вторник, 3 июля 2012 г.
Ə.N. əs-Səədi. Təfsir. II c. 5.12-5.31. ayələr
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾﭿ ﮀ ﮁ
ﮂ ﮃﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙﮚ ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ ﮠ ﮡ
ﮢ ﮣ ﮤ
(5.12) “Allah
İsrail oğulları ilə əhd bağlamışdı. Biz onların arasında on iki başçı müəyyənləşdirdik.
Allah buyurdu: “Mən sizinləyəm. Siz namaz qılsanız və zəkat versəniz, Mənim
elçilərimə iman gətirsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz,
Mən sizin günahlarınızı bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil
edərəm. Bundan sonra sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar”.
Fövqəluca Allah bildirir ki, İsrail oğulları Onunla
mühüm və məsuliyyətli bir əhd bağlamışdılar. O, ayədə onlarla bağladığı əhdin və
mükafatın mahiyyətindən bəhs edir. Həmin mükafat onlara vədlərinə sadiq qaldıqları
halda veriləcəkdi. Allah həmçinin onların, verdikləri vədi pozarlarsa, batacaqları
günahın ağırlığından da xəbər verir. Elə
oldu ki, onlar bu əhdlərini də pozdular və buna görə, daha sonra Allah
onların məruz qoyulduqları cəzadan bəhs edir.
Allah İsrail oğullarından mühüm bir vəd almış və
onların içindən on iki nəfər başçı ucaltmışdı. Onlar tabeliklərində olan
insanların üzərində hakimiyyətə malik idilər, onlara nəzarət edir və onları öz
vəzifələrini yerinə yetirməyə dəvət edirdilər. Bu başçıların çiyninə ağır yük
qoyulmuşdu və buna görə, Allah onlara söz vermişdi ki, onlarla olacaq, yəni
onlara kömək edəcək və yardım göstərəcək. Şübhəsiz ki, ediləcək köməyin ölçüsü
onların vəzifələri ilə müəyyənləşdirilirdi.
Sonra Allah İsrail oğullarından aldığı söz haqqında
xəbər verir. Onlara əmr olunmuşdu ki, bütün həyatları boyu, tələb olunan bütün
zəruri ehkamları yerinə yetirərək
canla-başla namaz qılmalı və zəkatı sədəqə almaq haqqı olanlara verməli
idilər. Bununla yanaşı onlar Allahın bütün elçilərinə və onların arasında ən
yaxşısı və ləyaqətlisi olan Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı
olsun!) iman gətirməliydilər. Onlara əmr olunmuşdu ki, elçilərə kömək etsinlər,
yəni, ehtiramla yanaşsınlar, lazımi hörmət göstərsinlər və layiqincə onlara itaətkarlıq
etsinlər. İsrail övladlarına həm də əmr edilmişdi ki, Allaha gözəl borc versinlər,
yəni yaxşılıq etsinlər və halal yolla qazandıqları gəlirlərindən xoş niyyətlə sədəqə
paylasınlar.
Onlara vəd edilmişdi ki, öhdələrinə götürdükləri vəzifələrini
yerinə yetirsələr, Allah onların günahlarını hökmən bağışlayar və onları çaylar
axan Cənnət bağlarına daxil edər. Allah onları görmədikləri hər cür nemətlərin
cəmləşdirildiyi Cənnətə daxil edərək, onlara bütün arzu etdiklərini verəcəyini
və günahlarını bağışlayaraq və günahlara görə onları gözləyən cəzadan
qoruyaraq, istənilən xoşagəlməz şeylərdən xilas edəcəyini vəd etmişdi.
Onlara bəyan edilmişdi ki, içdikləri and və üzərilərinə
götürdükləri öhdəliklərlə və onlara əlavə olaraq vəd edilmiş mükafatla təsdiq
edilən əhd bağlandıqdan sonra iman gətirməkdən boyun qaçırsalar, açıq-aydın
azğınlıq içində qalacaqlar. Onlar bunu artıq şüurlu surətdə edəcəklər və ona
görə də azğınların məruz qalacağı nə varsa, onlara düçar olacaq. Onlar
mükafatdan məhrum ediləcək və məşəqqətlərə məhkum olunacaqlar.
İsrail oğullarının özlərini sonradan necə
apardıqlarını bilmək yaxşı olardı. Onlar öhdəliklərini yerinə yetirdilərmi?
Verdikləri vədi pozdularmı? Sanki bu suallara cavab verərək, sonra Allah
açıqlayır ki, onlar öz Rəbbi qarşısında əhdi pozdular.
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ
ﮯ ﮰﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡﯢ ﯣ
ﯤ ﯥﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ
(5.13) “Əhdi
pozduqlarına görə Biz onları lənətlədik və ürəklərini codlaşdırdıq. Onlar sözlərin
yerini dəyişərək onları təhrif edir və onlara öyrədilənin bir qismini yaddan
çıxartmışlar. Sən hər dəfə, bəziləri istisna olmaqla, onların xəyanəti ilə
rastlaşacaqsan. Onları bağışla və alicənablıq göstər, çünki Allah xeyirxahlıq
edənləri sevir”.
İsrail oğulları əhdi pozdular və buna görə də Allah
onları eyni vaxtda bir neçə cəzaya məhkum etdi.
Birincisi, O, onları lənətləyərək Öz mərhəmətindən
uzaqlaşdırdı. Onlar Allaha verdikləri vədi yerinə yetirmədikdə öz qarşılarında
olan mərhəmət qapısını bağladılar, çünki onun yerinə yetirilməsi Allahın mərhəmətinə layiq olmağa imkan verən ən
böyük amil idi.
İkincisi, O, onların ürəklərini o qədər codlaşdırdı[1] ki,
heç bir dəvət və öyüd-nəsihət artıq onlara kar etmir, fayda vermirdi. Allahın
ayələri və nəsihətləri onlara təsir etmirdi, odlu çağırışlar onlarda heç bir həvəs
doğurmurdu, qorxuducu xəbərdarlıqlar isə onları dəhşətə gətirmirdi. Bu, qulun məruz
qoyula biləcəyi ən ağır cəzalardan biri idi, çünki onun qəlbi elə bir vəziyyətə
gətirilmişdi ki, belə hallarda, hətta ən doğru təlimatlar və xeyirxah nəsihətlər
də onda yaramazlıqlardan başqa bir şey doğurmur.
Üçüncüsü, onlar tovlanmışdılar və Allahın kəlamlarını
və Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) həmin sözlərə
verdikləri mənaları təhrif etməyə başlamışdılar.
Dördüncüsü, onlar onlara xəbər verilənlərin böyük
bir hissəsini yaddan çıxarmışdılar. Bu o deməkdir ki, onlar Tövratda nazil
edilənlərdən və Musa peyğəmbərə (s) vəhy olunanlardan çox şeyləri unutmuş və
itirmişdilər. Allah bunlardan əksəriyyətini, törətdikləri azğınlıqlara görə, cəza
olaraq, onlara unutdurmuşdur. Beləliklə, əgər Kitab əhli onların Kitablarında
nazil edilmiş bəzi vəhyləri və ya o zamanlar baş vermiş bəzi hadisələri inkar
edirlərsə, onda həmin məlumatlar onların unutduqlarına aid edilməlidir.
Beşincisi, onlar həmişəlik satqınlıq və xəyanətkar əməllər
törətməyə məhkum edilmişdilər. Buna görə də onlar Allaha və Onun iman sahibləri
olan qullarına xəyanətkarlıq edirdilər. Onların satqınlığının və xəyanətkarlığının
ən dəhşətli təzahürlərindən biri də onlara inanan şəxslərdən həqiqəti gizlətmələri
idi. Onlar istəyirdilər ki, insanlar kafir olaraq qalsınlar, bu isə onların tərəfindən
ən böyük xainlikdi.
Bu pozğunluq sifətləri özünü İsrail oğullarına
oxşadan hər kəsə xas olan keyfiyyətlərdir. Əgər insan Allahın ona yerinə
yetirməyi buyurduğunu etmirsə və öz öhdəsinə götürdüyü vəzifələri icra etmirsə,
o, özü özünü lənətlənməyə məhkum etmiş olur və qəlbi isə daşa çevrilir. O,
aldanmağa meyl edir və Rəbbinin sözlərini təhrif etməyə başlayır. Allah ona düz
yol tapmağa kömək etmir və o, ona vaxtilə verilmiş öyüd-nəsihətlərin çoxunu
yaddan çıxarır. Bununla yanaşı, belə bir insan hökmən satqına və xəyanətkara
çevrilir. Biz isə Allahdan bizi bundan qorumasını diləyirik!
Fövqəluca Allah dini nəsihətləri qismət adlandırır,
çünki onlar insanın payına düşən taleyidir. Bütün yerdə qalan nemətlər isə
insana bu dünyada nəsib olanlardır. Fövqəluca Allah buyurur: “Qarun öz zinəti içində xalqının qarşısına çıxdı.
Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də
veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir” (Qəsəs, 28/79).
İnsana fayda verən qismətdən bəhs edərək, Fövqəluca
Allah buyurur: “Bu isə ancaq
səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət, 41/35).
O, sonra buyurur ki, yəhudilərdən ancaq bəziləri əhdə
sadiq qaldılar. Rəbb onlara yardım etdi və onları düz yolla apardı. Daha sonra
Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onların ona
(ona Allahın salavatı və salamı olsun!) qarşı törətdikləri haqsızlığı və təhqirləri
bağışlamaq olarsa, onlara bağışlasın, çünki alicənablıq – xeyirxahlıqdır, Allah
isə yaxşılıq edənləri sevir.
Allaha münasibətdə xeyirxahlıq dedikdə, Ona edilən
elə bir ibadət nəzərdə tutulur ki, bu zaman insan sanki Onu görür, əgər o, Onu
görmürsə də, Allah onsuz da onu görür. Məxluqlarla bağlı münasibətdə isə
xeyirxahlıq adı altında onlara mənəvi və dünyəvi işlərdə fayda verməyə can
atmaq başa düşülür.
ﭑﭒﭓﭔﭕﭖﭗ ﭘ ﭙ
ﭚ ﭛ ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣﭤﭥ ﭦﭧ ﭨﭩﭪ ﭫ
(5.14) “Biz
“Biz xristianlarıq” deyənlərdən də əhd almışdıq. Onlar yadlarına salınanın bir
qismini unutduqları üçün Biz onların arasında Qiyamət gününədək düşmənçilik və
nifrət oyatdıq. Allah onlara törətdiklərini xatırladacaqdır”.
Allah əhdi təkcə yəhudilərlə bağlamamışdı. O, özlərini
Məryəm oğlu İsanın (ə) ardıcılları hesab edən şəxslərlə də əhd kəsmişdi. Onlar
bəyan edirlər ki, Allaha və Onun elçilərinə və onların dəvət etdikləri hər şeyə
iman gətiriblər, lakin onlar öz vədlərini pozdular, onlara verilən nəsihətlərin
çoxunu yaddan çıxarıb, biliklərini itirdilər və müvafiq hökmləri yerinə yetirmədilər.
Allah da onların arasına elə bir düşmənçilik və kin-küdurət saldı ki, Məhşər
gününə qədər onlardan xilas ola bilməyəcəklər. Onların bir hissəsi digərlərini
özlərinə tabe edir və aralarında ədavət və nifrət hissi baş qaldırır. Onlar bir
biriləri ilə düşmənçilik edəcək, bir birinə nifrət bəsləyəcək, bir birinə düşməncəsinə
baxacaq və aralarındakı nifaqdan əziyyət çəkəcəklər. Çox tezliklə isə Allah
onların bütün törətdiklərini yadlarına salacaq və onları cəzalandıracaq.
ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(5.15) “Ey
Kitab əhli! Sizin Kitabdan gizlətdiklərinizin çoxunu sizə açıqlayan və çoxunun da
üstündən keçən Elçimiz yanınıza gəlmişdir. Sizə Allahın Nuru və açıq-aşkar
Kitab gəlmişdir”.
Allahın yəhudilər və xristianlarla bağladığı əhdi
barədə, çox az bir qisim insanlar istisna olmaqla, qalanlarının vədlərini
pozduqlarını xatırlatmasından sonra Fövqəluca Allah onlara Muhəmməd Peyğəmbərə (ona
Allahın salavatı və salamı olsun!) iman gətirmələrini əmr edir və onun (ona
Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyini sübut edən təkzibolunmaz
dəlillər gətirir. Bu dəlillərin gerçəkliyinin əsasında Peyğəmbərin (ona Allahın
salavatı və salamı olsun!) onların insanlardan, hətta öz nadan dindaşlarından
belə gizlətdikləri bir çox şeyləri özlərinə açıqlaması faktı dururdu. Onlar elmə
malik olanlar sayılırdılar və onlardan başqa heç kim onların bildiklərini
bilmirdilər. Eyni zamanda, bu biliklərə nail olmaq istəyən hər kəs ancaq
onların vasitəsilə bunu əldə edə bilərdi.
Allahın Elçisi (ona Allahın salavatı və salamı
olsun!) bu Əzəmətli Quranı gətirərək, onun köməyi ilə Kitab əhlinin öz
aralarında gizlətdiklərindən çox şeyləri izah etdi. O (ona Allahın salavatı və
salamı olsun!), yazıb-oxumağı bilməyən bir insandı ki, bu özü də onun (ona
Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini təsdiq edən inandırıcı dəlillərdən
biriydi. Kitab əhlinin gizlətdikləri biliklər arasında Muhəmməd Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun!) təsviri, onun gələcəyi haqqında onların Müqəddəs
Kitablarında xatırlanan peyğəmbərlərin öncədən xəbər verdikləri və həmçinin
zinakarların daşqalaq edilməsi haqqında ayə və bir çox başqa şeylər var idi.
Allah bildirir ki, Muhəmməd Peyğəmbər (ona Allahın
salavatı və salamı olsun!) deyilməsi məqsədəuyğun olmayan məsələlər haqqında
açıqlama verməkdən vaz keçirdi. O (ona Allahın salavatı və salamı olsun!),
Allahdan insanlara Nur, yəni Müqəddəs Quran gətirmişdi ki, onun sayəsində
nadanlıq və azğınlıq zülmətində haqq yolu işıqlandırırdı. Bu Aydın Kitabda
insanların ehtiyac duyduqları bütün dini və dünyəvi məsələlər öz izahını
tapmışdı. Onda Allah, Onun adları, sifətləri və əməlləri haqqında biliklər və həmçinin
dini qanunlar, ədalətli mükafatlandırma və cəzalandırma qanunları cəmlənmişdi.
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎﮏﮐﮑﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ
(5.16) “Allah Onu
razı salmağa can atanları onun vasitəsilə əmin-amanlıq yolları ilə aparır. O,
Öz İradəsi ilə onları qaranlıqlardan aydınlığa çıxarıb doğru yola yönəldir”.
Fövqəluca Allah ayədə bu Quranı rəhbər tutan
insanlar və Allahın qulunun buna nail olmaq üçün hansı keyfiyyətlərə malik
olması haqqında xəbər verir. Allah, Onun iltifatını qazanmaq ümidi ilə səy göstərən
və insana cəzalardan xilas olmağa və Səadət Diyarına düşməyə imkan verən sülh
yolunu tapmağa çalışanları doğru yola yönəldir. Bu, özünü düzgün biliklər əldə
etməklə və onları bütövlükdə və xüsusilə həyata keçirməklə göstərir. Allah bu
yollarla gedənləri imansızlıq, bidətçilik, itaətsizlik, nadanlıq zülmətlərindən
çıxarib, iman, Sünnə, itaətkarlıq, elm, Fövqəluca Allahı zikr etmə nuruna yönəldir.
Bütün bunlara ancaq Allahın öyüd-nəsihəti sayəsində nail olmaq mümkündür, çünki
təkcə Onun istədiyi baş verir, Onun istəmədiyi bir şey isə baş verə bilməz.
ﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ ﮠ ﮡﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜﯝ
ﯞ ﯟ ﯠﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
(5.17) “Şübhəsiz
ki, Məryəm oğlu Məsih – Allahdır” – deyənlər kafirdirlər. De: “Əgər O, Məryəmin
oğlu Məsihi, onun anasını və bütün yerdə olanları məhv etmək istəsəydi, kim
Allaha bir az da olsa, maneçilik törədə bilərdi?” Allah göylərin, yerin və
onların arasında olanlar üzərində hökmrandır. O, istədiyini xəlq edir. Allah hər
şeyə qadirdir!”
Əvvəlki hər iki Kitab əhlinin Allahla əhd bağlaması
və sonradan onu pozması barəsində xatırlatdıqdan sonra, Fövqəluca Allah onların
bir sıra yaramaz ifadələrini sadalayır.
Xristianlar elə sözlər danışırlar ki, onları
başqaları söyləmir. Onlar Məryəm oğlu Məsihi Allah hesab edirlər və pozğun
baxışlarını onun atasız doğulması ilə izah edirlər. Lakin onlar unudurlar ki, Həvva
bu cəhətdən Məsihə bənzəyir, axı o, dünyaya anasız gəlmişdir, Adəm isə hətta
ondan daha da üstündür, çünki o, atasız və anasız xəlq edilmişdir. Onda bəs
onlar niyə hər ikisini Allah saymırlar, amma Məsihi ilahiləşdirirlər?
Buradan belə çıxır ki, xristianlar heç bir
inandırıcı dəlil, hətta şübhə doğuran sübutlar belə olmadan öz istədiklərini qəbul
edirlər. Allah onların iddialarını Özünün aydın məntiqi dəlilləri ilə təkzib edərək
deyir ki, nə Məsih, nə onun anası, nə də Yerin digər sakinləri, Allah onları məhv
etmək istəsə, özlərini heç bir vasitə ilə müdafiə edə bilməzlər. Əgər kimsə
müsibətdən qorunmağa və özünü məhv olmaqdan xilas etməyə qabil deyilsə, o,
ilahiləşdirilməyə layiq deyildir.
Yenə bir məntiqi dəlil ondan ibarətdir ki, Allah
göylərin, yerin və onların arasında olan nə varsa hamısının üzərində mütləq
hakimiyyətə malikdir. O, Kainatı Öz Qədərinin, dininin qanunlarına, ədalətli əvəzalma
qanunlarına uyğun olaraq idarə edir. Bütün məxluqlar Ona məxsusdur və Onun İradəsinə
tabedirlər. Məgər öz Rəbbinə mənsub olan aciz qul Allah ola və heç bir ehtiyac
hiss etməyə bilərmi? Həqiqətən, belə bir şey qətiyyən mümkün deyil.
Xristianlar Məryəm oğlu İsanın (ə) atasız dünyaya gəlməsinə
təəccüb etməməlidirlər, çünki Allah istədiyini yaradır. O, istədikdə,
insanlar ata və analarından dünyaya gəlirlər ki, bu da Adəmin nəsillərinin əksəriyyəti
ilə baş verir. Əgər O, lazım bilsə, insan dünyaya ata-anasız da gələr, buna
misal Həvvadır. Əgər O, lazım bilsə, insan atası olmadan anasından doğula bilər
ki, buna da misal İsa əleyhissalamdır. Əgər Allah istəyərsə, insan dünyaya
ata-anasız da gələ bilər. Adəmin yaradılması da buna nümunədir. Fövqəluca
Allah Öz məxluqlarını müxtəlif yaratmışdır, çünki Onun İradəsi sözsüz icra
edilir və Onun üçün mümkün olmayan bir şey yoxdur.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ
ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ
ﭢﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰﭱﭲﭳ ﭴ
(5.18) “Yəhudilər
və xristianlar dedilər: “Biz Allahın oğullarıyıq və Onun sevimliləriyik”.
De: “Bəs o, sizə günahlarınıza görə niyə əziyyət verir? Xeyir! Siz Onun
yaratdığı insanlardan ancaq birisiniz. O, kimi istəyirsə, bağışlayır, kimi də
istəyirsə, əziyyətə salır. Göylər, Yer və onların arasında olanlar Allahın mülküdür və axırda qayıdış Onadır”.
Yəhudilər və xristianlar özlərini günahsız insanlar
hesab edir, Allahın oğulları və Onun sevimliləri olmalarını yalandan iddia
edirlər. Onların dilində sevilən bir insanı oğul adlandırmaq olar, onlar isə
özlərini birbaşa mənada Allahın oğulları saymırlar. Kitab əhlindən heç kim belə
bir söz işlətmir, təkcə xristianlar Məsihi birmənalı olaraq Allahın Oğlu kimi qəbul
edirlər.
Allah onların əsassız iddialarını rədd edərək, Öz
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onlara desin: “Bəs
Allah sizi günahlarınıza görə niyə cəzalandırır? Əgər siz Onun sevimliləri
olsaydınız, O sizi cəzalandırmazdı. Bilin ki, Allah ancaq xeyirxah işlər görənləri
sevir. Siz isə adi insanlarsınız və Allahın ədalətli qanunlarına və Onun rəhmliliyinə
uyğun olaraq mühakimə ediləcəksiniz. Allah istədiyi kəsi bağışlayır, istədiyini
də cəzalandırır. Bu isə sizin əməllərinizdən asılı olacaqdır və məhz onların nəticəsi
kimi bağışlanmaya və ya cəzalandırılmaya layiq görüləcəksiniz. Allah göylərdə,
Yerdə və onların arasında olanların üzərində mütləq Hakimiyyət Sahibidir və biz
hamımız Onun yanına qayıtmalıyıq. Əgər siz qullarımızdan birisisinizsə, onda nəyin
əsasında digər insanlardan üstün olduğunuz fikrinə düşmüşsünüz? Siz hamınız
Axirət həyatında Allaha qaytarılacaqsanız və öz əməllərinizə müvafiq əvəz
alacaqsınız”.
ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇﮈ
ﮉ ﮊ ﮋ
ﮌﮍ ﮎ ﮏ ﮐ
ﮑ ﮒ
ﮓ
(5.19) “Ey
Kitab əhli! Elçilərin olmadığı dövrdən sonra, Elçimiz sizə bəyan etmək üçün
yanınıza gəlmişdir ki, bir daha deməyəsiniz: “Bizə müjdə verən və xəbərdarlıq
edən gəlməmişdir”. Artıq müjdəçi və xəbərdarlıq edən nəsihətçi gəlmişdir.
Allah hər şeyə qadirdir”.
Pak və Fövqəluca Allah Kitab əhlinə lütfkarlığını
göstərərək, onlara Müqəddəs Kitabını nazil etmişdi. O, onları Muhəmməd Peyğəmbərə
(ona Allahın salavatı və salamı olsun!) iman gətirməyə və insanların möhkəm
ehtiyac duyduğu bir şəraitdə, bəşəriyyətə elçilərin gəlmədiyi dövrdə, O, onlara
Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) göndərdiyi üçün Ona minnətdar
olmağa dəvət etmişdi.
Belə vəziyyət insanları Allahın Elçisinə (ona
Allahın salavatı və salamı olsun!) iman gətirməyə məcbur edir, çünki o (ona
Allahın salavatı və salamı olsun!) onlara Allahın məqsədini və dini hökmləri
izah edirdi. Allah həqiqəti Öz qullarına çatdırmışdı ki, onlar sonradan
narazılıq edərək: “bizə müjdə verən və xəbərdarlıq edən bir nəsihətçi gəlməmişdir”
– deməsinlər. Müjdəçi və nəsihətçi artıq gəlmişdir. O (ona Allahın salavatı və
salamı olsun!) onları həm bu dünyada və həm də Axirətdə mükafatlandırılacaqları
xəbəri ilə sevindirdi, onlara mükafata layiq görüləcəkləri əməlləri bir-bir
izah etdi, möminlərin məziyyətlərini təsvir edərək, onları həm bu dünyada və həm
də ölümdən sonra cəzalandırılma haqqında da xəbərdarlıq etdi, insanları məşəqqətə
məhkum edən əməlləri törətməkdən çəkindirdi və günahkarların xüsusiyyətlərini
izah edib anlatdı.
Allah hər şeyin hakimidir. Bütün məxluqlar, istəsələr
də, istəməsələr də Ona tabedirlər, çünki O, elə bir qüdrət Sahibidir ki, heç
bir şey Ona müqavimət göstərə bilməz. Allah Öz Qüdrəti sayəsində elçilər göndərmiş,
Kitablar nazil etmiş və onun sayəsində O, elçilərə itaət edənləri
mükafatlandırır, onlara saymamazlıq edənləri isə cəzalandırır.
ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ
(5.20) “Bir
vaxt Musa öz xalqına demişdi: “Ey xalqım! Allahın sizə mərhəmət göstərərək
aranızdan peyğəmbərlər yaratdığını və sizdən hökmdarlar qoyduğunu xatırlayın.
Aləmlərdən kimsəyə vermədiyini təkcə sizə əta etdi”.
ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ
(5.21)
“Ey xalqım! Allahın (bəxtinizə) yazdığı müqəddəs torpağa girin və geriyə
dönməyin, əgər dönsəniz zərərə uğrayarsınız”.
Allah Musaya (ə) və onun xalqına rəhm edərək onları
Firondan və misirlilərdən xilas edir. Allah onları əsirlikdən və qul olmaqdan
qurtarır və bundan sonra onlar öz vətənlərinə, doğma evlərinə yola düşürlər. Bu
ərazi Qüds və onun həndəvərləri idi. Onlar müqəddəs torpağa yaxınlaşdıqları
zaman, Allah onlara düşmənlərlə vuruşmağı və onları oradan qovub çıxarmağı əmr
edir. Musa (ə) öz qəbilədaşlarına öyüd verməyə başlayır və onlara nəsihət edir
ki, özlərində qüvvə tapıb düşmənlə döyüşsünlər. O (ə) deyir: “Allahın sizə göstərdiyi
mərhəməti yadınıza salın. Onu qəlbinizlə və dilinizlə xatırlayın ki, bu sizə
Allahı daha böyük məhəbbətlə sevməyə imkan versin və Ona ciddi-cəhdlə ibadət edəsiniz.
O, sizə peyğəmbərlər göndərir ki, sizi düz yola dəvət etsinlər və məhv olmaqdan
qorusunlar, sizi əbədi səadətə qovuşmağa ruhlandırırlar və bilmədiklərinizi sizə
öyrədirlər. O, sizi öz taleyini müstəqil həll edən hökmdarlar etmişdir. O, sizi
öz qullarına çevirmiş düşmənlərinizdən xilas etmiş və sizə müstəqil qərarlar qəbul
etmək, öz dininizə azad şəkildə etiqad etmək imkanı vermişdir. O, sizə mənəvi və
maddi nemətlər əta etmişdir ki, onları sizdən əvvəl heç kimə verməmişdi”.
Peyğəmbərin (ə) bu sözlərindən aydın olur ki, o uzaq
zamanlarda israillilər insanların ən yaxşılarından idilər və Allah da onları, hələ
heç kimin layiq görülmədiyi bol nemətlərlə şərəfləndirmişdi. Musa (ə) öz qəbilədaşlarına
Allahın onlara əta etdiyi maddi və mənəvi nemətləri xatırlatmaqla onları iman gətirməyə,
mətanət göstərməyə və Allah yolunda döyüşlərdə iştirak etməyə sövq etdirməliydi.
Sonra o (ə) onlara əmr edir ki, müqəddəs Qüds torpağına daxil olsunlar və
onlara bir xəbər də verir ki, əgər onlar həqiqətən də mömin idilərsə və Allahın
sözlərinin doğruluğuna inanırdılarsa, bu onların qəlbinə iman gətirməliydi. O (ə)
onlara xəbər verir ki, Allah artıq onların Qüdsü zəbt etməsini və düşmən üzərində
qələbəsini təyin etmişdir. Musa (ə) deyir: “Əgər siz geriyə çəkilsəniz, onda zərərçəkmişlər
kimi dönərsiniz. Maddi nemətlərdən məhrum olar, düşmənlər üzərində qələbəni əldən
verər və torpaqlarınızı geri qaytara bilməzsiniz. Bununla yanaşı siz Son həyatınızı
da itirərsiniz, çünki mükafatlarınızdan məhrum olaraq, özünüzü cəzalandırılmağa
məhkum edərsiniz”.
ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
(5.22) “Onlar
dedilər: “Ey Musa! Orada çox güclü adamlar yaşayırlar və onlar oradan çıxıb
getmədikcə biz oraya girmərik. Onlar oradan çıxsalar, biz ora girərik”.
İsraillilərin cavabı onların qorxaqlığına, ruh
düşkünlüyünə, Allahın və Onun elçisinin (ə) hökmlərinə sayğısız münasibət bəslədiklərinə
dəlalət edirdi. Onlar dedilər: “Ey Musa, bu yerdə güclü və cəsur insanlar
yaşayırlar və bu bizə oraya girməyə mane olur. Həmin insanlar oranı tərk etmədikcə,
biz o yerə ayaq basmarıq. Onlar oradan getsələr, biz oraya girərik”. Onlar
qorxaq adamlar idilər və qəti etiqad sahibi deyildilər. Əgər bu belə olmasaydı,
onlar başa düşərdilər ki, bütün insanlar – Adəmin nəsilləridir və ancaq Allahın
kömək göstərdikləri kəslər güclü olurlar, çünki Ondan başqa heç kimin gücü və
qüdrəti yoxdur. Onlar anlayardılar ki, Allahın Özünün vəd etdiyi qələbəni əldə
etməyi bacara bilərdilər.
WÓWTÎ gÜðSW¤
WÝYÚ WÝÿY¡PVÖ@
WÜéSTÊWWTÿ
WØWÅ<TßVK
JðS/@
WÙXä`~VÕWÆ
N
éSTÕS` @
SØXä`~VÕWÆ fW<Ö@
W¢MXWTÊ SâéSÙST<ÕfTTTW óØRÑPVTßXMWTÊ
&WÜéSYÕHTWTçÆ øVÕWÆWè JðY/@
Nv
éSTÕPV{WéWWTÊ ÜMX
ySÞRÒ WÜkYÞYÚ`ëQSÚ
(23)
(5.23) “Allahın mərhəmət göstərdiyi iki təqvalı
kişi dedilər: “Onların içinə darvazalardan girin. Siz oraya daxil olsanız, hökmən
qələbə çalarsınız. Əgər iman gətirənlərsinizsə, ancaq Allaha təvəkkül edin!”
Allahdan qorxan təkcə iki kişi öz xalqını doğma
torpaqları azad etmək üçün düşmənlə müharibəyə ruhlandırmağa başladılar. Allah
onlara iltifat göstərib onları doğru yola yönəldərək, həmin çətin anda lazım
olan sözləri onlara öyrətdi. Bununla yanaşı Allah onlara səbir və etiqad bəxş
etdi. Onlar dedilər: “Şəhərə darvazalarından soxulun və onda hökmən qalib gələrsiniz.
Düşmən üzərində üstünlük qazanmaq üçün, sizə təkcə qəti qərar qəbul etmək və
darvazalardan zorla içəri girmək kifayətdir. Siz şəhərə daxil olan kimi düşmən məğlub olacaq”. Sonra onlar öz
xalqına ən qüdrətli silahla silahlanmaq və Allaha təvəkkül etmək hökmü verdilər,
çünki Ona ümid bəsləmək, xüsusilə belə bir şəraitdə, tapşırığı yerinə yetirməyə
və düşmən üzərində qələbə qazanmağa kömək edir. Buradan aydın olur ki, mömin bəndə
Allaha təvəkkül etməlidir və qulun təvəkkülü onun imanının dərəcəsindən
asılıdır.
N
éRÖWTÎ uvøWªéSÙHTWTÿ
PVTßXM
ÝVÖ :fTTTäVÕS`VPTß
_TWTKV
QWÚ N
éSÚ
W $fTTTä~YÊ
pWå<¢@WTÊ ðßKV
WÐQSTW¤Wè
:ðYHTWÍWTÊ PVTßXM
WTÞSäHTTWå
fûèSYÅHTTWTÎ (24)
(5.24) “Onlar dedilər: “Ey Musa! Biz, onlar
orada qaldıqca, heç vaxt oraya getmərik. Sən Rəbbinlə gedib vuruşun, biz isə
burada oturacağıq”.
Heç bir nəsihət və məzəmmət israillilərə fayda vermədi
və onlar özlərini ən alçaq adamlar kimi apardılar. Onlar belə dedilər: “Ey
Musa! Şəhərin sakinləri orada qaldıqca biz oraya girmərik. Get öz Rəbbinlə döyüş,
biz isə bax burada oturacağıq!”
Öz peyğəmbərinə söylənilən bu sözlərdən və bəslənən
bu münasibətdən iyrənc və mənfur nə ola bilər?! Onlar bu rəftarı özləri çox
ağır vəziyyətdə olduqları bir vaxtda etmişdilər, halbuki şərait onlardan peyğəmbəri
müdafiə etməyi, gücə və qüdrətə malik olmağı tələb edirdi.
Bu və buna bənzər olan digər rəvayətlər Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) milləti ilə ondan əvvəlki
millətlərin arasındakı fərqi xüsusilə vurğulayır. Allahın Elçisi (ona Allahın
salavatı və salamı olsun!) öz səhabələri ilə məsləhətləşdikdə və onlara müşriklərlə
Bədr yaxınlığında vuruşmağı təklif etdikdə, o (ona Allahın salavatı və salamı
olsun!) öz qərarı üzərində israr etmədi və buna baxmayaraq, onlar dedilər: “Ey
Allahın Elçisi! Əgər sən dənizdən piyada keçib getmək istəsən, biz də səninlə bərabər
onu keçib gedərik. Sən döyüşə girmək istəsən, bir nəfərimiz də kənarda qalmaz.
Biz, Musanın qəbilədaşlarının ona: “Get öz Rəbbinlə döyüş, biz isə bax burada
oturacağıq” dediklərini sənə demərik. Get öz Rəbbinlə birlikdə döyüş və biz də
sizinlə birlikdə: qarşında və arxanda, səndən sağda və solda döyüşəcəyik”.
ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ ﭱ
(5.25) “O
dedi: “Ey Rəbbim! Hökmüm özümdən və qardaşımdan başqa kimsəyə təsir etmir. Bizimlə
o fasiq xalqın arasını Sən ayır”.
Musa peyğəmbər (ə) qəbilədaşlarının inadcıllığını
görəndə ucadan dedi: “Ey Rəbbim! Mən ancaq özümə və bir də qardaşıma hökm edə
bilirəm. Onlar düşmənləri ilə vuruşmaq istəmirlər, mən isə onları məcbur edə
bilmirəm. Bizi bu fasiq xalqdan ayır və İlahi müdrikliyinə müvafiq olan qaydada
Özün bizi mühakimə edib günahkarları cəzalandır”. Bu deyilənlərdən aydın olur
ki, israillilərin söylədikləri sözlər ağır günah idi və onları yoldan çıxmağa
və şərəfsizliyə salmışdı.
ﭲ ﭳ
ﭴ ﭵﭶ ﭷ
ﭸﭹ ﭺ ﭻ
ﭼﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ
(5.26) “O
dedi: “Elə isə ora onlara qırx il müddətinə qadağan olacaq. Onlar yer üzündə sərgərdan
gəzəcəklər. Fasiq kimsələrə görə kədərlənmə”.
Allah Musanın (ə) duasına qulaq asaraq, İsrail
oğullarını cəzalandırdı və onları müqəddəs şəhərə girməkdən məhrum edərək, onun
müddətini qırx il müəyyənləşdirdi. Bütün bu illər ərzində onlar doğru yol
tapmadan və rahatlıq bilmədən yer üzündə dolaşmalıydılar. Yəqin ki, bu cəza bu
dünyada israillilərin günahlarını yumalı və onları daha dəhşətli əzab-əziyyətdən
xilas etməli idi. Buradan belə çıxır ki, günaha görə cəza, mövcud nemətlərdən və
ya insanın artıq layiq olduğu lütfkarlıqdan məhrum edilməsi və yaxud da onun
daha sonrakı dövrə saxlanması kimi də ola bilər.
Ola bilsin ki, İsrail oğullarının sərgərdan gəzib
dolaşması ona görə belə çox uzadılmışdı ki, səbir və dözümlülükdən məhrum ürəklərində
doğmuş o dəhşətli sözləri işlədənlərin əksəriyyəti öləydi. Onlar artıq qul
olmağa alışmış və əzəmətlilik iddiasında olmayan insanlara çevrilmişdilər.
Allah istəyirdi ki, İsrail oğulları arasında düşmənlərini darmadağın etmək
arzusu ilə tərbiyə almış insanların yeni nəsli yaransın və insanları xoşbəxt
olmağa imkan verməyən quldarlıqdan və alçaldılmalardan xilas olsunlar.
Musa (ə) insanlara, o cümlədən, öz həmqəbilələrinə
qarşı olduqca mərhəmətliydi və Fövqəluca Allaha məlum idi ki, o, öz xalqına ürəyiyananlıq
edə bilər, onların məruz qaldığı cəzadan qüssələnə bilər, hətta onları artıq qəti
müəyyən olunmuş cəzadan qurtarmağı Ondan xahiş edə bilər. Buna görə Allah ona
günahkar xalqa görə kədərlənməyi və itaətdən boyun qaçıranlara acımağı qadağan etmişdi.
Onların belə cəzaya məruz qalmalarının səbəbi öz əxlaqsızlıqları idi, Allah
onlarla zalımcasına davranmırdı.
ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ
(5.27) “Adəmin
iki oğlu haqqında gerçək hekayəti onlara oxu. Budur, onların hər ikisi qurban
verdilər və o, onların ancaq birindən qəbul edildi, o birisindən isə qəbul
edilmədi. O dedi: “Mən hökmən səni öldürəcəyəm”. O biri isə dedi: “Həqiqətən,
Allah ancaq Ondan qorxanlardan qəbul edir”.
ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ
(5.28) “Əgər sən
məni öldürmək üçün əlini mənə uzatsan, mən onsuz da səni öldürmək üçün əlimi sənə
uzatmayacağam. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram”.
ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ ﯛﯜ
ﯝ ﯞ ﯟ ﯠ
(5.29) “Mən
istəyirəm ki, sən mənim günahımla və öz günahınla qayıdıb Od əhlinin arasına
düşəsən. Zalımlar belə əvəz alırlar”.
ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
(5.30) “Nəfsi
onu öz qardaşını öldürməyə sövq etdi və o, onu öldürərək zərərə düşənlərdən
biri oldu”.
ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ ﰁﰂ
ﰃ ﰄ ﰅ
ﰆ
(5.31) “Allah
qarğanı göndərdi ki, torpağı qazıb, qardaşının meyitini gizlətməyi ona göstərsin.
O, dedi: “Vay mənim halıma! Məgər mən bu qarğa kimi edib, qardaşımın meyitini
gizlədə bilmərəmmi?” Beləliklə, o, təəssüflənənlərdən biri oldu”.
Ey Muhəmməd! İnsanlara Adəmin iki oğlu arasında baş
verən hadisə haqqında həqiqəti danış ki, qoy istəyən hər kəs özü üçün ondan
faydalı bir nəticə çıxartsın. Doğruçu ol, yalan danışma, vicdanla danış və məzələnmə!
Tamamilə aydındır ki, söhbət Adəmin iki doğma
oğlundan gedir. Bu, ayənin mətninin mənasından da aydınlaşır və bu rəyi şərhçilərin
əksəriyyəti müdafiə edirlər. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı
olsun!) onların necə qurban verdiklərini və onun nə ilə nəticələndiyini
insanlara danışmağı əmr edir.
Adəmin iki oğlundan hər biri öz əmlakının bir hissəsini
Allaha yaxınlaşmaq üçün qurban verir, Uca Rəbb onlardan ancaq birinin qurbanını
qəbul edir. Onlar bu barədə ya göylərdən gələn açıqlama vasitəsilə və yaxud da
qədim xalqların mənimsədikləri adətlər vasitəsilə öyrənib bilirlər. Bu adətə
uyğun olaraq, Allah qurbanı qəbul etdikdə, göydən od püskürər və onu yandırardı.
Adəmin qurbanı qəbul olunmamış oğlunu paxıllıq və
acıq tutmuşdu və o, qardaşına dedi: “Mən səni öldürəcəyəm!” Qardaşı isə, ona ürəyi
yanaraq, dedi: “Allah qurbanı ancaq Ondan qorxan qullarından qəbul edir. Mən nə
günah etmişəm ki? Sən məni hansı cinayətə görə öldürmək istəyirsən? Yoxsa sən məni
Allahdan qorxduğuma görə öldürmək istəyirsən? Halbuki həm biz səninlə Onun
qarşısında qorxmalıyıq və həm də qalan məxluqlar qorxmalıdırlar”.
Qeyd edim ki, ən səhih təfsirlərə uyğun olaraq, xeyirxah
əməllər, onları Allah qarşısında qorxu hissi, səmimiyyətlə Onun xatirinə və
Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinə uyğun yerinə
yetirənlərdən qəbul edilir.
Sonra qəlbində Allah qorxusu Adəm oğlu qardaşına
deyir ki, o, ona hücum edərək və ya özünü müdafiə məqsədilə onu öldürməyəcək. O
belə deyir: “Əgər sən məni öldürməyə cəhd etsən, mən onsuz da əlimi uzadıb səni
öldürməyəcəyəm. Bunun səbəbi mənim qorxaqlığımda və ya zəifliyimdə deyil. İş
orasındadır ki, mən aləmlərin Rəbbi Allahdan qorxuram. İnsan Ondan qorxduqda
günah, xüsusilə onlardan ağırını işlətməz. Əgər sən qətl etməyə
hazırlaşırsansa, onda Allahdan qorxmalısan. Lakin iş o yerə çatsa ki, mən ya
öldürməli və ya sənin əlinlə öldürülməli olsam, onda mən ölməyi üstün tutaram.
Amma bu halda, sən həm özünün günahlarının və həm də mənim günahlarımın
ağırlığını öz üstünə götürməli olacaqsan və sonra da sən Cəhənnəm odunun sakinləri
arasına düşəcəksən. Zalımlıq edənlərin alacaqları əvəz belədir”.
Bu sözlərdən aydın olur ki, qətl ağır günahlara aiddir
və insanı Cəhənnəm cəzasına məhkum edir. Buna baxmayaraq, hətta belə sözlər də
cinayətkarı günah törətməkdən saxlamadı və o, qəti qərara gəldi ki qardaşını
öldürsün. Ona hətta elə gəldi ki, bu rəftar yüngül və düzgündür, hərçənd
Allahın qanunu və pak fitrət insan həyatının toxunulmazlığını göstərir. O öz
qardaşını öldürməklə öz həyatını həm bu dünyada və həm də axirətdə məhv edənlərdən
biri oldu.
O, birinci olaraq ondan sonra qətl törədənlərə yol
açdı və səhih hədisdə deyilir: “Kim
başqa insanlara pis nümunə göstərsə, onun həm öz günahlarının ağırlığı və həm də
onun nümunəsini Qiyamət gününə qədər davam etdirənlərin günahlarının ağırlığı
onun üstünə düşər”. Digər bir səhih hədisdə
də deyilir: “Hər dəfə bir
insanı qətlə yetirəndə axıdılan qanın bir hissəsi Adəmin birinci oğlunun üstünə
düşür, çünki qətllərə yol açan adamların birincisi o olmuşdur”.
Qardaşını öldürdükdən sonra o onun cəsədi ilə nə edəcəyini
bilmirdi, çünki qətl edilən Adəmin birinci oğlu idi ki, öldürülmüşdü. Belə
olduqda, Fövqəluca Allah onun yanına bir qarğa göndərir ki, yeri qazıb başqa
bir ölü qarğanı basdırsın. Beləliklə, O, ona qardaşının cəsədi ilə nə edəcəyini
göstərdi və elə onda da Adəmin oğlu törətdiyi əmələ peşman oldu. Həqiqətən, təəssüf
və zərər – bütün günahların nəticəsidir.
“Sava” sözü “bədənin örtülməli olan hissəsinə
deyilir”. Cəsədin belə adlandırılmasının səbəbi onun bir şeyə bürünməli
olduğuna işarədir.
Hörmətli Oxucu! Bəzi şərhlərin mətinlərində verilmiş ayələrin ərəbcəsi, şriftlə əlaqədar olaraq qarışıq hərflərlə düşüb ki, onları nəzərə almağınızı xahiş edirəm. F.S.
ОтветитьУдалить