Ə.N. əs-Səədi. Təfsir. II c. 8.27 - 8. ayələr
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
(8.27)
“Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət
etməyin!”[1]
Fövqəluca
Allah qullarına buyurur ki, Onun qarşısında, əmr olunanı icra etməklə və
qadağan olunandan çəkinməklə, vəzifələrini yeriə yetirsinlər. Allah göylərə,
Yerə və dağlara dini hökmləri yerinə yetirmək öhdəliyi götürməyi təklif etdi, amma
onlar məsuliyyətdən qorxaraq, belə bir yükü öz üstünə götürməkdən boyun
qaçırdılar. Lakin insan belə ağır bir yükü aparmağa razılaşdı, çünki o, öz təbiəti
etibarı ilə zalım və nadandır. Allah
qarşısında öz vəzifələrini yerinə yetirənlər bol mükafatlara layiq
görülür. Kim ki, öz vəzifələrini yerinə
yetirmir və ona göstərilmiş etimada xəyanət edirsə, o, sərt cəzaya məruz
qoyulur. Belə günahkarlar Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı
olsun!) və onlara göstərilmiş etimada xəyanət edərək, öz ləyaqətini
alçaldırlar. Onlar xainlikləri üzündən ən alçaq və qüsurlu sifətlərə malikdirlər
və bununla özlərini ən kamil və ən gözəl keyfiyyətdən – sədaqətli olmaqdan məhrum
edirlər.
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ
(8.28)
“Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir
imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!”
Var-dövlətin
və övladların insan üçün imtahan olması, onlara bəslədiyi məhəbbət onu vəzifələrini
icra etməkdənsə, öz arzularına üstünlük verməyə məcbur edə bilər. Buna görə Fövqəluca
Allah bildirir ki, mal-mülkiyyət və uşaqlar isə, sadəcə insanı yoldan çıxaran
şeylərdir. Allahın qulları bir müddət onlara sahib olurlar, sonra var-dövlət və
övladlar, onları vaxtilə digər insanlara saxlamağa həvalə etmiş Rəbbə
qaytarılırlar.
Fövqəluca
Allah həmçinin bildirir ki, Onun mükafatı çox böyükdür. Bu isə o deməkdir ki, hər
bir dərrakəli və sağlam düşüncəli adam bu dünyanın fani və cüzi ləzzətlərindənsə,
öz Rəbbinin böyük nemətinə üstünlük verməlidir. Həqiqətən, ağıllı insan hər
şeyi götür-qoy etdikdən sonra, gerçək layiq olanına üstünlük verir.
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉﮊ ﮋ
ﮌ ﮍ ﮎ ﮏ
(8.29)
“Ey iman gətirənlər! Həqiqətən, Allahdan qorxsanız, O sizə haqı nahaqdan ayırd edən verər, günahlarınızın
üstünü örtüb, sizi bağışlayar. Allah böyük Fəzilət Sahibidir!”
Qulun
Allahdan qorxması onun xoşbəxtliyinin və uğur qazanmasının rəhnidir. Allah
bildirir ki, insan bu keyfiyyəti sayəsində həm bu dünya həyatında və həm də öləndən
sonra saysız-hesabsız nemətlər əldə edə bilər. Şərh etdiyimiz ayədə Allah
buyurur ki, təqvalı qul dörd üstünlük əldə edir və onların hər biri yer aləmindən
(onun bütün nemətləri ilə birlikdə) üstündür.
Birinci
üstünlük – gerçəyi yalandan fərqləndirə bilmək bacarığıdır. Burada nəzərdə
tutulan faydalı biliklər və doğru rəhbərlikdir ki, onların sayəsində insan düz
yolu azğınlıqdan, haqqı nahaqdan, halalı haramdan, xoşbəxt möminləri bədbəxt
günahkarlardan fərqləndirir.
İkinci
və üçüncü üstünlüklər – xətaların bağışlanması[2]
və günahların əfv edilməsidir. Bu iki xüsusiyyət, birgə və ya ayrı-ayrılıqda
xatırlanmasından asılı olmayaraq, bir-biri ilə bağlıdır. Şərhçilər hesab edirlər
ki, xətaların bağışlanması kiçik günahların, əfv isə böyük günahların
bağışlanmasına aiddir.
Dördüncü
üstünlük - ən böyük mükafatlandırılma və qiymətli hədiyyədir ki, o, Allahın
razılığını öz arzularından üstün tutan təqvalı möminlər üçün hazırlanmışdır.
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ
ﮙﮚ ﮛ ﮜ
ﮝﮞ ﮟ ﮠ
ﮡ ﮢ
(8.30)
“Vaxt var idi ki, kafirlər səni həbs etmək və ya öldürmək,
yaxud da çıxardıb qovmaq üçün sənə tələ
qururdular. Allah da tələsini qurdu. Allah tələ quranların ən Xeyirlisidir!”
Ey
Elçi! Allahın sənə göstərdiyi lütfkarlığını xatırla! Müşriklər səninlə necə rəftar
edəcəkləri qərarına gəlmək üçün məşvərət çağırdılar. Onlar istəyirdilər ki, səni
həbs edib qandallasınlar. Başqaları səni öldürmək istəyirdilər ki, bu vasitə ilə
İslama dəvətindən xilas olsunlar. Bir başqaları düşünürdülər ki, səni şəhərdən
qovsunlar. Toplaşanlardan hər biri bu barədə öz rəyini bildirirdi, lakin onlar
kafirlərdən ən qəddarı olanın – lənətlənmiş Əbu Cəhlin təklifini qəbul etməyi qərara
aldılar. O təklif etmişdi ki, Qureyş qəbilələrinin hər birindən bir nəfər gənc
seçib hər birinə iti qılınc verilsin ki, onlar birlikdə sənə sarsıdıcı zərbə
endirsinlər. Belə olduqda sənin qətlinə görə məsuliyyət bütün Qureyş ailələrinin
üstünə düşəcəkdi və Haşimin nəsli isə qan bahası almaqla kifayətlənəcəkdi,
çünki axı onlar bütün qureyşlilərdən eyni vaxtda intiqam ala bilməzdilər. Sui-qəsdçilər
gecə vaxtı pusqu qurmağı və sən yuxudan oyanan zaman üsünə hücum etməyi qərara
aldılar.
Muhəmməd
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səmadan nazil olan vəhy vasitəsilə
sui-qəsddən xəbər tutdu. O, evdən çıxaraq qureyşlilərin başına qum səpdi və
görünmədən onların yanından keçib getdi.
Allah belə etdi ki, onlar onu (ona Allahın salavatı və salamı olsun!) görmədilər.
Onlar onun (ona Allahın salavatı və salamı olsun!) evdən çıxmasının uzun çəkdiyini
gördükdə, yanlarına bir nəfər gəlib dedi: “Qoy Allah əməllərinizi puç eləsin!
Muhəmməd artıq evdən çıxmış və başınıza da qum səpmişdir”. Ancaq bundan sonra
onlar başlarındakı qumu təmizləməyə başladılar.
Allah
Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) sui-qəsdçilərdən qorudu və
ona (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrət etməyə razılıq
verdi. Orada Allah ona (s.ə.s) çoxsaylı mühacir
və ənsarlardan ibarət olan səhabələrlə kömək göstərdi. Onun (s.ə.s) dini yayıldı və bir-neçə il keçdikdən sonra o (s.ə.s) Məkkəni və onun əhalisini fəth etdi. Onlar
onun (s.ə.s) qarşısında müti oldular və
hakimiyyətini qəbul etdilər, halbuki o (s.ə.s) əvvəlcə
öz doğma şəhərini, həyatı üçün təhlükə yarandığına görə, gizlicə tərk etmişdi.
Öz qullarının qayğısına qalan Allah Pak və Müqəddəsdir və Ona müqavimət göstərməyə
gücü çata biləcək bir məxluq yoxdur!
ﮣ ﮤ
ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭﮮﮯ ﮰﮱ ﯓ ﯔ ﯕﯖ
(8.31)
“Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz də bunun bənzərini
deyə bilərik. Bu, qədimlərin əfsanələrindən başqa bir şey
deyildir!” – söyləyərlər”.
Fövqəluca
Allah Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) inkar edən kafirlərin
inadkarlığı barədə xəbər verir. Onlara Muhəmməd Peyğəmbərin (ona Allahın
salavatı və salamı olsun!) təbliğ etdiklərinin hamısının gerçəkliyini təsdiq
edən Quran ayələrini oxuduqda, onlar deyirdilər: “Biz bunların hamısını artıq
eşitmişik. Bunlar – qədim xalqların əfsanələridir”. Bu sözlər onların inadkarlığının
və zalımlığının nəticəsi idi. Əgər bu belə olmasaydı, onda Quran vəhylərinə bənzəyən
heç olmazsa bir surə yazmaq üçün, Ondan başqa, bütün istədiklərini köməyə
çağırmaları haqqında Allahın onlara yönəltdiyi təklifi qəbul edərdilər. Onlar
bu dəvəti qəbul etmədilər və öz gücsüzlüyünü gizlədə bilmədilər. Onların sözlərinə
gəldikdə isə, onlar tamamilə əsassız idi və mövcud gerçəklik onları təkzib
edirdi. Onlar çox gözəl bilirdilər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı
və salamı olsun!) savadsız insan idi, nə oxumağı və nə də yazmağı bilmirdi. O (ona
Allahın salavatı və salamı olsun!) uzaq səfərlərə getməmişdi ki, qədim
xalqların hekayətlərini öyrənə bilsin. Bütün bunlara baxmayaraq, o (ona Allahın
salavatı və salamı olsun!) bəşəriyyətə elə bir Kitab gətirdi ki, ona yalan nə
qarşıdan, nə də arxadan yaxın düşə bilməz. O (ona Allahın salavatı və salamı
olsun!), Müdrik və Hərhəmdəlayiq Allah tərəfindən nazil edilmiş Kitab gətirmişdir.
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ ﯪ
(8.32) “Bir zaman da: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəlmiş Haqdırsa, onda başımıza göydən daş yağdır və ya
bizə şiddətli bir əzab göndər!” – demiş- dilər”.
Kafirlər
haqlı olduqlarına inandıqları üçün belə demişdilər və Allaha necə müraciət etməyi
bilmirdilər. Haqlı olduqlarını təsdiq edərək, onlar gerçəkliyi təhrif edən şübhəli
sübutlar gətirirdilər və onların sayəsində öz baxışlarının düzgünlüyünə
inanmışdılar. Onların yanına onlarla müzakirə aparmağa bir nəfər gələrək, məhz
özünün haqqa əsaslandığını bəyan etdikdə, onlar belə deməli idilər: “Ey Allah!
Əgər bu doğrudan da Səndən nazil olan haqdırsa, onda bizi doğru yola yönəlt”.
Belə davransaydılar, onlar öz zalımlıqlarını daha yaxşı gizlədə bilərdilər.
Lakin onlar dedilər: “Ey Allah! Əgər Muhəmmədin təlimi Səndən gələn haqdırsa,
üstümüzə daş yağdır və ya bizi əzabverici cəzaya düçar et”. Bu sözlər tamamilə
kifayət edərdi ki, onların ağılsız axmaq və zalım nadanlar olduqları başa
düşülsün, axı əgər Allah onları ləngitmədən cəzalandırsaydı, onların kökü
büsbütün kəsilərdi. Lakin Allah onları o saat cəzalandırmadı, çünki Allahın
Elçisi (ona Allahın salavatı və salamı olsun!) onların arasında idi.
ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
(8.33)
“Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir.
Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!”
Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) müşriklərin yanında olması onları
cəzalandırılmaqdan qoruyurdu. Onlar öz qorxulu nitqlərini çoxsaylı insanların
hüzurunda bəyan edirdilər, amma sözlərinin qüsurluluğunu dərk edirdilər. Onlar
Allahın onları cəzalandıracağından ehtiyat edirdilər və bağışlanmaları
haqqında Ona yalvarırdılar və buna görə də Allah xəbər verir ki, müşriklər
Ondan bağışlanmalarını istədikdə O, onları cəzalandırmaz. Qeyd olunan şərtlər
onları Allahın cəzasından qoruyurdu. Lakin onların cəzaya məruz qoyulması üçün
olduqca çoxsaylı səbəblər var idi. Buna görə, sonra Fövqəluca Allah buyurur:
ﭑﭒﭓﭔﭕﭖﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ ﭧ
(8.34)
“Lakin onlar Məscidülhəramın sahibləri olmadıqları halda, (mömin- lərə onu təvaf etməyə) mane olduqda Allah nə
üçün də onlara əzab verməsin?! Onun sahibləri yalnız
Allahdan qorxub pis əməllərdən çəkinənlərdir.
Lakin onların əksəriyyəti bunu bilmir!”
Müşrikləri,
işgəncələrə məhkum edən cinayətlər törətdiklərinə görə, cəzadan nə qoruya bilər?
Onlar insanlara, o cümlədən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı
olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) səhabələrinə Məscidülharama
yaxınlaşmağa imkan vermirlər. Axı Peyğəmbər (ona Allahın salavatı və salamı
olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) səhabələri bu məscidin
yanında dayanmağa daha çox haqlıdırlar, çünki müşriklər, ümumiyyətlə, heç
Allahın dostları da deyillər.
Bir
şərhə görə, bu ayədə əvəzlik[3]
Allaha şamil edilir və belə olduqda, bu vəhyin mənasından belə çıxır ki,
müşriklər Onun dostları deyillər. Digər bir şərhə görə isə bu əvəzlik Məscidülharama
aiddir və belə olduqda, bu onu göstərir ki, müşriklər Məscidülharama digər
insanlardan üstün haqqa malik deyillər. Allahın dostları – təkcə Allaha və Onun
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmiş, tövhidə etiqad
edən, ancaq tək Ona ibadət edən və xidmət göstərən möminlərdir. Lakin
insanların əksəriyyəti bundan xəbərsizdir və buna görə onlar, başqalarının daha
çox layiq olduğu keyfiyyətləri, özlərinə aid edirlər.
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ
(8.35)
“Onların Evdəki namazı fit verib, əl
çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə dadın əzabı!”
Fövqəluca
Allah istəyir ki, Məscidülharam elə bir məbəd olsun ki, orada Onun dininə
etiqad edilsin və təkcə Ona səmimi ibadət olunsun. Mömin müsəlmanlar bu hökmü
yerinə yetirirdilər, müşriklər isə, onlara ona, hətta yaxınlaşmağa belə imkan
verməyərək, onun özünə də heç bir əhəmiyyət vermirdilər. Hətta, ibadət ayinlərinin
ən əzəmətlisi olan namaz müşriklər üçün fışdırıq və əl çalmaqdan başqa bir şey
deyildi. Nadan cahillər özlərini məhz belə aparır, öz Rəbbinə qətiyyən ehtiram
göstərmir, şeylərin əsil mahiyyətini bilmir və yer üzündə ən yaxşı və ən şərəfli
guşəyə hörmət bəsləmirdilər. Əgər müşriklərin ibadətini belə keyfiyyətlərlə səciyyələndirmək
mümkündürsə, bəs onda onların digər ayinləri haqqında nə demək olar?! Niyə
onlar elə güman edirdilər ki, onların Məscıdülharama, Allahın Öz Kitabında qeyd
etdiyi kimi namazda muti olan, boş-boş danışıqlardan çəkinən, çoxsaylı tərifəlayiq
keyfiyyətlərə malik və müxtəlif xeyirxahlıqlar edən mömin müsəlmanlardan daha
çox haqları var?!
Təəccüblü
deyil ki, Allah Məscidülharamı müsəlmanların[4]
öhdəsinə vermişdi və onların hakimiyyətini bu müqəddəs torpaqlarda bərqərar
etmişdi. Bu baş verdikdə Fövqəluca Allah buyurmuşdur: “Ey iman gətirənlər!
Müşriklər (batinləri xəbis, etiqadları puç və iyrənc olduğuna, su başına
çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü etmədiklərinə
görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu
ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar...” (Tövbə, 9/28).
ﭷﭸﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝﮞ
ﮟ ﮠ ﮡ ﮢ
(8.36)
“Küfr edənlər öz mallarını Allahın yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər.
Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,
(8.37)
Allah murdarı pakdan ayırd etsin, sonra murdarları
bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar
özlərinə zərər eləyənlərdir!”
Fövqəluca
Allah bildirir ki, müşriklər Ona və Onun Elçisinə (ona Allahın salavatı və
salamı olsun!) qarşı düşmənçilik bəsləyirlər. Onlar fitnə-fəsad qururlar ki,
Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) üstün gəlsinlər,
Onun Nurunu söndürməyə və Onun Sözünün eşidilməməsinə cəhd göstərirlər. Lakin
onların tətbiq etdikləri fəndgirliklərin nəticələri onların özlərini məğlubiyyətə
uğradacaqdır, çünki uğursuz fitnəkarlıqlar həmişə onları törədənlərə zərbə
vurur.
Kafirlər
haqqı nahaq qələmə vermək və yalanı müdafiə etmək, Vahid və Mərhəmətli Allaha
imanı məhv etmək və insanları bütpərəstliyə tərəf çəkmək üçün öz mallarını xərcləməyə
xəsislik etmirlər. Onlar bu yolda var-dövlətlərini xüsusi çətinlik çəkmədən sərf
edirlər, çünki öz yanlış baxışlarında qətiyyətlidirlər və haqqa nifrət bəsləyirlər.
Əlbəttə, sonradan onlar törətdikləri barədə təəssüflənəcəklər, rüsvay ediləcək
və alçaldılacaqlar. Onlar öz var-dövlətlərindən məhrum olacaqlar və ümidləri
puça çıxacaq, Qiyamət günü başladıqda isə onlar daha sərt cəzalandırılacaqlar.
Onların hamısı Cəhənnəmdə toplanacaq və orada amansız cəzanı dadacaqlar. Cəhənnəm
– natəmizlərin və yaramazların məskənidir.
Fövqəluca
Allah yaramaz adamları xeyirxah möminlərdən yaxşı ayırd edir və onların hər
biri mütləq müvafiq məskəndə olacaqdır. Bütün yaramazlıqlar toplanıb bir yerə
atılacaq. Yaramaz əməllər, yaramaz mallar və yaramaz məxluqlar bir-birinin
üstünə yığılacaq. Sonra isə Allah onları toplayıb Qaynar Cəhənnəmə vasil edəcək.
Oraya düşən mürtədlər əsil zərərə uğrayacaqlar, çünki Qiyamət günü onlar özlərini
itirəcək və ailələrindən məhrum olacaqlar. Açıq-aşkar zərər də elə budur!
ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓﯔ
(8.38)
“Kafir olanlara de: “Əgər onlar əl çəksələr, keçmişdəki günahları bağışlanar.
Yox, əgər yenə qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr”.
Bu
vəhy Fövqəluca Allahın Öz qullarına bəslədiyi mərhəmətinin dəlilidir.
İnsanların kafirliyinə və inadkarlığına baxmayaraq, Allah onları doğru yola gəlməyə
və azğınlığa, məhvə məhkum edən əməllərdən çəkindirməyə dəvət etməkdən usanmır.
Məhz buna görə, Allah buyurur ki, əgər kafirlər küfrə etiqad etməkdən əl çəksələr
və Ona şərik qoşmadan, itaət etsələr, onda O, onların keçmişdə törətdikləri
cinayətlərini bağışlayar. Amma əgər onlar yenidən kafirliyə və haqqı inadla
inkar etməyə qayıtsalar, onda onlar məhvə uğradılmış kafir xalqların yolunu təkrarlamış
olarlar. Belə olduqda, onlar ancaq inadcıl kafirlərin nəsibi olan aqibəti gözləsinlər
və onların məsxərəyə qoyduqları cəza, mütləq onlara yetişəcəkdir.
Bu
ayə kafirlərə yönəldilmişdi, sonrakı ayədə isə Allah möminlərə müraciət edir və
onları allahsızlara necə yanaşmağı öyrədir. Fövqəluca Allah buyurur:
ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
(8.39)
“Fitnə aradan qalxmayınca, bütün din tamamilə yalnız Allaha məxsus
olmayınca onlarla vuruşun. Əgər son qoysalar, Allah onların nə etdiklərini Görəndir ”.
(8.40)
“Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Havadarınızdır. O, ən
gözəl Havadar, ən yaxşı Yardımçıdır!”
Kafirlərlə,
onlar Allaha şərik qoşmaqdan və insanları Onun yolundan çıxartmaqdan əl çəkənə
qədər, İslamı qəbul etməyincə və bu dinin hökmlərinə tabe olmayınca, onlar tək
Allaha xidmət göstərmədikcə vuruşun. Məhz bu, cihadın – dinin düşmənlərinə
qarşı mübarizənin ali məqsədidir. Cihad sayəsində müsəlmanlar öz dinini kafirlərin
onu salmaq istədiyi şərdən qoruyur. Onlar, Allahın bəşəriyyəti yaratmasının məqsədi
olan dinini müdafiə edir və onun bütün qalan dinlər üzərində ucaldılmasına can
atırlar.
Kafirlər
zalımlıq etməkdən əl çəksələr, onda onların əməllərini Allah nəzərdən qaçırmaz,
axı Ondan hətta ən cüzi hərəkətləri belə gizlətmək mümkün deyildir. Amma onlar
Ona itaət etməkdən vaz keçsələr, qoy bilsinlər ki, O mömin qullarını himayə
edir, onlara faydalı şeyləri əta edir, dini və dünyəvi işlərini sahmana salmağa
kömək göstərir və onları cinayətkarların kinli kələkbazlıqlarından və şiddətli
hücumlarından qoruyur. Allah insanı himayə edirsə, onda o, heç nədən qorxmaya
bilər. Lakin əgər Allah insana müharibə elan edirsə, o, hökmən gücündən məhrum
olunacaq və özü üçün istinadgah tapa bilməyəcək.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
(8.41)
“Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin
bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə
(ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin
beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin,
yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah
hər şeyə qadirdir!”
Əgər
müsəlmanlar kafirlərin əmlakını, haqları olduğu halda, ələ keçiriblərsə, onda
onun kəmiyyətindən asılı olmayaraq, beşdə dörd hissəsi hərbi qəniməti ələ keçirən
müsəlmanlara çatır. Allah hərbi qəniməti zəbt edənləri onun (beşdə bir hissəsi
istisna edilməklə) mülkiyyətçisi elan etmişdir. Deməli, hərbi qənimətin beşdə
dörd hissəsi döyüş iştirakçıları arasında bölüşdürülməlidir, özü də süvari
piyadadan iki dəfə çox almalıdır, çünki Allahın Elçisi (ona Allahın salavatı və
salamı olsun!) qəniməti döyüşçüləri arasında belə bölüşdürərdi. Süvari isə bir
pay özü üçün, bir pay da atına görə alırdı.
Hərbi
qənimətin beşdə bir hissəsinə gəldikdə isə, onu bir dəfə də beş hissəyə bölməli
idilər. Beşdə bir hissə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı
olsun!) çatırdı, yəni heç bir məhdudiyyət olmadan müsəlmanların ümumi ehtiyaclarına
sərf olunurdu. Allah qənimətin bu hissəsini Özü və Öz Elçisi (ona Allahın
salavatı və salamı olsun!) üçün ayırmışdı, lakin məlumdur ki, onlar maddi nemətlərə
möhtac deyildilər. Deməli, hərbi qənimətin bu hissəsi Allahın qullarına çatırdı
və müsəlmanların ümumi ehtiyacları üçün xərclənirdi, çünki Fövqəluca Allah bu əmlakın
məhz necə bölünməsini bildirməmişdi.
Digər
beşdə bir hissə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!)
qohumlarına – Haşimin bə əl-Müttəlibin nəsillərinə verilirdi. Məhz Muhəmməd
Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) qohumluq – bu nəsillərin
nümayəndələrinin hərbi qənimətlərdən bir hissə almasına hüquq verən səbəb idi.
Beləliklə, qənimət bu nəsillərin bütün varlı və kasıb nümayəndələrinin
arasında, onların kişi və ya qadın olmasından asılı olmayaraq bölünməlidir.
Digər
beşdə bir hissə azyaşlı uşaq olarkən atalarından məhrum olmuş yetimlərə
çatmalıdır. Allah onlara rəhm edərək bütün hərbi qənimətin iyirmi beşdə bir
hissəsini ayırmışdır, çünki onlar özlərinin zəruri olan ehtiyaclarını təmin etməyə
qadir deyillər və bunu edə bilən qohumlardan məhrum olmuşlar.
Digər beşdə bir hissə maddi ehtiyac içində
olan kasıblara və yoxsullara çatmalıdır. Bu qəbildən olan insanlara yaşlılar və
uşaqlar, kişilər və qadınlar aid edilirlər.
Sonuncu
beşdə bir hissə səfərə çıxaraq yad ölkəyə gəlmiş və maddi vəsaitdən məhrum
olmuş müsafirlərə verilir.
Bəzi
şərhçilər belə hesab edirlər ki, bütün hərbi qənimətlərin beşdə bir hissəsini sadalanan
məqsədlərə sərf etməyə icazə verilsə də, onu həmin beş dərəcədən olanların
arasında mütləq bərabər hissələrə bölmək lazım deyil. Onlar güman edirdilər ki,
zəruriyyət yarandıqda, bu beş dərəcədən olanlardan birinə başqaları qarşısında
üstünlük vermək olar və bu rəy daha məqsədəuyğundur.
Allah
qeyd edir ki, hərbi qənimətlərin beşdə bir hissəsinin layiqincə ödənilməsi
imanın vacib tələblərindəndir. Əgər müsəlmanlar Allaha və Fərqlənmə günü Onun
Öz quluna (ona Allahın salavatı və salamı olsun!) nazil etdiklərinə iman gətirmişlərsə,
onda bu tələbi yerinə yetirməlidirlər. Bədr yaxınlığında döyüş gedən gün Allah
haqq ilə yalanı bir-birindən fərqləndirmişdir. Həmin gün haqq qələbə çalmış,
yalan isə ifşa edilmişdir. Həmin gün müsəlmanların qoşunu kafirlərin qoşunu ilə
üz-üzə gəlib döyüşə girdi və insanlar Muhəmməd Peyğəmbərin (ona Allahın
salavatı və salamı olsun!) təbliğ etdiklərinin hamısının gerçək olmasını təsdiq
edən möcüzələri gördülər. Həqiqətən, Allah hər şey üzərində hökmrandır və heç
kim Ona üstün gələ bilməz!
ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ
(8.42)
“O zaman siz vadinin ən yaxın tərəfində, onlar isə ən uzaq tərəfində idilər. Karvan sizdən aşağıda durmuşdu. Əgər siz vədələşsəydiniz, təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah
olacaq işi yerinə yetirmək
üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə həlak olsun, sağ
qalan da aşkar bir möcüzə ilə sağ qalsın. Həqiqətən, Allah Eşidəndir,
Biləndir!”
Siz
vadinin Mədinəyə yaxın olan tərəfində, sizin düşmənləriniz isə digər tərəfdə
idilər. Siz hamınız bu vadidə yerləşmişdiniz, karvan isə bu zaman artıq dənizin
sahilindəydi. Siz yola düşdünüz ki, karvanı ələ keçirəsiniz, lakin Allah istəyirdi
ki, hər şey başqa cür baş versin. Əgər siz bu görüşü irəlicədən
planlaşdırsaydınız, onda döyüşün yeri və vaxtının seçilməsi və ya başqa şərtlər
sizin bir-birinizlə rastlaşmayacağınıza səbəb ola bilərdi. Lakin Allah sizin
hamınızı bir yerə yığmışdı ki, Onun müəyyənləşdirdiyi Qədər gerçəkləşsin və baş
verməli olan hadisə baş versin. Allah istəyirdi ki, bu hadisə inadkarlıqla
haqqı danan kəslər üçün aydın bir möcüzə olsun və kafirlər öz baxışlarının
qüsurluluğuna əmin olub, Allah qarşısında bəraət qazanmaq imkanından məhrum
olsunlar və möminlər isə daha böyük əminlik və inam əldə etsinlər. Buna nail
olmaq Allahın hər iki dəstəyə ağıllı insanlar üçün ibrətamiz möcüzələr və dəlillər
göstərməsi sayəsində mümkün oldu.
Onun
gözəl adları sırasında – Eşidən, Bilən adları. O hər hansı səsi eşidir, istənilən
dili başa düşür və bütün xahişləri diqqətlə dinləyir. O, aşkar və gizli baş verən
hər şey haqqında bilir, qeybə və
aydınlığa xas olan bütün şeylərdən xəbər- dardır.
ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡﮢ ﮣ
ﮤ ﮥ ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
(8.43)
“O zaman Allah röyanda sənə onları (düşmənləri) az göstərirdi. Əgər onları sənə
çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz
olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən,
ürəklərdə olanları biləndir!”
Allah
Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yuxuda müşrikləri azsaylı
göstərdi və bundan sonra Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı
olsun!) öz səhabələrini sevindirərək, ürəklərini sabitləşdirdi və onlara
sakitlik və inam gətirdi. Əgər Peyğəmbər (ona Allahın salavatı və salamı
olsun!) onları çoxsaylı görsəydi və bu barədə səhabələrinə xəbər versəydi,
onlardan bəziləri döyüşə girmək istəyər, digərləri isə geri dönmək qərarına gələrdilər.
İxtilaf ona gətirib çıxarardı ki, müsəlmanlar ruhdan düşər və zəifləyərdilər.
Lakin Fövqəluca Allah onlara lütfkarlığını göstərdi və onları belə höcətləşmələrdən
qorudu. Ruhən möhkəm olanlar və qəm-qüssəyə qapılmağa hazır olanlar, həqiqəti
danışanlar və yalan söyləyənlər də Allaha məlumdur. Allaha möminlərin qəlbində
gizli qalan keyfiyyətləri də məlum idi və bunun sayəsində onlar Allahın Öz mərhəmətinə
və qayğısına layiq görülmüşdülər.
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ
(8.44)
“(Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə
onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı.
Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu
ilə deyil, Allahın iradəsi ilədir)”.
Allah
Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yuxusunu səhih yuxulardan[5]
etdi və möminlərə elə gəldi ki, onların düşmənləri doğrudan da azsaylıdır.
Müşriklər də gördülər ki, müsəlmanlar azdır və buna görə iki qoşunun hər biri
düşmənini zəif hesab edərək döyüşə başlamağa hazır idi. Bu ona görə lazım idi
ki, Allahın qədəri ilə müəyyən edilmiş hadisə gerçəkləşsin.
Allah
möminlərin qələbə çalmasını, müşriklərin isə məğlubiyyətə uğramasını və öz
azğın başçılarını və ağsaqqallarını itirmələrini istəyirdi. Nəticədə müşriklərin
başçılarından bir nəfər belə sağ qalmadı və diri qalan qureyşliləri İslama dəvət
etmək çox asanlaşdı. Bədr yaxınlığındakı döyüş Allahın müşriklərə lütfkarlığı
oldu. Onlar sağ qalıb, sonradan İslamı qəbul etdilər.
Məxluqların
bütün əməlləri mütləq Allaha qayıdır və sonra O, pis insanları möminlərdən
ayırır və ədalətli hökm çıxarır. Allah heç kimə zalımlıq etmir və heç kimi
incitmir.
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ ﯵ
(8.45)
“Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun
və Allahı çox yada salın ki, nicat tapasınız!”
Ey
möminlər! Siz kafirlərin sizinlə döyüşməyə hazırlaşan qoşunu ilə toqquşarkən,
layiqincə səbir və mətanət göstərməklə vuruşun. Bu əzəmətli ayini yerinə yetirərkən
dözümlü olun, çünki onun yüksək zirvəsi böyüklük və qələbədir. Bu halda sizə
kömək edən Allahı çoxlu-çoxlu xatırlamanız olacaqdır ki, onun sayəsində siz
düşmən üzərində zəfər çala biləcəksiniz. Həqiqətən də səbirli, dözümlü olmaq və
Allahı çox zikr etmək – müsəlmanların qalib gəlməsinə kömək edən ən böyük amillərdir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘﭙ
ﭚﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
(8.46)
“Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa
qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!”
Hər
şeydə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət
edin və həmişədə bu prinsipi rəhbər tutun! Aranızda ayrılıq sala biləcək
mübahisələrə girişməyin, yoxsa qorxarsınız və əminliyinizdən məhrum olar,
gücünüzü itirər və Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı
olsun!) itaətkarlıq göstərənlərə vəd edilmiş qələbəyə nail ola bilməzsiniz. Rəbbinizin
və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərini səbirlə
yerinə yetirin, çünki Allah səbirli qullarına həmişə kömək edir və onlara
yardım göstərir. Onun qarşısında müti və itaətkar olun!
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ
ﭭﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
(8.47)
“(Ey möminlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün
çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi
olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!”
Onlar
evlərini təkəbbürlə tərk edərək, hədsiz lovğalıqları üzündən səfərə çıxmışdılar. Onlar ad-san qazanmağa can atır
və özlərini göstərmək istəyirdilər ki, sonradan qalan adamların qarşısında
öyünsünlər. Bununla yanaşı onlar daha mühüm bir məqsəd də güdürdülər: onlar
Allahın yolu ilə getmək istəyənləri bu yoldan azdırmağa hazırlaşırdılar.
Ey
müsəlmanlar! Allah müşriklərin etdiyi hər şeyi bilir. O Özü onların əsil niyyətləri
haqqında sizə xəbər vermişdir və sizə onlara bənzəməyi qadağan etmişdir, çünki
onlar hökmən ən sərt cəza alacaqlar. Əgər siz səfərə çıxırsınızsa, bunu səmimiyyətlə
Fövqəluca Allah xatirinə edin. Onun dininin şan-şöhrətini artırmağa çalışın,
insanları Allahın qəzəbinə səbəb olan və onları cəzalanmaya məhkum edən əməllərdən
çəkindirin; ətrafınızdakıları Rəbbin Cənnətinin Səadət bağlarına aparan düz
yoluna cəlb edin.
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕﮖ
ﮗ ﮘ ﮙ ﮚ
(8.48)
“O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu
gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin
(pənahınız) dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb
qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi
(möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah
(Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi.
Şeytan
müşriklərin qəlbində pis əməlləri bəzəyərək onlara demişdi: “Bu gün insanlardan
heç kim sizə üstün gələ bilməz. Siz həm sayca çoxsunuz və həm də döyüşə yaxşı
hazırlaşmısınız. Muhəmməd və onun səhabələri sizə müqavimət göstərə bilməzlər.
Mən sizin yanınızda olacağam və çalışacağam ki, sizin ehtiyat etdiyiniz
adamlardan heç biri sizə qarşı vuruşmasın”.
İblis
qureyşlilərin yanına Suraki b. Malik b. Cuşumun simasında gəlmişdi. O, əvvəldən
qureyşlilərlə düşmənçilik edən Mudlac qəbiləsindən idi. Onlar qorxurdular ki,
Mudlac qəbiləsi də müsəlmanların tərəfində onlara qarşı döyüşə bilər və belə
olduqda şeytan onlara dedi: “Mən sizin yanınızda olacağam. Sakit olun və öz qələbənizə
inanın”. Müsəlmanlar və kafirlər uzaqdan bir-birilərini görən kimi, şeytan Cəbrailin
mələkləri necə sıraya düzdüyünü gördü. O, bərk qorxuya düşdü, geriyə dönərək,
aldadılmış qureyşlilərə dedi: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən müqavimət
göstərilməsi mümkün olmayan mələkləri görürəm. Mən qorxuram ki, Allah məni bu
dünya həyatında tezliklə cəzalandırsın, axı O, cəza verməkdə çox sərtdir”.
Ola
bilsin ki, şeytan qureyşliləri azdıraraq onlara yaramaz fikirlər təlqin edir
ki, heç kim onları məğlub edə bilməyəcək və onların qonşuluğunda müttəfiqləri də
vardır və onlar hələ döyüş meydanına gəlib çatmayıblar. Sonra şeytan geriyə
dönüb onlardan uzaqlaşdı. Bununla əlaqədar olaraq Fövqəluca Allah buyurmuşdur:
“Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir. İnsan
kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan
qorxuram!”– deyir. Onların hər ikisinin aqibəti
atəş içində əbədi qalmaqdır. Zalımların cəzası budur[6]. (Həşr,
59/16-17).
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ ﮮ
(8.49)
“O zaman münafiqlər və ürəklərində mərəz (etiqad zəifliyi və islama qarşı şəkk-şübhə)
olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər. Lakin
Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, Yenilməz Qüvvət Sahibidir,
Hikmət Sahibidir!”
Münafiqlər
və qəlbində şübhə olanlar az qüvvə ilə çoxsaylı düşmənə qarşı döyüşə girən
möminlər haqqında dedilər: “Bu insanların öz dini onları çıxa bilməyəcəkləri
ağır vəziyyətə saldı”. Onlar möminlərə qarşı öz nifrətamiz münasibətlərini belə
bildirməklə onların düşüncəsizliyini qabartmaq istəyirdilər. Lakin Allaha and
olsun ki, onların özləri düşüncəsiz və ağılsız adamlardı. Din insana, əzəmətli
ordunun belə cəsarət etmədiyi, təhlükəli qərar qəbul etməyə təkan verə bilər,
çünki mömin həmişə Allaha təvəkkül edir və bilir ki, insan təkcə Onun sayəsində
güc və qüvvə sahibi olur. Mömin bilir ki, əgər bütün məxluqlar birləşib bir
insana, heç olmazsa, bir zərrə qədər yaxşılıq etməyə çalışsalar, Allah istəməsə, onu edə bilməzlər və əgər bütün
yaradılmışlar birləşib ona pislik etmək istəsələr, Allahın onun üçün müəyyən
etdiyi qədər çərçivəsindən başqa pislik edə bilməzlər. Mömin bilir ki, o, haqqa
etiqad edir və Allahın qədəri müdriklik və mərhəmət təcəssümüdür. Məhz buna görə
o, qəlbində həyəcan keçirmədən istənilən düşmənlə onun gücündən və çoxsaylılığından
asılı olmayaraq döyüşə girir. O, qəti surətdə öz Rəbbinə inanır və qorxu və cəsarətsizliyin
nə olduğunu bilmir. Mömin çox yaxşı başa düşür ki, heç kim Allaha üstün gələ
bilməz və Onun hər hansı hökmü hikmətinə əsaslanır.
ﮯ
ﮰﮱ ﯓﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
(8.50)
“(Ey Elçim!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura:
“Dadın atəşin əzabını!” – deyib canlarını alanda görəydin!”
(8.51)
“Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara
görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”
Mələklər
kafirlərin canını almağa gələndə, sən onların narahatlığını və həyəcanını görəydin.
Mələklər onların üzünə və kürəklərinə vuraraq deyirlər: “Çıxın!” Kafirlərin
ruhu canlarından ayrılmaq istəmir, çünki başa düşürlər ki, irəlidə onları məşəqqətli
cəza gözləyir. Onlara belə deyilir: “Yandırıb-yaxan dəhşətli cəzanı dadın! Rəbbiniz
sizə zülm etmir, axı siz çoxsaylı cinayətlər törətmisiniz və belə aqibətə
layiqsiniz”.
ﯩ ﯪ ﯫﯬ
ﯭ ﯮ ﯯﯰ
ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
(8.52)
“Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın
ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən,
Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!”
Allah
bütün nəsillərə eyni ədalətlə yanaşır. Müşriklərin törətdikləri əməllər Firon nəslinin
və onlardan əvvəl yaşamış kafir xalqların etdiklərinə bənzəyir. Onlar da
Allahın möcüzələrini inkar edirdilər və O, onları bu cinayətlərinə görə cəzalandırdı.
O, güclüdür və cəza verməkdə sərtdir və heç bir məxluq Onun vermək istədiyi
amansız cəzasından qaça bilməz. Fövqəluca Allah buyurur: “...(Yer üzündə) elə
bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın...” (Hud, 11/56).
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ
(8.53)
“(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti
(naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən
(pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) Eşidəndir, Biləndir![7]
Allah
kafir xalqları cəzalandırdı, onları nemətdən və firavanlıqdan məhrum etdi.
Bunu ona görə etdi ki, onlar günah işlər görmüş və nəfslərində olanları dəyişdirmişdilər.
Allah insanları heç vaxt onlara verdiyi nemətdən, onlar Ona itaətsizlik göstərməyənə
qədər, məhrum etmir. Onlar Onun nemətini inkar etməyə başladıqda və bu nemətə
naşükürlüklə cavab verdikdə, O, onları maddi nemətlərdən məhrum edir. Onlar özlərini
dəyişdikcə, O da onların rifahını dəyişir. Allah belə etməklə Öz ilahi hikmətinə
istinad edir, qullarına qarşı ədalətlilik və rəhmlilik göstərir. O, Öz qulları
ilə zülmkarcasına davranmır, lakin onlar Onun hökmlərinə itaətsizlik göstərəndə
onlara cəzasını daddırır və beləliklə, iman gətirənlərin qəlbini Özünə cəlb
edir.
Onun
gözəl adları arasında Eşidən, Bilən adları haqqında. O, məxluqlarının ürəyindən
keçirdiyi və ya ucadan söylədiyi bütün sözləri eşidir. O, onların ən gizli fikirlərini
və sirlərini bilir və hadisələri Öz elminə və İlahi iradəsinə əsasən öncədən müəyyənləşdirir.
ﭥ ﭦ ﭧﭨ
ﭩ ﭪ ﭫﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴﭵ ﭶ
ﭷ ﭸ ﭹ
(8.54)
“Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin
ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon
nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım idi!”
Firon
və onun xalqı Allahın onlara göstərilən möcüzələrinə iman gətirməkdən boyun
qaçırdılar. Onlara qədər yaşamış kafirlər də belə etmişdilər və həmin
xalqlardan hər biri törətdikləri cinayətlərin ağırlığına müvafiq olaraq cəza
almışdılar. Məhv edilənlərin və amansız cəzaya məruz qoyulanların hamısı zalım
günahkarlar idilər və özləri özlərini məhvə məhkum etmişdilər. Allah onlara
zalımlıq etməmişdi, onları etmədikləri cinayətə görə cəzalandırmamışdı. Qoy
insanlar zalımlıqdan çəkinsinlər, yoxsa, bir zamanlar onlardan əvvəlki
pozğunluq törədənləri məhv etmiş cinayət onların da axırına çıxar!
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ ﮑ
(8.55)
“Həqiqətən, Allaha görə canlı məxluqların ən şərlisi küfr edənlərdir. Onlar
iman gətirməmişlər və gətirməyəcəklər”[8].
(8.56)
“Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu
bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar”.
Küfrə
etiqad edən günahkarlar iman gətirməkdən boyun qaçırırlar və onlara göstərilən
etibara xəyanət edərək, canlı məxluqların ən şərlisinə çevrilirlər. Onlar
xatırlanan üç keyfiyyətə malikdirlər: öhdəliklərini yerinə yetirmirlər, verdikləri
sözün üstündə durmurlar və buna görə də onlar eşşəklərdən, itlərdən və başqa həşəratlardan
da pisdirlər. Onlarda xeyirxahlıq yoxdur – onlar əsil şərdirlər. Onlar məhv
edilməlidirlər ki, xəstəlikləri ətrafdakılara sirayət etməsin. Bax elə buna görə
sonra Fövqəluca Allah belə buyurur:
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ
(8.57)
“Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara
tutacağın divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri də (qorxudub)
dağıt ki, onlar (bundan) ibrət alsınlar (bir daha əhdi pozmağa cürət etməsinlər)!”
Əgər
sən onlarla döyüşməli olsan, onlarla əhd üzrə öhdəliklərin olmazsa, onda
onları sərt cəzalandır ki, bu, öz ardıcılları üçün ibrət nümunəsi olsun. Ola
bilsin ki, onlardan sonra gələn insanlar onların başına gələnləri yadda saxlayıb
ibrət götürsünlər və bu sərt aqibətin öz başlarına gəlməməsi üçün səy göstərsinlər.
Törədilmiş
cinayətlərə görə cəza tədbirlərinin faydası da elə bundadır. Cinayətkarların cəzalandırılması,
hələ cinayət törətməmiş insanları itaətsizlikdən çəkindirir və artıq cəzasını
çəkmişləri də yenidən cinayət etməkdən, qanunu təkrar pozmaqdan saxlayır. Fövqəluca
Allah bu ayədə xatırlanan cəzanı hərbi əməliyyatlarla bağlayır və buradan aydın
olur ki, əgər müsəlmanlar kafirlərlə sülh müqaviləsi bağlayıblarsa[9],
onlar (müsəlmanlar) o müqaviləni xaincəsinə pozmaq və, hətta onlar (kafirlər)
islahedilməz satqınlar və xainlər olsalar belə, kafirləri cəzalandırmaq haqqına
malik deyillər.
ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ
(8.58)
“Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan,
(döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə)
özlərinə elan et. Çünki Allah xainləri sevməz!”
Hərbi
əməliyyatların dayandırılması haqqında saziş bağlanıldıqdan sonra qarşı tərəfin
davranışı sənə təhlükə yaradırsa və sən onların sazişi xaincəsinə pozacaqlarına
şübhə etmirsənsə, onda sənə icazə verilir ki, sazişin öhdəliklərini yerinə
yetirməyi rədd edəsən. Sazişi qaytarıb onların üstünə at və onlara açıq-aşkar
elan et ki, onu ləğv edirsən. Qoy hər iki tərəf xəbərdar olsun ki, artıq
aranızda heç bir müqavilə yoxdur. Sən digər tərəfi sazişi ləğv etməyin haqqında
xəbərdar edənə qədər onu xaincəsinə pozmaq və sülh sazişinə zidd olan hər hansı
hərəkəti etmək haqqına malik deyilsən. Allah satqınları və xainləri sevmir.
Bundan başqa, Allah onlara nifrət edir və buna görə, müsəlman həmişə açıq hərəkət
etməli və xəyanətkarlıqdan çəkinməlidirlər.
Bu
ayədən aydın olur ki, əgər kafirlər tərəfindən namərdcəsinə xəyanətkarlıq
faktı açıq məlum olubsa, onda müsəlmanların sülh sazişini ləğv etməsi haqqında
bəyanat verməsi məcburi deyil, çünki kafirlərin xəyanəti aşkar edilibsə,
sazişin ləğv edilməsini elan etmək mənasızlaşır, belə ki, bu zaman hər iki tərəf
sazişin şərtlərinin pozulması haqqında artıq eyni dərəcədə xəbərdar edilmiş
olurlar.
Ayədən
həm də belə bir nəticə çıxır ki, əgər müsəlmanlar kafirlər tərəfindən xəyanət
ediləcəyindən ehtiyat etmirlərsə və əgər kafirlər onların tərəfindən sülh
sazişinin ehtimal olunan pozulmasını təsdiq edən əməllərə yol vermirlərsə,
onda müsəlmanların bu sazişi ləğv etmək haqqı yoxdur və onlar imzalanmış
sazişin müddəti qurtarana qədər şərtlərini yerinə yetirməlidirlər.
ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯔ ﯕ ﯖﯗ
(8.59)
“Qoy kafirlər düşünməsinlər ki, onlar başqalarını qabaqlaya biləcəklər. Həqiqətən
də, onlar xilas ola bilməyəcəklər!”[10]
Qoy
öz Rəbbinə iman gətirməkdən boyun qaçıran və Onun ayələrini inkar edən
allahsızlar elə düşünməsinlər ki, onlar Allahı qabaqlaya və qisasdan qaça biləcəklər.
Onlar heç vaxt onları pusquda gözləyən Allahdan qaça bilməyəcəklər. Özünün
kamil hikmətinə əsaslanaraq, Fövqəluca Allah onlara möhlət verir və cəzalandırmağa
tələsmir. O, ona görə belə edir ki, Öz mömin qullarını sınaqdan keçirsin və
onların yaxşı və Allaha xoş gələn əməllərini artırsın ki, onları sayəsində
möminlər böyük yüksəkliklərə qalxa bilsinlər və şərəfli əxlaqi keyfiyyətlər
qazansınlar; onları başqa yolla əldə etmək mümkün deyil.
ﯘ ﯙ ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ
(8.60)
“(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz,
lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı
bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz,
onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!”
Sizi
məhv etmək və dininizi sarsıtmaq üçün əllərindən gələn hər şeyi edən kafir düşmənlərinizlə
qarşıdurmaya hazırlaşın. Biliyinizi və gücünüzü artırın, hər növ silah əldə
edin və sizə kafirlərlə döyüşdə kömək ola bilən istənilən digər hazırlıqları da
aparın.
Bu
hökm hərbi sənayenin top, pulemyot, tüfəng sahələrini, hərbi təyyarələrin,
yerüstü və dəniz hərbi texnikasını, istehkam qurğularının və digər mühəndis
tikililərinin inşasını nəzərdə tutur. Bu ayə ictimai fikrin və müsəlmanların
yüksəlişinə və onların düşmənlərin hücumundan müdafiə mənafelərinin qorunmasına
yönəldilmiş fəaliyyətin inkişafına çağırışdır. O, müsəlmanları atəş açma
qaydalarını öyrənməyə, inzibati fəaliyyəti öyrənməyə, igid və cəsur olmağa çağırır. Bax elə buna görə Muhəmməd
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Bilin ki, güc –
atəş açmaq bacarığından ibarətdir”.
Bu
hökm həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnika əldə edilməsini
nəzərdə tutur. Allah əmr edir ki, döyüş atları hazırlansın və Onun düşmənləri və
möminlərin düşmənləri dəhşətə salınsın. Bu hökmün hikməti ondan ibarətdir ki,
düşmənlər qorxudulsun və bu məsələ bu gün üçün də aktualdır. Məlum olduğu kimi,
dini hökm o vaxtadək öz qüvvəsini saxlayır ki, onun nazil edildiyi səbəb hələ də
qalmış olsun. Əgər düşməni qorxuda bilən yerüstü və havada istifadə edilən hərbi
texnika mövcuddursa və onun sayəsində qələbə qazanmaq asanlaşırsa, onda müsəlmanlar
onları inkişaf etdirməlidirlər, çünki vacib hökmü həyata keçirmək üçün zəruri
olan hər bir əməlin özü də vacibdir.
Belə
etdikdə müsəlmanlar onlara məlum olan düşmənlərini və həmçinin haqqında xəbər
tutmadıqları və sonradan döyüşməli olacaqları düşmənlərini qorxuda bilərlər. O
düşmənlər Allaha məlumdur və buna görə O, müsəlmanlara əmr etmişdir ki, gələcək
döyüşlərə hazırlaşsınlar. Nəzərə alınsa ki, cihadın aparılmasına yardım göstərən
ən vacib amillərdən biri – müsəlman ordusunun xeyrinə maddi ianə verilməsidir, Fövqəluca
Allah möminləri varidatlarını Onun yolunda sərf etməyə çağırmışdır.
Qiyamət
günü başlandıqda isə müsəlmanlar verdikləri hər kiçik və böyük ianə üçün dəfələrlə
çoxaldılmış ölçüdə mükafat alacaqlar, çünki Allah yolunda verilən ianənin
mükafatı yeddi yüz dəfə və daha artıq çoxaldılır. Möminlərə qarşı ədalətsizlik
edilməz və onların mükafatı qətiyyən azaldılmaz.
ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ ﰁ
ﰂ ﰃﰄ ﰅ
ﰆ ﰇ ﰈ ﰉ
(8.61)
“Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən,
O, Eşidəndir, Biləndir”[11].
Sənin
əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına
son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül
et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi,
müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər kafirlər
birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü
müdafiə etməlidirlər.
İkincisi,
döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zəruriyyət
yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.
Üçüncüsü,
sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən
vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər.
İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə
qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz
öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam
özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və
mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə
yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona
etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir
ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə
çalmağa kömək edir. Ancaq bir şərt müsəlmanların ehtiyat etməsinə səbəb ola bilər:
kafirlər sülh sazişi bağlamaqla müsəlmanları aldadaraq, onlara növbəti zərbəni
vurmaq üçün anını gözləsinlər. Buna görə Allah möminlərə bildirmişdir ki,
onlara Onun yardımı kifayət edər və kafirlərin fitnə-fəsadları mütləq onların
özlərinə tərəf çevriləcəkdir:
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ ﭠ
ﭡﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰﭱ
ﭲ ﭳ ﭴ ﭵ
(8.62)
“Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən
qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə
müdafiə edib möhkəmlətdi”.
(8.63)
“O, onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə
varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin.
Lakin Allah onları birləşdirdi, çünki O, Qüdrətlidir, Müdrikdir”[12].
Allah
səni bütün xoşagəlməz hallardan qoruyacaq. O, sənin maraqların və
ehtiyaclarının təmin olunmasının qayğısını çəkir. O, səni dəfələrlə qorumuş və
sənə yardım etmişdir və sən Onun səni müdafiə edəcəyinə əmin ola bilərsən. O, sənə
göylərdən kömək göstərmiş və bundan sonra heç kim sənə müqavimət göstərə bilməmişdir.
O, həmçinin sənə kömək edən möminləri ətrafında cəmləşdirmişdir. O, onların qəlbini
bir-birinə yaxınlaşdıraraq onları birləşdirmiş və bunun sayəsində onların gücü
dəfələrcə artmışdır. Məxluqların səyi nəticəsində buna nail olmaq mümkün
deyildi, çünki buna, Allahdan başqa, heç kim qadir deyildir. Əgər sən yerdə
olan bütün qızılları və gümüşləri, habelə digər qiymətli şeyləri sərf etsəydin
də, bir-birindən ayrı düşmüş və dağınıq halda olan insanların ürəklərini
bir-birinə beləcə yaxınlaşdıra bilməzdin, sən onsuz da buna nail ola bilməzdin.
Bil ki, təkcə Fövqəluca Allah məxluqlarının ürəklərini çək-çevir edə bilir. Öz
qüdrəti sayəsində O, mömin müsəlmanların ürəklərini birləşdirdi və onların
dağınıqlığına son qoydu. Fövqəluca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!
Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O,
sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş
oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi.
Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz” (Ali-İmran, 3/103)[13].
ﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
(8.64)
“Ey Peyğəmbər! Sənə və sənin mömin ardıcıllarına Allah kifayətdir!”[14]
Allah
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə gedən
möminlərə kömək göstərəcəyini və düşmənlərlə mübarizədə yardım edəcəyini vəd etmişdi.
Müsəlmanlar bu şərti yerinə yetirsələr, haqq dinə etiqad etsələr və Allahın
Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getsələr, onda O,
bütün dünyəvi və dini işlərində onlara hökmən kömək göstərər. Lakin Onun köməyi,
onların bu şərti nə dərəcədə qüsursuz yerinə yetirmələrindən asılı olacaqdır.
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
(8.65)
“Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli
kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki
onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!
Ey
Peyğəmbər! Möminləri cihada dəvət et və əlindən gələni et ki, onların niyyətləri
möhkəm və qəti olsun! Onlarda düşmənlərlə döyüşmək arzusu oyat, onları itaətsizlikdən
və müqəddəs müharibədə iştirak etməkdən boyun qaçırmamaq barədə xəbərdar et!
Onlara fədakarlığın və səbirliliyin faydası və həmçinin mükafatlandırılma
haqqında danış ki, onlar həm bu dünyada və həm də ölümdən sonra həmin məziyyətlərinə
görə təltif ediləcəklər. Onlara qorxaqlıqdan törəyən pis nəticələri xatırlat,
çünki bu pis xüsusiyyət dindar və igid insanlara yaraşan deyil. İzah et ki,
mömin müsəlmanlar həmişə digər insanlardan daha cəsarətli olmalıdırlar. Fövqəluca
Allah buyurur: “Düşməni təqib edərkən zəiflik göstərməyin. Əgər siz əziyyət
çəkirsinizsə, bilin ki, onlar da siz kimi əziyyət çəkirlər. Lakin siz Allahdan
almağa ümid etdiyinizə, onlar ümid bağlamırlar. Allah Biləndir və Müdrikdir”[15].
Ey
möminlər! Əgər sizin aranızda iyirmi nəfər səbirli döyüşçü olsa, onlar iki yüz
kafirin öhdəsindən gələrlər. Əgər aranızda yüz nəfər səbirli döyüşçünüz olsa,
onda onlar min kafirin öhdəsindən gələrlər. Sizin hər biriniz on kafirə qalib gələr,
çünki onlar anlaqsız insanlardır. Onların, Allahın Onun yolunda vuruşanlar üçün
hazırladığı mükafatdan xəbərləri yoxdur. Onlar yer üzündə şöhrət tapmaq və
orada fitnə-fəsad yaratmaq üçün döyüşürlər, siz isə cihadın haqq məqsəd üçün
aparıldığını bilirsiniz. Siz Allahın adını və Onun dinini şərəfləndirməyə can
atırsınız, Onun Kitabını müdafiə edirsiniz və Ondan böyük mükafat gözləyirsiniz.
Bu şərtlər sizi cəsur, səbirli və cihadda iştiraka hazır olmağa yönəldir.
ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕﯖ ﯗ ﯘ
ﯙ ﯚ
(8.66)
“(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik
olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə),
min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!”
Allah
möminlərin vəzifəsini asanlaşdırdı, çünki O, onların zəif olduğunu bilirdi.
Onun rəhmi və müdrikliyi Onu öncə xatırladığımız hökmü asanlaşdırmağa sövq etdi
və O, bildirdi ki, bundan sonra yüz səbirli müsəlman kafirlərdən iki yüz nəfərin,
min səbirli müsəlman isə iki min kafirin öhdəsindən gələ bilər. Allah səbirliləri
tərk etmir, daima onlara kömək və yardım göstərir.
Bu
və bundan əvvəlki ayələrdəki hekayətlərdən aydın olur ki, əgər möminlərin
qoşunlarının sayı müəyyən həddə çatarsa, onlar müəyyən sayda kafirləri
darmadağın edə bilərlər. Həm də həmin ayələrdən məlum olur ki, Allah möminlərə
onların imanı ilə bağlı olan cəsurluq bəxş etmişdir. Lakin bu vəhylərin əsil mənası
ondadır ki, əvvəlcə Allah bir müsəlmanın on nəfər kafirin, on müsəlmanın – yüz
kafirin və yüz müsəlmanın min kafirin qarşısından qaçmasını qadağan etdiyi
halda, sonradan Allah bu hökmü yüngülləşdirir və müsəlmanlara kafirlərin sayı
onlardan cəmi iki dəfə artıq olduqda onların qarşısından qaçmağı qadağan edir.
Əgər kafirlərin sayı müsəlmanlarınkından iki dəfədən artıq olarsa, onda onlara
geri çəkilməyə icazə verilir. Amma bu iddia iki şərtlə təkzib olunur.
Birincisi,
şərh etdiyimiz vəhylər hekayət formasındadır və hər hansı hekayət ancaq xatırlanan
mətn çərçivəsində nəzərdən keçirilməlidir. Deməli, bu ayələrdə Allah Öz mərhəmətini
qullarının yadına salmışdır və nələrin baş verəcəyini xəbər vermişdir.
İkincisi,
bu ayələrdə müəyyən sayda səbirli döyüşçülərdən bəhs edilir ki, onlar müxtəlif şəraitdə
dözümlülük göstərməyə alışdırılmış olsunlar. Deməli, əgər döyüşçülər səbirli
deyillərsə və əgər hətta düşmən öz
sayına görə onlardan iki dəfədən də azdırsa, buna baxmayaraq onlar döyüşün
davam etdirilməsinin onların məğlubiyyəti ilə nəticələnəcəyini hesab edirlərsə,
o halda onlara geri çəkilməyə icazə verilir. Şübhəsiz ki, bu şərh ilahi
müdrikliyə uyğundur, lakin onu təkzib etmək mümkündür.
Birinci
iddia Allahın müsəlmanların yükünü yüngülləşdirməsi haqqındakı sözləri ilə təkzib
edilir. Bu o deməkdir ki, ayədə xatırlanan hökm qətidir və yerinə yetirilməlidir.
Əgər Allah deyibsə ki, O, müsəlmanların vəzifələrini yüngülləşdirmişdir, onda
nazil edilmiş ayə, hekayət formasında olsa da Allahın hökmüdür.
Habelə
qeyd etmək lazımdır ki, vəhyin hekayət formasında olması bu hökmə xüsusi bir
cazibədarlıq bəxş edir ki, ayə əmr formasında nazil edilsəydi, həmin özəlliyindən
məhrum ola bilərdi. Bu özəllik ondan ibarətdir ki, Allah möminlərin ürəklərini
möhkəmlədərək, onların kafirlər üzərində mütləq qələbə çalacağını xəbər verir.
İkinci
iddianın təkzib olunmasını təsdiq edən səbirli döyüşçülər haqqında
xatırlatmadır ki, o, sadəcə, müsəlmanları səbirli olmağa çağırır və onları
dözümlü və səbirliliyə yönəldən işlər görməyə sövq edir. Əgər müsəlmanlar belə əməllər
etsələr, onda mənəvi və maddi şərait onların Allahın iradəsi ilə, az sayla da
olsa, qələbə çalacaqlarına dəlalət edəcəkdir.
ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬﯭ ﯮ ﯯ
ﯰ ﯱ
(8.67)
“Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox
kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə
müqabilində azad etmək) yaramaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya
malını istəyirsiniz, Allah isə (sizin) Axirəti qazanmağınızı istəyir. Allah – Yenilməz
Qüvvət Sahibi, Hikmət Sahibidir!”
Allah
Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri Bədr döyüşləri
gedişində müşriklərdən əsir götürmələrinə görə məzəmmət edir. Onları diri
saxlayırlar ki, əvəzində fidyə alsınlar, halbuki möminlərin gələcək əmiri Ömər
b. əl-Xəttab onları axırıncı nəfərinə kimi öldürməyi təklif etmişdi.
Allahın
nurunu söndürmək istəyən, Onun dinini məhv etməyə çalışan, yer üzündə tək Ona
ibadət edənlərin kökünü kəsmək istəyənlər əsir götürülməməli, onlara görə fidyə
almaq məqsədilə onlar diri saxlanmamalı idilər. Çünki onların buna görə
alacaqları dünya malı, kafirlərin edam edilməsilə əldə ediləcək fayda ilə
müqayisədə çox cüzi idi. Kafirlər hakimiyyətə sahib olduqca və pislik etməyi
bacardıqca müsəlmanlar onları əsir götürməməlidirlər. Müşriklərin qanı
axıdıldıqda, fitnəkarlıqları darmadağın edildikdə və planları pozulduqda isə,
müsəlmanlar əsir kafirləri həyatdan məhrum etməsələr, günah işlətməzlər.
Ey
müsəlmanlar! Siz əsirləri diri saxladınız ki, onların əvəzində dünyəvi nemətlər
əldə edəsiniz. Siz dininizə daha çox fayda verən şey barədə fikirləşmədiniz.
Axı Allah istəyir ki, Öz dinini qüdrətli görsün, Öz sevimli qullarına yardım
göstərir və bütün digər dinlər üzərində təntənə çalmasında onların işinə kömək
edir. O, onlara əmr edir ki, belə bir uğuru qazanmağa səbəb olacaq əməlləri həyata
keçirsinlər.
Onun
gözəl adları arasında – Qüdrətli və Müdrik adı haqqında. Onun qüdrəti
hüdudsuzdur və əgər O, istəsə, müsəlmanlar kafirlər üzərində hər hansı bir
savaşsız qələbə çalardılar. Lakin Onun İlahi müdrikliyi tələb edir ki,
insanların bir qismi digər qismi üçün sınaq rolunu ifa etsinlər.
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ
(8.68)
“Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı, aldığınız fidyə
müqabilində sizə böyük bir əzab toxunardı”[16].
Əgər
Fövqəluca Allahın qədəri ilə sizə hərbi qəniməti mənimsəmək icazəsi verilməsəydi,
əgər O, sizi ümmətinizin kökünün kəsilməsindən xilas etməsəydi, sizə böyük bir
cəza nəsin olardı. Buna görə hədisdə belə deyilir: “Əgər Bədr döyüşü günü
cəza nazil edilsəydi, ondan təkcə Ömər xilas ola bilərdi”.
ﯽ ﯾ ﯿ
ﰀ ﰁﰂ ﰃ
ﰄﰅ ﰆ ﰇ
ﰈ ﰉ ﰊ
(8.69)
“Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla)
yeyin. Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!”
Fövqəluca
Allah İslam ümmətinə göstərərək, onlara hərbi qənimət götürməyə icazə vermişdi,
halbuki bu, əvvəlki ümmətlərdən heç birinə verilməmişdi. Bununla yanaşı Allah
təqvalı olmaq və bəxş edilən nemətlərə görə Ona şükür etmək hökmü vermişdi.
Onun gözəl adları arasında Bağışlayan və Rəhmli adları haqqında. O, tövbə edənlərə
onların hər cür günahını bağışlayır və Ona şərik qoşmayanların hamısının
günahlarını əfv edir. O, müsəlmanlara rəhm etmiş və onlara hərbi qənimətlər
götürməyə və onu halal gəlir saymağa icazə vermişdir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥﭦ ﭧ ﭨ
ﭩ ﭪ
(8.70)
“Ey Peyğəmbər! Əlinizə düşən əsirlərə
de ki: “Allah qəlbinizdə xeyirxahlıq görsə,
sizdən alınandan daha xeyirlisini sizə verər və sizi bağışlayar.
Allah Bağışlayandır, Rəhmlidir!”[17]
Bu
ayə Bədr döyüşündə əsir düşmüş bir sıra insanlarla əlaqədar olaraq nazil
edilmişdir. Əsirlərdən biri Allahın Elçisinin (ona Allahın salavatı və salamı
olsun!) əmisi əl-Abbas idi. Müsəlmanlar ondan azad edilməsi üçün fidyə tələb
etdikdə, o bildirdi ki, bundan əvvəl İslamı qəbul etmişdir. Lakin müsəlmanlar öz dediklərindən əl çəkməyərək
ondan ötrü fidyə verilməsini tələb edirdilər və elə bu vaxt Fövqəluca Allah həmin
ayəni nazil etdi və İslamı qəbul edənlərə, lakin müşriklər tərəfində vuruşmağa
məcbur olanlara təsəlli oldu. Öz azadlığı üçün onlar nə qədər pul versələr də, əgər
onların ürəyində həqiqətən xeyirxahlıq olarsa, Allah onlara verdiklərindən daha
böyük mükafat əta edəcəyinə söz verdi. Bununla yanaşı Allah onlara günahlarını
bağışlayacağını və onları Cənnət bağlarına daxil edəcəyini vəd etdi.
Sonradan
Allah əl-Abbasa və bir sıra digər qüreyşlilərə vəd etdiyini yerinə yetirdi. Bir
dəfə, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) çoxlu ianə gətirdikləri
zaman əl-Abbas onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəldi. O (ona
Allahın salavatı və salamı olsun!), ona özü ilə nə qədər apara bilərsə, götürməsini
əmr etdi. O, o zaman ianədən o qədər götürmüşdü ki, evinə çətinliklə aparmışdı.
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴﭵ ﭶ ﭷ
ﭸ ﭹ
(8.71)
“Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr
vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan
intiqam almağa) imkan verdi. Allah (hər şeyi) Biləndir, Hikmət Sahibidir!”
Onlar
sənə xəyanət etsələr və sənə qarşı müharibəni yenidən başlasalar, bil ki, onlar
əvvəlcə Allaha da xəyanət etmişdilər və buna görə Allah sənə onlara üstün gəlməyə
imkan verdi. Qoy onlar sənin etibarına qarşı xəyanət etməkdən çəkinsinlər və
yadda saxlasınlar ki, Allah onları cəzalandırmağa qadirdir.
Onun
gözəl adları sırasında Bilən və Müdrik adları haqqında. Allah Öz elmi sayəsində
hər şeydən xəbərdardır, Öz müdrikliyi ilə isə hər şeyi öz yerində yerləşdirir.
Məhz bu sifətləri sayəsində O, şərəfli və gözəl qanunlarını nazil etmiş, azad
edilmiş əsirlərin istədikləri zaman müsəlmanlara qarşı xəyanətkarcasına törədə
biləcəkləri bəlalardan qurtaracağını müsəlmanlara vəd etmişdir.
ﭺ ﭻ ﭼ ﭽ
ﭾ ﭿ ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤﮥ ﮦ
ﮧ ﮨ ﮩ ﮪ
(8.72)
“Həqiqətən, iman gətirən, hicrət edən
və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq
verib köməklik göstərən ənsarlar – məhz onlar bir-birinin dostlarıdır.
İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə
siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən
kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir camaat əleyhinə yardım
istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi
görür”.
Fövqəluca
Allah haqq dini qəbul etmiş və Onun yolunda hicrət etmiş, Onun və Onun yolunda
müqəddəs müharibə xatirinə doğma yurdlarını tərk etmiş mühacirlərlə və Allahın
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrinə sığınacaq
vermiş, öz evlərini, var-dövlətini və hətta həyatını belə qurban vermiş ənsarlar
arasında məhəbbət və dostluq yaratmışdı. Bu müsəlmanlar əsil dostlar və köməkçilər
idilər, çünki onların imanı kamil və onları bir-biri ilə bağlayan əlaqə möhkəm
idi.
İman
gətirib, amma Mədinəyə hicrət etməyənlərə gəldikdə isə, onlar mücahidlərin və ənsarların
yardımına arxalanmamalı idilər, çünki onlar müsəlmanların köməkçilərə kəskin
ehtiyac duyduqları bir vaxtda özlərini kənara çəkmişdilər. Onlar hicrət etməmişdilər
və müsəlmanların onlara yardım göstərməsinə və himayə etməsinə hələ layiqincə
nail olmamışdılar. Buna baxmayaraq, əgər onlar möminlərdən din xatirinə
vuruşduqları düşmənlərinə qarşı mübarizədə kömək istəsəydilər, müsəlmanlar köməyə
gəlməli və onlarla birlikdə döyüşməliydilər.
Yox,
əgər hicrət etməmiş müsəlmanlar dünyəvi məqsədlərə nail olmaq xatirinə müharibə
apararlarsa, onda digər müsəlmanlar onların tərəfində vuruşmamalı və onlara kömək
etməməlidirlər. Onlar həmçinin, müsəlmanlarla sülh müqaviləsi imzalamış rəqibləri
ilə müharibə aparan hicrət etməmiş insanların tərəfində də döyüşməməlidirlər. Allah
insanların etdiyi bütün əməlləri görür və onların tutduqları işlərə müvafiq
olaraq hökmlər nazil edir.
ﮫ ﮬ ﮭ
ﮮ ﮯﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ
(8.73)
“Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları
(yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar
(islam zəifləyər, küfr isə artıb qüvvətlənər)”.
Möminlər
arasında dostluq yaradıldıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, küfrün
birləşdirdiyi kafirlər də dostdurlar və bir-birilərinə köməkçidirlər. Bu isə o
deməkdir ki, kafirlərə kömək edən və onları sevən ancaq kafir ola bilər. Əgər
mömin müsəlmanlar bir-birilərini sevməsələr və kafirlərlə düşmənçilik etməsələr,
əgər onlar qeyd-şərtsiz hamını sevsələr və ya qeyd-şərtsiz hamı ilə düşmənçilik
etsələr və yaxud da onlar kafirləri sevsələr və möminlərlə düşmənçilik etsələr,
onda yer üzündə fitnə-fəsad bərqərar olar və böyük qarma-qarışıqlıqlar
başlayar.
Belə
davranış çoxsaylı pis nəticələr törənməsinə səbəb olar və əgər bu baş versə,
onda həqiqət yalana, möminlər isə kafirlərə qarışarlar. Bununla yanaşı müsəlmanlar
əzəmətli ayinlər olan cihaddan və Allah yolunda hicrətdən boyun qaçırarlar və şəriətin,
dinin digər tələblərini yerinə yetirməkdən əl çəkərlər. Bütün bunlar, onlar öz
məhəbbətini təkcə mömin qardaşlarına yönəltməyəcəkləri halda, baş verə bilər.
ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷﯸ ﯹ
ﯺ ﯻ ﯼ
ﯽ ﯾ ﯿ
ﰀﰁ ﰂ ﰃ
ﰄ ﰅ ﰆ ﰇ
(8.74)
“İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər
(mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar)
– məhz onlar həqiqi möminlərdir. Onları (Axirətdə) bağışlanma və tükənməz (gözəl,
minnətsiz) ruzi gözləyir!”
(8.75)
“Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib
hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər.
Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, varislik baxımından)
bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi Biləndir![18]”.
Bunlardan
əvvəlki ayələrdə iman gətirmiş mücahidlər və ənsarlar arasında olan məhəbbət və
dostluqdan bəhs edilirdi. Bu ayələrdə isə Allah onları tərifləyir və onların
mükafatlandırılacağından danışır. O, mühacirləri və ənsarları həqiqi mömin
adlandırır, çünki onlar hicrət etməklə, Onun dininə yardım göstərməklə,
bir-birini sevməklə və düşmənləri olan kafirlərə və münafiqlərə qarşı döyüşməklə
öz imanlarını təsdiq etdilər. Allah onların günahlarını və nöqsanlarını
bağışlamış və Səadət bağlarında onlar üçün böyük mükafat hazırlanmışdır.
Onların bəziləri bu dünyada da mükafat almışdır ki, bu onlara ləzzət vermiş, ürəklərinə
rahatlıq və əminlik gətirmişdir. Eyni şey mühacirlərdən və ənsarlardan sonra
İslamı qəbul edən və sədaqətlə onların yolu ilə gedən iman sahiblərinə də
aiddir. Onlar da iman gətirərək hicrət etdilər və cihada qoşuldular. Onlar da
möminlərdən oldular, onlara da mücahidlərə və ənsarlara verilən vəzifələrdən həvalə
edildi, onların da mühacirlər və ənsarlar kimi mükafat almaq haqqı var idi.
Dini
qardaşlıq ilk müsəlmanların həyatında mühüm yer tuturdu. Muhəmməd Peyğəmbər (ona
Allahın salavatı və salamı olsun!) mühacirləri və ənsarları xüsusi bir qaydada
qardaşlaşmaya dəvət etmişdi və onların bu qardaşlığı dini qardaşlıqdan daha
böyükdü. Onlardan bəziləri hətta bir-birinin əmlakına varis də olurdular və
onda Fövqəluca Allah xəbər verir ki, qan qohumlarının irsə daha çox haqqı var.
Miras, onda müəyyən paya haqqı olan (zul fəraid) qohumlar arasında
bölünməlidir, əgər belə qohumlar yoxdursa, onda o, digər ən yaxın qohumlara
çatmalıdır. Allahın hökmü belədir. O, Öz qulları barədə hər şeydən tam xəbərdardır
və nazil etdiyi qanunlar onların ehtiyaclarına tamamilə uyğun gəlir.
MÜNDƏRİCAT
1.
Tərcüməçinin
ikinci cildə sözönü..............................................3
2.
Şeyx
Muhəmməd b. Saleh əl-Useyminin Təqdimatı.............14
3.
Abdullah
b. Əbdüləziz b. Aqil əl-Aqilin Müqəddiməsi.......16
4.
Şeyx
Bəkir b. Abdullah Əbu Zeydin Qeydləri.......................18
5.
Əl-Maidə
(Süfrə) surəsinin şərhi..............................................23
6.
Əl-Ənam
(“Mülk”) surəsinin şərhi........................................192
7.
Əl-Əraf
(Sədd) surəsinin şərhi................................................388
8.
Əl-Ənfal
(“Qənimətlər”) surəsinin şərhi...............................565
9.
Mündəricat
...............................................................................637
[1] Ayənin
tərcüməsinin mətninə edilmiş Quranda olmayan bir sıra tərcüməçi əlavə-izahları
çıxarılmışdır. Çünki tərcümə etdiyim Səədi Şərhi ayənin tərkibinə əlavə edilmiş
bu “izahlara” ehtiyacı aradan qaldırır. F.S.
[2] Rus
dilindən tərcümə etdiyim əsərin həmin fraqmenti belədir: “Второе и третье
преимущества – это отпущение прегрешений и прощение грехов...”. Bu, ərəb dilindən tərcümə edilmiş orijinalda tərcüməçinin
rusdilli oxucular üçün nəzərdə tutduğu stilistik üslubdur. Lakin İslamda nə
kiçik, nə də böyük günahların “buraxılması” anlayışı və praktikası yoxdur. Müsəlman
təkcə Allah qarşısında tövbə edir. Xristianlıqda isə günahların “buraxılması”
(və ya başqa cür desək, “yuyulması”) keşişlərin qarşısında günahları etiraf etmə
mərasimidir ki, bunun Allah qarşısında tövbə etməklə birbaşa bağlılığı yoxdur.
Bu da, xristianlığa xas olan digər “yeniliklər” kimidir. Məhz buna görə, hörmətli
tərcüməçinin mətnini İslam anlayışlarına müvafiq verməyi məqsədəuyğun hesab
etdim. Çünki Q. Elmir müəllim həmin fraqmenti отпущение прегрешений
kimi vermişdir və bu isə yuxarıda qeyd etdiyim kimi, xristianların keşişlər
qarşısında günahlarını etiraf etməsi mərasiminə aiddir. Halbuki müsəlmanlar
Allahdan başqa heç kimə tövbə etmirlər. Hər bir müsəlman Allaha ibadət zamanı
vasitəçisiz tövbə edir. Günahların bağışlanması isə Allaha məxsusdur və Onun
bağışlama və əfv etmə haqqından kimsəyə pay verilməmişdir. F.S.
[3] Burada, cümlənin ikinci dərəcəli
üzvü olan “əvəzlik” nəzərdə tutulur. F.S.
[4] Məhz Öz Kitabında təsvir etdiyi keyfiyyətlərinə görə. F.S.
[5] Səhih
Buxaridə səhih yuxularla bağlı hədisdə deyilir: “Peyğəmbərlikdən sonraya təkcə
mübəşşirat (müjdə verənlər) qalacaqdır. Səhabələr: “Mübəşşirat nədir?” –
deyə ondan soruşan kimi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!): “Səhih
yuxulardır” – deyə buyurmuşdur. (Buxari, 6990). F.S.
[6] Ayənin tərcüməsi, əsasən,
redaktə edilmişdir. F.S.
[7] Ayənin tərcüməsinə daxil
edilmiş əlavə (Z.B. və V.M. məxsus) tərcüməçi izahı (Quranın həmin ayəsinin Səədi
Təfsirindəki məzmunu nəzərə alınaraq) mətndən çıxarılmış və bu sətiraltı qeyddə
verilmişdir: (“Həmin tayfalar Allahın nemətlərinə şükür etmək əvəzinə Ona
asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən
münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi nemətini qəzəbə, etdiyi
yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi”). F.S.
[8]
Burada ayənin rus mətninin tərcüməsini (Quran mətninə daha müvafiq olduğu üçün)
verməyi lazım bildim. F.S.
[9] Kursiv mənimdir. F.S.
[10] Ayənin tərcüməsi
redaktə edilmişdir. Z.B və V.M-də belə idi: ((Bədr müharibəsində qaçıb) canlarını qurtaran
kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar
(Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb
qurtara bilməzlər!)” Redaktə olunmuş mətn ayənin əslinə daha yaxındır..
F.S.
[11] Ayənin
tərcüməsi redaktə edilmişdir. Buna ehtiyacın yaranmasının səbəbi Təfsirin mətninin
özəlliyi ilə izah oluna bilər. Z.B. və V.M.-in tərcüməsində “təvəkkül etməklə”
bağlı ifadə tamamilə yox idi. Halbuki bu, ayədə vacib hökmlərdən birini: müsəlmanın
bütün əməllərində Allaha təvəkkül etməsini nəzərdə tutan müddəanı ifadə edir.
F.S.
[12] Ayənin tərcüməsi qismən
redaktə edilmişdir. F.S.
[13] Ayənin tərcüməsi tam
redaktə edilmişdir. F.S.
[14] Ayənin tərcüməsi qismən
redaktə edilmişdir. F.S.
[15] Ayənin tərcüməsi tam
redaktə edilmişdir. F.S.
[16] Ayənin tərcüməsi redaktə
edilmişdir. F.S.
[17] Ayənin tərcüməsi redaktə
edilmişdir. F.S.
[18] Bu ayənin sonuna tərcüməçilər
tərəfindən edilmiş əlavə izahı mətndən çıxarıb səhifəaltı qeyddə verməyi daha məqsədəuyğun
saydım. Çünki bəzi bəzi oxucular belə əlavələri, tərcüməçi izahlarını ayənin əsli
mətninə məxsus sayırlar və Müqəddəs Quranın digər Azərbaycan dilinə digər
çeviriləri ilə müqayisə edərək yanlış nəticələr çıxarırlar. Bax: (“Ənfal” surəsinin
75-ci ayəsinin sonuna əlavə edilmiş izah: “Məkkənin fəthinə qədər mühacirlər
və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab
edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ
yalnız qohumlara aid edildi”). Tərc.
F.S.
Комментариев нет:
Отправить комментарий