среда, 2 мая 2012 г.

67. ƏL-MÜLK SURƏSİNİN ŞƏRHİ

Â\
ƏL-MÜLK
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

              Mərhəmətli və Rəhimli Allahın adı ilə!  

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ

(67. 1) “Hakimiyyət Əlindəolan Mübarəkdir. O, hər şeyə qa­dir­­dir”,

Allah Böyük və Fövqəlucadır, Onun xeyirxah əməlləri say­sız-hesabsızdır və Onun mərhəməti bütün varlıqları əhatə edir! Onun əzəməti – göylərin və yer aləmlərinin üzərində hakimiy­yə­ti­nin Ona məxsus­ olma­sındadır. O (Pak və Müqəddəs), onları xəlq et­mişdir və istədiyi kimi də onları idarə edir. Öz hikməti ilə O (Pak və Müqəddəs), bu və ya digər din və Kainat qanunlarını na­zil edir. Onun əzə­mə­ti həm də ondadır ki, O (Pak və Müqəddəs), – föv­qəlqüdrətlidir. O (Pak və Müqəddəs), istədiyini etməyə və istə­di­yi məxluqu, onun nə­həngliyindən asılı olmayaraq, hətta istər göy­lər olsun, istərsə də yer olsun, yaratmağa qadirdir.

 ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ
(67. 2) “sizi sınamaq üçün ölümü və həyatı da Yaradan və əməl­­­­­lərinin də yaxşı olacağı Odur. O – Fövqəlqüdrətlidir, Ba­ğış­la­­yan­dır».

O (Pak və Müqəddəs), qullarını dirildir və vəfat etdirir ki, ki­min əməllərinin səmimi və saleh olduğuna bir daha əmin olsun. O (Pak və Müqəddəs), insanları xəlq etmiş və bu dünyada məs­kun­laş­dırmışdır. O (Pak və Müqəddəs), onlara xəbər vermişdir ki, on­lar bu dünyanı müt­­ləq tərk edə­cəklər və buna dair hökümlər və qa­da­­ğalar nazil et­miş­dir, sonra isə onları, Rəbbin hökümlərini yerinə ye­­tir­məkdən çəkin­di­rən ehtiraslarla imtahana çəkmişdir. Bu hökümlərə müti olanlara Allah həm bu, həm də Axirət aləmlərində gö­­zəl mükafat verəcəkdir. Qəlbi alçaq ehtiras­larını qane etməyə me­­yil göstərənlərə və Rəbbinin iradə­sini inkar edən­lərə sərt əvəz ve­­riləcəkdir. Fövqəlqüdrət Ona məxsus­dur və bü­tün varlıqlar Onun hökmü altındadırlar və Ona mütidirlər. O (Pak və Müqəddəs), qullarının günahlarını və qüsurlarını bağışlayır, xü­su­­silə, əgər onlar törətdiklərini tövbə edirlərsə. O (Pak və Mü­qəddəs), hət­­ta göylərə qədər çatan günahları da bağışlayır və mö­minlərin nöq­­san­la­rını, onlar bu dünyanı doldur­sa­lar da, bağış­layır.
ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ

(67. 3) “O, yeddi göyü təbəqə-təbəqə yaratmışdır. Rəh­ma­nın yara­dıcılığında heç bir uyğunsuzluq görməzsən. Bir də bax! Bir çat­laq görə bi­lərsənmi?”

Allah bir-birinin üstündə yeddi göy qübbəsi yaratmış və on­la­ra gözəl və kamil görkəm vermişdir. Sən bu yaradılışda hər han­sı bir uy­ğunsuzluq, yəni, naqislik və ya çatışmazlıq görə bil­məz­sən. Əgər məx­­luq nöqsanlardan məhrumdursa, onda o, hərtərəfli ka­­milliyə və gözəlliyə malik olur. Elə buna görə göylər hər ba­xım­dan gözəldir. On­ların rəngi, görkəmi, yüksəkliyi və onlarda yer­ləş­­­dirilmiş günəş və parlaq ulduzlar, hərəkət edən və sabit pla­netlər gözəldir.
Göylərin xəlq edildiyi mükəmməllik insanlara yaxşı mə­lum­dur və buna görə Fövqəluca Allah insanlara buyurur ki, on­la­ra tez-tez bax­sınlar və onların əlçatmazlığı üzərində düşünsünlər. Ey in­san! Diq­­­qətlə göylərə bax və sən onlarda qüsur tapa bil­məz­sən.

ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ

(67. 4) “Sonra bir daha və bir daha bax və baxışların aciz və yorğun halda özünə qayıdacaqdır».

Göylərə tez-tez nəzər sal və hər dəfə baxışların yorğun hal­da aşağı enəcəkdir, çünki sən, hətta bundan ötrü çoxlu cəhdlər gös­tərsən də, bu xilqətdə qüsur və nöqsan görə bilməyəcəksən. Son­ra Fövqəluca göylərin gözəlliyindən və cazibədarlığından xə­bər verir:
ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(67. 5) “And olsun ki, Biz dünya səmasını çıraqlarla bə­zə­dik və onları şeytanları daşlamaq üçün etdik. Biz onlar üçün çıl­ğın alov­­lu Od əzabı hazırla­mı­şıq».

Söhbət insanların öz gözləri ilə görə bildikləri birinci göy­dən ge­­dir. O, müxtəlif parlaqlığa və işıq saçma qabiliyyətinə malik ul­­­duz­larla bə­zən­mişdir. Əgər göydə ulduzlar olmasaydı, onun qüb­bəsi zül­mət içində, gözəllikdən və cazibədarlıqdan məhrum olar­dı. Lakin Allah ulduzları yaratdı, göyü onlarla bəzədi və işıq­lan­­dırdı ki, in­san­lar gecə qaranlığında həm quruda, həm də də­niz­də düz yol tapa bilsinlər.
Fövqəlucanın bu ayədə yalnız aşağıdakı göyü nəzərdə tut­ma­­sı­na baxmayaraq, bir çox ulduzlar hətta yeddinci göydən də yu­xa­rı­da­dır. Bu, heç vəchlə Quranla ziddiyyət təşkil etmir, çünki göy­lər şəf­fafdır və əgər ulduzlar birinci göyə mənsub olmasalar da, onların ca­zi­bədarlığı ona çatır.
Ulduzlar həmçinin Rəbbin hökümlərinə gizlicə qulaq asmaq is­­tə­yən şeytanları mələklərin daşlaması üçündür. Allah ulduzları həm də göyləri şeytanlardan mühafizə etmək üçün xəlq etmişdir və göy­lərdə eşitdiklərini onların yerə aparmasına icazə vermir. Be­­ləliklə, axan ulduzlar bu dünyada şeytanların qənimidir. Axirət hə­­yatında isə onlar üçün Allahın əleyhinə çıxdıqlarına və Onun bir çox qullarını doğru yoldan çıxartdıqlarına görə odlu cəza ha­zır­­lanmışdır. Belə cəza şeytanların ardınca gedən kafirlər üçün də ha­­zırlanmışdır və buna gö­rə sonra Allah buyurur:

ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(67. 6) “Rəbbini inkar edənlərə Cəhənnəmdə əzab ha­zır­lan­­­mış­dır. Ora necə də pis təyinat yeridir!”
(67. 7) “Onları ora atanda, onun necə pıkhapıkqla qay­na­dı­­ğını eşi­dəcəklər”.
(67. 8) “O, qəzəbindən partlamağa hazırdır. Hər dəfə bir dəs­tə ora­ya atıldıqda, onun mühafizəçiləri soruşacaqlar: “Məgər si­­zə xə­bərdarlıq edən nəsihətçi gəlməmişdi?”

Cəhənnəm əzabkeşlərini böyük alçaldılma və şərəfsizlik çul­­ğa­yacaq­dır. Onlar Cəhənnəmə - mənfur və alçaldılmış halda atı­­l­acaqlar və orada onlar müdhiş səslər eşidəcəklər. Cəhənnəm qay­­nayır və ka­firləri özünə çəkmək üçün hiddət və qəzəblə co­şa­raq parçalanmağa hazırdır. Sən necə bilirsən, onlar oraya düşəndə baş­larına nə gələcək?
Cəhənnəmin gözətçiləri əzabkeşləri qınayacaq və onlardan so­­ru­­şa­caqlar: “Məgər sizə nəsihətçi gəlməmişdi?” Siz necə oldu ki, bu­­ra­ya düşdünüz və hansı cinayətlərinizə görə Cəhənnəm əzabı al­­dınız? Axı sizi bu barədə xəbərdar etmişdilər və bundan çə­kin­dir­mişdilər.

 ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ

(67. 9) “Onlar deyəcəklər: “Əlbəttə, bizə nəsihətçi gəl­miş­di, amma biz onu yalançı saydıq və dedik: “Allah heç bir şey na­zil et­məmişdir, siz böyük azğınlıq içindəsiniz”.

Beləliklə, onlar etiraf edəcəklər ki, nəinki cəzalandırı­lacaq­la­rını, hətta Allahın bütün nazil etdiklərini də inkar edirdilər. Lakin on­lar təkcə kafirliklə qane olmurdular və Allahın elçilərini (onlara Al­lahın salamı olsun!) azğınlıqda günahlandırmağa cəsarət gös­tə­rir və bunu hətta böyük azğınlıq adlandırırdılar, halbuki, əslində, el­­çilər doğru yolun həqiqi təbli­ğatçılarıydılar. Bundan da daha bö­yük inad­karlıq, təkəbbürlülük və za­lımlıq ola bilərmi?

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

(67. 10) “Onlar deyəcəklər: “Əgər biz qulaq assaydıq və ağıl­lı ol­say­dıq, onda bu Odun sakinləri arasına düşməzdik».

Onlar Allahın təlimindən və doğru yoldan uzaqlaşdıqlarını eti­raf edərək, deyəcəklər: “Əgər biz qulaq assaydıq və ağıllı olsay­dıq, Cə­­hənnəm sakinlərinin arasına düşməzdik». Onlar etiraf edə­cək­lər ki, doğru yolla getmirdilər və Allahın nazil etdiklərinə və el­çi­lərin təbliğ etdiklərinə itaətsizlik göstərirdilər. Onlar həmçinin eti­raf edəcəklər ki, insana böyük fayda verən və şeylərin əsil ma­hiy­yətini dərk etməyə, özü üçün əsil doğru yolu seçməyə və rüs­vay­edici nəticəsi olan hər şey­­dən çəkinməyə kömək edən sağlam dü­şün­cəyə malik deyildilər.
Doğrudan da, kafirlər haqqı dərk etmirlər və dü­şün­cə­siz­dir­­­lər və amma biliklərə sahib olan və Rəbbinin gerçəkliyinə eti­qad edən kəs haq­qında bunu demək olmaz. Belə insanlar doğru­çu­­lu­ğun və ima­­­nın təcəs­sü­müdürlər. Onlar öz itaətkarlığını Alla­hın vəh­yini və Onun Elçisinin (ona Allahın salavatı və salamı ol­sun!) tə­limini öy­rən­məklə sübuta yetirir, onların mənalarını qav­ra­­­­yır və işlərində onlara istinad edirlər. Onların ağlının paklı­ğı­nın və qü­sur­suzluğunun dəlili isə on­ların haqqı və azğınlığı, xe­yir­­xahlığı və nöq­sanı, yaxşılığı və pis­liyi təyin etməkdə yan­lış­lı­ğa yol ver­mə­məsidir. Onların imanı, Allah­ın on­lara göstərdiyi lü­­tüf­karlığı və on­la­rın Rəbbin vəhyinə uyğun gə­lənə nə dərəcədə tə­­rəfdar olma­la­rı və möhkəm mənaya nə dərəcədə etiqad et­mə­lə­ri qədər güc­lü­dür.
Həmd olsun Allaha ki, O (Pak və Müqəddəs), seçdiyi kəs­lərə Öz mərhəməti ilə himayə edir, istədiyinə lütüfkarlıq göstərir və yal­­nız xeyir­xahlıq etməyi bacarmayanı köməyindən və yar­dı­mın­dan məh­rum edir! Cəhənnəmə atılacaq və orada öz zalımlıq­larını və inadcıl­lıqlarını dərk edəcək belə fasiqlər haqqında Fövqəluca Allah buyurur:
ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

(67. 11) “Onlar günahlarını etiraf edirlər. Qəhr olsun Od sakin­ləri!”

Rədd olun! Siz necə də alçaldılmış və bədbəxtsiniz! Bundan da dəh­şətli və daha pis nə ola bilər? Onlar Allahın mükafatından məh­rum edi­ləcək və əbədi olaraq alov içində qalacaqlar və o da onların bədən­lərini qarsalayayıb yandıracaq, ürəklərini bişi­rə­cək­dir.
Allah kafirlərin aqibətini xatırlatdıqdan sonra, bəxtəvər mömin­ləri nələrin gözlədiyini xəbər verir:

ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ

(67. 12) “Həqiqətən, Rəbbindən, Onu gözlə görmədən, qor­­­xan­­lara bağışlanma və böyük mükafat hazırlanmışdır».

Onlar Allahdan həmişə və bütün hallarda və, hətta, onları, Al­­­lahın Özündən başqa, heç kim görmədikdə də, qorxurlar. Onlar Ona itaətsizlik göstərmir və Onun verdiyi hökümlərində heç nəyi nə­­­zər­­dən qaçırmırlar. Allah onların günahlarını bağışlayacaq, on­la­rı şər­­­dən xilas və Cəhənnəm cəzasından azad edəcəkdir. Bu­nun­la ya­na­­şı O (Pak və Müqəddəs), onlara böyük mükafat bəxş edə­cək­dir. Bu - əbədi Cənnət gözəl­likləri, əzəmətli mülklər, fasiləsiz ləz­zət­lər, sa­­­raylar və yüksək qəsrlər, cazibədar hurilər, çoxsaylı qul­luq­çular və əbədi gənc yeniyetmələr olacaq­dır. Lakin onların ara­sın­da daha bö­­­yük və daha füsunkar bir şey də vardır. Bu – Rəhimli Al­lahın lü­tüf­­karlığıdır ki, ona Cənnətin bütün sakin­ləri la­yiq gö­rüləcəklər.

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
(67. 13) “Nitqinizi gizli saxlasınız da, aşkar söyləsəniz də, O, kök­sünüzdə olanları bilir”.

Allah Özünün hər şeyi əhatə edən elmini xüsusilə nəzərə çarp­­­­­dırır və bəyan edir ki, məxluqlarının gizlətdikləri və ya aşkar bil­­­dir­dikləri Ona eyni dərəcədə yaxşı məlumdur. Heç bir sirr On­dan gizli qala bilməz, çünki O (Pak və Müqəddəs), bütün gizli niy­yət­­lər və fi­kirlərdən agahdır. Onda hətta başqa insanlara mə­lum olan danışıqlar və işlərdən heç bəhs etməyə də dəyməz. Son­ra Al­lah Özü­nün mütləq elminə hikmətli bir sübut gətirərək belə bu­yu­rur:

ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ
(67. 14) “Məgər Xəlqedən bilməzmi? Axı O – Lətifdir, Xə­bər­­­dar­­olandır!”
Məgər bütün varlıqları yaradan və hər şeyə mükəmməl və gö­­­zəl sima bəxş edən Xaliq Öz məxluqları haqqında bil­mə­yə­cək­mi? O (Pak və Müqəddəs), hər şey, hətta gizli niyyətlər, sirlər və məx­fi sax­la­nan fikirlər haqqında ən incə elm Sahibidir. Fövqəluca həm­çinin bu­yurur: “Ona onsuz da bütün sirli və məxfi olanlar mə­lumdur” (Ta­ha, 20/7). O (Pak və Müqəddəs), sevimli qullarına qar­şı xeyirxahdır və onlara Öz mərhəməti və xeyirxahlığı ilə, on­la­rın özlərinin belə xəbər­ləri olmadığı halda, himayə edir. O (Pak və Müqəddəs), onları şərdən elə etibarlı qoruyur ki, onlar hətta belə bir himayəni heç gözləmirlər də. O (Pak və Müqəddəs), onları yük­səkliklərə ucaldıb, elə yollarla apa­rır ki, onlar hətta ağıllarına belə gətirməzlər. Bəzən O (Pak və Müqəddəs), onlara dünya hə­ya­tı­nın çətinliklərini daddırır ki, bunun sa­yə­sində onları ən əziz məq­­sədlərinə çatdıra bilmək üçün sınaqdan ke­çirsin.

ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ
(67. 15) “O, yeri sizə ram etdi ki, onun üstündə yeriyəsiniz və Onun ruzisindən yeyəsiniz. Dirildilib, Ona qayta­rıla­caq­sınız».

O (Pak və Müqəddəs), sizə yer üzərində hökümranlıq etməyi əta etdi və onu qarşınızda mütiləşdirdi ki, öz ehtiyaclarınızı ödə­yə­si­niz, onun üstündə ağac əkəsiniz, məhsul yığasınız, evlər tikib, uzaq di­­yar­lara və əcnəbi məmləkətlərin şəhərlərinə aparan yollar sala­sınız.
Beləcə yer üzərində dolanacaq tapmaq və fayda əldə etmək məq­­­sədi ilə səfərə çıxın və sizə nəsib edilən ruzidən yeyin. Lakin un­ut­­­mayın ki, siz, Allahın sizi sınaqdan keçirdiyi bu dünyanı tərk edə­­­cəksiniz. O (Pak və Müqəddəs), bu dünyanı Axirət həyatı üçün fə­a­­liyyət meydanı etmişdir. Hə­qiqətən, siz öləcəksiniz və sonra di­ril­­di­lərək, Allahın hüzurunda topla­nacaqsınız ki, O (Pak və Müqəddəs), xeyirxah və bədxah əməllərinizə görə si­zə əvəzini versin.
ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ
(67. 16) “Məgər siz Göydəkinin yerə sizi udmağı əmr et­mə­­­yə­cə­yinə əminsinizmi? Onda yer təlatümə gələcəkdir”.
(67. 17) “Məgər siz Göydəkinin üstünüzə daş-kəsəkli qa­sır­­­ğa gön­dərmə­yə­cə­yinə əminsinizmi? Siz tezliklə Mənim xə­bər­­­darlı­ğı­mın necə olacağını biləcəksiniz!”

Bu sözlərdə ara vermədən özbaşınalıqlar edənlərin, Allahın qa­­­nun­la­rı­nı pozanların və Onun hökümlərinə itaətsizlik göstə­rən­lə­rin ün­va­nı­na vahimə­yə salma və təhdid eşidilir. Bunun nəticəsi ki­­­mi, on­lar qisas alınmağa və cəzalandırılmağa layiqdirlər. Məgər siz bütün məx­luqlarından üstün olan Fövqəluca Allahdan qorx­mur­su­­nuz? Axı O (Pak və Müqəddəs), yeri sizi udmağa məcbur edə bi­lər və onda o, si­zinlə birlikdə elə təlatümə gələr ki, siz ha­mı­nız hə­lak olarsınız, qırı­lıb-çatılarsınız. Məgər siz göylərdən sizi haq­laya bi­lən Allahın qisasın­dan ehtiyat etmirsiniz? Lap yaxın vaxt­larda elçi­lə­­rin və Kitabların sizi çə­kindirdikləri şeylərin hə­qiqətə necə çe­v­ri­lə­cə­­yini görəcəksiniz. Elə fi­kir­ləşməyin ki, əgər göy­lərdən və yerdən gü­nahkarların üstünə dü­şə­­­cək cəzadan qorx­mur­sunuzsa, onda o siz­dən yan ötüşər. Siz hök­mən öz ci­na­yət­lə­ri­ni­zin nəticəsini, Allahın sizə möhlət verib-vermə­mə­­sin­dən asılı ol­ma­­yaraq, görəcəksiniz!

ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

(67. 18) “And olsun ki, onlardan əvvəlkilər də yalan say­mış­­­dı­lar. Məni inkar etmənin nəticəsi gör necə oldu!”

Sizdən əvvəlkilərin arasında da Allahın ayələrini yalan he­sab edən­lər var idi. Fövqəluca Allah onları vəhv etdi. Baxın görün, Onun ifşa etməsi necə oldu! O (Pak və Müqəddəs), onları bu dün­ya­da cəza­landırıb, darmadağın etdi və onların Axirət həyatı üçün də cəza ha­zırlamışdır. Sizi də belə bir aqibətin gözləyəcəyindən çə­kinin!

 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(67. 19) “Məgər onlar öz üzərlərində qanadlarını geniş açıb-yı­ğan quşları görməyiblərmi? Onları Mərhəmətlidən başqa heç kim saxlamır. Həqiqətən, O, hər şeyi görür».

Rəbb insanları, Allahın iradəsinə itaətkar olan quşların uçu­şu üzərində düşünməyə çağırır. O (Pak və Müqəddəs), səmanı və ha­vanı onlara ram etdirmişdir. Onlar uçan zaman qanadlarını ge­niş açır və yerə endikdə isə onları yığırlar. Onlar havada uçur, öz is­təkləri ilə və şəraitdən asılı olaraq uçuş istiqamətini dəyişirlər. Ha­­vada onların mü­vazinətini Mərhəmətli Allahdan başqa kimsə sax­lamır. O (Pak və Müqəddəs), onları göydə uçmağa yararlı olan bir görkəmdə xəlq etmişdir. Əgər insan bu barədə düşünsə, onda Xa­­liqin fövqəlqüdrəti və Onun yarat­dıqlarına göstərdiyi hökmdar qay­ğısı ona aydın olar. Belə olduq­da, o başa düşər ki, yalnız Allah Öz qullarının ibadətinə layiqdir. Hə­qi­­qə­tən, O (Pak və Müqəddəs), bü­­tün varlıqları görür və Öz məx­luqlarını ilahi hikmətinə uyğun ola­­raq idarə edir..
Sonra Fövqəluca Allah Onun əmrlərini yerinə yetirməkdən bo­­yun qaçıran və haqdan üz döndərən dikbaş günahkarlara mü­ra­ciət edərək, belə buyurur:

ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ

(67. 20) “Mərhəmətlidən başqa sizə yardım edəcək döyüş­çü­­­lə­ri­niz kim ola bilər? Həqiqətən, kafirlər qəflətdədirlər!”

 Əgər Mərhəmətli Allah sizi cəzalandırmaq qərarına gəlsə, mə­­­gər döyüşçüləriniz sizi bəladan xilas edə bilərlərmi? Düş­mən­lə­rinizlə mübari­zədə, sizə, ümumiyyətlə, Ondan başqa kim kö­mək etmək qüd­rətinə malikdir? Yadda saxlayın ki, yalnız O (Pak və Müqəddəs), kö­mək göstərir və qüdrət bəxş edir və yalnız O (Pak və Müqəddəs), sar­sıdır və alçaldır. Əgər bütün məxluqlar in­sa­nı bir düşmənindən qoru­maq üçün bir yerə toplaşsalar da, hətta onun düşməni ən aciz olsa da belə, O (Pak və Müqəddəs), istə­mə­dik­cə, onlar ona heç nə ilə kömək edə bilməzlər. Lakin ka­firlər Mər­həmətli Allahdan başqa heç kimin on­lara kömək edə bilməyə­cə­­yini bildiklərinə baxmayaraq, iman gətir­məməkdə davam edir­lər. Həqi­qətən, onlar axmaqdırlar və qəflət­də­dirlər.

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ

(67. 21) “O, Öz ruzisini kəsərsə, sizə kim ruzi verə bilər? La­­­kin onlar həddi aşmışlar və nifrət içindədirlər».

Ruzi Allahın əlindədir. Əgər O (Pak və Müqəddəs), sizi ru­zi­dən məhrum edərsə, onda heç kim sizi yedizdirə bilməz. İs­tə­nilən yara­dıl­mış varlıq hədsiz dərəcədə zəifdir və hətta özünü be­lə yedir­məyə gü­cü çatmaz. Bəs onda o, başqasını necə doyuzdura bi­lər? Bax buna görə, qullarına mərhəmət göstərən və ruzi verən yal­nız Fövqəl­qüd­rətli Xeyirxah Ona ibadət edilməsinə layiqdir. Am­ma kafirlər, buna baxmayaraq, haqqın qarşısında təkəbbür gös­tərir və haqq dindən uzaq­laşmaqda davam edirlər.

 ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ

(67. 22) “İndi kim daha doğru yolla gedir: üzüstə yıxılıb-qal­­­­xanmı və ya doğru yolla dümdüz gedənmi?”

Bir adam azğınlıq zülmətində dolaşaraq imansızlığa batır və aləm onun gözündə tərsinə çevrilir, haqq onun gözündə yalan olur, ya­lan isə haqq olur. Bir digəri isə həqiqəti dərk edir, onu özü­nün bə­lədçisi seçir və hər hansı bir şəraitdə bu yoldan nə sözü, nə də əməli ilə dönmədən, onu həyata tətbiq etməyə başlayır. Bu in­sanlara, sa­də­cə, baxmaq kifayətdir ki, onların arasındakı fərqi gö­rəsən və anla­ya­san ki, onlardan hansı biri doğru yola ayaq bas­mış, hansısı isə az­ğın­lığa batmışdır. İnsanın əməlləri onu özü haq­qında təmtəraqlı da­nışıq­larından daha yaxşı səciyyələndirir.

ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ

(67. 23) “De: “O – sizi Xəlqedən və sizə qulaq, göz və ürək Ve­­rən­dir. Necə də az şükür edirsiniz!”

Fövqəluca bir daha izah edir ki, yalnız O (Pak və Müqəddəs), ibadətə layiqdir və Öz qullarını Ona şükür etməyə və Ondan baş­qa heç kimə ibadət etməməyə çağırır. O (Pak və Müqəddəs), ol­ma­dı­ğı­nız bir halda, sizi köməkçilərdən istifadə etmədən ya­rat­mış­dır. O (Pak və Müqəddəs), sizin simanızı kamil etmiş və sizə eşit­mə, gör­mə orqanları və ürək əta etmişdir. Bu – insan or­qa­niz­mi­nin üç ən gö­zəl orqanlarıdır və insan onların sayə­sində özünün ən ecazkar fi­zi­ki qabiliyiyyətlərinə malikdir. Lakin bu ne­mətlərə bax­mayaraq, şü­kür edən insanlar çox azdır və belələrinin təşək­kü­rü də cüzidir.

ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ
(67. 24) “De: “O – sizi yer üzünə Yayandır və siz Onun ya­nın­­­­da top­­lanacaqsınız”.

Allah sizi bütün yer üzünə yaydı və yer kürəsinin müxtəlif gu­­­şələ­rində yerləşdirdi və sonra da sizə Öz hökümlərini və qadağa­la­rını nazil etdi, sizə istifadə etdiyiniz nemətlər bağışladı. Bütün bun­­lardan sonra siz öləcəksiniz və Yaradanın hüzurunda Qiyamət gü­­nü toplanı­lacaqsınız.

ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ
(67. 25) “Onlar deyirlər: “Əgər siz doğru deyirsinizsə, on­da vəd edilən nə vaxt başlayacaqdır?”

İnadkar kafirlər Allahın vəd etdiyi əvəzin veriləcəyini inkar edir və onun haqq olması barədə mübahisəyə girişməyə cəhd gös­tə­­rirlər və soru­şurlar: “Əgər doğru deyirsinizsə, onda bu vəd nə vaxt icra olunacaq?” Onlar elçilərdən və möminlərdən onların haq­lı olma­larına sübut kimi, dünyanın sonunun başlayacağı vax­tın onlara xəbər veril­məsini tələb edir­lər və bu bir daha onların şə­rəf­sizliyini və inad­kar­lığını təsdiq edir.

 ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ
(67. 26) “De: “Həqiqətən, o bilik Allahın dərgahındadır, mən isə, həqiqətən, açıq-aşkar xəbərdarlıq edənəm”.

Bu barədə heç bir məxluq bilmir. Dünyanın Sonunun başla­ya­­ca­­­ğı vaxt haqqında xəbəri elçilərdən (onlara Allahın salamı ol­sun!) onun başlan­masının müddətini bildirməyi tələb etmir, in­sa­nın sa­diq­­­li­­yini təsdiq edən bu deyil, onun təqdim etdiyi dəlil­lər­dir. Föv­qəl­­uca Allah insanlara Öz Peyğəmbərinin (ona Allahın sa­la­vatı və sa­la­mı ol­sun!) və Kitabının həqi­qi­liyini təsdiq edən kifa­yət qədər də­lil­lər və mö­­cüzələr nazil etmişdir ki, bunlardan sonra haq­qa diqqətlə y­anaşan və onu təsdiq etməyə hazır olanlarda şüb­həyə yer qal­ma­ma­lıdır.


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ

(67. 27) “Onlar onu öz yaxınlığında gördükləri gün ka­fir­lə­­­rin üzü qaralacaq və onlara deyiləcək: “Bu – sizin çağır­dı­ğı­nız­dır!”

Kafirlər haqqı inkar edir, aldanış və azğınlıq içində yalnız bu dün­ya­da qalırlar. Qisas vaxtı qəfildən gəldikdə, onlar cəzanı öz ya­­xın­lıqlarında görəcəklər. Bu onları kədərləndirəcək, təşvişə sa­la­­caq və dəh­şətə gətirəcəkdir. Üzlərinin ifadəsi dəyişəcək, mələk­lər isə onları qı­namağa başlayacaq və deyəcəklər: “Bu – sizin is­tə­diklərinizdir». Bu gün siz öz gözlərinizlə bunu görürsünüz. Gör­mə­­dikləriniz aydın­laşdı, lakin artıq nəyi isə düzəltmək gecdir. Si­zə yalnız bu cəzanı çək­mək qalır.

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ
(67. 28) “De: “Necə bilirsiniz, əgər Allah məni və mənimlə olan­­­­ları məhv edərsə və ya bizə rəhm edərsə, onda kafirləri ağrı-acı­lı əzab­dan kim qoruyacaq?”

Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­­sun!) zamanında kafirlər onun (s.ə.s.) dəvətini rədd etmişdilər, ona (s.ə.s.) ölüm arzulamışdılar və onun (s.ə.s) əleyhinə sui-qəsd ha­zırla­mış­­dılar. Fövqəluca isə onun (s.ə.s) düşmənlərinə belə de­mə­sini əmr et­mişdi: “Əgər istəkləriniz doğrulsa da, mən və ar­dı­cıl­larım həlak edil­sək də, bu sizə heç bir fayda gətirməyəcək, çün­ki siz Allahın ayə­lə­­rini inkar etdiniz və Allahın cəzasına layiq gö­rül­müsünüz. Kim si­zə dəhşətli əzabdan xilas olmağa yardım edə­cək? O artıq öncədən qə­rar­laş­­dırılmışdır. Sizin mənə zərər vur­maq cəhdləriniz və səy­lə­ri­niz əb­əs­dir və sizə heç bir fayda ver­mə­yəcəkdir”.
Kafirlər mütləq Cəhənnəmə düşəcəklər. Onlar özlərini mö­min hesab etdiklərinə, Peyğəmbəri (s.ə.s.) isə yolunu azmış say­dıq­larına, onunla (s.ə.s.) mübahisəyə girişdiklərinə və ona (s.ə.s.) qaşı dö­yüş­dük­­­­lərinə görə oraya düşəcəklər. Kimin doğru yolla get­məsinin hər kə­­sə aydın olması üçün Allah Peyğəmbərinə (s.ə.s.) əmr etmişdi ki, onun özünün (s.ə.s.) və davamçılarının iman gə­tir­dik­ləri haqq barə­sin­də insanlara xəbər versin.

ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ
(67. 29) “De: “O – Mərhəmətlidir! Biz Ona iman gətir­mi­şik və yalnız Ona təvəkkül edirik və siz kimin açıq-aşkar az­ğın­lıq­da ol­du­ğunu biləcəksiniz».

Onun (s.ə.s) bəyan etdiyi din – həm qəlbdə yaranmış möh­kəm iman­dan, həm də qəlbən və bədən əzaları ilə yerinə yetirilən sa­leh əməl­lərdən ibarətdir. Hər əməlin Allaha təvəkkül etmək sa­yə­sində ye­­rinə yetdiyi və kamilliyə nail olduğuna görə, O (Pak və Müqəddəs), onu digər xeyirxah əməllər sırasından seçib ayırmış­dır. Bu­na baxma­yaraq, təvəkkül imanın yalnız bir zəruri tərkib his­sə­sidir və bu barədə Fövqəluca belə buyurur: «...Əgər siz mö­min­si­niz­sə, yalnız Allaha təvəkkül edin” (Maidə, 5/23)[1].
Beləliklə, əgər Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­­sun!) və ardıcılları müvəffəqiyyətin və əsil xoşbəxtliyin nail olun­du­­ğu belə gözəl məziyyətlərlə səciyyələndirilirlərsə, onda onların düş­mən­ləri həmin keyfiyyətlərdən mütləq məhrum ediləcəklər. On­lar iman­dan məhrum edilmişlər və Rəbbə təvəkkül etmirlər. Hər bir insan bu meyarlara istinad edərək, kimin doğru yolla get­di­yini və kimin də açıq-aşkar yolunu azdı­ğını təyin edə bilər.
Sonra Fövqəluca qeyd edir ki, yalnız O (Pak və Müqəddəs), qul­­la­rına nemət və lütfünü, o cümlədən suyu nazil edir. O (Pak və Müqəddəs), sudan hər cür canlı varlıqlar xəlq etmişdir.

ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
(67. 30) “De: “Necə bilirsiniz, əgər səhərədək suyunuz çə­kil­sə, kim sizə çeşmə suyu əta edər?”

İçdiyiniz və heyvanlarınıza içirdiyiniz suyu, bağlarınızı və əkin sahələrinizi suladığınız suyu kim nazil edər? Bu, elə bir sual­dır ki, onun cavabı tam aydındır, çünki Fövqəluca Allahdan başqa heç kim bunu edə bilməz.



[1] Bu ayədə tərcümə etdiyim şərhin rusca mətnində bu tərkibdə («Уповайте только на Аллаха, если вы являетесь верующими» (5:23) ) verilmişdi. Lakin Quran ayəsini orijinalından araş­dırdıqda, onun həmin ayədən (Maidə, 5/23) yalnız bir fraqment (قَالَ رَجُلَانِ مِنَ الَّذٖينَ يَخَافُونَ اَنْعَمَ اللّٰهُ عَلَيْهِمَا ادْخُلُوا عَلَيْهِمُ الْبَابَ فَاِذَا دَخَلْتُمُوهُ فَاِنَّكُمْ غَالِبُونَ وَعَلَى اللّٰهِ فَتَوَكَّلُوا اِنْ كُنْتُمْ مُؤْمِنٖينَ) olduğunu aşkar etdim . Bunu qeyd etməyimin səbəbi – dəyərli oxucuların belə hal­lara xüsusi diqqət yetirməsi ilə əlaqədardır. Təfsiri tərcümə etdiyim rus di­lindəki mətndə Qu­ran ayələrinin fraqment (ayənin əvvəlindən, ortasından və ya sonundan müəyyən bir his­sə­si­nin verilməsinə baxmayaraq, belə sitatın xüsusi formatda verilməməsi, ərəbcə bilən oxu­cu­nu çaş­dı­rır, onda elə təsəvvür oyadır ki, ayə Azərbaycan dilinə natamam və ya naqis tərcümə edil­miş­dir. Bu isə (fraqmentarlığın göstərilməməsi) bu Təfsirdə məndən ön­cəki ilk tərcü­mə­çinin stilistikası ilə əlaqədardır. Bu Kitabda fraqmentar veri­lən ayələrin böyük əksəriy­yətini araşdırıb (nəzərimdən qaçanları istisna etmirəm), onlara zəruri təshihlər et­məyə çalışmışam, yəni onları ədəbiyyatda qəbul edilmiş qaydaya uyğunlaş­dırmışam. F.S.

Комментариев нет:

Отправить комментарий