ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
ﮃ ﮄﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ
ﮢ ﮣ ﮤ ﮥ
(2.26)
“Həqiqətən, Allah ağcaqanadı və ondan daha üstün olanı məsəl çəkməkdən utanmaz.
İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə
Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir
çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan
çıxarır”.
Allah hətta
ağcaqanadı və digər ən kiçik məxluqatı misal gətirəndə belə utanmır, çünki
onlar özlüyündə dərin məna kəsb edir və haqqı insanlara izah edirlər. Axı Fövqəluca
Allah haqqı bildirərkən utanmaz. Allah bu ayəsi ilə olduqca kiçik olan məxluqları
haqqında məsəl çəkilməsini faydasız sayıb Allaha etiraz edənlərin sözlərini
sanki təkzib edir. Lakin belə məsəllər etiraz etməyə əsas vermir. Əksinə,
onlar, Allahın Öz qullarını tərbiyələndirdiyi mərhəmətinin vasitələridir və insanlar
onlara qulaq asmalı və onları minnətdarlıqla qəbul etməlidirlər.
Bax buna
görə də möminlər başa düşürlər ki, bu məsəllər Rəbbin nazil etdiyi vəhylərdir və
onların mənasını dərk etmək və düşünmək lazımdır. Onlar belə məsəllərin mahiyyətini
təfsilatı ilə aydınlaşdıra bildikdə, bu onların öz biliklərini və imanını
artırır. Onlar məsəlin mahiyyətini aydınlaşdıra bilmədikdə isə, onun Haqdan gəldiyi
ilə qane olur, həqiqiliyinə və mənasının düzgünlüyünə inanırlar. Nazil edilmiş
məsəldə əks olunmuş həqiqətin hətta bir hissəsi onlar üçün qapalı qaldıqda belə
ona imanlarında sadiq qalır, çünki qəti surətdə bilirlər ki, Allah məsəlləri əyləncə
üçün gətirmir; onlara böyük məna və hədsiz şəfqət hissi əta edir.
Kafirlərə
gəldikdə isə, onlar belə soruşurlar: “Allah bu məsəllə nə demək istəyir?” Onlar
hiddətlənir və heyrətə düşürlər ki, bunun da nəticəsində, möminlərin imanı
gücləndiyi kimi, onların da küfrü artır. Məhz buna görə Fövqəluca Allah buyurur
ki, Rəbbiniz Quranda çəkdiyi məsəllərin vasitəsilə bəzi insanları azdırır, digərlərini
isə doğru yola yönəldir. Möminlər və kafirlər nazil edilmiş hər yeni vəhyi belə
qəbul edirlər. Bununla əlaqədar olaraq Fövqəluca Allah buyurur: “Bir surə
nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?”
– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə imanını artırır
və onlar bir-birlərini müjdələyirlər. Qəlbində xəstəlik olanlara gəlincə, o
surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir
qalaraq ölürlər”[1].
Allahın
qulları üçün Quran ayələrinin nazil edilməsindən böyük mərhəmət yoxdur,
lakin məhz bu, bəzi adamlar üçün, onların bədbəxtliyini artıraraq, imtahana, məyusluğa
və azğınlığa çevrilir, amma başqaları üçün isə onların nemətini artıran
böyük rəhmətə və bol hədiyyəyə dönür. Pak və qüsurlardan uzaq olan Allah Öz
qulları arasında fərq qoyaraq, Təkbaşına onları doğru yola yönəldir və zəlalətə
salır!
Fasiqlik
iki cür olur. Birinciyə - fasiqi dindən və imandan çıxaran itaətsizlik aid
edilir. Bu və digər oxşar ayələrdə məhz belə fasiqlikdən bəhs edilir. İkinci
növ fasiqlik isə insanı iman dairəsindən çıxarmayan fasiqlikdir. Bu, Fövqəluca
Allahın aşağıdakı kəlamında xatırlanır: “Ey iman gətirənlər! Əgər bir fəsadçı
sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir cəmiyyətə
pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz”[2].
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗﯘ ﯙ
ﯚ ﯛ ﯜ
(2.27)
“O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın
qovuşdurulmasını əmr etdiyi şeyləri kəsir və yer üzündə fitnə-fəsad törədirlər.
Məhz onlar ziyana uğrayanlardır!”
Fövqəluca
Allah fasiqlərin xüsusiyyətlərini təsvir edərək buyurur ki, onlar Allahla əhd
bağladıqdan sonra onu pozurlar. Bu, qulların Rəbbi qarşısında və digər məxluqlar
qarşısında öz öhdələrinə götürdükləri və çox ciddi tərzdə təsdiq olunmuş bir əhdə
aiddir. Lakin fasiqlər ona əhəmiyyət vermirlər. Bundan başqa, Allahın hökmlərini
saymazlığa vuraraq, onun qoyduğu qadağanlarının üstündən keçərək, onu hələ bir
pozurlar da. Bununla yanaşı onlar başqa insanlarla bağladıqları müqavilələr üzrə
öhdəliklərini də yerinə yetirmirlər.
Fövqəluca
Allah bildirir ki, onlar, Allahın daima saxlanmasına hökm verdiyi münasibətləri
kəsirlər, halbuki bunlar dinin bir çox məsələlərinə də aiddir. Allah bizə
buyurmuşdur ki, özümüzlə Allah arasında əlaqəni daima qoruyaraq Ona iman gətirək.
O, əmr etmişdir ki, bizimlə Allahın Elçisi (s.ə.s.) arasında, ona inanaraq, onu
sevərək, ona ehtiramla yanaşaraq və onun qarşısında öz borcumuzu yerinə yetirərərk,
əlaqə saxlayaq. O, əmr etmişdir ki, biz öz valideynlərimizlə, qohumlarımızla,
dostlarımızla və başqa insanlarla, onların qarşısında olan vəzifələrimizi həyata
keçirərək əlaqə saxlayaq.
Möminlər,
Allahın qorunmasına hökm verdiyi əlaqələri öz vəzifələrini layiqincə yerinə
yetirməklə saxlayırlar. Fasiqlər isə, öz vəzifələrinə laqeyd yanaşaraq, əlaqələrini
kəsirlər. Onlar Allahın hökmlərinə itaətsizlik göstərir, günah işlədir və
bununla da yer üzündə fitnə-fəsad yayırlar. Belə sifətlərə sahib olan kəslər həm
bu dünyada və həm də Axirət həyatında mütləq ziyana düşəcəklər.
Təkcə belə
insanlar zərər çəkəcəklər, çünki onların itkisi hərtərəfli olacaqdır. Onların
heç bir təşəbbüsü onlara gəlir gətirməyəcəkdir. Belə ki, hər bir xeyirxah
addımın zəruri şərti düzgün imandır. Əgər insan belə bir imandan məhrumdursa,
onun heç bir əməli xeyirli ola bilməz. Bu cür ziyana ancaq kafirlər düşürlər.
Lakin ziyanın başqa bir növü də vardır ki, insan ona təkcə öz kafirliyi üzündən
deyil, həm də müxtəlif arzu olunan əməllərə diqqətsizlik göstərməsi və etinasız
yanaşmasına görə uğrayır. Zərərin bu növü haqqında Fövqəluca Allah belə
buyurur: “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir.
Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və
bir-birinə səbirli olmağı məsləhət edənlər istisnadır”[3].
Belə
ziyandan, haqqı rəhbər tutmağa çağıran və səbirli olmağa dəvət edən, xeyirxah
işlər görən əməlisaleh insanlardan
başqa, heç kim xilas edilməmişdir. Bu zərərin mahiyyəti – insanın qazana biləcəyi
xeyirdən məhrum olması ilə bağlıdır.
ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ
(2.28)
“Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi? Sonra O,
sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona tərəf
qaytarılacaqsınız”.
Bu sual həm
təəccüb və məzəmmət doğurur, həm də ittiham edir.
Ey
insanlar! Siz, sizi heçdən Yaradan, hər cür şeylə Nemətləndirən, əcəliniz
çatanda sizi Öldürən və sizə layiq olduqlarınızın artıq qəbirlərinizdəykən Əvəziniverən,
Qiyamət günü sizi hökmən Həyataqaytaran və sizin hər bir əməlinizə əvəzini
artıqlaması ilə verən Allaha iman gətirməkdən necə boyun qaçırırsınız? Siz
Onun hakimiyyəti altındasınız, Onun iradəsindən asılısınız və Onun kainat
qanunları ilə yaşayırsınız, sonra isə Onun dininin qanunları üzrə mühakimə ediləcəksiniz.
Məgər Rəbbinizə iman gətirməkdən boyun qaçırmaq sizə yaraşırmı? Məgər belə bir
imansızlıq həddən artıq avamlıq və böyük bir axmaqlıq deyilmi? Siz, həqiqətən,
Rəbbinizdən qorxmalı, Ona həmd etməli, Ona iman gətirməli, Onun verəcəyi cəzalardan
ehtiyat etməli və bəxş edəcəyi əcrə ümid bəsləməlisiniz.
ﯬ ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
ﯶ ﯷﯸﯹﯺﯻﯼ ﯽﯾﯿ ﰀ
(2.29) “Yer üzündə olanların hamısını sizə görə
xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi
bilir”.
Yerdə olan
bütün nemətləri Allah Öz mərhəməti sayəsində insanlar üçün yaratmışdır ki,
onlardan istifadə etsinlər və bunlardan faydalı nəticələr çıxararaq zövq
alsınlar. Bu qiymətli ayə bütün maddi nemətlərin istifadəsinə icazə verildiyinə
və əksi sübut edilməyincə təmiz olduğuna dəlalət edir, çünki Fövqəluca Allah ayədə
insanlara Öz mərhəmətini göstərdiyini qeyd edir. Bu ayənin əsasında həm də demək
olar ki, zərərli və pis olan nə varsa, qadağan edilmişdir, çünki Allah
insanlara xeyir verən şeyləri yaratmışdır. Deməli, insanların bu çərçivədən kənara
çıxan şeyləri istifadə etmək haqqı yoxdur. Zərərli və pis şeylərin istifadəsini
qadağan edərək, Rəbbimiz insanlara böyük mərhəmət göstərmişdir.
Daha sonra
Fövqəluca Allah buyurur ki, yeri yaratdıqdan sonra O, səmaya tərəf yönəlir.
“İstəva” feli Müqəddəs Quranda üç mənada istifadə edilmişdir. Ön şəkilçisiz
işlədildikdə, “yetkinliyə, kamilliyə çatmışdır” mənasını bildirir. Fövqəluca
Allah onu bu mənada Musa peyğəmbər (ə.) haqqında hekayəti nazil edəndə istifadə
etmişdir: “Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona
hökmranlıq (peyğəmbərlik) və elm əta etdik...”[4].
Yüksək
mövqe bildirən ön şəkilçi ilə işlədildikdə, “qalxdı”, “ucaldı” mənalarını
bildirir. Fövqəluca Allah onu bu mənada: “Ər-Rəhman Ərşə ucaldı”[5]; “O, bütün canlıları
və bitkiləri cüt yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki,
onların belinə, yaxud tərkinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini
yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir...”[6].
O, istiqamət
bildirən ön şəkilçi ilə işlədildikdə isə “yönəldi”, “döndü, çevrildi” mənalarını
bildirir. Şərh etdiyimiz ayədə “istəva” feli məhz bu mənada istifadə
olunmuşdur.
Fövqəluca
Allah yerin yaradılışından sonra göyləri yaratmağa başladı və onları yeddi qat
göy halında xəlq etdi. Onlara kamil bir görkəm verdi. O hər şey haqqında biliklərə
malikdir. Ona, yerə nəyin düşdüyü və oradan nəyin çıxdığı, göydən nəyin endiyi
və oraya nəyin qalxdığı tam mənada məlumdur.
O, qeybi də, aşkarı da Biləndir.
Bu və bir çox digər ayələrdə Allah Özünün
ilahi biliklərinə işarə etməklə yanaşı Kainatın yaradılmasına da toxunur. Fövqəluca
Allah buyurur: “Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi
yoxdur, Allah kökslərdə olanı bilir. Yaradan Allah Lətif və hər
şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda
olanları bilməsin?”[7].
Bunun səbəbi
ondadır ki, məxluqların yaradılması – Allahın Elminin, Müdrikliyinin və Qüdrətinin
ən inandırıcı dəlillərindəndir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ
(2.30)
“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” –
dedikdə, onlar: “Biz Səni həmdsəna ilə təriflədiyimiz və Səni müqəddəs
tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”
– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
Fövqəluca
Allah Adəmin, bəşəriyyətin ulu babasının yaradılışının başlanması və onun digər
xəlq edilmiş varlıqların çoxundan üstün olması barədə xəbər verir. Adəmi
yaratmağı nəzərində tutan Fövqəluca Allah bu niyyətini mələklərə bildirir. O,
Adəmi yerdə canişin etmək istədiyini onlara xəbər verir. Belə olduqda mələklər
deyirlər: “Ey Allah! Doğrudanmı Sən, yerdə fitnə-fəsad yayıb, günahlar edəcək və
qan tökəcək bir məxluq yaradacaqsan?”
Bu sözlər,
ümumi ifadələrdən sonra xüsusi kəlmələrin işlədilməsi nümunəsidir, çünki qan
tökmək də fəsad törədilməsinin bir formasıdır. Mələklər bununla qətllərin ağır
bir cinayət olduğunu vurğulayaraq ehtimal edirlər ki, Adəmin nəsilləri yerdə məhz
bu cür işlərlə məşğul olacaqlar. Bununla yanaşı onlar Allaha öz ehtiramlarını
bildirərək, qeyd edirlər ki, O, əlbəttə ki, hər cür şərdən sonsuzluğa qədər
uzaqdır. Mələklər yada salırlar ki, onlar heç bir qüsura yol vermədən Allaha
ibadət edir, Onu, Onun əzəmətinə və müdrikliyinə uyğun olaraq tərifləyirlər.
Bununla birgə onlar Allahı müqəddəs sayırlar.
Belə bir rəy
var ki, “nuqaddisu ləkə” ifadəsi “biz Səni müqəddəs sayırıq” deməkdir. Buradan
belə çıxır ki, mələklər təkcə Allahı Müqəddəs və Qüsursuz hesab edirlər. Başqa
bir şərhə görə isə, həmin ifadə “biz Sənə görə özümüzü qüsurlardan təmizləyirik”
mənasını bildirir. Bundan da belə çıxır ki, mələklər Allaha məhəbbət bəsləməklə,
Onun qarşısında qorxmaqla və Onu tərifləyib ucaltmaqla öz əxlaqlarını natəmiz
nəfslərdən təmizləyir, təqdis edirlər.
Fövqəluca
Allah mələklərə cavab verərək buyurur: “Mən bu canişin haqqında sizin bilmədiklərinizi
bilirəm. Sizin sözləriniz sizin zənninizə əsaslanır, lakin Mən qeybi də aşkarda
olanları da bilirəm. Mən bilirəm ki, bu canişinin yaradılması özündə şərdən
daha çox xeyir ehtiva edir”.
Qüdrətli
Allahın, insanların qəlbində gizlənən xeyir və şəri yerdə imtahana çəkərək Öz
itaətkar qullarını Öz düşmənlərindən ayırd edə bilməsi, İblisin qəlbində gizlənən
böyük şəri üzə çıxartması və onun qüsurlu sifətlərini ifşa etməsi üçün Adəmin
nəsilləri arasından peyğəmbərləri və siddiqləri, şəhidləri və əməlisalehləri
seçdiyini göstərməsi bəs edir ki, O, Öz ayələrini bütün məxluqata göstərə
bilsin və insana, Allah yolunda mübarizə aparmaq, başqa məxluqların bacara bilmədiyi,
digər ayinləri həyata keçirmək imkanı versin. İnsanın xəlq edilməsinin hikməti,
hətta bu hikmətin bir hissəsi onun yaradılması üçün tutarlı bir əsasdır.
ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ ﭿ
(2.31)
“Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə
göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”
Mələklərin
əvvəlki sözləri onların, Allahın yerdə təyin edəcəyi canişindən üstün olduqlarını
vurğulayırdı və buna görə də Fövqəluca Allah Adəmin müsbət məziyyətlərini
onlara izah etmək və onları onun üstünlüyünə inandırmaq istədi. O, Adəmə bütün
məxluqların və əşyaların adlarını və habelə onların mənalarını, o cümlədən,
sözlərin kiçildilmiş-nəvazişli və üstünlük dərəcəli formalarını, məsələn, quş
və quşcığaz kimi, öyrətdi. Sonra Allah bu məxluqları və əşyaları mələklərə göstərdi
və onları sınamaq üçün dedi: “Əgər sizin Mənim canişinimdən üstün olmağınız
haqqında zənniniz doğrudursa, onda bu məxluqların adlarını deyin”.
ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ
(2.32) “Onlar dedilər: “Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən
Bilənsən, Müdriksən!”
Mələklər
belə cavab verdilər: “Ey Rəbbimiz! Sən pak və müqəddəssən! Bizim Sənə etiraz
etməyə və Sənin iradənə zidd getməyə ixtiyarımız yoxdur. Biz, ancaq Sənin mərhəmətin
və səxavətin sayəsində bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Sənə isə
bütün varlıq haqqında hər şey məlumdur, hətta göylərdə və yerdə olan ən kiçicik
zərrələr də belə Sənin bildiklərindən kənarda qala bilməz. Sən, bütün məxluqları
və hökmləri əhatə edən kamil müdrikliyə sahibsən. Sənin yaratdıqların və
buyruqların ilahi Hikmətinin təcəssümüdür”.
Müdriklik
(hikmət) dedikdə, hər şeyi öz yerinə yerləşdirmək istedadı nəzərdə tutulur. Mələklər
Allahın mütləq biliyə və ilahi müdrikliyə malik olduğunu və özlərinin isə hətta
ən kiçicik bir əşyanı müstəqil şəkildə dərk etməyə qabil olmadıqlarını etiraf
etdilər. Onlar etiraf etdilər ki, Allah onlara misilsiz mərhəmət göstərərək, əvvəl
bilmədikləri hər şeyi onlara öyrətmişdir.
ﮎ
ﮏ ﮐ ﮑﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
(2.33)
“Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların
adlarını onlara bildirdikdə Allah dedi: “Mən sizə demədimmi ki, göylərdə
və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”
Allah
Adəmə buyurur ki, O, mələklərdən tələb etdikdə onların deyə bilmədiyi məxluqların
və əşyaların adlarını bir-bir sadalasın. Adəm Rəbbin əmrini yerinə yetirdi və mələklər
onun üstünlüyünə və müdrikliyinə əmin oldular. Hərşeyibilən və Ənmüdrikolan
Yaradan Adəmi məhz bu məziyyətlərinə görə yerdə özünün canişini etmək istəmişdi.
Sonra Allah belə deyir: “Məgər Mən sizə demədimmi ki, göylərdə və yerdə olan
qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”
Qeyb
adı altında bizim görmədiyimiz və sezə bilmədiyimiz bütün şeylər nəzərdə
tutulur. Allah qeybi bilirsə, deməli aşkarda olanı da, gizli saxlanılanı da
bilir.
ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ
(2.34) “Bir zaman Biz mələklərə: “Adəmə səcdə
edin!” – dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür
göstərdi və kafir oldu”.
Fövqəluca
Allah mələklərə əmr edir ki, onun qarşısında çöküb ona səcdə etsinlər və
bununla ona öz ehtiramlarını bildirsinlər. Bu, Fövqəluca Allaha ibadət və Onun
hökmlərinə itaət forması idi və mələklər o saat Adəmin qarşısında səcdəyə
qapıldılar, təkcə İblis bunu etmədi. O, Allahın əmrini yerinə yetirməkdən təkəbbürlə
boyun qaçırdı və belə qət etdi ki, Adəmdən üstündür. O dedi: “...Mən Sənin
palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!”[8].
İblisin
təkəbbürü və itaətsizliyi imansızlığından törəmişdi ki, onu, baş vermiş hadisəyə
qədər gizlədirmiş. Lakin üzə çıxmış bu hal onu, Allaha və Adəmə bəslədiyi düşmənçiliyini
büruzə verməyə məcbur edərək, onun kafirliyini və təkəbbürlü olmasını ifşa
etdi.
Bu
kəramətli ayələrdən hikmətli və faydalı çox nəticələr çıxarmaq olar. Birincisi,
Fövqəluca Allah danışmaq qabiliyyətinə malikdir. Bu sifət Allaha həmişə xas
olmuşdur və O, istədiyi vaxt istədiyini deyə bilər. İkincisi, Allah - Hərşeyibiləndir
və Hikmət Sahibidir. Bəzi məxluqlarının yaradılmasının və ya bəzi hökmlərinin
nazil edilməsinin mənası qullarına aydın olmadıqda, onlar öz Rəbbinin iradəsinə
təslim olmalı, çatışmazlıqları ancaq öz ağıllarında axtarmalı və Allahın hikmətini
qəbul etməlidirlər. Üçüncüsü, Allah mələklərin qayğısına qalır və onlara bilmədikləri
şeyləri öyrətdikdə rəhm edir və diqqətsiz yanaşdıqlarını onlara göstərir.
Bu
Quran hekayəti də biliyin üstünlüyünü vurğulayır. Birincisi, Fövqəluca Allah mələklərə
Özünün elmini və Özünün Hikmətini nümayiş etdirir. İkincisi, Allah mələklərə
göstərir ki, Adəmin üstünlüyü, qulun haqqı olan və ən gözəl məziyyətlərindən
biri sayılan biliyindədir. Üçüncüsü, Allah mələklərə Adəmin qarşısında ona öz
ehtiramlarını bildirmək üçün səcdə etmələrini və onun biliklərinin üstünlüyünü
etiraf etmələrini əmr edir. Dördüncüsü, bir nəfər digərlərini əvvəl bilmədiklərinə
öyrədirsə, o, onlardan üstün olduğunu göstərir, çünki o, bu bilikləri onlardan əvvəl
əldə etmişdir.
Bu
hekayət bizi bəşəriyyətin əcdadının və cinlərin əcdadının[9] məziyyətləri
üzərində düşünməyə vadar edir. Hekayətdə Adəmin müsbət cəhətləri, Allahın ona bəxş
etdiyi nemətləri xatırlanır. Orada İblisin insanlara bəslədiyi amansız nifrəti
haqqında xəbər verilir. Ayədən çoxlu başqa faydalı nəticələr də çıxarmaq
olar.
ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
(2.35)
“Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada
rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca
yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
Adəmi
yaratdıqdan və onun üstünlüyünü sübuta yetirdikdən sonra Fövqəluca Allah ona
yeni bir lütfkarlıq göstərir və onun özündən onun üçün zövcə yaradır ki, onunla
rahatlıq və təsəlli tapsın, ünsiyyətdə
olsun. Allah onlara Cənnət bağında məskunlaşmağa və istədikləri qədər,
xoşlarına gələn yerdə ləzzətli meyvələrdən və məhsullardan yeyib-içməyə icazə
verir. Fövqəluca Allah buyurur: “Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.
Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!” (Taha,
20/118-119).
Lakin
onlara Cənnət ağaclarından birinə yaxınlaşmaq qadağan edilmişdi. Onun hansı
ağac olmasını ən yaxşı bilən Allahdır. O, onlara həmin ağaca yaxınlaşmağı
onları sınamaqdan ötrü və yaxud bizə məlum olmayan başqa bir səbəbə görə
qadağan etmişdi. Onlara deyilmişdi ki, əgər Allahın hökmünə itaət etməsələr,
mütləq ədalətsiz günahkarların arasına düşəcəklər. Belə bir xəbərdarlıq
qadağanın qəti olduğunu bildirirdi. İnsanın düşməni bunu bilən kimi, Adəmi və
onun zövcəsini yoldan çıxarmağa başladı. O, onları gözəl vədlərlə tovlayır və nə
qədər ki, aldanmamışdılar, onları
qadağan edilmiş meyvədən dadmağa təhrik edirdi. Fövqəluca Allah buyurur:
“Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək
üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan
etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız. Üstəlik
onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm” – deyə and içdi.
Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər
ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının
yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə
müraciət etdi: “Mən sizə o ağacı
qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”[10].
Adəm
və onun zövcəsi İblisin yalan vədlərinə aldandılar və onun məsləhətinə qulaq
asdılar. O, onları Səadət və bolluq diyarından çıxardıb, ciddi zəhmət və
yorğunluq dünyasına salmağa nail oldu.
ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮﯯ ﯰ
ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼ
ﯽ
(2.36)
“Şeytan isə ağaca yaxınlaşdırmaqla onları aldadıb olduqları yerdən
çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün
müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”.
Adəm
və onun nəsli İblisin və onun törəmələrinin düşmənləri oldular. Yaxşı məlumdur
ki, düşmənlər bir-birilərinə zərər vurmaq üçün əllərindən gələni əsirgəmirlər.
Onlar istənilən yolla bir-birilərinə ziyan vurmağa və ya bir-birini xeyirdən məhrum
etməyə can atırlar. Bütün bunlar o deməkdir ki, Adəmin övladları şeytandan
qorunmalıdırlar. Fövqəluca Allah deyir: “Şübhəsiz ki, Şeytan sizin düşməninizdir,
siz də onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır”[11];
“...Onlar
sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə
dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!”[12]
Sonra
isə Fövqəluca Allah onların endirildiyi yeri xatırlayır. O (yer), onlar üçün
müəyyən olunmuş vaxtadək nemətlərdən məmnun ola biləcəkləri məskənə çevrilir.
Bundan sonra isə, onlar elə bir məkana yollanacaqlar ki, məhz orada yaşamaları
üçün yaradılmışlar və ora da onlara görə xəlq edilmişdir. Yerdəki həyat onların
müvəqqəti məskənidir, o, onların daimi yurdu deyil, Son iqamətgah üçün azuqə tədarük
etməkdən ötrü ancaq bir keçiddir və onlar onu daimi yaşayış yeri kimi abadlaşdırmamalıdırlar.
ﯾ
ﯿ ﰀ ﰁ
ﰂ ﰃ ﰄﰅ ﰆ
ﰇ ﰈ ﰉ
ﰊ
(2.37)
“Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul
etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhimlidir”.
Adəm
Allahın ona təlqin etdiyi tövbənin sözlərini əzbərlədi: Bunlar bu sözlər idi: “...Ey
Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə,
ziyana uğrayanlardan olarıq” – dedilər”[13]. Adəm günahını
etiraf edərək Allahdan bağışlanmasını dilədi və Rəbbi onun tövbəsini qəbul
edib onu əfv etdi.
Allah
günah işlətdikdən sonra peşman olanların və Rəbbinin yoluna qayıdanların tövbəsini
həmişə qəbul edir və bu ilahi sifəti özünü iki formada göstərir. Əvvəlcə Allah
qulunu tövbə etməyə ruhlandırır, sonra isə o, Rəbbinin bütün şərtləri və tələblərini
yerinə yetirdikdə, onun tövbəsini qəbul edir. Allah Mərhəmətli Rəbdir və
Allahın mərhəməti Onun Öz qullarını tövbə etməyə ruhlandırmasında və onların
günahlarını bağışlamasında öz təzahürünü tapır.
ﭑ
ﭒ ﭓ ﭔﭕ ﭖ
ﭗ ﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ
(2.38)
“Biz dedik: “Hamınız oradan yerə
enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim
yol göstərənimin ardınca gedənlərə axirətdə heç bir qorxu yoxdur
və onlar kədərlənməyəcəklər”.
ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪﭫ ﭬ
ﭭ ﭮ ﭯ
(2.39) “Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridir.
Onlar orada əbədi qalacaqlar!”
Fövqəluca
Allah Adəmin və onun zövcəsinin yerə endirilməsini bir daha yada salır ki,
onların yerdə yaşamasını Rəbbin haqq rəhbərliyi ilə əlaqələndirsin.
Ey
insanlar və cinlər! Allahdan sizə həqiqi rəhbərliyin gəldiyi vaxtdan asılı
olmayaraq, Allahın Elçisinin (s.ə.s.) Rəbbinizdən sizi Ona yaxınlaşdırmaq üçün verdiyi
məsləhətdən və Onun etibarını qazanmaq üçün sizə Kitab gətirdiyi vaxtdan asılı
olmayaraq, o rəhbərliyin ardıyca gedin. Kim, Allahın Elçisinə (s.ə.s.) və nazil
edilmiş Kitaba iman gətirərək onun ardıyca gedərsə, kim Peyğəmbərin (s.ə.s.)
verdiyi bütün xəbərlərin və vəhylərin doğruluğunu qəbul edib, Kitabın hökmlərini
yerinə yetirərək, bütün haramlardan çəkinərək onların öyüd-nəsihətlərinə əsaslanarsa,
o heç vaxt qorxu hissi keçirməz və kədərlənməz. Buna bənzər bir ayədə Fövqəluca
Allah buyurur: “... “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin.
Məndən sizə doğru yol göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol
göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim
Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu
kor kimi hüzurumuza gətirdəcəyik” ( Ta ha, 20/123-124).
Fövqəluca
Allah buyurur ki, doğru rəhbərliyin qəbulu insana dörd üstünlük verir. Hər
şeydən əvvəl, o, qorxudan və kədərdən xilas olur. İnsanın başına keçmişdə xoşagəlməz
bir iş gəlmişsə, bu onu qəm-qüssəyə düçar edir, belə bir işin onun başına gələcəkdə
də gələcəyini bildikdə isə, onu qorxu bürüyür. Fövqəluca Allah buyurur ki,
insan düz yolda qorxu və kədərin nə
olduğunu bilmir. Bu isə o deməkdir ki, onu tamamilə başqa duyğular – təhlükəsizlik
və xoşbəxtlik qayğıları əhatə edir. İnsan düz yolla getdikdə həm bu dünya həyatında
və həm də ölümdən sonra təhlükəsizlikdə olur və səadətə qovuşur. O, qorxudan, qəm-qüssədən,
azmaqdan və uğursuzluqlardan xilas olur. O, istədiyi ən əziz arzularına çatır
və hər cür dəhşətli və xoşagəlməz hallardan azad yaşayır.
Əgər
o, doğru rəhbərliyə diqqət yetirmirsə, Allahın ayələrinə iman gətirməkdən boyun
qaçırır və onları inkar edirsə, onu tamamilə başqa müqəddərat gözləyir. Məhz
buna görə, Fövqəluca Allah daha sonra buyuraraq xəbərdar edir ki, Cəhənnəmə atılmışlar
oranı heç vaxt tərk etməyəcəklər. Onlar, bir-birindən ayrıla bilməyən dostlar və
ya barışmaz düşmənlər kimi, ondan ayrılmayacaqlar. Onlar Cəhənnəmi tərk edə
bilməyəcək, əzab-əziyyətləri yüngülləşdirilməyəcək və heç kim onlara yardım
göstərə bilməyəcəkdir.
Bu
və buna bənzər digər ayələrdə Fövqəluca Allah insanları və cinləri xoşbəxt və bədbəxt
olanlara ayırmışdır. Həmin ayələrdə hər iki qrupun və onları belə taleyə məhkum
edən əməllərinin təsviri verilmişdir. Onlardan belə çıxır ki, cinlər də
insanlar kimi dini ayinləri yerinə yetirməyə və haramlardan çəkinməyə
borcludurlar və onlar da mütləq ya mükafat, ya da cəza alacaqlar.
[1] Tövbə, 9/124-125
[2] Hucurat, 49/6
[3] Əsr, 103/1-3
[4] Qəsəs, 28/14
[5] Ta ha, 20/5
[6] Zuxruf, 43/12-13
[7] Mulk, 67/13-14
[8] İsra, 17/61
[9] İblisin
cinlərin əcdadı olması nə Müqəddəs Quranda, nə də Peyğəmbərin (s.ə.s.) Sünnəsində
təsdiq edilməmişdir. Belə ki, Quranda deyilir: “Bir zaman Biz mələklərə: “Adəmə
səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən
idi...” (Kəhf, 18/50). Böyük Britaniyalı islamşünas doktor Əbu Əminə Bilal
Filips özünün rus dilində nəşr olunmuş “Незримый мир” adlı əsərində (Срия:
«Незримый мир». г. Москва: «Зу-ль-Факкар», 2003 г. –с. 85) sitat gətirdiyimiz
ayəyə işarə edərək yazır ki, “Bu ayənin aydın mənasından bəlli olur ki, Şeytan
onlardan (cinlərdən) ancaq biri idi, lakin birincisi deyildi”. İngilisdilli
İslam alimi Ə. B. Filips bu rəyində “Aləm əl-cinn və ş-şəyatin” əsərinə
(səh. 18) mənbə kimi istinad edir. Əbdürrəhman əs-Səədinin rus dilindən tərcümə
etdiyimiz bu əsərinin orijinaldan türk dilinə tərcüməsində də (“Tafsirus-Sadi”,
Quraba nəşriyyatı, 2006, I cild, səh. 76) ifadə eynilə verilmişdir. Amma
İblisin “cinlərin əcdadı” (atası) kimi göstərilməsi, gördüyümüz kimi, mənbələrdə
təsdiqini tapmır. Tərc. Fərahim Süleymanoğlu.
[10] Əraf, 7/20-22
[11] Fatir, 35/6
[12] Kəhf, 18/50
[13] Əraf, 7/23
Комментариев нет:
Отправить комментарий