`ÔSÎ WÔTT`åKV;HTWTÿ
XHTWYÑ<Ö@
`ÔWå WÜéSÙYÍÞWT :PVÞYÚ
:PVMX
óÜKV
PVÞWÚ
ò YJð/@YT
:WÚWè WÓX¥ßKR
WÞTóT~VÖXM
:WÚWè WÓX¥ßKR
ÝYÚ
SÔ`WTÎ QWÜKV
Wè `yS{W£WT`{VK
WÜéSÍY©HTTWTÊ (59)
(5. 59) “De:
“Ey Kitab əhli! Doğrudanmı siz bizi Allaha, bizə nazil edilənə və əvvəl nazil
edilənlərə və əksəriyyətinizin fasiq olduğuna iman gətirdiyimizə görə
qınayırsınız?”
Fövqəluca
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) İslamın doğrudan da həqiqi
din olduğuna Kitab əhlini inandırmağı əmr etmişdi. Onlar isə tərifə və təriflənməyə
layiq olan əməllərinə görə müsəlmanları qınayırdılar. Ona (ona Allahın salavatı
və salamı olsun!) buyurulmuşdu ki, belə desin: “Ey Kitab əhli! Doğrudanmı bizim
yeganə nöqsanımız Allaha, bütün müqəddəs Kitablara və bütün peyğəmbərlərə iman
gətirməyimizdir? Doğrudanmı biz belə bir dini qəbul etməyən insanları kafir və
günahkar adlandırmaqda günahkarıq? Doğrudanmı bizi, öz əməllərinə görə məsuliyyət
daşıyanların ən mühüm vəzifəsi olan imana nail olduğumuza görə qınayırsınız?!
Sizin əksəriyyətiniz Allaha itaətdən boyun qaçıran və günah işlər törətməyə cəsarət
edən əsil fasiqlərdir və buna görə yaxşı olardı ki, siz susasınız. Əgər siz
günaha batmasaydınız, bizə ünvanladığınız qınaqlar daha yüngül cinayət olardı.
Lakin siz özünüz qatı günahkarlar olduğunuz halda bizi qınayırsınız”.
`ÔSTÎ `ÔWå
ØRÑSLùQYTWTßRK
wQ£WYT ÝYQÚ
ðÐYÖ.V¢ ZàWéSTTWÚ WÞYÆ
&JðY/@
ÝWÚ SãWÞTTWÅPVÖ JðS/@
ðYµWçÆWè Yã`~VÕWÆ WÔWÅWWè
SØSä`ÞTYÚ WáW W£YÍ<Ö@
W£ÿX¦WÞW<Ö@
Wè WWWÆWè &ðéSTçÅHTJð¹Ö@
ðÐMXù;HTTVÖOèKR
Qb£TW®
_TTßVÑWQÚ QSÔW¶VK
Wè ÝWÆ
Yò:
éWª XÔ~YUfTT©Ö@
(60)
(5. 60) “De:
“Allahdan daha pis əvəz alacaq adamlar haqqında sizə xəbər verimmi? Onlar –
Allahın lənətlədiyi, onlara qəzəbləndiyi, onları meymuna və donuza çevirdiyi kəslərdir
ki, tağuta ibadət edərdilər. Onlar daha
da pis yerləri tutacaqlar və yoldan daha çox azmışlardır”.
Kitab əhlinin
ittihamlarından belə çıxır ki, onlar müsəlmanların əməllərini səfeh əməllər sayırlar. Fövqəluca Allah Öz Peyğəmbərinə
(ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onların necə bir dəhşətli vəziyyətdə
olduqlarını yadlarına salsın. Ona əmr olunmuşdu ki, belə desin: “Bizi təqsirləndirdiyiniz
əməllərdən olduqca daha pis əməlləri olan kəslər haqqında sizə xəbər verimmi?
Elə insanlar var ki, Allah onları lənətləmiş və Öz mərhəmətindən uzaqlaşdırmışdır.
Allah qəzəblənərək, onları həm bu dünyada və həm də Axirətdə cəzaya məhkum
etmişdir. Onları, tağuta ibadət etdiklərinə görə, meymuna və donuza
çevirmişdir”.
Tağut dedikdə,
şeytan və, Allahdan üz çevirib, ona ibadət edənlər nəzərdə tutulur. Şübhəsiz
ki, sadalanan yaramaz keyfiyyətlərə malik olan adamlar, Allahın mərhəmətinə
yaxın olan möminlərdən olduqca çox pis vəziyyətə düşəcəklər. Allah möminlərdən
razıdır və onlara həm bu dünyada və həm də Axirətdə mükafatlar əta edəcəkdir,
çünki onlar Ona səmimi qəlbdən xidmət edirlər. Bu ayədə müqayisə dərəcəsi,
keyfiyyətcə bir-birinə əks olan şeylərin kəskin qarşılaşdırılması üçün istifadə
edilmişdir.
V¢XM
Wè óØRÒèSò:WTT
Nv
éSTÖWTÎ QWÞTWÚ
ò WTÎWè
N
éSTÕWQW X£pTÉRÑ<Ö@YT óØSåWè
`WTÎ N
éSW£W -&YãYT
SJðJðS/@
Wè ñyVÕ`ÆKV
WÙYT
N
éSTßVÒ WÜéSÙST`|WTÿ (61)
(5. 61)
“Yanınıza gələrək, onlar dedilər: “Biz iman gətirdik”. Lakin onlar küfrlə daxil
olmuşdular və onunla da çıxdılar. Allah onların nəyi gizlətdiklərini yaxşı
bilir!”
Onlar yanınıza
gələndə, ikiüzlülük edir və bədxah niyyətdə olurlar. Onlar özlərini dindar
adlandırırlar, lakin sizin yanınıza gələndə də, sizdən ayrılıb gedəndə də onlar
kafir olaraq qalırlar. Onlardan daha pis kim ola bilər? Kimin vəziyyəti
onlarınkından da çirkin ola bilər?! Allaha onların gizlətdikləri hər şey olduğu
kimi məlumdur və onlar həm yaramaz və həm də yaxşı əməllərinə görə mütləq əvəz
alacaqlar.
uüW£WTWè
_¤kYW{
óØSäóTÞTQYÚ WÜéSÆX£HTW©STÿ Á
Yy<XMô@
XÜ.ðè`TSTÅ<Ö@
Wè ñyXäYÕ`{VK
Wè
&ð`QS©Ö@
ð¨`LùYVÖ WÚ
N
éSTßVÒ WÜéSTÕWÙ`ÅWTÿ (62)
(5. 62) “Sən
görürsən ki, onların çoxu günah işlətməyə, halalın sərhədini aşmağa və
haram yeməyə tələsirlər. Onların törətdikləri necə də murdardır”.
Fövqəluca
Allah Onun mömin qullarını söyüb biabır edən Kitab əhlinin çatışmazlıqlarını
sadalamaqda davam edir. O, xəbər verir ki, yəhudilər Yaradan qarşısında öz vəzifələrinə
aid olan günahları həvəslə törədir, məxluqlara düşməncəsinə münasibət bəsləyir
və haram şeyləri yeyirlər. Allah onların törətdikləri günahlar haqqında xəbər
verməklə qane olmayaraq, bir daha bildirir ki, onlar o günahları məmnuniyyətlə
və ləngimədən törədirlər. Bu isə, onların əxlaqsızlığı və fəsadçılığını və
onların qəlbinə itaətsizliyin və zalımlığın xas olduğunu təsdiq edir. Onlar özlərini
ləyaqətli və şərəfli insanlar hesab edirlər. Amma onların törətdikləri əməllər
necə də pozğun və mənfurdur!
ðóéVÖ SØSäHTWä`TÞWTÿ
fûéQS~YÞHTTQWTQW£<Ö@
S¤WóVKô@
Wè
ÝWÆ ñyXäYTÖóéWTÎ ðy`TXMô@
ñyXäYÕ`{VK
Wè &ð`QS©<Ö@
ð¨`LùYVÖ
WÚ N
éSTßVÒ WÜéSÅWÞTp±WTÿ
(63)
(5. 63) “Niyə din
xadimləri və alimləri onları günah olan sözlərdən və haram yeməkdən çəkindirmirlər?
Onların törətdikləri necə də pisdir”.
Bəs niyə
insanlara kömək etməli olan din alimləri, Allah onlara bilik və müdriklik bəxş
etdiyi halda, insanları nadanlıqdan çıxartmaq üçün günah işlər görməyi qadağan
etmir və həqiqəti onlara çatdırmırlar? Onlar insanlara xeyirxahlıq göstərməyi əmr
etməli və onları günahlardan çəkindirməli, onlara haqq yolu izah etməli, onları
yaxşı işlərə ruhlandırmalı və törədə biləcəkləri cinayətlərdən xəbərdar etməliydilər.
Amma onların törətdikləri gör necə də çirkindir!
gVÖWTÎWè S éSäW~<Ö@
SWTÿ JðY/@
&dàVTÖéSTpÕçÅWÚ pPVÕSçÆ óØXäÿY`TÿKV
N
éSÞYÅSTÖWè WÙYT 'N
éSTÖWTÎ
`ÔWT Sâ
WWTÿ gÜWVºéS©`TWÚ
SÌYÉÞSTÿ ðÈ`~ðÒ S&ò:WWTÿ
UfûWÿY¦WkVÖWè
_¤kYVÒ ØSäóTÞTQYÚ
:QWÚ WÓX¥ßKR
ðÐ`~VÖMX
ÝYÚ ðÐgTQTQW¤ _TTÞHTW~pTçÅñº
&
_£pTÉTS{Wè WÞT`~TWÍ<ÖVK
Wè SØSäWTÞ`~WT
WáWè.WWÅ<Ö@
ò:TTWTµpTTçÅW<Ö@
Wè uøVÖXM
YzóéWTÿ &YàWÙHTW~YÍ<Ö@
:WÙPVTÕRÒ
N
èSWTÎ`èVK
_¤WTß gó£W<ÕYPÖ
WåVKWÉ<ºVK
&JðS/@
WÜóéWÅó©WTÿWè
Á X³`¤KVô@
&
_ fTTTT©WTÊ SJðJðS/@
Wè W
JñYSTÿ WÝÿYY©pTÉSÙ<Ö@
(64)
(5. 64) “Yəhudilər
dedilər: “Allahın Əli bağlıdır”. Xeyr, onların
öz əlləri bağlıdır və dedikləri sözə görə lənətlənmişlər. Onun hər iki
Əli də açıqdır və O, ürəyi istədiyini bağışlayır. Rəbbindən sənə nazil edilənlər
onların əksəriyyətinin azğınlığını və kafirliyini artırır. Biz onların arasına
Qiyamət gününədək düşmənçilik və kin-küdurət salmışıq. Onlar hər dəfə müharibə
alovunu alışdıranda, Allah onu söndürür. Onlar yer üzündə fitnə-fəsad törətməyə
cəhd göstərirlər, Allah isə fasiqləri
sevmir”.
Fövqəluca
Allah bu ayədə yəhudilərin dəhşətli sözləri və yaramaz etiqadlarından xəbər
verir. Onlar deyirdilər ki, Allahın Əli bağlıdır, mərhəmət və xeyirxahlıq etməkdə
xəsisdir. Bu sözlərinə görə onlar lənətlənmiş və xəsisliyə məhkum edilmişlər
ki, bu, onların danışdıqları qeybətə uyğundur. Onlar misilsiz mərhəmət sahibi
olan Allahı xəsis və xeyirxahlıqdan uzaq adlandırdılar və Allahın da onlara
verdiyi əvəz tamamilə onların özünə layiq oldu. Onlar ən simic insanlara
çevrildilər, yaxşı işlər görmək yerinə xəsislik etməyə, Allah haqqında pis
fikirləşməyə başladılar və Onun mərhəmətindən uzaqlaşdırıldılar, halbuki,
o, bütün məxluqatı əhatə edir, ali və ən aşağı aləmlərin hər guşəsini doldurur.
Bax buna görə
Allah buyurur ki, Onun iki Əli də açıqdır və O, qullarını istədiyi kimi mükafatlandırır.
Heç bir şey Ona qərara aldığını həyata keçirməyə mane ola bilməz. O, Öz
qullarına mənəvi və dünyəvi nemətlər bağışlayır və əmr edir ki, onlar Onun səxavətli
hədiyyələrini qazanmağa imkan verən əməllər yerinə yetirsinlər və Onun nemət
qapısını öz qarşılarında bağlayan günahlar törətməsinlər. Allah gecə-gündüz mərhəmət
göstərir və fasiləsiz olaraq saysız-hesabsız nemətlər nazil edir. O, qəmginliyi
qovur və qüssədən xilas edir, kasıbları mükafatlandırır və əsirlərə azadlıq bəxş
edir, zədə alanları sağaldır və dua edənlərin duasını qəbul edir, kasıbları
varlandırır və ehtiyacı olanların yalvarışlarına cavab verir. O, Ona müraciət
edənlərin xahişlərini təmin edir və hətta Ondan yardım istəməyənlərə də Öz
lütfkarlığını göstərir. O, rahatlıq axtaranlara əmin-amanlıq əta edir və Ona
itaətsizlik göstərənləri də Öz mərhəmətindən məhrum etmir. O, möminlərə də,
günahkarlara da yaxşılıq, ancaq Onun sevimli qulları Onun xüsusi lütfkarlığına
layiq görülürlər.
Allah onları
saleh əməllər etməyə ruhlandırır, sonra da buna görə onları tərifləyir və Öz səxavəti
ilə onların mükafatını çoxaldır. O, onları həm bu dünyada və həm də Axirətdə
mükafatlarla təltif edir, özü də, bu mükafatlar təsvirolunmazdır və hətta insan
onları xəyalına belə gətirə bilməz. O, Öz sevimli qullarına nemətlər nazil edir
və onları hər cür bədbəxtliklərdən elə qoruyur ki, onlar hətta çoxusundan xəbər
belə tutmurlar.
Pak və Müqəddəs
Allah Öz qullarına istənilən nemətlər bəxş edir və onlar özlərini bədbəxtliklərdən
xilas etməsini Ondan rica edib yalvarırlar. Allah Müqəddəsdir və Onu Özündən
başqa kimsə layiqincə tərifləyə bilməz! Böyük Allah qullarını hətta bir an da
olsa belə Öz mərhəmətindən məhrum etmir, çünki onlar hamısı ancaq Onun səxavəti
sayəsində yaşayır və ömür sürürlər! Qoy Allah, öz nadanlığı üzündən Rəbbinə
ehtiyacı olmadığını zənn edən və Ona Onun əzəmətinə yaraşmayan keyfiyyətlər aid
edən hər kəsi rüsvay etsin!
Əgər Allah yəhudilərə
və onlar kimilərə dedikləri dəhşətli sözlərin ancaq bəzilərinə görə layiqincə əvəzini
versə, onlar hökmən elə bu dünyadaca məhv olar və bədbəxtçiliyə məhkum edilərdi.
Lakin onlar dəhşətli sözlər danışmalarına baxmayaraq, O, onlara güzəştə gedir və
möhlət verir, amma onların əməllərini unutmur.
Allahın nazil
etdiyi ayələr onların əksəriyyətini yol verilən hədləri daha çox aşmağa və
kafirliyə batmağa sövq edir. Allahın Öz Elçisinə (ona Allahın salavatı və
salamı olsun!) nazil etdiyi xatırlatma qəlbə və ruha həyat verir, bu dünya həyatında
və ölümdən sonrakı yaşayışa xoşbəxtlik gətirir və hər iki aləmdə müvəffəqiyyət əldə
etməyə kömək göstərir. Bu xəbərdarlıq Allahın qullarına göstərdiyi ən böyük nemətidir
və onları bunu tərəddüdsüz qəbul etməyi və Ona bu nemətə görə təslim olmağı və
minnətdarlıq etməyi buyurur. Əgər bu xatırlatma insanlarda azğınlığı, zalımlığı
və kafirliyi artırırsa, onda bu onlar üçün ən dəhşətli cəzadır. Onlar bu cəzaya
Allahın xəbərdarlığından üz döndərdiklərinə, onu rədd etdiklərinə, ona müqavimət
göstərdiklərinə və cürbəcür şübhəli və yanlış sübutlara istinadla ona qarşı
etiraz etdiklərinə görə layiq görülürlər.
Allah belə
insanlar arasına Qiyamət gününə qədər düşmənçilik və kin-küdurət salır. Onlar
birləşə bilmir, bir-birinə kömək etmir, onlara fayda verə bilən işlərdə
razılığa gəlmirlər. Onlar Məhşər gününədək ürəklərində bir-birinə nifrət etməyə
və işlərində bir biri ilə düşmənçilik etməyə məhkum olunmuşlar.
Onlar daima
müharibə odunu qızışdırmağa cəhd edirlər ki, İslama və onun tərəfdarlarına
ziyan vursunlar. Onlar bundan ötrü öz süvarilərini və piyadalarını bir yerə
toplayırlar, lakin hər dəfə Allah onları Öz yardımından məhrum edir, sıralarını
pozur və müsəlmanları onların üzərində qələbə çalmağa nail edir. Onlar yer
üzündə ciddi-cəhdlə günah işlər görərək fitnəkarlıqlar törətməklə öz azğın dinlərini
təbliğ edir və insanlara İslam dinini qəbul etməyə mane olurlar. Lakin Allah
günahkarlığı yayanları sevmir. Bundan əlavə, O, onlara nifrət edir və belələri
mütləq layiqli cəzalarına çatdırılacaqlar.
óéVÖWè QWÜKV
WÔTT`åVK
gHTWTY|<Ö@
N
éSÞWÚ
ò N
óéTWÍPVT@
Wè
WTßó£PVÉV|VÖ óØSä`ÞWÆ óØXäYWLTTTXQ~TWª
`ySäHTWTÞ<ÕW` VKWWè gHTPVTÞW
gy~YÅTQWÞÖ@
(65)
(5. 65) “Əgər Kitab əhli iman gətirib
qorxsaydılar və inkar etməsəydilər, onda Biz onların cinayətlərini bağışlayar və
onları Nəim cənnətinə daxil edərdik”.
Fövqəluca
Allah Kitab əhlinin rüsvayçı əməllərini, eyiblərini və qüsurlu fikirlərini
xatırlatdıqdan sonra, onları tövbə etməyə çağırır və bu, Onun rəhmli və mərhəmətli
olmasını təsdiq edir. O buyurur ki, əgər onlar Allaha, mələklərə, bütün
Kitablara və bütün elçilərə inansalar, itaətsizlikdən çəkinsələr, əvvəl törətdikləri
bütün cinayətləri bağışlanar və onlar insan qəlbinin arzuladığı və baxışların
acgözlüklə dikildiyi istənilən şeyin toplandığı Cənnətin səadət bağlarına girərlər.
óéVÖWè óØSäPVTßKV
N
éSÚWTÎVK
WàHTúW¤óéPVÖ@
WÔ~Xßægô@
Wè
:WÚWè WÓX¥ßKR
ØXä`~VÖXM
ÝYQÚ óØXäQYTQW¤ N
éSTÕW{VKW
ÝYÚ `yXäYÎóéTWTÊ ÝYÚWè
g`WT &yXäYÕS`¤VK
óØSä`ÞTQYÚ
bàTTQWÚRK
$báWY±WpTÍTQSÚ c¤kYW{Wè
óØSä`ÞTQYÚ ò:Wª WÚ
WÜéSTÕWÙ`ÅWTÿ (66)
(5. 66) “Əgər onlar Tövratı, İncili və Rəbbindən
onlara nazil edilənləri rəhbər tutsaydılar, onda başlarının üstündə və
ayaqlarının altında olanlarla qidalanardılar. Onların arasında mötədil
insanlar var, lakin əksəriyyətinin əməlləri pisdir”.
Əgər onlar
Allahın buyurduğu kimi Tövratın və İncilin hökmlərini yerinə yetirsəydilər, əgər
onlar əvvəlki Kitablarda peyğəmbərliyi haqqında xəbər verilən Muhəmməd Peyğəmbərə
(ona Allahın salavatı və salamı olsun!) iman gətirsəydilər, əgər onlar Rəbbin
onlara qayğı göstərərək nazil etdiyi böyük lütfü qəbul etsəydilər, onda Fövqəluca
Allah onlara bol ruzi verər, səmadan üstlərinə yağış yağdırar və yerdə onlar
üçün çoxlu məhsullar yetişdirərdi. Oxşar bir ayədə belə deyilir: “Əgər o kəndlərin
sakinləri iman gətirsəydilər və təqvalı olsaydılar, onda Biz onların qarşısında
göyün və yerin bərəkət qapısını açardıq” (Əraf, 7/96).
Sonra Allah
buyurur ki, Kitab əhli arasında mötədil adamlar da var və onlar Tövratın və
İncilin hökmlərinə əməl edir, lakin bu zaman təşəbbüs və səy göstərmirlər.
Onların əksəriyyəti, ümumiyyətlə, qatı günahkarlardır və ancaq bəziləri
xeyirxah əməllər etməkdə başqalarını qabaqlamağa meyl göstərirlər.
ÜMX
Wè `yPVÖ
`ÔWÅpTÉWT WÙWTÊ ðpTTçÅPVÕWT
I&SãWTVÖWªY¤ SJðJðS/@
Wè ðÐSÙY±`ÅWTÿ
WÝYÚ %X§PVÞÖ@
QWÜMX
JðW/@
W ÷Y`äWTÿ W×óéWÍ<Ö@
WÝÿX£YÉHTVÑ<Ö@
(67)
(5. 67) “Ey
Elçi! Rəbbindən sənə nazil olanı bəyan et! Əgər etməsən, Onun elçiliyini yerinə
yetirməmiş olarsan. Allah səni insanlardan qoruyur. Həqiqətən, Allah kafirləri
doğru yola yönəltməz”.
Allah ən əzəmətli
hökmü ilə Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət edərək, ona
nazil edilənlərin hamısını insanlara çatdırması hökmünü verir. Bunlar, müsəlmanların
Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) öyrəndikləri
bütün dini-etiqad məsələlərinə, əməllərə, fikirlərə, hökmlərə və ilahi tələblərə
aid idi. O (ona Allahın salavatı və salamı olsun!), öz peyğəmbərlik vəzifəsini ən
kamil surətdə yerinə yetirirdi,
insanları İslama dəvət edirdi, qorxunc xəbərdarlıqları və müjdələri onlara yetirir,
onların aqibətini asanlaşdırır və onlara elə təlim verirdi ki, cahil və
savadsız insanlar belə ən görkəmli ruhani alimlər və din xadimləri səviyyəsinə yüksəlirdilər.
O (ona Allahın salavatı və salamı olsun!), insanları sözü və əməli ilə təlimləndirir,
müxtəlif ölkələrə bəyanatlar göndərir və qasidlər yollayırdı. Elə bir yaxşı əməl
yox idi ki, onu öz səhabələrinə göstərməmiş olsun və elə bir pis əməl də
qalmamışdı ki, o (ona Allahın salavatı və salamı olsun!), məsləkdaşlarını ondan
xəbərdar etməsin. İnsanların ən ləyaqətliləri olan şərəfli səhabələri və
onlardan sonra gələn ardıcılları və sadə müsəlmanlar bunu təsdiq edirdilər və
indi də bunu təsbit etməkdə davam edirlər.
Sonra Allah
ona (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Əgər sən Rəbbinin sənə
nazil etdiklərini insanlara xəbər verməsən, Onun əmrini yerinə yetirməmiş
olarsan. Onu icra etməyə tələs və Mən səni himayə edəcək və insanlardan
qoruyacağam. Sən onları səylə öyrətməli, Allahın hökmlərini onlara çatdırmalı və
məxluqlar qarşısında ehtiyat etdiyinə görə vəzifəni yerinə yetirməkdən boyun
qaçırmamalısan. Onların taleyi Mənim əlimdədir və Mən səni istənilən bədbəxtliklərdən
qorumağa söz vermişəm. Sənə həvalə edilən – insanlara aydın həqiqəti
çatdırmağındır və əgər onlar doğru yolla getsələr, bu onların öz xeyirlərinə
olacaq. Yeganə niyyətləri öz alçaq istəklərinə haqq qazandırmaq olan kafirlərə
gəldikdə isə, onların inkarçılığına görə sənin Rəbbin onları düz yolla
aparmayacaq və onları yaxşı işlər görməyə ruhlandırmayacaqdır”.
`ÔSTÎ WÔTT`åVK;HTTWTÿ
gHTWTYÑ<Ö@
óØSTTó©VÖ uøVÕWÆ
]òpøW® uøPVW N
éSÙ~YÍST
WàHTúW¤óéPVÖ@
WÔ~XßXMô@
Wè :WÚWè
WÓX¥ßKR
ØRÑ`~VÖMX
ÝYQÚ
%óØRÑTQYTQW¤ UfûWÿX¦WkVÖWè
_¤kYVÒ
ØSä`ÞTQYÚ :QWÚ WÓX¥ßKR
ðÐ`~VÖMX
ÝYÚ ðÐQYTQW¤ _TÞHTWTp~çÅñº
$
_£TTpTÉTS{Wè ðTWTÊ ð§<KWT
øVÕWÆ YzóéWÍ<Ö@
WÝÿX£YÉHTVÑ<Ö@
(68)
(5. 68) “De:
“Ey Kitab əhli! Siz Tövratı, İncili və Rəbbinizin sizə nazil etdiklərini rəhbər
tutmadan doğru yolla getməyəcəksiniz”. Sənin Rəbbindən sənə göndərilən onların əksəriyyətində
zalımlıq və kafirliyi dəfələrlə artırır”.
Allah Öz Peyğəmbərinə
(ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Kitab əhlinin
yanlışlıqları haqqında onlara xəbər versin, onların yalanını ifşa edərək,
desin: “Sizin dini təsəvvürləriniz əsassızdır, çünki siz Qurana və Muhəmmədə
iman gətirməmişsiniz və bir fakt kimi, öz peyğəmbərinizi və Kitabınızı inkar
etmişsiniz. Siz ancaq o zaman haqqa əsaslana və etibarlı dayağa söykənə bilərsiniz
ki, Tövratın və İncilin hökmlərinə riayət edəsiniz və onların tələb etdiklərinin
hamısını yerinə yetirəsiniz. Siz Rəbdən sizə nazil edılən Vəhyi rəhbər
tutmalısınız. O, sizin qayğınızı çəkir və sizə nemətlər bəxş edir, onların ən şərəflisi
isə sizə nazil etdiyi Səmavi Kitabdır. Siz Allaha həmd etməli, Onun hökmlərini
yerinə yetirməli və Onunla olan əhdinizə sadiq qalmalısınız”.
QWÜMX
WÝÿY¡PVÖ@
N
éSÞWÚ
ò fÛTÿY¡PVÖ@
Wè N
èS Wå
WÜéLSTTXHTJð±Ö@
Wè uüW£HTW±PVÞÖ@
Wè
óÝWÚ WÝWÚ
ò gJð/@YT
YzóéW~Ö@
Wè X£Y@
WÔYÙWÆWè
_YÕHTTW² ðTWTÊ dÇóéW
`yä`X~VÕWÆ WWè óØSå WÜéSTßW¥mïmð` (69)
(5. 69) “Həqiqətən,
möminlər və həmçinin Allaha və Axirət gününə iman gətirən yəhudilər, səbailər və
xristianlar ədalətlə davranırdılar. Onlar nə qorxu biləcək, nə də kədərlənəcəklər”.
Fövqəluca
Allah bu ayədə bildirir ki, Səmavi Kitabların, o cümlədən Quran, Tövrat və İncilin
nazil edildiyi insanlar xilas üçün bir ümumi yola malikdirlər və ümumi əsasa
söykənirlər. Bu, Allaha və Qiyamət gününə və saleh əməllərə imandır. Kim Allaha
və Qiyamət gününə iman gətirib və saleh əməllər edibsə, o, xilas olacaqdır. O,
irəlidə həyəcan doğuran hadisələrdən qorxmayacaq və onunla keçmişdə baş verənlər
barədə qəm çəkməyəcəkdir. Bilmək lazımdır ki, bu ilahi müddəa bütün zamanlarda
qüvvədə olmuşdur.
`TWÍVÖ WTpß¡WKV
WÌHTWT~TYÚ õøYÞWT WÔÿYò;.W£T`ªMX
:WÞ<ÕWª`¤VK
Wè óØXä`~VÖXM
$¾SªS¤
WÙPVÕS{ óØSåò:W =SÓéSªW¤
WÙYT W vuüWé`äWT óØSäS©SÉßKV
_TTÍÿX£WTÊ N
éSTPV¡W{ _TTÍÿX£WTÊWè
WÜéSTÕTSpTÍWTÿ (70)
(5. 70) “Biz
artıq İsrail oğulları ilə əhd bağlamış və onlara elçilər göndərmişik. Hər dəfə
elçilər onlara xoşlarına gəlməyən bir şey gətirdikdə, bəzilərini yalançı
adlandırır və digərlərini öldürürdülər”.
Allah İsrail
oğulları ilə sərt müqavilə bağlamış, onları Ona iman gətirməyə və dinin vacib
hökmlərini yerinə yetirməyə məcbur etmişdi. Allahın onlara nə dediyi öncə qeyd edilmişdi: “...“Mən sizinləyəm.
Siz namaz qılsanız və zəkat versəniz, Mənim elçilərimə iman gətirsəniz, onlara
kömək etsəniz və Allaha gözəl borc versəniz, Mən sizin günahlarınızı
bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil edərəm. Bundan sonra
sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar” (Maidə, 5/12).
Allah onlara
bir-birinin ardınca gələn elçilər göndərirdi və onlar israillilərin arasında
dini təbliğ edir, onlara doğru nəsihətlər verirdilər. Lakin bu onlara fayda
vermirdi. Buna görə, hər dəfə Allahın elçilərinin gətirdikləri hökmlər onların
istəklərinə uyğun gəlmirdi, onlar elçiləri yalançı adlandırır, onlara müqavimət
göstərir, onlarla ən dəhşətli tərzdə rəftar edirdilər. Elçilərin bəzilərini rədd
edir, bəzilərini isə öldürürdülər.
Nv
éTSY©WWè PVKV
fûéRÑW bàWÞTT`TYÊ N
éSÙTWÅWTÊ
N
éQSÙfTT²Wè JðyR ðWT JðS/@
`yXä`~VÕWÆ QWØR N
éSÙTWÆ N
éQSÙfTT²Wè
c¤kYW{ &óØSä`ÞTQYÚ SJðJðS/@
Wè
=S¤kY±WT WÙYT fûéSTÕWÙ`ÅWTÿ
(71)
(5. 71) “Onlar
belə hesab edirdilər ki, yoldan azmayacaqlar və buna görə kor və kar oldular.
Sonra Allah onların tövbəsini qəbul etdi və bundan sonra onların əksəriyyəti
yenə də kor və kar oldular. Allah onların nə etdiklərini görür”.
Onlar elə
güman edirdilər ki, etdikləri itaətsizlik və kafirlik öz ardınca cəza və qisas
gətirməyəcək və buna görə də öz qüsurlu əməllərini davam etdirirdilər. Nəticədə,
onlar haqqa qarşı kor və kar oldular, amma buna baxmayaraq Allah onlara möhlət
verdi ki, tövbə etsinlər və tövbələrini də qəbul etdi. Lakin onlar öz tövbələrini
çox tez pozdular: əksəriyyəti öz yaramaz cinayətlərinə döndülər və yenə də kor
və kar oldular və onlardan ancaq bəziləri tövbələrinə sadiq qaldılar və dindən
üz döndərmədilər. Allah onların etdikləri hər şeyi görürdü və onlardan hər biri
törətdikləri əməllərə görə mütləq əvəzini alacaqlar: yaxşılığa – yaxşılıqla və
pisliyə də - pisliklə.
`TWÍVÖ W£WÉW{
fÛTÿY¡PVÖ@
N
;éñTTÖWTÎ UfûMX
WJð/@
WéSå S~Y©WÙ<Ö@
SÝ`T@
$ðyWTÿó£TWÚ WÓWTÎWè S~Y©WÙ<Ö@
õøYÞWHTWTÿ WÔÿYò;.W£TóªMX
N
èSST`Æ@
JðW/@
øQYTW¤ $óØS|QWTW¤Wè
ISãPVTßMX
ÝWÚ `ÏX£pTSTÿ YJð/@YT
`TWÍWTÊ W×QW£W JðS/@
Yã`~VÕWÆ WàPVÞW<Ö@
SãHTúWèK<WÚWè
$S¤QWTÞÖ@
WÚWè fûkYÙYÕHTJðÀ¹ÕYÖ óÝYÚ
x¤fTT±ßKV
(72)
(5. 72) “İman
gətirməyənlər deyirlər: “Allah – Məryəm oğlu Məsihdir”. Məsih demişdir: “Ey
İsrail oğulları! Mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin!” Həqiqətən,
Allaha şərik qoşanlara, O, Cənnəti qadağan etmişdir. Onun məskəni Cəhənnəm
olacaq və zalımların köməkçiləri olmayacaqdır”.
Fövqəluca
Allah, “Məryəm oğlu Məsih – Allahdır” deyən xristianların kafirliyindən xəbər
verir. Onlar özlərinin şübhəli iddialarını onun dünyaya kişinin iştirakı
olmadan gəlməsi və Allahın digər məxluqlarına bənzəməməyi ilə izah edirlər.
Lakin Məsih özü onların yanlış bəyanatını təkzib edərək demişdir: “Ey İsrail oğulları!
Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”. O, özünü qul, Fövqəluca
Allahı isə bütün məxluqların Rəbbi olduğunu bildirmişdir.
Əgər insan
Allaha ibadət etməklə yanaşı İsa peyğəmbərə (ə) və ya başqa məxluqlara ibadət
edirsə, Allah onu Cənnət bağlarından hökmən məhrum edəcək və onun məskəni
Qaynar Cəhənnəm olacaqdır. O, məxluqları Xaliqlə bərabər tutur və yerinə yetirməsi
xatirinə yaradıldığı ibadət ayinlərini buna layiq olmayanlara həsr edir. Buna
görə də, belə insan Cəhənnəm odunda əbədi cəzaya layiq görülür. Bu zalımları
Allahın cəzasından heç kim xilas edə bilməz və hətta onları başlarına gələn
müsibətdən qismən də olsa qurtara bilməyəcək.
`TWÍVPÖ W£WÉW{
WÝÿY¡PVÖ@
N
;éñTTÖWTÎ UfûMX
JðW/@
ñYTÖV 'xàWTðHTTÕWT
WÚWè óÝYÚ ]ãHTVÖXM
:PVMX
bãHTVÖXM
&cY.Wè ÜMX
Wè
`yPVÖ N
éSäWTÞWTÿ QWÙWÆ
fûéSTÖéSÍWTÿ QWÝTTJð©WÙWT~VÖ fÛTÿY¡PVÖ@
N
èS£WÉVÒ `ySä`ÞTYÚ }
W¡WÆ
}y~YÖVK
(73)
(5. 73) “İman
gətirməyənlər deyirlər: “Allah üçlüyün üçüncüsüdür”. Vahid Allahdan başqa ilah
yoxdur! Əgər onlar dediklərindən əl çəkməsələr, onda onlardan olan kafirlərin əzabı
məşəqqətli olacaqdır”.
Xristianlar üç
üqnimdən ibarət olan “müqəddəs üçlüyə”: Allaha, İsaya və Məryəmə inanırlar.
Allah xristianların düşüncəsizliyinin ən böyük dəlili olan bu iddialardan intəhasızlığa
qədər uzaqdır. Onlar bu çirkin sözlər və yanlış baxışlarla necə razılaşırlar?!
Onlar Xaliqlə məxluq arasında olan fərqi necə görməyə bilirlər?! Onlar aləmlərin
Rəbbini necə tanıya bilmirlər?!
Onları və
onlara bənzərləri təkzib edərək, Allah deyir ki, Tək Allahdan başqa, bütün
kamil sifətlərə malik və hər hansı çatışmazlıqlardan xali digər bir ilah
yoxdur. O, Öz yaratdıqlarını təklikdə xəlq edir, yönəldir və onlara nemətlər
verir. Məgər Onunla bərabər digər ilahın mövcud olmasını iddia etməkmi olar?!
Allah belə
zalımların iddialarından sonsuzluğa qədər uzaqdır və əgər onlar öz dəhşətli
sözlərini söyləməkdən əl çəkməsələr, hökmən şiddətli cəzanı dadacaqlar. Bu
qorxunc xəbərdarlıqdan sonra Allah xristianları törətdikləri günahlarından tövbə
etməyə çağırır və onlara başa salır ki, O, tövbələri qəbul edir:
ðWTÊKV
fûéSéSWTÿ
øVÖXM
JðY/@
I&SãTTWTßèS£YÉpTTçÅWTó©WTÿWè SJðJðS/@
Wè c¤éSÉWTçÆ
cy~YQW¤ (74)
(5.74)
“Doğrudanmı onlar Allah qarşısında tövbə etməyəcək və Ondan bağışlanma istəməyəcəklər?
Axı Allah Bağışlayan və Rəhmlidir”.
Doğrudanmı
onlar Allahın istədiyinə və Onun razı olduğuna müraciət etməyəcəklər?
Doğrudanmı onlar Onu özlərinin Vahid Allahı, İsanı isə Onun qulu və elçisi qəbul
etmirlərmi? Doğrudanmı onlar danışdıqları sözlərə görə tövbə etməyəcək və
Allahdan bağışlanmalarını xahiş etməyəcəklər? O, tövbə edənlərin günahlarını,
onlar göylərdəki buludlara qədər olsa belə, bağışlayır, tövbəsini qəbul edir və
qüsurlarını saleh əməllərlə əvəz etməklə qullarına mərhəmət göstərir.
Qeyd etmək
lazımdır ki, tövbə etməyə yönəldilmiş bu çağırış son dərəcə yumşaq və lütfkar təklif
kimi səslənir. Bundan sonra Allah, Məsih və onun anasının (onlara Allahın
salamı olsun) əsil həqiqətdə necə mövqe tutduqlarını izah edir:
TQWÚ S~Y©WÙ<Ö@
SÝ`T@
ðyWTÿó£TWÚ PVMX
bÓéSªW¤ `TWTÎ pVÕW
ÝYÚ YãYTÕ`WTÎ SÔSªQS£Ö@
ISãQSTÚRK
Wè $bàTWÍÿQYg² WßW{
gÜðS{K<WTÿ W%×TTWÅJð¹Ö@
ó£STÀ¹ß@
ðÈ`T~W{ ñûQXkTWSTß ñySäVÖ
gHTWTÿ@
JðyR ó£TRÀ¹ß@
uøPVTßKV
fûéRÑWTpÊëSTÿ (75)
(5.75) “Məryəm oğlu Məsih sadəcə elçi idi. Ona
qədər də elçilər olmuşdu, onun anası isə ən sadiq qadın idi. Hər ikisi yemək
yeyirdilər. Bax gör Biz bu ayələri necə izah edirik. Sonra isə bax gör, onlar haqdan
necə də üz döndərirlər”.
Məsih sadəcə Allahın
elçisiydi və ona qədər də elçilər gəlirdilər. O, Onun qularından və elçilərindən
biriydi. Bu qulların Allahın işlərinə müdaxilə etmək, Onun onlara nazil
etdiyindən başqa nə yeni şəriət yaratmaq haqqına, nə də Kainatda baş verən
proseslər üzərində hakimiyyətə malik deyildilər. O, insanlara Allahın ona nazil
etdiyini gətirmişdi və ona qədər göndərilmiş peyğəmbərlərə oxşayırdı. O, o biri
peyğəmbərlərdən, onu, ölümlü bir insanı, Rəbb olan Allaha çevirə biləcək
keyfiyyətlərlə fərqlənmirdi.
Onun anası
sadiq mömin qadından başqa bir kəs deyildi. O qadın peyğəmbərlərdən sonra ən
yüksək pilləyə ucalmış sadiq qullar cərgəsinə məxsus idi. Onların düzgünlüyü
möhkəm əqidə və saleh əməllər kimi ifadə edilən faydalı biliklərində öz təzahürünü
tapır.
Bu, sübut edir
ki, Məryəm peyğəmbər deyildi, o, sadəcə sədaqətli qullar cərgəsinə aiddi və elə
bu şöhrət onun üçün kifayət idi. Digər qadınlar arasında da peyğəmbərlər
olmamışdı, çünki Allah peyğəmbərlərini ən kamil cinsin nümayəndələri arasından
seçirdi. Fövqəluca Allah buyurur: “(Ey Elçim!)Biz səndən əvvəl də özlərinə vəhy
etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik...” (Nəhl, 16/43).
Əgər
İsa (ə) ona qədər göndərilən peyğəmbərlərin və elçilərin sırasına daxil idisə,
onun anası isə sədaqətli mömin qadın idisə, bəs onda xristianlar onları nəyin əsasında
Allahla yanaşı ilahlar sayırlar? Onların hər ikisi də yemək yeyirdilər və bu,
onların qul olmasına, yeməyə, içməyə və Adəmin nəsillərinin ehtiyac
duyduqlarına ehtiyacları olduğuna parlaq sübutdur. Əgər onlar doğrudan da ilah
olsaydılar, onların yeməyə və içməyə ehtiyacı olmazdı və ümumiyyətlə heç bir
ehtiyac hissi keçirməzdilər, çünki ilah heç şeyə ehtiyac duymayan və tərifə
layiq keyfiyyətlərə malik olmalıdır.
Bunu
izah etdikdən sonra, Fövqəluca Allah qullarının diqqətini Özünün, həqiqəti aydınlaşdırmağa
və möhkəm etiqada malik olmağa kömək edən – açıqladığı ayələrinə yönəldir.
Lakin kafirlərə heç bir izahat fayda vermir və onlar haqdan boyun qaçırmaqda,
yalan danışmaqda və iftira atmaqda davam edirlər. Onlar inadkarlıq göstərir və büsbütün
zalımlıq edirlər.
`ÔSTÎ fûèSTST`ÅWTVK
ÝYÚ XÜèS JðY/@
WÚ W ñÐYÕ`ÙWTÿ óØS|VÖ
^Q£W¶ WWè &_TTÅpTÉWß SJðJðS/@
Wè
WéSå SÄ~YÙUfTT©Ö@
SØ~YÕWÅ<Ö@
(76)
(5.76)
“De: “Doğrudanmı siz Allahın yerinə, sizə nə zərər, nə də xeyir verməyə qadir
olmayana ibadət edəcəksiniz? Allah – Eşidəndir və Biləndir”.
Fövqəluca
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki,
insanlara desin: “Doğrudanmı siz, sizə nə zərər, nə də xeyir verə bilməyən məxluqlara
ibadət edəcəksiniz? Doğrudanmı siz, sizə fayda verən və zərər vuran, nemət əta
edən, mərhəmətindən məhrum edən Tək Allaha ibadət etməkdən boyun
qaçıracaqsınız? O, Ona müxtəlif dillərdə cürbəcür xahişlərlə müraciət edənlərin
hamısının səsini eşidir. O, aşkar və gizli, aydın və batin, keçmişdə və gələcəkdə
olan nə varsa, bilir. Tək O, bu kamil sifətlərə malikdir və bu o deməkdir ki, təkcə
O, ibadətə və səmimi qulluğa layiqdir.
`ÔSTÎ WÔTT`åKV;HTWTÿ
gHTTWY|<Ö@
W N
éSTÕpTçÅWT Á
óØS|YÞTÿY W¤`kWTçÆ JXÌW<Ö@
WWè vN
éSÅYQWWT ò:
é`åVK
xzóéWTÎ `TWTÎ N
éPRÕW¶
ÝYÚ SÔ`TWTÎ N
éPRÕfTT¶VK
Wè
_¤kYW{ N
éPRÕfTT¶Wè ÝWÆ
Yò:
éWª XÔ~XUfT©Ö@
(77)
(5.77)
«De: “Ey Kitab əhli! Dininizdə haqqın əleyhinə olaraq həddi aşmayın və hələ əvvəllər
yolunu azmış, başqalarını da azdıraraq düz yoldan çıxarmış insanların istəklərinə
uymayın”.
Fövqəluca
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki,
insanlara desin: “Dininizdə ifrata varmayın, halalın həddini aşmayın və gerçəkliyi
yalanla dəyişdirməyin. Məsihi və sözlərinə qulaq asdığınız başçılarınızı həddən
artıq yüksəltməyin. Yolundan azaraq çoxlu başqa insanları da dallarıyca aparıb
öz dinlərinə salanların istəklərinə tabe olmayın. Bu insanlar özləri azmışlar və
ətraflarındakıları da yoldan çıxarırlar. Onlar – azğınlıq təbliğatçılarıdır və
insanlar onlardan, onların zərərli arzularından və yanlış baxışlarından
qorunmalıdırlar.
fÛYÅSTÖ WÝÿY¡PVÖ@
N
èS£WÉW{ ?ÝYÚ õøYÞWT WÔÿYò;.W£TTóªMX
uøVÕWÆ gÜfTTTT©YÖ W ISè
W øW©~YÆWè XÝ`T@
&ðyWTÿó£TWÚ ðÐYÖ.V¢ WÙYT N
éW±WÆ N
éSTßW{QWè fûèSWT`ÅWTÿ
Комментариев нет:
Отправить комментарий