ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
(2.63)
“Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq:
“Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan
qorxasınız”.
ﭺ
ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ
(2.64)
“Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü
və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız”.
Ey
İsrail oğulları! Yadınızdadır, Biz sizinlə necə sərt bir əhd bağladıq. Biz
sizi vahimələndirmək üçün dağı başınız üstünə qaldırdıq, sonra isə sizə
Tövratdan möhkəm yapışmaq, onun tələblərini səylə yerinə yetirmək və Allaha səbirlə
itaət etmək hökmünü verdik. Sizə əmr olundu ki, nazil edilmiş vəhyi oxuyasınız
və öyrənəsiniz ki, Allahın cəzalandıracağından, Onun qəzəbindən özünüzü
qoruya biləsiniz və təqvalı olasınız. Lakin siz bu açıq-aşkar təlimatdan üz
çevirdiniz və özünüzü ən dəhşətli əzablara düçar etdiniz və əgər Allahın sizə rəhmi
gəlməsəydi, şübhəsiz ki, ziyana düşərdiniz.
ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
(2.65) “Siz artıq içərinizdən şənbə günü həddi
aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!” – dedik”.
ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
(2.66)
“Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət,
müttəqilər üçün isə öyüd-nəsihət etdik”
Burada
söhbət “əl-Əraf” surəsində təfərrüatı ilə təsvir edilən hekayətdən gedir. Fövqəluca
Allah buyurur: “Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O
vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü
onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə
onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq.
O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba
düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “Bu,
Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar pis əməllərdən çəkinsinlər!”
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan
edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə
dəhşətli bir əzabla yaxaladıq. Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz
onlara: “Mənfur meymunlar olun!” – dedik” (Əraf, 7/163-166).
İsrail
oğulları ağır günah işlətmiş və Allahın qəzəbinə gəlmiş öz həmqəbilələrinin
tarixini gözəl bilirdilər. Sonucda Allah onları alçaltdı və mənfur
meymunlara çevirdi. Bu cəza onların müasirləri üçün və onlardan sonra gələn
xalqlar üçün nümunə oldu. Allah həqiqəti Öz qullarına izah etdi ki, onlar Ona
itaətsizlikdən çəkinsinlər. Lakin öyüd-nəsihət ancaq Allahdan qorxan möminlərə
fayda verir. Başqaları isə Allahın ayələrindən heç bir nəticə çıxarmırlar.
ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩﮪ ﮫ
ﮬ ﮭﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ
(2.67) “Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi
əmr edir”. Onlar: “Sən bizi ələ salırsan?” – dedilər. Musa: “Cahil
olmaqdan Allaha sığınıram!” – dedi”.
Ayədə,
adam öldürmüş və buna görə bir-birilərini günahlandıraraq mübahisə edən
israillilərlə Musa arasında baş vermiş əhvalatdan bəhs edilir. Şərait elə mürəkkəb
idi ki, əgər Allah onu aydınlaşdırmasaydı, onların arasında böyük bir ədavət
düşəcəkdi. Musa, qatilin adını bilmək üçün onlara bir inək kəsməyi əmr etdi və
insanlar etirazsız onun əmrini yerinə yetirməliydilər. Lakin onlar belə qərara
gəldilər ki, heç nəyi saymadan ona etiraz etsinlər. “Sən bizi ələmi salırsan?”
– deyə onlar bildirdilər. Belə olduqda Allahın peyğəmbəri (ə.) belə buyurdu:
“Ey Allah, məni bu nadanlıqdan saxla!”
Ancaq
cahil insanlar, heç bir faydası olmayan və ətrafındakıları məsxərəyə qoyan sözlər
söyləyə bilərlər. Ağıllı adam isə başa düşür ki, özü kimi insanlara istehza etmək
ən böyük qüsurdur və o, həm din və həm də
sağlam düşüncə tərəfindən məhkum edilir. Əgər insan ətrafdakılar üzərində öz
üstünlüyünü dərk etsə belə, bu onu ancaq Rəbbinə həmd etməyə yönəltməli və
başqaları ilə yumşaq rəftar etməlidir. Musa bunu onlara izah etdikdə onlar başa
düşdülər ki, o doğru deyir.
ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬﯭ ﯮ
ﯯ ﯰ ﯱ
(2.68)
“Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə
bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də
çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr
edilirsə, onu da yerinə yetirin!”
ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ ﰁ
ﰂ ﰃ ﰄ
ﰅ
(2.69)
“Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” Musa dedi:
“Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. Ona baxanları
sevindirir”.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ
(2.70)
“Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə inək olduğunu bizə
bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər
Allah istəsə, biz düz yolda olarıq”.
ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲﭳ ﭴ
ﭵ ﭶ ﭷﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ
(2.71) “Musa dedi: “Allah buyurur ki, o, nə yer
şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda
heç bir ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsil həqiqəti bildirdin!” –
dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər”.
ﭾ
ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ
(2.72) “O zaman siz bir nəfəri öldürmüşdünüz və
onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi
aşkara çıxarar”.
İsraillilər
peyğəmbərə (ə.) dedilər: “Rəbbindən xahiş et ki, bizə o inəyin yaşını
bildirsin”. Musa (ə.) onlara dedi ki, inək nə qoca və nə də çox cavan
olmamalıdır, çünki Allah orta yaşlı inək kəsməyi əmr etmişdir. Sonra isə o,
mübahisələri bir tərəfə qoyub, Allahın iradəsini yerinə yetirməyi əmr etdi. Belə
olduqda ona dedilər: “İndi isə Rəbbindən soruş bizə inəyin rəngini desin”. Musa
dedi ki, Allah tamamilə sarı olan, rəngi ona baxanları sevindirən inəyi kəsməyi
əmr edir. İsraillilər yenə ona dedilər: “Öz Rəbbindən soruş ki, hansı inəyi kəsməli
olduğumuzu bizə bir də izah etsin. Onlar hamısı bizə eyni görünürlər və biz nə
edəcəyimizi bilmirik. Əgər Allah istəsə, biz doğru hərəkət edərik”. Belə
olduqda, pak peyğəmbər (ə.) dedi: “Allah buyurur ki, yeri şumlamağa və əkini
suvarmağa alçaldılaraq məcbur edilməmiş, qüsurları olmayan, ağır zəhmətdən azad
edilmiş inəyi kəsəsiniz. O, büsbütün sarıdır, üstündə heç bir ləkə, nişan
yoxdur”. İsraillilər dedilər: “Bax, indi sən həqiqəti necə lazımdırsa izah
etdin!”
Bu
sözlər onların cahilliyinə dəlalət edirdi, çünki pak peyğəmbər (ə.) elə əvvəlcədən
onlara həqiqəti deyirdi. Onlar hər hansı bir inəyi kəsib istənilənə nail ola
bilərdilər, lakin onlar çoxsaylı suallar verməyə başladılar və Allah da
onların işini mürəkkəbləşdirdi. Əgər onlar: “Əgər Allah istəyərsə” – deməsəydilər,
axtardıqları inəyi tapa bilməzdilər. Lakin onlar yuxarıda sadalanmış əlamətlərə
malik inəyi tapa bildilər, onu kəsdilər, hərçənd onlar bunu etməməyə daha yaxın
idilər.
ﮊ
ﮋ ﮌﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ
(2.73) “Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə)
vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə
anlayasınız”.
İsraillilər
inəyi kəsdikdən sonra onlar onun bir parçasını ölüyə vurmaq əmri aldılar. Ola
bilsin ki, onlara inəyin müəyyən orqanı göstərilmişdi və ya ola da bilsin ki,
onlar ölüyə inəyin istənilən hissəsi ilə toxuna bilərdilər, çünki bu halda
heyvanın müəyyən orqanının göstərilməsi tamamilə mənasız idi. İsraillilər bu
hökmü yerinə yetirdilər və onda Allah ölünü diriltdi. O, qatilin adını dedi və
Allah onların gizlətməyə cəhd etdiklərinin üstünü açdı. Bütöv bir xalqın gözü qarşısında
ölünün dirildilməsi, ölümdən sonra dirilmənin birmənalı həqiqiliyinə sübutdu və
bu israilliləri düşündürməli və onlara zərər verə bilən şeylərdən onları
uzaqlaşdırmalı idi.
ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱﯓ ﯔ
ﯕ ﯖ ﯗ
ﯘ ﯙ ﯚﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ
(2.74)
“Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt
oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar.
Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki,
Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən
xəbərsiz deyildir”.
İsraillilərə
öyüd-nəsihət təsir etmədi. Allah onlara böyük mərhəmət və Öz möcüzələrini göstərməsinə
baxmayaraq, onların qəlbi daha da sərtləşdi. Onların qəlbi sərtləşməməli idi,
çünki onlar möcüzələri öz gözləri ilə görmüşdülər. Bu ilahi möcüzələr insanın
qəlbini yumşaldır və onu Allaha itaətə yönəldirdi.
Fövqəluca
Allah həmçinin xəbər verir ki, kafirlərin daş ürəkli olması hətta dəmirin sərtliyini
də aşmışdır, çünki dəmir, qurğuşun və tunc daşlardan fərqli olaraq, odda əriyirlər.
Ayədəki “hətta” ədatı göstərir ki, onların qəlbi öz sərtliyinə görə, daşdan qətiyyən
seçilmir, lakin bu o demək deyildi ki, onlar bu meyara əsasən daşlardan
üstün idilər.
Sonra
Allah daşların kafirlərin qəlblərindən üstün olduğunu yada salır və buyurur ki,
daşlar arasında elələri var ki, onlardan çeşmələr fışqırır. Onların arasında elələri
də var ki, parçalanırlar və aralarından su axır. Elə daşlar da var ki, Allahın
qorxusundan qopub düşürlər. Bu keyfiyyətlərinə görə hətta daşlar da kafirlərin
qəlbindən üstündür və ona görə onlar ən sərt xəbərdarlığa layiqdirlər. Fövqəluca
Allah israillilərə xatırladır ki, onların böyük və kiçik günahları Ona yaxşı məlumdur
və onlar mütləq və tamamilə layiq olduqları əvəzi alacaqlar.
Qeyd
etmək lazımdır ki, bir çox şərhçilər İsrail oğullarının rəvayətlərini öz əsərlərinin
səhifələrində təkrarlayırlar. Onları Quran ayələrinə uyğunlaşdıraraq yəhudi əfsanələrini
Allahın Kitabının şərhinə çevirirlər. Bu halda onlar Peyğəmbərin (s.ə.s.): “İsrail
oğullarının adından rəvayət edin, çünki bunda qəbahətli bir şey yoxdur”.
Lakin
mən belə hesab edirəm ki, İsrail oğullarının rəvayətlərini müsəlmanların müqəddəs
mətnləri ilə əlaqələndirmədən və Allahın Kitabı ilə qarışdırmadan ayrıca
danışmağa icazə verilir, çünki onu ancaq Peyğəmbərin (s.ə.s.) səhih hədisləri əsasında
şərh etmək olar. Yəhudilərin rəvayətlərinə gəldikdə isə, səhih hədisdə
deyilmişdir: “Kitab əhlinə inanmayın, lakin onların rəvayətlərini də rədd
etməyin”. Yəhudi rəvayətlərinin səhihliyi şübhə doğurduqda (halbuki İslam dini hər bir müsəlmandan
Müqəddəs Quranın mətninə və mənasına cüzi də olsa şübhə yeri qoymadan iman gətirməyi
tələb edir)[1], Quran ayələrini, rəvayətçiləri
naməlum olan bu hekayətlərin əsasında təfsir etmək qadağan olunur. Nəzərə
alınmalıdır ki, onların əksəriyyəti qeyri səhihdir. Müqəddəs Quranın təfsiri
şübhə doğurmamalıdır. Lakin bəzi şəriət alimləri buna əhəmiyyət verməmişlər və
bunun nəticəsində yəhudi rəvayətləri Quranın şərhlərinə düşmüşdür. Doğru yolu
tapmaqda kömək göstərən təkcə Allahdır!
ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ
(2.75)
“Siz yəhudilərin inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir
zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif
edirdilər”.
Möminlər
Kitab əhlinin haqq dinə iman gətirəcəklərinə bel bağlamamalıdırlar, çünki
onların əxlaqi siması buna ümid etməyə əsas vermir. Onlar Allahın Kitabının mənasını
dərk etdikdən və səhih biliklər əldə etdikdən sonra, onu təhrif edir və Allahın
verdiyi izahının əksinə olaraq yozurlar. Onlar istəyirlər ki, insanlar səhvən
onların uydurmalarını Allahın vəhyi hesab etsinlər, halbuki, əslində bu belə
deyildir. Məgər öz dini və fəxrləri hesab etdikləri Kitaba belə münasibət bəsləyən
insanlar iman gətirə bilərlərmi? Doğrudan da, onların İslama gəlməsi, sadəcə,
ağlasığmazdır.
ﯷ
ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ
ﰀ ﰁ ﰂ
ﰃ ﰄ ﰅ
ﰆ ﰇ ﰈ
ﰉ ﰊ ﰋﰌ ﰍ
ﰎ ﰏ
(2.76)
“Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!” – deyir, bir-birləri ilə xəlvətdə
qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin
yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?” –
deyirlər”.
Bu
ayədə Fövqəluca Allah, əsil möminlərlə rastlaşdıqda özlərini də mömin göstərən
Kitab əhlindən olan münafiqlərin əməllərindən xəbər verir. Onlar əsil həqiqətdə
ürəklərində olmayan şeyləri dilləri ilə deyirlər. Bir-biriləri ilə təkbətək
qalanda isə, yanlarında ancaq öz əqidədaşları olduğu halda, bir-birilərinə
deyirlər: “Doğrudanmı siz özünüzü mömin adlandırıb möminləri inandırmağa
çalışırsınız ki, siz də onlar kimisiniz? Belə davranaraq siz onlara əsas
verirsiniz ki, sonradan bununla sizi günahlandırsınlar. Onlar elə başa düşəcəklər
ki, guya haqqa ibadət edirlər və bizim baxışlarımız yanlışdır, sonra isə onlar
dediklərinizi Rəbbin qarşısında sizin əleyhinizə dəlil gətirəcəklər.
Doğrudanmı son nəticədə özünüzə qarşı çevriləcək əməllərdən əl çəkməyə ağlınız
çatmır?” Belə söhbətləri onlar öz aralarında aparırlar.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
(2.77)
“Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara
çıxartdıqlarını bilir?”
Onlar
əsil baxışlarını gizlədir və zənn edirlər ki, möminləri özlərinə qarşı çevriləcək
sübutlardan məhrum edə biləcəklər. Lakin onlar dərindən yanılırlar, çünki
onların aşkarda etdikləri də, gizlətdikləri də Allaha məlumdur və Allah Öz bəndələrinə
münafiqlərin həqiqi niyyətlərini dərk etməyə imkan verir.
ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ
(2.78) “Onların arasında Kitabı bilməyən elə
savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə
uyarlar”.
Kitab
əhli arasında elə cahillər var ki, tamamilə biliksizdirlər. Onlar Müqəddəs
Kitablardan məlumatsız olduqları üçün təkcə boş xəyallara inanırlar. Bu o deməkdir
ki, onlar, həqiqəti olduğu kimi dürüst
bilən əcdadlarının əlində olmuş Kitab haqqında biliyə malik deyillər. Onlar
Kitabı yalnız oxuyur, zənnə qapılır və öz ruhani xadimlərinə kor-koranə itaət
edirlər.
Allah
bu və bundan əvvəlki ayələrdə Kitab əhli arasında olan din xadimlərindən, nadan
insanlardan, münafiqlərdən və həm də saleh möminlərdən bəhs edir. Din xadimləri
öz azğın nəzəriyyələrindən möhkəm yapışmış, onların cahil tərəfdarları isə
onlara kor-koranə itaət edirlər. Onların doğru yola gələcəklərini güman etməyə
heç bir əsas yoxdur.
ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿ ﮀ
(2.79) “Vay o şəxslərin halına ki, onlar öz əlləri
ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!” – deyirlər ki, onunla cüzi
miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların
halına! Qazandıqları şeyə görə vay onların halına!”
Fövqəluca
Allah burada Müqəddəs Kitabları təhrif edən və qondardıqları şerləri Allahın
nazil etdiyini iddia edən günahkarları təhdid edir. Onlar, maddi nemətlər əldə
etmək ümidi ilə, yalan yayır və bilə-bilə haqqı gizlədirlər. Əldə etdiklərinin
hətta hamısını – birincidən sonuncuya qədər, bir yerə cəmləşdirsən cüzi bir şey
alınar. Onlar öz yalanlarını başqalarının malını ovlamaq üçün tələ kimi istifadə
edirlər. Həm də onlar insanlarla iki qat ədalətsiz davranırlar. Birincisi,
onlar insanları dinləri ilə əlaqədar aldadırlar. İkincisi də, onlar, səhih
hökmlərə əsaslanmadan, müdhiş yalana istinad etməklə, haqsızcasına
başqalarının malını mənimsəyirlər. Onlar, soyğunçulardan, oğrulardan və digər
cinayətkarlardan daha ağır cinayət törədirlər. Məhz buna görə Allah, Kitabı təhrif
etdiklərindən, yalan yaydıqlarından və qadağan edilmiş yolla mal əldə etdiklərindən
ötrü onları cəzalandırmaqla hədələyir. “Vay onların halına!” ifadəsi sərt xəbərdarlıqdır
və bu, onları məşəqqətlər və qəm-qüssə gözlədiyini bildirir.
Şeyxülislam
İbn Teymiyyə son beş ayənin təfsirində demişdir: “Allah Müqəddəs Kitabların
sözlərinin yerini dəyişdirənləri qınayır və bu tənə, uydurma bidətləri Müqəddəs
Quranın və Sünnənin mətnləri ilə əsaslandırmağa can atanlara da şamildir.
Allah Kitab haqqında biliyə malik olmayanları, ancaq boş xülyalara dalanları
da danlayır. Bu, Quran üzərində düşünməkdən boyun qaçıran, onun sözlərini sadəcə
tələffüz etməklə kifayətlənən və həmçinin Allahın yazısına zidd olan əsərlər
qondaran, haqq dini inkar etməyə cəhd göstərən və özünün yanlış baxışlarını
Allahın adına çıxardanlara da aiddir. Belə insanlar öz nəzər nöqtələrini şəriət
və din adlandırır, Quranın və Sünnənin mənası sayır, saleh sələflərimizin və
İslamın böyük alimlərinin baxışları hesab edir, İslam dininin əsas prinsipləri
kimi qələmə verirlər ki, bunlar bütünlüklə və, xüsusilə də, ibadətdə müsəlmanlar
üçün fərzdir. Bu danlaq, bəyan etdiyi “həqiqəti” heç kimin təkzib edə bilməməsi
üçün Quran və Sünnə haqqında bildiklərini gizlədənə də aiddir. Buna, öz istəklərini
həyata keçirməyə çalışanlar daha tez-tez yol verirlər. Ümumiyyətlə, belələrinə
- rafiziləri, xüsusilə də bu və ya digər dini təlimlərin tərəfdarlarını örnək
göstərmək olar”.
ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ
(2.80)
“Onlar dedilər: “Od bizə ancaq bir-neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan
əhd almışsınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi
danışırsınız?”
Kitab
əhlinin yaramaz əməllərini xatırladıqdan sonra Fövqəluca Allah onların özlərini
mömin hesab etmələri və Allahın cəzasından mütləq xilas ediləcəklərinə və bol
savab qazanacaqlarına əmin olmaları barədə xəbər verir. Onlar belə hesab edirlər
ki, əgər Cəhənnəmə düşsələr də od onlara cəmisi bir-neçə barmaqla sayılacaq gün
ərzində toxunacaq. Onlar nəinki günah işlədirlər, həm də özlərini tam təhlükəsizlikdə
hiss edirlər.
Lakin
onların iddiaları tamamilə əsassızdır və buna görə Fövqəluca Allah onları təkzib
etdi və Öz Elçisinə (s.ə.s.) belə deməsini buyurdu: “Ey Kitab əhli! Məgər siz
Allahla əhd bağlamışsınız ki, onun əsasında öz Rəbbinizə və Onun Elçisinə iman
gətirməli və Ona itaət etməlisiniz? Əgər bu doğrudursa, onda bu əhdə sadiq olan
möminlər mütləq xilas olacaqlar, çünki Allahın əhdi qətidir və dəyişməzdir.
Amma, ola da bilsin ki, siz qətiyyən bilmədiyiniz bir şeydə Allaha istinad
edirsiniz?”
Fövqəluca
Allah bildirir ki, Kitab əhlinin iddialarına iki qiymətdən birini vermək olar –
üçüncü qiymət yoxdur. Əgər onlar doğrudan da Allahla əhd bağlayıblarsa və
o əhdə sadiqdirlərsə, onda onların iddiaları doğrudur. Yox, əgər onlar Allaha şər
atırlarsa, onda onların yalançı iddiaları onları daha müdhiş cəzaya və
vicdansızlığa məhkum edəcəkdir. Lakin Kitab əhlinin əməlləri onlara Allahla əhd
etməyə ümid yeri qoymur; axı onlar peyğəmbərlərin çoxunu rədd etmiş, onların bəzilərini
öldürmüş, Allaha itaət etməkdən boyun qaçırmış və verdikləri vədlərini
pozmuşlar. Bu o deməkdir ki, onlar səhih biliklərə malik olmadan iftiralar
uydurur və Allaha şər atırlar. Bu isə, məlum olduğu kimi, Allaha böhtan
atmaqdır ki, ən böyük günahlardan və ən ağır cinayətlərdən biridir.
u ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ ﮡ ﮢ
ﮣ ﮤﮥ ﮦ
ﮧ ﮨ ﮩ
(2.81)
“Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od
sakinləridir və orada əbədi qalacaqlar!”
Fövqəluca
Allah bu ayədə nəinki Kitab əhli, həm də digər günahkarlar üçün ümumi hökm
çıxarmışdır. Bu ittiham qətidir və o, fasiqlərdən kimin məhv ediləcəyi və
kiminsə xilas olacağı haqqında puç xülyaları və əsassız iddialarını darmadağın
edir. Bu iddialar həqiqətdən uzaqdır, çünki Cəhənnəmin əbədi sakinləri
zalımlıq etmiş günahkarlardır və özlərini öz günahları ilə əhatə etmişlər.
“Seyyiət”
(“pislik”) sözü şərti cümlədə qeyri-müəyyən haldadır, müşrikliyə və yerdə qalan
digər bütün günahlara aiddir. Lakin bu sözlə ancaq müşriklik nəzərdə tutulur,
çünki daha sonra deyilir ki, bu günahkarlar öz günahları ilə əhatə olunmuşlar.
Günahları ilə mühasirə olunduqları halda onlar xilas yolu tapa bilməzlər. Bu
isə ancaq müşriklərlə ola bilər. Əgər insan iman sahibidirsə, onda günahların
onu hər tərəfdən əhatə etməsi mümkün deyil.
Bu
ayəyə istinad edən xaricilər iddia edirlər ki, itaətdən çıxmış hər bir kəs
kafirdir. Amma əslində bu ayə onlara qarşı dəlildir, çünki tamamilə aydındır
ki, o, müşriklərdən bəhs edir. Hər dəfə, yanlış nəzəriyyə tərəfdarları öz
yalanlarını Quran ayələri və ya səhih hədislər vasitəsi ilə əsaslandırmağa cəhd
göstərdikdə, bu müqəddəs mətnlər onların əleyhinə dəlillərə çevrilir.
ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰﮱ ﯓ
ﯔ ﯕ ﯖ
(2.82)
“İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi
qalacaqlar!”
Fövqəluca Allah ayədə Allaha, mələklərə,
Kitablara, elçilərə və Qiyamət gününə iman gətirən və saleh əməl işləyən möminlər
barədə xəbər verir. Hər hansı bir əməl, iki tələbə cavab vermirsə, saleh əməl
adlandırıla bilməz. Birincisi, o, səmimiyyətlə Allaha həsr olunmalıdır.
İkincisi, o, Allahın Elçisinin (s.ə.s.)
Sünnəsinə müvafiq olaraq həyata keçirilməlidir.
Bu
və bundan əvvəlki ayələrdən belə nəticə çıxarmaq olar ki, xilasa nail olanlar və
böyük uğur qazananlar ancaq yaxşı əməllər işlətmiş möminlər olacaqlar, Cəhənnəmin xülyaları məhv olmuş sakinləri isə
Allaha şərik qoşan kafirlər olacaqlar.
ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ
(2.83) “Bir zaman Biz İsrail oğulları ilə:
“Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrabaya, yetimlərə
və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat
verəcəksiniz!” – deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla,
haqdan üz çevirib döndünüz”.
İslamın əsas müddəalarına
aid olan bu qayda bundan əvvəlki bütün dini şəriətlərdə də mövcud olmuşdur,
çünki o, bütün zamanlarda və istənilən ölkədə öz əhəmiyyətini saxlayır, ləğv
edilmir. O, Allahın dininin əsasını təşkil edir. Buna görə də aşağıdakı ayədə
bizə də belə əmr edilmişdir: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik
qoşmayın! Valideynlərə, qohum-əqrabaya, yetimlərə, kasıblara, yaxın və uzaq
qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə
yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir”
(Nisa, 4/36).
İsraillilər
o dərəcədə bərkürəkli xalq idi ki, Allahın hökmlərini yerinə yetirmirdilər və
O, onlarla sərt əhd bağlayana qədər haqqı qəbul etmirdilər. Əhd bağladıqdan
sonra Allah onlara Tək Allaha ibadət etməyi tapşırdı və Ona şərik qoşmağı
qadağan etdi. Bu – dinin əsas şərtidir və bunsuz Allah heç bir xeyirxah əməli qəbul
etmir. Bu isə, Uca Rəbbin qarşısında bütün qullarının borcudur.
Allah
onlara həm də ata-anaya yaxşılıq etmək hökmü verdi. Bu hökm – onları hər hansı
söz və ya rəftarla razı salmaqdan ibarətdir. O, həm də valideynlərə itaətsizliyin,
onlarla pis rəftarın qadağan olduğunu nəzərdə tutur, çünki onlara xoş münasibət
onlara itaətsizlikdən əl çəkmədən mümkün deyil.
Yaxşı
rəftar etmək hökmü bunun əksi olan rəftarın qadağan olunduğunu nəzərdə tutur.
Valideynlərə yaxşı münasibət bəslənməsinə zidd olan iki əməl vardır: onlara pis
münasibət göstərmək və pislik edilməsə də, yaxşı münasibət göstərməmək. Hərçənd
bu iki əməlin hər ikisi günahdır, amma onlardan birincisi daha ağırdır.
Qohumlara, yetimlərə və kasıblara yaxşılıq barədə də eyni sözləri demək olar.
İnsanlara göstərilə bilən bütün xoş münasibətləri saymaq mümkün deyil və
onlardan hər birinin öz həddi vardır.
Sonra
Fövqəluca Allah israillilərə bütün insanlara yaxşılıq etməyi və gözəl sözlər
söyləməyi əmr etmişdir. Bunlar, bəyənilən əməllər etməyə çağırışı və pis əməllərdən
çəkindirməni, faydalı biliklər öyrətməyi və salam verməyi, səmimi söhbətlər etməyi
və başqa gözəl sözləri ehtiva edir. Şübhə yoxdur ki, bir adam bütün insanların
maddi ehtiyaclarını təmin edə bilməz və buna görə də Allah elə bir hökm nazil
etdi ki, onun əsasında bütün məxluqlara xeyirxahlıq etmək olar. Məhz bundan
ötrü Allah insanlara xoş və gözəl sözlər söyləməyi buyurdu. Bu hökm həm
də ətrafdakılarla, onlar hətta kafir olsalar da belə, pis rəftar edilməsinə
qadağa qoyulduğunu bildirir. Fövqəluca Allah buyurur: “İçərilərindən zülm
edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin...” (Ənkəbut,
29/46).
Allah
Öz qullarına ləyaqətlə danışmağı və ləyaqətli işlər görməyi buyurmuşdur. Mömin
şəxs kobud və ədəbsiz söz və ya hərəkətlərə yol verməməli, söyüşməməli və
faydasız mübahisələrə qoşulmamalıdır. Əksinə, o həmişə nəzakət qaydalarına riayət
etməli və özünə layiq təmkinlik göstərməli, Allahın iradəsini yerinə yetirərək
və Onun verəcəyi savablara ümid bəsləyərək, insanlarla mehribancasına
davranmalı və onların etdikləri haqsızlıqları səbirlə ötürməlidir.
Sonra
isə, Fövqəluca Allah namaz qılmağı və zəkat verməyi əmr edir. Biz əvvəlcə
demişdik ki, namaz – Tək Allaha səmimi qəlbdən ibadət etməyi təcəssüm etdirir,
zəkat isə, Onun qullarına bəslənən xeyirxah münasibətdir. Ağıllı və uzaqgörən
adam bu və digər hökmlər barədə düşünərsə, ona aydın olar ki, belə hökmlərin
nazil edilməsi və belə əhdin bağlanması Allahın İsrail oğullarına göstərdiyi mərhəmətindən
irəli gəlirdi. Lakin onlar Allahın iltifatından nifrətlə üz döndərdilər.
İnsan, sonradan ona qayıtmaqla, hökmdən uzaqlaşa bilər, amma israillilər Rəbbin
iradəsini icra etmək üçün qayıtmağı, heç az da olsa belə, arzu etmirdilər. Ey
AllAh, bizi belə azğınlıqdan saxla!
İsraillilərin
ancaq az bir hissəsi haqdan üz döndərmədilər. Allahın bu barədə də xəbər verməsinin
səbəbi, insanların, bütün israillilərin Onun hökmünü yerinə yetirməkdən boyun
qaçırmaları kimi səhv zənnə düşməməklərindən ötrüdür. Bu azsaylı insanlar,
Onun günahlardan qoruduğu və hidayət yoluna yönəltdiyi şəxslərdir.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
(2.84)
“O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi
yurdlarınızdan çıxarmayacaqsınız!” – deyə əhd kəsdik. Sonra da siz özünüz
şahidlik edərk bu əhdi təsdiqlədiniz”.
ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ
ﭻ ﭼﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ
(2.85) “Siz o kəslərsiniz ki, bir-birinizi
öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara
qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir
tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki
onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın
bir qisminə inanıb digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası
dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum
olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir”.
Bu
ayədə, vəhylərin Mədinədə nazil edildiyi dövrdə yaşamış İsrail oğullarının törətdiyi
əməldən bəhs edilir. Ərəb qəbilələri olan əl-Aus və əl-Xəzrəc, onlar sonradan
Peyğəmbərin (s.ə.s.) Mədinə sakinləri arasından köməkçiləri - ənsarlar oldular,
peyğəmbərliyin başlanmasına qədər müşrik idilər və cahiliyyə dövründə qəbul
olunduğu kimi, bir-biriləri ilə vuruşardılar. Onların yaxınlığında üç yəhudi qəbiləsi
məskən salmışdı: bəni Qureyzə, bəni ən-Nadir və bəni Qaynuqa. Bu qəbilələrdən hər
biri Mədinədə müxtəlif ərəb qəbilələri ilə sülh müqaviləsi bağlamışdılar və ərəblər
bir-biriləri ilə müharibəyə başlayanda, yəhudilər öz müttəfiqləri olan ərəblərə
digər ərəb qəbiləsi ilə olan döyüşdə kömək edirdilər. Həmin ərəb qəbiləsinə isə
yəhudilərin digər qəbiləsi kömək edirdi. Beləliklə, yəhudilərin bir qismi o
biri qismini öldürür və məsələ soyğunçuluğa və
hətta yaşadığı yerlərdən qovulmağa gedib çıxdıqda onları öz evlərindən
qovub çıxarırdılar. Müharibə sakitləşəndə isə döyüşən tərəflər öz əsir düşmüş
həmqəbilələrini pul verib geri alırdılar.
Yəhudilərə
üç hökm nazil edilmişdi – bir-birinin qanını tökməmək, evlərindən və məskənlərindən
bir-birini qovmamaq və əsir düşmüş yəhudiləri əsirlikdən pul verib azad etmək.
Onlar ilk iki hökmü pozaraq, ancaq üçüncünü yerinə yetirirdilər ki, bu da
onların Allah tərəfindən qınanmasına səbəb olmuşdu. Onlar Kitabın bir hissəsinə
iman gətirərək, pul verib əsirləri geri alırdılar, lakin onun digər hissəsini rədd
edərək, bir-birilərini öldürür və öz qardaşlarını doğma yerlərindən qovub
çıxarırdılar.
Bu
ayədən belə bir nəticə çıxır ki, iman insanı Allahın hökmlərini yerinə yetirməyə
və Onun qadağanlarını pozmaqdan çəkinməyə məcbur edir və xeyirxah əməllərin həyata
keçirilməsi isə imanın bir hissəsidir.
Yəhudilərə
gəldikdə isə, onlara verilən əvəz – bu dünyada rüsvayçılıq oldu. Allah onları
biabır etdi və Öz Elçisinə (s.ə.s.) onlara üstün gəlməyə imkan verdi və nəticədə
onların bəziləri öldürüldü, digərləri əsir düşdü və daha başqaları isə öz evlərindən
qovuldular. Qiyamət günü isə onlar daha dəhşətli cəzaya məruz qoyulacaqlar, axı
Allah Öz qullarının törətdiyi əməllərə biganə qalmır.
ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜﮝ ﮞ
ﮟ ﮠ ﮡ
ﮢ ﮣ ﮤ
ﮥ
(2.86)
“Onlar Axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı
yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir”.
Fövqəluca
Allah İsrail oğullarını Kitabın bir hissəsinə inanmağa, digər hissəsini isə rədd
etməyə vadar edən səbəb barədə xəbər verir. Səbəb odur ki, onlar Axirət həyatı
hesabına dünya həyatını satın aldılar. İsraillilər qərara almışdılar ki, müttəfiqlərinə
kömək etməsələr, rüsvay olunarlar. Onlar bu dünyada utanıb biabır olmaqdansa,
yanar Cəhənnəmə düşməyi üstün tutdular və buna görə onların cəzası
azaldılmayacaqdır. Əksinə, onlara veriləcək işgəncə daima dözülməz olacaqdır.
Onlara istirahət etməyə imkan verilməyəcəkdir və heç kim onlara bu dəhşətli və
xoşagəlməz cəzadan xilas olmağa kömək etməyəcəkdir.
ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
(2.87) “Biz Musaya Kitab verdik və ondan sonra
bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər
verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə
göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi?
Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?”
Fövqəluca
Allah İsrail oğullarının yanına, Rəbbi ilə söhbət etmiş və onlara Tövratı gətirmiş
Musa peyğəmbəri (ə.) göndərdiyi zaman onlara bəxş etdiyi neməti xatırladır.
Onun ardıyca digər elçilər də göndərilmişdi ki, onların hər biri Tövratın əsasında
öz qərarlarını qəbul edirdilər. Onların sonuncusu İsa peyğəmbər (ə.) idi.
Allah ona açıq-aydın möcüzələr vermişdi. Onlar tamamilə kifayət edərdi ki,
insanlar ona iman gətirsinlər. Bununla yanaşı Allah ona Müqəddəs Ruhla kömək
edirdi. Təfsirçilərin əksəriyyəti hesab ediblər ki, söhbət mələk Cəbraildən
gedir. Başqa bir şərhə görə isə, Müqəddəs Ruh bir imandır ki, Allah onun vasitəsilə
Öz qullarını müdafiə edir.
Belə
çoxsaylı və dəyərləndirilməsi heç mümkün olmayan nemətlərə baxmayaraq, israillilər
iman gətirməkdən təkəbbürlə boyun qaçırdılar. Bunun səbəbi isə, Allahın elçilərinin
gətirdiklərinin onların xoşuna gəlməməsiydi. Belə olduqda, onlar bəzi elçilərə
yalançı adı qoyur, digərlərini isə öldürürdülər. Onlar doğru rəhbərlik
qarşısında öz alçaq istəklərinə, Axirət həyatı qarşısında isə bu dünya həyatına
üstünlük verdilər. Şübhəsiz ki, bunların xatırladılması İsrail oğullarına sərt
qınaq və ittiham idi.
ﯦ
ﯧ ﯨﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮ ﯯ ﯰ
ﯱ
(2.88) “Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları
məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar”.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ
(2.89)
“Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab gəldikdə onu
inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər.
Onlara tanıdıqları peyğəmbər gəldikdə isə, onu inkar etdilər. Allah
kafirlərə lənət etsin!”
ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ
ﮃ ﮄ ﮅﮆ ﮇ
ﮈ ﮉ ﮊ
(2.90) “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş
etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində
aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha
da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır”.
Ey
Elçi! Onlar sənin təliminə inamsızlıqlarına, sənin sözlərini anlamağa mane
olan pərdənin onların qəlbini örtməsi ilə bəraət qazandırırlar. Onlar elə zənn
edirlər ki, bu minvalla öz xəbərsizliklərini əsaslandıra və kafirliklərinə haqq
qazandıra biləcəklər. Lakin onlar, Fövqəluca Allahın lənətlədiyi və Öz mərhəmətindən
uzaqlaşdırdığı yalançılardır. Bu lənətin səbəbi – onların kafirliyindədir, axı
onların arasında möminlər olduqca azdır və əksəriyyətcə, kəmetiqad və ya
imansızdırlar.
Allah
onlara insanların ən yaxşısını və elçilərindən ən sonuncusunu göndərmişdir. O
(s.ə.s.), onlara Tövratın doğruluğunu təsdiq edən Kitab gətirmişdir. Onlar onun
şəxsiyyətində zühur edəcəyi ilə müşrikləri qorxutduqları Elçini (s.ə.s.)
tanıdılar, o müşrikləri ki, cahiliyyə dövründə onlarla vuruşmalı olurdular.
Onlar onun köməyinə ümid bəsləyir və müşrikləri xəbərdar edirdilər ki, onlara
qarşı Allahın peyğəmbəri ilə birlikdə döyüşəcəklər. Amma Səmavi Kitab və
tanıdıqları Peyğəmbər (s.ə.s.) gəldikdə, onlar ona iman gətirməkdən boyun
qaçırdılar və möminlərə bəslədikləri paxıllığa görə yol verilən həddi aşdılar.
Onlar razılaşa bilmədilər ki, Allah Mərhəmətini Öz qullarından istədiyinə
bağışlayır və buna görə O, onları lənətlədi və onlara qəzəbləndi. Onlar buna
layiq idilər, axı onlar həmişə imandan qaçırdılar, şübhə edirdilər və Allaha şərik
qoşurdular. Məhz buna görə Axirət günü onlar alçaldıcı və əziyyətverici cəzaya
məhkum olunacaqlar. Onlar Cəhənnəmə atılacaq və əbədi səadətdən məhrum ediləcəklər.
Onların halı necə də acınacaqlıdır! Onların Allaha, Onun Kitablarına və Onun
elçilərinə olan imanı dəyişdirmələri necə də acınacaqlıdır! Allaha, Onun Kitablarına
və Onun elçilərinə qarşı imansızlıq göstərmələri nəticəsində əldə etdikləri
şey necə də acınacaqlıdır! Onlar şüurlu surətdə belə davrandıqlarına görə cəzalarının
ağırlığı daha da şiddətlənəcəkdir.
ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ ﮪ
(2.91) “Onlara: “Allahın nazil etdiyinə
inanın!” – deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq” – deyib
onun ardınca gələni inkar edirlər. Halbuki Quran onların yanında olanı təsdiqləyən
bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın
peyğəmbərlərini öldürürdünüz?”
ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ
(2.92) “Musa sizə açıq-aydın dəlillər gətirmişdi.
O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz”
Yəhudilərə,
Allahın Öz Elçisinə (s.ə.s.) nazil etdiyi Qurana iman gətirin deyildikdə,
onlar itaət etməkdən təkəbbürlə boyun qaçırır və bəyan edirdilər ki, onlar
ancaq özlərinə nazil edilənə iman gətirirlər. Onlar başqa kitablara iman gətirmək
istəmirlər, halbuki, onlar Allahın onlara və ya başqa xalqlara nazil etdiklərinin
hamısına inanmağa borcludurlar. Təkcə belə iman insanlara fayda verə bilər və
bu – Allahın bütün elçilərinə imandır. Əgər bir insan elçilər və Səmavi
Kitablar arasında fərq qoyaraq onların birini qəbul edib, digərini inkar edirsə,
onun iddialarını iman adlandırmaq olmaz. Əksinə, bu, əsil kafirlikdir. Buna
görə Fövqəluca Allah buyurur: “Allahı və Onun elçilərini inkar edənlər,
Allahı Onun elçilərindən istəyib: “Biz o elçilərin bəzisinə inanırıq,
bəzilərinə isə inanmırıq!” – deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər
– məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab
hazırlamışıq”.
Mərhəmətli
və Fövqəluca Allah israillilərin sözlərini qətiyyətlə təkzib edərək, onları
tamamilə çıxılmaz vəziyyətə saldı. O, Qurana iman gətirilməməsinin
yanlışlığını iki dəlillə əsaslandırır. Birincisi, Müqəddəs Quran – həqiqətdir.
Əgər Quran hekayətləri, hökmləri və qadağaları Rəbdən gələn həqiqətdirsə, onda
bu Kitaba iman gətirməmək – Allahı və Allahın ayələrini inkar etməyə bərbərdir.
İkincisi, Müqəddəs Quran özündən əvvəlki Kitabların da doğruluğunu təsdiq və
mühafizə edir. Necə olur ki, adamlar onlara nazil edilən Kitaba inanır, amma
oxşar digər Kitabı inkar edirlər? Həqiqətən də, bu – yanlış baxışlara qatı
mövhumatçı kimi tərəfdar olmaq və doğru rəhbərliyə qarşı öz alçaq xislətinə yer
verməkdir.
Digər
tərəfdən, Müqəddəs Quran əvvəlki Kitabların doğruluğunu təsdiq edirsə, deməli
o, onlarda qorunub saxlanan ayələrin həqiqiliyi xeyrinə təkzibolunmaz bir dəlildir.
Bundan başqa, o həm də əvvəlki vəhylərin gerçəkliyinin yeganə sübutudur. Əgər
onlar Qurana iman gətirməkdən boyun qaçırır və onu inkar edirlərsə, onda onlar
öz doğruçuluğunun yeganə sübutunu inkar edən və pisləyən insanlara bənzəyirlər
ki, belə bir dəlili olmadan onlar öz iddialarını əsaslandırmaq qabiliyyətinə
malik ola bilməzlər. Məgər belə bir rəftar Kitab əhlinin düşüncəsizliyinə dəlalət
etmirmi? Qurana iman gətirməkdən boyun qaçıraraq, onlar, əslində, onlara əvvəlcə
nazil edilmiş Kitabı təkzib və rədd edirlər.
Fövqəluca
Allah bunu izah etdikdən sonra, onların əvvəlki Kitablara iman gətirdikləri
iddiasının yalan olduğunu sübut edir. Onlar doğrudan da iman sahibi olsaydılar,
Allahın peyğəmbərlərini öldürməzdilər və onlara təkzibedilməz həqiqəti təsdiq
edən açıq-aşkar möcüzələri göstərdikdən sonra, Musanın (ə.) yerində olmadığı az
bir zamanda buzova sitayiş etməzdilər. Onlar özlərini zalımcasına
aparırdılar və bəraət qazana bilməzdilər.
ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ
(2.93)
“O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: “Sizə
verdiyimizdən möhkəm yapışın və eşidin!” – deyə əmr etdik. Onlar:
“Eşitdik və asi olduq!” – dedilər. Küfrlərinə görə buzova olan məhəbbət onların
qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi
şey necə də pisdir!”
Allah
israillilərlə əhd bağlayaraq dağı onların başı üstünə qaldırır. Onlara əmr
olunur ki, haqqı mütilik və itaətkarlıqla dinləsinlər. Lakin onlar Allahın
hökmlərini dinləyərək, itaətdən imtina
etdilər. Onların ürəyi məhəbbətini qızıl buzova və ona ibadətə bağladı, bunun səbəbi
isə onların kafirliyində idi. Bax buna görə, Fövqəluca Allah Öz Peyğəmbərinə
(s.ə.s.) buyurur ki, belə desin: “Ey İsrail oğulları! Siz özünüzü dindar adlandırır
və haqq dinə ibadət etdiyinizlə fəxr edirsiniz. Lakin siz Allahın peyğəmbərlərini
öldürürdünüz və Musa (ə.) olmayan zaman qızıl buzova sitayiş etdiniz. Allah
dağı başınız üzərinə qaldırana və bununla sizi təhdid edənə qədər Onun hökmlərini
və qadağanlarını qəbul etməkdən imtina edirdiniz. Siz ancaq sözdə itaət edəcəyinizə
vədə verdiniz, amma əməlinizlə onu pozdunuz. Məgər bu iman adlanır? Məgər bu
möminlikdir? Əgər sizin bu davranışınız dindirsə, belə din necə də pisdir ki,
insanı həddini aşmağa, Allahın elçilərini inkar etməyə və çoxsaylı günahlar etməyə
təkan verir”.
Tamamilə
aydındır ki, əsil iman insana ancaq xeyir əməllər işlətməyə hökm verir və onu
hər hansı şər əməldən çəkindirir. Fövqəluca Allah bunu bildirdikdən sonra
İsrail oğullarının yalançı və ziddiyyətli iddialarını ifşa edir.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙ ﭚ ﭛﭜﭝﭞﭟﭠﭡ
ﭢ
(2.94) “De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil,
yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm
diləyin!”
ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨﭩ ﭪ
ﭫ ﭬ ﭭ
(2.95)
“Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları
tanıyır”.
Ey
Muhəmməd! İsrail oğullarına de: “Əgər sizin iddialarınız doğrudursa, əgər Cənnət
məkanı yalnız sizin üçün nəzərdə tutulubsa, əgər Cənnət bağlarına yalnız yəhudilər
və xristianlar girəcəklərsə və Cəhənnəm odu sizə cəmi bir neçə gün toxunacaqsa,
onda özünüzə ölüm arzulayın!”
Allahın
Elçisi (s.ə.s.) yəhudilərə təklif etdi ki, özlərinə ölüm arzulasınlar və
onları çıxılmaz vəziyyətə saldı. Onlar özlərinin doğruluğunda inadla təkid
edirdilər, ancaq indi onlar sadə bir seçim qarşısında dayanmışdılar. Onlar ya
Allaha və Onun Elçisinə (s.ə.s.) iman gətirməli, ya da öz doğruçuluqlarına əmin
olduqlarını sübut etməli, özlərinə ölüm diləməli və bundan o saat sonra, zənn
etdikləri kimi, onlar üçün hazırlanmış Cənnət diyarında olacaqdılar. Lakin
onlar bu addımı atmaqdan imtina etdilər və hər kəsə məlum oldu ki, onlar
inadkar kafirlərdir və şüurlu surətdə Allahın və Onun Elçisinin (s.ə.s.) əleyhinə
çıxırlar. Fövqəluca Allah xəbər verir ki, onlar heç vaxt özlərinə ölüm diləməzlər,
çünki küfrə ibadət edir, günahlar törədir və yaxşı başa düşürlər ki, ölüm,
onların törətdikləri bəd əməllərə görə, onlardan alınacaq qisası tezləşdirəcək.
Комментариев нет:
Отправить комментарий