Ə.N. əs-Səədi. Təfsir. II c. 7.45-7.66 . ayələr
ﭻ
ﭼﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ
(7.46)
“Onların ikisinin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında pərdə və Əraf üzərində isə
insanlar vardır ki, onlar hamını üzündən tanıyıb Cənnət
əhlinə: “Sizə salam olsun!” - deyə müraciət edərlər. Bunlar çox
istədiklərinə baxmayaraq hələ ora daxil olmamış kimsələrdir”.
Cənnət
və Cəhənnəm sakinləri arasında “Hasar”[1]
adlandırılan bir çəpər çəkilmişdir. O, nə Cənnətə, nə də Cəhənnəmə aid
deyildir, hər iki məskən üzərində ucalır və onun üzərindən cənnətdəkilər və cəhənnəmdəkilərlə
nə baş verdiyini müşahidə etmək olur. Axirət həyatında o “hasarın” üstündə cənnətdəkiləri
və cəhənnəmdəkiləri onların şəxsi əlamətlərinə görə tanıya bilən insanlar
olacaqlar. Onlar Cənnət əhlini görəndə onlara salam[2]
verəcəklər. Onlar hələ Cənnət bağlarına daxil olmayanlardır, lakin oraya girmək
ümidini də itirmirlər və buna nail olacaqlarını düşünürlər. Allah onlara lütfkarlıq
göstərərək, bu ümidi qəlblərinə salacaqdır.
ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ
(7.47) “Onların nəzərləri Cəhənnəm əhlinə
çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” - deyərlər”.
Hasar
üstündəki insanlar Cəhənnəm sakinlərinə tərəf çevrilib baxanda, onlar dəhşətə
gəldikləri çox çirkin bir mənzərə görür və ucadan belə deyirlər: “Ey Rəbbimiz!
Bizi zalım insanlarla bir yerə salma!”
Cənnət
sakinlərini gördükdə isə tezliklə onlarla birləşməyi arzulayır və onları
salamlayırlar. İradələrinin əleyhinə olaraq baxışları Cəhənnəm sakinləri ilə
rastlaşdıqda, onlarla hər hansı bir əlaqəyə girməyi heç ağıllarına belə gətirmirlər.
ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
(7.48)
“Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız
mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” - deyəcək”.
(7.49)
“Allah onları
Öz mərhəmətinə nail etməyəcək, - deyə and içdiyiniz kəslər bunlardırmı?” –
söyləyəcəklər. “Cənnətə
daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!”
Hasarlar
üstündə olan insanlar Cəhənnəm sakinlərini fərdi əlamətlərinə görə tanıyaraq
onlara müraciət edəcəklər. Dünya həyatında bu insanlar şan-şöhrətlə əhatə
edilmiş, dəbdəbəli həyat sürən, çox böyük var-dövlət və çoxlu oğul-uşaq sahibi
olan məşhur şəxslər olmuşdular. Lakin
Cəhənnəmdə onlar tamamilə tənha olacaqlar. Onlar əzab çəkəcəklər, amma heç kim
onların köməyinə gəlməyəcək. Belələrini görüb, deyəcəklər: “Dünya həyatında siz
bir yerdə idiniz, özünüzü xoşagəlməz hadisələrdən qoruyaraq qarşınıza qoyduğunuz
məqsədə nail olmağa cəhd göstərirdiniz. Lakin bu gün sizin birliyinizin
izi-tozu belə qalmamışdır. O, sizə bir fayda vermədi və sizin Haqqa qarşı, Onun
təbliğatçılarına və tərəfdarlarına qarşı bəslədiyiniz təkəbbürünüz də sizə heç
nə ilə kömək etmədi”.
Sonra
onlar Cənnətin sakinlərini göstərəcəklər. Dünya həyatında onlar kasıb və zəif
idilər, amma Cəhənnəmin sakinləri onlara istehza edərdilər. Hasar üstündə olan
insanlar əzab çəkənlərə deyəcəklər: “Budur, baxın Cənnətə düşən insanlara! Məgər
siz and içmirdiniz ki, Allah heç vaxt onlara mərhəmət göstərməyəcək? Məgər siz
onları məsxərəyə qoymaqla özünüzü təkəbbürlü və özündən razı qalan adamlar kimi
aparmırdınız? Sizin içdiyiniz andlar yalan oldu, indi sizin qarşınızda açılan mənzərəni
siz hətta təsəvvür belə etməzdiniz”.
Belə
olduqda bu kasıb möminlər böyük bir şərəfə nail ediləcəklər. Onlara deyiləcək:
“Öz saleh əməlləriniz sayəsində Cənnətə girin! Sizin gələcəyinizdən qorxunuz
yoxdur və sizin keçmişdə törətdiklərinizə görə də kədərlənməyinizə dəyməz.
Rahatlanın və cürbəcür nemətlərə sevinin!”
Bu
vəhy Fövqəluca Allahın aşağıdakı sözlərinə oxşayır: “Həqiqətən, günahkarlar
iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. (Möminlərin)
yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.
Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları
üçün) kefləri kök qayıdırdılar. Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar
(haqq yoldan) azanlardır!” – deyirdilər. Halbuki onlara (möminlərə) nəzarətçi
göndərilməmişdir. Bu gün isə möminlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə,
aldılar!)” (Mutəffifin, 83/29-36).
İslam
alimləri Hasarların üstündə olan və bu insanların hansı əməl sahibləri olması
haqqında rəyləri müxtəlifdir. Ən səhih rəyə əsasən, onlar cinayətləri yaxşı əməllərinə
bərabər olacaq dindarlardır. Onların törətdikləri günahlar xeyirxah əməllərindən
çox olmadığı üçün Cəhənnəmə düşmürlər və onların xeyirxah əməlləri də onların
günahlarından artıq olmadığı üçün Cənnətə də girə bilmirlər. Buna görə onlar Allahın istədiyi
qədər hasarın üstündə qalacaqlar. Sonra O, Öz mərhəməti sayəsində onları Cənnət
bağlarına daxil edəcək, çünki Onun mərhəməti Onun qəzəbini həmişə üstələyir və
qalib gəlir. Həqiqətən, Onun mərhəməti hər şeyi əhatə edir.
ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽﯾﯿﰀﰁﰂﰃ
ﰄ ﰅ ﰆ
ﰇ ﰈ ﰉ
ﰊ ﰋ ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ
(7.50)
“Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya
Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə:
“Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər”.
(7.51)
“O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı
onları aldatmışdı və onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi
(bilə-bilə) inkar etdikləri kimi Biz də onları bu gün unudarıq!”
(7.52)
“Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah
etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək
üçün mükəmməl) bir Kitab (Quran) gətirdik”.
Cəhənnəm
sakinlərinin əzabı ən yüksək həddə çatdıqda, onlar dözülməz aclıq və son dərəcə
bərk susuzluq çəkdikdə, onlar kömək üçün Cənnət əhlinə müraciət edəcəklər: “Bir
az üstümüzə su səpin və Allahın sizə əta etdiyi yeməyi bizimlə bölüşün”. Lakin
Cənnət sakinləri deyəcəklər: “Allah sizə kafir olduğunuz üçün Cənnət yeməklərini
və içkilərini qadağan etmişdir”.
Günahkarların
Allahın ayələrinə iman gətirməkdən boyun qaçırmalarının və onlara layiqincə
etiqad etmələri əmr olunmuş və buna görə bol-bol mükafatlar vəd edilmiş dini əyləncəyə
və oyuncağa çevirmələrinin əvəzi bax belə olacaqdır. Bir şərhə görə, onlar dinə
laqeyd yanaşdılar, ondan üz döndərdilər və hətta onu məsxərəyə qoydular. Digər
bir şərhə görə isə onlar dini hökmləri oyun-oyuncağa və əyləncəyə çevirib düz
yoldan çıxdılar. Dünya həyatı öz gözəllikləri bər-bəzəyi və həmçinin təkcə
maddi nemətlərdən zövq almağa çağıranların çoxsaylılığı ilə onları azdırdı. Son
nəticədə, onlar maddi nemətlərlə qane olaraq əylənməyə və şadyanalıq etməyə
başladılar, Axirət həyatından üz döndərdilər və onu unutdular. Buna görə Allah
da onları unudacaq və işgəncəli cəzaya məruz qoyacaqdır. Onlar özlərinə qarşı
belə münasibətə özləri özlərini layiq etdilər, çünki dirildiləcəklərini yada
salmadılar, sanki onlar təkcə yer üzündə yaşamaq üçün yaradılmışdılar, sanki
qarşıda onları əvəz veriləcəyi Gün gözləmirdi.
Bununla
yanaşı onlar Allahın ayələrini inkar etdilər, özü də bu rəftarları ayələrin
nöqsanlı və yanlış olmasına görə deyildi. Əksinə, Allah onların vasitəsilə məxluqların
ehtiyac duyduqları bütün bilikləri onlara izah etmişdi. Allaha müxtəlif
zamanlarda və müxtəlif ölkələrdə yaşayan insanların vəziyyəti məlum idi. Ona
Onun məxluqları üçün nəyin yararlı və nəyin yararsız olması məlum idi. Onun
nazil etdiyi açıqlamalar, ətrafda nə baş verdiyindən xəbəri olmayanların,
haqqın bir hissəsinə belə sahib olmayanların və düzgün qərar qəbul etməyi
bacarmayanların izahına bənzəmirdi. Əksinə, bunlar Hərşeydənxəbərdar olan Rəbbin
izahları idi, o Rəbbin ki, Ona bütün şeylər agahdır və Onun mərhəməti bütün məxluqları
əhatə edir.
O,
Öz Kitabını iman gətirənlər üçün Doğru Təlimat və rəhmət mənbəyi etmişdir ki,
bunun sayəsində insanlar doğru yolu azğınlıqdan və həqiqəti isə yalandan ayırd
etməyi öyrənmişlər. Kitab onlar üçün nemətlərin ən əzəmətlisi olmuşdur: o,
onlara həm bu dünyada və həm də Axirət həyatında nəhəng faydalar və xoşbəxtlik
gətirir və onun sayəsində onlar azğınlıqdan və bədbəxtliklərdən xilas olurlar.
Layiq
olduqları cəzanı dadmış günahkarlar Kitaba iman gətirməkdən, onun hökmlərini
yerinə yetirməkdən və qadağalarından çəkinməkdən boyun qaçırdılar. Buna görə
onlar Quran ayələrinin xəbərdar etdiyi əziyyətlərə məhkum edildilər.
ﭜ
ﭝ ﭞ ﭟﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺﭻ ﭼ ﭽ
ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ
(7.53)
“Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər verdiyi aqibətimi) gözləyirlər?
Onun xəbər verdiyi aqibət (Qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş
olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər.
İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla
bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərinə ziyan etdilər.
Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu”.
Ayədə
“təvil” (“şərh”) sözü “peyğəmbərliyin həyata keçirilməsi” kimi[3]
tərcümə edilmişdir. “Təvil” sözü həmçinin Yusufun (ə) peyğəmbəranə yuxusu gerçəkləşən
zaman onun (ə) dediyi sözdə öz əksini tapmışdı: “Atacan! Bu əvvəl gördüyüm
yuxunun yozumudur!...” (Yusuf, 12/100).
Doğrudanmı
kafirlər Quranda deyiləndən başqa bir şeyin icra olunacağını gözləyirlər? Bu vəhy
edilənlər yerinə yetirilməyə başladıqda, Axirət həyatını unutmuş kafirlər törətdikləri
əməllərə görə çox təəssüflənəcək və əfv olunmalarını diləyəcəklər. Onlar dərk
edəcəklər ki, elçilərin təbliğ etdikləri doğruymuş. Lakin heç kimin şəfaəti
artıq onlara fayda verməyəcək və heç kim onları artıq dünya həyatına
qaytarmayacaq. Bu, sadəcə mümkün olmayacaqdır.
Hətta
onların geri qaytarılacaqları halda yaxşılıq edəcəkləri haqqında vədləri yalan
olacaqdır, çünki onların yeganə arzusu onları yaxalamış müsibətdən xilas edilmək
olacaqdır. Fövqəluca Allah bununla əlaqədar buyurur: “Xeyr, əvvəlcə (ürəklərində)
gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər
geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və
günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!” (Ənam, 6/28).
Kafirlər
hələ bu dünya həyatında ikən özlərini itirəcəklər, çünki onlar uğur qazanmağı
bacarmadılar və özlərini məhvə məhkum etdilər. Onların ziyanı, var-dövlətindən
və övladlarından məhrum olmuş şəxslərin ziyanından fərqlənəcəkdir. Bu, elə
bir ziyan olacaq ki, ondan sonra artıq dirçəlmək mümkün olmayacaqdır. Onları
dünya həyatında bütün uydurduqları “havadarları” və ümid bəslədikləri tərk edəcəkdir.
Şeytan onlara çox şey vəd etmişdi və bunun sayəsində onlar törətdikləri əməllərə
görə hətta təsəvvür edə bilməyəcəkləri aqibətə düçar edilmişdilər. Ancaq öldükdən
sonra onlar azğınlığa qapıldıqlarına və elçilərin bütün təbliğ etdiklərinin
doğruluğuna əmin oldular.
ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜﮝ ﮞﮟﮠ ﮡﮢﮣ ﮤ ﮥ ﮦﮧ
(7.54)
“Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gün içində xəlq edib Ərşə
qalxan Allahdır. O, gündüzü dayanmadan izləyən gecəyə bürüyür. Günəşi, ayı və
ulduzları yaradıb əmrinə Ramedəndir. Şübhəsiz ki, O, həm Yaradan və həm də Hökmedəndir.
Aləmlərin Rəbbi Allah Xeyirxahdır!”[4]
Fövqəluca
Allah izah edir ki, O – Vahid Rəbb olan Allahdır və Onun şərikləri yoxdur. O,
göyləri, yeri və onların məskunlarını, bu məxluqların əzəmətinə, əhatəedilməzliyinə,
kamilliyinə və gözəlliyinə baxmayaraq, təkbaşına yaratmışdır. O, Kainatı altı
gün içində: bazar günündən başlayaraq cümə gününədək yaratmışdır. Bu yaradılış
prosesini bitirdikdən və orada istədiyi hər şeyi yaratdıqdan sonra, O, bütün
göyləri, yeri və onların arasında olan hər şeyi əhatə edən Möhtəşəm Kürsüsünə
qalxmışdır. O, bunu Özünün Əzəməti və Qüdrətinə layiq tərzdə etmişdir. Bundan
sonra, O, Kainat və dini qanunlarına müvafiq olaraq Öz qullarını idarə etməyə
başlamışdır.
O,
qaranlıq gecə ilə işıqlı gündüzü örtdükdə yer üzünə zülmət çökür, insanlar isə
istirahət etmək imkanı qazanırlar. Yaradılmışlar öz mənzillərinə yollanır və
orada onlar gündüzün qayğılarından və sərgüzəştlərindən dincəlirlər. O, günəşi,
ayı və ulduzları yaratmışdır və onlar Onun istənilən sərəncamına tabe olurlar və
Onun kamil sifətlərinə şahidlik edirlər. Onların mövcudluğu və nəhəng ölçüləri
Onun kamil qüdrətinin dəlilləridir. Bu səma cisimlərinin yaradılışının dəqiqliyi
və məharətliliyi Allahın İdrakının misilsiz kamilliyinin sübutudur. Onların yer
üzündə həyatın mümkün olması üçün verdikləri çox böyük fayda Allahın hüdudsuz
mərhəmətinə və kamil elminə dəlalət edir. Bütün bunların hamısı təsdiq edir ki,
O – Vahid Haqq Allahdır və yeganə İbadətəlayiqolandır.
Ali
və ibtidai aləmlərdə bütün varlıqları O yaratmışdır. O, məxluqları onların
keyfiyyətləri və əməlləri ilə birlikdə yaradır. O, dini qanunlar yaratmaqla və
elçilər göndərməklə hökmranlıq edir. Onun yaratdıqları – Kainat qanunları və qədərdir,
Onun hökmləri isə şəriət və dini qanunlardır və həmçinin ədalətli əvəz qanunlarıdır
ki, O, onların əsasında Öz qullarını Axirət həyatında mühakimə edəcək. O – Əzəmətlidir
və Ucadır, Onun xeyirxahlığı isə hüdudsuzdur. O – Xeyirxahdır, çünki əzəmətli və
kamil sifətlərə malikdir. O – Nemətlərəsahibolandır, çünki Öz qullarına hədsiz
səxavətlə hədiyyə və böyük nemətlər bəxş edir və Kainatda olan hər hansı nemət
Onun mərhəmətinin və rəhmətinin nəticəsidir.
ﮨ
ﮩ ﮪ ﮫﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ
(7.55)
“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi
aşanları (qışqıraraq dua edənləri) sevməz!”
Hər
bir dərrakəli insanı Özünün məxluqlarının ehtiyaclarını təmin etməyə qadir
Vahid Allah olmasına əmin edən Əzəməti haqqında xatırladıqdan sonra, O, Ona dua
edilməsini buyurur. Bu hökm insanın Ona xahişlə müraciət etdiyi dualara və ya
Allah qarşısında ibadət etdiyi namaza şamil edilir. O, Ona mütiliklə, təkidlə və
gizli[5]
dua etməyi buyurur. Dua camaatın gözü qarşısında, özünü ətrafdakılara nümayiş
etdirmək məqsədilə deyil, tənhalığa çəkilərək, öz əməlini təkcə Allaha həsr etməklə
yerinə yetirilməlidir. Həqiqətən, O, yol verilən hədləri bütün hallarda
aşanları sevmir.
Bu
hallara həm də Allahın qulunun ona məxsus olmayan şeyləri xahiş arzu etməsi,
ümidsizləşərək Allaha dua etməkdən çəkinməsi və ya Ona uca səslə müraciəti aid
edilir. Bütün sadalanan bu hərəkətlər qadağan edilmişdir.
ﯓﯔﯕ ﯖﯗﯘ ﯙ ﯚ
ﯛﯜ ﯝﯞ ﯟﯠﯡﯢﯣ
(7.56)
“Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra,
orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən,
Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!”
Yer
üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıldıqdan
sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan
məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Fövqəluca
Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər,
günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə
quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə
gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi
günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan)
qayıtsınlar” (Rum, 30/41). Amma
Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və
həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur.
Bu
barədə xatırladıqdan sonra, Allah Ona qorxu içində və ümidlə dua etməyi əmr
edir, çünki mömin Onun cəzalandıracağından ehtiyat etməli və Onun
mükafatlandıracağına ümid bəsləməlidir. O, ümid etməlidir ki, onun duaları qəbul
olunacaq və qorxmalıdır ki, duaları rədd edilə bilər. O, öz-özünə aldanaraq və
başından hündürə tullanmağa cəhd göstərərək, öz Rəbbinə, nə etmək lazım
olduğunu göstərməməlidir və Ona laqeyd və etinasızlıqla müraciət etməməlidir.
Bir
sözlə desək, Allaha dua etmək istədikdə, bunu gizlicə etmək lazımdır ki, dua səmimiyyətlə
təkcə Ona həsr edilmiş olsun, özü də bu zaman dua edənin qəlbində qorxu və ümid
hissi olmalıdır. O, özünü, sanki təhlükəsizlikdə hiss edərək və Rəbbinin
cavabına ehtiyac duymayaraq, saymazyana aparmamalıdır. Ancaq belə dualar düzgün
edilən dua sayılır və istənilən ayini layiqincə yerinə yetirmək üçün onun səylə
icra edilməsinə çalışmaq, zəruri olan bütün qaydaları həyata keçirmək və hər
hansı xəta qüsurlardan çəkinmək lazımdır. Əgər insan Allaha layiqincə ibadət
edirsə və Onun qullarına yaxşılıq göstərirsə, onda Onun mərhəməti həqiqətən ona
yaxın olur. İnsan nə qədər çox yaxşılıq edirsə, o bir o qədər o mərhəmətə
yaxınlaşır və beləliklə, Rəbbi ona Öz mərhəmətinin vasitəsilə daha da
yaxınlaşır. Bu barədə xəbər verərək, Allah qullarını saleh əməl sahibi və
xeyirxah olmağa açıq şəkildə çağırır.
ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼﯽ ﯾ
ﯿ ﰀ ﰁ
ﰂ ﰃ
(7.57) “Küləkləri
Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər
(yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları
(buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və
onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə
çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!”
Bu
ayədə Fövqəluca Allah Özünün qüdrət və rəhmətinin təzahürlərindən biri haqqında
xəbər verir. O, küləkləri Öz mərhəmətinin xeyirxah müjdəçiləri adlandırır,
çünki onlar tezliklə yağış yağacağını müjdələyirlər. Onun iradəsi ilə küləklər
buludları qovur və insanlar hələ yağış yağmamışdan Onun lütfkarlığından sevinməyə
başlayırlar. Küləklərin bəziləri buludları bir yerə toplayır, digərləri onları
qabağına qatıb qovur, başqaları isə onları kiçik yağış topalarına çevirirlər.
Onlar, demək olar ki, canlı məxluqların artıq qalmadığı və sakinlərinin öz Rəbbinin
mərhəmətindən ümidlərinin kəsiləcəyinə hazır olduqları bir vaxtda,
quruyub-çatlamış torpağın üstündə dayandıqda, Allah bu ölü torpağa bol yağış
yağdırır. Özü də bu zaman O, küləkləri göndərərək, Öz icazəsi ilə buludları
boşaldır və onları parça-parça dağıdır. Yağışın sayəsində yerdə növbənöv meyvə-tərəvəz
bitir və insanlar Allahın mərhəmətindən sevinmək imkanı qazanır və Onun səxavətindən
zövq alırlar.
O,
yağışların vasitəsilə bitkilər yetişdirir və onlarla qurumuş torpağı
canlandırır və bu qayda ilə də ölüləri, bədənləri çürüyüb torpağa hopduqdan
sonra, qəbirlərindən dirildəcəkdir. Bu – dirildilmənin gerçəkliyinin aydın bir
dəlilidir, çünki xatırlanan bu iki hadisə arasında böyük fərq yoxdur. Əgər
insan ölü torpağın canlandırılmasının şahidi olduğu halda, dirildilməni qeyri-adi
bir şey hesab edirsə, onda o, sadəcə məlum faktı inkar edən inadcıl tərs
adamdır. Bunu bildirdikdən sonra, Fövqəluca Allah insanları Onun nemətləri barəsində
düşünməyə və fikirləşməyə, ətrafda gedən proseslərdən faydalı nəticələr
çıxartmağa və bütün baş verənlərə laqeyd qalmamağa dəvət edir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖﭗ ﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ
(7.58) “Təmiz
bir məmləkətin bitkiləri Rəbbinin izni ilə çıxar. Pis bir məmləkətin bitkiləri isə yalnız çox çətinliklə
yetişər. Biz ayələrimizi şükür edən bir tayfa üçün
belə müfəssəl izah edirik”.
Fövqəluca
Allah müxtəlif torpaq sahələri arasında, onların hər birisinə yağış yağmasına
baxmayaraq, fərqin olması barədə xəbər verir. Yağış münbit və bərəkətli torpağa
yağdıqda, orada müxtəlif bitkilər tez yetişir. Bu, Allahın iradəsi ilə belə baş
verir, çünki Kainat qanunları müstəqil deyil, ancaq Onun razılığı ilə təsir
göstərirlər. Yağış qeyri-münbit torpağa düşdükdə isə onun üstündə çox az
miqdarda bitkilər bitir ki, nə fayda, nə də xeyir gətirmir.
Allah
Öz ayələrini yaxşılıq bilən insanlar üçün bu minvalla izah edir. O, ayələr
nazil edir, onlarını mənalarını açıqlayır və Onun nemətlərini etiraf edən və
Onun lütfkarlığını qazanmaq ümidi ilə onlara bəxş edilmiş nemətlərdən başqaları
üçün sərf edən insanlar üçün nəzərdə tutulan ibrətamiz hekayətlər nəql edir. Onlar
Onun Kitabında izah etdiyi hökmlərdən faydalanırlar, çünki Quran ayələrini Rəbbin
onlara bəxş etdiyi ən böyük neməti sayırlar. Onlar Quranın vəhylərinə öz ehtiyacları
olduğunu dərk edir, onu sevinclə qarşılayır və onların mənası üzərində düşünürlər
və bu məna onların qarşısında, buna yaxşıca hazır olmalarından asılı
olaraq, açılır.
Bu
ayədə Allah qəlbləri torpaqla[6]
müqayisə edir. Qəlblər həyat mənbəyi olan Vəhylə nurlandıqları kimi, torpaq da
həyat mənbəyi olan yağış suyu ilə suvarılır. Vəhy xeyirxah qəlbə nazil olduğu
kimi, sonuncu onu qəbul edir, öyrənir və öz bəhrəsini verir və bütün bunlar vəhyin
düşdüyü zəminin kamil və gözəl olmasından asılıdır. Əgər o, xeyirxahlığın
olmadığı pis qəlbə nazil olursa, o, onu qəbul etmir, ona laqeyd qalır, ondan üz
döndərir və hətta ona müqavimət göstərir. Bu halda ondan gələn fayda da təzəyin,
çay daşının və ya qayanın üstünə yağan yağışdan əldə ediləcək faydadan çox
olmaz. Fövqəluca Allah buyurur: “Allah
göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı.
(Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan
islam insanlara, torpağa həyat verən suya, müşriklərin etiqadı isə boş köpüyə bənzər).
Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində
qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir
köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar
çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir
şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!” (Rəd, 13/17).
ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ
(7.59) “Biz
Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət
edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) Böyük günün sizə üz verəcək əzabından qorxuram!”
Fövqəluca
Allah tövhidin gerçəkliyinə dəlalət edən sübutları sadaladıqdan sonra, onlar
haqqında rəvayəti yalnız Allaha ibadətə dəvət edən Allah elçiləri (onlara salam
olsun) və onların kafir xalqları arasında baş vermiş hadisə ilə gücləndirdi.
Allah tövhid tərəfdarlarını müdafiə etdiyini və elçilərə itaət etməkdən boyun
qaçıran inadkarları məhv etdiyini bildirir. O, xəbər verir ki, bütün elçilər
bir dini və eyni baxışları təbliğ edirdilər.
Nuh
peyğəmbər (ə) insanları tək Allaha ibadətə dəvət etmək və onları bütpərəstlikdən
əl çəkdirmək hökmü ilə öz xalqına göndərilmişdi. O (ə) demişdi: “Ey mənim
xalqım! Ancaq Allaha – Vahid Yaradana, Bəsləyənə və Hökmdara ibadət edin. Bütün
qalan varlıqlar yaradılmışlardır və qətiyyən hakimiyyətə malik deyillər və hamı
Ona tabedirlər”. Nuh Allaha itaətdən boyun qaçıranların cəzalandırılacağı barədə
öz xalqını xəbərdar etdi.
Bu,
onun (ə) səmimiyyətinə və rəhmdilliyinə dəlalət edirdi. O ehtiyat edirdi ki,
onun həmtayfaları əbədi cəzaya və sonu olmayan bədbəxtliklərə düçar olsunlar.
Allahın bütün digər elçiləri də belə etmişdilər və onların hər birində
insanlara onların öz ata-analarından daha çox rəhm hissi var idi. Lakin kafir həmtayfalarının
cavabı qorxunc və iyrənc idi.
ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
(7.60) “Tayfasının
başçıları ona: “Biz səni açıq-aydın azmış görürük!” - deyə cavab
verdilər”.
Bütün
zamanlarda haqqa təkəbbürlə yanaşan və Allahın elçilərinə tabe olmaqdan boyun
qaçıran varlı tayfa başçıları öz peyğəmbərinə belə dedilər: “Biz hesab edirik
ki, sən açıq-aydın azğınlığa düşmüşsən”. Allah onları rüsvay etsin! Onlar peyğəmbərə
itaət etməməklə qane olmayaraq, ona qarşı müdhiş ittiham irəli sürdülər və onu
azmış adlandırdılar. Hətta bununla da kifayətlənməyərək, onlar onun
azğınlığının hər kəsə aydın olduğunu bildirdilər. Həqiqətən də bu – təkəbbürlülüyün
ən dəhşətli təzahürlərindən biri idi və belə bir yalandan təkcə son dərəcə
düşüncəsiz insanlar istifadə edə bilərdilər. Əsil həqiqətdə isə, azanlar Nuhun
həmqəbilələrinin özləri idi ki, öz əlləri ilə cansız materiallardan eşitmək,
görmək və xeyir vermək qabiliyyəti olmayan bütlər yonub düzəldərdilər. Onlar o
bütləri göyləri Yaradana bərabər tutar və onlara müxtəlif ibadət mərasimləri həsr
edərdilər. Əgər onların Allahın dəlillərini görüb tanımalı olduqları və onları
bilməməzlik bəhanəsindən məhrum edən ağılları olmasaydı, deyilə bilərdi ki, dəlilər
onlardan daha düşüncəli insanlardır. Doğrudan da, dəlilərin əməlləri bu
azğınların əməllərindən daha düzgün və dərrakəlidir.
ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ ﮞ
ﮟ ﮠ
ﮡ ﮢ
ﮣ ﮤ ﮥ ﮦ ﮧ
ﮨ
(7.61) “(Nuh)
dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləm- lərin Rəbbi tərəfindən
göndərilmiş bir peyğəmbərəm!
(7.62) “Mən
sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy
ilə) sizin bilmədiklərinizi bilirəm!
(7.63) “Yoxsa
sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm
oluna bilinməniz üçün içərinizdən olan bir insan vasitəsi ilə Rəbbinizdən
sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”
Nuh
(ə) öz həmqəbilələrinin dediklərini nəzakətlə təkzib etdi və özünü olduqca mərifətli
apardı və o, ümid bəsləyirdi ki, onlar ona itaət edəcəklər. O demişdi: “Mən öz
iddialarımın heç birində azğınlığa düşməmişəm. Əksinə, mən düz yolla gedirəm və
başqalarını da o yola gəlməyi dəvət edirəm”.
Bu
şərəfli elçinin yolu Allahın möhkəm ruhlu digər elçilərinin yolundan fərqlənmirdi.
Bu ən gözəl, peyğəmbərlik vəhyi ilə tam ifadə edilmiş və qüsursuz kamil yol
idi. Buna görə də o (ə), daha sonra demişdir: “Mən aləmlərin Rəbbi, mənim və
sizin Rəbbiniz, bütün məxluqların Rəbbi tərəfindən göndərilmişəm. O, Öz məxluqlarının
qayğısını çəkir və Onun qayğıkeşliyinin gözəl təzahürlərindən biri kimi
qullarına elçilər göndərməsidir ki, onlar insanlara saleh əməllər işlətməyi,
yüksək əxlaqa sahib olmağı, gözəl baxışlara etiqad etməyi və bütün əks olan
şeyləri qadağan etməyi buyursunlar. Mənə bir vəzifə kimi həvalə olunmuşdur ki,
Rəbbimin Müraciətini sizin nəzərinizə çatdırım, yalnız Tək Ona ibadət etməyinizin
zəruriliyini, Onun hökmlərini və qadağalarını sizə izah edim. Mənə hökm
edilmişdir ki, sizə mərhəmət və rəhm göstərərək səmimi məsləhətlər verim. Allah
mənə sizin bilmədiklərinizi öyrətmişdir və buna görə siz mənə itaət etməli və əmrlərimi
yerinə yetirməlisiniz. Əgər siz bunları bilsəydiniz! Amma siz Allahın sizlərdən
birinə zikr nazil etməsinə təəccüb edirsiniz. Niyə siz qətiyyən təəccüblü
olmayan bir şeyə təəccüblənirsiniz? Niyə siz təəccüblənirsiniz ki, Allahın
öyüd-nəsihəti doğruçuluğu və digər keyfiyyətləri sizə yaxşı məlum olan bir şəxs
tərəfindən çatdırılmışdır? Allah sizin
qayğınızı çəkərək sizə Öz lütfünü göstərmişdir ki, onu minnətdarlıqla qəbul edəsiniz.
O sizi məşəqqətli cəza verilə biləcəyi barədə xəbərdar edir və sizi qəlbən və hərəkətlərinizlə Allahdan
qorxmağa etiqad bəsləməyinizə dəvət edir ki, siz əbədi məşəqqətlərdən çəkinəsiniz
və Onun həddi-hüdudu olmayan nemətlərinə layiq olasınız”.
ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰﮱ ﯓﯔﯕ
ﯖﯗﯘﯙ
(7.64) “Buna
görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə
olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı suda) qərq
etdik. Onlar, həqiqətən, kor bir camaat idilər”.
Peyğəmbərin
(ə) möizələri onun həmtayfalarına heç bir fayda vermədi və o (ə) istənilən nəticəyə
nail ola bilmədi. Qəbilədaşları onu (ə) yalançı adlandırdılar və, belə olduqda,
Allah ona əmr etdi ki, bir gəmi hazırlasın və ona hər heyvandan bir cüt yerləşdirsin.
Gəminin göyərtəsinə qalxmağa Nuh ilə bərabər iman gətirənlərə icazə verilmişdi.
Onların hamısı xilas edildi, Allahın ayələrinə iman gətirməkdən boyun qaçıran və
doğru yolu görməkdə kor olan günahkarlar isə suda qərq edildilər. Onlar,
Allahın onlara Öz peyğəmbəri (ə) vasitəsilə nümayiş etdirdiyi haqqı və
açıq-aydın möcüzələri gördülər. İstənilən dərrakəli insanın həqiqi dinə gəlməsi
üçün bu möcüzələr kifayət qədər idi, lakin onlar gördüklərini məsxərəyə
qoydular, onlara laqeyd yanaşdılar və kafir oldular.
ﯚ
ﯛ ﯜ ﯝ
ﯞﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨﯩ ﯪ ﯫ
ﯬ
(7.65) “Ad tayfasına da qardaşları Hudu (peyğəmbər
göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç
bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
Yəməndə
yaşayan qədim Ad tayfasına da onların qardaşı olan Hud (ə) peyğəmbər göndərildi. O (ə) onları Tək olan Allaha ibadət
etməyə çağırırdı və Ona şərik qoşmağı və yer üzündə pozğunluq törətməyi qadağan
etmişdi. O demişdi: “Ey mənim xalqım! Allaha ibadət edin, çünki sizin Ondan
başqa heç bir tanrınız yoxdur. Doğrudanmı siz bundan sonra da günah işlətsəniz,
çağırışıma cavab verməsəniz və mənə itaət etməsəniz, sizi mütləq haqlayacaq
Allahın qəzəbindən və cəzasından qorxmursunuz?”
ﯭ
ﯮ ﯯ ﯰ
ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ
(7.66) “(Hud) tayfasının kafir başçıları ona:
“Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab
verdilər”.
Kafir
başçılar onun (ə) nəsihətlərini rədd etdilər və sözlərini boş şey saydılar.
Onlar dedilər: “Biz əmin olduq ki, sən ağıllı adam deyil, səfehsən. Bundan
başqa, biz belə bir rəyə gəlmişik ki, sən – həm də yalançısan”. Aləm onların
gözündə tərsinə çevrilmişdi və onlar haqqı görmürdülər. Onlar özlərinə xas olan
keyfiyyətləri Allahın peyğəmbərinə (ə) aid etdilər. Hud (ə) bu yaramaz sifətlərə
malik deyildi, onlar isə əsil səfehlər və yalançılar idilər.
Şübhə
doğurmayan haqqı rədd edən və həqiqi rəhbərə və xeyirxah məsləhətçiyə itaət etməkdən
boyun qaçıran, qəlbini hər bir qiyamçı iblisə təslim edən, ibadətə layiq
olmayan və fayda verməyə qabiliyyəti olmayan ağaclara və daşlara etiqad edən təkəbbürlü
insanlardan daha axmaq kim ola bilər?!! Fövqəluca Allaha belə iftiraları isnad
edənlərdən daha yalançı kim ola bilər?!!
[1] “Hasar” – çəpər, sədd, divar mənalarını bildirir. F.S.
[2] Yəni, “salam əleykum” deyəcəklər
(salamlaşacaqlar). F.S.
[3] Həm
bu ayə (7.53) və həm də digər ayələr Ziya Bünyadovun və Vasim Məmmədəliyevin tərcümə
etdikləri Qurandan (Bakı, “Çıraq” nəşriyyatı, 2004) iqtibas edilmişdir və mənim
rus dilindən tərcümə etdiyim şərhdə “peyğəmbərliyin həyata keçirilməsi” və ya
“peyğəmbərliyin gerçəkləşməsi” ifadəsi ayədə (həmin tərcümədə) “xəbər verilən
aqibət” kimi çevrilmişdir. F.S.
[4] Bu ayə,
etiqad prinsipləri ilə əlaqədar, Əs-Səədi təfsirinin rus dilindəki mətnindən sərbəst
çevrilmişdir. F.S.
[5] Gizli, yəni səssizcə,
başqalarına bildirmədən və nümayiş etdirmədən. F.S.
[6] Bir başqa təfsirdə isə İbn Abbasdan (r. a) rəvayət
edilən bir hədisdə o (r.a.), bu ayə haqqında belə demişdir: “Allah (c. c), bu ayədə
verdiyi örnək kimi təmiz torpağı möminə, yararsız torpağı isə kafirə
bənzətmişdir”. Yəni, mömin gözəl və tez bitki yetişdirən torpaq kimidir.
Kafir isə bitkilərin çətinliklə bitdiyi yararsız torpağa bənzəyir. “Müfəssəl
Təfsir”, Abdulvahid Mətin (İQRA 2. 0), 2004, İstanbul, abdulvahidmetin@mynet.com. Tərc. F.S.
Комментариев нет:
Отправить комментарий