ﭑ ﭒ
ﭓ ﭔﭕ ﭖ
ﭗ ﭘ ﭙ
ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ
ﭠ ﭡ ﭢ
(3.38)
“Elə oradaca Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə
pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.
Zəkəriyyə
Allahın Məryəmə əta etdiyi mərhəmətini gördükdə, o qərara aldı ki, Fövqəluca
Allahdan bir uşaq istəsin, hərçənd onun vəziyyətində olan insanlar zürriyyətlərinin
olacağına ümid bəsləmirlər.
ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ
(3.39)
“O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah
tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən
bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.
Yəhya, adı
Məryəm oğlu İsa olan Allahın Kəlməsinin həqiqət olduğunu təsdiq etməli idi. Əməlisaleh
Yəhya peyğəmbərin zühur edəcəyi haqqında müjdə həm də özündə Məryəm oğlu İsa məsihin
peyğəmbərliyini ehtiva edir və onun Sözünün doğruluğunu təsdiqləyirdi.
Qüdrətli
Allahın qayğısı nəticəsində Məryəm oğlu İsanın şərəfləndirildiyi Allah Sözü əzəmətlidir.
O, Allahın məxluqları yaratdığı vasitə ilə bağlı hökmlər sırasına daxildir.
Bununla əlaqədar Fövqəluca Allah buyurur: “Həqiqətən, Allah yanında İsanın məsəli,
Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “Ol!” –
dedi, o da oldu” (Ali-İmran, 3/59).
Yəhyanın
qismətinə – Allahın elçilərinin ən fəzilətli və ən şərəflilərindən biri olmaq,
əməlisalehliyin ən yüksək pilləsinə qalxmaq və mətin bir kişi kimi böyümək
düşürdü. Belə bir rəy var ki, “xasur” sözü “uşağı olmayan və qadınlara
maraq duymayan insan” mənasını verir. Başqa bir şərhə görə isə, həmin söz “günahlardan
qaçan və zərər verə bilən şiddətli həvəsdən çəkinən qüsursuz adam” mənasındadır.
Sonuncu izah daha münasibdir.
ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
(3.40)
“O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim
necə oğlum ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini edər”.
Zəkəriyyəyə
iki səbəb uşağı olmasına mane olmuşdu və o, maneələrin mövcud olmasına
baxmayaraq, uşağının necə olacağını bilmək istəyirdi. Allahın müdrikliyi isə tələb
edirdi ki, Kainatda baş verən hadisələr yaxşı məlum olan qanunauyğunluqlara
tabe olsun. Lakin Allah möcüzələr törətməyə qadir olduğu üçün O, Öz istədiyini
həyata keçirir. Bütün hadisələr Onun hakimiyyəti altındadır və Onun arzu etməsindən
asılıdır və hadisənin hər hansı mürəkkəbliyi Onun üçün heç bir çətinlik təşkil
etmir.
ﮋ ﮌ
ﮍ ﮎ ﮏﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ ﮡ
(3.41)
“O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Allah dedi: “Sənin
əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Həmin vaxtda
Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”
Zəkəriyyə
müjdəyə daha da sevinməsi üçün Allahdan xahiş edir ki, ona bir möcüzə göstərsin.
O, Rəbbinin dediyi sözlərin doğruluğuna əmin idi, amma insan Allahın mərhəmətinin
əlamətlərini görəndə qəlbi fərəhlənir, ürəyi rahatlanır. Allah bir əlamət kimi
onun insanlarla üç gün işarələrlə danışacağına və Onu hər günün əvvəlində və
sonunda tərifləməsinə hökm verir.
Üç gün ərzində
susmaq əmri, hətta çox yaşlı qocanın və qısır qadının da uşaqları ola biləcəyini
ona xatırlatdı. Onun üçün bir əlamət də onun insanlarla danışa bilmədiyi halda,
dilinin daima Allahı zikr etməklə və tərifləməklə məşğul olması idi. Bu, Zəkəriyyəni
olduqca sevindirmişdi və o, Allaha həmdüsəna etməyə, şəfəq qaralarkən və dan
yeri ağararkən Onu çoxlu-çoxlu zikr etməyə başladı.
Yəhya peyğəmbərin
doğulması, İmran qızı Məryəmin Zəkəriyyəyə gətirdiyi bərəkətin nəticəsi idi.
Çünki Allahın, qulu Məryəmə bəxş etdiyi hesabsız gözəl qismət peyğəmbəri itaətkarlıq
və mütiliklə Allaha müraciət etməyə sövq etdi. Şübhəsiz ki, bütün səbəblər və zəruri
şərtlər Allah tərəfindən yaradılır, amma O, savab qazandıran əməlləri Öz
qulları ilə əlaqələndirir ki, onların şan-şöhrətini artırsın və mükafatlarını
çoxaltsın.
ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ ﮭ ﮮ
(3.42)
“Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi
və aləmlərin qadınlarından üstün etdi”.
Fövqəluca
Allah bir daha buyurur ki, Məryəm özünü ibadətə həsr edərək kamilliyə və böyük
yüksəkliklərə ucalmağı bacardı. Mələklər ona dedilər: “Ey Məryəm! Allah səni
seçmiş, sənə gözəl keyfiyyətlər və mükəmməl əxlaq bəxş etmişdir. Allah səni pis
adətlərdən təmizləmiş aləmlərin qadınlarından yüksəyə qaldırmışdır”.
Muhəmməd
Peyğəmbər (s.ə.s.) demişdir: “Çox kişilər kamilliyə nail olmuşlar, amma
qadınlar arasında buna təkcə İmran qızı Məryəm; Müzahimin qızı Asiyə və
Xuveylidin qızı Xədicə nail olmuşlar. Aişə isə, sarid[1] bütün ləzzətli yeməklərdən
üstün olduğu kimi, qalan bütün qadınlardan üstündür”.
ﮯﮰﮱﯓ ﯔﯕﯖﯗ
(3.43)
“Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya
get!”
Mələklər Məryəmi
çağırdılar ki, o, Allahın mərhəmətinə sevinsin, Ona həmd etsin, Onun qarşısında
öz borcunu yerinə yetirsin və Ona layiqincə xidmət etsin. Onlar ona tapşırdılar
ki, çoxlu savab işlər görsün, Allahın qarşısında müti olsun, daima Ona itaətkar
olsun və Ona ibadət edənlərlə birlikdə namaz qılsın. O, ona nə tapşırılmışdısa,
yerinə yetirdi və kamilliyə nail olaraq, çoxlarını ötüb keçdi.
ﯘ ﯙ
ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ ﯬ ﯭ
(3.44)
“Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə
edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında
deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin”.
Bu hekayət,
Quranın digər çoxsaylı rəvayətləri kimi, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinin
həqiqiliyinin ən böyük dəlillərindən biridir. Bu əhvalat insanlara keçmiş günlərin
hadisələri haqqında müfəssəl və səhih, artırmadan və azaltmadan məlumat verir.
Bu isə o deməkdir ki, Peyğəmbər (s.ə.s.) bildiklərini vəhy yolu ilə Qüdrətli və
Müdrik Rəbbindən əldə edirdi, insanlardan öyrənmirdi. O, Məryəmin anası
qızını İsrail oğullarının yanına gətirəndə, onlar ağsaqqallarının qızına kimin
himayə edəcəyi və məsləhətçisi olacağı barədə bir-biriləri ilə mübahisə etməyə
başlayanda, onların arasında deyildi. Onlardan hər biri bu xeyirxah işi yerinə
yetirmək və Allahdan mükafat qazanmaq istəyirdi və uzun-uzadı mübahisə, onlar
püşk atmaq qərarına gəldikdən sonra kəsildi. Onlar öz qələmlərini atdıqdan
sonra, püşk Zəkəriyyəyə düşdü. Beləliklə də Allah ona və Məryəmə böyük
lütfkarlıq göstərdi.
Muhəmməd
Peyğəmbər (s.ə.s.) bu hadisələrin şahidi deyildi, insanlara çatdırmaq üçün
onların barəsində heç nə bilə bilməzdi. Təkcə Allah ona bu hekayəti xəbər verə
bilərdi. O, Quran hekayətlərini nazil edir ki, insanlar onlardan faydalı nəticələr
çıxarsınlar. Bu nəticələrdən ən mühümü isə, Allahın təkliyinin, Muhəmmədin (s.ə.s.)
peyğəmbərliyinin, öldükdən sonra dirilmənin və İslam dininin digər əsas müddəalarının
həqiqiliyinin etiraf edilməsidir.
ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ ﰁ ﰂ
(3.45)
“O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı
Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və Axirətdə
şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır”.
ﭑﭒﭓﭔ ﭕﭖﭗﭘ
(3.46)
“O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla
danışacaqdır və salehlərdən olacaqdır”.
Həm bu
dünyada və həm də Axirət həyatında Məsihin qismətinə insanlar arasında yüksək səviyyədə
ehtiram edilən şəxs olmaq nəsib edilmişdi. Ona Allahın yaxınlarından biri olmaq
və ən yüksək pillələrdən birini tutmaq qismət olunmuşdu. Şübhəsiz ki, bu müjdə
heç bir digər sevindirici xəbərlərə bənzəmirdi. Xəbərdə deyilirdi ki, Məsih
beşikdə ikən insanlarla danışacaq. Bu isə Allahın möcüzələrindən biri və Onun Məryəmə
və həmçinin bütün qalan insanlara göstərdiyi mərhəmətiydi. Məsih böyüyəndə də
insanlarla danışacaqdı. Sonuncu, onun peyğəmbərlik təbliğatını və nəsihətlərini
nəzərdə tutur.
Körpənin
beşikdə heyranedici nitqi möcüzə idi və onun doğruçuluğunun və peyğəmbərliyinin
dəlili və həmçinin onun, adamlar tərəfindən nahaq ittiham etdikləri anasının
iyrənc günaha aidiyyəti olmadığının təsdiqi idi. Böyüdükdən sonra Məsihin söylədikləri
moizələr insanlara böyük faydalar verirdi, axı o, Rəbb ilə bəşəriyyət arasında
vasitəçi idi, ona onlara vəhyləri çatdırmaq, onlara dini və Allahın qanunlarını
öyrətmək tapşırılmışdı. O, ürəyi Allah haqqında biliklərlə və Ona məhəbbətlə
dolu olan salehlərdən idi və dili daima Allahı zikr etməklə, Ona həmdüsənalar
yollamaqla məşğuldu. Salehlər bütün varlıqları ilə yorulmadan savab işlər görür
və Rəbbə qulluq edirlər.
ﭙ ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ
(3.47) “Məryəm dedi: “Ey Rəbbim! Mənə
bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Allah dedi:
“Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq
“Ol!” – deyir, o da olur”.
Məryəm ona bir kişi toxunmadığı halda uşağı
olacağına təəccüblənmişdi. Lakin Allah, qulları öz Rəbbinin hüdudsuz qüdrətinə
əmin olsunlar və heç kimin Onun iradəsinə müqavimət göstərə bilməyəcəyini başa
düşsünlər deyə, istədiyini edir.
ﭳﭴﭵﭶﭷﭸ
(3.48)
“Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək”.
ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿ ﮀ
ﮁ ﮂﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ
(3.49)
“Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən
sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən
sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın
izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə
tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız
şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün
dəlil vardır”.
ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ ﯠ
(3.50)
“Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram
edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən
bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin”.
ﯡ ﯢ
ﯣ ﯤ ﯥﯦ ﯧ
ﯨ ﯩ ﯪ
(3.51)
“Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! Çünki
bu, düz yoldur”.
Allah, əvvəlki
səmavi Kitablara bənzəyən Kitabı Məsihə təlim etdi, ona insanlar arasında ədalətlə
mühakimə yürütməyi öyrətdi və peyğəmbərlik verdi. Allah onu İsrail oğullarının
yanına göndərdi və açıq-aşkar ayələrinin və inandırıcı dəlillərinin köməyi ilə
ona yardım etdi. Onların sayəsində o, insanlara özünün, həqiqətən, Allahın
elçisi olduğunu sübut edən möcüzələr göstərdi. Allahın iradəsi ilə gildən quşabənzər
bir şey düzəldib ona üfürən kimi, o şey canlı quşa çevrildi. Allahın iradəsi
ilə, o, nəinki görməkdən, hətta gözdən məhrum olan insanlara da görmə qabiliyyəti
qaytarır və cüzamlıları sağaldırdı. Allahın iradəsi ilə o, ölüləri dirildir və
insanlara evlərində yedikləri və saxladıqları şeyləri xəbər verirdi.
Allah ona,
Onun peyğəmbərlərinə verdiyi iki növ xarüqəladə və ecazkar möcüzə bəxş etmişdi.
O, ona peyğəmbərlik və din bağışlamışdı ki, onu insanlar arasında təbliğ etsin.
Onun dini Tövratın və əvvəlki peyğəmbərlərin dini idi və bu onun əsil peyğəmbərliyinin
ən böyük dəlili idi. Əgər o, həqiqəti danışmasaydı, dediyi sözləri mütləq
Allahın əvvəlki elçilərinin təbliğ etdiklərinə zidd olar və onun baxışları əvvəlki
səmavi təlimlərdən öz əsas və ikinci dərəcəli müddəaları ilə fərqlənərdi. Lakin
onların təlimləri arasında oxşarsızlıq yox idi və bu da ona dəlalət edirdi ki,
o, həqiqətən, Allahın elçisidir və onun təlimi, şübhə edilməyən bir haqdır.
Bundan başqa, o, israillilərə əvvəlcə haram edilmiş şeylərin bir hissəsini
halal etdi və onların dini vəzifələrini asanlaşdırdı.
O, insanları
təqvalı olmağa, ona itaət etməyə və təkcə Allaha – bütün insanların Rəbbinə
ibadət etməyə dəvət edirdi, çünki şəriki olmayan Vahid Allaha ibadət və Allahın
elçilərinə tam itaət bütün peyğəmbərlərin və elçilərin təbliğatının əsasını təşkil
edir. Budur Cənnət bağlarına aparan düz yol!
ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
ﯾ ﯿ ﰀ ﰁ
(3.52)
“İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı
olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz
Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ
(3.53)
“Ey Rəbbimiz! Biz Sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin
ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”
İsrail
oğullarının İsa peyğəmbərə münasibəti müxtəlif oldu. Onlardan bəziləri ona
iman gətirdilər, digərləri isə iman gətirməyi rədd edərək, onu yalançı
saydılar, anasını isə əxlaqsızlıqda və zinakarlıqda ittiham etdilər. Yəhudilər
məhz belə rəftar etdilər. Peyğəmbər xalqının ona iman gətirməkdən boyun
qaçırdığını və onun moizələrini rədd etdiyini hiss etdikdə, o, İsrail
oğullarını ona yardım göstərməyə çağırdı. Belə olduqda, həvarilər Allahın
dinini müdafiə edəcəklərini ona vəd edərək, ondan xahiş etdilər ki, onların
müti müsəlman olmalarına şahidlik etsin.
Allah həvarilərə
və İsa peyğəmbərə böyük iltifat göstərərək, onları ona iman gətirməyə, itaət
etməyə və lazımi kömək etməyə ruhlandırdı. Buna görə, onlar Allahın nazil
etdiyi nə vardısa, hamısına iman gətirməyi, Onun elçisinə itaət etməyi öhdələrinə
götürdülər və Ondan xahiş etdilər ki, onları, tövhid tərəfdarı olduqlarını bəyan
edənlərin və Allahın peyğəmbərinin doğruçuluğuna və Onun dininin haqq
olduğuna şahidlik edənlərin sırasına yazsın.
ﭛ ﭜ ﭝﭞ ﭟ
ﭠ ﭡ ﭢ
(3.54)
“Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən
yaxşısıdır”.
İsa (ə)
hiss etdi ki, İsrail oğullarının əksəriyyəti ona iman gətirməkdən boyun
qaçırır, onun əleyhinə fitnə-fəsad hazırlayır, hiylə qururlar. Allah isə onlara
qarşı hiylə qurdu, axı O, hiyləgərlərin ən Xeyirlisidir. Yəhudilər peyğəmbəri
öldürməyi və çarmıxa çəkməyi düşünmüşdülər, Qüdrətli Allah isə, onlara onun
qiyafəsində bir başqasını təqdim etdi.
ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
(3.55)
“O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf
qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət
gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən
də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm”.
Mürtədlər
İsa peyğəmbər hesab etdikləri kəsi tutaraq onu edam etdilər və nəşini çarmıxa
çəkdilər, Allah isə peyğəmbərini Öz yanına yüksəltdi və ağır cinayət törətmiş
kafirlərdən xilas etdi. Qiyamət günü başlamazdan öncə İsa peyğəmbər (ə) yerə
qayıdacaq və İslamın qanunları əsasında ədalətli hökmlər çıxaracaq. O,
donuzları məhv edəcək, xaçları sındıracaq və Muhəmməd Peyğəmbərin (s.ə.s.)
hökmlərini yerinə yetirəcək və onda yalançılar başa düşəcəklər ki, onlar nə dərəcədə
azdırılmış və aldadılmışlar, nə dərəcədə yalançı və haqsız olmuşlar.
Bu ayədə
İsa peyğəmbərin (ə) ardıcılları adı altında Allahın azğın bidətçilər üzərində qələbə
bəxş etdiyi, haqq dini qəbul etmiş əməlisaleh insanlar nəzərdə tutulur. Muhəmməd
(s.ə.s.) milləti gələndən bəri İsa peyğəmbərin yeganə sadiq ardıcılları müsəlmanlar
olmuşlar ki, Allah da onlara bütün kafirlər üzərində zəfər çalmağa və Muhəmməd
Peyğəmbərin (s.ə.s.) dinini yer üzündə təsdiq etməyə kömək göstərmişdir. Fövqəluca
Allah buyurur: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir
ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri
edəcək, onlar üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların
qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi
Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir”
(Nur, 24/55).
Allahın
müdrikliyi həmişə ədalət təcəssümü olduğu üçün tələb edir ki, O, dininin həqiqi
tərəfdarlarına açıq-aydın kömək göstərsin və Allahın hökmlərinə, qadağalarına
riayət etməkdən boyun qaçıran, dini ehkamları kənara qoyan və günah işlətməyə cəsarət
edənləri düşmənin gözü qarşısında cəzalandırsın və alçaltsın.
ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
(3.56)
“Kafirlərə isə bu dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların köməkçiləri
də olmayacaq”.
ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗﮘ ﮙ
ﮚ ﮛ ﮜ ﮝ
(3.57)
“İman gətirib saleh əməllər işlədənlərin mükafatları tam veriləcəkdir. Allah
zalımları sevmir”.
Bu iki ayədə
Fövqəluca Allah insanları əməllərinə görə gözləyən əvəz barədə izahat verir. Bu
ittihamnamə əvvəlki səmavi dinlərin, sadalanan keyfiyyətlərə malik olan bütün
tərəfdarlarına aiddir. Bütün elçilərin Ağasının (s.ə.s.) və Allahın
son Peyğəmbərinin (s.ə.s.) gəlişindən sonra, onun peyğəmbərlik səlahiyyəti ilə
bütün əvvəlki kitabları qüvvədən saldı, onun dini isə bütün əvvəlki dini
qanunları ləğv etdi. Buna görə, İslam dininə etiqad etməkdən boyun qaçıran hər
bir kəs, mütləq məhvə məhkum olunmuşlar arasında olacaqdır.
ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
(3.58)
“Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir”.
Bu Əzəmətli
Quran insanların ilk və sonrakı nəsillərinin hekayətlərindən və həmçinin peyğəmbərlər
və elçilər haqqında tarixdən ibarətdir. O, Allahın aydın ayələrindən ibarət
olmaqla qullara, onların ehtiyacı olduğu hər şeyi xatırladır. O, hikmət və
aydınlıq təcəssümüdür, onun hekayətləri gerçək və hökmləri gözəldir.
ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬﮭ ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ
(3.59)
“Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu
torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu”.
Məryəm və
onun oğlu haqqında gerçək rəvayətdən sonra, Fövqəluca Allah izah edir ki, İsa
peyğəmbər (ə) sadəcə bir qul idi, Allah isə ona böyük lütfkarlıq göstərmişdi.
Bu peyğəmbərin (ə) ilahlaşdırılması Allaha, Onun bütün peyğəmbərlərinə və hətta
İsa peyğəmbərin özünə də böhtandır. Onu öz allahları sayan günahkarlar şübhəli
və qüsurlu dəlillərə istinad edirlər. Onların sübutları ədalətli olsaydı, onda
Adəmin allah olmağa haqqı daha çox olardı, axı Allah onu atasız və anasız
yaratmışdı. Buna baxmayaraq, bütün adamlar onu adi bir insan və Allahın
qullarından biri hesab edirlər. Bax buna görə də, İsanın atasız və qəribə halda
doğuluşuna əsaslanan ilahlaşdırılması haqqında bəyanatlar yalan və tamamilə əsassızdır.
ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
(3.60)
“Haqq sənin Rəbbindəndir. Elə isə heç vaxt şübhə edənlərdən olma”.
Şübhə
edilməsi mümkün olmayan haqq İsa peyğəmbərin (ə) aşağıdakı sözlərində öz əksini
tapmışdır: “Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim,
sizin də Rəbbiniz olan Allaha ibadət edin!” – demişəm. Nə qədər ki, onların
arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən
sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən” (Maidə,
5/117).
ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮ ﯯ ﯰ
ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ ﯹ
(3.61)
“Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə,
de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı,
özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini
diləyək”.
Bir dəfə
Muhəmməd Peyğəmbərin (s.ə.s.) yanına Nəcrandan xristianların nümayəndələri gəlmişdi.
Peyğəmbər (s.ə.s.) onlara İsanın təkcə Allahın qulu və Onun elçisi olması barədə
inandırıcı dəlillər gətirdi, lakin onlar inadkarcasına öz yanlış baxışlarını
müdafiə etməkdə davam etdilər. Onlar həqiqəti aydınlaşdırdılar, lakin onların
öz baxışlarına olan tərs və fanatikcəsinə münasibəti haqqa itaət etmələrinə
mane olurdu. Onlar İsanın Allah olduğuna təkid etməkdə davam edirdilər. Belə
olduqda, Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) əmr edir ki, yalançılara Allahın lənət
etməsi təklifi ilə onlara müraciət etsin.
Allahın
Elçisi (s.ə.s.) onlara söz verir ki, öz ailəsini və öz oğullarını gətirsin və
onlara da təklif edir ki, öz ailələri və oğulları ilə birlikdə gəlsinlər ki, Fövqəluca
Allahdan yalançıları cəzalandırmasını və onlara lənət etməsini bir yerdə xahiş
etsinlər. Xristianlar onun təklifini qəbul edib-etməmək haqqında öz aralarında
məsləhətləşdilər və qərara gəldilər ki, onu qəbul etməsinlər, axı onlar çox gözəl
bilirdilər ki, Muhəmməd (s.ə.s.) Allahın əsil peyğəmbəridir. Onlar başa
düşürdülər ki, onun təklifini qəbul etmək özlərini, öz övladlarını və öz
arvadlarını məhvə məhkum etmək idi və buna görə onlar onunla sülh müqaviləsi
bağladılar, adambaşına can vergisi ödəməyə razılılaşdılar və xahiş etdilər ki,
onlara qarşı döyüş əməliyyatları aparılmasın. Bu şərtlər Peyğəmbəri (s.ə.s.)
qane etdi və o, onlara təzyiq göstərməkdən vaz keçdi, çünki o, istənilən nəticəyə
nail olmuşdu. İnsanlar həqiqəti dərk etdilər və xristianların inadkarlıq və
kafirlik etdiklərini aydınlaşdırdılar, çünki onlar yalançılara Allahın lənətini
çağırmaqdan boyun qaçırmışdılar və əslində bununla ədalətsiz insan olduqlarını
etiraf etmişdilər.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕﭖ ﭗ
ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ
(3.62)
“Həqiqətən, bu, gerçək bir hekayətdir. Allahdan başqa ilah yoxdur. Şübhəsiz
ki, Allah Qüdrətlidir, Müdrikdir”.
ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ
(3.63)
“Əgər onlar üz döndərsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır”.
İnsanlar,
həqiqət onlara aydın olduqdan sonra, ondan üz döndərir və öz azğın baxışlarından
əl çəkmirlərsə, onda onlar fitnəkar və fasiqdirlər və bu, Allaha gün kimi
aydındır. Onun qüdrəti o dərəcədə əzəmətlidir ki, bütün məxluqat Onun
qarşısında itaət edir, yerin və göylərin sakinləri Ona tabe olurlar. Bunlarla
yanaşı O, kamil müdrikliyə malikdir və bunun sayəsində hər şeyi öz yerində yerləşdirir.
ﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿ ﮀ
ﮁ ﮂﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
(3.64)
“De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki,
Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi çərik qoşmayaq və Allahı
qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, de: “Şahid
olun ki, biz müsəlmanlarıq!”
Muhəmməd
Peyğəmbər (s.ə.s.) bu şərəfli ayənin mətnini Kitab əhlinin hökmdarlarına
yolladığı dəvət məktublarında əks etdirərdi. Bəzən o (s.ə.s.), bu ayəni sübh
namazının sünnəsinin birinci və ya ikinci rükətində oxuyardı. O (s.ə.s.), bu
sözlərdə, bütün peyğəmbərlərin və elçilərin təbliğ etdikləri vahid dinə
çağırış, şərik qoşmadan, təkcə Allaha ibadət etmək zəruriyyətinin izahı və
bütün insanların adi adam, Müqəddəs Allahın sifətlərinə və xüsusiyyətlərinə
malik olmadıqlarının təsdiqi olduğu üçün belə edərdi.
Ey möminlər!
Əgər Kitab
əhli və yerdə qalan bütün adamlar sizin çağırışınıza tabe olurlarsa, onda
onlar düz yolla gedirlər. Yox əgər onlar üz döndərsələr, onda onlara əmr edin
ki, sizin artıq İslama daxil olduğunuza şahidlik etsinlər.
ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗﮘ ﮙ
ﮚ ﮛ
(3.65)
“Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil
ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?”
ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩﮪ ﮫ
ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(3.66)
“Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs
nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz
bilmirsiniz!”
ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ ﯠ
(3.67)
“İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və
müşriklərdən deyildi”.
ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪﯫ ﯬ
ﯭ ﯮ ﯯ
(3.68)
“Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər
və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır”.
Bütün dini
icmaların nümayəndələri – yəhudilər, xristianlar, müşriklər və müsəlmanlar – bəyan
edirlər ki, onlar İbrahim peyğəmbərin yolu ilə gedirlər. Lakin Fövqəluca Allah
bildirir ki, İbrahimə ən yaxın olan adamlar – Muhəmməd Peyğəmbər (s.ə.s.), onun
ardıcılları və habelə, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinə qədər yaşamış
İbrahim peyğəmbərin (ə) özünə sadiq olan ardıcıllarıdır. Yəhudilərə,
xristianlara və müşriklərə gəldikdə isə, onların İbrahimə heç bir aidiyyəti
yoxdur, çünki onun dini, bütün elçilərə və bütün Səmavi Kitablara iman gətirməyə
əsaslanan təmiz tövhid dini idi.
Belə təmiz
baxışlara etiqad edənlər təkcə müsəlmanlardır. Yəhudilərin və xristianların
da özlərini İbrahimin tərəfdarları adlandırmalarına baxmayaraq, yaxşı məlumdur
ki, həm yəhudi və həm də xristian dini, Allahın bu sevimlisinin vəfatından çox əsrlər
keçdikdən sonra təşəkkül tapmışlar. Bəs niyə yəhudilər və xristianlar onların
yalanını və uydurmalarını ifşa edən baxışları ilə əlaqədar mübahisələrini
davam etdirirlər? Onlar bildikləri şeylər haqqında mübahisə edə bilərdilər. Bəs
niyə onlar, baxışlarının yanlışlığının, təfərrüatı ilə araşdırılmasına qədər,
aydın olduğu halda, mübahisə edirlər?
Buradan
belə bir nəticə çıxır ki, insanlar bilmədikləri şey barəsində mübahisə etməməli
və hətta danışmamalıdırlar. Allahın möminləri himayə etməsi müddəasından da
aydın olur ki, qulun imanı gücləndikcə, Allah Öz mərhəməti sayəsində ona daha
çox himayədarlıq edir, onun taleyini yüngülləşdirir və onu çətinliklərdən
qurtarır.
ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
(3.69)
“Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar
və bunu da hiss etmirlər”.
ﯾ ﯿ
ﰀ ﰁ ﰂ
ﰃ ﰄ ﰅ ﰆ
(3.70)
“Ey Kitab əhli! Haqqa şahid olduğunuz halda nə üçün Allahın ayələrini
inkar edirsiniz?”
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
(3.71)
“Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?”
ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ ﭭ
(3.72)
“Kitab əhlindən bir zümrə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin
və günün sonunda inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr”.
ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ
ﮎ ﮏ ﮐ
(3.73)
“Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri
verilməsin və yaxud müsəlmanlar Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”.
De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf
Allahın Əlindədir və onu istədiyinə verir! Allah hər şeyi Əhatəedəndir,
Biləndir”.
ﮑ ﮒ
ﮓ ﮔﮕ ﮖ
ﮗ ﮘ ﮙ ﮚ
(3.74)
“O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir”.
Allah müsəlmanlara,
onlara qarşı düşmənçilik əhval-ruhiyyəsində olan və onları ən yaramaz üsullarla
azdırmağa cəhd edən Kitab əhlinin fitnə-fəsad hazırlaması haqqında xəbər verməklə
böyük lütfkarlıq göstərir. Onlardan bəziləri hətta bir-birinə deyirlər: “Gəlin
günün əvvəlində İslama iman gətirək və günün sonunda isə imandan üz döndərək.
Müsəlmanların arasında elə adamlar var ki, sizi bilikli və savadlı sayırlar və əgər
onlar sizin belə etdiyinizi görsələr, onda öz dinlərinə şübhə etməyə
başlayarlar. Onlar fikirləşərlər ki, siz onda əvvəlki Kitablara zidd olan dəyərsiz
baxışlarla rastlaşmasaydınız İslam dinindən heç vaxt əl çəkməzdiniz”.
Onlar
müdhiş fitnəkarlıqlar törədirlər, lakin Fövqəluca Allah istədiyini doğru yola
yönəldir. O təkbaşına Öz mərhəmətinin və səxavətinin sərəncamçısıdır, istədiklərinə
onları bəxş edir. O, müsəlmanlara, onlara qədər heç kimin layiq görülmədiyi
xüsusi lütfkarlıq göstərməyi istəmişdir. Məkrli kafirlər anlaya bilmirlər ki,
Allahın gerçək dini insanların qəlbinə daxil olduqda, zaman keçdikcə onlar daha
böyük iman və əqidə sahibi olurlar, hər hansı şübhə isə, onları dinin qanunlarından
daha möhkəm yapışmağa və Allaha həmd etməyə, Onu, saysız-hesabsız nemətlərinə
və mərhəmətinə görə tərifləməyə yönəldir.
Kitab əhli
istəmir ki, müsəlmanlar, onların vaxtilə aldıqlarını alsınlar. Məhz buna görə,
onlar Rəbbin qarşısında müsəlmanlarla höcətləşirlər. Buradan aydın olur ki,
onların bəd əməllərinin səbəbi həsəd, ədalətsizlik və günahkarlıqlarının ifşa
olunacağından ehtiyat etmələridi. Bu barədə Fövqəluca Allah buyurur: “Kitab əhlindən
bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən
sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları
bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir”
(Bəqərər, 2/109).
ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱﯓ ﯔ
ﯕ ﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(3.75)
“Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam
qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə
durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar:
“Avamlardan ötrü bizə günah olmaz!” – deyirlər və bilə-bilə Allaha qarşı yalan
söyləyirlər”.
Fövqəluca
Allah bildirir ki, Kitab əhli arasında elələri var ki, onlara etibar edilməsinə
layiqdirlər və əgər onlara böyük miqdarda pul etibar etsən, onu hökmən öz
sahibinə qaytararlar. Ancaq onların arasında elə məkrli fasiqlər də var ki,
özgəsinin malına, hətta onun çox az olmasına baxmayaraq, qəsd etməyə
hazırdırlar. Öz iyrənc məkrliliyinə və xəyanətkarlığına baxmayaraq, onlar əməllərini
uydurma sübutlarla doğrultmağa cəhd edərək belə deyirlər: “Biz onların malını mənimsəyəndə
günah işlətmirik, çünki o, bizim üçün toxunulmaz deyil”. Onlar Allaha şər
atmağa cəhd göstərirlər, halbuki, onlar, belə cinayətlərinə görə məsuliyyət
daşıyacaqlarını yaxşı bilirlər. Onlar, etibar etdiklərinə görə, ərəblərə nəinki
xəyanət edir və nifrətamiz münasibət bəsləyir, həmçinin şüurlu surətdə Allaha
böhtan atırlar. Onlar öz cahilliyinə və sapqınlığına görə belə hərəkət edən
adamlara qətiyyən oxşamırlar.
ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ ﯫ ﯬ
(3.76)
“Xeyr! Kim əhdini yerinə yetirsə və Allahdan qorxsa, şübhəsiz ki, Allah
müttəqiləri sevir”.
Yox-yox!
Onların sözləri sonsuzluğa qədər həqiqətdən uzaqdır, buna görə də, müttəqi
mömin ancaq Allahın qarşısında və Onun qullarının qarşısında öz vəzifələrini
qüsursuz yerinə yetirən şəxsdir və məhz belə insan Allahın məhəbbətinə
layiqdir. Əgər insan başqa cür hərəkət edirsə, insanlar qarşısında götürdüyü
öhdəliklərini yerinə yetirmirsə və Allahdan layiqincə qorxmursa, onda o,
Allahın nifrətinə düçar olur və ən əzabverici cəzaya məhkum edilir.
ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ ﰁ
ﰂ ﰃ ﰄ
ﰅ ﰆ ﰇ ﰈ
(3.77)
“Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər
üçün Axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü
onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir
əzab vardır”.
Əgər
insanlar dini dünya nemətlərinə satırlarsa, keçici maddi zövqə üstünlük verirlərsə,
yalandan and içmək və öz öhdəliklərini yerinə yetirməmək hesabına
varlanırlarsa, onda Allah Qiyamət günü onlarla danışmayacaq və hətta onların
üzünə belə baxmayacaq. Allah onları təmizləməyəcək və əzabverici cəzaya məruz
qoyacaq, çünki onlar Onun qəzəbinə layiqdirlər, özlərini amansız cəzaya düçar
etmişlər, Allahın mükafatından və mənəvi təmizlənməsindən məhrum olmuşlar. Axirət
həyatında onlar cinayətlərin və ağır günahların rəzalətinə bürünəcəklər.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ ﭮ
(3.78)
“Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə,
Kitabı oxuyarkən dilləri ilə təhrif edirlər. Halbuki bu, Kitabdan deyildir.
Onlar: “Bu, Allah qatındandır!” – deyirlər. Halbuki o, Allah qatından deyildir.
Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar”.
Kitab əhli
arasında elə adamlar var ki, Allahın Kitabını təhrif edərək onu düzgün oxumur
ki, insanlar onların oxuduqlarını Səmavi Vəhyin sözləri kimi qəbul etsinlər.
Onlar Vəhyin mətnini və mənasını yanlışlaşdırır, lakin bu müdhiş cinayətlə də
kifayətlənmirlər. Onlar öz uydurmalarının Müqəddəs Kitabdan götürüldüyünü göstərməyə
çalışırlar, halbuki bu, açıq-aydın yalandır. Onlar törətdiklərinin ağırlığını və
əməllərinin nəticələrini dərk edərək Allaha açıq şəkildə böhtan atırlar.
ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
(3.79)
“Heç kimə yaraşmaz ki, Allah ona Kitab, Hikmət və peyğəmbərlik verdikdən sonra
insanlara: “Allaha yox, mənə qul olun!” – desin. Əksinə, o deyər: “Öyrətdiyiniz
Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində din xadimi olun!”
ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
(3.80)
“O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər
o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?”
Əgər Allah
kiməsə vəhy göndəribsə, Kitabı ona öyrədibsə, ona peyğəmbərlik bəxş edibsə və
ona dini hakimiyyət veribsə, onda o, heç vaxt insanlara ona, digər peyğəmbərlərə
və ya mələklərə ibadət etməyi əmr etməz. O, heç vaxt bu varlıqların ağa
olmalarını təbliğ etməz, çünki belə baxışlar əsil kafirlikdir. Məgər Allah ona,
belə baxışlarla bir araya sığmayan İslamı öyrətdiyi halda, o, insanları buna (küfrə)
dəvət edə bilərmi? Məgər o, bu dinə zidd olan bir şeyi təbliğ edə bilərmi?!
Belə bir şey mümkün deyildir, çünki Allahın peyğəmbərlərinə əta etdiyi mövqe,
aşıladığı əqidə və çox yüksək əxlaqi keyfiyyətlər onların özünü ən mükəmməl
surətdə Ona ibadət etməyə və öz Tək və Qüdrətli Rəbbi qarşısında müti olmağa məcbur
edir.
Nəcran
sakinləri belə bir cavabı aldılar. Onlar öz yanlış fikirlərinə o dərəcədə aludə
olmuş və o dərəcədə təkəbbürlü idilər ki, belə demişdilər: “Ey Muhəmməd!
Doğrudanmı sən bizi sənə ibadət etməyə dəvət edirsən?” Yaradan, onların sözlərini
təkzib edərək, bildirir ki, onların etirazları da, kafir sələflərinin
etirazları kimi, yalan və əsassız idi.
ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕﯖ ﯗ ﯘﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
(3.81)
“Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və Hikmət verdikdən sonra,
özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”
– deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?” –
demişdi. Onlar: “Razıyıq!” – demişdilər. Allah da: “Şahid olun, Mən də
sizinlə bərabər şahid olanlardanam” – demişdir”.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨ
(3.82)
“Bundan sonra üz döndərənlər – məhz onlar fasiqlərdir”.
Fövqəluca
Allah bildirir ki, bütün peyğəmbərlər Allahla sərt əhd bağlamışdılar. Kitab və
Hikmət nazil edilməsi onlara nümayiş etdirilən bir lütfkarlıq idi və bunlar
peyğəmbərləri Onun qarşısında götürdükləri öhdəlikləri mükəmməl tərzdə yerinə
yetirmələri üçün əsas yaradırdı. Həmin əhdə müvafiq olaraq hər bir peyğəmbər
özündən sonra gələn peyğəmbərə iman gətirməli, o, insanlara müraciət etdikdə isə,
ona kömək göstərilməliydi ki, əvvəlki Kitabların doğruluğu təsdiq edilsin və
onların arasında tövhid dini, haqq, ədalət və hər bir səmavi şəriətə xas olan
digər mühüm baxışlar yayılsın. Peyğəmbərlər belə şərtlərə razılaşmışdılar və bu
əhdi yerinə yetirəcəklərini öhdələrinə götürmüşdülər, məhz onda Allah onları bu
əhdin doğruluğuna şahidlik etməyə dəvət etmişdi. Bundan başqa, Allah onların
razılığına Özü şahidlik etmişdi və bu əhdi pozmağa cəsarət edə bilənin hər
birini çox ciddi hədələmişdi.
Bu ayələrdən
aydın olur ki, bütün peyğəmbərlər vahid bir yolla gediblər, bir dini təbliğ ediblər
və öz aralarında ixtilaf etməyiblər. Onların hər biri, Muhəmməd Peyğəmbərə (s.ə.s.)
iman gətirməyi və ona (s.ə.s.) kömək etməyi öhdələrinə götürməkdə bir-birilərinə
bənzəyirlər. Əgər bir insan özünü Allahın peyğəmbərlərinin ardıcılı
adlandırırsa, onda onların dini – Allahın əmri ilə etiqad edəcəyinə razılıq
verdiyi və öhdəlik götürdüyü – İslam dinidir. Əgər o, Muhəmməd Peyğəmbərin
(s.ə.s.) yolu ilə getməkdən boyun qaçırırsa və özünü digər peyğəmbərlərin
davamçısı adlandırırsa, onda o, ancaq fasiqdir, Allaha itaətdən yayınır və əslində,
özünü ardıcılı adlandırdığı peyğəmbəri təkzib və inkar edir.
Bu ayə
Kitab əhlini və Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməyən bütün digər millətlərin
nümayəndələrinin hamısını öz cahilliklərinə görə bəraət almaq imkanından məhrum
edir. Buradan aydın olur ki, insanlar, elçilərdən sonuncusu və ən şərəfli
olanına – Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirmədikcə, özlərini ardıcılları
adlandırdıqları elçilərə lazımınca iman gətirə bilməzlər.
Комментариев нет:
Отправить комментарий