среда, 2 мая 2012 г.

V c. Əbdürrəhman ibn Nasir əs-Saadi, Quran Təfsi....


ƏS-SƏƏDI, ƏBDÜRRƏHMAN IBN NASIR. MÜQƏDDƏS QURAN TƏFSIRI.
(“SƏXAVƏTLI VƏ MƏRHƏMƏTLI ALLAH­DAN GƏLƏN ASANLAŞDIRMA”).

V cild

Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010, 532 səh.


Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli və Mər­həmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş ya­­­yıl­mış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təf­sir­lə­rin­dən bi­ri­dir. Bu əsər çox sadə dildə yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan ba­şa düşüləndir.
Bu, Şərəfli Quran ayələrinin bəhs etdiyi bütün mövzular üzrə en­sik­lo­pe­dik təf­sir kimi qəbul edilə bilər. Müəllif ayələri şərh edərkən, ilk növbədə, Şərəfli Qu­ra­na, sonra Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­sun!) səhih hə­dislərinə, daha sonra isə onun səhabələrinin (Allah onlardan razı ol­sun) yekdilliklə ra­zılaşıb qəbul etdikləri müddəalarına istinad etmişdir.
Tərcüməçi, IV cilddən başlayaraq, səhifəaltı izahlarında Türkiyənin Quran Təd­qi­qat­ları Mərkəzinin hazırladığı “Quran heç tükənməyən möcüzə” (İstanbul, 2005) ad­lı elmi-tədqiqat əsərindən (tədqiqatçı müəlliflərin icazəsi ilə) istifadə edir.

ISBN: 978 – 9952 – 450 – 38 – 5
© «F.S.Qurbanov», 2010
© «NURLAR», 2010

CİLDİN MÜNDƏRİCATI

Müəllifin ön sözü

Müəlifin trcümeyi-halı

Əsərdə keçən bəzi sözlərin izahı

Əsərin ərəb əslinə İslamın görkəmli alimlərinin yazdıqları təqdimat və müqəddimələr
Şeyx Muhəmməd b. Saleh əl-Useyminin TƏQDİMATI

Abdullah b. Əbdüləziz b. Aqil əl-Aqilin MÜQƏDDİMƏSİ

Şeyx Bəkir b. Abdullah Əbu Zeydin MÜQƏDDİMƏSİ

TƏRCÜMƏÇİNİN BEŞİNCİ CİLDƏ YAZDIĞI ÖN SÖZÜ
TƏRCÜMƏÇİNİN BİRİNCİ CİLDƏ YAZDIĞI ÖN SÖZÜ
TƏRCÜMƏÇİNİN İKİNCİ CİLDƏ YAZDIĞI ÖN SÖZÜ
TƏRCÜMƏÇİNİN ÜÇÜNCÜ CİLDƏ YAZDIĞI ÖN SÖZÜ
TƏRCÜMƏÇİNİN DÖRDÜNCÜ CİLDƏ YAZDIĞI ÖN SÖZÜ

24. ən-Nur surəsinin ayələri (qısa məzmunla):
24.1. Fərz qılınmış şərəfli surə
24.2. Zinakara yüz şallaq
24.3. Zinakarın zinakarla evlənməsi
24.4. Dörd şahid
24.5. Tövbə edənlərdən başqa
24.6. Özündən başqa şahidi olmayan
24.7. Beşinci dəfə isə
24.8. Cəza o zaman götürülür ki
24.9. Özüm Allahın qəzəbinə gəlim
24.10. Tövbələriqəbuledən
24.11. Böhtan atan şəxslər
24.12. Bu açıq-aydın böhtandır
24.13. Şahid gətirməyiblərsə, Allah qarşısında yalançıdırlar
24.14. Uzun-uzadı danışıqlarınıza görə
24.15. Dilinizlə yalan yayırsınız
24.16. Bizə belə danışmaq yaraşmaz
24.17. Allah nəsihət edir
24.18. Ayələri sizə izah edir
24.19. İyrənc sözlər yaymaq
24.20. Allahın sizə mərhəməti olmasaydı
24.21. Şeytanın izi ilə
24.22. Qohumlara, kasıblara kömək barədə
24.23. Namuslu qadınlara böhtan atanlar lənətlənəcək
24.24. Əlləri, ayaqları əleyhlərinə şahid olacaq
24.25. Allah hesablarını tam verəcəkdir
24.26. Xəbis qadınlar xəbis kişilər üçün
24.27. Özgə evə icazəsiz girməyin
24.28. İcazə verilənədək daxil olmayın
24.29. İstifadə edə biləcəyiniz evlər
24.30. Baxışlarını aşağı salsınlar
24.31. Tənasül üzvlərini qorusunlar
24.32. Subayları evləndirin
24.33. Evlənməyə imkan tapmayanlar
24.34. Ötüb keçənlər haqqında dəlillər
24.35. Göylərin və yerin Nuru
24.36. Adı xatırlanır
24.37. Alış-verişin yayındırmadığı kişilər
24.38. Allah istədiyinə saysız ruzi verir
24.39. Kafirlərin əməli ilğıma bənzər
24.40. Dənizin qaranlığına bənzər
24.41. Səf-səf uçan quşlar da tərifləyir
24.42. Hökmranlıq Allahındır
24.43. Allah buludları qovur
24.44. Gecə-gündüzü əvəz edir
24.45. Canlılar sudan yaradılmışdır
24.46. İstədiyini doğru yola yönəldir
24.47. Bir hissəsi üz döndərir
24.48. Dəvət edildikdə
24.49. Onların xeyrinə olsaydı
24.50. Onlar özləri zalımcasına davranırlar
24.51. Eşitdik və itaət etdik
24.52. Təqvalılar – nail olmuşlar
24.53. Münafiqlərə əmr etdikdə
24.54. Əgər üz döndərsəniz
24.55. Allah vəd etmişdir
24.56. Namaz qılın, zəkat verin, itaət edin
24.57. Kafirlər xilas ola bilməzlər
24.58. Əlinizin altındakılar icazə istəsin
24.59. Uşaqlarınız həddi-buluğa çatdıqda
24. 60. Nikahlanmağa ümid
24.61. Kora günah gəlməz
24.62. Təkcə iman gətirənlər – mömindirlər
24.63. Allah əkilib aradan çıxanlardan xəbərdardır
24.64. Hər şey Allaha məxsusdur

25. Furqan surəsinin ayələri:
25.1. Furqanı nazil edən
25.2. Göylərin və yerin hakimiyyəti
25.3. Xəlq edilmiş “ilahlar”
25.4. Onun uydurduğu yalan
25.5. Qədim xalqların əfsanəsi
25.6. Sirləribilən nazil etmişdir
25.7. Bu nə elçidir?
25.8. Niyə ona xəzinə verilməyib?
25.9. Onlar sənə zərbi-məsəllər çəkirlər
25.10. Cənnət bağlarını Bağışlayan
25.11. Onlar Saatı yalan sayırlar
25.12. Onlar alovun qaynamasının müdhiş pıqqıltısını eşidəndə
25.13. Onlar zəncirlənmiş halda
25.14. Siz bu gün özünüzə çoxlu ölüm çağırın
25.15. Təqvalılara vəd edilən
25.16. Orada hər şeyi əldə edəcəklər
25.17. Həmin gün O buyuracaq
25.18. “Sən Pak və Müqəddəssən”
25.19. Dediklərinizi təkzib etdilər
25.20. Sənin Rəbbin Görəndir
25.21. Bizə qovuşacaqlarına ümid etməyənlər
25.22. Onların mələkləri görəcəkləri gün
25.23. Onları toza çevirərik
25.24. Həmin gün Cənnət sakinləri
25.25. Həmin gün göy yarılacaq
25.26. Hökmranlıq Rəhmanın haqqıdır
25.27. Zalım əllərini çeynəyəcək
25.28. “Kül başıma” deyəcək
25.29. Zikr mənə çatdıqdan sonra
25.30. Xalqım Quranı tərk etmişdir
25.31. Hər peyğəmbərə düşmən yaratdıq
25.32. Quran niyə birdəfəliyə nazil edilməyib
25.33. Onlar sənə elə bir məsəl çəkməzlər ki
25.34. Cəhənnəmdə üzüqoylu toplananlara
25.35. Musaya Kitab verdik
25.36. Onları büsbütün məhv etdik
25.37. Nuhun xalqını suya qərq etdik
25.38. Adlara, səmudlulara və rasslara şiddətli əzab verdik
25.39. Biz məsəl çəkdik
25.40. Onlar ümid etmirdilər ki, dirildiləcəklər
25.41. Sənə ancaq rişxənd edirlər
25.42. Biz səbirli olmasaydıq
25.43. Sən onun vəkilimisən
25.44. Onlar, sadəcə, heyvan kimidirlər
25.45. Görmürsən ki, Rəbbin kölgəni necə uzadır
25.46. Tədricən cəzb edirik
25.47. Gecə sizə örtüdür
25.48. Küləkləri müjdə Göndərən
25.49. Mal-qaraya və insanlara su içirdirik
25.50. İnsanlar küfrdən başqa, hər şeydən boyun qaçırırlar
25.51. İstəsəydik, hər diyara nəsihətçi göndərərdik
25.52. Onlarla Quran vasitəsilə cihad et
25.53. İki dənizi Qovuşduran
25.54. İnsanı sudan Xəlqedən
25.55. Kafir –Rəbbin düşməninin arxasıdır
25.56. Xeyirxah müjdəçi
25.57. Sizdən bir haqq istəmirəm
25.58. Ölməz və daima Diri Olana təvəkkül
25.59. Göyləri və yeri altı əyyamda yaratmışdır
25.60. Rəhmanın qarşısında səcdə edin
25.61. Nurlu Ay Yaradan – Fövqəlxeyirxahdır
25.62. Gecə ilə gündüzü Əvəzedəndir
25.63. Rəhmanın qulları o kəslərdir ki
25.64. Gecələri səcdədə və ayaq üstə keçirirlər
25.65. Cəhənnəm bizdən əzabını uzaqlaşdır
25.66. Ora necə də pis məskəndir
25.67. Nə israfçılıq edir, nə də xəsislik
25.68. Allahdan başqa “ilahlara” dua etmirlər
25.69. Məşəqqəti Qiyamət günü artırılacaq
25.70. Bu, tövbə edənlərə aid deyil
25.71. Kim mömincəsinə dolanarsa
25.72. Onlar yalan şəhadət verməyənlərdir
25.73. Özlərini kor və kar kimi aparmazlar
25.74. Zövcə və övladlarımızla gözaydınlığı ver
25.75. Səbirliliyə görə, ali məqam
25.76. Orada əbədi qalacaqlar
25.77. Dua etmədiyiniz halda, Rəbbiniz sizə necə diqqət yetirsin

26. Şüəra surəsinin ayələri:
26.1. Ta. Sin. Mim.
26.2. Aydın Kitabın ayələri
26.3. Onların iman gətirməməsi üzündən
26.4. Biz istəsək möcüzə nazil edərik
26.5. Rəhmanın Zikrindən gələn ayə
26.6. Bunu yalan saydılar
26.7. Yer üzündə bitkilər çeşidi
26.8. Lakin əksəriyyəti iman gətirmədi
26.9. Rəbbin Fövqəlqüdrətlidir, Rəhmlidir
26.10. Rəbbin Musaya müraciəti
26.11. Fironun xalqı qorxmur
26.12. Mən qorxuram ki, məni yalançı sayarlar
26.13. Dilim açılmaz. Harunu da göndər
26.14. Bir günaha görə
26.15. Möcüzələrimizlə gedin.
26.16. İkilikdə gedin
26.17. İsrail oğullarını bizimlə birgə burax
26.18. Biz səni körpəliyindən tərbiyə etməmişikmi?
26.19. Sən törətdiyini törətməmisənmı?
26.20. Mən cahillərin içində olduğum zaman bu etmişəm
26.21. Qorxduğum üçün sizdən qaçdım
26.22. İsrail oğullarını əsarət altına almısan
26.23. Dedi: “Aləmlərin Rəbbi nədir?”
26.24. Əgər etiqadınız varsa
26.25. Məgər eşitmirsiniz
26.26. Sizin də, atalarınızın da Rəbbidir
26.27. Elçi – bir cinlidir
26.28. O, şərqin və qərbin Rəbbidir
26.29. Məndən başqa ilaha ibadət etsən
26.30. Sənə bir dəlil göstərsəm necə olar
26.31. Həqiqəti deyənlərdənsənsə
26.32. O, ilana çevrildi
26.33. Baxanlar əlinin ağappaq olduğunu gördülər
26.34. O, alim bir sehrbazdır
26.35. Siz nə təklif edirsiniz
26.36. Şəhərlərə carçılar göndər
26.37. Mahir sehrbazları gətirsinlər
26.38. Gün təyin olundu
26.39. İnsanlara dedilər: “Siz hazırlaşmısınızmı?”
26.40. Ola bilsin ki
26.41. Bizə mükafat veriləcəkmi
26.42. Siz yaxılarımın arasında olacaqsınız
26.43. Musa (ə): “Nə atacaqsınızsa, atın
26.44. Fironun qüdrəti ilə
26.45. Sonra Musa (ə) əsasını atdı və onların uydurduqlarını uddu
26.46. Beləcə səcdəyə qapandılar
26.47. İman gətirdik aləmlərin Rəbbinə
26.48. Musanın Rəbbinə
26.49. Niyə icazəm olmadan inandınız
26.50. Onsuz da biz Rəbbimizə dönəcəyik
26.51. Rəbbimiz günahlarımızı bağışlasın
26.52. Qullarımı gecə ikən yola çıxart
26.53. Firon carçı göndərmişdir
26.54. Azsaylı bir yığındır
26.55. Onlar bizi qəzəbləndiriblər
26.56. Biz sayıq olmalıyıq
26.57. Biz onları məcbur etdik ki, çıxsınlar
26.58. bərəkətli yerlərindən
26.59. İsrail oğullarını varis etdik
26.60. Təqib başlandıqda gün doğurdu
26.61. Bizi mütləq haqlayacaqlar
26.62. O dedi: “Qətiyyən yox!”
26.63. Əsanı dənizə vur
26.64. O birilərini onlara yaxınlaşdırdıq
26.65. Musanı (ə) və onunla olanları xilas etdik
26.66. Qalanlarını suya qərq etdik
26.67. Bunda dəlil vardır
26.68. Rəbbin Fövqəlqüdrətlidir
26.69. Onlara İbrahimin əhvalatını oxu
26.70. Siz nəyə ibadət edirsiniz?
26.71. Bütlərə ibadət edirik və inanırıq
26.72. Onlara dua edəndə eşidirlərmi?
26.73. Sizə zərər vurularmı?
26.74. Görmüşük ki, atalarımız belə edərdilər
26.75. Siz nəyə ibadət edirsiniz
26.76. Öz keçmiş atalarınızla birlikdə
26.77. Hamı mənim düşmənlərimdir
26.78. Məni yaratmış və doğru yolla aparır
26.79. Məni yedirir
26.80. Mənə şəfa verir
26.81. Məni öldürəcək və sonra dirildəcək
26.82. Din günü günahlarımı bağışlayacaq
26.83. Hikmət bəxş et
26.84. Gerçək xəbər çatdır
26.85. Nəim Cənnətinin varisləri
26.86. Atamı bağışla
26.87. Məhşər günü rüsvay etmə
26.88. Həmin gün heç nə fayda verməyəcək
26.89. Qüsursuz qəlblə gələnlər
26.90. Cənnət təqvalılara yaxınlaşacaq
26.91. Cəhənnəm azmışlara göstəriləcək
26.92. Haradadır ibadət etdikləriniz
26.93. Kömək edə biləcəklərmi
26.94. Oraya atılacaqlar
26.95. İblisin döyüşçüləri də
26.96. Mübahisə edəcəklər
26.97. Biz zəlalətdə idik
26.98. Rəbb ilə bərabər tutanda
26.99. Bizi azdırdılar
26.100. Nə havadarımız var
26.101. Nə də dostumuz
26.102. Qayıtmaq imkanımız olsaydı
26.103. Əksəriyyəti iman gətirmədi
26.104. Rəbbin – Fövqəlqüdrətlidir
26.105. Nuhun xalqı elçiləri yalançı saydı
26.106. Nuh dedi: Doğrudanmı qorxmursunuz
26.107. Mən sizin elçinizəm
26.108. Allahdan qorxun
26.109. Sizdən mükafat istəmirəm
26.110. Mənə tabe olun
26.111. Biz sənə heç inanarıqmı
26.112. O dedi
26.113. Kaş ki, bunu anlayaydılar
26.114. Möminləri qovmaram
26.115. Xəbərdarlıq edənəm
26.116. Ey Nuh, daş-qalaq edilərsən
26. 117. Xalqım məni yalançı saydı
26.118. Mənimlə olan möminləri xilas et
26.119. Gəmidə xilas etdik
26.120. Qalanlarını suya qərq etdik
26.121. Əksəriyyəti iman gətirmədi
26.122. Rəbbin Rəhmlidir.
26.123. Ad xalqı da elçiləri yalançı saydı
26.124. Məgər qorxmursunuz
26.125. Etibara layiq elçiyəm
26.126. Allahdan qorxun
26.127. Sizdən mükafat istəmirəm
26.128. Hər yüksəklikdə bir əlamət qoyursunuz
26.129. Əbədimi yaşayacaqsınız
26.130. Qəddar zalım kimi
26.131. Mənə itaət edin
26.132. Sizə Köməkedəndən qorxun
26.133. Mal-qara və oğullarla
26.134. Bağ-bağat və bulaqlarla
26.135. Əzəmətli günün əzabı
26.136. Bizim üçün fərqi yoxdur
26.137. Öncəkilərin bir adətidir
26.138. Biz cəzalandırılmayacağıq
26.139. Onu da yalançı saydılar
26.140. Rəbbin Fövqəlqüdrətlidir
26.141. Səmudlular da
26.142. Saleh onlara dedi
26.143. Mən sizin elçinizəm
26.144. Allahdan qorxun
26.145. Sizdən mükafat istəmirəm
26.146. Əmin-amanlıq içində
26.147. Bağların və çeşmələrin
26.148. əkinlərin və xurma ağacları
26.149. Evlər yonacaqsınız
26.150. Allahdan qorxun və mənə tabe olun
26.151. İfrata varanları dinləməyin
26.152. Onlar fəsad yayırlar
26.153. Sən – sehrlənmişlərdənsən
26.154. Bizə möcüzə göstər
26.155. Su içmək haqqı
26.156. Ona pislik etməyin
26.157. Onun vətərlərini kəsdilər
26.158. Cəza onları yaxaladı
26.159. Rəbbin – Fövqəlqüdrətlidir
26.160. Lutun xalqı da
26.161. Lut onlara dedi
26.162. Etibar edilməli elçinizəm
26.163. Allahdan qorxun, mənə itaət edin
26.164. Sizdən mükafat istəmirəm
26.165. Təkcə kişilərəmi yanaşacaqsınız
26.166. Həddi aşan bir xalqsınız
26.167. Qovulanlardan biri olarsan
26.168. Əməllərinizə nifrət edənlərdən biriyəm
26.169. Məni və ailəmi xilas et
26.170. Onu və ailəsini xilas etdik
26.171. Qarısından başqa
26.172. Qalanlarını həlak etdik
26.173. Məhvedici yağış yağdırdıq
26.174. Bunda bir dəlil varı, lakin iman gətirmədilər
26.175. Rəbbin – Fövqəlqüdrətlidir
26.176. Əykəlilər də yalançı saydılar
26.177. Şueyb onlara dedi
26.178. Sizin elçinizəm
26.179. Allahdan qorxun
26.180. Sizdən mükafat istəmirəm
26.181. Haqqı kəsənlərdən olmayın
26.182. Düz tərəzi ilə çəkin
26.183. Əskiltməyin və şərəfsizlik yaymayın
26.184. Xəlqedəndən qorxun
26.185. Sən sehrlənmişlərdən birisən
26.186. Güman edirik ki, yalançılardansan
26.187. Sadiqlərdənsənsə
26.188. Rəbbim nə etdiklərinizi yaxşı bilir
26.189. Kölgəli günün əzabı
26.190. Əksəriyyəti iman gətirmədi
26.191. Rəbbin – Mərhəmətlidir
26.192. Bu – aləmlərin Rəbbindəndir
26.193. O, Ruhla nazil edilmişdir
26.194. Xəbərdarlıq edənlərdən olasan
26.195. O, ərəb dilindədir
26.196. Əvvəlki Kitablarda da xatırlanır
26.197. İsrail oğulları onu tanıyır
26.198. Kiməsə nazil etsəydik
26.199. Ona iman gətirməzdilər
26.200. Günahkarların qəlbinə yeridirik
26.201. Əzab görmədikcə inanmazlar
26.202. Heç hiss etməyəcəklər
26.203. Bizə möhlət veriləcəkmi
26.204. Bizdən əziyyət görməyəmi tələsirlər
26.205. İllər boyu zövq almaq
26.206. Vəd edilən gəldikdə
26.207. Onlara fayda verməyəcək
26.108. Nəsihətçilər olmadan həlak etməmişik
26.109. Bu bir xatırlatmadır. Biz zalım deyilik
26.210. Şeytanlarla nazil
26.211. Onlar layiq deyillər
26.212. Dinləməkdən uzaqlaşdırılmışlar
26.213. Allahdan başqa ilahlara yalvarma
26.214. Qohumlarını xəbərdar et
26.215. Möminlərə cınağını yaxınlaşdır
26.216. Sənə hörmətsizlik göstərsələr
26.217. Mərhəmətliyə təvəkkül et
26.218. Qiyamda da görür
26.219. Səcdəyə gedəndə də
26.220. O – Eşidəndir, Görəndir
26.221. Şeytanlar kimə nazil olur
26.222. Yalançılara və günahkarlara nazil olur
26.223. Onların əksəriyyəti yalançıdır
26.224. Şairlərin ardınca azğınlar gedər
26.225. Onlar bütün vadilərdə dolaşırlar
26.226. Etmədikləri şeylərdən danışırlar
26.227. Zalımlıq edənlər biləcəklər

27. Nəml surəsinin ayələri:
27.1. Ta. Sin.
27.2. Möminlərə doğru yol göstərən
27.3. Onlar namaz qılar
27.4. Çaşqınlıq içində veyllənirlər
27.5. Axirətdə ən çox ziyana uğrayacaqlar
27.6. Hər şeyi Biləndən alırsan
27.7. Musa (ə) ailəsinə dedi
27.8. Bir Səs eşitdi
27.9. Ey Musa!
27.10. Əsanı yerə at
27.11. Mən – Bağışlayanam, Rəhmliyəm
27.12. Doqquz möcüzə
27.13. Bu, sehrdir
27.14. Şərəfsizlik yayanların sonu
27.15. Süleymana (ə) da elm əta etdik
27.16. Süleyman (ə) Davudun (ə) varisi oldu
27.17. Cinlər, insanlar və quşlardan ibarət qoşunlar
27.18. Onlar qarışqa vadisinə gəldikdə
27.19. O gülümsədi
27.20. Şanapipiyi görmürəm
27.21. O aydın bir dəlil gətirməsə
27.22. Səbadan xəbərlə gəlmişəm
27.23. Orada hökmdar bir qadın aşkar etdim
27.24. Günəşə səcdə edirlər
27.25. Gizli şeyləri Zahirəçıxaran
27.26. Əzəmətli Ərşin Rəbbi
27.27. Baxaq görək
27.28. Bu naməmlə get
27.29. Mənə kəramətli bir namə atılmışdır
27.30. Süleymandandır
27.31. Müsəlman kimi yanıma gəlin
27.32. Müstəqil qərar qəbul etməmişəm
27.33. Qərar qəbul etmək sənə aiddir
27.34. Məmləkətə zorla soxulanda
27.35. Hədiyyələr göndərərəm
27.36. Onlar Süleymanın (ə) yanına gəldikdə
27.37. Onları oradan çıxardarıq
27.38. Kim onun taxtını gətirər
27.39. Cinlərdən bir İfrit
27.40. Bir nəfər Kitabdan elmi olan
27.41. Taxtı elə bir hala salın ki
27.42. Bu səninmi taxtındır
27.43. O, kafir xalqa məxsus idi
27.44. Saraya daxil ol
27.45. Salehi göndərdik
27.46. Ola bilsin ki, əfv ediləsiniz
27.47. Uğursuzluq nişanəsi
27.48. Doqquz nəfər var idi
27.49. Birlikdə Allaha and içək
27.50. Onlara sezdirmədən hiyləmizi qurduq
27.51. Onların hiyləgərliyinin aqibəti
27.52. Xarabalığa çevrilmiş evləri
27.53. İman gətirənləri xilas etdik
27.54. Göz görə-görə fahişəlikmi edəcəksiniz
27.55. Siz nə etdiyini anlamayan kütləsiniz
27.56. Lutun ailəsini qovun
27.57. Onu xilas etdik
27.58. Onların üstünə yağış yağdırdıq
27.59. Salam olsun Onun seçilmiş qullarına
27.60. Məgər Allahla yanaşı bir ilahmı var
27.61. Kim dənizlər arasında maneələr qoymuşdur
27.62. Ehtiyacı olan Ona dua etdikdə
27.63. Kim dənizin zülmətində sizi doğru yolla aparır
27.64. Əzəldən varlığı Yaradan
27.65. Allahdan başqa qeybi bilən yoxdur
27.66. Axirət haqqında biliklər
27.67. Doğrudanmı torpaq olduqdan sonra dirildiləcəyik
27.68. Bu, qədim xalqların əfsanəsidir
27.69. Yer üzündə səyahətə çıxın
27.70. Qoy hiylələri səni sıxmasın
27.71. Bu vədiniz nə zaman olacaq
27.72. Tələsdirdiklərinizin bəziləri arxanızdadır
27.73. Rəbbin insanlara lütfkardır, əksəriyyəti isə naşükür
27.74. Rəbbin onların ürəklərindəkiləri bilir
27.75. Elə bir gizli şey yoxdur ki, Kitabda olmasın
27.76. Quran İsrail oğullarının ixtilafa düşdüklərinin əksəriyyətini rəvayət edir
27.77. Möminlər üçün rəhbərlik və nemətdir
27.78. O, Fövqəlqüdrətlidir, Biləndir
27.79. Allaha təvəkkül et
27.80. Sən ölüləri eşitməyə məcbur edə bilməzsən
27.81. Korları azğınlıqdan çıxara bilməzsən
27.82. O Söz gerçəkləşəndə, yerdən bir heyvan çıxaracağıq
27.83. Biz ayələrimizi yalan sayanların bir kütləsini toplayacağıq
27.84. Doğrudanmı ayələrimi yalan saydınız
27.85. Söz onları haqlayacaq
27.86. Gecəni – rahatlanmaları üçün yaratmışıq
27.87. Həmin Gün Sura üfürüləcək, hamı dəhşətə gələcək
27.88. Tərpənməz saydığın dağlar
27.89. Həmin Günün dəhşəti
27.90. Üzüqoylu Od içinə atılmaq olacaq
27.91. Hər şey Ona məxsusdur
27.92. Kim doğru yolla gedirsə
27.93. Həmd Allaha məxsusdur

28. Qəsəs surəsinin ayələri:
28.1. Ta. Sin. Mim.
28.2. Bunlar – Kitabın ayələridir
28.3. Musa (ə) və Fironun (L) hekayəti
28.4. İnsanları siniflərə ayırmışdı
28.5. Alçaldılanları – rəhbərlər və varislər edək
28.6. Hakimiyyət bağışlayaq
28.7. Musanın (ə) anasına təlqin etdik
28.8. Firon (L), Haman və döyüşçüləri fasiq idilər
28.9. Bu, gözlərimizin işığıdır
28.10. Biz onun ürəyini möhkəmlətməsəydik
28.11. Bacısı uzaqdan onları izləyirdi
28.12. Sizə onun qayğısına qalan bir ailə göstərimmi
28.13. Biz onu (ə) anasına qaytardıq
28.14. Yetkinlik yaşına çatdıqda Allah ona (ə) hikmət və elm verdi
28.15. Musa (ə) dalaşan iki kişiyə rast gəldi
28. 16. Mən özümə qarşı zalımlıq etdim
28.17. Günahkarlara əsla yardım göstərməyəcəyəm
28.18. Səhərisi şəhərə çıxdı
28.19. Sən məni də öldürmək istəyirsən
28.20. Bir nəfər dedi: “Ey Musa, Səni öldürmək istəyirlər”
28.21. Musa (ə) qorxu içində oradan çıxdı
28.22. O (ə), Mədyən tərəfə yollandı
28.23. Mədyən sulağına çatdı
28.24. Ey Rəbbim! Hər cür nemətinə möhtacam
28.25. Atam səni çağırır
28.26. İki qızdan biri dedi
28.27. Mən istəyirəm ki, sən səkkiz il yanımda işləyəsən
28.28. Bu ikimizin arasında razılaşmadır
28.29. Musa (ə) müddətini bitirib ailəsi ilə yola düşdü
28.30. Oraya yaxınlaşdıqda, bir Səs eşitdi
28.31. Əsanı yerə at
28.32. Əlini qoltuğuna qoy
28.33. Mən onlardan bir nəfəri öldürmüşəm
28.34. Harunu da mənə köməkçi et
28.35. Siz qalib gələcəksiniz
28.36. Bu, sadəcə, uydurulmuş bir sehrdir
28.37. Zalımlar uğur qazanmayacaqlar
28.38. Ey Haman! Palçığı bişirib, mənə bir qüllə tik
28.39. O və döyüşçüləri Bizə qayıtmayacaqlarını düşünürdülər
28.40. Onu və döyüşçülərini dəniz atdıq
28.41. Onları Od içinə çağıran dəstəbaşıları etdik
28.42. Bu dünyada lənət onların ardınca gedir
28.43. Musaya (ə) Kitab əta etdik
28.44. Sən qərb yamacında deyildin
28.45. Lakin Biz nəsillər yaratdıq
28.46. Biz çağıranda sən dağın yamacında deyildin
28.47. Ey Rəbbimiz! Niyə sən bizə elçi göndərmədin
28.48. Haqq Bizdən onlara gəldikdə
28.49. Onda Allahdan bir Kitab gətirin
28.50. Allah zalım insanları doğru yola yönəltmir
28.51. Biz Sözü onlara çatdırdıq ki
28.52. Kitab əta etdiklərimiz iman gətirirlər
28.53. Biz əvvəllər də müsəlman idik
28.54. Onlar səbirli olduqlarına görə
28.55. Sizə salam olsun! Cahillərə can atmırıq
28.56. Sevdiyin insanları doğru yola gətirə bilməzsən
28.57. Lakin onların çoxu bilmir
28.58. Neçə-neçə lovğalananların ölkəsini məhv etdik
28.59. Mühüm yaşayış yerlərinə elçi göndərmədikcə
28.60. Allahın nəzdində gözəl və əbədi olanlardır
28.61. Gözəl vəd verdiyimiz şəxs
28.62. Hanı Mənim varlığını güman etdikləriniz şəriklərim
28.63. Barələrində Sözün təsdiq olunduğu şəxslər
28.64. Şəriklərinizi çağırın
28.65. Siz elçilərə nə cavab verdiniz
28.66. Xəbərlər onlardan gizlədiləcək
28.67. Tövbə edib iman gətirən və saleh işlər görənlər, ümid var ki, xilas edilsinlər
28.68. Rəbbin nəyi istəyirsə xəlq edir
28.69. Rəbbin onların qəlblərindəkini də bilir
28.70. O – Allahdır! Yoxdur Ondan başqa ilah!
28.71. Allah gecənizi Qiyamət gününədək uzatsaydı
28.72. Allah gündüzü Qiyamət gününədək uzatsaydı
28.73. Gecə və gündüzü sizin üçün yaratmışdır
28.74. Hanı bəs varlığını güman etdiyiniz şəriklərim
28.75. Hər ümmətdən bir şahid seçəcəyik
28.76. Qarun Musanın qəbilədaşı idi
28.77. Axirətə can at
28.78. Allah daha varlı və güclü nəsilləri məhv etmişdir
28.79. Xalqının qarşısına zinətlərini taxıb çıxdı
28.80. Elm verilənlər dedilər: Vay halımıza
28.81. Qarunu evi ilə yerə batırdıq
28.82. Allah bizə rəhm etməsəydi
28.83. Gözəl Axirət təkəbbür göstərmək və fəsad yaymaq istəməyənlər üçündür
28.84. Pislik edənlər onun əvəzini alacaqlar
28.85. Rəbbim kimin doğru rəhbərlik gətirdiyini yaxşı bilir
28.86. Sən özünə Kitab nazil ediləcəyini gözləmirdin
28.87. Səni onlardan döndərməsinlər
28.88. Allahla bərabər digər ilahlara dua etmə

29.1. Əlif. .Ləm. Mim.
29.2. İnsanlar sınaqdan keçmədən xilas olmaq istəyirlər
29.3. Onlara qədər olanları da Biz sınamışıq
29.4. Bizi qabaqlayacaqlarınımı zənn edirlər
29.5. Kim Allaha qovuşmağa ümid edirsə
29.6. Allah aləmlərə möhtac deyildir
29.7. İman gətirib, xeyirxah işlər görənlərin cinayətlərini bağışlayacağıq
29.8. Valideynlərinə yaxşılıq etməyə dair insanlarla əhd bağlamışıq
29.9. Saleh əməllər işləyənləri
29.10. Allah kökslərdə nəyin gizlədildiyini bilmirmi
29.11. Allah Ona iman gətirənləri tanıyır
29.12. Tabe olun, günahlarınızı üstümüzə götürək
29.13. Qiyamət günü onlardan uydurduqları barədə soruşulacaq
29.14. Nuhu (ə) onun xalqına göndərdik
29.15. Onu gəmidəkilərlə xilas etdik
29.16. İbrahim (ə) xalqına dedi: Allaha ibadət edin və Ondan qorxun
29.17. Allahın əvəzinə ibadət etdikləriniz ruzi verməyə qadir deyil
29.18. Elçinin vəzifəsi – təbliğatdır
29.19. Məgər onlar görmürlər
29.20. Allah onları Axirət üçün dirildəcək
29.21. O, istədiyinə əzab verir
29.22. Siz heç yana qaça bilməzsiniz
29.23. Mənim mərhəmətimə ümidini itirənlər
29.24. Onu öldürün və ya yandırın
29.25. Qiyamət günü bir qisminiz digərlərini inkar edib, lənətləyəcək
29.26. Sonra Lut ona (ə) iman gətirdi
29.27. Axirətdə o (ə), salehlərdən olacaq
29.28. Siz elə bir fahişəlik edirsiniz ki, əvvəllər bunu heç kim etməmişdir
29.29. Yığnaqlarınızda çirkin hərəkətlər edirsiniz
29.30. Ey Rəbbin! Şərəfsizlik yayanlara qalib gəlməyimə kömək et
29.31. Elçilərimiz müjdə ilə gəldikdə
29.32. Biz onu, ailəsini (arvadından başqa) xilas edəcəyik
29.33. Elçilərimiz Lutun (ə) yanına gəldikdə, o (ə) məyus oldu
29.34. Bu məskənin əhalisinin üstünə cəza yağdıracağıq
29.35. Biz ondan (ə) düşünənlər üçün bir əlamət saxladıq
29.36. Mədyənlilərə qardaşı Şüeybi göndərdik
29.37. Onlar da onu (ə) yalançı saydılar
29.38. Adları da, səmudluları da həmçinin
29.39. Onlar qabaqlaya bilmədilər
29.40. Onların hər birini Biz günahlarına görə yaxaladıq
29.41. Özlərinə Allahdan başqa dost seçənlər
29.42. Allah onların ibadət etdikləri şeylərdən agahdır
29.43. Bu məsəlləri Biz insanlar üçün çəkirik
29.44. Allah göyləri və yeri hikmət ilə yaratmışdır
29.45. Kitabdan sənə vəhy ediləni oxu və namaz qıl
29.46. Kitab əhli ilə ən yaxşı davranmadan mübahisə etməyin
29.47. Biz sənə Kitab nazil etdik
29.48. Sən əvvəlcə bir kitab belə oxumamışdın
29.49. Bu – elm əta edilmişlərin köksündə aydın ayələrdir
29.50. Niyə ona Rəbbindən möcüzələr göndərilməmişdir
29.51. Onlara oxuduğun Kitab onlara kifayət etmir
29.52. Allahın aramızda Şahid olması yetər
29.53. Təyin edilmiş müddət olmasaydı
29.54. Sözsüz ki, Cəhənnəm kafirləri saracaqdır
29.55. Əməllərinizdən zövq alın! – deyiləcək
29.56. Mənim yer üzüm genişdir
29.57. Bütün nəfslər ölümü dadacaq
29.58. Xeyirli iş görənlər Cənnətdə əbədi sakin olacaqlar
29.59. Onlar səbirliydilər və Rəbbinə təvəkkül edirdilər
29.60. O – Eşidəndir, Biləndir
29.61. Kim göyləri və yeri yaratmışdır
29.62. Allah istədiyinə qismətini artırar
29.63. Kim göydən su nazil edir
29.64. Dünya həyatı oyun-əyləncədir
29.65. Onlar gəmidən quruya çıxan kimi, o saat Ona şərik qoşurlar
29.66. Əta etdiklərimiz bir müddət faydalanmanız üçündür
29.67. Onların yurdunu təhlükəsiz və toxunulmaz etmişik
29.68. Allaha böhtan atandan kim daha zalım ola bilər
29.69. O kəslər ki, Bizə görə cəhd göstərirlər

30. Rum surəsinin ayələri:
30.1. Əlif. Ləm. Mim.
30.2. Romalılar məğlub edilmişlər
30.3. Ən çökək yer
30.4. Üç-doqquz il ərzində
30.5. O (Pak və Müqəddəs Olan), istədiyinə kömək edir
30.6. Allah Öz vədini pozmur
30.7. Onlar Axirətdən qafildirlər
30.8. Onlar özləri barədə düşünmürlər?
30.9. Onlara qədər olanların aqibətini görmürdülər?
30.10. Allahın ayələrini yalan sayanların aqibəti pis oldu
30.11. Allah məxluqatı əzəldən yaradır
30.12. Həmin Saatın gələcəyi gün
30.13. Heç kim onlara havadar çıxmayacaq
30.14. O Gün onlar fərqləndiriləcəklər
30.15. İman gətirib, xeyir işlər görənlər gül-çiçək içində sevinəcəklər
30.16. Lakin Axirəti yalan sayanlar əzab içində olacaqlar
30.17. Səhər-axşam Allahı şərəfləndir
30.18. Günorta girərkən və günün sonunda həmd Ona məxsusdur
30.19. Ölüdən diri çıxardır, diridən ölü
30.20. Sizi torpaqdan yaratması də Onun dəlillərindəndir
30.21. Özünüzdən zövcələrinizi xəlq etməsi təskinliyiniz üçündür
30.22. Dillərinizin və rənglərinizin fərqli olması da Onun dəlillərindəndir
30.23. Sizin yuxularınız Onun möcüzələrindəndir
30.24. Sizə qorxu və ümid vermək üçün ildırımı göstərir
30.25. Göyün və yerin sabit dayanması
30.26. Göydəkilər də, yerdəkilər də Ona məxsusdur
30.27. O, məxluqları əzəlcə xəlq edir, sonra təkrar yaradır
30.28. O, sizə özünüzdən bir məsəl çəkmişdir
30.29. Amma zalımlar heç bir biliyə malik deyillər
30.30. Üzünü hənif kimi dinə çevir
30.31. Ona yönəlin, Ona təqva ilə yanaşın, namaz qılın
30.32. Təriqətə bölünənlərdən olmayın
30.33. İnsanlara bir zərər toxunduqda, Rəbbə dua edirlər
30.34. Əta etdiklərimizə naşükürlük
30.35. Onlara şərik qoşmaları haqqında dəlilmi nazil etmişik
30.36. Mərhəmətimizi dadmağı əta etdikdə
30.37. Allah istədiyinin qismətini artırır və ya
30.38. Qohumuna haqqını ver; yoxsullara və yolçulara da
30.39. İnsanların malının artması üçün verdiyiniz faiz
30.40. Allah – sizi Xəlqedən, sizə Ruziverən, sonra Öldürən və
30.41. Fitnə-fəsad insanların əməlləri üzündən baş verir
30.42. Yer üzünə səyahətə çıxın
30.43. Allahın Qarşısıalınmaz günü gəlməmişdən
30.44. İman gətirməyənin küfrü öz əleyhinə olacaq
30.45. Onun tükənməz səxavətindən
30.46. Onun möcüzələrindən – küləklər, gəmilərin dənizdə üzməsi
30.47. Sənə qədər də elçilər göndərmişdik
30.48. Allah – buludları qaldıran küləkləri Göndərəndir
30.49. Onlar ümidsizliyə qapılmışdılar
30.50. Allahın mərhəmətinin izləri
30.51. Biz külək göndərsək
30.52. Sən ölüləri eşitməyə məcbur edə bilməzsən
30.53. Sən korları azğınlıqdan çıxara bilməzsən
30.54. Allah – sizi cılız bir şey kimi Yaradandır
30.55. Saatın başlayacağı Gün
30.56. Elm və iman verilənlər
30.57. Həmin gün zalımlara fayda verməyəcək
30.58. Biz Quranda istənilən məsəlləri çəkmişik
30.59. Allah bilməyənlərin ürəklərini möhürləyir
30.60. Allahın vədi – haqdır

MÜQƏDDƏS QURAN TƏFSİRİ

müəllifinin ön sözü

Həmd olsun Allaha ki, halalı haramdan, xoşbəxt insanları bəd­­­bəxtlərdən və həqiqəti yalandan fərqləndirən Furqanı Öz qu­lu­­na nazil etmişdir!
Allah Öz mərhəməti ilə onu bütün insanlar və xüsusilə də təq­­valı möminlər üçün kamil Təlimat etmişdir ki, onlar küfr, ita­ət­­sizlik və cahillik azğınlığından iman, dindarlıq və bilik işığına çı­xa bilsinlər.
Allah Quranı qəlblərin şəfası etmişdir ki, onun sayəsində in­san­lar şübhə­lərdən və ehtiraslardan xilas olur və yüksək amal­lar uğ­runda əqidə və bilik əldə edirlər. Bununla yanaşı Furqan müx­tə­lif fiziki xəstəliklərdən, mərəzlərdən və ağrı­lardan da şəfa ve­ri­ci­dir.
Ona şübhə etmək olmaz, çünki onun hekayətləri, hökmləri və qadağaları - ən böyük həqiqətdir. Bu, Mübarək Kitabdır; onda çox­saylı nemətlər, dərin biliklər və ecazkar sirlər vardır. Bu dün­ya­da və Axirətdə təkcə onun hökmlərinə və nəsi­hətlərinə ria­yət et­məklə əmin-amanlığa və xoşbəxtliyə nail olmaq mümkündür.
Allah bildirmişdir ki, Quran əvvəlki Səma Kitablarını təs­diq edir və qoru­yur. Onun doğruluğunu təsdiq etdiyi müqəddəs mətn­lər gerçəkdir. Əgər Quran onları təkzib edirsə, onda o mətn­lər qəbulolunmazdır, çünki Quran özündən əv­vəlki Kitab­ların hər birinin əsas mahiyyətini əks etdirir və onları tamamlayır.
Fövqəluca Allah buyurur: “Allah onun vasitəsilə lütfünə na­il olmağa can atanları əmin-amanlıq yoluna yönəldir” (Ma­i­də, 5/16). Quran Səadət Yurduna aparır, ona aparan yola nur saçır və ona can atmağa çağırır. O, həmçinin əzab-əziyyətlər Yurduna apa­ran yolu izah edir, ondan çəkindirir.
Fövqəluca buyurur: “Bu, Müdrik və Hərşeyibilən tərəfin­dən ayələri aydın ifadə edilmiş və sonra müfəssəl izah olunmuş bir Kitabdır” (Hud, 11/1). Allah onun ayələrini tamamilə mü­kəm­­məl şəkildə izah etmiş və onlara qüsursuz gör­kəm vermişdir. O, onları elə izah etmişdir ki, həqiqəti yalandan, doğru yolu isə az­ğınlıqdan ayırd etmək mümkün olsun. Bu aydınlaş­dırma is­tə­ni­lən şübhəni ara­dan qaldırır, çünki o, Müdrik və hər şeydən Xə­bər­darolan Rəbb tərəfindən yerinə yetirilmişdir. O, isə ancaq doğ­ru danışır, ancaq yaxşı işlər görməyi və ədalətliliyi əmr edir, dinə və məxluqların maddi həyatına zərər vuran şeyləri qadağan edir.
Fövqəluca Allah Qurana and içir və onu şan-şöhrətli adlan­dı­­rır. Bu vəsf onun keyfiyyətlərinin əzəmətinə və üstünlüyünə də­lalət edir. Bunun səbəbi Quran ayələrinin dərinliyində və mə­na­larının böyüklüyündədir. Allah onu Xatırlatma adlandırır, çün­ki o, ilahi biliklərinin, gözəl əxlaqlılığın və mömin əməllərin yad­da saxlanmasına yardım edir və həmçinin ondan qorxanlar üçün nə­sihət rolunu ifa edir.
Fövqəluca buyurur: “Həqiqətən, Biz Quranı ərəb dilində gön­dərdik ki, siz onu başa düşə biləsiniz” (Yusuf, 12/2). O, ərəb di­lində nazil edilmişdir ki, biz onu anlayaq və dərk edək. Allah bi­zə əmr etmişdir ki, onun üstündə düşünək və onun dərinlik­lə­rin­də gizlənən biliklərə nail olaq. Quran üzərində düşünmək – hər hansı bir nemətə açar, bilik və sirlərə nail olmağın vasitəsidir. Öz Kitabını möminlər üçün nəsihət və şəfa, mərhəmət və nur, izah və xatırlatma, ibrət və nemət, habelə doğru təlimat və müjdə et­diyi üçün Allaha eşq və həmd olsun!
Əgər insan bunu başa düşsə, ona aydın olacaq ki, öz əməl­lə­ri üçün məsuliy­yət daşıyan hər bir kəs Quranın mənalarının dərk edilməsində və onun yolu ilə getməkdə kəskin ehtiyaca ma­lik­­dir. Bax elə buna görə, Allahın qulları səy göstər­məli və əl­lə­rin­dən gələni etməlidirlər ki, Quran ayələrini öyrənsinlər və başa düş­­sün­lər. Onlar bu məqsədə ən qısa yolla nail olmağa can at­ma­lı­­dırlar.
Görkəmli ilahiyyatçılar Quranın çoxlu təfsirlərini yaz­mış­lar. Onların bir qismi uzun-uzadı izahlara dalır və əksər hallarda mü­­­za­kirə edilən məsələlərin çərçivəsindən tamamilə kənara çı­xır­dı­lar. Digərləri o dərəcədə qısa yazırdılar ki, ancaq ayələrin lüğəti mə­­nalarını araşdırmaqla qənaətlənir və onların mənalarına diq­qət yetirmirdilər.
Bizim nəzərimizə görə, təfsir müəllifinin əsas vəzifəsi ayə­lə­­­rin mənalarını izah etmək, sözlərin lüğəvi mənaları isə bu məq­sə­­də nail olmağın ancaq vasitəsi olmalıdır. Şərhçi mətni və ayənin mə­­nasını nəzərdən keçirməli və onu başqa oxşar ayələrlə mü­qa­yi­sə etməlidir. O anlamalıdır ki, bu ayələr bütün insanları, alim və ya nadan, şəhərli və ya köçəri olmasından asılı olmayaraq, doğ­ru yo­la gətirmək üçün nazil edilmişdir.
Ayələrin mətnləri üzərində düşüncələr və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) həyat tərzini, bu ayələr na­zil edildiyi anda onun öz səhabələri və düşmənləri ilə qarşılıqlı mü­­­nasibətlərini bilmək bu ayələrin mənalarını başa düşməyə im­kan verən mühüm amillərdən biri idi. Bu amil, əgər ərəb dili ilə bağ­lı olan müxtəlif elmlərə bələd olmağı da ona əlavə etsək, daha qa­­barıq şəkildə özünü biruzə verir.
Əgər insan onlara malikdirsə, onda o, ancaq Quran ayələ­ri­nin mətni və əhəmiyyəti, onlardan hansı nəticələrin əldə ediləcəyi və onların hansı mənaları kəsb edəcəyi, məna və məzmuna görə nə­­­yə dəlalət etmələri üzərində dərin düşün­cələrə dalmalıdır. Əgər insan səy göstərərsə, əmin olacaqdır ki, Rəbb Öz qulla­rın­dan olduqca daha Səxavətlidir, axı O, onların qarşısında, insanın özü­­nün müstəqil dərk etməyə qabil olmadığı Quran biliklərinə və sir­lərinə qapıları mütləq laybalay açacaqdır.
Xaliq mənə və mənim qardaşlarıma lütfkarlığını əta etmiş, bi­­zə icazə ver­mişdir ki, öz imkanlarımız daxilində Onun Böyük Ki­tabını öyrənək. Mən isə, əldə etməyə nail olduğum və Allahın mənə əta etdiyi biliklərə istinad edərək Quranın şərhini yazmağı qərara aldım ki, onları əldə etmək istəyənlər üçün onlar xatır­lat­ma olsun, onları başa düşməyə cəhd göstərənlərə nemət olsun və doğ­ru yolla getmək istəyənlərə kömək olsun. Bundan başqa, bu kitabın yazılmasına mənə təkan verən bu biliklərdən bə­zi­lə­ri­nin iti­rilməsinin mümkün ola biləcəyidir.
Bu zaman mənim yeganə məqsədim vəhylərin mənalarının açıq­lanmasıydı. Mən sözlərin və ifadələrin təhlili ilə, yuxarıda qeyd etdiyim səbəblərə görə, məşğul olmamışam. Bundan başqa, Qu­ran təfsirçiləri bu məsələni o qədər məha­rətlə işləmişlər ki, on­la­rın ardıcıllarına əlavə etməyə bir şey qalmamışdır və qoy Allah bü­tün müsəlmanların adından onlara xeyir nəsib etsin!
Mən Allaha təvəkkül edirəm və ümid bəsləyirəm ki, O, mə­nim üçün bu vəzifəni asanlaşdırsın və mənə arzu etdiyimə nail ol­­­mağa razılığını versin, çünki insanlar Onun yardımı olmadan ar­­­zuladıqlarına nail ola bilməzlər. Mən Ondan xahiş edirəm ki, bu əsəri Öz Mübarək Üzü qarşısında səmimi və bütün insanlar üçün faydalı etsin, axı O - Səxavətli və Alicənabdır! Ey Allahım, sa­­­­lavatını Muhəmməddən əsirgəmə!

Qeyd
Bu təfsiri tərtib edərkən mən hər bir ayənin mənə aydın olan mənalarını, hətta mən onların haqqında artıq xatırlamış ol­sam da, bir daha göstərmişəm. Bununla qane olmayaraq, mən on­la­rı hər dəfə oxşar ayələrin şərhində təkrar­lamışam, çünki Allah Öz Kitabını tez-tez təkrarlanan ayələr adlandırmışdır. Əsərdə he­ka­­yətlər, tarixlər, hökmlər və digər faydalı məlumatlar təkrarlanır və bunda böyük bir hikmət vardır. Allah bütöv Quran üzərində dü­­şünmək hökmü vermişdir ki, bu da bilikləri artırmağa, ruhani və fiziki əmin-amanlığın əldə edil­məsinə və bütün işləri səliqə-sah­­mana salmağa imkan verir.

ƏBDÜRRƏHMAN İBN NASİR
ƏS-SƏƏDİ






MÜƏLLİFİN TƏRCÜMEYİ-HALI

(Bir tələbənin qələmindən)

Müəllifin adı əş-Şeyx Əbu Abdullah Əbdür­rəh­man b. Nasir b. Abdullah b. Nasir Ali Səədidir, Təmim qəbiləsin­dəndir. Əl-Qa­sım bölgə­sinin şəhərlə­rindən biri olan Uneyzə şəhərində 12 Mu­hər­rəm 1307-ci hicri tarixində (1890) dünyaya gəlmiş­dir. Onun cə­mi­si dörd yaşı olanda anası vəfat etmiş, üç ildən sonra isə atası dün­­ya­sını dəyişmişdir. Uşaq yetim bö­yümüş, lakin mükəmməl tər­biyə almışdı. Onun kəskin ağlı və biliklər əldə et­məyə olan bö­yük arzusu ətrafdakıların diqqətini cəlb etmişdi. Atasının ölü­­mün­­­dən sonra, o, Quranı öyrən­mə­yə və onu əzbərləməyə başladı. On bir yaşında olarkən, o artıq Quranı bü­tövlüklə gözəl tərzdə əz­bər bilirdi. O, doğma şəhərinin alimlərindən şəriət elmlərini öy­rə­nir və Uneyzəyə gələn şəxslərin mühazirə­lərinə gedirdi. Öz səy­ləri sayəsində hər bir şəriət elmini yaxşıca mənimsəməyi ba­car­dı və onun iyirmi üç yaşı tamam olanda o, şəriət elm­lərini baş­qa­larına tədris etməyə başladı. Buna baxmaya­raq, o, biliklərini də­rinləşdir­mək­dən əl çəkmir və vaxtını boş keçirmirdi. Hicri 1350-ci ilədək o, artıq öz şəhərinin görkəmli alimlə­rin­dən biri ol­ma­ğa nail olmuşdu, gənc tələbələr isə ancaq onun şagirdləri sı­ra­sı­na düşməyə can atırdılar.

Müəllifin müəllimlərindən bəziləri
İlk dəfə ona Mübarək Quranı öyrədən müəllimi şeyx İb­ra­him b. Həməd b. Casir olmuş­dur. Əbu Abdul­lah müəlliminin Mu­həmməd Peyğəmbərin (s.ə.s.) hə­dislərini gözəl bilməsindən hə­mişə vəcdə gəlir və onun təqvalılığın­dan və habelə yoxsullara gös­tərdiyi məhəb­bətindən və rəhmdilliyindən tez-tez danışardı. O, xatır­layırdı ki, bir dəfə soyuq qış günlərinin birində şeyxin ya­nına bir kasıb gəlmişdi. Həmin gün müəllimin əy­nində iki köy­nə­yi vardı və onlardan birini çıxarıb, hə­min şəxsə hədiyyə etdi, bax­ma­yaraq ki, özü varlı adam deyildi, o köynəyə özünün də eh­ti­ya­cı var idi. Allah ona rəhmət etsin!
Əbu Abdullahın digər müəllimi, ona İslam fiqhi­ni, ərəb di­li­ni və digər elmləri öyrətmiş şeyx Muhəmməd b. Əbdülkərim əş-Şi­bal idi. Uneyzə şəhə­rinin sabiq hakimi şeyx Salih b. Osman ona töv­hiddən, Quran təfsirindən, fiq­hin əsasları və qanunlarından və həm­çinin ərəb dilindən dərs demişdi. Öz biliklərinin ən çoxunu məhz ondan əldə etmişdi və o ölənə qədər, onu getdiyi bütün yer­lərdə müşayiət edərdi.
Bunlarla yanaşı o, şeyxlər Abdullah b. Ayi­din, Səəbə əl-Ku­vey­­cirinin, Əli əs-Sənaninin və Əli ən-Nasir Əbu Vadayın ya­nın­da da təh­silini artır­mışdır. Sonuncu ona hədis elmini, altı əsas hə­dis toplusunu və bir çox digər hədislıri öyrətmiş və onu müvafiq şə­ha­dətnamələrlə təltif etmişdi.
Onun müəllimləri arasında məşhur alim Muhəmməd b. Əb­düləziz əl-Muhəmməd əl-Məəni də olmuşdur ki, o, ona Uney­zə­də dərs demişdir. Şeyx Muhəmməd əş-Şənqıti onun doğma şə­hə­rinə gəldikdə isə, o, onun Quranın şərhinə, hədis və ter­mi­no­lo­gi­yası haq­qında elmə və həmçinin ərəb dilinin qrammati­kasına və morfologiyasına həsr olunmuş mühazirə­lərində iştirak et­miş­dir.

Onun xoşxasiyyətliliyi haqqında
Əbu Abdullah çoxsaylı gözəl keyfiyyətlərə ma­likdi və ol­duq­ca təvazökar adamdı. O, uşaqlar və qoca­larla, varlı­lar və ka­sıb­larla rəftarında özünü çox sadə aparardı. O, vax­tı­nın bir his­sə­si­ni onunla söhbət etmək istəyənlərə sərf edərdi və bu söhbətlər isə həmişə dini səciyyə daşıyardı. O, dini və ictimai məsələləri mü­­za­kirə etməyi sevərdi və qonaqları onun söhbətlərindən və xüt­bələrindən özləri üçün faydalı nəticələr çıxarardılar. Hətta onun adicə söhbətləri belə çox vaxt dini məclislərə çevrilərdi. O, müx­təlif insanlarla ümumi dil tapmağı bacarardı və həmişə söh­bət­ləri üçün elə mövzular seçərdi ki, onlar müsahiblərinə həm bu hə­yatda və həm də Axirət həyatı üçün fayda gətirə bilərdi. Adam­lar ona bir mü­bahisəni həll etmək üçün müraciət etdikdə, o, elə bir ədalətli qərar çıxarardı ki, hər iki tərəfi razı salardı.
Şeyxin kasıblara, ehtiyacı olanlara və imkansız mü­sa­fir­lərə rəh­­mi gələrdi və öz imkanları daxilində onlara kömək əlini uza­dar­­dı. Münasib şərait yarandıq­da, o, xeyirxahlıq etmək istəyən in­san­­ları ehtiyacı olanlara yardım göstərməyə çağırardı. O, hə­qi­qə­tən namuslu, saf qəlbli, təmiz və başladığı hər hansı bir işi vic­dan­la ye­rinə yetirən bir insandı. Onu haqlı olaraq ən savadlı və ən ağıllı in­san­lar­dan biri sayırdılar. O, öz əlaçı tələbələrinin tə­fək­kü­rünü iti­ləş­­dirməkdən ötrü onların arasında tez-tez müzakirələr apa­­rardı və hətta dini mətnləri yaxşı əzbərləyənlər üçün müka­fat tə­yin edər­di.
O, tələbələrinin sonrakı dövr üçün təlimini davam et­dir­mək­dən ötrü zəruri olan faydalı kitabları seçərkən onların özləri ilə tez-tez məsləhət­ləşərdi. Həm də bu zaman, o, şagirdlərinin ək­sə­riy­yə­ti­nin rəyinə üstünlük verər, rəylər bərabər olduqda isə, özü qərar qə­bul edərdi. Heç vaxt onun məşğələləri, hətta onlar uzun müddət da­vam etsə də belə, tələbələrini usandırmazdı, çün­ki dərsində iştirak edən­lərin hər biri keçilən mövzular­dan məm­nun qalardılar. Allah, bi­zə və bütün iman sahiblərinə öz vaxtımızı ən yaxşı istifadə et­mək­də və puç olmayan xeyirxah əməllər eh­ti­yatı qazan­maqda yar ol­sun!

Onun dərin bilikləri haqqında
Şeyx İslam hüququnun əsasları və hökmlərinə hərtə­rəfli bə­ləd idi. Öz müəllimlə­rinin getdiyi yolu davam etdirə­rək, o, gənc­­liyində Hənbəli fiqhi təliminin tərəfdarı idi və bu dini mək­tə­bin bir-neçə aliminin əsərlərini əzbərləmişdi. Elə o vaxt İslam fiq­hi­­nə həsr etdiyi bir əsər və rəcəz ölçüsündə, təxminən 400 beyt­dən ibarət şer yazmışdı. O, həmin əsərinə qısa şərh tərtib etmiş, am­­ma sonralar onu nəşr etdirməmişdi, çünki o əsər onun əvvəlki ba­­xışlarını əks etdirirdi.
O, üzün müddət İbn Teymiyyənin və onun şagirdi İbn əl-Qey­yimin və həmçinin çoxsaylı digər müəlliflərin əsərlərini öy­rən­­mişdi. Tövhid sahəsində, Quran təfsirində, şəriət hüququnda və digər faydalı elm sahələ­rində dərin bi­lik­lər əldə edərək, o, an­caq Hənbəli təlimi baxışlarına istinad etməyi tərk etdi və yalnız naslara əsaslanan rəyləri üstün tutdu. Buna bax­ma­ya­raq, o, bir sıra ifrata mübtəla olan şəxslərdən fərqli olaraq, ənə­nə­vi fiqh məktəb­lə­rinin tərəfdarlarına heç vaxt həqarətlə yanaş­maz­dı. Allah bizə də həmişə doğru yol tutmaqda kömək olsun!
O, Quranın təfsir edilməsi sahəsində böyük yüksək­liklərə nail oldu və bir sıra müxtəlif təfsirləri öyrəndi, bu ecazkar elmi mə­nimsəyərək, Quranın bir-neçə cilddən ibarət gözəl şərhini yaz­dı. Bu əsər xüsusi hazır­lıq görülmədən yazılmışdır, çünki müəl­li­fin nəinki daha geniş və təfərrü­atlı şərh yazmaq üçün və hətta baş­qa əsərlər yaratmaq üçün də kifayət qədər vaxtı yox idi. O, çox vaxt ayələri birbaşa dərsdə hazırlıqsız təfsir edir və şagirdlərinə Qu­ran ayələrinin mənasını və faydasını açıqlayırdı. O, ayələrin əsil mənala­rı­nı dərk etməyə, onların əsasında çoxlu faydalı nəti­cə­­lər çıxar­mağa nail olmuşdu və məhz buna görə onun dinləyi­ci­ləri heç vaxt müəllimlərinin susmasını istəmirdilər, çünki onun nit­qi valehedici, dəlilləri və nəql etmə üsulu isə inandırıcıydı. Onun mühazirələrində iştirak edən və ya onunla birlikdə şəriət məsələlərini müzakirə edənlər onun hərtərəfli dərin biliklərinin şa­hidi olurdular. Eyni fikri onun əsərləri və fitvaları ilə tanış olan hər bir şəxs haqqında demək olar.

Müəllifin əsərləri
1. “Mərhəmətli və Rəhmli olandan asanlaş­dırma” Mübarək Quranın təfsiri. Bu kitab üzə­rində iş 1344 h. il­in­də bi­ti­ril­miş­dir.
2. “Hənbəli məktəbinin istifadə etdiyi bütün kitab­larını ta­mam­layan şəriət hüququ­nun təfsiri”. Bu əsər nəşr olunmamışdır.
3. “Ən qısa və yüngül yolla şəriət hüququnu öyrənən ağıllı və sağlam düşüncəli insanlar üçün təlimat”. Suallar və cavablar formasında tərtib edilmiş bu kitab “Mətbəət ət-tərəqqi” nəşriyyatı tərəfindən 1365-ci hicri ilində Dəməşqdə mü­əl­lifin vəsaiti he­sa­bı­na nəşr edilmişdir və pulsuz paylan­mışdır.
4. “İslamın üstünlüklərinin qısa izahlı incisi”. Bu kitab “Mət­­bəət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-ci hicri ilində çap edil­mişdir.
5. “Dövrə uyğun gələn faydalı xütbələr”. Şeyx öz şəhərində xüt­­bə demək haqqına malik olduqdan sonra, o, hər cümə və bay­ram günlərində öz zamanına uyğun olan və in­san­ların başa düş­mə­sinə ehtiyac duyduqları mühüm məsələlərə aid xütbələrlə çıxış et­məyə çalışırdı. Sonralar o, bu xütbələri toplayaraq öz vəsaiti he­sa­bına əvvəlki kitabla birlikdə “Mətbəət Ənsar əs-Sünnə” nəş­riy­ya­tında çap etdirmiş və pulsuz paylamışdır.
6. “Quran təfsirinin gözəl prinsipləri”. Bu kitab da “Mət­bə­ət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-cı hicri ilində nəşr olun­muş və pulsuz paylan­mışdır.
7. “Dinin, onun daşıyıcılarının və ardıcılla­rının əl-Ku­sey­mi­nin iftiralarından qorun­ma­sı”. Bu kitab “Dar əl-Kutub əl-Ərə­biy­yə” nəşriy­yatında Hicazda məşhur olan şeyx Mu­həmməd Əfəndi Hu­­seyfanın ianəsi hesabına 1366-cı hicri ilində nəşr edilmişdir.
8. “Açıq və aydın həqiqət və ya peyğəmbər­lərin və elçilərin töv­hidinin təfsiri”.
9. “İnandırıcı və qənaətbəxş izah”. Bu kitab şeyx İbn əl-Qey­yimin “ən-Nuniyyə” adlı qəsidəsinə yazılmış şərhdir.
10. “Müsəlmanlar arasında qarşılıqlı kömə­yin zəru­riyyəti və dini mübarizə məsə­ləsi”. Son üç kitab Qahirədə “əl-Mətbəə əs-Sə­­ləfiyyə” nəşriyya­tında müəllifin vəsaiti hesa­bına nəşr olunmuş və pulsuz paylanmışdır.
11. “Tövhidin məqsədləri haqqında sağlam söz”. Bu kitab Mi­­­sir­də “Mətbəət əl-İmam” nəş­riyyatında şeyx Əbdülmöhsün Əbu Battının ianəsi hesabına 1367-ci hicri ilində nəşr olunmuş­dur.
12. “İslam hüququ prinsiplərinin qısa izahı”. Nəşr olun­ma­mış­dır.
13. “Quran təfsirinin mahiyyəti haqqında Bəsirətli­dən yün­gülləşdirmə”. Bu kitab “Mətbəət əl-İmam” nəşriyyatında mü­əl­lifin və bir qrup xeyriyyəçinin ia­nələri hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
14. “Çiçəklənən bağlar”. Bu kitab ilk dəfə olaraq “Mətbəət əl-İmam” nəş­riyyatında çap olunmuşdur.
Şeyxin çoxsaylı yazılı qeydləri və onun Uneyzə və digər vi­la­yət­lə­rin sakin­lərinin su­al­larına verdiyi cavabları qorunub sax­la­nıl­mış­dır. Bun­dan başqa, onun əlinə düşmüş müx­təlif kitabların kə­narlarında qeydlər var­dır. Onun üçün yazmaq heç bir çətinlik tö­rətmirdi və buna görə də onun çoxlu fitvaları və əsərləri böyük top­ludan ibarətdir. O, məşhur İbn Əbdülqavinin poetik əsərinin üzü­nü köçürmüş və ona şərh yazmaq niyyətində idi, sonra bu­nun çətin olacağı qərarına gəldi və onu “əl-İnsaf” kitabı ilə bir­ləş­dir­di və onları öz əli ilə köçürmüşdü ki, insanlar asanlıqla oxuya bil­sinlər. Bu əsəri xatırlatdığımız şerlərə şərh kimi ad­landırmaq olar­dı, lakin biz bunu onun əsərlərinə aid saymadıq.
Əsərlərini yazarkən şeyxin ən ali məqsədi bilikləri yaymaq və haqqa dəvət etmək idi və buna görə də o, hər cür imkandan is­ti­fa­də edərək, əsərlərini nəşr et­dirməyə çalışırdı. O, bunların va­si­tə­si­lə keçici dünyəvi nemətlər əldə etməyə və varlanmağa can at­mır­dı. O, kitablarını pulsuz paylayır ki, bütün biliklər arzu edən­lə­rə fay­dalı olsun. Qoy Allah İslam və bütün müsəlmanların adın­dan ona sa­vab versin, bizi isə ancaq xeyirxah əməllər işlətməyə yö­nəlt­sin!

Şeyxin vəfatı
Öz həyatını bütünlüklə elmə həsr edərək, Əbu Abdullah Əb­dürrəhman b. Nasir əs-Səədi 69 yaşında vəfat etdi. Bu, onun doğ­­ma şəhərində 1376-cı h. (yeni təq­vimlə 1957-ci) ildə baş verdi. Al­­lah ona rəhmət etsin!

Комментариев нет:

Отправить комментарий