среда, 2 мая 2012 г.

47. MUHƏMMƏD SURƏSİNİN ŞƏRHİ


\¬

MUHƏMMƏD
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

                             Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ

(47. 1) “O, iman gətirməyənlərin və başqalarını Allahın yo­­­lun­­dan yayındıranların əməllərini səmərəsizləşdirmişdir.”

Bu surənin ilk ayələrində Allah möminlərin mükafatı və gü­nah­­­­­kar­ların cəzalandırılması haqqında xəbər verir ki, insanlar bun­­­dan öz­ləri üçün faydalı nəticələr çıxartsınlar. İnsanlar arasında kü­­­f­rə başçılıq edənlər və azğınlıq təbliğatçıları vardır. Onlar nə­in­ki Al­la­ha və Onun ayələrinə iman gətirmir, həm də başqalarına Onun yo­lu­na gəlməyə, yəni, elçilərin dəvət etdiklərinə və onların sə­­­daqətli da­vam­çılarının da­vam etdirdikləri dəvətə iman gətir­mə­yə mane olur­lar. Bu fasiqlərin əməlləri səmərəsiz olacaqdır və on­la­­­ra çoxlu izti­rablar nəsib edilə­cək­dir. Onlar öz məşum əməlləri ilə haqqın, onun tərəfdarlarının əleyhinə qurduqları fitnələrə görə ca­­­vab verəcəklər.
Allah onların məkrli niyyətlərini özlərinə qarşı çevirdi və mü­­ka­fat almağa ümid bəslədikləri əməllərini puç etdi. Bunun sə­bə­bi isə ya­lanın ardınca getmələri və Allahın mərhəmətini qa­zan­ma­­­ğa can atma­maları idi. Onlar bütlərə və uydurma “ilahlara” iba­­dət edir və var qüv­vələri ilə ya­la­nın yayılmasına kömək gös­tə­rir­­dilər. Yalanın heç kimə fayda vermədiyi kimi, bu günahkarların gör­­dükləri işlər də onlara heç bir səmərə ver­məyəcəkdir.

ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ
(47. 2) “O, iman gətirib, xeyirxah işlər görənlərin və Mu­həm­­­­mə­­də onların Rəbbindən nazil edilən haqqa inananların gü­­­nahla­rını örtdü və onların vəziyyətini islah etdi.”

O kəslər ki, Allahın elçilərinə (onlara salam olsun!) bü­töv­lük­­də və Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) isə xü­susilə nazil edilənlərə iman gətirmişdilər və Allah qar­şısında və Onun qulları qarşısında öz vəzifələrini yerinə ye­tir­miş­­dilər, Fövqəluca onların böyük və kiçik günahlarını bağışla­ya­raq onları həm bu dün­ya­da, həm də Axirət həyatında cəzadan xilas edir. Bundan başqa, O (Pak və Müqəddəs), bu həyatda və ölüm­dən sonra onların vəziyyətini yaxşı­laşdırır, yəni, onların əməl­lə­ri­ni islah edir, ruhunu nəcibləşdirir, mü­kafatlarını artırır və bü­tün təşəbbüslərində onlara kömək edir.

 ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸﭹﭺﭻﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ
(47. 3) “Bu – kafirlərin yalanın ardınca, möminlərin isə öz Rəb­­­bindən gələn haqqın ardınca getdiklərinə görədir. Bu, Al­la­hın in­san­lara aid çəkdiyi məsəllərdir.”

Belə böyük müvəffəqiyyətin səbəbi onların haqqa etiqad et­mə­ləri və Mübarək Quranın hökümlərini yerinə yetirmələrindədir. Bu Kitab onların Rəbbindən nazil edilmişdi və O (Pak və Müqəddəs), onları mər­həmətinin himayəsi altına almış və onların qay­ğı­sı­na qalır. O (Pak və Müqəddəs), onları haqqa məhəbbət ruhunda tər­­biyə etmişdir və onlar da haqqın ardınca gedərək, bütün iş­lə­rin­­də uğura nail olmuşlar. Onla­rın seçdiyi yol, Allahın əbədi ol­ması kimi, daimi olduğu üçün, Onun onlara əta etdiyi mükafat da əbə­di və sonsuzluğadək davam edəcəkdir.
O (Pak və Müqəddəs), qullarına, kimin xeyirxahlıq edə­cə­yi­ni və ki­min isə şər əməllər yayacağını belə izah edir və onlara bu və ya di­gər bir şeyi bir-birindən fərqləndirməyi öyrədir ki, “... hə­lak olan tam aydın­lıq içində həlak olsun və sağ qalan da tam aydınlıq içində sağ qalsın...” (Ənfal, 8/42).

ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ

(47. 4) “Kafirlərlə qarşılaşdıqda[1] boyunlarını vurun. On­la­­rı zə­if­lətdikdə, qandallarını möhkəm bağlayın. Sonra isə ya ba­ğış­la­yın, ya da müharibənin ağırlığından qurtaranadək on­lar­dan fidyə alın. Bax belə! Allah istəsəydi, Özü onlardan qisas alar­­­dı, lakin O, sizdən bir qisminizi digərlərinizlə sınayır. O, heç vaxt Allah yolun­da qətlə yetirilənlərin əməl­lərini zay et­məz».

Fövqəluca necə uğur qazanmağı və düşmən üzərində qə­lə­bə çalmağı Öz mömin qullarına göstərmişdir. Ey iman gətirənlər! Dö­­yüş meydanında kafirlərlə üz-üzə gələrkən onlarla ləyaqətlə vu­­­ruşun və başlarını vurun. Onlar sizə müqavimət göstərməyə son versələr və siz onları öldürməməyi və əsir götürməyi üstün tut­­­sanız, onların qandal­larını möhkəmləndirin ki, qaça bil­mə­sin­lər. Yalnız bu minvalla siz on­ların qılınclarından və şərindən öz əmin-amanlığınızı təmin etməyi bacara bilərsiniz. Siz əsirlərlə öz bildiyiniz kimi davrana bilərsiniz: onları əfv edə və fidyə tələb et­mə­dən azadlığa buraxa bilərsiniz və ya onları ələ keçirilmiş mü­səl­manlarla dəyişdirə bilərsiniz və yaxud onlardan , ya da onların tə­rəfdarlarından fidyə tələb edə bilərsiniz.
Muharibə qurtaranadək və ya siz düşmənlə müvəqqəti ba­rı­şıq bağlayanadək beləcə davranın. Müxtəlif yerlərdə müxtəlif da­nı­şıq­­lar aparılmalıdır və fərqli şəraitlərdə müxtəlif qanunlardan is­ti­fa­­də edil­mə­­lidir, çünki kafirlərlə döyüşmək hökmü təkcə mü­ha­­ribə za­­manına aiddir. Müharibə və döyüşlərin getmədiyi sülh şə­­ra­i­tin­də in­sanları nə öldürməyə, nə də əsir götürməyə yol ver­mək ol­maz.
Allah belə qərar vermişdir. O (Pak və Müqəddəs), mömin­lə­ri sınamaq məqsədilə, kafirlərə onlarla döyüşməyə imkan verir. Əgər O (Pak və Müqəddəs), istəsəydi, onda onları Özü cəza­lan­dı­rar­dı, çünki Fövqəluca Allah fövqəlqüdrətlidir və bütün varlıqlar üzə­rində hökümran­dır. O (Pak və Müqəddəs), elə edə bilər ki, ka­fir­lər bir döyüşü belə uda bilməsinlər və möminlər yer üzünü on­lar­dan təmizləsinlər, lakin O (Pak və Müqəddəs), sizin bir qisminizi di­gərlərinizin vasitəsi ilə sı­naq­dan keçirir. Allah bundan ötrü mö­min­lərə əmr etmişdir ki, kafir­lərlə cihad etsinlər, çünki məhz bu mü­barizə sədaqətli mömini ya­lan­çıdan fərqləndirir. Əsil mö­min­lər bu cihadlar şəraitində meydana gəlir və onların imanı möh­kəm biliklərə isti­nad edir. Onlar, əksəriyyətə kor-koranə tabe olan və öz imanını çətin­lik­lərdən və sınaqlardan keçirməyə qadir ol­ma­yan kəmetiqadlara oxşamırlar.
Allah heç vaxt Onun uğrunda mübarizə apararaq öl­dü­rü­lən­lə­­rin əməllərinin əbəs yerə yox olmasına yol verməz. Onlar Onun əm­­ri ilə döyüşürlər ki, Onun adını ucaltsınlar. Onlar bol mü­kafat və ecazkar əvəz alacaqlar. Onların əməlləri hədər get­mə­yə­­cəkdir, çün­ki Allah onları qəbul edəcək və mükafatlarını neçə də­­fələrlə ar­tı­­racaqdır. İnsan­lar isə onların həyata keçirdikləri iş­lə­rin bəhrələrini həm bu dünyada, həm də Axirət həyatında gö­rə­cək­­lər.

ﮫ ﮬ ﮭ ﮮ
(47. 5) “O, onları doğru yolla aparacaq və onların vəziy­yə­ti­ni islah edəcək”

Allah onları Səadət məskəni olan Cənnətə doğru yolla apa­ra­­­­­caq, işlərini islah edəcək, talelərini asanlaşdıracaq və onlara bö­yük bir mükafat verəcəkdir ki, o onlara nə narahatçılıq, nə də qəm-qüssə gətirməyəcəkdir.

ﮯ ﮰ ﮱ ﯓ ﯔ
(47. 6) “və onları tanıtdırdığı Cənnətə daxil edəcəkdir».

Fövqəluca əvvəlcə Cənnəti təsvir etmişdir ki, insanlarda ora­­­­ya düş­mək arzusu oyatsın. Sonra O (Pak və Müqəddəs), hansı əməl­­­­lə­rin onları oraya aparacağını xəbər vermiş və onları, hətta öz hə­­­­­ya­tı­nı belə əsirgəmədən, həmin əməlləri yerinə yetirməyə dəvət et­­­­­miş­di. Bu həyatda O (Pak və Müqəddəs), möminlərə Onun hökümlə­ri­ni ye­ri­nə yetirməkdə kömək edir, Qiyamət günü isə O (Pak və Müqəddəs), on­ları Cənnət bağlarına daxil edəcək və on­la­ra, əbədi bəx­ti­yar­lığın və xoşbəxt məişətin onları gözlədiyi mülk­lə­­­­ri­ni gös­tə­rə­cək­dir.

ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(47. 7) “Ey iman gətirənlər! Əgər siz Allaha kömək etsəniz, on­da O da sizə kömək edər və qədəmlərinizi sabitləşdirər.”

Fövqəluca möminlərə Onun işinə kömək göstərməyi, yəni, di­­nin hökümlərinə riayət etməyi, islamı təbliğ etməyi, onun düş­mən­­lərinə qar­şı mübarizə aparmağı və bütün bunları yalnız Onun xa­­tirinə yerinə yetir­məyi əmr etmişdir. Əgər müsəlmanlar belə et­sə­lər, onda O (Pak və Müqəddəs), onlara kömək edər və onların ata­­­­­caqları addımları sabitləş­dirər, yəni, onların ürəklərini səbirlə, ra­­­­­hatlıqla və qətiyyətliliklə, bə­dən­lərini isə qüvvət və dö­züm­lü­lük­­lə möh­kəmlədər, həmçinin onlara düşmənlərinə və rəqiblərinə qə­­ləbə çalmaqda yardım göstərər.
Alicənab və Cömərd Allahın haqq vədi belədir. O (Pak və Müqəddəs), Onun dinini sözü və əməli ilə müdafiə edən hər kəsi hi­­ma­yə edir və ona kömək göstərir. O (Pak və Müqəddəs), onun qə­lə­bə­yə doğ­­ru yolunu asanlaşdırır və addımlarını haqlı və qə­tiy­yət­li edir.

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ
(47. 8) “İman gətirməyənlərə ölüm! O, onların əməllərini he­çə çıxaracaqdır!”

Vay iman gətirməyənlərin və yer üzündə yalan və nifaq ya­yan­­­ların halına! Fövqəluca onları Öz yardımından məhrum et­miş­dir və onların əməlləri öz zərərlərinə səbəb olmuşdur. Onların mü­­kafat almaq ümidi ilə etdikləri bütün əməlləri zay oldu, haqqın əley­­hinə qurduqları fitnələri isə özlərinin əleyhinə çevrildi.

ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(47. 9) “Bu, onların, Allahın nazil etdiklərinə nifrət bəs­lə­dik­­­lə­­­ri­nə görə belə oldu və O da onların əməllərini boşa çı­xart­dı.”

Onların azğınlığa düşməsinin və bədbəxtliyinin səbəbi, in­san­­lara uğur və xoşbəxtlik gətirən Mübarək Qurana ik­rah­la ya­naş­ma­sıydı. Lakin kafirlər bunu dərk etmədilər və Qurandan üz döndərdilər. Bundan başqa, onlar ona ikrah hissi bəslədilər və nif­­rət etdilər, Allah isə onların əməllərini heçə çıxartdı.

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ
(47. 10) “Məgər onlar yer üzündə gəzib-dolaşmayıblar və on­­­lardan əvvəlkilərin aqibətini görməyiblər? Allah onları məhv et­­­miş­ və kafirləri də bunun bənzəri gözləyir».

Məgər Elçiyə (ona Allahın salavatı və salamı olsun!) iman gə­­tir­­mə­­yən günahkarlar onlardan əvvəlkilərin aqibətinin necə ol­du­ğu­nu gör­mə­mişdilər? Hər bir kəs onların aqibətinin ən məşum və ən kə­­dərli sonluqla bitdiyinə əmin ola bilər. Bütöv xalqların öz ka­fir­lik­ləri üzündən həlak edildiyini və qırğına məruz qoyul­du­ğu­nu gör­mək üçün ətrafa nəzər salmaq kifayətdir. Allah onların var-dövlətini məhv etmiş, evlərini uçur­muş və həm də onların fit­nə­lərini və şər niy­­yətlərini dağıt­mışdır. Kafir­lərin harada yaşa­ma­la­rından asılı ol­ma­­­ya­raq, onları bütün zamanlarda belə mən­hus son­luq və belə al­çal­dıl­malar gözləyəcəkdir. Möminlərə gəl­dik­də isə, Fövqəluca onları C­ə­hən­nəm cəzasından qoru­ya­caq və on­lara böyük mükafat əta edə­cək­dir. Bax buna görə, sonra Qu­ran­da belə buyurulur:

 ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ

(47. 11) “Bu ona görə belədir ki, Allah möminlərin Ha­mi­si­dir, ka­fir­lərin isə himayəçisi yoxdur».

O (Pak və Müqəddəs), möminlərə mərhəmət göstərir, onları zül­­­­mətdən nura çıxardır, onlara kömək edir və onların mü­ka­fat­lan­­dı­­rıl­ma­sı haqqında qayğı çəkir. Kafirlərin isə himayə edəni yox­­dur, çünki onlar Allaha iman gətirməyiblər, Onun hi­ma­yə­sin­dən boyun qa­çıraraq, özlərini Onun mərhəmətindən məhrum edib­­­lər. Dün­yada onların elə bir hamisi yoxdur ki, onları sülh və xi­las yolu ilə apa­raraq, Allahın cə­za­sından qoruya bilsin. Onların dos­­tu və kö­mək­çisi şeytan idi ki, onları Cəhənnəmə gətirərək, nur­­dan zülmətə sal­mışdır və onlar orada əbədi qalacaqlar.


 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ

(47. 12) “Həqiqətən, Allah, iman gətirib, xayirxah işlər gö­rən­­ləri çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Kafirlər isə hey­­­vanlar kimi nemətlərdən faydalanacaq və qidalanacaqlar. On­­ların məskəni Od olacaqdır”.

Fövqəluca xəbər verir ki, möminləri Axirət həyatında Cən­nət bağ­ları gözləyir ki, orada bar gətirən meyvə ağacları vardır və çə­mən­liklər çiçəklənir və çaylar axır. Orada onlar çox ləz­zətli ye­mək­lər və iştahaçan meyvələr tapacaqlar.
Eyni zamanda kafirlər öz taleləri ilə başlı-başına qalacaqlar. On­­ların hayına qalan olmayacaq və bu onlar üçün ən ədalətli əvəz ol­a­­­caqdır, çünki həmin gündən xeyli əvvəllər onlar öz gözəl in­sa­ni sifət­ləri və məziyyət­lərindən məhrum olmuşdular. Onlar o də­rə­cədə alçal­mışdılar ki, düşün­cəsiz mal-qaraya çevrilmişdilər və on­ların yeganə qay­ğısı ləzzət almaq və öz heyvani istəklərini qa­ne et­mək olmuşdu. On­lar qəlbən və bədənləri ilə yalnız bunlara can atır­dılar və özlərinə xe­yirli aqibət təmin etmək və Axirət hə­ya­tın­da səadətə layiq olmaq üçün heç bir şey etmirdilər. Buna görə, on­la­rın məskəni Cəhənnəm Odu olacaq və onlar oradan heç vaxt çıx­ma­yacaqlar və orada onlara rahatlıq da olmayacaqdır!

 ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ
(47. 13) “Səni yurdundan qovan xalqından daha güclü öl­kə əh­a­­lisi var idi ki, Biz onları həlak etdik və onların heç bir yar­­­dım­çısı ol­madı.”

Onların daha çox var-dövləti, övladları və tərəfdarları vardı. On­­lar nəhəng qurğular ucaldır və məharətlə müxtəlif alətlər dü­zəl­­dir­dilər. Lakin Biz onları, elçilərimizi yalançı hesab etdiklərinə və onların xütbə­lərindən ibrətli nəticələr çıxartmadıqlarına görə məhv etdik. Onlar Allah­ın cəzasından özlərini müdafiə edə bil­mə­di­lər və heç kim onların köməyinə gəlmədi.
Belə olduqda, səni yalançılıqda ittiham edən və öz doğma şə­hə­­rin­dən qovan zəif və köməksiz qəbilədaşların haqqında nə de­mək olar ki? Ən ləyaqətli peyğəmbərlərdən və Adəm oğul­la­rı­nın ən yaxşı­la­­rın­dan olana (s.ə.s) qarşı qəzəblə coşub-daşan kəslər haq­qın­da nə de­mək olar?! Məgər Allahın cəzalandırmasına və hə­lak ol­ma­ğa başqa­larından daha layiq olanlar onlar deyildirmi? Əl­bəttə! La­­kin Fövqəl­uca Allah peyğəmbərini (ona Allahın sa­la­vatı və sa­la­mı olsun!) Öz mərhəməti və rəhmi xatirinə göndər­miş­di ki, ka­fir­lər öz cinayətlərini tövbə etməyə imkan tapsınlar.


 ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ
 (47. 14) “Məgər Rəbbindən aydın bir dəlilə əsaslanan, əməl­­lə­rinin pisliyi özlərinə gözəl görünənlərə və öz istəklərinə uyan­lara bən­zər­dirmi?”

Allahın dininin həqiqiliyinə əmin olan, onun hökümlərini bi­lən və yerinə yetirən, haqqı dərk edən, ona riayət edən və Allahın mü­ka­­fat­lan­dı­racağına ümid bəsləyən, haqqa kor kimi baxanla, az­ğın­lı­ğa qapı­lanla, Allahın doğru yolundan imtina edənlə, öz ya­ra­maz is­təklərinə uyanla və məhz özünün ədalətli və düzgün dav­ran­dı­ğını he­sab edənlə, əlbəttə ki, bərabər deyildir! Bu insanlar ara­sın­dakı fərq ne­cə də böyük­dür! Haqq tərəfdarları ilə azğınlıq tə­rəf­dar­ları bir-bi­rin­dən necə də uzaqdırlar!

ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ

(47. 15) “Budur təqvalılara vəd edilən Cənnətin təsviri! Ora­da heç vaxt durğun qalmayan sudan çaylar, dadı dəyiş­mə­yən süd çay­la­rı, içən­lərə ləzzət verən şərab çayları və saflaş­dı­rıl­mış baldan çay­lar axır. Orada onlar üçün istənilən meyvələr və Rə­b­bindən ba­ğış­lan­ma hazır­lanmış­dır. Onlar, əbədi olaraq Od­da qalanlarla və ba­ğır­­saq­la­rını doğrayan qaynar su içirdilənlərlə ox­şardırlarmı?”

Bu Cənnət Allahı qəzəbləndirməkdən qorxanlara və Onun lü­­­tüf­­karlığını qazanmağa can atanlara vəd edilmişdir! Orada suyu xa­rab ol­­mayan çaylar axır. Bu su xoşagəlməz dad və çürüntü iyi gö­tür­­­mür, nə qaynar, nə də bulanıq olmur, həmişə təmiz, dad­lı və xoş ətirli olur və onu içənlərə daima ləzzət verir.
Bu Cənnət bağlarında süddən də çaylar axır, heç vaxt tur­şu­mur; içənlərə ləzzət bəxş edən şərab çayları bu dünyadakı xo­şa­gəl­­məz dada malik deyil, ağlı dumanlandıran və baş ağrısı verən şəraba bən­zəmir; şanı və qarışıqları olmayan xalis bal çayları da vardır.
Onlarda – hər növ bəhrələr: xurma və üzüm, alma və nar, lu­­mu, əncir və bir çox digər meyvələr vardır ki, yer üzündə bi­ti­ri­lən­­lərə oxşa­mırlar. Onların hamısı qəşəng və arzu­edi­lən­dir, ha­­mısı Cənnət sakinləri üçün hazırlanmışdır.
Bunlardan başqa, möminlər üçün orada Rəbbindən ba­ğış­lan­ma hazırlanmışdır və onun sayəsində onlar nəinki təkcə ar­zu­la­­dıqları ne­məti əldə edəcək, həm də dəhşətli cəzadan xilas ola­caq­­lar. Yaxşı, belə olduqda, bəs kim daha yaxşıdır: bu bəxtəvər mö­­minlər və ya Cəhən­nəm Odunda məskunlaşdırılan əzabkeşlər? Cə­­hənnəm Odu onları dö­zülməz hərarəti ilə qarsalayacaq və dəh­şət­li ağrı verəcək. Cənnətlə Cə­hənnəm, mükafatla cəza, mö­min­lər­lə kafirlər, xe­yirlə şər arasında belə böyük bir fərq Yaradan Pak­dır!

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

(47. 16) “Onların arasında elələri var ki, sənə qulaq asırlar. On­lar sənin yanından çıxdıqda isə, bilik verilənlərə dedilər: “O, in­­­dicə nə dedi?” Bunlar – o kəslərdir ki, Allah onların ürəklərini mö­­­hür­ləmişdir və onlar öz istəklərinə yol verənlərdir.”

Ey Muhəmməd! Münafiqlər arasında elələri var ki, səni din­lə­­­­yir­lər. Onlar sənin dəvət etdiyinə qulaq asırlar, lakin ona inan­maq və sənə tabe olmaq istəmirlər. Onların ürəkləri sənin xüt­bə­lə­rindən üz çevirir və onlar səndən ayrılan kimi, o saat deyirlər: “O, nədən danışırdı?” On­­lar yalnız indicə eşitdikləri barədə soru­şur­lar və təkcə bu, onlar üçün ən böyük rüs­vay­çılıqdır. Əgər onlar haqqı axtarsaydılar, sənin sözlə­ri­nə diqqətlə qulaq asardılar, ürək­ləri sənin təlimini qəbul edərdi və bə­dənləri də sənin hökümlərinə itaət edərdi, lakin onlar sənin sözlərini din­ləmək istəmirlər və bu­na görə də hər şeyi əksinə edirlər. Onlar üçün xeyirə və xoşbəxt­liyə yol bağlanmışdır və bunun səbəbi isə onların öz alçaq nəfs­lə­rinə uy­­maları və yalnız yalana istinad etmələridir.

 ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(47. 17) “O, doğru yolu qəbul edənlərə hidayətini artırır və on­­lara təqvalılıq əta edir.”

Allah doğru yolla gedənlərin, öz Rəbbinə iman gə­ti­rən­lə­rin, Ona müti olanların və Allahın bəyəndiyi işləri görənlərin ta­­le­­yin­dən xəbər verir. Allah belə iman sahiblərini onların xe­yir­xah əmə­l­­lə­rinə görə müt­ləq mükafatlandıracaq və yeni-yeni yax­şı­lıq­lar et­məyə ruhlan­dı­racaq və şərdən qoruyacaqdır. Bu ayədən gö­­rün­­dü­yü kimi, möminlər iki qat mükafat alacaqlar: birincisi, fay­dalı bi­lik­lər əldə edəcək, ikincisi isə, xeyirxah əməllər yoluna gə­­lə­­cəklər.

ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ
(47. 18) “Doğrudanmı onlar qəflətən gələcək Saatdan baş­qa, nə­­­yisə də gözləyirlər? Axı onun əlamətləri artıq gəl­miş­dir. Mə­gər o gəl­­dikdə, nəsihəti yada salmaları onlara bir fayda ve­rə­cək?”

Doğrudanmı kafirlər onları qəfildən haqlayacaq Qiyamət Sa­atı­nın yaxınlaşması haqqında düşünmürlər? Artıq əlamətləri gəl­­­miş dəh­şətli Gün barəsində düşünməkdə onlara mane olan nə­dir? Onlar müt­ləq ayılacaqlar, lakin sonuncu müddəti ke­cik­di­ril­miş tövbə onlara heç bir fayda vermə­yəcəkdir. Onların geri qa­yıt­ma­ğa imkanı olmaya­caq­dır, çünki bu həyatda onların ağıllarını baş­larına yığmaq üçün kifayət qədər vaxtları var idi və bundan baş­qa, onlara nəsihətçi də gəlmişdi.
Rəbb bu sözləri ilə bizim hamımızı, ölüm hər birmizi qəf­lə­tən yaxalayana qədər, Axirət həyatına hazırlaşmağa çağırır. Məhz ölüm hər birimiz üçün Qiyamət gününün başlanğıcı ola­caq­dır.

ﰊﰋ ﰌﰍﰎ ﰏﰐﰑ ﰒ ﰓﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ
(47. 19) “Bil ki, həqiqətən, Allahdan başqa ilah yoxdur[2] və öz gü­­na­hına görə, mö­min kişilərə və mömin qadınlara görə ba­ğış­­­lan­ma dilə. Allah sizin gə­zəcəyiniz və uzun müddət qa­la­ca­ğı­nız yerləri bi­lir».

İstənilən bilik bu və ya digər bir şeyin mahiyyəti haqqında nəin­ki aydın təsəvvür olmasını, həm də onun bütün tələblərinin hə­yata keçiril­məsini nəzərdə tutur və yalnız belə olduqda biliyi ka­mil hesab etmək olar. Bu ayədə Allah, Ondan başqa bir ilahın ol­madığını hər bir insanın hökmən bilməsini buyurmuşdir. Heç kəs, kim olmasından asılı olmayaraq, bundan xəbərsiz olmaq haq­qına malik deyildir. Bun­dan başqa, bizim hər birimiz bu ən mü­hüm məsələni bilməyə olduqca möhtacıq. Allahdan başqa bir ila­hın olmadığına necə əmin olmaq olar? Bunun sübutları çoxdur.
Birincisi, Allahın adları, Onun gözəl sifətləri və həmdəlayiq əməl­­ləri üzərində düşünmək kifayətdir ki, onların Allahın ka­mil­li­­yi, əzəməti və fövqəlqüdrətinə dəlalət etdiyini başa düşsün. Bü­tün bunlar insanın Şanlı, Həmdəlayiq, Böyük və Gözəl Rəbbi ilah­laş­­­dır­ma­sını və yalnız Ona bütün varlığı ilə ibadət etməsini zə­ru­ri­­ləşdirir.
İkincisi, Fövqəluca Allah Kainatda Vahid Xaliq və Hökm­dar­dır və, deməli, yalnız O (Pak və Müqəddəs), məxluqların iba­də­ti­nə layiq­dir.
Üçüncüsü, bu dünyada insanı əhatə edən gözlə görülən və gö­­­rül­­­məyən bütün nemətlər ona Allah tərəfindən əta edilmişdir ki, bu da bizi bütün varlığımızla öz Xeyirxahımızı sevməyi və yal­nız tək Onu, özü­müzə digər “ilahlar” uydurmadan, ilah­laş­dır­ma­ğı labüd­ləş­di­rir.
Dördüncüsü, təkcə Allaha ibadət edən möminlər hələ bu dün­­ya­daikən Rəbbin mərhəmətinə və Onun köməyinə nail edilir­lər, amma müşriklər və kafirlər Allahın cəzasına giriftar olurlar. Bu­­nun çoxsaylı dəlilləri birmənalı şəkildə təsdiq edir ki, yalnız Föv­qəl­uca Allah ibadə­tə layiqdir.
Beşincisi, müşriklərin Allaha bərabər tutduqları və Onunla ya­na­şı ibadət etdikləri bütlər və digər məxluqlar çoxsaylı nöq­san­lara malik­dirlər. Onların hamısı zəif və gücsüzdürlər, nəinki baş­qa­larına, heç özlərinə belə nə fayda vermək, nə də zərər vurmaq qa­biliyyətinə malik deyillər. Onlar nə həyata, nə ölümə, nə də di­ril­mə­yə sərəncam çəkə bil­mirlər və onlara ibadət edən, onların qar­şı­sında özlərini alçaldan müş­rikləri müdafiə edə bilmirlər. Onlar mü­ş­­riklərə hətta zərrə ağırlığında bir fayda verməyə qadir de­yil­lər. Bü­­tün bunlar onu göstərir ki, yalnız Allah Öz qullarının iba­dətinə la­­yiqdir, insanların özlərinin özləri üçün uydurduqları “ilah­lar” isə fay­dasız və acizdirlər.
Altıncısı, bütün Mübarək Kitablar, bir-birindən asılı olma­ya­raq, Allahın birliyini bəyan edirlər.
Yeddincisi, bütün peyğəmbərlər, elçilər (onlara salam ol­sun!) və mömin ilahiyyatçılar (bunlar ən yaxşı, ən alicənab, ən sağ­­­lam dü­şün­cəli və ən müdrik insanlardır) Allahdan başqa bir ila­­­hin ol­ma­dığına şahidlik edirlər.
Səkkizincisi, Allahın Kainatda və insanların özlərində gös­­tərdiyi çoxsaylı möcüzələri Xaliqin vəhdətinin ən böyük dəlil­lə­rin­dən­dir, onların xəlq edilməsinin hikməti, zərifliyi və gözəlliyi Öz qul­la­rı­nın iba­dətinə yalnız Onun layiq olmasını təsdiq edir.
Allah bu və digər dəlillərini Kitabında insanlara dəfələrlə xa­tır­­ladır və onları Ondan başqa heç kimin ibadətə layiq olma­dı­ğı­na iman gətirməyə dəvət edir. İnsanın bu sübutlardan heç ol­maz­sa biri üzə­­­­rin­də düşünməsi kifayət edər ki, haqq ona aydın ol­sun və o, bu ba­rədə hər hansı şübhə­lərdən xilas olsun. Tövhidin də­lil­ləri çox­say­lı­dır. Onlar bir birini güc­ləndirir və ən müxtəlif yol­larla sübut edirlər ki, Rəbbimiz Allah Vahiddir. Bu dəlillərin sa­yəsində Allahın qul­la­rı­nın imanı və bi­lik­ləri qüdrətli dağlar kimi möhkəmləndiyindən onları heç bir şəkk-şübhə və kafirlərin böh­tanları sarsıda bilməz. Allahın dü­ş­­­mənləri onların ürəyinə şübhə sal­mağa və onların ima­nını zəif­lət­­­məyə nə qədər çox cəhd gös­tər­sələr də, onların imanı və bilikləri bir o qədər güclü və daha mü­kəmməl olur.
Tövhidin daha bir ən böyük dəlili mövcuddur. Bu – Mü­barək Qu­­ran­dır. Biz bu Kitab üzərində yalnız fikirləşsək və onun ayə­­ləri üzə­­­rində düşünsək, qarşımızda tövhidin dərkinə aparan böyük bir qa­­pı açı­lacaqdır. Başqa üsulla deyil, məhz bu yolla bi­zim hər birimiz töv­hi­din əsas və xüsusi məsələləri haqqında daha çox şey öyrənə bi­lər.
Daha sonra Fövqəluca Peyğəmbərinə (ona Allahın salavatı və sa­lamı olsun!) buyurur ki, günahlarında tövbə etsin, Ona ba­ğış­lan­ması üçün dua etsin, günahları yuyan yaxşı işlər görsün, ci­na­yətlər törət­mə­sin və başqalarının səhvlərini bağışlasın. O (Pak və Müqəddəs), ona (s.ə.s.) əmr edir ki, mömin kişilərin və mömin qa­dınların günahlarının bağışlanmasını Ondan xahiş etsin, çünki on­ların ürəklərindəki iman, onun (s.ə.s.) Allahdan onlar üçün ba­ğış­lan­ma haqqında dua etməsini tələb edirdi.
Bundan başqa, hər bir müsəlman Ondan öz qardaşları və ba­­cıları üçün bağışlanma diləməlidir. Möminlər üçün bağışlanma di­­ləmək on­ların günahlardan və cəzadan xilas olmasına qayğı gös­­tərilməsini nə­zərdə tutur. Bu isə bütün müsəlmanları bir birinə xe­­yirli məsləhətlər verməyi, özünə arzu etdiyini başqaları üçün də is­­təməyi, bir birini xe­yirxahlığa çağırmağı və şərdən çəkindirməyi və həmçinin başqalarının səhv və nöqsanla­rını bağışlamağı va­­cib edir. Bundan başqa bu, müsəlmanları var qüvvələri ilə bir­li­yə və qarşılıqlı anlaşmaya can at­mağa, ardıyca düşmən­çilik və ni­faq gə­ti­rən və insanların günahını artıran qarşılıqlı ədavətə son ver­məyə çalışmağı vacibləşdirir.
Allah bilir ki, siz nə ilə məşğulsunuz və vaxtınızı necə ke­çi­rir­­si­niz, hara gedirsiniz və harada istirahət edirsiniz. O (Pak və Müqəddəs), etdiyiniz hər şeydən: oyaq olmanızdan və ya yat­ma­ğı­nızdan xəbərdar­dır və buna görə əməllərinizdən ötrü əvəz ən mü­kəm­məl və ədalətli ola­caqdır.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ

(47. 20) “İman gətirənlər deyirlər: “Niyə bir surə nazil edil­­mə­­miş­dir?” Döyüşün xatırlandığı aydın bir surə nazil edi­lən­də isə sən, ürəklərini mərəz tutmuşları gördün – onlar sənə ölüm qa­bağı huşu­nu itirmişlərin baxışı ilə baxırdılar. Onlar üçün ən yax­şı olardı ki,”
(47. 21) “tabe olaydılar və xoş sözlər danışaydılar. İş qə­ti­ləş­­dikdə, Allaha sadiq qalmaları daha yaxşı olardı».

Fövqəluca xəbər verir ki, səhabələr Onun hökümlərinin ən ağır­­la­­rını yerinə yetirmək eşqi ilə yanardılar və deyərdilər: “Niyə in­­­di­yə­dək kafirlərə qarşı döyüşmək hökmü ilə bir surə nazil edil­mə­­­mişdir?” Nə­­hayət, belə bir surə nazil edildi. Rəbb onu sar­sıl­maz ad­­­lan­dır­mış­dır, çünki bütün müsəlmanlar onunla rəhbərlik et­mə­liy­­dilər, lakin bu, ilk nəzərdən göründüyü kimi, o qədər də asan bir iş deyil. Cihad – mü­səl­man­ların ən ağır vəzifəsidir və çox vaxt kəm­etiqadlar bu hök­mü yerinə yetirməyə qabil olmurlar və ona qə­rəzlə yanaşırlar.
Fövqəluca buyurur: “Məgər sən: “Əl çəkin, namaz qılın və zə­­kat verin” deyilən kəsləri görmədinmi?” Döyüş onlara fərz qı­lın­dıq­da, bəzi­ləri Allahdan qorxduqları kimi, ya da daha çox, in­sanlardan qorxmağa başladılar...” (Nisa, 4/77).
Sonra Fövqəluca bəyan edir ki, müsəlmanlar üçün Onun zamana uyğun hökümlərini yerinə yetirmək və bundan ötrü qüv­və­lərini birləş­dir­­mək daha üstündür. Fövqəlucadan ağır sınaqlar gön­dərməsini dilə­mək lazım deyil, dincliyi, əmin-amanlığı və Föv­qəluca Rəbbin mərhə­mətini dəyərləndirməyi bacarmaq la­zım­dır.
Qərar artıq qəbul edildikdə, müsəlmanlar Allahın qar­şı­sında sə­mimi olmalı, Ondan kömək və yardım diləməli, bü­tün qüv­­vələrini Onun əmrlərini yerinə yetirməyə yönəlt­mə­li­dir­lər. Mö­­minlər üçün yal­nız Onun buyurduğunu icra etmək hə­mi­şə üs­tün­­lük təşkil etməlidir və bu zaman yaranmış mövcud şə­rait­dən baş­qa çıxış yolları axtarılma­malıdır. Bu müddəanın təsdiqi üçün çox­lu dəlillər gətirmək olar.
Birincisi, insan zəifdir və çoxlu nöqsanlara malikdir. Bizdən heç birimizin, əgər Allah onu Öz köməyindən məhrum edərsə, heç bir şeyə gücümüz çatmaz. Buna görə, o, Fövqəlucadan onun çiy­ninə əlavə bir vəzifə yük­ləməsi üçün dua etməməlidir.
İkincisi, əgər Allahın qulu gələcək haqqında tez-tez dü­şün­mə­­yə başlayırsa, onda o, öz cari vəzifələrini lazımınca yerinə ye­tir­­­məkdən uzaqlaşır və nəinki öz gələcəyini, hətta hazırki və­ziy­yə­ti­ni də korlayır. O, hazırki vəziyyətini ona görə korlayır ki, onu ar­tıq tamam başqa şey­lər narahat və məşğul edir. Onun g­ə­lə­cə­yə dair planlarına gəldikdə isə o, mövcud cari işləri ilə məş­ğul ol­ma­dıq­ca və gündəlik həyatını lazı­mınca yaşamadıqca, plan­ların hə­ya­ta keçirilməsi müm­kün olmaya­caqdır.
Üçüncüsü, insanlar öz zamanının tələb etdiyinə uyğun ola­raq zəh­­mət çəkmək istəmədikləri halda, çox vaxt öz ümidlərini gə­­­lə­cək­lə bağ­layır, şan-şöhrətli işlər haqqında xəyala dalır və hət­ta onlara ha­zır­la­şırlar. Yaxşı olardı ki, onlar özlərinin indiki və­ziy­yə­ti haq­qın­da dü­şü­­nəy­dilər və imkanları daxilində öz və­zifələrini ye­rinə ye­ti­rəy­dilər. Sa­­bah başlayanda və onların qarşısına yeni və­zifələr çı­xan­da, heç kim on­lara öz istedadını və güclü mə­ziy­yətlərini göstərməyə ma­ne ol­ma­ya­­caq. Bu o deməkdir ki, mü­səl­man­lar həmişə çalışqan, iş­güzar, fəal olmalı və öz səylərini bir­ləş­dirərək, Allahdan onların xe­yirxah əməl­lə­rində onlara yardım gös­tər­məsinə dua etməli­dirlər. Bu, bütün za­man­lar üçün ən düz­gün və ən müd­rik qərardır![3]

ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ

(47. 22) “Ola bilsin ki, sizə hakimiyyət verilsəydi yer üz­ün­də fitnə-fəsad salar və qohumluq əlaqələrinizi kəsərdiniz».

Fövqəluca bildirir ki, Onun hökümlərinin yerinə ye­ti­ril­mə­sin­dən yayınan hər kəs şərə meyl edəcəkdir. İnsanların qar­şı­sında hə­mişə seçim vardır: onlar ya Allahın hökümlərinə tabe olaraq doğ­ru yolla gedir və müvəffəqiyyətə nail olurlar, ya da Al­laha itaət­siz­lik göstərərək günah törədir, yer üzündə zalımlıq edir və qo­hum­luq əlaqələrini kəsirlər.

ﮉﮊﮋ ﮌ ﮍ ﮎﮏﮐ
(47. 23) “Onlar, Allahın lənətləyərək, qulaqlarını kar, göz­lə­rini də kor etdikləridir.”

Allah zalımlıq edən və qohumluq əlaqələrini kəsənləri lə­nət­­­lə­miş­dir. O (Pak və Müqəddəs), onlara qəzəblənmiş və onları Öz mərhə­mətindən uzaqlaşdırmışdır. O (Pak və Müqəddəs), on­la­rıın qulağını kar və gözlərini kor etmişdir və bunun nəticəsində on­­­lar özlərinə fayda verən şeylərə diqqət yetirmir və onları gör­mür­­­­lər. Onların haqqı eşidə biləcəkləri qu­laqları var, lakin onlar onu qəbul etmək və ona tabe ol­maq istəmirlər. Onlar kafir ol­ma­la­rı­na bəraət qazandıra bilməmələri üçün eşidirlər. Onların göz­lə­ri də var, lakin onların baxışları Allahın ay­dın ayələri üzərində da­yan­­mır və onlar gördüklərindən faydalı nəti­cələr çıxartmırlar.

 ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ
(47. 24) “Niyə onlar Quran üzərində düşünmürlər? Yoxsa ürək­­ləri kilidlənmişdir?”

Niyə günahkarlar Allahın Kitabı barədə düşünmürlər? On­lar onun ayələri üzərində layiqincə fikirləşsələr, doğru yol onlara hök­­mən aydın olar. Bu Quran onlara xeyirlə şəri bir-birindən ayır­ma­ğı öy­rədər, ürəklərini imanla və etiqadla doldurar, onlarda yük­sək ide­al­lara və gö­zəl məqsədlərə canatma meyli yaradar, onlara Allaha doğ­ru və Cənnət məskəninə nurlu yolu və ağrılı-acılı cə­zanın zülmət yo­­lunu göstərər, onlara yüksəkliklərə necə nail ol­maq və nədən çə­kin­mək lazım oldu­ğu­nu izah edər, onlara Allahı, Onun adlarını və si­fət­lə­­rini dərk etməkdə yardım edər və həm də gös­tərdiyi lütüfkarlığına gö­rə Ona şükür etmə­yi öyrədər, onların qəlb­lərində Rəbbin bol mü­ka­fa­tına məhəbbət hissi və sərt qisas qar­şısında qorxu oyadar.
Lakin günahkarların ürəkləri küfür, unutqanlıq və inad­kar­lıq qar­­şısında geniş açılmışdı, sonra da kilidləndilər və xeyir on­la­ra bir daha girə bilməz.

ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(47. 25) “Həqiqətən, doğru yol onlara aydın olduqdan so­n­ra ge­­­riyə çevrilənləri şeytan aldatmış və onlara boş ümidlər vəd et­miş­dir».

Fövqəluca dini və haqq yolu inkar edən və azğınlığı, na­şü­kür­­­lüyü və küfrü ondan üstün tutan günahkarların keçirdiyi na­ra­hat­­çı­lıq­lardan xəbər verir. Onların belə rəftar etmək üçün əl­lə­rin­də heç bir ağlabatan səbəbləri yox idi. Yeganə səbəb kimi – onların qatı düşməni olan şeytanın vəsvəsəsi rol oynayırdı. O, küfrü on­la­ra gözəl qiyafədə təqdim edir və onların ürəklərində bu dün­ya­ya boş ümidlər oyadırdı. Lakin Fövqəluca belə buyurur: “O on­la­ra vəd verir və onlarda ümid oyadır. Lakin şeytan onlara al­dat­maq­dan başqa heç nə vəd etmir” (Nisa, 4/120).

ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯘﯙ ﯚﯛﯜ


(47. 26) “Bu, onların Allahın nazil etdiklərinə nifrət bəs­lə­yən­­lərə: “Biz bəzi işlərdə itaət edəcəyik” – demələrinə görə idi. Al­lah onların nə giz­lətdiklərini bilir.”

Haqq bu insanlara aydın olmuşdu, lakin onlar ondan imtina e­­­­dib, Allahın və Onun Elçisinin (s.ə.s.) düşmənlərinə de­miş­di­lər: “Biz, sizə Allahın iradəsinin əleyhinə öz istəyinizlə törət­di­yi­­niz işlər­də itaət edəcə­yik».
Fövqəluca bu münafiqləri dərin azğınlığa, sonsuz bəd­bəxt­li­yə və əbədi cəzaya məhkum etdi. O (Pak və Müqəddəs), onların nə­­yi giz­li sax­ladıqlarından xəbərdardır və mütləq onları ifşa və rüs­­vay edə­cəkdir ki, onlar iman gətirənləri azğınlığa salmasınlar.

ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ

(47. 27) “Lakin mələklər onları, sifətlərinə və çiyinlərinə vu­ra-vura, vəfat etdirəndə, bəs necə olacaq?”

Mələklər onları ağır toppuzlarla döyəcəklər. Bu səhnə necə də müdhiş və bu bədbəxtlərin halı necə dəhşətlidir!
ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(47. 28) “Bu – onların Allahı qəzəbləndirənlərin ardınca get­­­mə­­lə­rinə və Onun razı qaldıqlarına nifrət etdiklərinə görəydi və bu sə­bəbdən Allah onların əməllərini boşa çıxartmışdır».

Bu cəza, onları, Allaha itaətsizlik göstərdiklərinə, günah iş­lət­­dik­­­lərinə və küfürə etiqad etdiklərinə görə çulğayacaqdır. On­lar öz Rəb­­bi­nə yaxınlaşmaq istəmədilər və O (Pak və Müqəddəs), də onların əməl­­­lərini puça çıxaracaqdır. Allahın iltifatını qa­zan­ma­ğa can atan və Onun qəzə­bindən qorxanları tamamilə başqa bir qis­mət gözləyir. Rəbb onla­rın günahlarını bağışlayacaq və mü­ka­fat­larını artıracaq.

 ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ

(47. 29) “Məgər ürəklərini mərəz tutanlar elə güman edir­di­lər ki, Allah onların nifrətini üzə çıxarmayacaqdır?”

Doğrudanmı ürəkləri xəstə və haqdan ayrılaraq şəkk-şübhə için­­də əzaba düçar olanlar və öz alçaq ehtiraslarına qapılanlar elə zənn edir­­lər ki, Allah onların islama və müsəlmanlara bəslədikləri əda­vəti üzə çıxarma­yacaq? İnsana, həqiqi iman sahibləri ilə ya­lan­çı­ları mütləq bir-birindən fərqləndirəcək Müdrik Allah haqqında belə pis düşün­mək yaraşmaz. O (Pak və Müqəddəs), Öz müd­rik­li­yi sayəsində in­san­lara sı­naq göndərir və yalnız bu sınaqdan qalib çı­xanlar və öz ima­nı­nı qo­ru­mağı bacaranlar həqiqi möminlərdir. Dö­­zümlülük göstər­mə­yən və sə­birli olmayan çə­tin­liklər qar­şı­sın­da geri dönər, qorxaq kəm­etiqad olar və müsəlmanlar onun qəl­bin­də gizlətdiyi ədavəti gö­rüb, onun müna­fiq­liyinə əmin olarlar. Bu­dur Allahın ayəsinin müdrik mə­nası.
ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ
(47. 30) “Əgər Biz istəsəydik, onları sənə göstərərdik və on­­­da sən onları nişanələrinə görə tanıyardın. Lakin sən onları səhv­­lərinə görə mütləq tanıyacaqsan. Allah əməllərinizdən xə­bər­­dardır.”

Münafiqlər öz kafirliklərini heç vaxt gizlədə bilməyəcəklər, çün­ki o, onların danışıqlarında, gözlənilməz söz xətalarında və ha­­­belə on­ların üzündə əks olunaraq özünü büruzə verir. Dil in­sanın qəl­binin çömçəsidir və onda gizlənən xeyir və şəri oradan çöm­­­çə­lə­yib çıxardır. Lakin Allah münafiqlərin danışarkən səhv bu­­­­ra­xa­ca­ğı­na möhtac deyil, çünki O (Pak və Müqəddəs), onların əməllərindən xəbərdardır və hər birinə törətdik­lərinə görə əvəz ve­rəcəkdir.

 ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ

(47. 31) “Biz sizdən döyüşərək səbir edənləri öyrənənədək və xə­bər­­ləri­nizi yoxlayanadək sizi hökmən sınaqdan ke­çi­rə­cə­yik».

Allah sınaqların ən başlıcası və əzəmətlisini – Allah yolunda ci­hadı müsəlmanlara xatırladır. Bu cihadda iman və Allahın qul­la­rının səbirliliyi sınaqdan keçirilir. Yalnız xalis möminlər Allahın ira­dəsinə ta­be olur və mübarizə aparırlar ki, Onun dininə kömək et­sinlər və adı­nı şərəf­ləndirsinlər. Yalnız imanı kamil olmayanlar bu mü­barizədən tən­bəlliklə yayınırlar.

ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(47. 32) “Həqiqətən, iman gətirməyənlər, başqalarını Al­la­hın yo­lun­dan sapdıranlar və doğru yol onlara aydın olan kimi El­çidən ay­­rı­lanlar Allaha heç vəchlə zərər vura bilməzlər, O, isə on­­ların əməl­lərini boşa çıxaracaqdır.”

Fövqəluca şərin təcəssümü olan günahkarları təhdid edir. On­lar özləri Allaha iman gətirmirlər və başqalarına da Föv­qəl­qüd­rətli Rəb­bin yoluna gəlməkdə maneçilik törədirlər. Lakin bu ca­hil­liyin, yoldan az­manın və ya səhvlərin nəticəsi deyil, çünki onlar El­çiyə (ona Allah­ın sa­lavatı və salamı olsun!) müqavimət gös­tə­rir­lər və onunla şü­urlu su­rət­də düşmən­çilik edirlər.
Əlbəttə ki, onların məşum fitnə-fəsadları Allaha zərər vura bil­­məz və Onun səltənətini sarsıtmağa qadir deyil. O (Pak və Mü­qəddəs), onların əməllərini faydasızlaşdıracaqdır. Onların poz­ğun əməllə­ri on­lara fayda verməyəcəkdir, çünki onlar özlərini böhtan yay­mağa həsr etmişdilər, yalan isə insanlara təkcə peşmançılıq və mə­yusluq gətirir. Kafirlərin onlara görə mükafat alacaqlarını nə­zər­də tutduqları bir sıra işlərinə gəldikdə isə, Allah onlardan heç bi­rini qəbul etməyə­cək, çünki onlar həmin işləri qeyri-səmimi və yan­lış etmişdilər.

ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(47. 33) “Ey iman gətirənlər! Allaha itaət edin, Elçisinə ita­ət edin və öz əməllərinizi boşa çıxartmayın!”

Fövqəluca ayədə möminlərə dünyəvi və mənəvi xoşbəxtliyi ne­­cə əldə edə biləcəklərini göstərir və onlara dinin həm əsas, həm də fərdi məsələlərində Allaha və Muhəmməd Peyğəmbərə (ona Al­­lahın sala­vatı və salamı olsun!) itaət etməyi buyurur. İtaətin ka­mil olması insanın gü­nah­lardan çəkinməsi və dinin bütün hökümlə­rini yerinə yetirməsi ilə və bunları səmimiyyətlə, düzgün, yəni, yal­nız Allah xatirinə və yalnız Elçinin (ona Allahın salavatı və sa­la­­mı olsun!) bunu öyrətdiyi kimi icra etməsilə ger­çəkləşir.
Ey insanlar! Siz öz əməllərinizi nə onları yerinə yetirdiyiniz za­­­man, nə də onları artıq həyata keçirdikdən sonra, bəhrəsiz və fay­­­dasız etməyin. İnsan lütüfkarlıq göstərdiyi şəxsə minnət qoy­ma­­ğa başlarsa, öz əməlinə heyran qalarsa, etdiyi xeyirxahlığa görə özü­nü tərifləyərsə və ya günah işlədərsə, hətta səmimi və düzgün əməlləri belə bihudə və səmərəsiz ola bilər, çünki onlar onun xe­yirxah əməllərini heçə endirər və onu mükafat­dan məhrum edər.
Bu ayə, namazı, orucu, həcci və digər ibadət ayinlərini batil edən əməllərə də aiddir. Allahın bu sözlərinə istinad edərək, ila­hiy­yət alimləri hər hansı fərz ibadət ayininə istənilən səbəbə görə fa­silə verməyi qəti qa­dağan etmişlər və nafilə ayinləri də yarıda kəs­məyi arzuedilməz saymışlar.
Fövqəlucanın: “... və əməllərinizi boşa çıxartmayın”, söz­lə­ri­nə qayı­da­raq, qeyd etmək lazımdır ki, bu qadağa, yalnız səhih bi­lik­lərə istinad edən saleh əməllərin layiqincə yerinə yetirilməsi hök­­münü nəzərdə tutur.

ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

(47. 34) “Həqiqətən, Allah, iman gətirməyərək, başqalarını da Allahın yolundan çıxaranları və sonra kafir kimi ölənləri ba­ğış­la­ma­­yacaqdır”.

Bu sözlər “Bəqərə” surəsinin aşağıdakı ayəsi ilə sıx bağlıdır: “Əgər sizdən kimsə dinindən geri çəkilərsə və kafir kimi ölərsə, on­da həm bu dünyada, həm də Axirət həyatında onun əməlləri əbəs ge­dər” (Bəqərə, 2/217). Onlarda kafir olaraq ölənlərdən və onların əməl­lərinin əbəs olaca­ğından bəhs edilir.
Özləri Allaha, mələklərə, Kitablara, elçilərə və Qiyamət gü­nü­­nə iman gətirməyən, həmçinin yalan yayan və onu cahillərin gö­­zündə gö­zəl təsvir edərək, başqalarını haqdan döndərən və son­ra kafir olaraq, öz günahlarını tövbə etmədən ölən insanlar nə Al­­lahın ba­ğış­lamasına, nə də şəfaətçilərin onlar üçün şəfaət is­tə­məsinə layiq gö­rül­mür­lər. On­lar böyük Mükafatı gör­məyəcək, Rəh­manın – Bağışlayan A­llahın mər­həmətini dada bilməyə­cəklər, çün­ki onlara Cəhənnəmə düş­mək və ora­da əbədi iztirab çəkmək nə­sib olacaqdır.
Bu şərəfli ayədən aydın görünür ki, Allah, ölüm onları haq­la­­ma­mış öz kafirliyini tövbə edən günahkarları bağışlayır. O (Pak və Müqəddəs), onlara rəhm edir, onların, demək olar ki, bütün hə­yatı boyu kafir qalmalarına, özlərinin günah işlətmələrinə və baş­qalarını da yol­dan azdırmalarına baxmayaraq, onları Cənnət bağ­la­rında məskunlaşdırır. Öz mərhəmətinin qapılarını qulları qar­şı­sın­da taybatay Açan – Pakdır və onlar hələ yaşadıqca və tövbə et­mək imkanına malik olduqca, o qapıları bir anlığa belə bağlamır!
Heç bir çətinlik çəkmədən bütün günahkarları həlak etməyə Qadir­olan, lakin onları cəzalandırmağa Tələsməyən, sanki onlar Onun hökümlərinə heç vaxt itaətsizlik göstərməyibmişlər kimi, on­lara daima Qayğıçə­kən, nemətlər Ətaedən, Təmkinli Allah – Pak­dır!

ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ
 (47. 35) “Zəiflik göstərməyin və üstün olduğunuz halda sülhə çağırmayın. Allah – sizinlədir və əməllərinizi əksiltməyə­cəkdir”.

Düşmən qarşısında əllərinizi yanınıza salmayın və ürə­yi­ni­zin qor­­xu­ya düşməsinə imkan verməyin. Səbir edin və dözümlü olun, həmçinin döyüşə və mübarizəyə hazırlaşın ki, Allahın lü­tüf­­karlığını qa­zana bilə­si­niz, islamı şərəfləndirəsiniz və lə­nət­lən­miş şeytanı acıq­lan­dırasınız! Əgər düşməndən üstün ol­du­ğunuzu gö­­rürsünüzsə, dinci­nizi almaq məq­­sədi ilə onlarla sülh da­nı­şıq­la­rına getməyin.
Fövqəluca bu ayədə üç amili sadalamışdır ki, onlar mü­səl­man­­lar­dan mətanətli olmağı və zəiflik göstərməməyi tələb edir. Bi­rin­cisi, onlar – öz düşmənlərindən üstündürlər və onlara qələbə çal­maq üçün kifayət qədər qüvvələri var və bundan əlavə, yalnız haq­qı buyuran Allah da onlara Öz köməyini vəd etmişdir. İnsan say­ca və bacarıqda, döyüş ruhu və bədəni ilə düşmənindən zəif ol­duqda, özünü köməksiz və alçaldılmış hiss edir. Bü­tün bunlar isə heç vəchlə müsəlmanlara aid deyildir.
İkincisi, Fövqəluca Allah – onlarladır. Onlar – mömindirlər, Al­lah isə möminləri heç vaxt darda qoymur, onları köməksiz və yar­dımsız saxlamır. Təkcə bu onları ruhlandırmalı və hər hansı düş­­mənə qalib gəlməyə yönəltməlidir.
Üçüncüsü, Allah vəd etmişdir ki, onların əməllərini qə­tiy­yən ək­­silt­mə­yəcək və etdikləri yaxşılıqlara görə əvəzini onlara tam ve­rə­cək və hətta onların mükafatını artıracaqdır. Allahın mü­ka­f­a­tı yeddi yüz dəfə və ondan da çox artırması hər şeydən daha çox ci­hada aid­dir.
Fövqəluca buyurur: “Mədinə sakinləri və ətrafdan olan bə­də­­­­­vi­lər Allahın Elçisindən geri qalmamalı və onun həyatı qarşı­sın­da öz həyatla­rına üstünlük verməməliydilər. Bu ona görə be­lə­dir ki, onla­rın Allahın yolunda susuzluğu, yor­ğun­luğu və ac­lı­ğı, kafir­lərin qəzə­binə səbəb olan hər addımı, düş­mənlərinin uğ­­radıldığı hər məğlu­biyyəti mütləq onlara xeyirxah əməllər ki­mi yazılır. Hə­qiqətən, Allah yaxşılıq edənlərin mükafatını itir­mir. On­lar bö­yük və ya az bir miqdar sədəqə verirlərsə, hər han­sı bir va­dini keçib qət edirlərsə, bunların hamısı onların he­sa­bına yazılır ki, Allah on­lara etdiklərin­dən daha yaxşısı ilə əvəz ver­sin” (Tövbə, 9/120-121).
İnsan onun etdiyi səylərin və cihadda iştirakının Allah tə­rə­fin­­dən diqqətsiz qalmayacağını qəti olaraq bildikdə, hökmən Al­la­hın vəd etdiyi mükafatı qazanmaq üçün əlindən gələn hər şeyi edə­cəkdir. On­da bəs Allahın bu ayədə xatırlatdığı hər şeyin hə­qi­qi­liyinə əmin olan haqqında nə demək olar? Şübhəsiz ki, o, var qüv­vəsi ilə Rəbbinin lütüf­kar­lığını qazanmağa can atacaqdır. Föv­qəl­uca Allah Özünün belə ecazkar ayə­ləri ilə qullarını xeyirxah iş­lər görməyə və öz səadəti, əmin-amanlığı uğ­runda mübarizə apar­ma­ğa ruhlandırır.

ö
ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(47. 36) “Həqiqətən, dünya həyatı – yalnız oyun və əy­lən­cə­dir. İman gətirib, təqvalı olsanız, O, mükafatınızı sizə əta edər və malı­nız­dan da heç nə istəməz».

Fövqəluca insanları dünya nemətlərinə aludə olmamağa ça­ğı­­rır, çünki dünya həyatı – insan bədənləri üçün yalnız əyləncə və on­ların qəl­­bi üçün bir məzəkədir. Amma çox vaxt insan zən­gin­li­yi­nə, övlad­larına və pal-paltarlarına görə sevinir, qadınlardan, zə­rif yeməklərdən, içkilərdən məmnun olur, öz evi və onun ətrafının gö­zəl mənzərələri ilə fəxr edir, öz mövqeyi və vəzifəsi ilə qür­rə­lənir, özünü ona heç bir fayda ver­mə­yəcək şeylərə həsr edir, bir söz­lə desək, yer üzündə yaşa­ma müd­dəti tükə­nə­nədək, öz hə­ya­tını günahlar törətməklə və Rəbbinə itaətsizlik gös­tər­məklə boş-bo­­şuna və qayğısız davam etdirir. O, keçici zövq aldığı bu şey­lər­dən ayrıldıqda, özü ilə heç nə aparmır və onda dərk edir ki, böyük zə­­rərə uğramışdır, əbədi səadətdən məhrum ol­muş­dur və cə­za­lan­­dırıl­maq­dan başqa heç nəyə layiq olmamışdır. Bü­tün bunlar is­tə­­nilən ağıllı insana dünya nemətlərinə aldanmamağı və yer üzün­­­də cah-cəlala, zəngin­liyə və israfçılığa can atmamağı göstərir.
Maddi nemətlərdən həzz almağa və var-dövlət toplamağa gö­rə de­yil, yalnız iman və təqvalılıq haqqında narahat olmaq la­zım­­dır. Əgər siz Allaha, mələklərə, Kitablara, elçilərə və Qiyamət gü­­nünə iman gəti­rirsiniz və günahlardan çəkinirsinizsə və fa­si­lə­siz olaraq Allahın bə­yən­diyi şeyləri yerinə yetirirsinizsə, onda siz öz əməllərinizdən fayda­lana bilərsiniz. Məhz belə uğura nail ol­­­maqdan ötrü Allah­ın qulları bir-biriləri ilə, bütün qüvvələrini və vaxt­­larını əsirgəmədən, rəqabət aparmalıdırlar.
Mərhəmətli və Rəhimli Allah sizdən məhz bunu gözləyir. O (Pak və Müqəddəs), sizdən ötrü bol-bol mükafatlar hazırlamışdır. O (Pak və Müqəddəs), sizə gücünüz çatmayan hökümlər verməyi və sizi çətin və­ziyyətə qoymağı, sizi mal-mülkünüzdən ayrı sal­ma­­­ğı və bununla sizə zərər vur­mağı istəmir.

ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ

(47. 37) “Əgər O, sizdən onu istəyərsə və israr edərsə, onda siz xəsislik edərsiniz və O, sizin ədavətinizi üzə çıxardar.”

Əgər Allah hər halda sizdən sədəqə verməyi tələb edərsə, siz öz xə­sis­liyinizi göstərsəniz, onda O (Pak və Müqəddəs), sizin kin-kü­durət bəslə­diyinizi aşkar edər. Həqiqətən, insanların ürə­yin­də giz­lənən əda­vət, Allah­ın əmr etdiyi onların xoşuna gəl­mə­dikdə, müt­ləq üzə çıxır. Bunu təsdiq edərək, Fövqəluca belə bu­yu­rur:

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ

(47. 38) “Budur, sizi Allah yolunda xərc çəkməyə çağırırlar və ara­nızda elələri var ki, xəsislik göstərir. Xəsislik edən, öz zə­rə­rinə xə­sis­lik edər. Allah – Zəngindir, siz isə kasıbsınız. Əgər siz üz döndər­səniz O, si­zi digər insanlarla əvəz edər və onlar si­zə bənzəməzlər.”

Siz öz malınızdan Allah yolunda sərf etməlisiniz ki, həm yer üzündə, həm də Axirət həyatında özünüzün əmin-amanlıqda ya­şa­ma­nızı təmin edə biləsiniz. Lakin, buna baxmayaraq, hərbi y­ü­rüş­lədən əldə edilən mənfəət yəqin olduğu halda, sizlərdən bə­ziləri sədəqə ver­mə­yə simiclik edirl­ər. Onlardan kiməsə tə­mən­na­sız yardım göstərməyi xahiş etdikdə, boyun qaçırırlar.
Xəsis yalnız özünə zərər vurur. O, Allaha ziyan verə bilməz, am­­ma özünü mükafatdan, böyük nemətdən məhrum edər. Allah­ın heç nəyə ehtiyacı yoxdur, siz isə kasıbsınız və hər an hər bir işi­nizdə Onun köməyi və yardımına möhtacsınız.
Əgər siz imandan dönsəniz və Allaha itaətdən boyun qa­çır­sa­nız, O (Pak və Müqəddəs), sizi başqa bir xalqla əvəz edər və o, si­zə ox­şa­­maz. O xalq Ona itaətdən qaçmayacaq və mütiliklə Al­la­hın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmr­lə­rini ye­ri­nə yeti­rəcək və onları qəl­bən sevəcək. Bu ayə Föv­qəlucanın aşağıdakı kə­lamı­na bənzəyir: “Ey iman gətirənlər! Əgər sizdən kimsə öz di­nin­dən geri çəkilsə, onda Allah on­ların ye­rinə, Onun sevəcəyi və on­ların da Onu sevəcəyi başqa insan­ları gətirər. Onlar möminlər qar­şısında itaətkar, kafirlər qar­şı­sında isə sar­sılmaz olarlar, Allah yo­lunda mübarizə apararlar və qı­na­yan­ların qınağından qorx­maz­lar...” (Maidə, 5/54).





[1] Mərhum müəllifin də təfsirində qeyd etdiyi kimi, burada döyüş meydanı şəraitində üz-üzə gəl­mək nə­zərdə tutulur ki, bu zaman silahlı düşmənin də yeganə məqsədi rəqibini həlak et­mək­dir. Əgər bu belə olmasaydı, görüş döyüş meydanında deyil, danışıqlar aparılan məclisdə hə­ya­ta keçirilərdi. F.S.
[2] Günümüzdə bir sıra müsəlmanlar Allahın bu ən mühüm və fundamental kəlamını – islamın şə­ha­dət formulasının ən vacib fraqmentini özlərinəməxsus bir tərzdə və Allahın Özünün və Onun Elçisinin (s.ə.s) bildirmədiyi bir tərkibdə qəbul etməyə və başqalarına da qəbul etdirməyə ça­lı­şırlar. Belə ki, bəzi müsəlmanlar o yerə varırlar ki, Allahın: “Allahdan başqa ilah yoxdur və Mu­­­həmməd Onun Elçisidir” şəhadət formu­lu­nun birinci hissəsini: “Lə iləhə illəllah” formulunu Azər­baycan dilinə: “Allahdan başqa ilah yoxdur” kimi tərcümə edilməsini yanlış, xəta sayır və onu, əs­lin­də olmayan digər sözlərlə “zəngin­ləşdirməyə” cəhd göstərirlər, yəni, şəhadətin birinci his­sə­si­ni, ümu­miy­yətlə, yalnız “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” kimi çe­virməyi da­ha doğru sayırlar. Lakin “...ibadətə layiq haqq məbud yoxdur” əlavə­sinə bir izah vasitəsi kimi eti­raz et­mə­­­yərək, biz onun Şəhadətin şərhi kimi istifadə edilməsində heç bir maneə gör­mü­rük. Amma Şəhadətin belə for­ma­da əsil ilahi ifadə kimi işlədilməsinin Qurana və Sün­nə­yə əsas­lan­madığına və tanınmış islam mütə­fək­kirlərinin də belə bir rəy bildirmədiklərinə görə, onun, Al­la­hın mütləq Şəhadət forması kimi istifadəsini şəriətə uyğun saymırıq. Şəhadət formasına (“Al­lah­dan baş­qa ilah (və ya başqa Allah) yoxdur” ifadəsinə) Allahın buyurmadığı və Peyğəmbərinin (ona Allahın sa­la­v­atı və salamı olsun!) hə­dislərində əks olunmamış sözlərin əlavə edilmə­si­ni düz­gün say­mı­rıq. Çünki Azərbaycan dilində şəhadətin belə ifadə formasını qəbul et­məklə, buna iddia edənlər, Allahın şəhadətinin mütləqliyini inkar və Allah­dan başqa ilahların (?) olduğunu iddia etmiş olurlar. Bu isə, mahiyyətcə, Fövqəluca Allahın misilsiz (“Məndən başqa ilah yoxdur”) ifadəsini inkar və təhrif etmək demək­dir. Lakin buna baxmayaraq, həmin əlavələrin bir izah, şərh forması ki­mi dəvətdə isti­fadə edilməsinə bir maneə olmadığını da aydın bil­diririk. Allahın kəlam­larını hər han­sı bir dilə tər­cü­mə etdikdə, onlar çevrilən dildə ayələrin əslinə mümkün olduqca uy­ğun gəlməlidir. Bu da Allahın Sö­zü­nün mü­qəddəsliyi, deməli, dəyişdiril­məz­liyi ilə bağlı­dır. Müsəlman tərcümə­çi, ümumiyyətlə, istənilən tərcüməçi Allah qar­şısında bu­na şəxsi məsu­liy­yət daşıyır və bunu bilməlidir, çünki Qiyamət günü Onun hüzurunda cavab verməli olacaqdır. F.S.
[3] İtalik şriftlə nəzərə çarpdırma mənimdir. F.S.

Комментариев нет:

Отправить комментарий