Ə.N. əs-Səədi. Təfsir. II c. 7.147 - 7.162 ayələr
ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥﮦﮧ ﮨ ﮩﮪ
(7.147) “Ayələrimizi və Axirətə qovuşmağı
doğru hesab etməyənlərin əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin
cəzasını çəkəcəklər!”
Əgər
bir insan Allahın elçiləri vasitəsilə göndərdiyi hər şeyin doğruluğunu təsdiq
edən böyük möcüzələri yalan sayırsa və
Axirət həyatını inkar edirsə, onda onun əməlləri mütləq əbəs olacaqdır, çünki
onlar (əməllər) hər hansı bir əsasdan məhrumdur. O insan heç bir əməlin,
onsuz qəbul edilmədiyi, şərtini yerinə yetirmir. Bu şərt, Allahın ayələrinə və
ölümdən sonra əvəz veriləcəyinə iman gətirməkdir.
Əgər
insanın əməlləri əbəsdirsə və o, müqəddəs saydığı məqsədinə nail ola bilmirsə,
onda o, layiq olduğu əvəzi alır. Kafir Qiyamət günü mükafatlandırılacağına
ümid etməməlidir. Onun etdiyi xeyirxah əməllər mənasızdır və buna görə onlar
itib-batacaq və yox olacaqlar.
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖﯗ ﯘ
ﯙ ﯚ ﯛ ﯜ ﯝ
ﯞ ﯟﯠ ﯡ
ﯢ ﯣ ﯤ
(7.148) “Musa gedəndən sonra
tayfası öz bəzək-düzək şeylərindən böyürən bir buzov
heykəli düzəltdilər. Məgər onun onlarla danışmadığını, onlara bir yol
göstərə bilmədiyini görmədilərmi? Ona tapınıb (özlərinə)
zülm eləyən oldular”.
Samaralı
birisi İsrail oğullarına məxsus olan qızıl bəzək əşyalarından bir buzov heykəli
düzəltdi. O, ərintiyə Allahın elçisinin (ə) ayağının izi qalmış bir ovuc torpaq
da əlavə etdi və buna görə buzov böyürməyə başladı. Adamlar bunu gördükdə,
buzova səcdə etməyə başlayıb, ondan ilah düzəltdilər. Samaralı isə dedi: “Budur
sizin ilahınız və Musanın ilahı, lakin o, onu unudaraq, öz Allahını axtarmağa
getmişdir”.
İsraillilərin
hərəkəti onların düşüncəsizliyinə və ağılsızlığına dəlalət edirdi. Onlar necə
güman edə bilərdilər ki, ən qeyri-kamil məxluqlardan biri olan – qızıl buzov göylərin
və yerin Rəbbi ola bilər?!!
Fövqəluca
Allah izah edir ki, həmin buzovun nə keyfiyyətləri, nə də onun əməlləri
ilahlaşdırılmasına və ya ona ibadət edilməsinə layiq deyildi. Doğrudanmı
israillilər görmürdülər ki, buzov hətta danışa bilmir? Danışıq qabiliyyətinin
olmaması böyük nöqsan idi və onlara aydın olmalıydı ki, özləri bu dilsiz heyvandan
və cansız heykəldən daha kamil keyfiyyətlərə malikdirlər.
Buzov
onlara dində doğru yol göstərə bilməzdi və ya onlara dünyəvi işlərində fayda
verə bilməzdi, axı insan ağlı və şüuraltısı birmənalı olaraq sübut edir ki,
xeyir verməyə və zərər vurmağa qabil olmayan dilsiz heykələ ibadət etmək ən
böyük yalan və yaramaz axmaqlıqdır. Buna görə Fövqəluca Allah buyurur ki,
buzova ibadət etməyə başlayan İsrail oğulları zalımcasına davrandılar. Onlar
layiq olmayan məxluq qarşısında baş əydilər. Onlar müşrikliyə qapıldılar ki, o
barədə Allah heç bir dəlil nazil etməmişdi.
Bu
ayə təsdiq edir ki, Allahın nitqini inkar etmək Onun ilahi sifətlərindən birini
inkar etmək deməkdir. Biz bu nəticəyə - qızıl buzovun danışıq qabiliyyətinin
olmaması – haqqında Allahın: “buzov ibadətə və ilahlaşdırılmağa layiq deyil”
deyə, duyurduğu sözlərinə görə gəlirik.
ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷ
(7.149) “Onlar əllərinin etdiklərinə peşman olaraq haqq yoldan azdıqlarını görüb dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq
ziyana uğrayanlardan olacağıq!”
Musa
(ə) xalqının yanına qayıtdıqdan sonra həmtayfalarının nə törətdiklərini gördü.
O (ə), onların səhvini özlərinə izah etdi və onlar etdiklərinə peşman oldular və
kədərləndilər. Günahlarını dərk edərək, onlar Rəbbin qarşısında itaətkarlıq
göstərdilər və dedilər: “Əgər Allah bizə rəhm etməsə, bizə doğru yolu göstərməz,
təkcə Ona ibadət etməkdə bizə kömək etməz və bizi saleh əməllərə ruhlandırmaz,
buzova ibadət etməyimizi bağışlamaz və belə olduqda, biz ziyana uğramışların
sırasında olarıq – o şəxslərin ki, həm bu dünyada, həm də ölümdən sonra nemətlərdən
məhrum edilmişlər”.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜﭝ ﭞ ﭟ
ﭠﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
(7.150)
“Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən
sonra mənə nə pis xələf oldunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?” O, qəzəbindən lövhələrini
yerə atdı, qardaşının başından yapışıb özünə tərəf çəkməyə
başladı. O dedi: “Ey anamın oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki,
öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər
tutma!”
Musa
(ə) İsrail oğullarına bərk qəzəblənmişdi və bu, onun (ə) Allahın dinini bütün
varlığı ilə qorumağa səy göstərməsinə, öz həmtayfalarına ürəkdən yardım etmək
istəməsinə və onlara yazığı gəlməsinə dəlalət edirdi. O (ə) dedi: “Mən gedən
kimi siz yaramaz bir iş gördünüz ki, o, sizi əbədi məhvə və tükənməz bədbəxtliklərə
məhkum edə bilər. Allah sizə Kitab nazil edəcəyinə söz verdi. Doğrudanmı siz Rəbbinizin
vədini qabaqlamağı qərara aldınız və öz axmaq mühakimənizə əsaslanaraq bu mənfur
günahı işlətməyə cumdunuz?”
Musa
(ə) o dərəcədə hirslənmişdi ki, (Allahın nazil etdiyi yazılı lövhələri yerə
ataraq) qardaşı Harunu saqqalından tutdu və onu özünə tərəf çəkib dedi: “...Ey Harun! Onların azdıqlarını
gördüyün zaman sənə nə mane oldu ki, arxamca gəlmədin? Əmrimə asimi oldun?” (Taha,
20/92-93).
Musa
(ə) ona dediyi sözləri xatırlatdı: “...“Sən tayfam içində mənim xəlifəm ol,
(camaatı) islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə
getmə!” (Əraf, 7/142). Belə olduqda Harun ona (ə) dedi: “Ey anamın
oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başımı yolma). Doğrusu, sənin:
“İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən
qorxdum” (Taha, 20/94).
Harun
onu (ə) anasının oğlu adlandırmaqla ancaq onun (ə) ürəyini yum şaltmaq istəyirdi.
Əslində isə onlar ata-anadan doğma qardaş idilər. O, Musaya (ə) İsrail oğullarına
dediyi sözləri danışır: “...Ey ümmətim! Siz bununla yalnız
imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə
itaət edin!”
(Ta-ha, 20/90).
Sonra
o, əlavə edir: “Onlar məni zəif hesab edərək öldürməyə belə hazır idilər. Mənim
barəmdə pis fikirləşmə və düşmənlərimizə məndən kam almağa əsas vermə, çünki
onlar ümid edirlər ki, mən ya səhv buraxacaq, ya da nöqsanlı bir iş tutacağam.
Məni zalımlara tay tutma və mənimlə onlarla davranılan kimi davranma”.
ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃﮄ ﮅ ﮆ
ﮇ ﮈ
(7.151)
“(Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətinin
altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”
Musa
(ə) tələsik nəticə çıxartmasına və qardaşı ilə pis davranmasına görə peşmançılıq
çəkdi. O (ə) onun günahsız olduğunu bilmirdi və belə hesab etmişdi ki, Harun (ə)
öz vəzifəsini yerinə yetirməmişdir. Həqiqət ona (ə) məlum olduqdan sonra, o (ə)
dedi: “Ey Rəbbim! Məni və qardaşım Harunu bağışla! Bizi Öz mərhəmətinin altına
al və belə et ki, o bizi hər tərəfdən əhatə etsin. Həqiqətən, Mərhəmətin –
alınmaz qala və hər hansı şərdən etibarlı müdafiə vasitəsidir. Əgər biz şərdən
qorunmağa nail olsaq, bizə ancaq böyük nemətindən zövq almaq qalır. Ey Rəbbim!
Sən bizə bütün məxluqlarından daha çox rəhm edirsən. Sən bizə ata və
analarımızdan, övladlarımızdan və bizim özümüzdən daha çox qayğı bəsləyirsən”.
ﮉﮊﮋ ﮌﮍﮎ ﮏﮐ
ﮑ ﮒ ﮓ
ﮔﮕ ﮖ ﮗ
ﮘ ﮙ
(7.152) “Şübhəsiz ki, buzovu qəbul
edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar!
Biz iftira atanları belə cəzalandırırıq!”
Fövqəluca
Allah, buzova ibadət edən və onu bütə çevirənlərin taleyi haqqında xəbər
verir. Onlar öz Rəbbini qəzəbləndirdilər və Onun hökmlərinə etinasız yanaşdılar
və onlar elə bu dünyada olduqları zaman alçaldılmaya məruz qaldılar. Allaha
böhtan atanların, Onun dininin qanunlarını yalandan təhrif edənlərin və Onu
yalanlamağa cəhd göstərənlərin hər biri
belə qisasa layiq görülür.
Belə
insanlar Allahın onlara qəzəblənməsinə özləri səbəbkar olmuşlar. Onlar dünya həyatında
nifrətə layiqdirlər və buna görə Fövqəluca Allah İsrail oğullarına bir-birini
öldürməyi əmr edir və bildirir ki, ancaq bu yolla onlar Onun lütfkarlığını əldə
edə bilərlər.
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
(7.153)
“Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə Rəbbin
tövbədən sonra Bağışlayandır, Rəhmedəndir!”
İsraillilər
bir-birilərini öldürməyə başladılar və onların çoxu qətlə yetirildik- dən sonra,
Qüdrətli Allah onları bağışladı.
Bu
ayə İsrail oğulları barədə nazil edilmişdi, lakin onun mənası müşrikliyə düşənlərin,
böyük və kiçik günahlar işlədənlərin, sonra isə etdiklərinə peşman olaraq
Allaha itaətsizlikdən əl çəkən və bu günahlara bir daha qayıtmayacağına qəti qərar
verənlərin hamısına aiddir. O, Allaha və iman gətirilməsinə Onun əmr etdiyi
qeybə iman gətirənlərin; qəlbi və hərəkətləri ilə haqq dinin zəruri şərti olan
və onlarsız kamil olmayan xeyirxah əməllər törədənlərin hamısına aiddir.
Həqiqətən
də, əgər insan günahlarını tövbə edirsə və doğru yolu tutursa, onda Allah onun
günahlarını, onlar yer kürəsi həcminə çatsalar da, bağışlayır və hətta onları silir.
Bununla yanaşı O, onun tövbəsini qəbul edir, onu saleh əməllər işlətməyə ruhlandırır
və onları ondan qəbul edir.
ﮩ ﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ ﯚ
(7.154) “Musanın qəzəbi yatanda lövhələri
götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail
olacaqlar!” - (deyə yazıl- mışdı)”.
Musa
(ə) sakitləşdikdən və şəraiti dəyərləndirdikdən sonra, etməli olduğu ən mühüm məsələlərdən
başladı. O (ə), hiddətləndiyi zaman yerə atdığı lövhələri götürdü. Bunlar haqq
təlimatdan və mərhəmətdən ibarət olan böyük və dəyərli vəhylər idi. Onlar doğru
yolla azğınlıq, haqla yalan, xeyirxah əməllə cinayət arasındakı fərqi izah
edirdi. Onlar saleh əməllərə, yüksək əxlaqa və tərbiyəli davranışa düz yol göstərirdi.
Onlar, bu lövhələrdə həkk olunmuş nəsihətləri yerinə yetirən, onlarda nazil
edilmiş hökmləri öyrənən və onların dərin mənalarını dərk edən, sözü və əməli
ilə Allaha itaət edən və Onun qarşısında qorxu hissi keçirən hər kimə mərhəmət
və xoşbəxtlik gətirirdi. O ki qaldı Allahdan qorxmayanlara və Onun hüzurunda
cavab verməli olacağından çəkinməyənlərə, nazil edilmiş vəhylər onları Haqqı
daha təkəbbürlə inkar etməyə və ondan uzaq qaçmağa məcbur edirdi. Bununla belə,
o vəhylər onları həm də Allah qarşısında öz cahilliklərinə görə bəraət əldə etmək
imkanından məhrum edirdi.
ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬﯭ
ﯮ ﯯ ﯰ
ﯱ ﯲﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
ﯾﯿ ﰀ ﰁ
ﰂ ﰃ ﰄﰅ
ﰆ ﰇ ﰈ ﰉ
(7.155)
“Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasın- dan yetmiş (mötəbər)
adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim!
Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin
törətdiyi günahlar üzündən bizi məhvmi edə- cəksən? Bu, Sənin
sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini zəlalətə
düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim Hamimizsən.
Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!”[1]
İsrail
oğulları tövbə edərək doğru yola qayıtdıqda, Musa (ə) onların arasından yetmiş
nəfər kişi seçdi. Bunlar onun (ə) xalqının ən yaxşı nümayəndələri idi ki,
Allaha, öz həmtayfalarının əməllərinə görə, üzrxahlıq etməliydilər. Allah
onlar üçün yer və vaxt müəyyən etdi. Lakin müəyyən olunmuş vaxtda təyin olunmuş
yerə gəldikdə, onlar peyğəmbərə (ə) dedilər: “Ey Musa! Bizə Allahı öz gözümüzlə
görməyə imkan ver”. Onlar kobud bir hərəkətə cəsarət etdilər və Böyük Rəbbə
hörmətsizlik göstərdilər. Elə bu zaman zəlzələ onları sarsıtdı və günahkarlar
ölüb yerə sərildilər.
Musa
(ə) isə Allaha dua etməyə və Onun qarşısında acizanə yalvarmağa başladı. O (ə)
dedi: “Ey Rəbbim! Əgər Sən istəsəydin, onlar Sənin yanına öz xalqının cinayətlərinə
görə üzrxahlıq etməyə gəlməmişdən və günahkar zalımlar olmamışdan öncə onları məhv
edərdin. Doğrudanmı Sən bizi aramızdakı düşüncəsiz səfehlərin törətdiyi
günahlara görə məhv edəcəksən?” Allaha dua etdikdən sonra o (ə), öz həmtayfalarının
qaba hərəkətini onların belə işlərdən və sözlərdən çəkindirə biləcək kamil təfəkkürə
malik olmamaları ilə doğrultmağa cəhd
göstərdi.
Musa
(ə) onların günahkar olmalarını doğruldaraq deyirdi ki, onlar azğınlığa düçar
olmuşlar və bu azğınlıq insanı böyük təhlükəyə sala və hətta onu imandan məhrum
edə bilər. O (ə) belə deyirdi: “Sən onları, istədiyini azğınlığa saldığın və
istədiyini də doğru yola yönəltdiyin vasitənlə sınağa çəkdin. Bizi bağışla və rəhm
et, axı Sən – bağışlayanların ən Yaxşısı, rəhmlilərin ən Rəhmlisi və bəxş edənlərin
ən Səxavətlisisən!”
Bu
sözlərin mənası belə idi: “Ey Rəbb! Əzəldən bizim hamımızın Sənin hökmlərini
yerinə yetirməyə və Sənə iman gətirməyə qəti niyyətimiz vardı. Əgər insan
sağlam təfəkkürə malik olur və düzgün biliklərə yiyələnirsə və maneəsiz olaraq
Sənin doğru öyüd-nəsihətlərinə istinad edirsə, ona doğru yolla getmək müyəssər
olur. Lakin əgər insan püxtələşməmiş ağıl sahibidirsə, onda o, yanlış qərarlar
qəbul edir və azğınlığa düçar olur və bu iki amilin təsiri altında müxtəlif
günahlar törədir. Sən isə rəhmlilərin Ən Rəhmlisi və bağışlamaqda – Ən Səxavətli
Olansan!”
Allah
Musanın (ə) duasını qəbul etdi və onun (ə) həmtayfalarını diriltdi və onların
günahlarını bağışladı.
ﭑﭒﭓ ﭔﭕﭖﭗﭘﭙ ﭚ ﭛ ﭜﭝﭞﭟﭠﭡ ﭢ ﭣﭤﭥ
ﭦ ﭧ ﭨﭩ
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ
ﭶﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜﮝ ﮞ
ﮟ ﮠ ﮡ
(7.156)
“Bizə bu dünyada da yaxşılıq yaz. Biz, Sənə tərəf döndük!” O buyurdu: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim hər
şeyi əhatə edir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə,
ayələrimizə iman gətirənlərə yazacağam,”
(7.157)
“o kəslərə ki, əllərindəki Tövratda və İncildə (əlamətləri)
yazılmış gördükləri elçiyə – oxumağı-yazmağı bilməyən peyğəmbərə tabe olurlar.
(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü
yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və məhz onun
ardınca gedənlər nicat tapanlardır!”
Musa
(ə) dua edib qurtardıqdan sonra, dedi: “Bu dünyada bizə faydalı biliklər, bol ruzi və saleh əməllər, Axirət həyatında
isə Öz mömin dostların və mömin qulların üçün hazırladığını qismət et! Biz yol
verdiyimiz qüsurları etiraf edir və bütün niyyətlərimizi Sənə doğru qayıtmaqda
görürük!”
Allah
ona (ə) cavabında belə buyurdu: “Mən, özləri özlərini məşəqqətlərə məhkum edən
bədbəxt günahkarlara Öz cəzamla zərbə endirirəm, Mənim Mərhəmətim isə göyləri və
yeri, möminləri və günahkarları, iman gətirənləri və kafirləri əhatə edir. Elə
bir məxluq yoxdur ki, Mənim Mərhəmətim ona toxunmasın, Mənim Səxavətimə qərq
olmasın. Lakin heç də hər kəsə xüsusi mərhəmətə layiq olmaq nəsib olmur. Xüsusi
mərhəmətin nəticəsi – həm bu dünyada, həm də ölümdən sonra səadətə nail
olmaqdır. Mən bunu, böyük və kiçik günahlardan çəkinənlərin, vacib zəkatlarını
ödəyənlərin və ən kamil surətdə ayələrimizə inananların, onların həqiqi mənasını
bilən, işlərində onları əsas tutanların, qəlbən və bədən əzaları ilə dinin əsas
və fərdi hökmlərini yerinə yetirərək Peyğəmbərin yolu ilə gedənlərin qismətinə yazacağam”.
Bu
ayələrdə söhbət oxumağı və yazmağı bilməyən peyğəmbər barəsindədir. Bu –
Abdullahın oğlu və Əbdülmütəllibin nəvəsi – Muhəmməd Peyğəmbər (ona Allahın
salavatı və salamı olsun!) idi. İsrail oğulları haqqında nazil edilmiş bu ayələrdən
aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman
israillilərin haqq dinə gəlməsinin vacib şərti idi. Onlardan həm də məlum olur
ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirənlər
və ardınca gedənlər Allahın mərhəmətinə ən geniş mənada layiqdirlər.
Allah
Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) savadsız peyğəmbər kimi səciyyələndirir,
çünki o (ona Allahın salavatı və salamı olsun!) ərəb idi və nə yazmağı və nə də
oxumağı bilməyən savadsız bir icmaya məxsusdu. Quran nazil edilənə qədər ərəblərin
heç bir Müqəddəs Kitabı olmamışdı. Onların arasından peyğəmbər çıxacağı barədə
öncəgörüm Tövratda və İncildə nazil edilmişdi. O Kitablarda onun (ona Allahın
salavatı və salamı olsun!) adı və xüsusiyyətləri xatırlanırdı, həm də bu
xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatı və qadağaları idi[2].
O
(ona Allahın salavatı və salamı olsun!), insanları gözəlliyi, salehliyi və
faydası tamamilə aydın olan əməllər etməyə çağırırdı. O (ona Allahın salavatı və
salamı olsun!), pisliyi ağıl və fəhm ilə müəyyən olunan əməllərin icrasını
qadağan etdi. O (ona Allahın salavatı və salamı olsun!), namaz qılmağı və zəkat
verməyi, oruc tutmağı və həccə getməyi, qohumluq əlaqələri saxlamağı və
valideynlərə yaxşılıq etməyi, qonşular mərhəmət göstərməyi və qullara yardım
etməyi, yerdə qalan bütün məxluqlara kömək etmək və həqiqəti deməyi, bakirəliyə
və möminliyə riayət etməyi və ətrafdakılara səmimi qəlblə yaxşılıq etməyi və həmçinin
digər xeyirxahlıqlar göstərməyi əmr etmişdir. O (ona Allahın salavatı və salamı
olsun!), Allaha şərik qoşmağı və haqqı olmadan insanları öldürməyi, zinakarlıq
etməyi və məstedici
içkilər içməyi, məxluqları incitməyi və yalan danışmağı, əxlaqsızlıq etməyi və
başqa cinayətlər törətməyi qadağan etdi.
Onun
(ona Allahın salavatı və salamı olsun!) hökmləri və qadağaları onun (ona
Allahın salavatı və salamı olsun!) həqiqətən də Allahın Elçisi olmasının əzəmətli
dəlillərindəndir. Bunun sübutu həm də onun (ona Allahın salavatı və salamı
olsun!) halal və haramı elan etməsidir. O (ona Allahın salavatı və salamı
olsun!), yeyilməsi üçün ən yaxşı qida maddələrini, faydalı içkilərin içilməsini
və qadınlarla evlənməyi halal etmişdir. O (ona Allahın salavatı və salamı
olsun!), zərərli ərzaq yeməyi, zərərli içki içməyi, bəzi qadınlarla nikah
bağlamağı, əxlaqsız sözlər işlətməyi və yaramaz hərəkətlərə yol verməyi qadağan
etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), yüngül və asan bir din gətirmişdir
ki, o ona etiqad edənləri çətinə salmır
və onları gücləri çatmayan hökmləri yerinə
yetirməyə məcbur etmir.
Möminlər
ona (ona Allahın salavatı və salamı olsun!) inanır və ehtiramla yanaşırlar, ona
kömək göstərir, cahillik və şübhələr zülmətində yolu nurlandıran və istənilən
ziddiyyətləri həll edən Müqəddəs Quranın ardınca gedirlər. Onlar hökmən həm bu
dünya həyatında və həm də ölümdən sonra uğur və böyük nemət qazanacaqlar və hər
cür şərdən xilas olacaqlar, çünki onlar ən əzəmətli bir səbəbdən bərk-bərk
yapışmışlar ki, bunun nəticəsi də – böyük müvəffəqiyyətdir. O kəslər ki, oxumağı
və yazmağı bilməyən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən,
ona (ona Allahın salavatı və salamı olsun!) ehtiram bəsləməkdən və ona (ona Allahın salavatı və
salamı olsun!) yardım göstərməkdən
boyun qaçırırlar, ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilən Nurun
ardınca getmək istəmirlər, mütləq zərərə uğrayanlardan olacaqlar.
ﮢ ﮣ ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ
(7.158)
“De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm.
Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm
dirildir, həm də öldürür. Elə isə Allaha,
Onun yazıb-oxumaq bilməyən elçisinə və Onun kəlmələrinə inanan peyğəmbərə
iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”[3].
Bundan
əvvəlki ayədə Allah bildirir ki, İsrail oğullarına Muhəmməd Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun!) yolu ilə getmək əmr olunmuşdu və belə bir
yanlış təsəvvür yarana bilər ki, onun (ona Allahın salavatı və salamı olsun!)
yolu ilə getmək təkcə onlara aid edilmişdir. Bunun belə başa düşülməməsi üçün Fövqəluca
Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki,
özünün (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin ərəblərə və
qeyri-ərəblərə, Kitab əhlinə və bütün qalan xalqların nümayəndələrinə şamil
edilən ümumbəşəri bir vəzifə olması barədə hamıya bəyan etsin.
O
(ona Allahın salavatı və salamı olsun!), göyləri və yeri yaradan və onları
Kainat və dini qanunları ilə idarə edən Allah tərəfindən göndərilmişdir. Onun
dininin qanunlarından biri bəşəriyyətə böyük bir Elçinin gəlməsini tələb edirdi
ki, onun (ona Allahın salavatı və salamı olsun!) vəzifəsi bəşəriyyəti Allaha və
Allahın mərhəmət diyarına dəvət etməli, onları Ondan və Onun mərhəmət
diyarından uzaqlaşdıra bilən hər şeydən xəbərdar etməli idi.
O
(ona Allahın salavatı və salamı olsun!), şəriki olmayan və Özündən başqa digər
haqq ilah olmayan Allah tərəfindən göndərilmişdi. Ona insanların necə ibadət
etməli olduğunu öyrənmək isə ancaq Onun elçiləri vasitəsilə həyata keçirilə bilər.
O (Allah) ölüləri dirildir və diriləri öldürür və heç kim Onunla bu
hakimiyyətini bölüşdürə bilməz. O, ölümü hər kəsin keçməli olduğu və əbədi aləmə
aparan körpü etmişdir. Əgər insan o biri aləmə iman gətirirsə, o hökmən Muhəmməd
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməlidir.
Allaha
bütün qəlbinizlə iman gətirin və öz imanınızı qəlbiniz və vücudunuzla yerinə
yetirdiyiniz saleh əməllərinizlə təsdiq
edin. Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) – oxuyub-yazmağa
öyrədilməmiş peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirin,
o (ona Allahın salavatı və salamı olsun!) düzgün baxışlara etiqad etmişdir və
saleh əməllər sahibi olmuşdur. Onun (ona Allahın salavatı və salamı olsun!) ardınca
gedin və siz məhz onda düzgün yola çıxarsınız və dünyəvi və mənəvi aləminizi
abadlaşdırmağı bacararsınız. Lakin siz onun (ona Allahın salavatı və salamı
olsun!) ardınca getməyi rədd etsəniz, onda hökmən dərin azğınlığa düşmüş
olarsınız.
ﯥﯦﯧﯨﯩﯪ ﯫ ﯬ ﯭ
(7.159) “Musanın ümməti arasında bir dəstə də
vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar
arasında) ədalətlə hökm edirdilər”.
Onlar
insanlara həqiqəti öyrədir, düzgün qərarlar qəbul edir, mübahisələri və anlaşılmazlıqları
ədalətlə həll edirlər. Fövqəluca Allah buyurur: “(Çətinliklərə) səbir etdikləri
və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə
(insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik” (Səcdə, 32/24).
Bu
vəhylər təsdiq edir ki, Musa peyğəmbərin (ə) xalqı arasında Allahın iradəsi ilə
ətrafdakıları öyüd-nəsihətləri ilə düz yola yönəldən rəhbərlərin olması bu
xalqın üstünlüyünü göstərir. Bu hikmətli ayə İsrail oğullarının kamillik və
doğru yola bağlılığı ilə bir araya sığmayan qüsurlarını göstərən əvvəlki ayələri
tamamlayır. İnsanlarda sadalanan nöqsanların bütün israillilərə məxsus
olması kimi yanlış baxışların yaranmaması üçün[4]
Allah bildirir ki, onların arasında
doğru yolla gedən və onu başqa insanlara göstərənlər də var idi.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕﭖ
ﭗ ﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺﭻ ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
(7.160) “Biz onları on iki
qəbiləyə - ümmətə böldük. Camaatı ondan su
istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi
yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası
və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən
yeyin!” dedik. Onlar Bizə
deyil, ancaq özlərinə zülm edirdilər!”
Allah
İsrail oğullarını on iki nəslə bölmüşdü. Bunlar sülh və razılıq şəraitində birgə
yaşayan on iki qəbilə idilər. Onların hər biri Yaqub peyğəmbərin (ə) bir
oğlundan törəmişdi. Allah bildirir ki, israillilər Musaya (ə) yalvarırlar ki, o
(ə), Allaha dua etsin ki, onlara və heyvanlarına içməli su versin. Yəqin ki, bu
əhvalat onlar, demək olar ki, içməli suyu olmayan ərazidə ikən baş vermişdi,
amma bu barədə ən doğrusunu bilən Allahdır. O, onların yalvarışını qəbul etdi və
əlindəki əsanı daşa vurmağı Musaya (ə) təlqin etdi. Belə bir rəy mövcuddur ki,
həmin daş müəyyən olunmuş bir daş idi. Amma başqa bir şərhə görə bu, istənilən
daş ola bilərdi.
Musa
(ə) əsası ilə daşa vurduqda, ondan on iki çeşmə fışqırdı. Onlar İsrail
oğullarının on iki qəbiləsi arasında bölüşdürüldü və hər qəbilə kimin haradan
su içəcəyini artıq bilirdi. Onlar narahatçılıqdan asudə oldular, istirahət etməyə
imkan tapdılar və daha bir yerə yığışmırdılar. Bütün bunlar Allahın onlara
qarşı kamil mərhəmətinin təzahürü idi.
Allah
buludlara hökm etdi ki, yandırıcı günəşin qabağını kəsərək onları kölgələndirsin
və sonra onlara qüdrət halvası və bildirçinlər nazil etdi. Bu quşların əti çox
dadlı və xoşməzə idi. Bütün deyilənlərdən aydın olur ki, Allah İsrail
oğullarına sərinlədici kölgə, xoşagələn içki, ət yeməyi və şirniyyat bəxş edir.
Onlara, öz taleyi üçün heç bir narahatlıq keçirmədən, bu nemətlərdən ancaq ləzzət
almaq qalırdı. Lakin onlar Allaha şükür etməkdən və Onun qarşısında öz vəzifələrini
yerinə yetirməkdən boyun qaçırdılar. Bu rəftarları ilə onlar Allahı incitmədilər
– təkcə özlərinə qarşı zalımcasına davrandılar. Onlar bütün nemətlərdən məhrum
oldular və özlərini müsibətlərə və məşəqqətlərə məhkum etdilər ki, bu da, onlar
səhrada didərgin dolaşdıqları zaman qismətlərinə düşməklə özünü göstərdi.
ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ
(7.161)
“Yadına sal ki, o zaman onlara belə deyilmişdi: “Bu şəhərdə
sakin olun, ondan istədiyiniz yerdə yeyin, “hittə”
deyin və qapıdan səcdə edərək
daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını
artıra- cağıq!”
(7.162)
“Lakin özlərinə
zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri
haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik”.
İsraillilər
Qüdsə yaxınlaşdıqda onlara şəhərə daxil olub orada məskunlaşmaq tapşırıldı.
Orada çoxsaylı meyvə ağacları və kolluqlar boy atmışdı və Fövqəluca Allah
onlara imkan verdi ki, istədikləri yerdə meyvələrdən yesinlər. Qüdsdə həyatın
rahat və ehtiyac duyulmadan keçəcəyi vəd edilirdi.
Onlara
tapşırılmışdı ki, nazil etdiyi nemətlərə minnətdarlıq əlaməti kimi şəhərə
Allahın qüdrəti qarşısında itaətkarcasına, müti olaraq girsinlər. Allah onlara əmr
etmişdi ki, özlərini dinc və sakit aparsınlar, bağışlanmaları haqqında dua
etsinlər və onlara günahlarını bağışlayacağını və onları həm bu dünyada və həm
də ölümdən sonra mükafatlandıracağını vəd etmişdi.
Lakin
israillilər Rəbbin əmrini yerinə yetirməyib, Ona qulaq asmadılar. Onlar Ona elə
bir saymamazlıqla yanaşdılar ki, bağışlanma duası olan “xitta” əvəzinə, “xinta”
dedilər ki, bu da “bir arpa giləsi” deməkdir. Onlar sadə və mürəkkəb olmayan
bir sözü təhrif etdilər. Hələ bir bununla da qane olmayaraq, onlar şəhərə
yanları üzərində oturduqları halda hərəkət edərək[5]
girdilər və elə bu zaman onları göydən gələn sərt cəza haqladı. Bu – taun xəstəliyi
və ya hər hansı təbii fəlakət ola bilərdi. Allah onlara zalımlıq etmədi – öz əməlləri
ilə layiq olduqlarının əzabını daddılar.
[1] İlk
öncə ayənin (7.155) bu tərcüməsi ilə (Z.B. və V.M.) qarşınızda olan şərhin mətni
arasında bir sıra cüzi də olsa fərqlər mövcuddur (“sarsıntı yaxalayanda
(ildırım vuranda...”). Təfsir müəllifi bu sarsıntının “zəlzələ” olduğunu
konkretləşdirmiş və “ildırım” haqqında məlumat verməmişdir. Tərc. F.S.
[2] “...həm
də bu xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatı
və qadağaları idi” ifadəsi növbəti abzasda (“O (ona Allahın salavatı və
salamı olsun!), insanları gözəlliyi, salehliyi və faydası tamamilə aydın olan əməllər
etməyə çağırırdı.” ) cümləsi ilə başlayaraq geniş şərh edilir.
[3] Ayənin tərcüməsinin mətni
qismən redaktə edilmişdir. F.S.
[4] Həmin fraqmentin qalın
şrift və kursivlə verilməsi mənimdir. F.S.
[5] Bu hərəkət,
hələ ayaq üstə durmağa alışmamış körpə uşağın yanları üstə bardaş quraraq yanları üstə hərəkət etməsinə bənzərdir. F.S.
Комментариев нет:
Отправить комментарий