Ə.N. əs-Səədi. Təfsir. II c.7.1- 7.26 . ayələr
\c
ƏL-ƏRAF
(SƏDD)
SURƏSİNİN ŞƏRHİ
ﭑ ﭒ
ﭓ
Mərhəmətli və Rəhmli
Allahın adı ilə!
ﭑ
ﭒ
ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ ﭞ ﭟ
ﭠ
(7.1)
“Əlif, Ləm, Mim, Sad”.
(7.2)
“Bu, (kafirləri Cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək
üçün sənə nazil edilən Kitabdır. (Ey Elçim!) Ondan ötrü ürəyində bir sıxıntı
olmasın!”
Bu
ayələrdə Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!)
Quranın əzəmətini izah edir. Bu Şərəfli Kitab Allahın qullarının ehtiyac
duyduqları hər şeyi özündə əks etdirir. Onda Allahın bütün tələbləri və dini
ehkamları təfsilatı ilə açıqlanır.
Ey
Muhəmməd! Quran insana sıxıntı vermir və onda şübhə doğurmur. Əksinə, bu –
Müdrik və Həmdəlayiq Rəbbin Vəhyi və ən doğru Sözdür. Yalan Qurana nə öndən, nə
də arxadan yaxınlaşa bilməz. Buna görə onun qarşısında qəlbini aç, əmin ol,
onun hökmlərinə və qadağalarına riayət et və səni qınayanlardan və sənə müqavimət
göstərənlərdən qorxma. Məxluqlara onun vasitəsilə öyüd-nəsihət və faydalı göstərişlər
ver. Haqqı kafirlikdə inadkarlıq edənlərin nəzərinə çatdır və xütbələrini
möminlər üçün oxu.
Fövqəluca
Allah buyurur: “Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət
möminlərə fayda verir” (Zariyat, 51/55). Xatırlatmalar sayəsində insanlar
düz yolla getmək, ürəkdən və can-başla xeyirxah əməllər etmək zəruriyyətini və
həmçinin qullara doğru yolla getməyə mane olan şeyləri yadlarına salırlar.
ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫﭬ ﭭ ﭮ
ﭯ ﭰ
(7.3)
“Rəbbinizdən sizə nazil edilənə tabe olun. Allahı qoyub başqa dostlara uymayın.
Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!”
Sizin
xatiriniz üçün nazil edilən Kitabı rəhbər tutun. Rəbbiniz sizə göstərdiyi mərhəmətini
tamamlamaq üçün onu sizə nazil etməyi arzulamışdır. Əgər siz indi, o nazil
olduğu bir vaxtda onun ehkamlarına riayət etsəniz, onda Rəbbinizin ən böyük nemətindən
ləzzət alacaq, mömin əməllər və gözəl əxlaq yolunu tutacaqsınız. Siz Ondan
başqa bir kimsəni özünüzə sevimli hami qəbul etməyin, onların istəklərinə
uymayın və onların xatirinə haqdan üz döndərməyin. Amma siz necə də öyüd-nəsihətə
az qulaq asırsınız! Əgər siz onlara qulaq assaydınız və nəyin sizə fayda verəcəyini
başa düşsəydiniz, onda siz sizə zərər verənə üstünlük verməz və fayda gətirəndən
boyun qaçırmazdınız. Siz xeyirxah insanı buraxıb, düşmənə üstünlük verməzdiniz.
ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ ﭹ
ﭺ ﭻ
(7.4) “Biz neçə-neçə məmləkətləri (onların əhalisini)
məhv etdik. Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud
(Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi”.
Allah
vaxtilə elçilərin gəldiyi zaman iman gətirməkdən boyun qaçıran xalqların düçar
edildikləri cəza ilə insanları təhdid edir. O, həmin xalqlara bənzəməyi qadağan
edir, çünki o zaman kafirləri amansız cəza çulğamışdı və onlar o cəzadan xilas
ola bilmədilər. Onların ümid bəslədikləri tanrıçalar onlara fayda gətirmirdi və
onlar törətdikləri zalımlıqlardan və cinayətlərdən imtina edə bilmədilər.
ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
(7.5) “Əzabımıza düçar olduqları zaman
onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri
olmamışdır”.
Fövqəluca
Allah həmçinin buyurur: “Biz zalım olan (küfr edən) neçə-neçə məmləkətin (əhlisini)
məhv etdik və onlardan sonra başqa bir xalq yaratdıq. Onlar əzabımızı hiss edən
kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular. (Mələklər
istehza ilə onlara belə dedilər:) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə
qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə
oldu, deyə) sorğu-sual ediləcəksiniz! Onlar (nicat tapmaqdan
ümidlərini üzüncə): “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq (Rəbbimizə
küfr etməklə özümüz özümüzə zülm etmişik)” - dedilər. Biz
onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular
(nalə çəkirdilər)”
(Ənbiya, 21/11-15).
ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
(7.6)
“(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe
olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik”.
Allah
elçilər göndərdiyi xalqlardan Onun elçilərinin çağırışına necə cavab verdiklərini
soruşacaq.
Fövqəluca
Allah buyurur: “(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Peyğəmbərlərə
nə cavab verdiniz?” O gün (canlarını qurtaracaq) xəbərlər
(cavablar) onlardan gizli qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (Qiyamətin
dəhşətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz
hayında olacaqdır)” (Qəsəs, 28/65-66). Allah həmçinin elçilərini (Allahın
onlara salamı olsun!) də məsuliyyətə cəlb edəcək və onlardan Onun Müraciətini
insanlara necə çatdırmaları və onların xalqının verdiyi cavab haqqında
soruşacaq.
ﮐ
ﮑ ﮒﮓ ﮔ
ﮕ ﮖ ﮗ
(7.7)
“Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik.
Axı Biz qaib deyildik (onların yanındaydıq)”.
Biz
hökmən məxluqlara onların etdikləri bütün əməlləri haqqında xəbər verəcəyik,
çünki Bizə onların əməlləri büsbütün məlumdur. Biz həmişə (onlarla) olmuş[1]
və (onları) heç vaxt tərk etməmişik.
Fövqəluca
Allah buyurur: “And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq.
Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır,
nə etdiklərini bilirik)”
(Muminun,
23/17).
ﮘ ﮙ
ﮚﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ
(7.8)
“O gün (Qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri
ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!”
(7.9)
“Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə
ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər edənlərdir”.
Fövqəluca
Allah törədilmiş əməllərə görə əvəz veriləcəyini xəbər verir və bildirir ki,
Qiyamət günü əməllərin Tərəzidə çəkilməsi ədalətli və qərəzsiz olacaqdır. Heç
kimlə insafsızcasına davranmayacaqlar və buna görə yaxşı əməlləri pis əməllərindən
ağır gələn möminlər uğur qazananlardan olacaqlar. Onlar bütün xoşagəlməz hallardan
xilas olacaq və vəd olunan, arzu edilən nə varsa, əldə edəcəklər. Onlar böyük
fayda qazanacaq və əbədi səadətə nail olacaqlar. Pis əməlləri Tərəzinin gözündə
ağır gələn şəxslər uğursuzluğa uğrayacaqlar. Onlar əbədi səadətdən məhrum
ediləcək və öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırdıqlarına və Allahın
ayələrini rəhbər tutmadıqlarına görə şiddətli cəzaya məruz qoyulacaqlar.
ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗﯘ ﯙ ﯚ
ﯛ ﯜ
(7.10)
“Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri
yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!”
Fövqəluca
Allah qullarına göstərdiyi mərhəmətini, onları ev-eşiklə və yaşayış üçün zəruri
olan vasitələrlə təmin etdiyini xatırladır. O, yeri elə bir hala salır
ki, insanlar onun üstündə ev tikə və əkin əkə bilsinlər və həmçinin yerdən
başqa faydalı məqsədlər üçün istifadə edə bilsinlər. O, yerdə ağaclar və bitkilər
əkdi, onda faydalı minerallar və cürbəcür şeylər yaratdı ki, insanlar onları
istifadə edir və ya satırlar. O, yeri həyat üçün əlverişli hala gətirdi və
insanlara bu nemətlərdən faydalanmağı öyrətdi. Lakin insanlar onlara çoxsaylı
nemətlərini bəxş edən və onları hər cür bədbəxtliklərdən qoruyan Allaha çox
nadir hallarda öz minnətdarlıqlarını bildirirlər.
ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦﯧ ﯨ ﯩ
ﯪ ﯫ
ﯬ ﯭ
(7.11)
“Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə
edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı”.
Fövqəluca
Allah insanlara onların nəslinin ulu babasını yaratması haqqında xəbər verir.
Allah Adəmi xəlq edərək ona gözəl zahiri görünüş və qədd-qamət bəxş etmişdir.
O, ona müxtəlif əşyalar və hadisələrin adları haqqında bilik vermiş və bunun
sayəsində onun mənəvi siması kamilləşmişdi. Bundan sonra O, Özünün alicənab mələklərinə
əmr edir ki, Adəmə səcdə etsinlər və bununla ona öz ehtiramlarını və onun
üstünlüyünü bildirsinlər. Mələklər Rəbbin əmrinə itaət etdilər, təkcə İblis Adəmin
qarşısında yerə diz çöküb səcdə etməkdən boyun qaçırdı, çünki o, təkəbbürlü və
özündənrazı idi.
ﭑ ﭒ ﭓ
ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ
(7.12)
“(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə
buyurdu. (İblis: ) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan,
onu isə palçıqdan yaratdın!” – dedi”.
Allah
İblisə buyurdu: “Sən niyə Mənim Öz iki əlimlə yaratdığımın qarşısında diz üstə
çöküb səcdə qılmaqdan boyun qaçırtdın? Mən ona, digər məxluqların layiq görülmədiyi
böyük ehtiram göstərmişdim. Niyə sən Mənə itaət etmədin və Mənim əmrimə etinasızlıqla
yanaşdın?” İblis Ona etiraz edib belə cavab verdi: “Mən ondan daha üstünəm,
çünki Sən məni oddan, onu isə gildən yaratmışsan”.
Onun
dəlili yanlış idi: o belə güman etmişdi ki, oddan yaradılan məxluqlar gildən xəlq
edilənlərdən üstündürlər, çünki od gildən yaxşıdır. Lakin bu – oxşarlıq üzrə ən
yanlış mühakimədir ki, bir neçə dəlillərlə təsdiq edilir.
Birincisi,
İblis Adəmə səcdə qılmaq haqqında Allahın əmrinə zidd olan mühakiməyə istinad
etmişdi və əgər oxşarlıq üzrə mühakimə birmənalı əmrlə ziddiyyət təşkil edirsə,
onda o, şübhəsiz ki, səhvdir. Oxşarlıq üzrə mühakiməyə istinad etmək o zaman
mümkün sayılar ki, Allahın hökmü birmənalı olmasın və belə olduqda, bir məsələni,
barəsində Allahın birmənalı hökmü bizə məlum olan digər məsələ ilə müqayisə etmək
olar. Lakin əgər oxşarlıq üzrə mühakimə birmənalı əmrə ziddirsə, onda onun
hüquqi əsası olmasının qəbul edilməsi Allahın hökmünü rədd etməyi nəzərdə
tutur. Bax buna görə də oxşarlıq üzrə belə mühakimə ən yaramaz mülahizələrdən
biridir.
İkincisi,
İblisin Adəmdən daha üstün olması haqqında iddiası tamamilə kifayətdir ki,
onun qüsurlu olmasını ifşa etsin. O, öz üstünlüyündən təkəbbürlüyü və özündənrazılığı
nəticəsində danışır və heç bir biliyi olmadan Allaha böhtan atır. Bundan da
böyük nöqsan daha nə ola bilər?!
Üçüncüsü,
o, odun gil və torpaqdan üstün olmasını söyləyəndə haqlı deyildi, çünki yer
müti və sakit bir məxluqdur və əkinçilik üçün yararlıdır. Yer daha çox nemət
verir, onun üstündə ağaclar və hər cür bitkilər bitir, halbuki od aramsız və
düşüncəsiz məxluqdur qarşısına çıxan hər şeyi yandırır və məhv edir.
ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ
(7.13) “(Allah) buyurdu: “Oradan (Cənnətdən)
aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan)
çıx, çünki sən alçaqlardansan!”
Öz
mənfur hərəkətini etməklə İblis özünü o dərəcədə alçaltdı ki, Fövqəluca Allah
ona belə əmr etdi: “Cənnəti tərk et! Heç kim özünü burada öyə bilməz, çünki Cənnət
– pak və alicənab məxluqların məskənidir. Bura yaramaz və miskin alçaqların
yeri deyil!” Alçaldılma və nifrət onun təkəbbürünün və özündənrazılığının cəzası
oldu.
ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
(7.14)
“(İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!”
(7.15)
“(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”
Allahın
düşməni Allaha, Adəmə və onun nəsillərinə qarşı öz nifrətini açıq bildirdikdə,
o, Qiyamət gününə qədər ona möhlət verilməsini xahiş etdi. O, Adəmin nəsillərindən
olan insanlardan mümkün qədər çoxunu yoldan çıxarmağı böyük vəcdlə arzulayırdı.
Allahın hikməti də Ondan tələb edirdi ki, Onun qulları sınaqdan keçirilsinlər,
çünki məhz bu vasitə ilə doğruçu insanları yalançılardan, Allaha müti olan
möminləri isə Onun düşməninin əlaltılarından fərqləndirmək mümkün olardı. Buna
görə, Allah İblisin xahişinə razılaşdı və ona möhlət verdi.
ﭽ
ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕ
(7.16) “(İblis) dedi: “Sən məni (Adəmə səcdə
etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun
üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
(7.17)
“Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından
gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”
İblis
Allahın mərhəmətinə ümidini itirərək dedi: “Mən hökmən düz yolunun üstündə
oturacağam və insanlara bu yolla getməyə bacardığım qədər mane olacağam! Mən
onlara hər tərəfdən yaxınlaşacaq və istənilən imkandan istifadə edəcəyəm ki,
heç olmazsa qismən istədiyimə nail olum”. Şeytan başa düşürdü ki, Adəmin
övladları zəif idilər və onların əksəriyyəti öz vəzifələrinə laqeyd
yanaşacaqdılar. Bundan başqa o, əmin idi ki, onları yoldan azdırmaq üçün əlindən
gələni əsirgəməyəcək. Buna görə də o, güman edirdi ki, insanların əksəriyyəti naşükür
olacaq və onun bu zənni düz çıxdı. Ancaq düz yolla gedən insanlar layiqincə
minnətdarlıq edə bilərlər. Şeytan isə insanları məhz bu yoldan sapdırmaq və
onların şükür edən qullar olmasına maneə törətmək niyyətində idi. Fövqəluca
Allah buyurur: “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən
tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır” (Fatir, 35/6).
Allah
İblisin sözləri və niyyəti haqqında bizə xəbər verir ki, biz ehtiyatlı olaq və
bu düşmənlə qarşılaşmaya hazırlaşaq. Allah istəyir ki, biz şeytanın getdiyi
yolları və girdiyi qapıları öyrənərək ondan qorunaq. Bu da Fövqəluca Allahın
bizə bəxş etdiyi ən böyük nemətlərindən biridir.
ﮖ ﮗ
ﮘ ﮙ ﮚﮛ
ﮜ ﮝ ﮞ
ﮟ ﮠ ﮡ
ﮢ ﮣ
(7.18) “(Allah) buyurdu: “Oradan (Cənnətdən)
rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan
(insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin
hamınızla dolduracağam!”
İblis
sözünü deyib qurtardıqdan sonra, Allah ona belə buyurdu: “Sən Cənnət bağlarını ən
əhəmiyyətsiz və nifrətamiz məxluqlar kimi tərk edəcəksən. Sənə hörmət edilməyəcək.
Əksinə, sən alçaldılacaq və tərk ediləcəksən. Sən Mənim mərhəmətimdən və hər
cür xeyirdən məhrum ediləcəksən. Əgər insanlardan kimsə sənin ardınca getsə,
bilin ki, Cəhənnəm səninlə və sənin ardınca gedənlərlə doldurulacaq”.
Beləliklə,
Fövqəluca Allah and içmişdir ki, Cəhənnəm itaətsizlik göstərənlərin məskəni
olacaq və İblis və onun cinlərdən və insanlardan olan əlaltıları oraya
atılacaqlar.
ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ
(7.19)
“Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən
(Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa (özünüzə)
zülm edənlərdən olarsınız!”
Allah
Adəmi şeytanın ona yetirə biləcəyi şər haqqında xəbərdar etmişdi. Bununla
yanaşı, O, Adəmə və yaradılması ona qarşı bir nemət olan zövcəsi Həvvaya
tapşırmışdı ki, Cənnət bağlarında məskunlaşsınlar, Cənnətin istədikləri nemətlərindən
yesinlər və gözəlliklərindən həzz alsınlar, lakin bir müəyyən olunmuş ağaca
yaxın düşməsinlər – onun meyvələrini yemək onlara qadağan edilmişdi. Allah
hamıdan yaxşı bilir ki, bu ağac hansı ağac idi və onun adının çəkilməsinin bizə
heç bir faydası olmazdı. Adəmə və Həvvaya o ağacın meyvələrindən yemək qadağan
edilmişdi və Allah xəbər verir ki, əks halda onlar ədalətsiz günahkar – zalım
olarlar.
ﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
(7.20)
“Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə
onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və
ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
(7.21)
“Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” –
deyə and içdi”.
Adəm
və Həvva qəddar düşmən onlara yaxınlaşana qədər Allahın tapşırığını layiqincə
yerinə yetirirdilər. Şeytan onları yoldan çıxarmağa başladı və aldadaraq onları
azdırdı və dedi: “Allah sizə bu ağacın meyvələrindən yeməyi ona görə qadağan
etmişdir ki, siz mələklərə oxşamayasınız və əbədi yaşamağı əldə etməyəsiniz. Mənə
inanın, axı mən sizə səmimi qəlbdən xeyirxahlıq arzulayıram. Məhz buna görə mən
sizə bu sirri açdım”. Onun sözləri insanları inandırıb yoldan çıxartdı və
onların coşqun arzusu onların ağlını çaşdırdı.
ﯶ
ﯷﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
ﯾ ﯿ ﰀ
ﰁ ﰂ ﰃ
ﰄﰅ ﰆ ﰇ
ﰈ ﰉ ﰊ
ﰋ ﰌ ﰍ
ﰎ ﰏ ﰐ
ﰑ ﰒ ﰓ
ﰔ
(7.22) “Beləliklə, (Şeytan) onları batil sözlərlə
aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi).
(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü.
Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə
başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca
yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir,
deməmişdimmi?”
Şeytan,
itaətsizlikdən uzaq olmaları və ismətlə davranmaları sayəsində tutduqları o
yüksək pillədən Adəm və Həvvanı aşağı saldı. O onları günah girdabına batırdı və
onlar qadağan edilmiş ağacın meyvəsindən yedilər. Lakin onlar o meyvələrdən
dadan kimi, nəzərlərindən gizli qalan ayıb yerləri onlara göründü. Allah
qorxusu onların ruhi libası olduğu üçün onların zahiri görünüşünə də təsir
edirdi, lakin günah işlətdikdən sonra onların ayıb yerləri aşkar oldu və onlar
bir-birilərindən utanmağa və Cənnət ağaclarının yarpaqları ilə ayıb yerlərini
örtməyə başladılar. Belə olduqda Allah tənə və məzəmmətlə onlara müraciət edərək
deyir: “Məgər sizə bu ağacın meyvələrindən yemək qadağan olunmamışdımı? Məgər
sizə deyilməmişdi ki, şeytan – sizin açıq-aydın düşməninizdir? Bəs niyə ona
qulaq asıb qadağan olunmuş əməli törətdiniz?”
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ
(7.23)
“(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan,
rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”.
Allah
Adəmə və Həvvaya rəhm etdi, onlara tövbə etməyə imkan verdi və onların tövbəsini
qəbul etdi. Onlar öz günahlarını boyunlarına alıb etiraf etdilər, Ondan
bağışlanmalarını dilədilər: “Ey Rəbbimiz! Biz bizə qadağan olunmuş əməl törətmiş
və özümüz özümüzə böyük ziyan vurmuşuq. Əgər Sən bizi bağışlamasan, işlətdiyimiz
günah bizə böyük zərər verə bilər. Günahlarımız yu, bizi cəzadan xilas et, tövbəmizi
qəbul et və bizi sonrakı belə əməllərdən qoru”.
Allah
onları bağışladı və Quranda bu barədə deyilmişdir: “...Adəm Rəbbinin əmrindən
çıxdı, amma mətləbinə yetmədi... Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə
yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi” (Taha,
20/121-122).
İblis
isə günah əməllərini və zalımlığını davam etdirdi. Buna görə, əgər insanlar Adəm
kimi öz günahlarını etiraf edir, bağışlanma diləyir, törətdikləri əməllər üçün
təəssüflənirlərsə və Rəbbə itaətsizlik etməkdən əl çəkirlərsə, onda Allah
onları seçilmiş qulları edir və onları doğru yola yönəldir. Yox, əgər onlar
İblis kimi günah işləyərək, öz günahlarını artırırlarsa, onda Allah onları
Özündən uzaqlaşdırır.
ﭞ
ﭟ ﭠ ﭡ
ﭢﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
(7.24)
“(Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə
sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış
vasitələri) vardır”.
Allah
Adəmə və Həvvaya müraciət edərək onlara Cənnəti tərk etmək əmri verir. Hərçənd
bu ayədə fel cəm halında verilirsə də, tərk etmək hökmü təkcə Adəm ilə Həvvaya
aid idi, çünki İblis daha əvvəl səmaya qovulmuşdu. Sonra Allah onlara İblislə
birgə yerə enmək hökmü verdi ki, şeytanların daima insanları izləyəcəyi hamıya
aydın olsun. İblis doğrudan da daima insanladır, addım-addım onun ardınca gedir
və Adəmin nəsillərini azğınlığa salmaq üçün əlindən gələni hər şeyi edir.
Buradan
belə bir nəticə çıxarmaq olar ki, Allah Adəmi, Həvvanı və İblisi Cənnətdən Yerə
qovmuşdur və onlara burada bir-birinə düşmən olaraq qalmaq nəsib edilmişdir.
Yer kürəsi onlar üçün müvəqqəti bir məskəndir və onlar burada müəyyən bir
vaxtadək maddi nemətlərdən ləzzət çəkmək və onlardan istifadə etmək imkanı
almışlar.
ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ
(7.25)
“(Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan (dirildilib)
çıxarılacaqsınız!”
Adəmi,
onun zövcəsini və törəmələrini yerə endirdikdən sonra, Fövqəluca Allah yerdə
onların başına nə gələcəyindən xəbər verir: onlara orada yanılmalar və
sınaqlarla dolu tam bir həyat sürmək nəsib olacaq. Onlara elçilər göndəriləcək
və Kitablar nazil ediləcək və sonra onlar öləcəklər və torpağa basdırılacaqlar.
Adəmin bütün nəsilləri onlar üçün müəyyən edilmiş müddəti yaşayıb başa
vurduqdan sonra, Allah insanları dirildəcək, onları yerdən çıxardacaq və son
dayanacaqları olan məskəndə məskunlaşdıracaq.
ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼﭽ ﭾ
ﭿ ﮀ ﮁﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ
(7.26)
“Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli
libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın
ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız”.
Allah
insanlara, onların geyinməsi üçün zəruri olan hər şeylə təmin edilməsi ilə
bağlı göstərdiyi mərhəmətini xatırladır. Burada geyim adı altında nəinki təkcə bəzəkli
libaslar, həm də dadlı yeməklər, içkilər, minik heyvanları, gözəl qadınlar və
bir çox başqa şeyləri nəzərdə tutulur.
Allah
qullarını onlara zəruri olan hər şeylə və hətta bundan daha çoxu ilə təmin
etmiş və bildirmişdir ki, maddi nemətlər insan həyatının mənasını təşkil etmir.
Allah o nemətləri onlara ona görə göndərmişdir ki, insanlar onlardan Ona
ibadət etmək və itaət göstərmək üçün istifadə etsinlər[2].
Məhz buna görə, sonra Fövqəluca Allah xəbər verir ki, ən yaxşı libas –
təqva[3]
libasıdır. O, dünyəvi geyimdən daha yaxşıdır, çünki həmişəlik insanla qalır. O,
nə köhnəlmir, nə də dağılıb yırtılmır və həmişə qəlbin və ruhun bəzəyi olaraq
qalır, yer paltarına gəldikdə isə, onunla ancaq bədənin ayıb sayılan hissələrini
müəyyən vaxtlarda örtmək və yaxud bəzənmək üçün onları geymək olar, o, insana
başqa faydalar gətirə bilməz. Bundan başqa, insan libasdan məhrumdursa, onun
ayıb yerləri açıq qalır, lakin bu ona ziyan vermir, çünki bu mövcud şəraitdən
irəli gəlir. Əgər insan Allah qorxusundan məhrumdursa, onda onun mənəvi
qüsurları aşkara çıxır və bu onu rüsvayçılığa və şərəfsizliyə məhkum edir. Bax
buna görə libas Allahın möcüzələrindən biridir və insanlar onun sayəsində
onlara fayda verənlə zərər vuranı bir-birindən ayıra bilir və öz mənəvi libaslarını
sahmana salmaq üçün zahiri paltardan istifadə edirlər.
Sonra
Fövqəluca Allah Adəmin nəslini şeytana itaət etməkdən çəkindirir ki, o, bəşəriyyətin
ulu babasının başına gətirdiyini onların da başına gətirə bilməsin:
Hörmətli Oxucu!
ОтветитьУдалитьBundan öncəki parçalarda bəzi ayələrin ərəb mətninin verilməməsi və ya qarışıq şriftlə verilməsi texniki səbəblərlə bağlıdır. Zəruriyyət yarandıqda mənim e-unvanıma müraciət edib, həmin ayələrin ərəbcəsini istəyə bilərsiniz. Məmnuniyyətlə sizə göndərə bilərəm. Trcüməçi F.S.