среда, 2 мая 2012 г.

80. ƏBƏSƏ SURƏSİNİN ŞƏRHİ



SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

                             Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ
(80. 1) “Ovqatı təlx oldu və döndü”,
(80. 2) “çünki ona bir kor yaxınlaşmışdı”.

Bu mübarək ayələr Peyğəmbərin (ona Allahın salavatı və sa­la­mı olsun!) yanına gəlmiş və ondan (s.ə.s) Allahın dini haq­qın­da yeni bir şey eşitmək istəyən bir mömin kor kişi haqqında nazil edil­mişdir. Həmin vaxtda onun (s.ə.s) yanına həmçinin qu­reyş­li­lə­rin adlı-sanlı varlılarından biri də gəlmişdi. Allahın Elçisi (ona Al­la­hın salavatı və salamı olsun!), təbii olaraq, insanları haqq dinə də­vət etməyə çalışırdı. Buna görə o (s.ə.s) varlı adama müraciət et­di və kasıb kor kişidən üzünü o ümidlə döndərdi ki, həmin varlı is­la­mı qəbul edər və günah­larının rəzalətindən qurtarar. Lakin Allah belə bir hərəkəti bəyənmədi və Elçisini (ona Allahın salavatı və salamı olsun!) yüngülcə məzəm­mət etdi.
Sonra Fövqəluca Allah mömin ilə söhbətdən hansı faydanı ala bilə­cəyini xatırladır və buyurur:

 ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ
(80. 3) “Sən nə bilirdin? Bəlkə, o təmizlə­nə­cək­di”
(80. 4) “və ya nəsihəti xatırlayacaqdı və xatırlaması ona fay­da verə­cəkdi».
(80. 5) “Heç nəyə ehtiyacı olmadığını qərara alana”
(80. 6) “sən diqqət yetirirsən”.
(80. 7) “O təmizlənməsə sənə nə olacaq ki?”
(80. 8) “Sənin yanına həvəslə gələnə”
(80. 9) “və qorxana”
(80. 10) “sən diqqət yetirmirsən”.
                                                                                                           
Ey Muhəmməd! Kor kişi pis xasiyyətdən təmizlənə və gözəl key­fiy­yətlər qazana bilərdi. O, faydalı biliyi yadda saxlaya bilər və sonra ondan fayda götürərdi. Peyğəmbərliyin və sənin xüt­bə­lə­ri­nin, nəsihətlərinin əsas məqsədi də məhz elə bundadır. Sən, haqqı ax­­tarmaq və onu qəbul etmək üçün yanına gələn hər kəsi gülərüz qar­­şılamalısan və başqa davranış sənə yaraşmaz.
Sən, haqqı dərk etmək niyyətində olmayan və dinsiz-iman­sız keçi­nə­cəyini güman edən varlıya tərəf çevrilməməliydin. Onun var-dövləti var, lakin o – zəngin deyil, çünki xeyirxahlıq et­mək istəmir. Sən bu kafir­dən üstün olanı tərk etməməliydin, çünki hət­­ta əgər o küfürdən təmizlənməsə də, sən onun cinayətlərinə gö­­rə məsuliyyət daşımayacaqsan.
Bu müddəadan belə bir qayda yaranır: “Qeyri-müəyyən bir şe­­yə gö­rə, artıq müəyyən olanı tərk etmək, yəni güman edilən fay­da xatirinə ger­çək faydadan imtina etmək olmaz». Buna görə bi­lik axta­ran, ona ehtiyacı olan və can atan hər kəsi mehribanlıqla qar­şılamaq, ona hamıdan daha çox diqqət yetirmək lazımdır.
 ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(80. 11) “Xeyr! Bu, həqiqətən, Nəsihətdir”
(80. 12) “və qoy hər istəyən onu yadda saxlasın!”

Bunlar Allahın moizələri və nəsihətləridir. O (Pak və Mü­qəddəs), qullarına nəsihət verir və Kitabında onlara ehtiyacları olan hər şe­yi izah edir, onlardan ötrü doğru yolu azğınlıqdan fərq­­ləndirir. Bun­dan sonra isə haqq insanlara aydın olan kimi, di­­­lə­yən hər kəs öz işlərində onları rəhbər tutmaq üçün əsas gö­türə bi­lər. Fövqəluca bu­yu­rur: “De: “Haqq – sizin Rəb­bi­niz­dən­dir. Kim istəyir – inanır, kim istəmirsə, qoy inanmasın...” (Kəhf, 18/29).
Sonra Fövqəluca Allah Quran nəsihətlərinin əhəmiyyəti və əzəməti haqqında xəbər verərək, buyurur:

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
(80. 13) “O, kəramətli səhifələrdədir” –
(80. 14) “ucaldılmış və pak”
(80. 15) “elçilərin əllərindədir” –
(80. 16) “şərəfli və itaətkarların”.

Yüksəklərə ucaldılmış bu səhifələr Quran nəsihətlərinin də­­yəri­ni və misilsiz məziyyətlərini təsdiq edir. Şeytanlar ona to­xuna və ya, gözucu da olsa, nəzər sala bilmirlər. Onlar mə­lək­lə­rin – Al­la­hın Onun qullarına gön­dərdiyi elçilərinin əllə­rin­də­dir­lər. Bu el­çi­lər alicənabdır­lar və buna görə onlar yalnız xeyir və xe­yir-dua gə­tirirlər, onların qəl­bi və əməlləri isə yaxşılıqla do­ludur.
Allah Öz Kitabını belə qoruyur. O (Pak və Müqəddəs), onu Öz nəcib və alicənab, qüdrətli və təqvalı mələkləri vasitəsilə pey­ğəm­­bər­lərinə nazil edir, şeytanlara isə ona yaxınlaşmağa icazə ver­mir. Hər bir insan buna inanmalı və bunu qəbul etməlidir. Lakin buna baxma­yaraq, insan Allaha naşürüklük etməklə cavab verir və buna görə də, sonra Quranda belə buyrulur:

 ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(80. 17) “Qəhr olsun insan! O necə də naşükürdür!”
(80. 18) “O, onu nədən xəlq etmişdir?“
(80. 19) “Nütfədən. Qədərini də yaratmış”,
(80. 20) “sonra yolunu asanlaşdırmış”,
(80. 21) “sonra onu vəfat etdirib, qəbrə qoymuşdur”.
(80. 22) “Sonra, istədiyi vaxt O, onu dirildəcəkdir».
(80. 23) “Xeyr! O, hələ də Allahın əmr etdiyini yerinə yetir­mə­­miş­dir».


İnsan Allahın ona verdiyi nemətləri müqabilində necə də na­­­şü­kürdür! O, haqq ona məlum olduqdan sonra, ona müqavimət gös­­­tərir! Axı o, yalnız mənfur bir mayedən yaradılmış aciz bir məx­­luq­­dur. Allah onun qədərini təyin etmiş, ona boy-buxun ver­miş və onu qeyri-adi müşahidə edilən və edilməsi mümkün ol­ma­yan ba­ca­­rıq və istedadla təmin etmişdir. O (Pak və Müqəddəs), onun mad­­di və dini nemətlərə nail olması yollarını asanlaşdırmış, ona doğ­ru yo­lu gös­­tərmiş, onu izah etmiş və onun sədaqətli ol­ma­sı­nı sı­naqdan ke­çir­mək üçün ona əmr və qadağalar həvalə et­miş­dir. O (Pak və Müqəddəs), onu ehtiram göstərilməsi ilə şərəfləndi­rə­rək, ona in­sa­nın meyi­dini basdırmağı və cənazəni, digər heyvan cə­səd­ləri ki­mi, ye­rin üs­tündə qoymamağı anlatmışdır. Sonra da O (Pak və Müqəddəs), onu dirildəcək ki, etdikləri əməllərinə görə ona əvə­zini versin.
Allah insanı idarə edir[1] və onu taleyinin çoxsaylı də­yiş­kən­likləri ilə sınayır. Heç kim Onunla bu hakimiyyəti bölüşmür və buna bax­ma­yaraq, insan Onun hökümlərini icra etmir, nöqsanlara yol verir və Onun qarşısında borclu qalır.

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(80. 24) “Qoy insan hər şeydən öncə öz yeməyinə baxsın!”
(80. 25) “Biz bol leysan yağdırırıq”,
(80. 26) “sonra yerdə şırım açıb,
(80. 27) “ona taxıl əkirik,
(80. 28) “üzüm və yonca,
(80. 29) “zeytun və xurma ağacları,
(80. 30) “sıx ağaclı bağlar,
(80. 31) “meyvə və otlar bitiririk ki,
(80. 32) “sizə və mal-qaranıza fayda versin».

Allah insana təklif edir ki, o, öz yediyinə diqqət yetirsin və qi­­da­­nın ona necə gəlib çatması haqqında düşünsün. Allah sə­ma­dan bol yağış yağdırır və bitkilər üçün yer üzündə şırımlar açır və çox­say­lı mədəni bit­kilər yetişdirir ki, sonra onlar dadlı yeməklərə və xo­şa­gələn ye­mə çevrilir. Allah üzümü, yoncanı, zeytunu və xur­manı on­ların bö­yük faydalılığına gö­rə xüsusilə vurğulayır. Ərəb sözü olan “kadb” (“yo­n­ca”) həm də uzun saplağı olan bütün bit­­kiləri ehtiva edir.
Allah bağlar salır ki, ağacları çox sıx bitir, onların qol-bu­daq­­ları isə bir-birinə sarmaşırlar. Onlarda elə meyvələr yetişir ki, on­­lar insana sevinc və məmnunluq gətirir. Buna misal olaraq, in­ci­li, üzümü, əriyi, narı və s. göstərmək olar. Allah həmçinin ot­la­rı[2] ya­ratmışdır. Onları heyvanlar və mal-qara yeyir. Allah bu hey­­van­ları yaradaraq, insana tabe etmişdir. Kim bu nemətlərin üzə­­rin­də düşünərsə, mütləq öz Rəb­bi­nə həmd edər və bütün qüv­və­si­ni sərf edər ki, Onun yoluna gəlsin, Onun hökümlərinə itaət et­sin və Onun bildirdiklərinin hamısına iman gətirsin.


 ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ

(80. 33) “Qulaqbatırıcı Səs gəldikdə”,
(80. 34) “həmin gün insan qardaşını da atacaq”,
(80. 35) “anasını da, atasını da”,
(80. 36) “zövcəsini də, oğullarını da”,
(80. 37) “çünki hər bir insanın başı öz qayğısına qa­rı­şa­caq».

Qiyamət günü başladıqda, dəhşətli bir gurultu qopacaq ki, on­­dan qulaqlar batacaq və ürəklər təlatümə gələcək. Onda insan özü­nün ən sevimli və əzizlərini belə atıb qaçacaq: qardaşını, ana­sı­nı, atasını, zövcəsini və uşaqlarını. Həmin gün o, böyük bir dəh­şə­tin şahidi ola­caq və xeyirxah işlər görməyə sayagəlməz ehtiyac du­­yacaqdır. Onu yalnız özünü cəzadan qurtarmaq düşündürəcək və buna görə başqa­ları haqqında fikirləşməyə vaxtı belə ol­ma­ya­caq. Həmin gün bütün məx­luqlar xoşbəxt və bədbəxtlərə ay­rı­la­caq­lar.
 ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ
(80. 38) “Həmin gün bəzilərinin üzü parıldayacaq”,
(80. 39) “güləcək və şadlanacaq».
(80. 40) “Başqa üzlər isə həmin gün toz-torpaqlı olacaq”,
(80. 41) “onlar qaralacaqlar”.

Bəxtəvər möminlərin üzləri parıladayacaq, onlar güləcək və şad­­la­nacaqlar, çünki onlar xilas olduqlarını və uğur qazan­dıq­la­rı­nı biləcəklər. Bədbəxt günahkarların üzləri isə zülmət içində, tut­qun və qapqara ola­caq­dır. Onlar hər cür nemətdən əllərinin üzül­dü­yü­nü görə­cək, öz bədbəxtliyi və həlak olacaqlarını biləcəklər.

ﰜ ﰝ ﰞ ﰟ ﰠ
(80. 42) “Bunlar məhz kafir günahkarlar olacaqlar».

Onlar Allaha Onun göstərdiyi mərhəmətinə görə min­nət­dar­lıq etməkdən boyun qaçırardılar, Onun ayələrini rədd edər­di­lər və Onun qadağalarını pozmağa cəsarət edərdilər. Ey Rəb­bi­miz! Bizi bağışla və bundan xilas et, axı Sən – Səxavətlisən, Ali­cə­nab­san!




[1] Kursiv mənimdir. F.S. Müəllifin bu dəyərli müddəası Qurana əsaslanır, İlahi hikmətini və mər­­həmətini ifadə edir. Lakin insanların böyük əksəriyyəti bu mütləq həqiqəti olduğu kimi dərk et­mir və ya etmək istəmir. Əgər insanlar Fövqəlqüdrətli Allahın onları fasiləsiz idarə və mü­şahidə et­diyinə iman gətirsəydilər və buna uyğun davransaydılar, onda onların həyatı ki­fa­yət qədər asan­laş­mış olardı və onlar Qiyamətə və əbədi səadət hazırlaşmağı üstün tutardılar. F.S.
[2] Müəllifin, ayənin bilavasitə mətni ilə bağlı olmadığı üçün, qeyd etmədiyi və otlarla bağlı bir qey­di oxu­cuların nəzərinə çatdırmaya bilmərəm. Peyğəmbərimizin (ona Allahın salavatı və sa­la­mı olsun!) bəşə­riy­yətə, ilk növbədə isə müsəlmanlara irs qoyduğu Təbabətində məhz Allahın xəlq etdiyi saysız-hesabsız şə­falı otlardan və dərman bitkilərindən bəhs edilməkdədir. Düzdür, bu gün bu ilahi təbabəti, nədənsə, həm bizim ölkəmizdə, həm də əksər xarici ölkələrdə “xalq tə­babəti” deyə adlandırırlar. Bunlar məhz Müdrik Allahın yer üzündə yaratdığı misilsiz ot və bit­kilərin və onların barəsində müalicə səciyyəsi daşıyan məlumatları isə, Allahın elçiləri (on­la­ra Allahın salamı olsun!) vasitəsilə bəşəriyyətə çatdırıldığı bir şəraitdə insana bəlli olmuşdur. Gö­rünür ki, Allahı və Onun peyğənbərlərini unudan kütlələr şəfanın Kim tərəfindən nazil edil­mə­sini də unutduqları üçün, onu “xalq” adı ilə bağlamışlar. Bu isə xalqa deyil, Xaliqə, yerin, insanın, göy­lə­rin və bütün digər varlıqların Yaradanına qarşı yalnız laqeydlikdən doğmuş bir fenomendir. Ə­s­linə qaldıqda, nə rəsmi tibb, nə də “xalq təbəbətinin” nailiyyətləri bəşər təfəkkürünə in­san­ların öz istəyi ilə qazandırdığı bir gerçəklik deyil, yalnız Allahın qədəri ilə nizamlanan pro­ses­lər­dir. Allah istəmədikcə, hər şeyin qədərində nəzərdə tutmadıqca heç nə baş verə bilməz. Allahın yer üzündə yaratdığı çoxsaylı otlar və bitkilər haqqında, oxucu üçün, güman edirəm bu mə­lumat hələlik bəsdir. F.S.

Комментариев нет:

Отправить комментарий