ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ
(2.238)
“Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında
mütiliklə durun”.
Fövqəluca
Allah bütün namazları və xüsusilə, günortadan sonrakı namazı (əsr) müntəzəm və
qüsursuz qılmağı əmr edir. Namazlara qayğı ilə yanaşmaq dedikdə, onları müəyyən
olunmuş vaxtlarda qılmaq, onların şərtlərinin və rüknlərinin dəqiqliklə yerinə
yetirilməsi, namaz oxunarkən mütilik və bütün fərz və sünnələrin qılınması nəzərdə
tutulur.
Əgər insan
qıldığı namazlara qayğı ilə yanaşırsa, o, hökmən bütün digər ibadət ayinlərini
də nöqsansız icra edir və yaramaz, qınanılan hərəkətlərdən çəkinir. Xüsusilə bu,
namazı mükəmməl qılan, Allah qarşısında itaətkarlıqla dayanan şəxslərə aiddir.
Belə insan Allah xatirinə səmimi namaz qılır, Onun qarşısında əyilir, çünki
“qunut” sözü (burada “itaət”, “mütilik”) “Allah qarşısında mütilik hissi ilə
uzun müddət ibadət etməkdir”.
ﭚ ﭛ
ﭜ ﭝ ﭞﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ
(2.239)
“Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində
qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə,
o cür yad edin!”
Bu ayədə
namaz qılanın məhz nədən ehtiyat etməsi xatırlanmadığına görə, ayə çox geniş
məna kəsb edir. Əgər insan düşmənlərindən, vəhşi heyvanlardan və ya mövcud təhlükəli
şəraitin ona zərər vura bilməsindən qorxarsa, onda ona ayaq üstdə və minik üzərində
namaz qılmağa icazə verilir. O, at, dəvə üstündə və ya istənilən nəqliyyat
vasitəsində namaz qıla bilər, həm də onun üzünü Kəəbəyə tərəf tutması vacib
deyil. Belə namaz qılınmasına təhlükə zamanı yol verilir, çünki müsəlman təhlükəsizlik
şəraitində namazı bütün qaydalara uyğun qılmalıdır.
“Allahı təhlükəsizlikdə
olanda zikr edin” hökmü – namazı layiqincə qılmağı, göstərdiyi mərhəmətinə görə
Allaha həmd edərək tez-tez xatırlamağı nəzərdə tutur. Allah Öz qullarına lütfkarlıq
edərək onlara xoşbəxtliklərinin və müvəffəqiyyətlərinin rəhni olan bilikləri
öyrətmişdir.
Bu ayə
biliyin üstünlüyünü göstərir və təsdiq edir ki, Allah insana onun əvvəl bilmədiyi
şeyləri öyrədir və buna görə o, Rəbbini tez-tez xatırlamalıdır. Ondan aydın
olur ki, Allahın adının tez-tez çəkilməsi yeni biliklərin əldə edilməsinə gömək
göstərir, çünki bəxş etdiyi nemətlərinə görə Ona yönəldilən minnətdarlıq həmin
nemətlərin dəfələrlə artmasına səbəb olur.
ﭫ ﭬ
ﭭ ﭮ ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃﮄ ﮅ
ﮆ ﮇ ﮈ
(2.240)
“Sizlərdən ölən və zövcələr qoyub gedən kimsələr zövcələrinə, bir ilin
tamamınadək evlərindən çıxarılmamaq şərtilə, baxılmasını vəsiyyət etməlidirlər.
Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətlə müvafiq
qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir,
Müdrikdir”.
Quranın əksər
təfsirçiləri hesab edirdilər ki, bu ayə Fövqəluca Allahın: “Sizlərdən ölənlərin
qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər...” (Bəqərə, 2/234)
ayəsi ilə ləğv edilmişdir. Bu şərhə müvafiq olaraq, əvvəlcə dul qadınlara tam
bir il gözləmək əmr olunmuşdu və sonradan o, dörd ay on gün gözləmək ayəsi ilə
ləğv edilmişdir. Bu alimlərin rəyinə görə, ləğv edən ayə nazil olma vaxtına görə
deyil, ancaq Qurandakı düzülüşünə görə ləğv olunandan əvvəl yerləşə bilər,
çünki ləğv olunan dini hökmün (nəsx) vacib şərti – ləğv edən hökmün ondan sonra
nazil edilməsidir. Lakin bu rəy inandırıcı dəlillərlə təsdiq olunmur.
Əgər bu
iki ayə üzərində düşünsək, onda aydın olar ki, ən etibarlı rəyin tərəfdarları
hesab edirlər ki, birinci ayə qadına, məcburi qaydada, dörd ay on gün ərzində
gözləməsini əmr edirsə, sonrakı ayə mərhumun
qohumlarına yönəldilmiş öyüd-nəsihətdən ibarətdir. Bunun əsasında onlar dul
qadına tam bir il ərzində öz yanlarında yaşamağa icazə verməyə borcludurlar ki,
qadın təsəlli tapsın və onlar da öz mərhum qohumuna bu minvalla
xeyirxahlıqlarını göstərə bilsinlər. Bu o deməkdir ki, Allah Özü mərhum ərin
qohumlarına onun dul zövcəsinə yaxşı münasibət göstərmələrini və onu zəruri
olan vəsaitlə təmin etmələrini və ərinin evindən qovmamalarını tapşırır.
Dul qadın
istəyərsə, mərhum ərinin evində tam bir il ərzində qala bilər. Əgər istəməsə,
onda o, matəm saxlama müddəti qurtaran kimi, onun evini tərk edə, gözəl
paltarlar geyə və bəzək şeyləri taxa bilər. Bu zaman dul qadın özünü ləyaqətlə
aparmalı, dinin hədlərini aşmamalı və adətləri pozmamalıdır.
Bu ayənin
sonunda Allah Öz qüdrətinin və müdrikliyinin kamilliyini təcəssüm etdirən əzəmətli
adlarını xatırladır. Onların hər biri gerçək və yerində xatırlanmışdır.
ﮉﮊ ﮋ
ﮍ ﮎ
ﮏﮐ
(2.241)
“Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu,
müttəqilər üçün bir borcdur”.
Öncəki ayədə
dul qadınların maddi təminatı barədə xatırladıldıqdan sonra, Fövqəluca Allah
bildirir ki, boşanmış arvadlar da həmçinin öz sabiq ərlərinin himayəsində
qalırlar və onlar öz imkanlarına və tələbatlarına uyğun olaraq həmin qadınları
maddi vəsaitlə təmin etməlidirlər. Təqvalı qullar bu vəzifələrini ona görə
yerinə yetirirlər ki, boşanmış arvadların maddi təminatı təqvalılığın vacib və
ya bəyənilən tələblərindən biridir.
Biz
yuxarıda, ər, mehrin ölçüsünün müəyyənləşdirilməsinə və cinsi yaxınlıq etməsinə
qədər nikahlandığı zövcəsi ilə
boşandıqda, qadına çatacaq maddi mükafat barədə xatırlatmışdıq. Qeyd etmişdik
ki, bu mükafat ərin maddi vəziyyətindən asılıdır. Biz həm də yada salmışdıq ki,
əgər boşanma, mehrin məbləği müəyyən ediləndən sonra, lakin ər-arvad yaxınlıq
etməmişdən öncə baş vermişsə, onda qadına mehrin yarısı verilməlidir.
Əgər onlar
evlilik həyatına başlamışlarsa, onda ər boşanmadan sonra, ayrıldığı zövcəsini
maddi cəhətdən təmin etməlidir. Alimlərin əksəriyyətinin rəyinə görə, bu hökm bəyəniləndir,
amma bəziləri onu vacib sayırlar, çünki Allah bunu təqvalı qulların vəzifəsi
adlandırır. İstənilən vəzifə, əksi sübut edilməyənə qədər, xüsusilə, əgər o, təqvalıların
vəzifəsi adlandırılmışdırsa, məcburi
sayılmalıdır. Axı, Allahdan qorxmaq xisləti özü vacib ehkamlardandır.
ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ
(2.242) “Allah Öz ayələrini sizə belə bəyan
edir ki, bəlkə başa düşəsiniz”.
Fövqəluca
Allah ər-arvada aid olan mühüm qanunlarını izah etdikdən sonra, onların
aydınlığını və ağıllı insanların tələblərinə tamamilə uyğun gəldiyini
vurğulayaraq, onları tərifləyir. Allah onları qullarına ona görə izah edir ki,
onlar hökmlərin mənalarını dərk edə bilsinlər, nazil edilmiş qanunları yadda
saxlasınlar, onların əhəmiyyətini və vacibliyini anlasınlar və işlərində
istifadə etsinlər. Sadalanan əməllərdən hər biri insanın idrak sahibi olduğunu
təsdiq edir.
ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ
(2.243)
“Minlərlə olduqları halda ölüm qorxusundan yurdlarından didərgin düşüb gedənləri
görmədinmi? Allah onlara: “Ölün!” – dedi. Sonra isə onları diriltdi. Doğrudan
da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür
etmir”.
Məgər sən
İsrail oğullarının başına gəlmiş qəribə bir hekayəti eşitməmisənmi? Onlar ölümdən
dəhşətə gələrək, vəba xəstəliyinə düçar olmuş yurdlarını tərk etdilər. Lakin bu
qaçqınlıq onlara ehtiyat etdiklərindən xilas olmağa kömək göstərmədi. Allah
onların taleyini onların arzu etdiklərinin tam əksi olaraq təyin etdi və
onların hamısını bir nəfər kimi öldürdü. Sonra Allah rəhm edərək onları həyata
qaytardı. Ola bilsin ki, Quran şərhçilərinin əksəriyyətinin hesab etdiyi kimi,
bu, peyğəmbərlərdən birinin duası sayəsində edilmişdi, amma, bəlkə də, başqa səbəbə
görə baş vermişdir.
İstənilən
halda, gerçəkləşmiş hadisə Allahın mərhəməti idi. O, heç vaxt insanları Öz
lütfü ilə himayə etməsinə fasilə vermir. Bu hadisə İsrail oğullarını Ona minnətdarlıqlarını
bildirməyə yönəltməli, göstərilən iltifatı onlara bəyəndirməli idi. Bundan
sonra isə onlar bu hadisədən istifadə edərək, Allahın mərhəmətinə nail olmalı
idilər. Lakin o insanların əksəriyyəti Ona layiqincə minnətdarlıqlarını
bildirmədilər.
Bu hekayət
ona dəlalət edir ki, Allah hər şeyə qadirdir. Ayədə dirilmənin gerçəkliyini təsdiq
edən inandırıcı möcüzə təsvir edilir. Bu hekayət məşhur idi və İsrail
oğullarının çoxu onu bir nəsildən digərinə ötürürdülər. Buna görə də, Fövqəluca
Allah bu hekayəti, ayənin nazil olduğu insanlara yaxşı məlum olan bir hadisə
kimi təqdim edir.
Belə bir rəy
də var ki, İsrail oğulları düşmənlərlə rastlaşmaqdan ehtiyat edərək, qorxaqlıq
göstərmiş və evlərini tərk etmişdilər. Bu şərh, Allahın sonrakı ayələrdə müsəlmanlara
döyüşmək haqqında verdiyi əmri ilə təsdiq olunur və O, bildirir ki, İsrail
oğulları (döyüşdən qaçdıqlarına görə) öz mənzillərindən məhrum olaraq
oğullarından ayrı düşdülər.
Hər iki təfsiri
nəzərə alaraq, demək olar ki, bu ayə cihada dəvət edir və onda iştirak etməkdən
boyun qaçırmaqdan çəkindirərək bəyan edir ki, insanlar qaçmaqla ölümdən xilas
ola bilməzlər. Digər ayədə isə deyilir: “Sonra O, bu qəm-qüssənin ardınca
sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə
öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə
Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə
qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz
içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca
öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi
qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər.
Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək
üçün belə etdi. Allah kökslərdə olanları bilir” (Ali-İmran, 3/154).
ﯙﯚﯛﯜﯝ ﯞ
ﯟ ﯠ ﯡﯢ
(2.244) “Allah yolunda vuruşun və bilin ki,
Allah Eşidəndir, Biləndir!”
Allah müsəlmanlara
Onun yolunda, öz həyatını riskə ataraq və malını qurban verərək döyüşməyi
tapşırır, çünki bu iki şərti yerinə yetirmədən müqəddəs müharibə mümkün
deyil. Allah cihad zamanı müsəlmanları səmimi olmağa çağırır və ancaq Allahın
Sözünü ucaltmaq üçün döyüşmək lazımdır, axı O, istənilən sözü, hətta o, pıçıltı
ilə deyilsə belə, eşidir və insanların ürəklərində gizlətdikləri bütün xeyirxah
və yaramaz fikirlərini bilir. Əgər Allahın yolunda döyüşən mücahid bilsə ki, O
– Eşidən və Biləndir, onda o, müharibənin çətinliklərinin öhdəsindən asanlıqla
gələ bilər. Mücahidə məlumdur ki, Onun xatirinə dəf etdikləri məhrumiyyətləri
Allah görür və hökmən onları Öz yardımı və mərhəməti ilə mükafatlandıracaqdır.
ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬ ﯭﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ
(2.245) “Kim Allaha gözəl bir borc versə (malından
Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar. Allah kimisinin
ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız”.
Allah
yolunda malını sərf etmək kimi son dərəcə gözəl bir çağırış üzərində
yaxşı-yaxşı fikirləş! İnsan ianə verərkən sanki Allaha borc verir. Allah bu
borcu dəfələrlə artıracağına və quluna qaytaracağına vədə verir. Bununla əlaqədar
Fövqəluca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli
yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin mükafatını
artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir” (Bəqərə, 2/261).
İnsanı sədəqə
verməkdən çəkindirən ən böyük amil onun dilənçi kökünə düşmək qorxusu olduğu
üçün, Fövqəluca Allah yada salır ki, zənginliyin və kasıblığın sərəncamçısı təkcə
Odur. O, dilədiyinə kasıbçılıq qismət edir, dilədiyinə də Öz səxavətini əta
edir. Əgər bir adam Allah xatirinə öz malını bağışlamaq istəyərsə, dilənçilikdən,
kasıbçılıqdan ehtiyat edərək və malının hədər yerə batacağını düşünərək ləngiməməlidir.
Bütün qullar Allaha qayıdacaqlar və onda sədəqə paylayan və xeyirxah işlər görən
möminlər mükafatlarını, ehtiyac olduğu məqamda, bütövlüklə tapacaqlar. Bu
onlara elə bir güclü təsir göstərəcək ki, onu sözlə təsvir etmək mümkün deyil.
Gözəl borc
dedikdə, sədəqə paylayan zaman büruzə verilən gözəl keyfiyyətlər nəzərdə
tutulur. Bunun üçün insan təmiz niyyətə malik olmalı, öz malını həqiqətən
ehtiyacı olanlara səmimiyyətlə paylamalı, sədəqə verdiyi şəxslərə minnət
qoymamalı, onları incitməməli və mükafatını məhv edən və ya azaldan günah əməllərə
yol verməməlidir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ
ﮉ ﮊ ﮋ
(2.246)
“Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri)
bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin
et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin
ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq
və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq
onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı
döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır”.
Fövqəluca
Allah müsəlmanlara bu əhvalatı danışır ki, onlar özləri üçün ondan faydalı nəticələr
çıxartsınlar, cihad etsinlər və onda iştirak etməkdən boyun qaçırmasınlar,
çünki insan səbirli olanda onu həm bu dünyada və həm də Axirətdə tərifə layiq
aqibətləri vardır. Əgər o, öz vəzifələrini yerinə yetirməkdən üz döndərirsə, həm
bu dünyada və həm də gələcək həyatda zərərdə olacaqdır.
Fövqəluca
Allah bildirir ki, İsrail oğullarının hörmət edilən ağsaqqalları inadla tələb
edirdilər ki, cihad elan olunsun və öz peyğəmbərlərindən də xahiş edirdilər ki,
bu məsələdə mübahisə düşməməyi və xalqın ona layiqincə tabe olması və onunla
söz güləşdirməməyi üçün onlara bir hökmdar təyin etsin. Peyğəmbər ehtiyat
edirdi ki, onun qəbilədaşlarının tələbi boş bəyanat olsun və onların ardıyca
heç bir xeyirxah əməl edilməsin və buna görə də öz xalqından soruşur ki, onlar
nə dərəcədə qəti qərara gəliblər. İsraillilər vəzifələrini layiqincə yerinə
yetirəcəklərinə söz verdilər və bildirdilər ki, onlardan hər biri müqəddəs
müharibədə iştirak etməyə borcludur, çünki məhz bu yolla mənzillərini qaytara və
vətənlərinə qayıda bilərlər.
ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰﮱ ﯓ
ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ
ﯚ ﯛ ﯜ
(2.247)
“Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökümdar təyin etdi!” Onlar
dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox
layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə
onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü
istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”.
Peyğəmbər
Talutu israillilərin hökmdarı təyin etdi. Ona tapşırılmışdı ki, İsrail
oğullarının müqəddəs müharibəsinə başçılıq etsin, çünki onu ləyaqətli rəhbər olmadan
aparmaq mümkün deyil. İsraillilər Talutun təyinatına təəccüblənmişdilər, çünki
onların arasında şan-şöhrətli nəsillərdən olan çoxlu hörmətli və böyük sərvət
sahibi olan kişilər var idi. Belə olduqda, peyğəmbər Talutun onlar üçün Allah tərəfindən
seçildiyini, Allahın ona siyasət sahəsində elm və böyük fiziki qüvvə
bağışladığını xəbər verdi. Bu iki keyfiyyət insanın cəsarətli, igid və xalqı
idarə etmək qabiliyyətinə malik olduğunu müəyyənləşdirir. Xalqının rəhbərinin
varlı olması, nəslində şahların və ya qəbilə başçılarının olması qətiyyən vacib
şərt deyil. Fövqəluca Allah istədiyinə hakimiyyət verir.
ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮ ﯯ ﯰ
ﯱ ﯲﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ
(2.248)
“Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir.
Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən
qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə,
bu sizin üçün bir dəlildir”.
Alicənab
peyğəmbər Talutun rəhbər üçün zəruri olan istedadı və gözəl keyfiyyətləri
haqqında danışmaqla qane olmadı. O dedi ki, Talutun hakimiyyətinin dəlili, mələklərin
nazil olaraq, Qüdrətli Rəbdən sülh və əmin-amanlıq sandığını gətirmələri
olacaqdır. Bu sandıq israillilərin düşmənləri tərəfindən ələ keçirilmişdi və
onda Musanın və Harunun ailələrindən sonra qalan şeylər saxlanılırdı.
İsraillilər
möcüzəni öz gözləri ilə görənə qədər Talutun həqiqətən gözəl əxlaqi keyfiyyətlərə
malik olması və onu Allahın peyğəmbərinin (ə.) sözü ilə Allahın Özünün təyin
etməsi onları razı salmamışdı. Amma onu gördükdən sonra onlar itaət etməyə
razılaşdılar və Allahın iradəsinə tabe oldular.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ
ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌﮍ ﮎ
ﮏ ﮐ ﮑ
(2.249)
“Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi:
“Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc
götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir
qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla
olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün
bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını
yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox
saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir”.
ﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ
(2.250) “Onlar
Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir
ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə kömək et!”
Talut
İsrail xalqının rəhbərliyini qəbul edərək böyük bir ordu topladı, döyüşçülər
arasında vəzifələrini böldü və düşmənlə görüşə getdi. O, İsrail oğullarının zəifliyini
və niyyətlərində qətiyyətsiz olduqlarını hiss edirdi və başa düşürdü ki, mətin
döyüşçüləri döyüşdən boyun qaçırmağa hazır olanlardan ayırmalıdır. Məhz onda
Talut elan etdi: “Allah keçməli olacağınız çayın sahilində sizi sınayacaqdır.
Siz içməli suya güclü ehtiyac hiss edəcəksiniz. Amma sizlərdən kim o sudan içsə
mənim ardımca gəlməsin, çünki onun rəftarı səbirsiz olduğunu təsdiq edəcək. Kim
ki, mənə sadiq qalarsa, səbir edib çayın suyundan içməsə, ona mənimlə yolumuzu
davam etdirməyə icazə veriləcək. Mən, təkcə bir ovuc su götürənləri
bağışlayaram”.
İsraillilər
çayın sahilinə çatanda doğrudan da bərk susuzlamışdılar və onların əksəriyyəti
suya atılıb içməyə başladılar. Ancaq onların çox azı səbir edib su içmədilər.
Talut və
onunla bərabər iman gətirənlər çaydan çıxdıqda, adamlar dedilər: “Bu gün bizim
Caluta və onun qoşununa gücümüz çatmayacaq!” Ehtimal ki, bu sözləri deyənlər
döyüşdən qaçmaq istəyənlərdi. Ola da bilər ki, bunu deyənlər Talutla birgə
çayın o tayına çıxanlar idi.
Əgər bunu
deyənlər döyüşdən yayınan israillilər idisə, onda onlar bununla özlərini
doğrultmağa çalışırdılar. Ya da onlar Talutla birlikdə çaydan keçən döyüşçülər
tərəfindən deyilmişdisə, bu o demək idi ki, onların bəziləri ruhi zəiflik hiss
etmişdilər. Buna baxmayaraq mətanətli iman sahibləri onların ruhunu möhkəmlətmiş
və onları mübarizəni davam etdirməyə ruhlandırmışdılar. Onlar demişdilər: “Neçə-neçə
az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir! Allah
həmişə köməyi və qələbə bəxş etməsi ilə Özünün səbirli qullarının yanındadır”.
Bu sözlər israilliləri səbirli olmağa səslədi və onlar Calut və onun qoşunu ilə
döyüşə qətiyyətlə yönəldilər.
ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
(2.251)
“Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu
öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər
Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada
uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır”.
Davud
Calutu öldürdü və israillilər düşmən üzərində qələbə çaldılar. Allah Davuda
peyğəmbərlik, hakimiyyət, faydalı biliklər, hikmət və səlis danışmaq qabiliyyəti
bəxş etdi. Bunları yada saldıqdan sonra Fövqəluca Allah cihadın faydasını izah
edərək, buyurur ki, əgər Allahın iradəsi ilə bəzi adamlar başqalarının
qarşısını almasaydılar, onda yer üzündə kafirlər, günahkarlar, cinayətkarlar və mürtədlər
hökmranlıq edərdilər. Onda orada hərc-mərclik başlayardı. Lakin Allah qullara
lütfkarlıq göstərərək möminləri və İslamı Öz qanunları və Öz qədəri vasitəsi
ilə kafirlərdən qorudu.
ﯠ ﯡ
ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ
ﯨ ﯩ ﯪ
(2.252)
“Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki,
sən göndərilən elçilərdənsən”.
İsrail barədə
hekayətdən sonra Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) xəbər verir ki, Allahın ayələri
ona həqiqətən oxunur və o, həqiqətən elçilərdən biridir. Onun peyğəmbərliyinin
həqiqiliyinin dəlillərindən biri də bu Quran hekayətidir ki, Peyğəmbər (s.ə.s.)
onu Allahın vəhyindən bilmişdir.
Quranda bildirilən bu hadisədən
müsəlmanlar çoxlu faydalı nəticələr çıxara bilərlər.
Birincisi,
onda Allahın dininin qorunmasının, müsəlman torpaqlarının müdafiəsinin,
onların həyatı və mülkiyyətinin toxunulmazlığının təminatı üzrə yeganə vasitəsi
olan Allah yolunda cihadın üstünlüyündən və faydasından bəhs edilir. Ondan həmçinin
aydın olur ki, müqəddəs müharibədə mücahidlərin böyük çətinliklərlə üzləşməsinə
baxmayaraq, onları şərəfli aqibət gözləyir, halbuki, cihaddan yayınan
günahkarlar ancaq bir müddət ləzzət alaraq özlərini uzun çəkəcək əzab-əziyyətlərə
düçar edirlər.
İkincisi,
o, ləyaqətli bir adamı hökmdar vəzifəsinə təklif etməyin qanuniliyinə dəlalət
edir. Hökmdarın məziyyətləri iki mühüm keyfiyyətdən hasil olur: siyasət və
idarəetmə sahəsindəki biliklərdən və həqiqəti qorumaq bacarığından. İnsan bu
keyfiyyətlərə malik olduqda, başqalarından daha çox hökmdar olmağa layiq olur.
Üçüncüsü,
o, şəriət alimlərinin belə bir doğru fikrini təsdiq edir ki, ordunun komandanı
səfərə çıxmazdan əvvəl qoşunların döyüş tərkibinə baxış keçirərək, yararsız
minik heyvanlarını, imanı az olan, səbri çatmayan, fiziki cəhətdən zəif olan və
öz varlığı ilə ətrafdakılarına zərər vura bilən piyada və atlıları qoşundan
uzaqlaşdırmalıdır. Həqiqətən, hərbi yürüşdə belə döyüşçülər müsəlmanlara ancaq
zərər vururlar.
Dördüncüsü,
o təsdiq edir ki, döyüşdən əvvəl mücahidlərin döyüş ruhunu möhkəmlətmək,
onları mübarizəyə ruhlandırmaq, onları Allaha layiqincə iman gətirməyə, Ona hər
barədə təvəkkül etməyə çağırmaq lazımdır. Həmçinin Allaha dua etmək lazımdır
ki, müsəlmanları mətanətli etsin, onlara lazımi qədər səbir və düşmən üzərində
qələbə bəxş etsin.
Beşincisi,
o, başa düşməyə imkan verir ki, insanın döyüşmək və cihad etmək niyyəti hələ o
demək deyil ki, o, doğrudan da belə bir əməldə iştirak edəcək. İnsan düşmənlə qəti
döyüşmək niyyətində ola bilər, lakin onunla rastlaşanda qətiyyət yox ola bilər
və buna görə də, Peyğəmbər (s.ə.s.) belə sözlərlə Allaha dua edərdi: “Mənə
bütün əməllərimdə möhkəmlik və düz yolla getməyə qətiyyət ver!”
İsraillilər
müqəddəs müharibəyə başlamaq istəyirdilər və qəti qərar qəbul etdiklərini təsdiqləyən
çıxışlar edirdilər. Amma düşmənlərlə döyüşmək vaxtı gəldikdə, onların əksəriyyəti
geriyə çəkildi. Bütün bunlar Peyğəmbərin (s.ə.s.) bir başqa duasını yada salır:
“Qədərim gerçəkləşdikdən sonra məni məmnun et!” Bu o deməkdir
ki, öz taleyi ilə həqiqi razılaşma, insanın qismətinə düşən çətinliklərdən
narazı olmadıqdan sonra özünü göstərir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜﭝ ﭞ
ﭟ ﭠﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ
(2.253)
“Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə
Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya
açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik.
Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən
sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan
kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar
bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir”.
Yaradan
bildirir ki, bəzi elçilər Allahın onlara bəxş etdiyi olduqca yaxşı keyfiyyətləri
və gözəl xüsusiyyətləri ilə digərlərindən üstündürlər. Onlar kamil iman, möhkəm
əqidə, yüksək əxlaq, gözəl davranış sahibi idilər və insanları Allaha dəvət
edir, onlara faydalı biliklər öyrədir və hərtərəfli xeyir verirdilər. Onlardan
bəzilərini Allah Öz sevimlisi etmiş, digəri ilə heç bir vasitə olmadan
danışmış, daha başqalarını isə qalan məxluqları üzərində ucaltmışdır. Allahın
elçiləri elə yüksəkliklərə nail olmuşdular ki, oraya başqa insanların qalxması
mümkün olmayacaqdır.
Məryəm
oğlu İsanı Allah xüsusilə qeyd edir. Açıq-aydın möcüzələri onun Allahın qulu və
elçisi olmasına dəlalət edir və onun bütün təbliğ etdiklərinin doğruluğunu
sübuta yetirirdi. Allah ona korları və cüzamlı xəstələri sağaltmaq, ölüləri
diriltmək və hələ döşəmər körpə ikən beşikdə adamlarla danışmaq imkanı
vermişdi. Allah onu həmçinin Müqəddəs Ruhla, yəni İman Ruhi ilə qüvvətləndirmişdi.
Peyğəmbərin ruhaniliyi digər yaradılmışların ruhaniliyindən üstün olur və onun
sayəsində peyğəmbər əlavə yardım və qüvvə alır.
Heç şübhə
yoxdur ki, hər bir iman sahibi öz imanına uyğun olaraq mənəvi yardım alır,
çünki Fövqəluca Allah buyurur: “Allaha və Axirət gününə iman gətirən elə bir
camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla, öz
ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə, dostluq etsinlər.
Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir...”
(Mücadələ, 58/22). Lakin İsa peyğəmbərə göstərilmiş yardım, Allahın digər
möminlərə göstərdiyi yardımdan çox yüksək idi və buna görə də Fövqəluca Allah
o barədə ayrıca xatırladır.
Belə bir rəy
var ki, Müqəddəs Ruh – mələk Cəbraildir. Allah onun vasitəsilə İsa peyğəmbərə
kömək edir, lakin birinci şərh daha səhihdir.
Elçilərin
kamil keyfiyyətlərindən və onlara bəxş edilmiş üstünlüklərdən və özəlliklərdən
bəhs etdikdən sonra, Fövqəluca Allah bildirir ki, onlar hamısı bir dinə etiqad
edir və bir imana çağırırdılar. Bu şərtlər bütün xalqların Allahın elçilərini
tanımasını və onlara tam tabe olmasını zəruri edirdi, çünki onlara həm də
ecazkar möcüzələr bağışlanmışdı ki, onların hər biri, insanların həqiqi dinə gəlmələri
üçün kifayət edirdi. Lakin insanların əksəriyyəti düz yoldan yayınmağı üstün
tutdular və buna görə də Yerin xalqları arasında ixtilaf və ziddiyyətlər baş
verdi.
Bir sıra
xalqlar iman gətirdilər, digərləri isə kafir qalmağı üstün tutdular. Bu ziddiyyətlər
müharibələrlə nəticələnirdi ki, onlar mövcud ziddiyyətləri daha da dərinləşdirir
və qarşılıqlı düşmənçiliyi gücləndirirdi. Amma Allah istəsəydi onların hamısını
düz yola yönəldərdi və ziddiyyətlərdən qoruyardı. Əgər O, istəsəydi, onları
müharibələrə və qan tökməyə yönəldən ziddiyyətlərə baxmayaraq, bir-biriləri ilə
vuruşmazdılar. Lakin ilahi hikmət tələb edirdi ki, hadisələr bu minvalla getsin
və insanların əməllərindən asılı olsun!
Bu ayə Fövqəluca
Allahın bütün səbəblər üzərində hökmran olmasına ən əzəmətli bir dəlildir. O,
bu səbəbləri qüvvədə də saxlaya bilər və onların hadisələrin gedişinə təsirinin
qarşısını ala da bilər. Bütün bunlar ancaq Allahın istəyi və hikmətinə uyğun
olaraq baş verir. O, istədiyini yaradır və Ona heç bir şey nə mane ola bilər, nə
də Onun sarsılmaz iradəsinə müqavimət göstərə bilər.
ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ
ﮠ ﮡ ﮢ
(2.254) “Ey iman gətirənlər! Alış-verişin,
dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən
Allah yolunda xərcləyin! Kafirlər isə zalımdırlar”.
Allah
möminləri sədəqə verməyə və mümkün xeyirxah məqsədlər üçün mallarını sərf etməyə
çağırır. Bu ayə ən geniş mənaya malikdir, çünki onda idarəedilən söz
buraxılmışdır. Allah Öz qullarına, onlara lütf etdiyi mərhəmətini – bəxş etdiyi
ruzini və müxtəlif yaxşılıqları yada salır və əmr edir ki, bu səxavətinin ancaq
bir qismini sədəqə kimi paylasınlar; bunun dəlili cümlədəki “min” ön şəkilçisidir.
Bu şərtlər insanları hökmən sədəqə verməyə ruhlandırmalıdır.
İnsanları
xeyirxah məqsədlər üçün öz malını sərf etməyə yönəldən şərtlərdən biri də bütün
sədəqələrin Allah nəzdində, nə ticarətin, nə digər əqdlərin, nə sədəqələrin, nə
də şəfaətin insanlara heç bir fayda verə bilməyəcəyi və hər bir adamın: “Kaş
ki, mən yaxşılığı bu həyat üçün saxlayaydım!” deyəcəyi günə qədər
saxlanılması haqqında olan ayədir. Həmin gün insana savab qazandıran əməllərdən
və Allaha iman gətirməkdən başqa heç nə kömək etməyəcəkdir. Həmin gün Onun
qarşısında dayanacaq saf qəlblilərdən başqa, heç kimə nə var-dövlət, nə oğullar
heç bir fayda verməyəcək.
Fövqəluca
Allah buyurur: “Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də
oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz
onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar Cənnətdəki
mənzillərində asudə yaşayacaqlar” (Səba, 34/37).
“...Bu
dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah
yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz...”
(Muzəmmil, 73/20).
Sonra
Allah bəyan edir ki, kafirlər, əsil zalımlardır. Allah onları Ona ibadət etmək
üçün yaratmışdır, onları ruzi və əmin-amanlıqla təmin etmişdir ki, bu nemətlərdən
istifadə edib savab işlər görsünlər. Lakin onlar yaradıldıqları məqsəddən
yayınaraq, Allahla bərabər, Allahın ilahlıqlarını heç bir dəlillə təsdiq etmədiyi
bütləri ilahlaşdırmağa başlamışlar. Onlar Onun nemətlərindən istifadə edərək
kafirliyə etiqad bəsləyir, ağır günahlar törədir və Ona itaətsizlik göstərirlər.
Onların əməllərində haqqa yer verilmir və məhz belə insanları əsil zalımlar
adlandırmaq lazımdır.
ﮣ ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩﮪ ﮫ
ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰﯱ
ﯲ ﯳ ﯴ
ﯵﯶ
ﯷ ﯸ ﯹﯺ ﯻ
ﯼ ﯽ ﯾ
(2.255) “Allah, Ondan başqa ilah yoxdur, əbədi
Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də
yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun
yanında kim havadarlıq edə bilər? O, gələcəyi və keçmişi bilir. Onlar Onun
elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü
göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Fövqəlucadır,
Uludur”.
Muhəmməd
Peyğəmbərin (s.ə.s.) dediyi kimi, bu, Quran ayələrinin ən əzəmətlisidir, çünki
o, özündə Allahın tövhidinin dəlillərini və həmçinin Uca Yaradıcının əzəmətli
sifətlərinin sonsuzluğunu ehtiva edir.
Allah
bütün ilahi keyfiyyətlərə malikdir və O, ilahlığa və ibadətə layiq olan yeganə Vahiddir
və elə buna görə də digər məxluqları ilahlaşdırmaq haqsızlıq və faydasızdır.
Yaşayan –
Allahın gözəl adlarından biridir. O, Allahın Özündə bütün ən gözəl həyati əlamətləri
təcəssüm etdirdiyini göstərir ki, bunların arasında da eşitmə, görmə, qüdrət,
iradə və Onun mahiyyəti ilə bağlı olan digər sifətləri öz əks tapmışdır.
Bütün məxluqlarının
Qəyyumu – Allahın digər bir gözəl adıdır. Bu ad Onun ən kamil əməllər sahibi
olduğunu bildirir. O, heç nəyə Möhtacolmayan Hökmdardır, məxluqlarına ehtiyac
duymur, lakin onları yaradır, yaşamalarına kömək edir və onları zəruri olan hər
şeylə təmin edir.
Allahın
kamil həyatı və ehtiyacsızlığı Onun heç vaxt mürgüləməməsində və yuxulamamasında
özünü göstərir. Bu keyfiyyətlər ancaq yaradılmışlara xasdır – onlar yorulur, zəifləyir
və gücdən düşürlər; lakin həmin xüsusiyyətlər böyüklük, qüdrət və əzəmət sahibi
olan Allaha tamamilə yaddır.
Allah
bildirir ki, göylərin və yerin üzərində hakimiyyət Ona məxsusdur. Bütün məxluqlar
– Allahın quludur və onlardan heç kim bu asılılıqdan xilas olmağa qadir
deyildir. Fövqəluca Allah buyurur: “Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın
hüzuruna ancaq bir qul kimi gələcək” (Məryəm, 19/93).
Allah Öz
qullarının sahibidir və Hökmdara, Hakimə məxsus olan hakimiyyətə, qüdrətə,
böyüklüyə malikdir. Onun hakimiyyətinin kamilliyi, tamlığı – heç kimin Onun
icazəsi olmadan Onun hüzurunda vəkillik etməyə qabil olmamasındadır. Bütün
adlı-sanlı məxluqlar və himayəçilər Onun qullarıdır və Allah onlara icazə vermədikcə
onlar kiməsə şəfaətçilik edə bilməzlər. Fövqəluca Allah buyurur: “De: “Şəfaət
bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur.
Sonra siz Ona qaytarılacaqsınız” (Zumər, 39/44).
Allah təkcə
razı qaldığı məxluqları üçün şəfaətçilik etməyə icazə verir. O, isə ancaq
tövhid əqidəsində olan və Onun elçilərinin yolu ilə gedənlərdən razıdır və əgər
insan bu keyfiyyətlərə malik deyilsə, onda, şəfaətçidən heç bir qismət gözləməməlidir.
Sonra
Allah Özünün hüdudsuz və hər şeyi Əhatəedən elmindən bəhs edir. Onun sayəsində
– uzaqlığından asılı olmayaraq, gələcəkdə məxluqları gözləyən hər şey və
uzaqlığından asılı olmayaraq, məxluqlarla keçmişdə baş vermiş hər şey Ona məlumdur.
Allahdan heç nəyi gizlətmək olmaz – hətta oğrun nəzərlə baxan baxışlar da və qəlblərdə
gizlədilənlər də Ona məlumdur. Məxluqların özlərinə gəldikdə isə, onlar Allahın
elm mənbəyindən ancaq Allahın onlara öyrətdiyini anlaya bilərlər. O, onlara
dini ehkamları və kainat qanunlarını öyrətmişdir ki, bunlar Böyük Yaradanın
ilahi bilikləri okeanında, hərfi mənada, yoxa çıxan ancaq kiçicik zərrəciklərdir.
Məhz buna görə, Allah haqqında başqalarından daha yaxşı məlumatı olan elçilər və
mələklər deyirdilər: “...Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən
başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (Bəqərə,
2/32).
Daha sonra
Allah Özünün Qüdrəti və Əzəmətinin dəlili – göyləri və yeri əhatə edən Kürsüsü haqqında xəbər verir. Allah göyləri,
yeri və həmçinin onları məskunlaşdıran məxluqları kainat üçün qoyduğu nizam və
yaratdıqlarının yaşaması üçün müəyyən etdiyi qanunlar sayəsində qoruyur. Lakin
bu, Onun üçün qətiyyən çətin deyil, çünki Onun qüdrəti mütləqdir, hakimiyyəti
hüdudsuzdur, hökmləri isə Onun müdrikliyinə əsasən tərtib olunur.
Onun gözəl
adlarından biri də Ucadır. O, Öz mahiyyəti ilə yaratdıqları üzərindədir, Onun
sifətləri əzəmətlidir, bütün yaratdıqları və məxluqları Onun qüdrətinə itaət
edir, bütün qullar Onun hakimiyyəti altındadır və Ona tabedirlər. Onun
adlarından biri də Böyükdür. O, böyüklük, ehtiram, əzəmət, şan-şöhrət kimi
keyfiyyətləri Özündə birləşdirir və bunun sayəsində qəlblər Ona məhəbbət bəsləyir,
canlar isə Ona ehtiramla can atırlar. Gerçək biliklərə malik olanlar gözəl
anlayırlar ki, istənilən yaradılmışın, hətta qoy ən şan-şöhrətli və dahi olanın
böyüklüyü, Uca və Böyük Rəbbin əzəməti ilə müqayisədə heç nədir.
Bu ayə həqiqətən
ən şərəfli və heyranedici mənaya malikdir və Quran ayələrinin ən əzəmətlilərindən
adlanmağa layiqdir. İnsan onu oxuyaraq, onun əhəmiyyəti üzərində düşünərək dərinliyinə
agah olarsa, onda onun qəlbi etiqadla, biliklə və imanla dolar və bunların sayəsində
o, özünü şeytanın şər əməllərindən qoruyar.
ﯿ ﰀ
ﰁ ﰂﰃ ﰄ
ﰅ ﰆ ﰇ ﰈﰉ ﰊ
ﰋ ﰌ ﰍ ﰎ
ﰏ ﰐ ﰑ
ﰒ ﰓ ﰔ ﰕﰖ ﰗ
ﰘ ﰙ ﰚ
(2.256)
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs
tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən
yapışmış olar. Allah Eşidəndir, Biləndir”.
Bu vəhy
İslamın kamilliyini xüsusilə vurğulayır. O, özünün saf dəlilləri və aydın ayələri sayəsində idrak və elm dini, qüsursuz
şüuraltı və hikmət, möminlik və nəsihət, haqq və düzgün rəhbərlik dinidir.
Özünün kamilliyi və bəşər düşüncəsinə tam uyğunluğu sayəsində İslam məcburiyyətə
ehtiyac duymur. Adətən, insanı həqiqətə zidd olan, aydın sübutlar və dəlillərlə
təsdiq olunmayan və qəlbinin ikrah bəslədiyi bir şeyə məcbur edərlər. İslam əqidəsinə
münasibətdə isə, ancaq inadkarlıq göstərən zalımlar onu inkar edirlər. Düz
yolla azmışların yollarının fərqi açıq-aşkardır və heç kim, əgər o, doğru yolu
rədd edirsə və haqqın ardıyca getməkdən boyun qaçırırsa, bu əməlinə inandırıcı
bəraət qazandıra bilməz.
Qeyd etmək
lazımdır ki, bu ayə heç bir formada müsəlmanların müqəddəs müharibə aparması
haqqında nazil olmuş çoxsaylı ayələrlə ziddiyyət təşkil etmir, çünki Allah
insanlara cihad etməyi ona görə əmr edir ki, onlar təkcə Allaha ibadət etsinlər
və bu üsulla müsəlmanlar azğınlıq törədən
din düşmənlərini dəf edə bilsinlər.
Müsəlmanlar
hər bir hökmdarın rəhbərliyi altında, hətta, o, günahkar olsa belə, cihad etmək
məsələsində həmrəydirlər və bütün zamanlarda sözü və əməli ilə cihad etmək müsəlmanın
vəzifəsi olmuşdur.
Bəzi
ilahiyyatçılar bu ayənin cihad etməyə hökm verən ayələrə zidd olduğunu hesab
edirdilər və onu ləğv edilmiş (mənsux) ayə adlandırırdılar. Lakin bu rəy zəif
və yanlışdır. Bu, bəhs etdiyimiz bu gözəl ayənin əsil mənası üzərində azca da
olsa düşünən adam üçün açıq-aydındır.
Sonra
Allah insanların iki qrupa bölündüyünü bildirir. Bir qrupa, şəriki olmayan Tək
Allaha iman gətirən və bütün yalançı tanrıçaları rədd edən möminlər daxildir.
Tağut (büt) sözü burada çoxallahlığı və Allaha iman gətirməyin əleyhinə olan hər
şeyi ifadə edir. Əgər insan möminlərin keyfiyyətlərinə malikdirsə, deməli o,
etibarlı və qırılmaz dəstəkdən yapışmışdır. O, gerçək dini əqidə sahibidir və
onu Allaha tərəf və Allahın mərhəmət məkanına aparan doğru yolla gedir.
Digər
insan qrupu haqqında şərh etdiyimiz ayənin nəticələrinə görə mühakimə yürütmək
olar və əgər insan Allaha iman gətirməkdən boyun qaçırırsa, küfrə üstünlük
verirsə və uydurma tanrıçalara ibadət edirsə, onda o, özünü əbədi zülmə və sonsuz
cəzaya məhkum edir.
Allahın
gözəl adları arasında – Eşidən və Bilən adları da vardır. O, Ona müxtəlif dillərdə
istənilən dualarla müraciət edən bütün yaratdıqlarının səslərini eşidir. O,
dua edən qullarının necə Ona yalvardıqlarını və mütiliklə namaz qıldıqlarını
eşidir. O, ürəklərdə gizlənənləri bilir, ən sirli düşüncələrdən xəbərdardır və
hər bir insana, bütün incəlikləri ilə Ona məlum olan niyyətləri və əməllərinə
görə əvəzini verir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ
ﭪ ﭫ ﭬ
(2.257)
“Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır.
Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od
sakinləridir və orada əbədi qalacaqlar”.
Bu ayə əvvəlki
ilə bağlıdır və onun davamıdır. Fövqəluca Allah bildirir ki, O, iman gətirən və
öz imanını, onun vacib tələblərini yerinə yetirməklə və onunla bir araya
sığışmayan hər şeydən qorunmaqla təsdiq edən möminlərin Himayəçisidir. Allah
onlara xüsusi havadarlıq edir, onlara qayğı göstərir və onları imansızlıq, itaətsizlik,
laqeydlik və etinasızlıq zülmətindən haqq biliklər nuruna, Qüdrətli Rəbbə əmin
olmağa, iman gətirməyə, itaət etməyə və bütün varlığı ilə Ona can atmağa doğru
yönəldir. Allah belə insanların qəlbini Vəhyin və imanın nuru ilə işıqlandırır,
asan olan hər şeyə qarşı onların yolunu yüngülləşdirir və onları hər cür çətinliklərdən
uzaqlaşdırır. Onlardan fərqli olaraq kafirlər öz Uca Himayəçisindən üz döndərmişlər
və buna görə də O, onları, özlərinin himayəçisi görmək istədiklərinə, himayəçi
təyin edir. Allah onları öz yardımından məhrum edir və onları, onlara kömək
etməyə qabil olmayan və ya zərər verə bilməyənlərdən asılı vəziyyətə salır. Bu
“qəyyumlar” onları azdırır, bədbəxtçiliyə düçar edir, faydalı biliklərdən
uzaqlaşdırır, xeyirxah əməllər işlətməkdən çəkindirir və onları xoşbəxtlikdən
məhrum etməklə, Cəhənnəm odunda əbədi işgəncələrə məhkum edirlər. Ey Rəbbimiz,
doğru yola yönəltdiklərinin arasında bizi doğru yola yönəlt!
Комментариев нет:
Отправить комментарий