\¡
YA-SİN
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ
ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə![1]
ﭬ ﭭ ﭮ ﭯ ﭰ
(36. 1) “Ya.
Sin”.
(36. 2)
“Hikmətli Qurana and olsun!
Fövqəluca
Allah Şərəfli Qurana and içərək, onu Hikmətli adlandırır, çünki Şərəfli Quran
hər şeyi öz yerinə qoyur. Bu Səmavi Kitabın bütün hökmləri, qadağaları və göstərişləri
hikmətlə doludur. Allah Kəramətli Quranda nəinki təkcə ədalətli hökmlər nazil
etmiş, həmçinin qullarına onların mənası və hikmətini də bildirmişdir. O (Pak
və Müqəddəs) möminlərə həm də bu və ya digər hökmlərdən çıxarılan nəticələrə və
amillərə xüsusilə diqqət yetirməyi öyrətmişdir.
ﭱ ﭲ ﭳ ﭴ
(36. 3) “Həqiqətən,
sən – elçilərdən birisən
Ey Muhəmməd!
Fövqəluca Hikmətli Qurana ona görə and içmişdir ki, sənin peyğəmbərliyinin
gerçəkliyini təsdiq etsin. Sən – elçilərin birincisi deyilsən, axı sənə qədər də
insanların yanına elçilər gəlirdilər. Sənin gətirdiyin dinin əsasları səndən əvvəlkilərin
təbliğ etdiklərinə uyğun idi. İnsanların peyğəmbərlərin və elçilərin
davranışı və əxlaqı üzərində düşünmələri kifayət edər ki, onlarla sadə insanlar
arasında çox böyük fərq olduğunu görə bilsinlər. Əgər onlar sənin kamil məziyyətlərin
və nəcib əxlaqın barədə fikirləşməli olsalar, onda onlara aydın olar ki, sən
doğrudan da Allahın ən əzəmətli elçilərindən birisən.
Rəbbinin,
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini təsdiq edərkən,
Hikmətli Qurana and içməsi təsadüfi deyildir. Hikmətli Kitab və sonuncu Elçinin
(s.ə.s.) peyğəmbərliyi arasında sıx rabitə mövcuddur. Əgər onun peyğəmbərliyini
Kəramətli Qurandan başqa heç nə təsdiq etməsəydi belə, təkcə bu dəlilin özü
onun təsdiqi üçün bəs edərdi. Quran – onun (s.ə.s.) peyğəmbərliyinin ən böyük və
əbədi sübutudur. Bu Kitabın mənşəyinin ilahi dəlillərinin hamısı onun (s.ə.s.)
peyğəmbərliyinin həqiqiliyini təsdiq edir.
ﭵ ﭶ ﭷ ﭸ
(36. 4)
“doğru yolda”.
Allah Öz
Elçisinin – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin
haqq olduğunu təsdiq edən ən gözəl məziyyətlərindən birini – doğru yolun
peyğəmbəri olmasını xüsusilə vurğulayır. Bu yol Allaha və İlahi mərhəməti Məkanına
aparır. Bu yolla getmək yalnız saleh əməllər və nəcib xasiyyət sayəsində
mümkündür. Xeyirxah əməllər insanın qəlbini və vücudunu, həmçinin yer üzündə və
ölümdən sonra insanın həyatını sahmana salır. Nəcib xasiyyət isə insanın ürəyini
saflaşdırır, qəlbini nəcibləşdirir və mükafatını artırır. Allahın Elçisinin
(ona Allahın salavatı və salamı olsun!) getdiyi doğru yol məhz bu keyfiyyətlərdən
təşəkkül tapmışdı. Ən Şərəfli Vəhyinin təsdiqi üçün ən Şərəfli Kitabına and içən
Allahın bunu necə etməsi üzərində düşünün! Məhz belə ecazkar ifadələrdə Kəramətli
Quranın əzəməti özünü büruzə verir.
Əlbəttə,
Allahın yalnız bir şəhadəti kifayətdir ki, Onun qulları Haqqa iman gətirsinlər.
Lakin Rəbb bununla qane olmayaraq, Öz sözlərini inandırıcı sübutlar və təkzibolunmaz
dəlillərlə də təsdiq etmişdir. O (Pak və Müqəddəs), insanlara sübut edir ki,
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyi haqdır və
onlara onun (s.ə.s.) yolu ilə getməyi buyurur.
ﭹ ﭺ ﭻ ﭼ
(36. 5)
“Onu Fövqəlqüdrətli və Rəhmli nazil etmişdir ki”,
Bu doğru
yolu, Kitabı Naziledən və qullarına Ona doğru yol tapmaq istəyənlərə Köməkedən
– aləmlərin Rəbbi göstərmişdir. O (Pak və Müqəddəs), Öz hakimiyyəti və Öz
Fövqəlqüdrətli sayəsində doğru yol Təlimatını təhriflərdən və dəyişdirilmələrdən
qoruyaraq, bununla Öz qullarına mərhəmət göstərmişdir. Onun lütfkarlığı insanları
yer üzündə tərk etmir və tükənməz İlahi neməti Məkanına nail olanadək yardım
edir. Məhz buna görə Allah burada Özünün gözəl adları olan Fövqəlqüdrətli və Rəhmli
adlarını xatırladır. Sonra O (Pak və Müqəddəs), xüsusilə qeyd edir ki, bütün
insanların doğru yola və Allahın Təliminə bərk möhtac olduqlarını bildirərək,
belə buyurur:
ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(36. 6)
“ataları xəbərdar edilməmiş və buna görə qafil qalmış insanları xəbərdar edəsən”.
Söhbət
bir-çox əsrlər boyu Səmavi Kitablardan məhrum olmuş və Allahın elçilərini
tanımayan savadsız ərəblərdən gedir. Bütün ərəb qəbilələri nadanlığa qapılmış və
azğınlıq içində batıb qalmışdılar. Onda Allah onların öz mühitindən olan bir
elçini onlara göndərdi. O (s.ə.s.), onların əvvəllər dərin azğınlıq içində olmasına
əhəmiyyət verməyərək, onların qəlbini təmizləməyə və onlara Kitabı və Hikməti
öyrətməyə çalışırdı. O (s.ə.s.), cahil ərəblər arasında haqqı təbliğ edir və
onlara onu digər cahil ərəblərin hər birinə və həmçinin əvvəllər Vəhy nazil
edilmiş Kitab əhlinə çatdırmağı tapşırırdı. Bu – Allahın bütün bəşəriyyətə və,
xüsusi ilə, ərəblərə göstərdiyi ən böyük mərhəmətinin təzahürü idi. Muhəmməd
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və müsəlmanlar haqqı
insanlara çatdırdılar, lakin onların nəcib çağırışını eşidən insanlar iki hissəyə
bölündülər.
ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ
(36. 7)
“Onların əksəriyyəti barədə Söz gerçəkləşmişdir, çünki onlar iman gətirmədilər”.
Bəziləri Allahın Təlimini rədd etdilər və nəsihətlərə qulaq asmadılar.
Rəbbin onlar üçün təyin etdiyi və istədiyi qədəri həqiqətə çevirdi. Onlar həqiqəti
bildilər, ondan üz çevirdilər, kafirliyi və müşrikliyi ondan üstün tutdular və
bundan sonra iman sahiblərinə aydın oldu ki, bu günahkarların ürəkləri, doğrudan
da möhürlənmişmiş.
ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ
(36. 8) “Həqiqətən,
Biz onların boynuna çənələrinədək kündə vurmuşuq və başları dik qalmışdır”.
Allah
müşriklərə iman sahibi olmağa nəyin mane olduğunu bildirir. Bu, Allahın kafirlərin
boynuna vurduğu kündələrdir. Bunlar çox möhkəm qandallara bənzər: onlar
günahkarların boynunu sıxar və çənələrinə dirənər və buna görə günahkarlar başlarını
yuxarıya qaldırıb dik tutmağa məcbur qalar və başlarını aşağı əyməyə qadir
olmazlar.
ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ
ﮤ ﮥ
(36. 9)
“Biz bir sədd onların qarşısında və bir sədd də arxalarında qoymuşuq və gözlərinə
pərdə çəkmişik ki, görməsinlər”.
Allah onların qarşısında və arxasında maneə qoymuşdur ki, onları haqq
dindən ayırsın. Lakin bu hələ hamısı deyil! Kafirlər dərk etmək imkanından da
məhrum edilmişlər, çünki onların gözlərinə pərdə çəkilmişdir. Cahillik və bədbəxtliklər
onları hər tərəfdən əhatə edir və buna görə öyüd-nəsihətlər onlara heç bir
fayda vermir.
ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ
(36. 10) “Sən
onları xəbərdar etsən də, etməsən də, onlar üçün fərqi yoxdur. Onlar iman gətirməzlər”.
Axı ürəyi
möhürlənmiş insan necə iman gətirə bilər?! Haqqı yalan, yalanı – haqq hesab edən
insan necə iman gətirə bilər?!
ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ
ﯜ ﯝ
(36. 11) “Sən
yalnız Zikrə itaət edəni və Rəhmandan, Onu görmədən, qorxanı xəbərdar edə bilərsən.
Onu bağışlanacağıyla və şərəfli bir mükafatla müjdələ”.
Fövqəluca
insanların digər dərəcədən olanları – xütbələrə və nəsihətlərə diqqətlə yanaşan
möminləri xatırladır. Allah Öz Elçisinə (s.ə.s.) xəbər verir ki, onun (s.ə.s.)
xütbələri[2],
xeyirxah məsləhətləri təkcə Zikrə itaət edən insanlara, yəni, haqqı tapmağa can
atanlara və Rəhmandan qorxanlara fayda verir. Haqqı tapmağa səmimiyyətlə səy
göstərmək və Fövqəluca Allah qarşısında qorxu hissi keçirmək – məhz bu iki məziyyət
möminlərə peyğəmbər təbliğatından faydalı ibrət götürməyə və Allahın Təlimi
sayəsində paklanmağa yardım edir. Ey Elçi! Bu iki keyfiyyətə malik olan
insanları tanı və onlara bağışlanacaqları və şərəfli mükafat alacaqları barədə
müjdə ver. Onların günahları bağışlanacaq və onlar öz xeyirxah niyyətlərinə və
gözəl əməllərinə görə ən böyük mükafat[3]
alacaqlar.
ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ ﯭ
(36. 12) “Həqiqətən,
Biz ölüləri dirildirik, onların etdiklərini və özlərindən sonraya
qoyduqlarını yazırıq. Biz Açıq Kitabımızda hər şeyi istinad[4] edilməsi üçün
saymışıq”.
Bizə, məsuliyyətə
cəlb etmək üçün ölüləri diriltməkdə çətinlik yoxdur. Bundan ötrü nəinki
insanın həyatda yaşadığı zaman, hətta o öldükdən sonra da etdiyi əməllərinin
yaxşı və pis nəticələrini Biz yazırıq. Biz hər bir insanın söylədiyi, etdiyi və
ya onun təhriki ilə edilən bütün yaxşı və pis sözləri və əməllərini qeydə
alırıq. Bu təhrik – xütbə, xeyirli məsləhət, xeyirxahlıq etməyə və günahlardan
çəkinməyə çağırış ola bilər. İnsan həmçinin özündən sonra qoyub getdiyi biliklərə
və faydalı kitablara görə və ya onun namaz qılınmasından nümunə götürülməsinə,
fərz və nafilə sədəqələr verməsinə və başqa xeyirxah işlər görməsinə görə
mükafat alacaqdır. Eyni şey məscid və ya digər ictimai tikililər inşa edən
adamlara da aiddir. Belə insanlar öz əməllərinə görə mükafatı həm bu dünyada
yaşadıqları zaman və həm də öldükdən sonra alırlar, çünki onlar özlərindən
sonra digər insanlar üçün xeyirxah işlər qoyub gedirlər ki, bu da onların
yaxşı əməllər kitabına düşür. Özlərindən sonra yaramaz əməllər və günahlar
qoyub gedən insanlara gəldikdə isə, onlar həmçinin başqa insanların onların
nümunəsi və təhriki əsasında törətdikləri günahlara görə də məsuliyyət daşıyacaqlar.
Buna görə hər bir insan xeyirxah iş görülməsi üçün nümunə göstərirsə,
mükafatı həm özünə görə və həm də Qiyamətə qədər xeyirxah işlər görənlərin hər
birinə görə alacaqdır. Cinayət törədilməsi üçün nümunə olan hər bir insan isə,
həm özünə görə, həm də belə cinayəti Qiyamətə qədər onun təhriki əsasında törədənlərə
görə cəza alacaqdır. Bunları bilmək İslamı yaymaqla və ətrafdakıları Haqq
yola dəvət etməklə məşğul olan insanların üstünlüyünü daha yaxşı başa düşməyə
imkan verir. Bizə həm də aydın olur ki, insanları günah törətməyə çağıran
fasiqlər ən alçaq, ən rəzil məxluqlar, ən qatı cinayətkarlar və ən böyük günahkarlardır.
Sonra isə
Allah bildirir ki, insanların bütün əməlləri və niyyətləri Mühafizəedilən
Kitabda yazılmışdır. O, bütün Səmavi Kitabların Anasıdır və nəcib mələklərin
saxladığı kitablar ona istinad edirlər.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙ
(36. 13)
“Onlara, ibrətamiz örnək kimi, vaxtilə elçilərin gəldiyi şəhərlərin sakinlərinin
məsəlini çək”.
Allah
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onun (ona Allahın
salavatı və salamı olsun!) müraciətini rədd edən və onun (ona Allahın salavatı
və salamı olsun!) xütbələrindən boyun qaçıran insanlara, Allahın elçilərini təkzib
etmiş və özlərini işgəncəli əzab-əziyyətə məhkum etmiş şəhərlərin əhalisi haqqında
məsəl çəksin. Ola bilsin ki, onlar bu ibrətamiz məsəl üzərində düşünər və
ondan faydalı nəticələr çıxararlar.
Fövqəluca həmin şəhərin adını çəkmir, lakin buna zəruriyyət
olsaydı, O (Pak və Müqəddəs), bunu mütləq edərdi. Bu şəhərin adını müəyyən etməyə
cəhd göstərən insanlar özlərini çıxılmaz vəziyyətə qoyurlar və heç bir bilikləri
olmayan şeylər haqqında danışmağa cəsarət göstərirlər. Bir qayda olaraq,
onlar ehtimal edir və yanılırlar. Quranın bəzi müfəssirləri[5]
müxtəlif rəy və mülahizələr söyləyir və bizi əmin etmək istəyirlər ki, müsəlmanlar
səhih biliklərə istinad etməli və onlara fayda gətirməyəcək məsələlərə aludə
olmamalıdırlar. Müsəlmanlar məhz bu yolla öz ürəklərini təmizləyə və biliklərini
dərinləşdirə bilərlər. Əsassız ehtimalların öyrənilməsi sayəsində bilikləri dərinləşdirmək
haqqında bəzi insanların mülahizələrinə gəldikdə isə, belə düşünənlər təkcə
cahillərdir. Onların biliyi onlara fayda verməyəcək və yalnız onların
nizamsız düşüncələrinə və şübhəli ideyalara qapılmalarına səbəb olacaqdır.
Bir sözlə
desək, bizə məlumdur ki, Allah şəhərlərdən birinin əhalisi haqqında bir hekayəti
Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən kafirlər
üçün məsəl çəkmişdir. Fövqəluca Allahın elçiləri həmin şəhərin sakinlərinin
yanına gəlmiş və Allaha ibadəti, təkcə Ona səmimiyyətlə qulluq etməyi və
müşriklikdən, Rəbbə itaətsizlik göstərməkdən əl çəkməyi təbliğ etməyə
başlamışdılar.
ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
ﭥ
(36. 14) “Vaxtilə Biz onlara ikisini göndərdikdə, onları yalançı
saydılar. Belə olduqda, Biz onları üçüncüsü ilə qüvvətləndirdik. Onlar dedilər:
“Həqiqətən, biz sizə göndərilmiş elçilərik”.
Əvvəlcə
Allah şəhərin əhalisinə iki elçi göndərmişdi, lakin camaat onları qəbul etməmişdi
və belə olduqda, Allah onları üçüncü elçi ilə qüvvətləndirdi. Fövqəluca Öz
yolunu azmış qullarına qayğı göstərərək, onlara bir-birinin ardınca bir neçə
elçi göndərmişdir və haqqı onlara ən kamil tərzdə çatdırmışdır. Elçilər öz
xalqına müraciət edərək, Allahın elçiləri olduqlarını bəyan etmişlər. Lakin
mürtədlər onları təkzib etmiş və onların söylədikləri sözlər isə bu günə kimi
elçilərin müdrik dəvətini rədd edənlərin hamısı tərəfindən istifadə edilir.
ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ ﭴ ﭵ
(36. 15) “Onlar dedilər: “Siz də bizim kimi insanlarsınız. Rəhman heç
nə nazil etməmişdir, siz yalnız yalan söyləyirsiniz”.
Müşriklər
dedilər: “Siz də bizim kimi insanlarsınız. Allah sizi hansı xidmətlərinizə və
üstünlüklərinizə görə seçmiş və şərəfləndirmişdir?” Kafirlər hər dəfə elçiləri
bu üsulla rədd edəndə, Allahın seçilmişləri onlara belə deyərdilər: “Biz də
sizin kimi insanlarıq. Lakin Allah Öz qullarından istədiyinə Öz nemətini əta
edir” (İbrahim, 14/11). Mürtədlər belə bir izaha cavab olaraq əvvəlcə,
ümumiyyətlə, peyğəmbərlik ideyasının özünü təkzib edir və sonra isə, onlara
bilavasitə gələn elçiləri yalan danışmaqda günahlandırırdılar.
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ
ﮁ ﮂ
(36. 16)
“Onlar dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən, sizə göndərilmişik”.
(36. 17)
“Bizə düşən şey – yalnız açıq təbliğatdır”.
O vaxt üç elçi onlara dedilər: “Əgər biz sizə yalan desəydik, Allah
mütləq bizi rüsvay edərdi və bizi cəzalandırmaqda ləngiməzdi. Bizim vəzifəmiz
– bütün zəruri olan şeyləri sizə izah etməkdir. Biz sizin tələb etdiyiniz
möcüzələri sizə göstərə bilmərik və cəzalandırılacağınız günün gəlməsini də
tezləşdirə bilmərik. Biz öz vəzifələrimizi qüsursuz olaraq icra edirik, sizə
aydın xəbərləri çatdırırıq və həqiqəti izah edirik. Əgər siz doğru yolla
getsəniz, onda böyük nemətə nail olarsınız və uğur qazanarsınız. Əgər siz
azğınlığa üstünlük versəniz, onda biz sizə heç nə ilə kömək edə bilmərik”.
ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ
ﮏ ﮐ
(36. 18)
“Onlar dedilər: “Şübhəsiz ki, biz sizə görə uğursuzluğa uğradıq. Əgər əl çəkməsəniz,
hökmən sizi daşqalaq edərik və sizə şiddətli əzab toxunar”.
Şəhər
sakinləri Allahın elçilərinə (onlara salam olsun!) dedilər ki, onların təbliğatını
və gəlişini uğursuzluq əlaməti sayırlar. Allahın Elçiləri (onlara salam olsun!)
istəyirdilər ki, Fövqəluca Rəbbin insanlara bəslədiyi sayğının və,
insanların özlərinin olduqca çox möhtac olduqları, ən böyük nemətini əldə etməkdə
onlara kömək göstərsinlər. Fasiqlər onları rədd etdilər, amma ən təəccüblüsü
o idi ki, onlar elçilərin gətirdiyi neməti şər və fəlakət hesab etdilər və bununla
da öz bədbəxtliklərini daha da artırdılar. Onlar Allahın elçilərinə yardım göstərməkdən
və kömək etməkdən boyun qaçırdılar və bunun nəticəsində öz rəqiblərindənsə,
özlərinə daha çox zərər vurdular. Sonra isə onlar elçiləri təhdid edərək,
insanları öz təlimlərinə dəvət etməkdən əl çəkməyəcəkləri halda, onları
daşqalaq edəcəklərini və ən əzablı edamla məhkum olunacaqlarını vəd etdilər.
ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(36. 19)
“Onlar dedilər: “Uğursuzluğunuz özünüzdəndir. Məgər o, sizə nəsihətdəndirmi? Xeyr!
Siz həddi aşmış bir camaatsınız”.
Siz
müşriklik və cinayətlər içində batırsınız və bunlar mütləq öz ardınca bədbəxtliklər
və əzab-əziyyət gətirəcək və sizi ən məhrəm və arzuladığınız şeylərdən məhrum
edəcək. Doğrudanmı siz, sizə xoşbəxtlik və əmin-amanlıq qazanmağa kömək göstərməyə
cəhd edən insanları öz bəlalarınızda və bədbəxtliklərinizdə ittiham edəcəksiniz?
Siz belə davranışınızla yol verilən bütün hədləri aşırsınız.
ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ
(36. 20) “Şəhər
ən ucqar yerindən bir kişi qaça-qaça gələrək, dedi: “Ey mənim xalqım! Elçilərin
ardınca gedin!”
Elçilərin (onlara
salam olsun!) təbliğatı fasiqləri daha da inadkar və təkəbbürlü etdi. Şəhərin ən
ucqar guşəsində yaşayan bir kişiyə də elçilərin gəlişi xəbəri gedib çatmışdı.
O, Rəbbin elçilərinə iman gətirmişdi və həmqəbilələrinin Allahın seçilmişləri
ilə necə davranacaqlarını eşitdikdə, öz xalqına haqq yola gəlmək üçün nəsihət
verməyə tələsdi. O, Allahın vəhyinin haqq olduğuna şəhadət gətirdi və öz həmqəbilələrinə
Allahın elçilərinə itaət etməyi məsləhət gördü.
ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ
(36. 21)
“Sizdən haqq istəməyərək düz yolla gedənlərə itaət edin!”
O,
çağırışının daha da inandırıcı olması üçün belə dedi: “Bu elçilər sizi, sizin
özünüz üçün yaxşı işlər görməyə dəvət edirlər. Onlar təbliğat apardıqlarına görə
sizdən var-dövlət və ya mükafat istəmirlər. Moizələri səmimi və təmənnasız olan
insanlar onlara qulaq asmağa layiqdirlər”.
Lakin
insanlar şəxsi mənfəət güdməyən niyyətdə olmaqla yanaşı, yanlış baxışlar təbliğ
edə bilər. Belə bir ehtimalı təkzib etməkdən ötrü, iman gətirmiş kişi dedi: “Həqiqətən,
onlar doğru yolla gedirlər. Sağlam düşüncə onların ən yaxşı işlər görməyə çağırışı
və yaramaz işləri qadağan etməsi ilə razılaşır”.
Buna
baxmayaraq, azğın qəbilədaşları iman sahibi olan kişinin ağıllı məsləhətinə
qulaq asmadılar və onu elçilərin ardınca getmək və tək Allaha ibadət etmək qərarına
görə qınamağa başladılar. Belə olduqda, o dedi:
ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(36. 22)
“Axı niyə mən məni Yaradana, Öz qullarının ibadətinə doğrudan da Layiqolana
ibadət etməyim?”
Öz
qullarının ibadətinə doğrudan da layiq olana ibadət etməkdə kim mənə mane ola
bilər? O (Pak və Müqəddəs), məni xəlq etmişdir və O (Pak və Müqəddəs) mənə ruzi
nazil edir. Bütün insanlar Ona qayıdacaqlar və onda O (Pak və Müqəddəs) hər
bir insana etdiyi əməllərə görə əvəzini verəcəkdir. O (Pak və Müqəddəs) məxluqları
yaradır və onlara var-dövlət verir, dünya həyatını idarə edir və Axirətdə Öz məhkəməsini
quracaqdır. Təkcə O (Pak və Müqəddəs) ibadətə, şan-şöhrətə və ucaldılmağa
Layiqolandır. İnsanların öz “ilahlarına” çevirdikləri məxluqlar nə fayda verməyə
və nə də zərər vurmağa qabil deyillər. Onlar nə var-dövlət əta edə, nə də
ruzidən məhrum edə bilmir, nə də həyat, ölüm və dirilmə üzərində hakimiyyətə
malik deyillər.
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(36. 23)
“Doğrudanmı mən Ondan başqa “ilahlara” ibadət edərəm? Axı əgər Mərhəmətli mənə
pislik etmək istəsə, onda onların havadarlığı mənə kömək etməz və onlar məni
xilas edə bilməzlər”.
(36. 24)
“Bax onda mən aydın azğınlıq içində qalaram”.
(36. 25) “Həqiqətən,
mən sizin Rəbbinizə iman gətirmişəm. Mənə qulaq asın”.
Heç kim Allah qarşısında Onun izni olmadan şəfaətçilik edə bilməz və
buna görə sizin “ilahlarınız” mənə heç bir fayda gətirə bilməzlər. Allah məni
sınağa çəkmək və ya cəzalandırmaq istəsə, onlar məni bəd qismətdən qurtara
bilməzlər. Əgər mən sizin aciz “ilahlarınıza” ibadət etsəm, onda açıq-aşkar
bir azğınlığa düşmüş olaram.
O, bu sözlərlə
öz xalqını doğru yola gəlməyə dəvət etdi və təsdiq etdi ki, Allahın elçiləri (onlara
salam olsun!) gerçək vəhylə gəlmişlər, doğru yolla gedirlər və insanları
yalnız bir Allaha ibadət etməyə ədalətlə çağırırlar. O, Allaha səmimi xidmətin
zəruriliyi və uydurma “ilahlara” ibadətin isə əbəs və faydasız olması
haqqında inandırıcı məntiqi dəlillər gətirdi. O, ehtiyat edirdi ki, müşriklər
onu öldürə bilər, lakin buna baxmayaraq, açıq bəyan etdi ki, uydurma “ilahlara”
təkcə yolunu azmışlar ibadət edirlər. Qəbilədaşları onun nitqini dinlədikdən
sonra onu öldürdülər.
ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
ﰁ ﰂ ﰃ ﰄ ﰅ
(36. 26)
“Ona deyilmişdi: “Cənnətə gir!” O demişdi: “Ay, keşkə xalqım biləydi ki,
(36. 27) “Rəbbim
məni bağışlamış və şərəfləndirmişdir!”
O, dünya həyatından
ayrılan kimi, tövhidə və Rəbbə ixlasla xidmətinə görə onu gözləyən böyük
mükafatın gerçəkliyinə əmin oldu. Onda onun, həyatda ikən, xalqını necə
dəvət etdiyi yadına düşdü və ölümündən sonra öz qəbilədaşlarına müraciət etmək
istədi. Buna görə o xatırladı ki: “Əgər mənim qəbilədaşlarım, Allahın mənim
bütün günahlarımı bağışladığını, məni cəzadan xilas etdiyini və məni qeyri-adi
bir mükafatla şərəfləndirdiyini bilsəydilər, onda onlar öz müşrikliklərindən əl
çəkərdilər”. Lakin Allah fasiqləri cəzalandırmağı qərara almışdı və belə
buyurdu:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ ﭟ
(36. 28)
“Ondan sonra Biz onun xalqı üstünə səmadan heç bir qoşun göndərmədik və göndərəsi
də deyildik”.
Allahın
kafirləri məhv etmək üçün səma qoşunlarını göndərməyə ehtiyacı yox idi. Bunun
üçün, sadəcə, zəruriyyət yaranmamışdı. Allah fövqəlqüdrətlidir, Adəmin nəsilləri
isə, həddən ziyadə acizdirlər və hətta Allahın cəzasının ən azı belə onları məhv
etməyə bəs edərdi.
ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ
(36. 29)
“Sadəcə, bir səs oldu və onlar ölüb getdilər”.
Mələklərdən
biri bir qorxunc səs çıxardan kimi, mürtədlərin ürəkləri parçalanır və onlar
ölüb yerə sərilirlər. Allahın ən ləyaqətli qullarını yamanlamağa və incitməyə
cəsarət edən həmin o təkəbbürlü və lovğa adamlardan heç bir şey – nə səs, nə hərəkət,
nə azacıq da olsa həyat əlaməti qalmır.
ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
ﭵ
(36. 30) “O
yazıq qullara elə bir elçi gəlməyib ki, onu lağa qoymasınlər”.
Allahın
eıçilərinə istehza edən insanlar necə də bədbəxt, inadkar və nadandırlar! Məhz
bu məziyyətləri onların bütün bəlalarının və iztirablarının səbəbidir.
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
(36. 31) “Məgər
onlar görmürlər ki, Biz onlara qədər neçə-neçə nəsilləri həlak etmişik və onlar
bir daha yanlarına qayıtmayacaqlar?
(36. 32) “Həqiqətən,
onların hamısını Bizim hüzurumuzda toplayacaqlar”.
Doğrudanmı
kafirlər, Fövqəluca Allahın, peyğəmbərlərini və elçilərini təkzib etdiklərinə
görə, məhv etdiyi özlərindən əvvəlkilərin taleyi haqqında düşünmürlər? Kafirlərin
çoxsaylı nəsilləri həlak edilərək yox olmuşlar. Onlar bir daha bu dünyaya qayıtmayacaqlar.
Lakin onlar ədalətli mühakimə günündə yenidən dirildiləcəklər ki, Fövqəluca Rəbbin
hüzurunda dayansınlar. O (Pak və Müqəddəs) buyurmuşdur: “Şübhəsiz ki, Allah
zərrə qədər zülm etməz, əməl xeyirxah olduqda isə, O, onu dəfələrlə artırar və
Öz dərgahından böyük mükafat əta edər” (Nisa, 4/40).
ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(36. 33)
“Onlar üçün dəlil ölü torpaqdır ki, Biz onu dirildib, ondan onların
qıdalanmasından ötrü taxıl çıxartmışıq”[6].
(36. 34)
“Onun üzərində Biz xurma ağacları, üzüm bağları yaratmış və çeşmələr açmışıq
ki”,
Fövqəluca
Axirətin və baş verdikdən sonra insanların Allahın hüzurunda dayanacaqları və əməllərinə
görə əvəz alacaqları Dirilmənin gerçəkliyini təsdiq edən dəlili insanlara
xatırladır. Bu dəlil – ölü, qupquru torpaqdır. Allah göydən yağış nazil edərək,
bu torpağı canlandırır. O (Pak və Müqəddəs) onun üzərində insanların yediyi
müxtəlif dənli bitkilər və ev heyvanların qidalandığı müxtəlif bitkilər
yetişdirir. Bundan başqa, O (Pak və Müqəddəs) qupquru torpağı çaylar axan və
çoxlu ağaclar bitmiş çiçəklənən bağlara çevirir. Allah xurma ağaclarını və üzümlükləri
xüsusilə vurğulayır, çünki ağacların bu iki növü çox şöhrət tapmışdır.
ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ
ﮧ ﮨ
(36. 35)
“onlar öz əllərinin əməli olmayan meyvələrdən yesinlər. Onlar hələ də şükür
etməyəcəklərmi?”
Fövqəluca
qeyd edir ki, bağları, xurmalıqları və üzümlükləri insanların qidalanması və
onların dadlı meyvələrindən ləzzət almaları üçün yaratmışdır. Bu bəhərlər insan
əllərinin məhsulu deyil, Müdrik Xaliqin və Xeyirxah Ruziverənin xəlq etdikləridir.
İnsanlar bu meyvələri nə qaynadır, nə də qızardırlar, çünki Allah onları ən
kamil surətdə yaratmışdır. Onları öncədən hazırlamağa, emal etməyə ehtiyac
qalmır. Onları, sadəcə, dərib, ağıza qoymaq lazımdır.
Doğrudanmı
insanlar onları bu və bir çox digər nemətlərlə təmin edən, onlara bu qədər
yaxşılıqlar edən və onlara bol-bol ruzi nazil edən Rəbbə şükür etməyəcəklər?
Doğrudanmı onlar Rəbbə minnətdarlıq bildirməyəcək və öz imanlarını və dünya həyatını
məhv edəcəklər? Məgər ölü torpağı canlandıran, onda taxıl və ağaclar yetişdirən,
onların qol-budaqlarını ləzzətli meyvələrlə ağırlaşdıran və suyu qupquru
torpağa hopduran Rəbb ölmüş insanları diriltməyə qadir olmaya bilərmi? Həqiqətən,
Allah buna qadirdir, çünki O (Pak və Müqəddəs) – Fövqəlqüdrətlidir!
ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(36. 36)
“Torpağın bitirdiyindən, onların özündən və onların bilmədiklərindən neçə-neçə
cütlərin[7] hamısını Xəlqedən –
Pak və Müqəddədir”.
Allah bütün
canlıları cüt yaratmışdır. O (Pak və Müqəddəs) müxtəlif bitkilərin cütünü
yaratmış və kişi ilə qadını xəlq etmişdir. O (Pak və Müqəddəs) onlara
bir-birindən fərqli zahiri və daxili özəlliklər vermişdir. O (Pak və Müqəddəs)
hətta insanların haqqında heç bir məlumatı olmadığı məxluqları da cüt yaratmışdır.
İnsanlar onlardan bəzilərini, sadəcə, görə bilməzlər, onlardan bəziəri isə hələ
mövcud deyil, lakin Allah artıq onların dünyaya gəlməsini müəyyən etmişdir.
Fövqəluca Allah – Pakdır! Onun nə şəriki, nə köməkçisi, nə müavini, nə
zövcələri, nə övladı, nə də adaşı yoxdur və ola da bilməz. Ona həmçinin bərabər
və oxşar olan da yoxdur, çünki Onun sifətləri – ən kamildir və Onun adları ən
mübarəkdir. Göylərdə və yerdə elə bir şey yoxdur ki, Onu çətin bir vəziyyətə
sala bilsin.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
(36. 37) “Gecə
onlar üçün bir sübutdur. Gündüzü ondan ayıranda zülmətə batarlar”.
Allah Öz iradəsinin yenilməzliyini, fövqəlqüdrətinin mükəmməlliyini
və ölümdən sonra dirildilmənin həqiqət olduğunu təsdiq edən dəlilini qullarına
xatırladır. Bu dəlil – gecədir. Allah gecəni gündüzdən ayırır, yəni, onu,
bütün gün ərzində yeri işıqlandıran əzəmətli nurdan məhrum edir və yerə
qaranlıq çökdürür. Bunun nəticəsində Allahın bütün məxluqları zülmətə qərq
olurlar.
ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ
(36. 38)
“Günəş öz təyin edildiyi yerində[8] cərəyan edir. Bu, Fövqəlqüdrətli
Alimin təqdiri ilədir”.
Sübh çağı
yaxınlaşdıqda, Allah yer üzündən gecə örtüsünü götürür və günəşi çıxmağa məcbur
edir və o, dünyanın müxtəlif guşələrini işıqlandırır və canlı məxluqların özləri
üçün dolanışıq axtarması və öz xeyrinə əməklə məşğul olması üçün şərait yaradır.
Bu günəş həmişə[9] təyin edildiyi yerdə[10]
cərəyan edir. Allah günəşin sığınacaq tapacağı yeri öncədən təyin etmişdir və
günəşin onun üçün müəyyən olunmuş istiqamətdən[11]
nə kənara çıxmaq haqqı, nə də arzusu vardır. Fövqəlqüdrətli Alim Allahın hökmü
belədir. Allah Öz fövqəlqüdrəti sayəsində ən kamil üsulla nəhəng məxluqlarını
idarə edir, Öz elmi sayəsində isə O (Pak və Müqəddəs) elə etmişdir ki, bu məxluqları
insanlara iman və dünya həyatında fayda versinlər.
ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ
(36. 39)
“Biz ay üçün də mənzillər təyin etdik. Sonra o, köhnə və əyri xurma budağına
dönər”[12].
Söhbət ayın
fazalarından gedir. Hər gecə ay göydə öz fazalarının birində çıxır. Nəhayət o,
o qədər kiçilir ki, quru xurma budağı kimi qövsəbənzər şəkilə düşür. Xurma
ağacı qocaldıqda, o quruyur, kiçikləşir və əyriləşmiş forma alır. Eyni hal
ayla da baş verir. Lakin müəyyən vaxt keçdikdən sonra, ayın ölçüsü yenidən, o bədirlənənədək,
böyüməyə başlayır. Bu gecələrdə ay öz işığını bütövlüklə yerə verir.
ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ
(36. 40) “Nə
günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz mədarında[13] cərəyan edər”.
Günəş və ay, gündüz və gecə, onların hamısı üçün müəyyən vaxt təyin
edilmişdir və onlardan ötrü ayrılmış vaxt ərzində hökm sürürlər. Günəş Aya gecələr
hökmranlıq etməyə mane olmur və heç vaxt gecələr çıxmır. Gecə də, öz növbəsində,
gündüz bitmədikcə, başlamır. Günəş, Ay və ulduzlar – hamısı fasiləsiz olaraq
öz orbitləri üzrə hərəkət edir. Bu, Xaliqin əzəmətini, Onun İlahi sifətlərinin
kamilliyini, xüsusilə, fövqəlqüdrətini, müdrikliyini və elmini təsdiq edən ən
parlaq dəlili və ən böyük möcüzəsidir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ ﭟ ﭠ
(36. 41) “Bizim
onların nəsillərini dolu gəmidə daşımamız da onlar üçün bir möcüzədir”.
(36. 42) “Biz
onlar üçün ona bənzər miniklər də yaratdıq”.
Allah, Vahid Rəbbə ibadətin zəruriliyinə dəlalət edən möcüzəni
insanlara xatırladır. Bu möcüzə Onun ən böyük mərhəməti idi. O (Pak və Müqəddəs)
qullarına bol nemətlər verir və onları bəlalardan və bədbəxtliklərdən xilas
edir. O (Pak və Müqəddəs) Özünün böyük mərhəməti ilə insan nəslini dolu gəmi ilə
xilas etmişdir. Quranın bir çox şərhçiləri belə hesab edirlər ki, ayədə bəhs
edilən – Allahın insanların ulu babası olan Nuh peyğəmbəri (ə) ona iman gətirənlərlə
birlikdə gəmi ilə xilas etməsi haqqındadır.
Sonra Allah
xatırladır ki, məhz Onun sayəsində insanlar Nuhun (ə) gəmisinə bənzər gəmilər
inşa etməyi öyrəndilər. Bu gəmilər Allahın insanların ulu babalarına göstərdiyi
mərhəməti onların yadına salır. O (Pak və Müqəddəs) bəşər nəsillərini dolu gəmi
ilə xilas etdi və bu, nəinki təkcə Nuhun (ə) müasirlərinə, həm də onların nəsillərinə
göstərilmiş mərhəmət idi.
Bu ayələrin
təfsiri Quranın bütövlüklə şərhində mənim üçün ən mürəkkəb məsələlərdən biri
olmuşdur. Fövqəluca belə buyurur: “Bizim onların nəsillərini dolu gəmidə
daşımamız da onlar üçün bir möcüzədir” (Yasin, 36/41). Müfəssirlərin əksəriyyəti
hesab edir ki, “nəsillər” sözü ilə əcdadlar nəzərdə tutulur. Lakin Quranda
“zuriyyə” (“nəsillər”) sözü “aba”, yəni ata-babalar mənasında istifadə edilmir
və buna görə belə yozumla qeyri-müəyyənlik yaranır. Bundan başqa, qullarının Səmavi
Kitabı şərh və izah etmələrini istəyən aləmlərin Rəbbinin sözlərinin mənası da
təhrif edilir.
Ayələrin
bir şərhi də mövcuddur və ona müvafiq olaraq, söhbət Allahın dolu gəmidə insan
nəslini, yəni Adəmin törəmələri – nəsli olan Nuhu (ə) və onun (ə)
ardıcıllarını xilas etməsindən bəhs edilir. Lakin bu şərh də aşağıdakı ayə ilə
uyuşmur: “Biz onlar üçün ona bənzər miniklər də yaratdıq” (Yasin,
36/42). Belə çıxır ki, əvvəlcə Allah Onun Nuhu (ə) və möminləri gəmidə necə
xilas etməsindən bəhs edir, sonra isə xəbər verir ki, O (Pak və Müqəddəs) onlar
üçün müxtəlif gəmilər yaratmışdır. Bu təkrarlama Quran mətnlərinin fəsahətinə,
bəlağətinə və yığcamlığına uyuşmur. Buna görə şərhçilər qərara alırlar ki, “gəmi
kimi” sözu ilə dəvələr nəzərdə tutulur. Çünki dəvələri çox vaxt səhra gəmiləri
adlandırırlar və ilk nəzərdə çox şey aydınlaşır. Lakin Allahın niyə onların özlərini
deyil, nəsillərini xilas etməsini söyləməsi aydın olmur. Bütün bu mülahizələrdən
sonra, etiraf etməliyik ki, Fövqəluca gəmiyə bənzər vasitəni Quranı nazil edərkən
müraciət etdiyi insanların nəsilləri üçün yaratmışmış. Bu barədə ən yaxşısını
bilən Allahdır.
Mən[14] bu
parçaya gəlib çatdıqda, bu ayələrin daha bir mənası mənə aydın oldu ki, bu,
ola bilsin, gerçək şərhə daha yaxındır. Quranın əzəməti ondadır ki, o, bəşəriyyətin
keçmişinə, indiki zamanına və gələcəyinə aiddir. Bu gün aydın olmuşdur ki, gəmilər
Fövqəlucanın ən böyük möcüzələrindəndir. Onun mərhəməti sayəsində insanlar gəmi
inşa etməyi öyrənmiş və ola bilsin ki, bu bacarığı Qiyamət gününə qədər özlərində
saxlasınlar. Allah Quranı nazil edərkən bilirdi ki, gələcəkdə daha əla və güclü,
xarici görünüşü ilə Nuhun gəmisinə bənzər gəmilər olacaqdır. Bütün bunlar
Allah insanlara yelkənli gəmilər, buxar gəmiləri, təyyarələr və avtomaşınlar
istehsal etməyi öyrətdikdə gerçəkləşdi. Bu möcüzələr, əlbəttə ki, Quran nazil
edildiyi zamanlarda mövcud deyildi və ancaq sonradan yaradıldılar. Güman etmək
olar ki, məhz buna görə Allah ərəblərə müxtəlif nəqliyyat vasitələrinin
yaradılacağı haqqında vəhy nazil etmişdir. Bu halda, bu ayənin düzgün tərcüməsi
belə olmalıdır: “Bizim onların nəsillərini dolu gəmidə daşımamız da onlar
üçün bir möcüzədir” (Yasin, 36/41).
Fövqəluca
insanlara imkan vermişdir ki, dənizlərdə üzsünlər və havada uçsunlar və onlara
məhv olmaqdan xilas edilməyi öyrətdi və bu, insanları həlak etmək Onun üçün heç
də çətin olmayan Rəbbin ən böyük lütfkarlıqlarındandır. Özünün bu nemətini
qullarına xatırlatmaq üçün Allah buyurur:
ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ
(36. 43) “Biz
istəsək, onları qərq edərik və onda heç kim onları xilas etməz və özləri də
xilas ola bilməzlər”,
(36. 44) “əgər
Biz onlara mərhəmət göstərməsək və müəyyən vaxta qədər onlara faydalanmağa
imkan verməsək”.
Əgər Biz
onları suda qərq etmək istəsək, onda heç kim onlara çətin vəziyyətdən çıxmağa
və məhvdən xilas olmağa kömək edə bilməz və özləri də bunu edə bilməzlər. Əgər
Biz onlara rəhm etsək, onda onlara batmağa imkan vermərik və belə olduqda onlar
müəyyən vaxta qədər maddi nemətlərdən ləzzət almaq imkanı əldə edərlər. Ola
bilsin ki, öz cinayətlərinə görə tövbə etsinlər və yol verdikləri günahlarını
başa düşsünlər.
ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
ﭽ
(36. 45)
“Onlara: “Qarşınızda və arxanızda olanlardan çəkinin ki, bəlkə sizə rəhm
edilsin” deyildikdə
Fövqəluca xəbər
verir ki, möminlər günahkarları iman gətirməyə çağıraraq, deyirlər: “Qiyamət
gününün dəhşətlərindən və qəbir əzabından ehtiyat edin və bu dünyada
günahkarları gözləyən cəzanı yaddan çıxarmayın. Günahlarınızı tövbə edin və Rəbb
sizə mərhəmət göstərər”. Lakin kafirlər bu nəsihətlərə qulaq asmırlar və
Allahın çoxsaylı dəlillərinə əhəmiyyət vermirlər.
ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
ﮉ
(36. 46) və
onlara Rəbbinin ayələrindən hansı dəlillər gəlsə də, onlar ondan üz çevirirlər”.
Axı bunlar – sadə dəlillər və sübutlar deyildir. Bunlar – Fövqəluca
Rəbbin aydın və mükəmməl ayələridir və onlar ən etibarlı və ən böyük dəlillərdir.
Allah bu ayələrin sayəsində dində və bu dünya həyatında fayda gətirə biləcək hər
şeyə qullarının gözünü açır.
ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ
(36. 47)
“Onlara deyəndə ki: “Allahın sizə nəsib etdiyi ruzidən sərf edin!” – kafirlər
möminlərə: “Məgər Allah istədiyi halda yedirə biləcəyi kimsələri bizmi yedirməliyik?
Doğrusu, siz aydın bir zəlalət içindəsiniz” – deyirlər”.
Möminlər yollarını
azmışları da sədəqə verməyə dəvət edirlər və onlara xatırladırlar ki, Allah istəsə
onları Öz nemətlərindən məhrum edər. Lakin kafirlər haqdan üz döndərirlər və
buna Allahın müəyyən etdiyi qədəri ilə haqq qazandırırlar. Onlar möminlərə belə
deyirlər: “Məgər Allahın ruzi verə biləcəyi kəsi biz yedirtməliyik? Siz necə də
dərin azğınlıq içindəsiniz ki, bizi belə etməyə çağırırsınız!”
Bu sözlər onların hədsiz cahilliyini və haqqa müdhiş etinasızlığını
təsdiq edir. Allahın qədəri heç vaxt günahkar üçün bəraət ola bilməz. Şübhə
yoxdur ki, yalnız Fövqəluca Allahın istədiyi baş verir. Lakin Allah insanlara
çoxsaylı bacarıq və istedadlar vermiş və onlara seçmək hüququ əta etmişdir və
bunun sayəsində hər bir insan dinin hökmlərini yerinə yetirə və günahlardan çəkinə
bilər. Əgər kimsə Fövqəlucaya itaətdən boyun qaçırırsa, onda bu onun öz seçimi
ilə olur və buna Allah tərəfindən məcbur edilmir.
ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(36. 48)
“Onlar deyirlər: “Əgər doğru danışanlarsınızsa, onda bu vəd nə vaxt gerçəkləşəcəkdir?”
Bu sözlər
onların elçilərə və Kitablara inanmadıqlarına dəlalət edir və onlar Qiyamət
gününü mümkün olmayan bir şey sayırlar. Buna görə, sonra Fövqəluca Allah
buyurur:
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ
(36. 49)
“Onlar mübahisə etdikləri vaxt onları sarsıdacaq yalnız bir Səsdən başqa heç nəyi
gözləməməlidirlər”.
Elə düşünməyin
ki, qisas saatı tezliklə gəlməyəcəkdir. Əksinə, o, yaxındır. Qüdrətli mələk,
siz hələ bir-birinizlə mübahisə etdiyiniz zaman, sura üfürəcək. O anda Qiyamət
gününün başlayacağına sizin şəkiniz belə getməyəcək və siz yalnız öz dünyəvi
problemlərinizin qayğısına qalmaqla məşğul olacaqsınız.
ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(36. 50)
“Onlar nə vəsiyyət edə, nə də ailələrinə qayıda biləcəklər”.
Qiyamət
günü günahkarları qəfildən yaxalayacaq və onlardan heç kimə möhlət verilməyəcək.
Hər şey elə gözlənilmədən baş verəcək ki, onlar hətta vəsiyyətnamə yazıb
qoymağa və ya ailələrinin yanına qayıtmağa macal tapmayacaqlar.
ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(36. 51) “Sura
üfürülən kimi, onlar qəbirlərindən öz Rəbbinə doğru yönələcəklər”.
Sura ilk dəfə
üfürüldükdə insanlar dəhşətə gələcək və qəşş edəcəklər. İkinci üfürülmədən
sonra isə, dirilmə başlayacaq və onda insanlar qəbirlərindən çıxıb öz Rəbbinə
doğru yönələcəklər. Onlar tələsəcəklər, çünki bir nəfər də olsun belə ləngiyə və
ya başqalarından geriyə qala bilməyəcəkdir. Məhz bu anda kafirlər ümidsizliklərini
və və peşmançılıqlarını gizlədə bilməyəcəklər.
ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶ
(36. 52) “Onlar
deyəcəklər: “Vay halımıza! Kim bizi yatdığımız yerdə oyatmışdır? Bu, Rəhmanın
vəd etdiyidir. Elçilər doğru deyirmişlər”.
Bir-neçə hədis var ki, onlarda, Sura
ilk dəfə üfürüldükdə qəbir əhlinin qısaca bir yuxuya dalacaqları xəbər verilir.
Onlar dirildikdən sonra öz bədbəxtliklərini etiraf edəcəklər, mələklər isə
onlara bildirəcəklər ki: “Bunu sizə Allah vəd etmişdi və bu barədə elçilər də
sizi xəbərdar etmişdi. Bu gün siz öz gözlərinizlə görüb, onların sözlərinin
doğruluğuna əmin oldunuz”.
Allah bu ayədə
Özünü təsadüfən Rəhman adlandırmır. Məsələ orasındadır ki, həmin əzəmətli
Gündə insanlar, Allahın, heç ağıllarına belə gətirmədikləri, ilahi mərhəmətinin
təzahürlərini görəcəklər. Fövqəluca buyurur: “Əsil hakimiyyət həmin gün Rəhmana
məxsus olacaqdır...” (Furqan, 25/26); “Həmin gün onlar carçının ardınca
gedəcəklər və heç kim bundan yayına bilməyəcək. Onların səsi Rəhmanın
qarşısında qısılacaq və sən yalnız pıçıltı eşidərsən” (Taha, 20/108). Dirilmə
günü haqqında, Allahın bu gözəl adının xatırlandığı digər nəsslər[15]
də mövcuddur.
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ
(36. 53) “Yalnız bir səs qopacaq və
onların hamısı hüzurumuzda hazır olacaqlar”.
(36. 54) “O gün heç kimə heç bir
zalımlıq edilməyəcək və sizə yalnız əməllərinizin əvəzi veriləcəkdir”.
Mələk İsrafil Sura üfürən kimi bütün
insanlar və cinlər dirildiləcək və ədalətli mühakimə edilməsindən ötrü
Allahın hüzurunda hazır olacaqlar. Həmin gün Allah qullarının xeyirxah əməllərini
əksiltməyəcək və törətmədikləri cinayətləri onların ayağına yazmayacaqdır. Hər
bir insan təkcə öz əməllərinə cavab verəcəkdir. Əgər onun əməlləri xeyirxah əməllər
olarsa, onda qoy o, Allaha həmd etsin. Əgər onun əməlləri yaramaz əməllər
olarsa, onda o, yalnız özünü günahlandırmalıdır.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ
(36. 55) “Həqiqətən,
Cənnət sakinləri bu gün həzz almaqla məşğul olacaqlar”.
Fövqəluca
möminləri və günahkarları gözləyən əvəz haqqında xəbər verir. Əvvəlcə O (Pak və
Müqəddəs), öz əməlləri sayəsində həmin gün həzz almaqla məşğul olacaq Cənnət əhli
üçün hazırlanmış bol mükafatdan bəhs edir. Bu məşğuliyyət möminlərə sevincdən
və məmnunluqdan başqa bir şey gətirməyəcək. Möminlərin qəlbi onlardan vəcdə gəlib
fərəhlənəcək və baxışları ilə zövq alıb, doyunca ləzzət aparacaqlar.
ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
(36. 56)
“Onlar zövcələri ilə kölgəliklərdə taxtlarında yastılanaraq oturacaqlar”.
(36. 57) “Orada
onlar üçün meyvələr və ürəklərindən keçən hər şey vardır”.
Onlar orada
öz füsunkar zövcələri – gözəl görkəmə, ecazkar boy-buxuna və nəcim əxlaqa
malik Cənnət huriləri ilə görüşəcəklər. Möminlər onlarla birlikdə ağacların
kölgəsində, üstünə yaraşıqlı örtüklər salınmış taxtlarında istirahət edib
rahatlanacaqlar. Onlar yerlərində ən əlverişli tərzdə uzanaraq, tam sakitlikdən
və səadətdən zövq alacaqlar. Onlar orada üzüm, əncir, nar və bir çox digər meyvələrdən
nuş edəcəklər. Onlar ürəkləri istəyən kimi, hər şeyi alacaqlar.
ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ
(36. 58) “Rəhmli
Rəbbi onlara “Salam!” – deyəcəkdir”.
Rəhmli Allahın Özü Cənnət sakinlərinə salam verəcəkdir. Fövqəluca,
möminlərlə ən kamil və gözəl tərzdə danışacaqdır. Onun İlahi salamından sonra Cənnətin
hər bir sakini özünü büsbütün təhlükəsizlik və əmin-amanlıq içində hiss edəcəkdir.
Aləmlərin Rəbbinin salamı ilə müqayisə edilə biləcək başqa bir salamlaşma
mövcud deyildir və Onun salamını eşitməkdən də böyük xoşbəxtlik yoxdur. Cənnət
sakinlərini salamlayacaq Mehriban, Rəhmli və Fövqəlqüdrətli Hökmdarın sözləri
necə də ecazkar və diqqətəşəyan olacaqdır. Onlar Onun xeyirxahlığını qazana
bilmiş və Onun qəzəbindən xilas olmuşlar və əgər Allah onları diriltikdən
sonra ölümdən xilas etməsəydi, onda onların ürəkləri sevincdən və şadlıqdan
partlaya bilərdi. Ey Rəbbimiz, bizi bu səadətdən məhrum etmə və bizə Sənin Gözəl
Üzünü görməkdən həzz almaq imkanı ver!
ﭮ ﭯ ﭰ ﭱ ﭲ
(36. 59)
“Ey günahkarlar, bu gün ayrılın!”
Müttəqi
möminlər üçün hazırlanmış mükafatları xatırlatdıqdan sonra, Fövqəluca Allah
günahkarları gözləyən cəzanı yad edir. Qiyamət günü onlara deyiləcəkdir:
“Möminlərə qarışmayın, çünki bu gün siz bütün məxluqların gözü qarşısında rüsvay
ediləcəksiniz və bundan sonra isə Cəhənnəmə atılacaqsınız”.
ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ
ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ
(36. 60) “Məgər
Mən sizinlə əhd etməmişdim ki, ey Adəm oğulları, sizin açıq düşməniniz olan
şeytana ibadət etməyəsiniz
(36. 61) və
Mənə ibadət edəsiniz? Budur – düz yol!”
Rəbb kafirlərə
deyəcək: “Məgər Mən Mənim elçilərimin vasitəsi ilə sizin şeytana itaət etməyinizi
qadağan etməmişdimmi? Axı o – sizin açıq
düşməninizdir”. Allah bu sözləri ilə fasiqləri küfürlərinə və hər biri şeytana
itaət və ya ibadət olan çoxsaylı günahlarına görə qınayacaqdır. Allah qullarını
açıq-aşkar düşməndən ən mükəmməl tərzdə çəkindirib xəbərdar etmiş və şeytanın
çağırdığı bütün şeylər və həmçinin şeytana itaətin dəhşətli nəticələri
haqqında xəbər vermişdir. Rəbb insanlara yalnız tək olan Allaha ibadət etməyi,
Onun hökmlərini yerinə yetirməyi və günahlardan çəkinməyi buyurmuşdur. O (Pak və
Müqəddəs) izah etmişdir ki, Allaha ibadət və itaət və habelə şeytana itaətsizlik
düz yoldur. Lakin mürtədlər Allahla əhdə riayət etmədilər və Onun hökmlərinə
qulaq asmadılar. Bundan başqa, onlar şeytanı özlərinə hami seçdilər və o da
onları dərin azğınlığa sürüyüb saldı. Buna görə Qiyamət günü həmin günahkarlara
belə buyurulacaq:
ﮊﮋﮌﮍﮎﮏ ﮐﮑ ﮒﮓ
(36. 62)
“O, sizlərdən artıq çoxunu azğınlığa salmışdır. Məgər siz başa düşmürsünüz?”
Siz, möminlərə Rəbbinin haqq yoluna gəlməyə, haqqı sevməyə və bütün
bəşəriyyətin qatı düşməninə nifrət etməyə kömək göstərən sağlam düşüncədən məhrum
edilmişsiniz. Əgər siz ağıllı olsaydınız, törətdiklərinizi etməzdiniz.
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
(36. 63) “Budur sizə vəd edilən Cəhənnəm”.
Siz şeytana itaət edirdiniz, Rəhmli Allahla
düşmənçilik edirdiniz və Onunla görüşəcəyinizi inkar edirdiniz. Artıq Qiyamət
günü başlamışdır və siz Axirətə düşmüsünüz. Burada hər kəs öz əməllərinin əvəzini
alacaqdır, sizə isə amansız cəza düçar olacaqdır. Budur, sizə vəd edilmiş Cəhənnəm!
Siz bu vədi yalan sayırdınız, lakin indi öz gözlərinizlə onun gerçəkliyinə əmin
ola bilərsiniz.
Müşriklər alov püskürən Cəhənnəmə kəc-kəc baxacaqlar və onların ürəkləri
müdhiş qorxu ilə dolacaq. Lakin bu qorxu, onlara verilən hökmü eşitdikdə,
ağlasığmaz dəhşətə çevriləcək.
ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(36. 64) “İman gətirmədiyinizə görə bu gün oraya
girin”.
Cəhənnəm alovu sizi hər tərəfdən əhatə edəcək və bədəninizin içinə
nüfuz edəcək. Amma siz bunda yalnız özünüzü günahlandırmalısınız, çünki siz
Allahın ayələrinə laqeydliyinizə və Allahın elçilərini inkar etməyinizə görə bu
cəzaya layiqsiniz.
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(36. 65) “Bu gün Biz onların ağızlarını möhürləyərik.
Onların əlləri Bizimlə danışacaq, ayaqları isə onların qazandıqlarına
şahidlik edəcəklər”.
Fövqəluca
kafirlərin Axirətdə dəhşətli vəziyyətini təsvir edir. Onlar öz küfürlərini və
törətdikləri günahlarını inkar edə bilməyəcəklər. Bədənlərinin hər bir hissəsi
onların törətdikləri günahları etiraf edəcək, çünki Fövqəluca Allah hər bir
şeyi danışdırmağa qadirdir.
ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ
(36. 66)
“Biz istəsəydik, onları kor edərdik və onda onlar Yola doğru atılardılar. Amma
necə görə bilərdilər?
(36. 67)
“Biz istəsəydik, onları yerlərində elə bir əcaib hala salardıq ki, nə irəli, nə
də geri gedə bilməzdilər”.
Günahkarlar
Qiyamət günü öz acı talelərindən yaxa qurtara bilməyəcəklər. Əgər onlar özlərini
Cənnətə aparan yol üstündəki Sirət adlı körpüyə tərəf qaçmağa cəhd göstərsələr,
Rəbb onları kor edər və onlar xilas yolunu tapmazlar. Əgər O (Pak və Müqəddəs)
istəyərsə, kafirlərin bədənlərinin bütün üzvləri hərəkətdən qalar və onda
onlar Cəhənnəm Alovundan uzaqlaşmaq üçün nə qabağa gedə, nə də geri qayıda bilərlər.
Onlar Cəhənnəmdə cəzadan xilas ola bilməyəcəklər, çünki xilas yolu Sirət körpüsündən
keçəcəkdir ki, onun üzərindən təkcə möminlər keçməyi bacaracaqlar. Yalnız
onlar öz imanlarının işığı sayəsində doğru yolu görəcəklər. Kafirlərə gəldikdə
isə, onların Cəhənnəm Odundan qurtulmağa heçbir ehtimalı belə olmayacaq. Allah
onları görmək qabiliyyətindən məhrum etmək istəyərsə, onda onlar Məhşər
meydanında kor-koranə dolaşacaq və düz yolu tapa bilməyəcəklər. Əgər Allah
onların bədənini iflic etmək istəsə, onda onlar ümumiyyətlə yerlərindən tərpənə
bilməyəcəklər. Bütün hallarda, kafirlər Cəhənnəmdə əbədi əzablara məhkum ediləcəklər.
ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ
(36. 68) “Kimə
ki, Biz uzun ömür veririk, onun yaradılışını əksinə çeviririk. Məgər onlar
anlamırlar?”
Yaşlı
adamın bədəni və ağlı, onun həyatının ilk illərində olduğu kimi zəifləməyə
başlayır. Məgər insanlar öz zəifliyi və gücsüzlüyü barədə düşünmürlər? Əslində,
onlar özlərinin bütün əqli və fiziki qabiliyyətlərindən Fövqəlqüdrətli Rəbbə
itaət və ibadət üçün istifadə etməlidirlər.
ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ
ﯷ ﯸ
(36. 69)
“Biz ona şeir öyrətməmişdik və bu ona yaraşmazdı da. Bu – bir Xatırlatma və
aydın Qurandır”
Allah Muhəmməd
Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) şair adlandıran müşriklərin
yalançı ittihamını təkzib edir. Allahın elçilərinə şeir qoşmaq yaraşmaz, çünki
şairlər və onların pərəstişkarları, bir qayda olaraq, azğın insanlar olurlar.
Bilavasitə Muhəmməd Peyğəmbərə (s.ə.s.) gəldikdə isə, Fövqəluca Allah
insanlarda onun (s.ə.s.) yalnız peyğəmbərliyinın gerçəkliyi ilə əlaqədar
yarana biləcək bütün şübhələri əzəldən ondan uzaqlaşdırmışdı. Məhz buna görə
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) nə yazmağı, nə də oxumağı
bilmirdi[16]. O (ona Allahın salavatı
və salamı olsun!) özündən şeir quraşdırmırdı, yalnız Xatırlamanı və aydın
Quranı insanların nəzərinə çatdırırdı. Onun (ona Allahın salavatı və salamı
olsun!) Təlimi – sağlam düşüncəyə malik olan insanlar üçün bir xatırlatma
idi. Onlar bu Təlimdə insanın dini və ruhani aləmi ilə bağlı olan bütün məsələlərə
cavab tapırdılar. Onlar həmçinin əmin olurdular ki, bu Təlim insanın təbiəti və
təhtəlşüuru ilə həmahəngdir və ona xeyirxahlıq etməyi və şərdən çəkinməyi öyrədir.
Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş Kəramətli
Quran isə insanın bilməli olduğu bütün həqiqətləri ona izah və sübut edir və
həmçinin onların gözü qarşısında yalanı ifşa edir, onun qüsurluluğunu və əsassızlığını
sübuta yetirir.
ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ
(36. 70)
“ki, o, yaşayanları xəbərdar etsin və kafirlər barəsində Söz gerçəkləşsin”[17].
Bu Şərəfli Quran nazil edilmişdir ki, canlı və sağlam qəlbə malik
insanlara öyüd-nəsihət verilsin. Belə insanlar Quran nəsihətləri sayəsində öz
qəlbini nəcibləşdirir, biliklərini dərinləşdirir və əməllərini
yaxşılaşdırırlar. Təmiz və münbit torpaq yağışa möhtac olduğu kimi, onların ürəkləri
də Mübarək Qurana möhtacdır. Kafirlərə gəldikdə isə, Quran moizələri onları
Allah qarşısında öz küfürlərinə görə bəraət qazanmaq imkanından məhrum edir.
Qiyamət günü onların öz yaramaz əməllərini doğrultmağa heç bir inandırıcı və
ya, heç olmazsa, şübhəli bir bəhanəsi də olmayacaq.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ
(36. 71) “Məgər
onlar görmürlər ki, Biz əllərimizlə onlar üçün sahib olduqları heyvanlar yaratmışıq”.
(36. 72) “Biz
heyvanları onlara tabe etmişik. Bir qismini minik etmiş, digərlərindən isə
yeyirlər”.
(36. 73) “Bunlarda
onlar üçün faydalar və içəcəkləri şeylər vardır. Hələ də şükür etməyəcəklər?”
Fövqəluca
qullarına əmr edir ki, Rəbbin xəlq etdiyi və insanların tabeliyinə verdiyi heyvanlara[18]
nəzər salsınlar. İnsanlar onların sahibləridir və heyvanlar dinməz-söyləməz
onların istənilən tələblərini yerinə yetirir. Onlar heyvanlardan nəqliyyat
vasi- təsi kimi istifadə edir, onların üstündə yük və ağır taylar daşıyırlar,
onların ətini yeyir, sütünü içir, yunları ilə soyuqdan qorunur və həm də
onların dərilərindən və xəzlərindən ev əşyası və bəzək şeyləri kimi istifadə
edirlər. Heyvanlar öz sahiblərinin varı, zinətidir və onlara bir çox başqa
faydalar verir.
Doğrudanmı
insanlar arasında hələ də elələri var ki, çoxsaylı nemətlərinə görə Fövqəluca
Allaha şükür etməkdən boyun qaçırırlar? Doğrudanmı onların arasında hələ də elələri
var ki, öz Rəbbinə səmimiyyətlə qulluq etmək istəməyərək, Onun nemətləri üzərində
düşünmədən, onlardan həzz almağı arzulayır, amma onlardan özləri üçün faydalı nəticələr
çıxarmırlar?
ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
(36. 74) “Lakin onlar Allahdan başqa “ilahlar”
seçirlər ki, onlara kömək etsinlər”.
(36. 75) “Onlar “ilahlar” üçün hazır əskərlər
olduqlarına baxmayaraq, “ilahlar” onlara yardım edə bilmirlər”.
Fövqəluca Allah bu
sözlərlə, müşriklərin, Allahla yanaşı ibadət etdikləri bütlərin acizliyini
ifşa edir. Müşriklər onların kömək göstərəcəyinə və Allahın hüzurunda onlara şəfaətçi
olacaqlarına ümid bəsləyirlər. Lakin onların ümidləri boşa çıxacaq, çünki
bütlər və daş heykəllər gücsüzdürlər və tamamilə acizdirlər. Onlar müşriklərə
heç nə ilə yardım göstərə bilməzlər və onlar heç özlərinə belə kömək edə
bilmirlər. Amma bir məxluq başqa bir məxluqa iki şərtlə kömək göstərə bilər.
Birincisi, o, bu köməyi etmək qabiliyyətinə malik olmalıdır. İkincisi, o bu
köməyi göstərməyi istəməlidir. Buna görə, Fövqəluca Allah bildirir ki, bütlər
və yalançı “ilahlar” müşrikləri nəinki cəzadan xilas edə bilər, hətta bunu etmək
belə istəməzlər. Bundan başqa, Qiyamət günü onlar müşriklərin qarşısında döyüşə
hazır bir qoşun kimi dayanacaqlar. Müşriklər və onların ibadət etdikləri
bir-birilərini inkar edəcəklər. Bəs fasiqlər niyə öz bütlərindən dünya həyatında
əl çəkmirlər? Niyə onlar xeyirə də, şərə də sərəncam çəkən, kimisinə nemət verən,
kimisini də ondan məhrum edən Vahid Allaha ibadət etmirlər? Həqiqətən,
yalnız O (Pak və Müqəddəs) haqq Hami və Yardımedəndir.
ﭽﭾﭿﮀ ﮁﮂﮃﮄﮅﮆﮇ
(36. 76) “Qoy
onların sözləri səni kədərləndirməsin. Biz, həqiqətən, onların gizlətdiklərini
də, aşkar etdiklərini də bilirik”.
Ey Elçi! Qoy səni ləkələmək və özünlə gətirdiyin Təlimi təhqir etmək istəyən
kafirlərin sözləri səni incitməsin. Qəm yemə və ruhdan düşmə, çünki Biz onları,
Bizə yaxşı məlum olan cinayətlərinə görə mütləq cəzalandıracağıq. Sənə məlum
olsun ki, sənin yağılarının sözləri sənə heç bir zərər vura bilməz.
Aşağıdakı şərəfli ayələrdə isə Allah müşriklərin və kafirlərin ürəklərini
üzən şübhələr haqqında xəbər verir. Onlar dirildilmənin gerçəkliyinə şübhə
edirlər və onu mümkün olmayan bir iş hesab edirlər, lakin Allah ən mükəmməl surətdə
bu şübhənin əsassızlığını izah edir və buyurur:
ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(36. 77) “Məgər insan görmür ki, Biz onu bir qətrə
nütfədən xəlq etmişik? Amma o açıq-aşkar mübahisə aparır”.
Dirildilməyə iman gətirməkdən boyun qaçıran və onun gerçəkliyinə şübhə
edən insan özünün dünyaya gəlməsi üzərində düşünmürmü? Əgər o, Allahın insanı,
çoxsaylı mərhələlərdən keçirərək, gözəl və şüurlu bir insan kimi böyüyüb uşağa
çevrilən kiçicik bir damcıdan necə yaratması üzərində fikirləşərsə, onda şübhə
etməz ki, insanı öldükdən sonra diriltmək də Allah üçün çətin olmaz. Əgər o,
kiçicik damla ilə yaşa dolmuş insan arasında fərqin nə qədər böyük olduğunu dərk
etsə, onda başa düşər ki, insanı mövcud olmadığı halda yaratmaq, onun bədənini
çürüyüb dağıldıqdan sonra yenidən bərpa etməkdən daha mürəkkəbdir.[19]
ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
ﮠ
(36. 78)
“O, Bizə məsəl çəkdi və özünün yaradılışını unutdu. O dedi: “Kim çürümüş
sümükləri canlandıracaq?”
Kafirlər məxluqların acınacaqlı imkanlarını Xaliqin ilahi imkanları
ilə müqayisə etməyə cəsarət göstərirlər. Onlar belə zənn edirlər ki, Fövqəlqüdrətli
Allah da insanların edə bilmədiklərini etməyə qadir deyil. Buna görə onlar
deyirlər: “Məgər dünyada elə bir adam var ki, çürüyüb torpağa qatışmış sümükləri
dirildə bilsin?”
Belə məsəlləri
çəkən kafirlər dirilmənin həqiqiliyinə şübhə edirlər, çünki çox gözəl bilirlər
ki, heç bir insan ölünü diriltmək gücünə malik deyil. Lakin onlar unudurlar ki,
özləri dünyaya necə gəlmişlər. Əgər onlar Allahın məxluqlarının, mövcud olmadıqları
halda, dünyaya necə gətirildikləri barədə düşünsəydilər, onda belə məsəlləri çəkməzdilər.
ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(36. 79)
“De: “Onları, əvvəlinci dəfə Yaradan dirildəcəkdir. O, bütün yaradılmışları
Biləndir”.
Fövqəluca
Allahın cavabı inandırıcı və təkzibolunmazdır. Kainatda gedən proseslər üzərində
düşünmək kifayət edər ki, bir şeyi bir dəfə yaradanın, onu çətinlik çəkmədən
bir daha yarada biləcəyinə qəti əmin olasan. Bundan başqa, bir şeyi təkrar
yaratmaq, onu ilk dəfə yaratmaqdan olduqca asandır.
Dirilmənin doğruluğunun lehinə bir dəlil də vardır. Allahın bütün
yaradılmışları bildiyini hər bir insan dərk etdikdə, bu dəlil ona gün kimi
aydın olur. Kamil bilik – Fövqəluca Rəbbin gözəl məziyyətlərindən biridir. O (Pak
və Müqəddəs) Onun məxluqları ilə baş verən hər şeyi bilir və bilir ki, torpaq
ölənlərin bədənlərini necə özünə qarışdırır. O (Pak və Müqəddəs) bilir ki, insanın
bədəninin hansı hissəsi toxunulmamış qalmışdır. Hansı hissəsi isə torpağa
qarışmışdır. O (Pak və Müqəddəs) aşkarı da, qeybi də bilir və Fövqəluca Rəbbin
kamil elminə qəti iman gətirən hər bir insan başa düşür ki, Kainatda gedən
bütün proseslərə nəzarət etmək, ölüləri diriltməkdən olduqca mürəkkəb bir
işdir.
ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(36. 80) “O, yaşıl ağacdan sizin üçün od yaratdı və
indi siz ondan alışdırırsınız”.
Fövqəluca dirilmənin doğruluğunun üçüncü dəlilini misal gətirir və
insanlara xatırladır ki, O (Pak və Müqəddəs) yaşıl ağacın sürtülməsindən
alınan odu yaratmışdır. Quru od, budaqları sulu olan yaşıl ağacdan
alışdırılır. Od ilə ağacların arasında nə qədər çox fərq var və odun zühur etməsi
ilə ölülərin dirildilməsi arasında ümumi oxşarlıqlar gör nə qədərdir!
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ ﯳﯴ
(36. 81) “Məgər göyləri və yeri Yaradan, onlara bənzərlərini
də yaratmağa qadir olmazmı? Əlbəttə olar, axı O – Xaliqdir, Biləndir”.
(36. 82) “O, bir şeyi dilədikdə, ona yalnız: “Ol!”
– deyir, o da olur”.
Fövqəluca
qullarına dirildilmənin doğruluğunun dördüncü dəlilini xatırladır. O (Pak və
Müqəddəs) əzəmətli göyləri və nəhəng yeri yaratmışdır və O (Pak və Müqəddəs)
insanları da yenidən yaradacaqdır. Bu Onun üçün bir çətinlik törətmir, çünki
Kainatı xəlq etmək, insanları yaratmaqdan daha mürəkkəbdir. Məhz buna görə
Allahın gözəl adları arasında Xaliq və Bilən adları da vardır. Bu – daha bir,
amma artıq xüsusi bir dəlildir. Böyükdən kiçiyə qədər bütün insanlar Allahın
fövqəlqüdrəti sayəsində dünyaya gəlirlər və Onun ilahi fəaliyyətinin nəticələridirlər.
Ona görə mümkün olmayan bir şey yoxdur. Heç bir şey Allahın yaratmaq istədiyinə
mane ola bilməz. Allah ölüləri diriltmək istədikdə də eyni şey baş verəcəkdir.
ﯵﯶﯷﯸﯹﯺﯻ ﯼﯽ
(36. 83) “Hər
şey üzərində hakimiyyət Əlində Olan Pakdır! Siz Ona qaytarılacaqsınız”.
Allah dirildilmənin
doğruluğunun altıncı dəlilini xatırladır. Fövqəluca Allah bütün varlığın
Hökmdarıdır və göylərdə və yerdə olan hər şey Onun tabeliyindədir. Bütün canlı
və cansız məxluqlar Onun qullarıdır və Onun iradəsinə tabedirlər. O (Pak və
Müqəddəs) Kainatı Öz Qədərinin qanunlarına, Öz dininin qanunlarına və ədalətli
əvəz qanunlarına uyğun olaraq idarə edir. O (Pak və Müqəddəs) insanları öldükdən
sonra mütləq dirildəcəkdir ki, Öz ilahi hakimiyyətini göstərsin və ədalətli əvəz
qanunlarını həyata keçirsin. Bütün varlıqlar Allaha qaytarılacaqlar və buna
heç bir şübhə yoxdur. Çoxsaylı sübutlar və dəlillər bunu təsdiq edir. Sözləri
doğru yola rəhbərlik, şəfa və nur olan Rəbb Xeyirxahdır!
[1] Quranın
oxucularının nəzərini cəlb edən və “Bismilləhirrahmənirrahim” kimi ən çox
oxunan “Bismillah” ifadəsidir. Deyə bilərik ki, dünyanın ən çox təkrarlanan
söz birləşməsi olan “Mərhəmətli və Rəhmli Allahın adı ilə” söz tərkibini
ifadə edən Bismillahdır. Bismillah Quranın hər surəsinin əvvəlində verilmiş və
114 dəfə, yəni 19 x 6 = 114 dəfə təkrarlanmışdır. Lakin 9-cu Tövbə surəsi
istisnadır. Tövbə surəsinin əvvəlində “Bismillah” ifadəsi və onun şifrəli kodunun
izahı haqqında məlumata tərcüməçinin IV cildə yazdığı “Ön sözü”nə bax. F.S.
[2] Dinə dəvət ilə
bağlı təbliğatı. F.S.
[4] və istifadə.
F.S.
[5] Təfsir, şərh
edən alimlər. F.S.
[6] Fövqəluca
Allahın bu ayələrdə ölü torpağın və onun dirildilməsinin (canlandırılmasının)
insanlar üçün bir dəlil olmasını buyurmuşdur. Həcc surəsinin bir ayəsində
(22/5) isə belə deyilir: “...Sən cansız yer üzünü
görürsən. Biz ona su nazil edən kimi titrəşir, qabarır və cüt çeşidli əla
bitkilər yetişdirir”. Minlərlə il ərzində,
xüsusilə suyun təsiri nəticəsində, tədricən aşağıdan yuxarıya doğru yerin
litosfer (qaya) qatının aşınması ilə torpaq əmələ gəlir. Bu proses sərt
qayalarda ildə 0,01 millimetr olduğu üçün, onu gözlə görmək olmur. Bu baxımdan
torpaq cansız mineral aləmdən canlı aləmə keçid mərhələsidir. Bir kubmetr
münbit torpaqda 30 milyona qədər bakteriya olur. Bu canlılığın ən əhəmiyyətli tərkib
hissəsi olan həm bakteriyalar və həm də bitkiləri canlandıran sudur. Gözlə
görə bilmədiyimiz bu bakteriyalar torpağın hər santimetr sahəsinin canlı olmasına
dəlalət edir. Bu ayədə (22/5) ölü torpağa yağışın düşməsi ilə yaranan mərhələlərdən
xəbər verilir. Quranın “titrəşmə”, “qabarma” kimi verilən ifadələri əvvəllər,
sadəcə, bədii təşbihlər kimi qəbul
edilirdi. Lakin “Braun titrəməsinin” aşkar edilməsi ilə Quranın bu məsələdə də
bir möcüzə göstərdiyi məlum oldu. Ayədə suyun torpağa düşməsi ilə üç mərhələyə
diqqət yetirilir: 1) Torpağın titrəşməsi; 2) Torpağın qabarması və 3)
Torpağın cüt-cüt məhsullar verməsi. 1-ci mərhələdə su damlaları torpaq hissəciklərinin
üstünə düşməklə onlar hərəkətə gəlir. Bu halda torpağın titrəşməsi kimi bir hərəkət
meydana gəlir və onların parçalarındakı müxtəli molekullar arasında elektirik
cərəyanı yaranır. Torpağın parçaları ionlaşır. Elektrik cəryanının zəifləməsi
müsbət iona, güclənməsi isə mənfi iona dönür. Suyun torpağa dəyməsi ilə ionlu
molekullar titrəşir. Botanika alimi Robert Braun 1828-ci ildə torpağın bu hərəkətlərini
təsdiq etmişdir və kəşfinin adını “Braun Titrəşməsi” (“Brown Movement”)
qoymuşdur. 2-ci mərhələdə suyu özünə çəkən torpaq parçalarının həcimcə
böyüməsi və beləcə qabarmanın baş verməsinin gerçəkləşməsidir. Parçacıqlar
doyunca su “içdikdən” sonra, mineral su ambarlarına çevrilirlər. Bitkilər də
suya olan öz ehtiyaclarını bu ambarlardan təmin edirlər. Torpağın suyu özündə
saxlayan mükəmməl qabiliyyəti sayəsində yağış suları torpağın dərinliklərində
yox olmur və, beləliklə, birkilərin vasitəsi ilə, bütün canlıların yaşaması
mümkünləşir. 3-cü mərhələdə bitkilərin pöhrələnməsinə diqqət yetirilir. Ayənin
işarə etdiyi kimi, hər şeydən cütlər, yəni erkək və dişi olmaqla bitkilər və
sair canlı məxluqlar yaradılır. Bütün bunları planlaşdıran, proqramlaşdıran
və ardıcıl olaraq həyata keçirən aləmlərin Rəbbi – Fövqəlqüdrətli və Fövqəluca
Allahdır və müasir elm Quranın bu ayələrinin bütün müddəalarının (ölü torpağa
su dəydikdən sonra onun titrəşməsinin, qabarmasının, cüt və gözəl bitkilər
yetirməsinin) gerçəkliyini qəti olaraq təsdiq edir (Bax: “Quran heç tükənməyən
möcüzə” kitabı, I hissə, 2005, İstambul, səh. 158-160 ). F.S.
[7] Ayədə keçən
“cütlər” kimi tərcümə etdiyimiz (ﮬ)
ərəb sözü “zövcənin” cəmidir və cüt, cift, eyni və sair mənaları verir. Bu kəlmə
bənzərlər daxilində zidlərin (əksliklərin) olmasını da ehtiva edir. Cütlər
dedikdə, sadəcə, erkək və dişi cinslər deyil, həm də bir-birinə zidd olan əksliklər
də nəzərdə tutulur ki, bunlara misal maddələrin ibarət olduğu atomların tərkib
hissələrinin zidlərindən başlayır: elektron – pozitron, proton – anti-proton,
neytron – anti-neytron. Maddənin cütlər halındakı yaradılışı fizikanın ən əhəmiyyətli
kəşflərindən biridir. Pol Dirak bu mövzudakı tədqiqatlarından birinə görə
1933-cü ildə Nobel mükafatı almışdır. Fövqəlqüdrətli Alim Allahın hər şeyi təfsilatı
və incəlikləri ilə planlaşdırması, Kainatın yaradılışında elektronların,
protonların, neytronların və bunların əksliklərinin də müəyyənləşdirilməsində
özünü göstərmişdir. Bir misal. Elektronların sayca protonlardan az olduğu bir şəraitdə
Kainatda canlılıq, yəni həyat yarana bilməzdi. Bu andakı varlığımız bütün bu
sayların, hesablamaların incə və nadir üslubda işlənməsi ilə mümkün olmuşdur.
Milyonlarla yaradılış halları təsadüfə qalsaydı bu gün biz olmazdıq. Biz bu gün
Fövqəluca Yaradanımızın hər şeydən xəbərdar olması, hər şeyi nəzarətində
saxlaması və sonsuz fövqəlqüdrəti sayəsində mövcuduq. (Bax:
“Quran heç tükənməyən möcüzə” kitabı, I hissə, 2005, İstambul, səh. 69-70 ).
F.S.
[8] Quranın bir
sıra türk tərcümələri əsasında gəldiyim nəticəyə görə, bu (ﯤ) ifadə ilə, yəni “günəşin təyin edildiyi yer”
kimi, günəşin orbiti nəzərdə tutulur.
[9] Burada əsəri ərəbcədən rus dilinə tərcümə edənin həmin cümləsini nəzərinizə
çatdırmaq və onu niyə bu variantda çevirdiyimi izah etmək istəyirəm: “Это
солнце вечно плывет к предназначенному для него
местопребыванию”. Bunun eynimənalı tərcüməsi: “Bu günəş əbədi olaraq
onun üçün təyin olunmuş yerə üzüb (axıb) gedir” olmalıdır. Lakin məlumdur ki, mərhum
müəllif, böyük alim və Quran müfəssiri Şeyx Əbdürrəhman əs-Səədi günəşin
Allahın məxluqlarından biri olduğunu və onun əbədi hərəkət etməyəcəyini və
Qiyamət günü başqa səma cisimləri ilə birlikdə məhv ediləcəyini bilirdi və buna
görə “əbədi hərəkət” haqqında rus dilində verilmiş ifadə bu mətnə uyğun gəlmir.
Bu cümlə türk nəşrində isə belə verilmişdir: “Yani güneş her zaman
kendisi için belirlenmiş bu karar yerinə akıb gitmekdedir” (“Tefsirus-Saadi”, 4
cild, səh.255, Quraba yayınları, Birinci baskı, 2006, M. Beşir Eryarsoyun tərcüməsində).
Göründüyü kimi “hər zaman” (həmişə) sözü ilə «вечно» (əbədi) sözü arasında fərq
kifayət qədər prinsipialdır. Məhz İslam dininin əsaslarına aid olduğu üçün bu
ifadələri dəqiqləşdirməyi və hörmətli oxucuya bildirməyi vacib saydım. F.S.
[10] Yəni, sabit
bir orbitdə. F.S.
[11] Fövqəlqüdrətli
Allah tərəfindən idarə edilən bu nəhəng səma cismi olan günəşin öz orbiti üzrə
hərəkətinin sabitliyi, onun bu orbitdən özbaşına kənara meyil etmək imkanının
mümkünsüzlüyü göstərilmişdir. F.S.
[12] Ay günəş sisteminin digər peykləri ilə müqayisə
edildikdə, onun çox böyük bir peyk olduğu aydınlaşır. Ayın yaranması ilə bağlı
müxtəlif nəzəriyyələr vardır. Elm adamları arasında ən çox yayılmış nəzəriyyəyə
görə, yer kürəsi ilə bir səma cisminin toqquşması nəticəsində, yerin üst
qabığının bir parçası qopmuş və sonra bu, Aya çevrilmişdir. (Mən deyərdim
ki, bu “nəzəriyyə” daha çox nağıla bənzəyir (kursiv: tərcüməçinin
qeydidir) və hər şeyin Fövqəlqüdrətli Allah tərəfindən yaradılmasına şübhə ilə
yanaşmanın nümunəsidir. F.S.). ABŞ-na məxsus “Lunar Prospektor” kosmik
zondundan gələn məlumatlar da Ayın Yerin bir parçası olması nəzəriyyəsini dəstəkləyir.
Quran Aya və Ayın hərəkətlərinə bir çox ayələrində diqqət yetirir. Müasir elmin
əldə etdiyi biliklərlə Ayın varlığının bu dünyamızdakı həyat üçün nə qədər əhəmiyyətli
olması aydın olmuşdur. Ayın bir xüsusiyyəti – yer kürəsinin hərəkətini sabitləşdirməsi,
digər bir özəlliyi – yerin maqnit sahəsinin təhlükəsizliyini təmin etməsidir.
Ayın bütün bu və bundan başqa saysız-hesabsız
digər xüsusiyyətləri – vəzifələri, Ayın kütləsindən tutmuş, onun hərəkət sürətinə
qədər olan özəlliklər çox incə riyazi hesablamaların həyata keçirilməsi Fövqəlqüdrətli
Alim Allahın yaradılışın belə planlaşdırılmasını riyazi hesablamalarla gerçəkləşdirməsi
sayəsindədir və bu proseslərdə, yuxarıda qeyd olunanlar kimi, heç də hər hansı
səma cisminin yer kürəsi ilə təsadüfən toqquşması haqqında heç bir söz ola bilməz.
Əgər toqquşma hadisəsi olmuşsa da, bu Allahın iradəsi ilə baş vermiş olmalıydı.
Beləliklə, fikrimizi davam etdirərək, bildirirəm ki, mütəxəssislərin öz tədqiqatında
göstərdikləri kimi, Fövqəluca Allah Kainatın yaradılışında istifadə etdiyi
riyaziyyata diqqəti “qədər” kəlməsi ilə yönəldir. Quran Araşdırmaları Mərkəzinin
(Türkiyə Cümhuriyyəti) tədqiqatçılarının bildirdiyinə görə, “qədər” kəlməsi
ərəb dilində (mən deyərdim ki, elə Azərbaycan dilində də, F.S.) ölçü,
ölçü qoyulması, yəni, riyazi tərtibatı ifadə edir...Yasin surəsinin 39-cu ayəsində
də Fövqəlqüdrətli Alim Allahın riyazi tərtibatı “qədər” sözü ilə ifadə
edilmişdir. Ayın yer kürəsinə uzaqlığından, kütləsindən, dönmə sürətindən, yerlə
qarşılıqlı cazibə qüvvəsindən, Günəşlə olan münasibətindən tutmuş qarşılıqlı cəzb
etmə qüvvələrinə qədər hər şey çox incə, misilsiz riyazi
hesablamalar vasitəsilə gerçəkləşdirilmişdir (yəni, sadəcə desək, qədəri,
ölçüsü müəyyən edilmişdir. Bu hesablamalardakı ən kiçicik uyğunsuzluq belə yer
üzündə həyatın yox olmasına səbəb ola bilərdi. Bu ayədə Ay ilə əlaqədar verilən
nümunələrdə Fövqəluca Allahın planlı yaradıcılığının, Onun riyazi tərtibatının
nümunələrini görürük. Həmd olsun Allaha, hər şeyin qədərini Müəyyənləşdirənə!
(Əlavə bax: “Quran heç tükənməyən möcüzə” kitabı, I
hissə, 2005, İstambul, səh. 87-89). F.S.
[13] Yəni, “öz orbitində”. Mədar – mərkəz, orbita, ox, mehvər,
istinad nöqtəsi, çıxış nöqtəsi, dairə, çevrə, özül, təməl, səbəb. Bu ayənin
dilimizə tərcüməsində - “orbita” (ﰁﰂ) sözünün yazılması daha məqsədəuyğun
olardı. (Sözləri əxz etdiyim mənbə: “Ərəb və fars sözləri lüğəti”, Bakı, 1984).
F.S.
[14] Bu, möhtərəm
müəllifin ifadələridir, yəni, Təfsirin ana mətninə məxsus müəllif rəvayətidir.
F.S.
[15] Nəss – Quran
ayəsi və İslam Peyğəmbərinin (s.ə.s.) hədisləri birlikdə belə ifadə edilir.
F.S.
[16] Yəni, Fövqəlqüdrətli
və Müdrik Allah bu vəzifəyə elə bir insanı hazırlamışdı ki, o, nə oxumağı, nə də
yazmağı bilməsin və, beləliklə, bu məziyyətləri ilə insanlarda plagiatlıqla əlaqədar,
Quranı nədənsə və ya kimdənsə köçürməsi və ya özündən tərtib etməsi haqqında hər
hansı bir şübhə doğurmasın. Bu – fövqəlelm Sahibi Allahın öncədən nəzərdə
tutduğu bir gerçəklikdi. Muhəmmədin (s.ə.s.) oxumağı və yazmağı bilməməsi peyğəmbərliyinə
qədərki dövrdə təsadüfi bir hal deyildi. F.S.
[17] Quranın ən çox oxunan surələrindən biri Yəsin surəsidir. Surə
“Ya-Sin” başlanğıc hərfləri ilə başlayır. Bu surədə keçən “Ya” hərfi 237 dəfə,
“Sin” hərfi isə 48 dəfə təkrarlanır. Fövqəluca Allahın ecazkar və misilsiz 19
Qanununa uyğun olaraq, bu iki hərfin təkrarlanmasının sayı: 237 + 48 = 285. Bu
sayların cəmi – 285-dir və on doqquza 15 dəfə qalıqsız bölünür. Bu da o deməkdir
ki, göstərilən hərflərdən heç olmazsa birisi yerində olmazsa, yəni onun olduğu
söz ya dəyişdirilərsə, ya da təhrif edilərsə, 19-a bölünmə zamanı mütləq qalıq
alınar. Allahın bütün Quranı əhatə etdiyi bu 19 qanunauyğunluğu – onun Allah tərəfindən
mühafizəsinin əsas amillərindəndir. Yasin surəsinin daxilində elmi möcüzədən
ibarət olan bir sıra bənzər özəlliklər də vardır. Bu surə bu dünyada yaşayan
insanların oxuyub başa düşmələrindən ötrüdür. Müsəlman tədqiqatçı-alimlərin
qeyd etdikləri kimi, bu surə ölülər üçün deyil, dirilərin onu oxuyub və ya dinləyib
yetərincə öyüd-nəsihət almaları üçün nazil edilmişdir (Bax: “Quran heç tükənməyən
möcüzə”, səh. 405). F.S.
[18] Allahın şərh
edilən ayələrdə nəzərdə tutduğu heyvanlar arasında bal arısı da vardır ki, onun
adı ilə Quranda xüsusi surə - “Dişi bal arısı” surəsi verilmişdir. Bu qeydin məqsədi
– bal arısının Allahın yaratdığı bu kiçicik heyvanın necə heyrətamiz və ən
ağıllı insanların belə yerinə yetirməyə çox çətinlik çəkdikləri fəaliyyəti həyata
keçirməsinə, hörmətli oxucu, diqqətinizi cəlb etməkdir. Mən burada arının öz pətəyini
necə və hansı riyazi hesablamalarla qurduğundan danışmayacağam. Sadəcə olaraq
qeyd edim ki, arının öz pətəyinin hücrələrini milyon illərdir ki, altıbucaqlılar formasında yaratması ən ali
riyazi təfəkkürün məhsulu olmasından başqa bir şey ola bilməz. Müasir Avropa
riyaziyyatçı-alimləri arının öz pətəyinin hücrələrini niyə düzbucaqlı
dördbucaqlı, beşbucaqlı, səkkizbucaqlı deyil, məhz altıbucaqlı düzəltməsini
araşdırıblar. Tədqiqatçı-riyaziyyatçı alimlər bir pətəyin sahəsinin tamamilə
istifadə edilməsi və ən az material sərf edilməsi ilə pətək düzəldilə bilmək
üçün ən ideal formanın altıbucaq olduğunu kəşf etmişlər. Pətəklər üçbucaqlı və
ya dördbucaqlı olsaydı, onda istifadə olunmayan boşluqlar qalacaqdı ki, bu da
artıq materialın sərf olunması deməkdir. Həm də altıbucaqlı hücrələr üçün
istifadə edilən material üçbucaq və dördbucaq üçün istifadə edilən materialdan
daha azdır. Əgər digər geometrik formalardan istifadə olunsaydı pətəkdə, yenə də,
istifadə edilməyən sahələr – boşluqlar qalacaqdı. Nəticədə, altıbucaqlı hücrə
ən çox bal saxlaya biləcəyi halda, onların inşa edilməsi üçün ən az bal şanı
(mumu) tələb lunur. Dişi (işçi) arıların bu fövqəladə düşüncəli fəaliyyətində ən
çox nəzərə çarpan hallardan biri – on minlərcə işçi arının hər birinin bir kərpic
qoyduğu bu əsərin, həndəsi (geometrik) baxımdan, hücrənin tikilişinin bütün
ölçülərinə uyğun gəlməsidir. Arıların bütün bu və digər daha incə
hesablamalara uyğun fəaliyyəti Fransa alimi Antuan Ferşo tərəfindən “Arılar
problemi” kimi məşhur olan həndəsi problem olaraq elmə gətirilmişdir. Qısaca
desək, bu alim arı pətəyinin altıbucaqlı hücrələri ilə əlaqədar təklif etmişdir
ki, səthi ən kiçik dəyərli olmaq şərti ilə bir prizmanın bərabərtərəfli dördbucaqlıları
arasındakı bucaqlar neçə dərəcə olmalıdır? Üç ölkənin (Almaniya, İsveçrə,
İngiltərə) məşhur riyaziyatçıları bu problemin araşdırılması ilə məşğul olaraq
aşağıdakı nəticəyə gəldilər: 70º 32´ (70 dərəcə və 32 dəqiqə). Həqiqətən də,
bu, dişi bal arılarının düzəltdikləri pətəyin hücrə bucaqlarının tamamilə
eynidir! Ən məşhur riyaziyatçılar belə arının qüsursuz inşaatçılıq məharətinə
məətəl qalmışlar. Belə görünür ki, arı həm böyük bir nəzəriyyəçi, həm də
misilsiz bir təcrübə sahibidir. Nəzəriyyədə hesablanması çox çətin olan bir
hesabı hesablamış və təcrübədə isə, bizim əllərimiz və gözlərimiz vasitəsi ilə
müəyyənləşdirə bilməyəcəyimiz bir həssaslıqla zəruri ölçüləri gerçəkləşdirə
bilmişdir. Arının yardılışında ona riyaziyyatçı özəllikləri bəxş edən Fövqəlqüdrətli
Allah Quranda bir çox digər riyazi möcüzələr də yaratmışdır ki, onu oxuyanlar
Allahın fövqəlqüdrətinin, elminin və məxluqlara olan mərhəmətinin əzəmətini,
genişliyini, sarsılmazlığını və hər şeyi – bütün varlığı əhatə etdiyini başa
düşüb dərk etsinlər. Bu kiçicik arıları belə ecazkar məharətlə İdarəedən,
onlara riyaziyyat professorlarının hesablamağa çətinlik çəkdikləri
hesablamaları aparmağı Təlqinedən Fövqəluca Allaha həmd olsun! Ey fərasətli
oxucu! Bunu oxu və düşün. Allah köməyin olsun! F.S.
[19] Mən, Fövqəlucanın izni ilə, müəllifin öz kursivimlə verdiyim bu
prinsipial və naslara istinad edən müddəasını oxuculara oxucularla bölüşmək istəyirəm.
Belə ki, Kəramətli Quranda Allahın bildirdiyi kimi, maddi aləmin yaranmasından
ta Qiyamətə qədər xəlq edilən hər şey haqqında Fövqəluca Allahın dərgahında
Mühafizəolunan Kitabda (“Lövhi-Məhfuz” nəzərdə tutulur) yazılmışdır. Bu -
Allahın hər şeyi ehtiva edən misilsiz informasiya xəzinəsi istisnasız bütün məxluqların
ilkin yaradılış formalarından başlayaraq, onların son inkişaf mərhələsinədək
olan formasiyalarını da, təbii ki, əhatə etməkdədir. Belə olduqda, etiraf edilməlidir
ki, insanın yenidən dirildilməsi məsələsi, doğrudan da, yalnız, təkcə bu
baxımdan, Fövqəlqüdrətli və Müdrik Allah üçün heç bir problem yaratmamalıdır və
bunu adi sağlam düşüncəli insanın anlamaması mümkün deyildir. Bu gün hətta məktəbəqədər
yaşlı uşaqlar belə valideynlərinin vasitəsi ilə əldə etdikləri oyuncaq
konstruktor dəstlərindən istədikləri fiqurları, mürəkkəb texniki vasitələri
çertyojlarla quraşdırmağa qabil olduqları halda, Fövqəlqüdrətli Alim Allahın
Özünün Layihəsi əsasında xəlq etdiyi insanı öldükdən sonra dirildə bilməsinə
inanmayan insanı sağlam düşüncəli adlandırmaq olarmı?
İnsanın yaradılışının bütün
bioloji, fizioloji, psixioloji, mənəvi və sair səciyyəvi məziyyətləri Allahın
dərgahındadır, Onun yaddaşındadır, Onun nəzarətindədir və buna görə də insanı
yenidən bərpa etmək və ona istənilən yeni sima və özəlliklər vermək Müdriklər
Müdriki üçün çətin deyil. İnsanın öləndən sonra dirildiləcəyinə şübhə edənlər, əgər
öz kafir inadkarlıqlarından əl çəksələr, bu sadə məntiqi gerçəkliyi asanlıqla
dərk edə bilərlər. Dirildilmənin lehinə Quranda Allahın gətirdiyi çoxsaylı
digər dəlilləri bu Təfsirdən oxumaq oxucuların öz öhdəsinə düşür. F.S.
Комментариев нет:
Отправить комментарий