ﮭ ﮮ
ﮯ ﮰﮱ ﯓ
ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ
ﯦ ﯧ ﯨﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮ
(2.189)
“Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc
üçün vaxt ölçüləridir”. Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl
deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə
qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız”.
Adamlar
Peyğəmbərə (s.ə.s.) təzə çıxan ayın faydası və ya bilavasitə təzə ayın özü
haqqında sual verirlər. Buna Fövqəluca Allah bildirir ki, Rəbbin mərhəməti ilə
təzə çıxan ay vaxtı müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Ayın əvvəlində o,
nazik aypara şəklində olur və ayın ortasına qədər böyüyüb bədirlənir. Sonra
bütöv ay ayın sonunadək yenidən nazikləşməyə başlayır və ayın axırınadək bu
davam edir. Bunun sayəsində insanlar müxtəlif ibadət ayinlərinin: orucun, zəkatın,
günahları azaldan əməllərin və həcc ziyarətinin müddətlərini öyrənirlər. Həcc
müəyyən aylarda və uzun müddət yerinə yetirildiyinə görə, Fövqəluca Allah onun
barəsində ayrıca xəbər verir.
Təzə ayın
doğması sayəsində insanlar borclarının ödənilməsi müddətinin çatmasını, icarənin
müddətinin qurtarmasını, boşanmış və ya dul qadınların gözləməli olduğu vaxtın
bitməsini, doğuşun və çoxlu başqa hadisələrin yaxınlaşmasını bilirlər. Ay
ilinin hesablanmasını hər bir kəs: uşaq və ya yaşlı adam, alim və ya savadsız
adam yerinə yetirə bilər. Günəş ilinin hesablanmasına gəldikdə isə, onu
layiqincə ancaq bəzi insanlar həyata keçirə bilərlər.
Sonra Fövqəluca
Allah xəbər verir ki, yaxşı əməl heç də insanların evlərə arxa qapılardan girməsi
ilə müəyyən olunmur. İş orasındadır ki, cahiliyyə zamanlarında Mədinə sakinləri
və digər ərəblər həcc ziyarəti zamanı ehramı geyindikdən* sonra evlərinə qapıdan girmirdilər ki, bu minvalla
Allaha yaxınlaşmağa cəhd edirdilər. Onlar bu hərəkətin yaxşı əməl olduğunu zənn
edirdilər. Lakin Fövqəluca Allah bildirdi ki, bunun yaxşı əməllə heç bir əlaqəsi
yoxdur, çünki Allah insanlara belə etmək əmri verməyib, axı əgər insan Allahın
və Onun Elçisinin (s.ə.s.) hökm vermədiyi ayinləri icra edirsə, onda o, bidətçi
olur. Allah qullara evə qapıdan girməyə əmr edir, çünki dini hökmlərin sadəliyi
İslam şəriətinin prinsiplərindən biridir.
Bu ayədən
aydın olur ki, müsəlman istənilən şəraitdə məqsədə nail olmağa doğru aparan ən
sadə və qısa yol tapmalıdır. Məsələn, əgər o, insanları yaxşılıq etməyə və
onları qınanılan əməllərdən çəkindirməyə dəvət edirsə, onda o, həmsöhbətinin
halını nəzərə almalı, özünü nəzakətli və ədəblə aparmalıdır, çünki məhz bu
keyfiyyətləri sayəsində o, qarşısına qoyduğu məqsədi tam və ya qismən həll edə
bilər. Qarşıya qoyulmuş məqsədə yaxın yolla çatmaq həm müəllimin və həm də
şagirdin yerinə yetirməli olduqları tapşırıqdır. İnsan tapşırığın həll edilməsinin
düzgün üsulunu tapdıqda və nəzərdə tutulmuş istiqamətə səylə riayət etdikdə, Fövqəluca
Allahın köməyi sayəsində o, hökmən istənilən nəticəyə nail olacaqdır.
Sonra Fövqəluca
Allah təqvalı olmağa hökm verir, çünki məhz Allahın hökmlərini yerinə yetirmək
və bütün haramlardan uzaqlaşmaq yaxşı əməl sahibi olmaq deməkdir. Təqvalılıq –
nicat tapmanın rəhnidir, çünki Allahdan qorxan insan ən qiymətli və arzu
olunan şeyi əldə edir və hər cür qorxunc və xoşagəlməz şeylərdən xilas olur.
İnsan Fövqəluca Allahdan qorxmayanda isə, o, nicat yolunu tapa bilmir. Təqvalı
olmağı əqidə məsələsi sayan insan mütləq böyük uğur qazanır.
ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ
(2.190)
“Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən,
Allah həddi aşanları sevmir”.
Bu ayə
özündə Allah yolunda döyüşlərdə iştirak etmək hökmünü əks etdirir. Ayə, müsəlmanlar
Mədinəyə hicrət etdikdən və artıq müşriklərlə döyüşmək üçün kifayət qədər möhkəmləndikdən
sonra nazil edilmişdir. Bu vaxta qədər müsəlmanlara silahlı mübarizədən çəkinmək
əmr olunmuşdu. Allah yolunda döyüşmək zəruriyyəti haqqında xatırlatmadan
aydın olur ki, müsəlmanlar Allah xatirinə səmimiyyətlə döyüşməlidirlər və
onların hərc-mərclik dövründə bir-biri ilə savaşmağa haqları yoxdur.
Fövqəluca
Allah möminlərlə vuruşmağa hazır olan kafirlərlə vuruşmağı əmr edir. Bu tələb
müsəlmanlara qarşı döyüş əməliyyatlarında iştirak edən yaşlı kişilərə aiddir və
döyüş əməliyyatlarında qərar qəbul etməyən və iştirak etməyən qocalara şamil
edilmir. Cinayət törədilməsinin qadağan olunmasına gəldikdə isə, bu,
qadınların, dəlilərin, uşaqların və zahidlərin öldürülməməsinə, öldürülənlərin
üzərində təhqiredici əməllər törədilməməsinə, heyvanların məhv edilməməsinə,
ağacların kəsilməməsinə və müsəlmanlara heç bir fayda verməyən başqa hərəkətlərə
aiddir. Belə cinayətlərə, həm də müsəlmanlara müntəzəm surətdə can vergisi
(cizyə) verən kafirlərə qarşı döyüşmək aid edilir, çünki onlarla döyüşmək
qadağandır.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ
ﭨ ﭩﭪ ﭫ
ﭬ ﭭ ﭮ
(2.191)
“Müşriklərə harada rast gəlsəniz öldürün və sizi çıxartdıqları yerdən
siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidülharamın
yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar,
siz də onları öldürün. Kafirlərin cəzası belədir”.
Bu ayə istənilən
vaxtda kafirlərlə döyüşmək hökmü verir və həm müdafiə və həm də fəal hücum
döyüş əməliyyatlarına şamil edilir. Bu ümumi hökmdən istisna edilən Məscidülharamda
döyüşməkdir. Onun ərazisində o vaxt döyüşmək olar ki, kafirlər onu birinci
başlasınlar. Belə şəraitdə onlarla döyüş – törətdikləri cinayətə görə cəza səciyyəsi
daşıyır.
ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
(2.192) “Əgər
onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır,
Rəhimlidir!”
Müsəlmanlar
kafirlərlə onlar küfrlərindən əl çəkib İslama daxil olanacan vuruşmalıdırlar.
Əgər onlar müsəlman olsalar, Allah onların tövbələrini qəbul edər və onların
kafir olduqlarını, Məscidülharamda bütlərə ibadət etmələrini və Allahın
Elçisinə (s.ə.s.) başqa möminlərlə birlikdə ibadət edərkən maneçilik törətmələrini
onlara bağışlayar. Budur Allahın Öz qullarına bəslədiyi rəhmi və alicənablığı!
ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ
(2.193)
“Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun!
Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur”.
Məscidülharamın
yanında döyüşmək müqəddəs şəhərdə günahkar əməllərin yayılması kimi görünə
bildiyindən, Fövqəluca Allah xəbər verir ki, bu şəhərdə müşrik hərc-mərcliyinin
yayılması və insanların həqiqi dini qəbul etmələrinə maneçiliyin törədilməsi Məscidülharamda
döyüşməkdən daha böyük fəsaddır və buna görə, müsəlmanlar bu şəhərdə kafirlərlə
vuruşmalı olsalar, sıxıntı hissi keçirməməlidirlər. Bu ayədən məşhur bir dini
qayda çıxarılır və ona müvafiq olaraq, böyük bir şərin qarşısını almaq məqsədilə
ondan kiçik bir şərə yol verməyin mümkünlüyü təsdiq edilir.
Sonra Fövqəluca
Allah Onun yolunda aparılan döyüşün mənası haqqında xəbər verir. Müqəddəs
müharibə ona görə aparılmır ki, kafirlərin qanı axıdılsın və ya onların
var-dövləti müsadirə edilsin. O, ona görə aparılır ki, Fövqəluca Allahın dini
bütün dini əqidələr üzərində qələbə çalsın, müşriklik və haqq dinlə bir araya
sığmayan nə varsa yer üzündən silinsin. Məhz bu şərtlər müharibəni vacibləşdirən
hallardır, onlar aradan qalxdıqda isə, müsəlmanlar qan tökməyə və müqəddəs
müharibəyə son qoymalıdırlar. Məscidülharamın yaxınlığında müsəlmanlarla döyüşə
birinci başlayan kafirlərə gəldikdə isə, əgər onlar döyüşdən əl çəksələr,
onda müsəlmanlar yol verilən həddi keçməməli və təkcə cəzaya layiq olan
günahkarları ədalətlə cəzalandırmalıdırlar.
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ
(2.194)
“Haram ay haram aya görədir. Haram olanları pozmağın cəzası qisas
almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər
təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir”.
Bir rəyə
görə, burada söhbət müşriklərin Peyğəmbərə (s.ə.s.) və onun səhabələrinə Məkkəyə
girməyə mane olmalarından gedir. O vaxt Hudeybiyyə sülhü imza edilmişdisə də,
müsəlmanlara ancaq növbəti ildə həcc ziyarəti etməyə icazə verilmişdi. Müsəlmanların
qureyşlilərlə qarşıdurması və sülh müqaviləsinin bağlanması haram zülqədə
ayına düşmüşdü və buna görə Allah səhabələrin ürəyinə təskinlik verərək,
buyurur ki, bir haram ayda əldən çıxmış bir şeyi onlar digər haram ayda mütləq əldə
edərlər və həcc ziyarətini layiqincə yerinə yetirərlər.
Başqa bir
rəyə görə isə, Fövqəluca Allah müsəlmanlara haram aylarda kafirlərlə döyüşməyə
ona görə yol verdi ki, kafirlər onlarla bu aylarda döyüşə girmişdilər. Kafirlər
yol verilən həddi birinci olaraq aşmışdılar və müsəlmanlar onlarla döyüşdükləri üçün sıxıntı
hissi keçirməməlidirlər.
Son şərhə
istinad etməli olsaq, onda haramların pozulmasına görə cəzanın xatırlanması
xüsusi halın ümumiyə daxil edilməsinin nümunəsi olacaqdır. Əgər bir
insan haram ayın, Məscidülharam torpağının, ibadət mərasiminin və Allahın
ehtiram göstərməyi və hörmət bəsləməyi əmr etdiyi bir şeyin müqəddəsliyinə qəsd
edərsə, onda o, ədalətli cəza almalıdır. Haram ayda döyüşənə lazımi müqavimət
göstərilməlidir. Kim haram olunmuş torpağın müqəddəsliyinə qəsd edərsə, o layiq
olduğu cəzasını almalıdır. Kim bağışlanmış qatili öldürərsə, o, edam edilməsi
də istisna edilməməklə, cəzalandırılmalıdır. Kim bir başqasını şikəst edərsə
və ya onun bədəninin bir orqanını kəsərsə, onda o, törətdiyinə bərabər cəza
almalıdır. Kim də özgəsinin əmlakını qanunsuz mənimsəyərsə, onu müvafiq ölçüdə
öz mülkiyyətindən məhrum etmək olar.
Lakin müsəlman
alimləri arasında, qanuni mülkiyyətindən zalımcasına məhrum edilmiş insanın
onu əmlakından məhrum etmiş şəxsdən eyni ölçüdə əmlakını müstəqil surətdə zorla
almağa haqlı olması barədə rəy müxtəlifliyi vardır. Ən etibarlı sayılan rəyə
görə, pozulmuş hüquqlar açıq-aydın aşkar olduqda, məsələn, əgər evin sahibi
yoldan gəlmiş müsafirə qonaqpərvərlik göstərməkdən boyun qaçırırsa və ya əgər
insan təmin etməyə borclu olduğu arvadını və qohumlarını maddi cəhətdən təmin
etməkdən boyun qaçırırsa, onlara, paylarına düşəni götürməyə icazə verilir.
Əgər hüquqların məhdudlaşdırılması açıq-aşkar deyilsə, məsələn, əgər borclu
götürdüyü borc üzrə öhdəliyini inkar edirsə, əgər bir adam ona saxlanmağa verilən
şeyləri götürdüyünü boynuna almırsa, əgər oğru oğruluq edibsə, oğurlanmış
mülkiyyətin əsil sahibinin öz əşyalarının əvəzinə oğrunun malından müstəqil
surətdə bərabər ölçüdə götürmək haqqı yoxdur. Bu rəy bu məsələyə aid olan
bütün müqəddəs mətnləri birləşdirməyə imkan verir. Məhz buna görə, Allah müsəlmanlara
icazə vermişdir ki, ədalətsiz insanlar onlara hücum etdikləri kimi, müsəlmanlar
da eyni qaydada onlara hücum etsinlər. Bu ayədə, cəza almalı olan adam incidənlər
və cinayətkarlardan, törətdikləri cinayətə bərabər olan qisas almağın üsulu təsvir
edilir.
Amma çox
vaxt insanlara ədalətli qisas almağa imkan verdikdə, onlar cinayətkarlardan
acıq çıxaraq, yol verilmiş həddi aşırlar. Bax elə buna görə, Fövqəluca Allah
müsəlmanlara Allahdan qorxmaq, yol verilmiş əvəzi almaqla qane olmaq və hədləri
pozmamaq hökmünü verir.
Allah həmişə
Öz müttəqi qulları ilə birlikdədir[1] və
onlara kömək və yardım göstərərək, onları doğru yola yönəldir. Əgər insan
Allahın onunla birgə olmasına layiq görülürsə, onda o, əbədi səadətə qovuşur.
Əgər o, təqvalı olmağı rədd edirsə, Uca Qəyyum ondan üz döndərir, onu Özünün
köməyindən məhrum edir və belə insanın taleyini onun özünə həvalə edir. Bu, baş
verdikdə, insanın məhvi, ona şah damarından da yaxın olur.
ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨﮩ ﮪﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ
(2.195) “Malınızdan Allah yolunda xərcləyin
və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah
yaxşılıq edənləri sevir”.
Fövqəluca
Allah Öz qullarına buyurur ki, onlar öz əmlakını xeyir işlərə və Allahın razı
qaldığı məqsədlərə sərf etsinlər. Bunlar – kasıblara və ya qohumlara sədəqə və
həmçinin müsəlmanların yardım etməyə borclu olduqları şəxslərə maddi yardım
kimi ola bilər. Amma ən mühüm ianə müqəddəs müharibəyə sərf edilən xərclərdir,
çünki bunu edən hər bir müsəlman Allah yolunda öz malı ilə döyüşür. Bu hökm,
müqəddəs müharibədə iştirak etmək hökmü ilə yanaşı fərzdir və o, olduqca
böyük fayda verir, çünki müqəddəs müharibə üçün ayrılan ianə müsəlmanların güclənməsinə,
müşrikliyin və müşriklərin zəifləməsinə səbəb olur, Allahın dininin qələbəsini
yaxınlaşdırır və İslamı daha da qüdrətləndirir. Adicə demək kifayətdir ki,
Allah yolunda mübarizə müsəlmanların könüllü maddi yardımları olmadan, sadəcə,
mümkün deyil.
İanələr –
Allah yolunda mübarizənin canıdır, çünki müsəlmanlar Fövqəluca Allah
yolunda öz mallarından keçmədikcə cihad
mümkün deyil. Belə ianələrdən boyun qaçırmaqla onlar cihadın qarşısını alır və
düşmənlərə onların üzərində özbaşınalıq və hökmranlıq etməyə imkan verir. Bir
sözlə, müqəddəs müharibə üçün ianələr verməmək müsəlmanların özlərini təhlükəyə
atmasına səbəb ola bilər.
Qul iki
halda özünü təhlükəyə atır: həyatını itirməklə və ya qəlbini ölümlə nəticələndirən
və ya nəticələndirə bilən ilahi hökmü yerinə yetirmədikdə; və onun həyatının
itirilməsinə və ya qəlbinin ölməsinə səbəb olacaq əməllərə yol verdikdə. Belə əməllər
olduqca çoxdur və onlardan biri də Allah yolunda müqəddəs müharibədə iştirak
etməkdən və yaxud döyüş əməliyyatlarına maddi yardımdan imtina etməkdir. Bu imtina
– düşmənlərin müsəlmanlar üzərində qələbəsinə səbəb olur. Belə əməllərə həmçinin
döyüşdə və ya qorxulu səfərdə öz həyatı üçün təhlükə yaratmaq da aiddir. Eyni
şeyi vəhşi heyvanların və ilanların məskunlaşdığı ərazidə gecələyən, çürük
ağaca çıxan və laxlayan binaya girən və ya özünə başqa təhlükəli məşğələlər
tapan insan barəsində də demək olar. Bütün sadalanan hallar – insanların özlərini
məhvə məhkum etmələrinin nümunələridir. Yenə bunun bir nümunəsi kimi, Allaha
itaətsizliyi, Onun bağışlayacağına ümid bəsləməməyi və dinin vacib hökmlərini
yerinə yetirməməyi göstərmək olar. Dinin vacib hökmlərini yerinə yetirməmək isə
qəlbi puç, imanı isə məhv edir.
Müqəddəs
müharibəyə ianə vermək yaxşı əməllərin bir növü olduğu üçün, daha sonra Fövqəluca
Allah buyurur ki, ümumiyyətlə, xeyirli işlər görün. Doğrudan da, O, yaxşı əməl
sahiblərini sevir. Yaxşı əməllərə, bizim öncə xatırladığımız hər hansı maddi
yardımlar aiddir. Onlara aşağıdakılar da aid edilir: himayə etmək, müsəlmanların
mənafeyi xatirinə kiməsə müraciət etmək və digər yardım növləridir ki, insan
onları öz yüksək vəzifəsi sayəsində həyata keçirir. Onların sırasına həm də bəyənilən
işlər görməyə çağırış, qınanılan hərəkətlərdən çəkindirmə və xeyirli biliklərin
öyrədilməsi daxildir. Belə əməllərə, insanlara göstərilən mənəvi yardım, çətin
anda kömək edilməsi, xəstələri ziyarət, dəfn mərasimində iştirak, yanlış
baxışların təshihi, xüsusilə, kimsə işinin öhdəsindən gələ bilmədiyi məqamda
ona kömək göstərmək və Allahın Öz qullarına yerinə yetirməyi əmr etdiyi digər
xeyirxah işlər də məxsusdur. Yaxşı əməllərə Peyğəmbərimizin (s.ə.s.) təsvir
etdiyi:“Sən Allaha elə ibadət etməlisən ki, sanki Onu görürmüş kimisən
və hətta sən Onu görməsən də, O, səni görür” hədisində buyurduğu kimi, Fövqəluca Allaha
səmimi ibadət də saleh əməllərdəndir.
Əgər insan
sadalanan keyfiyyətlərə malikdirsə, onda o, Fövqəluca Allahın: “Yaxşı iş
görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da daha üstünü (Allahı görmək)
vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət
sakinləridir və orada əbədi qalacaqlar” (Yunus, 10/26) ayəsində göstərdiyi şəxslərdən biri
olacaqdır. Allah məhz belə insanların yanındadır və onlara bütün işlərində
kömək göstərir.
ﮱ
ﯓ ﯔ ﯕﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ
ﰄ ﰅ ﰆ
ﰇ ﰈ ﰉ
ﰊ ﰋ ﰌ ﰍﰎ ﰏ
ﰐ ﰑﰒ ﰓ
ﰔ ﰕ ﰖ
ﰗ ﰘ ﰙ ﰚﰛ ﰜ
ﰝ ﰞ ﰟ
ﰠ ﰡ ﰢ
ﰣ
(2.196)
“Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr,
müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz (kəsiləcəyi)
yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən
əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da
qurban kəsməlidir. Əmin olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan
olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlı
tapmayanlar isə, həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə
yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidülharamda
yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah Şiddətli Cəzaverəndir”.
Orucluq və
cihadla bağlı hökmlərini xatırlatdıqdan sonra Fövqəluca Allah həcc ziyarəti ilə
əlaqədar olan hökmlərini yada salır. Allah xatirinə həcc və ümrə ziyarətini
başa vurmaq hökmündən bir sıra nəticələr çıxır.
Birincisi,
həcc və ümrə ziyarəti vacib (fərz) dini hökmlərə aiddir. İkincisi, həcc və ümrə
ziyarəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əməllərindən irəli gələn bütün əsas və
fərz hökmlərinə və onun (s.ə.s.) “Məndən öz mərasimlərinizi öyrənin” deyə
söylədiyi hədisinə uyğun olaraq həyata keçirilməlidir. Üçüncüsü, bu ayə ümrə
ziyarətinin vacib olmasının xeyrinə bir dəlildir. Dördüncüsü, zəvvar həcc və ya
ümrə ziyarətinə başladıqda, onlar hətta könüllü olsa da belə, onları axıradək
yerinə yetirməlidir. Beşincisi, zəvvar həcc və ümrə ziyarətinin nəinki təkcə
vacib hökmlərini, həmçinin əlavə hökmlərini də tam kamil formada həyata keçirməlidir.
Altıncısı, ziyarət səmimiyyətlə Allah üçün yerinə yetirilməlidir. Yeddincisi, şərait
məcbur etmədikcə, zəvvarın vaxtından əvvəl ehramdan çıxmağa heç bir əsası
yoxdur. Fövqəluca Allah bu istisna barədə sonradan bildirir.
Zəvvar həcc
və ümrə ziyarətini sona yetirmək üçün Kəəbəyə gəlib çıxa bilməyibsə, əgər o xəstələnibsə
və yolu azıbsa, düşmənlə rastlaşıb və ya onu yolda ləngidən digər maneə ilə
qarşılaşıbsa, onda o, bacardığını qurban verməlidir. Hər bir ləngimiş zəvvar
özü ayrıca bir qoyun qurban kəsməli, yeddi zəvvar isə birlikdə bir dəvə və ya
bir inək (öküz) qurban kəsməlidir. Sonra o, başını qırxıb ehramdan çıxmalıdır,
çünki Peyğəmbər (s.ə.s.) və onun səhabələri, Hudeybiyyə sülhü imzalanan ildə,
müşriklər onlara Məkkəyə girməyə imkan verməyəndə, belə etmişdilər. Əgər ləngidilmiş
zəvvarın qurban kəsmək imkanı olmazsa, onda o, on gün ərzində oruc tutmalı və
ancaq bundan sonra ehramdan çıxmalıdır. Zəvvarlar fasiləli həcc (həcc təməttu)[2]
zamanı da eyni tərzdə hərəkət edirlər.
Sonra Fövqəluca
Allah, qurbanlıq heyvanlar kəsiləcək yerlərə çatdırılana qədər zəvvarlara
başlarını qırxdırmağı qadağan etdi. Ehramda ikən baş qırxdırma qadağan edilmiş əməllərdəndir.
Həmçinin başından və bədəninin digər hissələrindən tüklərin istənilən üsulla təmizlənməsi
də qadağan edilir, çünki bu qadağanın mənası ondan ibarətdir ki, zəvvar müəyyən
narahatçılığa məruz qalsın və hətta dağınıq sacla gəzinsin. Buna bənzər mühakimə
yürüdərək müsəlman alimlərinin xeyli hissəsi zəvvarlara ehramda dırnaq
qırxmağı da qadağan edirdilər, çünki insan dırnaqlarını da rahatlığı üçün
qırxır. Bu qadağalar, qurbanlıq heyvanlar kəsiləcək yerlərə çatdırılana qədər,
yəni, qurban günü başlayana qədər qüvvədə qalır. Şərh etdiyimiz ayə isə başı,
Qurban günü qurbanlıq heyvan kəsiləndən sonra, qırxmağın üstün tutulduğunu təsdiq
edir.
Bu ayədən
o da aydın olur ki, əgər zəvvar fasiləli həcc ziyarətini niyyət etmişsə və özü
ilə qurban gətirmişsə, onda o, ümrəni bitirdikdən sonra qurban gününə qədər
ehramdan çıxmamalıdır. Ümrə ziyarəti ayinlərinə daxil olan Kəəbənin ətrafında
dövrə vurduqdan və təpələr arasında qaçış keçirdikdən sonra, o, həcc ziyarətini
yerinə yetirmək üçün ehrama girməlidir, çünki özü ilə gətirdiyi heyvan onu
ehramdan çıxmağa qoymur. Çoxyaxşılıqlarmənbəyi Fövqəluca Allah zəvvarlara Onun
qarşısında əyilməyi və müti olmağı tapşırmışdır, çünki Rəbbin qarşısında itaətkar
olmaq qula ancaq fayda gətirir və ona heç bir ziyan vurmur.
Əgər zəvvar
ehramda olarkən xəstələnərsə və ya əziyyət çəkməyə başlayarsa və bu əziyyətindən
təkcə başını qırxdırmaqla xilas ola bilərsə, əgər dərisini yara və ya bit
basarsa, onda ona başını taraş etməyə icazə verilir, lakin bu zaman o, günahı təmizləyən
əməllər etməlidir. O özü, üç gün oruc tutmaq, on kasıbı yedizdirmək və həcc
ziyarəti zamanı kəsilməsinə icazə verilən heyvanlardan qurban kəsmək kimi əməllərdən
birini seçməlidir. Ən üstün tutulan günahdan təmizlənmə əməli qurban kəsmək,
sonra – on kasıbı yedizdirmək, daha sonra isə oruc tutmaqdır. Zəvvar belə təmizlənmə
əməllərini həm də dırnağını qırxmağa, başını örtməsinə, tikili paltar geyməsinə
və ətirlənməsinə görə yerinə yetirməlidir. Belə hərəkətlərə ən kəskin zəruriyyət
yarandığı hallarda yol verilir, lakin onların edilməsi nəticəsində yaranan
günahın təmizlənməsi üçün zəvvar günahı aparan saleh əməllər həyata keçirməlidir,
çünki o hərəkətlərdən çəkinmək, onların verdiyi rahatlıqdan və təmtəraqlı
yaşayışdan qaçınmaqdır.
Daha sonra
Fövqəluca Allah buyurur ki, əgər zəvvarlar təhlükəsiz şəraitdədirlərsə və hətta
gecə vaxtı da düşmən basqınından ehtiyat etmirlərsə, onda, onların hər biri ümrə
ziyarətini bitirdikdən sonra ehramdan çıxır və həcc başlayana qədər halal nemətlərdən
istifadə edərək, sonra fasiləli həcci yerinə yetirirsə, imkanı daxilində,
ziyarət zamanı qurban kəsilməsinə yol verilən heyvanlardan qurban verir. Beləliklə,
o, bir gedişdə iki ziyarət etdiyi üçün və ümrəni bitirdikdən sonra, həccin
başlanmasına qədər, halal nemətlərdən ləzzət aldığına görə Allaha minnətdarlığını
bildirməlidir. Həccin birləşdirilməsi (həcc qiran) zamanı da qurban kəsilməsi
vacibdir, çünki bu halda zəvvar həcc və ümrəni birləşdirir.
Bu ayədən
belə bir nəticə çıxarmaq olar ki, ayrıca həcc ziyarəti (həcc ifrad) zamanı
qurban kəsilməsi vacib deyil. Bu ayə həm də həcc aylarında başlanmasına razılıq
verilən fasiləli həccin qanuni və hətta üstünlüyə malik olmasını təsdiq edir.
Zəvvarın
qurbanlıq heyvanı və onu əldə etməyə vəsaiti olmadıqda, o, həcc dövründə üç gün
və həcdən qayıtdıqdan sonra isə əlavə yeddi gün oruc tutmalıdır. Həcc zamanı
ümrə ziyarətini yerinə yetirmək üçün ehrama girildiyi andan Qurban bayramından
üç gün sonra keçənə qədər oruc tutmağa icazə verilir. Bu üç gün ərzində zəvvarlar
daş atırlar və Mina vadisində gecələyirlər. Lakin həcc ziyarəti zamanı oruc
tutmaq üçün ən üstün tutulan günlər zülhiccə ayının yeddisi, səkkizi və
doqquzudur. Həcc ziyarəti qurtarandan sonra yeddi günlük orucu isə ya Məkkədə,
ya evə qayıdarkən yolda və yaxud da qayıtdıqdan sonra evdə tutmaq olar.
Fasiləli həcc
zamanı mütləq qurban kəsmək hökmü ailəsi Məscidülharamda yaşamayanlara şamil
edilir. Bu o deməkdir ki, Ərəfat vadisinin hüdudlarından kənarda yaşayan insan
hökmən qurban kəsməlidir, çünki o bir səfərində eyni vaxtda iki ziyarət edir.
Əgər ziyarətçinin ailəsi Məkkədə sakinləşmişdirsə, onda qurban kəsmək onun
üçün vacib deyil, çünki belə olduqda, bu hökmün səbəbi aradan qalxır.
Sonra Fövqəluca
Allah bütün hallarda Allahın hökmlərini yerinə yetirərkən Onun haramlarını
pozmadan Ondan qorxmağı əmr edir. Təqvalı olmağın əsas əlamətlərindən biri,
xatırlanan ayədə, hökmlərin yerinə yetirilməsi və haramlara riayət edilməsidir.
Müsəlmanlar həmçinin yadda saxlamalıdırlar ki, Allah itaətsizlik edənləri çox
sərt cəzalandırır və bu cəzanın müqabilində qorxu təqvalılığın və möminliyin
möhkəmləndirilməsinə səbəb olan amillərdən biridir. İnsan Allahdan qorxursa,
cəzalandırılmaya doğru aparan əməllərdən hökmən çəkinir və əgər o, Allahın əcrini
qazanmağa ümid edirsə, hökmən arzu etdiyi mükafatı gerçəkləşdirən xeyirxah işlər
görür. Əgər o, cəzalandırılmaqdan qorxmursa və mükafat alacağına ümid bəsləmirsə,
onda istənilən haramlara etinasızlıq edir və vacib hökmlərin yerinə yetirilməsinə
kobudcasına müqavimət göstərir.
ﭑ
ﭒ ﭓﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧﭨ ﭩ
ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ
ﭰ ﭱ ﭲ
(2.197)
Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi
niyyət edən hər kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq
etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin
etdiyinizi Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır.
Məndən qorxun, ey ağıl sahibləri!”
Fövqəluca
Allah bildirir ki, həcc ziyarəti bu ayənin nazil olduğu xalqa yaxşı məlum olan
aylarda baş verir və buna görə həmin ayların adlarının çəkilməsinə ehtiyac
qalmırdı. Orucun tutulmasına verilmiş hökmün bu ayinin məhz hansı ayda icra
ediləcəyinin izah olunmasına zəruriyyət vardı. Beş dəfə fərz namazın qılınması
hökmünün də onlar üçün ayrılmış vaxtını izah etmək lazım idi. Lakin həcc ziyarəti
ərəblərə İbrahim peyğəmbərin (ə.) zamanından məlum idi və onun nəslindən
olduqları üçün onlar bu ziyarəti müntəzəm olaraq həyata keçirirdilər. İslam
alimlərinin əksəriyyəti hesab edirdilər ki, həcc ayları şəvval və zülqədə və
zülhiccə ayının birinci ongünlüyüdür. Məhz bu aylarda zəvvarlar, bir qayda
olaraq, həccə getmək məqsədilə ehrama girirlər.
Zəvvar həcc
ziyarətini yerinə yetirməyi niyyət edirsə, yəni, ehrama daxil olursa, onda o, zəvvarlığını
sona qədər həyata keçirməlidir, çünki ehrama girmək, hətta o könüllü də olsa, həcc
ziyarətini yerinə yetirməyi vacibləşdirir. Bu Quran müddəalarına əsaslanan imam
əş-Şafii və onun ardıcılları belə hesab edirdilər ki, həcc ayları girənə qədər
həcc ziyarəti niyyəti ilə ehrama girmək olmaz. Lakin mən hesab edirəm ki, alimlərin
böyük əksəriyyətinin rəyinə görə, həcc aylarının başlanmasına qədər həccə getmək
niyyəti ilə ehrama girməyə icazə verilməsi daha səhihdir, çünki “...Bu
aylarda həcci yerinə yetirməyi niyyət edən hər kəs...” ifadəsi onu göstərir
ki, bəzi zəvvarlar bu aylarda həccə getməyi niyyət edirlər, bəziləri isə bundan
da əvvəl niyyət etmiş olurlar ki, özü də bu ayənin ümumi mənasını heç
bir şey konkretləşdirmir.
Sonra Fövqəluca
Allah zəvvarlara əmr edir ki, ehrama hörmətlə yanaşsınlar, xüsusilə bu, həcc
üçün ayrılmış aylarda ziyarətə gedənlər üçün vacibdir. Zəvvar onun ehramını
poza bilən və ya mükafatını kiçildən hər şeydən çəkinməlidir. O, cinsi
yaxınlıqdan və cinsi ehtiras doğuran hər söz və əməllərdən, xüsusilə, zövcəsinin
yanında qaçınmalıdır. O, həmçinin günahlardan və ehram zamanı qadağan olunan hərəkətlərdən
çəkinməlidir. O, mübahisələrə və çəkişmələrə qoşulmamalıdır, çünki onlar pislik
törədir və qarşılıqlı düşmənçiliyə səbəb olur.
Zəvvarlığın
mahiyyəti – hər bir müsəlmanın Allahın qarşısında əyilməsi və müti olması, Ona
hər hansı xeyirxah əməllər vasitəsilə yaxınlaşması və günahlardan təmizlənməsindən
ibarətdir. Belə zəvvarlıq möminlərə xasdır və onun əvəzinin mükafatı təkcə Cənnət
ola bilər. Hərçənd günah etmək bütün hallarda və bütün yerlərdə qadağan edilir,
amma həcc ziyarəti zamanı nazil edilmiş bütün qadağanlar daha da sərtləşir.
Yadda
saxlamaq lazımdır ki, insan Allaha yaxınlaşmaq üçün nəinki günahlardan çəkinməlidir,
o, həm də Rəbbinin hökmlərini yerinə yetirməlidir. Buna görə də sonra, Fövqəluca
Allah buyurur ki, qullarının Ona yaxınlaşmaq üçün yerinə yetirdikləri bütün
saleh əməllər və ibadət ayinləri Ona məlumdur. (Bu cümlənin ərəbcə mətnində)
“min” ön şəkilçisi bu müddəanın tamamilə bütün xeyirxah əməllərə aid olduğunu
təsdiq edir. Bu ayə insanları, xüsusilə onlar müqəddəs Məkkə ərazisində
olduqları zaman, yaxşılıq etməyə çağırır. Bu şərəfli yerlərdə müsəlman əlinə
düşmüş imkandan istifadə edərək, tez-tez və çoxlu namaz qılmalı, oruc
tutmalı, sədəqə paylamalı, Kəəbənin ətrafını təvaf etməli* və ətrafındakı insanlara sözü və işi ilə xeyirxahlıq
göstərməlidir.
Daha sonra
Fövqəluca Allah müsəlmanlara tapşırır ki, zəvvarlıq kimi mübarək bir səfərə
hazırlaşsınlar. Zəvvar zəruri ərzaq ehtiyatı götürərək, yolda insanlara yardım
üçün müraciət etmək ehtiyacının qarşısını alır və öz ləyaqətini saxlayır. Əgər
o özü ilə əlavə azuqə götürsə başqa ziyarətçilərə də kömək edə bilər və bu əməli
ilə aləmlərin Rəbbinə daha da yaxınlaşar. Belə ehtiyat insana özünü ərzaq və
zəruri olan vəsaitlə təmin etməyə imkan verir.
Lakin həm
bu dünyada və həm də ölümdən sonra insanın dadına çatan əsil həqiqi ruzi - onun
təqvalılığıdır. Bu ehtiyat azuqə ona rahatlıqla o biri dünyaya səfərə çıxmağa,
gerçək səadətə qovuşmağa və əbədi olaraq ən ecazkar nemətlərdən ləzzət almağa
imkan verir. Əgər insan təqva azuqəsi ehtiyatı tutmazsa, onda o, səfərinin son
məqsədinə nail ola bilməz və bədbəxtliyə məruz qalar.
Təqvalılığı təriflədikdən sonra Allah ağıllı
insanlara Ondan qorxmağı tapşırır, çünki sağlam idrakın ilk dəvət etdiyi –
Allah qarşısında təqvalı olmaqdır. Əgər insanda Allahdan qorxmağa etiqad
yoxdursa, bu, onun nadanlığına və düşüncəsizliyinə dəlalət edir.
ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺﭻﭼﭽﭾﭿﮀ ﮁ
ﮂ ﮃ ﮄﮅ ﮆ
ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌﮍﮎﮏ
(2.198)
“Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan
axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə
görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz”.
Təqvalı
olmağa hökm verdikdən sonra, Fövqəluca Allah bildirir ki, həcc ziyarəti zamanı
və digər hallarda Allahın mərhəmətini qazanmaq və maddi nemətlər əldə etmək
arzusu, əgər bunlar, insana öz vəzifələrini yerinə yetirməyə mane olmursa və əgər
həccə getmək onun səfərinin əsas məqsədidirsə, heç də qəbahət deyil. Amma bu
zaman zəvvar pulu vicdanla və halal yolla qazanmalı və qazancını özünün
bacarığı və ustalığı ilə deyil, Allahın lütfkarlığı ilə bağlamalıdır, çünki əgər
insan səbəbi yadda saxlayaraq, o səbəbi yaratmış Rəbbi unudursa, onda o,
açıq-aşkar günah işlədir.
Sonra Fövqəluca
Allah, zəvvarların Ərəfat vadisini tərk edən kimi, müqəddəs ərazidə (əl-məşər əl-haram)
Onu xatırlamalarını əmr edir. Bu ayədə bir sıra hökmlər vardır.
Birincisi,
Ərəfat vadisində dayanmaq həccin rüknlərindən biridir, çünki zəvvar ancaq orada
olduqdan sonra vadini tərk edə bilər.
İkincisi,
zəvvar Allahı müqəddəs yerdə, yəni, əl-Müzdəlifə vadisində zikr etməlidir. Bu
yer həmçinin yaxşı məlumdur və zəvvarlar qurban bayramından əvvəlki gecəni
orada keçirirlər. Gecə onlar yatmalı və sübh namazından sonra isə hava
işıqlaşana qədər Allaha dua etməlidirlər. Müqəddəs yerdə zikr dedikdə, zəvvarların
orada qıldıqları fərz və nafilə namazlar da nəzərdə tutulur.
Üçüncüsü,
Ərəfat vadisində dayanmaq əl-Müzdəlifə vadisində gecələməkdən əvvəl gəlir,
çünki (ərəb mətnindəki) “fa” bağlayıcısı hərəkətlərin ardıcıllığını göstərir.
Dördüncüsü,
Ərəfat vadisində dayanmaq və əl-Müzdəlifədə gecələmək zəvvarın başqa adamlarla
birlikdə yerinə yetirdiyi həcc mərasimlərinə aiddir.
Beşincisi,
əl-Müzdəlifə müqəddəs torpaqda yerləşir, amma Ərəfat vadisi isə onun hüdudlarından
kənardadır və buna görə də Allah müqəddəs yer olaraq ancaq məhz əl-Müzdəlifə
vadisinin adını çəkir.
Daha sonra
Fövqəluca Allah, onları düz yola yönəltməklə, azğınlıqdan xilas etməklə və
onlara əvvəl bilmədiklərini öyrətməklə böyük rəhmət bəxş etmiş Rəbbi zikr etməyi
müsəlmanlara əmr edir. Bütün bunlar ən şərəfli nemətlərdir və bunlara görə
qullar özlərinin Xeyirxahına həmd etməli və Onu qəlblərində və dilləri ilə
xatırlamalıdırlar.
ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ
(2.199)
“Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı
diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhimlidir”.
Müqəddəs
yerdə ibadətdən sonra, bütün zəvvarlar, İbrahim peyğəmbərin (ə.) zamanından
bizim günlərimizədək insanların yola düşdüyü yerdən hərəkətə gəlməlidirlər. Ərəblər
yaxşı bilirdilər ki, Müzdəlifədən çıxıb hansı istiqamətə yönələcəklər. Onlar
bilirdilər ki, sonra zəvvarlar daş atmalı, qurban kəsməli, Kəəbənin ətrafına
dolanmalı, təpələr arasında qaçmalı, Mina vadisində üç gecə keçirməli və qalan
ibadət ayinlərini yerinə yetirməli idilər.
Bu ayinlər
həccin bitməsi ilə bağlı olduğu üçün Fövqəluca Allah əmr edir ki, həcc ziyarətinin
sonunda zəvvarlar Ondan bağışlanma diləsinlər və Onu çoxlu-çoxlu zikr etsinlər.
Zəvvar ayinlərin icra edilməsi gedişində yol verdiyi günah və xətalara görə
Allahdan bağışlanma diləməli və Ona öz minnətdarlığını bildirərək, bu şərəfli mərasimi
başa vurmaqda ona böyük iltifat göstərib kömək etdiyinə görə Allahı zikr etməlidir.
ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ
ﮥ ﮦ ﮧﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ
(2.200)
“Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz
kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz!
Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin
axirətdə heç bir payı yoxdur”.
ﯙﯚﯛﯜﯝﯞﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ
(2.201)
“Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından
qoru!” – deyənləri də vardır”.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
(2.202)
“Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez
haqq-hesab çəkəndir".
Hər
ibadət ayininin sonunda qullar yol verdikləri xətalara görə Allahdan bağışlanma
diləməli və göstərdiyi qayğıkeş rəhbərliyi və yardımına görə Ona həmd etməlidirlər.
Onlar, öz vəzifələrini layiqincə yerinə yetirdiklərini və yüksək mövqe tutmağa
layiq olduqla- rını güman edən və hətta
Rəbbin qarşısında lovğalanan kafirlərə bənzətməməlidirlər. Belə adamlar nifrətə
və qınanmağa, onların əməlləri isə rədd olunmağa layiqdir. Halbuki, əsil
qulların əməlləri bəyənilməyə, özləri isə Allahın onları yeni xeyirxah əməllərə
ruhlandırmasına layiqdirlər.
Sonra Fövqəluca
Allah bildirir ki, tamamilə bütün insanlar nemət sahibi olmaq və şərdən
qurtulmaq ümidi ilə Allaha dua edirlər, lakin bu zaman onlar müxtəlif məqsədlər
güdürlər. Bəzi adamlar öz alçaq nəfslərinə uyaraq özləri üçün ancaq maddi nemətlər
istəyirlər. Axirət günündə onlar yaxşı qismətdən məhrum ediləcəklər, çünki
onlar özləri Axirətdən üz çevirdilər və onların arzusu ancaq bu dünya nemətinə və ləzzətlərinə olan ehtirasla məhdudlaşırdı.
Lakin insanlar da var ki, onlar həm bu dünyanın və həm də Axirət nemətinə nail
olmağı arzulayırlar. Onlar Allahdan xahiş edirlər ki, din və dünya həyatı ilə
bağlı olan bütün təşəbbüslərində Allah onlara kömək etsin. Hər iki qrup
insanlar layiq olduqlarını və qazandıqlarını mütləq alacaqlar. Hər kəs öz əməllərinə,
niyyətinə və səylərinə müvafiq gələn əvəz alacaqdır. Bəziləri üçün bu əvəz
Allahın rəhməti, başqaları üçün isə ədaləti olacaqdır, lakin hər iki halda Fövqəluca
Allah etdiklərinə görə ən kamil tərifə - həmdə layiq görüləcəkdir.
Ayə ona dəlalət
edir ki, Allah dua edənlərin hamısından onların duasını qəbul edir, istər müsəlman
olsun, istərsə kafir və ya günahkar olsun. Əgər Allah insanın yalvarışına diqqət
yetirirsə, bu heç də Allahın ona qarşı məhəbbətinə və ya onun Rəbbə yaxın
olmasına dəlalət etmir. Bu barədə o vaxt düşünmək olar ki, Axirət gününün nemətləri
üçün yaxşı əməllər etməkdən ötrü və dinin hökmlərini yerinə yetirməyə görə
Allah insana kömək etmiş olsun.
Bu
dünyada yaxşılıq ifadəsi dedikdə,
xoşagələn və icazə verilən ərzaq, vicdanlı əməklə qazanılmış sərvət, mömin zövcə,
sevinc bəxş edən övlad, rahat həyat, faydalı biliklər, saleh əməllər və
insanlara halal və lazım olan bir çox başqa şeylər nəzərdə tutulur. Axirət həyatında
yaxşılıq dedikdə isə, qəbirdə, Qiyamət günü dirildikdən sonra məhşər ayağında və
Cəhənnəmdə cəzadan xilas olmaq və həmçinin Allahın lütfünə və Rəhimli Rəbbin
yaxınlığında olmağın əbədi ləzzətinə nail olmaq nəzərdə tutulur. Bax buna görə
də bu ayədə xatırlanan dua dərin və geniş məna daşıyır. O dua ən kamil və üstün
sayılan duadır və buna görə də Muhəmməd Peyğəmbər (s.ə.s.) onu özü tez-tez təkrarlayar
və başqalarını da buna təşviq edərdi.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣﭤ ﭥ ﭦﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ
(2.203) “Sayı müəyyən olan günlərdə Allahı yad
edin. Kim iki gün ərzində tələsib geri qayıtsa, ona heç bir günah olmaz. Kim də
yubanarsa, ona da heç bir günah olmaz. Bu,
Allahdan qorxanlara aiddir.
Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanacaqsınız”.
Fövqəluca
Allah Qurban bayramının ardıyca gələn sayı müəyyən olan günlərdə (təşriq günləri
nəzərdə tutulur)* Onu zikr etməyi buyurmuşdur. Bu günlər öz xüsusiyyətləri
və qədir-qiyməti ilə fərqlənir, çünki həmin günlərdə zəvvarlar həccin qalan
ayinlərini yerinə yetirir və Allahın Özünün qonaqları sayılırlar. Bu günlərdə
oruc tutmaq qadağandır, Allahı zikr etmə isə, Onu başqa vaxtlardakı
xatırlamalardan daha əfzəldir. Muhəmməd Peyğəmbər (s.ə.s.) bununla əlaqədar
demişdir: “Təşriq günləri yemək, içmək və Allahı zikr etmək üçün təyin
edilmişdir”.
Bu günlərdə
Allahın zikr edilməsinə həmçinin daş atarkən, qurban kəsərkən və fərz
namazlardan sonra edilən dualar da daxildir. Bəzi İslam alimləri hətta belə
hesab edirdilər ki, təşriq günlərində Allahı, Qurban bayramında edildiyi kimi,
tərifləyib ucaltmaq yaxşı olardı və bu rəy, mənə elə gəlir ki, yanlış deyil.
Sonra Fövqəluca Allah buyurur ki, əgər zəvvar
tələsərək Mina vadisini ikinci gün günəş batana qədər tərk edirsə, o, günah işlətmir,
baxmayaraq ki, ona üçüncü gecəni Mina vadisində keçirməyə və üçüncü gün daş
atmağa icazə verilir. Fövqəluca Allah qullarına onların vəzifələrini asanlaşdırmış
və icazə verilmiş iki əməl arasında sərbəst seçmək imkanını təmin etmişdir.
Amma tamamilə aydındır ki, əgər hər iki əmələ yol verilibsə, onda daha yaxşısı
üçüncü gecəni Mina vadisində qalmaqdır, çünki bu halda zəvvar Allahı daha çox
ibadət edə bilər.
Yuxarıda
xatırlanan iki mərasim arasında seçməyə icazə verilməsi ilə əlaqədar olaraq
başqa hallarda da belə icazə verildiyi kimi yanlış təsəvvür yarana biləcəyini nəzərə
alan Fövqəluca Allah sonra bildirir ki, təkcə bu iki hökmün arasında seçim edən
günah iş görmür. Məhz buna görə Allah Öz icazəsini, Rəbbinin hökmlərini, o cümlədən,
həccə dair hökmlərini layiqincə yerinə yetirən təqvalı qulları ilə bağlayır.
Əgər insan
hər hansı bir əməlində Allahdan qorxarsa, o heç vaxt sıxıntı çəkməz. Əgər o,
Allah qarşısında ancaq bəzi hallarda qorxu hissi keçirərsə, onda o, törətdiyi
günahlarına müvafiq cəza alacaqdır. İnsanlar Allahın hökmlərini yerinə yetirərək
və itaətsizlikdən çəkinərək Ondan qorxmalıdırlar. Onlar bilməlidirlər ki, Allah
onları bir yerə toplayacaq və onda hər bir adam nəyə layiqdirsə, onu da
alacaqdır. Kim təqvalı olmuşsa, Allahdan mükafat alacaq, öz Rəbbindən qorxmayan
isə ən sərt cəzaya məhkum ediləcək. Əvəzin labüdlüyü haqqında bilik təqvalılığı
və möminliyi möhkəmləndirən mühüm amillərdən biridir və buna görə Allah Öz
qullarını bunu bilməyə və yadda saxlamağa çağırır.
ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ ﭼ
ﭽ ﭾ
ﭿ ﮀ
(2.204) “İnsanların eləsi də var ki, onun bu
dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı
şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir”.
Allahı,
xüsusilə həmin məqsədlər üçün ayrılmış saatlarda və günlərdə tez-tez zikr etmək
hökmündən sonra (insan bunun sayəsində yaxşılıqlar və nemət əldə edir), Fövqəluca
Allah, sözdə İslamı qəbul etmiş, amma əməlləri ilə bunu təsdiq etməyən adamlar
haqqında xəbər verir. Onların sözləri əməlləri ilə düz gəlmir, axı söz insanı həm
yüksəldə, həm də alçalda bilər.
Belə adam
danışmağa başlayanda o, müsahiblərini öz nitqi ilə heyrətləndirir və insanlara
elə gəlir ki, onun sözləri doğru və faydalıdır. Sözlərinin daha da inandırıcı
olması üçün o, bəyan edir ki, onun həqiqi imanının, dediyi sözlərindən fərqlənmədiyi
Allaha çox gözəl məlumdur. Lakin əslində o, yalançıdır, çünki sözləri ilə işləri
bir-biri ilə düz gəlmir. Əgər o, həqiqəti danışsaydı, sözləri əməllərinə zidd
olmazdı, möminlər isə məhz belə keyfiyyətləri ilə fərqlənirlər və ikiüzlülükdən
uzaqdırlar. Elə buna görə Allah belə adamı qatı mübahisəçi adlandırır. O,
mübahisəyə və ya müsahibəyə qoşulduqda, hökmən öz nəzər nöqtəsini təəssübkeşliklə
müdafiə edir, həqiqətlə barışmaq istəmir və həmişə sadəliklə, haqqa itaətkarlıqla
və mərdliklə fərqlənən möminlərin əxlaqi siması ilə uyuşmayan yaramaz keyfiyyətlər
nümayiş etdirir.
ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ
(2.205)
“O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv
etməyə çalışır. Allah isə fitnə-fəsadı sevmir”.
O, olduğu
yerlərdə möminləri yoldan çıxardır, onlardan aralanan kimi, günahlar törətməyə
başlayır və hər yerdə fitnə-fəsad yayır. Onun günahları əkinlərin, məhsulun və
ev heyvanlarının məhvinə səbəb olur və onlar insanlara daha fayda vermirlər.
Allah fitnə-fəsadı sevmir və yer üzündə fitnə-fəsad yayan qullara, onlar gözəl
danışsalar da, amansız nifrət bəsləyir.
Bu ayə,
insan öz sözlərini əməlləri ilə təsdiq etmədikcə, təkcə sözlərinə əsasən onun
doğruçuluğu və ya yalançılığı, möminliyi və ya yaramazlığı haqqında mühakimə
yürütməyin mümkün olmadığını sübuta yetirir. Ondan belə bir nəticə də çıxır
ki, hakimlər şahidlərin əməllərinə diqqət yetirməlidirlər, çünki doğruçu adamı
yalançıdan ancaq onların əməlinə görə fərqləndirmək olar. Həm də onların, əsassız
iddialarına və özünütəriflərinə aldanmayaraq, rəftarına və digər təfərrüatlarına
diqqət yetirilməlidir.
ﮑ ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛﮜ ﮝ
ﮞ ﮟ
(2.206) “Ona: “Allahdan qorx!” – deyildikdə,
lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm bəs edər. Ora nə pis yataqdır!”
Fövqəluca
Allah bildirir ki, yer üzündə fitnə-fəsad yayan günahkar onu təqvalı olmağa dəvət
edəndə, Allahın hökmlərini pozaraq, təkəbbürlə üz döndərir. O, nəinki Allaha
itaətsizliyini davam etdirir, hətta ən səmimi xeyirxahları qarşısında dikbaşlıq
edir. Ona Cəhənnəm bəs edər. O, hər bir günahkarın və dikbaşın məskəni
olacaqdır! Əbədi cəzanın, sonsuz dəhşətlərin və hüdudsuz qəm-qüssənin hökm
sürdüyü yer necə də pisdir! Günahkarların aqibəti yüngülləşdirilməyəcək və
onlar əcr qazanacaqlarına ümidlərini itirəcəklər. Törətdikləri cinayətlərin
qisası belə alınacaqdır. Allah bizi belə qismətdən qorusun!
ﮠ ﮡ
ﮢ ﮣ ﮤ
ﮥ ﮦ ﮧﮨ ﮩ
ﮪ ﮫ ﮬ
(2.207) “İnsanların eləsi də var ki, Allahın
razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir!”
“Şara” feli “satmaq” və
“satın almaq” mənalarını bildirir. O, iki əks mənası olan sözlərə aiddir. Bu ayədə o,
“satmaq”* mənasında işlədilmiş- dir. Həmin söz eyni mənada Fövqəluca
Allahın: “Onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar...” (Yusuf,
12/20) ayəsində işlədilmişdir.
Şərh edilən
ayə müşriklərin İslamdan üz döndərməsini təklif etdikləri Suheyb b. Sinan ər-Rumi
ilə əlaqədar nazil edilmişdir. Bunu İbn Abbas, Ənəs, Səid b. əl-Müseyəb,
Əbu Osman ən-Nəhdi, İkrimə və başqaları rəvayət etmişlər. Suheyb İslama Məkkədə
daxil olmuşdur və o, Mədinəyə hicrət etmək istədikdə, adamlar ona öz var-dövləti
ilə yola çıxmasına mane oldular və bütün əmlakından əl çəkərək getməsinə icazə
verdilər. O, bütün əmlakını onlara verərək, canını təqib edilməkdən qurtarır və
elə həmin vaxt Allah bu ayəni nazil edir. Bir neçə səhabə, o cümlədən Ömər b. əl-Xəttab
da onların arasında olmaqla, Suheybi əl-Xarra adlı yerdə qarşıladılar və ona
dedilər: “Xeyirli sövdə ilə təbrik edirik! Xeyirli sövdə ilə təbrik
edirik!” O isə belə cavab verdi: “Allah sizin də sövdələrinizi ziyansız
etsin! Siz nəyə işarə edirsiniz?” Belə olduqda onlar Allahın onun barəsində ayə
nazil etdiyini ona danışdılar. Həmçinin rəvayət edirlər ki, Allahın Elçisi (s.ə.s.)
demişdir: “Suheybin sövdəsi sərfəli olmuşdur!”
Əbu Osman ən-Nəhdi
rəvayət edib ki, bir dəfə Suheyb dedi: “Mən Məkkədən köçüb Peyğəmbərin (s.ə.s.)
yanına hicrət etmək istəyəndə qureyşlilər mənə dedilər: “Ey Suheyb! Sən bizə gələndə
sənin əmlakın yox idi. Doğrudanmı sən indi bizdən bütün əmlakınla çıxıb getmək
istəyirsən? Allaha and içirik ki, sən bunu heç vaxt etməzsən!” Belə olduqda mən
soruşdum: “Deyin görüm, mən öz əmlakımı sizə versəm, məni rahat qoyarsınızmı?”
Onlar dedilər: “Bəli”. Məm mal-mülkümü onlara verdim və onlar da məndən əl çəkdilər.
Mən isə yola çıxdım və Mədinəyə gəldim. Bunu bildikdə, Peyğəmbər (s.ə.s.)
demişdi: “Suheybin sövdəsi sərfəli olmuşdur! Suheybin sövdəsi sərfəli
olmuşdur!””
Həmməd b.
Sələmə Əli b. Yeziddən, (o, da Səid b. əl-Museyabdan) rəvayət edir ki, Suheyb Peyğəmbərin (s.ə.s.)
yanına hicrət etmək məqsədilə gedərkən bir neçə qureyşli onu təqib etməyə
başlamışdılar. Belə olduqda o, öz dəvəsindən düşərək, oxqabından oxlarını
çıxarıb demişdir: “Ey qureyşlilər! Siz bilirsiniz ki, mən sizin aranızda ən
yaxşı ox atıcısıyam. Allaha and içirəm, mən öz öxqabımdan sonuncu oxu atana qədər
siz mənə yaxınlaşa bilməzsiniz. Lakin hətta bundan sonra da əlimdə tuta biləcəyimə
qədər qılıncımla sizinlə döyüşərəm. Nə istəyirsiniz edin, amma istəyirsinizsə,
Məkkədə sərvətimi harada gizlətdiyimi sizə deyim və siz də məni rahat buraxın”.
Onlar bununla razılaşdılar və Suheyb Peyğəmbərin (s.ə.s.) yanına gəldikdə, o
(s.ə.s.) ona dedi: “Sərfəli sövdə ilə təbrik edirəm!” O
(s.ə.s.), Suheybə onunla əlaqədar (şərh olunan) ayənin nazil olması barədə xəbər
verdi.
Lakin
İslam alimlərinin əksəriyyəti hesab edirdilər ki, bu vəhy Allah yolunda mübarizə
aparan hər bir mücahidə dair nazil edilmişdir. Çünki Fövqəluca Allah buyurub: “Doğrudan
da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın
almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu,
Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir.
Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz
alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur”[3].
Döyüşlərin
birində Xişam b. Əmir düşmənlərin arasına atıldı və bir neçə müsəlman bu hərəkətinə
görə onu danladılar. Belə olduqda, Ömər b. əl-Xəttab, Əbu Xureyrə və digər səhabələr
onlara etiraz etdilər və şərh etdiyimiz ayəni onlara oxudular. Bütün bu deyilənlər
haqqında daha ətraflı İbn Kəsirin təfsirində bəhs edilir.
* Bu ifadə “ehrama
girmək” kimi də işlədilir. F.S.
[1] Müəllifin
bu ifadəsi Allahın bilavasitə Özünün qullarının yanında olması mənasına gəlmir,
çünki Allah Özünün elmi, hikməti, hərşeyibilmək, hərşeyigörmək, hərşeyənəzarətetmək,
hərşeyiəhatəetmək (və b.) kimi ilahi özəllikləri ilə bütün yaratdıqlarını eyni
zamanda istisnasız olaraq qaplayır. F.S.
[2] Təməttü həcci – Bu həcci etmək istəyən
adam, miqatda (Məkkəyə doğru yolda zəvvarların
ehrama girdikləri yer. F.S.) niyyət edərkən yalnız ümrəyə niyyət etməlidir.
Bax: Səid ibn Əli ibn Vəhf əl-Qəhtani, “Həcc, ümrə və ziyarət bələrçisi, Bakı,
“Adiloğlu” , 2007 (Ərəb dilindən tərc.
R. Muradlınındır), səh. 32-33.
F.S.
* Təvaf etmək
- ətrafına dolanmaq. F.S.
* Təşriq günləri – Qurban bayramının
birinci günündən (zilhiccənin onuncu günü) sonrakı üç günə verilən addır. Ərəblər bu günlərdə qurban ətini qurutmaq üçün günəş altında sərdikləri üçün
bu günlərə təşriq adı verilmişdir. Təşriq sözü – gözəl üzlü olmaq, üzünü şərqə
tutmaq, günəşdə ət qurutmaq kimi mənalara malikdir. “Şamil İslam
Ensiklopediyası, türk dilində (“İkra-2”
elektron proqramı). F.S.
* Yəni, öz
canını Allaha satmış, vermiş, fəda etmişdir mənasında. F.S.
[3] Tövbə, 9/111
Комментариев нет:
Отправить комментарий