ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ
(2.40) “Ey İsrail oğulları sizə bağışladığım nemətimi yadınıza
salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə
yetirim. Təkcə Məndən qorxun!”
Fövqəluca
Allah İsrail oğullarına bəxş etdiyi nemətini onların yadına salır. Yaqub peyğəmbəri
(ə.) İsrail adlandırırdılar və Allah İsrailin oğullarına müraciət etdikdə,
onlardan Mədinədə və şəhərin ətrafında yaşayanlar nəzərdə tutulur ki, sonralar
məhz onları İslama dəvət etmişdilər. Allah onlara ancaq bir hökmlə müraciət edir
və Rəbbin, bəzilərinin adı bu surədə keçən, nemətlərini yada salmalarını əmr
edir. Allahın nemətlərini yadda saxlamaq üçün insan onları qəlbən qəbul etməli,
dillə Allahı tərifləməli və Allahın bəyəndiyi və Onun sevdiyi əməlləri həyata
keçirmək üçün bu nemətlərdən istifadə etməlidir.
Fövqəluca Allah onlara
Rəblə bağladıqları əhdə riayət etmələrini buyurur. Bu isə o deməkdir ki, onlar
Allaha və Onun elçilərinə iman gətirməli, Onun dininin tələblərini yerinə
yetirməli idilər ki, məhz buna görə onlara bol mükafatlar vəd edilmişdi.
Verdiyi bu vədi haqqında Fövqəluca Allah buyurur: “Allah İsrail oğulları ilə
əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm.
Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz
və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc (sədəqə)
versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil edərəm.
Sizlərdən kimsə bundan sonra kafir olsa, bilsin ki, artıq o, doğru
yoldan azmışdır” (Maidə, 5/12).
Allah
İsrail oğullarına Onunla bağladıqları əhdə riayət etməyə təsir göstərməli olan əməli
də bildirmişdir. O, onlara Uca Rəbdən ehtiyat etməyi, təkcə Ondan qorxmağı əmr
etmişdi, çünki Onun qarşısında duyulan qorxu hissi insanı Onun hökmlərini yerinə
yetirməyə və Onun qoyduğu qadağanları pozmamağa sövq edir.
ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ
(2.41)
“Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu
inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və
yalnız Məndən qorxun”.
Fövqəluca
Allah İsrail oğullarına xüsusi tapşırıq nazil etmişdi ki, onsuz insanın imanı
doğru və kamil ola bilməzdi. O, əmr etmişdi ki, Allahın qulu və Elçisi Muhəmmədə
(s.ə.s.) nazil edilmiş Qurana iman gətirsinlər. İsrail oğullarına Qurana iman gətirmək
və onun tələblərini yerinə yetirmək əmr olunmuşdu ki, bu, onlara Peyğəmbərin
(s.ə.s.) özünə iman gətirməyi bir vəzifə kimi həvalə edirdi. Sonra da, Allah
onları iman gətirməyə yönəldəcək şərtləri xatırladır.
Ey İsrail oğulları! Quran sizə göndərilmiş
Kitabları təsdiq edir. O onları nə rədd edir, nə də inkar edir. Əgər bu vəhy
sizin Kitablarınıza bənzərdirsə və onlara zidd deyilsə, sizə ona iman gətirməyə
mane olan nədir? Peyğəmbərin (s.ə.s.) gətirdiyi, Allahın əvvəlki elçilərinin gətirdiklərinin
eynidir və siz ona birinci olaraq iman gətirməli, onun doğruluğunu təsdiq etməlisiniz,
çünki siz Kitablara və elmə maliksiniz.
Yadda
saxlayın ki, Müqəddəs Quran əvvəlki Kitabların həqiqiliyini təsdiq edir. Deməli,
siz ona iman gətirməkdən boyun qaçırsanız, onda sizə əvvəllər nazil edilmiş
Kitablarınızdan da üz döndərməlisiniz. Allahın Elçisi (s.ə.s.), Musanın, İsanın
və digər peyğəmbərlərin əvvəllər təbliğ etdiyi Təlimi gətirmişdir və ona
inanmamaq, əvvəlki Kitablara da inanmamaq deməkdir. Bu Kitablarda siz Müqəddəs
Quranı, Peyğəmbərin (s.ə.s.) məziyyətlərinin təsvirini və onun gələcəyi
haqqında qabaqcadan verilmiş xəbərləri tapırsınız. Əgər siz ona iman gətirməkdən
üz döndərsəniz, sizə nazil edilənin bir hissəsindən üz döndərmiş olarsınız. Axı
vəhyin bir hissəsinə inanmamaq, vəhyə bütövlükdə iman gətirməməyə bərabərdir
və eynilə Allahın bir elçisinə inanmamaq, Allahın bütün elçilərinə (onlara
Allahın salavatı və salamı olsun) inanmamağa bərabərdir.
Fövqəluca
Allah doğru dinə iman gətirmək haqqında hökm verdikdən sonra, İsrail oğullarını
kafirlikdən çəkindirir. Onlara, Muhəmməd Peyğəmbərə (s.ə.s.) və Qurana iman gətirməkdən
boyun qaçıranlar arasında birincilərdən olmaq qadağan edilmişdi. Fövqəluca
Allah belə deyə bilərdi: “Kafir olmayın!” – lakin Allahın nazil etdiyi qadağa
daha təsirli idi, çünki əgər İsrail oğulları birinci olaraq iman gətirməkdən
boyun qaçırsaydılar, onlara verilən tapşırığı yerinə yetirməmiş olacaqdılar ki,
bu zaman onlar nəinki öz günahlarına görə, habelə onların ardıyca gedənlərin
günahlarına da məsuliyyət daşıyacaqdılar.
Sonra
Allah onların iman gətirməsinə mane olacaq amili yada salır. Buna qədər O, Axirət
həyatında əbədi səadət qarşısında, Allahın ayələrini ucuz qiymətə sataraq,
dünya həyatını üstün tutmağı onlara qadağan etmişdi. Bu ucuz qiymət – yüksək vəzifə,
mümkün olan müxtəlif ləzzətli yeməklərdir ki, insanlar, Allaha və Onun Elçisinə
(s.ə.s.) iman gətirdikləri təqdirdə onları itirəcəklərindən qorxurlar. Onlar
Allahın ayələrini ucuz qiymətə satmaqla dünyəvi zövqə üstünlük verirlər.
Rəbb,
bunları xatırladıqdan sonra, İsrail oğullarına təkcə Ondan qorxmağı əmr
etmişdir, çünki təqva və qorxu insanı, cüzi dünyəvi nemətlərlə müqayisədə,
Allahın ayələrinə iman gətirməyə üstünlük verməyə məcbur edir. İnsanın dünyəvi
ləzzətə üstünlük verməsi isə o deməkdir ki, təqva və qorxu artıq onun qəlbini tərk
etmişdir.
ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ
ﮙ ﮚ
(2.42)
“Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin”.
Fövqəluca
Allah İsrail oğullarına haqqı yalanla qarışdırmağı və onu gizlətməyi qadağan
etmişdir. Kitab əhli və alimləri həqiqəti yalandan fərqləndirməli və onu bəyan
etməlidirlər ki, dindarlar doğru yolla inamla gedə bilsinlər, azmışlar doğru
yola qayıda bilsinlər və inadkar kafirlər isə həqiqəti öyrənərək öz cahilliklərinə
görə bəraət qazana biləcəkləri imkandan məhrum olsunlar. Allah Öz ayələrini
izah edərək aydın göstərişlər nazil etmişdir ki, insanlar onların vasitəsilə
haqqı yalandan ayırd edə və günahkarların yolundan xəbərdar ola bilsinlər. Din
alimləri bu məsələdə onlara kömək göstərdikdə, onlar Allahın elçilərinin varisləri
sayılır və öz xalqlarının sədaqətli nəsihətçiləri adına layiq görülürlər. Əgər
belə alimlərin arasında, fərq qoymadan, haqqı şüurlu surətdə nahaqla qarışdıranlar
varsa, onlara yaxşı bəlli olan və hamıya bəyan etməyə borclu olduqları həqiqəti
gizlədirlərsə, onda onlar alov püskürən Cəhənnəmin carçılarına çevrilirlər,
çünki insanlar dini məsələlərdə nümunəni öz alimlərindən götürürlər. Qoy din xadimləri
hansı yolla gedəcəklərini özləri seçsinlər!
ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ ﮠ ﮡ
ﮢ
(2.43) “Namaz qılın, zəkat verin və rüku edənlərlə
birlikdə rüku edin!”
Namazı
qəlbən və cismən yerinə yetirin, sədəqə almağa haqqı olanlara zəkat verin və
namaz qılanlarla birgə namaz qılın. Əgər siz Allahın elçilərinə və Onun ayələrinə
iman gətirsəniz, qeyd olunan əməlləri yerinə yetirsəniz, onda siz Rəbbimiz
Allaha etdiyiniz səmimi ibadətlə Onun qullarına olan xeyirxah münasibətlərinizi,
qəlbinizdəki ibadətlə bədəniniz və malınızla etdiyiniz ibadəti birləşdirə bilərsiniz.
“Rükuya
gedənlərlə birlikdə rükuya gedin” hökmü camaatla namaz qılmağı nəzərdə tutur.
Buradan belə çıxır ki, camaat namazları vacibdir (fərzdir) və rüku namazın əsas
tərkib hissəsindən biridir. Sonuncu nəticə Allahın rükuya getməni namaz
adlandırmasından irəli gəlir, çünki əgər ibadət ayininin bir hissəsi bütöv
ayini ifadə etmək üçün işlədilirsə, bu o deməkdir ki, ayinin göstərilən hissəsi
fərzdir.
ﮣ ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ
ﮮ ﮯ
(2.44) “Siz Kitab oxuyub insanlara xeyirxahlığı
əmr etdiyiniz halda, özünüz bunu unudursunuz? Məgər anlamırsınız?
Ağıl
ona görə belə adlandırılmışdır ki, məxluqlar onun vasitəsilə onlara xeyir gətirən
hər şeyə yaxınlaşa və zərər gətirən hər şeydən uzaqlaşa bilsinlər. Ağıl
insanı, başqalarına verdiyi əmri, birinci özünün yerinə yetirməsinə çağırır və
başqalarına qadağan etdiyi şeylərdən də birinci olaraq özü imtina edir. Əgər
insan ətrafındakıları xeyirxahlıq etməyə dəvət edirsə, amma özü buna əməl
etmirsə və yaxud özü günah işlər gördüyü halda, xüsusən də o, bunu şüurlu surətdə
etdikdə, başqalarını itaətsizlikdən çəkindirirsə, onda o, ağılsız və nadandır.
Belə insan həqiqəti bilir və o, öz cahilliyinə görə bəraət qazanmaq imkanı əldə
edə bilməz.
Bu
ayə İsrail oğulları haqqında nazil olmuşdur, onun mənası ümumi olduğundan
bütün insanlara aid edilir. Fövqəluca Allah buyurur: “Ey iman gətirənlər! Nə
üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən
danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır” (Saff,
61/2-3).
Bu
ayələrdən belə bir nəticə çıxartmaq olmaz ki, insan Allahın qoyduğu qaydaları
yerinə yetirmirsə, başqalarını bəyənilən əməllər etməyə çağırmamalıdır və
onları qınanan əməllərdən çəkindirməməlidir. Onlar həmin qaydaları yerinə
yetirməyənlərə sadəcə tənə vurur. Yaxşı məlumdur ki, hər kəs həm ətrafındakıları
xeyirli işlər görməyə dəvət etməli, günahlardan çəkindirməli və həm də özü bunu
etməlidir. Əgər o, bu tələblərdən hər hansı birini yerinə yetirmirsə də, digərlərini
yerinə yetirmək vəzifəsindən azad edilmir. Hər iki tələbi yerinə yetirdikdə
insan kamillik əldə edir. Hər iki tələbə etinasız yanaşdıqda isə tam zərərə
düçar olur. Lakin o, bir tələbi yerinə yetirib, digərini icra etməyəndə, o
kamilləşmir və həyatın dibinə də çökmür, orta bir yer tutur. Belə vəhylərin
nazil edilməsinin müdrikliyi ondadır ki, qəlb qeyri-ixtiyari olaraq, əməli
sözlərindən fərqlənən şəxslərə tabe olmaqdan imtina edir və, beləliklə,
insanlar dəvətçinin çılpaq sözlərindən deyil, gerçək əməllərindən nümunə götürürlər.
ﮰ
ﮱ ﯓﯔ ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ
(2.45) “Səbir etmək və namaz qılmaqla Allahdan
kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya
ağır gəlir”.
ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ
(2.46)
“Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin
bilirlər”.
Allah
İsrail oğullarına hər hansı bir şəraitdə səbirliliyin bütün formalarında kömək
üçün ona müraciət etməyi əmr edir – itaətsizlikdən səbirlə uzaq durmaq və
taleyin çətinliklərinə, ondan giley-güzar etmədən, mətanətlə dözmək. Əgər insan
Allahın hökmlərini səbirlə yerinə yetirməyə çalışırsa, göstərdiyi səbirliliyi
onu başladığı istənilən işi axıradək çatdırmağa kömək edir. Əgər insan istənilən
şəraitdə səbrini hifz etməyə səy göstərirsə, Allah ona zəruri səbir verir.
Eynilə bu cür köməyi namaz da göstərir. Namaz insanı alçaqlıqdan və qəbahətli əməllərdən
saxlayan və ona, hər hansı saleh əməli başa çatdırmaqda kömək edən imanın meyarıdır.
Namaz – kifayət qədər səy tələb edən bir hökmdür. Amma bu, namazı heç bir çətinlik
çəkmədən qılan itaətkar möminlər üçün təbiidir. Onların Allah qarşısında
mütiliyi, qorxusu və onlara vəd edilən mükafata ümid bəsləmələri onları, heç
bir sıxıntı çəkmədən, namazı daima layiqincə qılmağa yönəldir. Onlar savab
qazanmağa və cəzadan xilas olmağa ümid bəsləyərək namaz qılırlar. Günahkarlar
isə, onlardan fərqli olaraq, belə gözəl keyfiyyətlərə malik deyillər. Bu
günahkarları namaz qılmağa heç bir şey ruhlandırmır və ona görə də namaz onlara
ən ağır və cansıxıcı vəzifə kimi gəlir.
Namazda
mütiliyə (xuşu) gəldikdə isə, bu ad altında namazın tələsmədən, aramla
qılınması nəzərdə tutulur. Bu zaman insan bütün varlığı ilə öz zəifliyini, köməksizliyini
büruzə verərək, Rəbbi ilə görüşəcəyinə imanını möhkəmlədərək, Fövqəluca Allahın
qarşısında itaətkarcasına alçalır. Bax məhz buna görə Fövqəluca Allah buyurur
ki, itaətkar möminlər öz Rəbbi ilə görüşəcəklərinə əmindirlər və əməllərinin əvəzini
bütünlüklə alacaqlar. Bu xüsusiyyətləri onların dini ayinləri yerinə yetirmələrini
asanlaşdırır, bəlalarla qarşılaşdıqda qəlblərinə sakitlik verir, onları qəm-qüssədən
qurtarır və günahlardan uzaqlaşdırır. Onlar yüksək Cənnət guşələrində mütləq
əbədi səadətə qovuşacaqlar. Əgər insan Rəbbi ilə görüşməyə inanmırsa, namaz
onun üçün ağır bir yükə çevrilir.
ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
(2.47)
“Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün
etdiyimi xatırlayın”.
ﯰ
ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼ
ﯽ ﯾ ﯿ
ﰀ ﰁ ﰂ
ﰃ
(2.48)
“Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən
şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək
göstərilməyəcəkdir”.
Fövqəluca
Allah İsrail oğullarına göstərdiyi mərhəmətini bir daha onların yadına salır.
Bu xatırlatma eyni vaxtda onlara həm öyüd-nəsihət, həm xəbərdarlıq və həm də
onları xeyirxah əməllərə çağırışdır. Bununla yanaşı Allah onları Qiyamət
gününün yaxınlaşması haqqında xəbərlə qorxudur; həmin gün bir nəfər də, nə peyğəmbər,
nə mömin və yaxud nə də Allaha yaxınlığı ilə tanınan digər insan ətrafındakılara,
onlar onun ən yaxın qohumları olsa da belə, kömək edə bilməyəcəkdir, çünki
insana ancaq onun etdiyi əməllər kömək göstərəcəkdir. İnsanlar Allahın izni
olmadan şəfaət edə bilməyəcəklər. O, ancaq Onun mərhəmətini qazanmış şəxslərə şəfaət
etməyə icazə verəcək. Onu qazanmaq isə ancaq Allah xatirinə səmimi qəlblə və
Peyğəmbərin (s.ə.s.) Sünnəsinə tam uyğun olaraq xeyirxahlıq edənlərə müyəssər
olacaqdır.
Fövqəluca
Allah buyurur ki, günahkarlar Qiyamət günü özlərini fidyə verməklə cəzadan
qurtara bilməyəcəklər. Digər bir ayədə isə deyilir: “...Onun dəvətini qəbul
etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o
qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər.
Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacağı yer Cəhənnəmdir.
Ora nə pis yataqdır!” ( Rəd, 13/18).
Kafirlərdən fidyə tələb olunmayacaq və onlara dəhşətli və iyrənc şeylərdən
xilas olmağa heç kim kömək etməyəcək.
Allah
bildirir ki, insanlar bir-birlərinə qətiyyən kömək göstərməyəcəklər. Onlar
bir-birilərinə fayda verə və ya bir-birini şərdən xilas edə bilməyəcəklər, bu
isə o deməkdir ki, heç kəs öz təşəbbüsü ilə günahkarlara kömək etməyəcək.
Bununla bərabər, onlardan himayəçilik və ya fidyə qəbul edilməyəcək və bu da o
deməkdir ki, onlara kömək etməyə İxtiyarıolandan kömək istəmələri də onlara heç
bir fayda gətirməyəcəkdir. Allah onlardan fidyə qəbul etməyəcək və onlara himayə
edilməsinə yol verməyəcək. Beləliklə, qullar ümidlərini məxluqlara bağlamamalıdırlar,
çünki onlar ətraflarındakılara fayda verə bilməyəcəklər. Əksinə, onlar ancaq
Allaha təvəkkül etməlidirlər, çünki onlara fayda verməyə və ya onları zərərdən
qorumağa qadir olan təkcə Odur! Onlar şərik qoşmadan tək Ona ibadət etməli, Ona
ibadət etməkdən ötrü onlara kömək göstərməsi üçün Ona dua etməlidirlər.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
(2.49) “Bir zaman Biz sizi Fironun tərəfdarlarından
xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı
öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin
üçün böyük bir sınaq var idi”.
ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ
(2.50) “O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və
Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq”.
Fövqəluca
Allah bu ayədən başlayaraq İsrail oğullarına verdiyi nemətlərini bir-bir
sadalayır.
Ey
İsrail oğulları! Allah sizi sizə böyük əzablar verən Firondan, onun yaxın
adamları və döyüşçülərindən xilas etdi. Onlar sizin nəslinizin artacağından
qorxaraq oğullarınızı doğrayır və ancaq qadınlarınızı sağ buraxırdılar. Sizin bəzilərinizi
ölüm, bəzilərinizi də alçalma və məcburi ağır zəhmət gözləyirdi. Sizi, sanki mərhəmət
göstərərək öldürmürdülər, sonra isə köləyə çevirirdilər. Bu, sizin üçün ən
müdhiş alçaldılma idi, lakin Allah sizə həqiqi mərhəmət göstərib, sizi köləlikdən
tamamilə xilas etdi. Düşmənləriniz isə gözünüzün qabağında dənizdə batırıldılar
ki, siz bu mənzərədən məmnun qalasınız. Bu xilasınız böyük bir nemət idi və siz
ona görə Allaha minnətdar olmalı və Onun hökmlərini yerinə yetirməliydiniz.
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ
(2.51)
“O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun
ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz”.
ﭽ
ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ
(2.52) “Sonra bunun ardınca Biz sizi bağışladıq ki, bəlkə şükür
edəsiniz”.
ﮆﮇﮈﮉﮊﮋﮌﮍ
(2.53) “O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan
verdik ki, bəlkə düz yolla gedəsiniz”.
ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ
(2.54) “O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzovu
ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və
özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın
yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O,
tövbələri qəbul edəndir, Rəhimlidir”.
Fövqəluca
Allah İsrail oğullarına bəxş etdiyi neməti – Musaya hörmət əlaməti olaraq qırx
gecə ərzində Tövratı – özündə böyük xeyir və böyük fayda daşıyan Kitabı nazil
edəcəyinə söz verdiyini onların yadına salır. Lakin israillilər bu müddətin
bitməsini gözləməyib, peyğəmbərlərinin onların yanında olmadığı bir vaxtda,
qızıl buzova sitayiş etməyə başladılar. Onlar ədalətsizlik etdilər, çünki həqiqət
onlara məlum idi və bu onların cinayətini daha da ağırlaşdırdı və dəhşətli
etdi. Bax elə buna görə, Allah Musa peyğəmbərin dili ilə onlara törətdiklərinə
görə tövbə etmək və bir-birilərini öldürmək hökmü verdi. Sonra isə Allah onları
bağışladı ki, Ona minnətdar olsunlar.
ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ
ﯘ ﯙ
(2.55) “O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə
sənə iman gətirməyəcəyik!” – dediniz və gözünüz görə-görə sizi ildırım vurdu”.
ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟﯠ ﯡ
(2.56) “Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz”.
İsrail
oğulları ədəbsizlik edərək Allah və Onun elçisi ilə kobud davranmaya cəsarət
etdilər və buna görə də onları ildırım vurdu. Ehtimal etmək olar ki, onlar
doğrudan da ölmüşdülər, ya da ola bilsin ki, onlar şüurlarını itirmişdilər. Bu
zaman onların hər biri ətrafdakılarla nə baş verdiyini görə bilirdi. Sonra Allah
onları həyata qaytardı ki, Ona minnətdarlıqlarını bildirsinlər.
ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨﯩ ﯪ
ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ
ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶ
(2.57)
“Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik və:
“Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!” – dedik. Onlar
bizə deyil, təkcə özlərinə zülm etdilər”.
Fövqəluca
Allah bu ayədə İsrail oğullarına, onlar nə kölgəsi olmayan və nə də yeməyə bir
şey tapılmayan səhrada olarkən onlara əta etdiyi nemətini xatırladır. Allah
onların üstünə buludların kölgəsini salır, manna və bildirçin göndərir. Xüsusi
zəhmət sərf etmədən əldə edilə bilən hər hansı qida məhsulu, məsələn, zəncəfil,
göbələk və ya çörək, manna adlandırılır. Bildirçin isə yumşaq və ləzzətli əti
olan kiçik quşlardandır.
Allah
onlara normal təminatları üçün zəruri olan miqdarda manna və bildirçin nazil
etmişdi. Belə nemətlər hətta ən varlı şəhərlərin sakinlərinə belə verilməmişdi.
Lakin İsrail oğulları Allaha bu səxavətinə görə minnətdarlıq etmədilər, öz
daşürəkliklərindən xilas olmadılar və olmazın günahlarını törətməkdə davam
edirdilər. Onlar Onun hökmlərini yerinə yetirmədikdə Allaha zərər vurmurdular,
çünki günahkarların itaətsizliyi Ona heç bir zərər toxundura bilməz və eynilə
möminlərin itaəti də Ona hər hansı bir fayda gətirmir. Onlar ancaq özlərinə
qarşı ədalətsiz davranırdılar, çünki zalımlıqları özlərinə qarşı çevrilirdi.
ﭑ
ﭒ ﭓ ﭔ
ﭕ ﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢﭣ ﭤ
ﭥ ﭦ
(2.58)
“O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə
rahatlıqla yeyin, için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!” –
deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını
artırarıq”.
İsraillilər
itaət etməyən adamlardılar, lakin Allah onlara mərhəmət göstərməkdə davam
edirdi. O, onlara bir şəhərə girmələrini əmr etdi ki, o, onları əzəmətli etməli,
onların vətəni və yaşayış məskəni olmalı idi, orada onları mümkün olan hər cür
maddi nemətlər bolluğu gözləyirdi. Allah israillilərə hökm verdi ki, oraya
daxil olsunlar, sözləri və işləri ilə Onun qarşısında mütiliklərini təsdiq
etsinlər. Onlar itaətkarlıqla şəhərin darvazasından girməli və Allahdan
bağışlanmalarını diləməliydilər. Buna görə Allah onların günahlarını
bağışlayacağına və xeyirxah möminləri həm bu dünyada və həm də Axirət həyatında
mükafatla təltif edəcəyinə söz vermişdi.
ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
(2.59)
“Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə
etdikləri günaha görə göydən əzab göndərdik”.
Fövqəluca
Allah Onun buyurduğu sözün israillilərin hamısı tərəfindən dəyişdirildiyini demədi,
çünki bunu edənlər təkcə ədalətsiz günahkarlar idilər. Bağışlanma haqqında dua
etmək əvəzinə onlar: “Buğda toxumu” ifadəsini işlətdilər. Onlar Allahın hökmlərini
saymazyanalıqla qarşılayaraq, məsxərəyə qoydular. Onlar sadə bir sözü dəhşətli
şəkildə təhrif etdilər, lakin daha da ağır olan davranışlarıydı. Onlar şəhərə yambızları
üstə sürünə-sürünə girdilər və bu zalımlıqları onların Allah tərəfindən cəzalandırılmasına
səbəb oldu.
ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ
ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ
ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ
(2.60) “O zaman Musa öz xalqı üçün su istədikdə,
Biz: “Əsanla daşa vur!” – dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər
qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. Onlara dedik: “Allahın sizə
verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”
Musa
Allahdan xalqına içməli su verməsini xahiş etdikdə, Allah ona, əsasını daşa
vurmağı əmr etdi. Bu, hər hansı müəyyən bir daş və ya istənilən daş ola bilərdi.
O, əsası ilə daşa vuran kimi, daşdan on iki çeşmə fışqırdı. İsrail xalqı on iki
qəbilədən ibarətdi və hər qəbilə bildi ki, hansı çeşmədən su içməlidir. Onlar
basabas salmadan aramla susuzluq yanğılarını söndürə bilərdilər. Allah onlara
su içməyə və heç bir zəhmət çəkmədən aldıqları nemətlərlə qidalanmağa imkan
verdi. Onlara təkcə yer üzündə fəsad yaymaq qadağan edilmişdi.
ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ
(2.61) “Onda siz dediniz: “Ey Musa! Biz eyni
cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin
bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və
soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz
şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi
taparsınız!” Onlara zəlillik və düşkünlük üz verdi və onlar Allahın qəzəbinə
düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar
edirdilər və bəzi peyğəmbərləri
haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi
aşdıqlarına görə idi”.
İsrail
oğulları Allahın nemətlərini dəyərsiz hesab edərək, Musaya öz narazılıqlarını
bildirdilər. Onlar dedilər: “Biz həmişə eyni yeməkləri yeyə bilmərik. Rəbbindən
xahiş et ki, O bizə tərəvəz, xiyar, sarımsaq, mərci və soğan yetişdirsin!”
İsraillilərə bir-neçə ərzaq məhsulları nazil edilmişdi, lakin onların bu istəyi
hər gün təkrar edilirdi, onlar isə tərəvəz, xiyar, sarımsaq, mərci və soğan yemək
istəyirdilər. Tərəvəz (bakl) adı altında bütün gövdəsiz (sapalaqsız) bitkilər nəzərdə tutulur. Xatırlanan digər
bitkilər yaxşı tanınanlardır.
Musa
dedi: “Doğrudanmı siz qüdrət halvasını və bildirçini onlardan pis olanlarla dəyişməyi
xahiş edirsiniz? Siz belə etməməlisiniz, çünki adlarını çəkdiyiniz qida məhsullarını
istənilən şəhərdə tapmaq olar. Allah sizə ən xeyirli və ən yaxşı qida məhsulları
vermişdir. Niyə siz onları başqaları ilə dəyişmək istəyirsiniz?”
İsraillilərin
davranışı onların səbirsizliyinə, Allahın hökmlərinə və Rəbbin nemətlərinə
etinasız yanaşmalarına və onların məhkum edildiyi cəzanın törətdikləri qəbildən
olan cinayətlərə uyğun gəldiyinə dəlalət edirdi. Onları artıq haqlamış və
zahiri görünüşlərindən bəlli olan alçaldılma və miskinlik həqarətin təcəssümü
idi. Onların qəlbi isə mənəvi səfalət mərəzinə tutulmuşdu. Onlar artıq özlərini
qüdrətli hesab etmir və yüksək məqsədlər haqqında düşünmürdülər. Əksinə,
onların mənəvi siması acınacaqlı və məqsədləri cüzi idi. Onlar Allahın qəzəbindən
başqa bir şey əldə etmədilər. Onların qazancı necə də pisdir! Vəziyyətləri necə
də yamandır!
Allahın
qəzəbi onlara ona görə düçar oldu ki, onlar Allahın, hər biri haqqı bildirən və
izah edən ayələrini rədd etdilər. Onlar ayələrə inanmaqdan boyun qaçırdılar və
bununla Allahın qəzəbinə gəldilər. Bununla yanaşı, onlar haqsız olaraq peyğəmbərləri
öldürmüşdülər. Tamamilə aydın məsələdir ki, peyğəmbərlərin qətli ədalətli ola
bilməz. Buna baxmayaraq, Fövqəluca Allah bu əməli ədalətsiz adlandırmışdır ki,
onların törətdiyi cinayətin ağırlığını xüsusilə vurğulasın və heç kim düşünməsin
ki, onlar bu cinayətləri öz cahillikləri və yaxud bilməməzlikləri üzündən
yerinə yetirmişlər.
Onlar
bu cinayətləri Allaha itaətsizlik etmək və Onun qullarının haqlarına qəsd etmək
istədiklərinə görə törətmişdilər. Bir qisim günahlar həmişə digər günahların
törədilməsinə səbəb olur və əgər insan öz vəzifələrinin yerin yetirilməsinə
laqeyd münasibət bəsləyirsə, onda o, əvvəlcə kiçik günahlar edir, sonralar isə
bu günahlar bidətə, küfrə və digər ağır
cinayətlərə çevrilir. Allah bizi belə bədbəxtlikdən saxlasın!
Bilmək
lazımdır ki, bu ayələr Müqəddəs Quran nazil edilən zamanda yaşayan İsrail
oğullarına yönəldilmişdir. Allah onları, ata-babalarının törətdikləri
günahlarına görə qınayır, lakin bunda böyük bir hikmət vardır.
Birincisi,
İsrail oğulları özlərini tərifləyərək, dediklərinə görə, bacarıq etibarı ilə,
Muhəmməd Peyğəmbərdən (s.ə.s.) və onunla birlikdə iman gətirmiş müsəlmanlardan
üstün olduqlarını iddia edirdilər. Allah isə onlara, taleləri oğullarına yaxşı
məlum olan əcdadlarının sifətlərini xatırladır ki, hər bir insana, israillilərin
keçmişdə kifayət qədər səbirli və yüksək əxlaqlı olmadıqları və ləyaqətli işlər görmədikləri
aydın olsun. Əgər israillilərin ən ləyaqətli və mömin sayılan ulu babaları belə
keyfiyyətlərə malik idilərsə, onda Peyğəmbərin (s.ə.s.) müasirləri olan
israillilər haqqında nə güman etmək olar?!
İkincisi,
Allahın israillilərin ilk nəslinə göstərdiyi mərhəmət onların sonrakı nəsillərinə
də aid idi, çünki ataya verilən nemət bütün hallarda oğullarına da aid edilir.
Allah İsrail oğullarına məhz bu nemətləri xatırladır, çünki onlar bu xalqın
bütün nəsillərinə şamil edilmişdi.
Üçüncüsü,
israillilərin ulu babalarının törətdikləri günahlarda ittiham edilməsi, dini
icma nümayəndələrinin, onlar müxtəlif zamanlarda yaşasalar da, həmişə birgə hərəkət
etməsinə, bir-birini müdafiə etməsinə dəlalət edir. Əgər onlardan biri hər
hansı bir əməl törədirsə, onun nəticələri bu icmanın bütün nümayəndələrinə təsir
göstərir. Əgər onlardan kimsə bir xeyir iş görürsə, o onların hər birinə fayda
verir və əgər onlardan kimsə pis əməllər törədirsə, bu da onların hər birinə zərər
vurur.
Dördüncüsü,
İsrail oğullarının əksəriyyəti ulu babalarını onların törətdikləri günahlara
görə qınamamışdır və əgər insan törədilmiş cinayətə razıdırsa, o, həmin cinayətin
iştirakçısına çevrilir. Allahın, Peyğəmbərin (s.ə.s.) dövründə yaşamış
israillilərə qarşı belə müraciətinin başqa izahları da mövcuddur ki, onları təkcə
O Özü bilir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ
(2.62) “Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani
və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin
mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Bu
ayənin tələbləri müstəsna olaraq Kitab əhlinə aiddir. Mötəbər bir rəyə görə,
sabiilər - çoxsaylı xristian cərəyanlarından birinin nümayəndələridir. Allah xəbər
verir ki, yəhudilərin, xristianların və sabiilərin Allaha və Qiyamət gününə
iman gətirmiş və Allahın elçilərinin həqiqiliyini qəbul etmiş möminlər mütləq
böyük əcr alacaqlar və əmin-amanlıq içində olacaqlar. Onlar qorxu bilməyəcək və
kədərlənməyəcəklər. O ki qaldı Allaha və Qiyamət gününə iman gətirməyi rədd
etmiş yəhudilərə, xristianlara və sabiilərə, onları tamamilə başqa bir qismət
gözləyir. Onları qorxu bürüyəcək və onlar qəm-qüssə içində olacaqlar.
Tamamilə
aydındır ki, bu hökm Muhəmmədin (s.ə.s.) peyğəmbərliyi başlayana qədər yaşamış
Kitab əhlinə aiddir, çünki onların əməllərini həqiqətən bu minvalla səciyyələndirmək
ola bilərdi.
Bu
ayədən belə bir nəticə çıxır ki, əgər Quran ayələrinin mətni oxucunu xətalı nəticələr
çıxarmağa təkan verərsə, Quranda həmişə elə bir ayə tapılır ki, o, yanlış təsəvvürləri
darmadağın edir. Müqəddəs Quran, məxluqlar hələ yaradılana qədər onların
haqqında hər şeyi Bilən Rəbb tərəfindən nazil edilmişdir. O, Öz mərhəməti ilə
bütün varlığı qurşamışdır.
Fövqəluca
Allah İsrail oğullarını itaətsizliklərinə və bəd əməllərinə görə danlayır və bəzi
adamların ürəyində belə bir təsəvvür yarana bilər ki, bu qınaq bütün israillilərə
aiddir. Buna görə, Uca Yaradan məzəmmətə layiq görülməmiş şəxslərin xüsusiyyətlərini
də bildirmişdir. Bu barədə ən yaxşı bilən Allahdır!
Bundan
başqa, əvvəlki ayələrdə ancaq İsrail oğulları haqqında bəhs edilirdi və bir
sıra adamlar səhvən zənn edə bilərdilər ki, təkcə israillilər Rəbbin qınağına
layiq görülmüşlər. Məhz buna müvafiq olaraq Fövqəluca Allah ümumi məna kəsb edən
vəhy nazil etmiş və o, bütün millətlərə şamil edilərək, insanlara əsil həqiqəti
izah etmək və ayələrin yanlış anlaşılmasının qarşısını almaq məqsədi
güdmüşdür. Öz Kitabında məxluqların ağlını heyran qoyan biliklər nazil edən Rəbbimiz
pak və müqəddəsdir!
Sonra
Mərhəmətli və Fövqəluca Allah əcdadlarının əməllərinə görə israillilərə tənə
vurmaqda davam edərək buyurur:
Комментариев нет:
Отправить комментарий