\ a
ƏL-MAİDƏ
(SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﮊ
ﮋ ﮌ ﮍ
ﮎﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜﮝ ﮞ
ﮟ ﮠ ﮡ
ﮢ ﮣ
(5.1) “Ey iman
gətirənlər! Öhdəliklərinizə sadiq qalın! Ehramda olduğunuz zaman heyvanları ovlamayın,
haram olmasını nəzərə alaraq sizə bəyan ediləcəklərindən başqa, qalan heyvanları
ovlamağınıza icazə verilir. Bilin ki, Allah İstədiyinedəndir”.
Fövqəluca
Allah mömin qullarına dinin tələblərinə uyğun davranmağı və öz öhdəliklərini
pozmadan və səhvlərə yol vermədən qüsursuz yerinə yetirməyi əmr etmişdir. Bu o
deməkdir ki, qul öz Rəbbinə layiqincə ibadət etməli, Onun qarşısında vəzifələrini
pozmadan yerinə yetirməlidir. O, öz vəzifələrini Allahın Elçisi (ona Allahın
salavatı və salamı olsun!) qarşısında da, ona itaət edərək, onun yolu ilə gedərək
yerinə yetirməli, həmçinin onları öz valideynləri və qohumları qarşısında
yerinə yetirməli, onlara yaxşılıq etməli və qohumluq əlaqələrini kəsməməlidir.
O,
öz vəzifələrini dostları qarşısında, varına və kasıblığına, firavan və çətinlik
içində yaşamasına baxmayaraq, yerinə yetirməlidir. O, insanlarla bağladığı
müqavilələrin, istər ticarət əqdləri, icarə haqqında müqavilə olsun və ya ianə
və yaxud hədiyyə etmək barədə saziş olsun, şərtlərinə riayət etməlidir. O,
Allahın Özünün müəyyən etdiyi qardaşlıq telləri ilə bağlandığı müsəlmanlar
qarşısında bütün vəzifələrini yerinə yetirməlidir. Fövqəluca Allah buyurur: “Möminlər, həqiqətən, qardaşdırlar...” (Hucurat,
49/10). Bu o deməkdir ki, onlar bir-birilərinə kömək etməli, yaxşı işlərdə
bir-birini müdafiə etməli, bir yerdə olmalı və ayrı düşməməlidirlər.
Bu
hökm dinin bütün əsas və ikinci dərəcəli
müddəalarına şamildir, çünki dini hökmlər Allahın qullarına həvalə etdiyi vəzifələrdir.
Sonra
Allah qullarına, onlara ev heyvanlarının (dəvə, inək və qoyunların) yeyilməsi
ilə bağlı göstərdiyi mərhəmətini xatırladır. Hərçənd heyvanlar sırasına vəhşi
heyvanlar, o cümlədən, antilop və ya zebr də daxildir ki, onları ovlamağa icazə
verilir. Qeyd etmək lazımdır ki, bu ayənin əsasında bir sıra səhabələr kəsilmiş
heyvanların bətnindən çıxan balaların yeyilməsinə də icazə verirdilər.
Lakin
bəzi heyvanları yemək haram edilmişdir. Fövqəluca Allah buyurur: “Leş, qan, donuz əti, Allahdan başqasının
adı ilə kəsilmiş, döyülüb öldürülmüş, yıxılıb gəbərmiş, buynuzlanıb
öldürülmüş, yırtıcı heyvanlar tərəfindən parçalanıb yeyilmiş, ölməmiş kəsdikləriniz
istisnadır, dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar...
sizə haram edildi...” (Maidə, 5/3).
Mal-qaranın
qida məhsulu kimi istifadə edilməsinin geniş mənada istənilən şəraitə və vaxta
aid edilməsinə baxmayaraq, Fövqəluca Allah bu ümumi qaydadan istisnalar edir və
zəvvarlara ehramda ikən cəsarət göstərib ovladığı quş ətini yeməyi haram buyurmuşdur.
Ehramda olan zəvvarlara ovunda iştirak etdiyi heyvanın ətini yemək də
qadağandır. Ovla əldə etmək deyildikdə, əti yeyilən çöl heyvanlarının, məsələn,
antilopun ovlanması nəzərdə tutulur.
Allah
istədiyi hökmü verir. Bu o deməkdir ki, dini hökmlər Allahın istədiyi mənanı
daşıyır. O, belə qanunları ilahi müdrikliyi əsasında yaradır və sizə vəzifələrinizi
yerinə yetirməyi əmr edir ki, siz bundan faydalanasınız və ziyandan çəkinəsiniz.
O, sizə ev heyvanlarının ətini yeməyə icazə verməklə mərhəmət göstərmiş, rəhm
etmişdir və ölmüş heyvanların və digər haram edilmiş heyvanların ətini yeməyi
qadağan etməklə isə sizi onların zərərindən xilas etmişdir. Bundan başqa, O,
ehramda ov etməyi qadağan etməklə bu mərasimin xüsusilə böyük əhəmiyyət
daşıdığını insanların nəzərinə çatdırmağa nail olmuşdur.
ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛﯜ ﯝ
ﯞ ﯟﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫﯬ ﯭ ﯮ
ﯯ ﯰﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶﯷ ﯸ ﯹﯺ
ﯻ ﯼ ﯽ
ﯾ ﯿ
(5.2) «Ey iman
gətirənlər! Allahın mərasim nişanələrinə, qadağan aya hörmətsizlik göstərməyin.
Qurbanlara və ya boyunbağılı heyvanlara (və ya insanlara) və yaxud öz Rəbbinin
mərhəmətini və razılığını əldə etmək üçün Beytülharamı ziyarət etməyə gələnlərə
qəsd edilməsinə yol verilmədiyini bilin. Siz ehramdan azad olan kimi ov edə bilərsiniz.
Məscıdülharama getməyinizə maneçilik edən insanların nifrəti sizi cinayətə sövq
etməsin. Möminlikdə və təqvalılıqda bir-birinizə kömək edin, amma günah işlərdə
və zalımlıqda bir-birinizə kömək etməyin. Allahdan qorxun, bilin ki, Allahın cəzası
sərtdir”.
Burada
mərasim nişanələri adı altında Allahın müsəlmanlara ehtiram göstərmələrini və
pozmamalarını əmr etdiyi hədlər nəzərdə tutulur. O, bu hədləri aşmamağı və
onlara yol verildiyini hesab etməyi qadağan etmişdir. Buraya həm də ziyarət
zamanı ehramda ikən qadağan olunmuş və haram ərazidə qadağan edilmiş hərəkətlər
və həmçinin, Allahın aydın buyurduğu, haram aylar zamanı qadağan edilmiş əməllər
də daxil edilir.
Müsəlmanlar
haram ayların paklığını, bu aylar ərzində döyüşməklə və ya digər ədalətsiz əməllər
törətməklə pozmamalıdırlar. Fövqəluca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır.
Bunlardan dördü haram aylarıdır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə
zülm etməyin...” (Tövbə, 9/36).
İslam
alimlərinin əksəriyyəti haram aylarda döyüşün qadağan edilməsi ilə əlaqədar
hesab edirdilər ki, Fövqəluca Allah: “Haram
aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun,
onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun...” (Tövbə, 9/5) ayəsi
ilə onu ləğv etmişdir. Kafirlərə qarşı istənilən şəraitdə döyüşmək və cihaddan
boyun qaçıranların ünvanına sərt təhdid hökmündən ibarət digər mətnlər də mövcuddur ki, o həmçinin
geniş mənaya malikdir. Bu rəyi, Peyğəmbərin (ona Allahın salavatı və salamı
olsun!) məhz haram olan zül-qədə ayında Taif əhalisi ilə döyüş aparması da təsdiq
edir.
Bir
sıra alimlər hesab edirdilər ki, bu aylarda döyüşməyin haram olması ləğv edilməmişdi.
Onlar şərh etdiyimiz ayəyə və məhz həmin aylarda döyüşün qadağan edilməsinin əks
olunduğu digər vəhylərə istinad edirdilər. Onların fikrincə, bu vəhylər kafirlərə
qarşı döyüşmək hökmünün ümumi mənasını konkretləşdirir, çünki ümumi mənalı müqəddəs
mətnləri konkret mənalı mətnlərin əsasında anlamaq lazımdır.
Bəzi
alimlər də hesab edirdilər ki, qadağanın özünün izah edilməsinə əlavə ehtiyac
var. Onlar güman edirdilər ki, haram aylarda döyüşə başlamaq qadağan olduğu
halda, əgər o, başqa aylarda başladılıbsa, onu davam etdirməyə və ya sona
çatdırmağa icazə verilir. Onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı
olsun!) Taif əhalisinə qarşı apardığı döyüşləri bu qaydaya uyğun olaraq izah
edirdilər. Məsələ orasındaydı ki, bu qarşıdurma şəvval ayında Hüneyn döyüşləri
zamanı başlamışdı.
Yuxarıda
bütün deyilənlərin müdafiə döyüşlərinə dəxli yoxdur, çünki kafirlər birinci
olaraq müsəlmanlara qarşı döyüşə başladıqları üçün müsəlmanlara müdafiə olunmaq
məqsədilə hətta haram aylarda belə onlara qarşı vuruşmağa icazə verilir. Özü də
alimlər bu barədə yekdildirlər.
Müsəlmanlar,
həcc və ya ümrə zamanı boyunlarına boyunbağı taxılaraq Allahın Evinə gətirilən
qurbanlıqlara və heyvanlara da qəsd etməməlidirlər. Onlar heyvanları qurban kəsiləcək
yerlərə gətirən insanlara maneçilik törətməməli, heyvanları oğurlamamalı və
ya güc tətbiq etməklə almamalı, onlara zərər vurmamalı, onları, kəsiləcək yerə
çatanadək gəbərdə biləcək həddə yükləməməlidirlər. Əksinə, onlar qurbanlıq
heyvanlara mərhəmət göstərməli və onları gətirənlərə hörmətlə yanaşmalıdırlar. Boyunbağı
taxılmış heyvanlar deyildikdə, boyunlarına həmail və ya ilgək taxılan qurbanlıq
heyvanların xüsusi bir növü nəzərdə tutulur. Boyunbağını heyvanların boynuna
keçirməklə onların qurbanlıq olduğunu bildirirdilər. Bunu ona görə edirdilər
ki, başqa insanlar da bu xeyirxah əməldən nümunə götürsünlər, Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun!) Sünnəsini öyrənərək, bilsinlər ki, bu
heyvanlar qurban kəsilməsi üçün təyin olunublar. Məhz buna görə qurbanlıq
heyvanlara taxılan boyunbağılar[1]
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsidir və qanuniləşdirilmiş
dini ayindir.
Allah
Onun mərhəmətini və lütfkarlığını qazanmaq üçün Beytülharama yola düşən
insanlara qəsd edilməsini haram etmişdir. Bu, Məscidülharama ticarət etmək və
ya başqa yol verilən üsullarla pul qazanmaq məqsədi ilə və yaxud da Allahın iltifatına
layiq olmaq ümidi ilə həccə və ya ümrəyə, Kəbəni təvaf etməyə, məsciddə namaz
qılmağa və ya başqa ayinləri yerinə yetirməyə gələn şəxslərə də şamildir. Müsəlmanlar
belə insanları incitməməli və ya onları təhqir etməməlidirlər. Əksinə, onlar
belə insanlara hörmətlə yanaşmalı və öz Rəbbinin məbədini ziyarət edənlərə
qayğı göstərməlidirlər.
Bu
tələbdə zəvvarların rahatlığının və əmin-amanlığının, şəxsi təhlükəsizliyinə
inamın, onların öz həyatı və əmlakından ötrü qorxu keçirməmələri, qətl olunma təhlükəsinə,
soyğunçuluğa, rüşvət və vergi alınmasına məruz qalmamaları və Allahın Evinə
aparan yollarda təhlükəsizliyin təmin edilməsi hökmü əks olunmuşdur.
Bu
şərəfli ayə Fövqəluca Allahın aşağıdakı kəlamı ilə daha da dəqiqləşdirilmişdir:
«Ey iman gətirənlər! Həqiqətən də,
müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidülharama
yaxınlaşmasınlar... (Tövbə, 9/28). Buna görə müşriklərə Məscidülharama
ayaq basmağa icazə verilmir.
Şərh
olunan ayədə xatırlanan şərtlərə görə Allahın mərhəmətini və lütfünü qazanmaq
məqsədilə Məscidülharamı ziyarət etməyə can atanlara maneçilik törətmək olmaz.
Beləliklə, əgər oraya gələn şəxs orada günah işlətmək istəyərsə, haram torpağa
ehtiram göstərilməsinin ciddiliyinin qorunması məqsədi ilə, ona Allahın Evi
yaxınlığında şuluqluq salmağa yol verilməməlidir. Fövqəluca Allah buyurur: “... Məscidülharamdan sapdıranlara və orada
zülm etməklə haqdan dönmək istəyənlərə
üzücü bir əzab daddıracağıq” (Həcc, 22/25).
Bundan
əvvəlki ayədə Allah, ehramda ikən heyvan ovlamağı qadağan etdiyinə görə, həcc və
ümrə zamanı ehramdan çıxdıqdan sonra zəvvarlara ov etməyə icazə verir. Onlar
ehramdan çıxan kimi o qadağa da götürülür. Qadağan edildikdən sonra əmr
formasından istifadə edilməsi onu göstərir ki, şəriət müddəası, qadağana qədər
olan vəziyyətə qayıdır[2].
Sonra
Allah buyurur ki, müsəlmanların haqqına qəsd edən və onları Məscidülharama getməyə
imkan verməyən insanların kinliliyinə və düşmənçilik münasibətinə qarşı,
onlardan qisas almaq məqsədi güdən düşmənçilik hərəkəti ilə cavab verilməməlidir.
Qul Allahın əmrlərinə sadiq qalmalı və əgər insanlar ona qarşı günah işlədib, ədalətsizlik
etsələr, onun haqqını tapdasalar da, o, ədalətli olmalıdır. O, ona böhtan
atana, böhtan atmamalı və yaxud ona xəyanət edənə, o da xəyanət etməməlidir.
Allah
qullarına əmr edir ki, dindarlıqda və müttəqilikdə bir-birilərinə kömək etsinlər.
Dindarlıq dedikdə, insanın Allah qarşısında və insanlar qarşısında vəzifələrini
qəlbən və cismən yerinə yetirdiyi və Allahın da sevdiyi və Onun razı qaldığı
bütün əməllər məcmusu nəzərdə tutulur. Müttəqilik adı altında isə, Allahın və
Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) nifrətini doğuran və
qulun qəlbən və cismən törətdiyi bütün əməllərdən əl çəkməsi nəzərdə tutulur.
Bir sözlə, müsəlman Allahın mənimsənilməsini əmr etdiyi bütün keyfiyyətlərə
can atmalı və Onun tərk edilməsini buyurduğu bütün sifətlərdən azad olmalıdır.
O, özü bu əmrləri yerinə yetirməli və bu məsələlərdə iman sahibi olan
qardaşlarına, onları xeyirxahlıq və istənilən müvafiq əməllər etməyə
ruhlandıran zəruri sözlər işlətməklə köməklik göstərməlidir.
Bununla
yanaşı Allah günah işləməkdə və zalımlıq etməkdə bir-birinə kömək göstərməyi
qadağan edir. Burada günah adı altında başa düşülən itaətsizlikdir ki, o,
insanın özünə zərər vurur, zalımlıq isə, insanın başqa adamların həyatına, əmlakına
və ya namusuna qəsd etməsi kimi başa düşülür. Bu o deməkdir ki, Allahın qulu
bütün günahlardan və ədalətsiz əməllərdən çəkinməli və başqalarına da belə etməyə
kömək göstərməlidir.
Qoy
insanlar Allahdan qorxsunlar və bilsinlər ki, O, Onun haramlarını pozaraq Ona
itaətsizlik göstərənləri sərtliklə cəzalandırır. Qoy onlar haram edilmiş əməllərdən
qorxub çəkinsinlər ki, onlardan nə bu dünyada və nə də Axirətdə dəhşətli
intiqam alınmasın.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬﭭ
ﭮ ﭯﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ
(5.3) “Sizə
ölmüş heyvan əti, qan, donuz əti və (kəsilərkən)
Allahın adı çəkilməyən və ya boğulmuş və yaxud vurulub öldürülmüş, bir yerdən
yıxılıb canı çıxmış və ya vəhşi heyvanlar tərəfindən buynuzlanmış və ya
parçalanmış (ölməmiş kəsməyə macal tapdığınız istisna edilməklə), bütlər üçün
kəsilmiş heyvanlar və oxlarla falabaxma qadağan edilmişdir. Bütün bunlar
günahdır. Kafirlər bu gün artıq sizi
dininizdən çəkindirməkdən ümidlərini
kəsdilər. Artıq onlardan deyil, Məndən qorxun! Bu gün Mən sizə görə dininizi
kamilləşdirdim və sizə olan nemətimi tamamladım və din kimi İslamı seçməyə
razılaşdım. Əgər kimsə, günah etmək məqsədi güdmədən, aclıq üzündən məcbur
qalaraq bunlardan yeyərsə, bilsin ki, Allah
Bağışlayandır və Rəhmlidir”.
Bu
ayədə Allahın surənin əvvəlində bəyan etdiyi qadağaları xatırlanır. Bilmək
lazımdır ki, Hərnövxeyirxahlıq Sahibi olan Fövqəluca Allah qida məhsullarını yeməyə icazə verilən və ya qadağan
olunan ona görə elan edir ki, qullarını onlara zərər vura biləcək haram məhsullardan
qorusun. Bəzi hallarda O, bu qadağaların hikmətini izah etsə də, başqa hallarda
bunu etmir.
Allah
bildirir ki, ölü heyvan əti müsəlmanlara haramdır. Bu ad altında şəriətin nəzərdə
tutduğu tərzdə kəsilmədən tələf olan heyvanların əti başa düşülür. Onların ətini
yemək üçün istifadə etmək olmaz, çünki belə ət zərərli olur. Bu, qanın belə
heyvanların ətində və daxili orqanlarında laxtalanması və onu yeyən insanın
sağlamlığına zərər vurması ilə izah olunur. Bəzi heyvanlar xəstəliklərdən gəbərirlər
ki, bu xəstəliklər insan orqanizminə də zərər vurur. Bu qaydadan yeganə istisna
– ölmüş çəyirtkə və ölü balıqdır – şəriət onları yeməyə icazə verir.
Allah
həmçinin qidalanmaq məqsədilə axıdılmış qanı içməyi qadağan edir. Bu hökmün mənası
Fövqəluca Allahın bu sözləri ilə dəqiqləşdirilmişdir: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar
sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmib murdarlanmış
heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram
buyurulan bir şey görmürəm...” (Ənam, 6/145).
Allah
donuz ətini yeməyi də haram etmişdir. Bu qadağa həmin heyvanın cəmdəyinin bütün
hissələrinə aiddir. Allah onu digər murdar heyvanlardan fərqləndirmişdir,
çünki bəzi xristianlar belə güman edirlər ki, O, onlara onu yeməyə icazə vermişdir.
Möminlər buna aldanmamalıdırlar, çünki donuz əti haram və natəmiz məhsuldur.
Müsəlmanlar
Allahın adı ilə deyil, bütlərin, “müqəddəslərin”, ulduzların və ya digər məxluqların
adı ilə kəsilən heyvan ətini də yeməməlidirlər. Heyvan kəsilərkən Allahın
adının xatırlanması onun ətini halal edir, lakin məxluqların adlarının çəkilməsi
isə onları ruhi mənada murdarlayır, çünki belə əməl Fövqəluca Allaha şərik
qoşmaqdır.
Əllə
və ya kəndirlə boğulmuş heyvanların yeyilməsi də haramdır. Buraya, başı dar bir
yerə keçmiş və onu oradan çıxara bilmədən gəbərmiş heyvanlar da daxildir. Həmçinin
əsa, daş zərbəsindən və ağacla döyülməkdən və ya qəsdən törədilmiş və yaxud təsadüfi
uçqun altında qalmaqdan gəbərmiş heyvanların yeyilməsi haramdır. Yüksəklikdən –
dağdan, divardan, damdan düşərək murdar olmuş heyvanların əti də haramdır.
Başqa heyvan tərəfindən buynuzlanaraq gəbərmiş heyvanı yemək də haramdır.
Canavar, şir və ya pələng kimi vəhşi heyvanlar və ya vəhşi quşlar tərəfindən
parçalanıb-dağıdılmış heyvanlar da haramdır. Əgər heyvan vəhşi heyvanların
hücumuna məruz qalaraq gəbərmişsə onun ətini yemək olmaz.
Lakin
əgər heyvan boğulduğu[3],
ağacla vurulduğu, hündürlükdən düşdüyü, buynuzlandığı, vəhşi heyvan tərəfindən
parçalandığı halda canı çıxmamışdan öncə şəriət qaydalarına uyğun olaraq kəsilmişsə,
onda onun ətini yemək olar. Bu zaman o heyvanı kəsərkən şəriət qaydalarının
bütün tələblərinə riayət edilməlidir və buna görə bəzi alimlər qeyd etmişlər
ki, əgər vəhşi heyvanın basqını nəticəsində heyvanın içalatı görünərsə və ya
boğazı kəsilmişsə, onu yemək olmaz, hətta o, hələ ölməmiş belə olsa, çünki bu
halda heyvanın kəsilməsi tamamilə mənasızdır.
Başqa
şəriət alimləri heyvanın canı çıxmadığı halda buna diqqət yetirməmiş və belə
heyvanın ətini, o, tam ölməmişdən qabaq kəsilmişsə, içalatı görünsə də, onu yeməyə
icazə vermişlər. Bu rəy şərəfli ayənin aydın mənasına da uyğun gəlir.
Allah
oxlarla fala baxmağı da haram etmişdir. Belə falabaxmanın mahiyyəti onun vasitəsi
ilə hər bir insan üçün müəyyən edilmiş taleyin müəyyənləşdirilməsinə cəhd etməkdir.
Cahillik dövründə ərəblər fala baxmaq üçün üç oxdan istifadə edərdilər.
Onlardan birinin üstündə “et”, digərində “etmə” yazar, üçüncünü isə yazısız
qoyardılar. Əgər bir nəfər səfərə çıxmaq, evlənmək və ya hər hansı mühüm bir
addım atmaq istəsəydi, onda o, eyni ölçüdə olan belə oxlardan götürüb, birini çəkərdi.
Əgər “et” yazılmış oxu çıxarsaydı, niyyət etdiyini yerinə yetirərdi. Əgər
çıxartdığı ox “etmə” yazısıyla olsaydı, onu yerinə yetirməzdi. Çəkdiyi ox
yazısız olsaydı, o, yazılı oxlardan birini çıxarana qədər bu əməliyyatı
aparardı. Allah bu və ya hər hansı başqa bir tərzdə fala baxmağı qəti olaraq
qadağan etdi və bunun əvəzində Öz qullarına bütün hallarda ancaq Onun
razılığını almağı əmr etdi.
Allah
bəyan edir ki, Öz qullarının xilası üçün nazil etdiyi sadalanan haramların
pozulması günahdır, yəni bu, Allaha itaətdən boyun qaçırmaq və şeytana tabe
olmaqdır. Bundan sonra, O, qullarının yadına salır ki, O, onlara böyük iltifat
göstərməklə, kafirlərin onları dindən çıxaracaqlarına olan ümidlərini kəsmişdir.
Ayədə
Allahın Öz dinini tamamladığından, qulu və Elçisinə (ona Allahın salavatı və
salamı olsun!) qəti qələbə bəxş etdiyi Ərəfə günündən bəhs edilir. Həmin gün
müşriklər sarsıdıcı məğlubiyyətə uğradılar və öz gücsüzlüklərini anladılar.
Əvvəllər onlar bütün imkanlarından istifadə edərək möminləri dinlərindən döndərməyə
çalışırdılar. Həmin gün onlar İslamın zəfər çalmasının və qüdrətinin şahidi
oldular və möminləri öz dinlərinə çəkə biləcəklərinə dair ümidlərini tamamilə
itirdilər. Onlar artıq müsəlmanlardan qorxmağa başlamışdılar və həmən il bir
nəfər də olsun müşrik Kəbənin ziyarətinə lüt gəlməyə və beləcə də onu təvaf etməyə
cürət göstərə bilmədi. O zaman hicrətdən sonrakı on birinci il idi və Muhəmməd
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) vida həccini yerinə
yetirirdi.
Məhz
buna görə Allah sonra müsəlmanlara müşriklərdən qorxmağı haram sayır və təkcə
Ondan qorxmalarını əmr edir. O, iman sahiblərinə düşmənləri üzərində qələbə bəxş
edir, onların düşmənlərini isə Öz köməyindən məhrum edir və onların bəd niyyətlərini
özlərinə qarşı çevirir. Allah möminlərin dinini kamilləşdirir, yəni, onlara qəti
qələbə verir, İslam şəriətinin bütün aydın və qaranlıq tərəflərini təkmilləşdirir
və həmçinin onun əsas və fərdi müddəalarını qəti şəkildə təsdiq edir. Bu o demək
idi ki, Quran və Sünnə bütün qanunları və habelə dinin əsas və fərdi
ehkamlarını başa düşmək üçün artıq kifayət idi.
Əgər
insan özünə əlavə vəzifələr yükləyərək düzgün baxışlara və qanunlara nail olmaq
üçün Qurandan və Sünnədən başqa dini fəlsəfə və digər fənləri bilməyin vacib
olduğunu iddia edirsə, onda o, cahildir və yolunu azmışdır. Onun bu yanlış bəyanatları
göstərir ki, o, dinin tamlığını və kamilliyini ancaq öz təbliğatı və dəvəti sayəsində
ola biləcəyini düşünür. Bu tərzdə davranan insan ən böyük zalımlıq edir,
Allahın Özünü və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!)
nadanlıqda günahlandırır.
Allah
Özünün insanlara açıq və gizli göstərdiyi lütfünü sona qədər tamamlayır və
onlar üçün din olaraq İslamı bəyənir. O, İslamı Öz dini edir və onun
davamçılarını müəyyənləşdirir. Qoy insanlar İslama etiqad bəsləsinlər və öz Rəbbinə
minnətdarlıq bildirsinlər. Qoy onlara ən gözəl, ən şərəfli və ən kamil din Əta
Edənə həmd etsinlər!
Sonra
Allah qeyd edir ki, əgər insan bu ayənin əvvəlində sadalanan haram edilmiş məhsullardan
yeyərək, onlara qarşı həvəs göstərməzsə və əgər o bunu böyük ehtiyac üzündən edərsə
və zəruri olduğundan artıq yeməzsə, onda Allah ona bu haramı yeməyə icazə
verir, çünki O, Bağışlayandır və Rəhmlidir. O, belə adama onun niyyətinə görə
iltifat göstərir və onun əməlini dinində qüsur saymır.
[1] Azərbaycanda, məlum olduğu
kimi, qurbanlıq (adətən, kiçik buynuzlu) heyvanlara, həmin məqsədlə qırmızı rəng
çəkilir və ya qırmızı zolaq parça bağlanır. F.S.
[2] Bu o
deməkdir ki, qadağa qoyulmasına qədər olan şərait bərpa olunur ki, bu da şəriət
qaydasına çevrilir. F.S.
[3]
Ehtimal etmək olar ki, burada “boğulmuş” deyildikdə, suda batdıqdan sonra xilas
edilmiş heyvan nəzərdə tutulur. Çünki heyvan boğulmuş o vaxt sayılır ki, o,
suda batdıqdan sonra ölmüş olsun. Yoxsa, azca da olsa diri qalanı heyvanı
“boğulmuş” adlandırmırlar. F.S.
Комментариев нет:
Отправить комментарий