluq sizə ziyandan başqa heç nə verməyəcəkdir.

ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ

(60. 4) “Həqiqətən, İbrahim və onunla olanlar sizə gözəl ör­­­nək idi­lər. Onlar öz xalqına dedilər: “Doğrusu, biz sizdən və Al­lah­dan başqa ibadət etdiklərinizdən üz döndəririk. Biz sizi in­kar edirik və sizinlə bizim aramızda, siz tək Allaha iman gəti­rə­nədək, həmişəlik düşmənçilik və kin-küdurət yaranmışdır». Yal­nız İbrahim atasına de­di: “Mən hök­mən səndən ötrü xahiş edə­cəyəm, lakin mən Allah qarşısında sənə kö­mək etmək iq­ti­da­rında deyiləm. Ey Rəbbimiz! Təkcə Sənə Təvəkkül edirik, Tək­cə Sənə dua edirik və Qayıdış Sənə­dir».

Ey möminlər! İbrahim (ə) və onun (ə) iman gətirmiş ardı­cıl­la­rı mö­minliyin nümunəsi idilər və əgər siz onların yolu ilə get­sə­niz, çoxlu nemətlər əldə edərsiniz. Məhz buna görə sizə buyu­rul­muş­dur ki, səmi­miyyət və sədaqətlə onların ardınca gedin. Onlar öz qohum-əqraba­la­rın­dan və onların bütlərindən üz döndərdilər. Son­ra onlar ən parlaq şəkildə onlara düşmən olduqlarını bəyan et­dilər və dedilər: “Biz ürək­lə­rimizdə sizə nifrət bəsləyirik, bədən­lə­ri­miz isə sizinlə ədavətə ha­zır­dır. Biz sizi, əvvəllər olduğu kimi sev­mirik – bundan sonra sevginin yerini nifrət tutmuşdur ki, onun sonu və hü­­dudu yoxdur. O, bizi, siz kafirlik burulğanında az­ğınlıq edə­nə­dək və Vahid Allaha iman gətir­məyənədək, sizdən hə­mişə ayı­ra­caq. Əgər siz Vahid Allaha iman gə­tir­səniz, onda biz düş­mənçiliyi və nifrəti unudarıq, çünki sizi bütün qəl­bimizlə se­vərik».
Ey iman gətirənlər! İbrahim peyğəmbər (ə) və onun (ə) mö­min ardıcılları sizə həqiqi imana və tövhid dininə etiqad etməklə və Vahid Allaha necə ibadət etməklə bağlı gözəl ibrət dərsi ver­miş­lər. Yalnız İbrahim (ə) atasına demişdi: “Mən hökmən sənin ba­ğışlanman haq­qın­da dua edəcəyəm, amma Allah qarşısında sə­nə nə iləsə kömək etməyə qadir deyiləm. İbrahim peyğəmbərin (ə) ata­sı Azər Allaha iman gətir­məkdən imtina etdi və Onun ira­də­sinə müqavimət göstərməklə müşrik olaraq qaldı. İbrahim (ə) onu Rəb­bə iman gətirməyə və uydurma “ilahlara” ibadət etməməyə ça­ğırırdı, lakin o, onun (ə) dəvətini rədd etdi. Belə olduqda, İb­ra­him (ə) ona dedi ki, ümidlə Allaha yalvaracaq və Rəbb onun (ə) dua­larını eşidər.
Lakin ey iman gətirənlər, siz İbrahimin (ə), bir bütpərəst üçün Allaha dua etməsi kimi, bu hərəkətini əlinizdə əsas tut­ma­ma­lısınız. Siz, bəraət qazanmaq üçün İbrahim peyğəmbərin (ə) nü­munəsini əsas götürüb, onlara görə dua edə bilməzsiniz. İb­ra­hi­min (ə) bununla əla­qə­dar bəraət almaq haqqı var idi, çünki Föv­qəl­uca belə buyurur: “İbrahi­min atasından ötrü duası yalnız ona ver­d­iyi vədinin icrası idi. O, bil­dikdə ki, atası Allahın düş­mə­ni­dir, o, ondan üz dön­dərdi...” (Tövbə, 9/114).
Siz İbrahimin (ə) və onunla bərabər iman gətirmiş olanların Al­laha necə səmimiyyətlə dua etdiklərini, Ona necə təvəkkül et­dik­­lə­rini və öz gücsüzlüyü və öz nöqsanlarına görə necə tövbə et­dik­lərini nümunə gö­türməlisiniz. Onlar deyirdilər: “Ey Rəbbimiz! Biz ümid edir və qəti əminik ki, Sən bizə xeyirə nail olmaq və şər­dən qaçınmaq üçün bizə kömək edəcəksən. Biz yalnız Sənə mü­ra­ci­ət edirik, yəni, Sənə itaət edirik və var qüvvəmizlə çalışırıq ki, öz əməllərimizlə Sənə yaxınlaşaq və Sənin lütüfkarlığını qazanaq. Biz söz veririk ki, xeyir­xah işlər gör­məkdə səy göstərək, çünki bilirik ki, bizim hər birimiz Sənə qayıda­cağıq. Bundan sonra biz Sənin qarşında dayanaca­ğımız Həmin saata hazırlaşacağıq və yalnız bizi Sənə yaxınlaşdıran əməlləri yerinə yetir­məyə səy göstərəcəyik.

ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ

(60. 5) “Ey Rəbbimiz! Bizi kafirlər üçün fitnə etmə. Ey Rəb­­bi­miz, bizi bağışla, axı Sən – Fövqəlqüdrətlisən, Müd­rik­sən».

Bizi kafirlər üçün fitnə etmə, yəni, günahlarımız üzündən on­­lara bizim üstümüzdə hökümranlıq etməyə yol vermə ki, onlar bi­zə pislik edə bilməsinlər və bizi haqq dindən ayıra bilməsinlər. Əgər onlar gör­sələr ki, bizə qalib gəlirlər, onda daha artıq küfrə ba­ta­caqlar. Onlar elə hesab edəcəklər ki, özləri doğru yolla ge­dir­lər, biz isə azğınlıqdayıq və bu onların küfrünü və şərəfsizliyini da­ha da artıracaq.
Ey Rəbbimiz, bağışla bizim günahlarımızı və cina­yət­lə­ri­mi­zi, bi­zim səhvlərimizi və nöqsanlarımızı, axı Sən – Föv­qəl­qüd­rət­li­sən, Müd­rik­sən. Sənin fövqəlqüdrətin sayəsində Sən bütün varlıq­la­ra höküm­darlıq edirsən, müdrikliyin sayəsində isə, Sən hər şeyi öz yerində yerləşdirirsən. Ey Rəbbimiz! Öz hökmün və müdrik­li­yi­nin əsasında bizə düş­mənlərimiz üzərində qələbə əta et, günah­la­rımızı bağışla və bizi qüsur­lardan xilas et.


 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(60. 6) “Həqiqətən, onlar sizin üçün gözəl örnək idilər – o kəs­­lər üçün ki, onlar Allaha və Axirətə ümid bəsləyərlər. Kim ki, üz çe­virərsə, bilsin ki, Allah – Zəngindir, Həmdəlayiqdir”.
Fövqəluca bir daha möminləri Özünün sevimlisi İbrahimin (ə) və onun (ə) ardıcıllarının yoluna sadiq qalmağa çağırır. Lakin heç də ha­mı onların nümunəsini götürməyə nail ola bilmir, çünki Allah bu və­zifəni yalnız Ona və Qiyamət gününə ümid bəslə­yən­lər üçün asan­laşdırır. Həqi­qə­tən, Onun mükafatlandıracağına iman və ümid bəs­ləmək in­sana ən mürəkkəb vəzifələri yerinə ye­tir­məkdə kömək edir. Bunların sayəsində hətta ən böyük və çətin bir şey belə kiçilir və yüngülləşir. Qəti yəqinlik Allahın qulunu öz m­ö­min qar­daş­la­rı­nın, peyğəmbərlərin və elçilərin izi ilə getməyə yö­nəldir. Bundan baş­qa, mömin insan buna böyük ehtiyac duyur.
Əgər kimsə Allaha itaətdən üz döndərirsə və Onun el­çi­lə­ri­nin nü­munəsinə istinad etmirsə, onda o, bununla özündən başqa heç ki­mə, o cümlədən, heç nə ilə Allaha zərər vurmur, çünki O (Pak və Müqəddəs), heç kimə möhtac deyildir. Zəngin və Həm­də­la­yiq – Onun gözəl ad­­larındandır. Onun var-dövləti hüdudsuz və tü­kən­­məzdir və bun­ların sayəsində O (Pak və Müqəddəs), Öz məx­luq­la­rı­na qətiyyən möh­tac deyildir. Onun İlahi zatı, fövqəlali mə­ziy­yət­lə­ri və müdrik əməlləri – bütün bunlar ən böyük tərifə la­yiq­dir.

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ
(60. 7) “Bəlkə, Allah sizlə düşmənçilik etdikləriniz ara­sın­da dost­­luq yaratdı. Allah – Fövqəlqüdrətlidir. Allah – Bağışla­yan­­dır, Rəhimli­dir».

Fövqəluca bir daha qeyd edir ki, möminlər müşriklərə yal­nız on­lar uydurma ilahlara ibadət edənədək və Vahid Allaha iman gətirmə­yənədək düşmənçilik hissi bəsləməlidirlər. Onlar bun­dan əl çəkdikdə və haqq dini qəbul etdikdə, onların arasında sev­gi və qardaşlıq bərpa olunacaq.
Ey iman gətirənlər! Onların iman gətirəcəyinə ümidinizi itir­­mə­­yin. Allah sizinlə ədavət bəslədikləriniz arasında dostluq ya­rat­ma­ğa qadirdir. Müdrik qərar həmişə hər hansı bir səbəbin nə­ti­cə­si­dir və sizin onlarla dostluğunuzun səbəbi onların imanı və töv­bəsi ola­caqdır. Allah – föv­qəl­qüdrətlidir və elə bir günah yox­dur ki, O (Pak və Müqəddəs), onu bağış­lamasın. Elə bir qəbahət də yox­dur ki, O (Pak və Müqəddəs), onu gizlədə bilməsin. Məhz bu­na görə Qu­ran ayəsində belə buyurulur: “Mənim özlərinə ziyan vur­maq­da if­ra­ta va­ran qullarıma de: “Allahın mərhə­mə­tindən ümid­lə­rini kəs­mə­sinlər. Həqiqətən, Allah günahları tamam ba­ğış­layır, çünki O – Bağışla­yan­dır, Rəhimlidir” (Zumər, 39/53).
Bu ayə onu göstərir ki, müşriklərin və kafirlərin arasında elə­ləri də var ki, onlar islamı qəbul edəcəklər, amma hələ onlar mö­minlərin düşmən­ləridir. Tarixdə bunlara dair nə qədər nü­mu­nələr var! Buna görə həmd yalnız Allaha məxsusdur!
Bu ayələr nazil edildiyi və iman gətirənlərə kafirlərə düş­mən­­çilik bəsləmək əmr olunduğu zaman Peyğəmbərin (ona Al­la­hın salavatı və sa­lamı olsun!) mömin səhabələri o saat bunu ye­ri­nə yetirməyə getdilər. Onlar hətta müşrik qalan bəzi qohumları ilə əla­qə saxladıqlarına görə tövbə etməyə başlamışdılar və belə zənn edir­di­lər ki, Allah bunu onlara qa­dağan etmişdir. Buna görə sonra O (Pak və Müqəddəs), bildirir ki, ka­firlərlə dostluğun qadağan edil­mə­si, möminlərdən öz kafir qohumla­rı­nın hər biri ilə qohum­luq əla­qələrini kəsməyi tələb etmir.

 ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
(60. 8) “Allah dininizə görə sizinlə döyüşməyənlər və sizi ev­lə­ri­­niz­dən qovmayanlarla xeyirxah və ədalətli olmağı sizə qa­da­ğan et­mir. Həqiqətən, Allah ədalətliləri sevir”[1].
Allah sizə, qohum olmasından asılı olmayaraq, müşrikləri və ka­fir­ləri, əgər onlar sizinlə dininizə görə döyüşmür və sizi ev­lə­ri­niz­dən qov­­murlarsa, onları yoluxmağı, onlara yardım gös­tər­mə­yi və onların yax­şı­lı­ğına yaxşılıqla, ədalətə ədalətlə cavab ver­məyi qa­dağan etmir. Siz onlarla xeyirxah əlaqələr saxlayarkən günah et­mirsiniz və bunda pis bir şey yoxdur.
Fövqəluca Allah müsəlmanların öz kafir valideynlərinə ne­cə mü­na­si­bət bəsləmələrindən bəhs edərək, belə buyurur: “Əgər on­lar sə­nin­lə, Mənə biliyin olmayanları şərik qoşmağın üçün dö­yüş­sələr, onda on­lara tabe olma, lakin onlarla bu dünyada yax­şı davran, Mənə üz tu­tanların yolu ilə get...” (Loğman, 31/15).

ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

(60. 9) “Allah sizə yalnız sizinlə dininizə görə döyü­şən­lər­lə, si­zi evlərinizdən çıxarıb, qovulmağınıza səbəb olanlarla dostluğu qa­­da­ğan edir. Amma onları özlərinə hami və dost tu­tan­lar – za­lım­­lar­dır».

Allahın dininə və onun davamçılarına düş­mənçilik et­dik­lə­ri­nə görə, onlara qarşı vuruşanlarla dostluq etmək möminlərə qa­da­ğan edil­mişdir. O (Pak və Müqəddəs), onlara belələrinə üz gös­tər­mə­­yi, onları sev­məyi və onlara ya sözlə, ya da əməllə meh­ri­ban­çı­lıq gös­tərməyi qa­dağan edir. Belə insanlara yaxşılıq etmək mə­sə­lə­sinə gəl­dikdə isə, mü­səlman, onlara məhəbbət bəsləməmək və on­ların ci­nayətləri ilə razılaş­mamaq şərti ilə, xeyirxahlıq edə bilər. Bun­dan başqa, onlara belə mü­nasibət qohumlara, insanlara və ümu­miy­yət­lə Allahın məxluqlarına göstərilən xeyirxahlıq­lardan bi­ridir və Föv­qəl­­uca Rəbbin mükafata la­yiq gördüyü bir əməldir.
Kim onlarla dostluq edirsə, o – fasiq və zalım adamdır, həm də bu şərəfsizliyin və zalımlığın ağırlığı müsəlmanın kafirlə dost­lu­ğunun nə dərəcədə güclü olmasından asılıdır. Əgər o, Allahın düş­mənlərini bütün varlığı ilə sevirsə, onda bu böyük kafirlikdir və onu islamdan çıxarır. Əgər onlarla dostluq və onlara bəslənən mə­həbbət hissi o qədər də güclü deyilsə, onda insan müsəlman ola­raq qalır, lakin o, elə bir günah işlətmiş olur ki, bu bəzən ol­duq­ca dəhşətli və ağır ola bilər.

ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ
(60. 10) “Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib ya­­nı­nıza gəldikdə, onları sınaqdan keçirin. Allah onların ima­nı­nı daha yax­şı bilir. Siz bilsəniz ki, onlar mömindirlər, onda on­la­rı kafirlərə qaytar­ma­yın, çünki kafirlərin onlarla evlənməsi və on­ların kafirlərə ərə getməsi yolverilməzdir. Onlara sərf et­dik­lə­ri­ni qaytarın. Əgər siz onların müka­fatını ödədikdən sonra on­lar­la evlənsəniz, sizə günah olmaz. Kafir qa­dınlarınızla əla­qə­dən yapışmayın və onlar­dan sərf etdiyinizi geri tələb edin. Qoy on­lar da sərf etdiklərini tə­ləb etsinlər. Bu – Allahın hökmü­dür. O, aranızda Hökmverəndir. Allah – Bilən­dir, Müdrikdir”.

Xudeybiyyə sülh müqaviləsinin şərtləri Peyğəmbəri (ona Al­la­h­ın salavatı və salamı olsun!) onlardan qaçıb Mədinəyə pənah gə­tirən bü­tün müsəl­man­ları müşriklərə qaytarmağa məcbur et­miş­di. Sülh mü­qa­vi­ləsinin mətni ümumi xarakter daşıyırdı və həm kişilərə, həm də qa­dınlara aid idi.
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) ki­şi­ləri kafirlərə qaytarmağı qadağan etməmişdi. Bu, onun (s.ə.s.) öz və­zifələ­rini yerinə yetirə bilməsi və, əslində, müsəlmanlara böyük fay­da gə­tir­miş sülhü pozmaması üçün zəruri idi.
Lakin Rəbb iman gətirmiş qadınları kafirlərə qaytarmağı qa­­dağan etmişdi, çünki belə bir addım öz ardınca bir çox zərərli nə­ticələr verə bilərdi. Allah müsəlmanlara əmr etmişdi ki, onların ya­­nına hicrət edərək, köçüb gəlmiş müsəlman qadınları onların ima­nının səmimili­yinə şübhə yarandıqda sınaqdan keçirsinlər ki, Al­laha və Onun Elçi­si­nə (ona Allahın salavatı və salamı olsun!) sa­diq qalanları və əri ilə gö­rüşmək və ya, sadəcə, başqa bir şəhərə köç­mək və yaxud da hər hansı başqa dünyəvi fayda əldə etmək məq­sədi olanları ayırd etmək müm­kün olsun.
Hicrət edən qadınların yalnız dünyəvi məqsədlər güddüyü aş­­kar edildikdə, Allah onları kafirlərə qaytarmağı tapşırmışdı ki, mü­qa­vi­lə­nin şərtləri yerinə yetirilsin və pis nəticələr törənməsin. Əgər aydın ol­duqda və ya sınaq nəticəsində aşkar olduqda ki, on­lar səmimi iman gə­tirmiş­lərdir, onda onları geri qaytarmaq ol­maz­dı, çünki ka­firlərə on­larla evlən­məyə icazə verilmirdi, mömin qa­dınlara isə kafirlərə ərə get­mək qadağan edilmişdi.
Beləliklə, Allah, mömin müsəlman qadınların bütpərəstlərə qay­­­ta­rıl­masının əhəmiyyətli dərəcədə zərərli nəticələr verə bilə­cə­yi­ni və müsəl­man­ların onların yanına hicrət etmiş möminləri qay­tar­maq haq­qında öhdəliklərini nəzərə almış və iman gətirmiş qa­dın­lara qayğı gös­tərməyi və onları kafirlərə qaytarmamağı, əvə­zin­də isə, onların kafir arvadlarını onlara göndərməyi, onlara məh­­rum olduqları arvad­larına sərf etdikləri mehri qaytarmağı əmr etmişdi.
Bundan başqa, O (Pak və Müqəddəs), müsəlmanlara həmin qa­­dın­­larla, hətta onların kafir ərləri olmasına baxmayaraq, ev­lən­mə­yə ica­zə vermiş, bir şərtlə ki, müsəlmanlar öz gələcək zöv­cə­lə­rinə çatası nikah mükafatı olan mehr verə və onları layiqincə tə­min edə bilsinlər.
Onlar kafirlikdən əl çəkmədikcə müsəlman qadın kafirə ərə ge­­də bil­məz və müsəlman kişi də, kafir qadın öz küfründən əl çək­­mə­dikcə, onunla evlənə bilməz. Yalnız Kitab əh­lindən olan qa­dın­lar istis­na təşkil edirlər. Allah müsəlman kişilərə on­larla ev­lən­mə­yə icazə vermişdir.
 Ey möminlər! Siz öz kafir arvadlarınızı kafirlərə göndərən za­man öz sabiq zövcələrinizə ödədiyiniz mehrin sizə qay­tarıl­ma­sını tə­ləb edin. Əgər kafirlər sizə qaytarmalı olduqlarını özlərində sax­lasa­lar, onda sizə icazə verilir ki, bu məbləği, islamı qəbul et­dik­dən sonra ka­fir­ləri tərk etmiş arvadlarına görə qaytarmalı ol­du­ğunuz mehrin məb­ləğindən çıxasınız.
Bu ayə təsdiq edir ki, əgər ər öz zövcəsi ilə ər-arvadlıq hə­ya­tı­­na son verirsə, onda bunun əvəzini almaq haqqına malikdir. Əgər ni­kah bağlandıqdan sonra, kimsə xəbər versə ki, ər süd qo­hum­luğu və ya hər hansı başqa bir səbəb üzündən öz arvadı ilə ni­kahda ola bil­məz, onda bu barədə xəbər vermiş adam ərə, onun meh­rə sərf et­diyi məb­ləği ödə­məlidir.
Allah sizə Öz iradəsini belə ifadə etmiş və açıqlamışdır. Bilən və Müdrik adları Onun gözəl adlarındandır. O (Pak və Müqəddəs), sizin üçün hansı qanunların məqbul olduğundan xə­bər­dar­dır və Öz müd­rik­liyinə və mərhəmətinə müvafiq olaraq onları si­zin üçün təsdiq edir.

ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ ﰟ

(60. 11) “Əgər arvadlarınızdan kimsə sizdən kafirlərin ya­nı­na get­mişdirsə, bundan sonra isə siz hərbi qənimət al­mı­sı­nız­sa, onda arvadları onları tərk edənlərə verin. İman gətirdiyiniz Al­lahdan qor­xun».

Öncə biz demişdik ki, kafirlər sabiq arvadları mü­səl­man­la­rın ya­nına getdikləri[2] üçün müsəlmanlara çatacaq mehrin bir his­sə­sini ver­mirdilər. Buna görə möminlərə tapşırılmışdı ki, mehr ki­mi xərclənmiş pulu, arvadları kafirlərin yanına gedən ərlərə qə­ni­mət­dən ödəsinlər. Bununla yanaşı möminlərə Allahdan qorxmaq əmr olunmuşdu, çünki Rəbbə iman gətirmək insandan daima On­dan qorxmağı və dindarlığa riayət etməyi tələb edir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ
(60. 12) “Ey Peyğəmbər! Əgər mömin qadınlar sənin ya­nı­na gə­lib, Allaha şərik qoşmayacaqlarına, oğurluq etmə­yə­cək­lə­ri­nə, zinaya qurşanmayacaqlarına, övladlarını öldür­mə­yəcəkləri­nə, əlləri və ay­aq­ları arasında olanları böhtanla örtməyəcəkləri­nə, xeyirxah işlərdə sənə ita­ətsizlik etməyəcəklərinə and içsələr, on­da andlarını qəbul et və Allah­dan onlar üçün bağışlanma istə. Hə­qiqətən, Allah – Bağışla­yan­dır, Rəhimli­dir».

Bu ayədə sadalanan şərtlər “mömin qadınların andı” ad­lan­dı­­rı­lır. Onlar Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) sa­diq ola­caq­larına and içmişdilər və ömürlərinin son gününədək həm kişilərə, həm də qadınlara aid olan bütün hökümləri yerinə ye­ti­­rə­cək­lərinə söz vermişdilər. Kişilərə gəldikdə isə, onlara bir qə­dər daha çox öhdəlik va­cib qılınmışdı ki, bu da onların mövqeyi və imkanları ilə bağlı idi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın ona (s.ə.s.) əmr etdiklərini sözsüz yerinə yetirirdi və əgər qadınlar onun (s.ə.s.) yanına gələrək, həmin şərtləri yerinə yetirməyə and içir­­dilərsə, onda onların andını qəbul edirdi, onları xoş sözlərlə ruh­­landırırdı və Allahdan onların nöqsanlarını bağışlamağı və on­la­rı mömin etməyi di­ləyirdi.
Eyni zamanda iman gətirmiş qadınlar and içirdilər ki, Al­la­ha şə­rik qoşmayacaq və yalnız tək Rəbbə ibadət edəcəklər, oğur­luq etmə­yəcək və ərəb cahillərinin çox vaxt etdikləri kimi, zina­kar­lıqla məşğul olmayacaqlar; cahiliyyə dövründə bütpərəstlərin dav­randığı kimi, öz təzə doğulmuş qız uşaqlarını diri-diri bas­dı­ra­raq öldürməyəcəklər; ər­lə­rinə və digər insanlara qarşı böhtan at­ma­­­yacaqlar; yalnız xeyirxah əməllər işləməyi və yaramaz əməl­lər­dən çəkinməyi tələb edən Pey­ğəm­bər­in (ona Allahın salavatı və sa­­lamı olsun!) hökümlərinə itaətsizlik göstərməyəcəklər. Məhz bu­na görə o (s.ə.s.) qadınlara dəfn mərasim­lə­rində hönkürtü ilə ağla­ma­ğı, öz paltarını cırmağı, öz üzünü cırmaq­lamağı və isla­ma­qə­dər­ki cahillik dövründə edildiyi kimi ölünün üstün­də, ardınca ağı deyib, vay-şivən qoparmağı qadağan etmişdi.
Əgər onlar buna sadiq qalsalar, onda onların andını qəbul et və Allahdan xahiş et ki, onların qüsurlarını bağışlasın ki, onların qəlbi da­ha da təmizlənsin. Axı Allah günahkarları bağışlayır və tövbə edən­lə­rin töv­bəsini qəbul edir, Onun mərhəməti isə hər şeyi qapsayır və bütün məx­luqlara himayə edir.
ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ

(60. 13) “Ey iman gətirənlər! Allahın qəzəbləndiyi kəslərlə dost­­luq etməyin. Onlar, qəbirdəki kafirlərin ümidlərini kəsdik­lə­ri kimi, Axirətə ümidlərini itirmişlər”.

Ey möminlər! Əgər siz doğrudan da Rəbbinizə iman gətir­miş­si­nizsə və Onun lütüfkarlığını qazanmaq və qəzəbindən xilas ol­maq istə­yirsinizsə, Allahın qəzəbi tutduğu kəslərlə dostluq əla­qə­ləri yaratma­yın, çünki O (Pak və Müqəddəs), onlara, hansı sa­hə­də təzahür etmə­sindən asılı olmayan kafirliklərinə[3] görə qəzəb­lən­mişdir. Onlar Axi­rət­dəki bütün nemətlərdən məhrum olmuşlar və orada xeyirli bir qis­mət almayacaqlar. Onlarla dostluqdan eh­ti­yat edin və çəkinin, çünki əks halda siz onların cinayət­lərinə və uy­durma ilahlara ibadət etmə­lərinə haqq qazandırarsınız və özü­nüz də Axirətdə nemətdən məhrum olarsınız, qəbirdəki kafirlərin onu itirdiyi kimi, siz də ölümdən sonra hə­yata qayıtmaq ümi­di­ni­zi itirərsiniz. Kafirlər artıq o biri dünyaya qə­dəm basmışlar, şey­lə­rin əsil mahiyyətini görmüş və dərk etmişlər. Ora­da onlar üçün nə xoş­bəxtlik, nə də nemət vardır.
Quranın bir sıra şərhçiləri hesab edirdilər ki, kafirlər Axirət hə­y­atına bütün ümidlərini itirmişlər, çünki onlar ondan üz dön­dər­­miş və ona iman gətirməmişdilər. Buna görə, heç də təəccüblü de­­yil ki, on­la­rın Allahı qəzəbləndirən cinayətlər törət­məsi ağır əzab və iztirablarla cəzalandırı­lacaqdır. Onlar öldükdən sonra hə­ya­tın olmasına inanma­dıqları kimi, qəbirlərində olan ölülərin Föv­qəl­­uca Allaha qaytarıla­ca­ğına da inanmırlar.



[1] Müdrik Allahın istənilən hökmünü öz siyasi və başqa şəxsi maraqlarına müvafiq olaraq tət­biq etmək istəyən haqq yoldan sapmışlar məhz bu və buna bənzər ayələri qəbul etmək istəmir, on­lara dəyib-toxunmayan, onlara qarşı bilavasitə düşmənçilik etməyən insanlara qarşı azğınlıq edir və Allahın buyurmadığı əməllərə əl atırlar, onların qanını haqsız yerə axıdırlar. Əlbəttə, Al­lahın bu ayəsindən (60/8) də göründüyü kimi, belə azğınlar islam dininin adından sui-isti­fa­də edərək, Allah üçün cihad etdiklərini bəyan edirlər. Hal­buki, onlar, əslində, Föv­qəlqüd­rə­t­li­nin insanlarla haqq-əda­lətlə dav­ran­maq hökmünə qarşı çıxanlardır, Allahın düşmənlərinin fit­nə­sinə uyan fa­siqlərdir. Belələri üçün “cihad” Allah üçün deyil, onları öz əlal­tı­la­rı­na çevir­miş şeytanın (insanlardan da olur, cinlərdən də) mənafeyinə xidmət edir. Onlar şüurlu surətdə və ya öz iradələrindən asılı olmayaraq özlərinə cəlb etdik­ləri cahil və nadanları da yoldan çıxarıb belə ədalətsiz, Allahın iradəsinə zidd olan fəsadlara qo­şurlar. Allah günahsız insanları belələrinin təsirindən uzaq etsin! F.S.
[2] Hicrət etdikləri üçün. F.S.
[3] Kafirlik – Allaha və Onun nazil etdiklərinə inanmamaqdır. Kafir – Allaha inanmayan insan və ya cindir. F.S.

Комментариев нет:

Отправить комментарий