четверг, 3 мая 2012 г.

20. TA-HA SURƏSİNİN ŞƏRHİ

SURƏSİNİN
ŞƏRHİ
                      
                         Mərhəmətli və Rəhmli Allahın adı ilə!

 

(20.1) “Ta. Ha”[1].

Bu hərflər “parçalanmış” hərflər adlandırılır və onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) adlarından birinin rəmzi deyildir. Quran surələrinin çoxu oxşar tərzdə başlanmışdır[2].
           

(20.2) “Biz Quranı sənə nazil etməmişik ki, bədbəxt olasan”.

Fövqəluca vəhyi sənə nazil etmiş, Müqəddəs Quranı və şəriəti sənə ona görə öyrətməmişdir ki, sən bədbəxt olasan. Allah Öz məxluqlarının vəziyyətini onların yerinə yetirə bilməyəcəyi vəzifələrlə ağırlaşdırmır. Əksinə, Mərhəmətli və Rəhmli Allah sənə vəhyi, Müqəddəs Quranı və şəriəti ona görə nazil etmişdir ki,  sizə xoşbəxtliyə, uğura və əmin-amanlığa doğru yol göstərsin. O (Pak və Müqəddəs Olan) Öz qanunlarını yüngül edərək, insanların qarşısında onların dərk olunması və tətbiq edilməsi üçün qapıları açıq qoymuşdur. O (Pak və Müqəddəs Olan) Öz vəhyini insan qəlbinin qidası və insan vücudunun dəvası etmiş­dir. Ağıl və təhtəlşüur insanları ona iman gətirməyə və onun hökm­lərini yerinə yetirməyə təkan verir, çünki məhz bu – onların bu dünyada və öldükdən sonra Axirətdə əmin-amanlığının təminatçısıdır. Buna görə daha sonra Fövqəluca buyurur:
 
       ﭿ       

(20.3) “Onu ancaq qorxanlar üçün nəsihət göndərmişik”.

Səmavi Vəhy Fövqəluca Allahdan qorxanlar üçün nəsihət­dir. Belə bir insan müqəddəs məqsədə can atmaq çağırışına diq­qətlə yanaşır və onu böyük zərərə və əbədi bədbəxtliyə məhkum edə biləcək cinayətlərdən çəkinir. O (insan) şəriət qanunları üzərində düşünür və onların bütövlükdə gözəl olduğunu görür. O, o qanunların hər birinin üzərində ayrıca fikirləşdikdə, əmin olur ki, şəriət hökmlərinin hamısı məntiqidir və insan ruhunun təbiətinə zidd deyildir. Bax elə buna görə Allah Öz vəhyini nəsihət adlandırır. İnsanlar haqqı unudanda və ya onu təfsilatı ilə ayırd etməyə ehtiyac duyduqda, vəhy nəsihət rolunu ifa edir.
Lakin nəsihətlərə təkcə Allah xofu olan qullar diqqət yeti­rir­lər. Qalan insanlar isə onlardan heç bir fayda əldə edə bil­mirlər. Axı Cənnətə və Cəhənnəmə inanmayan, qəlbləri Allah qarşısında azacıq qorxudan da məhrum olan insanlar Quran nəsihətlərindən hansı faydaları çıxara bilərlər?! Onlar, sadəcə olaraq, nəsihətlərdən bəhrələnmək qabiliyyətinə malik deyillər.
Fövqəluca buyurur: “Sənin xatırlatmanın fayda gətirəcəyi insanlara nəsihət ver. Qorxan onu qəbul edəcəkdir və ən bəd­bəxt olan isə ondan yayınacaqdır ki, o da Nəhəng Oda girə­cəkdir” (Əla, 87/9-12).

               

(20.4) “Bu – Yeri və Uca Göyləri Yaradanın nazil etdi­yidir”.

Fövqəluca, Yerin və göylərin Xaliqinin və bütün varlıqların Hökmdarının nazil etdiyi Müqəddəs Quranın əzəmətindən xəbər verir. Məhz buna görə insanlar bu Kitaba iman gətirməli və ona təslim olmalı, onu sevməli və ən ecazkar tərzdə ona ehtiram göstərməlidirlər.
Bu ayə, Allahın Özünü Xaliq və Hökmdar bəyan etdiyi bir çox digər ayələrə bənzəyir. Fövqəluca buyurur: “Şübhəsiz ki, O yaradır və hökm edir” (Əraf, 7/54); “Allah – yeddi göyü və o qədər də yeri Yaradandır. Hökm onların arasında nazil olur...” (Talaq, 65/12). Kainatın Xaliqi hökm verir və qadağan edir və O – Vahid Yaradan olduğu üçün, Onun yaratdıqları digər qanunveri­cilərin əmr və qadağalarına itaət etmək haqqına malik deyillər. Kainatın yaradılması Allahın qədərinin varlığını nəzərdə tutur, qanunların nazil edilməsi isə, Allahın dininin mövcudluğunu tələb edir. Hər yaradılış hikmətlə icra edilmişdir, çünki O (Pak və Müqəddəs Olan), əyləncə xatirinə və ya əbəs yerə yaratmır. Onun hökmləri və qadağaları da ədalətlə, hikmətlə və rəhmlə icra edilmişdir.
Allahın – Vahid Xaliq, Hökmdar və Qanunverici olduğunu xatırlatdıqdan sonra, Fövqəluca Özünün hüdudsuz Əzəmətindən bəhs edir:

(20.5) “Mərhəmətli Ərşinin üzərindədir”. 

Allahın Ərşi – Onun ən nəhəng və ən əzəmətli məxluqu­dur. O bütün digər məxluqlardan ən uca, ən böyük, ən geniş və ən üstdə olanıdır. Mərhəmətli Öz Əzəmətinə və ecazkar Qüdrəti­nə yaraşan bir tərzdə Ərşi üzərindədir.

                           

(20.6) “Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Onundur”.  

Üst və alt aləmlər və həmçinin onlarda məskunlaşan mə­ləklər, insanlar, cinlər, heyvanlar, bitkilər və digər cansız əşyalar tək Onundur. Bütün varlıqlar Allahın hakimiyyəti altındadırlar.  Bütün məxluqlar Onun qullarıdır və tamamilə Allahın qədərin­dən asılıdırlar. Onlar Kainatda gedən proseslər üzərində hökm ver­məyə qadir deyillər və hətta özlərinə belə fayda vermək və ya zərər vurmaq iqtidarına malik deyillər. Nə həyat, nə ölüm, nə də dirilmə onların sərəncamında deyil.

                        

(20.7) “Ucadan danışmağının fərqi yoxdur, çünki Ona gizli olan da, gizlədilən də məlumdur”.

Gizli söhbətlər və ürəkdə saxlanılan niyyətlər Allaha mə­lumdur. O (Pak və Müqəddəs Olan), hətta insanların hələ düşün­mədikləri, lakin gələcəkdə onların mütləq düşünəcəkləri şeyləri də bilir.  Onun elmi bütün varlığı: böyüyü də, kiçiyi də, aşkarda olanı da, gizli olanı da əhatə edir.  İnsanların öz niyyətlərini bildirib-bildirməməyindən asılı olmayaraq, Ona onların haqqında hər şey olduğu kimi məlumdur.
Bütün deyilənlərdən aydın olur ki, Fövqəluca Allah ən kamil keyfiyyətlərə malikdir. O (Pak və Müqəddəs Olan) Vahid Yaradan və Qanunvericidir. Onun mərhəməti hüdudsuzdur, böyüklüyü isə mütləqdir. O (Pak və Müqəddəs Olan) Ərşi üzərindədir, məhdudiyyətsiz hakimiyyətə və hərşeyiəhatəedən elmə malikdir. Bu o deməkdir ki, O (Pak və Müqəddəs Olan), həqiqətən, ibadətə və pərəstişə layiqdir. Ona (Pak və Müqəddəs Olana) ibadət – haqdır. Şəriət, ağıl və təhtəlşüur da buna dəvət edir. Məxluqlara ibadət etməyə gəldikdə isə, bu, əbəsdir və faydasızdır elə buna görə sonra Fövqəluca belə buyurur:
               ﮧﮨ        

(20.8) “Allah – Özündən başqa ilah Olmayandır və Onundur ən gözəl adlar”.

Təkcə Allah ibadətə layiq olan Rəbdir. Bütün məxluqlar Ona pərəstiş etməli, Onu sevməli, Onun qarşısında alçalmalı, Ondan qorxmalı, Ona təvəkkül etməli, tövbə etməli, duanı Ona etməli və Onunla yanaşı heç kimə ibadət etməməlidir. O (Pak və Müqəddəs Olan) ən gözəl və ən kamil çoxsaylı adlara malikdir. Onların gözəlliyi ondadır ki, hər bir təzahür edən ad Allahı tərifləməyin zəruriyyətini vurğulayır. Allahın gözəl adları arasın­da elə bir ad yoxdur ki, o, Rəbbi tərifləməyin zəruriyyətini təsdiq etməmiş olsun. Onların lətafəti həm də ondadır ki, Allah həmin sifətlərlə nəinki adlandırılır, həmçinin Onun kamil, yüksək və gözəl məziyyətləri xüsusilə vurğulanır. Onların cazibədarlığı bir də ondadır ki, onlar Allaha yaxınlaşmanın vasitələridir. Məhz buna görə Fövqəluca Allah Öz qullarına əmr etmişdir ki, bu adlarının vəsiləsi ilə Ona dua etsinlər. O (Pak və Müqəddəs Olan) bu adları sevir və həm də bu adları sevənlərin də hər birini sevir. O (Pak və Müqəddəs Olan) həmçinin onları əzbərləyənləri, onların mənaları üzərində düşünənləri və bu minvalla öz Rəbbinə ibadət edənləri də sevir. Fövqəluca buyurur: “Ən gözəl adlar – Allahındır. Buna görə Ona bu adların vasitəsi ilə dua edin!” (Əraf, 7/180).

         

(20.9) “Musanın hekayəti sənə çatmışdırmı?”

Fövqəluca Öz Peyğəmbərindən (ona Allahın salavatı və salamı olsun!) bu barədə ona görə soruşur ki, Musa peyğəmbər (ə) barəsindəki əhvalatın mühümlüyünü xüsusi nəzərə çarpdır­sın. Ey Muhəmməd! Sən bilirsənmi ki, səndən əvvəlkinin pey­ğəm­bərliyi necə başlamışdır? Bərk soyuq olan bir vaxtda Musa (ə)  öz ailəsi ilə yolu azmışdılar. Onlar qızına bilmirdilər və elə bu zaman o (ə) uzaqdan alovu titrəşən bir od gördü.

                                                  
(20.10) “Budur, o, odu görüb, ailəsinə dedi: “Burada daya­nın! Mən od gördüm. Ola bilsin ki, mən sizə ya bir kösöv gə­tirim, ya da odun yanında yolu tapa bilim”.

O (ə), odu dağın sağ ətəyində gördü və yaxınlarına dedi: “Ola bilsin ki, mən sizə bir kösöv gətirərəm və siz də qızınarsınız. Amma ola da bilər ki, mən orada yolu bizə göstərə bilən adamları taparam”. O (ə) ümid edirdi ki, bu dünyada işıq və yol tapsın, nəticədə isə ruhani nur tapdı. Bu, qəlbi və ürəyi ziyalandıran Səmavi Vəhyin işığı idi. O (ə) həm də yolçunu Cənnətin Səadət bağlarına aparan doğru yolu tapdı. O (ə) belə bir uğur barəsində heç xəyalından da keçirməmişdi və ona ümid bağlamamışdı.

          

(20.11) “O, ona yaxınlaşdıqda, ucadan bir nida gəldi: “Ey Musa!”

Musa (ə) uzaqdan gördüyü oda yaxınlaşdı və onun, həqi­qətən də, od şöləsi olduğunu gördü. Bu işıq yanan və yandıran alova bənzəyirdi. Bunun belə olduğunu Muhəmməd Peyğəmbər­in (ona Allahın salavatı və salamı olsun!) sözləri təsdiq edir. O (s.ə.s.) demişdir: “Onun örtüyü – işıqdan və ya oddandır. Əgər O, onu qaldırıb azca açsaydı, onda Onun Üzünün lütfü Onun baxı­şının əhatə etdiyi hər şeyi yandırardı”. Bu yerə çatdıqda, Musa (ə) Fövqəlqüdrətli Allahın sədasını eşitdi. Fövqəluca bu barədə belə buyurur: “Biz onu dağın sağ tərəfindən səslədik və ya­vaş­­­ca­­dan yaxına çağırdıq” (Məryəm, 19/52).

ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ

(20.12) “Həqiqətən, Mən – sənin Rəbbinəm! Nəleynlərini çıxart! Sən müqəddəs Tuva vadisindəsən”.

Allah Musaya (ə) bildirir ki, O (Pak və Müqəddəs Olan), onun (ə) Rəbbidir və əmr edir ki, o (ə) Onunla danışmağa hazır­laşsın. Musaya (ə) nəleynlərini çıxartması əmr olunmuşdu, çünki o (ə) pak və müqəddəs Tuva vadisinə ayaq basmışdı. Fövqəluca bu vadini şərəfli peyğəmbəri Musa (ə) ilə söhbət üçün seçmişdi və təkcə bu bəs edərdi ki, bu yerə ehtiramla yanaşılsın. Bir çox təfsirçilər hesab edirdilər ki, ona (ə) ayaqqabısını çıxartmağının əmr olunmasının səbəbi onun (ə) nəleyninin ev eşşəyinin dərisindən hazırlanması olmuşdu. Bu barədə ən yaxşısını bilən Allahdır.
            

(20.13) “Mən səni seçmişəm və buna görə vəhylə sənə təlqin ediləni dinlə!”

Rəbb səni insanlar arasından seçmişdir və bu Rəbbin sənə göstərdiyi böyük mərhəmətindən irəli gəlmişdir. Buna görə sən Ona səni şan-şöhrətə nail etdiyi üçün həmd etməli və vəhylə sənə nazil edilmiş hər şeyə diqqətli olmalısan. Bu vəhy ona belə münasibət bəslənməsinə layiqdir, çünki o, dinin əsası və Allaha itaət etməyə çağırışın dayağıdır. Sonra Fövqəluca xəbər verir ki, Musaya (ə) nazil edilən vəhydə məhz nədən bəhs edilmişdir.

                             

(20.14) “Həqiqətən, Mən – Allaham! Məndən başqa Allah yoxdur! Ancaq Mənə ibadət et və namaz qıl ki, Məni xatırla­yasan!"

Təkcə Allah ibadətə layiqdir, Çünki Onun adları və sifətləri kamildir, əməlləri isə təkrarolunmazdır. Heç bir varlıq Allahla müqayisə edilə bilməz və Onun adını daşımağa layiq deyil. Buna görə, Musa peyğəmbərə əmr olunmuşdu ki, qəlbən və cismən ancaq Ona ibadət etsin, düzgün baxışlara etiqad etsin və xeyirxah işlər görsün. Namaz da ibadət mərasimidir, lakin Fövqəluca Allah onun zəruriliyini xüsusi ilə vurğulayır, Çünki bu şərəfli ibadət ayini bir çox digərlərindən üstündür. İnsan namaz qılar­kən Rəbbinə qəlbən, sözlə və bədəni ilə ibadət edir.
Fövqəluca həmçinin vurğulayır ki, namaz insana Allahı xatırladır. Rəbbin yad edilməsi insanın ən mühüm vəzifələrindən biridir. Namaz qulun Rəbbi qarşısında mütiliyini nəzərdə tutur və xoşbəxtliklə uğurun rəhnidir. Allahın xatırlanması üçün yer olmayan qəlb korlanmış və bədbəxtdir. İnsanların bundan uzaq olmaları üçün Fövqəluca Allah onlara, mahiyyəti Rəbbi daima zikr etməklə bağlı olan namaz qılmaq və digər ibadət ayinlərini icra etmək hökmü vermişdir.
Fövqəluca buyurur: “Kitabdan sənə təlqin ediləni oxu və namaz qıl. Həqiqətən, namaz yaramazlıqlardan və qınanmalı əməllərdən qoruyur. Lakin Allahın xatırlanması – daha vacibdir və Allah sizin nə etdiyinizi bilir” (Ənkəbut, 29/45). Bu sözlərdən aydın olur ki, namazın Allahı xatırlatması, onun insanları yara­maz əməllərdən və qınanılanlardan qorumasından daha üstün­dür.
Bütün yuxarıda deyilənlər Vahid Allaha iman gətirmək və təkcə Allaha ibadət etmək adlanır. O (Pak və Müqəddəs Olan), bu ibadətə layiqdir və bu[3] Onun gözəl sifətlərindən biridir. İbadətin özü isə Onun qullarının gözəl məziyyətlərindən biridir.

                          

(20.15) “Mən Həmin Saatı az qala Özümdən də gizlədi­rəm, amma o Saat hökmən gələcəkdir ki, hər bir nəfsə can atdığının əvəzi verilsin”.

Fövqəluca buyurur: “Onlar səndən Saat haqqında soru­şur­lar: “O haçan gələcəkdir?” De: “Həqiqətən, onu bilən təkcə Rəbbimdir. Ondan başqa heç kim onun başlanması vaxtını aşkar etməyə qadir deyildir” (Əraf, 7/187); “O Saat haqqında bilik Ona aiddir” (Fussilət, 41/47).
O (Pak və Müqəddəs Olan) bu dünyanın sonunun başlan­ması müddəti haqqında biliyi bütün məxluqlarından, hətta yaxın mələklərdən və saleh peyğəmbərlərdən (onlara Allahın salamı olsun!) də gizlətmişdir. Vəd edilən Saat başladıqda, hər bir məx­luq öz etdikləri yaxşı və pis əməllərinə görə əvəz alacaqdır. Qiyamət günü – Axirət həyatının sadəcə qapısıdır və buna görə Fövqəluca Rəbb buyurur: “Göylərdə olanlar da, yerdə olanlar da Allaha məxsusdur ki, O, canilərə törətdiklərinə görə əvəz versin və xeyirxahlıq edənlərə də Ən Yaxşı[4] əvəz versin” (Nəcm, 53/31).
                      

(20.16) “Qoy ona iman gətirməyənlər və istəklərinə uyanlar səni döndərməsinlər, yoxsa məhv olarsan!”
Qoy Axirət həyatının gerçəkliyini dananlar Qiyamət günü­nün labüdlüyündə və əvəz veriləcəyində səni şübhəyə salmasın­lar və Axirət naminə saleh əməllərdən səni yayındırmasınlar. Onlar Axirətə şübhə edir və başqa insanların ürəyinə də şübhə salırlar. Onlar möminlərlə höcətləşir və əllərindən gələni edirlər ki, öz şübhəli dəlilləri ilə onları azdırsınlar. Belə hallarda onlar ancaq öz alçaq istəklərinə tabe olurlar, Həqiqəti dərk etməyə can atmır və belə ona görə edirlər ki, bu onların qüsurlu ürəklərini məmnun edir. Sən belə insanlardan ehtiyat etməlisən və unutma­malısan ki, onlar öz sözləri və əməlləri ilə Axirətə inanan və əbədi uğur xatirinə çalışan hər kəsə mane olmağa cəhd göstərirlər.
Allahın möminləri belə insanlar barəsində xəbərdar etməsi, onların yalan vəsvəsələrinin müsəlmanlar üçün ən böyük təhlükə olması ilə bağlıdır. İnsanların şübhə etməsi və özünə bənzərlər­dən nümunə götürməsi  – onlara məxsus səciyyəvi bir haldır və buna görə Fövqəluca Allah müsəlmanları, haqq dinə layiqincə etiqad edən adamlara mane olan, onların arasında şəkk-şübhə törədən,  uydurmalar yayan və onları Allaha, Qiyamət gününə və təkcə Ona ibadətə iman gətirməyə dəvət edən ədəbiyyatdan uzaq­­laşdıran vaizlərdən qorunmağa çağırır. Bu üç anlayış həqiqi imanın əsası və dinin sütunlarıdır. Əgər insan onların tələblərini qüsursuz olaraq icra edirsə, onda o, dinə layiqincə etiqad edir. Əgər o, həmin tələbləri natamam yerinə yetirirsə, onda bu onun imanının zəifliyinə dəlalət edir. Əgər o, onları rədd edirsə, onda o, dinin ağuşundan çıxmış olur.
Bu ayə, Fövqəluca Allahın Kitab əhlinin uğur qazanması və bədbəxtliyinin meyarlarını müəyyənləşdirdiyi vəhyinə bənzəyir. Fövqəluca buyurur: “Həqiqətən, Allaha və Axirət gününə iman gətirmiş və xeyirxahlıq göstərən möminlərə, yəhudi­lərə, xristi­an­lara və səbalılara onların Rəbbinin nəzdin­də mü­ka­fat hazır­lan­mışdır. Onlar qorxu bilməyəcək və kədər­lən­­mə­yə­­cəklər” (Bəqərə, 2/62).
Fövqəluca Allah, imanın əsas müddəalarını izah etdikdən sonra, Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) onun ürəyinə yəqinlik verən, ona (s.ə.s.) olduqca böyük razılıq hissi gətirən və Allahın ona (s.ə.s.) düşmənləri üzərində qələbə çalmasına mütləq kömək edəcəyinə inamını gücləndirən möcüzə­lər göstərməyi qərara alır. Allah buyurur:

          

(20.17) “Ey Musa, sənin sağ əlindəki nədir?”

Allah Musanın (ə) əlindəkinin nə olduğunu bilirdi, lakin O baş verəcək hadisənin əhəmiyyətini xüsusilə nəzərə çapdırmaq üçün bu sualı verməyi qərara alır.

    ﭿ                        

(20.18) “O dedi: “Bu – mənim əsamdır. Mən ona söykə­nirəm, onunla qoyunlarım üçün yarpaq çırpıram. Onu başqa işlər üçün də işlədirəm”.

Musa (ə) bildirir ki, əsa ona (ə) iki halda sədaqətlə xidmət göstərmişdir. Birincisi, o ona (ə) yeridiyi zaman və dayandıqda kömək edir. İkincisi, o, mal-qaraya fayda verir, çünki Musa (ə) onunla ağaclardan yarpaq çırpıb, sürüsündəki qoyunlara yem verərdi. Bununla yanaşı o (ə) əsanı başqa hallarda da istifadə edərdi.
Bu, saleh peyğəmbərin (ə) xeyirxah xasiyyətə malik olması­na dəlalət edir ki, bunun nəticəsi də onun (ə) heyvanlara və mal-qaraya göstərdiyi qayğı idi. Allah onu (ə) təsadüfən seçməmişdi. Bu seçim Fövqəluca Rəbbin kamil idrakı və mərhəmətliliyinin nəticəsiydi.
Musanın (ə) xeyirxahlığının digər dəlili, onun (ə) əlində nə olmasına verdiyi cavab idi. Belə bir sual verən təkcə əşya ilə deyil, onun təyinatı ilə də maraqlana bilərdi və buna görə Musa (ə) ən müfəssəl surətdə cavab verir.

                    

(20.19) “Buyurur: “Ey Musa!  Onu at !”
(20.20) “O, əsasını atdı və əsa sürətlə hərəkət edən ilana çevrildi”.

Allahın iradəsi ilə əsa böyük bir ilana döndü və bu zaman Musanın (ə) ürəyi qorxu ilə doldu. O (ə) çevrilib qaçdı və hətta geriyə də baxmadı. Fövqəluca Allah bunun xəyal olması kimi yanlış zənnin yaranmasının qarşısını almaqdan ötrü ilanı tərpə­şən və hərəkət edən halda göstərir. Belə bir şeyi isə sadəcə təsəvvür etmək mümkün deyil.

         ﮙﮚ  ﮛﮜ ﮝﮞ

(20.21) “Buyurdu: “Onu götür əlinə və qorxma. Biz onu əvvəlki halına qaytararıq”.  

O sənə zərər vurmaz, çünki Biz onu yenidən əsaya döndə­rəcəyik. Musa (ə) Rəbbin iradəsinə sığındı, çünki o (ə) Onun sö­zü­nə inanırdı və itaətsizlik göstərmək fikrində deyildi. O (ə) ilanı yerdən götürdü və o, o saat, yaxşı bələd olduğu əsaya döndü. Bu, birinci ecazkar möcüzə idi. Sonra Fövqəluca Allah ona (ə) başqa bir möcüzə göstərərək buyurur:
                           

(20.22) “Əlini qoltuğuna qoy və o, heç bir xəstəlik əlaməti olmadan, oradan ağ çıxacaqdır. Bax, bu da sənə yeni bir mö­cüzə!”

Əlini yaxandan qoltuğuna sal və qolunla sinənə sıx. Sən onu çıxardanda, o ağappaq olacaqdır. Onun üzərində heç bir xəs­tə­lik əlaməti olmayacaqdır. Fövqəluca belə buyurur: “Bunlar sənin Rəbbindən Firon və onun əyanları üçün iki dəlil olacaq­dır. Həqiqətən, onlar günahkar adamlardır” (Qəsəs,  28/32).

           

(20.23) “Biz sənə Bizim ən böyük möcüzələrimizi göstə­rəcəyik”.

Biz sənə öz əsanın ilana necə çevrildiyini və əlinin necə ağardığını göstərdik və bununla da sənə ən böyük möcüzələrin bəzi­lərini nümayiş etdirdik. Onlar sənin peyğəmbərliyinin ger­çək­­liyini və təliminin doğruluğunu təsdiq edir. Bunun sayəsində sən yəqinlik əldə edəcək, biliyini artıracaq və Allahın vəd etdiyinə qəti inanacaqsan. Fövqəluca səni yağılarından qoruyaca­ğına və sənə onlara qələbə çalmaqda yardım göstərəcəyinə söz vermişdir. Bununla yanaşı Allahın möcüzələri sənin dinə dəvət etdiyin insanlar arasında təkzibedilməz dəlillər olacaq.
Musanı (ə) peyğəmbər təyin etdikdən qəribə möcüzələr nümayiş etdirdikdən sonra, Allah Öz peyğəmbərinə (ə) Misirin hökmdarının yanına getməyi əmr edir və belə buyurur:


              

(20.24) “Fironun yanına get, çünki o, həddi aşmışdır”.

O, yol verilənlərin həddini aşıb keçmişdir, küfrə etiqad edir və yaramaz günahlara yol verir. O, Yerin əhalisinə təkəbbürlə yanaşır, kasıblara və köməksizlərə zülm edir. Lakin ən başlıcası – bu mənfur günahkar özünü Allah hesab edir. Zalımlığı Fironu məhv olunmağa layiq etmişdi, lakin Allah mərhəmətlidir, müd­rik­dir və ədalətlidir. O (Pak və Müqəddəs Olan), Allahın elçiləri haqqında heç nə bilməyən və elçilərin doğruçuluğuna əmin olma­yan insanları cəzalandırmır. Buna görə Musa peyğəmbərə (ə) aydın oldu ki, ona (ə) böyük bir çoxməsuliyyətli vəzifə tapşırıl­mışdır. O (ə), Misir sakinlərinin heç birinin bir söz belə deməyə cəsarət etmədiyi tərs və zalım bir hökmdarla üzbəüz dayanıb danışmalı olacaqdı. Musanın (ə) vəziyyəti həm onun təkliyi, həm də səhabələrinin olmaması ilə çətinləşirdi. Bundan başqa, bir çox illər bundan qabaq o (ə), bir misirlini öldürmüşdü. Bütün bu şərt­lərə baxmayaraq, o (ə), Rəbbinin əmrinə itaətkarlıqla tabe oldu və Ondan xahiş etdi ki, ona (ə) yardım göstərsin və uğur qazanması üçün zəmin yaratsın. Həqiqətən, heç bir dəvətçi belə yardım olma­dan uğur əldə edə bilməz.
            

(20.25) “Dedi: “Ey Rəbb! Köksümü genişlət!”        

Məni geniş qəlbli və səbirli bir insan et ki, Misir xalqının mənə qarşı sözlə və əməlləri ilə edəcəyi haqsızlıqlara səbatla dözə bilim. Qoy onların cinayətləri həyatda qanımı qaraltmasın və qəlbimi sıxmasın, çünki ürəyi sıxılan şəxsin başqa insanları doğru yola gətirməyə və onların arasında haqqı təbliğ etməyə gücü çatmaz. Məhz buna görə Fövqəluca belə buyurur: “Allahın mərhəməti ilə sən onlara qarşı yumşaq davranırdın. Əgər sən kobud və daşqəlbli olsaydın, onlar səni mütləq tərk edərdilər” (Ali İmran, 3/159). Yəqin ki, dəvətçi xeyirxah, genişürəkli və səmimi olduqda, insanlar haqqı qəbul edirlər.
       
(20.26) “İşimi asanlaşdır!”

Mənim qarşımda qoyduğun istənilən məqsədə nail olmağı mənim üçün asanlaşdır və məni gözləyən çətinliklərin öhdəsin­dən gəlmək üçün mənə kömək et. İnsanlara düzgün yanaşma üsulu tapdıqda, hər bir şəxsə müvafiq tərzdə müraciət edə bildikdə və davranışı ilə ətrafdakılarını dediyi sözlərə qulaq asmağa cəlb edə bildikdə dəvətçinin vəzifəsi asanlaşır.

                   

(20.27) “Dilimdəki düyünü aç ki”,
(20.28) “onlar mənim nitqimi başa düşə bilsinlər”.
     
Bir çox şərhçilərin rəyinə görə, Musa (ə) danışığı zamanı çətinlik çəkirdi və həmsöhbətləri onun (ə) nitqini, demək olar ki, başa düşmürdülər. Fövqəluca onun (ə) dilindən belə buyurdu: “Qardaşım Harun məndən daha yaxşı danışır...” (28/34). Musa (ə) Rəbbindən xahiş edir ki, onu, dilini bağlayan buxovdan xilas etsin ki, onun (ə) nitqi, müraciətləri və izahatları insanlara müm­kün qədər çox fayda versin. 

                      

(20.29) “Mənə öz ailəmdən bir köməkçi təyin et -
(20.30) “qardaşım Harunu”.

Mənə köməkçi təyin et ki, məni əvəz edə bilsin və mənə səma vəhyini insanlara çatdırmaqda yardım göstərsin. Musa (ə) istəyirdi ki, onun (ə) köməkçisi öz ailə üzvlərindən olsun. Bu onun (ə) xeyirxahlığının dəlili idi, çünki insanın qohumları onun xeyirxah münasibətinə hamıdan daha çox layiq olurlar.

               

(20.31) “Onun sayəsində mənim gücümü artır
(20.32) “və onu mənimlə vəzifəmi yerinə yetirməkdə şərik et ki”,

Ona da peyğəmbərlik vəzifəsi ver və onu da mənimlə ya­naşı Öz peyğəmbərin və elçin et. Fövqəluca buyurdu: “...Biz sə­nin qolunu qardaşının vasitəslə bərkidəcəyik və sizə dəlil əta edəcəyik...” (Qəsəs, 28/35).

                    ﯽ ﯾ  ﯿ       

(20.33) “biz Səni çoxluca tərifləyək”
(20.34) “və Səni tez-tez yada salaq”.

Peyğəmbər (ə) başa düşmüşdü ki, ibadətin və dinin əsasını Allahı xatırlama təşkil edir və buna görə də o (ə), Rəbbindən xa­hiş edir ki, qardaşını da Allahın elçisi etsin. O (ə) həm də başa düşmüşdü ki, onlar ikilikdə bir-birilərinə kömək göstərərək, yaxşılıq edə bilər və Allahdan daha möhkəm qorxarlar ki, bunun sayəsində də onlar Ona tez-tez həmd etməklə və digər ibadət ayinlərinin köməyi ilə yaxınlaşa bilərlər.
            

(20.35) “Şübhəsiz ki, Sən bizi görürsən”.

Sən bizim vəziyyətimizi bilirsən və onu da bilirsən ki, biz nə qədər zəif və köməksizik. Biz Sənin köməyinə möhtacıq və Sənə bu barədə, bizim özümüzün bildiyimizdən də yaxşı məlum­dur. Dualarımıza cavab ver və bizə istədiklərimizi əta et.

            

(20.36) “O buyurdu: “Ey Musa! Sən xahiş etdiklərini artıq almışsan”.

Sən nə istəmişsənsə, hamısını alacaqsan. Biz sənin köksünü açıb, vəzifəni asanlaşdıracağıq. Biz sənin dilindəki buxovu götü­rə­cəyik ki, insanlar sənin nitqini aydın başa düşə bilsinlər və sənə köməkçi olaraq qardaşın Harunu əta edəcəyik. Fövqəluca həm də belə buyurur: “...Biz sənin qolunu qardaşının vasitəslə bərkidə­cəyik və sizə dəlil əta edəcəyik. Onlar sizə zərər vura bilməyə­cəklər. Bizim ayələrimiz sayəsində siz və sizin ardınızca gedən­lər qalib olacaqsınız” (Qəsəs, 28/35).

Musanın (ə) Rəbbinə yönəltdiyi duası onun (ə) Allahı nə dərəcədə yaxşı dərk etməyi bacardığını təsdiq edir. Dua həmçinin onun (ə) qəlbinin gözəlliyinə, onun dünyəvi həyat haqqında təsəv­vürlərinin və səmimiyyətinin mükəmməlliyinə dəlalət edir. İnsan­ları Allaha doğru çağıran dəvətçi, xüsusilə də, əgər o, inad­kar, təkəbbürlü və zülmkar bir xalqın arasında təbliğat aparırsa, böyük qəlbə və hüdudsuz səbrə malik olmalıdır. O, səbirlə hər cür haqsız incidilmələrə və təhqirlərə dözməli və bəlağətli nitq qabiliyyətinə malik olmalıdır ki, öz fikirlərini aydın izah edə bilsin. Bundan başqa, belə şəraitdə gözəl danışıq qabiliyyəti də­vət­çinin ən mühüm məziyyətlərindən biri olur, çünki o, çoxsaylı suallara cavab verməli və çaşdırıcı sualların tələsinin üstündən məharətlə keçməlidir. Bununla yanaşı o, həqiqəti ən gözəl tərzdə təqdim etməlidir ki, insanları onu qəbul etməyə yönəltsin və yalanı ustalıqla ifşa etməlidir ki, insanlar ona meyil etmədən ondan qaça bilsinlər.
Deyilənlərlə yanaşı dəvətçi bilməlidir ki, o, insanlara düz­gün yanaşma yolunu taparsa, onda öz vəzifəsini olduqca asan­laşdıra bilər. Onun insanlara yönəltdiyi dəvət – müdrik, nəsihət­ləri isə xeyirxah olmalıdır. Mübahisəyə girməyə ehtiyac yaran­dıqda, o onu ən gözəl tərzdə aparmalıdır. Bütün bunlar onu göstərir ki, dəvətçi hər bir adama fərdi qaydada yanaşmalıdır. Dəvətçinin səsinə qulaq asılması üçün onu köməkçiləri və tərəfdarları əhatə etməlidirlər. Məhz buna görə Musa (ə) Allaha həmin xahişləri ilə müraciət edir və istədiklərini bütövlüklə alır.
Allahın peyğəmbərlərinin və elçilərinin məziyyətləri üzə­rin­­də düşünüldükdə aydın olur ki, onların hər biri bu keyfiyyət­lərə müəyyən dərəcədə malik olublar. Elçilərin sonuncusu və ən yaxşısı – Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, insani məziyyətlərin ən kamilləri ona (s.ə.s.) məxsus idi. O (s.ə.s.) alicənab insan idi, öz vəzifəsinin öhdəsindən asanlıqla gəlirdi, gözəl nitq sahibi idi, fikirlərini aydın izah edirdi və o qədər səhabəsi və davamçısı var idi ki, bu baxımdan özündən əvvəlkilərin hamısını ötüb keçmişdi.
Əvvəlki ayələrdə Rəbb qulu və elçisi İmran oğlu Musaya (ə) göstərdiyi mərhəmətini ona (ə) xatırladır. Allah ona (ə) din, Vəhy və peyğəmbərlik əta etmiş, həm də onun (ə) dualarını qəbul etmişdi. Sonra Fövqəluca Allah körpə çağında ona (ə) bəslədiyi lütfkarlığını onun (ə) yadına salır.

                                                                      ﭦﭧ                  

(20.37) “Biz əvvəllər də sənə mərhəmət göstərmişdik”, 
(20.38) ”anana vəhy nazil edəndə:”
(20.39) “Onu sandığa qoy və çay aşağı burax. Çay onu sahilə çıxardacaq. Onu Mənim düşmənim və onun düşməni götürəcək” – deyə buyurduq. Mən sənə məhəbbətimi bəxş etdim və səni Mənim gözlərimin qarşısında böyütdülər”.

Sən körpə ikən Biz anana təlqin etdik ki, səni sandığa qoy­sun. O, sənin həyatın üçün qorxu keçirirdi, çünki Firon İsrail oğullarından olan bütün oğlan uşaqlarını öldürməyi əmr etmişdi. Anan səni misirlilərdən gizlətmişdi. O bərk qorxmuşdu və səni sandığa qoyub Nil çayına atdı. Biz çaya əmr etdik ki, səni sahilə atsın və elə etdik ki, səbət Mənim və sənin ən zalım düşmənlə­rimizin əlinə keçsin. Sən Fironun övladları ilə birlikdə tərbiyə alırdın və sənə baxan hər kəsə sevinc bəxş edirdin. Bu ona görə belə idi ki, Biz səni Öz məhəbbətimizin altına almışdıq. Biz səni sevdik və insanlar da sənə məhəbbətlə yanaşırdılar. Səni Mənim nəzarətim altında boya-başa çatdırdılar və hər cür şərdən qoru­dular. Kimin qayğısı və himayəsi, Öz quluna zəruri olan hər şeyi bəxş etmək və onu hər hansı xoşagəlməzliklərdən müdafiə etmək səlahiyyətinə malik Olan Xeyirxah və Mərhəmətli Allahın qayğısı və himayəsindən daha yaxşı ola bilər?!
Fövqəluca Allah Musa (ə) ilə nə baş verdiyini daima müşa­hidə edirdi. O (ə) öz düşməninin əlində olduğu zaman, anası bərk həyəcan keçirməyə və narahat olmağa başlamışdı. O heç nə barədə düşünmürdü və Allah ona ən çətin anda kömək göstərmə­səydi, o hökmən adamlara deyəcəkdi ki, Fironun ailəsinin tapdığı – onun körpəsidir. Bütün bunlar ona dəlalət edir ki, Onun gələcək peyğəmbər haqqında qayğısı nə dərəcədə mükəmməl idi. Allah körpəyə özgə qadınların döşünü əmməyi qadağan etmişdi ki, onun anasını tapıb gətirsinlər və bu yazıq qadına təsəlli olsun və o, rahatlıq tapa bilsin. Fironun ailə üzvləri dayə axtarışında uğur­suzluğa uğradılar və bu zaman Musanın (ə) bacısı onların yanına gəldi və onlara körpəyə lazımınca baxa biləcək bir qadını təklif etdi. Fövqəluca buyurur:

                 ﭸﭹ                       ﭿ    ﮁﮂ                ﮉﮊ                       

(20.40) “Bacın gəlib dedi: “Onun qayğısını çəkə bilən bir nəfəri sizə göstərimmi?” Biz səni anana qaytardıq ki, üzü gülsün və kədərlənməsin. Sən adam öldürdün və Biz səni xilas etdik və ağır sınağa çəkdik, ey Musa! Sən Mədyən sakinləri arasında uzun illər keçirdin, indi isə vaxtında qayıtmışsan”. 

    Bir dəfə Musa (ə) günün istirahət vaxtında şəhərə daxil oldu və dalaşan iki kişini gördü. Onlardan biri Musanın (ə) tay­fasından, digəri isə koptlardan[5] idi. Fövqəluca bu barədə belə buyurur: “Sakinləri sayıq olmadıqları zaman şəhərə girdikdə, o bir-biri ilə dalaşan iki kişiyə rast gəldi. Onlardan biri onun tərəfdarı idi, digəri isə onun düşmənləri arasından idi. Onun tərəfdarı ondan onun düşmənlərindən olan adama qarşı kömək istədi. Musa da onu yumruğu ilə vurub öldürdü” (Qəsəs, 28/15). O (ə), elə o andaca törətdiyi əmələ görə tövbə etdi və Allahdan bağışlanması üçün dua etməyə başladı və Rəbbi onu (ə) bağışladı. Sonra Musa (ə) öyrəndikdə ki, Misir əyanları onu (ə) edam et­məyi qərara alıblar, şəhərdən qaçdı. Allah onu (ə) möhnətdən və edamdan xilas etdi, sonra isə ağır sınağa məruz qoydu. Musa (ə) seçdiyi yolla qətiyyətlə gedərək, müəyyən yüksəkliklərə nail oldu. Firondan və onun ətrafındakılardan qaçaraq, o (ə), Mədyən­də yaşamağa başladı, orada evləndi və səkkiz və ya on il ömür sürdü. Sonra o (ə) Misirə qayıtdı və onun (ə) bu qayıdışı təsadüfü deyildi. Fövqəluca onun (ə) geri dönməsini öncədən təqdir etmiş və ona (ə) lütfkarlığını göstərmişdi. Allahın Öz seçdiyi, Allahın Özü ilə danışmaq şərəfinə nail olmuş, sevimlisinə göstərdiyi qayğısı belə kamil idi. 
        

(20.41) “Mən səni Özüm üçün seçmişəm”.

Ey Musa! Sən ən böyük nemətlərə layiq edildin və gözəl tərbiyə aldın, çünki sən Allahın sevimlisi olacaqdın və Onun tərəfindən seçiləcəkdin. Bunun sayəsində sən digər məxluqları ötüb keçdin və elə ucalıqları fəth etdin ki, onların yüksəkliyinə qalxmağı ancaq çox nadir insanlar bacara bildilər.
Əgər insan öz seçdiyi sevimlisinə səmimi hisslər bəsləyirsə, onda o, var gücü ilə ona kamilləşməsi üçün kömək göstərir və bundan ötrü mümkün olan hər şeyi edir. Fövqəlqüdrətli və Sonsuz Səxavət Sahibi Allahın insanlar arasından Özü üçün seçdiyi sevimlisindən ötrü nələr edəcəyini təsəvvür etmək müm­kün­­dürmü?!



                    

(20.42) “Qardaşınla birlikdə Mənim möcüzələrimlə gedin və Məni xatırlamağa etinasızlıq göstərməyin!”

Fövqəluca Rəbb Musaya (ə) əta etdiyi dünyəvi və ruhani nemətləri xatırlatdıqdan sonra ona (ə) və qardaşı Haruna (ə) əmr edir ki, haqqın gözəlliyinə dəlalət edən, yalanı isə ifşa edən möcü­zələri insanlara nümayiş etdirsinlər. Onlara buyurulmuşdu ki, Firona və Misir əyanlarına əsa və əl ilə bağlı və digər möcüzələri – cəmi doqquz möcüzəni göstərsinlər. Bunlarla yanaşı onlara əmr edilmişdi ki, fasilə vermədən Allahı zikr etsinlər və Rəbbi tez-tez xatırlayacaqları və tərifləyəcəkləri haqqında vədi yerinə yetirsin­lər. Həqiqətən, Allahı xatırlamaq insanlara işlərini yoluna qoyma­ğa və məqsədlərinə nail olmağı asanlaşdırmağa kömək edir.

                        

(20.43) “Fironun yanına ikilikdə gedin, çünki o, yol veri­lən həddi artıq keçmişdir”.

O, küfrə etiqad etməklə, zalımlıq törətməklə və insanlara əzab verməklə həddini aşmışdır.

                              

(20.44) “Onunla yumşaq danışın, ola bilsin ki, o, nəsihətə qulaq assın və ya qorxuya düşsün”.

Nitqiniz sadə, xeyirxah olmalı və sizin gözəl əxlaqınıza dəlalət etməlidir. Sizə özünüzü kobud aparmaq və dikbaşlıqla, lovğalıqla danışmaq yaraşmaz. Ola bilsin ki, məhz sizin xeyirxah­lı­ğınız sayəsində o, nəyin ona xeyir verəcəyini, nəyin isə ona zərər vuracağını başa düşsün. Bax onda o, xeyirxahlıq etməyə başlayar və günahlardan çəkinərdi. Buna ancaq xeyirli nəsihətlər verməklə nail olmaq mümkündür, çünki onlar insanı moizələrə qulaq asmağa təkan verir, halbuki adamlarla kobud münasibət onları uzaqlaşdırır.
Fövqəluca, xeyirxah sözlər adı altında məhz nəyin nəzərdə tutulduğunu izah edərək, belə buyurur: “Fironun yanına get, çünki o, həddini aşmışdır və de: “Günahlarından təmizlənmək istəmirsənmi? Mən sənə Rəbbinə doğru yolu göstərərəm və sən müttəqi olarsan” (Naziat, 79/17-19). Bu sözlər doğrudan da xeyir­xahlıqla doludur və kin-küdurət doğurmur və bu azacıq da olsa onların mənası üzərində düşünən hər kəsə aydındır. O sözlər, adətən, adamların bir-biri ilə məsləhətləşdikləri zaman olduğu kimi, sualla başlayır və belə yanaşma, bir qayda olaraq, kinliliyin yaranmasına səbəb olmur. Musaya (ə) həmçinin əmr olunmuşdu ki, Fironu murdar hərəkətlərdən təmizlənməyə dəvət etsin ki, bunun da əsas mənbəyi müşriklik[6] idi və bu çağırış da istənilən ağıllı adamda nifrət oyatmaq mahiyyətinə qabil deyildi. Allah ona (ə) əmr etməmişdi ki, Fironu günahlardan təmizləsin. Əksinə, Misir hökmdarına təklif olunmuşdu ki, günahlardan özü təmiz­lənsin. Sonra isə saleh peyğəmbər (ə) onu Rəbbin yoluna dəvət etməliydi. O (Pak və Müqəddəs Olan) onu çoxsaylı gözlə görünən və müşahidə edilməyən nemətlərlə təmin etmişdi və bunların hər biri insanın öz Rəbbinə şükür etməsini zəruriləşdirir. Lakin Firon, hər bir insanın qəlbinə təsir göstərə biləcək bu xeyirxah nəsihət­lərə qulaq asmaqdan boyun qaçırdı. Onda Musaya (ə) aydın oldu ki, nəsihətlər Firona heç bir fayda verməyəcək və belə olduqda, Fövqəluca Allah onu əzablı cəzaya məhkum etdi.
                              

(20.45) “Onlar dedilər: “Ey Rəbbimiz! Biz qorxuruq ki, o, bizi cəzalandırmağa tələssin və ya həddi aşsın”.

Biz Sənin hökmünü ona çatdırana və doğruçuluğumuzu sübuta yetirənə qədər, o, bizi tutdurub öldürdə bilər. O, çox böyük hakimiyyətə, çarlığa, qoşunlara və xidmətçilərə malikdir və haqdan dönə bilər.

       ﯟﯠ          

(20.46) “Buyurdu: “Qorxmayın, çünki Mən – sizinləyəm.  Mən eşidirəm və görürəm”.

Firon sizə zərər toxundurmayacaq, çünki Mən daima sizin qayğınızı çəkirəm. Mən sizin dualarınızı eşidir və vəziyyətinizi görürəm və buna görə də siz narahat olmaya bilərsiniz. Rəbbin bu sözləri onları qorxmaqdan xilas etdi və Onun vədinin doğruluğuna onların ürəyində inam yarandı.

                           ﯰﯱ             ﯶﯷ              

(20.47) “İkilikdə onun yanına gedib deyin: “Biz – sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə birlikdə burax və onlara əzab vermə. Biz sənin yanına Rəbbimizin möcüzələri ilə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!”

Onu Allaha itaət etməyə çağırın və əmr edin ki, İsrail oğullarını əzab-əziyyətdən azad etsin. O, uzun müddət bu şanlı xalqı köləlikdə saxlamışdır və artıq onları azad etmək vaxtı gəlib çatmışdır və onlara imkan verilməlidir ki, öz talelərinə müstəqil sərəncam çəkə bilsinlər və Musa peyğəmbərin (ə) rəhbərliyi altın­da Allahın qanunları üzrə yaşasınlar. Ona bəyan edin ki, doğru yolla gedən və Allahın aydın qanunlarını rəhbər tutan hər bir kəs həm bu dünyada, həm də ölümündən sonra böyük uğur əldə edəcəkdir. Bununla yanaşı isə ona sizin doğruçuluğunuzu təsdiq edən möcüzələrimizi göstərin. Fövqəluca sonra belə buyurur: “O, əsası­nı atdı və əsa açıq-aşkar bir ilana çevrildi. O, əlini qoltu­ğun­dan çıxartdıqda, o, ona baxanlar üçün ağappaq oldu” (Şuəra, 26/32-33). 
ﯾﯿﰀﰁ ﰂ ﰃ ﰄﰅﰆ ﰇ ﰈ

(20.48) “Biz vəhy almışıq ki, yalan sayıb, üz döndərən hər kəs əzaba düçar ediləcək”.

Bu bilik bizim uydurmalarımız deyil, Allahdan nazil olan vəhydir. Əgər insan Allahın və Onun elçilərinin (Allahın onlara salamı olsun!) sözlərini inkar edir və onlara itaət etməkdən yayınırsa, onda onu əzabverici bir cəza gözləyir. Fövqəluca belə sözlərlə Fironu haqqa iman gətirməyə və ona müti olmağa çağırır və onu kafirliyə və itaətsizliyə görə xəbərdar edirdi. Lakin moizə və nəsihətlər Firona fayda vermədi və o, öz Rəbbini inkar etməyi üstün tutdu, inkarçılıqla qane oldu və haqqı inadkarlıqla və zalımcasına höcətləşməyə başladı.

                                   

(20.49) “Dedi: “Rəbbiniz kimdir, ey Musa?”
(20.50) “Cavab verdi ki: “Rəbbimiz – hər şeyə Surət Verən, sonra isə hamıya Doğru Yol Göstərəndir”.

Fironun sualı imansızlıqla dolu, Musanın (ə) cavabı isə aydın və inandırıcı idi. O (ə) deyir ki, bütün varlıqları Yaradan və Öz məxluqlarına müvafiq surətlər Verəndir. Bu məxluqların arasında böyük, kiçik və orta ölçülərdə olan yaradılmışlar vardır və onların hamısı ən müxtəlif keyfiyyətlərə malikdirlər. Allah onların bu dünyaya gəlməsinin məqsədinə uyğun olaraq yol göstərir ki, bu mükəmməl rəhbərliyin dəlillərini hər bir məxluqun özündə müşahidə etmək olar. Hər bir məxluq yaradılış məqsədi olan nemətə doğru can atır və başına gələ biləcək şərdən uzaq qaçır. Hətta Allahın bu məqsədə nail olmaq üçün kifayət qədər ağıl verdiyi  heyvanlar da belə davranırlar.
Bu ayə aşağıdakı vəhyə bənzəyir: “Yaratdıqlarının hamısı­nı mükəmməl xəlq etmişdir...”(Səcdə, 32/7). O (Pak və Müqəd­dəs Olan), bütün varlıqları yaratmış və Öz məxluqlarına surət vermişdir. Onlar o dərəcədə əladır ki, insan təfəkkürü onlardan daha kamilini yaratmaq imkanına malik deyil. O (Pak və Müqəd­dəs Olan), Öz məxluqlarına onlara fayda verə bilən şeyləri öyrət­mişdir. Bu isə o deməkdir ki, təkcə O (Pak və Müqəddəs Olan) Həqiqi Rəbdir və Onu inkar etmək - ən aydın olan bir şeyi inkar etməkdir. İnsan buna yol verdikdə ən böyük yalanı təntənə ilə elan etmiş olur və əgər aləmlərin Rəbbini inkar etmək, aydın həqiqəti inkar etməklə müqayisə edilərsə, onda birinci ikincidən olduqca dəhşətlidir.
Firon Musanın (ə) təkzibolunmaz dəlilinə etiraz edə bilmə­di və mövzudan yayınmaq və müsahibəni səs-küylü mübahisəyə çevirmək qərarına gəldi.
               

(20.51) “Dedi: “Bəs ilk nəsllər necə olacaq?”
Onların vəziyyəti necə olmuşdur? Hansı tale onlara nəsib olmuşdur? Sən, Allahın varlığını inkar edən, zalımlıq göstərən, inadla öz baxışlarını qoruyan və bu gün də bizim üçün nümunə olan bizdən əvvəlkilər haqqında nə deyə bilərsən?

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ

(20.52) “Cavab verdi ki: “Bu barədə bilik – Rəbbimin dər­ga­hındakı Kitabındadır. Rəbbim yanılmır və unutmur”.

Allah onların şər və xeyirxah əməllərini hesablayaraq, hər birini Lövhi-Məhfuza[7] yazmışdır. O (Pak və Müqəddəs Olan), Öz elmi ilə bütün varlıqları çulğalayır. O  (Pak və Müqəddəs Olan), qərar qəbul etdikdə yanlışlığa yol vermir və heç nəyi nəzərdən qaçırmır. Sizdən əvvəlkiləriniz isə özləri üçün hazırladıqlarını artıq almışlar. Onlar öz əməlləri ilə üz-üzə gəlmiş və indi əvəz alırlar. Ey Firon! Niyə sən onların taleyi haqqında soruşursan? Bunun nə mənası var? O insanlar artıq öz həyatlarını yaşamışlar. Onlar əməllərinə görə əvəz alacaqlar, siz isə öz əməllərinizə cavab verməli olacaqsınız. Mənim gətirdiyim dəlillər və göstərdi­yim möcüzələr doğrudur və təkzib olunmazdır. Əgər sən buna əmin oldunsa, onda haqqa dön, kafirlikdən və zalımlıqdan imtina et və öz uydurma baxışlarını müdafiə etməkdən əl çək. Əgər sən hələ də şübhə edirsənsə və mənim dəlillərim səni qane etməyibsə, onda haqqı tapmaqda və bəzi dəlilləri digər dəlillərlə təkzib et­məkdə sənə heç nə mane olmur. Lakin bil ki, sən heç vaxt məni yalançılıqda ifşa etməyə nail ola bilməzsən.
Musa (ə) öz dəlillərinin doğruluğuna əmin idisə, Firon on­la­rı necə təkzib edə bilərdi? Fövqəluca buyurur: “Onlar dəlilləri zalımcasına və təkəbbürlə təkzib etdilər, halbuki ürəklərində onlar dəlillərin doğruluğuna əmin idilər” (Nəml, 27/14). Musa peyğəmbər  (ə) isə belə dedi: “Sən artıq bilirsən ki, ancaq göylə­rin və yerin Rəbbi onları əyani möcüzələr kimi nazil etmişdir. Ey Firon! Mən güman edirəm ki, sən məhv olacaqsan” (İsra, 17/102). Musa (ə) başa düşmüşdü ki, Firon yalnız özünün təkəb­bürü və dikbaşlığı üzündən mübahisəni davam etdirirdi. Belə olduqda, o (ə) öz dəlillərini gücləndirməyi qərara alaraq, Allahın çoxsaylı nemətlərini xatırlatdı ki, insanların yer üzündə yaşayışı onlarsız mümkün deyil. O (ə) dedi:

                     ﭫﭬﭭﭮﭯﭰﭱ

(20.53) “O, yeri sizin üçün beşik etdi, üzərində yollar saldı və göydən su endirdi. Onun sayəsində Biz müxtəlif bitkilərdən qoşa-qoşa yetişdirdik”.

Allah yeri elə döşəmişdir ki, siz onun üstündə yaşaya, ev tikə, ağaclar əkə və əkinçiliklə məşğul ola biləsiniz. O, yeri sizə ram etdi və sizin hər hansı xeyirxah məqsədlərə nail olmağınıza onun maneçilik törətməsinə yol vermir. O (Pak və Müqəddəs Olan), sizin üçün yollar saldı ki, onların vasitəslə bir ölkədən başqasına gedə bilirsiniz. Yerin istənilən guşəsinə gedib çıxmaq sizin üçün çətinlik yaratmır, doğma şəhərdə qalmaqdansa, ticarət səfərlərinə çıxmaq isə sizə böyük fayda verir. O (Pak və Müqəddəs Olan), göydən yağış nazil edir və bunun sayəsində yer­də müxtəlif növlü və müxtəlif keyfiyyətlərə malik bitkilər bi­tir. Allah bunları öncədən təyin etmişdir və sizə bu bitkiləri yetiş­dirməkdə kömək göstərir ki, siz özünüz üçün yemək hazırlaya biləsiniz və mal-qaranız da özünə yem tapa bilsin. Əgər Allahın mərhəməti olmasaydı, insanlar və heyvanlar aclıqdan məhv olmuşdular.

  ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻﭼ

(20.54) “Həm özünüz yeyin, həm də mal-qaranızı yemlə­yin. Həqiqətən, bunda – ağıl sahibləri üçün möcüzələr vardır”.

Fövqəluca bu sözləri ilə insanlara bəslədiyi Mərhəmətini onlara xatırladır. Onlardan həmçinin aydın olur ki, zərər gətirən bitkilərdən başqa bütün bitkiləri yeməyə icazə verilir. Zərərli bitkilərə aid olanlar, məsələn, zəhərli bitkilərdir ki, onları yemək qadağandır. Bütün bunlar sağlam və düşüncəli insanlar üçün dəlildir və  bunlar Allahın Öz məxluqlarına bəslədiyi hüdudsuz xeyirxahlığının, hər şeyi əhatə edən mərhəmətinin və mükəmməl qayğısının təsdiqidir. O (Pak və Müqəddəs Olan) təklikdə Həmdəlayiq Hökmdar və Rəbb olan Allahdır. O təkbaşına Öz qullarını çoxsaylı bol səxavəti ilə  təmin edir və buna görə yalnız O (Pak və Müqəddəs Olan) ibadətə, həmdə və şan-şöhrətə layiq­dir. O (Pak və Müqəddəs Olan) bütün varlıqlar üzərində haki­miy­yət Sahibidir. O (Pak və Müqəddəs Olan) çətinlik çəkmədən ölü torpağı canlandırır və çətinlik çəkmədən də ölmüş insanları dirildəcəkdir. Lakin bunu dərk etmək təkcə ağıllı olanlara veril­mişdir. Belə insanlar öz Rəbbinin dəlilləri üzərində  düşünür və onlardan fayda əldə edirlər. Bütün qalan insanlara gəldikdə isə, onlar Allahın nemətləri üzərində fikirləşə bilməyən və onları mənası barədə düşünməyən mal-qaraya bənzərdirlər. Belə insan­ların nəsibi – heyvanların qismətidir, onlar yeyirlər, içirlər və eyni zamanda onların ürəkləri haqqa laqeyddir, bədənləri isə ondan üz çevirir. Fövqəluca buyurur: “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanlar onların yanından keçirərkən üzlərini çevirirlər” (Yusuf, 12/105).


       ﭿ             

(20.55) “Biz sizi ondan xəlq etdik, Biz sizi ona qaytaracaq və ondan bir daha çıxaracağıq”.

Allahın iradəsi ilə göydən nazil edilən yağışa cavab olaraq ən müxtəlif bitkilər yetişdirməsini yerin səxavətliliyi kimi xatırlat­dıqdan sonra, Fövqəluca Rəbb insanları da həmin torpaqdan yaratdığını bildirir. İnsanlar öləndə onlar bu torpağa qaytarılırlar ki, sonra oradan dirildilsinlər. Allah insanı yoxdan yaratmışdır və bu insanlara çox gözəl məlumdur. Qiyamət günü başlayanda isə, O (Pak və Müqəddəs Olan) insanları yerdən növbəti dəfə ona görə çıxardacaq ki, hər bir insan öz etdiyi əməllərinə görə əvəzinin alsın. Bütün bu deyilənlərdən belə çıxır ki, quru torpağın canlandırılması və insanın torpaqdan yaradılması kimi iki aydın məntiqi dəlil dirilmənin gerçəkliyinin lehinədir.

                     

(20.56) “Biz ona Özümüzün hər növ möcüzələrimizi göstər­dik, lakin o onları yalan sayıb, rədd etdi”.

Fövqəluca bildirir ki, Firon ən müxtəlif möcüzələrin və təkzib olunmaz dəlillərin şahidi oldu. Təbiət və insanlar onun gözünün qarşısında ən möcüzəli şəkildə dəyişikliyə uğrayırdılar, lakin bu ona doğru yola gəlməyə bir təkan vermədi. Əksinə, o, Allahın möcüzələrini yalan saydı və Allahın hökmlərindən və haramlarından üz döndərdi. Haqq ona yalan, yalan isə haqq kimi göründü və bu zaman o, öz “haqqını” müdafiə etməyi və insan­ları doğru yoldan çəkindirməyi qərara aldı.
                  

(20.57) “O dedi: “Ey Musa! Doğrudanmı sən bizim yanı­mıza gəlmişsən ki, bizi öz torpağımızdan sehrbazlıqla qova­san?”

O qərara almışdı ki, Musanın (ə) nümayiş etdirdiyi bütün möcüzələr sadəcə sehrbazlıqdır və Musa (ə) onun vasitəsi ilə misirliləri öz torpaqlarından qovub çıxarmağa, Misin hökmdarı olmağa və insanların düşüncəsinə təsir göstərməyə can atır.  Firon öz xalqına deyir ki, Musa bu məqsədləri güdür, çünki o bilir ki, insanın qəlbi həmişə doğma torpağa can atır və ondan ayrılmaq istəmir. Bu minvalla Firon xalqında Musanın (ə) moizə­lərinə qarşı nifrət oyatmağa və ona (ə) qarşı insanları mübarizəyə yönəltməyə  cəhd göstərirdi.  

                                       
(20.58) “Biz mütləq sənə eyni sehrbazlığı göstərəcəyik.  Uğurumuzun bərbər olacağı açıq bir yerdə görüşməyimiz üçün vaxt təyin et və bizdən heç kim onu pozmasın!”  

Gün təyin et və hər kimin yaxşı tanıdığı bir yer seç. Qoy o yer düzəngah və əlverişli yer olsun ki, hamı orada nə baş verdi­yini  öz gözləri ilə görüb əmin ola bilsinlər.

                             

(20.59) “Dedi: “Sizin üçün vaxt Zinət günü olacaqdır və qoy adamlar səhər yığışsınlar”.
Musa (ə) yarışı Zinət gününə təyin etdi, Həmin gün Misir­də bayram sayılır. O gün insanlar istirahət edir və çoxlu sərbəst vaxtları olurdu. O (ə) həmçinin günortaya qədər toplaşmağı təklif etdi. O (ə) belə hesab edirdi ki, məhz səhər bayrama ən çox adam gələ bilər və onlardan hər biri baş verən prosesləri çətinlik çək­mədən görə bilər. Bu məqsədə tam nail olmaq başqa vaxtda mümkün deyildi.
             

(20.60) “Beləliklə, Firon dönüb getdi və öz sehrbazlarını toplayıb, sonra gəldi”.

Firon əlindən gələn hər şeyi etmişdi ki, Musaya (ə) qalib gəlsin. O, öz ölkəsinin bütün şəhərlərinə qasidlərini göndərdi ki, ən mahir sehrbazları və cadugərləri yığıb gətirsinlər. O qədim zamanlarda cadugərlik geniş yayılmışdı və bir çoxları bu biliklərə yiyələnməyə can atırdı. Buna görə qasidlər çoxlu cadugər yığa bilmişdilər və onlar təyin olunmuş vaxtda gəldilər. Musa (ə) da ya­rışa gəlmişdi. Çox böyük bir insan kütləsi toplanmışdı ki, qəri­bə tamaşaya baxsınlar. Orada kişilər, qadınlar, zadəganlar və sa­də adamlar, yaşlılar və uşaqlar da var idi. Qasidlər adamları ya­rış yerinə çağırır və deyirdilər: “Adamlara deyirdilər: “Topla­nışa get­­mirsinizmi? Cadugərlər üstün gəlsələr, ola bilsin ki, biz onların ardınca getməli olduq” (Şüəra, 26/39-40). Beləliklə, Musa (ə) Misirin hər tərəfindən gəlmiş sehrbazlarla üzbəüz qalmış oldu. Belə olduqda, o (ə) qərara aldı ki, həqiqəti onlara çatdırmaq üçün onlara moizə ilə müraciət etsin.













                       ﯠﯡ          

(20.61) “Musa onlara dedi: “Vay halınıza! Allaha böhtan atmayın, yoxsa O, sizi işgəncələrə məruz qoyub məhv edər. Kim yalan danışsa, uğursuzluğa uğrayar”.

Siz etiqad etdiyiniz yalanı müdafiə etməyin. Sehrbazlığın doğru olduğunu və haqqa üstün gələcəyini sübut etməyə cəhd göstərməyin. Allaha böhtan atmayın, yoxsa O, sizə şiddətli cəza verər. Sizin səyləriniz və uydurmalarınız sizə heç bir fayda ver­məyəcəkdir və siz heç vaxt çox arzu etdiyiniz qələbəni qazana bilməyəcəksiniz. Siz Fironun ətrafında yer tuta və amansız cəza­dan da xilas ola bilməyəcəksiniz.

            

(20.62) “Onlar öz aralarında öz əməlləri barədə mübahi­sə­yə başladılar və bu danışıqlarını gizli saxladılar”.

Haqlı söz insanların qəlbinə həmişə təsir göstərir və buna görə də Musanın (ə) moizəsi sehrbazları öz aralarında nə etmək barədə mübahisə etməyə yönəltdi. Ola bilsin ki, onlar Musanın (ə) doğrudan da haqlı olması barədə də mübahisə etmişdilər. O anda onlar hələ nə edəcəklərini bilmirdilər. Lakin Allah istəyirdi ki, baş verməli olan baş verməsin. Allah istəyirdi ki, həlak olan, tam aydınlıq şəraitində həlak olmalıdır və yaşayan da tam aydınlıq şəraitində yaşamalıdır. Cadugərlər pıçıltı ilə danışırdılar və vahid bir rəyə gəldilər. Onlar qərara almışdılar ki, hamılıqla birlikdə üstünlük əldə etsinlər və bütün Misir xalqı onların dinini qəbul etsin. Sonra Fövqəluca Allah cadugərlərin bir-birinə nə dedikləri haqqında xəbər verir.

                                

(20.63) “Onlar dedilər: “Bu iki kişi – cadugərdir. Onlar is­təyirlər ki, cadugərliklə sizi ölkənizdən qovsunlar və ikilikdə sizi gözəl yolunuzu davam etdirsinlər”.

Onların sözləri Fironun dediyi sözlərə oxşayırdı. Ola da bilsin ki, onlar o sözləri qəsdsiz təkrarlamışdılar. Ola da bilsin ki, o özü onları onun bütün xalqın qarşısında söylədiyi nitqindəki sözlərə inandırmışdı. Bununla yanaşı sehrbazlar öz yollarını təri­flənən yol adlandırırdılar. Onlar qərara almışdılar ki, Musa (ə) onlara qibtə edir və ancaq onlara qalib gəlib şan-şöhrət qazanmaq istəyir. İş orasındadır ki, onlar məhz bu məqsədlə sehrbazlıqla məşğul olurdular ki, bu yandan, kimsə birdən çıxıb, hakimiyyəti onların əlindən almaq, qazancdan və uzun zaman ərzində əldə etdikləri hər şeydən onları məhrum etmək istəyir. Onlar bunu bir-birilərinə izah etdilər və bir-birilərini nəyin bahasına olursa olsun qələbə çalmağa ruhlandırırdılar. Onlar dedilər:

           ﯿﰀ           

(20.64) “Bütün fitnə-fəsadlarınızı birləşdirin sıraya düzü­lün. Bu gün qələbə çalan uğur qazanacaqdır”.

Biz birləşib bir-birimizə kömək etməliyik ki, Musaya qalib gələk. Biz vahid cərgədə çıxış etməliyik ki, bizim sehrlərimiz da­ha da güclü olsun, adamların ürəkləri isə bizim qarşımızda qorxu ilə dolsun. Belə olduqda hər birimiz nəyə qadir olduğumuzu gös­tərə bilərik. Bilin ki, uğur o kəsə qismət olacaq ki, o bu gün qələbə çalsın. Bizim gələcəyimiz bugünkü gündən asılıdır.
Bütün mümkün bacarıqları ilə haqqa müqavimət göstərmə­yi qərara alan insanlar gör nə qədər inadcıl və yaramaz idilər. Onlar böyük bir kələk düşünmüşdülər, lakin Allah istəmişdi ki, Öz dininin nurunu qorusun və yalanla mübarizədə haqqı müda­fiə etsin. Sehrbaz-cadugərlər öz səylərini birləşdirdilər  və son qərar qəbul etdilər. Təkcə yarışı başlamaq qalırdı.

                           

(20.65) “Onlar dedilər: “Ey Musa!  Sən birinci atırsan, ya biz birinci ataq?”

Onlar Musaya (ə) seçmək hüququ verdilər, çünki istənilən halda üstünlük qazanacaqlarına əmin idilər.

        ﭟﭠ                                

(20.66) “O dedi: “Yox, siz atın!” Bu anda ona elə gəldi  ki, onların kəndirləri və əsaları sehrdən hərəkətə gəldilər”.
(20.67) “Onda Musa qəlbində bir qorxu hissi keçirtdi”.

Sehrlər o qədər güclü oldu ki, Musa (ə) qorxdu. Belə qorxu hər adama xas olan şeydir və heç də o demək deyildi ki, saleh peyğəmbər (ə) öz Rəbbinin vədinin doğruluğuna şübhə edirdi.

                     

(20.68) “Biz dedik: “Qorxma! Sən üstün gələcəksən”. 

Allah Öz peyğəmbərinə (ə) kömək etdi və ona təlqin etdi ki, o (ə) sehrbazlara qalib gələcəkdir və onlar ona (ə) itaət edə­cəklər.

              ﭾﭿ           ﮃﮄ                 
(20.69) “Əlində tutduğunu at və o onların törətdiklərinin hamısını udacaq. Həqiqətən də, onların etdikləri – cadugərin fitnəsi idi, cadugər isə, hara getsə də, uğur qazana bilməz”.

Sehrbaz ovsunları və məşum fitnələr heç vaxt onlara fayda verməz, çünki onlar insanları aldadırlar, həqiqəti yalan pərdəsi altında gizlədir və yalanı haqq kimi göstərirlər. Musa (ə) öz əsasını atan kimi, o, sehrbazların bütün quraşdırdıqlarını uddu. Bu, hadisələri müşahidə edən çox böyük bir insan kütləsinin gözü qarşısında baş verdi. Sehrbazlar o saat anladılar ki, Musanın (ə) möcüzəsi sehr deyil, Allahın Möcüzəsidir və buna görə onlar tələsə-tələsə haqq dini qəbul etdilər.

                        

(20.70) “Sehrbazlar səcdəyə qapılaraq dedilər: “Biz Haru­nun və Musanın Rəbbinə iman gətirdik!”

 Haqq üstün gəldi və insanları öz ziyası ilə nurlandırdı, sehrbazlıq və yalançıların hiylələri isə insanlardan ibarət böyük bir izdihamın gözü qarşısında məğlubiyyətə uğradı. Bu möcüzə möminlər üçün mərhəmət və inadkarlıq göstərən kafirlərə qarşı bir sübut oldu. O vaxt Firon sehrbazlara müraciət etdi:

                ﮚﮛ          ﮠﮡ                                

(20.71) “Dedi: “Doğrudanmı siz mənim icazəm olmadan ona inandınız? Həqiqətən, o – sizə sehri öyrədən böyüyünüz­dür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirərəm və xurma payalarına keçirtdirərəm. Bax onda bilərsiniz ki, kimin cəzası daha ciddi və uzunmüddətlidir”.

Siz mənim icazəm olmadan və mənim iradəmə qarşı necə cürət edib iman gətirdiniz? Firon, əvvəllər təkcə ona tabe olan və onun hər əmrinə itaət edən bu insanların belə hərəkətinə təəccüb etmişdi. O özü də möcüzələrin ən əzəmətlisi olan bu möcüzənin şahidi idi, lakin bu onu daha çox kafirliyə və zalımlığa sövq etdi. O qərara aldı ki, növbəti dəfə də xalqını aldatsın və insanları inandırsın ki, Musanın (ə) qələbəsi hələ onun haqlı olmasına sü­but deyil. O bəyan etdi ki, Musa sehrbazların başçısıdır və onların hamısı ilə əlaqəyə girmişdir ki, Fironu və misirliləri öz doğma torpaqlarından qovub çıxarsın. İnsanlar onun dəlilləri ilə razılaş­dılar və sözlərinə inandılar, Fövqəluca Allah isə belə buyurdu: “O öz xalqını aldatdı (və ya xalqını yelbeyin hesab etdi), onlar da ona tabe oldular. Həqiqətən də, onlar günahkar insanlar idilər” (Zuxruf, 53/54). Misirlilər Fironla razılaşdılar, halbuki onun söz­ləri hətta bir qətrə ağlı olana və baş verənlərin mahiyyətini bilənlərə inandırıcı görünə bilməzdi. Musa (ə) Mədyəndən tək qa­yıtmışdı və qayıtdıqdan sonra cadugərlər və sehrbazlarla görüş­məmişdi. O (ə) gələn kimi Fironun yanına getmişdi ki, onu və Misir xalqını Allaha iman gətirməyə dəvət etsin və onlara qeyri-adi möcüzələr göstərsin. Firon Musa (ə) ilə yarışmağı özü qərara almışdı və ən məharətli cadugərləri ölkəsinin bütün künc-buca­ğından yığdırmışdı. Onlar onun hüzuruna toplaşanda Firon onla­ra qələbə çaldıqları təqdirdə böyük mükafat və yüksək vəzifə verəcəyini vəd etmişdi. Onlar da əllərindən gələni etdilər və ən mümkün üsullardan yararlandılar ki, Musaya (ə) üstün gəlsinlər, lakin son nəticədə onlar ona (ə) iman gətirdilər. Məgər zənn et­mək olardımı ki, Musa (ə) cadugərlərlə sövdələşmiş və misirliləri Misirdən qovmaq niyyətində imiş? Həqiqətən də, bu güman tamamilə cəfəngiyat idi. Amma Firon bunu artıq demişdi və sehr­bazların sağ əllərini biləngdən, sol ayaqlarını topuqdan kəsəcə­yinə və onları rüsvaycasına xurma payalarına keçirdəcəyinə söz vermişdi. Yer üzündə fəsad yaymaq üçün döyüşən adamlarla məhz belə rəftar edirdilər. Firon özü və onun adamları belə hesab edirdilər ki, onların cəzasının əzabı Allahın alacağı intiqamdan da ağırdır və onlar mühakimə yürütməyi bacarmayan xalqı hamıdan daha çox aldada və qorxuda bilərlər. Lakin Allah sehrbazlara ağıl vermişdi və onlar onun sayəsində haqqı dərk etməyi bacardılar.

                     ﯛﯜ        ﯠﯡ                

(20.72) “Onlar dedilər: “Bizə açıq-aşkar görünən aydın möcüzələr qarşısında və Yaradanımız qarşısında biz sənə üstünlük vermərik. Ver öz hökmünü! Həqiqətən, sən ancaq bu dünyada hökm verirsən”.

 Bu möcüzələr ona dəlalət edir ki, təkcə Allah – Vahid Rəbb olan Allahdır, həmd olunmağa və pərəstiş edilməyə layiqdir. Bütün qalanlara ibadət naqis və faydasızdır və buna görə də biz öz Xaliqimiz və Yaradanımız qarşısında üstünlüyü sənə vermə­rik. Bu ola bilməz, buna görə də ver öz hökmünü. Əllərimizi və ayaqlarımızı kəs, bizi xurma ağaclarına keçirt və bizə ən ağır işgəncələr ver – sən bizə ancaq bu dünyada qalib gələ bilərsən. Sənin işgəncələrinə son qoyulacaq və onlara bizə zərər vurmaya­caq, amma Allah kafirləri böyük və sonsuz əzablara məruz qoyur.
Sehrbazlar bu sözləri ilə, Fironun: “onlar biləcəklər kimin cəzası daha ağrılı və uzunmüddətlidir” ifadəsinə cavab verdilər. Onların sözlərindən aydın olur ki, hər bir ağıllı insan bu dünya­nın cazibədarlıqlarını Axirət həyatının cazibədarlıqları ilə, bu dünya­dakı əzabları isə ölümdən sonrakı cəza ilə müqayisə etmə­lidir.

                               ﯲﯳ         

(20.73) “Biz həqiqətən Rəbbimizə iman gətirdik ki, O bizim günahlarımızı və sənin bizə zorla etdirdiyin sehri bizə bağışlasın. Allah daha xeyirli və əbədidir”.

Biz ümid edirik ki, Allah bizim küfrümüzü və günahları­mızı bağışlayar, çünki iman günahları yuyur, tövbə isə əvvəllər törədilmiş günahları təmizləyir. Biz həm də ümid edirik ki, sənin bizi haqqı inkar etmək məqsədi ilə məcbur etdiyin cadugərliyimiz bağışlanacaq. Buradan belə çıxır ki, Firon sehrbazları yarışda iştirak etməyə məcbur edibmiş.
Biz əvvəlcə xatırlatmışdıq ki, Musa (ə) yarışdan qabaq sehr­bazlara moizə ilə müraciət edərək belə demişdi: “...Vay halınıza! Allaha böhtan atmayın, yoxsa O, sizi işgəncələrə məruz qoyub məhv edər!...” (Taha, 20/61). Aydındır ki, bu sözlər sehr­bazlara güclü təsir bağışlamışdı və onlar öz aralarında mübahisə etməyə başlamışdılar. O vaxt Firon onları yarışmağa məcbur etmiş və onlara, qalib gələcəkləri təqdirdə, böyük mükafatlar verəcəyini vəd etmişdi. Bax elə buna görə də onlar onun sözlərini təkrar edib deyirdilər: “Bu iki kişi – sehrbazdırlar. Onlar sehrlə sizi ölkə­nizdən qovub çıxarmaq istəyirlər və ikilikdə sizin daha üstün yolunuzla getmək istəyirlər” (Taha, 20/63). Onlar Firona tabe olmağa və onun hökmünü yerinə yetirməyə məcbur idilər. Haqqa müqavimət göstərməyə və yalanı müdafiə etməyə Firon tərəfin­dən güclə məcbur edilmələrinə görə onların ürəklərində nifrət qalmışdı. Ola bilsin ki, məhz buna görə, Allah onlara rəhm edə­rək, onların iman gətirmələrinə kömək etdi və onları səmimiy­yətlə tövbə etməyə ruhlandırdı. Onlar başa düşdülər ki, Allahın mərhəməti Fironun vəd etdiyi mükafatlardan daha yaxşıdır və Allahın nemətləri, bu zülmkarın təhdidləri baxımından, daha da­vamlıdır. Musa peyğəmbərin (ə), Fironun və sehrbazların heka­yət­­lərinin təsvir olunduğu Quran ayələrinin hamısına müraciət etsək aydın olar ki, onlarda ancaq Fironun təhdidlərindən bəhs edilir, lakin onun edam etdiyi və çarmıxa çəkdiyi sehrbazlar haq­qında bir söz deyilmir. Muhəmməd Peyğəmbərin (s.ə.s.) heç bir səhih hədisində də həmçinin bu insanların sonrakı taleyi barədə hər hansı bir xəbər verilmir. Buna görə biz inandırıcı sübutlara malik olmadan bu barədə hər hansı iddia irəli sürə bilmərik. Bu və yerdə qalan bütün digər şeylər barədə ən yaxşı bilən Allahdır!

                  ﯿ               

(20.74) “Rəbbinin hüzuruna günahkar gələnlərə, orada ölməyəcəkləri və yaşamayacaqları  Cəhənnəm hazırlanıb”.

Fövqəluca xəbər verir ki, ölümünə qədər küfrə etiqad edən  və böyük cinayətlər törədən hər bir günahkar onun üçün işgən­cəli cəza hazırlanmış Cəhənnəmə mütləq düşəcəkdir. Orada dəh­şətli zəncirlər və dəhşətəngiz uçurumlar mövcuddur. Orada aman­sız soyuq və dözülməz hərarət vardır. Orada insanın ürə­yinin və içalatının qaynamağa başladığı ən tükürpədici əzab üsul­ları tətbiq olunacaq.  Onlar orada ölmürlər, çünki ölüm onlar üçün asanlıq olardı. Lakin onların orada varlığını yaşamaq adlan­dırmaq mümkün deyil, çünki onlar orada mövcud olmalarından nə ruhi, nə də fiziki ləzzət almayacaqlar. Həyat Cəhənnəmdə qəlb, ürək və bədən üçün əzab-əziyyətlə doludur və onların ağırlığını qiymətlən­dirmək mümkün deyil. Onlar hətta bir anlığa belə yüngülləşdi­rilməyəcək və əzabkeşlər rəhm edilməsi üçün xahiş etdikdə, onu almayacaqlar, onlar bağışlanmaq üçün dua etdikdə, duaları eşidilməyəcək. Onlar kömək üçün müraciət etdikdə, onlara dərini yandıran ərinmiş metala bənzər qaynar su ilə kömək göstəriləcək. Əgər onlar xilas olmaq haqqında yalvar­sa­lar, onları alçaldıb geriyə qaytaracaqlar və onlara bir daha Allaha müraciət etməmək əmr olunacaq.

                                                  ﰘﰙ         

(20.75) “Onun hüzuruna xeyirxah əməllər işləyərək gələn möminlər üçün isə yüksək dərəcələr hazırlanıb –
(20.76) “çaylar axan Ədn cənnətləri. Onlar orada əbədi qalacaqlar. Bax bu günahdan təmizlənənlərə veriləcək əvəzdir”.

Allahın elçilərinə iman gətirmiş möminlər Səmavi Kitabları rəhbər tutan və dinin fərz və arzuedilən hökmlərini yerinə yetirən möminlər uca imarətlərdə və gözəl saraylarda məskunlaşacaqlar. Onlar şırıltı ilə axan çayların sahillərində sonsuz ləzzətlər və məmnunluqlar içində həzz alacaqlar. Onların nəsibi - əbədi həyat və ən böyük səadət olacaqdır və onlar gözlərin görmədiyi, qulaqların eşitmədiyi və insan ruhunun xəyalından belə keçirmə­dik­lərinə nail olacaqlar. Bu mükafatlar, şübhələrdən, küfrdən, nöq­sanlardan və Allaha itaətsizlikdən təmizlənənlərə verilən əvəz olacaqdır. Belə insanlar ən ağır günahları ya ümumiyyətlə işlətməmişlər, ya da törətdikləri günahları tövbə etmişlər. Bu­nunla yanaşı onlar öz qəlblərini təmizləmiş və özlərini haqq din və xeyirxah əməllərlə bəzəmişlər. İnsan təmizlənmək üçün iyrənc şeylərdən və murdar hərəkətlərdən paklanmalı və xeyirxahlıq sahibi olmalıdır və təkcə bu iki şərtə riayət etdikdə, insan təmizlənə bilər.

                                           ﭣ ﭤ                   

(20.77) “Biz Musaya vəhy etdik ki, bu gecə Mənim qullarımla yola çıx və onlar üçün dənizdə quru yol aç. Qorxma ki, sənə çata bilərlər və ehtiyat etmə!”   
(20.78) “Firon öz qoşunu ilə onların ardınca cumdu, lakin dəniz onların  hamısını çulğalayıb qərq etdi”.

Musa (ə) Firona və onun xalqına çoxsaylı dəlillər nümayiş etdirdikdən sonra, Misirdə qaldı və insanları Allaha itaət göstər­məyə dəvət etməyə başladı. O (ə) əlindən gələni edirdi ki, İsrail oğullarını Firondan və çəkdikləri əzab-əziyyətdən xilas etsin. Allah zalım hökmdara, Müqəddəs Quranda təfərrüatı ilə təsvir edilmiş ecazkar möcüzələr göstərdi. Lakin o, haqdan təkəbbürlə üz döndərdi və İsrail oğullarını əsarət altında saxla­mağa davam etdi. Buna görə onlar öz dinini misirlilərdən gizlə­məyə və ibadəti öz evlərində icra etməyə məcbur olmuşdular. Onlar Fironun özbaşınalığına və verdiyi əzab-əziyyətə səbirlə dö­zürdülər. Belə bir şəraitdə Fövqəluca Allah qərara alır ki, onları nifrətamiz düşməndən xilas etsin və onlara güc və qüdrət bağış­lasın ki, on­lar öz Rəbbinə açıq tərzdə ibadət edə bilsinlər və Onun hökm­lərini yerinə yetirsinlər. Allah Musaya (ə) əmr edir ki, İsrail oğulları ilə onların Misiri tərk edəcəkləri günü razılaşdırsın və bunu misirlilərdən gizli saxlasınlar. Onlara tapşırılmışdı ki, gecə­nin qaranlıq çağında yola çıxsınlar və istirahət üçün belə dayan­madan hərəkət etsinlər. Çünki Firon və onun qoşunu hökmən onların ardınca düşəcəklər.
İsrail oğulları gecənin ilk saatlarında Misiri tərk etdilər. Onların arasında hətta qadınlar və uşaqlar da var idi. Misirlilər səhərə yaxın bunu bildilər. Onlar öz qullarını çağırırdılar, qulları isə çağırışa cavab vermirdilər. Belə olduqda, Firon bərk qəzəb­ləndi. O, Misirin hər yerindən böyük bir qoşun toplamağı əmr etdi və günəş çıxandan sonra həmin qoşunla İsrail oğullarının izinə düşdü. Bu iki nəhəng qüvvə bir-birini gördükdə, Musanın (ə) ardıcılları dedilər: “Bizi hökmən yaxalayacaqlar” (Şüəra, 26/61). Onlar həyəcanlandılar və qorxdular: onların qarşısında dəniz, arxalarında isə Fironun qoşunu idi. O, israillilərin hərəkə­tin­dən lap quduzlaşmışdı. Lakin Musa (ə) sakitliyini saxlayırdı, çünki o (ə) Allahın vədinin gerçəkliyinə qətiyyətlə inanırdı. O (ə) ucadan səsləndi: “Yox! Rəbbim – mənimlədir və O mənə doğru yol göstərəcək” (Şüəra, 26/62).
Allah ona (ə) əsası ilə suya vurmağı əmr etdi və o (ə) bunu edən kimi, dəniz aralandı və onun içində on iki cığır əmələ gəldi ki, onların sağ və sol tərəflərində yüksək dağlara bənzər nəhəng su sütunlarıydı. Allahın iradəsi ilə yaranmış cığırlar qupquru idi və Rəbb İsrail oğullarına buyurdu ki, Fironun onları yaxalama­sından və ya dənizdə boğulmaqdan qorxmasınlar. Belə olduqda İsrail oğulları dənizi bu cığırlarla adlayıb keçməyə başladılar, Firon və onun döyüşçüləri də onların ardınca getdilər. Musanın (ə) bütün ardıcılları sahilə çıxdıqda və Fironun bütün qoşunu isə aralanmış dənizə daxil olduqda, Allah dənizə əmr etdi ki, onların üzərində qapansın. Dəniz kafirləri uddu və onlar bir nəfər kimi məhv oldular. İsrail oğulları isə düşmənlərini haqlayan aqibəti müşahidə edir və onların necə məhv olduqlarını gözləri ilə görür­dülər.

            

(20.79) “Firon öz xalqını azdırdı və ona doğru yol göstərmədi”.

Budur kafirliyin, azğınlığın və doğru yoldan üz döndər­məyin nəticələri. Firon öz xalqını azdırdı, kafirliyi onların gözünə bəzəkli göstərdi və Musanın (ə) moizələrinə qarşı onlarda ikrah hissi oyatdı. O, öz xalqını aldatdı və heç vaxt ona düz yol göstərmədi. Nəticədə isə o, misirliləri azğınlıq və aldanış mənbə­yinə gətirib çıxartdı ki, o da öz növbəsində əzablar və işgəncələr dənizinə qarışır.

                                  ﭿ   

  (20.80) “Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik və dağın sağ yamacında sizə vəd verdik. Biz həm də sizə qüdrət halvası[8] və bildirçin nazil etdik”.

Fövqəluca İsrail oğullarına onlara göstərdiyi ən böyük mərhəmətini xatırladır. O, onları Firondan xilas etmiş və onlara şərəfli qanunlardan və gözəl hekayətlərdən ibarət Səmavi Kitab nazil edəcəyinə söz vermişdi. Bununla da Allah onların dünyəvi və ruhani həyatını sahmana saldığını yadlarına salır. Sonra O, onlara səhrada köç edib dolaşdıqları zaman nazil etdiyi ruzini – qüdrət halvasını[9] və bildirçinləri xatırladır. O, onlara zəhmət sərf edilmə­dən yeyilən hazır yeməklər əta edir. O, onlara həmçinin belə buyurur:

                     ﮌﮍ              
                                                                  
(20.81) “Sizə Bizim ayırıb verdiyimiz nemətləri nuş edin, lakin onların vasitəslə həddi aşmayın, yoxsa Mənim qəzəbimə düçar olarsınız. Mənim qəzəbimə düçar olan hər kəs məhv olar”.

Onun səxavətlə sizə lütf etdiyi nemətlərinə görə Allaha şükür edin və yol verilən həddi aşmayın. Onun sizə səxavətlə verdiyi nemətlərini günah törətməkdən ötrü sərf etməyin, yoxsa naşükürlər arasına düşərsiniz. Əgər bu baş verərsə, Allahın müt­ləq sizə qəzəbi tutar və sizi amansız cəzaya məhkum edər. Kim ki, Onun qəzəbinə düçar gələr, onda o məhv olar və ağır itki verər. O şəxs Onun lütfkarlığına və Onun mərhəmətini qazan­mağa nail ola bilməz, Onun qəzəbinə uğrayar və nəhəng zərərə məruz qalar. Bunu yadda saxlayın və unutmayın ki, Allah Öz qullarının tövbəsini, onlar hətta ən böyük cinayətlər törətsələr də belə, qəbul edir. Buna görə, daha sonra Fövqəluca buyurur:

ﮕﮖ ﮗ   ﮘ ﮙ  ﮚ ﮛ ﮜ  ﮝﮞ

(20.82) “Həqiqətən, Mən tövbə edib iman gətirənləri, saleh əməllər işləyənləri və sonra da doğru yolla gedənləri bağış­layıram”.

Allah, küfr və bidətçilik etdiyinə və günahlar işlətdiyinə görə tövbə edib, Ona, mələklərə, Kitablara, elçilərə və Qiyamət gününə iman gətirənləri, qəlbən və cismən xeyirxahlıqlar edənləri və təkcə xeyirli sözlər danışanları, alicənab Elçinin (s.ə.s.) düz yolunu davam etdirənləri və haqq dinin hökmlərini əsas tutmağa başlayanları bağışlayır və onlara mərhəmət göstərir.  Belə bir insana əvvəllər törətdiyi bütün günahları bağışlanacaq, çünki o, Allahın mərhəmətini və bağışlanmasını əldə etməyin ən əzəmətli vasitəsindən yararlanmağı bacarmışdır ki, bu da, öz növbəsində, həmin məqsədə nail olmağın yerdə qalan bütün üsullarını özündə cəmləşdirir. Həqiqətən də, tövbə əvvəllər yol verilmiş günahları yuyur, İslama iman gətirib onu qəbul etmək əvvəllər etiqad edilən kafirliyi darmadağın edir, xeyirxah əməllər isə günahları təmiz­ləyir. İslamı qəbul etmiş şəxs doğru yola gəlmək üçün Allahın dinini öyrənməli, Quran ayələri və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) hədisləri üzərində düşünməli, onların gözəl mənalarını dərk etməli və əldə etdiyi biliklərə tam uyğun olaraq qətiyyətlə hərəkət etməli, insanları gerçək dinə dəvət etməli, bidəti, küfrü və azğınlığı rədd etməli, Allah yolunda mü­barizə aparmalı və zəruriyyət olduqda hicrət etməli və həmçinin İlahi rəhbərliyin bütün digər tələblərini yerinə yetirməlidir. Bunun sayəsində insan öz günahlarını təmizləyir və arzu etdiyi məqsədə nail olur.

              

(20.83) “O buyurdu: “Ey Musa! Sən niyə xalqını tərk etməyə tələsdin?”

Fövqəluca Musaya (ə) vəd etmişdi ki, o (ə) Onun qarşısında otuz gün ərzində və bir də on gün durmalıdır ki, vəhy vasitəsi ilə Tövratı ala bilsin. Müəyyən edilmiş müddət çatdıqda, əməlisaleh peyğəmbər (ə) ona vəd edilmiş vəhyi almağa can ataraq şərtləşdi­rilmiş yerə getməyə tələsmişdi. Buna görə Allah ondan (ə) soru­şur ki, niyə o (ə) şərtləşdirilmiş yerə camaatı ilə birlikdə gəlməyə səbir etməyərək, onları geridə qoymuşdur.

  ﮦﮧ                 

(20.84) “Belə cavab verdi: “Onlar yaxındadırlar və mənim izimlə gəlirlər, mən isə, ey Rəbbim, Səni razı salmaq üçün Sənin hüzuruna tələsdim”.

Ey Rəbbim! Onlar yaxınlıqdadırlar və tezliklə mənə çata­caqlar. Mən isə Sənə yaxınlaşmaq və Sənin iltifatına nail olmaq ümidi ilə tələsdim.

  ﮰﮱﯓﯔﯕ ﯖﯗﯘ  ﯙﯚ

(20.85) “O buyurdu: “Biz, sən onları tərk edən kimi, xal­qını imtahana çəkdik, bir samirəli isə onları zəlalətə saldı”.

Sənin qəbilədaşlarına bir buzova ibadət etməyi təklif etdilər və onlar layiqincə səbir etmədilər və sınaqdan çıxa bilmədilər. Onlar bir sınaqla üz-üzə gələn kimi, yenə kafirliyə qayıtdılar. Bir samirəli onlar üçün böyürən qızıl buzov heykəli düzəltdi və sonra da onları inandırdı ki, bu buzov ilahdır ki, sən onu unutdurmuş­san. İsrail oğulları samirəliyə inandılar və buzova sitayiş etməyə başladılar. Harun onlara bunu etməyi qadağan edirdi, lakin onlar ona itaət göstərmirdilər.



            ﯠﯡ                ﯨﯩ                             
(20.86) “Musa camaatının yanına qəzəblənmiş və kədərli halda qayıdıb dedi: “Ey mənim xalqım! Məgər Rəbbiniz sizə gözəl vəd vermədimi? Doğrudanmı bu müddət sizə çox sürəkli göründü? Ya da siz istəyirsiniz ki, Rəbbinizin sizə qəzəbi tut­sun və buna görə siz mənə verdiyiniz əhdi pozmuşsunuz?”

Məgər Allah sizə Tövratı nazil edəcəyini vəd etməmişdimi? Məgər mənim qısa müddətdə burada olmamam sizə çoxmu göründü? Doğrudanmı siz peyğəmbərlərsiz və elçilərsiz o qədər çox yaşamışsınız ki, hətta peyğəmbər moizələrini unutmuş və həqiqi biliklərin qalıqlarından belə məhrum olmuşsunuz? Doğru­danmı mən sizi o dərəcədə çoxdan tərk etmişəm ki, siz mənim nəsihətlərimi yaddan çıxarıb, tək Allaha ibadət etməkdən əl çəkmişsiniz? Doğrudanmı peyğəmbərliyim haqqında biliklərin olmaması üzündən nadanlıq üstün gəlmişdir? Yox, yox! Siz mə­nim peyğəmbərliyimin canlı şahidlərisiniz və o barədə tam təsəvvürə maliksiniz və buna görə sizə bəraət qazandırmaq ol­maz. Doğrudanmı siz öz Rəbbinizi qəzəbləndirməyi qərara almış­sınız və hər şeyi etmişsiniz ki, özünüzü əzabverici cəzaya məh­kum edəsiniz?  Siz mənə verdiyiniz vədi pozmuşsunuz. Mən sizə əmr etmişdim ki, doğru yolla gedəsiniz və vəsiyyət etmişdim ki, Haruna itaət edəsiniz, amma siz həm burada olmayana itaət etməmiş, həm də sizinlə birlikdə qalana hörmətsizlik göstər­mişsiniz.


                  ﯿ               

(20.87) “Onlar dedilər: “Biz sənə verdiyimiz vədi öz istə­yimizlə pozmamışıq. Biz o xalqın zinət şeyləri ilə yüklən­miş­dik və onları çıxarıb atdıq və samirəli də atdı”.

Biz bunu qəsdlə etməmişik. İş orasındadır ki, biz Misiri tərk edərkən götürdüyümüz bəzək şeyləri ilə yüklənmişdik. Bunlar bir vaxtlar koptlardan aldığımız zinət əşyaları idi. Sən bizi tərk edəndə, biz bu əşyaları yığdıq ki, sən qayıdandan sonra onları nə edəcəyimiz qərarını verəsən. Bir nəfər samirəli də eyni hərəkəti etdi.
                              

 (20.88) “O, onlar üçün böyürən buzov heykəli düzəldib dedi: “Budur sizin tanrınız və Musanın tanrısı, amma o – unut­muşdur”.

Firon qoşununun dənizdə qərq edildiyi gün həmin samirəli Allahın elçisinin (ə) ayağının izini gördü və bu izin torpağından bir ovuc götürməyi qərara aldı. Ona təlqin edilmişdi ki, əgər o, bu bir ovuc torpağı hər hansı bir şeyin üstünə atarsa, o mütləq canlanar. Bu insanlar üçün onları yoldan çıxaran bir şey və sınaq rolunu oynamalıydı. Samirəli şəxs o torpağı düzəltdiyi buzov heykəlinə vurdu və o hərəkət etməyə və böyürməyə başladı. Adamlar isə dedilər: “Musa öz Rəbbini axtarmağa getdi, o isə bizim yanımızdaymış və Musa onu yaddan çıxardıbmış”. Bu, İsrail oğullarının axmaqlığını və düşüncəsizliyini təsdiq edirdi. Lap yaxınlarda bu qəribə buzov cansız bir əşya idi, indi isə böyürürdü və onlar qərara gəldilər ki, o – göylərin və yerin Rəbbidir.

                            

(20.89) “Doğrudanmı onlar görmürdülər ki, o onlara cavab olaraq heç bir söz söyləmir və onlara zərər vurmağa və ya fayda verməyə də qadir deyildir?”
Məgər onlar buzovun onlarla niyə danışmadığı və müraci­ətlərinə nitqi ilə cavab vermədiyi barədə düşünmürdülər? Məgər onlar görmürdülər ki, o onlara fayda və ya zərər verməyə qabil deyil? Həqiqi ilah öz kamil sifətləri, ilahi nitqi və tərifəşəyan əməlləri sayəsində ibadətə layıq olur. Allahın iradəsi ilə danışıq qabiliyyətinə malik, xeyirxah və şər əməllər işləməyə qabil olan insan necə ola bilər ki, öz keyfiyyətləri ilə ondan çox aşağı səviyyədə yerləşən məxluqa ibadət etsin?

                      ﭴﭵ              

(20.90) “Harun bundan öncə onlara demişdi: “Ey mənim xalqım! Sizi bununla sınağa çəkirlər. Sizin Rəbbiniz – Mərhəmətli­­dir. Ardımca gəlin və əmrlərimə itaət edin!”

İsrail oğulları imanın əsas məsələsində şübhəyə düşmüşdü­lər və belə davranışlarına görə bəraət qazana bilməzdilər, çünki Harun (ə) onları buzova ibadət etməkdən çəkindirirdi. O (ə) deyirdi ki, böyürən heykəl doğru yoldan çıxaran sınaqdır və Yeganə Vahid Rəbb – Mərhəmətli Allahdır. O (ə) onlara xatırla­dırdı ki, təkcə Allah aşkar və gözlə görünməsi mümkün olmayan nemətləri insanlara əta edir və onları şərdən qoruyur və onlar da Ona itaət etməli və buzova itaətdən əl çəkməlidirlər.

      ﭿ               

(20.91) “Onlar dedilər: “Musa yanımıza qayıtmadıqca, biz ona[10] itaət etməkdən əl çəkməyəcəyik”.

Musa (ə) xalqının yanına qayıtdıqda, qardaşını qınamağa və danlamağa başladı.

                        ﮐﮑ      

(20.92) “Dedi: “Ey Harun!  Sən gördükdə ki, onlar azğınlı­ğa düşüblər, sənə nə mane oldu ki,
(20.93) “ardımca gəlmədin? Doğrudanmı sən də mənə itaətdən çıxdın?”

Sən baş vermiş hadisə barəsində mənə xəbər verməyə niyə tələsmədin? Doğrudanmı sən mənim nəsihətlərimə qulaq asma­dın? İş orasındadır ki, Musa (ə) əvvəlcə Haruna (ə) demişdi: “Xalqımın arasında mənim əvəzimə qal, xeyirxahlıq et və firnə-fəsad yayanların yoluna uyma” (Əraf, 7/142). Musa (ə) qardaşına məzəmmətini ifadə edərək, onun başından yapışdı və saqqalını dartmağa başladı. Belə olduqda, Harun doğma qardaşını sakitləş­dirməyə cəhd göstərərək, onu anasının oğlu adlandırır.

                        ﮛﮜ                           

(20.94) “Harun dedi: “Ey anamın oğlu! Mənim saqqalım­dan və başımdan yapışma! Mən sənin: “Sən İsrail oğullarını bir-birindən ayırdın və mənim nəsihətlərimi yerinə yetirmə­din” deyəcəyindən qorxdum”.

Sən mənə əmr etmişdin ki, olmadığın vaxtda səni əvəz edim və əgər mən İsrail oğullarını tərk etsəydim, onda sənin iradənin əleyhinə çıxmış olardım. Mən səni qəzəbləndirəcəyim­dən ehtiyat edərək bunu etmədim. Sən məni qınayardın ki, mə­nim günahım üzündən İsrail oğulları başçısız qalıb ixtilafa dü­şüb­lər. Buna görə məni günahkar insan hesab etmə və düşmənlə­rimizi bizə güldürmə.
Musa (ə) qardaşı ilə kobud rəftar etdiyinə heyifsilənib dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla və bizi mərhəmətinin altına al, çünki Sən – mərhəmətlilərin ən Mərhəmətlisisən!” (Əraf, 7/151). Sonra isə o (ə) samirəliyə müraciət edir:

         

(20.95) “Soruşdu: “Bəs sən nə deyə bilərsən?”

Sən niyə belə bir yaramaz iş gördün?

                                    

(20.96) “O dedi: “Mən onların görmədiyini görürdüm. Mən elçinin izinin torpağından bir ovuc götürmüşdüm və onu atdım. Nəfsim məni buna vadar etdi”.

Quran şərhçilərinin rəyinə görə, samirəli o anda at üstündə olan Cəbrail əleyhissalamı görmüşdür. Bu, İsrail oğulları sahilə çıxanda, Firon və onun döyüşçüləri isə batmağa başlayanda olmuşdu. Samirəli atın dırnaqlarının izi qalmış torpaqdan bir ovuc götürmüş və buzovun heykəlini düzəldən zaman oda atmışdı.  

                     ﯩﯪ           ﯯﯰ               ﯷﯸ                 ﯿ

(20.97) “Dedi: “Rədd ol get! Sənin bu həyatda dediyin: “Sizə dəymirəm, siz də mənə dəyməyin!” sözü olacaqdır. Sonra isə qaçına bilməyəcəyin müddət başlayacaq. Pənah apardığın tanrıçana bax! Biz onu yandırıb, külünü dənizə səpəcəyik”.

Bu həyatda sən elə bir cəzaya məruz qoyulacaqsan ki, ona görə insanlar səndən uzaq qaçacaq və sənə toxunmayacaqlar. Əgər kimsə sənə yaxınlaşmaq istəsə də, sən qışqırıb deyəcəksən: “Mənə toxunmayın! Mənə yaxın gəlməyin!” Bu, heç kimin toxun­madığı bir şeyə sənin toxumağına və əvvəllər heç kimin etmədiyi bir şeyə cəsarət etdiyinə görə cəza olacaqdır. Labüd olan gün başladıqda isə sən etdiyin bütün xeyirxah və şər əməllərinə görə əvəz alacaqsan. Bax gör biz sənin buzovunu necə yandıracağıq.
Musa (ə) verdiyi vədini yerinə yetirdi və buzovu yandırdı. Əgər o ilah olsaydı, bu aqibətdən qaçmağı bacarardı. O (ə) bunu İsrail oğullarının gözü qabağında etdi, çünki onun məhəbbəti artıq onların ürəyinə girə bilmişdi. O (ə) heyvanı[11] yandırdı və külünü dənizə səpdi ki, bütə bəslədikləri məhəbbət onun qəbilə­daşlarının ürəyini həmişəlik tərk etsin. Əgər o (ə) buzovu yan­dırmasaydı, o, İsrail oğulları üçün növbəti sınağa çevrilərdi, çünki insanların ürəyində, çox vaxt, yaramaz və qüsurlu şeylərə meyil üstünlük təşkil edir. İsrail oğulları azdıqlarını dərk etdik­dən sonra xeyirxah peyğəmbər (ə) onlara kimin həqiqətən də ibadətə və pərəstişə layiq olduğunu və özünə bərabər tayı olmadığını xəbər verir. O (ə) deyir:

                         ﰇﰈ          

(20.98) “Sizin ilahınız – Allahdır və Ondan başqa digər ilah yoxdur. O, hər şeyi elmi ilə qaplayır”.

Başqa heç kim ibadətə, ilahlaşdırılmağa və məhəbbətə layiq deyildir. İnsanlar təkcə Ona ümid bəsləməli, təkcə Ondan qorx­malı və öz dualarını təkcə Ona yönəltməlidirlər, çünki təkcə O istənilən qüsur və naqisliklərdən pakdır. O, gözəl adlara, əzəmətli məziyyətlərə və hər şeyi əhatə edən elmə malikdir. O, təkbaşına Öz qullarına bol hədiyyələr verir və onları şərdən qoruyur. Buna görə təkcə O, ibadətə və pərəstişə layiq olan haqq Allahdır.

                        ﭘﭙ            

(20.99) “Bax beləcə, Biz, keçmişdə olanlar haqqında xəbər­ləri sənə söyləyirik. Biz artıq qeyb aləmimizdən Zikri sənə vermişik”.

Fövqəluca, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) çoxdan ötüb keçmiş hadisələr haqqında bilik­lərin açıqlanmasından ibarət olan Öz mərhəmətini ona (ə) göstərdiyini xatırladır.  Belə açıqlamalardan biri də çoxlu hikmətli müddəaları özündə əks etdirən bu şanlı tarix olmuşdur. Onun doğruluğunu, hətta, Kitab əhli də inkar etmir. Sən qədim xalq­ların tarixini heç vaxt öyrənməmişsən, müqəddəs kitabların bilicilərinin yanında dərs almamışsan və bunlara baxmayaraq, sənin biliklərin onların yadında qalmış hekayətlərə tamamilə uyğundur. Həqiqətən də bu, sənin Allahın elçisi olmanı təsdiq edir və sənin gətirdiyin təlim əsl həqiqətdir. Sənə nazil edilmiş Müqəddəs Quran qiymətli və misli-bərabəri olmayan bir hədiyyədir. Onda keçmiş və gələcək xalqlar haqqında biliklər və ayələr vardır ki, insanlar onların sayəsində Allahın kamil adlarını və sifətlərini xatırlaya bilir, dini hökmlər, qadağalar və əvəz veriləcəyi haqqında həmişə yadlarına salırlar. İnsan zəkası və təhtəlşüur Quran hökmlərinin gözəlliyi və mükəmməlliyini təsdiq edir, Quran isə özündə ehtiva etdiyi biliklər haqqında insanlara daima xatırlatmaqdadır.
O, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) üçün bir nəsihət idi və onun (s.ə.s.) davamçıları üçün də nəsi­hətdir. Bu isə o deməkdir ki, hər bir müsəlman Quran həqiqətinə itaət etməli, Kitabda nazil edilmiş hökmlərə tabe olmalı, ona layiqincə ehtiram bəsləməli, onu öyrənməli, başqalarını öyrətməli və bu vəhyin nuru ilə işıqlanan düz yolla getməlidir. Əgər insan ondan üz döndərirsə və ya hətta ona iman gətirməkdən boyun qaçırırsa, bununla o, Allahın ən böyük nemətini rədd etmiş olur və özünü layiq olduğu cəzaya məhkum edir. Bax buna görə də Fövqəluca buyurur:


                        ﭪﭫ                

(20.100) “Kim ondan üz döndərərsə, Qiyamət günü ağır günah yükü daşıyacaqdır”. 
(20.101) “Onlar əbədi olaraq belə qalacaqlar. Qiyamət günü onların yükü çox pis olacaqdır”.

Müqəddəs Qurana iman gətirməkdən boyun qaçıran kəs, onun hökm və qadağalarına etinasız yanaşır və ya onun əsl mənasını dərk etməyi vacib saymırsa, ən böyük günahlardan birini üstünə götürür. Məhz bu günah insanı kafirliyə və azğınlığa itələyir və nəticədə o özünü bu günahın ağır yükünü əbədi daşımağa məhkum edir.  Qiyamət günü onun cinayətləri cəza ilə əvəz olunacaq və o, əbədi olaraq öz böyük və kiçik günahlarının bəhrələrini dadacaqdır. Cəhənnəmdə əzaba düçar edilmişlərin yükü necə də pis olacaqdır! Qiyamət günü onları gözləyən cəza necə də məşəqqətli olacaq!!!

           ﭵﭶ                        ﭿ                                      

(20.102) “Həmin gün buynuza üfürüləcək və Biz elə həmin gün  göyərmiş günahkarları toplayacağıq”.
(20.103) “Onlar bir-biri ilə pıçıltı ilə danışacaqlar: “Siz orada cəmi on gün qalıbsınız”.
(20.104) “Onların nədən danışacaqlarını Biz daha yaxşı bilirik. Onların ən nümunəvi olanı deyəcək: “Siz orada cəmi bir gün qaldınız”.

Mələk buynuza üfürdükdə insanlar qəbirlərindən çıxacaq­lar və onların hər biri öz yerini tutacaq. Təqva sahibi olan möminlər Mərhəmətli Allahın qarşısında fəxri nümayəndə heyəti kimi toplanacaq, günahkarların siması isə tanınmaz dərəcədə dəyişəcək. Onlar qorxudan, həyəcandan və dözülməz susuzluq­dan gömgöy göyərəcəklər. Onlar bir-biriləri ilə dünya həyatının çox qısa olmasından və dirilmənin necə də tez başlamasından pıçıltı ilə danışacaqlar. Günahkarların bəziləri deyəcək: “Biz yer üzündə heç on gün də yaşamadıq”. Digər fasiqlər isə başqa bir şey iddia edəcəklər, lakin Allah onların bir-biriləri ilə pıçıltı ilə məhz nə barədə danışacaqlarını çox gözəl bilir. O eşidəcək ki, günahkarlardan ən ədalətlisi və dəqiq danışanı deyəcək ki, onlar yerdə bir gündən də az qalmışlar. Bütün bunlar onu bildirir ki, kafirlər yaşadıqları qısamüddətli həyatı itirmələri haqqında bərk təəssüf edəcəklər. Onlar yollarını azmışdılar və haqqa etinasızlıq göstərmişdilər və onlara fayda verə biləcək hər şeydən üz döndərmiş və öz meyillərini onları məşəqqətə məhkum edən şeylərə yönəltmişdilər. Budur, artıq əvəz almaq vaxtı gəlib çat­mışdır və Rəbbin vədi icra olunmuşdur. Kafirlərə törətdikləri əməllər üçün təkcə təəssüflənmək və öz məhvini çağırmaq qalırdı.
Bu ayə digər bir ayəyə bənzəyir: “Buyuracaq: “Siz yer üzündə neçə il qaldınız?” “Onlar deyəcəklər: “Biz bir gün və ya günün bir hissəsini qaldıq. Yaxşı olar ki, hesabı aparanlardan soruşasan”. “O buyuracaq: “Siz çox az qaldınız, kaş ki, bunu biləydiniz!” “Doğrudanmı siz elə zənn edirdiniz ki, Biz sizi əy­lən­mək xatirinə xəlq etmişik və siz dərgahımıza qaytarıl­ma­yacaqsınız?” (Muminun, 23/112-115).



                 ﮗ ﮘ                    

(20.105) “Onlar səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları toza çevirib havaya sovuracaq”
(20.106) “və onlardan təkcə hamar düzənlik qalacaqdır”.
(20.107) “Onun üzərində nə çökəklik, nə də təpəliklər görməyəcəksən”.

Ey Muhəmməd! İnsanlar səndən soruşacaqlar ki, Qiyamət günü dağlar necə olacaq və onlar əvvəlki kimi yerlərində qala­caqlarmı? Onlara xəbər ver ki, sənin Rəbbin dağları kökündən qoparacaq və bundan sonra onlar daranmış yun kimi yumşaq olacaqlar. Sonra onlar quma çevriləcək, daha sonra isə toz olub havaya sovrulacaq. Dağlar yoxa çıxıb, yerlə yeksan olacaq və o da çökəyi və hündürlüyü olmayan hamar düzənliyə çevriləcək. Yer tamamilə yastılanacaq və bütün məxluqlar onun üstündə yerlə­şəcəklər. İnsanlar bir yerdə toplanacaq və carçının çağırışını asanlıqla eşidəcəklər. Buna görə daha sonra Fövqəluca belə buyurur:

             ﮨﮩ                   
(20.108) “Həmin gün onlar ancaq carçının ardınca gedəcək  və başqa tərəfə meyil etməyə artıq imkanları olmayacaq. Rəhmanın qarşısında onların səsi itaətkarcasına çıxacaq və sən təkcə ahəstə səslər eşidəcəksən”.

    İnsanlar qəbirlərindən dirilib çıxan kimi, onlar carçının çağırışını eşidəcəklər. O, onlara Qiyamət günü meydanına gəl­məyi əmr edəcək. Onlar carçının çağırışına tələsik cavab verə­rək, Məhşər meydanına gəlməyə üz tutacaqlar. Bu zaman bir insan belə geriyə, sağa və ya sola dönməyəcək. Carçının çağırışı doğru və həqiqi olacaq və bütün insanlar onu eşidəcək və itaətkarlıqla Mərhəmətli Allahın hüzuruna gələcəklər. Ətrafda sakitlik hökm sürəcək ki, onu ancaq ayaq səsləri və qorxa-qorxa edilən pıçıltılar pozacaq. İnsanları qorxu bürüyəcək və sakitcə Mərhəmətli Allahın hökmünü gözləyəcəklər, onların çöhrəsində isə itaətkar­lıq və mütilik öz əksini tapacaqdır. Varlılar və kasıblar, kişilər və qadınlar, sərbəst olanlar və kölələr, hökmdarlar və sadə insanlar – bu əzəmətli saatda hamısı sakitcə baxışlarını yerə dikərək və başlarını aşağı salaraq, qarşıda onları nəyin gözlədiyini bilmədən diz üstə dayanacaq. Fövqəluca buyurur: “Qulaqbatırıcı Səs gəl­dikdə, həmin gün insan öz qardaşını, anasını və atasını, ar­va­dını və övladlarını atacaq, çünki hər bir insanın öz qay­ğıları kifayət qədər olacaq” (Əbəsə, 80/33-37). Həmin anda Ədalətli Hakim möminləri bol-bol mükafatlarla təltif etmək, günah­kar­ları isə böyük zərərə uğratmaq üzrə Öz hökmünü verəcək. La­kin eyni zamanda bütün məxluqlar öz Fövqəlsəxavət­li, Mərhəmət­li və Rəhmli Rəbbinin mərhəmətinə, xeyirxahlığına və hüdudsuz bağışlamasına əmin ola biləcəklər.
İlahi mərhəmətinin hüdudsuzluğunu nə sözlərlə ifadə et­mək, nə də təsəvvürə gətirmək mümkün deyildir. Lakin Qiyamət günü bütün məxluqlar, Allaha və Onun elçilərinə iman gətirən möminlərin bu mərhəmətə necə layiq görüldüklərinin şahidi olacaqlar.
Biz niyə buna ümid bəsləməyə cəsarət edirik? Niyə biz buna inanırıq? Çünki biz qəti bilirik ki, Allahın mərhəməti Onun qəzəbini üstələyir. Onun geniş rəhmət sahibi olması bütün varlığı əhatə edir və buna əmin olmaq üçün, Onun məxluqlarına saysız-hesabsız maddi nemətlərlə iltifat göstərməsinə nəzər salmaq kifayətdir. Axirət həyatına gəldikdə isə, onun haqqında xatırla­yar­kən Fövqəluca Allah dəfələrlə Özünü Mərhəmətli adlandır­mış­dır: “Onların səsi Mərhəmətlinin qarşısında itaətkar olacaq­dır”; “Ruh və mələklər cərgə-cərgə dayandıqları həmin Gün Mərhəmətli­nin icazə verdiklərindən başqa heç kim danışma­yacaq” (Nəbə, 78/38); “Həmin gün hakimiyyət gerçək olacaq və Mərhəmətliyə məxsus olacaqdır” (Furqan, 25/26).
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Allahın mərhəməti yüz hissədən ibarətdir və O, onun təkcə bir hissəsini Öz qullarına nazil etmişdir ki, onun sayəsində onlar bir-biriləri ilə mərhəmət və rəhmlə davranırlar. Hətta heyvan da ayağını qaldırır ki, öz dölünü tapdalayıb əzmə­sin, çünki onun da ürəyinə rəhm hissi daxil edilmişdir. Qiyamət günü başladıqda isə, bu bir hissə mərhəmətə qalan doxsan doqquz hissə də birləşdiriləcəkdir və onların sayəsində Allah Öz qulları­na rəhm edəcəkdir”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) həmçinin demişdir: “Allah Öz qullarına, ananın öz kör­pə­sinə bəslədiyindən daha çox rəhm göstərir”.
İnsan Allahın mərhəməti haqqında istənilən şeyi deyə bilər, lakin o, onsuz da bütün deyilənlərdən üstün olacaqdır. İnsan Allahın mərhəmətini özlüyündə istədiyi kimi təsəvvür edə bilər, lakin o, daha yüksək olacaq. Bağışlayarkən və mükafatlandırar­kən, hətta ədalətlə cəzalandırarkən mərhəmət Göstərən Pakdır! Mərhəməti bütün varlıq aləmini himayəsi altına alan və fövqəlxeyirxahlığı ilə hər məxluqu Əhatəedən Pakdır! Qullarına ehtiyacı olmadan onlara Rəhmgöstərən şan-şöhrət Sahibidir. Onun qulları fasiləsiz olaraq Onun qayğısına möhtacdırlar və bir anlığa belə Onun bol nemətləri olmadan yaşamağa qadir deyillər.

                                  

(20.109) “Həmin gün Mərhəmətlinin icazə verdiyi və sözündən razı qalacağı kəslərdən başqa kimsənin şəfaəti fayda verməyəcəkdir”.    

Allah icazə vermədən heç kim Onun qarşısında insanlar üçün şəfaət istəyə bilməz. Bu şəfaətçilər peyğəmbərlər və elçilər, həmçinin digər yaxın qullar ola bilər. Onlar ancaq səmimiyyətlə haqq dinə etiqad etmiş və Allahın mərhəmətini qazanmış insanlara  şəfaətçilik edə bilərlər. Bu şərtlər yerinə yetirilməsə, onda heç kim Allah qarşısında başqaları üçün şəfaətçilik edə bilməz.

ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ       ﯯﯰ                                      ﯿ      

(20.110) “O onların gələcəyini də, keçmişini də bilir, lakin onlar Onu öz bilikləri ilə qapsamağa qadir deyillər”.
(20.111) “Bütün üzlər, Diri Mütləq Hakim qarşısında baş əyəcək, zülm yükü daşıyanlar isə uğursuzluğa düçar olacaqlar”.
(20.112) “Mömin olaraq xeyirxah işlər görənlər isə nə zalımlıqdan, nə də sıxıntılardan qorxmayacaqlar”.

Həmin gün insanlar iki qrupa bölünəcəklər. Bir qrupa küfrə etiqad edən zalım günahkarlar daxil olacaqlar. Onların qisməti uğursuzluq, məhrumiyyət, məşəqqətli Cəhənnəm əzabı və Ədalətli Hakimin qəzəbi olacaqdır. İkinci qrup isə Allahın iman gətirilməsinə əmr etdiyi bütün şeylərə iman gətirmiş və dinin bütün vacib və arzu edilən tələblərini yerinə yetirmiş möminlər­dən ibarət olacaqdır. Onlar zalımlıqdan və sıxıntılardan ehtiyat etməyəcəklər, çünki heç kim onlara törətmədikləri cinayətləri aid etməyəcək və onların etdikləri xeyirxah əməlləri gizlətməyəcək. Əksinə, onların günahları və nöqsanları bağışlanacaq, mükafatları isə artırılacaq. Fövqəluca buyurur: “Allah kimsəyə zərrə qədər də zülm etməz, əgər yaxşı əməl ən kiçik də olsa belə, onun savabını qat-qat artırar” (Nisa, 4/40).

                              

(20.113) “Beləliklə, Biz onu Quran kimi ərəb dilində nazil etdik və Öz təhdidlərimizi təfsilatı ilə izah etdik ki, onlar qorxsunlar və ya bu onlar üçün bir nəsihət olsun”.

Bu Kitab hər bir ərəb üçün anlaşıqlı və aydın nəcib ərəb dilində nazil edilmişdir. İnsanlar bu Vəhyin sözlərini başa düşür, onun mənalarını dərk edir və nazil edilmiş təhdid və xəbərdarlıq­lardan agah olurlar. Bəzən Allahın ədalətliliyinin və qisas alınacağının labüdlüyünün dəlili olan adları bu təhdidləri xatırla­dır. Bəzən isə onları, xalqların taleləri haqqında olan ibrətamiz hekayətlər yada salır. Onların kökü keçmiş zamanlarda kəslmişdi və onlar sonrakı nəsllər üçün ibrət olmuşdular. Bəzən, günahların və qəbahətlərin mənfur nəticələri, bəzən, Qiyamət günü baş verəcək dəhşətli və həyəcanəngiz hadisələr, bəzən də Cəhənnə­min və dözülməz Cəhənnəm əzablarının təsviri onları yada salır. Bütün bunlar Allahın insanlara bəslədiyi mərhəmə­tidir, çünki onları Rəbdən qorxmağa, cinayətlərdən, itaətsizlikdən və insana zərər verə biləcək hər şeydən çəkinməyə məcbur edir.
Bununla yanaşı Müqəddəs Quran elə bir nəsihətdir ki, insanlar ondan Allaha necə itaət etməyi və böyük fayda verəcək xeyirxahlıq göstərməyi öyrənirlər. Quran, ərəb dilində nazil edilməsi və aydın təhdidlərdən ibarət olması sayəsində, insanlara Allahdan qorxmağa etiqad etməyə və saleh əməllər işləməyə təkan verir. Əgər o, başqa dildə göndərilsəydi və insanların gü­nah­larının dəhşətli nəticələrini onlara izah etməsəydi, onda o, insanlara belə təsir göstərməzdi.
Yuxarıda xatırlanan ədalətli əvəz verilməsi və həmçinin Kitabda nazil edilən dini hökmlər İlahi hakimiyyətinin nəticələ­ridir və buna görə Fövqəluca sonra belə buyurur:

         ﭔﭕ                   ﭞﭟ         

(20.114) “Gerçək Hökmdar Allah hər şeydən ucadır!  Sənə nazil edilən vəhylər bitənədək Quranla tələsmə! De ki: “Ey Rəbbim! Biliklərimi artır”.

Allah şan-şöhrət Sahibi, Böyük və Pakdır. O, hər hansı nöqsan və qüsurlardan azaddır. Allahın hakimiyyəti Onun ayrıl­maz sifətlərindəndir və buna görə bütün məxluqlar Onun qul­larıdır və Onun qədər və şəriət qanunlarına itaətkardırlar. Onun varlığı, hakimiyyəti və kamilliyi əsl həqiqətdir. Lakin bütün bu sifətlər o zaman kamil ola bilər ki, onlar gerçək Hökmdara məx­sus olsun. Bu özəllik məhz Allaha xasdır. Onun məxluqları da hakimiyyətə malik ola bilərlər, lakin onların hökmranlığı fani və qısadır, halbuki Əbədi Yaşayan Mütləq Hakim və şan-şöhrətli Hökmdarın hakimiyyəti əbədidir.
Ey Muhəmməd! Səbirli ol və Cəbrail (ə) Quran ayəsini sənə  söyləyən zaman onları təkrarlamağa tələsmə. O (ə), ayənin nazil olmasını bitirəndən sonra, onun ardınca oxu. Həqiqətən, Allah Quranı sənin ürəyində bir yerə toplayacağını və onu sənə bütöv­lükdə oxuyacağını vəd etmişdir. Fövqəluca buyurur: “Dilini tər­pədərək onu təkrarlama ki, tez yadda saxlayasan. Onu toplayıb oxumaq Bizə aiddir. Biz onu oxuduqda, sən də ardınca oxu. Onu izah etmək də Bizə aiddir” (Qiyamə, 75/16-19).
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) vəhyi tez yadda saxlamağa can atması onun (s.ə.s.) bilik­lərə göstərdiyi məhəbbətə dəlalət edir və buna görə Fövqəluca ona (s.ə.s.) əmr edir ki, biliklərinin artırılması üçün dua etsin. Həqiqətən də, bilik insana xeyir gətirir və insan bu neməti çoxalt­maq üçün xeyirxahlığını artırmalıdır. Lakin bilik təkcə Allahın sərəncamındadır və buna görə onu əldə etmək üçün səy göstər­mək və zəhmət çəkmək lazımdır.  Bununla yanaşı insan biliklərə can atmalı, Allaha yalvarmalıdır ki, bu məqsədə nail olmaq üçün ona kömək göstərsin və hər an Allahın mərhəmətinə ehtiyacı olduğunu bildirməlidir.
Şərh etdiyimiz ayədən aydın olur ki, şagirdlər dərsdə özlərini necə aparmalıdırlar. Onlar səbirli olmalı, müəllimin və ya mühazirə oxuyanın mövzunu izah etdiyi zaman sözünü kəsmə­məlidirlər ki, onun öz fikirlərini ifadə etməsinə maneçilik olma­sın. Müəllim mövzunun izahını bitirdikdə, şagirdlər ona sual verə bilərlər. Əgər şagird sual verir və həm də müəllimin  sözünü kəsirsə, o, özünü böyük nemətdən məhrum edir. Eyni zamanda,  sual verilən müəllim suala axıradək qulaq asmalı, onu aydınlaş­dır­malı və ancaq bundan sonra şagirdə cavab verməlidir, çünki bu əxlaqi qaydaya riayət edilməsi müəllimə dəqiq və tam cavab verməyə imkan yaradır.

                        

(20.115) “Əvvəlcə Biz Adəmlə əhd bağladıq, lakin o, unut­du və Biz onda möhkəm iradə görmədik”.

Biz Adəmlə əhd bağladıq və ondan söz aldıq ki, bu əhdə layiqincə riayət etsin. O, Bizim iradəmizə müti oldu və öz vəzi­fələrini qüsursuz yerinə yetirəcəyi qərarına gəldi, amma sonra o, ona əmr olunanı unutdu. Onun əvvəlki qətiyyəti yoxa çıxdı və o, onun nəslləri üçün nümunə olan bir hərəkətə yol verdi. İnsanlar Adəmdən bu məziyyəti irsən aldılar və öz vəzifələrini unutmağa başladılar və bununla da öz əcdadlarına bənzədilər. Adəm günah etdi və onun nəslləri də günah etməyə başladılar. O, əhdinə riayət edəcəyi haqqında qəti niyyətini pozdu və sonra onun nəslləri də onun göstərdiyi nümunəni təkrar etdilər. Sonra o, tövbə etməyə tələsdi və öz səhvini etiraf etdi və belə olduqda Allah onu bağışladı və vəd etdi ki, onun nümunəsini təkrar edənlərin və zalımlıqdan əl çəkənlərin hamısını bağışlayacaq.
Sonrakı yeddi ayədə Fövqəluca Allah bu vəhydə ifadə olunanları daha təfərrüatı ilə təsvir edir və buyurur:

                    

(20.116) “Budur, Biz mələklərə dedik: “Adəmin qarşısın­da səcdə qılın!” Onlar səcdə qıldılar və təkcə İblis boyun qaçırdı”.

Allah Öz əlləri ilə Adəmin yaradılışını sona çatdırdıqdan sonra, ona məxluqların adlarını öyrətdi və böyük lütfkarlıq göstərdi, bütün mələklərə insanın qarşısında səcdə etmək və bununla ona öz ehtiramını göstərmək  əmri verdi. Mələklər Rəbbə o saat itaət etdilər və təkcə, onların arasında olan, İblis Adəmə səcdə etməkdən təkəbbürlə boyun qaçırdı və dedi: “Mən ondan daha yaxşıyam. Sən məni oddan, onu isə palçıqdan ya­ratmışsan” (Sad, 38/76). Bu, İblisin Adəmə və onun zövcəsinə qarşı bəslədiyi çox böyük nifrətin dəlili idi. Paxıllıq hissi onda nifrət doğurmuşdu və buna görə Allah Adəmi və onun zövcəsini bu məkrli düşməndən qorunmaq barədə xəbərdar etdi.

        ﭿ                

(20.117) “Biz dedik: “Ey Adəm! Bu, həqiqətən, sənin və zövcənin düşmənidir. Qoy o, sizi Cənnətdən çıxarmasın, yoxsa sən bədbəxt olarsan”.

Özünü bədbəxtliyə və gözəl nemətlərindən zövq alacağın və tam rahatlıq tapacağın Cənnətdən qovulmağa məhkum  etmə.

                              

(20.118) “Sən orada ac və lüt olmayacaqsan”.
(20.119) “Sən orada susuzluqdan və bərk istidən əziyyət çəkməyəcəksən”.

Sənə icazə veriləcək ki, yeməklər və içkilərdən ləzzət ala­san, gözəl libaslar geyəsən və sən heç vaxt yorğunluq və taqət­sizlik hiss etməyəcəksən. Sənə hər cür nemətlərdən istifadə etmə­yə icazə veriləcək, lakin təkcə bir ağacın meyvələrindən yemək qadağandır. Fövqəluca buyurur: “Ey Adəm! Zövcənlə Cənnətdə məskunlaş. İstədiyiniz qədər istədiyiniz yerdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan biri olarsınız” (Bəqərə, 2/35).

                                

(20.120) “Lakin şeytan onu vəsvəsəyə salıb dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və heç vaxt yox olmayacaq bir hakimiy­yəti nişan verimmi?”

Şeytan Adəmi və onun zövcəsini yoldan azdırmağı qərara aldı və vəd etdi ki, qadağan olunmuş ağacın meyvələri onlara əbədi həyat və mütləq hakimiyyət əldə etmək imkanı verəcək. O onlara özünü xeyirxah məsləhətçi kimi təqdim etdi və mehriban­lıqla söhbətə başladı ki, insanları şirnikləndirib aldatsın və onları azğınlığa salsın.

                     ﮯﮰ         

(20.121) “Onların hər ikisi ondan yedilər və onların ayıb yerləri onlara göründü. Onlar özlərinə Cənnət yarpaqları tut­mağa başladılar. Adəm Rəbbinə itaətsizlik göstərib azğınlığa düşdü”.

Onlar şeytana qulaq asdılar, lakin qadağan olunmuş ağacın meyvəsindən yeyən kimi bədənləri çılpaqlaşdı. Onlar öz günahlarını dərk etdilər və bir-birinin ayıb yerlərini gördülər, halbuki əvvəllər onların bu yerləri paltarla örtülü idi. Belə olduqda, onlar ayıb yerlərini Cənnət ağaclarının yarpaqları ilə örtməyə başladılar və elə böyük bir utancaqlıq hissi keçirdilər ki, onun ölçüsü təkcə Allaha bəllidir.

              

(20.122) “Sonra Rəbbi onu seçdi, tövbəsini qəbul edib, doğru yola yönəltdi”.

Adəm tezliklə tutduğu işə görə tövbə etdi və aşağıdakı sözlərlə Allah müraciət etdi: “Ey Rəbbimiz! Biz özümüzə qarşı zalımcasına davrandıq və əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən, biz mütləq zərərə uğramışlardan olarıq” (Əraf, 7/23). Allah onu (Adəm əleyhissalamı) Özünün seçilmiş qulu etdi və ona tövbə etməkdə köməklik göstərdi. Allah onun (ə) törətdiyi əməli ona bağışladı, onu doğru yola yönəltdi və bunun sayəsində onun (ə), tövbədən sonra imanı, əvvəlkinə nisbətən, daha da artdı. Məkrli düşmən uğursuzluğa düçar oldu və onun fitnə-fəsadları özünə qarşı çevrildi. Adəm (ə) və onun nəslləri isə böyük mərhəmətə layiq görüldülər ki, bu da onları öz Rəbbinə şükür etməyi, Ona nazil etdiyi nemətlər üçün həmd etməyi və gecə-gündüz pusqudan qəfil hücum etməyə hazır olan düşmən­dən qorunmağı zəruriləşdirir. Fövqəluca buyurur: “Ey Adəm oğulları! Şeytana, sizin valideynlərinizi Cənnətdən çıxartdırdığı kimi, sizi  də azdırmağa imkan verməyin. O, onların libaslarını soyun­durub, onların ayıb yerlərini onlara göstərdi. Həqiqətən, o və onun törəmələri sizi sizin görə bilmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin hami­si və köməkçiləri etdik” (Əraf, 7/27).

         ﯡﯢ      ﯥﯦ                         

(20.123) “O buyurdu: “Bir-birinizə düşmən olaraq hamı­nız oradan enin. Məndən sizə haqq rəhbərlik gəldikdə, kim Mənim doğru yol Təlimatımın ardınca getsə, yoldan azmış və bədbəxt olmayacaq”.

Fövqəluca bildirir ki, Adəmə və İblisə yer üzünə enmək əmr olundu. Adəm və onun nəslləri, həmçinin özlərini şeytandan qorumalı, onu özlərinin ən qatı düşməni saymalı və onunla yorulmadan mübarizə aparmalıydılar.  Onlara vəd edilmişdi ki, Allah Yerə Kitab nazil edəcək və elçilər göndərəcək, onlar isə insanları qatı düşmən barədə xəbərdar edəcək və Allaha doğru  və Cənnət məkanına aparan düz yola necə gəlməyi izah edə­cəklər. Onlara deyilmişdi ki, Allahın Təliminə diqqətlə yana­şan, elçilərin və Kitabların ardınca gedən hər bir kəs Allahın hökm­lərini yerinə yetirməyə başlayacaq, haramları pozmayacaq, heç vaxt nə bu dünyada, nə də ölümdən sonra düz yoldan çıxma­yacaq. Belə bir insan bədbəxt olmayacaq, çünki o bu dünyada dönmədən düz yolla gedəcək və Axirət həyatında xoşbəxtlik və təhlükəsizlik əldə edəcəkdir.
Quranda deyilir: “Biz buyurduq: “Hamınız buradan aşağı enin!” Sizə Məndən haqq Təlimat gəldikdə, Mənim Təlimatıma  riayət edənlər qorxu bilməyəcək və kədərlənməyəcəklər” (Bəqə­rə, 2/38). Doğru yolla gedənlərin, Səmavi Vəhyə iman gə­tirənlərin və Haqqa qarşı müxtəlif şübhəli dəlillər irəli sürmə­yənlərin, dinin hökmlərini yerinə yetirənlərin və nəfslərinə uya­raq onlardan üz döndərməyənlərin  mükafatı belə olacaqdır.

                                 ﯿ

(20.124) “Əgər kimsə Mənim Zikrimdən üz çevirsə, onun həyatı sıxıntılar içində keçəcək, Qiyamət günü isə Biz onu kor halda dirildəcəyik”.

Səmavi Kitab insanlara ən müqəddəs məqsədi xatırladır və əgər insan ondan üz döndərirsə və ya ona iman gətirməkdən, ümumiyyətlə, boyun qaçırırsa, onda onun bu ağılsız cəsarəti öz əleyhinə bir cəza kimi qayıdır.  Şərhçilər belə hesab edirdilər ki, “sıxıntılar içində keçəcək həyat” ifadəsi ilə, qəbirdə veriləcək əzab nəzərdə tutulur, çünki qəbir daralaraq əzabkeşləri sıxır. Bu ayə, qəbirdə cəzanın gerçək olmasını təsdiq edən bir sıra vəhylərdən biridir.
Fövqəluca buyurur: “Sən zalımları can verərkən və mələk­lərin onlara əllərini uzadıb: “Canınızı verin! Bu gün sizə  Allah haqqında yalan danışdığınıza və özünüzü Onun ayələ­rindən üstün tutduğunuza görə alçaldıcı əvəz veriləcək” dedikləri zaman görəydin!” (Ənam, 6/93). 
“Lakin ən böyük işgəncələrdən başqa, Biz onlara mütləq kiçik əzablar da daddıracağıq” (Səcdə, 32/21).
“Allah onu onların hazırladıqları şərdən qorudu, Fironun tayfasını isə çox dəhşətli əzablar bürüdü – səhər və günortadan sonra atıldıqları Od. Amma Saatın başladığı Gün Firon tayfa­sını ən amansız işgəncələrə məruz qoyun!” (Ğafir, 40/45-46).
Bütün bu ayələr qəbirdə cəzanın gerçək olduğunu təsdiq edir. Şərh etdiyimiz ayəyə gəldikdə isə, saleh sələflərimiz onu bu tərzdə ona görə təbir edirdilər ki, o, Qiyamət günü cəza haqqında xatırlatma ilə bitirdi. Bütün bunlar haqqında ən yaxşı bilən təkcə Allahdır.
Bəzi müfəssirlər elə hesab edirdilər ki, Allahı xatırlamaq­dan üz döndərən insanların ağır həyatı yer üzündə əziyyətlərdən, qəbirdə iztirablardan və həm də Qiyamət günü qayğılardan, qəm-qüssədən, çətinliklərdən və  məşəqqətlərdən ibarətdir. Belə ki, onlar öz iddialarını, Allahın çətinlikləri insan həyatının müəy­yən mərhələsi ilə əlaqələndirmədiyi ilə əsaslandırırdılar.
Sonra Fövqəluca Allah bildirir ki, kafirlər Qiyamət günü görməkdən məhrum ediləcəklər. Bu barədə Quranda deyilir:  “Qiyamət günü Biz onları  üzü üstə uzanmış, kor, kar, lal halda toplayacağıq” (İsra,17/97).

                         

(20.125) “O deyəcək: “Ey Rəbbim! Niyə Sən, mən əvvəllər gördüyüm halda, məni kor diriltdin?”

Kafirlər alçaldılacaq və pərt olacaqlar. Onların vəziyyəti onlara dözülməz əzab verəcək və onlar yadlarına salacaqlar ki, dünya həyatında gözləri görürdü. Buna görə soruşacaqlar ki, niyə onlar belə yaramaz vəziyyətə düşüblər.

            ﭕﭖ          

(20.126) “O buyuracaq: “Belədir! Ayələrimiz sənə çatdı, lakin sən onları unutqanlığa saldın. Sən də bu gün eynilə unudu­lacaqsan”. 

Sən sənə nazil edilən Kitabı unutdun və ondan üz dön­dərdin və buna görə də bu gün sən də unudulacaqsan Cəhənnəm əzabları burulğanına atılacaqsan. Sənin törətdiyin cinayətin belə idi və sən tam layiqincə əvəzini alırsan. Sən Allahın nəsihətlərinə kor kimi yanaşdın, onlardan uzaq qaçdın, onları yada salmadın və öz vəzifələrini xatırlamadın və buna görə Allah səni gör­məkdən məhrum etdi. Cəhənnəmə səni kor, kar və lal olduğun halda qovub gətirdilər və Allah da səndən üz döndərdi və səni Cəhənnəm Odunda yanmağa atdı.

                 ﭢﭣ              

(20.127) “Həddini aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri Biz belə cəzalandırırıq. Axirət əzabları isə daha ağır və sürəkli olacaqdır”.

Belə qisas, yol verilən əməllərin həddini aşan, günah işlədən və Allahın ona icazə verdiyi ilə qane olmayanların və həmçinin dinin doğruluğunu və zəruriliyini aydın sübut edən ayələrini rədd edən hər bir kəsi gözlə­məkdədir. Allah belə insanlarla ədalətsiz davranmayacaq və onlara layiq olmadıqları cəzanı verməyə­cəkdir, çünki onlar özləri həddi aşmışdılar, küfrə etiqad etmişdilər və özləri özlərini əzab-əziyyətə məhkum etmiş­dilər. Onlar bu dünyada cəza alırlar, lakin Axirətdə alacaqları cəza bundan qat-qat ağrı-acılı olacaqdır, çünki onun sonu isə heç vaxt olmayacaqdır. Bütün bunlar o deməkdir ki, insan Axirət həyatındakı cəzadan qorxmalı və çəkinməlidir.

                                 ﭳﭴ               

(20.128) “Doğrudanmı, onlaradək, məskənlərində gəzib dolaşdıqları neçə-neçə əvvəlki nəslləri məhv etməyimiz onları doğru yola gətirmədi? Həqiqətən, bunda – ağıl sahibləri üçün ibrət vardır”.

Doğrudanmı qədim xalqların başına gələnlər inadkar kafirləri doğru yolu gəlməyə və azğınlıqdan, özbaşınalıqdan çə­kinməyə sövq etmir? Onlar o xalqların tarixini yaxşı bilirlər, onlar haqqında hekayətləri nəsllərdən nəsllərə ötürürlər və onların xarabalıqlarını öz gözləri ilə görürlər. Onlar Hudun, Salehin və Lutun, Allahın elçilərini rədd edən, Səmavi Kitablardan üz dön­dərən və məşəqqətli cəzaya məruz qoyulan xalqları haqqında məlumata malikdirlər. Niyə onda kafirlər özlərini Allahın, vaxtilə onlardan əvvəlki nəslləri sarsıtmış cəzasından təhlükəsizlikdə olduqlarını sanırlar? Fövqəluca buyurur: “Məgər sizin kafirlər onlardan yaxşımı idilər? Yaxud da sizin Kitablarda keçən toxu­nul­mazlığınızmı var?” (Qəmər, 54/43). Kafirlərin mühafizə olun­ması haqqında fərman yoxdur və onlar özlərindən əvvəlkilər­dən heç də daha yaxşı olmamaqla, cəzadan xilas edilməyə də layiq deyillər. Bundan da başqa, onlar əvvəlki kafirlərdən daha pis­dirlər, çünki elçilərin ən yaxşısına iman gətirməkdən boyun qaçırmışlar və ən yaxşı Kitabdan üz döndərmişlər. Allah onlara xilas vədi verməmişdir və onların çoxsaylı olmaları onlara fayda verməyəcək və onları cəzadan qurtarmayacaq. Əksinə, onların hamısı alçaldılıb rüsvay ediləcək.
Bütün deyilənlərdən aydın olur ki, əvvəlki nəsllərin məhv edilməsi, insanların doğru yola gəlməsi üçün olan şərtlərdən biridir. Bu şərtlər Allahın elçilərinin doğruluğuna və azğın xalqla­rın qüsurlu mövqe tutduqlarına dəlalət edir. Lakin heç də hamı Allahın ayələrindən faydalanmaq qabiliyyətində olmur. Bu şərəfə, ancaq aydın mühakimə yürütmək qabiliyyəti, təmiz qəlbi və onu hər cür pislikdən və əxlaqsızlıqdan uzaqlaşdıran sağlam düşüncə sahibi olan insanlar nail olurlar.

         ﭿ              

(20.129) “Rəbbin tərəfindən öncədən vəd edilmiş Söz və müəyyənləşdirilmiş bir vaxt olmasaydı, əzab onları artıq müt­ləq yaxalamışdı”.

Allah bu sözləri ilə Peyğəmbərinə (s.ə.s.) təsəlli verir və onu haqdan üz döndərən kafirlərin ünvanına lənət oxumaqdan çəkinməyə çağırır. Kafirlik və allahsızlıq onsuz da bu insanları xilas ola bilməyəcəkləri əzab və işgəncələrə məhkum edir, çünki Allah cəzanı günahların və cinayətlərin labüd nəticəsi etmişdir. Kafirlər artıq bu yolu tutublar, lakin Allah onlara cəza vermə vaxtını uzatmışdır və müəyyən olunmuş müddət çatana qədər qullarını müdhiş cəzaya məruz qoymayacağına söz vermişdir. Əgər günahkarlar Allahın vədinin icra edilməsinədək öz Rəbbi­nin yoluna qayıdırlarsa, onda O (Pak və Müqəddəs Olan), onların tövbəsini qəbul edir və onları cəzadan qurtarır.

                               ﮑﮒ                     

(20.130) “Buna görə onların dediklərinə səbirlə yanaş, günəşin doğmasından və batmasından öncə Rəbbini həmd ilə şərəfləndir, Onu gecənin müəyyən vaxtlarında, həmçinin gü­nün əvvəlində və sonunda təriflə. Ola bilsin ki, Allahın razı­lığını qazanasan”.  

Fövqəluca Öz Elçisinə (ona Allahın salavatı olsun!) əmr edir ki, müşriklərin ona qarşı etdikləri haqsızlıqlara səbirlə dözsün və ən gözəl saatlarda: günəşin tülu və qürub etməsindən əvvəl, günün başlanğıcında və sonunda və həmçinin gecənin yarısında, Onu tərifləmək sayəsində Allahdan yardım diləsin. Ey Muhəmməd! Sən belə etsən, ola bilsin ki, bu dünyada yaşadığın zaman və ölümündən sonra sənə nəsib olacaq mükafatdan razı qalacaqsan. Rəbbinə ibadətin sayəsində rahatlığa nail olacaq və böyük həzz alacaqsan və bu qəbilədaşlarının sənə qarşı etdikləri təhqirləri unutmağa və layiqincə səbirli olmağa kömək göstə­rəcəkdir.


                                      ﮩﮪ         

(20.131) “Bizim sınamaq üçün onlardan bəzilərinə əta etdiklərimizə təəccüblənmə. Bu – dünya həyatının bər-bəzəyi­dir, Rəbbinin ruzisi isə daha xeyirli və əbədidir”.

Yerdəki var-dövlətə və onlardan həzz alan insanlara çox  fikir vermə. Gözəl dadlı yeməklər, ətirli içkilər, təmtəraqlı zinət əşyaları, dəbdəbəli imarətlər, gözəl qadınlar – bütün bunlar yer həyatının parıltılarıdır ki, o həyata aldananları heyran qoyur. Onlar maddi nemətlərdən istifadə edir, ancaq Axirət həyatından üz döndərirlər, çünki zalım insanlardır. Bu zövqlərin ardı çox tezliklə kəsləcək və bütün dünya cazibədarlıqları yox olub gedə­cəkdir. Bu zaman dünya həyatına vurulanlar məhv olacaq­lar. Onlar acı-acı təəssüflənəcək, lakin bu onlara fayda verməyə­cək. Qiyamət günü başlayanda isə, onlar öz fəlakət içində olduq­ları vəziyyəti dərk edəcək və başa düşəcəklər ki, bütün maddi nemətlər bir aldanma və sınaq imiş ki, onun sayəsində kim keçici zövqlərə uymuş, kim də xeyirxah əməllər işləməyi üstün tut­muşdu. Fövqəluca buyurur: “Həqiqətən, yerdə olan hər şeyi Biz onun üçün bəzək etdik ki, insanları sınaqdan keçirib görək ki, kimin əməlləri daha yaxşı olacaqdır. Həqiqətən, yerdə olan hər şeyi Biz cansız quma çevirəcəyik” (Kəhf, 18/7-8).
Lakin böyük bir qismət var ki, o, dünya cazibədarlıqla­rından mahiyyətcə və keyfiyyətcə üstündür. Bu – doğru biliklər və haqq dindir ki, onlar insana bu dünya həyatında bəxş edilir, habelə əbədi nemətlər və dirildikdən sonra Mərhəmətli Rəblə qonşuluq­dakı olduqca rahat həyatdır. Bu qismət bu dünyadakı nemətlərdən daha uzunmüddətlidir, çünki o, heç vaxt tükənmə­yə­cəkdir. Fövqəluca buyurur: “Xeyr! Siz bu dünya həyatına çox üstünlük verirsiniz, halbuki Axirət həyatı – daha yaxşı və daha uzunmüd­dətlidir” (Əla, 87/16-17).
Şərh etdiyimiz ayədə göstərilir ki, əgər insan özünü maddi nemətlərə və dəbdəbəyə meyilli olmasını müşahidə edərsə, onda o,  Rəbbin bol mükafatını xatırlamalı və onu fani dünya zövqləri ilə müqayisə etməlidir.  


                 ﯕﯖ      ﯙﯚ    ﯜﯝ         
(20.132) “Ailənə namaz qılmağı tapşır və özün də onu səbirlə qıl! Biz səndən ruzi istəmirik, axı Biz sənə ruzi veririk. Xoş aqibət - Allah qorxusu ilə bağlıdır”.

Ailə üzvlərini fərz və könüllü namazları qüsursuz qılmağa çağır və onların üzülməsinə imkan vermə. Namazı qüsursuz qılmaq üçün insanlar onun, yarımçıq və natamam olmamağından ötrü, bütün zəruri rüknlərini yerinə yetirməlidirlər. Buna görə, əslində Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) tapşırılmışdı ki, namazı necə düzgün qılmağı və nəyin namazı batil etdiyini insanlara öyrətsin.
Bununla yanaşı onun özünə (s.ə.s.) əmr edilmişdi ki, namazı,  onun vacib tərkib hissələrini yerinə yetirərək və Rəbbi qarşısında mütilik göstərərək, səbirlə qılsın. İnsan qəlbi bu hökmə könülsüz tabe olur, lakin hər bir müsəlman öz nəfsinə, istəklərinə qarşı mübarizə aparmalı, namazı qüsursuz qılmağa özünü vadar etməli və layiqincə səbirlilik göstərməlidir. Həqiqətən, əgər insan  namazı müntəzəm olaraq lazımi qaydada qılırsa, onda o, dinin digər tələblərini də qüsursuz icra edir. Əgər o, namazda nöqsana yol verirsə, onda o, Rəbbin qalan digər hökmlərinə də etina­sızlıqla yanaşır.
Sonra Fövqəluca Allah Elçisinə (s.ə.s.) ruzi verəcəyini vəd edir ki, dünyəvi qayğılar onu (s.ə.s.) dinin hökmlərinə riayət etməkdən yayındırmasın. Lakin Allah ruzi nazil edəcəyini təkcə  Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) deyil, bütün məxluqlara vəd etmişdi. Bu, ilk növbədə, Rəbbinin hökmlərini yerinə yetirən və Onu daima yad edənlərə aiddir. Maddi nemətlərin həm təqvalılara, həm də naşükür qullara verildiyini nəzərə alaraq, insan, hər şeydən öncə, Axirətdə əbədi səadətə qovuşmaq qayğısına qalmalıdır. Bu məqsədə nail olmaq isə təqvalılıq sayəsində mümkündür və buna görə Fövqəluca xatırladır ki, həm bu dünyada ikən, həm də ölümdən sonra gözəl aqibət, Allahın hökmlərini yerinə yetirən və Onun qadağalarını pozmaqdan qorunan təkcə təqvalı müsəlmanlar üçün hazırlan­mışdır. Fövqəluca həmçinin buyurmuşdur: “...Aqibət müttəqilə­rin­dir” (Qəsəs, 28/83).

                ﯦﯧ                   

(20.133) “Onlar deyirlər: “O, niyə bizə Rəbbindən möcüzə gətirmədi?” Məgər  ilk səhifələrdə olanlar haqqında onlara açıq-aydın dəlil gəlməmişdirmi?”

Kafirlər Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) tələb edirdilər ki, onlara möcüzələr göstərsin və onu bunu edə bilməməsində günahlandırırdılar. Onlar deyirdilər: “Bizə yerdən bulaq çıxartmayınca sənə heç vəchlə inanmarıq və ya sənin xurma və üzüm bağın olmadıqca və ortasından çay axıtmadıqca və yaxud Allah və mələkləri ilə birlikdə bizim qarşımızda  durmadıqca, ya da daş-qaşdan evlərin olmadıqca və ya sən göyə qalxmadıqca. Lakin biz sənin göyə çıxmağına da, bizim oxuyacağımız Kitabla yerə düşməyincə inanmayacağıq” (17/90-93). Bu, müşriklər tərəfindən ən böyük inadkarlığın və zalımlığın təzahürü idi. Onlar da, Elçinin (s.ə.s.) özü kimi, sadəcə, Allahın qulları idilər və öz ehtiraslarına uyğun olaraq Ondan möcüzə tələb etmək haqqına malik deyildilər, çünki O, Öz qullarına təkcə Onun ilahi hikmətinə müvafiq gələn möcüzələri göstərir.   
Müşriklərin onlara Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunu təsdiq edən möcüzə göstərilməməsi haqqında iddialarına gəldikdə isə, bunlar iftira­dır, çünki o (s.ə.s.) onlara həqiqi peyğəmbər olması haqqında o qədər qeyri-adi möcüzələr və təkzibolunmaz dəlillər göstər­mişdir ki, hətta onların bir hissəsi belə məqsədlərinə çatmaq üçün onlara bəs edərdi.
Ey müşriklər! Əgər siz doğru deyirsinizsə və həqiqətən haqqı axtarırsınızsa, onda qədim səhifələrdə barəsində bəhs edilən möcüzəyə nəzər salın. Bu – Müqəddəs Qurandır və Tövratda və İncildə nazil edilmiş vəhylərin gerçəkliyini təsdiq edir. Quran ayələri əvvəlki Kitablara zidd deyildir, ən başlıcası isə, bu Kitablar Quranın nazil ediləcəyi və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gələcəyi barədə öncədən xəbər verirdilər. Buna görə Fövqəluca buyurub: “Məgər Bizim onlara oxunan Kitabı sənə nazil etməyimiz onla­ra bəs etmirmi? Həqiqətən, bunda – iman gətirən insanlara mərhə­mət və nəsihət vardır” (Ənkəbut, 29/51).

                                      ﯿ       

(20.134) “Əgər Biz onları bundan əvvəl əzabla məhv etsəydik, onda deyərdilər ki: “Ey Rəbbimiz! Niyə biz alçaldılıb rüsvay edilənə qədər Sən bizə bir elçi göndərmədin ki, sənin ayələrinin ardınca gedəydik?”

Quran ayələri möminlərə fayda verir, onların imanını və etiqadını artırır. O ki, qaldı onlardan boyun qaçıranlara və onlara müqavimət göstərənlərə, onlar Qurana iman gətirə və ondan faydalana bilməzlər. Fövqəluca buyurur: “Həqiqətən, barələ­rin­də Allahın Sözünün təsdiq olunduğu şəxslər, onlara hətta istədik­ləri möcüzələr göstərilsə də, əzab-əziyyətə düçar edilmə­dikcə iman gətirməzlər” (Yunus, 10/96-97). Lakin kafirlərə nazil edilən möcüzələr nəticəsiz qalmır, çünki bu möcüzələr onları bilməməz­lik­lərinə görə bəraət almaqdan məhrum edir. Onlar cəzanı gör­dükdə, özlərini artıq doğrulda bilməyəcəklər, çünki Elçi (s.ə.s.) gəlmişdir və onlar çoxsaylı möcüzələr və dəlillər görmüşlər. Buna görə sonra Fövqəluca buyurur:

      ﰇﰈ                

(20.135) “De: “Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin haqlı olduğunu, kimin doğru yolla getdiyini görəcək­si­niz”.     

Ey Muhəmməd! Qoy kafirlər sənin ölümünü gözləsinlər. Sən isə cəzanın onları haqlayacağı günü gözlə. De: “Doğrudanmı siz, bizə iki nemətin birindən başqa nəyinsə düşəcəyini gözlə­yirsiniz? Biz də Allahın sizi Özü tərəfindən və ya bizim əli­mizlə əzaba düçar edəcəyini gözləyirik. Gözləyin, biz də sizinlə birlikdə gözləyirik” (Tövbə, 9/52). Bu ayədə xatırlanan iki nemət qələbə və şəhidlikdir.
Ey kafirlər! Siz çox tezliklə biləcəksiniz ki, haqq yola kim sadiq idi: siz və ya Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!). Doğru yolla gedən hər kəs müvəffəqiyyətə nail olacaq, xoşbəxtlik və xilas əldə edəcək. Amma bu yoldan kənara meyil edən hər kəsi isə ümidsizlik və əzabverici cəza yaxalaya­caqdır. Bizə çox yaxşı məlumdur ki, uğur Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) müşayiət edəcək və onun (s.ə.s.) düşmənləri və yağılar böyük ziyana uğrayacaqlar. Allahın Özü bu barədə daha yaxşı bilir.



[1] Müqəddəs Quranın bəlli olan bölmələri (surələri) başlanğıc hərfləri ilə başlayan, bizə məlum olan, yeganə bir kitabdır. Quranın bəzi surələri “Əlif. Lam. Mim” “Qaf” kimi başlanğıc hərfləri ilə başlayır və sonra surə davam edir. Müqəddəs Qurandakı 19 kodunun kəşf edilməsinə qədər bu surələrin belə başladılmasının hikməti maraq doğururdu. 19 kodu aşkar edildikdə, onun problemləri izah edən özəlliyə malik bir gerçəklik olduğu aydınlaşdı və məlum oldu ki, başlanğıc hərflər 19 kodu baxımından əhəmiyyətli bir yer tutur. Başlanğıc hərfləri olan 29 surədə başlanğıc hərflərin olduğu ayələrin sayı 30-dur. 29 surənin 19-da başlanğıc hərflərin özü  sıra nömrəsi olan ayədir. (Məsələn, Bəqərə surəsində 1-ci ayə: “Əlif. Lam. Mim”, o cümlədən, “Ta. Ha” surəsində 1-ci ayə: “Ta. Ha” və s.). 10 surədə isə başlanğıc hərf surənin ilk ayəsinin tərkibində, ayənin başlanğıcında yazılır (Məsələn: “Qaf” surəsində 1-ci ayə: “Qaf. Şərəfli Qurana and olsun!” formasındadır.). Başlanğıc hərfləri ilə başlayan 10 ədəd surənin 9-da  Müqəddəs Qurana diqqət yetirilir. Məhz bu 9 surənin surə nömrələrinin cəmi – 190-dır. (10+11+12+13+14+15+27+38+50=190). 190 isə gördüyümüz kimi, 19-un 10 əmsalıdır. “Ta.Ha” surəsi ilə əlaqədar nümunəsini verdiyimiz bu bir misal Qurandakı söz və rəqəm uyğunluğu möcüzəsinin insan təfəkkürünə sığmayan İlahi qanunauyğunluqlar olmasına təkzibolunmaz dəlildir. Bunlar isə Allahın bu Kitabında yüzlərcə və daha çoxdur (Mənbə: “Quran – heç tükənməyən möcüzə”. Quran Araşdırmaları Mərkəzi. İstanbul, 2005, səh. 400-402). F.S. 
[2] Artıq 21-ci əsrin əvvəllərində, əsasən, müsəlman Quran tədqiqatçıları tərəfindən bu “başlanğıc hərflərin” sirri, Allahın rizası ilə, açılmağa başlanmışdır. İslam əqidəsi daşıyıcıları olan bir çox alimlər Quranın başlanğıc hərflərinin Quranın özünümüdafiə mexanizmi ilə əlaqədar olduğunu sübuta yetirməkdədirlər və bundan öncə yuxarıda verdiyimiz (46-cı) izah da Allahın Quranı Özü tərəfindən mühafizə etməsi kimi misilsiz müddəasını təsdiq edir. Yeri gəldikcə, ayələrin A. Səədi tərəfindən verilmiş şərhlərinə, ehtiyac yarandıqda, mövcud elmi mənbələrdən əxz etdiyimiz müvafiq zəruri qeydlərimizi oxucularımızdan əsirgəməyəcəyik. F.S.   
[3] İbadətə Layiq Olan (Allah) adı. F.S.
[4] Cənnət nəzərdə tutulur. F.S.
[5] O dövrün yerli Misir əhalisi. F.S.
[6] Çoxallahlıq mənasında. Müşrik isə, Fövqəluca və Vahid Allaha saxta “ilahları” şərik qoşanlara deyilir. F.S.
[7] Hifz olunan, qorunan lövhə - Allahın dərgahında hər şeyi yazmış olduğu əsas yazılı mənbə. F.S.
[8] Ayənin əslində bu söz “mənnə”-dir. Məlum olduğu kimi, dəvətikanı bitkisinin şəkərinə də “manna” deyilir (1). Bundan başqa, bəzi bitkilərin dondurulmuş şirəsi də “manna” adlanır. F.S.
[9] Mannanı. F.S.
[10] Buzova. F.S.
[11] Heyvanın heykəli nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий