ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧﯨ ﯩ ﯪﯫ ﯬ
ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ
ﯳ ﯴ
(2.223)
“Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın.
Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin
ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ!”
Kişilərə
zövcələri ilə qabaqdan və ya arxa tərəfdən cinsi əlaqəyə girməyə icazə verilir,
lakin ancaq cinsi orqandan olmaq şərti ilə, çünki məhz uşaqlıq rüşeymin inkişaf
etdiyi “tarladır”. Bu ayə anus dəliyindən cinsi əlaqənin qadağan olunduğunu nəzərdə
tutur, çünki Allah təkcə cinsi orqan vasitəsilə cinsi əlaqəyə girməyə icazə
verir. Bu qadağa Peyğəmbərin (s.ə.s.) çoxsaylı hədislərində də xatırlanır. O
(s.ə.s.), anus dəliyindən cinsi əlaqəyə girənləri lənətləmişdir.
Sonra
Allah qullarına qabaqcadan onları Ona yaxınlaşdıran yaxşı işlər görmələrini əmr
edir. Belə əməllərdən biri də kişinin zövcəsi ilə cinsi yaxınlıq etməsidir ki,
onun sayəsində insan Öz Rəbbinə yaxınlaşmağa, mükafata layiq görülməyə və nəslini
artırmağa ümid bəsləyir ki, sonuncu, Allahın iradəsi ilə, ona böyük fayda gətirə
bilər. Allah hər cür şəraitdə təqvalı olmağı buyurur və bunun üçün yadda
saxlamaq lazımıdır ki, insanlar mütləq Onunla qarşılaşacaqlar və özlərinin
saleh və günahkar əməllərinin əvəzini alacaqlar.
Daha sonra
Allah Peyğəmbərinə (s.ə.s.) möminlərə müjdə verməsini əmr edir, amma nə ilə
onları müjdələməyi bildirmir. Bu isə o deməkdir ki, müjdə ən geniş mənaya
malikdir və möminləri həm bu dünyada və həm də Axirətdə sevinc gözləyir.
Onlardan hər biri böyük nemət əldə edəcəkdir və öz imanının gücündən asılı
olaraq ziyandan qorunacaqdır. Bu və bir çox başqa şeylər burada müjdə adı
altında nəzərdə tutulur.
Ayədən
aydın olur ki, Allah möminləri də, onlara sevinc gətirən şeyləri də sevir.
Ondan bir şey də aydın olur ki, Allahın onlar üçün həm bu dünyada və həm də
Axirət həyatında hazırladığı mükafatları xatırladaraq, müsəlmanları xeyirxah əməllərə
ruhlandırmaq arzu olunan əməldir.
ﯵ ﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰁ ﰂﰃ
ﰄ
(2.224) “Andlarınıza görə Allahın adını
yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza
dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!”
Hər hansı
and ona görə içilir ki, adı ilə and içilən ucaldılsın və barəsində and içilən
şeyin doğruluğu, adın ucalığına istinad etməklə təsdiq olunsun. Fövqəluca Allah
müsəlmanlara, sözün geniş mənasında, andlarını qorumağı tapşırır və bu tapşırıqda
bəzi hallar, məsələn, andın icrasının, Allaha daha xoş olan bir şeyin yerinə
yetirilməsindən əl çəkməyə sövq etməsi istisna edilir. Buna görə, Allah
qullarına, içdikləri and onların xeyir işlər görməsinə, günahlardan çəkinməsinə
və insanların arasında barış yaratmasına maneə olduqda, onlara istinad etməyi
qadağan edir.
Əgər insan
and içibsə ki, vacib hökmü yerinə yetirməsin, onda o, belə andı pozmalıdır; belə
halda andı yerinə yetirmək günahdır, yox, əgər o, arzuolunan tələbi yerinə
yetirməmək andı içibsə, onun andını pozması vacib deyil, ancaq arzu olunandır.
Əgər o, qadağan olunmuş bir əməli etməyə and içmişdirsə, onu hökmən pozmalıdır.
Əgər o, arzu olunmaz bir əməli etməyə and içmişdirsə, andı pozmaq arzu
olunandır. Əgər o, icazə verilmiş bir hərəkəti etməyə and içmişdirsə, o, öz
andına sadiq qalmalıdır.
Bu ayədən
məşhur bir şəriət qaydası çıxır. Bu qaydaya müvafiq olaraq, yaxşı əməllər
arasında seçim aparmaq lazım gəldikdə, üstünlüyü onlardan ən vacibinə vermək
lazımdır. Bizim vəziyyətimizdə, anda sadiq qalmaq xeyirxah əməldir, lakin
Allahın mühüm bir hökmünü yerinə yetirmək ondan daha vacibdir və ona görə də
üstünlüyü sonuncu olaraq yaxşı əmələ vermək lazımdır.
Bu ayə
Allahın iki gözəl adı ilə tamamlanır: Eşidən və Bilən. O, bütün səsləri eşidir
və Öz qullarının niyyətini bilir. O, and içənlərin sözlərini eşidir və onların
xoş və bəd niyyətlərini bilir. Bunlar haqqında xəbər verərək, Fövqəluca Allah
qullarını alacağı qisas barədə xəbərdar edir. Qisas vaxtı mütləq gələcəkdir,
çünki yaratdıqlarının bütün əməlləri və niyyətləri Ona məlumdur.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛﭜ ﭝ
ﭞ ﭟ ﭠ
(2.225)
“Allah sizi qərəzsiz içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin O, sizi
qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah
Bağışlayandır, Həlimdir”.
Allah
insanları qəsdlə və düşünərəkdən vermədikləri boş andlara görə məsuliyyət
daşımağa çağırmır, çünki onlar çox vaxt belə deyirlər: “Yox, Allaha and olsun!
Bəli, Allaha and olsun!” Allah insanları keçmişdə olmuş hadisələrə görə and içərkən,
məsuliyyətə çəkmir, çünki onlar o hadisələrin doğru olduğunu güman edirlər.
Lakin insanlar qəsdlə içdikləri anda görə mütləq cavab verəcəklər. Buradan
aydın olur ki, dəyərləndirmə zamanı niyyətlər nəinki əməllərə görə, həm də mülahizə
və fikirlərə görə də nəzərə alınır.
Allahın
gözəl adları arasında Bağışlayan və Həlim adları da var. O, tövbə edənləri
bağışlayır, itaətsizlik göstərənləri cəzalandırmağa tələsmir və hətta onların
günahlarını örtür. O, günahkarlara qarşı həlimdir, yumşaqlıq göstərir,
halbuki onları cəzalandırmağa qadirdir, çünki onlar Onun hakimiyyəti
altındadırlar.
ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧﭨ ﭩ
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
(2.226) “Qadınları ilə yaxınlıq etməməyi and
içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar fikirlərindən dönsələr,
əlbəttə ki, Allah Bağışlayandır, Rəhimlidir”.
Burada
söhbət öz zövcələri ilə ümumiyyətlə və yaxud müəyyən bir müddət ərzində cinsi
yaxınlıq etməməyə and içmiş kişilərdən gedir. Bu müddət dörd aydan çox və ya az
ola bilər.
Əgər bir adam
öz arvadı ilə dörd ayı keçməyən bir müddət ərzində cinsi yaxınlıq etməyəcəyinə
and içirsə, onda onun andı başqa andlardan heç nə ilə fərqlənmir. Əgər o,
andını pozarsa, onda günahını yumalıdır
və əgər o, andının üstündə durarsa, onda o, heç bir məsuliyyət daşımır, özü də
onun arvadının bu hərəkətə görə ərini məzəmmət etməyə haqqı yoxdur, çünki ər
arvadı ilə dörd aya qədər cinsi əlaqəyə girməmək haqqına malikdir.
Lakin əgər
o, zövcəsi ilə ümumiyyətlə və ya dörd ay müddətindən artıq cinsi əlaqəyə girməməyə
and içərsə və əgər zövcəsi ondan cinsi həyata qayıtmağı xahiş edərsə, ona
zövcəsi ilə cinsi yaxınlıqdan özünü saxlamağa ancaq andı içdiyi andan dörd ay ərzində
icazə verilir, çünki zövcəsi də onunla cinsi yaxınlıq etməyə haqqı vardır. Müəyyən
olunmuş müddət sona çatdıqdan sonra, ər öz zövcəsi ilə cinsi yaxınlıq etməyə
borcludur və andını pozduğu üçün kəffarə verməlidir. Əgər o, öz ər vəzifəsini
yerinə yetirməkdən boyun qaçırırsa, onda onu boşanmağa məcbur etmək lazımdır.
O, buna müqavimət göstərdikdə, hakim arvadın ərindən boşanmasını özü həll edir.
Bilmək
vacibdir ki, ər-arvadlıq münasibətlərinin bərpa edilməsi Fövqəluca Allahın daha
çox xoşuna gəlir, çünki O, bildirir ki, əgər ər zövcəsi ilə cinsi həyatını bərpa
edirsə, özünü bundan saxlayacağına and içməsinə baxmayaraq, Allah, müştərək
cinsi həyata yenidən başlamaları xatirinə ona içdiyi andı pozmasını bağışlayır.
Allah Öz
qulları üçün, içdikləri anddan geriyə çəkilmək üçün çıxış yolları müəyyən etməklə
onlara Öz mərhəmətini göstərir və istənilən şəraitdə içdiyi anda riayət etməyə
onları məcbur etmir. Allah, qulları zövcələri ilə cinsi yaxınlığı bərpa etdikdə,
onlara yenə də rəhm edərək, onlara mehribanlıq və şəfqətlə yanaşır.
ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
(2.227)
“Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!”
Ər zövcəsi
ilə birgə nikahda olmaq arzusunu nümayiş etdirərək cinsi həyatı bərpa etməkdən
boyun qaçırarsa, onda bunu ancaq qəti boşanma niyyəti kimi dəyərləndirmək olar.
Əgər iş bu yerə çatıbsa, ər ləngitmədən zövcəsinə talaq verməlidir. O, bunu etmək
istəmədikdə isə, hakim onu buna məcbur etməli və ya ər-arvadı özü boşamalıdır.
Sonra
Allah Özünün gözəl adlarını – Eşidən və Bilən olduğunu xatırladır. Bu xatırlatmada
ərlərə qarşı ciddi xəbərdarlıq əks olunmuşdur. Onlar belə andları öz zövcələrinin
zərərinə və ya onlara əziyyət vermək üçün içirlər.
Bu ayədən
aydın olur ki, ancaq kişilərə cinsi əlaqədə olmaq istəməməkləri barədə and içməyə
icazə verilir, çünki Fövqəluca Allah ayədə öz zövcələri ilə cinsi yaxınlıq etməyəcəkləri
barədə and içən şəxsləri xatırladır. Ayədən həm də aydın olur ki, kişi öz zövcəsi
ilə heç olmazsa dörd ayda bir dəfə cinsi yaxınlıq etməlidir, çünki dörd ay
keçdikdən sonra ər zövcəsi ilə ya cinsi əlaqəyə girməli, ya da onu boşamalıdır;
dörd ayda bir dəfə zövcəsinin cinsi yaxınlıq ehtiyacını ödəmək isə ərin vəzifəsidir.
ﭸ ﭹ
ﭺ ﭻ ﭼﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ
ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ
ﮟ ﮠﮡ ﮢ
ﮣ ﮤ ﮥ
(2.228) “Boşanmış qadınlar üç heyz müddəti
gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın
onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində
onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin
qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər
üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə
üstündür. Allah Qüdrətlidir, Müdrikdir”.
Qadın ərindən
boşandıqdan dərhal sonra ərə gedə bilməz və üç aybaşı müddəti gözləməlidir.
İslam alimləri bu hökmün mənasına yanaşmada müxtəlif rəylər söyləmişlər. Bəziləri
hesab edirdilər ki, qadın üç aybaşı müddəti gözləməlidir, digərləri isə
aybaşıdan üç dəfə təmizlənməyi gözləməyi nəzərdə tuturdular. Birinci rəy bu barədə
daha dəqiqdir. Boşanmadan sonra müddətin (iddənin) gözlənilməsi bir sıra səbəblərlə
izah olunur, xüsusən, o, boşanmış ər-arvada hamiləliyin olmamasından əmin
olmağa imkan verir. Çünki boşanmadan sonra qadın ardıcıl olaraq üçüncü dəfə
aybaşı olarsa, onda inamla demək olar ki, o, öz sabiq ərindən uşağa qalmamışdır
və onun sonra ərə getməsi qohumluq əlaqələrinin qarışmasına səbəb
olmayacaqdır.
Bu səbəbə
görə Fövqəluca Allah qadınlara əmr edir ki, Allahın onların bətnində yaratdığı
haqqında xəbər versinlər və onlara hamiləliyi və aybaşını gizlətməyi qəti surətdə
qadağan edir, çünki bunların gizlədilməsi sonradan çoxsaylı pis nəticələrə səbəb
olur.
Qadın,
boşanmaqdan ötrü müəyyən olunmuş müddətin tezliklə qurtarması və başqa adama ərə
getmək ixtiyarı alması üçün hamiləliyini gizlətdikdə, adamlar bir başqasını,
onun uşağının valideyni olmadığı halda, onun atası adlandıra bilərlər. Belə
olduqda, uşaq özünün həqiqi qohumları ilə əlaqəsini və qanuni varis hüququnu
itirir. Onun yaxın qohumları onu tanımır və bəzən o, nikah bağlaması haram
olan qohumu ilə evlənir. Digər tərəfdən isə, yad adamı öz atası hesab edərək,
o, qanunsuz olaraq onun mirasının bir hissəsini əldə edir və onun qohumlarını
özünün yaxın adamları sayır. Bu və digər hallar böyük bir müsibət törədə bilər
ki, onu da ən yaxşı bilən qulların Rəbbidir.
Əgər başqa
bir kişi ilə tezliklə evlənmək xatirinə hamiləliyi gizlətməyin nəticəsi təkcə
etibarsız və qanunsuz nikah əsasında yaşamaq və buradan irəli gələn ən ağır
günahlardan birinin daima təkrarlanması – zinakarlıq olardısa, onda elə bu
günah bəs edərdi.
Qadına
aybaşının başlanmasını da gizlətmək qadağandır. Əgər o, hadisələri qabaqlayaraq,
qan axmasının başlanması haqqında yalandan xəbər verirsə, onda sabiq ərinin
haqqını tapdalayır və özünü digər kişilərin toxunması üçün mümkün elan edir.
Belə hərəkət, artıq qeyd etdiyimiz kimi, çox yaramaz nəticələr verir. Əgər
qadın aybaşının başlanmasını, boşanmaq üçün müddəti uzatmaq üçün yalandan gizlədirsə,
sabiq ərindən, artıq almağa haqqı olmadığı, maddi vəsait alır. Belə hərəkət də
iki səbəbə görə qanunsuzdur. Birincisi, qadın ərindən tam boşandıqdan sonra,
ondan maddi təminat almağa haqqı olmur. İkincisi isə, belə bir təhlükə yaranır
ki, ər, boşanma üçün ayrılmış müddət keçəndən sonra nikahlı münasibətlərini
davam etdirə bilər ki, onda sabiq ər-arvad zinakarlıq etmiş olurlar, çünki
müddət keçəndən sonra onlar bir-birilərinə tamamilə yad adamlardır.
Buna görə
də Uca Rəbb buyurur ki, əgər qadın Allaha və Axirət gününə iman gətirirsə, o,
Allahın onun bətnində yaratdığını gizlətməməlidir. Bunun gizlədilməsi qadının
Allaha və Qiyamət gününə inanmadığına dəlalət edir. Əgər o, törədilən əməllərə
görə əvəz veriləcəyinə iman gətirsəydi, belə bir günah işlətməyə cəsarət etməzdi.
Bu ayədən
həm də belə bir nəticə çıxır ki, qadının öz hamiləliyi, aybaşısının başlanması
haqqında və onun ancaq özünə məlum ola biləcək digər iddialarını qəbul etməyə
icazə verilmişdir.
Sonra
Allah bildirir ki, boşanma üçün ayrılmış müddət keçənə qədər ərlərin zövcələri
ilə nikahlarını bərpa etməyə, əgər onları buna sövq edən məhəbbət və yaxşı niyyətlərdirsə,
haqları var. Bu müddəadan aydın olur ki, ərlər barışmaq istəmədikdə, onlara ər-arvadlıq
münasibətlərini bərpa etmək qadağandır. Ərə, boşanmış zövcəsini bu minvala
saxlamağa, ona əziyyət verməyə və ya boşanmaq üçün gözlənilməli müddətin uzadılmasına
icazə verilmir. Lakin bir məsələdə alimlər yekdil qərara gələ bilməyiblər: ər
belə davrandıqda nikahın bərpası qanuni sayılırmı? Əksər alimlər, ərin günah
işlətməsinə baxmayaraq, bunu qanuni sayırdılar. Ən etibarlı rəyə görə isə,
nikah bərpa edilərkən ər yaxşı niyyətdə olmazsa, onların nikahı qanunsuzdur. Bu
rəyin xeyrinə, şərh etdiyimiz gözəl ayənin aydın mənası da şəhadət verir.
Ərin
nikahı bərpa etmək haqqı, qadının boşanmaq üçün müəyyən edilmiş müddəti mütləq
gözləməsinə daha bir səbəbdir. Əgər boşanma elan olunduqdan sonra, ər zövcəsi
ilə ayrılmasına heyfsilənərsə, onda müəyyən olunmuş vaxt keçənə qədər baş
vermiş hadisəni götür-qoy edə və qəti qərar qəbul edə bilər. Bu, ona dəlalət
edir ki, Allaha ər-arvad arasında olan yaxşı münasibətlər xoş gəlir, onların
ayrılması isə nifrət doğurur. Peyğəmbər (s.ə.s.) isə bu barədə demişdir: “İcazə
verilmiş bütün əməllərdən Allahın nifrətini doğuran – boşanmadır”.
Ərin
nikahı bərpa etmək haqqı o boşanmalara aiddir ki, onlardan sonra evlilik
münasibətlərini yenidən başlamaq mümkün olsun. Qəti boşanmaya gəldikdə isə, o,
elan olunduqdan sonra ər arvadını qaytarmaq və nikah əlaqələrini bərpa etmək
haqqını artıq itirmiş olur. Əgər qəti boşanmadan sonra sabiq ər və arvadın hər
ikisi yenidən nikahlanmağa razılaşsalar, onda onlar bunu adi qaydada ilk nikah
bağlayanlar kimi, zəruri şərtləri yerinə yetirərək, etməlidirlər.
Sonra
Allah bildirir ki, ərlər zövcələri qarşısında müəyyən öhdəliklər daşıyırlar,
zövcələr də ərləri qarşısında müəyyən öhdəliklərə malikdirlər. Ər-arvadın
hüquq və vəzifələri, onların yaşadığı ölkələrin və dövrün adət-ənənələri ilə müəyyənləşdirilir,
çünki müxtəlif ölkələrdə və müxtəlif zamanlarda bu adətlər fərqli olur. Onlar həmçinin
şəraitlə, insanların xasiyyət və vərdişləri ilə də səciyyələnir. Buradan aydın
olur ki, maddi təminat, paltar, ailə həyatı, mənzil və hətta ər-arvadın cinsi
yaxınlığı da onların yaşadıqları ölkənin və zamanın adətlərindən asılı olur.
Bu, nikahlanma gedişində ər-arvadın bir-birinin qarşısında heç bir şərt qoymadıqları
evlənməyə aiddir. Əgər belə şərtlər qoyulmuşsa, onların yerinə yetirilməsi zəruridir,
lakin onlar bu şərtlərlə Allahın icazə verdiyini qadağan edə və qadağan
etdiyinə icazə verə bilməzlər.
Daha sonra Allah ərin vəziyyətinin
zövcəsinin vəziyyətindən üstün olduğundan bəhs edir. Bu onu göstərir ki,
arvadın vəzifəsi ərin qarşısında, ərin vəzifəsinin arvadın qarşısında
olduğundan çoxdur. Bu barədə Quranın başqa bir ayəsində deyilir: “Allahın
onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə
kişilər qadınlar üzərində himayəçidirlər...” (Nisa, 4/34).
Təkcə kişilər
peyğəmbər və hakim ola, dövləti idarə edə və ya rəhbər vəzifələr tuta bilərlər.
Bununla yanaşı kişilər qadınlardan ikiqat artıq haqqa malik olurlar, miras
bölüşdürüldükdə və bir çox başqa işlərdə də belədir.
Allahın
gözəl adları arasında – Qüdrətli və Müdrik adları vardır. O, kamil qüdrətə və əzəmətli
hakimiyyətə malikdir və onların əsasında bütün yaradılmışlar Ona tabedir.
Lakin, Özünün məhdudlaşdırılmayan imkanlarına baxmayaraq, Allah Öz məxluqlarını
ilahi müdrikliyinə ciddi şəkildə uyğun olaraq idarə edir.
Qeyd etmək
lazımdır ki, boşanmadan sonra üç aybaşı müddətində gözləmək haqqında ümumi
qayda hamilə qadınlara (onlar hamiləliyin sonuna qədər gözləməlidirlər),
nikahdan sonra ərləri onlara yaxınlaşmayan qadınlara (onlar boşanandan o saat
sonra ərə getmək hüququna malikdirlər) və kölə qadınlara (onlar ancaq iki
aybaşı müddəti gözləməlidirlər) aid deyil. Sonuncu rəyin tərəfdarları Peyğəmbərin
(s.ə.s.) səhabələri idi.
Şərh
etdiyimiz ayənin mətni onunla nazil edilmiş hökmün ancaq azad qadınlara aid
olduğunu sübut edir.
ﮦ ﮧﮨ ﮩ
ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫﯬ ﯭ
ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ ﯹ ﯺ
(2.229) “Boşanma iki dəfə olar. Bundan
sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla
buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal
olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən
qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən
qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç
bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın
hüdudlarını aşanlar – məhz onlar zalımlardır”.
Cahiliyyə
dövründə və İslamın ilk yayıldığı illərdə kişiyə saysız-hesabsız dəfə zövcəsindən
boşanmağa icazə verilərdi və əgər o, arvadına əziyyət vermək istəsəydi, ona
boşandığını elan edərdi və boşanmaq üçün müəyyən olunmuş vaxtın yaxınlaşmasına
az qalmış nikahı bərpa edər və bundan sonra yenə arvadını boşadığını elan edərdi*. Bu minvalla, kişi bütün həyatı boyu arvadına məşəqqət
çəkdirərək belə edə bilərdi. Bunu ən yaxşı bilən Allahdır.
Buna görə,
Fövqəluca Allah bəyan edir ki, kişi, ər-arvadlıq münasibətlərini sonradan bərpa
etmək şərti ilə arvadını ancaq iki dəfə boşaya bilər. Boşanma üçün ayrılmış
müddət ərzində kişi öz qərarını dəyişərək, əgər o, zövcəsinə əziyyət verməyəcəksə,
onu geri qaytara bilər. Əgər kişi arvadını üçüncü dəfə boşayırsa, onda ona
yenidən ər-arvadlıq münasibətlərini bərpa etməyə icazə verilmir, çünki əgər o,
belə edirsə, onda o, ya öz Rəbbinə kobudcasına itaətsizlik göstərir, ya da öz
zövcəsi ilə ailə həyatı sürmək istəmir və ona ancaq əziyyət verməyə çalışır.
Ərin zövcəsinə bəyan etdiyi boşanma qəti
olmadıqda, ona buyurulur ki, ya başqa ər-arvadların arasında olduğu kimi ləyaqətli
ailə münasibətlərini bərpa etsin, vəziyyətin belə inkişafı daha yaxşıdır, ya
da zövcəsi ilə qəti olaraq ləyaqətlə boşansın. Bu o deməkdir ki, ayrılarkən ər
zövcəsindən qadının mülkiyyətini güclə almamalıdır, çünki bu rəftar ədalətsiz
və qanunsuzdur.
Ərə, zövcəsinə
verdiyi mehri* geri götürməyə bir şərtlə icazə verilir ki, onlar
Allahın hədlərini qoruyacaqlarından ehtiyat etsinlər. Məsələn, əgər qadın ərinin
zahiri görkəminə və ya onun əxlaqi simasına və yaxud dini qaydalara laqeyd
yanaşmasına nifrət bəsləyirsə və onunla qarşılıqlı münasibətlərində Allahın hədlərinə
riayət edə biləcəyindən ehtiyatlanırsa, onda o, ərinə fidyə verib boşana bilər.
Bu ayə arvadın tələbi (hul) üzrə boşanmanın, əgər şərtlər təsvir olunan səciyyəni
daşıyarsa, qanuni olmasını təsdiq edir. Bu halda arvad ərinə maddi təminat ödəyir
və yaxud nikah bəxşişini (mehri) ona qaytarır.
Yuxarıda
sadalanan hökmlər Allahın Öz qulları üçün qoyduğu və onları aşmağı qadağan
etdiyi hədlərdir. Onları aşıb keçənlər ədalətsiz zalımlardır.
Allahın
icazə verdiyi ilə kifayətlənməyərək qadağan olunmuş əməllər törətməyə cəsarət
edən insandan başqa kim ən böyük zalım ola bilər?
Qeyd etmək
lazımdır ki, zülmkarlıq üç növ olur: ən böyük zülm, bu Allaha şərik qoşmaqdır;
qulun Onun qarşısında öz vəzifələrini yerinə yetirdiyi zaman etdiyi zülm və
qulun başqa məxluqlara qarşı etdiyi zülm. Allaha şərik qoşma ancaq səmimi tövbədən
sonra bağışlana bilər. Başqa məxluqlara zülmkar münasibətə görə insan hökmən ədalətli
əvəzini alacaqdır. Qulun, Allah qarşısında öz vəzifələrini yerinə yetirərkən
yol verdiyi zülmkarlığa görə əvəz isə Qüdrətli Rəbbin istəyi və müdrikliyindən
asılıdır.
ﯻ ﯼ
ﯽ ﯾ ﯿ
ﰀ ﰁ ﰂ
ﰃ ﰄ ﰅﰆ ﰇ
ﰈ ﰉ ﰊ
ﰋ ﰌ ﰍ
ﰎ ﰏ ﰐ
ﰑ ﰒ ﰓﰔ ﰕ
ﰖ ﰗ ﰘ
ﰙ ﰚ ﰛ
(2.230)
“Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir
kişiyə ərə getməyincə, ona (əvvəlki ərinə) halal olmaz. Əgər sonrakı əri
onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə
yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın
hədləridir, onları anlayan adamlara bəyan edir”.
Ər arvadını üçüncü dəfə boşayarsa, onun sabiq zövcəsi başqa
bir kişi ilə qanuni nikah bağlayıb, onunla cinsi yaxınlıq edənə qədər, sabiq
ərin sabiq zövcəsi ilə yenidən evlənməsi qadağan edilmişdir. İslam şəriətində nikah, ər-arvad nikah müqaviləsi
bağlayıb cinsi yaxınlıq etdikdən sonra qüvvəyə minmiş sayılır. Alimlər bu məsələdə
tam yekdildirlər.
Bilmək
lazımdır ki, qadının ikinci dəfə evlənməsi arzuedilən olmalıdır, yoxsa əgər
onun ərə getməsinin məqsədi əvvəlki ərinə qayıtmaq olarsa, belə nikah qanunsuz
sayılır və boşanmadan sonra onun əvvəlki əri ilə evlənməsinə icazə verilmir. Hətta
ikinci əri ilə cinsi yaxınlığın da burada heç bir əhəmiyyəti yoxdur, çünki o,
qanuni ər hesab olunmur. Əgər qadın ikinci nikahı təmiz niyyətlə bağlamışsa və əri
ilə cinsi əlaqəyə girmişsə, sonra isə ayrılmışlarsa, onda boşanma üçün ayrılmış
müddətdən sonra, onun keçmiş ərinə onunla növbəti dəfə evlənməyə icazə verilir.
Bundan ötrü onlar hər iki tərəfin razılığı ilə yenidən nikah bağlamalıdırlar, çünki
Allah buyurur ki, ər-arvad yenidən birləşə bilərlər. Lakin təkrar nikahın mütləq
şərti, onların Allahın hədlərinə riayət edəcəklərinə və bir-birinin qarşısında
vəzifələrini yerinə yetirəcəklərinə ümid bəsləmələridir. Bunun üçün, onlar əvvəlki
ailə həyatı zamanı yol verdikləri və ayrılmalarına səbəb olmuş səhvlərinə görə
Allah qarşısında tövbə etməlidirlər. Onlar həmçinin xoşbəxt ailə yaratmağa qəti
qərar verməlidirlər. Ancaq belə olduğu halda onların yenidən evlənməsində günah
olmaz.
Bu gözəl
ayədən aydın olur ki, boşanmış ər-arvad Allahın hədlərinə riayət edə biləcəklərindən
ehtiyat edirlərsə və hesab edirlərsə ki, onların həyatı əvvəlki kimi qəm-qüssə
içində keçəcək, onda yenidən nikaha qədəm qoymaları ər-arvadın hər ikisi üçün
günahdır. Bilmək lazımdır ki, əgər insan bu və ya digər bir əmələ görə dinin tələblərini
yerinə yetirə və Allaha itaət edə bilməyəcəyindən ehtiyat edirsə, onda o əməli
etməməlidir.
Ayədən həm
də məlum olur ki, əgər insan müəyyən vəzifələri icra etməyə başlayırsa, xüsusilə,
öz üzərinə böyük və ya kiçik bir insan qrupunun məsuliyyətini daşımağı
götürürsə, o, əvvəlcədən öz imkanlarını dəyərləndirməlidir. O görsə ki, bu vəzifələri
yerinə yetirməyə imkanı çatacaq, onda başladığı işi davam etdirə bilər. Əks təqdirdə
isə, o, bu təşəbbüsdən çəkinməlidir.
Fövqəluca
Allah bu mühüm tələblərini xatırlatdıqdan sonra bildirir ki, bunlar dində Onun
qoyduğu hüdudlardır və bunu, bilən insanlara izah edir, çünki məhz bilik
sahibi olan qullar Allahın izah etdiklərindən faydalanır və ətrafındakılara da
xeyir verirlər. Bu ayə alimlərin və fəqihlərin üstünlüyünü vurğulayır, çünki Fövqəluca
Allah Öz şəriətini onlara izah edir və Öz açıqlamalarını onlara ünvanlayır.
Bundan həmçinin aydın olur ki, Allah
Peyğəmbərinə (s.ə.s.) nazil etdiyi qanunlarının Onun qulları tərəfindən öyrənilməsini
və onların mənasını dərk etmələrini istəyir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚﭛ ﭜ
ﭝ ﭞ ﭟﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦﭧ ﭨ
ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ
(2.231)
“Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman
onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə
buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu
etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə
olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və Hikməti (Sünnəni)
yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir”.
Əgər siz
öz zövcələrinizlə birinci və ya ikinci dəfə boşanmışsınızsa və boşanma üçün
ayrılmış müddətin sonunun yaxınlaşmasını gözləmişsinizsə, onda ya gərək vəzifənizi
layiqincə yerinə yetirmək niyyəti ilə evlilik münasibətlərinizi bərpa edəsiniz,
ya da qəti olaraq zövcələrinizdən, onlara zərər vurmadan, ayrılmalısınız.
Onları narahat etmək və əziyyət vermək məqsədilə saxlamaq sizə qadağandır. Siz,
sizə yol verilmiş hərəkəti günah törətmək üçün istifadə edə bilməzsiniz. Bu
halda yol verilən hərəkət zövcənizi saxlamaq və evlilik münasibətlərini bərpa
etmək, günah isə onlara ziyan vurmaqdır. Əgər siz cəsarət edib belə bir rəftar
göstərsəniz, bilin ki, siz özünüz özünüzə qarşı zülm etmiş olacaqsınız. Axı hər
bir məxluqun haqqının əvəzi veriləndə, cinayətkarlar öz cinayətlərinin acı nəticələrini
mütləq dadacaqlar.
Allahın ayələrini
zarafat və əyləncə hesab etməyin. O, Öz hədlərini sizə ən gözəl tərzdə şərh
edir ki, siz onları öyrənəsiniz və onlara riayət edəsiniz, onlarla kifayətlənəsiniz
və yol verilən həddi keçməyəsiniz. Fövqəluca Allah Öz qanunlarını əyləncə xatirinə
deyil, haqq üçün nazil etmişdir və sizə o qanunlara qeyr-ciddi yanaşmaq və
dinin vacib ehkamlarını yerinə yetirməkdən boyun qaçırmaq qadağan edilmişdir.
Sizə zövcələrinizi, onlara əziyyət vermək məqsədilə saxlamaq, ayrılarkən
azğınlıq etmək, zövcələrinizi tez-tez boşamaq və ya birdəfəlik üç kərə “talaq”
demək qadağan edilmişdir, çünki Allah Öz mərhəməti ilə sizə qəti olmayan
boşanmalar* elan etməyə icazə vermişdir və bunu ancaq sizin
xeyriniz üçün etmişdir.
Allahın səxavətliliyini,
Onu dilinizlə tərifləyərək, Onun xeyirxahlığını qəlbinizdə etiraf edərək, və
Onun hökmlərini bədəninizin bütün üzvləri ilə yerinə yetirərək, zikr edin.
Yadda saxlayın ki, Allah sizə Müqəddəs Quranı və Hikməti – Muhəmməd Peyğəmbərin
(s.ə.s.) Sünnəsini nazil etmişdir. Bu iki çeşmənin vəsiləsilə Allah sizə
xeyirxah əməlləri izah etmiş və sizi yaxşılıqlar etməyə çağırmış, sizə günah
sayılan əməlləri göstərmiş və sizi onlardan agah etmişdir. Allah sizə Özü
haqqında bildirmiş, Özünün sevimli qullarına və düşmənlərinə olan münasibəti
barədə xəbər vermiş və sizə qətiyyən bilmədiyiniz şeyləri öyrətmişdir.
Belə bir rəy
var ki, Hikmət kimi ifadə edilən əsrarəngiz söz İslam şəriətidir. Allahın
Kitabı qanundur, Hikmət isə dini ehkamların və haramların nüzul* səbəbini açıqlayır. Qeyd olunan hər iki şərh səhihdir,
Fövqəluca Allah da sonra vurğulayır ki, Kitab və Hikmət insanlara öyüd-nəsihət
vermək üçün nazil edilmişdir.
Bu müddəa
– Hikmət sözü ilə şəriət ayinlərinin, mərasimlərinin nəzərdə tutulduğunun
xeyrinə dəlalət edir, axı öyüd-nəsihət vermək ehkamların və onların mənalarının
izahından və həmçinin mükafatla həvəsləndirməkdən və cəza ilə qorxutmaqdan
ibarətdir. Dini hökmün açıqlanması sayəsində insanlar cahillikdən və
nadanlıqdan xilas olurlar. Mükafatla həvəsləndirmə nəticəsində insanlarda
yaxşılıq etmək arzusu oyanır, cəzalandırmaqla qorxutma hesabına isə adamlar
Allahdan qorxmağa başlayırlar. Onlar Allahdan hər bir şəraitdə qorxmalı və
bilməlidirlər ki, Ona bütün məxluqat haqqında hər şey məlumdur. Məhz buna görə,
O, bütün zamanlarda və dünyanın bütün ucqarlarında qullarına ancaq fayda verən
dini ehkamlarını izah edir. Buna görə həmd təkcə Ona məxsusdur!
ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜﮝ ﮞﮟ ﮠ ﮡﮢ ﮣ
ﮤﮥﮦ ﮧﮨ
(2.232)
“Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə
arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o
qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən
Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin
üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz”.
Bu vəhy
birinci və ya ikinci dəfə boşanmış qadınların qəyyumlarına ünvanlanmışdır.
Boşanma üçün ayrılmış müddətin qurtarması üzrə onların sabiq ərləri onlarla
ikitərəfli razılıq əsasında yenidən evlənmək istəsələr, qadınların qəyyumlarına,
ya onların ataları olsun, ya da digər qohumları, qadınları belə ərə getməkdən
saxlamağa (çəkindirməyə) icazə verilmir. Onlar bu vasitə ilə ər-arvadın əvvəlki
boşanma zamanı büruzə verdikləri davranışlarına görə öz narazılıqlarını və hiddətlərini
bildirməməlidirlər.
Sonra Fövqəluca
Allah vurğulayır ki, bu öyüd-nəsihət Allaha və Axirət gününə iman gətirənlərə
müraciətdir, çünki məhz iman onları təkrar nikaha maneçilik etməkdən çəkindirməlidir.
Sonra
Allah bildirir ki, təkrar nikaha razılaşmaq, ona mane olmaqdan daha ləyaqətli
və daha doğrudur, hərçənd qadının qəyyumu belə vəziyyətdə elə zənn edə bilər
ki, kişiyə, zövcəsindən boşandıqdan sonra, yenidən onunla evlənməsinə mane
olmaq daha ləyaqətli olardı. Təəssüflər olsun ki, adətən təkəbbürlü və dikbaş
adamlar məhz belə edirlər. Əgər qəyyum onun vəziyyətində təkrar nikaha mane
olmaq qərarına gəlsə, onda ona xatırlatmaq lazımdır ki, onun bilmədiyini Allah
bilir və Rəbbin iradəsinə tabe olmalıdır. İnsanlara nəyin xeyir verdiyi Ona məlumdur.
O, Öz qullarına xeyir diləyir və onlara hər cür nemət verməyə qadirdir. O, Öz
qullarının taleyini, onlara məlum olmayan hadisələrin vasitəsilə yüngülləşdirir.
Bu ayə, gəlinin
qəyyumunun razılığını, nikah bağlanmasının vacib şərti olduğunu təsdiq edir,
çünki əgər Allah qəyyumlara ərindən ayrılmış qadınlara təkrar nikah bağlamağa
mane olmağı qadağan edirsə, deməli onlar qəti qərar qəbul etmək haqqına
malikdirlər.
ﮩ ﮪ
ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ
ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜﯝ ﯞ
ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ
ﯮ ﯯ ﯰﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻﯼ ﯽ
ﯾ ﯿ ﰀ
ﰁ ﰂ ﰃ
ﰄ ﰅ ﰆ
ﰇ ﰈ ﰉﰊ ﰋ
ﰌ ﰍ ﰎ
ﰏ ﰐ ﰑ
ﰒ ﰓ
(2.233) “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər.
Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi
şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi
çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına
görə zərər verilməməlidir. Bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər
ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək
istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı süd
anasına əmizdirmək istəyirsinizsə, və süd haqqını müvafiq qayda üzrə
ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə
etdiklərinizi görür”.
Quranın bu
ehkamı hekayət səciyyəsi daşıyır, çünki körpələrə iki il ərzində döş südü əmizdirmək
ümumiqəbulolunmuş qaydadır və insanlar bu tələbi əlavə əmr gözləmədən yerinə
yetirirlər. “Houl”* sözü tam və natamam ili işarə etmək üçün istifadə
olunur və buna görə Fövqəluca Allah xüsusi ilə qeyd edir ki, əgər analar axıra
qədər döşlə əmizdirmək istəyirlərsə, onda körpələri döş südü ilə tam iki il ərzində
yedizdirməlidirlər.
Körpənin
iki yaşı tamam olduqda o, südəmər yaşından çıxır və ananın südü onun üçün
başqa qida maddələrinə bərabər olur. Bu səbəbə görə, iki yaşdan sonra döşlə əmizdirmə
süd qohumluğu yaratmır.
Şərh
etdiyimiz ayəni Fövqəluca Allahın: “...Anası onu bətnində əziyyətlə
daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə
müddəti otuz ay çəkir...” (Əhqaf, 46/15)
müddəası ilə müqayisə etdikdə aydın olur ki, hamiləliyin ən az müddəti altı
aydır.
Fövqəluca
Allah həmçinin xəbər verir ki, körpənin atası mövcud adət-ənənəyə uyğun olaraq,
onu əmizdirən ananı, nikahda və ya boşanmış olmasından asılı olmayaraq, ərzaq
və geyimlə təmin etməlidir. Ata ananı, onun körpəsini yedizdirdiyinə görə, belə
mükafatlandırır. Bundan aydın olur ki, əgər ər-arvad nikahdadırlarsa, ər
uşağını əmizdirən ananı, normal yemək və geyim əldə etmək üçün zəruri olan xərclərdən
artıq maddi vəsaitlə təmin etməyə borclu deyil.
Fövqəluca
Allah qeyd edir ki, hər bir adamın maddi vəzifələri onun imkanları ilə
bağlıdır. Kasıb öz uşağının anasına dövlətlinin xərclədiyi qədər xərcləməyə məcbur
deyil. Əgər adamın əmlakı ümumiyyətlə heç yoxdursa, onda o, imkanı yaranana qədər,
belə xərcləri çəkməklə bağlı məsuliyyət daşımır.
Fövqəluca
Allah həmçinin bəyan edir ki, anayla uşağına görə pis davranmaq olmaz. Onu
körpəsini döşü ilə əmizdirmək hüququndan və ya onun öz haqqı ilə layiq olduğu
normal qidalanmaq, geyinmək və mükafat almaqdan məhrum etmək olmaz. Ata da həmçinin
körpəsinə görə əzab çəkməməlidir və buna görə anaya uşağını döşü ilə əmizdirməkdən,
bu, körpəyə zərər vurduqda, boyun qaçırması, ərindən dolanışığı üçün lazım
olduğundan çox mükafat istəməsi qadağan edilmişdir. Bu ayə valideynlərə uşaqdan
ötrü iztirab verilməsinə yönəldilmiş bütün hərəkətləri qadağan edir.
Uşağın
atası üçün doğulması haqqında Quran müddəası, uşağın ataya məxsus olduğunu və
onun əldə etdiyi Allah payı olduğunu təsdiq edir. Bu səbəbdən, ataya öz oğlunun
mülkiyyətinə, onun xoşuna gəlməsindən və ya gəlməməsindən asılı olmayaraq, sərəncam
çəkməyə icazə verilmişdir. Lakin bu hökm anaya aid edilmir.
Sonra
Allah bildirir ki, uşaq yetim doğulduqda və mərhum atasından miras almadıqda,
uşağın qəyyumu onu əmizdirən anasını maddi cəhətdən və geyimlə təmin etməlidir.
Bu ayədən aydın olur ki, varlı qəyyum ehtiyacı olan qohumlarına kömək etməyə
borcludur.
Daha sonra
Allah bildirir ki, əgər valideynlər, hər ikisinin razılığı ilə, iki tam il keçənə
qədər körpəni döşdən ayırmaq qərarına gəlsələr, onlar bu qərarın körpələri üçün
xeyirli olacağı barədə öncədən məsləhətləşməli və bunu aydınlaşdırmalıdırlar.
Əgər onlar körpəni əmizdirməkdən kəsmək və döşdən ayırmağın onun üçün daha
yaxşı olacağı qərarına gəlsələr, günah işlətməzlər. Buradan aydındır ki, əgər
körpəni döşdən ayırmağa valideynlərdən biri razılaşarsa, digəri razılaşmazsa və
əgər döşlə əmizdirməyin kəsilməsi uşağın xeyrinə olmazsa, onda onların körpəni
döşdən ayırmağa haqları yoxdur.
Sonra
Allah xəbər verir ki, əgər valideynlər uşağa dayə tutmaq qərarına gəlsələr və əgər
bu, onun ziyanına olmazsa, onda onlar, dayəyə mövcud adətlərə uyğun olaraq zəhmət
haqqı vermək şərti ilə, günah etməzlər. Allah Öz qullarının əməllərini görür və
onlara etdiklərinin əvəzini mütləq ya yaxşılıqla, ya da yamanlıqla ödəyəcəkdir.
ﭑ ﭒ ﭓ
ﭔ ﭕ ﭖ
ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ
(2.234) “Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr
dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən şəriətə müvafiq
qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə
etdiklərinizdən xəbərdardır”.
Kişi
öldükdən sonra dul qalmış zövcəsi dörd ay on gün gözləməlidir. Bu gözləmənin mənası
ondadır ki, qadın hamilə olmasına və ya olmamasına əmin olsun, çünki uşaq ancaq
beşinci ayın əvvəlində tərpənməyə başlayır. Belə gözləmə, hamilə və kölə
qadınlardan başqa, bütün dul qadınlara əmr olunmuşdur, hamilə qadınlar hamiləlikdən
azad olana qədər, kölə qadınlar isə azad dul qadınların gözlədiyi müddətin
yarısı qədər, yəni iki ay beş gün gözləməlidirlər. Bu müddət keçdikdən sonra
dul qadınlara, Allahın haramlarını pozmadan və arzuolunmaz hərəkətlərə yol
vermədən, ləyaqətlə davranaraq öz bəzək şeylərini taxmağa, ətirlənməyə icazə
verilir.
Bu ayə onu
göstərir ki, dul qadın vəfat etmiş əri üçün, boşanmış qadınlara aid olmayan
hökmlərə riayət edərək matəm saxlamalıdır. Bu məsələdə İslam alimləri həmrəydirlər.
Allah Öz qullarının zahiri və batini, gizli və aşkar əməllərindən xəbərdardır və
buna görə onlar hökmən layiqli əvəz alacaqlar.
Matəm müddəti
keçdikdən sonra qadının öz bildiyi kimi özünü ləyaqətlə aparması ilə onun qəyyumuna
günah olmaması haqqında Quran müddəası təsdiq edir ki, qəyyum qadına nəzarət
etməli, onu günah əməllərdən saxlamalı və hətta onu vacib dini hökmləri yerinə
yetirməyə məcbur etməlidir. Bütün bunlar ərsiz qadınlara qəyyumluq edənlərin vəzifəsidir.
ﭭ ﭮ
ﭯ ﭰ ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ ﮙﮚ ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ ﮠ
(2.235)
“Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə
gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları
xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə
müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah
etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir.
Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhimlidir!”
Bu buyruq,
mərhum əri üçün matəm saxlayan dul qadınlara və ya qəti (üçüncü) boşanmadan
sonra müəyyən olunmuş müddəti gözləyən qadınlara şamil edilir. Keçmiş ərindən
başqa heç kimə onlarla elçilik haqqında açıq danışmağa icazə verilmir, çünki
Allah onlara gizli vəd verməyi qadağan etmişdir. Əgər kişi təkcə elçilik
haqqında işarə vurursa, bu günah sayılmır.
Ərə getmək
təklifi ilə elçiliyə işarə vurmaq arasında fərqin olması açıq-aydındır. Kişi
elçilik haqqında açıq danışırsa, deməli onun evlənmək niyyəti vardır. Müəyyən
olunmuş müddət qurtaranadək belə davranmaq qadağandır, çünki bu, qadını müddətin
qurtarması haqqında vaxtından əvvəl bildirməyə sövq edir ki, tezliklə ərə gedə
bilsin. Bu qadağan onu göstərir ki, şəriət günaha aparan istənilən hərəkəti
qadağan edir və qadın sabiq ərinin qarşısında öz vəzifələrini ləyaqətlə yerinə
yetirərək, boşanma üçün qəti müəyyən olunmuş müddət və ya matəm müddəti bitənədək,
digər kişilərə heç bir vəd verməməlidir.
Kişi
elçiliyə işarə vurduqda, bu hələ onun niyyətinin heç də evlənmək olması demək
deyildir və buna görə belə etməyə yol verilir. Məsələn, kişi, qəti olaraq
boşanmış qadına belə deyə bilər: “Mən evlənməyə hazırlaşıram” və ya “Mən istəyirəm
ki, boşanma üçün müəyyən olunmuş müddət qurtardıqdan sonra mənimlə məsləhətləşəsən”.
Bu və başqa fikir mübadilə formaları yol veriləndir, çünki onlarda kişilər öz
niyyətlərini açıq bildirmirlər, halbuki belə vəziyyətdə öz niyyətini bildirmək
arzusu çox güclü olur. Buna baxmayaraq, kişiyə, boşanma üçün müəyyən olunmuş
müddətin və ya matəm müddətinin qurtarmasına qədər boşanmış və ya dul qalmış
qadınla evlənmək niyyətini gizlətməyə icazə verilir.
Ey müsəlmanlar!
Bilin ki, sizin düşüncələriniz və niyyətləriniz Allaha məlumdur! Yaxşı işlər
görməyi niyyət edin və cinayətlər törətmək haqqında fikirləşməyin, Allahın verəcəyi
cəzadan qorxun və Onun mükafatına ümid bəsləyin və bilin ki, O, tövbə edənlərin
və Ona doğru yönələnlərin günahlarını bağışlayır. O, itaətdən çıxanları cəzalandırmağa
tələsmir, halbuki O, ləngimədən cəzalandırmağa qadirdir.
ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘﯙ ﯚ
ﯛ ﯜ ﯝ
(2.236)
“Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə
heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qayda üzrə yaxşılıq edin.
Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində yaxşılıq etməlidir.
Bu isə yaxşılıq edənlər üçün bir borcdur”.
Ey ərlər!
Əl vurmadığınız və mehr müəyyən etmədiyiniz zövcələrinizi boşasanız, hətta belə
hərəkətiniz həmin qadınların ümidlərini puç etsə də, günah işlətməzsiniz. Belə
hallarda onlara təskinlik verə bilən hədiyyədir və siz onlara imkanlarınıza
uyğun olaraq öz malınızdan bəxşiş verməyə borclusunuz. Bu, həm varlı və həm də
kasıb ərlərə bir vəzifə kimi həvalə edilir. Bu hədiyyənin ölçüsü mövcud adət-ənənələrdən
asılıdır və şəraitə görə fərqlənə bilər. Xeyirxah kişilərin vəzifəsi belədir.
Siz boşadığınız zövcələrinizə onların layiq olduqlarından az verə bilməzsiniz.
Siz onların ərə getmələrinə səbəb olmuşdunuz. Siz onların qəlbində ümid yaratmışdınız,
amma onların istədiklərini onlara vermədiniz və buna görə siz onları layiqli hədiyyə
ilə təskinləşdirməlisiniz.
Allahın bu
ehkamı necə də gözəldir! Gör Qanunverici özünün Müdrikliyi və Mərhəmətinə necə
də aydın şəhadət verir! Möhkəm əqidəyə sahib olan insanlar üçün kimin qanunları
Allahın qanunlarından yaxşı ola bilər?!
ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳﯴ ﯵ
ﯶ ﯷ ﯸﯹ ﯺ
ﯻ ﯼ ﯽﯾ ﯿ
ﰀ ﰁ ﰂ
ﰃ ﰄ
(2.237) “Qadınlar üçün mehr təyin etdikdən
sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara
verməlisiniz. Qadınlarının bunu ərlərinə bağışlaması və ya əlində
nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin
bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın.
Allah sizin nə etdiklərinizi görür”.
Ərləri əl
vurmadıqları və mehr müəyyən etmədikləri qadınların boşanmasını xatırlatdıqdan
sonra, Fövqəluca Allah mehrləri müəyyən edilmiş zövcələri necə boşamaq haqqında
xəbər verir.
Kişi, əlinin
toxunmadığı zövcəsini, mehrin ölçüsü haqqında müqavilədən sonra boşadığını
elan etdikdə, onun yarısı boşadığı qadına, yarısı da kişiyə verilməlidir.
Ər-arvad alicənablıq göstərməyərək qalan hissəni bir birilərinə güzəştə getmədikləri
halda məcburi hökm belə həyata keçirilir. Bu o deməkdir ki, zövcə mehrin ona
çatacaq hissəsindən sabiq ərinin xeyrinə əl çəkir, kəbin müqaviləsi əlində olan
sabiq ər isə ona çatacaq hissəni boşadığı zövcəsinə güzəşt edir.
Ən
etibarlı rəyə görə, kəbin müqaviləsi əlində olan şəxs məhz ər olur, çünki o,
müstəqil qərar qəbul etmək haqqına malikdir. Gəlinin qəyyumunun, qadına düşəcək
hissəni rədd etmək hüququ yoxdur, çünki o, qadının mülkiyyətinin sahibi və sərəncamçısı
deyil.
Sonra Fövqəluca
Allah ər-arvadı səxavətli olmağa çağırır, çünki mehrin ona çatacaq hissəsindən
bir-birinin xeyrinə imtina etmək təqvalı olmağa daha yaxındır. Xeyirxahlıq qəlbi
həmişə xilas edir və buna görə də insanlar yaxşı əməllər etməyə laqeyd
yanaşmamalı və insanlara bəslənilən münasibətin ən yüksək forması olan mərhəmət
hissini unutmamalıdırlar.
İnsan
münasibətləri iki prinsip əsasında qurula bilər: ədalətlilik və vicdanlılıqla,
həmçinin mərhəmətlilik və xeyirxahlıqla. İnsan ədalətlə davranaraq, verməyə
borclu olduğu hər şeyi verir və götürməli olduğu hər şeyi götürür. Mərhəmət
göstərərək, insan verməli olduğundan daha çox verir və qəlbində oyanan hisslərinə
məhəl qoymayaraq götürməli olduğunun bir hissəsini bağışlayır.
İnsan ətrafındakılara
olan xeyirxah münasibətin bu ən yüksək formasını unutmamalıdır. Heç olmazsa
ara-sıra o, insanlara qarşı, xüsusilə, aralarında yaxın münasibət olanlara,
iltifat göstərməlidir. Allah Öz qullarını onların göstərdiyi yaxşılıqlara görə
Öz nemətləri ilə həmişə mükafatlandırır, axı O, onların bütün etdiklərini
görür.
Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
ОтветитьУдалить(templeofanswer@hotmail.co.uk)
(whatsapp +234(815) 542-5481)
Bloomington, MN