ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ
(2.122) “Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və vaxtı
ilə sizi aləmlərdən üstün etdiyimi xatırlayın”.
ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
(2.123)
“Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç
kəsdən fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara
kömək göstərilməyəcək”.
ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪﮫ ﮬ
ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ
ﯔ ﯕﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ
(2.124) “Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o,
bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”
– dedi. İbrahim: “Nəslimdən də (imam et)! – dedi. Allah: Zalımlar
Mənim onlarla əhd bağlamağıma nail olmazlar!” – dedi”.
Birinci
iki ayənin təfsirini biz artıq nəzərdən keçirmişik. Sonra isə Allah Öz qulu və
Kitab əhlinin bütün dini icmalarının, hətta müşriklərin də, hamısının özünü bənzətmək
üçün nümunə və şanlı elçi saydığı sevimli İbrahim haqqında söhbət açır. Allah
onu hökmləri və qadağaları vasitəsilə imtahana çəkdi. Allah Özünün bütün
qullarını bu qayda ilə sınaqdan keçirir ki, imtahandan keçmək bacarığı olmayan
yalançıları və hər sınaqla daha yüksək mərhələlərə ucalan, öz qəlbini və əməllərini
təmizləyən həqiqi möminləri isə üzə çıxartsın. Belə sınaqlardan çıxmış ən ləyaqətli
qullardan biri də Allahın sevimlisi İbrahim (ə.) idi. Allah onu dəhşətli bir
imtahana çəkmişdi, lakin o, bu sınaqdan ləyaqətlə çıxdı və buna görə Allah ona
minnətdarlığını bildirərək əvəzini verdi, çünki Allah həmişə Qədirbilən Rəbb
olmuşdur.
Allah
İbrahimə deyir: “Mən səni insanların rəhbəri və təqlid edilən örnək edəcəyəm,
onlar isə səndən nümunə götürəcək və sənin ardınca əbədi səadətə yollanacaqlar.
Sən əbədi tərifə, böyük mükafata və hamının ehtiramına layiq görüləcəksən”.
Allaha
and olsun ki, bu elə ən yüksək üstünlükdür ki, yarışanlar onun xatirinə
yarışmalı və zəhmət adamları da qollarını çırmalamalıdırlar. Bu - ən yüksək ləyaqətdir
ki, ona nail olmaq ancaq ruhən möhkəm olan elçilərə və onların, insanları
Allahın yoluna gəlməyə dəvət edən sadiq davamçılarına qismət olurdu.
İbrahim
(ə.) belə yüksək dərəcəyə çatmağa nail olduğuna görə sevinirdi və Allaha dua
etdi ki, bu neməti onun nəsillərinə də versin. O, Allahdan dilədi ki, ona və
onun nəsillərinə belə yüksək dərəcəyə qalxmağa icazə versin; bax elə onun bu təşəbbüsü
onun rəhbərlik keyfiyyətlərini təsdiq edirdi. O, Allahın qullarına səmimi qəlbdən
xeyirxahlıq arzulayır və istəyirdi ki, onların arasında daha çox dəvətçilər, doğru
yola gəlməyə nəsihət verənlər olsun. Amma belə yüksək məqsədləri qəbul edib
insanları yüksək dərəcələrə təkcə Allah qaldıra bilərdi.
Mərhəmətli
və Rəhimli Rəbb onun duasını diqqətlə dinləyərək bildirir ki, bəzi insanlara yeganə
bir maneə belə yüksəkliklərə nail olmağa imkan verməyəcək. Allah buyurur ki, təkcə
özlərinə qarşı zülm edən və öz ləyaqətini alçaldan zalımlar dində təqlid nümunəsi
ola bilməyəcəklər. Dində təqlid üçün yüksək örnək olanlara ədalətsizlik və
zalımlıq yaraşmır. Bu yüksək dərəcəyə ancaq səbirlə və möhkəm inamla nail olmaq
mümkündür və bunun nəticəsi – möhkəm iman, saleh əməllər, gözəl əxlaq, düzgün
prinsiplər, Rəbbinə kamil məhəbbət, Onun qarşısında qorxu keçirmək və yol
verilmiş günahlara görə tövbə etməkdir. Məgər ədalətsiz insan bu keyfiyyətləri əldə
edə bilərmi?!
Ayənin
mənası ondan ibarətdir ki, ədalətsizlikdən xilas olan insan müəyyən dini
prinsiplərdən istifadə edərsə, dində təqlid üçün nümunə ola bilər.
ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
(2.125)
“Biz Evi insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı
yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər,
rüku və səcdə edənlər üçün təmizləyin!” – dedik”.
Fövqəluca
Allah İbrahimin nümunə götürülməsi üçün bir örnək və başçı olmasına əbədi bir dəlil
gətirir. Bu dəlil - Məscidülharamdır. Onun ziyarət edilməsi İslam dininin
sütunlarından biridir və o, insanların etdikləri günahları və xətaları yuyur.
Bu məsciddə çoxsaylı yerlər var ki, Allahın sevimlisi İbrahimi və onun nəsillərini
xatırladır və onun dində təqlid edilmək üçün örnək olduğunu təsdiq edir.
Allah
Məscidülharamı insanlar üçün sığınacaq etmişdir və onlar maddi və mənəvi nemətlər
əldə etmək üçün axışıb oraya gəlirlər. Onlar hər dəfə oranı ziyarət etdikcə, Məscidülharamda
olmaqdan doya bilmirlər. O, bütün canlı varlıqlar üçün, istər əhliləşdirilməmiş
heyvanlar olsun, istərsə ağaclar və yaxud digər cansız məxluqlar olsun, əmin-amanlıq
yeridir. Hətta cahiliyyə dövründə Allaha şərik qoşan müşriklər də Məscidülharama
ehtiramla yanaşardılar, bəzən orada öz atalarının qatilini görəndə belə onun
sakitliyini pozmazdılar. İslamın gəlməsilə bu məscidin müqəddəsliyi və şöhrəti
daha da artdı.
Sonra
Fövqəluca Allah İbrahimin yerini (İbrahim məqamı) namazgah etməyi
buyurdu. Belə bir rəy var ki, İbrahim məqamı adı altında hal-hazırda Kəəbənin
qapısı qarşısında olan yer nəzərdə tutulur. Bu halda, söhbət Kəəbənin ətrafını
təvaf etdikdən sonra iki rükət namazın, mümkün olduqca, İbrahim məqamının
arxasında qılındığı yerdən gedir. Quran təfsirçilərinin əksəriyyəti bu rəyi
müdafiə edirlər.
Lakin
başqa şərhə görə İbrahim məqamı adı altında onun ziyarəti zamanı ayaq basdığı
bütün yerlər nəzərdə tutulur və ərəb sözü olan “məqam” (“yer”) isminin tək
halında işlədilməsi onun yiyəlik halında olması ilə izah edilir. Bu halda ifadə
bütün həcc mərasimini: Kəəbənin təvafını, əs-Səfa və əl-Mərvə təpələri arasında
qaçışı, Ərəfat vadisində dayanmağı, Müzdəlifə vadisində gecələməyi, daş atmağı,
qurban kəsməyi və ziyarətin digər mərasimlərini əhatə edir. Bu şərhə müvafiq
olaraq, İbrahim məqamını namazgah yeri etmək hökmü, onun yerini həcc ziyarəti
zamanı onun nümunəsinə uyğun olaraq ibadət yerinə çevirmək hökmüdür. Yəqin ki,
sonuncu təfsiri daha üstün saymaq lazımdır, çünki o, birinci şərhi də ehtiva
edir və ayənin lüğəvi mənasına da uyğun gəlir.
Fövqəluca
Allah həmçinin bildirir ki, İbrahimə və İsmailə Allahın Evini müşriklərin əməllərindən,
kafirliyindən və itaətsizliyindən və habelə çirkinlikdən, murdarlıqdan və natəmizlikdən
təmizləmək tapşırılmışdı, çünki bu məscid ancaq təvaf edənlər, gəlib namaz
qılanlar üçün təyin edilmişdir.
Fövqəluca
Allah ilk növbədə Kəəbəni təvaf edənləri xatırladır, çünki bu ibadət mərasimi Məscidülharamın
özəlliklərindəndir. Bundan sonra isə ayədə ibadət üçün etikafa[1] çəkilən
insanlar yad edilir, çünki möminlərin etikafa çəkilməsi yalnız məscidlərin
xüsusiyyətlərindəndir. Ancaq bundan sonra, namaz qılanlar qeyd olunur, hərçənd
namaz bütün sadalanan mərasimlərdən ən ləyaqətlisidir. Buradan belə çıxır ki,
şərh etdiyimiz ardıcıllığın müəyyən izahı var.
Fövqəluca
Allah Məscidülharamı bir neçə səbəbə görə Öz Evi adlandırır. Birincisi, bu
İbrahim peyğəmbəri (ə.), İsmail peyğəmbəri (ə.) məscidi natəmizliklərdən təmizləməyə
lazımi diqqət yetirmələri və zəruri olan hər şeyi etmələri üçündür. İkincisi,
bu, Məscidülharamın müqəddəsliyini və şöhrətini xüsusilə vurğulamaqdan ötrü idi
və insanlara orada Allaha ibadət etməyi bir vəzifə kimi tapşırmaqla yanaşı həmdə
bu, ona ehtiram göstərilməsinə yönəldilmişdi. Üçüncüsü, bu, insanların qəlbində
Məscidülharama böyük maraq, meyl yaradırdı.
ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ ﰁ
ﰂ ﰃ ﰄ
ﰅ ﰆﰇ ﰈ
ﰉ ﰊ ﰋ ﰌ
ﰍ ﰎ ﰏ
ﰐ ﰑﰒ ﰓ
ﰔ ﰕ
(2.126)
“Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə,
- onlardan Allaha və Axirət gününə iman
gətirənlərə - hər növ məhsullardan ruzi ver!” Allah dedi: “Mən kafir olanlara bir qədər zövq
almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə
də pis dönüş yeridir!”
İbrahim
(ə.) Məscidülharamda namaz qılarkən Allaha dua etdi ki, Məkkəni təhlükəsiz şəhər
etsin və onun əhalisinə hər cür məhsullardan ruzi bağışlasın. Sonra İbrahim
peyğəmbər (ə.) öz duasını möminlərlə bağlayır və Allaha olan ehtiramını büruzə
verir. Amma onun duasının birinci hissəsi ümumi səciyyə daşıyırdı və buna görə
də Allah onun duasına cavabını, zalımlardan başqa, hamıya aid etdi.
Digər
tərəfdən, İbrahim peyğəmbər (ə.) Allahdan şəhərin əhalisinə ruzi verməsini dilədi
və bunu ancaq möminlər üçün istədi. Allah isə ruzini həm mömin və itaətkar
dindarlara və həm də kafirlərə və münafiqlərə verir. Məhz buna görə Allah xəbərdar
edir ki, ruzi şəhərin bütün sakinlərinə, həm müsəlmanlara, həm də kafirlərə
veriləcəkdir. Müsəlmanlar maddi nemətləri Allaha ibadət xatirinə istifadə edəcəklər
və sonra Cənnət bağlarına yollanacaqlar, kafirlər isə, maddi nemətlərdən ancaq
qısa müddət ərzində ləzzət alacaqlar, sonra isə məcburən ən pis sığınacağa –
Odlu Cəhənnəmə göndəriləcəklər.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ
(2.127) “O zaman İbrahim və İsmail evin (Kəəbənin)
bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən
qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!”
ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ
(2.128) “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən
də Sənə təslim olan bir millət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi
qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhimlisən!”
ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ
(2.129) “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi
göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və
onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”
Ey
Muhəmməd! Yadına sal ki, İbrahim peyğəmbər (ə.) və İsmail peyğəmbər (ə.) Kəəbənin
özülünü necə qaldırmışdılar və bu şərəfli işi səbirlə davam etdirmişdilər.
Onların ürəkləri qorxu hissindən və ümid hissindən aşıb-daşırdı. Bu böyük
xeyirxahlığı yerinə yetirərək, onlar Allaha dua edirdilər ki, onu qəbul etsin və
onu bütün insanlar üçün faydalı etsin. Onlar Allaha dua edirdilər ki, onları və
onların nəsillərini İslam tərəfdarları etsin. Bunun isə mahiyyəti ondan ibarətdir
ki, Rəbbin qarşısında bütün qəlbinlə müti olasan və Onun hökmlərini vücudunla
yerinə yetirəsən.
Sonra
onlar Allahdan xahiş edirlər ki, onlara ibadət qaydalarını göstərsin, yəni ibadət
qaydasını onlara əyani surətdə öyrətsin ki, onlara çoxlu fayda versin. Belə bir
rəy var ki, ibadət qaydaları (mənasik) dedikdə, burada həcc ziyarətinin
bütün mərasimləri, ayinləri nəzərdə tutulur ki, təfsir edilən ayələrin mətni də
bunu təsdiq edir. Digər bir şərhə görə isə bu ayəF daha geniş mənaya malikdir və özündə bütün dini hökmləri
və ayinləri ehtiva edir. Bu ayələrin ümumi mahiyyəti də geniş mənanın
xeyrinə şəhadət verir. “Nusuk” sözü “ibadəti” ifadə edir, amma çox vaxt o həcc
ziyarəti ilə əlaqədar işlədilir. Xalq arasında bu sözə məhz bu - sonuncu
məna verilir. Bütün hallarda hər iki peyğəmbər Allahdan onlara faydalı biliklər
və saleh əməllər bəxş etməsini diləyirlər. Hər bir qulun hökmən hansısa bir xətaya
yol verəcəyini və tövbə etməyə ehtiyacı olacağını nəzərə alaraq, onlar da
Allahdan onların tövbəsini həmişə qəbul etməyi xahiş edirlər.
Sonra
onlar Ona dua edirlər ki, onların nəsillərindən elçi seçsin ki, şöhrətləri və
şanları artsın. Onlar arzu edirlər ki, insanlar həmin elçiyə itaət etsinlər və
lazım olan kimi onun gözəl məziyyətlərinə bələd olsunlar. Onlar istəyirlər ki,
o elçi Allahın ayəsini insanlara oxusun, onun qayğısına qalsın və
insanlara onu əzbərləmək üçün yardım göstərsin, onlara Kitabı və Sünnəni şərh
etməyi öyrətsin, xeyirxah əməllərlə onların qəlbini paklaşdırsın və insanların
qəlbini nəcibləşdirməyən pozğun əməllərə qarşı onlarda nifrət oyatsın. Sonra
isə onlar Allahın qüdrətini və müdrikliyini tərifləyərək Ondan öz gələcək nəsilləri
arasından bu iki keyfiyyətə malik olan bir elçi seçməyi xahiş etdilər. Bütün
var olan nə varsa, Allahın hökmü altındadır və heç kim Onun iradəsinə müqavimət
göstərə bilməz. O, Öz Müdrikliyi ilə hər şeyi öz yerində bərqərar edir. Elə
buna görə, O, onların duasını diqqətlə dinləyərək, adlı-sanlı Muhəmmədi (s.ə.s.)
insanlara peyğəmbər göndərdi. Onun gəlişi, Allahın İbrahimin və İsmailin nəsillərinə
və o cümlədən bütün bəşəriyyətə nəsib etdiyi mərhəməti idi. Məhz buna görə, Muhəmməd
Peyğəmbər (s.ə.s.) demişdir: “Mən - əcdadım İbrahimin duasının nəticəsiyəm”.
ﮆﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
(2.130)
“Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi
seçdik. Şübhəsiz ki, o, Axirətdə də əməlisalehlərdən olacaqdır”.
İbrahimin
(ə) dininin məziyyətlərini və üstünlüklərini bildikdən sonra təkcə axmaq
adamlar ondan üz döndərirlər. Belə insanlar özləri haqqında heç nə bilmir və
öz nəfslərinə laqeyd yanaşırlar. Onlar ən az ilə qənaətlənərək, öz canlarını
ucuz qiymətə satırlar. İbrahimin (ə.) dininin ardıcıllarına gəldikdə isə, onlar
ən ağıllı və kamil insanlardır.
Sonra
Fövqəluca Allah İbrahimin (ə.) bu dünyadakı və ölümdən sonrakı taleyindən bəhs
edir. O, bu dünyada onu saleh əməllər etməyə ruhlandıran Allahın sevimlisi idi
və Onun sayəsində o, ən ləyaqətli və yaxşı insanlardan biriydi. Axirət həyatında
isə o, ən yüksək pillələrə qalxmağa nail olan əməlisaleh insanlardan biri
olacaqdır.
ﮛ
ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡﮢﮣ
ﮤ ﮥ
(2.131)
“Rəbbi ona: “Təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldun!” –
demişdi”.
Allah
İbrahimə buyurdu ki, itaət etsin və müsəlman olsun və o, həmin andaca bu hökmü
yerinə yetirdi və öz səmimiyyətinə, tövhidə bağlılığına, tək olan Allaha məhəbbətinə
və Onun qarşısında tövbə etdiyinə şəhadət verdi. Allahın tövhidinə olan sədaqəti
onun təkzibolunmaz sifətlərindən idi. O, bu keyfiyyətini öz nəsillərinə
aşılamış və vəsiyyət etmişdi ki, həmişə bu dinə iman gətirsinlər. O, tövhid şəhadətini
elə bir söz etdi ki, o, onun nəsilləri arasında əbədi yaşayır və övladları onu
nəsildən nəslə ötürürlər. Bir vaxtlar o söz Yaqub peyğəmbərə (ə.) də
çatmışdı və o da onu öz oğullarına və nəsillərinə vəsiyyət etmişdi.
ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ
ﯕﯖﯗ
(2.132)
“İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən,
Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”
Ey
Yaqubun nəsilləri! Sizin əcdadınız sizə Allaha müti olmağınızı vəsiyyət
etmişdir və siz ən kamil tərzdə ona itaət etməli və peyğəmbərlərin
sonuncusunun yolu ilə getməlisiniz. Allah sizin üçün din seçəndə sizə böyük mərhəmət
göstərmişdir. Bu dinin hökmlərini yerinə yetirin, onun əxlaq normalarına riayət
edin və ölüm sizi haqlayana qədər bu yoldan çıxmayın. Əgər insan bütün ömrü
boyu eyni dinə etiqad edirsə, o, onunla da ölür. Əgər o, öz dini etiqadı ilə
ölürsə, o, Qiyamətdə də ondan ayrılmır.
ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ
(2.133)
“Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz
oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin
İlahına, atalarının – İbrahimin, İsmailin
və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim
olanlarıq!”
Fövqəluca
Allah yəhudilərin bəyan etdikləri, İbrahimin və Yaqubun dininə iman gətirdikləri
barədə sözlərini rədd etdi. Məgər ölüm Yaquba yaxınlaşanda və o, onun
yaxınlığını hiss edəndə onlar onun yanında idilər? O vaxt o, oğullarını
imtahandan keçirməyi qərara alaraq onların onun vəsiyyətnaməsinə göstərəcəkləri
sədaqətdən məmnun olmaq istəmişdi. Buna görə o soruşmuşdu: “Mənim
ölümümdən sonra kimə ibadət edəcəksiniz?” Onlar demişdilər: “Biz sənin
Allahına və İbrahimin, İsmailin və İsaqın Allahına ibadət edəcəyik. Biz Ona şərik
qoşmayacağıq və Onu yaratdıqları ilə bərabər tutmayacağıq. Biz həmişə Ona itaət
edəcəyik”. Onlar tək Allaha iman gətirəcəklərini və xeyirxah işlər görəcəklərini
vəd etdilər ki, bu cavab onu olduqca məmnun etdi.
Şübhəsiz
ki, yəhudilər o anda Yaqubun yanında olmamışdılar, çünki o uzaq zamanlarda yəhudilik
hələ yox idi. Allah isə, Yaqubun öz oğullarına yəhudiliyi deyil, tövhid
etiqadını vəsiyyət etməsi barədə xəbər verir.
ﯴ
ﯵ ﯶ ﯷﯸ ﯹ
ﯺ ﯻ ﯼ
ﯽ ﯾﯿ ﰀ
ﰁ ﰂ ﰃ
ﰄ ﰅ
(2.134) “Onlar bir millət idi ki, gəlib getdilər.
Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz
onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız”.
Ey
Kitab əhli! Hər insana onun əməlləri qalır və hər bir insan ancaq öz əməllərinin
əvəzini alacaqdır. Heç kim başqalarının günahına görə məsuliyyət daşımayacaq və
heç kim də başqalarının möminliyindən və təqvalılığından sui-istifadə edə bilməyəcəkdir.
Siz iddia edirsiniz ki, İbrahimin dininə sitayiş edirsiniz və boş bəyanatlarla
kifayətlənirsiniz ki, bunun da həqiqətlə heç bir əlaqəsi yoxdur. Amma siz öz
etiqad etdiyiniz dini baxışlarınız barəsində düşünməlisiniz. Siz düşünməlisiniz
ki, o baxışlarınız sizə xilas olmağa kömək edəcək və ya yox?!.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖﭗ ﭘ
ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ
(2.135) “Onlar dedilər: “Yəhudi və ya xaçpərəst
olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin
dinindəyik. O, müşriklərdən deyildi”
Yəhudilər
və xristianlar müsəlmanları öz dinlərinə çağırırdılar və bildirirdilər ki,
onlar düz yolla gedirlər və yerdə qalan bütün dinlərin tərəfdarları –
yollarını azanlardır. Allah müsəlmanlara buyurdu ki, onlara ləyaqətlə cavab verərək
desinlər: “Biz, tək Allaha ibadət edən və qalan hər şeydən üz döndərən, tövhid
etiqadına malik olan və bütpərəstlikdən, şirkdən çəkinən İbrahimin dininə
etiqad edirik. Biz ancaq bu qaydada doğru yolla gedə bilərik, çünki əgər biz
onun dinindən dönsək kafirlərin və azmışların arasında olarıq”.
ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
(2.136) “Deyin: “Biz Allaha, bizə nazil olana,
İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya
verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik.
Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq”.
Bu
və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə varsa, hamısını əhatə
edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas dini baxışlarda əqidə
möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin etdiyi əməllərlə təsdiq
olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın bir hissəsi və nəticələrinin
biri olan saleh əməllərin hamısını özündə birləşdirir.
Əgər
iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri
bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər
nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı
altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən
saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı
xatırlandığı ayələr haqqında da demək mümkündür.
Şərh
etdiyimiz ayədə Fövqəluca Allah iman sahiblərinə dilləri ilə qəlblərində əksini
tapmış sözləri tələffüz etməyi buyurur. Yalnız belə olduqda sözləri mükəmməl və
kamil hesab etmək və yalnız bu halda onlara görə savab qazanmaq olar. İnsan
dili ilə dediyi sözlərə qəlbi ilə inanmadıqda, onun bu davranışı nifaq və
kafirlikdir. Əgər insan qəlb ilə təsdiq etmədiyi sözləri deyirsə, onda bu sözlər
təsir göstərməyə və böyük fayda verməyə qabil deyildir. Şübhəsiz ki, əgər deyilən
sözlər doğrudursa və insan imanın əsaslarını qəbul edirsə, onda o, işlətdiyi həmin
sözlərə görə savab qazanacaq, lakin burada əsassız iddialar və qəlbən təsdiq
olunan sözlər arasındakı fərq özünü açıq-aydın göstərir.
“Deyin”
hökmü, müsəlman əqidəsinin açıq formada bəyan edilməsinin, İslam əqidəsinə
etiqadın və ətrafdakı insanları İslama dəvət etməyin artıq zəruriləşdiyini nəzərdə
tuturdu, çünki dinin əsasında dayanan məhz düzgün əqidədir. Bu hökmün bütün müsəlmanlara
aid olmasına görə onlar birlikdə Allahın ipindən yapışmalı, eyni əqidəni təbliğ
etməli və ümumi vəzifəni həyata keçirməlidirlər. Buradan həm də belə bir nəticə
çıxır ki, möminlərin müxtəlif cərəyanlara bölünmək haqqı yoxdur və onlar vahid
orqanizm kimi bir olmalıdırlar.
Bu
ayədən həm də aydın olur ki, insan müəyyən hökmlərə iman gətirdiyini təsdiq
edə bilər və hətta hər bir müsəlman bunu etməlidir. Lakin müsəlman özünü mömin
adlandırmamalıdır. Əksinə, əgər o, bunu Allahın iradəsi ilə bağlamırsa, belə
iddialardan çəkinməlidir, çünki özünü mömin adlandırmaq, özünü tərifləmək mənasını
verir və qəlbində gizlənəni təsdiqləyir.
Bu
ayədən bir daha belə çıxır ki, müsəlman Allaha – varlığı mütləq Olan Vahid Rəbbə,
ən kamil sifətlərə malik və hər cür qüsur və nöqsanlardan pak, ibadətə Tək
layiq Olan və heç bir şəriki Olmayan Allaha iman gətirməlidir.
Müsəlman həmçinin Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil
edilən Vəhyə iman gətirməyə borcludur. Bu Vəhy – Müqəddəs Quran və Sünnədir. Fövqəluca
Allah belə buyurur: “...Allah sənə Kitabı və Hikməti nazil etdi...”(
Nisa, 4/113).
Burada
iman dedikdə, Yaradanın sifətlərinə, Onun Elçisinin (s.ə.s.) məziyyətlərinə,
Qiyamət gününə, keçmişdə olan və gələcəkdə olacaq hadisələr haqqında rəvayətlərə
və habelə Allahın Kitabında və Elçisinin (s.ə.s.) Sünnəsində verilən bütün
hekayətlərə iman gətirmək nəzərdə tutur. Bunlara həm də şəriət qanunları, ədalətli
cəza qanunu və bir çox başqa hökmlər daxildir.
Müsəlman
həmçinin əvvəlki peyğəmbərlərə nazil edilmiş Kitablara və Allahın bütün peyğəmbərlərinə
iman gətirməlidir. Onların arasında xüsusi yeri, bu ayədə xatırlanmış peyğəmbərlər
tuturlar, çünki onlar Allahın elçiləri dəstəsinin ən şanlı nümayəndələri idilər
və yer üzünə ali şəriət qanunvericilikləri gətirirdilər. Müsəlman bütün peyğəmbərlərə
və bütün Müqəddəs Kitablara ümumiyyətlə iman gətirməlidirlər, lakin əgər ona bəzi
peyğəmbərlərin adı məlum olduqda, onlara ayrı-ayrılıqda da iman gətirməlidir.
Onun peyğəmbərlər və Müqəddəs Kitablar arasında fərq qoymağa haqqı yoxdur.
Əksinə, o, hər bir peyğəmbərə və hər Müqəddəs Kitaba iman gətirməyə borcludur.
Bu – müsəlmanları səciyyələndirən xüsusiyyətdir və buna görə onlar, özlərini dəlilsiz-sübutsuz
dindar adlandıran bütün qalan insanlardan fərqlənirlər.
Yəhudilər,
xristianlar, sabiilər və digər inancların tərəfdarları belə hesab edirlər ki,
onlar Allahın elçilərinə və Müqəddəs Kitablara iman gətiriblər. Amma əslində,
onlar onların bir hissəsini qəbul edir, digərinə isə iman gətirməkdən boyun
qaçırırlar. Onlar Allahın elçiləri və Kitabları arasında fərq qoyurlar. Onlar bəzi
elçilərə iman gətirməyə razılaşır, qalanlarını isə inkar edirlər. Bu kafirlik
onların bəzi elçilərə imanını məhv edir, halbuki onların qəbul etdikləri elçilər
Allahın bütün digər elçilərinin, o cümlədən, Muhəmməd Peyğəmbərin (s.ə.s.) haqq
peyğəmbərliyini bəyan etmişdilər. Əgər bir insan Muhəmməd Peyğəmbəri (s.ə.s.)
inkar edirsə, o, əslində öz elçisinin təliminə iman gətirməkdən vaz keçir və
kafir olur.
Ayədə
“Rəbbi tərəfindən peyğəmbərlərə verilən...” Quran ifadəsi, dinin Allah
tərəfindən insana bəxş edilmiş, həm bu dünyada və həm də Axirətdə ona xoşbəxtlik
gətirən əsil nemət olduğunu təsdiq edir. Bizə, peyğəmbərlərə əta edilmiş
hakimiyyətə, var-dövlətə və ya başqa dünyəvi nemətlərə iman gətirməyimizə hökm
verilməmişdir. Bizə Allahın Kitablarına və Onun nazil etdiyi qanunlara
iman gətirmək buyurulmuşdur. Bu ayə, peyğəmbərlərin insanlara Allahın vəhylərini
çatdırdıqlarını və onların Onunla Öz yaratdığı məxluqlar arasında vasitəçi
rolunu daşıdıqlarını təsdiq edərək, onların vəzifəsinin Allahın dinini
insanlara çatdırmaqdan ibarət olduğunu göstərir. Lakin peyğəmbərlər Kainatda cərəyan
edən proseslər üzərində heç bir hakimiyyətə malik deyillər. Onların öz Rəbbindən
vəhy alma gerçəkliyi isə Allahın Öz məxluqları haqqında mükəmməl qayğı çəkməsinə
dəlalət edir. Allah kamil Rəbb olduğu üçün insanlara Kitablarını nazil edir və
onlara peyğəmbərlərini göndərir və Ona, Öz qullarını unutmaq və onlara qayğı
göstərməmək yaraşmaz.
Peyğəmbərlər
vəhyi öz Rəbbindən aldıqlarına görə, şərh etdiyimiz ayədə Allahın peyğəmbərləri
ilə özlərini peyğəmbər adlandıran yalançılar arasında fərq xüsusilə vurğulanır.
Bu fərqi müəyyən edib üzə çıxartmaq üçün onların hər birinin nəyə dəvət etdiklərini
araşdırmaq kifayət edər. Allahın peyğəmbərləri həmişə xeyirxahlığa çağırır və
pis işləri qadağan edirdilər və həm də onların hər biri bütün digər peyğəmbərləri
və onların doğruçuluğunu təsdiq edirdilər. Onların təlimləri bir-biri ilə
ziddiyyət təşkil etmirdi, çünki onlar Allah tərəfindən nazil edilirdilər. Fövqəluca
Allah buyurur: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan
başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (Nisa,
4/82). Allahın elçilərindən fərqli
olaraq, yalançı peyğəmbərlərin təbliğatı, əmrləri və qadağaları çox vaxt
ziddiyyətli olurdu ki, bu, yalançı peyğəmbərlərin tərcümeyi-halını və təlimlərini
diqqətlə oxuyub öyrənənlərin hamısına yaxşı bəllidir.
Müsəlmanların
bütövlükdə və xüsusilə iman gətirməyə borclu olduqları əqidə məsələlərini izah
etdikdən sonra, Fövqəluca Allah müsəlmanlara Ona itaət etməyi buyurur, axı əməllə
təsdiq olunmayan istənilən söz insana fayda gətirməz. Müsəlmanlar Allaha itaətkar
olmalı, Ona qəlbi və bədəni ilə təzim etməli, təkcə Ona səmimiyyətlə ibadət etməlidirlər.
Ancaq təkcə Allaha səmimi ibadətin zəruriyyəti, idarə edilən sözün bu ayədə
idarə edənin qarşısında qoyulması ilə
vurğulanır.
Bu
gözəl ayə qısadır. Buna baxmayaraq o özündə tövhidin üç tərkib hissəsini birləşdirir:
Allahın Vahid Rəbb olmasına; Onun Vahid Məbud olmasına; Onun ilahi adlara və
sifətlərə malik olmasına iman gətirmək..
Bu
ayədə bütün elçilərə və bütün Kitablara iman gətirmənin zəruriliyi xüsusilə
vurğulanır və sonra bir sıra elçilərin adı çəkilir ki, bu, xüsusinin halın
ümumiyə daxil olması nümunəsidir və onların üstünlüyünə dəlalət edir. Ayədən həm
də aydın olur ki, iman - qəlb ilə əmin olmaqdan, sözlə qəbul və əməllə təsdiq
etməkdən ibarətdir, özü də, imanın bu üç tərkib hissəsi səmimiyyətlə və sırf
Allah xatirinə olmalıdır. Orada həm də Allahın həqiqi peyğəmbərləri ilə özlərini
peyğəmbər elan edən yalançılar arasındakı fərq qeyd olunur.
Bu
ayənin vasitəsilə Yaradan Öz qullarına onlara danışmaq üçün lazım olanları öyrətmiş,
onlara böyük lütfkarlıq göstərmiş və mənəvi nemət bəxş etmişdir ki, bu da həm
bu dünyada və həm də Axirətdə səadətin rəhnidir. Pak və müqəddəs Allah Öz
Kitabını bütün varlıqlar üçün nəsihət, doğru rəhbərlik və mömin insanlar üçün
nemət etmişdir!
ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑﮒ ﮓ ﮔﮕ ﮖ
ﮗ ﮘ ﮙ
(2.137)
“Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş
olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq
üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!”
Ey
möminlər! Əgər Kitab əhli bütün Kitablara, onlardan ən yaxşısı olan sonuncu Səmavi
Kitaba – Qurana və bütün elçilərə, onlardan ən yaxşısı və ən layiqlisi olan,
Allahın sonuncu Peyğəmbərinə (s.ə.s.) iman gətirsələr, əgər onlar sizin əqidənizə
şərik olsalar və tək Allaha itaət etsələr, əgər onlar Allahın elçiləri arasında
fərq qoymaqdan əl çəksələr, onda Cənnət bağlarına aparan doğru yola gəlmiş
olarlar. Ancaq belə əqidəyə nail olan insan doğru yola gələ bilər və: “Yəhudiliyə
və ya xristianlığa keçsəniz doğru yolla gedərsiniz!” deyənlər bərk yanılırlar.
Onlar elə zənn edirlər ki, ancaq onların dini düz yolla aparan doğru rəhbərlikdir,
əsli həqiqətdə isə, doğru yol həqiqi elm və saleh əməllərdən ibarətdir.
İnsan
ədalətli dini biliklər əldə edə bilmədikdə və ya onları əldə etdikdən sonra,
onlara əsaslanmaqdan boyun qaçırdıqda, doğru yoldan çıxır. Yəhudilərlə
xristianlara gəldikdə isə, onlar, sözün əsil mənasında, haqq ilə ixtilafa
düşdülər, çünki ondan üz döndərdilər. İnsan həqiqətlə ziddiyyətə başladıqda, o,
bir tərəfdə, Allah və Onun Elçisi (s.ə.s.) isə, tamamilə əks olan başqa bir tərəfdə
qalmış olurlar. O, həqiqətdən qopub ayrı düşür, onunla düşmənçilik etməyə
başlayır və ona amansız nifrət bəsləyir ki, bu da onu Allahın Elçisini (s.ə.s.)
incitməyə sövq edir. Məhz buna görə, Allah Öz Elçisinə (s.ə.s.) vəd etmişdi ki,
onu onunla zalımcasına davranan şəxslərdən xilas etsin, axı Allah istənilən
dillərdə deyilən hər hansı sözü, edilən xahişi eşidir, aydın və gizli olan hər
şey barədə, qullarını arxasında və ya qarşıda nə gözlədiyini bilir. Bu
xüsusiyyətlərə malik olan Allah həqiqətən Öz Elçisini (s.ə.s.) qoruya bilər və
Allah vədini yerinə yetirərək, Peyğəmbərə (s.ə.s.) düşmənləri üzərində qələbə
çalmağa kömək etdi də. Onların bir qismi öldürülmüş, digərləri əsir götürülmüş,
bir başqaları qovulmuş, kimisi də qaçıb canını qurtarmışdı.
Bu
ayə Müqəddəs Quranın möcüzələrindən biridir. Ayədə gələcəkdə olacaq bir hadisə
öncədən xəbər verilmişdi və o, doğrudan da xəbər verildiyi kimi baş verdi.
ﮚ ﮛﮜ ﮝ
ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ
ﮤ ﮥ ﮦ
(2.138) “De: “Budur Allahın dini! Kimin
dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız Ona ibadət edənlərik!”
Ancaq
Allahın dininə inanın və onun hökmlərini layiqincə yerinə yetirin, xeyirxah əməlləri
qəlbən və hərəkətlərinizlə icra edin, düzgün əqidə sahibi olun, xeyirxahlıq və
dindarlıq ayrılmaz bir xassənizə çevrilənə qədər həmişə belə edin. Bu keyfiyyətlərə
nail olduqdan sonra siz Allahın hökmlərini könüllü surətdə, Allaha bəslədiyiniz
məhəbbətiniz sayəsində yerinə yetirəcəksiniz. Boya, onunla rənglənmiş parçanın
ayrılmaz bir xüsusiyyətinə çevrildiyi kimi, iman da qəlbinizin ayrılmaz xassəsi
olacaqdır. Bu iman sizi gözəl əxlaqi keyfiyyətlər əldə etməyə, xeyirxah əməllər
və şərəfli işlər görməyə yönəldəcək ki, onların əsasında siz həm bu dünyada və
həm də Axirətdə xoşbəxtlik qazanacaqsınız. Nəcib və ağıllı insanları buna
inandırmaq üçün Allah haqq dinə heyranlığını bildirmişdir.
Allahın
dinindən başqa kimin dini yaxşı ola bilər? Elə bir din yoxdur ki, Onun dinindən
yaxşı olsun. Allahın dini ilə digər inancların fərqini müəyyən etmək üçün, bu
iki bir-birinə zidd şeyləri müqayisə etmək bəsdir. Əgər qul öz Rəbbinə
layiqincə iman gətirirsə, onda o, bütün qəlbi ilə Allahın qarşısında müti
olaraq durur və əməllərində Ona tabe olur. O, öz ləyaqətli keyfiyyətləri və
yaxşı əməlləri ilə özünü daha da nəcibləşdirir, öz əxlaqi simasını kamilləşdirir
və pis xasiyyətlərindən, eyiblərindən və qüsurlarından xilas olur. O, düzgün
sözlər danışır və düzgün addımlar atır, səbirlilik və dözümlülük göstərir, ismətini
gözləyir, özünü mərd aparır, ətrafdakılara sözü və işi ilə xeyir verir, Allahı
sevir və Ondan qorxur və Ona təvəkkül edir. O, səmimi qəlblə Haqq olan Allaha
ibadət edir və Onun qullarına yaxşılıq edir. Lakin qul öz Rəbbinə iman gətirməyi
rədd edirsə və Ondan qaçmağa cəhd göstərirsə, onda o, məxluqlara sitayiş etməyə
başlayır. Onun şəxsi keyfiyyətləri pisləşir və naqisləşir, çünki o, küfrə ibadət
edir, Allaha şərik qoşur, yalan uydurur, ona etibar göstərənə xəyanət edir,
fitnəkarlıq salır, insanları yanlışlığa yönəldir, əxlaqsızlıq edir, sözü və əməli
ilə insanlara əzab verir. Onun keyfiyyətləri arasında bir olan Allaha səmimi
ibadət və Onun qullarına müsbət münasibət yoxdur. Əgər bu iki insanı müqayisə
etsək, onların arasında nəhəng bir fərq olduğunu görərik və bu, bizə Allahın
dinindən yaxşı din olmadığını anlamağa imkan verər. Buradan həm də belə bir nəticə
çıxarmaq olar ki, ən yaramaz və əxlaqsız insanlar öz Rəbbinin dininə ibadət etməyənlərdir.
Sonra
Fövqəluca Allah qeyd edir ki, müsəlmanlar ancaq bir Allaha ibadət edirlər. Bu
ifadə Onun dininin mahiyyətini izah edir, çünki bu din iki əsas rükn üzərində bərqərar
olmuşdur: Allaha səmimi xidmət və Muhəmməd Peyğəmbərin (s.ə.s.) yolu ilə getmək.
İbadət – Allahın sevdiyi və razı qaldığı, qulun qəlbi və hərəkətləri ilə yerinə
yetirdiyi söz və əməllərini birləşdirən bir anlayışdır. Lakin Fövqəluca Allah,
qullarının sözləri və əməllərindən, onlar Elçisinin (s.ə.s.) dili ilə qanuniləşdirdiyinə
uyğun olmadıqca, razı qalmayacaqdır. Allaha səmimi ibadət ifadəsi isə Onun
xatirinə səmimiyyətlə yerinə yetirilən xeyirxah əməllərdir. Təfsir etdiyimiz
ayədə qeyd olunur ki, saleh əməllər ancaq təkcə Allah üçün həyata keçirilə bilər,
çünki idarə olunan söz idarə edən sözün qarşısında qoyulmuşdur. Onu da demək
lazımdır ki, möminləri təsvir etmək üçün həqiqi feli sifətdən istifadə
olunmuşdur ki, o, ərəb dilində hərəkətin davamlılığını bildirir. Bu isə o deməkdir
ki, Allaha ibadət onların ayrılmaz əxlaqi keyfiyyətlərindəndir.
ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ
(2.139)
“De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz,
sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə
aiddir. Biz Ona sadiq olanlarıq!”
Mübahisə
adı altında ayədə iki və daha çox insanlar arasında münaqişəli məsələlərə aid
höcətləşmə nəzərdə tutulur ki, burada tərəflər öz əqidələrini, baxışlarını
müdafiə və müqabil tərəfin nəzər nöqtəsini isə inkar etməyə cəhd göstərirlər.
Belə mübahisələri elə tərzdə aparmaq lazımdır ki, ən qısa yolla həqiqəti yolunu
azmış müqabil tərəfə çatdırmaq mümkün olsun və ya həqiqəti ona bildirmək və
yalanı ifşa etməklə, inad göstərən kafir öz bilməməzliyini bəhanə gətirib özünü
doğrultmaq imkanından məhrum edilsin. Əgər mübahisə bu çərçivədən kənar
çıxırsa, onda o, düşmənçilik çəkişməsinə çevrilir və heç bir fayda verməyərək
böyük bir fitnə törədir.
Ey
Kitab əhli! Siz hesab edirsiniz ki, Allaha müsəlmanlardan daha yaxınsınız.
Lakin sizin boş sözləriniz heç bir dəlil və sübuta istinad etmir. Allah təkcə
sizin Rəbbiniz deyildir, axı O – bütün insanların Rəbbidir. Bizim hər birimiz
öz əməllərinə cavab verəcək, bu isə o deməkdir ki, biz bərabər hüquqlara
malikik. Tərəflərin heç biri iddia edə bilməz ki, onun Allahın iltifatına haqqı
daha çoxdur. Əgər siz iki bərabərhüquqlu qruplar arasında heç bir inandırıcı
sübutlara əsaslanmadan fərq qoyursunuzsa, onda sizin iddialarınız yalan və əsassızdır.
İki oxşar insan qrupuna müxtəlif yanaşma – açıq-aşkar ədalətsizlikdir. Bizim
aramızda fərq ancaq Allah xatirinə icra etdiyimiz xeyirxah əməllərimizin səmimilik
dərəcəsində ola bilər.
Tamamilə
aydındır ki, tək Allaha səmimiyyətlə ibadət edənlər təkcə möminlərdir və səmimiyyət
xilasın rəhni olduğu üçün, mömin müsəlmanların Allahın lütfkarlığına haqqı, həqiqətən,
başqa insanlarınkından daha çoxdur. Buradan belə bir nəticəyə gəlmək olar ki,
Rəhmana yaxın olanlarla İblisin əlaltıları arasında fərq bütün ağıllı adamların
layiq saydığı keyfiyyətlərə müvafiq olaraq müəyyənləşdirilir. Bu meyarların ədalətliliyi
barədə ancaq təkəbbürlü və nadan insanlar höcətləşirlər.
Bu
ayə mübahisələri necə aparmaq haqqında incə bir eyham vurur. Ondan da belə
çıxır ki, bütün təşəbbüslərdə ya bənzər şeylər arasında oxşarlıq tapmaq, ya da
keyfiyyətcə fərqlənən əşyalar arasında fərqi müəyyən etmək zəruriyyətdən irəli
gəlir.
ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ
ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ
(2.140)
“Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və onun nəslinin yəhudi və
yaxud xaçpərəst olduğunu deyirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa
Allah?” Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım
kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”.
Fövqəluca
Allah Kitab əhlinin Allahın peyğəmbərləri ilə bağlı növbəti əsassız mübahisələri
haqqında xəbər verir. Onlar belə hesab edirdilər ki, bu ayədə adları çəkilən
böyük peyğəmbərlərə, müsəlmanlardan daha çox yaxındırlar, lakin Fövqəluca
Allah onların iddialarını rədd etdi. Doğrudanmı onlar Fövqəluca Allahdan daha
yaxşı məlumatlıdırlar?
Onlar
hesab edirlər ki, İbrahim yəhudi və ya xristian idi. Lakin Fövqəluca Allah
buyurur: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman
idi və müşriklərdən deyildi” (Ali-İmran,
3/67).
Biz
iki mümkün qərardan birini qəbul etmək məcburiyyətindəyik: ya onlar həqiqəti
deyirlər və doğrudan da gerçəyi bilirlər, ya da Fövqəluca Allah həqiqəti deyir
və onlardan daha yaxşı məlumata malikdir. İki müddəadan biri doğrudur –
üçüncüsü yoxdur. Bu sualın cavabı tamamilə aydın və o dərəcədə yəqindir ki, biz
Allahın Kitab əhlindən daha məlumatlı olmasını hətta deməyə də bilərik. Belə
gerçəkliklər hər bir insana bəllidir. Məgər soruşmaq olar ki: “Gecə və ya
gündüz daha işıqlıdır?” “Od və ya su istidir?” “Tövhid və ya bütpərəstlik
yaxşıdır?” Bütün bu suallar təmtəraqlı çıxması xatirinə verilir və şərhə
ehtiyacı yoxdur.
Şərh
etdiyimiz bu məsələnin cavabı bir qətrə də olsa ağıl sahibi olan hər bir insana
məlumdur. O, Kitab əhlinə də məlumdur. Onlar gözəl bilirlər ki, İbrahim və digər
peyğəmbərlər (onlara Allahın salamı olsun) yəhudi və ya xristian olmayıblar,
lakin onlar bu biliyi gizlədirlər və haqqı təsdiq etməkdən boyun qaçırırlar.
Belə davranış isə böyük ədalətsizlikdir.
Ümumiyyətlə,
əlində Allahın şəhadət verdiyi həqiqət olduğu halda, onu gizlədən zalımdan daha
zalım kim ola bilər? Bu şəhadət onlara insanlar tərəfindən verilməmişdi – o,
Allahdan alınmışdı və onlar Onun tələblərini yerinə yetirməliydilər. Lakin
onlar həqiqəti gizlədir və tamamilə əks bəyanatlar verirdilər. Onlar haqqı təkcə
gizlətməklə və elan etməkdən boyun qaçırmaqla qalmırlar – onlar yalanı təntənəli
surətdə bəyan edir və onu insanlar arasında yayırlar. Məgər belə bir rəftar ən
amansız zalımlıq deyil? Allaha and olsun, bu – elə bir müdhiş zalımlıqdır ki,
Kitab əhli ona görə ən dəhşətli cəza alacaq!
Məhz
buna görə, Fövqəluca Allah xəbər verir ki, O, Kitab əhlinin əməllərini unutmur.
O, onların törətdiyi bütün cinayətlərini hesaba alır və layiq olduqları əvəzi
onlar üçün saxlayır. Bu əvəz necə də pisdir! Zalım günahkarların məskəni
olacaq Cəhənnəm necə də dəhşətlidir!
İnsan
əməllərinin və onların layiq olduqları əvəzi xatırlandıqdan sonra, Allahın qüdrətindən
və hərşeyiəhatəedən elmindən bəhs edən Quran ayələrinin üslubu belədir. Bu,
Allahın qullarını Cənnət mükafatları ilə cəzb etməyə və onları cəzalandırılmaqdan
çəkindirməyə imkan verir. Dini hökmlərdən sonra Allahın gözəl adlarının yada
salınması onu göstərir ki, İslam şəriəti və onun ədalətli cəza qanunları ilahi
fəaliyyətin və Allahın sifətlərindən təzahür edən mütləq nəticələrdən biridir.
ﯹ
ﯺ ﯻ ﯼﯽ ﯾ
ﯿ ﰀ ﰁ
ﰂ ﰃﰄ ﰅ
ﰆ ﰇ ﰈ
ﰉ ﰊ
(2.141)
“Onlar bir millət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin
qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual
olunmayacaqsınız”.
Bu
ayənin təsirindən biz artıq bəhs etmişik. Allah onu təkrarlayıb ki, insanlar öz
ümidlərini xəlq edilmişlərə bağlamasınlar. İnsan, öz əcdadlarının və valideynlərinin
əməllərinə deyil, öz əməllərinə güvənməlidir, çünki ona əsil fayda,
boşboğazcasına özünü adlı-sanlı insanların davamçıları adlandırmaqdan deyil,
ancaq etdiyi xeyirxah əməllərdən gələ bilər.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜﭝ ﭞ
ﭟ ﭠ ﭡﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
(2.142) “Səfeh adamlar deyəcəklər: “Onları üz
tutduqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır.
O, istədiyi kəsi doğru yola yönəldir!”
Bu
gözəl ayə Quran möcüzələrindən birini özündə əks etdirir, möminlərə təsəlli və
təskinlik verir, onların qəlbinə inam gətirir, mürtədlərin etirazları haqqında
xəbər verir, üç nəzər nöqtəsindən bu etirazları təkzib edir, haqqa müqavimət
göstərənlərin və Allahın iradəsinə tabe olanların xüsusiyyətləri haqqında məlumat
verir.
Fövqəluca
Allah buyurur ki, anlaqsız və fərasətsiz adamlar Onun hökmlərinə və
qanunlarına etiraz edirlər. Onların özlərinə nəyin fayda verəcəyindən xəbərləri
belə yoxdur. Əksinə, onlar öz qəlblərini puç edir və onları çox ucuz qiymətə
satırlar. Məhz yəhudilər, xristianlar və onlara bənzər zalımlar Allahın hökmlərinə
və qanunlarına müqavimət göstərərək belə davranırlar.
Belə
bir ayənin nazil edilməsi, ilk vaxtlarda namaz zamanı müsəlmanlara Qüdsə tərəf
üz tutmağın əmr edilməsi ilə əlaqədardır. Onlar Məkkədə olduqları zaman və Mədinəyə
hicrət etdikdən il yarım sonraya qədər bu, belə davam etmişdir. Bu hökm özündə
böyük hikmətə dəlalət edirdi və onun bir hissəsini Allah bizə açmışdır. Lakin
sonralar, Özünün İlahi Hikmətinə müvafiq olaraq, Allah müsəlmanlara üzlərini Kəəbəyə
tərəf çevirmək hökmü verdi.
Fövqəluca
Allah bildirir ki, axmaqların arasında hökmən elələri də olacaq ki, deyəcəklər:
“Niyə müsəlmanlar əvvəllər üz tutduqları qiblədən üz döndərməyi qərara aldılar?
Onların bir daha Qüds tərəfə üz çevirməməsinə səbəb nədir?”
Şübhəsiz
ki, belə mülahizələr Allahın iradəsinə qarşı yönəldilmiş etirazlar və Onun mərhəmətini
inkar etməkdir və möminləri ruhlandırmaq üçün Fövqəluca Allah fasiqlərin belə
edəcəklərini onlara xəbər verir və deyir ki, belə sözləri ancaq dözümsüz və
dindarlıqdan məhrum olmuş anlaqsız axmaqlar deyəcəklər. Belə şübhələrin yarana
biləcəyinin müsəlmanlara xəbər verilməsi ilə, onlar axmaqların sözlərinə diqqət
verməməliydilər, çünki ağıllı insan heç vaxt səfehlərin etirazına əhəmiyyət
verməz və onlara baş qoşmaz.
Bu ayədən belə nəticə
çıxarmaq olar ki, Allahın hökmlərinə ancaq axmaqlar, cahillər və tərs adamlar
etiraz edirlər, halbuki əməlisaleh möminlər və ağıllı dindarlar Allahın
qanunlarını həm sözlə və həm də əməlləri ilə qəbul edir və onlara itaət göstərirlər.
Bax elə buna görə Fövqəluca Allah buyurur: “Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi
və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun
Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür” (Əhzab, 33/36);
Xeyr! Sənin Rəbbinə and
olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə,
sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim
olmayınca iman gətirmiş olmazlar” (Nisa, 4/65);
“Aralarında hökm vermək
üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq:
“Eşidirik və itaət edirik!” – demələridir. Nicat tapanlar da məhz onlardır” (Nur, 24/51).
İnsan
başqa cür hərəkət edərsə, onda o, – axmaqdır və təkcə bu bəs edər ki, onun sözlərinə
rədd cavabı verməyəsən və o sözlərə xüsusi əhəmiyyət göstərməyəsən. Lakin Fövqəluca
Allah Özü onların şübhəli ittihamların cavabsız qoymur və şübhələrini dağıdır,
çünki onlar bəzi insanları azdıra bilərdi. Fövqəluca Allah Öz Elçisinə (s.ə.s.)
buyurur ki, şərq də, qərb də Allaha məxsusdur, O, kimə istəyirsə, ona doğru
yolu göstərir. Şərq və qərb Allahın mülküdürsə, onda qalan bütün tərəflər də
Ona məxsusdur. O, istədiyini doğru yola yönəltmək hakimiyyətinə malikdir və,
İbrahim peyğəmbərin (ə.) etdiyi kimi, namaz zamanı Öz qullarına üzlərini Kəəbəyə
tərəf çevirməyə hökm verməyə qadirdir.
Ey
müsəlmanlar! Nadanlar niyə üzünüzü Allaha məxsus olan bir tərəfə çevirməyinizə
etiraz edirlər? Siz ki, üzünüzü Rəbbin mülkünə məxsus olmayan tərəfə
çevirmirsiniz və təkcə bu kifayətdir ki, Onun hökmünə tabe olasınız. Nəzərə
alsaq ki, Allahın hökmü bir nemət, xeyirxahlıq və Allahın məsləhətidir, onda bu
hökmə qarşı etiraz etmək Onun nemətini inkar etməyə bərabərdir və bunun səbəbi
də adamların sizin paxıllığınızı çəkmələri və zalımlıqlarıdır.
Allahın
istədiyinə doğru yol göstərməsi haqqında ayə ümumi mənaya malikdir, lakin
ümumi mənalı müqəddəs mətnlər həmişə onların mahiyyətini dəqiqləşdirən digər
xüsusi mətnlərlə müqayisə edilməlidir. Doğru rəhbərliyin və yoldan azmanın törəməsinin
öz səbəbləri var ki, onlar Allahın Hikməti və Ədalətinə uyğun olaraq müəyyənləşdirilmişdir.
Allah Öz Kitabında qula düzgün rəhbərliyin nəsib olmasının və onun hidayət
yoluna gəlməsinin səbəblərini dəfələrlə xatırladır. Fövqəluca Allah buyurur: “...Artıq
sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah,
Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir...”(
Maidə, 5/15-16). Bu ayələrdə müsəlman millətinin
bütün işlərində düzgün rəhbərliyə və Rəbbin böyük mərhəmətinə layiq görülməsinin
səbəbləri xatırlanır.
ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎﮏ ﮐ
ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ
(2.143) “Beləliklə, Biz sizi orta bir millət etdik ki, siz
insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun
qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən
fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır
gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir,
Rəhimlidir”.
Müsəlman
milləti orta yol tərəfdarıdır və bütün millətlərin ən yaxşısı və ən ədalətlisidir.
Bütün digər millətlər bu orta yolun hər iki və təhlükəli tərəflərində yerləşirlər.
Müsəlmanlar dinlə bağlı olan məsələlərdə ifrata varmırlar.
Peyğəmbərlərə
münasibətdə isə, Allahın peyğəmbərlərini həddən artıq yüksəldən xristianlar və
digər yolunu azmışların, bir tərəfdən, peyğəmbərləri kobudcasına inkar edən yəhudilər
və onlar kimi mürtədlər arasında digər tərəfdən, müsəlmanlar orta mövqe
tuturlar. Müsəlmanlar, mömin olduqları üçün, bütün peyğəmbərlərə inanırlar.
Dini hökmlərə
münasibətdə müsəlmanlar, ifrat inadcıllıq və sərtlik göstərən yəhudilərlə dini
qanunlara etinasız yanaşan xristianlar arasında orta mövqe tuturlar.
İbadət
ayinlərinə, təmizlənmə mərasimlərinə və haram yeməklərə münasibətdə də müsəlmanlar,
ancaq məbədlərdə və sinaqoqlarda dualarını icra edən, suyun təmizləyici
qabiliyyətini inkar edən və öz zalımlıqları üzündən bir sıra faydalı yeməkləri
yemək haqqı olmayan yəhudilərə özlərini oxşatmırlar və onlar üçün natəmiz və
ya haram bir şey olmayan, bütün sürünənləri və yeriyənləri qidalanmaq üçün yeməyə
icazə verən xristianlara da özlərini oxşatmırlar. Müsəlmanlar ən düzgün və
mükəmməl qaydada təmizlənirlər. Allah onlara qidalanmaq üçün faydalı yeməklər
və içkilər işlətməyə, gözəl paltar geyməyə, və onlara qadağan edilməmiş
qadınlarla evlənməyə icazə vermişdir. O, onlara, yeməyə zərərli olan məhsulları
və içkiləri, geyməyə ziyanlı paltarları və layiq olmayan nikahı qadağan
etmişdir.
Allah müsəlmanlara
kamil bir din verməklə onlara iltifat göstərmiş, ən gözəl əxlaq və ən xeyirli əməllər
öyrətmişdir. Allah onlara bilik və dözüm, ədalət və xeyirxahlıq nəsib etmişdir
ki, digər dini icmalar buna layiq görülməmişlər. Bu keyfiyyətlərin sayəsində
müsəlmanlar ən kamil, ən mötədil və ədalətli millət olmuş və özlərinin ədalətliliyi
və qərəzsizliyinə görə bütün bəşəriyyətə şahidlik etmək haqqı qazanmışlar.
Müsəlmanlara
istənilən dini əqidə tərəfdarları haqqında mühakimə yürütmək imkanı
verilmişdir. Əgər müsəlman icması bir insanı qəbul edib tanıyırsa, o, həqiqətən
nüfuz sahibi olmağa layiqdir. Müsəlmanların qəbul etmədiyi adam, nəsibsiz və səfildir.
Lakin belə bir sual da çıxa bilər: Allah niyə müsəlmanların başqa dini əqidə
sahibləri haqqında mühakiməsini hesaba alır, halbuki, çəkişən tərəflərin birinin
digərinə qarşı ittihamını qəbul etməyə yol verilmir? Məsələ orasındadır ki, çəkişən
tərəflərdən birinin digərinə qarşı irəli sürdüyü ittihamı, onun doğruluğuna
şübhə edildikdə, onun günahkarlığının sübutu hesab edilmir. Müsəlman millətinə
münasibətdə isə onun ədalətli və qərəzsizliyi şəkk-şübhə doğurmur. Bütün
hallarda şahidlik ədalətli və düzgün hökmün çıxarılmasına yardım etməlidir və
bunun üçün də şahid qərəzsiz və kifayət qədər məlumatlı adam olmalıdır. Bu iki
keyfiyyət müsəlman millətinə xas olan özəllikdir və buna görə də onun şahidliyi
rədd edilmir. Kimsə müsəlman millətinin üstünlüyünə şübhə etsə və dəlil-sübut tələb
etsə, müsəlmanların üstünlüyünü bəşəriyyətin ən yaxşı nümayəndəsi – Muhəmməd
Peyğəmbər (s.ə.s.) özü təsdiq edəcəkdir. Məhz buna görə, Allah bəyan edir ki,
Peyğəmbər (s.ə.s.) müsəlmanlara şahidlik edəcəkdir.
Qiyamət
günü Allah elçilərindən haqqı bəşəriyyətə çatdırdıqlarını soruşarkən kafir
xalqlar haqqın onlara çatdırıldığını inkar edəcəklər, lakin müsəlman milləti Həmin
gün digər dinlərə mənsub olan millətlərə qarşı şahidlik edəcəkdir. Məhz onda
peyğəmbərlər müsəlmanları özlərinin doğruçuluğuna şahid göstərəcəklər, Muhəmməd
Peyğəmbər (s.ə.s.) isə müsəlmanların doğru danışdıqlarına şəhadət verəcəkdir.
Bu ayə müsəlmanların
yekdil rəyinin təkzibolunmaz dəlil olduğunu və müsəlman millətinin bütövlükdə
yanılmayacağını təsdiq edir. Bu deyilənləri, müsəlman millətinin orta yolu
tutması baxımından, ayənin geniş məna kəsb etməsi də bildirir, çünki, əgər
bütün müsəlman milləti eyni vaxtda bəzi mülahizələrində yanılsaydı, onda müsəlman
milləti bu sözün geniş mənasında deyil, ancaq bəzi məsələlərdə ədalətli ola bilərdi.
Bu ayə, hökm çıxarmağın, şahidlik etməyin və dini fitva verməyin ancaq ədalətli
müsəlmanların haqqı olduğunu sübut edir.
Sonra Fövqəluca
Allah xəbər verir ki, əvvəllər namaz qılınan zaman müsəlmanlara üzlərini Qüds tərəfə
çevirməyi tapşırmışdı ki, kimin Elçisinin (s.ə.s.) ardıyca gedəcəyini, kiminsə
geriyə dönəcəyini öyrənsin. Bu ayədə, Allahın Öz qullarını mükafatlandıracağı və
cəzalandıracağı bilik nəzərdə tutulur. Şübhə yoxdur ki, bütün hadisələr
haqqında, onlar baş verənədək, hər şey Allaha məlumdur. Lakin belə məlumatı əsasında
O, insanları nə mükafatlandırır və nə də cəzalandırır, çünki Allahın ədaləti
kamildir və Allah istəyir ki, həqiqəti bütün qullarına çatdırsın ki, onlar bilməməzlikləri
ilə özlərini doğrultmağa çalışmasınlar. İnsanlar bir əməli həyata keçirdikdə,
ona görə ya mükafatlandırılır, ya da cəzalandırılırlar.
Bütün
deyilənlərdən belə nəticə çıxır ki, Allah əvvəllər namaz zamanı müsəlmanlara
üzlərini Qüdsə tərəf çevirməyi ona görə tapşırır ki, onları sınaqdan keçirsin və
Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirənləri və hər hansı bir şəraitdə onun
ardınca getməyə hazır olanları müəyyənləşdirsin. Mömin şəxs belə
davranmalıdır, çünki o, quldur və Allahın iradəsindən asılıdır, Onun hökmlərini
yerinə yetirməlidir. Bundan başqa, əvvəlki Kitablarda bildirilirdi ki, möminlər
namaz vaxtı üzlərini Kəəbəyə tərəf çevirəcəklər. Buna görə də, ona tərəf
çevrilmək hökmü, doğrudan da haqqa can atan hər bir kəsin imanını və mütiliyini
artırmalı idi. Geriyə dönən, həqiqətdən üz çevirən və öz istəklərinin düşkünü
olan günahkarlara gəldikdə isə, nazil edilmiş hökm, sadəcə, onların küfrünü və
çaşqınlığını artırırdı və buna görə də onlar öz şər əməllərini şübhələrə əsaslanan
naqis sübutlarla müdafiə etməyə başlayaraq, həqiqi biliklərə istinad etmədilər.
Üzlərini Kəəbəyə
tərəf çevirmək, Allahın doğru yola yönəltdiyi əsil möminlərdən başqa, hamı üçün
çox ağır oldu. Onlar Allahın nemətini qiymətləndirib qəbul etdilər və öz Rəbbinə
həmd etdilər ki, O, onlara, dünyada bütün yerlərdən üstün olan və ziyarət
edilməsi İslamın əsas sütunlarından sayılan, törədilmiş günahları yuyan əzəmətli
məscidə tərəf üz döndərməyə imkan vermişdir. Məhz bunu dərk etmələri möminlərin
Allahın hökmünü yerinə yetirməsini asanlaşdırdı, halbuki bütün qalan insanlar
üçün bu hökm ağır bir yükə çevrilmişdi.
Sonra Fövqəluca
Allah xəbər verir ki, O, müsəlmanların imanının yox olmasına heç vaxt imkan
verməyəcək. Fövqəluca Allaha Öz qullarının imanını unutmaq yaraşmaz. Belə bir
şey ağlasığmazdır və mümkünsüzdür və ayə bu barədə Allahın İslama və haqq dinə
yönəltdiyi hər bir insan üçün böyük müjdədir. Allah onların dinini hökmən
qoruyacaq və yox olmağa qoymayacaq, özü də Onun qayğısı iki şəkildə təzahür edəcəkdir.
Birincisi, O, Öz qullarının dinini həyəcanlı sınaqlardan, yanlış baxışlardan və
onu dağıda, korlaya və kiçildə bilən hər şeydən qoruyur. İkincisi, O, Öz
qullarının imanını artırır və onları, onların imanını artıran və əminliklərini
gücləndirən əməllərə doğru ruhlandırır.
Allah
onları ilk dəfə Öz dininə gətirəndə onlara iman bəxş etmişdi və O, mütləq
onların dinini müdafiə edəcək və onların əqidəsini, əcrini artıraraq, onları qəm-qüssədən
qoruyaraq, onlara kamil nemətini göstərəcək. Müsəlmanlar imtahana çəkildikdə,
bunun məqsədi əsil möminləri yalançılardan ayırd etmək olacaqdır. Belə sınaqlar
möminləri paklaşdırır və onların doğruçuluğunu üzə çıxardır.
Lakin belə
bir yanlış təsəvvür də yarana bilər ki, Allahın növbəti hökmü bir sıra möminlərin
imandan əl çəkməsinə səbəb olmuşdur. Axı Fövqəluca Allah deyir ki, bu hökmün
vasitəsilə Elçinin (s.ə.s.) ardıyca gedənlər və geriyə dönənlər aşkar
edilmişdir. Belə yanlış mülahizələrin yaranmasının qarşısını almaq üçün Fövqəluca
Allah xəbər verir ki, həqiqi möminlərin imanının yox olmasına heç vaxt imkan
verməyəcək, çünki hər bir sınağın ağırlığı həmişə onların imanı ilə həmahəng
olur.
Allah həmçinin,
müsəlmanlara namazlarında Kəəbəyə tərəf üz çevirmələrini əmr edənə qədər vəfat
etmiş möminlərin imanlarının hədər getməsinə yol verməyəcək. Onlar öz vaxtında
Allaha və Onun Elçisinə (s.ə.s.) layiqincə itaət etmişdilər və bütün həyatı
boyu Ona tabe olmağa hazır idilər. Bu Quran ayəsi Sünnə və cəmaət tərəfdarlarının
əməlinin imanın hissəsi olması barədə dəlillərindən biri idi.
Sonra
Allah Özünün insanlara hədsiz mərhəməti və rəhmi haqqında xəbər verir. Bu
keyfiyyətləri sayəsində Allah Öz səmimi qullarına göstərməyə başladığı nemətini
axıradək davam etdirir; onlarla və ancaq sözdə iman gətirən, qəlblərinə imanın
girmədiyi münafiqlər arasında fərq qoyur; möminləri onların imanını artıran və
onları daha yüksək dərəcələrə yüksəldən sınaqlardan keçirir və habelə onların
üzünü ən əzəmətli və böyük məscidə sarı çevirir.
Комментариев нет:
Отправить комментарий