\¢
ƏS-SƏFFAT
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ
ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ
(37. 1)
“And olsun cərgə-cərgə düzülənlərə”,
(37. 2)
“inadla qovanlara”,
(37. 3)
“Zikri oxuyanlara!”
Fövqəluca
Ona ibadət edən və Onun icazəsi ilə Kainatın bəzi işlərinə sərəncam çəkən alicənab
mələklərə and içir. O (Pak və Müqəddəs), bu andı ona görə içmişdir ki, yalnız
Özünün – Vahid Rəbb və ibadətə layiq Allah olduğunu təsdiq etsin. Əvvəlcə O (Pak
və Müqəddəs), Ona qüsursuz xidmət etmək üçün cərgə-cərgə düzülən mələklərə and
içmişdir. Sonra O (Pak və Müqəddəs), buludları qovan və digər təbii hadisələri
idarə edən mələklərə and içmişdir. Nəhayət, O (Pak və Müqəddəs), Zikri oxuyan,
yəni, Onun sözlərini təkrarlayan mələklərə and içmişdir. Mələklərin yalnız Ona
pərəstiş etməsini, təkcə Ona ibadətini və heç vaxt Onun hökmlərinə itaətsizlik
göstərmədiklərini nəzərə alaraq, Rəbb tövhidin haqq olmasını təsdiq etmək məqsədilə
onlara and içir.
ﭚ ﭛ ﭜ ﭝ
(37. 4) “Həqiqətən,
sizin Allahınız – Vahiddir!”
Allahdan
başqa, ilahlaşdırılmağa və ibadətə layiq hər hansı digər ilah yoxdur. Bütün
insanlar Onu səmimiyyətlə sevməli, Ondan qorxmalı, Onun mərhəmətinə ümid bəsləməli
və yalnız Ona ibadət etməlidirlər.
ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(37. 5) “O
– göylərin, yerin və onların arasında olanların da, məşriqlərin[1] də Rəbbidir”.
O (Pak və Müqəddəs)
Kainatı yaradaraq, onda məskunlaşan bütün məxluqlarına ruzi bəxş edir. Bütün
varlıqlar Ona tabedir və Onun nə hökmranlıq haqqına, nə də ibadət haqqına şərik
olanlar yoxdur. Fövqəluca Özünün hökmranlıq haqqı ilə yanaşı Ona ibadət edilməsi
haqqını çox tez-tez xatırladır, çünki sonuncu birincini qüvvətləndirir. Müşriklər
Allahın Vahid Rəbb olmasına inanırdılar, lakin belə hesab edirdilər ki, başqa
ilahlara da ibadət etmək olar. Buna görə, Allah insanlara nəyə iman gətirməli
olduqlarını onlara tez-tez xatırladır və onları inkar etdiklərinə iman gətirməyə
çağırır.
Bu ayədə
Allah Özünü bütün şərqlərin[2]
Rəbbi adlandırır. Burada üfüqdə görünən səma cisimlərinin çıxdığı yerlər nəzərdə
tutulur. Bu sözlər səma cisimlərinin batdığı çoxlu yerlərin mövcudluğunu sübut
edir. Ola bilsin ki, Allah üfüqdə görünən ulduzların tülu etdiyi yerləri nəzərdə
tutmuşdur ki, onların barəsində aşağıdakı ayələrdə bəhs edilir.
ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ
(37. 6)
“Biz dünya səmasını ulduzların gözəlliyi ilə bəzədik”
(37. 7) “və
onu hər bir azğın şeytandan qoruyuruq”.
(37. 8)
“Onlar aliməqam mələkləri dinləyə bilmirlər və onları hər tərəfdən daşa
basırlar”
(37. 9) “oradan
qovmaq üçün. Onlara əbədi əzab hazırlanmışdır”.
Allah
ulduzların Yer sakinlərinə böyük fayda gətirdiyini xəbər verir. Birincisi,
onlar göylərin bəzəyidir. Ulduzlar olmasaydı göylər qaranlıq və tutqun görünərdi.
Allah səmanı ulduzlarla bəzəmişdir ki, onu işıqlı etsin və onun görkəmini gözəlləşdirsin.
İnsanlar ulduzların sayəsində quruda və dənizdə hətta ən qaranlıq gecələrdə
belə yolu düzgün müəyyənləşdirə bilirlər. İkincisi, ulduzlar göyləri, mələklərin
səmada danışıqlarına qulaq asmağa cəsarət edən azğın şeytanlardan mühafizə
edirlər. Şeytanlar, onların üstünə hər tərəfdən axan ulduzlar düşdüyünə görə,
mələklərin danışıqlarını eşidə bilmirlər. Onlar şeytanları qovur və onlara göylərdə
hansı işlərin gedəcəyindən xəbər tutmağa imkan vermirlər. Bu, qiyam və Rəbbə
itaətsizlik etdiklərinə görə, onlardan alınan ədalətli qisasdır.
ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ
(37. 10)
“Lakin onlardan[3]
kimsə bir söz qapıb qaçarsa, onu axan yandırıcı ulduz təqib edər”.
Fövqəluca
bu barədə xəbər verməsəydi, əvvəlki ayələrin əsasında demək olardı ki,
şeytanlar göylərdəki danışıqlara qulaq asmaqda heç bir imkana malik deyillər.
Lakin onların bəziləri mələklərin ağzından çıxan sözü oğurlamağa nail olurlar
və belə olduqda səma sakinləri parlaq axan ulduzlar vasitəsilə onları məhv
edirlər. Bəzən belə bir ulduz azğın şeytanı, o, qulaq asıb eşitdiyi xəbəri öz həmkarlarına
ötürənə qədər yandırıb-yaxır. Belə olduqda qöylərdən oğurlanan xəbər yer
sakinlərinə gedib çatmır. Bəzi hallarda isə, axan ulduz şeytanı, o eşitdiklərini
öz əlaltılarına ötürdükdən sonra, məhv edir. Belə olduqda, şeytanlar bir həqiqətə
yüz yalan əlavə edib, onları cadugərlərə və falabaxanlara çatdırırlar. Cahil və
nadan insanlar isə onların çoxsaylı yalan “öncəgörümlərinə”, şeytanların göylərdə
eşitdikləri bir həqiqi sözə görə, inanmağa başlayırlar.
ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ
ﮗ ﮘ
(37. 11) “Onlardan
soruş: onlarmı güclü xəlq edilmişlər və ya Bizim yapışqan palçıqdan
yaratdıqlarımız?”
Allah
insanlara nəhəng göy cisimlərinin mövcudluğu haqqında xatırlatdıqdan sonra, O (Pak
və Müqəddəs) Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki,
kafirləri Rəbbin yaratdıqları üzərində düşünməyə çağırsın. Onlar öldükdən
sonra dirildiləcəklərinə iman gətirməkdən imtina edirlər. Məgər ölmüş insanları
diriltmək, əzəmətli göyləri və nəhəng planetləri yaratmaqdan çətinmidir? Şübhə
yoxdur ki, müşriklər göylərin və yerin xəlq edilməsinin insanın dirildilməsindən
olduqca mürəkkəb olduğunu etiraf edirlər. Bütün bunlar insanlara ölümdən sonra
həyatın varlığına inanmağı vacib edir. Lakin bu dirilmənin gerçəkliyinin yeganə
dəlili deyildir. Fövqəluca insanı saf gildən yaratmışdır. O (Pak və Müqəddəs)
belə buyurur: “Biz insanı, pardaqlanmış palçıqdan alınmış cingiltili quru
gildən yaratdıq” (Hicr, 15/26). Əgər insan bu dünyaya necə gəldiyi üzərində
düşünsə, onda başa düşər ki, insanı yapışqan gildən xəlq etmək, onu öldükdən
sonra diriltməkdən daha mürəkkəbdir.
ﮙ ﮚ ﮛ ﮜ
(37. 12)
“Amma sən təəccüblənirsən, onlar isə məsxərəyə qoyurlar”.
Ey Elçi! Ey
insan! Sən, dirilməyə iman gətirməkdən imtina edən və çoxsaylı möcüzə və dəlillərdən
üz döndərən insanların yalançılığına heyrət edirsən. Belə insanların kafirliyi
doğrudan da heyrətə salır və təəccüb doğurur, çünki labüd Qiyamət gününü inkar
etmək mümkün deyil. Lakin insanı daha çox heyrətə salan, Elçini (ona Allahın
salavatı və salamı olsun!) və möminləri məsxərəyə qoyan kafirlərin rəftarıdır.
Onlar haqqı inkar etməklə kifayətlənməyərək, ona hələ istehza etməyə də cəsarət
göstərirlər.
ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ
(37. 13)
“Onlara xatırlatdıqda, onlar yada salmaqdan imtina edirlər”.
(37. 14)
“Bir möcüzə görəndə isə, onu lağa qoyurlar”.
Belə
davranış təəccüb doğurmaya bilməz. Möminlər günahkarlara, onların ağlı və təhtəlşüuru
ilə bütövlükdə və tamamilə həmahəng olan haqqı xatırladırlar, lakin fasiqlər
ondan üz çevirməkdə davam edirlər. Əgər onlar öz nadanlıqlarına görə belə rəftar
edirlərsə, onda bu onların axmaqlığı və kəmağıllılığına dəlalət edir. Necə ola
bilər ki, hər bir insanın təhtəlşüuruna həkk olunmuş və heç bir çətinlik çəkilmədən
dərk oluna bilən şey inkar edilsin?! Əgər onlar haqqı öz inadkarlıqları üzündən
şüurlu surətdə inkar edirlərsə, onda bu daha çox təəccüblüdür. Haqq təbliğatçıları
öz doğruçuluqlarına inandırıcı dəlillər təqdim edirlər və onlara, ən ağıllı
insanların iman gətirdikləri əzəmətli möcüzələr göstərirlər, lakin onlar belə
möcüzələri də inamsızlıqla və istehza ilə qarşılayırlar. Həqiqətən, bu da, peyğəmbər
təlimini açıq-aydın cadugərlik adlandıran kafirlərin sözləri kimi, çox qəribədir.
ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(37. 15) “Onlar deyirlər: “Bu – yalnız açıq-aydın bir sehrdir”.
(37. 16)
“Doğrudanmı biz öldükdən, torpağa və sümüyə çevrildikdən sonra dirildiləcəyik?”
(37. 17)
“Ya da bizim ulu babalarımız?”
Onlar yer
üzündə hər şeydən şərəfli və ən gözəl olan haqqı, ən alçaq və ən yaramaz əməl
olan sehrbazlıqla müqayisə edirlər. Bundan başqa, onlar göylərin və yerin Rəbbinin
ilahi imkanlarını bütün cəhətləri baxımından ən aciz və kamil olmayan insanın qabiliyyət
və bacarığı ilə müqayisə edirlər. Onlar ölülərin dirildilməsini mümkünsüz sayır
və buna görə belə deyirlər: “Doğrudanmı biz öldükdən, torpağa və sümüyə
çevrildikdən sonra dirildiləcəyik?” Bu, kafirlərin ən böyük və tamamilə əsassız
dəlilidir.
ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(37. 18)
“De: “Bəli, siz də alçaldılacaqsınız!”
Allah
müşriklərin sübutlarını sadalayaraq, Öz Elçisinə (ona Allahın salavatı və
salamı olsun!) əmr edir ki, onların yalançı bəyanatlarını təkzib etsin və
onları alçaldıcı cəza haqqında xəbərlə təhdid etsin. Ey müşriklər! Siz də,
sizin ata-babalarınız da mütləq dirildiləcəksiniz, alçaldılmışların və nifrətə
layiqlərin sırasında olacaqsınız. Bu, Allah üçün heç də çətin olmayacaqdır.
ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳﯴ
(37. 19) “Yalnız
bir Səs qopunca, onlar görəcəklər”.
(37. 20) “Deyəcəklər:
“Vay halımıza! Bu, Din günüdür!”
(37. 21)
“Bu, sizin yalan saydığınız Ayırdetmə günüdür”[4].
Mələk
İsrafil sura üfürən kimi bütün ölülər qəbilərindən qalxacaqlar. Onlar ilk dəfə
dünyaya gəldikləri görkəmdə: çılpaq, ayaqyalın və sünnət edilməmiş halda
dirildiləcəklər. Bu dəhşətəngiz anda kafirlər peşman olduqlarını, ümidsizliyə
qapıldıqlarını, xəcalət çəkdiklərini və alçaldıldıqlarını gizlədə bilməyəcəklər.
Onlar özlərini lənətləyəcək və başa düşəcəklər ki, haqq-hesab çəkiləcək və əvəz
veriləcək saat artıq başlamışdır və dünya həyatında məsxərəyə qoyduqlarını
inkar edə bilməyəcəklər. Bax onda onlara Ayırdetmə Gününün başladığı xəbər
veriləcək. Həmin Gün Allah hər bir insana, onun Allah qarşısında və Onun məxluqları
qarşısında öz vəzifələrini necə yerinə yetirdiyini bildirəcəkdir. Kafirlər
inkar etdikləri və məsxərəyə qoyduqlarının doğruluğuna əmin olduqları vaxt, Rəbb
mələklərə əmr edəcək ki, günahkarları, yalan saydıqları Cəhənnəm Oduna
atsınlar.
ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ
(37. 22) “Toplayın
zalımları, onların taylarını və ibadət etdiklərini,
(37. 23) “Allahdan
başqa! Onlara Cəhənnəmin yolunu göstərin!
(37. 24) “Onları
dayandırın, çünki sorğu-suala çəkiləcəklər:”
(37. 25) “Nə
olub ki, yardımlaşmırsınız?”
(37. 26) “Xeyr!
Bu gün onlar – təslim olanlardır”.
Bu fasiqlər özlərinə qarşı zalımcasına davranır, küfrə, müşrikliyə və
Allaha itaətsizliyə batırdılar. Qiyamət günü başladıqda isə, onlar, eyni
yaramaz işlər törətmiş öz həmkarları ilə birlikdə bir yerdə toplanacaqlar. Bundan
başqa, müşriklərin ibadət etdikləri bütlər və daş heykəllər də onların
taleyinə şərik olacaqlar. Onların hamısı bir yerə toplanacaq və kobud mələklər
onları qova-qova Cəhənnəmə aparacaqlar. Müşriklər və kafirlər məhv olmaqdan
və əzablı cəzadan xilas ola bilməyəcəklərini anlayacaqları zaman, Allah mələklərə
günahkarlar kütləsini dayandırmağı əmr edəcək. Onlar öz iftiralarına görə cavab
verməyə təqdim ediləcəklər. Rəbb bütün məxluqların gözü qarşısında kafirləri
rüsvay edəcək, onların yalanını və xəyanətini ifşa edəcəkdir. Onlardan
soruşulacaq: “Siz niyə belə kədərlisiniz? Siz niyə bir-birinizə yardım
etmirsiniz, bütlər isə sizə kömək etmirlər? Axı siz güman edirdiniz ki, özünüzün
uydurduğunuz tanrıçalar sizi cəzadan qurtaracaqlar və Allah qarşısında sizin
şəfaətçiniz olacaqlar”. Yəqin ki, kafirlər bu suallara cavab verməyəcəklər,
çünki onlara itaətkarlıq və alçaldılma libası geydiriləcək. Onlar öz qismətləri
ilə razılaşacaq, Fövqəlucanın iradəsinə itaət edəcək və özlərini doğrultmaq
üçün heç bir söz deyə bilməyəcəklər. Onlar itaətkar, alçaldılmış və aciz olacaqlar.
ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
ﭦ ﭧ
(37. 27)
“Onlar bir-birilərinə yönəlib soruşacaqlar”.
(37. 28)
“Onlar deyəcəklər: “Həqiqətən, siz bizə sağdan gəlirdiniz”[5].
Kafirlər öz
həmkarları və bütləri ilə birlikdə Cəhənnəmə aparan yolda toplanacaqlar. Mələklər
onları dayandıracaq və sorğu-sual etməyə başlayacaqlar, lakin kafirlər onlara
verməyə cavab tapmayacaqlar və özləri azğınlığa düşdüklərinə və başqalarını
da azdırdıqlarına görə bir-birilərini günahlandıracaqlar. Bu dünya həyatında
sadə insanlar olan günahkarlar öz rəhbərlərinə və başçılarına deyəcəklər: “Siz
öz gücünüzü və hakimiyyətinizi bizi azğınlığa salmaq üçün istifadə edirdiniz.
Əgər siz olmasaydınız, biz möminlərdən biri olardıq”.
ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳﭴ
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ
(37. 29)
“Onlar cavab verəcəklər: “Xeyr! Siz özünüz mömin olmadınız”.
(37. 30) “Biz
sizin üstünüzdə hakimiyyətə malik deyildik. Amma siz azğın camaat idiniz”.
(37. 31) “Barəmizdə
Rəbbimizin Sözü gerçəkləşdi. Həqiqətən, biz onu dadacağıq”.
(37. 32) “Biz
sizi azğınlığa saldıq, çünki biz özümüz də azmışdıq”.
Kafirlərin
başçıları belə cavab verəcəklər: “Siz bizimlə birlikdə saxta “ilahlara” ibadət
edirdiniz və siz bizdən heç nə ilə fərqlənmirsiniz. Niyə siz bu gün bizi
qınayırsınız? Biz sizi kafirliyə məcbur etməmişik – siz özünüz haqqı inkar
etmisiniz. Bu gün bizi Rəbbin təyin etdiyi qədər haqlamışdır. Biz sizinlə öz
acı taleyimizi bölüşəcəyik və cəzanı dadacağıq. Biz azmış insanlar idik və sizə
də ardımızca gəlməyi təklif etdik. Siz könüllü surətdə razılaşdınız və bizim
izimizlə getdiniz. Bu gün siz bunda, özünüzdən başqa, heç kimə tənə
vurmamalısınız”.
ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ
(37. 33) “Həqiqətən, həmin gün onlar əzaba şərik olacaqlar”.
(37. 34) “Həqiqətən,
Biz günahkarlarla belə rəftar edirik”.
Söhbət,
bütün günahkarların əzab-əziyyətli cəzanı dadacaqları Qiyamət günündən gedir
və hər günahkarın ağrı-acılarının ağırlığı onun günahlarının ağırlığından
asılı olacaqdır. Allah günahkarlarla, bax, beləcə rəftar edir! Onlar özlərinin
bu dünyadakı həyatında birlikdə kafirliyə batırdılar və buna görə Axirət həyatında
onlar əzab-əziyyətə də birlikdə şərik olacaqlar. Onların günahları və cinayətləri
yol verilən bütün hədləri aşırdı.
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ
(37. 35) “Onlara
deyiləndə ki: “Allahdan başqa ilah yoxdur” – onlar təkəbbürlənirlər”
(37. 36) “və
deyirlər: “Məgər biz bir dəli şairdən ötrü ilahlarımızdan əl çəkməliyik?”
Onlara,
Allahdan başqa ibadətə layiq ilahların olmadığına şəhadət gətirmələri təklif
olunduqda, onlar haqqı təkəbbürlə inkar edir və ona dəvət edənləri isə rədd
edirdilər. Onlar bütün xalqın qarşısında dəvətçilərə öz nifrətini nümayiş
etdirir və deyirdilər: “Məgər biz atalarımızın və babalarımızın ibadət etdikləri
allahlara ibadətdən imtina edərikmi? Məgər biz Muhəmmədin xatirinə buna gedərikmi?”
Lakin rüsvayolmuş müşriklər Allahın Elçisindən (ona Allahın salavatı və salamı
olsun!) yalnız üz döndərməklə qane olmayaraq, onu (ona Allahın salavatı və
salamı olsun!) hələ bir yalançılıqda da ittiham etmişdilər. Onlar onu (ona
Allahın salavatı və salamı olsun!) dəli şair adlandıranadək sakitləşə
bilmirdilər. Bu, onların tərəfindən ən zalım bir rəftar idi. Onlar çox gözəl
bilirdilər ki, Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) nə bir şairlə,
nə də şeiriyyətlə tanış deyildi. Bundan başqa, onun (ona Allahın salavatı və
salamı olsun!) rəftarı heç vəchlə şairlərin davranışına bənzəmirdi. Müşriklər Muhəmmədi
(ona Allahın salavatı və salamı olsun!), onların müasirlərinin ən ağıllısı və ən
sağlam düşüncəlisi olaraq tanıdıqları kimi, bunu da yaxşı bilirdilər. Buna görə,
Fövqəluca Allah onların iftiraçı iddialarını təkzib edərək, belə buyurur:
ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ
(37. 37) “Xeyr! O, haqqı gətirmiş və elçiləri təsdiq etmişdir”.
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) gəlişi, onun dini
və ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş Kitab – haqdır.
Onun (ona Allahın salavatı və salamı olsun!) gəlişi özündən əvvəlki elçilərin
doğruçuluğunu təsdiq etmişdir. Onlardan hər biri onun (ona Allahın salavatı və
salamı olsun!) peyğəmbər olacağı haqqında öncədən xəbər vermişlər. Muhəmməd
(ona Allahın salavatı və salamı olsun!) haqqında öncədən verilən xəbər səma elçilərindən
hər birinin möcüzəli əlamətlərindən idi. Allah onlarla əhd etmişdi ki,
sonuncu elçiyə iman gətirsinlər və əgər onlardan kimsə Muhəmməd Peyğəmbərlə (ona
Allahın salavatı və salamı olsun!) görüşsəydi, onda o (ə), ona (Allahın
salavatı və salamı olsun!) mütləq hərtərəfli yardım göstərməliydi. Məhz
buna görə, Allahın elçiləri (onlara Allahın salamı olsun!) öz davamçılarına
tapşırmışdılar ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı
olsun!) bəşəriyyətə göndərildikdə, ona (s.ə.s.) iman gətirsinlər. O (s.ə.s.)
gəldikdə isə, bütün insanlar əvvəlki elçilərin (onlara Allahın salamı olsun!)
haqlı olduqlarına və onların düşmənlərinin və əleyhdarlarının yalançılığına
əmin oldular. Əgər bu baş verməsəydi, gerçəkləşməmiş peyğəmbərlik xəbəri
insanların Allahın seçilmiş elçilərinə inamını sarsıdardı.
Allahın
Elçisi (ona Allahın salavatı və salamı olsun!) özündən əvvəlki elçilərin
doğruçuluğunu, həmçinin öz təliminin və dəvətinin onun sələflərinin təlimləri
və dəvəti ilə ümumi olan əsaslara istinad etməsi ilə təsdiqləyirdi. Muhəmməd
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın bəşəriyyətə göndərdiyi
bütün elçilərinə (onlara Allahın salamı olsun!) inanırdı. O (s.ə.s.) öz
ardıcıllarına onların peyğəmbərliyi, Kitabları və şəriətlərinin haqq olması
haqqında xəbər vermişdir.
Otuzbirinci
ayədə Allah bildirir ki, kafirlər məşəqqətli əzabı dadacaqlarına özləri əmin
olacaqlar. Lakin kafirlərin sözləri adi insanların yalnız ehtimallarıdır və
yanlış da ola bilər və buna görə Fövqəluca qəti hökm çıxarmağı qərara alır. O (Pak
və Müqəddəs) buyurur:
ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ
(37. 38)
“Siz mütləq məşəqqətli əzabı dadacaqsınız”
(37. 39) “və
təkcə törətdikləriniz əməllərə görə əvəz alacaqsınız”.
Bu, haqdan
gələn bir xəbərdir ki, ona şübhə etmək mümkün deyil. Kafirlər amansız cəzaya məruz
qoyulacaqlar, lakin onlarla zalımcasına davranılmayacaqdır. Bu, ədalətli cəza
olacaqdır. Bu sözlərin ümumi səciyyə daşıması ilə, ilk nəzərdə, bunlar bütün
insanlara aiddir, lakin Fövqəluca möminlər üçün istisnalar edir və belə
buyurur:
ﯗ ﯘ ﯙ ﯚ ﯛ
(37. 40)
“Allahın xalis qullarından başqa”.
Onlar
xeyirxah əməlləri səmimiyyətlə Allah xatirinə yerinə yetirirdilər və müşriklikdən,
kafirlikdən xilas olmağı bacardılar və Allah da onları əzabverici cəzadan
qurtaracaqdır. O (Pak və Müqəddəs) onları Öz mərhəməti ilə himayə edəcək və bol
mükafatlarla təltif edəcəkdir.
ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ
ﯣ ﯤ ﯥ
(37. 41) “Onlar
üçün müəyyənləşdirilmiş ruzi – “
(37. 42) “meyvələrdir.
Onlara ehtiram göstəriləcək”
Həqiqətən,
Allahın mükafatı naməlum deyildir. O, o qədər böyük və füsunkardır ki, insanlar
ona laqeyd ola bilməzlər və onun bütün gözəlliyini dərk edə bilməzlər. Allah Cənnət
nemətlərindən bəzilərini təsvir etmişdir. Bunlar – müxtəlif meyvələrdir ki,
onların ləzzətindən və görünüşündən Cənnət sakinləri böyük məmnunluq
duyacaqlar. Cənnət məkanında möminlərə ehtiram bəsləniləcək. Onları təhqir etməyəcək,
alçaltmayacaqlar, əksinə, onları şərəfləndirəcək və ucaldacaqlar. Onlar
bir-birilərinə hörmət və ehtirmla yanaşacaq və nəcib mələklər də onlara ehtiram
göstərəcəklər. Mələklər möminlərin yanına çoxsaylı dərvazalardan daxil
olacaqlar və onları böyük uğur və bol mükafatlar qazanmaları ilə təbrik edəcəklər.
Lakin, ən başlıcası, Alicənab və Səxavətli Rəbbin Cənnət əhlinə göstərəcəyi
ehtiram olacaqdır. O (Pak və Müqəddəs) onlara çoxsaylı nemətlər əta edəcək və
onların ürəklərinə, qəlbinə və canlarına sevinc nəsib edəcəkdir.
ﯦ ﯧ ﯨ ﯩ
(37. 43) “Səadət
Cənnətində.
Onlar bərəkətli Cənnət bağlarında qalacaqlar. Bərəkət, sevinc və
xoşbəxtlik bu bağlarda əbədi sakindir. Möminlər üçün orada baxışların görmədiyi,
qulaqların eşitmədiyi, insan qəlbinin heç xəyalına belə gətirmədiyi şeylər
hazırlanmışdır. Heç bir şey onların səadətini kölgələndirə bilməz və onlara rahatsızlıq
yarada bilməz.
ﯪ ﯫ ﯬ ﯭ
(37. 44) “Taxtlarda
üzbəüzdürlər.
Onlar zəngin
örtüklər döşənərək bəzədilmiş hündür taxtlarda yastılanacaqlar. Möminlərin hətta
oturuşu-duruşu da onlara məmnunluq gətirəcək və rahatlıq bəxş edəcəkdir. Onlar
üzbəüz əyləşəcəklər və bu da onların qarşılıqlı ehtiramına dəlalət edir. Məhəbbət
onların ürəklərini birləşdirəcək və onlar özlərinin vəhdət halında və həmrəy
olmalarından zövq alacaqlar. Cənnət sakinlərinin bir-birinə yaxınlığı təkcə
üzbəüz oturmaları ilə deyil, həm də qəlbən yaxın olmaları ilə özünü göstərəcəkdir.
Onlar bir-birinə qarşı o dərəcədə mehriban və nəzakətli olacaqlar ki, hətta
bir-birilərinə arxa və ya böyrünü çevirmək belə istəməyəcəklər. Bütün bunlar Cənnət
sakinlərinin Səadət içində və gözəl əxlaq sahibi olmalarının dəlilidir.
ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(37. 45)
“Onlar üçün qədəhlər dolandırılacaq bulaq suyundan – ”
(37. 46) “şəffaf
– içənlərə ləzzət verər”.
Əbədi gənc
yeniyetmələr möminlərə həmişə xidmət etməyə hazır olacaqlar. Onlar möminlərin ətrafında
cazibədar qədəhlərə doldurulmuş qeyri-adi şirələr gəzdirəcəklər. Bu şirələr –
müşk qatılmış Cənnət içkisidir. O, bu dünyadakı şəraba qətiyyən bənzəmir. Ağ rəngdədir,
çünki ağ rəng ən yaxşı rəngdir. Lakin o, yer üzündəki şərabdan təkcə rəngi ilə
fərqlənmir. Cənnət içkisi möminlərə nəinki təkcə onu içən vaxt, həm də içəndən
sonra da böyük zövq verir.
ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
(37. 47)
“Onda baş kicəlləndirmə yoxdur və ondan sərxoş olmazlar”.
Cənnət
içkisi əzab vermir, təfəkkürü korşaltmır və insanı bütün var-dövlətini içkiyə
verməyə sövq etmir. O, başı ağrıtmır və başa bəla gətirmir. Fövqəluca Cənnət yeməklərini,
içkilərini, qəşəng taxtları və “mübarək bağlar” söz birləşməsi ilə ifadə edilə
biləcək digər ləzzətləri xatırlatmışdır. Buna baxmayaraq, Fövqəluca belə
hesab edir ki, Cənnət zövqlərini daha da təfsilatı ilə təsvir etsin və bunun əsasında
möminlər öz Rəbbinin mərhəmətini qazanmağa daha böyük əzmlə can atsınlar. O (Pak
və Müqəddəs) irigözlü gözəl hurilər haqqında xəbər verir. Onlar möminləri yaxınlıqda
yerləşən çadırlarda gözləyəcəklər.
ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ
(37/ 48)
“Yanlarında baxışlarını yalnız onlara dikmiş iri gözlü hurilər
olacaqlar;”
(37/ 49) “Onlar
qapalı yumurtaya bənzərlər”.
Onların
baxışları heyran və məftun edicidir. Fövqəluca onları “baxışlarını ərlərinə
dikmiş” adlandırır, çünki onların hər biri öz bakirəliyini qoruyur və öz ərindən
başqa hamının qarşısında baxışlarını aşağı dikir. Onların hər biri öz ərinin gözəlliyi
və kamilliyinə heyran olacaq və onu kimləsə dəyişməyə heç vaxt razılaşmayacaqlar.
Bundan başqa, hurilərin ərləri də bütün qalan qadınlar qarşısında baxışlarını
aşağı endirəcəklər və bu onların zövcələrinin təsvirolunmaz gözəlliyinə və
kamilliyinə dəlalət edir. Onlar kuluk toyuğun qoruduğu yumurtaya bənzəyirlər.
Onların heç bir nöqsanı və qüsuru yoxdur və hətta onların dərilərinin rəngi də ən
gözəldir.
Bir rəy var
ki, Allah, yalnız öz ərlərini arzulayacaqları və sevəcəklərinə görə, huriləri
“baxışlarını yerə dikmiş” adlandırmışdır. Belə şərh də səhihdir. Bütün
bunlar onu göstərir ki, kişilər və qadınlar Cənnətdə gözəl olacaqlar. Onların
arasında məhəbbət və razılıq hökm sürəcək və onlar özləri üçün başqa heç bir
şey istəməyəcəklər. Cənnət sakinləri əxlaqi paklığa riayət edəcək, bir-birilərinə
həsəd çəkməyəcək, qarşılıqlı düşmənçilik bəsləməyəcək və mübahisə etməyəcəklər
– bunun üçün, sadəcə, heç səbəb də olmayacaq.
ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ
ﰔ ﰕ ﰖ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(37. 50)
“Onlar bir-birilərinə müraciət edərək, sual verəcəklər”.
(37. 51)
“Onlardan biri belə deyəcək: “Mənim bir yaxın dostum vardı”.
(37. 52) “O
demişdi: “Doğrudanmı sən iman gətirənlərə məxsussan?”
(37. 53)
“Doğrudanmı biz öləndən, torpağa və sümüklərə çevriləndən sonra əvəz alacağıq?”
Cənnət yeməkləri
və içkiləri, gözəl taxtlar və füsunkar zövcələri xatırlatdıqdan sonra, Fövqəluca
Allah Cənnət sakinlərinin öz aralarında necə mehribanlıqla söhbət edəcəklərini
xəbər verir. Onlar özlərinin keçmiş həyatını və keçmiş əməllərini yada salacaqlar.
Onların söhbəti o qədər uzun çəkəcək ki, onlardan biri belə deyəcək: “Mənim bir
yaramaz yoldaşım vardı və məni dünya həyatında müşayət edərdi, öldükdən sonra
dirilməni inkar edər və məni imanıma görə qınayardı. O deyərdi: “Sən insanın əməllərinə
görə cəzalandırılacağına və ya mükafatlandırılacağına necə olur ki, inanırsan?!
Bu ki, mümkün deyildir! Biz hamımız torpağa çevriləcəyik və bizdən yalnız
sür-sümüklərimiz qalacaqdır. Doğrudanmı sən elə düşünürsən ki, bu sür-sümüklər
dirildiləcək və insan öz əməllərinə görə məsuliyyətə cəlb olunacaq?!” Büdür mənim
hekayətim... Mən öz dostumu unuda bilmirəm. Mən iman gətirdim və ömrümün sonuna
kimi saleh mömin olaraq qaldım, o isə əbədi həyatı inkar etməkdə və küfrə batmaqda
davam edirdi. Bu gün, gördüyünüz kimi, mən bu gözəl nemətlərin arasındayam, o
isə Cəhənnəm əzabının burulğanında sarsıntılar içində iztirab çəkir”.
ﭞ ﭟ ﭠ ﭡ ﭢ
(37. 54) “O
deyəcək: “Baxmaq istəyirsinizmi?”
Burada həmin
mömin belə təklif edəcək: “Gəlin, kafirlərin çəkdikləri əzab-əziyyəti öz
gözümüzlə görüb əmin olaq və Rəbbimizin iltifatına nail olduğumuza görə
özümüzü daha da xoşbəxt hiss edək”. Cənnət sakinləri öz qardaşlarının xahişini
həvəslə yerinə yetirirlər və buna görə, onlar onunla birlikdə onun dostuna baxmağa
gedəcəklər.
ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ
(37. 55) “O
baxıb, onu Cəhənnəmin ortasında görəcək”.
(37. 56) “O
deyəcək: “Allaha and olsun! Sən az qalmışdı məni də məhv edəsən”.
(37. 57) “Rəbbimin
lütüfkarlığı olmasaydı, mən də düçar edilmişlərdən olardım”.
Mömin Cəhənnəmə baxdıqda, öz yoldaşını Cəhənnəm Odunun ortasında
görəcək. O, Cəhənnəm məşəqqətləri burulğanında əzab çəkəcək və od onu hər tərəfdən
əhatə edəcəkdir. Mömin kafiri qınayacaq və Allaha, onu düşmənin fitnələrindən
xilas etdiyinə görə, həmd edəcəkdir. O, ucadan deyəcəkdir: “Allaha and olsun
ki, sən mənim qəlbimə şübhə salmağa cəhd göstərirdin və məni həlak edə bilərdin.
Əgər Allah mənə imanımı qorumaqda kömək etməsəydi, onda mən Cəhənnəmə vasil
edilənlərin arasında olardım”.
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ
(37. 58)
“Doğrudanmı biz bir də ölməyəcəyik – “
(37. 59)
“birinci ölümümüzdən sonra? Doğrudanmı biz əzab-əziyyətə məruz qoyulmayacağıq?”
Bu elə bir sualdır
ki, cavabı – deyiləni yalnız təsdiq etməklə nəticələnəcəkdir. Bu, möminlərin Cənnətdə
olmaqdan və Cəhənnəm cəzasından qurtulmaqdan duyduqları böyük sevincə dəlalət
edir.
50-ci ayədə
Fövqəluca Allah buyurur: “Onlar bir-birilərinə müraciət edərək, sual verəcəklər”.
Rəbb bizə Cənnət əhlinin hansı söhbətlər aparacaqlarını xəbər vermir.
Lakin tamamilə aydındır ki, onlar bu ünsiyyətdən zövq alacaqlar. Onlar sevinc gətirən
hər şey barədə danışacaqlar və yer üzündə olarkən bir-biri ilə ziddiyyətə
düşdükləri məsələlər barədə müzakirələr edəcəklər. Yaxşı məlumdur ki, alimlər
elmi mübahisələrdən və müzakirələrdən çox razı qalırlar. Bu məmnunluq
hissini dünyəvi həyat barədə söhbət edən insanların hiss etdikləri ilə müqayisə
etmək mümkün deyil. Onlar Cənnət sakinləri arasına düşdükdən sonra, uzun-uzadı
elmi məsələləri müzakirə edəcək və elə elmi kəşflər edəcəklər ki, insan onları
hətta təsəvvür etmək halında deyil.
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ
(37. 60) “Həqiqətən,
bu ən böyük qurtuluşdur!”
Fövqəluca Cənnət
səadətini və ecazkar Cənnət nemətlərini təsvir edir və sonra isə müsəlmanları səmimi
və xeyirxah işlər görməyə ruhlandıraraq, buyurur ki, Cənnət nemətlərinə nail
olmaq ən ali uğurdur. Möminlər bu uğuru qazanacaqlar. Onlar, insan qəlbinin xəyalından
keçirə biləcəyi bütün nemətlərə malik olacaq və hər cür xoşagəlməz və ikrahdoğurucu
şeylərdən qurtulacaqlar. Məgər insan bundan sonra da nə isə bir şey arzu edə
bilərmi? Yaxud bu, ola bilsin ki, doğrudan da ən ali uğurdur? Göylərin və
yerin Rəbbinin yaxınlığında ilahi iltifatının kölgəsində məskun olmaq
haqqından da daha yaxşı nə ola bilər? Öz Xaliqini dərk etmək, Onun nəcib Üzünü
görmək və Onun ecazkar nitqini dinləmək imkanından da gözəl nə ola bilər?
ﮇ ﮈ ﮉ ﮊ ﮋ
(37. 61)
“Qoy zəhmətkeşlər buna görə çalışsınlar!”
Əbədi Cənnət
nemətləri, onların əldə edilməsi xatirinə insanların öz var-dövlətini sərf
etmələrinə və qollarını çırmalayaraq zəhmət çəkmələrinə layiqdir. Ağıllı
insan, əgər onu İlahi Mərhəməti Məkanına yaxınlaşdıra bilməyən işlərə vaxt sərf
edərsə, kədərlənməlidir. Onda bəs günah işlədən və özünü həlaka məhkum edən
adamlar haqqında nə demək olar?!!
ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(37. 62)
“Bu ziyafət xeyirlidir, yaxud zəqqum ağacı?”
(37. 63)
“Şübhəsiz ki, Biz onu zalımlar üçün bir fitnə etmişik”.
(37. 64) “O,
əslən, Cəhənnəmin dibində bitən bir ağacdır”.
Məgər Cənnət
Səadəti Cəhənnəmdəki ağrı-acılı cəzadan yaxşı deyilmi? Hansı qonaqlıq daha
xeyirlidir: Cənnət təamları və ya Cəhənnəm sakinlərinin meyvələri ilə
qidalanacaqları zəqqum ağacı? Rəbb bu ağacı küfrə batmış və Allaha itaətsizlik
edən günahkarlar üçün cəza vasitəsi etmişdir. O, Cəhənnəmin lap ortasında
bitir və onun kökləri Cəhənnəmin tərkindən başlanğıc götürür. Bu, ən yaramaz və
ən mənfur zəmindir və deməli, onda bitən ağac da ən pis olmalıdır. Fövqəluca
da məhz bunu nəzərə çatdırmaq üçün əvvəlcə ağacın mənşəyi haqqında izahat
verir, sonra isə onun meyvələrini xatırladır.
ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
(37. 65)
“Meyvələri sanki şeytanların başları kimidir”.
(37. 66)
“Mütləq ondan yeyəcək və qarınlarını dolduracaqlar”.
Əgər o meyvələrin
belə zahiri görünüşü varsa, onda onların murdar dadından və Cəhənnəm əzabkeşlərinin
qarınlarında nəyin baş verəcəyindən danışmağa heç bir zəruriyyət yoxdur. Onlar
cəzadan qaça bilməyəcəklər – onların, sadəcə, başqa çıxış yolları olmayacaq. Cəhənnəm
sakinlərinin yeməyi necə də dəhşətlidir! Onların içəcəkləri də necə dəhşətlidir!
Onlar zəqqum ağacının meyvələrinin üstündən bağırsaqlarını yandırıb
dağıdacaq qaynar su içəcəklər. Fövqəluca buyurur: “...Onlar kömək üçün yalvarmağa
başladıqda, onlara üzü yandırıb-yaxan əridilmiş metala bənzər su ilə yardım
edəcəklər...” (Kəhf, 18/29).
ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(37. 68)
Sonra isə onları Cəhənnəmə qaytaracaqlar”.
Bura –
onların əbədi mənzili və sığınacağı olacaqdır. Onlar orada sərt cəzanı dadacaq
və müdhiş dərəcədə istiliyin necə olduğunu dərk edəcəklər və bunlar zalımlara
təkcə bədbəxtliklər və əzab-əziyyət gətirəcək. Günahkarları bu vəhşətəngiz məkana
gətirən nə oldu? Sanki bu suala cavab verərək, Fövqəluca buyurur:
(37. 69) “Həqiqətən
də, onlar öz atalarını azmış görmüşdülər”
(37. 70) “və özləri də onların izi ilə getməyə tələsmişdilər”.
Onlar çox tələskənliklə
azğınlıq burulğanına atılmışdılar və Allahın elçilərinin (onlara Allahın salamı
olsun!) çağırışına qulaq asmamışdılar. Onlar Kəramətli Kitabların nəsihətləri
üzərində düşünməmiş və möminlərin xeyirxah məsləhətlərinə əhəmiyyət verməmişdilər.
Əksinə, onlar o nəsihətlərdən üz döndərmiş və demişdilər: “Həqiqətən, biz
atalarımızı bu yolda görmüşük və biz onların izi ilə sədaqətlə gedirik” (Zuxruf,
43/23).
ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(37. 71) “Doğrusu,
onlaradək əvvəlkilərin əksəriyyəti azğınlığa düşmüşdü”.
(37. 72) “Əslində,
Biz onlara xəbərdarlıq edən nəsihət-çilər göndərirdik”.
Ərəb
müşriklərindən xeyli qabaq əvvəlki nəsillər də zəlalətə düşmüşdülər və
onlardan yalnız bəziləri haqq dinə gəlmiş-dilər və düz yolla gedirdilər,
halbuki onlara azğınlıqdan və aldanmalardan qoruyan nəsihətçilər gəlirdilər.
ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ
(37. 73)
“Bax gör, xəbərdarlıq edilənlərin sonu necə oldu–
(37. 74)
Allahın xalis qullarından başqa”.
Kafirlərin
cinayətləri onları həlaka, rüsvayçılığa və vicdan-sızlığa gətirib çıxartdı. Qoy
müşriklər öz azğınlıqlarına görə tövbə etsinlər ki, onlara, onlardan əvvəlkilərin
aqibəti nəsib olmasın. Nəzərə alsaq ki, xəbərdarlıq edilənlərin heç də hamısı
azğınlığa düşməmişdi, çünki Allah Ona səmimiyyətlə ibadət edən və buna görə məhv
edilməkdən xilas olan möminlər üçün istisnalar etmişdi. Səmimilik və sədaqətlilik
onlara Allahın lütüfkarlığına və bəyənilən sonuca nail olmağa imkan vermişdi.
ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ
ﰅ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(37. 75) “Nuh
Bizə müraciətlə dua etdi – axı Biz dualara çox gözəl cavab verənik”.
(37. 76) “Biz
onu və ailəsini böyük kədərdən xilas etdik
(37. 77) “və
yalnız onun nəslini saxladıq”.
(37. 78) “Biz
onu sonrakılara tərk etdik”.
(37. 79) “Nuha
aləmlərdə salam olsun!
(37. 80) “Həqiqətən, Biz yaxşılıq edənlərə belə əvəz veririk”.
Sonra Fövqəluca
Allah qullarına bəzi qədim xalqlar haqqında xəbər verərək, Nuhun (ə) xalqını
nümunə olaraq göstərir. O (ə) peyğəmbərlərdən biri və Allahın ilk Elçisi idi.
Bir çox illər ərzində o (ə) öz qəbilədaşlarını Vahid Allaha iman gətirməyə çağırırdı,
lakin kafirlər günbəgün onun moizələrinə daha çox nifrət edirdilər. Nəhayət, o
(ə) Allaha bu sözlərlə yalvardı: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir
sakin qoyma!” (Nuh, 71/26); “Ey Rəbbim! Mənə kömək et, axı onlar məni
yalançı hesab etdilər” (Şuəra, 23/26). Fövqəluca onun (ə) duasına cavab
verdi, çünki O (Pak və Müqəddəs) dualara hamıdan yaxşı cavab verəndir.
Allah Özü
Özünü belə tərifləyir. O (Pak və Müqəddəs) qullarının dua və müraciətlərinə,
Nuh peyğəmbərin (ə) dualarına diqqət yetirdiyi kimi, yanaşır. O (Pak və Müqəddəs)
onu (ə) möminlərlə birlikdə böyük bəladan xilas etmiş, qalan bütün kafirləri
isə, suda qərq etmişdir. Allah onun (ə) nəsillərindən bəşəriyyəti yenidən
dirçəltmiş və onda böyük peyğəmbər (ə) haqqında gözəl xatirə qoymuşdur.
Nuh əleyhissəlam
Yaradana səmimi ibadətinə və insanlara, digər məxluqlara göstərdiyi yaxşılığına
görə bu böyük şərəfə layiq olmuşdur. Lakin bu ehtirama layiq görülən yalnız
Nuh (ə) deyildir. Rəbb xeyirxahlıq edənlərin hamısını belə mənsəbə yüksəldir.
Onların şöhrəti möminliklərindən və xeyirxahlıqlarından asılı olaraq bütün
dünyaya yayılır.
ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ
(37. 81) “Həqiqətən,
o – Bizim mömin qullarımızdan biri idi”.
(37. 82)
“Sonra isə Biz bütün qalanlarını qərq etdik”.
Bu sözlərdən
aydın olur ki, Allahın qulunun qalxa biləcəyi ən yüksək pillə – imandır. O, özündə
dinin bütün əsas və fərdi hökmlərini ehtiva edir və məhz bu şanlı məziyyətlə
Allah Öz xalis qullarının üstünlüyünü vurğulayır.
ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(37. 83)
“İbrahim onun tərəfdarlarından biri idi”.
Allahın
sevimlisi İbrahim (ə) Nuhun (ə) ardıcıllarından biri idi. O (ə), öz peyğəmbərliyini
yerinə yetirir, öz sələfinin yolu ilə gedərək, insanları Allaha dəvət edirdi. Məhz
buna görə Fövqəluca Allah Nuhun (ə) duasına diqqət yetirdiyi kimi, İbrahimin (ə)
duasına da diqqət yetirmişdir.
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ
(37. 84) “Bir
zaman o, sağlam ürəklə Rəbbinin yanına gəlmişdi”.
Onun ürəyi haqqı dərk etməyə və düzgün rəftara mane olan müşriklikdən,
şübhələrdən və qüsurlu istəklərdən təmizlənmişdi. Yalnız ürəyi qüsurlu olmayan
hər cür yaramaz və xoşagəlməz şeylərdən qurtula, xeyirxah və arzuedilən şeylərə
nail ola bilər.
ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ
(37. 85) “O,
atasına və xalqına dedi: “Siz nəyə ibadət edirsiniz?”
İbrahimin (ə)
qüsursuzluğunun dəlili onun insanlarla olan münasibətində səmimiyyəti idi. Onun
(ə) ürəyində yalana, həsədə və digər yaramaz keyfiyyətlərə yer yox idi. Məhz
buna görə o (ə), insanları səmimiyyətlə doğru yola yönəltməyə səy göstərirdi və
ilk növbədə öz atasını iman gətirməyə dəvət etmişdi. O (ə) öz atasından və öz qəbilədaşlarından
belə soruşmuşdu: “Siz nəyə ibadət edirsiniz?” Bu sualın özü müşrikliyin əbəsliyini
və qüsurluluğunu qınamaqdan və sübuta yetirməkdən ibarətdir.
ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ
(37. 86)
“Doğrudanmı siz iftira uydurmaqla Allahdan başqa digər “ilahlar” həsrətindəsiniz?”
Doğrudanmı siz ibadətə və ilahlaşdırılmağa layiq olmayan yalançı
“ilahlara” ibadət edirsiniz? Məgər siz düşünmürsünüz ki, Allaha şərik
qoşduğunuza görə aləmlərin Rəbbi sizi cəzalandıra bilər?
İbrahim
peyğəmbər (ə) öz qəbilədaşlarını, müşrikləri və kafirləri gözləyən məşəqqətli
cəza ilə belə qorxudurdu.
ﮈ ﮉ ﮊ ﮋ ﮌ
(37. 87)
“Belə olduqda, siz aləmlərin Rəbbi barədə nə düşünürsünüz?”
Doğrudanmı
siz aləmlərin Rəbbinin o qədər qüsur və nöqsanı olduğunu zənn etdiyinizə görəmi
naqis və aciz “ilahlarınızı” Onunla müqayisə etməyi özünüzə rəva görürsünüz?”
ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(37. 88) “Sonra
o ulduzlara nəzər saldı”
(37. 89) “və:
“Mən xəstəyəm” – dedi”.
İbrahim
peyğəmbər (ə) qəbilədaşlarının ibadət etdikləri bütləri dağıtmağı qərara
almışdı və bunu etmək üçün əlverişli bir vaxt gözləyirdi. Qəbilədaşları öz
bayramlarından birinə getdikdə, İbrahim (ə) da onlarla birlikdə yola düşdü. Bu
vaxt o (ə), ulduzlara nəzər salaraq, belə dedi: “Doğrudan da, mən – xəstəyəm”.
Bir səhih hədisdə
rəvayət edilir ki, bütün həyatı böyü İbrahim peyğəmbər (ə) cəmi üç dəfə yalan
danışmışdı. Birinci dəfə, o (ə): “Doğrudan da mən – xəstəyəm” – deyəndə;
ikinci dəfə: “Xeyr! Bunu edən onların böyüyü, bax, budur!” – deyəndə; üçüncü
dəfə isə, o (ə) öz zövcəsi Saranı öz bacısı adlandıranda.
ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(37. 90)
“Onlar ondan üz çevirib, geriyə döndülər”.
(37. 91) “O,
xəlvətcə onların “ilahlarına” yaxınlaşıb dedi: “Yemək istəyirsiniz?”
(37. 92) “Sizə
nə olub ki, danışmırsınız?”
İbrahim (ə) qərara
almışdı ki, özünü xəstəhal göstərsin ki, təklikdə qalaraq, öz niyyətini həyata
keçirsin. O (ə) bütün müşriklərin bayrama getmələrini gözlədi və sonra gizlicə
bütlərə yaxınlaşdı. Onların yanına gəldikdə, o (ə) rişxəndlə dedi: “Siz ibadətə
qətiyyən layiq deyilsiniz, çünki sizin qüsurlarınız heyvanların qüsurlarından
daha çoxdur. Onlar yem yeyir və bir-biriləri ilə danışırlar, siz isə heç
bunları da bacarmırsınız”.
ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(37. 93) “Xəlvətcə yaxınlaşıb, onları sağ əli ilə
vurub dağıtdı”.
O (ə), onlara elə güclü və səylə zərbə vururdu ki,
onlardan təkcə dağıdılmış parçalar qalmışdı. Lakin İbrahim (ə) ən böyük bütü
sındırmadı ki, müşriklərə onların acizliyini sübut etsin.
ﮫ ﮬ ﮭ ﮮ
(37. 94) “Onlar[8]
tezliklə onun yanına gəldilər”.
Fövqəluca bu hadisəni daha müfəssəl “əl-Ənbiya” surəsində
təsvir etmişdir. Müşriklər dağıdılmış bütlərini gördükdə, kimin onların
“ilahlarını” belə təhqir etməyə cəsarət göstərməsi üzərində düşünməyə
başladılar. Onlar dedilər: “Kim bizim ilahlarımıza qarşı bunu etmişdir? Həqiqətən,
o – günahkardır!” Müşriklərdən bəziləri dedilər: “Biz eşitmişik ki, İbrahim
adlı bir gənc onları biabır edirdi”. Onlar xatırladılar ki, İbrahim (ə) belə demişdi:
“Allaha and olsun! Siz onları nəzarətsiz qoyub gedəndən sonra mən sizin
“ilahlarınıza” qarşı bir çarə taparam”. Lakin İbrahim (ə) dedi: “Xeyr! Bunu edən
onların böyüyü, bax, budur! Əgər onlar danışmaq qabiliyyətindədirlərsə, özünüz
bu barədə onlardan soruşun”. Onlar bir az fikirləşdikdən sonra, bir-birilərinə
deməyə başladılar ki: “Həqiqətən, siz günahkarlarsınız”. Sonra isə müşriklər
yenə əvvəl dediklərinə qayıtdılar və dedilər: “Axı sən bilirsən ki, onlar
danışmaq qabiliyyətinə malik deyillər”. Belə olduqda, İbrahim (ə) dedi:
“Doğrudanmı siz Allahdan başqa, heç nəyə kömək etməyə və ya sizə zərər vurmağa
qabil olmayana ibadət edirsiniz? Siz və Allahdan başqa ibadət etdikləriniz nifrətə
layiqsiniz! Məgər siz yenə də ağıllanmayacaqsınız?”
ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(37. 95) “O dedi: “Doğrudanmı siz öz yonduqlarınıza
ibadət edirsiniz?”
(37. 96) “Sizi də, düzəltdiklərinizi
də Allah xəlq etmişdir”.
Siz bütlərinizi öz əllərinizlə daşlardan yonursunuz,
sonra da onlara ibadət edirsiniz. Doğrudanmı siz bu minvalla davranmağı daha
üstün tutur və Vahid Allaha səmimi ibadətdən imtina edirsiniz?
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(37. 97) “Onlar dedilər: “Bir bina tikin və onu oda
atın!”
(37. 98) “Onlar ona tələ qurdular. Biz də onları
alçaltdıq”.
Müşriklər böyük bir ocaq qurmağı, onda od qalamağı
və İbrahimi (ə) ona atmağı qərara aldılar. Müşriklər Allahın peyğəmbərinə (ə)
belə bir hökmü onun (ə) onların bütlərini dağıtmasına görə çıxartmışdılar.
Onlar İbrahimi (ə) ən müdhiş edama məruz qoymağı qərarlaşdırmışdılar, lakin
Allah onların məkrli niyyətlərini onların özlərinə qarşı çevirdi və odu
İbrahim (ə) üçün sərin və xilas vasitəsi etdi.
ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(37. 99) “O dedi: “Mən məni doğru yolla aparacaq Rəbbimin
yanına gedirəm”.
Mən öz imanımı xilas etmək xatirinə Şamın bərəkətli
torpağına gedirəm, Rəbb isə dinimə fayda gətirəcək işlər görmək üçün mənə kömək
edər. İbrahim (ə) həmçinin belə dedi: “Mən sizi və Allahdan başqa ibadət
etdiklərinizi tərk edir və Rəbbimə dua edirəm. Rəbbimə edəcəyim duaların sayəsində
bədbəxt olmayacağıma ümidvaram” (Məryəm, 19/48).
ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(37. 100) “Ey Rəbbim! Mənə salehlərdən bəxş et!”
İbrahim (ə) öz qəbilədaşlarını doğru yola gəlməyə nəsihət
verməkdən ümidini itirdikdə, o (ə) Allahdan xahiş edir ki, ona (ə) əməlisaleh
bir oğul bəxş etsin ki, o, atasına (ə) həm bu dünyada, həm də ölümündən sonra
fayda verə bilsin. Allah Öz sevimli elçisinin (ə) xahişini qəbul etdi və
buyurdu:
ﯵ ﯶ ﯷ ﯸ
(37. 101) “O vaxt Biz onu mülaim bir oğulla müjdələdik”.
Şübhəsiz ki, bu ayədə bəhs edilən İsmail peyğəmbərdir
(ə), çünki İshaqın doğulması haqqında xoş xəbər yalnız 112-ci ayədə xatırlanır.
Fövqəluca buyurur: “Onun zövcəsi ayaq üstəydi, güldü. Onda Biz ona[9]
İshaq haqqında, İshaqın ardınca isə Yaqub haqqında müjdə verdik” (Hud,
11/71). Bütün bunlardan və həm də sonrakı ayələrdən aydın olur ki, İbrahim peyğəmbər
(ə) məhz İsmaili (ə) qurban kəsməyə hazırlaşırdı. Fövqəluca İsmaili (ə) mülaim
adlandırır və bu gözəl sifət İbrahimin (ə) böyük oğlunun səbirli, mətin,
xoşxasiyyət, nəcib və mərhəmətli olmasına dəlalət edir.
ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
ﰄ ﰅ ﰆ ﰇﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ
(37. 102) “O, onunla[10]
bərabər çalışmaq yaşına çatdıqda, o dedi: “Ey oğlum! Mən yuxumda görürəm ki, səni
qurban kəsirəm. Buna nə deyirsən?” O dedi: “Ey ata! Sənə verilən hökmü yerinə
yetir. Allah istəsə, sən səbirlilərdən biri olduğumu görərsən”.
İllər keçdi və İsmail (ə) elə bir həddə
çatdı ki, bu zaman əksər hallarda, valideynlər öz oğulları və qızlarından razı
qalırlar, çünki onlar ata-analarına kömək etməyə başlayır və onlara çoxlu fayda
verirlər. İbrahim (ə) oğluna dedi: “Allah yuxuda mənə səni qurban kəsməyi əmr
etdi və sən bilirsən ki, peyğəmbərlərin yuxusu vəhydir. Biz Allahın iradəsinə
itaət etməliyik. Sən bu barədə nə fikirləşirsən?”
İsmail (ə) bu sözləri labüd bir səbirliliklə
qəbul etdi. Hətta belə bir çətin saatda da o (ə) Allahın mərhəmətinə ümid bəsləməkdə
davam etdi, Onun mərhəmətinə nail olmağa səy göstərdi və valideynlərinin itaətkar
oğlu olaraq qaldı. O dedi ki, Fövqəluca Allahın istənilən istəyini səbirlə
yerinə yetirəcəkdir, çünki Kainatda baş verən hər şey Onun izni ilə olur.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ
(37. 103) “Onların hər ikisi itaət
etdikdə və o, onu gicgahı üstə yıxdığı zaman”,
Ata və oğul Allahın iradəsinə təslim
oldular. İbrahim (ə) Allahın cəzasından qorxurdu və qəti qərara gəlmişdi ki,
oğlunu və qəlbinin sevincini qurban versin. İsmailə (ə) gəldikdə isə, o (ə) böyük
səbirlilik göstərdi və Fövqəluca Rəbbə itaətsizliyə cəhd etmədi və atasını məyus
etmədi. İbrahim (ə) oğlunu qurban kəsmək üçün gicgahı üstə üzatdı – o (ə) bu
zaman onun (ə) üzünə baxmaq istəmirdi.
ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ
ﭢ
(37. 104) “Biz onu çağırdıq: “Ey
İbrahim!
(37. 105) Sən yuxunu doğrultdun”. Həqiqətən,
Biz yaxşılıq edənlərə belə əvəzini veririk”.
Bu həyəcanlı və çox ağır bir anda Allah
Öz sevimli elçisini (ə) çağırıb, buyurur: “Ey İbrahim! Sən artıq yuxuda sənə əmr
ediləni icra etdin. Sən oğlunu qurban kəsməyi qəti niyyət etmişdin və Rəbbinin
əmrini yerinə yetirmək üçün hər şeyi etmişdin. Sənə yalnız İsmailin (ə)
boğazına tiyənin neştərini çəkmək qalırdı, lakin indi buna ehtiyac yoxdur”.
Allaha səmimiyyətlə ibadət edənlər və öz istəklərini təmin etməkdənsə, Onun mərhəmətini
üstün tutanlar üçün hazırlanmış mükafat belədir.
ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ
(37. 106) “Həqiqətən, bu açıq bir
sınaqdır”.
İbrahim peyğəmbərin (ə) keçdiyi sınaq onun (ə) əxlaqi paklığını və Rəbbinə
kamil məhəbbətini sübuta yetirirdi. Məhz belə olduqda, Allah İbrahimi (ə)
Özünün sevimli elçisi adlandırmışdır. Ərəb sözü olan “hillət” ali və ən kamil məhəbbəti
ifadə edir. Buradan belə çıxır ki, Allahın sevimlisi özünün bütün məhəbbətini
Mərhəmətli Xaliqə verməlidir. Belə bir məhəbbət hissələrə bölünə bilməz.
Lakin İsmailin (ə) dünyaya gəlməsi ilə İbrahim peyğəmbər (ə) qəlbinə daxil
olmuş alovlu məhəbbətlə onu sevməyə başlamışdı. Belə olduqda Allah istəmişdir
ki, Öz sevimlisinin Rəbbinə olan məhəbbətini sınaqdan keçirsin və onun (ə) qəlbini
məxluqlara olan məhəbbətdən təmizləsin. Allah ona (ə) əmr edir ki, Rəbbini
daha möhkəm sevməyə mane olan məhəbbətlə sevdiyi oğlunu qurban kəssin.
ﭩ ﭪ ﭫ
ﭬ
(37. 107) “Biz onun[11] əvəzinə
böyük bir qurbanlıq verdik”.
İbrahim əleyhissalam
dünyəvi məhəbbəti qarşısında üstünlüyü Allaha bəslədiyi sevgisinə verdikdə və
oğlunu qurban verməyi qərara aldıqda, dünyəvi məhəbbət onu (ə) Rəbbinə itaət
etməkdən yayındıra bilmədi. İsmaili (ə) qurban verməyə artıq səbəb qalmamışdı
və buna görə də Fövqəluca Allah İbrahimə (ə) əmr etdi ki, oğlunu deyil, iri bir
qoçu qurban kəssin. Allah bu qurbanı bir neçə səbəbə görə iri adlandırır.
Birincisi, ona görə ki, o – şanlı İsmail peyğəmbərin (ə) həyatının əvəzi olan
fidyə idi. İkincisi, çünki qurban kəsmə ibadətin ən böyük ayinlərindən birinə
çevrilməliydi. Üçüncüsü isə, bu ayin həmişəlik qalacaqdı və Qiyamət günü başlananadək
mövcud olacaqdı.
ﭭ ﭮ ﭯ ﭰ ﭱ
(37. 108)
“Biz sonra gələnlərə onu anmağı təmin etdik”.
Fövqəluca bildirir ki, İbrahim (ə) haqqında gözəl xatirə insanlar
arasında əbədi yaşayacaqdır. İbrahimin (ə) ən yaxın nəsilləri Allaha dua
edirdilər ki, O (Pak və Müqəddəs) onların şan-şöhrətli ulu babasına sülh və əmin-amanlıq
nazil etsin. Mömin müsəlmanlar bu gün də bu duanı edirlər. Müsəlmanların
sonrakı nəsilləri də bunu davam etdirəcəklər[12].
Bütün zamanlarda insanlar bu şərəfli peyğəmbəri və elçini (ə) sevir, ehtiram bəsləyir
və tərifləyirlər.
ﭲ ﭳ ﭴ ﭵ
(37. 109) “İbrahimə salam olsun!”
Bu – Fövqəluca Allahın Öz seçilmiş dostlarını
salamlamağı əmr etdiyi salamlaşmanın sözləridir. O (Pak və Müqəddəs) həm də əmr
etmişdir ki, belə deyilsin: “Allaha həmd və Onun seçilmiş qullarına salam
olsun!” (Nəml, 27/59).
ﭶ ﭷ ﭸ ﭹ
(37. 110) “Xeyirxahlıq edənlərin əvəzi
belədir”.
Əgər Allahın qulu Ona səmimiyyətlə ibadət
edir və Onun məxluqlarına yaxşılıq göstərirsə, onda Rəbb onu bədbəxtliklərdən
xilas edir, ona firavanlıq bəxş edir və onu ən gözəl sözlərlə tərifləyir.
ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(37. 111) “O, həqiqətən, Bizim mömin
qullarımızdandır”.
O (ə), insanın iman gətirməli olduğu hər
şeyə iman gətirmiş və tam əminliyə nail olmuşdur. Fövqəluca buyurur: “Biz
İbrahimə göylərdəki və yerdəki səltənəti belə göstərdik ki, o, qəti etiqad edənlərdən
olsun!” (Ənam, 6/75).
ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(37. 112) “Biz onu, İshaqla, salehlərdən
olan peyğəmbərlə müjdələdik”.
Söhbət, bizim
artıq öncə xatırlatdığımız İshaqın (ə) doğulacağı haqqında müjdədən gedir. Allah
İbrahimi (ə) və onun ahıllaşmış zövcəsini İshaqın (ə), sonra da onun oğlu Yəqubun
(ə) dünyaya gələcəkləri ilə sevindirmişdir. O (Pak və Müqəddəs), onları gələcək
oğullarının peyğəmbərliyi haqqında müjdələmişdir.
ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ
ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
(37. 113) “Biz onu da, İshaqı da təbrik
etdik. Onların nəsilləri arasında xeyirxahlar da, özlərinə açıq-aşka zülm edənlər
də vardır”.
Biz onların elmini, saleh əməllərini və
nəsillərini artırdıq. Bunun sayəsində İbrahim (ə) üç böyük xalqın: ərəblərin,
israillilərin və romalıların atası oldu. Ərəblər İsmail peyğəmbərin (ə),
israillilər – Yaqub peyğəmbərin (ə) və romalılar isə İshaq peyğəmbərin (ə) nəsilləridir.
Onların arasında salehlər də, günahkarlar da, ədalətli insanlar da, zalım
müstəbidlər də, möminlər də, kafir və müşriklər də vardır. Görünür, Fövqəluca
Allah bu barədə ona görə xəbər verir ki, insanlar İbrahimin (ə) nəsilləri barədə
yanlışlığa düşməsinlər. Allah insanı təbrik edərkən bu mübarəkbadlıq onun nəsillərinə
də aid edilir, lakin bu o demək deyildir ki, İbrahimin (ə) bütün nəsilləri
saleh və xeyirxah olacaqlar. Məhz buna görə, Fövqəluca Allah xüsusilə
vurğulayır ki, İbrahimin (ə) nəslində vicdanlı kişilər də, günahkarlar da
vardır. Allah isə bu barədə ən yaxşısını bilir.
ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ
(37. 114) “And olsun ki, Biz Musaya və
Haruna lütüfkarlıq göstərdik”.
(37. 115) “Biz onların hər ikisini və
onların xalqını böyük kədərdən qurtardıq”.
(37. 116) “Biz onlara kömək etdik və məhz
onlar qalib çıxdılar”.
(37. 117) “Biz onlara aydın bir Kitab əta
etdik”
(37. 118) “və onları doğru yolla
apardıq”.
Fövqəluca şərəfli qullarını və elçilərini
(onlara salam olsun!), İmranın iki oğlunu – Musanı (ə) və Harunu (ə) yada
salır. Allah onlara Kitab və peyğəmbərlik verməklə onları şərəfləndirmiş və
onlara insanları Fövqəluca Rəbbə ibadət etməyə çağırmağı əmr etmişdir. Allah
onların hər ikisini qəbilədaşları ilə birlikdə zülmkar Firondan (L) xilas
etmiş və onlara düşmənləri üzərində qələbə çalmağı bəxş etmişdir. O (Pak və
Müqəddəs) Fironun (L) qoşunlarını heyrət içində olan israillilərin gözü qarşısında
suya qərq etmiş, sonra isə Musaya (ə) və Haruna (ə) aydın bir Kitab – Şərəfli
Tövratı nazil etmişdir. Onda hikmətli nəsihətlər və ədalətli şəriət hökmləri
bir yerə cəmlənmiş və Allahın qulunun bilməli olduğu hər şey izah edilmişdir.
Rəbb Musanı (ə) və Harunu (ə) böyük nemətə və xilasa aparan din yoluna yönəltmiş
və onlara bu yolla layiqincə getməkdə kömək göstərmişdir.
ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(37. 119) “Biz sonra gələnlərə onları
anmağı təmin etdik”.
(37. 120) “Musaya və Haruna salam
olsun!”
(37. 121) “Həqiqətən,
Biz xeyirxahlara əvəzini belə veririk”.
(37. 122) “Həqiqətən, onlar Bizim mömin
qullarımızdandırlar”.
Allah bu elçilər haqqında gələcək nəsillərə
gözəl xatirə qoymuş və insanlara onların əmin-amanlığı haqqında dua etməyi buyurmuşdur.
Onların haqqında gözəl xatirə, doğrudan da, bizim günlərimizə qədər
yaşamaqdadır, bu isə o deməkdir ki, bu elçilərin (onlara Allahın salamı
olsun!) şan-şöhrəti bizim əcdadlarımızın yaddaşında da öz əksini tapmışmış.
ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(37. 123) “İlyas da elçilərimizdən biri
idi”.
(37. 124) “O öz xalqına demişdi:
“Doğrudanmı siz vahimə keçirmirsiniz?”
(37. 125) “Doğrudanmı siz Bəələ dua
edir və nəzərdən qaçırırsınız xəlq edənlərdən Ən Yaxşısını –“
(37. 126) “sizin Rəbbiniz və əcdadlarınızın
Rəbbi olan Allahı?”
Fövqəluca Öz qulu və elçisi İlyası (ə)
tərifləyir. O (ə) öz peyğəmbərlik vəzifəsini yerinə yetirmiş və xalqını Vahid
Rəbbə iman gətirməyə dəvət etmişdir. O (ə) təqvalılığı və Tək Allaha səmimi
qulluğu təbliğ etmiş və insanları müşriklikdən çəkindirmişdir. O (ə) qəbilədaşlarını
Bəəl adlı bütə sitayiş etməkdən əl çəkməyə və yalnız xəlq edən və Öz məxluqlarına
qayğı çəkən, onlara mərhəməti ilə himayə edən və saysız-hesabsız gözlə görünən
və görünməyən nemətlər nazil edən Allaha ibadət etməyə çağırmışdır.
O (ə) onlara deyirdi: “Məgər siz Mərhəmətli
və Rəhmli Xaliqə səmimiyyətlə ibadət etmək istəmirsiniz və sizə nə fayda verə,
nə də zərər vura bilən daş heykəl qarşısında alçalmağı üstün tutursunuz?! Bu
büt nə isə yaratmaq və ya sizə ruzi vermək halında deyil. O hətta yemək yeyə və
ya sizinlə danışa da bilmir. Həqiqətən, sizin seçiminiz dərin azğınlıq və ən
böyük axmaqlıqdır!!”
ﭑ ﭒ ﭓ ﭔ
(37. 127) “Onlar onu yalançı saydılar və
onların hamısı mütləq toplanacaqlar”[13],
Müşriklər İlyasa (ə) iman gətirmədilər
və onun (ə) təlimini təkzib etdilər və belə olduqda, Allah onları, Qiyamət
günü, ağır cəza verəcəyi ilə təhdid etdi. Bununla belə, Fövqəluca Allah bu
kafir xalqın yer üzündə məhz hansı cəzaya məruz qoyulduğunu göstərməmişdir.
ﭕ ﭖ ﭗ ﭘ ﭙ
(37. 128) “Allahın seçilmiş qullarından
başqa”.
Allah, amansız cəzanın iman gətirənlərə
və elçinin ardınca gedənlərə toxunmayacağını xəbər verərək, bir daha möminlər
üçün istisna hal yaradır. Onları bol mükafat gözləyir. İlyas (ə) haqqında isə Rəbb
gələcək nəsillərə gözəl xatirə qoymuşdur:
ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ ﭣ
(37. 129) “Biz sonra gələnlərə onu
anmağı təmin etdik”.
(37. 130) “İlyasa salam olsun!”
Bu, Rəbbindən və bütün mömin qullardan
Allahın şanlı elçisinə (ə) salamdır.
ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ ﭭ
(37. 131) “Həqiqətən, Biz xeyirxahlıq edənlərə əvəzini
belə veririk”.
(37. 132) “Həqiqətən, o – Bizim mömin qullarımızdan
biridir”.
Fövqəluca İlyası (ə), onun qardaşlarını təriflədiyi
kimi, tərifləyir. Allahın bütün peyğəmbərlərinə və elçilərinə salavat və
salam olsun!
ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
(37. 133) “Lut da elçilərimizdən biri
idi”.
(37. 134) “Biz onu və onun bütün ailəsini
xilas etdik,
(37. 135) “təkcə arxada qalanların
arasındakı qarısından başqa”.
Allah Öz qulu, vəzifəsini yerinə
yetirmiş və xalqını Ona iman gətirməyə vicdanla dəvət etmiş elçisi Lutu (ə) da
tərifləyir. Uzun illər boyu o (ə) insanları müşriklikdən əl çəkməyə və sodom
günahına[14]
görə tövbə etməyə çağırmışdı. Lakin günahkarlar onun (ə) nəsihətlərinə qulaq
asmırdılar və belə olduqda, Allah Öz peyğəmbərini (ə) ailəsi ilə birlikdə
xilas edərək, fasiqləri həlaka uğratdı. Gecə qaranlığının pərdəsi altında Lut
(ə), haqq dinə iman gətirməmiş və şəhərdə məhv edilmək üçün qalan qoca qarısı
istisna olmaqla, ailəsi ilə birlikdə şəhəri tərk etdi.
ﭽ ﭾ ﭿ ﮀ
(37. 136) “Sonra Biz qalanlarını məhv
etdik”.
Sübh çağı Allah şəhərdə qalanların
hamısını məhv etdi. Fövqəluca buyurmuşdur: “Əmrimiz gəldikdə, Biz onların
ölkəsini alt-üst etdik və bişmiş gil kəsəkləri bir-birinin ardınca üstlərinə
yağdırdıq” (Hud, 11/82).
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ
ﮈ ﮉ ﮊ
(37. 137) “Siz onların yanından
keçirsiniz səhərlər də”,
(37. 138) “axşamlar da. Doğrudanmı siz
dərk etmirsiniz?”
Siz bu sözlərin doğruluğuna şübhə edə
bilməzsiniz, çünki səhərdən axşama kimi alt-üst edilmiş şəhərlərin
xarabalıqlarının yanından keçirsiniz. Məgər siz saysız-hesabsız əlamətlər və nəsihətlər
üzərində düşünmürsünüz? Məgər siz fasiqləri həlakə məhkum edən günahlarınızı
tövbə etməyəcəksiniz?
ﮋ ﮌ ﮍ ﮎ ﮏ
(37. 139) “Həqiqətən, Yunus da elçilərdən
biri idi”.
Fövqəluca qulu və elçisi olan Matta
oğlu Yunusu (ə) da tərifləyir. Allah, əvvəlki elçilər kimi, onu (ə) da vəzifəsini
yerinə yetirdiyinə və hikmətli nəsihətlər verdiyinə görə mədh etmişdir.
ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(37. 140) “O, dolu gəmi ilə qaçmışdır”.
Yunus peyğəmbərin (ə) qismətinə bu
dünyada cəza almaq düşmüşdür ki, o (ə) bundan öz möhkəm əqidəsi və saleh əməlləri
sayəsində qurtulmağa nail ola bilmişdir. Yunus (ə) Rəbbindən qaçmaq istəyəndə,
Onu qəzəbləndirmişdi. O (ə) elə dşünürdü ki, Allah ona (ə) çata bilməz, lakin o
(ə) nəticədə böyük bir balığın qarnına düşdü. Allah Yunusun (ə) hansı günahı
etməsi haqqında bizə xəbər vermir, çünki bu barədə məlumat müsəlmanlara heç bir
fayda gətirməzdi. Əvəzində, hər bir müsəlmanın, günah işləmiş insanın, o hətta
alicənab elçi də olsa, cəzadan qurtarmağı bacarmayacağını bilməsi faydalıdır.
Yunus peyğəmbərə (ə) gəldikdə isə, Allah ona (ə) möminliyə nail olmaqda kömək
etmiş, onu (ə) cəzadan qurtarmış və böyük rüsvayçılıqdan xilas etmişdi. Lakin
buna qədər bir-neçə əlamətdar hadisələr baş vermişdi.
Yunus qaçıb, adamlarla dolu və ağır əşyalar
və yüklərlə yüklənmiş gəmi ilə xilas olmağa cəhd göstərmişdi. Adamlar dənizə
çıxdıqda, aşkar etdilər ki, gəmi batmağa başlayır. Belə olduqda, onlar
adamlardan birini dənizə atmaqla, qalan insanları xilas etməyi qərara aldılar.
Gəmidəki insanlar kimin bu sərt qismətə layiq olduğunu bilmirdilər və ona görə
də ədlətlə davranmağı qərara alıb, püşk atdılar.
ﮖ ﮗ ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(37. 141) “O da püşk atdı və
uduzanlardan oldu”.
(37. 142) “O, özünü qınayarkən balıq
onu uddu”.
Allah bir şeyi etmək istədikdə, O (Pak
və Müqəddəs), bundan ötrü səbəb və zəmin yaradır. Püşk Yunusa (ə) düşdü[15]
və adamlar onu (ə) dənizə atdılar. O (ə) özünü qınadığı anda balina onu (ə)
uddu[16].
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(37. 143) “Əgər o, həqiqətən, mədh edənlərdən
olmasaydı,
(37. 144) “onda mütləq, dirildilən günə
qədər, onun qarnında qalardı”.
Yunus peyğəmbər (ə) cəzalandırılanadək
Allahı tez-tez tərifləyər və Ona çoxlu ibadət edərdi. Balinanın qarnına
düşdükdə, o (ə): “Səndən başqa ilah yoxdur! Sən Paksan! Həqiqətən, mən
zalımlardan biri idim!” (Ənbiya, 21/87) – deyə təkrar etməyə başladı.
Əgər bu saleh əməlləri olmasaydı, nəhəng balinanın bətni onun (ə) sərdabəsi
olardı. Lakin səmimi ibadət və Allaha çoxsaylı həmdsənalar Yunusu (ə) cəzadan
xilas etdi. Allah bəlalara və bədbəxtliklərə düçar olduqları zaman möminləri
belə xilas edir.
ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
(37. 145) “Biz onu açıq bir yerə çıxartdıq
və o, xəstə idi”.
Balina Yunusu (ə) boş bir sahilə
çıxartdı ki, orada heç kim yox idi, ola da bilsin ki, heç kölgə sala bilən bir
ağac da yox idi. Heyvanın qarnında uzun müddət qaldığına görə bərk azarlamışdı.
O (ə), yumurtadan təzəcə çıxmış cücəyə bənzəyirdi.
ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(37. 146) “Biz onun yanında boranı tağı
saldıq”.
Yunus peyğəmbər (ə) hündür boranı
tağının kölgəliyində daldalanmışdı. Yaxşı məlumdur ki, bu tağların kölgəsində həmişə
sərinlik olur və milçəklər heç vaxt onların üstünə qonmurlar. Fövqəlucanın Öz
tövbə etmiş quluna göstərdiyi iltifatı və xeyirxahlığı belə idi. Lakin bu nemət
sonuncu və yeganə deyildi.
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ
(37. 147) “Biz onu yüz min nəfərə və ya
daha çoxuna elçi göndərdik”.
(37. 148) “Onlar iman gətirdilər və Biz
müəyyən bir vaxtadək onların güzəranını təmin etdik”.
Bu o deməkdir ki, Allah Yunusa (ə) əhalisi
yüz mindən az olmayan bir şəhərdə haqq dini təbliğ etmək hökmü vermişdi. Onlar
iman gətirmişdilər və onların hər birinin xeyirxah əməlləri üçün Yunus peyğəmbərə
(ə) də savab yazılmışdı, çünki məhz o (ə) onlara iman gətirməkdə kömək göstərmişdi.
Şəhərin sakinlərinə gəldikdə isə, Allah onlara maddi nemətləri müəyyən vaxtadək
əta etmişdi, yəni, onlar öz əvvəlki cinayətlərinə görə layiq olduqları cəzadan
xilas edilmişdilər. Fövqəluca buyurur: “Məgər, Yunusun xalqından başqa, əhalisi
etiqadının köməyi ilə iman gətirən və bunun fayda verdiyi bir bölgəmi vardı? Onlar
iman gətirdikdə, Biz onları dünya həyatında rüsvayçı əzablardan xilas etdik və
onlara müəyyən vaxtadək maddi nemətlərdən yararlanmağa imkan verdik” (Yunus,
10/98).
ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ
(37. 149) “Onlardan soruş ki, niyə
qızlar Rəbbinin, oğullar isə onların olmalıdır?”
Müşriklər mələkləri Allahın qızları
sayır və onlara ibadət edirdilər. Bununla onlar nəinki məxluqları Xaliqə bərabər
tutur, hətta Ona Onun əzəmətinə layiq olmayan sifətlər aid edirlər. Onlar oğul
sahibləridirlər, Allaha isə qız övladları aid edirlər. Bu, ədalətsiz bölgü və dərin
azğınlıqdır. Əvvələn, ona görə ki, müşriklər Fövqəluca Allaha övlad aid edirlər.
İkincisi, ona görə ki, müşriklər onları qadın adlandırırlar, halbuki qadın
cinsi, kişilərə nisbətən, öz vəziyyətinə görə daha zəif və aciz cinsdir.
Bundan başqa, onların qızları doğulanda, onlar narazılıq edir və hiddətlənirlər.
Fövqəluca buyurur: “Onlar Allaha qız övladı aid edirlər. O – Pakdır! Özlərinə
isə istədiklərini saxlayırlar” (Nəhl, 16/57). Üçüncüsü isə, ona görə ki,
onlar mələkləri Allahın qızları adlandırırlar.
ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ
(37. 150) “Ya da Biz mələkləri qadın
yaratmışıq, onlar isə şahidi olublar?”
Fövqəluca müşriklərin
yalanını ifşa etmiş və bildirmişdir ki, mələklər qadın deyillər. Axı, əgər
müşriklər onların xəlq edilməsində iştirak etməyiblərsə, bunu haradan öyrənə
bilərdilər?
ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ ﯼ ﯽ
(37. 151) “Həqiqətən, onlar öz
yalançılıqları üzündən deyirlər:
(37. 152) ““Allah doğurmuşdur”.
Doğrudan da, onlar yalançıdırlar!”
Müşriklər nəinki heç bir məlumatları
olmayan şeylər haqqında danışırlar. Onlar hətta Allaha böhtan atmağa cəsarət
edirlər və deyirlər ki, O (Pak və Müqəddəs) Özünə övlad törətmişdir. Onlar
bunu özlərinin yalançılığı üzündən iddia edirlər və buna görə də Allah onları
yalançı adlandırmışdır. Onlar qəlbən anlayırlar ki, onların söylədikləri və
qüsurluluğu şübhə doğurmayan sözləri açıq-aşkar yalandır.
ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(37. 153) “Məgər O, qızları seçib, oğullardan
üstünmü tutmuşdur?”
(37. 154) “Sizə nə olmuşdur ki, belə
hökm verirsiniz?”
(37. 155) “Heç düşünmürsünüzmü?”
(37. 156) “Yoxsa, aydın bir sübutunuzmu
var?”
Sizin mühakiməniz ötkəm və ədalətsizdir
və siz dediyiniz sözlərə görə tövbə etməlisiniz. Əgər siz dediklərinizin üzərində
yaxşıca düşünsəydiniz, onda belə kobud və qaba sözlər söyləməyə cəsarət etməzdiniz.
Bəlkə Şərəfli Kitablar və ya Allahın elçilərinin sözləri sizin dediklərinizi
təsdiqləyir? Əlbəttə ki, müşriklərin baxışları nə Mübarək Kitablarla, nə də
Allahın elçilərinin sözləri ilə təsdiq edilmir və buna görə, sonra Fövqəluca
Allah belə buyurur:
ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ
(37. 157) “Doğru deyirsinizsə,
Kitabınızı gətirin!”
Əgər insan inandırıcı dəlillərə istinad
etməyən bəyanatlar verirsə, onda o, ya şüurlu surətdə yalan deyir, ya da heç
bir biliyə malik olmadan boşboğazlıq edir.
ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ
ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ
(37. 158) “Onlar Onunla cinlər arasında
qohumluq qərarı verdilər, lakin cinlər həqiqətən bilirlər ki, onlar
toplanacaqlar”.
Müşriklər belə
hesab edirdilər ki, cinləri Allahla bağlayan qohumluq əlaqəsidir. Onlar
deyirdilər ki, mələklər Allahın qızlarıdır, onların anaları isə cinlərdən
olan zadəgan qadınlardır. Lakin belə iddialar dərin azğınlığın nəticəsidir,
çünki cinlər çox gözəl bilirlər ki, elə bir gün gələcək ki, onlar öz Rəbbi
qarşısında dayanacaqlar və öz əməllərinə görə əvəz alacaqlar. Onlar həmçinin
bilirlər ki, Allahın alçaldılmış qullarıdırlar. Amma əgər onların Rəbb ilə
qohumluq əlaqələri olsaydı, hər şey başqa cür olardı.
ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(37. 159) “Pak Allah, onların vəsf
etdiklərindən Fövqəlucadır”.
Fövqəlqüdrətli və Təmkinli Hökmdar
Pakdır! Onun ilahi sifətləri kamildir və müşriklərlə kafirlərin Allah haqqında
dedikləri ilə heç bir əlaqəsi yoxdur.
ﭵ ﭶ ﭷ ﭸ ﭹ
(37. 160) “Allahın xalis qulları
istisnadır”.
Onlar səmimi və mömindirlər və buna görə
öz Rəbbi haqqında yalnız Onun ilahi əzəmətinə uyğun gələn şeyləri danışırlar.
Məhz buna görə Fövqəluca Allah xalis möminlərin sözlərini təkzib etmir.
ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
(37. 161) “Siz və sizin ibadət etdikləriniz”,
(37. 162) “heç kimi Ondan çəkindirə
bilməzsiniz”,
(37. 163) “təkcə Cəhənnəmdə yanmalılardan
başqa”.
Ey müşriklər və bütpərəstlər! Nə siz, nə
də sizin uydurduğunuz “ilahlar”, Cəhnnəmə düşmək nəsib edilmiş günahkarlardan
başqa, heç kimi azdırmağa qadir deyillər. İnsan Cəhənnəmə yalnız Allahın qədəri
tələb etdiyi halda düşür. Müşriklərə və bütpərəstlərə gəldikdə isə, onlar
tamamilə gücsüz və acizdirlər. Onlar hətta bir nəfəri belə, Rəbbin iradəsi əleyhinə,
yolundan azdırmaq üçün aldada bilməzlər. Bütün bunlar Fövqəluca Allahın mütləq
fövqəlqüdrətinə dəlalət edir. Bu belə olduğu halda müşriklər Allahın xalis
qullarını və uğurlu həmfikirlər firqəsini azğınlığa salmağa cəhd göstərməyə
bilərlər.
ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ
ﮏ
(37. 164) “Bizim hər birimizin yeri məlumdur”.
Sanki müşriklərin yalançı iddialarını təkzib
edərək, mələklər təsdiq edirlər ki, onlar Allahın müti qullarıdır və hətta ən əhəmiyyətsiz
şeylərdə belə Ona itaətsizlik göstərmirlər. Mələklərdən hər biri öz yerini və
öz vəzifəsini bilir. Onlar bu vəzifələrini, nə ifrata varmadan, nə də qüsura
yol vermədən, ən mükəmməl surətdə yerinə yetirirlər. Eyni zamanda onlar
bilirlər ki, bütün hakimiyyət Allaha məxsusdur və onlar özləri Rəbbin məxluqlarının
heç birinin barəsində hökm vermə və ya qərar qəbul etmə haqqına malik deyillər.
Onlar deyirlər:
ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
ﮖ ﮗ
(37. 165) “Həqiqətən, biz cərgə-cərgə
düzülürük”.
(37. 166) “Həqiqətən, biz – tərifləyənlərik”.
Biz Rəbbimizə itaətkarıq və Ona həmişə
qulluq etməyə hazırıq. Biz bunları səmimiyyətlə edirik və fasiləsiz olaraq
Fövqəluca Allahı tərifləyirik. Biz həmçinin şahidlik edirik ki, Allah hər
hansı nöqsandan və Onun əzəmətinə və kamilliyinə yaraşmayan yararsız sifətlərdən
uzaqdır. Fasiqləri mələklərə ibadət etməyə və bu müti məxluqları Fövqəluca
Xaliqə bərabər tutmağa məcbur edən nədir? “O Müqəddəs və Fövqəluca onların
dediklərindən olduqca yüksəkdir” (İsra, 17/43).
ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ
(37. 167) “Onlar dedilər:”
(37. 168) “Əgər yanımızda əvvəlkilərin
Kitabı olsaydı”,
(37. 169) “onda biz mütləq Allahın
xalis qulları olardıq”.
(37. 170) “Lakin onlar onu inkar etdilər
və tezliklə biləcəklər”.
(37. 171) “Bizim Sözümüz elçi göndərdiyimiz
qullarımıza deyilmişdi:”
(37. 172) “Həqiqətən, onlara kömək ediləcək”.
(37. 173) “Həqiqətən, Bizim
qoşunlarımız qələbə çalacaqlar”.
Fövqəluca bildirir ki, Məkkə müşrikləri
bir vaxtlar düz yolla getmək arzusu səsləndirir və deyirdilər: “Əgər Allah bizə
bizdən əvvəlkilərə nazil edilmiş zikr və Aydın Kitab göndərsəydi, onda biz
hökmən tək Ona səmimiyyətlə ibadət etməyə başlayardıq. Bundan başqa, biz səmimi
iman sahibləri olardıq”. Lakin onların sözləri yalan idi. Allah onlara bütün
Kitabların ən yaxşısını nazil etmişdi və onlar onu yalan saydılar. Onlar
haqqın əleyhinə çıxmağa cəsarət etdilər və çox tezliklə öz kafirliklərinin nəticələrini
anlayacaqlar. Onları amansız cəzanın çulğayacağı Gün gələcək və onlar biləcəklər
ki, Rəbbin cəzalandırması necə əzabvericidir. Amma bu dünyada da onlar üçün təyin
olunmuş acı qismət onlara nəsib ediləcəkdir və müşriklər qoy elə fikirləşməsinlər
ki, möminlərin üzərində qəlbə çala biləcəklər. Allah Özünün mömin elçilərinə və
xalis qullarına qələbə bəxş edəcəyinə söz vermişdir və heç nə Allahın vədinin
gerçəkləşməsinə maneə ola bilməz. Təqvalı möminlərin qoşunları üstünlük
qazanacaq və Allah da onlara bunda əzəmətli yardım göstərəcək və Rəbbin dininin
yer üzündə bərqərar olmasına kömək edəcəkdir. Bu – çox böyük bir müjdədir ki,
özünü Allahın döyüşçüsü və İslamın haqq işi uğrunda mübarizi sayan hər kəs buna
sevinməlidir. Əgər belə bir insan düzgün və səmimi rəftar edirsə, onda Allah
mütləq ona düşmən və rəqib üzərində qələbə əta edəcəkdir.
ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ
(37. 174) “Müəyyən vaxtadək onlardan üz
döndər”.
(37. 175) “Onlara bax və onlar tezliklə
görəcəklər”.
(37. 176) “Məgər onlar Bizdən gələcək əzabı
tezləşdirmək istəyirlər?”
(37. 177) “Əzab xəbərdarlıq edilənlərin
sahələrinə nazil edildiyi səhər necə də pis olacaq!”
(37. 178) “Müəyyən vaxtadək onlardan üz
döndər”.
(37. 179) “Bax gör! Onlar da tezliklə
görəcəklər!”
Allah Öz Elçisinə (ona Allahın salavatı
və salamı olsun!) əmr edir ki, haqqa inadkarcasına iman gətirməkdən boyun qaçıran
fasiqlərdən üz çevirsin. Onlara vəd edilmiş cəzanı gözləməkdən başqa bir şey
qalmamışdır. O gəldikdə, onlar mütləq əzab-əziyyətin girdabında çabalamağa
başlayacaqlar. Allahın cəzası onların üstünə və ya yaxınlıqlarında düşəcək və
o zaman kafirlər üçün ən dəhşətli gün başlayacaq. Bu, cəzalandırılma və həlak
günü olacaqdır. Sonra isə Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və
salamı olsun!) bir daha əmr edir ki, müşriklərdən üz döndərsin və onları
yaxınlaşmaqda olan qisas haqqında bir də xəbərdar etsin.
Bu surədə Fövqəluca Allah tez-tez
müşriklərin və kafirlərin yaramaz baxışlarını xatırladır. Sanki, Özünün bu
yalançı iddialara heç bir aidiyyəti olmadığını vurğulayaraq, Allah buyurur:
ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
ﰀ
(37. 180) “Sənin Pak Rəbbin, fövqəlqüdrətli
Rəbdir və onların Ona aid etdiklərindən çox uzaqdır”.
Bütün varlıqlar Ona itaət edir və Onun
hakimiyyəti altındadırlar. O (Pak və Müqəddəs) o dərəcədə əzəmətlidir ki,
müşriklərin Ona aid etdikləri natamam sifətlərin hamısından ucadır.
ﰁ ﰂ ﰃ ﰄ
(37. 181) “Elçilərə salam olsun!”
Elçilər günahlardan, nöqsanlardan və göyləri
və yeri Yaradan haqqında nalayiq düşüncələrdən təmizlənməyi bacardıqlarına
görə onlara salavat və salam olsun!”
ﰅ ﰆ ﰇ ﰈ ﰉ
(37. 182) “Aləmlərin Rəbbi Allaha həmd
olsun!”
Həmd bütövlükdə və tamamilə yalnız Ona
məxsusdur! O (Pak və Müqəddəs) ona Özünün kamil və əzəmətli sifətlərinə və həmçinin
Özünün ilahi və tərifli əməllərinə görə layiqdir. O (Pak və Müqəddəs) Öz məxluqlarının
hər biri haqqında qayğı çəkir, qullarına çoxsaylı nemətlər bəxş edir, onları, bəlalardan
və bədbəxtliklərdən qoruyur, onları işlədikləri və istirahət etdikləri vaxt
idarə edir. Bütün bunlar Allah üçün heç bir çətinlik yaratmır. O (Pak və Müqəddəs)
çatışmazlıqlardan, qüsurlardan azaddır və mədh edilməyə, sevgiyə və ehtirama
layiqdir. O (Pak və Müqəddəs) qullarına həm bu dünyada, həm də Axirətdə dinclik
və əmin-amanlıq bağışlamağa qadirdir. O (Pak və Müqəddəs) onları Özünün
seçilmiş elçilərinə və onların sadiq davamçılarına əta edir, Onun düşmənlərini
isə həm bu dünyada, həm də öldükdən sonra bədbəxtlikdən, həlakdan başqa bir şey
gözləmir.
[1] Məşriq
– “şərq”, günəşin doğduğu (çıxdığı, səmada tülu
etdiyi) yer. Burada: səma cisimlərinin üfüq xətti üzərində göründüyü yer mənasındadır.
F.S.
[2] Quran tədqiqatçısı Taşkın Tuna bu ayəni belə açıqlayır: “Yer Kürəmizin
çox müxtəlif hərəkət formaları vardır. Kainatın bir nöqtəsindən təkrar keçməmək
şərti ilə özünün bütün sistemləri ilə birlikdə Yer kürəsi hərəkətdədir. Kürəmizin
yuvarlaq olmasına görə bir yerdə doğan günəş eyni anda bir başqa yerdə batır.
Gecə gündüzü, gündüz də gecəni qovur. Belə olduqda, günəşin doğduğu “yer”
deyil, “yerlər” nəzərdə tutulmalıdır. Yer kürəsinin hərəkətinin hər nöqtəsi
üçün səhərin açılması saatları müxtəlifdir. Hər yer ayrı-ayrı saniyələrdə günəşin
doğmasını gözləyir... Günəşi isə Kainatın müxtəlif yerlərində “doğarkən”
müşahidə edirik. Günəş də həmin günəşdir, Yer də həmin Yerdir, amma Kainatda
onun zühur etdiyi yerlər ayrı-ayrı yerlərdir...”. T. Tuna Allahın Quranda günəşin
doğduğu yerləri (məşriqlər) cəm halında adlandırmasını belə açıqlayır.
Hər səhər
doğarkən gördüyümüz günəş nəhəng bir nüvə reaktorudur. Hidrogen atomlarını
heliuma çevirərək işləyən bu reaktorumuz Allah tərəfindən çox mükəmməl şəkildə
tənzimlənmiş halda, Onun ona verdiyi öz vəzifələrini yerinə yetirir. Quranın
izah etdiyi kimi, dayanacağı son nöqtəsindəki yerədək hərəkət edəcək bu həyat
mənbəyimizin çox sürətli hərəkətində müvazinətini misilsiz tarazlıqda saxlayaraq,
heç bir dəyişikliyə yol vermədən Kainatda səfərdəyik. Düşünən, araşdıran
və Quranın ayələrini (dəlillərini) səmimiyyətlə dəyərləndirənlər
Allahın fövqəlqüdrətini və Quranın möcüzələrini görəcəklər. Fövqəluca Allah
Ənkəbud surəsində (29/43) buyurur ki, “Məhz bunlar Bizim insanlar üçün çəkdiyimiz
məsəllərdir. Elmə sahib olanlardan başqası bunları dərk etməz!” (Bax:
“Quran heç tükənməyən möcüzə, səh. 83). F.S.
[3] Göylərdə mələklərin
danışığına gizlicə qulaq asan şeytanlar nəzərdə tutulur. F.S.
[4] Haqlı və
haqsız insanların, əsil mömin və kafirlərin ayırd ediləcəyi gün. F.S.
[5] Ərəb dilində
bu ifadənin bir sıra mənaları mövcuddur: “qüvvə”, “yaxşılıq”, “əminlik”. Bu
ifadəni “əminlik” kimi qəbul etsək, onda ayə: “Siz yolunuzun doğru olduğuna
bizi əmin etdiniz” kimi başa düşülməlidir. (Bax: Təhfimül-Quran, həmin ayənin şərhi).
F.S.
[6] Yəni, kafirlərin
yedikləri zəqqum ağacının meyvələri. F.S.
[7] Ayədə keçən:
“həmim” sözü, əsasən, qaynar metal ərintisi kimi bir mayeni ifadə edir. Kafirlər
və digər imansızlar belə bir mayeni, məcburiyyət üzündən, su əvəzinə içəcəklərini
dərk etsəydilər, yəqin ki, bu dünyadakı öz inkarçılıqlarından və digər ağır
günahlarından əl çəkərdilər. F.S.
[8] Bütpərəstlər.
F.S.
[9] İbrahimin (ə)
zövcəsinə. F.S.
[10] İbrahim peyğəmbərlə
(ə). F.S.
[11] Yəni, İbrahimə (ə), qurban kəsməsi üçün İsmailin (ə) əvəzinə, böyük
bir heyvan (kök bir qoç) göndərdik. F.S.
[12] Bu sevginin əyani
nümunəsi: Müdrik Allahın Sonuncu Peyğəmbəri Muhəmmədə (s.ə.s) möminlərin gündəlik
beş kərə qılmasını tapşırdığı namazda İbrahimə (ə) və onun ailəsinə salat və
salam verilməsini buyurması və bunun müsəlmanların namaz qılarkən (təşəhhüddə)
yerinə yetirməsidir. F.S.
[13] Peyğəmbərləri
yalançı sayanların Qiyamət günü həşr olunacağı, yəni, Qiyamət meydanında
toplanacağı nəzərdə tutulur. E. Quliyevin rus dilinə tərcüməsində ayə belə
verilmişdir: “Они сочли его лжецом, и все они непременно будут собраны в
Аду,” və həm də “Cəhənnəm” («ад») mətnə, sadəcə, tərcüməçi əlavəsidir
və ayənin orijinal mətnində Allah toplanılacaq yeri göstərməyibsə, məncə, mütləq
bu yerin dəqiqləşdirilməsinə nə ehtiyac var? Ayənin ərəb mətnində “Cəhənnəm”
və ya onun sinonimləri işlədilmədiyindən, ilkin toplanış yeri – Məhşər (həşr) məkanı
olacaq. Təbii ki, Qiyamətin gedişatı bilavasitə Cəhənnəmdə cərəyan etməyəcək.
Buna dəlil yoxdur. Kafirlər və digər günahkarlar, onlarla haqq-hesab çəkildikdən
sonra, Həşr meydanından aparılaraq, Cəhənnəmə vasil ediləcəklər. Buna görə, mən
etdiyim tərcüməmin Allahın kəlamına, nisbətən, daha yaxın olduğu ehtimalındayam.
(Kafirlərin mütləq Cəhənnəmə “sığınacaqları” şübhəsizdir. Lakin bu başqa məsələdir.
Ayədə söhbət son toplaşmadan deyil, mühkimə olunmaq üçün toplanışdan gedir). Ən
yaxşısını isə Allah bilir. F.S.
[14]
Homoseksuallıq nəzərdə tutulur. F.S.
[15] Yəni, gəminin
batmaması üçün bir nəfərin dənizə atılması şərti Yunus peyğəmbərin (ə) qismətinə
düşmüşdü və bu, təbii ki, Allahın qədərinə əsaslanırdı və təsadüfi hald
deyildi. Misilsiz planlaşdırma, proqramlaşdırma Sahibi Allah hər şeyə
Qadirolandır. Oxucu bacı və qardaşlarımızın Fövqəlucanın bu gözəl sifətini dərk
etmələri onlara həyatda çox fayda verər və onların olduqca karına gələrdi. F.S.
[16] Kursivlə verdiyim bu cümlə rus mətnində: “Его проглотил кит, и в тот
момент он был достоин порицания” kimi verilmişdi. Tərcüməsi isə belə olmalı idi:
“Balina onu (ə) uddu və o anda o (ə) qınanmağa layiq idi”. Əslində, rus mətnində
ərəbcədən çevrilmiş ayə, ərəb mətninə nisbətən, xeyli fərqlidir: “Его
проглотила рыба, когда он был достоин порицания” (فَالْتَقَمَهُ
الْحُوتُ وَهُوَ مُلٖيمٌ). Mənim tərcüməmlə müqayisə edin (“O, özünü qınayarkən
balıq onu uddu”).
Tamamilə fərqli çevirilərdir. Ayədə Yunus peyğəmbərin (ə) özünü qınamasından
bəhs edildiyi halda, tərcümədə onun ümumiyyətlə qınanılması göstərilir ki, belə
olduğu halda onun (ə) balığın onu udmamışdan əvvəl peşman olması nəzərə
alınmır. Yunus (ə) öz yanlış əməlinə məhz peşman olduğuna görə balıq onu udan
anda Allahı tərifləyib şərəfləndirmişdi və Allaha qarşı bu sədaqətlilik və
səmimi ibadət onun xilasının təmin edilməsində öz rolunu oynamışdı (bax:
37/143- 144). F.S.
Комментариев нет:
Отправить комментарий