ﯵ ﯶ
ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ
ﯽ ﯾ ﯿ
ﰀ ﰁ ﰂ
ﰃ ﰄ
(2.176) “Bu
ona görədir ki, Allah Kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində
ixtilaf edənlər isə, əlbəttə, uzaq bir ziddiyyət içindədirlər”.
Allah
haqlı olaraq, doğru yolla getməkdən boyun qaçıraraq azğınlığa üstünlük verənləri
həqiqi rəhbərlikdən məhrum edir. Budur Allahın çıxdığı əvəz və bu onunla izah
olunur ki, Allah Öz Kitabını gerçək bir həqiqət kimi nazil etmişdir. Həqiqət
bir rəhbərlik kimi qəbul edilərsə, mömin xeyirli mükafat almalı, yaramaz isə qəddar
intiqama məruz qalmalıdır.
Müqəddəs
Kitabın gerçək həqiqət kimi nazil edilməsi haqqındakı bu ayə ona dəlalət edir
ki, Allah onu, insanları doğru yola gətirmək, həqiqətlə yalan arasında və doğru
yolla azğınlıq arasında fərq qoymaq üçün nazil etmişdir. Əgər insan bu Kitabın
mahiyyətini təhrif edirsə, o, ən sərt cəzaya layiqdir. Əgər o, bu Kitab
haqqında mübahisə edərək, Vəhyin bir hissəsini qəbul edir və digər hissəsinə
inanmaqdan boyun qaçırırsa və ya onun əsil mahiyyətini öz istəklərinə uyğun təhrif
edirsə, onda o, həqiqətlə tam mənada razılaşmır.
Belə
insanlar həqiqətdən ibarət olan Kitaba müqavimət göstərir, halbuki məhz həqiqət
onları onunla razılaşmağa və ona qarşı çıxmamağa borclu edir. Bunun nəticəsində
onlar təşvişə düşür və aralarında parçalanma baş verir. Onların taleyi həqiqi
Kitab əhlinin qismətindən fərqlənir, sonuncular ona tam iman gətirmişlər və onu
həyatın bütün halları üçün öz qanunu etmişlər. Kitab onları birləşdirmişdir və
onun sayəsində onlar məhəbbət və razılıq içində yaşayırlar.
Bu ayələr
Allahın Kəlamını insanlardan gizlədənlərə qarşı qorxunc bir xəbərdarlıqdır,
çünki onlar fani dünya nemətlərini üstün tutaraq Allahın qəzəbini və cəzasını
satın alırlar. Allah belə insanların qəlbini günahlardan təmizləmir,
onları yaxşı işlər görməyə ruhlandırmır və onların günahlarını da onlara
bağışlamır. Bunun səbəbi ondadır ki, onlar azğınlığı haqq yoldan üstün hesab
edirlər və buradan da onların, Allahın bağışlamasını cəzası ilə mübadilə etməyə
hazır olmaları nəticəsi çıxır. Allah bunu xatırlatdıqdan sonra təəccübünü
bildirir ki, kafirlər, onları cəzalandırılmağa məhkum edən cinayətləri şüurlu
surətdə törədərək, Cəhənnəm oduna düşmək təhlükəsinə belə səbirlə və sakitcəsinə
yanaşırlar. Bundan sonra Allah xəbər verir ki, Müqəddəs Kitab insanları onunla
razılaşmağı zəruri edən və onları ixtilaflardan çəkindirən gerçək biliklərdən
ibarətdir və bu Kitaba ancaq günahkarlar etiraz edirlər, çünki onlar həqiqətdən
sonsuzluğadək uzaqdırlar və onunla düşmənçilik etməyə həmişə hazırdırlar. Bu
barədə ən yaxşı bilən Allahdır.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿﮀ ﮁ
ﮂ ﮃﮄ ﮅ
ﮆ ﮇ ﮈ
(2.177)
“Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin
yaxşı əməl – Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən,
sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və
kölələrin azad edilməsinə sərf edən, namaz qılıb, zəkat verən, əhd bağladıqda
əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir
edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da məhz
onlardır”.
Qulların etiqadına
görə yerinə yetirməli olduqları yaxşı əməllər onların üzlərini şərqə və ya qərbə
tərəf çevirmələrində deyil. Bu üsulla onlar həqiqəti çox axtara və bir-biriləri
ilə mübahisələr edə bilərlər, ancaq bu onlara yorğunluqdan başqa bir şey gətirməz
və sonradan isə didişmələr və ziddiyyətlər törədər. Bu Quran ifadəsi Peyğəmbərin
(s.ə.s.) aşağıdakı hədisinə bənzərdir: “Güclü olan, kimisə yerə yıxa bilən
deyil, qəzəbləndiyi zaman özünü ələ ala biləndir”. Buna oxşar digər
hədislər də mövcuddur.
Mömin
insan, bütün kamil sifətlərə malik olan, nöqsanları və qüsuru olmayan Vahid
Allaha iman gətirmiş, Allahın Öz Kitabında və Peyğəmbərinin (s.ə.s.) hədislərində
təsvir edilmiş Qiyamət gününə və ölümdən sonra baş verəcək bütün hadisələrə
iman gətirmiş, Allahın Öz Kitabında və Peyğəmbərinin (s.ə.s.) hədislərində səciyyələndirilmiş
mələklərə iman gətirmiş, Allahın Öz elçilərinə nazil etdiyi Səmavi Kitabların,
o cümlədən onlardan ən əzəmətlisi olan Müqəddəs Quranın bütün hökm və hekayətlərinə
iman gətirmiş, bütövlükdə bütün peyğəmbərlərə və, xüsusilə, Allahın peyğəmbərlərinin
ən layiqlisi olan Muhəmməd Peyğəmbərə
(s.ə.s.) iman gətirmiş şəxsdir.
Bununla
yanaşı mömin adam öz sevdiyi malından sədəqə verməlidir. Mal dedikdə, burada
az və ya çoxluğundan asılı olmayaraq istənilən mülkiyyət nəzərdə tutulur. Bu ayədən
həm də belə bir nəticə çıxır ki, var-dövlətə bəslənən məhəbbət hər bir insana o
dərəcədə xasdır ki, Allahın qulu heç vaxt ondan ayrılmağa hazır olmur. Əgər o,
öz malından Fövqəluca Allaha yaxınlaşmaq məqsədilə sədəqə verirsə, bu onun,
dünyəvi var-dövlətə sevgisindən asılı olmayaraq, imanına dəlalət edir.
İnsan sədəqə
verəndə, var-dövlətə olan sevgisinə baxmayaraq, tamamilə sağlam olduğu halda,
öz malından əl çəkir, lakin cüzi bir imkana malik olduqda varlanmaq arzusunda
olur və kasıblıqdan ehtiyat edir.
Ən yaxşı sədəqələrdən
biri kasıbın sədəqəsidir, çünki belə vəziyyətdə insan tamamilə dilənçi gününə
düşməkdən qorxaraq malından ayrılmaq istəmir. Eyni şeyi, özünün ən yaxşı malını
və ya ona əziz və qiymətli olan şeyi sədəqə verən adan haqqında da demək olar.
Bu barədə Fövqəluca Allah buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə
xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir”
(Ali-İmran, 3/92). Bütün bu
sadalanan hallar insanın öz malına olan bağlılığına baxmayaraq, ondan
ayrılmaqla verdiyi sədəqələrdir.
Sonra Fövqəluca
Allah kimin sədəqə almağa haqqı olması, yaxşı və yumşaq davranılmaya daha çox
kimin layiq olması barədə xəbər verir.
Sədəqə
almağa qohumların haqqı var, çünki insan onların başına bir iş gəldikdə narahat
olur, onlar xoşbəxt yaşadıqda isə sevinir. Qohumlar həmişə bir-birilərinə kömək
edir, əlaqə saxlayırlar və buna görə də, ən layiqli addım – qohumlara, onların
yaxınlığını və ehtiyacını nəzərə alaraq, maddi və mənəvi yardım göstərməkdir.
Sədəqə
almağa həmçinin qazanc gətirənləri olmayan və müstəqil surətdə özlərini təmin
edə bilməyən yetimlərin haqqı vardır. Bu hökm Fövqəluca Allahın Öz qullarına bəslədiyi
mərhəmətin təcəssümüdür və Uca Rəbbin Öz qullarına, valideynlərin öz
övladlarına etdiklərindən, daha çox rəhm etməsinin sübutudur. Allah Öz
qullarına əhd nazil etmişdir və buyurmuşdur
ki, valideyndən məhrum olanlara, doğma valideyni olan uşaqlar kimi ehtiyac hiss
etməməkləri üçün, maddi yardım göstərsinlər. Allahın verəcəyi əvəzin həmişə
edilən əməllərin növünə uyğun gəldiyini nəzərə almaqla, əgər insan yad bir yetimə
mərhəmət göstərirsə, onda Allah da, onun övladı yetim qalarsa, ona mərhəmətini
göstərər.
Sədəqə
almağa kasıbların da haqqı var. Ehtiyac onları aciz və çarəsiz edir. Varlı və təmin
olunmuş insanlar onlara qayğı göstərməlidirlər ki, onlar öz ehtiyaclarını tam və
ya qismən təmin edə bilsinlər, özü də öz imkanlarına uyğun olaraq yardım etməlidirlər.
Özgə ölkəyə
gəlib maddi vəsaitdən məhrum olan müsafirlərin də sədəqə almağa haqqı vardır.
Allah Öz qullarını onları zəruri olan hər şeylə təmin etməyə çağırır ki, onlar
öz səyahətini davam etdirə bilsinlər, axı çox vaxt səfərə çıxanlar ehtiyac
içində olur və böyük məsrəflər çəkməyə məcbur qalırlar.
Sədəqə
almağa həmçinin yardım haqqında xahiş etməyə məcbur olanların da haqqı var.
Bunlar o şəxslərdir ki, törətdikləri cinayət üçün onlar fidyə verməli və ya
dövlətə vergi ödəməlidirlər. Bunlar məscidlərin, mədrəsələrin, məktəblərin,
körpülərin, bəndlərin və ya bütün cəmiyyətə xeyir verən digər tikililərin inşaası
üçün vəsait toplayanlar ola bilər. Belə adamlar varlı və təmin edilmiş olsalar
da, onların yardım almaq haqqı vardır.
Sədəqə kölələrin
azad edilməsinə də sərf olunur. Bu, kölənin satın alınaraq sonradan köləlikdən
azad edilməsi üçün və yaxud öz sahibi ilə azad edilməsinin fidyə məbləğini müəyyənləşdirmiş
köləyə və yaxud da kafirin əsir götürdüyü və ya ədalətsiz hakim tərəfindən həbsə
salınmış müsəlmanı azad etmək üçün sədəqə verilə bilər.
Bununla
yanaşı, mömin adam namaz qılmalı və zəkat verməlidir. Biz dəfələrlə demişik ki,
Allah namazı zəkatla bərabər xatırladır, çünki bu, ibadətin ən layiqli ayinlərindəndir
və Allaha yaxınlaşmanın ən yaxşı üsuludur. Bu ibadət ayinləri Allaha qəlblə, bədənlə
və mal-mülkü ilə yerinə yetirilən ibadət növlərini birləşdirir. Onlar imanın
meyarıdır və həqiqi möminləri böyük dəqiqliklə müəyyən edir.
Mömin
insan həmçinin öz vəzifələrini də yerinə yetirməlidir. Bu, Allahın ona həvalə
etdiyi vəzifələrə və həm də insanın özünün götürdüyü öhdəliklərə aiddir. Söhbət
insanın Rəbbi qarşısındakı vəzifələrindən gedir. Çünki Fövqəluca Allah Öz
qullarına bu vəzifələri yerinə yetirməyi əmr etmişdir və onlar da onu layiqincə
yerinə yetirməyə söz vermişlər. Onlar Allahla əhd bağlamışlar və ona sadiq
qalmalıdırlar. Söhbət həm də insanın başqa qullar qarşısında öhdəliklərindən
gedir. Bu vəzifələr Allahın qoyduğu hökmlərindən və habelə insanın öz üzərinə
götürdüyü andlardan, vədlərdən və digər öhdəliklərdən ibarətdir.
Dindar
insan ehtiyac içində olduqda səbir etməlidir. Ehtiyacı olan insan səbir etməyə
hərtərəfli kəskin ehtiyac duyur, çünki o, başqalarının qismətinə düşməyən mənəvi
və fiziki ağrılara daima dözməli olur.
O, imkanlı
insanların ləzzət aldığı nemətlərdən həzz ala bilmədikdə, o və onun uşaqları
ac olduqda əziyyət çəkir. O, istədiyini yeməyə imkan tapa bilmədikdə, libasdan
məhrum olub, demək olar ki, lüt qaldıqda əziyyət çəkir. O özünün gələcəyi
haqqında düşünəndə və ona hazırlaşanda əziyyət çəkir. O, soyuqdan qoruna bilmədikdə
əziyyət çəkir. Bu və buna bənzər sınaqlar ehtiyac içində olan insanı səbirli
olmağa və Allahın onu mükafatlandıracağına ümid etməyə yönəldir.
Mömin şəxs
müxtəlif xəstəliklər keçirdiyi vaxtlarda da səbirli olmalıdır. O, qızdırmaya
tutulduqda və ya mədə xorasına mübtəla olduqda, əgər o, bağırsaq pozuntusundan əzab
çəkirsə və ya orqanlarının birində bərk ağrılar hiss edirsə, hətta dişinin
sızıltısı və ya barmağının ağrısı ona əziyyət verirsə də, yenə onun səbirli
olmağa ehtiyacı var, çünki onun bədəni göynəyir və ruhu zəifləyir. Hər hansı xəstəlik
insanın qəlbi üçün güclü sınaqdır, xüsusilə o uzun müddət davam etdikdə və buna
görə belə hallarda müsəlmanlara səbir etmək və səbrinə görə Allahın onu mükafatlandıracağına
ümid bəsləmək hökmü verilmişdir.
Mömin
insan vuruşmaq əmri aldığı düşmənlə döyüş zamanı da səbirlilik göstərməlidir.
İnsanlara döyüş əməliyyatlarında iştirak etmək çox çətindir, çünki döyüşlər həmişə
yaralanma və ya əsir götürülməklə bağlı olduğu üçün onlara olduqca böyük
narahatçılıqlar törədir. Buna görə döyüşçülər səbirli olmağa ehtiyac duyurlar
və Allahın mükafatlandıracağına bel bağlamalıdırlar. Bunun bir hissəsi, səbirli
qullara vəd edilmiş qələbə və yardımdır.
Əgər insan
qeyd olunan bu gözəl keyfiyyətləri öz dini etiqadına çevirirsə, əgər o,
yuxarıda xatırlanın və hər biri haqq dinin nəticəsi, dəlili və işığı olan saleh
əməlləri həyata keçirirsə və əgər o, insanı və onun əxlaqi simasını zinətləndirən
sadaladığımız əxlaqi keyfiyyətlərə malikdirsə, onda həmin əməllər və keyfiyyətlər
vasitəsilə o, öz dininin doğruluğunu sübuta yetirir. Belə insan təqvalı müsəlmandır
və onun təqvalılığı özünü qadağan olunmuş əməllərdən çəkinməsində və Allahın
hökmlərini yerinə yetirməsində göstərir.
Bu ayədə
xatırlanan əməllər tamamilə bütün saleh əməlləri əhatə edir. Təkcə onu demək
kifayətdir ki, bu öhdəliklərin yerinə yetirilməsi dinin bütün hökmlərini özündə
əks etdirir və əgər insan onları müntəzəm olaraq layiqincə icra edirsə, onda
onun bütün əməllərini düzgün hesab etmək olar. Məhz belə keyfiyyətlərə malik
olanlar mömin, həqiqətpərəst və təqvalı müsəlmanlardır. Tamamilə aydındır ki,
möminliyinə, doğruçuluğuna və təqvalılığına görə insan həm bu dünyada və həm də
ölümündən sonra çox böyük əcrə nail olur. Lakin bu təltifləndirmə haqqında bu
ayənin şərhində müfəssəl təsvir etmək yerinə düşmür.
ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ
ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ
(2.178) “Ey
iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə
görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər
qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir
şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq
qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir.
Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır”.
Burada Fövqəluca
Allah öldürülənlərə görə ədalətli qisas alma hökmündən ibarət olan mərhəmətini
mömin qullarının yadına salır. Bu o deməkdir ki, qatili, o, öz qurbanını
öldürdüyü kimi, ədalətin bərpası naminə, onu da eynilə edam etməyə icazə
verilir.
Bu hökm
bütün möminlərə yönəldilmişdir və bundan belə çıxır ki, onlar hamısı, o cümlədən
qatilin qohumları və qatilin özü öldürülənin varisinə, əgər o, əvəz almaq istəyərsə,
qatildən qisas almağa kömək göstərməlidirlər. Heç kimin ədalətin bərpa edilməsinə
maneçilik törədilməsinə və öldürülənin varisinə onun ölümünə görə qatildən əvəz
çıxmasına, cahillik dövrünün cinayətkarlara və bidətçilərə sığınacaq verib gizlədən
müşriklərinin və onlara bənzər digərlərinin etdiyi kimi, mane olmağa haqqı yoxdur.
Sonra Fövqəluca
Allah əvəz çıxma haqqında hökmü daha ətraflı izah edir. Azad adamın öldürülməsinə
görə azad adamı öldürmək olar, kişini və ya qadını öldürdüyünə görə
kişini, qadını və ya kişini öldürdüyünə
görə qadını öldürmək olar. Bu ayənin mətni belədir və burada çıxarılan ilkin nəticələrə
deyil, ayənin mətninə üstünlük verilməlidir. İlk baxışda ayədən belə rəy hasil
olur ki, qadının öldürülməsinə görə ancaq qadını öldürmək olar, lakin səhih hədislərdən
məlum olduğuna görə, kişini də qadının öldürülməsinə görə öldürmək olar.
Bu hökmün
ümumi mənasından istisna olanlar: valideynlər, babalar və yüksələn xətlə digər
birbaşa qohumlardır. Onlar öz uşaqlarının qatilliyinə görə cəzalandırılmırlar.
Bu da səhih hədislərlə təsdiq edilir. Lakin bu, şərh etdiyimiz ayənin mənası ilə
ziddiyyət təşkil etmir, çünki onda ədalətlə qisas almaq hökmü əks olunmuşdur,
halbuki valideynlərin uşağın öldürülməsinə görə edam edilməsi ədalətsizlikdir.
Valideynlərin qəlbi həmişə öz uşaqlarına qarşı mərhəmət və rəhmlə dolu olduğu
üçün onların doğmalıq hissiyyatı heç vaxt onlara yol verməz ki, uşaqlarını həyatdan
məhrum etsinlər, əlbəttə, bir şərtlə ki, onlar ağıllarını itirməmiş olsunlar və
ya uşaq onlara olduqca ağır əziyyətlər vermiş olmasın.
Bu ümumi
hökmdən bir istisna da kafirin müsəlman tərəfindən öldürülməsinə görə qisasın nəzərdə
tutulmamasıdır. Bu istisna səhih hədislərlə təsdiq edilir. Bu həm də şərh
etdiyimiz ayənin mənasına zidd deyil, çünki o, ancaq möminlərə aiddir. Bundan
başqa, Allahın düşməninin öldürülməsinə görə müttəqi qulun edam edilməsi ədalətsizlik
olardı.
Kölələrə gəldikdə isə, onların öldürülməsinə
görə, onların cinsindən və dəyərindən asılı olmayaraq, ancaq kölələri öldürmək
olar. Bu ayənin mənasından çıxan nəticə belədir ki, azad insanı kölənin qətl edilməsinə
görə öldürmək olmaz, çünki onlar müxtəlif hüquqlara malikdirlər. Qeyd etmək
lazımdır ki, bir sıra şəriət alimləri bu ayəyə istinad edərək belə bir nəticəyə
gəliblər ki, kişini də qadının qətl edilməsinə görə öldürmək olmaz. Amma öncə
biz qeyd etmişdik ki, bu nəticə - yanlış nəticədir.
Ayədən
çıxan bir nəticə də belədir ki, qətlə görə qisas alınması haqqında hökm əsasdır,
lakin qatilin edam edilməsi qanbahası alınması ilə dəyişdirilə bilər. Əgər
öldürülənin varisi və ya onun bəzi qohumları qatili bağışlamağa və qanbahası
almağa razılıq versələr, onda qatili edam etmək olmaz və o, öldürülənin
qohumlarına əvəz ödəməyə borcludur.
Öldürülənin
varisi qatili bağışladıqda ədalətli davranmalı, onu yerinə yetirə bilməyəcəyi
öhdəliklə yükləməməlidir. O, fidyə tələb edərkən alicənablıq göstərməli və
qatili çıxılmaz vəziyyətə salmamalıdır. Qatil isə ödəniş müddətini uzatmamalı,
fidyənin miqdarını aşağı salmamalı, öldürülənin varisini sözü və əməli ilə
incitməməlidir. Bağışlanmaya görə minnətdarlıq – fidyənin layiqincə ödənilməsi
ilə olmalıdır.
Bu,
insanın başqaları qarşısında məsuliyyət daşıdığı bütün hallara aiddir. Ona
vurulmuş zərərin ödənilməsinə haqqı olan şəxs haqqını insafla tələb etməlidir,
zərəri ödəyən isə öz borcunu layiqincə yerinə yetirməlidir.
Fövqəluca
Allah xüsusilə qeyd edir ki, öldürülənin varisi və qatil qardaşdırlar və
bununla da öldürülənin qohumlarını qatili əfv etməyə və fidyə verməyə
razılaşmağa dəvət edir. Ən yaxşısı isə, heç bir əvəz tələb etmədən onlar törədilmiş
cinayəti bağışlayırlar. Burada “qardaşlıq” ifadəsi altında möminlərin
qardaşlığı nəzərdə tutulur və məlum olur ki, bu halda qatil dindən çıxmır və
iman sahibi olan müsəlmanlar üçün qardaş olaraq qalır. Bu isə o deməkdir ki,
kafirlik səviyyəsinə qalxmayan bütün günahların törədilməsi insanı dindən
çıxartmır, amma imanını zəiflədir.
Buradan
belə bir nəticə çıxır ki, öldürülənin varisi və ya onun bəzi qohumları qatili
bağışladıqda, onun həyatı təhlükəsizlik haqqına malik olur və heç kimin ona qəsd
etmək, toxunmaq ixtiyarı olmur. Qatil bağışlandıqdan sonra kimsə onun həyatına
qəsd edərsə, o, Axirət günü əzabverici cəzaya məruz qalacaqdır. Bu dünyada isə
öldürülən qatilin qohumları onu öldürəndən əvəz tələb edə bilərlər, çünki o,
fidyə verməyə razılaşmış insanı öldürmüşdür. Bu isə, öldürənin edama layiq
olması deməkdir.
Bəzi şəriət
alimləri hesab edirdilər ki, “əzabverici cəza” dedikdə, məhz edam nəzərdə
tutulur. Belə bir şərhdən aydın olur ki, əgər insan bağışlanmış qatili öldürırsə,
o hökmən edam edilməlidir və bağışlana bilməz. Lakin birinci şərh daha
doğrudur, çünki onun törətdiyi cinayət adi qətldən ağır deyldir.
ﯔ
ﯕ ﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ
(2.179)
“Qisasda sizin üçün həyat vardır, ey ağıl sahibləri! Bəlkə qorxasınız”.
Fövqəluca
Allah izah edir ki, qisas alma haqqında hökm insanlara böyük fayda verir. O,
çoxlarının həyatını xilas edir və bədbəxtləri cinayət törətməkdən çəkindirir,
çünki cinayətkar qatilin edam cəzasına məhkum edildiyini bildikdə, o, belə bir
cinayət törətməz və əgər qatili başqalarının gözü qarşısında edam etsələr,
onda onların çoxu bundan qorxmağa başlayırlar və cinayətlərdən çəkinirlər. Əgər
qətl edamla cəzalandırılmırsa, onda cəmiyyət qatillərin törətdiyi bəlanın
qarşısını ala bilmir.
Bu, şəriət
cəzalarının digər növlərinə də aiddir və onlar nəinki cinayətkarlardan alınan
qisas rolunu oynayır, habelə belə oxşar cinayətlərin təkrarlanmasının qarşısını
alaraq, Ən Müdrik və Hərşeyibağışlayan Rəbbin hikmətinə dəlalət edir.
Qeyd edilməlidir
ki, ayədəki “həyat” sözü qeyri-müəyyən haldadır və nazil edilmiş hökmün
vacibliyini və onun böyük faydasını xüsusilə vurğulayır. Lakin bunu layiqincə dərk
etmək böyük ağıla və sağlam düşüncəyə malik insanların nəsibidir və buna görə
də bu ayə məhz ağıl sahiblərinə yönəldilmiş müraciətdir. Bundan aydın olur ki,
Fövqəluca Allah Öz qullarının dini hökmlərdə və qanunlarda əks olunmuş hikmət
üzərində düşünmələrini istəyir, çünki onlara gətirilən çox böyük fayda Allahın
ilahi kamilliyinin, Onun hüdudsuz müdrikliyinin, şöhrətinin, mütləq ədalətinin
və hərşeyiəhatəedən rəhminin sübutudur. İnsan bunların üzərində düşünərsə, o,
ağıl sahibi adlandırılmağa layiqdir, axı, ağalar Ağası məhz belə insanlara
müraciət edir. Təkcə bu, ağıllı və düşünən insanların üstünlüyünü və əzəmətini
vurğulamaq üçün kifayətdir.
Rəbb
birbaşa onlara təqvalı olmaları üçün müraciət edir, axı insan öz Rəbbini dərk
edəndə böyük sirləri, ecazkar müdrikliyi, Allahın dinini və ilahi
qanunvericiliyinin kəramətli ayələrini başa düşür və bu onu Allahın iradəsinə
tabe olmağa, günahlardan çəkinməyə və itaətsizlikdən qorunmağa məcbur edir. Əgər
o, həqiqətən belə davrandıqda, haqlı olaraq müttəqi qullardan birinə çevrilir.
ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩﯪ ﯫ
ﯬ ﯭ ﯮ
(2.180)
“Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi varidatdan müvafiq
qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir.
Bu, müttəqilər üçün bir borcdur”.
Ey möminlər!
Əgər siz ölümün yaxınlaşmasını hiss edirsinizsə, əgər sizi ölümcül xəstəlik və
ya ciddi təhlükə həyatınızı qorxu altına alırsa və əgər var-dövlətiniz kifayət
qədər çoxdursa, siz öz valideynlərinizin və yaxınlarınızın xeyrinə onların vəziyyətini
və tələbatını nəzərə almaqla ədalətli vəsiyyətnamə hazırlamağa borclusunuz. Siz
ifrata yol verərək, yaxınlarınıza laqeyd yanaşıb, təkcə uzaq qohumlarınızın
xeyrinə vəsiyyətnamə tərtib etməyin. Əksinə, siz onların hər birinin tələbatını
və qohumluq dərəcəsini nəzərə almalısınız. Bu, Allahdan qorxan iman sahiblərinin
vəzifəsidir!
Son ifadə
göstərir ki, valideynlərin və yaxın qohumların xeyrinə vəsiyyətnamə tərtib
edilməsi vacibdir. Bundan əlavə, Allah bunu müttəqiliyin vacib şərtlərindən
biri etmişdir.
Bilmək
lazımdır ki, Quranın əksər təfsirçiləri hesab edirlər ki, bu ayə, irsin bölüşdürülməsi
haqqında sonradan nazil olan ayə ilə ləğv edilmişdir, hərçənd bəzi şəriət alimləri
bu hökmün ancaq valideynlərin və vərəsə olmayan yaxın qohumların xeyrinə
yazılmış vəsiyyətnaməyə aid olduğunu bildirirlər. Lakin müqəddəs mətnlərdən
heç birində şərh etdiyimiz ayə bu qaydada konkretləşdirilmir və buna görə, ən səhih
rəyə uyğun olaraq, Fövqəluca Allah əvvəlcə mirası, qəbul olunmuş adət-ənənəyə
görə, bütövlükdə valideynlərə və ən yaxın qohumlara vəsiyyət etməyi əmr
etmişdir, sonra isə valideynlər və haqqı olan digər qohumlar üçün irsin müəyyən
hissəsini təyin etmişdir. Bu hökm, ümumi məna daşıyan ayədən sonra, nazil
edilmiş mirasın bölünməsi haqqında ayədə təfərrüatı ilə izah olunmuşdur. Beləliklə,
şərh etdiyimiz ayə müxtəlif səbəblərə görə varislik hüququndan məhrum edilmiş
valideynlərin və digər qohumların xeyrinə vəsiyyətlə bağlı öz qüvvəsini
saxlayır. İnsan belə qohumlarının xeyrinə vəsiyyət etməlidir, çünki onlar onun
xeyirxah münasibətinə başqalarından daha çox layiqdirlər. Bu müddəanı bütün müsəlmanlar
tamamilə təsdiq edirlər və o, iki əvvəlki şərhi birləşdirməyə kömək edir, çünki
onlardan hər biri ayrı-ayrı nəticələrə istinad edir və müqəddəs mətnlər
arasında fərq qoyur. Sonuncu rəy müqəddəs mətnlər arasında hədd çəkmir və Quran
ayələrinin birləşdirilməsinə imkan verir və əlbəttə, heç bir səhih dəlilə əsaslanmadan
onlardan birinin ləğv olunmasını iddia etməkdənsə, mətnləri birləşdirmək
baxımından, həmişə yaxşıdır.
ﯯ ﯰ
ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸﯹ ﯺ
ﯻ ﯼ ﯽ
ﯾ
(2.181) “Kim ölənin vəsiyyətini eşitdikdən
sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz
ki, Allah Eşidəndir, Biləndir!”
Vəsiyyət
edən öldükdən sonra qəyyumunun vəsiyyətnaməsini dəyişəcəyindən ehtiyat
etdikdə, belə ehtiyatkarlıq onu vəsiyyət etməkdən çəkindirə bilər deyə, Fövqəluca
Allah bəyan edir ki, qəyyum eşidib və onu hansı qaydada həyata keçirmək lazım gəldiyini
başa düşdükdən sonra vəsiyyəti dəyişdirərsə, günah, törətdiyi əmələ görə onun
üstünə düşəcəkdir, amma vəsiyyət edən öz mükafatını Allahdan alacaqdır.
Allah istənilən
səsləri eşidir, vəsiyyətçinin sözlərini də eşidir və onun qəyyum təyin etdiyi şəxsə
də nəzarət edir ki, o, ədalətsiz addım atmasın. Allah vəsiyyətçinin niyyətləri
və hamisinin atacağı addımları haqqında bilir və əgər o, öz əmlakına düzgün sərəncam
çəkməyə səy göstərirsə, onda onun niyyətini gözəl bilən Allah, o, səhv etsə
belə, mütləq onu mükafatlandıracaqdır. Bu ayə mirasın bölünməsi həvalə
edilmiş himayəçiyə vəsiyyəti təhrif etməməyi barədə ciddi xəbərdarlıqdır, axı
Allah onun haqqında məlumata malikdir və onun hərəkətlərinə nəzarət edir, o,
Ondan çəkinməlidir!
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ
(2.182) “Kim
də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat
edib tərəflərin arasını düzəldərsə,
ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhimlidir!”
Bundan əvvəlki
ayə ədalətli vəsiyyətə dair hökmdən ibarətdir. Ədalətsiz vəsiyyət isə, tərtib
olunması zamanı vəsiyyət edənin özbaşınalıq etməsi və günah işlətməsidir. Bu
vaxt tədbirdə iştirak edənlər vəsiyyətçiyə məsləhət görməlidirlər ki, o öz əmlakına
daha layiqli və ədalətli qaydada sərəncam çəksin. O, ədalətsizlikdən çəkindirilməlidir.
Ədalətsizlik (cənəf) dedikdə, haqdan səhvən uzaqlaşma nəzərdə tutulursa,
günah dedikdə, haqdan şüurlu surətdə uzaqlaşma başa düşülməlidir.
Vəsiyyətçi
düzgün qərar çıxarmaqdan boyun qaçırarsa, onun təyin etdiyi qəyyumlar onun vəsiyyətini
elə təshih etməlidirlər ki, tərəflər razı qalıb bir-biriləri ilə barışsınlar.
Eyni zamanda, qəyyumlar varislərə mərhumun ədalətsiz vəsiyyətinin məsuliyyətindən
xilas olmaq zəruriyyətini xatırlatmalıdırlar. Belə etdikdə, onlar böyük
xeyirxahlıq göstərir və ədalətli vəsiyyəti təhrif edənlərin törətdiyi günaha
batmırlar.
Məhz buna
görə, sonra Fövqəluca Allah yada salır ki, O, insanlara etdikləri səhvi
bağışlayır və tövbə edənləri törətdikləri cinayətlərin nəticələrindən xilas
edir. O, haqq ilə ona çatacaq şeyin bir hissəsindən öz qardaşının xeyrinə əl çəkənləri
bağışlayır, çünki Allah, ətrafındakılara mərhəmət göstərən insanlara, həmişə mərhəmət
göstərir. O, ədalətsiz vəsiyyət edən mərhumu da bağışlayır, bir şərtlə ki, onun
varisləri mərhumu atdığı yanlış addıma görə məsuliyyətdən xilas etmək məqsədilə,
ədaləti bərpa edərək, öz miras paylarının bir hissəsindən başqa qohumlarının
xeyrinə əl çəksinlər. O, Öz qullarına Rəhimlidir və onlara da bir-birinə qarşı
mərhəmətli və Rəhimli olmağı əmr edir.
Bu və
bundan əvvəl gələn ayələr qulları vəsiyyət hazırlamağa çağırır və kimin
mirasın bir hissəsinə malik olmaq haqqı olduğunu və ədalətli vəsiyyəti təhrif
edən himayəçini hansı cəzanın gözlədiyini izah edir.
ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ ﭫﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ
(2.183)
“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc
tutmaq vacib edildi ki, bəlkə çəkinəsiniz”
Ayədə Fövqəluca
Allah Öz qullarına göstərdiyi mərhəməti olan və onlara nazil etdiyi fərz oruca
riayət etmək barədə hökmünü bəyan edir. Bu hökm əvvəlki millətlərə də nazil
edilmişdi, çünki oruc bütün zamanlarda insanlara fayda verən əməllər sırasında
olmuşdur. Fövqəluca Allah müsəlmanları sanki saleh işlər görməkdə və ləyaqətli
keyfiyyətlər qazanmaqda digər millətləri
ötüb keçməyə səy göstərməyə çağırır və onlara bildirir ki, oruc tutmaq təkcə
müsəlmanların payına düşən ağır bir ibadət ayini edilməmişdir.
Sonra Fövqəluca
Allah möhkəm dini əqidəyə və müttəqiliyə yiyələnməyə yönəldən ən mühüm amillərdən
biri olan orucun faydasından bəhs edir, çünki oruc tutan müsəlman Allahın
hökmünü yerinə yetirərək haram əməllərdən çəkinir. Oruc bir-neçə səbəbə görə
insanın Allahdan qorxmasına müsbət təsir göstərir.
Birincisi,
oruc olan adama insanın nəfsinin can atdığı yemək, içmək, cinsi əlaqəyə girmək
və başqa əməllərə yol vermək qadağan edilir və əgər o, Allaha yaxınlaşmaq və
Onun əcrini qazanmaq ümidi ilə onlardan imtina edirsə, bu onun müttəqiliyinə dəlalət
edir.
İkincisi,
oruc tutan özünü yadda saxlamağa alışdırır ki, o, həmişə Fövqəluca Allahın nəzarəti
altındadır. O, nəfsinə xoş gələn və maneəsiz əldə edə biləcəyi ləzzətlərdən
şüurlu surətdə imtina edir və o, bunu təkcə Allahın onu müşahidə etdiyinə görə
edir.
Üçüncüsü,
oruc zamanı şeytanın insan bədənində qanla bərabər hərəkət etdiyi damarlar
daralır və onların insana göstərdiyi təsir və onların törətdiyi günahların sayı
azalır.
Dördüncüsü,
oruc zamanı insan həmişə daha çox xeyirxah əməllər etməyə can atır, əslində elə
məhz bu hərəkətlər dindarlığın və təqvalılığın əlamətləridir.
Beşincisi,
oruc olan varlı adam aclıq nəticəsində ağrı-acı hiss etdikdə kasıblara və
imkansızlara daha fəal yardım etməyə başlayır ki, bu da dindarlığın və təqvalılığın
əlamətləridir.
ﭲ ﭳﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍﮎ ﮏ
ﮐ ﮑ ﮒﮓ ﮔ
ﮕ ﮖ ﮗ
(2.184) “Müəyyən sayda olan günləri oruc
tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni
sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə bir kasıbı
yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun
üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”.
Oruca riayət
etməyin vacib bir hökm olduğunu xatırladıqdan sonra, Fövqəluca Allah bildirir
ki, müsəlmanın orucu qısa və yüngüldür. Bundan başqa, Allah Öz qullarının işini
yüngülləşdirərək, xəstələrə və səfərdə olanlara buraxdıqları orucu başqa günlərdə
tutmağa yol vermişdir. Xəstəlik və uzaq yola çıxmaq, adətən, insanlar üçün
çoxlu çətinliklər törədir və buna görə Allah belə hallarda orucu pozmağa icazə
verir. Lakin oruc hər bir mömin üçün olduqca xeyirli ayindir və buna görə
Allah, xəstəlik qurtarandan və səfərdən qayıdandan və habelə insan rahat həyata
başladıqdan sonra, buraxılmış oruc günlərinin əvəzini tutmağı əmr etmişdir.
Az sayda
günlərin xatırlanması ona dəlalət edir ki, müsəlman buraxdığı oruc günlərini əvəz
edərkən, ramazan ayında ötürdüyü günlərin sayına bərabər günlər qədər oruc
tutmalıdır və eyni zamanda, buraxılmış yarım gün əvəzinə bütöv bir gün oruc
olmalıdır. Əvəz edərkən buraxılmış qısa və soyuq gün əvəzinə, bir uzun və isti
hava günü və əksinə, oruc tutulmasına icazə verilir.
Sonra Fövqəluca
Allah oruc tutulmasının əvəzinə hər buraxılmış gün üçün bir kasıbı yedirtməyə
imkan vermişdir. Bu hökm, Fövqəluca Allah oruc tutmaq hökmünü nazil etməyə
başladığı vaxtlarda verilmişdi və qısa müddət qüvvədə qalmışdı. Oruc tutmaq müsəlmanlar
üçün o dərəcə də adət edilməyən bir şey idi ki, qəti şəkildə oruc tutmaq hökmü
onların çoxu üçün ağır ola bilərdi və buna görə də Müdrik Allah Öz qullarını tədricən
daha ağır şərtləri olan ehkamların yerinə yetirilməsi üçün hazırlayırdı və
onlara oruc tutmaqla kasıbı yedirtmək arasında müstəqil seçim etməyə yol vermişdi.
Eyni zamanda Allah oruc tutmağın müsəlmanlar üçün daha xeyirli olduğunu
vurğulayırdı. Sonradan O, oruc tutmağa qabil olan hər kəsin hökmən oruca riayət
etməsini əmr etdi və müvəqqəti çətinlik çəkənlərə isə orucu pozmağa və
buraxılan günləri əvəz etməyə icazə verdi.
Belə bir rəy
mövcuddur ki, bu ayə ancaq yaşlı qocalara və orucluğun ağırlığına dözməyə
qabil olmayan insanlara şamil edilir. Belə adamlar buraxılan orucun bağışlanmasının
əvəzi kimi, hər buraxılmış gün üçün bir kasıbı yedirtməlidirlər. Bu rəy də səhihdir.
ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ
ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ
(2.185)
“İnsanlara doğru yolu göstərən, bu yolun və ayırd edənin açıq-aydın dəlilləri
olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər
oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda.
Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz
müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız.
Bəlkə şükür edəsiniz”.
Fərz
sayılan oruc ramazan ayında tutulan orucdur. Bu əzəmətli ayda Allah insanlara
böyük mərhəmət göstərərək, Müqəddəs Quranı nazil etmişdir ki, o, insanlara
onların mənəvi və dünyəvi həyatına xeyir gətirən hər şeyə yol göstərir, ən asan
şəkildə haqqı izah edir və həqiqəti yalandan, doğru yolu sapıqlıqdan, xoşbəxt
möminləri bədbəxt günahkarlardan ayırmağa kömək edir. İstənilən ay, əgər o
yaxşı məziyyətə malikdirsə və Allah tərəfindən insanlara belə böyük lütf göstərilməsi
məqsədilə seçilmişsə, mübarək ibadət ayinlərini icra etməyə və oruc
tutulmasına layiq görülə bilər.
Ramazan
ayının üstünlüyünü yada saldıqdan və niyə məhz bu ayın fərz oruc tutulması üçün
seçildiyini izah etdikdən sonra, Fövqəluca Allah oruc tutmağa qabil olan hər
bir sağlam və daimi məskunlaşdığı yerdə yaşayan müsəlmana bu ay ərzində məcburi
qaydada oruc tutmaq hökmü vermişdir.
Bu ayə ilə
orucun tutulması ilə onun əvəzinin ödənilməsi arasında müstəqil seçmək haqqı
olan müsəlmanlara dair bundan əvvəlki hökm ləğv edilir və buna görə, Allah, xəstələrə
və səfərdəkilərə orucu dayandırmağa və buraxılmış günləri başqa vaxtda oruc
tutmaqla əvəz etməyə icazə verdiyini bir daha təkrarlayır. Allah bunu ona görə
təkrarlayır ki, xəstələrə və səfərdə olanlara dair hökmün də ləğv olunması barədə
heç kim yanlış zənnə qapılmasın.
Allah
insanların çətinliyə düşməsini arzulamır, onların işini asanlaşdırmağı istəyir.
O, son dərəcə əlverişli tərzdə Qullarını Onun məmnunluğuna doğru aparan yolunu
yüngülləşdirmişdir və buna görə Allahın bütün hökmləri, prinsipcə, sadədir,
yorucu deyildir. Allahın hökmlərinin yerinə yetirilməsinə maneə törədən sədlər
yarandıqda və onların icrasını çətinləşdirdikdə, Fövqəluca Allah bu hökmləri
daha da yüngülləşdirir və yaxud Öz qullarını bu vəzifələri yerinə yetirməkdən
ümumiyyətlə azad edir. Bu Quran cümləsini bütün təfərrüatı ilə təsvir etmək
mümkün deyil, çünki o, dinin bütün hökmlərinə aiddir və şəriətin bütün
asanlıqlarını və icazə verdiklərini özündə ehtiva edir.
Sonra Fövqəluca
Allah bütün ramazan ayı ərzində oruc tutmağı əmr edir. Bu əmrin səbəbi haqqında
hamıdan yaxşı Allaha məlumdur, lakin tamamilə aydındır ki, ayənin nazil edilməsi,
ramazan ayının ancaq bir hissəsini oruc tutmağın mümkün ola bilməsi kimi, kimisə
yanlış zənnə salmaması üçün zəruri idi. Allah nazil edilmiş hökmün belə başa
düşülməsinin qarşısını alaraq, ayın başlanğıcından sonuna qədər oruc tutmağı və
orucluğun sonunda Allaha, Öz qullarına bu hökmü yerinə yetirməyə kömək etdiyinə,
onu onlar üçün asanlaşdırdığına və ən gözəl tərzdə izah etdiyinə görə tərifləyib
ucaltmağı buyurur. Allah insanlara ramazanın qurtarması münasibəti ilə də Ona
həmd etməyi əmr edir və Onun bu buyruğu şəvvalın girməsini bildirən təzə ayın
görünməsi ilə Allahın mədhinə başlanmasına da aiddir ki, bu da bayram xütbəsinin
sonunadək davam edir.
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮﯯ ﯰ
ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼ
(2.186)
“Qullar səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını
yalvardığı vaxt qəbul edirəm. Qoy Onlar da Mənim çağırışımı qəbul edib, Mənə
iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər”.
Bu ayə
bir-neçə səhabəsinin Muhəmməd Peyğəmbərə (s.ə.s.) verdiyi suala cavabdan ibarətdir.
Onlar belə demişdilər: “Ey Allahın Elçisi! Əgər Rəbbimiz yaxındırsa, biz Ona
pıçıltı ilə dua edək, yox əgər uzaqdırsa, onda Ona ucadan dua edək”. Belə
olduqda, Fövqəluca Allah qullarına yaxın olduğunu və onlara nəzarət etdiyini xəbər
verir. Allah onların gizli saxladıqları haqqında və ən məhrəm niyyətlərini belə
bilir. Onun, oğrun-oğrun baxan xəlvəti baxışlardan və ürəklərdə gizlədilənlərdən
də xəbəri vardır. O, Öz qullarına yaxındır və onlar Ona dua edəndə onları diqqətlə
dinləyir.
Dualar iki
növ olur. Onların bir hissəsi ibadət, digər hissəsi isə yalvarış məqsədilə
edilir. Allahın Öz yaratdığı məxluqlarına yaxınlığı da iki cürdür, çünki Allah
ilahi elmi sayəsində bütün məxluqlarına yaxındır. Lakin Onunla xüsusi yaxınlığa
layiq görülənlər Ona ibadət edənlərdir. Allah onların dualarını dinləyir,
onlara kömək göstərir və onları doğru yola yönəldir.
Əgər insan
Allaha ürəkdən müraciət edir və Ondan yol verilən mübah şeylər barədə xahiş
edirsə, əgər heç bir hal onun xahişinin yerinə yetirilməsinə mane olmursa (belə
hallardan biri də haram edilmiş qida məhsullarının yeyilməsidir), duası hökmən
qəbul ediləcəkdir. Allah elə duaların qəbul ediləcəyinə söz vermişdir ki,
onlar, xüsusilə, duanın tezliklə qəbul edilməsini təmin edən əməllərlə müşayiət
edilmiş olunsun. Belə əməllərə, Allahın hökmlərini sözdə və işdə yerinə yetirmək,
haramlardan çəkinmək və habelə Ona səmimi qəlbdən iman gətirmək daxildir. Məhz
bu amillər duaların tezliklə qəbul olunmasına kömək edir, çünki Fövqəluca Allah
Ona cavab verməyi və Ona etiqad göstərməyi əmr etmişdir. Ancaq belə bir insan
doğru yolla gedə, doğru iman sahibi ola, saleh əməllər işlədə və haqq dinlə və
xeyirxah əməllərlə bir yerə sığmayan ədalətsizlikdən qurtula bilər. Bunun səbəbi
ondadır ki, həqiqi iman və Allahın çağırışına cavab vermək insana gerçək biliklər
əldə etməyə kömək edir. Fövqəluca Allah bu barədə belə buyurur: “Ey iman gətirənlər!
Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər,
günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir” (Ənfal,
8/29).
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ ﭾﭿ ﮀ
ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋﮌ ﮍ
ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ
(2.187)
“Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin
üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin
tələbinə dözə bilmirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi
bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail
olmağa çalışın. Dan yeri söküləndə ağ sap qara sapdan seçilənə qədər
yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda
olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara
yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə
qorxalar”.
Allah oruc
tutmaq haqqında ilk hökmü göndərəndə müsəlmanlara gecə yuxuya getdikdən
sonra yemək, içmək və zövcələri ilə cinsi əlaqəyə girmək qadağan edilmişdi. Bu
hökm bəzi müsəlmanlara ağır gəlirdi və onda Fövqəluca Allah qullarının vəzifəsini
yüngülləşdirdi və iftar açdıqdan sonra, yatıb-yatmamaqdan asılı olmayaraq,
onlara bütün gecə ərzində yeməyə, içməyə və zövcələri ilə cinsi əlaqəyə girməyə
icazə verdi.
Ey iman gətirənlər!
Vəzifələrinizin bir hissəsini yerinə yetirməyərək siz özünüz özünüzü
aldadırsınız. Amma Fövqəluca Allah sizin tövbələrinizi qəbul etdi və vəzifələrinizi
yüngülləşdirdi. Əgər Allahın lütfkarlığı olmasaydı, sizə ağır gələn hökmlər
sizi günah işlətməyə məcbur edərdi. Sizin keçmiş günahlarınıza gəldikdə isə,
Allah onları artıq bağışlamışdır. Bundan sonra O, bütün ramazan ayı ərzində
gecələr zövcələrinizi öpməyə, sığallamaya və onlarla cinsi əlaqəyə girməyə
icazə verdi. Sizə icazə veriləni edin və bunun sayəsində Uca Rəbbə yaxınlaşmağa
can atın. Yadda saxlayın ki, siz cinsi yaxınlıq yolu ilə öz nəslinizi
artırırsınız, özünü və zövcələrinizi zinadan qoruyursunuz və öz ailə həyatınızı
sahmana salırsınız. Həm də yadda saxlayın ki, Allah sizə Qədir gecəsini ibadətdə
keçirməyi buyurmuşdur. Baxmayaraq ki, o, ramazanın gecələrindən biridir, sizin
həmin gecə dünyəvi ehtiraslara qapılmağınız və çox böyük bir mükafatı əldən
qaçırmağınız lazım deyil. Dünyəvi ehtiraslardan sonrakı vaxtlarda da həzz ala
bilərsiniz, lakin əgər Qədir gecəsini əldən buraxsanız, onu bir daha qaytara
bilməzsiniz.
Sübh
açılana əmin olunana qədər yeyin, için və cinsi əlaqəyə girin. Buradan belə nəticə
çıxır ki, insan sübhün girməsinə şübhə edərək yeyərsə və ya cinsi əlaqəyə girərsə,
günah işlətməz. Buradan həm də belə çıxır ki, obaşdan yeməyini ötürməmək arzuediləndir,
çünki Allah səhər açılana qədər yeməyi və içməyi əmr etmişdir. Məlumdur ki,
obaşdan yeməyini ləngitmək yaxşı olardı, çünki Allah sübh çağı başlayanadək
yeyib-içmək hökmünü məhz qullarının vəzifələrini asanlaşdırmaq üçün vermişdir.
Bu ayədən
həmçinin belə bir nəticəyə də gəlmək olar ki, oruclu müsəlman sübh çağı girərkən
cinsi əlaqədən sonra qüsulsuz vəziyyətdə ola bilər və əgər o, hətta sübh
açılanadək qüsl etməyə macal tapa bilməsə də, orucu batil hesab olunmur. Əgər
müsəlmana bilavasitə səhərin açılması ərəfəsində cinsi əlaqəyə girmək icazə
verilirsə, sözsüz ki, o, sübhün açılmasını qüsulsuz qarşılayacaqdır, deməli, əgər
hökm düzgündürsə, onda ondan irəli gələn nəticə də düzgündür. Lakin sübh çağı
girəndən sonra oruc tutmuş müsəlman günəşin qürub etdiyi axşama qədər orucunu
batil edən hər şeydən özünü saxlamalıdır.
Ramazan
gecələrində öz zövcələri ilə cinsi əlaqəyə girməyə icazə verilməsi tamamilə
bütün oruc tutanlara aid edilmədiyi üçün, Fövqəluca Allah bildirir ki, məsciddə
etikafda olan vaxtda müsəlman zövcələri ilə cinsi əlaqəyə girməməlidir. Bu ayə,
möminin Fövqəluca Allaha ibadət etmək xatirinə, dünyəvi həyatı tərk edərək, məscidə
girib tənhalığa çəkilməsinin (etikaf) qanuniliyini təsdiq edir. Bu ayədən çıxan
bir nəticə də ondan ibarətdir ki, möminlərin tənhalığa çəkilməsinə ancaq məscidlərdə
yol verilir, həm də Muhəmməd Peyğəmbərin (s.ə.s.) zamanında məscid o yerlər
hesab olunurdu ki, orada müntəzəm olaraq gündə beş fərz namaz qılınmış olsun.
Bu ayədən həm də aydın olur ki, etikafda cinsi əlaqəyə girmək onu pozur.
Yuxarıda
sadalanan yeməyə, içməyə və həmçinin orucluq zamanı cinsi əlaqəyə girməyə
qadağalar, əsaslı ehtiyac olmadan orucun pozulmasının yasaqlanması, etikaf
zamanı cinsi yaxınlığın yasaqlanması və digər hökmlər Allahın qoyduğu məhdudiyyətlərdir
ki, qullara onları aşmağa icazə verilmir. Fövqəluca Allah bu günahlara hətta
yaxınlaşmağı belə qadağan edir. Bu qadağalar, günah işlətməməyə dair adi hökmlərdən
daha əsaslı və təkidedicidir. Bu yasaq təkcə bu günahların edilməsinə deyil,
buna səbəb ola biləcək bütün başqa əməllərin törədilməsinə şamil edilir.
Günahlardan
və itaətsizlikdən bəhs edərkən, Fövqəluca Allah qullarına əmr edir ki, onlar
günahlardan və onlara tərəf aparan hər cür əməldən əl çəksinlər. Allah Öz
qoyduğu hədləri sadalayır və onlara yaxınlaşmağı belə qadağan edir. Dini hökmləri
yad edərək Fövqəluca Allah onlara qarşı itaətsizliyi qadağan edir və buyurur: “...Bunlar
Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar
zalımlardır” (Bəqərə, 2/229).
Allah
qullarına dini hökmləri belə izah edir və bunlar ən aydın başa düşülən və ən
kamil izahlardır. Allahın insanlara ayələrini izah etməsi, onların haqqı aydın
başa düşdükdə ona qoşulmaları ilə bağlıdır, onlar yalanın da ziyanlı olduğuna
ancaq inandıqdan sonra ondan çəkinirlər. Adamların çoxu Allahın qadağanlarını
bilmədikləri üçün günah işlədirlər. Əlbəttə, əgər onlar bilsəydilər ki, belə hərəkətlər
etmək olmaz, onlar həmin günahları işlətməzdilər. Lakin Allah insanlara ayələrini
izah etdikdən sonra, onlar xəbərsiz olmaları əsasında özlərinə bəraət
qazandırmaq imkanını itirirlər və bu da onları təqvalı və dindar olmağa yönəldir.
ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ ﮠ ﮡ
ﮢ ﮣ ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ
(2.188)
“Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini
bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın”.
Allah müsəlmanlara
başqalarının malını qanunsuz yeməyi qadağan edir, lakin onu onların öz xüsusi
mülkiyyətləri adlandırır, çünki müsəlman öz qardaşına özünə istədiyini arzu etməli,
onun malına öz malı kimi* münasibət bəsləməlidir. Bundan başqa, əgər adam
başqasının malını qanunsuz mənimsəyirsə, onda incidilmiş insanlar da sonradan
onun var-dövlətinə zərər vurmaq imkanından istifadə edə bilərlər.
Əmlakı ya
qanuni, ya da qanunsuz yolla əldə etmək olar, lakin qadağan edilən, təkcə
başqasının malını qanunsuz yolla mənimsəmək sayılır və buna görə Fövqəluca
Allah bu qadağanı konkretləşdirmişdir. Bu qadağan – güc tətbiq etməklə
almaqdan, oğurluqdan, saxlanmağa verilmiş və ya müvəqqəti istifadəyə
götürülmüş malın mənimsənilməsindən və başqasının əmlakına yönəldilmiş digər qəsdlərdən
ibarətdir. Bu qadağan həmçinin sələmçiliyə, qumara və digər haram edilmiş əqdlərə
şamil edilir, çünki belə əqdlər sayəsində insanlar yol verilməyən üsullarla mal
əldə edirlər. Bu qadağan alqı-satqı, əşyaların icarəyə verilməsi və digər
oxşar əqdlərin bağlanması zamanı dələduzluq edənlərə də aiddir. O, həm də fəhlələrin
istifadə edilməsi və onların əmək haqlarının qanunsuz mənimsənilməsinə və ya tələb
olunduğu kimi yerinə yetirilməyən işə görə zəhmət haqqının alınmasına aiddir.
O, həmçinin ibadət mərasimlərinin keçirilməsinə görə maddi mükafat alınmasına
şamil edilir ki, bu, təkcə Fövqəluca Allaha həsr olunmadıqda əsassız sayılır.
O, vacib və könüllü surətdə verilən sədəqələrin, vəqf əmlakının mənimsənilməsinə
və ya haqqı olmayan insanların miras almasına və yaxud da onu almağa
başqalarından az haqqı olmasına da aiddir.
Bütün
sadalanan hallar özgəsinin əmlakının qanunsuz mənimsənilməsinin müxtəlif
formalarıdır və onlardan hər biri istənilən şəraitdə qəti surətdə qadağan
edilmişdir. İnsanın belə maldan istifadə etmək haqqı yoxdur, hətta onun münsiflər
məhkəməsində gətirdiyi sübutlar, həmin əmlaka əsil haqqı olanın sübutlarından
inandırıcı olduğu üçün çəkişməni udub əmlakı əldə etsə də. Hakim öz qərarı ilə
nə qadağan olunmuş əmlakı qanuni, nə də qanuni əmlakı haram hesab edə bilməz.
Özgəsinin malını qanunsuz mənimsəyən şəxsi hakimin qərarı rahat salmamalı və əmlakın
həqiqi sahibinin öz malına olan hüquqlarına şübhə etməyə əsas verməməlidir.
Əgər bir
adam münsiflər məhkəməsində qondarma dəlillərin köməyi ilə özgəsinin mülkiyyətinə
haqqı olduğunu sübut edərək məhkəmə çəkişməsini udursa, həmin mülkiyyət onsuz
da ona qanunsuz yolla çatır. Başqasının mülkiyyətini mənimsəyərək, o, şüurlu
surətdə günah işlədir və özünü çox əziyyətli cəzaya və sərt intiqama məhkum
edir.
Bütün
deyilənlərdən aydın olur ki, əgər vəkilə müştərisinin iddiasının əsassız
olması məlumdursa, onda onun, müştərisini məhkəmədə müdafiə etmək haqqı
yoxdur, çünki onun müştərisi xəyanətkardır. Fövqəluca Allah bu barədə buyurur: “Həqiqətən,
Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy
etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma”(
Nisa, 4/105).
* Yəni, öz
malını qoruyub mühafizə etdiyi kimi, müsəlman qardaşının da malına eyni münasibəti
bəsləməlidir. F.S.
Комментариев нет:
Отправить комментарий