Ə.N. əs-Səədi. Təfsir. II c. 7.123-7.146 ayələr
ﭚ ﭛ ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫﭬ
ﭭ ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ
(7.123) “Firon (onlara) dedi: “Mən sizə izin
vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu (sizin Musa ilə birlikdə gördüyünüz
işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək)
məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə
başınıza nə oyun açacağımı) biləcəksiniz!”
(7.124)
“Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”
Firon
sehrbazlara dedi: “Doğrudanmı siz mənim icazəm olmadan iman gətirdiniz? Siz çox
kobud rəftar etdiniz və mənə hörmətsizlik göstərdiniz!” Öz xalqını aldatmaq
üçün isə o, əlavə etdi: “Musa sizin hamınızdan yaşlıdır. O sizə sehrbazlığı öyrətmişdir
və siz onunla məkrli bir əlaqəyə girmişsiniz. Siz onunla əhd bağlamışsınız ki,
ona itaət edəsiniz və o da sizə qalib gəlsin. Siz onun ardınca getmək istəyirsiniz
və bütün xalqı və ya onun böyük bir hissəsini öz ardınızca aparasınız. Siz istəyirsiniz
ki, onları Misirdən çıxarıb aparasınız!”
Firon
gözəl bilirdi ki, o, yalan danışır və bu baş verən hadisələrdən xəbərdar
olanların hamısına məlum idi. Musa (ə) heç vaxt sehrbazların heç biri ilə
görüşməmişdi, axı onların hamısı Fironun əmrini icra edən carçıları tərəfindən
gətirilmişdilər. Bundan başqa,
sehrbazlar əllərindən gələni etmişdilər ki, Musaya (ə) qalib gəlsinlər, lakin o
(ə), insanlara Allahın möcüzəsini göstərdiyi üçün onlar aciz qalmışdılar. Onlar
həqiqəti aydınlaşdırdıqdan sonra, peyğəmbərin (ə) ardınca getdilər. Firon isə
onların əllərini və ayaqlarını çarpaz kəsdirəcəyi ilə hədələdi.
Zülmkar
günah sahibi qərara almışdı ki, iman gətirmiş sehrbazlar yer üzündə fəsad
yayırlar və onları fitnə-fəsadçılara verilən cəza ilə cəzalandırmağa – onların
sağ əllərini və sol ayaqlarını kəsdirməyə hazırlaşırdı. Bundan sonra o, onları
palma ağaclarında çarmıxa çəkdirmək və hər birinin bədənini nizələtdirmək
arzusundaydı. O, onların ancaq bir hissəsini edam etməklə qane olmayaraq, bütün
iman gətirənlərə divan tutmaq niyyətindəydi.
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ ﮐ
(7.125)
“(Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna
dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)”
(7.126)
“Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim
onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və
bizi müsəlman olaraq öldür!”
İman
gətirmiş sehrbazlar Fironun təhdidlərini dinlədikdən sonra dedilər: “Sənin verəcəyin
cəza bizi qorxutmur, çünki Allahın verəcəyi əvəz daha yaxşıdır və daimidir.
Bizimlə necə rəftar etmək istəyirsənsə, et. Ancaq de görək, sən niyə bizi
qınayırsan və qorxudursan, axı biz heç bir günah etməmişik. Biz bizə göstərilən
Rəbbimizin möcüzəsinə iman gətirmişik və əgər bu məzəmmət ediləsi və cəzalandırılası
günahdırsa, onda biz doğrudan da günahkarıq”.
Onlar
Allaha imanlarını möhkəmlətməsi və onlara böyük səbir bəxş etməsi üçün dua
etdilər. Belə şərhin xeyrinə dəlalət edən “səbir” (“dözümlülük”) sözünün burada
qeyri-müəyyənlik formasında verilməsidir. Onların doğrudan da böyük səbrə ehtiyacları var idi, çünki onların
qismətinə ağır sınaq düşmüşdü. Onlar həyatla vidalaşa bilərdilər və ancaq böyük
səbirlilik onlara səbat verə, ürəklərində imanı möhkəmlədə və onları
narahatçılıqdan xilas edə bilərdi. Onlar Allahdan xahiş etdilər ki, onları müsəlman
kimi – Ona itaətkar və Onun elçisinə (ə) sadiq olanlar kimi öldürsün.
Quran
ayələrinin aydın mənalarından məlum olur ki, Firon öz hədəsini icra etmişdi və Fövqəluca
Allah iman gətirmiş sehrbazların imanını ürəklərində möhkəmlətmişdi. Firona,
varlı əyanlara və onlara tabe olan şəhər camaatına gəldikdə isə onlar Allahın
möcüzələrinə təkəbbürlə yanaşdılar, haqları olmadan onları rədd etdilər. Onlar
hətta Fironu, Musanın (ə) təbliğatını yalan və yanlış zənn edərək, ona divan
tutmağa çağırdılar.
ﮑ
ﮒﮓ ﮔ
ﮕ ﮖ ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ ﮧ
(7.127)
“Firon tayfasının əyan-əşrəfi dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək,
həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon
onlara) belə cavab verdi: “Biz onların oğullarını (erkəklərini) öldürəcək,
qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq,
qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)”
Fironun
əyanları Allahın yoluna, gözəl əxlaqa və saleh əməllərə çağırışı fitnə-fəsadın
yayılması adlandırdılar. Əslində isə məhz bu əla keyfiyyətlər sayəsində yer
üzündə qayda-qanun yaradıla bilərdi. Kafir əyanları cinayətləri şərəfsizlik və
günah toxumları idi, lakin günahkarlar dedikləri sözləri üzərində düşünmürdülər.
Onlar Firona belə dedilər: “Doğrudanmı sən Musaya səndən və sənin ilahlarından
üz döndərməsinə imkan verəcəksən?! Doğrudanmı sən ona imkan verəcəksən ki,
insanları sənə itaət etməməyə çağırsın?”
Firon
isə belə cavab verdi: “Biz Musanı və İsrail oğullarını elə bir vəziyyətə
salacağıq ki, onlar bir daha öz sıralarını artıra bilməyəcək və bizim xalqımıza
zərər vura bilməyəcəklər. Biz onların oğullarını öldürəcək və qadınlarını isə
sağ buraxacağıq. Belə etməklə biz onlara çoxalmağa imkan verməyəcək və özümüzün
əmin-amanlığımızı təmin edəcəyik. Biz onlardan sağ qalanları istifadə edəcək və
istədiyimiz kimi onlara hökm verəcəyik. Biz onların üzərində böyük hakimiyyətə
malikik və onlar azadlıq əldə etməyəcəklər”. Həqiqətən də, bu, Fironun hədsiz
zalımlığının, təkəbbürünün və amansızlığının dəlillərindən idi.
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗﯘ ﯙ
ﯚ ﯛ
(7.128)
“Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır.
Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə
yüksək məqamlar) müttəqilərindir!” – dedi”.
Musa
peyğəmbər (ə) isə xalqına öyüd-nəsihət verərək onlara bildirirdi ki, onlar özləri
heç vaxt qismətlərinə yazılmış bu vəziyyətlərini özləri dəyişdirə bilməzlər və
ancaq Allahın köməyinə və yardımına ümid bəsləməlidirlər. Musa (ə) dedi: “Təkcə
Allahın sizə köməyi nəticəsində xoş günə çıxacağınıza və sizi şərdən
qoruyacağına inanın. Ona təvəkkül edin və Onun işinizi uğurla nəticələndirəcəyinə
inanın. Qismətinizə düşənlərə səbirlə dözün və halınızın yüngülləşəcəyinin
yaxın olduğunu gözləyin. Yer tamamilə Allaha məxsusdur və Fironun və ya onun ətrafındakılarının
mülkiyyəti deyil və buna görə də onlar uzun müddət özbaşınalıq edə bilməyəcəklər.
Allah yeri Öz qullarından istədiyinə vərəsəliyə verir. Torpaqlar bir xalqdan
başqasına Onun iradəsi və müdrikliyinə tam uyğun olaraq keçir[1],
lakin gözəl sonluq həmişə müttəqilərə məxsus olur. Onlar hətta çox ciddi və
uzunmüddətli sınaqlardan keçirilsələr də,
hökmən qalib gələcəklər”.
Bu
ayədə qulların bəzi vəzifələri açıqlanır. Əgər onlar zülmdən xilas olmaq üçün
kifayət qədər gücə malikdirlərsə, onda bunu etməlidirlər, lakin belə qüvvə
sahibi deyillərsə, onda səbir etməli və Allahdan kömək diləyərək, vəziyyətlərinin
yüngülləşməsini gözləməlidirlər.
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ
(7.129)
“(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də,
sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz
düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə
(özünüzü necə apardığınıza) baxacaq!”
İsrail
oğulları Fironun onları incitməsi ilə əlaqədar narazılıq edirdilər. Onlar peyğəmbərə
(ə) dedilər: “Sənin gəlişinə qədər də Fironun xalqı oğullarımızı öldürməklə və
qadınlarımızı diri saxlamaqla bizi cəzalandırırdı. İndi sən gəlmişsən, amma
onlar buna baxmayaraq bizə yenə də əzab-əziyyət verirlər”.
Musa
(ə) buna cavab olaraq tezliklə asanlıq və xilasa ümid etdiyini bildirdi: “Ola
bilsin ki, çox tezliklə Rəbbiniz düşmənlərinizi məhv etsin və sizə yer üzündə
hakimiyyət versin. Bu baş verən zaman, Rəbbiniz baxacaq görsün ki, siz minnətdarlıq
bildirəcəksiniz ya yox”. Vəd edilən müddət çatdıqda, Allah bu vədini həyata
keçirdi.
ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ ﯾ
(7.130)
“Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz
qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!”
Fövqəluca
Allah Musa ilə Firon tayfasının qarşıdurmasının son mərhələsində sonuncuların
başına gətirdiyi bəla və müsibətlərdən xəbər verir. Allah digər xalqlarla da
eynilə rəftar edirdi ki, onlar Ona itaət etsinlər.
Misirlilər
üçün quraqlıq illəri başlamışdı – Allah istəyirdi ki, onlar kafirliklərinə görə
tövbə etsinlər və başa düşsünlər ki, onlara düçar olmuş bədbəxtçilik Onun qəzəbinin
nəticəsidir. Lakin bu onlara heç bir fayda vermədi və onlar günah işlətməkdə və
fitnə-fəsad yaymaqda davam edirdilər.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖﭗ ﭘ ﭙ
ﭚ ﭛ
ﭜ ﭝ ﭞﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ ﭩ
(7.131)
“Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir
pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və
yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik)
Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!”
Onlar
məhsulu yığıb ərzaq tədarük edəndə Allaha minnətdarlıq etməkdən boyun
qaçırardılar və deyərdilər ki, bu bizim haqqımızdır. Onlar quraqlığa məruz
qalanda və məhsullarından məhrum olanda, bu bədbəxtliyi Musanın (ə) peyğəmbər gəlməsi
və İsrail oğullarının onun (ə) ardınca getmələri ilə əlaqələndirərdilər. Bu bəlaları
Allah öncədən onların qismətinə yazmışdı və onların danışdıqları sözlər
azğınlıq nəticəsiydi. Həqiqətən, bu müsibətlərin səbəbi onların günahları və
kafirliyiydi, lakin onların əksəriyyəti bunu bilmirdilər və buna görə də
onların bəyan etdikləri beləcə yanlış idi.
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ ﭶ
(7.132) “(Firon adamları Musaya) dedilər: “Sən
bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”
Onlar
öz yanlış baxışlarından əl çəkməyəcəklərinə Musanı (ə) inandırmağa çalışaraq,
deyirdilər: “Biz əminik ki, sən sehrbazsan, göstərdiyin hər hansı möcüzədən
asılı olmayaraq, o, sənin sehrbazlığına əminliyimizi daha da artırır. Biz sənə
heç vaxt inanmarıq və sənin təbliğ etdiklərini doğru saymarıq”.
Həqiqətən
də belə davranış ən yüksək inadkarlıqdır ki, təkcə kafirlərdə müşahidə edilə
bilər. Belə insanlar üçün artıq möcüzələrin nazil edilib-edilməməyinin heç bir
fərqi yoxdur.
ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ ﮄ
(7.133)
“Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat,
(evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar
yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular”.
Allah
misirlilərin üstünə tufan göndərdi və onun nəticəsində daşqın suları onların
bağlarını və əkinlərini basdı və onlara çox zərər vurdu. Sonra O, onların üstünə
meyvələrini, əkinlərini və bitkilərini məhv edən çəyirtkə göndərdi. Sonra
onlara bit basqınını düçar etdi.
Belə
bir rəy var ki, ərəb sözü olan “kummal” dedikdə, təzə çəyirtkə nəzərdə tutulur,
lakin tamamilə aydındır ki, ayədə bəhs edilən məhz adi bitlərin basqınıdır.
Sonra
Allah onların üstünə qurbağalar göndərir və onlar hətta misirlilərin qablarının
içinə girir və böyük zərər vururdular. Sonra O, onları qanla sınağa çəkdi. Ola
bilsin ki, qan onların burnundan axırdı, lakin müfəssirlər əksəriyyətlə hesab
edirdilər ki, Misirdə içməli su qana çevrilmişdi və bunun nəticəsində insanlar
ancaq qan içirdilər və yemək hazırlaya bilmirdilər.
Bu
aydın möcüzələrdən hər biri onların zalım yalançılar olmasını təsdiq edir və
Musanın (ə) təbliğ etdiklərinin hamısının həqiqət olduğunu sübuta yetirirdi.
Fironun xalqı bu möcüzələri təşəxxüslə inkar etdi – onlar əvvəllər də cinayətkar
xalq idilər. Buna görə Fövqəluca Allah onları cəzalandırılmaya məhkum etdi və
onlara azğınlıq içində əbədi olaraq sərgərdan gəzib dolaşmaq əmri verdi.
ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
(7.134) “Onlara əzab gəldikdə dedilər: “Ey
Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə
olan əhdi xatirinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz
hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri
yerə) göndərəcəyik”.
Bir
çox şərhçilərin rəyinə görə bu ayədə cəza adı altında taun yoluxucu xəstəliyi nəzərdə
tutulur. Digər bir rəyə görə isə bu ad altında yuxarıda rəvayət etdiyimiz möcüzələr
nəzərdə tutulur. Daşqın, çəyirtkə, bit, qurbağa basqını və həmçinin qanla
sınağa çəkilmə həqiqətən də cəzalandırılma idi.
Hər
dəfə misirlilərə cəza veriləndə, onlar Musaya (ə) yalvarırdılar ki, Allahın ona
(ə) nazil edəcəyinə söz verdiyi Vəhy və qanun xatirinə onlara havadar çıxsın.
Onlar bildirirdilər ki, əgər o (ə), onları cəzadan qurtararsa, onlar hökmən ona
(ə) iman gətirərlər və İsrail oğullarını onunla birlikdə buraxarlar. Lakin
onların sözləri yalan idi və onlar bu sözləri özlərinə düçar olmuş intiqamdan
yaxa qurtarmaq üçün deyirdilər. Onlar elə güman edirdilər ki, bu üsulla bir bəladan
xilas olsalar, artıq növbəti fəlakət onlara toxunmaz.
ﮝ ﮞ
ﮟ ﮠ ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ
(7.135)
“ Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular”.
Allah
Fironun xalqını bir bəlanın ardınca digər bəladan müəyyən müddətə xilas edirdi.
Bu əbədi deyil, müvəqqəti xilas idi. Bu yerinə yetirilən kimi fitnə-fəsadçılar
o saat Musaya (ə) verdikləri vədi yaddan çıxarırdılar. Onlar ona (ə) iman gətirəcəklərinə
və onu (ə) İsrail oğulları ilə birlikdə buraxacaqlarına vədə vermişdilər, amma
bunu etmirdilər. Bundan da başqa, onlar öz kafirliklərində kor-koranə dolaşır
və israillilərə əziyyət verirdilər.
ﮩ ﮪ
ﮫ ﮬ ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ
(7.136)
“Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız
yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
Kafirlərin
həlak edilməsi saatı yaxınlaşdıqda, Allah Musaya (ə) əmr etdi ki, gecənin
qaranlıq pərdəsi altında İsrail oğullarını Misirdən çıxarsın və onu (ə) xəbərdar
etdi ki, Firon öz döyüşçüləri ilə onları izləyəcək. Baş vermiş hadisəni bildikdən
sonra amansız hökmdar İsrail oğullarını təqib etmək üçün hazırlaşmağa başladı və
ölkəsinin bütün şəhərlərinə qoşun toplamağa öz əsgər yığanlarını göndərdi.
Fövqəluca
Allah buyurur: “Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O,
belə deyirdi:) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi
qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar
bizə qarşı qəzəblidirlər). Biz isə qüvvətli (yaxşı
silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!” Nəhayət,
Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar
etdik. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail
oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş
doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. İki
dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz
bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir.
O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə
vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının
soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ
kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz
sahilinə topladıq). Musa və onunla birlikdə olanların
hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik” (Şuəra,
26/53-66).
Günahkarlar,
Allahın möcüzələrini yalan saydıqlarına və bunların təsdiq etdiyi haqdan üz
döndərdiklərinə görə suya qərq edildilər.
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
(7.137) “Zəif (həşr) görünən o tayfanı (İsrail
oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına)
varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbir etdiklərinə görə Rəbbinin İsrail
övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun
camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kəhkəşanələri)
isə viran qoyduq”.
Yer
üzündə İsrail oğullarını zəif hesab edirdilər. Onlar Fironun xalqı tərəfindən əsarət
altına alınıb qul edilmişdilər, alçaldılmaya və əziyyətlərə dözürdülər. Lakin
Qüdrətli Allah onlara imkan verdi ki, Misirin Şərqində və Qərbində yerləşən
torpaqlara varis olsunlar. Əvvəllər bu yerlərdə onlar alçaldılmağa səbir
etmişdilər, indi isə Allah onları həmin yerlərin tamsəlahiyyətli sahibləri
etmişdi. Rəbbin İsrail oğulları haqqındakı gözəl sözü belə gerçəkləşdi. Həqiqətən,
onlar öz səbirliliyi ilə bu mükafata layiq idilər.
Burada
söhbət Musa peyğəmbərin (ə) öyüd-nəsihətindən gedir: “Musa öz tayfasına:
“Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini
onun varisi edər. Aqibət (dünyada zəfər, Axirətdə yüksək məqamlar) müttəqilərindir!”
– dedi” (Əraf, 7/128).
Fironun
və əyanlarının ucaltdıqları möhtəşəm qəsrlərə və dəbdəbəli saraylara gəldikdə
isə onların hamısı etdikləri zalımlığın əvəzi olaraq dağıdılmışdı. Həqiqətən də,
bütün bunlarda – bilik sahibi olanlar üçün bir rəmz vardır.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ ﭣ
ﭤﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
(7.138)
“Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan
bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə onların sitayiş
etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan
da, cahil bir tayfasınız!”
Firon
öz xalqı ilə birlikdə onları təqib edərkən, Allah İsrail oğullarını dənizdən
keçirdi. Sonra O, İsrail oğullarının gözü qarşısında kafirlərin qoşununu suda qərq
etdi. İsraillilər isə öz yollarına davam etdilər. Əhalisi ciddi-cəhdlə bütlərə
ibadət edən və onlardan xeyir-dua istəyən kəndlərin yanından keçərkən, İsrail
oğulları – öz ağılsızlıqlarından və nadanlıqlarından – Musadan (ə) xahiş etdilər
ki, onlar üçün də bir ilah müəyyənləşdirsin ki, onlar da bütlərə sitayiş edən
müşriklər kimi, ona ibadət etsinlər. Onlar bu xahişi – Allahın onlara bu qədər
möcüzələr göstərməsindən sonra istədikləri üçün, Musa (ə) onları cahil xalq
adlandırdı.
Öz
Rəbbi və Yaradanından xəbərsiz olan, Onu, yaratdıqları ilə, nə özlərinə, nə də
özgələrinə xeyir və ya zərər verə bilməyən, həyata, ölümə və dirilməyə sərəncam
çəkmək iqtidarı olmayan məxluqları ilə bərabər tutanlardan kim daha nadan və
cahil ola bilər?!!
ﭫ ﭬﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴﭵ
(7.139)
“Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər
isə puçdur!”
Bu
insanların etiqad etdikləri nə varsa məhv ediləcəkdir və onların etdikləri əməllər
əbəs olacaqdır. Onların duaları səmərəsiz, ilahları isə faydasızdır. Deməli,
onların əməlləri də, niyyətləri də yanlışdır.
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ ﭿ
(7.140)
“(Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün
etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”
Doğrudanmı,
O – Vahid Haqq İlah olduğu halda, mən sizə Allahdan başqa bir ilah göstərərəm?
O, ən gözəl sifətlərə malikdir və əməlləri qüsursuz yerinə yetirir. O, sizi
bütün məxluqlardan ucaltmışdır və siz Onun bu lütfkarlığına minnətdarlığınızı
bildirməlisiniz. Buna görə siz təkcə Ona ibadət etməli və Ondan başqa ibadət
edilənlərin hamısını rədd etməlisiniz.
ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆﮇﮈﮉ
ﮊﮋﮌﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ
(7.141)
“(Ey İsrail oğulları!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq.
Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə
xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük
bir sınaq idi”.
Fövqəluca
Allah İsrail oğullarına onları Firon və onun xalqından xilas edən zaman onlara
göstərdiyi lütfkarlığını xatırladır. Onlar İsrail oğullarını dəhşətli cəzalara
məruz qoyur, oğlan uşaqlarını öldürür və təkcə qadınlarını diri saxlayırdılar.
Lakin bu cəzadan xilas edilmənin özündə böyük bir sınaq və Rəbdən gələn böyük mərhəmət
var idi. Başqa bir şərhə görə isə böyük sınaq – Fironun və onun xalqının
israillilərə verdiyi məşəqqət idi.
ﮕ
ﮖ ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ ﮠﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭ ﮮ
(7.142)
“Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı
nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha
bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət
tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm
ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu
ilə getmə!”
Musa
(ə) təbliğat və nəsihət ilə öz xalqına müraciət etdikdə, onlar özləri üçün büt
təyin etməsini ondan (ə) xahiş etməkdən vaz keçdilər. Allah onlara rəhm edərək
onları düşməndən xilas etdi və yer üzündə onlara hakimiyyət bağışladı. Sonra O,
onlara yenə böyük bir nemət – Kitab nazil etdi ki, onda dini hökmlər və Allahın
ehkamlarına uyğun etiqad məsələləri izah edilirdi. Allah Musaya (ə) otuz gün təyin
etdi və bu müddətə bir on gün də əlavə etdi ki, Musa (ə) Allahın vədini icra
etməyə hazırlaşsın, israillilər də Səmavi Kitabın əhəmiyyətini dərk edərək, onu
şövqlə almaq istəyirdilər.
Musa
(ə) Allahın müəyyən etdiyi yerə gedərkən, o (ə) qayıdana qədər İsrail
oğullarına başçılıq etməyi qardaşı Haruna tapşırdı. Bu, onun (ə) öz xalqının
qayğısına qalmasına və ona mərhəmət göstərməsinə dəlil idi. O (ə) Haruna dedi:
“Mən qayıdana qədər İsrail oğullarını mən idarə etdiyim kimi idarə et. İnsaflı
ol, lakin günah işlədənlərə üzüyumşaqlıq göstərmə!”
ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙﯚﯛﯜﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤﯥﯦﯧﯨﯩ ﯪ ﯫﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼ
(7.143)
“Musa təyin etdiyimiz vaxtda (Sina dağına) gəldikdə Rəbbi onunla (arada heç bir
vasitə olmadan) danışdı. (Musa:) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə
baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər
o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli
etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb
düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan
uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni
görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi”.
Musa
(ə) Allahın ona (ə) Kitab nazil edəcəyi yerə gəldikdə, Qüdrətli Rəbb onunla (ə)
danışdı. Onun ilahi nitqi vəhylərdən, hökmlərdən və haramlardan ibarət idi. Müqəddəs
Peyğəmbər (ə) böyük şövqlə Onu görmək istəyirdi. Bu arzusu ilə vəcdə gələrək, o
(ə) Ondan Ona baxmasına imkan verməsini dilədi. Belə olduqda Allah ona (ə)
bildirdi ki, o (ə) Onu bu dünyada[2]
görə bilməz.
Xeyirxah
və Fövqəluca Rəbb məxluqları dünya həyatında Onu görə bilmək qabiliyyəti ilə yaratmamışdır,
lakin bu hələ heç də qətiyyən o demək deyildir ki, insanlar Onu Cənnətdə görə
bilməzlər. Quran mətnləri və Peyğəmbərin (ona Allahın salavatı və salamı
olsun!) hədisləri birmənalı olaraq təsdiq edir ki, Cənnət sakinləri öz Xeyirxah
və Fövqəluca Rəbbinin üzünü görə biləcəklər. Onlar Onun nəcib, alicənab çöhrəsinə
baxmaq imkanına malik olacaqlar, çünki O (Pak və Müqəddəs), onlara ən kamil sima bəxş edəcəkdir
ki, onun sayəsində cənnətdəkilər Onu görə biləcəklər. Məhz buna görə, şərh
etdiyimiz ayədə Allah buyurur ki, əgər O, Özünü dağa göstərdikdən sonra, dağ
yerində qalsa, Musa (ə) da Onu o zaman
görə bilər. Allah Özünü dağa göstərdikdən sonra, o sanki qum təpəciyi kimi ətrafa
səpələnib yox oldu. Nəhəng dağ öz Rəbbinin baxışından əzəmətli ehtizaza gəldi,
lakin bu sınağa dözə bilmədi. Musa (ə) bunu gördükdən sonra huşunu itirib yerə
yıxıldı.
Ayıldıqdan
sonra o (ə) başa düşdü ki, əgər Allahın baxışından dağ öz yerində dayana bilmədisə,
onda o (ə) buna heç vəchlə davam gətirə bilməz. O (ə) Allahdan yersiz xahişinə
görə üzr istədi və dedi: “Ey Rəbbim! Sən hər cür nöqsanlardan uzaqsan və Sənin əzəmətinə
yaraşmayan hər şeydən ucasan. Mən yol verdiyim günahlar üçün tövbə edir və Sənə
qarşı kifayət qədər ehtiram göstərmədiyimə görə üzr istəyirəm. Mən iman gətirənlərin
birincisi olacağam!” O (ə), əvvəllər onda olmayan bilikləri Allah ona (ə) agah
etdikdən sonra, öz imanını təzələməyi arzuladı.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ ﭟ
(7.144)
“O belə buyurdu: “Ey Musa! Mən Öz risalələrimlə və səninlə söhbət etməyimlə
insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi götür
və şükür edənlərdən ol!”[3]
Ey
Musa! Mən səni seçdim və çoxlarının layiq görülmədiyi böyük mərhə- mətimi sənə
göstərdim. Mən sənə təkcə ən yaxşıların layiq görüldüyü peyğəmbərlik əta etdim.
Mən səninlə vasitəçisiz söhbət etdim və
səni qardaşların olan elçilərdən fərqləndirdim. Sənə bəxş etdiklərimi qəbul et
və qəlbini nazil etdiyim hökmlər və haramlar üçün geniş aç. Onları itaətkarlıqla
qəbul edib sözünlə və əməlinlə təqdis et. Sənə ehsan etdiyim mərhəmətimə görə Mənə
minnətdarlıq et!
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ ﮛ
(7.145) “Biz onun üçün lövhələrdən hər şeydən,
moizə və təfsilata dair hər şeyi yazdıq. “Bundan möhkəm
yapış və ümmətinə də onun ən gözəl hökmlə- rindən yapışmağı
əmr et. Sizə fasiqlərin yurdunu göstərəcəyəm!”
(7.146)
“Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi
anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona
inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr,
onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri
və ondan qafil olma- larıdır”.
Biz
Allahın qullarının ehtiyacları olacağı bütün bilikləri lövhələrdə nazil etdik.
Onlarda xeyirxahlıq etməyə çağırış və cinayətlər törədilməməsi barədə xəbərdarlıq
var idi. Bu vəhylə yanaşı dini hökmləri, düzgün baxışları, gözəl əxlaqi keyfiyyətləri
və ünsiyyət qaydalarını izah etdik.
Fövqəluca
Allah buyurur: “Ey Musa! Bu hökmləri özün səylə və ciddi-cəhdlə yerinə yetir və
xalqına əmr et ki, onlar da dininin vacib və könüllü icra edilməsi tələb olunan
hökmlərini yerinə yetirsinlər, çünki bunlar yer üzündə ən gözəl qanunlardır”.
Bu
sözlərdən aydın olur ki, Allahın istənilən şəriətə dair peyğəmbərlərinə nazil etdiyi bütün hökmləri kamil,
ədalətli və gözəl olmuşdur.
Sonra
Allah bəyan edir ki, möminlərə günahkarların məskənlərini göstərəcək. Onlar məhv
edilmişdilər, amma onların yaşayış məskənləri sonrakı nəsillər üçün ibrət dərsi
olmalı idi. Lakin təəssüflər olsun ki, onların barəsində təkcə möhkəm etiqad
sahibi və öz Rəbbi qarşısında itaətkar olan möminlər düşünürlər. Qalan
insanlara gəldikdə isə, Fövqəluca Allah
bütün dünya üzünə səpələnmiş və onların özlərində olan möcüzələri dərk etməkdən
onları yayındırır və onlara Onun Kitabını düzgün anlamağa imkan vermir. Bu, Onun qullarına təkəbbürlə
yanaşanlardan, haqqı və onun təbliğatçılarını ötkəmliklə inkar edənlərdən
alınan qisasdır.
Belə
keyfiyyətlərə malik olan hər bir kəsi Fövqəluca Allah böyük nemətindən məhrum
edir, Öz köməyini ondan əsirgəyir və onu ona fayda verə bilən ayələrdən
uzaqlaşdırır. Belə də ola bilər ki, haqq belə adamın gözündə tərsinə çevrilər və
onda o, yanlış əməlləri xeyirxah əməllər kimi qəbul edər. Gördüyü möcüzələrdən
asılı olmayaraq, o, haqq dinə gəlməz, çünki onlardan üz döndərir, onlara
müqavimət göstərir, Allah və Onun elçisi (ə) ilə düşmənçilik edir. Onun
qarşısında Allaha və Allahın mərhəmət Məskəninə aparan doğru yol açıldıqda, o,
o yolla getməkdən boyun qaçırır. Ancaq bədbəxtlik Məskəninə aparan azğınlıq
yolu açıldıqda isə, o, o yola yönəlir və bunun səbəbi də ondadır ki, o, Allahın
möcüzələrini yalan saymış və onlara laqeyd yanaşmışdır. Məhz Allahın ayələrini
qəbul etməmə və onlara etinasızlıqla yanaşma onu azğınlıq yoluna salmış və haqq
yoldan boyun qaçırmağa məcbur etmişdir.
[1] Kursiv mənimdir. F.S.
[2] Yəni, hətta peyğəmbərin (ə)
belə bu maddi aləmdə Allahı görə bilməsi mümkünsüzdür. F.S.
[3] Ayənin
bu (Z.Bünyadov. və V.Məmmədəliyev.) variantında bir sıra kiçik təshihlərə yol
verilmişdir ki, bu da bu günədək “risalət” və onun təki olan “risalə” sözünün
Azərbaycan dilində qarşılığının mənaca tam sabitləşməməsi və birmənalı istilaha
çevrilməməsi ilə əlaqədardır. Risalət, sözün qrammatik formasından asılı
olmayaraq, ərəb dilindən, əsasən, “peyğəmbərlik” və ya “peyğəmbərlik vəzifəsi”
kimi və yaxud da “müraciətnamə”, “bəyanat” və bir sıra başqa mənalarda tərcümə
edilir ki, bu da onun çoxvariantlı anlaşılmasına səbəb olur. Ayələrin tərcüməsində
isə bu incəliklərə xüsusi diqqət yetirilməsi olduqca vacibdir. Məsələn, istifadə
etdiyimiz ayənin mətnində “risalələrimlə” sözü “risalətlərimlə” formasında
(-“t” ilə) verilmişdi. Halbuki həmin sözün “t” cəm formasında verilməsi Allahın
Musa peyğəmbərə (ə) bir sıra peyğəmbərliklər və ya Kitablar verməsi kimi başa
düşülə də bilər. Lakin Allah Musaya (ə) bir ali vəzifə - peyğəmbərlik və eyni
zamanda Tövratı bəxş edir və buna görə də, “onu götür” deyir. Ayənin şərhinin
doğru anlaşılması və istifadə edilmiş Quran tərcüməsinin özəlliyinin oxucu tərəfindən
nəzərə alınması məqsədilə mən bu qeydləri etmək məcburiyyəti qarşısındayam. Bir
məsələni də vurğulamaq yerinə düşərdi ki, böyük İslam alimi və müfəssiri Əbdürrəhman
əs-Səədinin bu məşhur əsəri Quranın əsli əsasında şərh edildiyi halda, sonrakı
tərcüməçilər, bəzən istər-istəməz, onun kitabını orijinallığını tam saxlamamış
tərcümələrin əsasında öz ana dillərinə çevirmək zəruriyyətində qalırlar ki, bu
onların üzərinə böyük məsuliyyət qoyur. Buna görə etiraf etmək lazımdır ki, bu
gün bu – dünya şöhrətli təfsirin dilimizə səlis və oxunaqlı tərzdə çevrilməsi və
əksər insanlarımız tərəfindən aydın başa düşülməsi üçün ölkədə indiyədək həyata
keçirilmiş Quran tərcümələrinin mətninə bəzi (imkan daxilində) təshihlər edilmədən
onların istifadəsini çətinləşdirir. Düşünürəm ki, Müqəddəs Quranın ölkəmizdəki
möhtərəm tərcüməçiləri Allahın Kitabının bu ilk geniş şərhinin Azərbaycan
dilində işıq üzü görməsi üçün Böyük Allah xatirinə etdiyim bir sıra təşəbbüsləri
nəzərə alıb, məni o qədər də çox qınamazlar. Həm olsun Allaha – aləmlərin Rəbbinə!
Onun xatirinə məzəmmət olunmaq da xoşdur! F.S.
Комментариев нет:
Отправить комментарий