Ə.N. əs-Səədi. Təfsir. II c. 7.188 - 7.206 ayələr
ﭑﭒ ﭓﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ ﭯ
(7.188) “De: “Mən Allahın istədiyindən başqa
özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz
ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada
daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən
bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və
(yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”
Ey
Muhəmməd! De ki: “Mən Allahdan asılı olan və Ona ehtiyac duyan bir qulam. O, mənə
yaxşılıq əta edir və məni şərdən qoruyur və mənə bəxş etdiyi elm Onun mərhəmətindəndir.
Əgər mən qeybi bilsəydim, onda böyük nemətlər əldə etmək, yaramaz və xoşagəlməz
olan hər şeydən qorunmaq üçün hökmən hər şeyi edərdim. Əgər mən gələcəkdə baş
verəcək hadisələr və bütün baş verənlərin nəticələri haqqında bilsəydim, onları
əldə etməyi bacarardım. Lakin qeybə aid olanlar mənə məlum deyil və buna görə bəzən
mən xoşagəlməz hallarla rastlaşıram və bəzi maddi nemətlərdən məhrum oluram. Təkcə
bu artıq mənim qeybi bilmədiyimə dəlalət edir.
Mən
insanlara yalnız mənəvi və maddi cəza və həmçinin ölümdən sonrakı cəza barədə xəbərdarlıq
edirəm. Mən ancaq insanlar tərəfindən törədildikdən sonra qisası alınacaq əməlləri
açıqlayıram və onları həmin əməllərdən xəbərdar edirəm. Bunlarla yanaşı Axirət
həyatında mükafatlar haqqında qullara bildirmək istəyirəm, onları almağa səbəb
olacaq əməlləri onlara izah edirəm və insanları saleh əməllər işlətməyə
ruhlandırıram. Amma heç də hamı müjdəyə və xəbərdarlıqlara qulaq asmır, təkcə
möminlər onlardan nəticə çıxarırlar”.
Bu
gözəl ayələr nemət əldə etmək və şərdən qorunmaq ümidi ilə Muhəmməd Peyğəmbərə (ona
Allahın salavatı və salamı olsun!) müraciət edənlərin nadanlığını büruzə verir .
O (ona Allahın salavatı və salamı olsun!) heç bir hakimiyyətə malik deyil və
insanlara kömək edə və ya ziyan vura bilməz, çünki təkcə Allah xeyir verməyə və
zərər vurmağa qadirdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz
bilikləri ilə də Fövqəluca Allaha borcludur. Bu o deməkdir ki, o (ona Allahın
salavatı və salamı olsun!) ancaq onun (ona Allahın salavatı və salamı olsun!)
öyüd-nəsihətlərinə və təlimatlarına qulaq asan və işlərində onları rəhbər tutan
möminlərə fayda verə bilər. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!)
böyük fayda verə bilməsi də bununla bağlıdır, çünki onun (ona Allahın salavatı
və salamı olsun!) verə biləcəyi xeyir valideynlərin, əmilərin və qardaşların
verə biləcəyindən dəfələrlə üstündür.
Həqiqətən,
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın qullarını onlara fayda
gətirən hər şeyə dəvət etmiş, onları onlara zərər vura biləcək şeylər barədə xəbərdar
etmiş və öz təbliğatını mükəmməl izah etmişdir.
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ ﮖ ﮗ
ﮘﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨﮩﮪﮫ ﮬ
ﮭ ﮮ
(7.189) “Sizi tək bir nəfərdən (Adəmdən) xəlq
edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından)
zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva)
yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı
(onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua
edib: “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən,
(bu nemətə görə Sənə) şükür edənlərdən olarıq!” – dedi”.
(7.190)
“Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə
verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar.
Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)”
(7.191)
“Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı
(bütlərimi Allaha) şərik qoşarlar?”
(7.192)
“Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!”
Ey
bütün yer üzündə məskunlaşmış kişilər və qadınlar! Sizin çoxsaylı olmağınıza və
aranızda mövcud olan fərqlərə baxmayaraq, hamınızın ulu babası Adəmdir (ə).
Allah ondan Havvanı yaratmışdır ki, o (ə) onunla rahatlıq tapsın.
Qadın
kişidən yaradılmışdır və buna görə onlar bir-birilərinə çox uyğundurlar və bir-birilərinə
sakitlik və rahatlıq verirlər. Bundan başqa, onlar cinsi həvəs bağları ilə bir
birilərinə bağlıdırlar və cinsi əlaqəyə girdikdə Qüdrətli Xaliqin qədərinə
müvafiq olaraq ehtiras və yaxınlıq nəsil artımı ilə təcəssüm edir. İlk
vaxtlarda qadın hamiləliyini hiss etmir və döl ona narahatlıq yaratmır. Lakin
zaman keçdikcə o, ana bətnində böyüyür və valideynlərin qəlbi ona şəfqət hissi
ilə dolur. Onlar çox arzu edirlər ki, uşaq dünyaya sağlam, qüsursuz və
nöqsansız gəlsin. Onlar Allaha dua edərək deyirlər: “Ey Rəbbimiz! Sən bizə
sağlam, qüsursuz və eyibsiz övlad bəxş etsən, biz hökmən Sənin şükredən
qulların olarıq”.
Allah
onların dualarını qəbul edərək və kamil mərhəməti ilə onları himayəsinə götürərək,
onlara sağlam uşaq verəndə, onlar Ona şərik qoşmağa başlayırlar. O, onların
uşağını Özü təklikdə yaradır, onları nemətlərlə təmin edir, lakin məhz uşağın
doğulması onları Onunla bərabər məxluqlara ibadət etməyə sövq edir.
İnsanlar
uşaqlarına ad qoyanda, onlara, Allahdan başqasının qulu olması ilə əlaqədar
adlar, məsələn, Əbdülxaris və ya Əbdüluzza, ya da ƏbdülKəbə adı verməklə Allaha şərik qoşurlar. Bunlar müvafiq olaraq
“cütçünün qulu”, “əl-Uzzanın qulu” və “Kəbənin qulu” adlarıdır. O, onlara heç
bir məxluqun sayıb qurtara bilməyəcəyi çoxsaylı bol nemətlər əta etdikdən
sonra, onlar, məxluqlara ibadət etməklə, Allaha şəriklər qoşurlar.
Bu
ayə, məlum bir şəxs haqqında vəhyin bütöv bir insan qrupu haqqında vəhyə
çevrilməsinin nümunəsidir. Ayənin əvvəlində Adəm (ə) və Havva (ulu nənəmiz)
xatırlanır, sonra isə bütöv bəşəriyyətdən bəhs edilir. İnsanların sadalanan əməlləri
etməsi tez-tez baş verir və buna görə Fövqəluca Allah onların yanlışlığını və
qüsurluluğunu izah edir. Bunların hamısı – şirkin təzahürüdür və kim onları törədirsə,
olduqca böyük ədalətsizliyə yol verir ki, bunun, Allaha şərik qoşmanın, söz və
ya əməllə olmasının heç bir fərqi yoxdur.
Allah
– Vahid Yaradandır. O, insanları bir adamdan törətmiş və aralarında bir-birinə
məhəbbət və mərhəmət bəsləmələrini müəyyən edərək qadını kişidən yaratmışdır.
Bunun sayəsində ər-arvad bir-birilərində rahatlıq tapır və bir-biriləri ilə təmasdan
zövq alırlar. Allah onlara öz ehtiraslarını necə təmin etməyi və bundan həzz
almağı və insan nəslini artırmağı öyrətmişdir. Bu baş verən zaman Qüdrətli
Allah anaların bətnində yeni nəsil yaradır ki, sonradan o, müəyyən bir müddətə
qədər orada inkişaf edir. Bu dövr ərzində valideynlərin ürəyində uşaqlarını
sağlam və qüsursuz görmək arzusu yaranır. Onlar Allaha dua edirlər ki, onlara
sağlam övlad qismət etsin. Allah onların bu xahişini yerinə yetirir və onlara
kamil mərhəmətini əta edir. Məgər O, layiq deyilmi ki, onlar, Ona şərik
qoşmadan, təkcə Ona səmimiyyətlə ibadət etsinlər?
Lakin
hər şey əksinə baş verir və insanlar Onunla yanaşı məxluqlara ibadət etməyə
başlayırlar. Halbuki həmin məxluqlar özləri yaradılmışlar və heç nəyi yaratmaq
qüdrətinə malik deyillər. Onların bütləri onlara ibadət edənlərə yardım göstərməyə
qabil deyillər. Onlar hətta özləri özlərinə kömək edə bilmirlər. Necə ola bilər
ki, insan Allaha Onun yaratdığı və ən kiçicik zərrəni belə yaratmağa qadir
olmayan məxluqları şərik qoşsun? Halbuki onlar pərəstişkarlarını şərdən qoruya
bilmir və hətta özlərini müdafiə etməyi bacarmırlar?! Həqiqətən, belə əməl –
müdhiş zalımlıq və ən böyük axmaqlıqdır.
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ ﯝ
(7.193)
“Siz onları (müşrikləri və ya bütləri) doğru yola dəvət etsəniz, sizə tabe
olmazlar. İstər onları dəvət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti
yoxdur)”.
Ey
müşriklər! Əgər siz öz bütlərinizi düz yola gəlməyə çağırsanız, onlar ardınızca
gəlməzlər. İnsanın vəziyyəti bütün və heykəlin vəziyyətindən daha üstündür,
çünki onlar nə eşitməyə və nə də görməyə qabil deyillər ki, düz yola gəlsinlər və
onu göstərsinlər. Ağıllı insana bu gerçəklik haqqında sadəcə düşünmək kifayətdir
ki, bütlərin acizliyini və müşriklərin nə dərəcədə ağıllı olmadıqlarını anlaya
bilsinlər.
ﯞﯟﯠﯡﯢﯣ ﯤ ﯥ ﯦﯧ ﯨﯩﯪﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ
ﯱﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽﯾ ﯿ
ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ
ﰆ ﰇ ﰈ ﰉ
ﰊ ﰋ
ﰌ ﭑ ﭒ ﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
(7.194)
“Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu
bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa,
haydı, çağırın onları, sizə cavab versinlər”.
(7.195)
“Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən
qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz
hiyləni qurun və mənə heç möhlət də verməyin!”
(7.196)
“Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə
himayədarlıq edər!”
Fövqəluca
Allah Onunla bərabər məxluqlara dua edən müşriklərə müraciət edir. Bütlərin və
bütpərəstlərin arasında böyük oxşarlıq mövcuddur, çünki onların hamısı Allahın
qullarıdır və Onun iradəsinə tabedirlər.
Ey
müşriklər! Əgər sizin bütləriniz doğrudan da, sizin iddia etdiyiniz kimi ibadətə
layiqdirlərsə, onda onları köməyə çağırın və qoy onlar sizin dualarınıza cavab
versinlər. Əgər onlar bunu etməsələr və siz də istədiyinizi ala bilməsəniz,
onda bilin ki, siz yalan danışırsınız və Allaha böyük iftira atırsınız.
Həqiqəti
aydınlaşdırmaq üçün sizin əlavə izahata ehtiyacınız yoxdur, çünki sizə öz
“ilahlarınıza” baxmaq kifayət edər ki, onların sizə fayda verməyə qadir
olmadıqlarını anlayasınız. Onlar yeriyə bilmirlər, çünki ayaqları yoxdur. Onlar
tuta bilmirlər, çünki əlləri yoxdur. Onlar görə bilmirlər, çünki gözləri
yoxdur. Onlar eşidə bilmirlər, çünki qulaqları yoxdur. Onlar insanın malik
olduğu orqan və bacarıqlardan məhrumdurlar. Əgər onlar sizin dualarınıza cavab
verməyə qadir deyillərsə, onda bu o deməkdir ki, onlar da sizin kimi qullardır.
Bundan başqa, siz – daha kamil məxluqlarsınız və onlardan daha bacarıqlı
varlıqlarsınız. Bəs niyə siz onlara ibadət edirsiniz?
Ey
Peyğəmbər! Müşriklərə de: “Öz şəriklərinizlə birləşib, mənə pislik etməyə cəhr
göstərin və ya zərər vurun. Tələsin və mənə möhlət də verməyin. Həqiqətən, siz
mənə heç bir pislik edə bilməzsiniz, çünki mənə himayə edən Allahın Özüdür. O,
mənim qayğımı çəkir, mənə əmin-amanlıq bəxş edir və məni pisliklərdən qoruyur.
O, mənə haqq təlimdən, şəfa və nurdan ibarət olan Kitab nazil etmişdir. Onun
nazil edilməsi Allahın seçilmiş qullarına göstərdiyi qayğısının təzahürüdür. O,
niyyətləri, əməlləri və sözləri doğru olan bütün möminlərin Himayəçisidir”.
Fövqəluca
Allah buyurur: “Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb
işığa tərəf yönəldər. Kafirlərin dostu isə taqutdur (şeytanlardır). Onları
(kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik
qalacaqlar!” (Bəqərə, 2/257).
İman
gətirmiş saleh insanlar Allahı özlərinə Hami seçmiş, Ona iman gətirmiş və təqva
yoluna qədəm qoymuşlar. Onlar özləri üçün başqa himayədarlar axtarmamışlar və
buna görə də Allah onlara hamilik etmiş, onlara lütfkarlıq göstərmiş və onlara
dünyəvi və dini işlərində xeyir və nemət qazanmağa kömək etmiş və həmçinin
onları hər cür bəladan qorumuşdur. O buyurur: “Şübhəsiz ki, Allah iman gətirən
kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir
xaini, nankoru sevməz!” (Həcc, 22/38).
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
(7.197)
“Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə
bilər!”
(7.198)
“Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə
çağırsanız, eşitməzlər. (Ey Elçim!) Sən onları sənə baxan görərsən, halbuki
onlar görməzlər!”
Fövqəluca
Allah bir daha bəyan edir ki, müşriklərin ibadət etdikləri bütlər ibadətə layiq
deyillər, çünki onlar nə özlərinə xeyir gətirməyə, nə də onların qarşısında diz
çökənlərə kömək göstərməyə qadir deyillər. Onların ağlı yoxdur və dualara cavab
vermək bacarığına malik deyillər və hətta əgər onları düz yola gəlməyə
çağırsalar, onlar onsuz da bunu etməzlər. Onlar adicə cansız heykəllərdir. Sənə
elə gəlir ki, onlar sənə baxırlar, lakin onlar heç nə görmürlər, çünki onlar
canlı məxluqların, göz və başqa orqanlar yapılmış təsvirləridir. Əgər onlar
canlı görünsələr də belə, onların üzərində sadəcə düşünmək kifayət edər ki,
onların hərəkət etməyi və yerini dəyişməyi belə bacarmayan cansız heykəllər
olmalarını yəqin edəsən. Müşriklər onlara ibadət edərkən nəyə əsaslanırlar?
Onlara ibadət ayinlərini həsr etməkdən və onlara yaxınlaşmaqdan nə kimi
faydalar əldə edirlər?
Bunu
anlayan insan başa düşür ki, hətta əgər müşriklər öz bütləri ilə birləşərək,
göylərin və yerin Yaradanının himayə etdiyi möminləri hiyləgərliklə ziyana salmaq
istəsələr, onlar onsuz da onlara bir zərrəcik boyda zərər vura bilməzlər. Həqiqətən,
onların hamısı tamamilə aciz məxluqlardır,
halbuki Allahın hakimiyyəti və qüdrəti kamildir. Təkcə Onun himayəsi altında
olan və Ona təvəkkül edən qullar qüdrətlidirlər.
Belə
bir rəy mövcuddur ki, baxan, lakin görməyənlər adı altında Allahın Elçisinə (ona
Allahın salavatı və salamı olsun!) iman gətirməkdən boyun qaçıran müşriklər nəzərdə
tutulur. Bu halda Allah sanki Peyğəmbərə (ona Allahın salavatı və salamı
olsun!) aşağıdakı sözlərlə müraciət edir: “Sən güman edirsən ki, onlar, bundan
fayda götürməyə və haqqı yalandan fərqləndirməyə cəhd edərək, sənə baxırlar,
lakin axı onlar sənin hər bir dərrakəli insana aydın olan əsil keyfiyyətlərini
və məziyyətlərini, gözəlliyini, kamilliyini və doğruçuluğunu görməyə qadir deyillər”.
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ
(7.199) “Sən bağışlama yolunu tut, yaxşı işlər
görməyi əmr et və cahillərdən üz döndər!”
Bu
ayə müsəlmanlara ünsiyyət zamanı insanlara ehtiramla yanaşmağı əmr edir və
onlarla necə davranmağı öyrədir. İnsanlara qarşı münasibətdə yumşaq və mərhəmətli
olmaq, ətrafdakıları onlar üçün çətin olmayan əməllərə və əxlaqi keyfiyyətlərə
dəvət etmək lazımdır. İnsanlara bacarmadıqları
işi həvalə etməyə yol vermək olmaz. Əksinə, xeyirxah əməlləri və sözlərinə görə
bəzi cüzi qüsurlarını onlara bağışlamalı və bəzi çatışmazlıqlarına göz
ymulmalıdır. Kiçiklər qarşısında onların
azyaşlılığına, zəif ağıllılar qarşısında onların ağıllarının çatışmazlığına və
həmçinin kasıblar qarşısında onların aztəminatlılığına görə təkəbbür göstərilməməlidir.
Əksinə, hər kəsə xeyirxahlıqla – şəraitin tələb etdiyi tərzdə yanaşılmalıdır və
in sanlara həmişə sevinc bəxş edilməlidir.
Müsəlman
başqalarını gözəl sözlər danışmağa, gözəl işlər görməyə və yaxınlarına və o qədər
də yaxın olmayanlara yaxşılıq etməyə öyrətməlidir. Ətrafdakılarla ünisyyətə
girdikdə onlara bilik öyrətmək və onları yaxşılıq etməyə ruhlandırmaq lazımdır.
İnsanları qohumluq əlaqələrini möhkəmlətməyə, valideynlərə hörmətlə yanaşmağa,
insanlar arasında əmin-amanlıq yaratmağa çalışılmalıdır. Onlara faydalı məsləhətlər
verməli, düzgün qərarlar təklif etmək, xeyirxahlıqda və təqva məsələlərində
yardım göstərmək lazımdır. Bununla yanaşı onları bəd əməllərdən çəkindirməli və
həm dində və həm də bu həyatda xeyirxahlığı necə əldə etməyi insanlara öyrətməlidir.
Bu
yolda dəvətçi hökmən cahil insanlar tərəfindən məruz qalacağı haqsızlıqlara səbr
etməlidir. Buna görə Fövqəluca Allah belələrindən üz döndərməyi və nadanlıqda
onlara bənzəməməyi əmr etmişdir. Əgər müsəlmanı söz və ya əməllə incidirlərsə,
onda o, belə təhqirlərə təhqirlə cavab verməməlidir. Əgər onu haqqından məhrum edirlərsə, o, onu
incidənin özünü onun haqqından məhrum etməməlidir. Əgər onunla qohumluq əlaqələrini
kəsirlərsə, yaxşı olardı ki, o, onları bərpa etməyə səy göstərsin. Əgər onunla ədalətsiz
davranırlarsa, o, buna baxmayaraq ədalətsizlik etməməli və qərəzkar
olmamalıdır. O ki, qaldı cinlərdən olan
şeytanlara, bu barədə Fövqəluca Allah belə buyurur:
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃﮄ ﮅ ﮆ
ﮇ ﮈ
(7.200) “Əgər
sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə
gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) Eşidəndir, Biləndir!”
Səni
yaxşı əməllər etməkdən saxlamağa və ya
cinayətə yönəltməyə cəhd göstərmək istəyən şeytanın təhrikini hiss edən kimi, kömək
üçün Allaha sığın və Ondan səni
qorumasını dilə. Həqiqətən, O, sənin dediklərinin hamısını eşidir, sənin niyyətlərini və zəif yerlərini
bilir. O, sənin nə dərəcədə səmimi qəlblə Onun Himayəsinə can atdığını bilir və
O, səni şeytanın təhriklərindən və azğınlıqlarından hökmən qoruyacaqdır.
Fövqəluca Allah buyurur:
ﮉ ﮊ
ﮋ ﮌ ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
(7.201)
“Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar
(Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal
(gözləri açılıb) görən olarlar”.
Hər bir adam öyüd-nəsihətləri unudaraq, əl çəkmədən
onun ardınca gedən və onu qəfildən yaxalayan şeytanın təhriklərinə uya bilər. Şeytana təqvalı qulu yoldan çıxarmaq müyəssər
olduqda, o, o saat Allahı xatırlamağa başlayır. Məhz bu xüsusiyyəti onu azğın
günahkarlardan fərqləndirir. Mömin insan günah etdiyini və şeytanın onu haram əməllər
törətməyə sövq etdiyini və ya ona vacib bir hökmü yerinə yetirməyə mane ola
bildiyini başa düşəndə, o, bunun səbəbləri üzərində düşünməyə başlayır. O,
şeytanın ona necə və hansı tərəfdən yaxınlaşması üzərində fikirləşiir. O, Allah
qarşısında olan öz vəzifələrini və dinin tələblərini yadına salır və bunun nəticəsində
o yoldan çıxarıldığını dərk edir və bağışlanması haqqında Allaha dua etməyə
başlayır və buraxdığı nöqsanların üstünü Allaha səmimi tövbə etməklə və
çoxsaylı xeyirxah əməllər etməklə örtsün. O, şeytanı məyus edib kədərləndirir və
onun bütün əldə etdiklərini dağıdır.
ﮖ ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ
(7.202)
“...Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər,
sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya şeytanların
yaxalarından əl çəkməzlər)”.
Şeytanların qardaşları və əlaltıları günah işlətdikdə, şeytanlar onların
azğınlığını daha da gücləndirir və onları yeni-yeni günahlar törətməyə təhrik
edirlər. Onlar itaətsizlik göstərməkdən əl çəkmirlər, şeytanlar da onları
azdırmaqdan əl çəkmirlər. Şeytanların elə istədiyi də budur, onlar isə
asanlıqla tabe olurlar və daima cinayətlər törədirlər.
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ ﯘ
(7.203)
“(Ey Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman
(sənə ayə nazil olmayanda): “Məgər sən onu öz tərəfindən uydurub düzəltməli
deyildin? – deyə soruşarlar. De: “Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə
tabe oluram. Bu (Quran, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir,
həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir”.
Ey
Muhəmməd! Səni yalançı sayan kafirlər doğru yolu və haqqı göstərən ecazkar ayələri
görsələr də öz inadlarından əl çəkməyəcəklər.
Sən onlara haqlı olmağını təsdiq edən hər hansı möcüzələr göstərsən belə,
onlar sənə itaət etməyəcəklər. Əgər sən onlara istədiklərini göstərməsən, onlar
səndən elə narazılıq edəcəklər ki, guya bu möcüzələri sən yaradırsan və məxluqları
sən idarə edirsən. Onlar başa düşmürlər ki, sən hakimiyyət sahibi deyilsən və
ayələri özün yaratmırsan.
Onlara
de: “Mən təkcə Rəbbimin mənə nazil etdiklərinə uyğun hərəkət edirəm. Mən – Rəbbimdən
asılı qulam. Möcüzələri, şəraitə uyğun olaraq Öz İlahi müdrikliyi əsasında göstərən
və nazil edən təkcə Allahdır. Əgər siz
zaman keçdikcə yox olmayan və bütün zamanlar üçün inandırıcı dəlil ola bilən
möcüzə görmək istəyirsinizsə, bu Əzəmətli Qurana diqqət yetirin. O – Allahın niyyətinə
və bəşəriyyətin ən ümdə arzularına nur saçan müdrik Nəsihətdir”.
Quran bir dəlildir və özü də dəlilini izah edir. Əgər
insan onun üzərində düşünərsə, ona aydın olar ki, o, Müdrik və Həmdəlayiq Allah
tərəfindən nazil edilmişdir. Yalan ona nə pndən, nə də arxadan yaxınlaşa bilməz.
O, həqiqəti onunla rastlaşan hər bir kəsə çatdırır, lakin insanların əksəriyyəti
ona inanmaqdan boyun qaçırırlar.
Əgər insan iman gətirirsə, o, Quran ayələrinin sayəsində
azğınlıqdan doğru yola çıxır, Alahın mərhəmətini qazanır və bəlalardan xilas
olur. Bax elə buna görə, vəhyləri əsas tutan və Quranın hökmlərini yerinə yetirən
mömin həm bu dünyada və həm də Axirət həyatında xoşbəxtdir. Kafirlərə gəldikdə
isə, onlar hər iki dünyada bədbəxt və azğın insanlardır.
ﯙ ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ
(7.204) “Quran
oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!”
Bu hökm
Quranın oxunuşunu eşidən hər bir şəxsə aiddir. Hər bir müsəlman Allahın
Kitabını dinləməli və bu zaman sakitliyə riayət etməlidir. Sakitliyə riayət etmək
dedikdə, insanı ayələri dinləməkdən yayındıran bütün danışıqlara və işlərə ara
verilməsi nəzərdə tutulur. Dinləmək dedikdə isə, vəhylərə diqqətlə qulaq
asılması və onların üzərində düşünülməsi nəzərdə tutulur.
Əgər insan, yanında Allahın ayələri oxunduqda bu iki
hökmü yerinə yetirirsə, o, çox böyük fayda əldə edir və geniş biliklər qazanır.
O, imanını kamilləşdirir, doğru yolda möhkəmlənir və dini məsələlərdə bəsirəti
daha da artır. Buna görə, Allah Onun mərhəmətini qazanmağı bu iki hökmlə
bağlamışdır. Əgər insan Quran ayələri onun yanında oxunarkən onları dinləmirsə
və sakitliyə riayət etmirsə, onda o, ən böyük nemətdən və ən əzəmətli mərhəmətdən
məhrum olurlar.
Bilmək lazımdır ki, namaz qılınan zaman səslə oxunan
Quran ayələrinə diqqət yetirmək və sakitliyə riayət etmək hökmü daha vacibdir.
İmam Quranı səslə oxuduqda, onun arxasında dayananlar onu sakitcəsinə dinləməlidirlər.
Bəziləri hətta belə hesab edirdilər ki, bu zaman susmaq “əl-Fatihə” surəsini
oxumaqdan üstündür.
ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ ﯲ
(7.205)
“Səhər-axşam yalvararaq, qorxaraq, səsini
qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!”
Allah Öz qulu və Elçisi Muhəmmədə (ona
Allahın salavatı və salamı olsun!) və bütün qalan insanlara bildirir ki, Onu səmimiyyətlə
xatırlasınlar. Bunu qəlblə və ya dillə etmək olar, amma yaxşı olardı ki, hər
iki zikr formasından birlikdə istifadə edilsin. Allahı mütiliklə xatırlamaq –
Onun qarşısında müxtəlif duaları itaətkarlıqla təkrarlamaq demək olduğu halda,
Onu qorxaraq yad etmək, Onu qəlbdə dərin ehtiramla zikr etməklə bərabər, yaxşı əməllərinin
qəbul edilməyə biləcəyi təhlükəsini unutmamaq
deməkdir.
İnsanın
Allah qarşısında hiss etdiyi qorxunun əlaməti, onun hər bir təşəbbüsündə özünü
büruzə verən səmimiyyətə və kamilliyə
nail olmaq üzrə göstərdiyi səy və can yandırmasıdır.
Namazları
mülayim, mötədil səslə oxumaq lazımdır. Namaz zamanı səsi bərk qaldırmaq və ya səssiz
oxumaq lazım deyil. Ən yaxşısı orta mövqe tutmaq və həddi aşmamaqdır. Allahı
xatırlamaq (zikr etmək) üçün ən münasib vaxt səhərlər və gün batmazdan
qabaqdır, çünki bu – gecə-gündüzün ən yaxşı vaxtıdır.
Allah
qullarına Onu unutmağı qadağan etmişdir, çünki bunun əvəzində cəza olaraq O,
onları öz-özlərini unutmağa məcbur edəcəkdir. İnsanlar belə rəftar etdikdə özlərini
həm bu dünyada və həm də ölümdən sonra hər cür nemətdən məhrum edirlər. Onlar
Allahı xatırlamaqdan üz çevirir və onlara xoşbəxtlik və uğur gətirən ibadətdən
boyun qaçırırlar. Bununla yanaşı onlar, bədbəxtliyə və ümidsizliyə məhkum edən
nə varsa, ona doğru can atırlar.
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ
(7.206) “Rəbbinin
yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər.
Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!”
Fövqəluca Allah xəbər verir ki, Onun qulları
arasında daima Ona ibadət və xidmət edən mələkləri vardır. İnsanlar bilməlidirlər
ki, Allah onlardan ibadət etməyi ona görə tələb etmir ki, ibadət edənlərin
sayını artırsın və ya alçaldılmadan və acizlikdən xilas olsun. O, Ona ibadət
etməyi ona görə əmr edir ki, ibadət edənlər bundan faydalansınlar və onların
yaxşı əməllərinin dəyərini dəfələrlə üstələyən mükafat ala bilsinlər. Buna görə,
O, bəyan edir ki, Ona yaxın olan mələklər və Onun Kürsüsünü daşıyanlar Ona ibadət
etməyi özlərinə ar bilməzlər, Onun qarşısında müti olarlar və Onun hər hökmünü
yerinə yetirirlər. Onlar gecə-gündüz Ona həmd edir, Onun qarşısında səcdə qılır
və Ona şərik qoşmurlar. Yerdə qalan digər qullara gəldikdə isə, onlar alicənab
mələklərdən nümunə götürməli və Hərşeydənxəbərdar Hökmdara yorulmadan ibadət
etməlidirlər.
Комментариев нет:
Отправить комментарий