ﭑﭒﭓﭔﭕﭖ ﭗ
ﭘﭙ ﭚﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩﭪﭫﭬ ﭭ
ﭮ ﭯ ﭰﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ
(2.283)
“Əgər səfərdə olsanız və katib tapmasanız, saxlanılması üçün girov verin. Əgər
sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş
borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə,
şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir”.
Bu ayədən
çoxsaylı faydalı nəticələr çıxartmaq olar.
Əqdlər və
müqavilələr bağlanarkən girov götürmək və zəmanət tələb etməyə icazə verilir
ki, bunlar da, öz növbəsində, qula, tərəflərin kimliyindən – mömin və ya
günahkar, etibarlı insan və ya əhdini pozan fırıldaqçı olmasından asılı
olmayaraq, ona çatacaq haqqı almağa imkan verir. Belə zəmanətlər insanlara öz
hüquqlarını qorumağa imkan verir və mübahisələri aradan qaldırır.
Ən yaxşı zəmanət
– götürülməsi mümkün olan girovdur. Lakin bu hələ o demək deyildir ki, götürülməsi
və aparılması mümkün olmayan girov qanuni qüvvəsi olmayan girovdur. Fövqəluca
Allah ələ götürülməsi mümkün olan girovu xatırladaraq izah edir ki, girovu ələ
götürmək mümkün olarsa, onda o, insanın hüquqlarının qorunmasının ən etibarlı zəmanətidir.
Lakin onu ələ almaq mümkün olmadıqda, belə girovun zəmanəti mükəmməl sayılmır.
Alınıb
götürülən girovun müəyyən edilməsi haqqında hökm təsdiq edir ki, girov qoyanla
girov saxlayanın arasında borc və girovla əlaqədar mübahisə yarandıqda, son söz
girov saxlayana məxsus olur, çünki onun haqqı daha çoxdur və bunun səbəbi də
onun əlində qalan girovun onun hüquqlarının zəmanəti olmasıdır. Əgər son qərar
ona məxsus olmasaydı, katibin və şahidlərin olmadığı bir şəraitdə,
girovsaxlayanın hüquqlarının qorunmasına zəmanət verilə bilməzdi.
Tərəflər
bir-birilərinə etibar etdikdə, onların hüquqlarını qoruyan zəmanət və
şahidlər olmadan, müqavilə bağlamağa icazə verilir. Lakin belə hallarda onlar
Allahdan layiqincə qorxmalıdırlar, çünki əks təqdirdə, almalı olacağından məhrum
ola bilər. Məhz buna görə, belə şəraitdə Allah maddi məsuliyyət daşıyan şəxslərə
Ondan qorxmağı və ona saxlanmağa verilmiş əmlakı tam qaytarmağı əmr edir.
Bir nəfər
başqa birisinə, onun dindarlığına və sədaqətliliyinə görə öz əmlakını etibar
etdikdə, bu ona böyük şərəfdir və buna görə maddi məsuliyyət daşıyan şəxs ona
saxlanmağa etibar edilmiş əmlakı iki səbəbə görə: məhz belə davranmağı əmr
etmiş Allahın qarşısında və həm də öz mülkiyyətini saxlamağı etibar edərək ona
verənin qarşısında öz borcunu yerinə yetirmək üçün tam qaytarmalıdır.
Şəriət qəti
olaraq şahidliyi gizlətməyi qadağan edir və əgər, buna baxmayaraq, insan yenə də
bunu edirsə, onda onun qəlbi – orqanizmin ən vacib orqanı – günaha batmışdır.
Bu onunla izah edilir ki, şəhadəti gizlətmək yalandan şəhadət verməyə bənzəyir
və insanların hüququnun məhdudlaşdırılmasına və onların arasına qarşılıqlı
münasibətlərin pozulmasına səbəb olur. Əgər insan belə bir günah iş tutursa,
o, öz əməlinə görə məsuliyyət daşıyır, bu əməl digər tərəf qarşısında maddi məsuliyyət
daşıyan şəxsin əməlidir.
Qeyd etmək
lazımdır ki, girov götürməyə həm səfər zamanı və həm də daimi yaşayış yerində
icazə verilir. Lakin şərh etdiyimiz ayədə ancaq səfər zamanı girovdan bəhs
edilir, çünki məhz belə şəraitdə insanlar, adətən, katib və şahidlər tapa
bilmirlər və girov qoymağa məcbur olurlar. Ayənin sonunda Allah, insanları ləyaqətli
əqdlər bağlamaları, zərərli əqdlərdən qorunmaları üçün onları ruhlandırmaq məqsədilə
xatırladır ki, qulların bütün hərəkətləri Ona büsbütün məlumdur.
ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ
(2.284) “Göylərdə və yerdə nə varsa, Allahındır.
Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi
hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər
şeyə qadirdir”.
Fövqəluca
Allah göylərdə və yerdə Özünün hüdudsuz hakimiyyəti və Özünün hər şeyi əhatə edən
elmi ilə qullarının açıq-aşkar etdiklərini də və ürəklərində gizlətdiklərini
də bildiyini xəbər verir. Allah onları etdikləri əməllərinə görə hökmən cavab
verməyə çağıracaq və ancaq kimi istəsə, onu da bağışlayacaq. Bu qullar, Rəbbi
qarşısında tövbə edənlər olacaqdır. Bununla əlaqədar Fövqəluca Allah buyurur:
“Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin
ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır” (İsra, 17/25). Kimi
də istəsə, Qüdrətli Allah əzabverici cəzaya məhkum edəcək. Bu bədbəxtlər,
arası kəsilmədən qəlbən və cismən günah işlədərək Allaha itaətdən çıxmış kəslər
olacaqlar.
Bu ayə, qəlbində
pis fikirlər doğan, amma müvafiq əməllər etməyən və onlara uyğun pis sözlər
danışmayan insanları Allahın bağışlayacağı haqqında hədislərə zidd deyil.
İnsanın qəlbində ona xas olmayan və onun rədd etdiyi müxtəlif pis fikirlər ola
bilər. Şərh olunan ayədə insanın qəlbində kök salmış təkcə qəti niyyətlərdən və
sifətlərdən söhbət gedir ki, onların yaxşı və ya pis olması mümkündür.
Allah həmçinin
bəyan edir ki, O, bütün varlıqlar üzərində hakimiyyət sahibidir və Onun qüdrətinin
mükəmməlliyi, istənilən məxluqlarını məsuliyyətə cəlb etməyə, onları layiq
olduqları ilə mükafatlandırmağa və ya cəzalandırmağa gücü çatmasında özünü
göstərir.
ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫﮬ ﮭ
ﮮ ﮯﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ
(2.285) “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə
iman gətirdi, möminlər də. Hamısı Allaha, Onun mələklərinə, kitablarına
və elçilərinə iman gətirdilə: “Biz Onun elçiləri arasında fərq qoymuruq!”
Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik,
dönüş də yalnız Sənədir!”
ﯗ ﯘ
ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫﯬ ﯭ
ﯮ ﯯ ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷﯸ ﯹ
ﯺ ﯻ ﯼ
ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ
ﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ
ﰉ ﰊ ﰋ
ﰌ ﰍ ﰎ
(2.286) “Allah hər kəsi yalnız onun qüvvəsi
çatdığı qədər mükəlləf edir. Hər kəsin qazandığı xeyir yalnız onun özünə,
qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz unutsaq və ya xəta
etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi bizə də
ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə!
Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri
məğlub etməkdə bizə yardım et!”
Peyğəmbərin
(s.ə.s.) bir səhih hədisində rəvayət edilir ki, gecə bu iki ayəni oxumaq şərdən
qorunmaq üçün bəs edər. Bunun səbəbi isə onların mübarək mənalarındadır. Bu surənin
əvvəlki ayələrinin birində Allah insanları imanın bütün əsas müddəalarını qəbul
etməyə dəvət edir: “Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə,
İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin
Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların
arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə,
2/136). Allah bu ayədə bildirir ki, Elçi (s.ə.s.) və möminlər dinin bu əsaslarına
iman gətirdilər, bütün elçilərə və bütün kitablara iman gətirdilər. Onlar
Kitabın bir hissəsini qəbul edib, digər hissəsini inkar edənlərə və ya bəzi
elçiləri qəbul edib, digərlərini rədd edənlərə bənzəmədilər. Həqiqətən təhrif
olunmuş dinlərin ardıcılları isə məhz belə edirlər.
Allahın
Elçisinin (s.ə.s.) adının çəkilməsi ilə yanaşı möminlərin xatırlanması onlar
üçün böyük şərəfdir. Bu ona dəlalət edir ki, Allahın Elçisinə (s.ə.s.) aid olan
dini hökmlər onun ardıcıllarına da şamil edilir. O, bu hökmləri ən mükəmməl
surətdə yerinə yetirmiş və bu sahədə bütün möminləri və hətta Allahın digər
elçilərini də ötüb keçmişdir.
Sonra,
Allah bildirir ki, möminlər belə deyirlər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz!
Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar Peyğəmbərin
(s.ə.s.) Quranda və Sünnədə onlara gətirdiklərini bütövlüklə əməl etməyi öhdələrinə
götürürlər. Onlar dini qanunları səmimi qəlblə qəbul edərək və
can-başla onlara itaət edərək qulaq asırlar, onların sözləri isə Allah
qarşısında mütilik ifadə edir və dini vəzifələrini yerinə yetirməkdə onlara kömək
göstərilməsi xahişini və fərz hökmləri yerinə yetirərkən yol verdikləri
qüsurlarının və törətdikləri günahlarının bağışlanmasını nəzərdə tutur. Onlar
Allaha müti halda dua edir və bu dua onlara fayda verir; Fövqəluca Allah Öz
Peyğəmbərinin (s.ə.s.) sözü ilə: “Mən bunu artıq etmişəm!” deyə,
ona cavab veribdir.
Allah bu
duaları, əsasən, hökmən qəbul edir və onları ayrı-ayrı dindarlardan isə bir şərtlə,
belə duaların qəbuluna maneə olan amillərin olmaması şərti ilə qəbul edir.
Allah müsəlmanları, səhvən və ya unutqanlığı nəticəsində yol verdikləri hərəkətlərə
görə məsu- liyyətə çəkmir. Allah İslam şəriətini çox yüksək dərəcədə
asanlaşdırmış və müsəlmanları, onlardan əvvəlki millətləri yüklədiyi kimi ağır
yüklə və vəzifələrlə yükləmir. Allah müsəl- manlara, onların imkanlarını aşan
vəzifələr yerinə yetirməyə hökm verməmiş, xətalarını onlara bağışlamış, onlara
rəhm edərək kafirlər üzərində qələbə çalmağı əta etmişdir.
Biz, Fövqəluca
Allahdan Onun gözəl adları və sifətləri vasitəsilə, dininin tələblərini yerinə
yetirməyi bizə öyrədərkən bizə göstərdiyi mərhəməti vasitəsilə xahiş edirik
ki, bu dualarımızı həyata keçirsin, Muhəmməd Peyğəmbərin (s.ə.s.) vasitəsilə
bizə verdiyi vədini icra etsin və bütün mömin müsəlmanların işlərini qaydaya
salsın.
Bu vəhydən
bir sıra mühüm qaydalar çıxır. Onlardan ən birincisinə uyğun olaraq dini vəzifələri
asanlaşdırmaq və bütün dini məsələlərdə müsəlmanları sıxıntıdan xilas etmək
lazımdır. Digər qayda öyrədir ki, əgər insan ibadət ayinlərinin icrası zamanı
Allah qarşısında səhvən və ya unutqanlığı üzündən vəzifələrini pozarsa,
bağışlanmağa layiqdir. Əgər bu səbəblərə görə o, vəzifələrini məxluqlar
qarşısında pozmuşsa, onda o, alçaldılmağa və qınanmağa layiq sayılmır. Lakin
onun səhvi və ya unutqanlığı insanların ölümünə və ya əmlakın məhvinə səbəb
olduqda, o, məsuliyyət daşıyır, çünki insanın başqa insanların həyatına və ya əmlakına
nə qərəzlə, nə səhvən və nə də unutqanlığı üzündən qəsd etmək haqqı yoxdur.
Комментариев нет:
Отправить комментарий