Şeyx Muhəmməd
b. Saleh əl-Useyminin
TƏQDİMATI
Həmd yalnız Allaha məxsusdur.
Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə
və Qiyamət gününədək yaxşılıqda onların ardınca gedənlərə salavat və salam
olsun!
Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin
(Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan”
adlı əsəri özünə xas bir çox xüsusiyyətlərinə görə Quran təfsirlərinin ən
yaxşılarından biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi
asan və aydın ifadələrdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan,
düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadılmalardan və əlavələrdən çəkinilmişdir;
xatırlanmasına ehtiyac duyulan əsaslı ziddiyyətlərdən
başqa, digər ixtilaflı məsələlərə toxunulmamışdır. Kitabın bu xüsusiyyəti
oxucunun fikrini müəyyən bir məsələ üzərində cəmləşdirməyə imkan verir;
sifətlərlə bağlı ayələrdə Allahın hökmləri ilə ziddiyyət
təşkil edən təhrif və yozmalardan çəkinərək, sələfin yoluna istinad edilmişdir;
ayələrin nişan verdiyi fayda və hökmlərdən
çıxarılan nəticələrə dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsindəki
Davud (ə) və Süleyman (ə.) hekayətlərində və “Maidə” surəsində dəstəmaz
alınması ilə bağlı ayədə daha qabarıq şəkildə özünü göstərir. Müəllif bu ayədən
əlli hökm çıxarmışdır;
bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə
vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən bağışlama yolunu tut, yaxşı
iş görməyi əmr et və cahillərdən üz döndər”[1]
ayəsinin təfsirində aydın görünür.
Məhz bu özəlliklərinə görə, Quranın şərhinə dair
bir kitab almaq istəyən hər kəsə öz kitabxanasında bu qiymətli təfsir üçün yer
ayırmasını tövsiyə edirəm.
Fövqəluca Allahdan bu kitabın müəllifinə və onu
oxuyanlara yararlı olmasını arzu edirəm. Həqiqətən, O, Fövqəlsəxavətli və Bərəkət
Sahibidir. Muhəmməd Peyğəmbərə, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onların
ardınca gedənlərə salavat və salam olsun!
Muhəmməd
əs-Saleh əl-Useymin
15
ramazan 1416-cı hicri ili
Комментариев нет:
Отправить комментарий