ﭹ ﭺ
ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ
ﮁ ﮂ ﮃ
(2.157) “Onlara öz Rəbbi tərəfindən təriflər və
mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”.
Səbirli
iman sahibləri öz Rəbbinin tərifinə və Onun böyük nemətinə layiq
oldular ki, onun təzahürlərindən biri də səbirlilikdir. Allah bu gözəl xisləti
Öz mömin qullarına bağışlamışdır ki, onun sayəsində onlar tam mükafat alsınlar.
Belə insanlar doğrudan da düz yolla gedirlər, çünki onlar həqiqəti bilir və işlərində
onu rəhbər tuturlar. Həqiqəti bilmək dedikdə, indiki halda, insanların Allahın
qulları olmasını və hökmən öz Rəbbinə dönəcəklərini dərk etmələri nəzərdə
tutulur, yaxşı əməllər dedikdə isə, burada, Allah xatirinə səbir etmək nəzərdə
tutulur.
Bu ayə onu
göstərir ki, insan lazımınca səbirli olmasa, onda onu tamamilə başqa bir aqibət
gözləyəcəkdir. Allah onu alçaldacaq və cəzalandıracaq və onun qisməti
azğınlıq və itki olacaqdır. Bu iki qrup insanlar arasında fərq necə də
böyükdür! Səbirli qulların çəkdiyi çətinliklər nə qədər az, səbirlilik göstərməyənlərin
əzabı isə necə də böyükdür!
Bu və
bundan əvvəlki ayələr insanları, sınaqlar onların bəxtinə düşməmişdən əvvəl,
onlara hazırlaşmağa çağırır ki, onlardan asanlıqla çıxmaq mümkün olsun. Ayələrdən
aydın olur ki, insan belə sınaqları, səbir göstərərək qarşılamalıdır. Onlardan
o da məlum olur ki, insan özündə səbirliliyi və dözümlülüyü necə tərbiyə etməlidir
və səbirli qullara hansı mükafatlar hazırlanıb və lazımınca səbir etməyənləri
hansı aqibət gözləyir. Bu ayələr həm də onu göstərir ki, Allah hər zaman Öz
qullarını sınaqdan keçirir və Allahın bu qanunu dəyişilməzdir. Ayələrdə
insanları yaxalayan müxtəlif bədbəxtliklər sadalanır.
ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ
(2.158)
“Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim Evi həcc və ya
ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir
günah olmaz. Kim yaxşı bir iş görərsə, bilsin ki, Allah əvəzini Verəndir,
Biləndir”
Fövqəluca
Allah bildirir ki, məşhur əs-Səfa və əl-Mərvə təpələri Allahın müəyyən etdiyi mərasim
nişanələridir və Allahın qulları onların yanında öz Rəbbinə ibadət edirlər.
Buna görə Fövqəluca Allah onlara hörmət etməyi, ehtiram göstərməyi buyurur, axı
Allahın mərasim nişanələrinə ehtiramla yanaşma insanın təqvalılığının
sübutudur.
Bütün
insanlar və cinlər təqvalı olmalıdırlar. Bu isə o deməkdir ki, bu iki təpənin
arasında qaçış həcc və ümrə ziyarətinin vacib hissəsidir. Alimlərin əksəriyyəti
bu rəyi dəstəkləyirlər. Səhih hədislər və Muhəmməd Peyğəmbərin (s.ə.s.) özünün
bu ayini icra etməsi onun lehinə olan sübutdur. O (s.ə.s.) demişdir: “Öz
mərasimlərinizi məndən öyrənin”.
Sonra Fövqəluca
Allah bəzi müsəlmanların yanlış mülahizəsini təkzib edir. Onlar bu iki təpə
arasında qaçış ayinini yerinə yetirməkdən qorxurdular, çünki cahiliyyə dövründə
müşriklər onların yanında öz bütlərinə sitayiş edərdilər. Allah təpələrin
arasında qaçışanların günah işlətmədiklərini ona görə xəbər verir ki, bəzi müsəlmanların
yanlış zənlərini təkzib etsin və ona görə yox ki, bu ayinin vacib olmadığını
qeyd etsin.
Mənası konkret
olan bu ayədən aydın olur ki, həcc və ümrə ziyarəti zamanı əs-Səfa və əl-Mərvə
arasında dövrə vuran adam günah işlətmir, lakin başqa vaxtda bu təpələr
arasında dövrə vurmaq məsləhət görülmür. Təpələr arasındakı qaçışla Kəəbənin ətrafında
dövrə vurmağın fərqi bundadır. Kəəbənin ətrafında nəinki həcc və ümrə zamanı, hətta
başqa vaxtlarda da, müstəqil ibadət mərasimi kimi, dövrə vurmaq olar.
Təpələr
arasında qaçış, Ərəfat vadisində dayanmaq, Müzdəlifədə gecələmək və daş atmaqla
bağlı olan ibadət ayinləri isə Kəəbəni ziyarətin tərkib hissəsidir və bu
ayinlərin başqa şəraitdə yerinə yetirilməsi bidətdir. Bidət iki cürdür: İslam şəriətində
olmayan ibadət ayinini icra etmək və şəriətlə qanuniləşdirilmiş ibadət ayinini
tamamilə başqa bir formada yerinə yetirmək. Sonuncu halda söhbət bidət şəklində
olan yenilikçilikdən gedir.
Daha sonra
Fövqəluca Allah bildirir ki, əgər insan səmimi qəlblə öz Rəbbi xatirinə həcc və
ya ümrə ziyarəti edirsə, Kəəbənin ətrafını dövr edir və ya namaz qılırsa, oruc
tutur və ya digər xeyirxah işlər görürsə, onda bunlar hökmən ona fayda verəcək.
Buradan aydın olur ki, əgər insan Allaha daha yaxşı itaət etməyə başladıqda, o,
daha da kamilləşir və möminliyini daha da artırır və Allahın qarşısında da yüksək
pilləyə qədəm basır. Bu, onun imanının güclənməsi ilə izah olunur.
Fövqəluca
Allah qeyd edir ki, könüllü yerinə yetirilən əməllər xeyirli əməllər olmalıdır.
Əgər insan Allahın və Onun Elçisinin (s.ə.s.) edilməsini buyurmadıqları bidət
yeniliklər həyata keçirirsə, o, özünə heç bir fayda gətirməyən başağrısı
yaradır. Bundan başqa, bu yeniliklərin yaradılmasının İslam şəriətinə zidd
olduğunu bildiyi üçün ona ziyan verə bilər.
Sonra Fövqəluca
Allah Özünün Əvəzverən və Bilən kimi gözəl adlarını xatırlayır. Allahın Yaxşılıqbilən
adı da vardır. Bu adlar onu göstərir ki, Allah Öz qullarından hətta ən kiçicik
xeyirli işləri belə qəbul edir və onların əvəzində böyük mükafatla təltif edir.
O, Onun hökmlərini yerinə yetirməyə cəhd göstərən və Onun iradəsinə itaət etmək
istəyən qullarına kömək göstərir. O, onları mütiliklərinə görə tərifləyir,
onların qəlbini genişlədir və onları nurlandırır və imanla doldurur,
vücudlarına qüvvət və fəallıq verir, onların gözəl keyfiyyətlərini mübarək edərək
artırır və onların əməllərini daha da xeyirxahlaşdırır və sonra da onların əməllərini
Axirət həyatında mükafata təqdim edir. Bu mükafatı onlar öz Rəbbinin dərgahında
tam şəkildə alacaqlar. Allah, möminlərə xeyirxah işlər görməkdə kömək etdiyinə
görə, onların əməllərinin əhəmiyyətini kiçiltmir.
Allahın Öz
qullarına minnətdarlığı həm də özünü onda göstərir ki, əgər kimsə Allah xatirinə
bir şeydən əl çəkirsə, əvəzində Allah ona daha yaxşısını nəsib edir. Əgər insan
Allaha bir qarış yaxınlaşırsa, O, ona bir dirsək yaxın gəlir. Əgər o, Allaha
bir dirsək yaxınlaşırsa, Allah ona üç arşın yaxın gəlir. Əgər o, Allaha doğru
yeriyərək gəlirsə, Allah ona tərəf qaçaraq gəlir. Əgər o, Allah xatirinə zəhmət
çəkirsə, bundan dəfələrlə artıq miqdarda əcr alır.
Allah Yaxşılıqedən
və Hərşeyibilən Rəbb olduğu üçün, kimin niyyətinin, imanının və təqvalılığının
ən mükəmməl əcrə layiq olduğunu bilir və onları başqa qullarından fərqləndirir.
O, qullarının əməlləri haqqında hərtərəfli məlumata malikdir və onların nəzərdən
qaçırılmasına yol vermir. Əksinə, onlardan hər biri, niyyətləri əsasında
toplanmış və Müdrik və Hərşeydənxəbərdar Allaha məlum olan öz əməllərini
tapacaqlar.
ﮠ ﮡ
ﮢ ﮣ ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ
(2.159)
“Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr
vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də
lənət edə bilənlər lənət oxuyurlar!”
ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝ ﯞﯟ ﯠ
ﯡ ﯢ ﯣ
(2.160)
“Yalnız tövbə edənlər, islah edənlər və haqqı bəyan edənlər istisnadır.
Mən onların tövbəsini qəbul edərəm, Rəhimliyəm!”
Bu ayənin,
Muhəmməd Peyğəmbərin (s.ə.s.) gələcəyi və onun keyfiyyətləri haqqında öncədən
verilmiş xəbəri gizlədən Kitab əhli ilə əlaqədar nazil edilməsinə baxmayaraq,
o, Allahın nazil etdiyi və haqqa dəlalət edən aydın əlamətləri gizlədən hər kəsə
aiddir. O, insanlara doğru yol göstərən və saleh möminlərin yolu ilə Cəhənnəm
sakinlərinin yolu arasında fərq qoyan etibarlı rəhbərliyi gizlədənlərin
hamısına aiddir.
Allah
Kitab əhli ilə əhd bağlamışdı ki, onlar Müqəddəs Kitabı Allahın mərhəmət göstərdiyi
qulları olan insanlara izah etsinlər və haqq olan biliyi gizlətməsinlər. Lakin
onların arasında elələri tapıldı ki, bu əhdi unutdular. Onlar nazil olmuş həqiqəti
nəinki gizlətdilər, hətta Allahın qullarını da aldatdılar ki, buna görə Allahın
və bütün məxluqların lənətinə düçar qaldılar.
Allahın lənəti
göstərir ki, onlar Rəbb tərəfindən rədd edilmiş, Ondan uzaqlaşdırılmış və Onun
mərhəmətindən məhrum edilmişlər. Onlar bütün insanların lənətinə layiq
görülmüşlər, çünki onlar insanları azdırmağa, onların dininə zərbə vurmağa və
onları Allahın nemətindən ayırmağa can atırdılar. Onlar törətdikləri cinayətlərə
müvafiq gələn və onlardan çıxılacaq əvəzə layiq görüldülər. Əgər onlar
insanlara xeyir əməllər öyrətsəydilər, onda Allahın, mələklərin və bütün məxluqatın
minnətdarlığını qazanardılar. Hətta balinalar da dənizlərin dərinliklərindən
onlar üçün bağışlanma diləyərdilər, əgər onlar insanlara fayda verməyə, onların
dünyagörüşlərini islah etməyə və onları Allahın mərhəmətinə yaxınlaşdırmağa səy
göstərsəydilər. Bu halda da onların alacaqları əvəz etdikləri əməllərə uyğun
olacaqdı.
Buradan
belə çıxır ki, əgər insan Allahın nazil etdiyi hökmü gizlədirsə, onda Onun
hökmünə qarşı müqavimət göstərir. Axı Allah biliklərini insanlara izah edir, bu
adam isə o biliklərin işığını söndürməyə çalışır və, nəticədə, ən ciddi
xəbərdarlıq almağa layiq olur.
Lakin o,
tövbə edə bilər və bunun üçün o, törətdiklərinə peşman olmalı, bir daha günah
işlətməməli və bir də pis yola qayıtmayacağına niyyət etməlidir. O islah
olunmazsa və yaxşı işlər görməyə başlamazsa, bəd əməllərdən çəkinmək də ona
fayda gətirməz. İnsanlardan haqqı gizlədənlər üçün hətta bu da bəs deyil. O,
insanlardan gizlətdiyini açıb onlara izah etmədikcə, onun tövbəsi kamil olmaz.
Məhz bunu etdikdə, Allah onun tövbəsini qəbul edər, çünki Öz qullarının səmimi
etirafını qəbul etməkdə heç kim Ona mane ola bilməz.
İnsan tövbənin
bütün şərtlərini yerinə yetirdikdə Allah onun günahlarını bağışlayır. Axı O, həmişə
Öz qullarını, onlar bağışlanmalarını diləyəndə, alicənablıqla əfv edir və
onlar cinayətlərdən əl çəkdikdə, onlara, məhrumiyyətlərdən sonra, nemətini əta
edir. Onun gözəl sifətlərindən biri də bütün varlığı saran mərhəmətidir. Allah
Öz mərhəməti sayəsində qullarını tövbə etməyə ruhlandırır, onlar tövbə edib düz
yola qayıdanda isə, Allah Öz mərhəməti ilə
onların tövbəsini qəbul edir və onların halına acıyır və alicənablıq
göstərir. Törətdiyi günahlara tövbə edən hər bir kəsin taleyi belədir!
ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
(2.161) “Kafir olub kafir kimi də ölənlərə
Allahın, mələklərin və bütün insanların lənəti olsun!”
İnsan iman
gətirməkdən boyun qaçıraraq ölənə qədər kafirliyə sitayiş edirsə, törətdiyi
cinayətləri üçün peşmançılıq çəkmir və Rəbbinin
yoluna qayıtmırsa, onda o, Allahın, mələklərin və bütün insanların lənətinə
layiq görülür. Kafirlik belə insanın ayrılmaz keyfiyyətidir və buna görə əbədi
lənət onun üçün labüd qismətə çevrilir. Bu onunla izah olunur ki, istənilən
hökm, səbəbi qalana qədər öz qüvvəsini saxlayır. Səbəb yox olduqda hökm də öz
qüvvəsini itirir.
ﯲ ﯳﯴ ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ
(2.162)
“Onlar bu lənətin içərisində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək
və onlara möhlət verilməyəcəkdir”.
Cəhənnəm əzabkeşlərinin
lənəti və cəzası əbədi olaraq davam edəcək. Onların iztirabı yüngülləşdirilməyəcək
– onların dərdi ağrı-acılı və tükənməz olacaqdır. O vaxt heç kim onlara möhnətdən
möhlət verməyəcək, çünki insanlara möhlət bu dünya həyatında verilir. Lakin
Yerdə həyat bitəcək və onlar öz cinayətlərini doğrulda bilməyəcəklər.
ﯽ ﯾ ﯿﰀ ﰁ
ﰂ ﰃ ﰄ
ﰅ ﰆ ﰇ
(2.163)
“Sizin ilahınız Tək olan İlahdır, Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhimlidir”.
Allah –
Vahid Rəbdir. İlahi mahiyyət, gözəl adlar, kamil sifətlər və ilahi əməllər təkcə
Ona xasdır. Onun nə şəriki, nə Ona bərabər, nə də oxşar olan yoxdur. Kainatda
Onunla yanaşı başqa yaradıcılar və ya hökmdarlar yoxdur. Bu isə o deməkdir ki,
təkcə Allah ilahiləşdirilməyə və ibadətə layiqdir və heç bir məxluq Onun şəriki
ola bilməz.
Onun ilahi
sifətlərindən biri də ən geniş mərhəmətliliyidir ki, onu yaradılmışların mərhəməti
ilə müqayisə etmək olmaz. O, hər şeyi əhatə edir və bütün varlığa şamildir. Məxluqlar
Allahın mərhəməti sayəsində mövcuddurlar. Onun sayəsində onlar əla bəxşişlər əldə
edir və bədbəxtliklərdən xilas olurlar. Allah Özünün mərhəməti sayəsində
qullarına Onun sifətlərini və səxavətliliyini dərk etməyə imkan verir və həmçinin
elçilər göndərir, qullarının ehtiyacı olduğu bütün mənəvi və dünyəvi nemətləri
onlara izah edən Kitablar nazil edir.
İnsan
qulun əldə etdiyi bu nemətlərin Allahın hədiyyəsi olduğunu və məxluqların
bir-birinə müstəqil fayda verə biləcəklərinə qadir olmadıqlarını dərk etdikdə,
anlayır ki, ibadətə, onun bütün forma və təzahürlərində təkcə Allah layiqdir.
Təkcə Allah layiqdir ki, Onu sevsinlər və Ondan qorxsunlar, Ona ümid bəsləsinlər
və təvəkkül etsinlər, Onu ucaltsınlar və Ona ehtiram göstərsinlər və təkcə
Onun xatirinə bütün digər ibadət ayinlərini həyata keçirsinlər. O, həm də başa
düşür ki, ən böyük zalımlıq və ən pis əməl Qulların Rəbbinə ibadət etmək əvəzinə,
qullara ibadət etməsi və ya yerin torpağından yaradılmış məxluqları aləmlərin
Hökmdarı ilə bərabər tutması və yaxud asılı və hərtərəfli ehtiyac içində olan
varlıqları Əzəmətli və Qüdrətli Yaradana, bütün varlıqların tabe və müti olduğu
Hakimə şərik qoşmasıdır.
Bu ayə
Yaradanın vahidliyinə dəlalət edir, tövhidin gerçəkliyini təsdiq edir və məxluqların
ilahilik keyfiyyətlərini inkar edir. Ondan belə nəticə çıxır ki, bunun xeyrinə ən
mühüm sübut – Allahın mərhəmətinin nəticələri kimi hər cür nemətlərin bolluğu və
hər cür bəlalardan xilas olmanın mövcudluğudur. Bütün bunlar – Rəbbimiz Allahın
vahidliyinin ümumi dəlilidir. Bu sübutlar təfərrüatı ilə növbəti ayədə şərh
edilir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
(2.164)
“Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz
olunmasında, insanlara fayda verən şeylərlə dənizdə üzən gəmilərdə, Allahın
göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, bütün heyvanatı
yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer
arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır”.
Fövqəluca
Allah buyurur ki, göylər və yer – Allahın dəlilləridir. Bu nəhəng məxluqlar
Xaliqin vəhdətinin, Onun ilahiliyinin, hüdudsuz hakimiyyətinin, mərhəmətinin və
digər ilahi sifətlərinin şahididir. Lakin bu dəlillərdən faydalanmaq ancaq dərrakəli
insanlara nəsib olur və onlar öz təfəkkürünü düzgün istiqamətdə istifadə edirlər.
Allah insana nə qədər çox ağıl verirsə, o da bu dəlillərdən bir o qədər çox
faydalanır və onların üzərində daha çox düşünür.
O, yüksək
səma qübbəsi, onun ölçüləri, kamilliyi və qüsursuzluğu üzərində düşünür. O,
qulların xeyri üçün öz yerlərində dayanan Günəşə, Aya, ulduzlara və digər göy
cisimlərinə diqqətlə baxır. O, yerin, çoxsaylı nemətlərindən istifadə etməklə,
insanların rahat yaşaması üçün yataq olması üzərində fikirləşir. Bu dəlillər təsdiq
edir ki, Fövqəluca Allah məxluqları Özü yaradır və Özü də onları idarə edir.
Onlar Allahın Kainatı yaratdığı ilahi qüdrətinə, ona gözəl və kamil görkəm
verdiyi və onda misilsiz nizam yaratdığı ilahi müdrikliyinə və habelə Allahın
qullarına onların yaşaması üçün faydalı olan və onların ehtiyac duyduqları nə
varsa verdiyi elminə və mərhəmətinə dəlalət edir. Bütün bunlar – təklikdə məxluqları
yaradan, Öz qullarının işlərini idarə edən və onların ibadətinə layiq olan Allahın
kamilliyinin inandırıcı sübutlarıdır.
Yeni bir dəlil
də gecə və gündüzün daima bir-birini əvəz etməsidir. Onlardan biri həmişə digərini
dəyişməyə gəlir və özü ilə soyuğu, istiliyi və ya mülayim havanı gətirir. Onlar
bir-birini əvəz edir və müddət baxımından, dövri olaraq gah uzanır, gah
qısalır. Bunun sayəsində ilin fəsilləri meydana gəlir ki, Adəmin nəsillərinin, heyvanların,
ağacların, bitkilərin həyatını və yer üzündə olan nə varsa hamısını nizamlayır.
Bütün bunlar ecazkar bir dəqiqliklə və insanların ağlını heyrətə salan xarüqəladə
qanunların təsiri altında baş verir ki, bunları hərtərəfli anlamaq hətta ən
ağıllı insanlara belə müyəssər olmur. Bu isə, Kainatı təkbaşına Dolandıran İdarəçinin
qüdrətinə, elminə, müdrikliyinə, hüdudsuz rəhminə, hərşeyiəhatəedən mərhəmətinə
və mütləq hakimiyyətinə sübutdur. Onun qüdrəti və həmçinin Onun hakimiyyətinin
və mülkünün əzəməti insanı Ona ibadət etməyə və Onu ilahiləşdirməyə, sevməyə və
ucaltmağa, Ondan qorxmağa və Ona ümid bağlamağa, habelə Onun iltifatını qazanmaq
üçün can atmağa və Onun məhəbbətinə layiq olmağa, ibadəti təkcə Ona həsr etməyə
məcbur edir.
Digər bir
dəlil suda üzən gəmilərdir. Allah Öz qullarını üzən vasitələr düzəltməyə
ruhlandıraraq, onlara müvafiq qabiliyyət və zəruri olan şeylər vermişdir. Allah
su mühitini və küləkləri insanlara ram etdi ki, onlar gəmiləri ilə mülklərini və
mallarını daşıya bilsinlər və bununla ehtiyaclarını təmin edərək və həyat tərzini
qaydaya salaraq, insanlara böyük fayda verə bilsinlər.
İnsanları
gəmilərin hazırlanmasına ruhlandıran, onlara müvafiq qabiliyyət bəxş edən və gəmiləri
düzəltmək üçün onları zəruri olan ləvazimatlarla təmin edən kimdir? Dənizi və
küləkləri kim onlara ram etdi və gəmilərə dənizlərdə və okeanlarda üzməyə imkan
verən kimdir? İnsanları onların malları ilə quruda və suda aparan nəqliyyat
vasitələrinin odunu və yanacağını yaradan kimdir?
Bu nemətlər
tək bir Yaradanın fəaliyyətinin nəticəsi deyilmi?! Məgər zəif və köməksiz,
anasının bətnindən dünyaya gələndə bilik və qabiliyyətlərə malik olmayan insan
ancaq sonra öz Rəbbinin mərhəməti sayəsində bütün bunları müstəqil əldə
etmirmi?! Ya da bu, bütün varlıq üzərində hökmran olan, heç bir maneə bilməyən,
böyüklüyü və qüdrəti qarşısında bütün məxluqların mütiləşdiyi, itaət etdiyi
Müdrik və Hərşeyibilən Rəbbin sayəsində baş vermirmi?!
Aciz qul ən
yaxşı halda, Allahın əzəmətli niyyətini həyata keçirmək üçün yaratdığı səbəblərdən
biri ola bilər. Bu Onun məxluqlara göstərdiyi mərhəmətinin və qayğısının
sübutudur və bu, qulları Allahı səmimi qəlblə sevməyə və təkcə Ondan qorxmağa,
Ona təvəkkül etməyə, bütün işlərdə Ona itaət etməyə, Onun qarşısında əyilməyə və
Ona ehtiram bəsləməyə vadar edir.
Yenə bir dəlil,
Allahın buludlardan yağdırdığı yağışdır. Yağış suyunun sayəsində cürbəcür
ağaclar, otlar və digər bitkilər yaranır ki, onlarsız başqa məxluqların
mövcudluğu mümkün olmazdı. Məgər bu – yağış nazil etməsi və bitkilər becərməsi
Allahın qüdrətinin dəlili deyilmi?! Məgər bu – Onun Qullarına qarşı bəslədiyi mərhəmətin
və Rəhimliliyin dəlili, Onun onlara qayğıkeş münasibətinin və onların öz
Yaradıcısına hərtərəfli ehtiyacı olmasının sübutu deyilmi?! Məgər bu, Allahın
ölüləri diriltmək və onlara etdikləri əməllərə görə əvəzini vermək hakimiyyəti
olmasını təsdiq etmirmi?!
Allah yer üzündə hər növ canlı məxluqlar yerləşdirmişdir
və təkcə elə bu Onun qüdrətinin və böyüklüyünün, Onun vahidliyinin və mütləq
hakimiyyətinin sübutudur. O, yerdə olan bütün heyvanları insanlara tabe
etmişdir ki, onları öz məqsədləri üçün istifadə etsinlər. Onlar heyvanların ətini
yeyir, onlardan süd sağır, minik kimi və yaxud mühafizə üçün və digər məqsədlərdən
ötrü istifadə edir və onların təyinatı üzərində düşünür və bundan
faydalı nəticələr çıxarırlar. Allah bu heyvanları bütün yer üzündə yerləşdirmişdir
və O, təkbaşına onları yemləmək barəsində qayğı çəkir və buna görə Fövqəluca
Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin.
Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də
bilir...” (Hud, 11/6).
Küləklərin
dəyişməsi də bir dəlildir. Onlar soyuq və isti, cənub və şimal, şərq və qərb
küləkləri adlanır və habelə dünyanın dörd tərəfinin arasındakı başqa istiqamətlərdə
əsirlər. Onlar buludları qovur və onları bir yerə toplayır, onları su ilə
qidalandıraraq sıxır, onları parça-parça edir və mümkün ola biləcək mənfi nəticələrinin
qarşısını alırlar. Bəzən onlar Allahın mərhəmətini daşıyır, bəzən də cəzasını gətirir.
Kim onları
bu qaydada idarə edir və başqa məxluqlara xeyir verməyə məcbur edir, çünki bu
xeyir olmadan sonuncuların yaşaması sadəcə mümkün olmazdı?! Kim onları
heyvanların xeyrinə xidmət göstərməyə, canlı məxluqlara və ağaclara, taxıllara
və başqa bitkilərə fayda verməyə məcbur edir? O – Qüdrətli, Müdrik, Rəhimli və
Bəsirətli Allahdır. Təkcə O, qullarının Onun qarşısında əyilməsinə, Ona itaət
etmələrinə, Onu sevmələrinə, Ona müraciət və ibadət etmələrinə layiqdir!
Yüngül və
şəffaf buludlar göy və yer arasında üzərək çoxlu su daşıyırlar və Allah Öz istəyi
ilə onların vasitəsilə dərələri-təpələri sulayır. O, suyu insanlara ehtiyacları
olduqda nazil edir, bəzən yağışların bolluğu məxluqlara zərər vura bilər, belə
hallarda Allah onların qarşısını alır. O, yağışı, Öz Rəhminə əsaslanaraq və
qulları haqqında həqiqi qayğı göstərərək nazil edir. Onun hakimiyyəti necə də
hüdudsuz və xeyirxahlığı necə də böyükdür!!
Məgər
Allahın nemətləri hesabına həzz alan, Onun mərhəməti sayəsində yaşayan və bəxş
etdiyi səxavətini günah törətmək üçün istifadə edən qullarının davranışı
Allahın qəzəbinə səbəb olan yaramazlıq deyilmi? Allahın belə məxluqlara
münasibəti Onun dözümlü, səbirli, hər şeyi bağışlayan, güzəştə gedən olmasına və
hüdudsuz xeyirxahlığına dəlil deyilmi? Hər şeydən əvvəl və hər şeyin sonunda
Allaha həmd olsun! Gizli və aşkar edilən bütün həmdsənalar yalnız Onadır!
Bütün
deyilənlərdən aydın olur ki, əgər ağıllı bir adam bu yaradılmışlar haqqında
düşünərsə, onda o, bu qəribə məxluqlara hörmətlə yanaşarsa, onların incəliklərinə
və dünyanın yaradılması hikmətinə diqqətlə nəzər salarsa, ona bəlli olar ki,
Kainat haqq xatirinə və haqqın vasitəsilə xəlq edilmişdir. O anlayar ki, Kainat
özlüyündə, tövhidin gerçəkliyini, Allahın Özü haqqında buyurduqlarını və
Allahın elçilərinin Qiyamət günü haqqında xəbər verdiklərini sübut edən dəlillər
kitabıdır. O həm də dərk edir ki, yaradılmışlar müstəqil hakimiyyətə malik
olmadıqları üçün öz Rəbbindən asılıdırlar və onlar öz Hökmdarının müəyyən
etdiyi qədərinə müqavimət göstərmək iqtidarında deyillər. Göy və yer aləmləri
bütövlükdə və tamamilə Ona möhtacdır, halbuki O, Öz məxluqlarına qətiyyən
ehtiyac duymur. Həqiqətən, Allahdan başqa heç bir ilah və rəbb yoxdur!
ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇﮈ ﮉ
ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ
(2.165)
“İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur,
onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan
sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və
qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər”.
Gör bu ayə,
Fövqəluca Allahın tövhid haqqında xəbər verdiyi, biliyin kamil imana çevrilməsi
üçün kifayət edən və qətiyyən şübhə və inamsızlıqla bir araya sığmayan
inandırıcı və təkzibolunmaz dəlillərin olduğu əvvəlki ayə ilə necə də gözəl tərzdə
əlaqələndirilmişdir! Bu ayədə Allah bildirir ki, bu məsələdə tam aydınlıq
olmasına baxmayaraq, insanlar arasında elələri də var ki, Yaradanın
yaratdıqlarını Ona bənzədir, onlara ibadət edir, həqiqi məhəbbət bəsləyir,
böyük ehtiram göstərir və onların qarşısında mütilik göstərir.
Əgər
insan, ona tövhidin gerçəkliyinin təkzibolunmaz dəlilləri sübut edildikdən
sonra da yanlış rəftarında davam edirsə, onda o, ya inadkarcasına Allaha
müqavimət göstərir, ya da Rəbbin dəlilləri və müxtəlif məxluqatı üzərində
düşünməkdən boyun qaçırır. Belə insan öz əməlini heç vəchlə doğrulda bilməz.
Bundan başqa, o, ən ağır cəzaya layiqdir.
Bu ayədə Allaha
yaradılışda, ruzi nazil edilməsində və Kainatın idarə edilməsində şərik
qoşmayan adamlardan bəhs edilir. Lakin onlar Ona ibadətdə şərik qoşurlar – özü
də onlar məxluqlara ona görə sitayiş edirlər ki, onları Allaha
yaxınlaşdırsınlar. Lakin onların bütləri Allaha şərik və ya bərabər deyillər, məhz
buna görə Quran ayəsi açıqlayır ki, onlar özləri o bütləri Allaha şərik
qoşurlar. Onlar öz bütlərini ilah adlandırırlar, halbuki bu adlar tamamilə əsassızdır
və hər hansı mənadan məhrumdur. Bu barədə Fövqəluca Allah buyurur: “Hər kəsin
qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi?
Müşriklər isə Allaha şəriklər qoşurlar. De: “Onlara ad verin! Yoxsa siz Ona
yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu,
kafirlərə öz hiylələri gözəl göstərildi və onlar yoldan çıxarıldılar. Allah
kimi azdırsa, onu doğru yola yönəldən olmaz”( Rəd, 13/33).
Yusuf peyğəmbər (ə.) isə
demişdir: “Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa
Tək olan, hər şeyə Qalib gələn Allah? Ondan başqa ibadət etdikləriniz
sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah
onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O, əmr
etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanlardan
çoxu bunu bilmir” (Yusuf,
12/39-40).
Məxluq
Allahla müqayisə edilə bilməz, çünki Allah Yaradandır, qalan bütün varlıqlar isə
xəlq edilmişlərdir. Rəbbimiz Allah Ruziverən olduğu halda, yerdə qalanlar ruziyə
möhtac olanlardır. Allah zəngindir və heç nəyə ehtiyacı yoxdur, halbuki bütün məxluqlar
kasıbdır və köməksizdirlər. O, hərtərəfli kamilliyə malikdir, lakin qullarının
bütün keyfiyyətlərində müəyyən nöqsanlar var. O, Təkbaşına xeyir verə və ya zərər
vura bilər, halbuki yerdə qalan bütün məxluqlar fayda verməyə, zərər vurmağa və
ya öz taleyinə sərəncam çəkməyə qətiyyən qabil deyillər.
Bu bizi əmin
edir ki, Allaha şərik qoşanların və ya Ona, istər mələkləri, peyğəmbərləri
möminləri, bütləri və ya istərsə digər məxluqları bərabər tutanların etiqadları
yanlışdır.
Bax buna
görə, Allah Onu, müşriklərin öz bütlərini sevdiyindən, daha çox və güclü sevən
möminləri tərifləyir. Möminlərin Allaha bəslədikləri məhəbbət daha səmimi
olduğu halda, müşriklər öz bütlərini ancaq Allaha şərik qoşurlar. Digər tərəfdən,
möminlər Rəbbi ona görə sevirlər ki, O, həqiqətən, səmimi məhəbbətə layiqdir və
Ona bəslənən məhəbbət möminliyin dəlili və xoşbəxtliyin, uğurun rəhnidir,
halbuki müşriklər məhəbbətə qətiyyən layiq olmayan və qul üçün ən böyük bədbəxtliyin
və fəlakətin rəhni olan bütləri sevirlər.
Məhz buna
görə Allah, məxluqları Ona bərabər tutan, qulların Rəbbinin əvəzinə bütlərə səcdə
edən, qulların özünə ədalətsiz yanaşan, onları düz yoldan ayıran, onlara zərər
vuran zalımları Qiyamət günü öz gözləri ilə görəcəkləri cəzadan qətiyyətlə xəbərdar
edir.
Həmin gün
onlara yalançı ilahların gücsüzlüyü və köməksizliyi açıq-aşkar məlum olacaqdır.
Əslində, onların zənn etdiyi həqiqət qətiyyən dünya həyatında göründüyü kimi
olmayacaq. Onlar güman edirdilər ki, bütlər və uydurulmuş tanrıçalar insanları
Allaha yaxınlaşdırmağı bacarırlar, lakin onların zənni özünü doğrultmayacaq və
səyləri – bəhrəsiz olacaqdır. Onları cəzaya məhkum edəcəklər, tanrıçaları
onları əzabdan xilas edə və hətta onlara zərrə qədər fayda verə bilməyəcəklər.
Bundan başqa, onların ümidlərini bağladıqları tanrıçalar onlara ancaq zərər verəcəklər.
ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ
(2.166) “O zaman, itaət edilənlər itaət edənlərdən
uzaqlaşacaq, əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir”
Qiyamət
günü başladıqda, kafirlərin başçıları onların ardıyca gələnlərdən üz döndərəcəklər
və onların yerdə yaşadıqları zaman aralarında mövcud olan əlaqələri oradaca kəsiləcəkdir.
Bu əlaqələr Allah xatirinə və Allahın hökmünə uyğun olaraq qurulmamışdı. Onlar
təməlsiz yalana əsaslanırdı və buna görə də kafirlərin bütün əməlləri yox və
puç olacaqdır. Onlar başa düşəcəklər ki, yalan danışırmışlar və dərk edəcəklər
ki, faydasını və nəticələrini yaxşı güddükləri əməlləri onlara ancaq təəssüf və
peşmançılıq gətirmişdir. Onlar anlayacaqlar ki, onları, heç vaxt çıxa bilməyəcəkləri
Cəhənnəmin əbədi sakinləri olmaq gözləyir. Məgər bundan da dəhşətli itki ola
bilərmi?
Bu ona görə
baş verəcək ki, müşriklər yalanın ardıyca getmişdilər və ümid edilməsi lazım
olmayan bir şeyə ümidlərini bağlamışdılar və güman edilməsi mümkün olmayan bir
şeyə güman etmişdilər. Onların özülü əzəldən korlanmışdı və buna görə də
onların bütün əməllərinin korlanmış və faydasız olduğu üzə çıxacaqdır. Onlar
artıq buna əmin olduqda, onları hədsiz kədər hissi bürüyəcəkdir. Ümidləri
darmadağın olacaq, onların öz əməlləri özlərinə dəhşətli zərbə endirəcək.
Onların taleyi, özlərinin Haqq Hökmdarına təvəkkül etmiş, Onun xatirinə səmimi
qəlblə xeyirxah işlər görmüş və onların ona fayda verəcəyinə bel bağlamış
insanların taleyinə qətiyyən bənzəməyəcək. O möminlər haqqı haqq kimi qəbul
etmiş, həqiqi xeyirli əməllər etmiş və haqqa sığınmışdılar. Onlar saleh əməllərinin
bəhrəsini dadacaq və Allahın dərgahında saysız-hesabsız mükafatlarını
tapacaqlar.
Fövqəluca Allah buyurur: “Kafirlərin
və insanları Allahın yolundan sapdıranların əməllərini Allah puça
çıxarmışdır. İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət
kimi Muhəmmədə nazil edilənə inananların isə Allah günahlarından keçmiş
və onların vəziyyətini yaxşılaşdırmışdır. Bu ona görədir ki, kafirlər batilə
uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. Beləcə,
Allah insanlara onlara aid misallar çəkir” (Muhəmməd, 47/1-3).
ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ
(2.167)
“Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi
onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə,
Allah onlara öz əməllərini peşmançılıq mənbəyi kimi göstərəcək və onlar Oddan çıxa
bilməyəcəklər”.
Öz
başçılarının ardıyca gedən kafirlər dünya həyatına qayıtmaq və ardıyca getdikləri
başçılarından üz döndərmək istəyərlər. Onlar müşriklikdən əl çəkərək, təkcə
Allaha səmimi qəlblə qulluq etmək istəyərlər. Lakin onlar artıq heç nəyə nail
ola bilməzlər, çünki insanlara verilmiş möhlətin vaxtı bitmişdir. Bundan başqa,
onların sözləri və vədləri yalan olacaqdır, axı əgər onları yer aləminə
qaytarsaydılar, onlar yenə də qadağan olunmuş əməllər törədəcəkdilər. Onlar öz əsassız
bəyanatlarını üz döndərəcəkləri kafir başçılarına bəslədikləri amansız nifrət
üzündən belə söyləyirlər. Bu cinayətkar təbliğatçıların günahı ən ağır olacaq və
İblis onlara başçılıq edəcəkdir. Fövqəluca Allah buyurur: “İş bitdikdə
şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd
vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir
hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi
qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə
çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər
də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən,
zalımlar üçün üzücü bir əzab hazırlanmışdır” (İbrahim, 14/22).
ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ
(2.168)
“Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri
ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir!”
Bu müraciət
bütün insanlara – həm möminlərə və həm də kafirlərə ünvanlanmışdır. Allah
insanlara mərhəmət göstərərək onlara hər növ taxılı, meyvələri və müxtəlif
heyvanların ətini ərzaq kimi istifadə etməyə icazə vermişdir. İcazə verilmiş
qaydada əldə edildiyi halda, yəni qəsb edilmədikdə, oğurlanmadıqda, şəriətin
pozulmasına gətirən qanunsuz üsulla və yolla mənimsənilmədikdə, Allah onları,
halal elan etmişdir. Allah qidalanmaq üçün təkcə təmiz nemətləri yeməyə icazə
vermiş və ölmüş heyvan ətini, qanı, donuz ətini və sair iyrənc şeyləri yeməyi
haram etmişdir.
Bu ayə onu
göstərir ki, yerdə olan bütün nemətlərin qida məhsulu kimi tətbiq olunmasına və
ya istifadə edilməsinə, onun əksi sübuta yetirilincəyədək icazə verilir.
Qadağan olunmuş şeylərə gəlincəyədək, onlar iki qrupa ayrılır. Onların bir hissəsi
özü özlüyündə qadağan edilmişdir. Bunlara yararsız şeylərə, yəni, təmiz nemətlərin
birbaşa əksi olanlara aiddir. Digərləri isə dolayısı səbəblərə görə qadağan
edilir, çünki onların istifadə edilməsi insanın Allah qarşısında vəzifələrini
pozmasını və ya digər məxluqların hüquqlarını tapdalamasını nəzərdə tutur. Bu,
icazə verilmişlərə əks olan nə varsa, hamısına aiddir.
Bu ayədən
həm də görünür ki, orqanizmin normal fəaliyyəti üçün zəruri olan miqdarda qida
qəbul olunması vacibdir və əgər insan bundan imtina edirsə, o, Allahın
açıq-aydın hökmünü pozur.
Şərh
etdiyimiz hökm qullardan ötrü əsil nemət olduğu üçün, Fövqəluca Allah şeytanın
izi ilə getməyi, yəni, onun əmrlərini yerinə yetirməyi, Allaha itaətsizlik göstərməyi,
kafirlik etməyi, cinayət törətməyi və ədalətsizlik etməyi qadağan etmişdir. Bu
qadağaya, bəzi heyvanların müqəddəs elan edilməsi və haram edilmiş ərzaq məhsullarının
qəbulu da aiddir.
Şeytan
insanlara öz düşmənçilik münasibətini gizlətmir. O, onları azdırmaq üçün onlara
pisliklər etməyi əmr edir. O, istəyir ki, insanlar od püskürən Cəhənnəmin
sakinləri olsunlar.
Haqq Rəbbimiz
insanlara şeytanın izi ilə getməyi qadağan etməklə işini bitmiş hesab etmir, o
həm də şeytanın insanlara bəslədiyi amansız nifrəti haqqında xəbər verir ki, bu
da onları bu düşməndən qorunmağa məcbur edir. Bundan başqa, Allah izah edir ki,
dinin icazə verdiyi nemətlər, dinin qadağan etdiklərindən qat-qat üstündür, çünki
o, ancaq zərərli və yaramaz şeyləri qadağan edir. Fövqəluca Allah buyurur:
ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
ﯾ ﯿ ﰀ
ﰁ ﰂ ﰃ
ﰄ
(2.169)
“O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi
əmr edir”.
Pis dedikdə,
istənilən günah və xətalar nəzərdə tutulur, çünki onlar onu icra edənə ziyan
vurur, iyrənc işlərin xatırlanması isə bu halda xüsusinin ümumiyə qoşulmasının
nümunəsidir. İyrənc işlər həmçinin günahdır, lakin hər bir ağıllı adam onları
çirkin hesab edir. Belə günahlara zinakarlıq, spirtli içkilərin qəbulu,
qatillik, böhtan, acgözlük və bir çox başqa şeylər daxildir.
Allaha
qarşı bilmədiyi sözü danışmaq, böhtan söyləmək dedikdə, Allahın qanunları və Rəbbin
qədəri haqqında istənilən əsassız mülahizələrin yürüdülməsi nəzərdə tutulur.
Əgər insan Allahı, O Özünü təsvir etdiyi kimi və Peyğəmbərin (s.ə.s.) Onu təsvir
etdiyi kimi, təsvir etmirsə, əgər o, Allahın Özünü səciyyələndirdiyi və ya Peyğəmbərin
(s.ə.s.) Onu səciyyələndirdiyi sifətlərini inkar edirsə, onda o, Allaha qarşı
bilmədiyi şeyləri söyləyir. Əgər o, güman edirsə ki, Allahla yanaşı digər
tanrılar da var və onlar onu Allaha yaxınlaşdırmaq qabiliyyətinə malikdirlər,
onda o, bilmədiyi şeyi deyir, Allaha böhtan atır. Əgər o, Allahın hökmləri və qadağanları haqqında inandırıcı olmayan əsaslarla
danışırsa, onda o, Allah haqqında bilmədiyi şeyləri deyir. Əgər o, iddia edirsə
ki, Allah bəzi məxluqlarını müəyyən məqsədlər üçün yaratmışdır və bu zaman öz
sözlərini inkarolunmaz dəlillərlə sübuta yetirmirsə, onda o, yenə də Allaha
qarşı bilmədiyi şeyi söyləyir.
Allaha
böhtan deməkdən dəhşətli nə ola bilər? Allahın buyurduqlarının və Onun
Elçisinin (s.ə.s.) kəlamlarının həqiqi mənasını təhrif etməkdən təhlükəli nə
ola bilər? Axı yolunu azmışların çoxu məhz belə rəftar edir, Quran ayələrinin mənasını
təhrif edir və sonra da iddia edirlər ki, bu mənanı Öz ayəsinə verən Allahdır.
Allahın
adından verilən əsassız bəyanatlar ən ağır günahlardandır. Onlar öz ardıyca digər
cinayətləri çəkib gətirir və bu da, şeytanın əlbir olduğu dostları ilə
insanları dəvət etdiyi yoldur. Onlar fitnəkarlıqlar törədir, insanları aldadır
və onları azdırmaq üçün hər cür imkanlardan istifadə edirlər. Amma bu zaman Fövqəluca
Allah insanlara ədalətliliyə riayət etməyi, yaxşılıq etməyi və qohumlara köməklik
göstərməyi əmr edir və onlara yaramaz və qınanılan əməllər törətməyi,
özbaşınalıq etməyi qadağan edir. Qoy hər bir qul hansı çağırışın ardıyca getmək
və kimin tərəfində olmaq üzərində düşünsün!
O, ona
xeyirxahlıq arzulayan, onu həm bu dünyada və həm də ölümündən sonra xoşbəxtliyə
nail olmasına dəvət edən Allahın çağırışına qoşula bilər. Allaha itaət uğur
qazanmanın rəhnidir, Ona xidmət etmək insana çox böyük fayda gətirir. O Öz
qullarını bütün görülən və görülməyən nemətləri ilə təmin edir, ancaq xeyirli
işlər görmək hökmü verərək, təkcə cinayətkarlığı qadağan edir. Amma insan, bəşəriyyətin
düşməni olan şeytanın çağırışının ardıyca da gedə bilər, o şeytanın ki,
insanlara daima pislik etmək niyyətindədir, insanın bu dünyadakı və Axirətdəki
həyatını məhv etmək üçün əlindən gələni edir. Ona itaət etmək mütləq bədbəxtçiliklə,
onunla dostluq isə qəti zərərlə nəticələnəcəkdir. O, ancaq günah işlər görməyi
və saleh əməllərdən uzaqlaşmağı əmr edir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞﭟ ﭠ
ﭡ ﭢ ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
(2.170)
“Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz
atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey
anlamayıb doğru yola yönəlməyiblərsə necə?”
Bu ayədə Fövqəluca
Allah müşriklərə, Öz Elçisinə (s.ə.s.) nazil etdiyi əhdlərə itaət etmələri
hökmünü verdikdə, onların özlərini necə aparmaları barədə xəbər verir. Onlar Rəbbin
iradəsinə tabe olmağı rədd edir və bildirirlər ki, öz ata-babalarının getdiyi
yolla gedəcəklər. Onlar əcdadlarını kor-koranə təqlid etməklə qane olaraq,
Allahın peyğəmbərlərinə iman gətirmək istəmirlər, halbuki onların ata-babaları
cahil və yollarını azmış insanlardı. Onlar şübhəli və cəfəng sübutların əsasında
həqiqəti rədd edirlər ki, bu da onların ondan üz döndərməsini və onu dərk etmək
istəmədiklərini təsdiq edir. Bu həm də onların ədalətsizliyinə sübutdur, çünki
əgər onlar doğru yola gəlmək istəsəydilər və xeyirxah niyyətdə olsaydılar, məqsədləri
həqiqəti araşdırmaq olardı. Həqiqəti axtarış zamanı müxtəlif müddəaları və nəzər
nöqtələrini müqayisə edən hər bir insan haqqı mütləq aşkar edər və əgər o, ədalətli
və qərəzsizdirsə, hökmən ona tabe olar.
ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
(2.171)
“Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları haylayanın
məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, anlamazlar”.
Elçilərə
nazil edilmiş əhdləri yerinə yetirməkdən boyun qaçıran, öz at-babalarını
kor-koranə təqlid etmək xatirinə onları rədd edən, haqqı anlamaq və ona itaət
etmək istəməyən və inadkarlıqla küfrə sitayiş edən kafirlərin halını izah
etdikdən sonra, Fövqəluca Allah bildirir ki, onlar, çobanın üstlərinə
qışqırıb-bağırmasına baxmayaraq onun sözlərini başa düşməyən mal-qaraya bənzərlər.
Dəvətçilər kafirləri haqq dinə çağırdıqda onlar özlərini məhz belə aparırlar.
Onlar
çağırışı eşidirlər və bu, onları özlərinin bilməməzliyi ilə bəraət qazanmaq
imkanından məhrum edir. Lakin onlar o dərəcədə anlamaq qabiliyyətində deyillər
ki, bundan faydalana bilsinlər. Onlar kardırlar, çünki həqiqəti başa düşmək və
onu qəbul etmək üçün zəruri eşitmə qabiliyyətinə malik deyillər. Onlar
kordurlar, çünki ətrafda baş verənlər üzərində düşünmək üçün yaxşı görməyə
qabil deyillər. Onlar laldırlar, çünki onlara fayda verə bilən şey haqqında
danışa bilmirlər. Bunun səbəbi ondadır ki, onlar ağıllı düşünmək qabiliyyətindən
məhrumdurlar və ən axmaq və ən nadan məxluqlardandırlar.
Bir
anlığa, doğru yola gəlməyə çağırılan, əxlaqsızlığının qabağı alınan, cəza
alacağından xəbərdar edilən, ona xoşbəxtlik, uğur və əmin-amanlıq gətirə bilən əməllər
etməyə dəvət edilən, amma bu xeyirxah məsləhətlərə məhəl qoymayan, Allahın
hökmlərindən vaz keçən, şüurlu surətdə özünü Cəhənnəm oduna atan, yalan ardıyca
düşən və həqiqəti bir kənara atan adamı təsəvvür edin. Məgər ağıllı bir insan
bu axmağın ağıldan məhrum olmasına şübhə edərmi? Əgər bununla yanaşı o hələ bir
fitnəkarlıqlar da edirsə, ətrafdakıları aldadır, onlara kələk gəlirsə, onda o, ən
böyük axmaqlardan biridir.
ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
(2.172)
“Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər
Allaha ibadət edirsinizsə, Ona şükür edin!”
Ancaq
möminlərə ünvanlanan bu hökm geniş mənalı ümumi hökmdən sonra nazil
edilmişdir, çünki məhz möminlər Allahın hökmlərindən və qadağanlarından
faydalanırlar və bunun səbəbi – onların imanıdır. Allah onlara buyurmuşdur ki,
Rəbbin Öz məxluqlarına əta etdiyi təmiz nemətləri yesinlər və bu nemətlərdən
Ona ibadət etmək və Ona yaxınlaşmaq xatirinə istifadə edərək, göstərdiyi mərhəmətinə
görə Ona həmd etsinlər.
Allah
oxşar hökmlə Öz elçilərinə də müraciət edərək buyurur: “Ey elçilər! Halal
nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi
bilirəm!”[1]. Bu ayədə yaxşı əməllərin
yerinə yetirilməsi vasitəsilə minnətdarlığın bildirilməsi əmr edilmişdir.
Bundan başqa, ayədə nemətlər pak adlandırılmamışdır, çünki Allahın möminlərə
istifadə etməyə icazə verdiyi nemətlər özlüyündə pis nəticələrə səbəb olmur və
onların imanı isə onları hər hansı haram şeyi istifadə etməkdən çəkindirir.
Şərh
olunan ayədə xüsusilə qeyd olunur ki, insan Allaha minnətdar olmadıqda, o, tək
Ona ibadət etmir; əgər o, Allaha layiqincə minnətdarlığını bildirirsə, onda
hökmən təkcə Ona ibadət etməli və Onun hökmlərini yerinə yetirməlidir. Buradan
həm də belə çıxır ki, yemək üçün təmiz və icazə verilmiş ərzağın istifadə edilməsi
saleh əməllərin yerinə yetirilməsinə və onların Allah tərəfindən qəbul
olunmasına kömək edir. Allahın mərhəməti və səxavətini yada saldıqdan sonra
Allaha minnətdarlıq etmək barədə xatırlatmaya gəldikdə isə, buradan belə nəticə
çıxır ki, Allaha minnətdarlıq etmək mövcud nemətləri qoruyub saxlamağa və hətta
onları çoxaltmağa kömək edir, kafirlik və naşükürlük isə insanı ona bəxş
edilmiş nemətlərdən məhrum edir və ona yeni nemətlər əldə etməyə imkan vermir.
ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ
(2.173)
“O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram
etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan məcbur qalarsa,
bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhimlidir”.
Halal nemətləri
xatırladıqdan sonra Fövqəluca Allah yeyilməsi qadağan olunmuş pis şeylər
haqqında xəbər verir. Bunlara aşağıdakılar aiddir: ölü əti, yəni, İslam şəriəti
əsasında kəsilməmiş hər hansı heyvanın cəmdəyi. Ölü əti natəmizdir və orqanizmə
zərər vurur. Özlüyündə belə çirkin olan bu ət müxtəlif xəstəliklərə səbəb olur.
Bu ümumi qadağadan ölmüş çəyirtkə və ölü balıq istisnadır. Bunlar ərzaq kimi
təmiz və halaldır.
Haram
sayılan ərzaq məhsullarına aid olanlardan biri də kəsilmiş heyvanın
damarlarından axan qandır. Şərh etdiyimiz ayənin ümumi mənası Quranın digər ayəsi
ilə konkretləşdirilir: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar
qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar
heyvanlardan başqa, ... yeməklər içərisində haram buyurulan bir şey görmürəm...”
(Ənam, 6/145).
Daş abidələrə,
qəbirlərə və ya digər bütlərə qurban kəsilən heyvanların ətinin yeyilməsi də
haramdır. Lakin sadalanan ərzaq – qadağan olunmuş yeganə yeyinti məhsulu
deyil. Allah onları ona görə xatırladır ki, bəzi murdar məhsulların növlərini
göstərib izah etsin. Ümumiyyətlə isə, bundan əvvəl yuxarıda qeyd olunmuş təmiz
və halal olmayan nə varsa, hamısının yeyilməsi qadağan edilmişdir.
Yuxarıda
sadalananları və digər murdar məhsulları yeməyi qadağan edərkən Fövqəluca
Allah insanlara Öz lütfünü göstərmiş və onları o məhsulların zərərindən
qorumuşdur. Lakin buna baxmayaraq, əgər insan haram edilmiş məhsuldan uzun sürən
aclıq nəticəsində, başqa yeyinti məhsullarının olmaması üzündən və ya məcburiyyət
qarşısında yeməli olarsa, bu ona günah sayılmır. Bu zaman, halal şeylər yemək
imkanı yarandıqda və ya aclığa dözə bildikdə, haram məhsulu yeməyə həvəs göstərməməli,
keçinəcəyini təmin etmək üçün kifayət qədərdən artığını yeməklə həddini
aşmamalıdır. Belə hallarda haram məhsulların yeyilməsinə görə məsuliyyət
insandan götürülür və burada əsas nəzərə alınan Allahın zəruri miqdarda
yeyib-içmək haqqında ilkin hökmüdür. Bu isə o deməkdir ki, insana öz həyatını təhlükəyə
qoymaq və özünü aclıqla ölümə məhkum etmək qadağandır. O, aclığını təmin etməlidir,
əgər o, özünü ölüncəyə qədər ac saxlayarsa, günah işlətmiş olar ki, bu da
intihara bərabərdir.
Ən zəruri
hallarda haram məhsulların yeyilməsinə icazə verilməsi Fövqəluca Allahın Öz
qullarına bəslədiyi rəhmindən irəli gəlmişdir və buna görə də Allah bu ayəsini,
ayələrin mətninə tamamilə uyğun gələn Öz iki gözəl adı ilə bitirir.
Nəzərə
alaraq ki, haram məhsullardan yeməyə icazə verilməsi Allahın Bağışlayan və Rəhimli
sifətləri ilə sıx bağlıdır və nəzərə alaraq ki, böhranlı anlarda, xüsusilə, mürəkkəb
şərait onu çətinliyə saldıqda insan heç də həmişə bu şəraiti layiqincə dəyərləndirə
bilmir, Fövqəluca Allah bildirir ki, O, belə şəraitdə səhvə yol verən qullarını
bağışlayır.
Bu ayədən
çıxan məlum bir qaydaya görə, ən zəruri hallarda bir sıra qadağan olunmuş haram
əməllər halal sayılır. Mərhəmətli Allah ən zəruri hallarda insanlara hər hansı
qadağan olunmuş hərəkətlər etməyə icazə verir. Hər şeydən əvvəl və hər şeyin
sonunda zahirdə də, batində də həmd Ona məxsusdur!
ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ
(2.174)
“Şübhəsiz ki, Allahın nazil etdiyi Kitabda olanları gizli saxlayanlar və
bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir
şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə
çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır”.
Bu sərt hədə
Allahın Öz elçilərinə nazil etdiyi bilikləri gizlədənlərə ünvanlanmışdır. Allah
onlarla əhd bağlamışdır ki, insanlara həqiqəti izah etsinlər və vəhyi gizlətməsinlər
və əgər onlar bu həqiqəti kənara qoyub, onu keçici maddi nemətlərə dəyişərlərsə,
onda qarınlarını odla doldurmuş olarlar. Belə maddi nemətlər ən yaramaz
üsullarla, ən qorxunc cinayətlər nəticəsində qazanılır və Allahın intiqamı törədilmiş
cinayətlərin növünə həmişə uyğun gəlir.
Qiyamət
günü başlandıqda isə, Allah onları dindirməyəcək və qəzəb içində Üzünü onlardan
döndərəcək və Allahın bu münasibəti onlar üçün Cəhənnəm cəzasından daha dəhşətli
olacaq. Allah onları təmizləməyəcək və onları yaramaz əxlaqdan xilas etməyəcək,
onların qəlbində elə bir əməl olmayacaq ki, tərifə və mükafata layiq olsun.
Onlar təmizlənməyəcəklər, çünki onlar elə bir əməl etməyiblər ki, buna yol
verilsin. O əməllərin ən vacibi Allahın Kitabını rəhbər tutmaq, onun hökmlərini
yerinə yetirmək və buna başqalarını dəvət etməkdir.
ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮﯯ ﯰ ﯱ
ﯲ ﯳﯴ
(2.175)
“Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın
alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!”
Onlar
Allahın Kitabını arxalarına atıb ondan üz döndərdilər. Onlar azğınlığı haqdan
üstün, cəzanısa bağışlanmadan üstün tutdular. Onlar Cəhənnəm odundan başqa heç
nəyə layiq deyillər, amma onlar bu cəzaya dözə biləcəklərmi? Onların buna səbri
çatacaqmı?!!
Комментариев нет:
Отправить комментарий