среда, 2 мая 2012 г.

52. ƏT-TUR SURƏSİNİN ŞƏRHİ


ƏT-TUR
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

                               Mərhəmətli və Rəhimli Allahın adı ilə!


ﮞ ﮟ

(52. 1) “And olsun Tura!”

Fövqəluca insanlara müdrik bilikləri, möminlərin mü­ka­fat­lan­­dı­rıla­cağını və kafirlərin cəzalandırılacağını xatırladan əzə­mət­li məx­luq­la­rına and içir. Əvvəlcə Allah Sina dağına and içir. Bu dağ­da İmran oğlu Musa peyğəmbər (ə) Fövqəluca ilə danışmış və ora­da o (ə) ona (ə) nazil edilən əhdləri almışdır. Musaya (ə) və onun xalqına gös­tərilən lütüfkarlıq Allahın ən böyük mö­cü­zə­lə­rin­dən və xeyirxahlıq­ların­dandır və onlar o qədər çoxsaylı və mi­sil­siz dəyərə malikdir ki, Allahın qulları onları, sadəcə, say­ma­ğa və dəyərləndirməyə qadir de­yillər.
 ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

(52. 2) “And olsun sətir-sətir yazılı Kitaba ki”,
(52. 3) “açıq və zərif səhifələrdədir!”
Təfsir edənlərin bir qismi hesab edirdilər ki, ayədə Mü­ha­fi­­zə­o­lu­nan Ana Kitabdan bəhs edilir, digərləri deyirdilər ki, Al­lah, bü­tün Kitablardan ən yaxşısı olan Kəramətli Qurana and iç­miş­dir və Allah onda qədim xalq­lar, onların nəsilləri haq­qın­da he­ka­yət­ləri və həmçi­nin keçmiş və gələcək nəsillərin ən yax­şı bi­­lik­lə­ri­ni bir yerə topla­mışdır. Bu Kitab açıq səhifələrdə ya­zıl­mışdır. O son dərəcə aydın və fərasətli ağıl və sağlam mü­ha­ki­mə qa­biliy­yə­tinə malik olan hər kəs üçün asan başa düşüləndir.
ﮧ ﮨ ﮩ
(52. 4) “And olsun Beytülməmura!”

Ayədə yeddinci göydə ucaldılmış məbəddən bəhs edilir ki, ali­­cə­nab mələklər daima oranı ziyarət edirlər. Hər gün ora yet­miş min mə­lək gəlir və orada Rəbbə ibadət edirlər. Bey­tül­mə­mu­ra bir də­fə daxil olan mələk bir daha Qiyamət gününədək oraya da­xil ol­maz.
Bəzi şərhçilər deyiblər ki, bu ayədə söhbət Məkkədəki Məs­ci­­dül­­­həramdan gedir, çünki burada həmişə çoxlu namaz qılanlar və zəv­varlar olur və onlar Kəəbənin ətrafını təvaf edir, dua oxu­yur və Allahı zikr edirlər. Fövqəluca “Əncirə və zeytuna and ol­sun! Sina dağına and olsun! Bu əmin-amanlıq şəhərinə and ol­sun!” (95/1-3) – deyə bu­yur­duqda, məhz bu müqəddəs məbədə and içmişdi. Müqəd­dəs Kəbə - yer üzündə inşa edilmiş istisnasız bü­tün tikililər­dən ən yaxşısıdır və onun ziyarət edilməsi is­lamın ən mühüm sütunlarından biridir. Həqi­qətən, Kəbə, Fövqəlucanın ona and içməsinə layiqdir və bununla O (Pak və Müqəddəs), onun qüdsi­liyini və əzəmətini bir daha vurğulayır.
ﮪ ﮫ ﮬ
(52. 5) “And olsun yüksəldilmiş dama!”
Burada Allahın yaratdığı göy nəzərdə tutulur ki, onu yer kü­­­rəsi üçün qübbə və dam etmişdir[1]. O, yeri işıqla təchiz edir və onun sakin­lərinə dünyanın tərəflərini müəyyən etməkdə kömək gös­­­tərir. Allah məhz göy­dən yağış yağdırır, Öz nemətini nazil edir və insan­lara ruzi verir.
ﮭ ﮮ ﮯ
(52. 6) “Dolu dənizlərə[2] and olsun!”



Allah dənizləri və okeanları su ilə doldurmuş və onlara sa­hil­lə­rindən kənara çıxmağa, insanların və heyvanların məs­kun­laş­­dıq­ları yerləri su altında qoymağa imkan vermir. Təbiətdə su o qə­­dər çoxdur ki, o çətinlik çəkmədən bütün yer üzünü örtə bilər. La­­kin Fövqəlmüd­rik Allah ona bunu etməyə icazə vermir ki, canlı məx­­luqların çoxu maneəsiz olaraq quruda yaşaya bilsinlər.
Bəzi ilahiyyatçıların rəyinə görə, bu ayə: “And olsun tutuş­du­­­rul­­muş dənizə!” – mənasını bildirir. Bu da onunla izah edilir ki, Qi­ya­­­mət günü dənizlər alovlanacaq və əzab-əziyyətlə dolu[3] ola­­caqdır.

ﮰ ﮱ ﯓ ﯔ ﯕ

(52. 7) “Rəbbinin cəzası mütləq gələcəkdir”

Allahın bu surədə and içdiklərinin hamısı Onun böyük mö­cü­­­­zə­­­lərinə aiddir və Onun – Vahid və Fövqəlqüdrətli Allah ol­du­ğu­­nu və ölü­ləri diriltməyin Onun üçün çətin olmadığını təsdiq edir. Onun cə­zası labüddür və O (Pak və Müqəddəs), Öz sözlərini və vədini poz­mur.
ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(52. 8) “və heç nə onu geri döndərə bilməyəcəkdir».

Heç bir şey onun yaxınlaşmasının qarşısını ala bilməz. Əgər heç bir canlı məxluq Allahın iradəsinin əleyhinə bir addım atmağa belə qa­dir deyilsə, başqa cürə necə ola bilər?!

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(52. 9) “Həmin gün göy titrəyişlərdən sarsılacaq”,
(52. 10) “dağlar isə hərəkətə gələcək».

Fövqəluca xəbər verir ki, Qiyamət günü göy rahatlığını iti­rə­­cək və silkələnməyə başlayacaq, dağlar isə yerlərindən dəbərib, bu­­­ludlar kimi yerlərini dəyişəcək. Bundan sonra dağlar da­ran­mış yun kimi yum­şalacaq və sonra isə büsbütün toz ha­lı­na gələcəklər. Bu qismət Qiyamət günü qüdrətli dağların başına gə­ləcək, bəs onda aciz insan haqqında nə deyə bilərik?!

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ
(52. 11) “Həmin gün vay halına yalan sayanların,
(52. 12) “şənlənib, boşboğazlıq edənlərin!”

“Vay halına” sözü ilə nəzərdə tutulan – kədər, qorxu, cəza və q­i­s­asdır ki, onlar kafirlərin qisməti olacaqdır. Özlərini yaramaz və boş şeylərə bütövlüklə həsr edən və bunlarla əylənən fasiqlər bu lə­nə­tə layiqdirlər. Onlar biliklərə nail olsalar da, onların tə­fək­kü­rü haq­­qı yox etməyə və yalanı yaymağa yönələcəkdir. Əgər on­lar hər han­sı işlə məşğul olsalar, məşğələləri mənasız və axmaqlıq ola­caq­dır. Onlar bü­tün həyatları­nı əyləncələrdə və şənliklərdə ke­çirirlər ki, bunu mömin­lər haqqında demək olmaz, çünki onlar yal­nız özlərinə və ətrafla­rın­dakılara fayda verən şeyləri öyrənir və ic­ra edirlər.

ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(52. 13) “Həmin gün onlar amansızcasına Cəhənnəm odu­na atı­la­­caqlar”.

Kafirlərə rəhm edilmədən onları Qaynar Cəhənnəmə ata­caqlar. Mə­­lək­lər fasiqləri kobudluqla Cəhənnəmə tərəf itələ­yəcək, arxala­rın­­ca üz üstə sürükləyərək, küfürlərinə və zalımlıqlarına gö­rə qı­na­yıb, deyə­cəklər:
 ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ
 (52. 14) “Bu – sizin yalan saydığınız Oddur!”

Təsvir edilməsi və ya nəsə başqa bir şeylə müqayisə edil­mə­si mümkün olmayan əbədi əzabı dadın!
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ
(52. 15) “Doğrudanmı bu da sehrdir? Ya da siz görmür­sü­nüz?”
Belə bir rəy var ki, ayədə Cəhənnəmdən və cəzadan bəhs edi­­lir və bu parçanın mətni də onu göstərir. Kafirlər Alovsaçan Cə­­hən­nə­mi gördükdə, onlara deyiləcək: “Bəlkə, siz elə bilirsiniz ki, bu bir sehr­dir? Ola bilsin ki, gördüyünüz cəza, sizə yalnız qa­ra­ba­s­ma ki­mi gəlir? Bəlkə də, siz ona layiq deyilsiniz? Yaxud siz sağ­lam dü­şün­­­cədən məhrum edil­mişdiniz və onun haqqında heç nə eşit­mə­miş­­diniz? Bəlkə, dəlillər sizə gəlib çatmamışdı?”
Əlbəttə ki, bu belə deyildir. Bu – sehr deyil və kafirlər çox yax­­­­şı başa düşürlər ki, odla verilən cəza - əsil həqiqətdir və ger­çək­likdir və bunun sehrbazlıqla heç bir əlaqəsi yoxdur. Onlar heç vəch­lə qara­basma bəhanəsi ilə özlərinə təsəlli tapa bil­mə­yə­cək, on­la­ra təkzibo­lunmaz dəlillər təqdim edildiyinə görə, öz əməl­lərinə haqq qazandıra bilməyəcəklər, çünki peyğəmbərlər və onların ar­dı­cıl­­ları onlara iman gətirməyi təklif edirdilər. Haqq onlara məlum idi, lakin onlar onu rədd etmişdilər və bununla da ən inanılası, ən ay­dın, ən şərəfli təlimdən im­tina etmişdilər.
Belə bir rəy də var ki, ayədə haqq dindən və Muhəmməd Pey­­ğəmbərin (ona Allahın salavatı və salamı olsun!) aydın xüt­bə­lə­rindən bəhs edilmişdir. Məgər bu – sehrbazlıqdır? Hansı ağıllı in­san ən şərəfli və ən aydın həqiqəti sehrbazlıq adlandırar? Lakin ka­firlər haqqa kor kimi baxırdılar və belə şeyləri söyləməyi özləri üçün təbii sayırdılar.

 ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(52. 16) “Yanın! Səbir etsəniz də, səbir etməsəniz də, sizin üçün fərqi yoxdur. Sizə yalnız etdiklərinizə görə əvəz veri­lə­cək­dir».

Bu gün odlu Cəhənnəm sizi udacaqdır. Yandırıb-yaxan alov bə­­dən­lərinizi qarsalayacaq və ürəklərinizi gəmirəcək. Sizə nə səbir et­­mə­yi­niz, nə də səbirsizliyiniz kömək etməyəcəkdir. Cəhənnəm əza­­bı bun­la­ra görə heç də azalmayacaqdır, çünki Cəhənnəm elə bir yer deyil ki, orada səbirli olmağınız sizə rahatlıq gətirsin və is­ti­rahət edə biləsiniz. Siz bu cəzaya öz yaramaz əməllərinizlə layiq ol­mus­u­nuz.
Kafirləri yaxalayacaq cəzanı xatırlatdıqdan sonra, Föv­qəl­uca mö­minləri onlar üçün hazırlanmış mükafatla sevindirir ki, mü­­­səl­man­ların ürəyində həmişə qorxu və ümid yaşaya bilsin:

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(52. 17) “Həqiqətən, təqvalılar Cənnət bağlarında və Səa­dət içində olacaqlar”.

Allah təqvalı o şəxsləri adlandırır ki, onlar Onun qə­zə­bin­dən və cəzalandıracağından qorxaraq hər şeyi edirlər ki, on­lar­dan uzaq ol­sunlar, yəni, Onun əmrlərini yerinə yetirir və Onun qa­­dağanlarına itaətsizlik göstərmirlər. Belə möminlər gözəl bağlar ara­sında, sıx ağac­ların kölgəliklərində, şır-şır axan çayların sa­hi­lin­də və yüksək saraylara məxsus otaq­larda zövq alacaqlar. Onla­rın vücudu və qəlbi Cənnət nemətlə­rin­dən vəcdə gəlib, təsəvvür­olunmaz ləz­zət­lər içində yaşayacaqlar.

ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ

(52. 18) “Onlar Rəbbin əta etdiklərinə sevinəcəklər. Rəbb on­­ları Cəhənnəm əzabından qorumuşdur”.

Onlar Rəbbin səxavətlə əta etdiyi bol bəxşişlərinə valeh ola­caq və öz heyranlıqlarını və sevinclərini gizlətməyəcəklər. Bu hə­diy­­­yələri nə təsvir etmək, nə də təsəvvür etmək mümkün deyil, çün­­­ki dünya həya­tında heç kim ecazkar Cənnət füsun­kar­lıq­la­rı­nın on­­ların baxışlarından necə gizli sax­landığından xəbərdar de­yil­dir.

ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ
 (52. 19) “Etdiklərinizə görə nuşcanlıqla yeyin, için!”

Ən çox arzu edilən qonaqlığa, zərif yeməklərə və ən ləzzətli iç­ki­lərə sevinin və şənlənin.
 ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ

(52. 20) “Onlar yan-yana düzülmüş taxtlarında dirsəklənə­cək­­lər. Biz onları ala gözlu hurilərlə evləndirəcəyik”.

Ərəb sözü olan “ittika” insanın yatağında rahat, sabit və xoş­la­­dı­ğı bir vəziyyətdə uzanmasını bildirir. Allahın qulları məhz bu və­ziy­yətdə zərif libaslar geyib, bəzək şeyləri taxaraq, qiymətli zi­nət­­lərlə süs­lənmiş taxtlarda istirahət edəcəklər.
Fövqəluca xəbər verir ki, Cənnət taxtları bir-birinin yanında sı­­ra ilə yerləşdiriləcək. Bu isə onların çoxsaylı olacağını göstərir. On­­lar necə gəldi düzülməmiş, səliqəli sıralarla yerləşdirilmişdir və Cən­­nət sakinləri onlarda bir-birindən o qədər də uzaq olmayan bir mə­safədə olacaq, can usandır­mayan söhbətlərdən və ürəyə­yatan ün­siy­yətdən məmnunluq du­­yacaqlar.
Rəbb vəd etmişdir ki, möminlərin qəlbi də, canı da Cən­nə­tin fü­­sunkar nemətlərindən göz çəkə bilməyəcək. Ləzzətli ye­mək­­­lər­dən, tək­rarolunmaz içkilərdən və dostlarla xoş, xeyirxah ün­­siy­­yət­dən sonra, onlar ancaq bir şeyi arzu edəcəklər – ca­zi­bə­dar zöv­­cə­lə­ri ilə tənhalığa çə­kilmək, çünki onlarsız istənilən zövq ka­mil ol­mazdı.
Buna görə Fövqəluca möminləri, onları Cənnətdə gözləyən pak, heyranedici və gözəl əxlaq sahibi olan zövcələrlə müjdələyir. Onların cazibədarlığı və qəşəngliyi Cənnət sakinlərinin baxışlarını valeh və ağıllarını məftun edir. Onlara yönələn bir baxış bəs edir ki, insanların ürəyi onları öz ağuşlarına ehtirasla sıxmaq ar­zusu ilə dolsun. Allah on­ları alagözlü adlandırmışdır, çünki on­ların qara bəbəkləri, gözün qar kimi ağ almacığı fonunda xüsusilə se­çiləcəkdir.

ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ
(52. 21) “Biz möminləri, dində onların ardınca gedən nə­sil­lə­­ri ilə yenidən qovuşduracağıq və onların əməllərini azca da ol­sa, əksilt­mə­yəcəyik. Hər bir insan əldə etdiyinin zaminidir».

Cənnət sakinlərinin sevinci və xoşbəxtliyinə, həmçinin Al­la­hın on­la­rı, valideynlərinin nümunəsi əsasında iman gətirmiş və on­ların sadiq ar­dıcılları olmuş öz övladları ilə qovuşdurması əla­və ediləcəkdir. Allah möminlərin uşaqlarını, onlar hətta öz va­li­deynlərinin yüksək məqamına layiq olmasalar da, Cənnətdə vali­deyn­ləri ilə birlikdə yer­ləş­dirəcəkdir. Bu lütüfkarlıq Allahın mö­min ata-analara böyük sə­xavətlə verəcəyi hədiyyə və mükafat ola­caqdır. Həm də Allah vali­deynlərin özlərinin mükafatlarını, az­ca da olsa, əksiltməyəcəkdir.
Kafirlərin uşaqlarının da valideynlərinin ardınca Cə­hən­nə­mə ge­də­cək­lərini heç kimin səhvən zənn etməməsi üçün Föv­qəl­uca bil­dir­­mişdir ki, Cənnətin qanunları Cəhənnəmə tətbiq edilmir. Cə­hən­nəm ədalətli qisas məskənidir və Allahın ədaləti tələb edir ki, hər bir gü­­nahkar yalnız öz günahlarına və cinayətlərinə görə əzab çəksin. Buna görə Allah bildirir ki, hər bir insan təkcə öz əməl­ləri üçün məsuliyyət daşıyır. Ağır yüklə yüklənmiş bir kimsə, öz­gə yükünü da­şımaz və gü­nahkar da özgəsinin cəzasını çəkməz. Föv­qəluca bu­nu yada salır ki, heç kim bu ayədən yanlış nəticələr çı­xar­masın.

 ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(52. 22) “Biz onları istədikləri meyvələr və ətlə təmin edərik”.

Rəbb xəbər verir ki, O (Pak və Müqəddəs), Cənnətin xoş­bəxt sa­kin­lərinə çoxsaylı nemətlər əta edəcəkdir və onların ara­sın­da meyvə: üzüm, nar, alma və bir çox başqa bəhrələr ola­caq­dır. Bu iş­tah­aaçan məhsullar o qədər olacaq ki, möminlər on­ların ha­mı­sın­dan yeməyə vaxt tapmayacaq­lar. Onlara quş əti, hər növ ət xö­rək­ləri veriləcək və onlar hərə öz xoşuna gələni se­çə­cək.
 ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(52. 23) “Onlar orada bir-birilərinə dolu badə təklif edə­cək­lər ki, nə boşbo­ğazlığa, nə də günaha səbəb olmayacaq».

Əbədi gənc yeniyetmələr onların arasında şərab və gözəl nek­tarla doldurulmuş piyalə və badələrlə dolaşacaqlar və mö­min­lər onlardan içərək, bir-birilərinə təklif edəcəklər. Onlar boş da­­nışıqlara yol ver­mə­yəcək və günah söhbətlər etməyəcəklər. İn­­sanlar faydasız sözlər­dən və şərdən uzaq durduqda, onların nit­qi səmimi, xeyirxah və pak olur. Onların yanında insanların ürə­yi açılır, sevinir və ziyalanır. Cən­nətdə həyat məhz belə olacaqdır və onun xoşbəxt sakinləri bir-biri­lərinə məhəbbət bəsləyəcək, bir-bi­ri­lərinə ən mehriban və zərif sözlərlə müraciət edəcək və öz Rəb­bi­nin heyrətamiz nitqini dinləyəcəklər və bütün bunlar Onun on­la­ra bəslədiyi məhəbbət və iltifatına dəlalət edəcəkdir.

ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(52. 24) “Onların ətrafında, gizli saxlanan mirvarilər kimi, gənc xidmətçiləri dolaşacaqlar».

Onların ətrafında, əl dəyilməmiş mirvari kimi gözəl gənc xid­­­mət­çilər dolaşacaqlar. Onlar möminlərə xidmət göstərəcək və on­­lar­dan ötrü zəruri olan hər işi görəcəklər, bu isə onu göstərir ki, mö­min­ləri Cənnətdə çoxlu zövq verən ləzzətlər və tam ra­hat­lıq göz­lə­yir.

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ
(52. 25) “Onlar biri-birinə yönəlib, sorğu-sual edəcəklər».

Onlar dünyadakı yaşayışları və müxtəlif işlər barədə söhbət edə­cəklər. Bu Səadətə nail olmaq üçün onlar nələri keçib gəlməli ol­duq­larını yadlarına salacaq və deyəcəklər:
 ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ                                                                                     
(52. 26) “Onlar deyəcəklər: “Biz, həqiqətən, əvvəllər öz ai­lə­ləri­miz­lə olanda qorxardıq».

Rəbdən qorxduğumuz üçün günahlardan çəkinər və nöq­san­lar­dan xilas olmağa çalışardıq.

ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(52. 27) “Allah isə bizə lütüfkarlıq etdi və bizi ölüm kü­lə­yin­­dən qorudu”.

Allah bizə həyatda doğru yolla getməyə kömək etdi və bizi müd­hiş hərarətdən və dözülməz cəzadan xilas etdi.

ﯨﯩﯪﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ
(52. 28) “Həqiqətən, biz əvvəllər Ona dua edirdik və hə­qi­qə­tən, O – Xeyirxahdır, Rəhimlidir».

Biz Rəbbimizə daima ibadət edərdik və Ona dua etməkdən də yorulmazdıq. Biz Ona yalvarardıq ki, bizi cəzadan xilas etsin və bizə Cənnət nemətləri əta etsin. Dua ibadət səciyyəsi daşıyır və Al­­lahın qar­şısında itaətkarlığı bildirə və ya xahiş mahiyyətində ola bilər.
Xeyirxah, Rəhimli – Onun gözəl adları arasındadır. O (Pak və Müqəddəs), Öz xeyirxahlığı və rəhimdilliyi sayəsində mö­min­lə­rə Cən­nə­tə girməyə icazə vermiş və onları Öz qəzəbindən və Cə­hən­nəm mə­şəq­qətindən qorumuşdur.

ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ

(52. 29) “Xatırlat! Sən, Rəbbinin neməti sayəsində, nə ka­hin, nə də məcnun deyilsən!”

Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bu­yu­­rur ki, islamı müsəlmanların və kafirlərin arasında təbliğ etsin, çün­­ki onun (s.ə.s.) xütbələri haqqa etiqad edənlərin yolunu işıq­lan­dır­malı və fasiq­ləri isə bəraət qazanmaqdan məhrum etmə­liy­di. O (Pak və Müqəddəs), ona (s.ə.s.) əmr etmişdi ki, kafirlərin və müş­rik­lərin sözlərinə və təhqir­lərinə əhə­miyyət verməsin. Onlar çox yax­şı bilirdilər ki, yalan danı­şırlar, lakin səni incidən lə­qəb­lərlə ad­landırmaqlarında davam edirdi­lər ki, səni insan­lar­dan uzaq­laş­dırsınlar. Lakin yaxşı məlumdur ki, cin­lərin xidmət etdiyi və yüz­lərlə yalan arasında birinin doğru ola biləcəyi ehtimalı ilə xə­bər gə­tirdikləri kahinlərə və cadugərlərə sənin heç bir aidiy­yə­tin yox­dur. Sənin cinli və ağıldan məhrum dəlilərlə də heç bir əla­qən yox­dur. Bundan başqa, sən – insanların ən dərrakəlisi, ən doğ­­ru­çusu, ən ka­mili və ən ləyaqətlisisən.

ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
(52. 30) “Bəzən də onlar deyirlər: “O – şairdir! Gəlin biz, onun nə zaman müsibətlərə uğrayacağını gözləyək».

Bəzən onlar səni şair adlandırırlar, lakin axı Allah Özü bu­yur­­muşdur: “Biz ona şeir öyrətməmişdik və bu ona yaraşmaz da». Onlar səndən, sənin dinindən xilas olmaq istəyirlər və de­yir­lər: “Gəlin, onun ölməsini gözləyək. Bu baş verdikdə isə, onun işi də onunla birlikdə məhv olar və biz azad nəfəs alarıq”.

 ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(52. 31) “De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə bir­lik­də gözləyə­nlərdənəm».

Gözləyin mənim ölümümü və mən də sizinlə birlikdə Al­la­hın sizi Özünün və ya möminlərin əli ilə məhv edəcəyi günü göz­lə­yə­cə­yəm».
 ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ
(52. 32) “Doğrudanmı bunu onlara ağıllarımı hökm edir? Ya da onlar elə cinayətkar insanlardır?”

Kafirləri səni rədd etməyə və sənə böhtan atmağa məcbur edən nədir? Bəlkə onları buna ağılları təhrik edir? Onda gör belə ya­ramaz fikirlər doğuran ağıl necə də kütdür! Ən sağlam dü­şün­cə­li insanı dəli və ən inandırıcı həqiqəti yalan hesab edən “ağıl­lı­dan­­sa”, “dəli” adlan­maq daha yaxşıdır.
Bəlkə də onların küfürü ədalətsizliklərinin və za­lım­lıq­la­rı­nın nəticə­sidir? Əsil həqiqətdə, bu elə belədir ki, var. Sənin düş­mən­lərinin zalımlığı hədd-sədd bilmirlər. Qatı cinayətkarların söz­­lərinə və hərə­kət­­lərinə tə­əccüb etmək lazım deyil, çünki onlar ağıl­larına gələn istəni­lən şeyi et­mək­dən çəkinmirlər.

ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ
(52. 33) “Bəzən də onlar deyirlər: “O, onu uydurmuşdur”. Xeyr! Onlar, sadəcə, iman gətirmirlər”.

Onlar bildirirlər ki, sən özün bu Quranı qondarmısan. Mə­sə­lə ora­sındadır ki, onlar iman gətirmirlər. Axı əgər onlar iman gə­­tirsəy­di­lər, belə danışmazdılar.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(52. 34) “Əgər onlar doğru deyirlərsə, qoy onda ona bənzər bir hekayət gətirsinlər”.

Allah bəlağətli natiqlik qabiliyyətinə malik və gözəl şair olan ər­əb­lərə meydan oxuyur: “Siz də Qurana bənzər bir şey ya­radın və əgər siz bunu edə bilməsəniz, öz yolunuzu azdığınızı eti­raf edin və Muhəm­mədə (ona Allahın salavatı və salamı olsun!) de­­­məyin ki, Quranı uy­dur­muşdur.
Lakin hətta bütün insanlar və cinlər bir yerə yığışıb Qurana bən­­zər bir şey yaratmaq istəsələr də, onlar bunu etməyə qadir ola bil­­­məzlər. Bu belə olduğu halda, insanlar iki çıxılmaz vəziyyət qar­­şısında qalırlar: onlar ya Qurana iman gətirməli və onun hökümlərinə itaət et­məli, ya da onlar onu inkar etməli və şüurlu su­rət­­də yalana və uy­dur­ma­lara üstünlük vermə­lidirlər.

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ
(52. 35) “Məgər onlar öz-özünə xəlq edilmişlər? Məgər öz­lə­ri xa­liqdirlər?”

Bu – dinin gerçəkliyi lehinə təkzibolunmaz bir dəlildir. Əgər in­san onu etiraf edirsə, onda o, iman gətirməlidir. Əgər o, onu rədd edir­­sə, deməli, o, nəinki təkcə dini rədd edir, o, əslində, həm də sağ­­lam düşüncəni də rədd edir. Tövhidi və Elçinin (ona Allahın sa­la­­vatı və salamı olsun!) təlimini inkar edən kafirlər, əslində, on­­ları Allah­ın yaratdığını inkar edirlər. Din və sağlam düşüncə sü­but edir ki, insa­nın mənşəyini yalnız üç ehtimaldan biri ilə izah et­mək mümkündür.
Güman etmək olar ki, insanlar dünyaya öz-özünə gəliblər. On­­­ları heç kim yaratmamışdır və onlar kənardan heç bir təsir ol­ma­dan pey­da olmuşlar. Əlbəttə ki, bu açıq-aşkar cəfəngiyatdır. Həm də gü­man etmək olar ki, onlar özləri özlərini yaratmışlar, la­kin bu da mümkün deyildir. Özü özünü yaratmağı hətta güman et­­mək belə çətindir.
Əgər nə birinci, nə də ikinci ehtimallar mümkün deyilsə, on­da biz yalnız Yaradıcının mövcud olmasını qəbul etməliyik ki, bu da Fövqəluca Allahdır. Kimə ki, bu həqiqət aydın olur, o müt­ləq dərk edir ki, yalnız Allah Öz məxluqlarının ibadətinə layiqdir.

ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ
(52. 36) “Yaxud onlar göyləri və yeri xəlq etmişdilər? Yox! On­lar etiqad etmirlər».

Bu, cavabı özündə olan ibrətli bir sualdır. Şübhəsiz ki, in­san­lar göy­ləri və yeri yaratmamışdılar və onların xəlq edil­mə­sin­də iştirak et­məmiş­dilər. Onda niyə onlar Allahın Kitabını və id­ra­kın səsini din­lə­mirlər? Çünki onlar Allahın vədinə əmin deyillər.

ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(52. 37) “Məgər Rəbbinin xəzinələri onların yanındadır? Ya da onlar özləri hökümdardırlar?”

Bəlkə, Əzəmətli Rəbbin nemətlərini onlar bölüşdürürlər və öz is­tə­­dik­ləri kimi bəzilərinə əta edir və bəzilərini də ondan məh­rum edir­lər? Əgər belə deyilsə, onda onlar niyə Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini dəlilik say­dılar?! Onlar özlə­rini elə apa­rır­lar ki, sanki Kainatı özləri idarə edir­lər və onlara elə gəlir ki, Muhəmməd (s.ə.s.) bu yüksək şərəfə la­yiq deyildir. Axı onlar hətta özlərinə belə zərər vura və fayda ve­rə bimirlər. Onlar nə həyata, nə ölümə, nə də dirilməyə hakim de­yil­lər. Bəs onlara iman gətirməyə ma­ne olan nədir? Bəlkə onlar Allahın səltənətini zəbt etmişlər və Onun məxluqları üzərində höküm­ranlıq edirlər? Yox və yox! Onlar yalnız aciz və köməksiz qul­lardır!
Bu ayə Fövqəlucanın: “Məgər sənin Rəbinin mərhəmətini onlar bölüş­dü­rürlər? Onların dünya həyatında yaşaması üçün və­saitləri ara­­­larında Biz bölmüşük və onlardan bəzilərini di­gər­lə­­rindən dərə­cə­lər üzrə üstün etmişik...” (Zuhruf, 43/32) bu­yur­du­ğu kəlamına bənzəyir.

ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ

 (52. 38) “Bəlkə onların nərdivanları var ki, onunla qalxıb qulaq asır­lar? Qoy onlardan qulaq asan aydın bir dəlil gətirsin».

Bəlkə onların nərdivanları var ki, onunla qalxıb Allahın nitqinə və mələklərin danışıqlarına qulaq asırlar və başqalarına mə­lum olma­yanları öyrənirlər? Əgər bu belədirsə, qoy onlar haqlı ol­duqlarını sübut etsinlər. Məgər onların dəlillərimi var?! Bütün aş­karda və qeybdə olan­lar yalnız Tək Allaha bəllidir və heç kim Onun biliklər xəzinəsinə gir­məyə qadir deyil. O (Pak və Müqəd­dəs), yalnız Öz etibarlı elçilərinə (onlara salam olsun!) bu bilik­lərin çox az bir hissəsini açır.
Belə bir vəhy ən yaxşı, ən ləyaqətli və ən məlumatlı el­çi­lər­dən biri olan Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və sa­la­mı ol­sun!) nazil edilmişdi və o (s.ə.s.) da kimə ibadət etməyi və Axi­r­ətdə onları nəyin göz­lədiyini insanlara xəbər vermişdir. O (s.ə.s.), öz sözləri­ni, təlimini inan­dırıcı və danılmaz edən çoxsaylı də­­lillər və möcüzə­lərlə təsdiq etmişdir. Nadan, azmış, kor və inad­kar müşriklər onu ya­lançı elan etmiş və təlimindən bo­yun qa­çır­mışdılar, lakin eyni za­manda özlərinə haqq qazandıra bilən heç bir inandırıcı və hətta şübhə­doğurucu bir sübut da gətirə bil­mə­miş­dilər. Belə olduqda, ağıllı insan onlardan kimə inanma­lıdır?

ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ
(52. 39) “Məgər qızlar – Onun, oğlanlar – sizindir?”

Ey müşriklər! Budur, yenə sizin bir səhviniz. Lakin bu dəfə siz ikiqat pis düşünmüsünüz. Siz öz Rəbbinizə övladlar aid et­mi­siniz və iki cins­dən Onun üçün zəifini ayırmısınız. Məgər aləm­lərin Rəbbi üçün bundan da yaramaz bir nöqsan uydurmaq olar­mı?!

ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(52. 40) “Bəlkə sən onlardan mükafat istəyirsən və onlar və­zi­fələrlə yüklənmişlər?”

Xeyir, Muhəmməd, sən onlara doğru yol göstərdiyinə gö­rə on­­lar­dan mükafat gözləmirsən. Sən onlara nəinki tə­mən­na­sız ola­raq xe­yirxahlıq et­məyi öyrədirsən, həm də sən saysız-he­sab­sız var-dövləti on­lara qurban ve­rirsən ki, onlar Allaha tə­rəf dön­­sün­lər, sənin təbliğa­tına qulaq assınlar və sənin əmr­lə­ri­nə itaət et­sin­lər. Sən heç nədə xə­sislik etmədən ümid bəslə­yir­sən ki, onların ürək­ləri islama qarşı yum­şalacaq, bilik və iman üçün açılacaq.
 ﮞ ﮟ ﮠ ﮡ ﮢ
(52. 41) “Yoxsa onlar qeybi bilir və onu yazırlar?”

Ola bilsin ki, onlara məlum olan elə şey var ki, sən bilmirsən və buna görə onlar inadkarcasına səndən üz döndərirlər? Amma savad­sız, cahil və yolunu azmış xalqda hansı biliklər ola bilər? Sən isə on­ların arasında ən əzəmətli, ən mühüm bir təlimi təbliğ edir­sən və Allah­dan bəzi qeybə məx­sus xəbərləri öyrənirsən ki, on­lar heç kim üçün açıq deyil.
Bütün bu ayələri Fövqəluca ona görə nazil etmişdir ki, məntiqi dəlil­lərlə kafirləri öz baxışlarının yanlış və nöqsanlı olmasına əmin edə bilsin. Gör Onun dəlilləri necə də sadə və inandırıcıdır!






ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ

(52. 42) “Bəlkə onlar fitnəkarlıq etməyi arzulayırlar? Axı kafirlər özləri fitnələrinin qurbanı olacaqlar”.

Əgər onlar sənin dinini və başladığın işini məhv etmək istə­sə­lər, qoy bilsinlər ki, onların cinayətləri onların özlərinin əley­hinə çevrilə­cək­­dir. Həmd olsun Allaha, bütün hadisələr belə də ol­du! Kafirlər bü­tün im­kanlardan istifadə edirdilər ki, Pey­ğəm­bərə (ona Allahın sala­vatı və salamı olsun!) zərər toxundursunlar, la­kin Allah ona (s.ə.s.) möh­kəm olmağa kö­mək göstərdi, sonra da onun (s.ə.s.) dininə düş­mən­ləri üzərində qələbə bəxş etdi.

 ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(52. 43) “Bəlkə onların Allahla yanaşı digər ilahı var? Allah pak­dır və onların qoşduqları şəriklərdən uzaqdır!”

İnsanların köməyinə ümid bəslədikləri və cəzasından qorx­duq­­la­rın­dan daha layiqli kim var? Heç kim Kainatda hakimiyyəti Onun­la bölüşdürmür və heç kim ibadətə haqqı Onunla bölüş­dür­mür. Məhz bu həqiqəti bəyan etmək xatirinə Allah bütün əvvəlki ayə­­ləri nazil etmiş və bu qədər təkzibolunmaz dəlillər gətirmişdir. İn­­sanların Allahdan baş­­qa kiməsə ibadət etmələrinin bihudə və fay­­dasız olmasını dərk et­mə­ləri çox vacibdir.
Ondan başqa heç kim ilahlaşdırılmağa və ibadətə, dua, səc­də və kömək üçün müraciət edilməsinə, xilas üçün yal­va­rıl­masına la­yiq de­­yil­­dir. O (Pak və Müqəddəs), – Vahid Haqq İlahdır. Onun ad­ları gö­zəl­­dir, sifətləri kamil və şərəflidir, əməlləri isə həmdə la­yiqdir. O (Pak və Müqəddəs), əzəmət, şöhrət, fövqəlqüdrət Sa­hi­bi­dir. O (Pak və Müqəddəs), – Vahid, Özünəbəs, Böyük, Şanlı, Həm­də­layiq Allahdır!


ﯘﯙﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ
(52. 44) “Əgər onlar hətta göyün parça-parça düşdüyünü gör­sə­lər də, deyərlər: “Bu bulud topasıdır!”

Fövqəluca xəbər verir ki, kafirlər və müşriklər haq­dan şüur­lu su­rət­də boyun qaçırırlar və yalana müraciət edirlər və mö­min­lərin on­­­lara haqqı təsdiq edən hansı dəlilləri gətirməsinə bax­ma­ya­raq, on­lar ona müqavimət göstərəcəklər. Hətta onlar göyün par­ça­larının, on­­ların gü­nah­la­rının əvəzi kimi, aşağıya onların üstünə düş­düyünü gör­­sələr də, de­­yəcəklər: “Bu – bu­lud­ların yalnız adicə to­pa­laş­ma­la­rı­dır!” Bütün bun­­­lar onu göstərir ki, onlar Allahın ayə­lərinə əhə­miy­yət vermirlər və Onun nəsihətlərindən ibrət gö­tür­mürlər.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(52. 45) “Artıq sən onlara sarsılıb öləcəkləri Günədək baş qoş­­ma!”
Ey Muhəmməd! Onların qəlblərini artıq sağaltmaq müm­kün de­yil və onlarda kök salmış pislik odlu cəza ilə yan­dırıl­ma­lı­dır. Onlara baş qoşma, qoy onlar cəzanın sarsıdacağı Qiyamət gü­nü­nü gözləsinlər. O cəzanı nə təsvir etmək, nə də hər hansı başqa bir şeylə müqayisə et­mək mümkün deyil.

ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
(52. 46) ”Həmin gün onların fitnələri onlara heç bir fayda ver­­­mə­yəcək və heç kim onlara kömək etməyəcək».

Bu dünyada kafirlər öz fitnəkarlıqları və kələkbazlıqları sa­yə­sin­də ya­­şa­mağa nail olurlar, lakin Qiyamət günü onların fit­nə­lə­ri onlara qətiy­yən heç bir fayda verməyəcəkdir. Onların cəhdləri bo­şa çıxacaq və heç nə ilə özlərinə kömək edə bilməyəcəklər və heç bir başqası da onla­ra kö­mək göstərə bilməyəcək.

 ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ
(52. 47) “Həqiqətən, zalımlara bundan başqa da əzab-əziy­yət ha­­­zır­lanmışdır, lakin onların əksəriyyəti bilmir».

Axirət həyatında fasiqlərin cəzalandırılacağını xatırladaraq, son­­ra Allah bildirir ki, onları bir cəza da gözləyir. Bu – yer üzündə ölüm, əsir düşmə, olduğu ərazidən qovulma və həmçinin qəbirdə və o dün­ya­da cəzadır ki, ölüm anından Qiyamət günü başlaya­na­dək davam edə­cəkdir. Lakin günahkarların əksəriyyəti bunu bil­mir və buna görə onlar özlərini ağır iztirablara məhkum edən ci­na­yətlər törədirlər.
 ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ

(52. 48) “Rəbbinin hökmünədək səbir et, axı sən Bizim gö­zü­­­mü­zün önündəsən. Qalxdıqda, Rəbbini həmd ilə şə­rəf­lən­dir!”
Fövqəluca Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bu­yu­rur ki, müşriklərin hərəkətlərinə əhəmiyyət verməsin, tale­yi­nin zərbə­lərinə qar­­şı səbirli olsun və Onun hökümlərini qüsursuz ye­­rinə yetirsin. Bunun əvəzində Rəbb mükafat olaraq, ona (s.ə.s.), onu (s.ə.s.) şərdən qoruyacağını və onun (s.ə.s.) qayğısını çəkə­cə­yi­ni vəd etmişdir. Elçinin (s.ə.s.) həmişə möhkəm və səbirli olması üçün Allah ona (s.ə.s.) çoxlu ibadət etməyi və Rəbbini tez-tez xa­tır­­la­mağı əmr etmişdir.
Allah bu ayədə möminlərə gecə namazı və ya beş fərz na­maz qıl­mağı buyurmuşdur və bu, Fövqəlucanın aşa­ğıdakı sözlə­ri ilə təs­­diq edilir:
 ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ
(52. 49) “Onu gecənin bir vaxtında və ulduzlar batdıqda tə­riflə!”

Ulduzların batması dedikdə, gecənin sonuncu hissəsi nə­zər­də tu­tu­lur. Yəqin ki, buraya fərz sübh namazı da daxildir. Bu ba­rə­də ən yaxşı bilən Allahdır.





[1] Qeyd etmək yerinə düşərdi ki, göy qübbəsi, yer kürəsinin damı kimi, nəinki ayənin bu şərh­də göstərilən funksiyalarını (işıq, yağış və s.) yerinə yetirir, o həm də bir sıra olduqca mü­hüm mü­dafiə özəlliklərinə malikdir. Bu – Kainatdan (Günəşdən və sairə­dən) daima Yerə axıb gəl­mək­də olan və canlı varlıqları bir anda məhv edə biləcək hər növ zərərli şüaların və təsirlərin qar­şısını alır, onları neytrallaşdırır. Həmd olsun Müdrik Allaha ki, insanlar üçün yaşamağa yer üzün­də belə gözəl şərait yaratmışdır! F.S.
[2] “Dolu dənizlər” söz birləşməsi rus dilindəki mətndə tutuşdurulmuş (alovlan­dı­rılmış) kimi ve­ril­mişdir. Bu türk və Azərbaycan dillərində olan Quran tərcümələrində də fərqli çevrilmişdir. Şeyx Səədi Şərhinin öz mətnindən də göründüyü kimi, bəhs edilən əsas məsələ dəniz və okeanların su ilə dolu olmasıdır. Digər rəy isə (suyun alovlanması) bəzi ilahiyyatçıların irəli sür­dü­kləri ehtimallardır. “Tutuşdu­rulmuş” (“alovlandırılmış”) ifadəsinə gəldikdə isə, bu, imam Qurtubinin “Əl-Camiu li-Əhka­mil-Kuran” adlı təfsirində geniş açıqlanırsa da, dəqiq bir nəticəyə gəlinmir. Buna görə mən “الْمَسْجُورِsözünü “alovlandırılmış” (“tutuşdurulmuş”) kimi deyil, “dolu” ifadəsi ilə ver­məyi məqbul saydım. Əsaslandığım mənbələr: Kurani-Kerim Luğeti, Mahmut Zanga; bir çox Quran tərcümələri (ris dilində: Kuliyev, Osmanov, Kraçkovski, Poro­xova; Azərbaycan dilində: Z.B. və V.M., Ə. Musayev və b., Təbəri Təfsirində həmin ayənin şərhində Abdullah ibn Abbasdan gələn bir hədisdə rəvayət edilir ki, “Bəhrul-məscur” – “daşmasının qabağı alınan bir dəniz deməkdir”. Bu barədə Ömərdən (Allah ondan razı olsun) Allahın Elçisinin (ona Al­lahın salavatı və salamı olsun!): “Dəniz hər gecə üç dəfə yer üzünü örtmə səviyyəsinə qal­xır və hər dəfə də Allahdan yerdəki məxluqların üstünə daşmaq üçün icazə istəyir. Lakin Fövqəluca Allah ona mane olur”. Abdullah ibn Əmr və Əbu Salehin Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun!) rəvayət etdikləri başqa bir rəyə görə, “Bəhrul-məscur” dedikdə, Ərşin al­tında olan bir dəniz nəzərdə tutulur. Ənəs bin Rəbil Fövqəluca Allahın Qiyamət günü in­san­ları diriltmək üçün həmin dənizdən onların üstünə yağış yağdıracağını və onları ot kimi bi­tirib, qəbirlərindən qaldıracağını söyləmişdir. Bax: Təbəri Təfsiri, e-proqram, türkcə, Tur su­rə­sinin şərhi. Qeyd: F.S.
[3] Kursiv mənimdir. F.S.

Комментариев нет:

Отправить комментарий