Ə.N. əs-Səədi. Təfsir. II c.
ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝ ﯞﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ
(5.45)
“Biz onda onlara: cana canla, gözə gözlə, buruna burunla, qulağa qulaqla, dişə
dişlə və vurulmuş yaralara isə onların əvəzini qisas almağı yazmışıq. Amma kimsə
bunları sədəqə edərsə, onda bu onun günahlarının kəffarəsi olar. Allahın nazil
etdiklərinə uyğun olaraq qərar qəbul etməyənlər isə zalımlardır”.
Bu
hökmlər Tövratla nazil edilmiş qanunlara aiddir. İtaətkar peyğəmbərlər, ravvinlər
və din alimləri yəhudiləri mühakimə edəndə o qanunlara əsaslanırdılar. Allahın əmrinə
müvafiq olaraq, insan qəsdlə qətl törədəndə buna görə məsuliyyət daşımalıdırsa,
onda o, edam edilməlidir. Əgər o, bir nəfərin gözünü çıxarıbsa, onun da gözünü
çıxartmaq lazımdır; əgər o, birinin qulağını kəsmişsə, onun da qulağını kəsmək
lazımdır; əgər o, bir adamın dişini sındırmışsa, onun da dişini sındırmaq
lazımdır; əgər o, insanı ətraflarından və ya başqa bədən üzvlərindən məhrum etmişsə
və buna görə ondan qisas almaq olarsa, həddi aşmadan, onu, həmin üzvündən məhrum
etmək lazımdır. Əgər o, bir insanı bilərəkdən yaralamışsa, onda ona da həmin
ölçüdə, həmin yerdə və eyni uzunluqda, enlikdə və dərinlikdə yara
vurulmalıdır. Bir şeyi də əlavə etmək lazımdır ki, əvvəlki peyğəmbərlərin
qanunları, əgər onlar dəyişdirilməyiblərsə, bizim üçün də qanuni qüvvəsini
saxlayır.
Sonra
Allah buyurur ki, əgər qətl edilənin varisi və ya zərərçəkən alicənablıq edərək
qətlə, şikəst edilməyə və yaralanmağa görə qisas almaqdan imtina etsələr,
canini bağışlasalar, onda bu cani üçün ünahının bağışlanması olar, çünki insan
insanı bağışlayanda, Fövqəluca Allah da onu[1]
bağışlayır. Bu həm də alicənablıq göstərən şəxs üçün də günahlarının
bağışlanmasına səbəb olur, çünki əgər insan ona qarşı cinayət törədəni və ya cinayətlə
əlaqəsi olanı bağışlayırsa, onda Allah onu da yol verdiyi nöqsanlara və işlətdiyi
günahlara görə bağışlayır.
Lakin
insan Allahın nazil etdiklərinə müvafiq olaraq qərarlar qəbul etmədikdə, o, zalım
günahkardır. İbn Abbas (Allah ondan razı olsun) demişdir ki, burada söhbət “kafirliksiz
kafirlik”, “zalımlıqsız zalımlıq” və “fasiqliksiz fasiqlik” haqqındadır. Belə
günah, insan onu yol verilən hesab etdikdə, böyük kafirlikdir, lakin o onu
etdikdə və yol verilən saymadıqda, ağır günah hesab edilir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ
(5.46)
“Biz əvvəlkilərin dalınca ondan öncəki Tövratın həqiqiliyini təsdiq edən Məryəm
oğlu İsanı göndərdik. Biz ona doğru yol göstərən və nurlu İncili verdik. O, ondan
əvvəlki Tövratla nazil ediləni təsdiqləyəndir, təqvalılar üçün isə haqqın bələdçisi
və nəsihətdir”.
Tövratın
əsasında hökm verən peyğəmbərlərin və elçilərin ardınca, Allah Öz qulu və
elçisi İsanı (ə) – Allahdan gələn ruhu və Özünün Məryəmə yönəldilən sözünü göndərdi.
Allah onu göndərib ki, əvvəlcə nazil edilmiş Tövratın həqiqiliyini təsdiq
etsin və Musanın (ə) doğruçuluğuna və gətirdiyi Kitaba şahidlik etsin. O (ə),
öz sələfinin işini davam etdirir və yəhudiləri, əksər hissələrində əvvəlki
qanunla üst-üstə düşən, qanun əsasında mühakimə edirdi. O əvvəlki qanunun ancaq
bəzi müddəalarını asanlaşdırmış və buna görə, Fövqəluca Allah onun (ə) dilindən
belə buyurur: “Mən gəlmişəm ki, mənə qədər Tövratda olanın həqiqiliyini
təsdiq edim və sizə haram edilənlərin bir hissəsini sizə halal edim” (Ali
İmran, 3/50F).
Allah
İsaya (ə) Tövratı təkmilləşdirən Böyük Kitab bəxş etmişdi. Bu, insanlara doğru
yol göstərən İncildi və o, onlara həqiqəti yalandan fərqləndirməyə imkan verdi.
O, əvvəllər Tövratda nazil edilənlərin hamısının gerçəkliyini təsdiq etdi,
çünki o, Tövrata şahidlik edirdi və ona zidd deyildi. Lakin təkcə təqvalı olan
qullar onu Haqq Təlim və nəsihət Verən kimi qəbul etdilər, çünki ancaq onlar nəsihətlərdən
faydalana bilirlər, nəsihətləri dinləyir və layiq olmayan hərəkətlərdən çəkinirlər.
ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ ﭾ
(5.47)
“İncilə iman gətirənlər Allahın onunla nazil etdikləri əsasında mühakimə etsinlər!
Allahın nazil etdikləri ilə mühakimə yürütməyənlər məhz əsil fasiqlərdir”.
İncil
əhli öz Kitabına tam əsaslanmalı və ondan kənara meyl etməməlidirlər. Əgər
onlar Allahın nazil etdiyinə uyğun olaraq mühakimə yürütməsələr fasiqlərdən
olarlar.
ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪﮫ ﮬ ﮭﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ
(5.48)
“Biz sənə Kitabı haqq ilə nazil etdik ki, özündən əvvəlki Kitabları təsdiqləsin
və həm də onları qorusun. Artıq onları Allahın nazil etdikləri əsasında mühakimə
et, sənə gələn haqdan (yayınaraq), onların istəklərinə uyma. Biz sizin hər
birinizə şəriət və yol müəyyənləşdirdik. Allah istəsəydi sizin hamınızı bir
millət edərdi, lakin O, sizi, sizə bəxş edilənlə imtahana çəkməkdən ötrü,
ayırdı. Xeyirxah işlərdə yarışın! Hamınız Allaha qayıdacaqsınız və O, sizə nə
üstündə ixtilafa düşdüyünüzü xəbər verəcəkdir”.
Fövqəluca
Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) Müqəddəs
Kitablarından ən yaxşı və ən şərəfli olanı – Müqəddəs Quranı nazil etmişdir. O,
həqiqətən də nazil edilmişdir və onun hekayətləri, hökmləri və qadağanları da
gerçəkdir. O, ondan əvvəl nazil edilmiş Kitabların doğruluğunu təsdiqləyir,
çünki onlara şahidlik edir və zidd çıxmır. Onun hekayətləri və əsas qanunları əvvəlki
Kitabların hekayət və qanunları ilə uyğun gəlir. Bundan başqa, əvvəlki Kitablar
onun nazil ediləcəyi haqqında öncədən xəbər vermişdilər və onun mövcudluğu
onlarda olan məlumatların doğruluğunu təsdiq edir.
Quran
əvvəlki Kitabları qoruyur, çünki onda olanlar onlarda olanlardan və həm də yeni
hökmlər və yüksək əxlaq normalarından ibarətdir. Onda, əvvəlki Kitablarda xatırlanmış,
bütün fəaliyyət növlərinə (vəzifələrə) diqqət yetirilmişdir. Quran ayələri bu
vəzifələri yerinə yetirməyi əmr edir, insanları buna sövq edir və bu məqsədə
nail olmağın yeni yollarını göstərir.
Bu
Kitabda insanların ilk nəsilləri və onlardan sonra gələnlər haqqında hekayətlər
nazil edilmişdir. Onda – Şəriət, Hikmət və dini hökmlər vardır. Quran hekayətləri
əsasında bizə qədər gəlib çatmış əvvəlki Kitabların səhihliyini və düzgünlüyünü
təyin etmək olar və əgər o, onlarda xatırlanan məlumatların gerçəkliyini[2]
təsdiq edirsə, onda onları qəbul etmək olar, amma əgər o, onları təsdiq etmirsə,
onları rədd etmək vacibdir, çünki əvvəlki Kitablar təhrifə və dəyişikliyə
uğradılmışdır. Əks halda, onlarla Müqəddəs Quran arasında ziddiyyət ola bilməzdi.
Allah
bunu xatırlatdıqdan sonra, insanları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı
və salamı olsun!) nazil edilmiş dini qanun üzrə[3]
mühakimə etməyi və insanların, onları haqdan yayındıra bilən, qüsurlu, pozğun
istəklərinə uymamağı əmr edir. Peyğəmbərə (ona Allahın salavatı və salamı
olsun!) nazil edilmiş haqq Kitaba üz çevirib, həqiqətlə ziddiyyət təşkil edən
yanlış istəklərə yol vermək olmaz. Kim bunu edərsə, yaxşını pislə dəyişmiş olar.
ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫﯬ ﯭ
ﯮ ﯯ ﯰ
ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
(5.
49) “Onların arasında Allahın sənə nazil etdikləri ilə hökm ver və onların istəklərinə
güzəştə getmə və onlardan çəkin ki, səni Allahın nazil etdiklərinin bir qismindən
yayındırmasınlar. Əgər onlar boyun qaçırsalar, başa düş ki, Allah onları bəzi
günahlarına görə bəlaya salmaq niyyətindədir. Doğrusu, adamların əksəriyyəti günahkardır”.
Belə bir rəy var ki, bu ayə Quranın digər bir: “Onlar
yalanı məmnuniyyətlə dinləyir və haram yeyirlər. Onlar sənin yanına gəldikdə,
istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər...” (Maidə, 5/42)
ayəsini ləğv etmişdir. Lakin başqa bir etibarlı rəyə görə isə həmin ayə ləğv
olunmamışdır. Ondan aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın
salavatı və salamı olsun!) ədalətli qərarla razılaşmaq niyyəti olmayan
insanları ya mühakimə etmək və yaxud da bundan imtina etmək imkanı verilmişdi.
Şərh etdiyimiz ayədən isə belə çıxır ki, Peyğəmbər (ona Allahın salavatı və
salamı olsun!) onların arasında hökm verməyə razılaşdıqda, o (ona Allahın
salavatı və salamı olsun!), Allahın Quranda və Sünnədə nazil etdiklərinə
müvafiq olaraq qərar qəbul etməlidir. Bu, Allahın buyurduğu: “...Üz döndərsən
onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı
ol...” (Maidə, 5/42) həmin insaflılıqdır.
Bütün
bu deyilənlərdən aydın olur ki, insaflılıq, qərəzsizlik Allahın qanunlarına əsaslanır.
Onlar ən ali dərəcədə elmə, ədalətə, həqiqətə, nura və qərəzsizliyə istinad
edir.
Sonra
Fövqəluca Allah adamların naqis istəklərinə güzəştə getməyi qadağan etdiyini
bir daha təkrar edir. Bu hökm geniş məna daşıyır və məhkəmə qərarlarının qəbul
edilməsinə və həm də dini fitvaların verilməsinə şamil edilir, hərçənd bu ayədə
söhbət ancaq məhkəmə qərarlarından gedir. Buna baxmayaraq, hər iki halda alimlər
həqiqətə zidd gələn nəfslərinin istəklərindən çəkinməlidirlər. Buna görə, Allah
Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onu (ona Allahın salavatı və
salamı olsun!) azdıra bilən insanlardan uzaq olmağı və Allahın nazil etdiklərinin
bir hissəsindən onu (ona Allahın salavatı və salamı olsun!) yayındırmalarının
qarşısını almağı əmr edir.
Bundan
belə nəticəyə gəlmək olar ki, adamların hər istəyinə güzəştə getmək, insanı
riayət etməli olduğu haqdan imtina etməyə məcbur edir. Əgər insanlar Allahın
Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməkdən və haqqa
istinad etməkdən boyun qaçırırlarsa, onda bilməlidirlər ki, onların belə
davranması özləri üçün cəza tədbiridir. Allah bu yolla onları günahlarının bəzilərinə
görə cəzalandırmaq istəyir.
Günahları
insanı həm bu dünyada və həm də ölümündən sonra cəzaya məhkum edir və onlara
görə ən böyük cəzalardan biri yoldan azmaqdır ki, onun nəticəsində Allahın
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən imtina etmək
günahkara gözəl bir əməl kimi göstərilir. Bunun səbəbi insanların vicdansızlığındadır
və onların çoxu, həqiqətən, günahkar fasiqlərdir, çünki Allaha və Onun
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətdən yayınma onların təbiətinin
əsasını təşkil edir.
ﯾ
ﯿ ﰀﰁ ﰂ
ﰃ ﰄ ﰅ
ﰆ ﰇ ﰈ ﰉ
(5.
50) “Doğrudanmı onlar hələ də cahillik çağının hökmlərini arayırlar? İman
sahibi olan insanlar üçün kimin hökmü Allahın hökmlərindən yaxşı ola bilər?”
Doğrudanmı
onlar səndən üz çevirərək, nadanlıq (cahillik) dövrünün qanunlarına qayıtmaq
istəyirlər? (Bunu deməklə) burada Allahın Öz Elçisinə (ona Allahın salavatı və
salamı olsun!) nazil etdiklərinə zidd olan hər hansı bir müddəa nəzərdə
tutulur. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!)
qanunlarından başqa, təkcə cahillik dövrünün qanunları qalırdı. Əgər insan
Allahın qanunlarından imtina edirsə, ona ancaq cahillik zamanının nadanlığa, ədalətsizliyə
və başqalarının haqqına qəsd etməyə əsaslanan qanunlarına qayıtmaq qalırdı.
Allahın bütün qanunları isə elmə, ədalətə, qərəzsizliyə, nura və Haqq Təlimə
istinad edirdi.
İman
sahibləri üçün Allahın qanunlarından başqa kimin qanunları daha yaxşı ola bilər?
Ancaq iman sahibi olan insan Onun qanunları ilə bütün qalan qanunvericilər
arasındakı fərqi başa düşürlər. Öz etiqadı sayəsində o, Allahın hökmlərinin gözəlliyini
dərk edir və anlayır ki, ağıl və şəriət onu onları yerinə yetirməyə yönəldir. Təkcə
onu əlavə etmək qalır ki, etiqad dedikdə, burada dərin və mükəmməl biliklər nəzərdə
tutulur ki, insan istər-istəməz onlara uyğun olaraq davranmalıdır.
ﭑ
ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ ﭘ ﭙﭚ
ﭛ ﭜ ﭝﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
(5.
51) «Ey iman gətirmişlər! Yəhudiləri və xristianları öz köməkçiləriniz və
dostlarınız hesab etməyin, çünki onlar ancaq bir-birilərinə kömək edirlər. Əgər
sizlərdən kimsə onları öz köməkçiləri və dostları sayırsa, onda o özü onlardan
biridir. Həqiqətən, Allah zalım insanları doğru yola yönəltmir”.
Fövqəluca
Allah qullarına qiymətli nəsihətlər verir və onlara yəhudilərlə xristianların bəzi
yaramaz xüsusiyyətlərini izah edir. Onlarla dostluq etmək və onları özlərinin
yaxınları saymaq möminlərə yaraşmaz, çünki onlar ancaq bir-biriləri ilə dostluq
edirlər. Onlar bir-birilərinə kömək edir və hamıya qarşı birləşirlər və buna
görə möminlər əsil düşmənləri olan adamlarla dostluq etməməlidirlər. Onlar müsəlmanlara
zərər vurmaq imkanını fota verməzlər və hətta əllərindən gələn hər şeyi edərlər
ki, onları yoldan çıxarsınlar və onlarla o şəxs dostluq edə bilər ki, xasiyyəti
onlarınkına oxşasın. Bax buna görə Allah buyurur ki, əgər insan onlarla dostluq
edirsə, onda o, onlardan biridir. Onlarla yaxın və mehriban dostluq insanı
onların dinini qəbul etməyə sövq edir, azacıq dostluq münasibətləri isə daha yaxın
münasibətlərin yaranmasına səbəb olur və bunun nəticəsində insan onlardan
birinə çevrilir.
Allah
zalımlıq etmək xasiyyətinə malik olan insanları doğru yola yönəltməz, onlar isə
mütləq Ona qaytarılacaqlar. Bu zalımlara istənilən möcüzələrin göstərilməsinə
baxmayaraq, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı
olsun!) yolu ilə getməyəcək və ona (ona Allahın salavatı və salamı olsun!) tabe
olmayacaqlar.
ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ
(5.52)
“Sən görürsən ki, qəlbi xəstə olanlar onların arasında vurnuxaraq deyirlər:
“Biz başımıza gələcək müsibətdən qorxuruq”. Lakin, ola bilsin ki, Allah dərgahından
qələbə və ya hökmü ilə gəlsin və o zaman onlar nəfslərindəkini gizlətdiklərinə
görə peşman olsunlar”.
Allah
möminlərə Kitab əhli ilə dostluğu qadağan etdikdən sonra, bildirir ki, özünü
mömin adlandıranların bəziləri onlarla mehribancasına dostluq edirlər. Belə
davrananlar qəlbi şübhə, münafiqlik və inamsızlıq xəstəliyinə tutulanlardır.
Onlar deyirlər: “Biz onların qüdrət sahibi olacaqlarından ehtiyatlanaraq
onlarla dostluq edirik. Bunun belə olacağı halda, onlara kömək göstərdiyimizə
görə bizə minnətdar olarlar”. Bu sözlər onların İslam barədə nə dərəcədə pis
düşündüklərinə sübutdur.
Fövqəluca
Allah onların yaramaz gümanını təkzib edərək buyurur ki, O, müsəlmanlara elə
bir qələbə bəxş edə bilər ki, İslamı qüdrətli etsin, yəhudiləri və xristianları
kiçildərək, müsəlmanlara tabe etsin. O, münafiqləri kədərləndirəcək istənilən
digər hadisələri də törədə bilər ki, ondan sonra onlar yəhudilərin və başqa
kafirlərin qələbəsinə ümidlərini itirərlər. Bax o zaman onlar ürəklərində gizlətdiklərinə
peşman olar, çünki onların niyyətləri ancaq özlərinə ziyan gətirər və heç bir
fayda verməz.
Allah
müsəlmanlara, həqiqətən, qələbə bəxş etdi və o, İslamı ucaltdı, kafirliyi və
kafirləri isə alçaltdı. O qələbə onları kədərlənməyə məcbur etdi və onların
başına o qədər nifrətamiz işlər gətirdi ki, o barədə ən yaxşı bilən təkcə
Allahdır.
ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒﮓ ﮔ
ﮕﮖ ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
(5.53)
“İman gətirənlər isə deyəcəklər: “Doğrudanmı bunlar o kəslərdir ki, var gücləri
ilə sizinlə birgə olduqlarına Allaha and içirdilər?” Onların əməlləri boşa
çıxdı və onlar zərərə uğradılar”.
Möminlər
ürəklərini xəstəlik tutmuş şəxslərin halına təəccüblənəcəklər. Onlar deyəcəklər:
“Doğrudanmı, bunlar, iman gətirdikləri və möminlərə yardım etdikləri, onları
sevdikləri və onlarla dostluq etdikləri haqqında Allaha and içən kəslərdir?
Doğrudanmı, bunlar öz andlarını hər vasitə ilə təsdiq etməyə çalışanlardır?”
İnsanlar
onların gizlətdikləri hər şeyi biləcəklər. Onların xəbis niyyətləri əbəs olacaqdır,
İslam və müsəlmanlar haqqında çirkin gümanları isə yalana çıxacaqdır. Nə bədxah
fitnələri, nə də bu dünyada törətdikləri əməlləri onlara fayda verməyəcək və onlar
ziyana düşənlərdən olacaqlar. Onlar istədiklərinə nail ola bilməyəcək və qismətləri
isə bədbəxtlik və məşəqqət olacaqdır.
ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟﯠ
ﯡ ﯢ ﯣ
ﯤ
(5.54)
“Ey iman gətirmişlər! Əgər sizlərdən kimsə öz dinindən geri çəkilərsə, Allah əvəzində
başqalarını gətirər, onları sevər və onlar da Onu sevərlər. Onlar möminlərin
qarşısında müti, kafirlərin qarşısında isə sarsılmaz olarlar, Allah yolunda
döyüşər və qınayanların qınağından qorxmazlar. Budur Allahın neməti, onu istədiyinə
bəxş edər. Allah Hərşeyiəhatəedən və Biləndir”.
Fövqəluca
Allah bildirir ki, O, yaratdıqlarına qətiyyən möhtac deyil və buna görə, dinindən
imtina edən insan Allaha heç bir zərər vurmur, ancaq özü özünə zərər verir.
Çoxsaylı səmimi qullar və doğruçu insanlar var ki, Mərhəmətli və Rəhmli Rəbb
onları düz yolla aparacağına söz vermişdir. Bu insanlar ən qüsursuz keyfiyyətlərə,
ən mətin qəlbə və ən gözəl mənəvi simaya malikdirlər. Onların ən yaxşı cəhəti
Allahın onları sevməsi və onların da Onu sevməsidir. Allahın quluna bəslədiyi məhəbbəti,
doğrudan da, ən şərəfli lütfkarlıqdır ki, ona göstərilir və ən böyük qiymətdir
ki, ona verilir.
Allah
Öz qulunu sevdikdə, onun qarşısında geniş imkanlar açılır və Allah onun hər çətin
işini asanlaşdırır, onu xeyirxah əməllərə ruhlandırır, qınanılan əməllərdən çəkindirir
və qullarının qəlbini Ona məhəbbət və dostluq münasibəti ilə doldurur.
Lakin öz Rəbbinin
məhəbbətini qazanmaq üçün qul bütün varlığı ilə Allahın Elçisinin (ona Allahın
salavatı və salamı olsun!) yolu ilə getməli, nitqində, əməllərində və rəftarında
ona (ona Allahın salavatı və salamı olsun!) bənzəməlidir. Bu barədə Quranda
deyilir: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah
da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”
(Ali-İmran, 3/31).
Allahın məhəbbətinə
layiq olmaq üçün qul daima vacib və könüllü saleh əməllər vasitəsilə Ona
yaxınlaşmalıdır. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhih
hədislərinin birində rəvayət edilir ki, Allah buyurmuşdur: “Qulumun
onların vasitəsilə Mənə yaxınlaşdığı ən sevimli əməlləri, Mənim ona həvalə
etdiklərimdir. Könüllü ayinləri yerinə yetirməsi sayəsində Mənim qulum Mən onu
sevənədək Mənə yaxınlaşmaqda davam edir. Mən onu sevdikdə isə, Mən onun
eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı oluram. O Məndən bir
şey istədikdə, Mən ona hökmən əta edirəm. Əgər o Mənim himayəmə sığınarsa, Mən
hökmən onu qoruyaram”.
Allahın məhəbbətinə
layiq olmaq üçün Onu dərk etmək və Onu tez-tez xatırlamaq lazımdır. İnsan
Allahı dərk etmədikcə onun Ona bəslədiyi məhəbbəti kamil olmur.
Daha doğrusu, onda belə məhəbbət heç yoxdur, halbuki o bunun əksini iddia edir.
Lakin, əgər insan Allahı həqiqətən sevirsə, o hökmən Onu tez-tez yadına salacaq
və əgər Allah Öz qulunu sevərsə, O, ondan ən cüzi əməllərini belə qəbul edəcək
və onun çoxlu səhvlərini və günahlarını bağışlayacaqdır.
Belə qulların
keyfiyyətlərindən biri də onların möminlərə qarşı mülayim və kafirlərə qarşı
sarsılmaz olmalarıdır. Onlar iman sahiblərinin qarşısında özlərini uca tutmur,
çünki onları sevir və onlara səmimiyyətlə xeyirxahlıq arzulayırlar. Onlarla
ünsiyyətdə yumşaq, xeyirxah, iltifatla, mərhəmətlə davranır, güzəştə gedir və
möminlər onlardan istədiklərinə əziyyətsiz nail olurlar. Amma Allahı inkar edən,
Onun ayələrinə qarşı çıxan, Onun elçilərini yalançı sayan kafirlərlə münasibətlərində
sərt və sarsılmaz olurlar. Onlar belə fasiqlərlə qətiyyətlə mübarizə aparmağa
hazırdırlar və əllərindən gələni edirlər ki, onların üzərində qələbə çalsınlar.
Fövqəluca
Allah buyurur: “Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin
bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı
bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin...!” (Ənfal, 8/60).
“Muhəmməd
Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə
isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və
lütf diləyən görərsən...” (Fəth, 48/29).
Allahın düşmənlərinə
qarşı sərtlik qulu Ona yaxınlaşdıran keyfiyyətlərə aiddir, çünki o, öz Rəbbi ilə
birlikdə onlara qəzəblənir. Lakin kafirlərə qarşı sərt münasibət və
sarsılmazlıq, müsəlmanlara bu insanları İslam dininə ən layiqli tərzdə dəvət
etməyə mane olmamalıdır. Müsəlmanlar kafirlərə qarşı sərt münasibətlərini dəvət
zamanı müsahibələrdə onlara yumşaq yanaşmaqla uzlaşdırmalıdırlar, çünki bu
keyfiyyətlərin ikisi də zəruri və faydalıdır.
Sonra Fövqəluca
Allah xəbər verir ki, möminlər öz var-dövlətini qurban verərək və öz həyatlarını
risqə ataraq Onun yolunda vuruşurlar. Onlar bu mübarizəni sözlə və əməlləri ilə
aparırlar və onları qınayanların məzəmmətindən çəkinmirlər. Əksinə, onlar ancaq
öz Rəbbinin lütfkarlığına can atır və Onun məxluqlarının qınağından daha çox,
Onun Öz qınağından qorxurlar. Bu, onların məqsədyönlülüyü və qətiyyətli əzmkarlığına
dəlalət edir, əks halda, ətrafdakılar qorxaq insanları qınadıqda onlar cəsarətdən
məhrum olur, gücdən düşürlər. Onların ürəklərində məxluqların qarşısında əyilmək
hissi yaşayır ki, bunun dərəcəsi isə onların insanların rəyinə bəslədikləri
diqqətdən və insanların onları bəyənib və ya qınamalarından asılı olur. İnsan
Allah xatirinə məzəmmət edənlərin qınağından ehtiyat etməsinə son qoyanadək, öz
qəlbini məxluqlar qarşısında baş əyməkdən təmizləyə bilməz.
Fövqəluca
Allah möminləri Özünün bəxş etdiyi və onlara bu ayədə xatırlanmamış digər
xeyirxah əməllər işlətməyi həvalə edən gözəl və yüksək keyfiyyətlərinə görə təriflədikdən
sonra, bildirir ki, bütün bunlar Allahın onlara göstərdiyi mərhəmətidir. Möminlər
özlərini aldatmamalı, onlara əzəmətli lütfkarlığını göstərmiş Allaha həmd etməlidirlər
və əgər onlar şükür etsələr, O, onlara daha böyük nemətlər bəxş edər. Bütün
qalan insanlar isə bilməlidirlər ki, onlar Fövqəluca Allahın mərhəmətini
qazanmaq imkanından məhrum edilməmişlər. Allah nemətini istədiyi kəsə
bağışlayır.
O, hədsiz-hüdudsuz
səxavətə malikdir. O, Öz rəhmi ilə bütün varlığı qaplayır və Öz sevimli
qullarını başqalarına layiq görmədiyi mərhəməti ilə himayə edir. O, kimin Onun
mərhəmətinə layiq olduğunu bilir və O, onu onlara bəxş edir. Allah kimin peyğəmbərliyi
layiqincə yerinə yetirəcəyini və kimin də Onun peyğəmbərlərinin ardınca getməyə
layiq olacaqlarını çox gözəl bilir.
ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
(5.55) “Sizin
Himayədarınız Allah, Onun Elçisi, namaz qılıb zəkat verən və rükuya gedən möminlərdir”[4].
Yəhudilər,
xristianlar və başqa kafirlərlə dostluğun qadağan olunmasını və belə dostluğun
nəticəsinin açıq-aşkar zərər olduğunu xatırlatdıqdan sonra, Fövqəluca Allah
müsəlmanların kimi özlərinin hamisi və dostları saymalı olduqlarını və bundan
necə faydalanmalı olduqlarını xəbər verir.
Allah buyurur
ki, Onun himayədarlığına iman və təqvalılıq sayəsində layiq olmaq mümkündür. Hər
bir təqvalı mömin Allahı sevməlidir. Əgər o, Allahı sevirsə, hökmən Onun
elçisini (ona Allahın salavatı və salamı olsun!) də sevməlidir. Lakin Allahı və
Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) layiqincə sevməkdən ötrü
o, Onu sevən və Onu öz himayəçisi sayan hər kəsi sevməlidir. Bu insanlar –
möminlərdir. Onlar dinin tələblərini qəlbləri və canları ilə yerinə yetirirlər,
öz Allahına ixlasla ibadət edir, şərtlərini, fərz və nafilə sünnələrini yerinə
yetirməklə namaz qılır, habelə sədəqə qəbul etməyə haqqı olanlara öz malından zəkat
verməklə məxluqlara xeyirxahlıq edirlər. Bununla yanaşı, onlar rükuya gedir, yəni,
Allah qarşısında itaət edir və aciz olduqlarını göstərirlər.
Beləliklə,
möminlər Allahın bu ayədə xatırlatdığı insanları sevməlidirlər. Onlar ancaq bu
şəxsləri özlərinin yeganə dostları və köməkçiləri hesab etməli və bütün
qalanlarla dostluq etməkdən əl çəkməlidirlər.
ﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
ﯾ
(5.56) “Əgər
onlar Allahı, Onun Elçisini və möminləri özlərinin hamiləri və köməkçiləri
hesab edirlərsə, bilməlidirlər ki, Allahın tərəfdarları mütləq qalib gələcəklər”.
Bu ayədə Allah
Onunla, Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə və möminlərlə
yaxınlığın faydalı olmasını qeyd edir. Əgər insan Allahı, Onun Elçisini (ona
Allahın salavatı və salamı olsun!) və möminləri sevirsə, onda o, Onun tərəfdarlarından
biri olur. Bu isə o deməkdir ki, insan Ona ibadət edir, Onun dostu və
sevimlisidir. Belə insanlar hökmən üstün gələcək və həm bu dünyada və həm də
ölümdən sonra xeyirli sonluğa nail olacaqlar. Fövqəluca Allah buyurur: “Sözsüz
ki, bizim qoşunlarımız qələbə çalacaq” (Saffat, 37/173).
Bu böyük xoş
müjdədən aydın olur ki, əgər insan Allahın hökmlərini yerinə yetirirsə, Onun tərəfdarlarından
və döyüşçülərindən biridirsə, onda o, mütləq düşmənləri üzərində üstünlük əldə
edəcəkdir və hətta, əgər Fövqəluca Allah Öz Müdrikliyi əsasında onun düşmənlərinə
bəzən ona üstün gəlməyə imkan verirsə də, son nəticədə o mütləq onların üzərində
qəlbə çalmağa nail olacaqdır. Allahın vədi belədir! Bəs kimin sözü Onun vədindən
daha doğru ola bilər?
ﯿ ﰀ
ﰁ ﰂ ﰃ
ﰄ ﰅ ﰆ
ﰇ ﰈ ﰉ ﰊ ﰋ
ﰌ ﰍ ﰎ
ﰏ ﰐﰑ ﰒ
ﰓ ﰔ ﰕ
ﰖ ﰗ
(5.57) «Ey
iman gətirmişlər! Sizə qədər Kitab verilənləri və dininizi məsxərəyə qoyub onu əyləncə
sayanları və digər kafirləri öz köməkçiləriniz və dostlarınız hesab etməyin. Əgər
möminsinizsə, Allahdan qorxun!”
Allah Öz mömin
qullarına yəhudilərlə, xristianlarla və digər kafirlərlə dostluq etməyi
yasaqlamışdır. Möminlər onları sevməməli, onlarla dostluq etməməli, onları
möminlərin sirrindən xəbərdar etməməli, İslama və müsəlmanlara zərər vura bilən
işlərdə onlara kömək etməməlidirlər. Qəlblərində
kök salan iman müsəlmanları kafirlərlə dostluqdan imtina etməyə məcbur edir və
onları düşmənçiliyə sövq edir. Onları kafirlərlə düşmənçilik etməyə vadar edən
şərtlərdən biri də Allah qorxusudur. Allah qorxusu dedikdə, Allahın hökmlərinin yerinə yetirilməsi və hər
cür haramlardan çəkinmə nəzərdə tutulur. Onları buna həmçinin müşriklərin,
kafirlərin və müsəlmanların əleyhinə çıxanların hamısının rəftarı vadar edir,
çünki onlar İslam dinini təhqir edir, onu istehzaya qoyur, onu əyləncə hesab
edir, ona kin bəsləyir, hökmlərinə, xüsusilə, namaza – İslamın ən parlaq rəmzinə
və ən şərəfli ibadət ayininə hörmətsizlik göstərirlər.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ
(5.58) “Namaza
çağırdığınız zaman onlar ona istehza edir və onu əyləncə sayırlar. Bu, onların ağılsız insan olmalarındandır”.
Azan səsini
eşidərək, onlar onu məsxərəyə qoyaraq, əyləncə adlandırırlar ki, bu da onların
dərrakəsizliyi və hədsiz nadanlığından irəli gəlir. Bu belə olmasaydı, onlar
ağıl sahibi olsaydılar, onlar itaətkarlıqla namaz qılmağa gedər və başa düşərdilər
ki, namaz qılmaq insanların malik olduqları hər şeydən üstün məziyyətdir.
Buradan aydın olur ki, kafirlər müsəlmanlara və onların dininə qarşı amansız
nifrət bəsləyirlər və əgər müsəlman onlara qarşı kin bəsləmirsə, onda onun
imanı cüzi və naqisdir. Belə adam kafirlərin İslamı söyməsinə, allahsızlığa və
azğınlığa etiqad etməsinə əhəmiyyət vermir. Bu o deməkdir ki, o, qeyrətdən və
insan ləyaqətindən məhrumdur. Məgər bütün başqa dinləri təhrif olunmuş hesab etdiyi
halda, onun dinini təhqir edən, onu əyləncə sayan və onun ardıcıllarını məsxərəyə
qoyan cahil və axmaqlarla dostluq edən şəxs özünü haqq din tərəfdarı adlandıra
bilərmi?
Bu ayə belə
insanlara nifrət bəsləməyə çağırır ki, bu, heç olmazsa, azacıq da olsa, ağıl
sahibi olan hər kəsə tamamilə aydındır.
[1] Cinayət törədən nəzərdə
tutulur. F.S.
[2] Kursiv mənimdir. F.S.
[3] Yəni, şəriət üzrə. F.S.
[4] Ayənin
fərqli tərcüməsi mənimdir. Z.B. və V. M. tərcüməsi belədir: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri
və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”(?).
Ayənin son, kursivlə verilən hissəsi namazın huşu ilə qılınması tələbinə uyğun
olmadığı üçün, anlaşılmazdır. Ayənin əslində belə bir söz və ya söz birləşməsi
yoxdur. Təfsirin mətnindən də aydın olur
ki, ayədə “rüku halında zəkat vermək”
ifadəsi ilə bağlı şərhə yer verilməmişdir. F.S.
Kitablar satışda var?
ОтветитьУдалить