Əbdürrəhman
bin Nasir
əs-Səədi
MÜQƏDDƏS
QURAN
TƏFSİRİ
SƏXAVƏTLİ VƏ
MƏRHƏMƏTLİ
ALLAHDAN
GƏLƏN ASANLAŞDIRMA
Tərcüməçi
Fərahim
Süleyman oğlu Qurbanov
III cild
BAKI - 2009
Mob. 050. 634.38.78
e-mail: odersalafi@gmail.com
əs-Səədi, Əbdürrəhman bin Nasir
Müqəddəs
Quran Təfsiri, “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma”. 7 ciliddə,
III c., rus dilindən tərcümə edən: Fərahim Süleyman oğlu Qurbanov (Fərahim Sələfi).
Bakı. 2009. – 668 səh.
Annotasiya:
Şeyx Əbdürrəhman bin Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli
və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş
yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən
biridir. Bu əsər çox sadə dildə yazılmışdır
və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir.
Bu, Müqəddəs
Quran ayələrinin bəhs etdiyi bütün mövzular üzrə ensiklopedik vəsait kimi qəbul
edilə bilər. Müəllif ayələri şərh edərkən, ilk növbədə, Müqəddəs Qurana,
sonra Muhəmməd Peyğəmbərin (ona Allahın
salavatı və salamı olsun) səhih hədislərinə, daha sonra isə onun səhabələrinin
(Allah onlardan razı olsun) müddəalarına istinad etmişdir.
Əbdürrəhman bin Nasir əs-Səədinin “Müqəddəs Quran Təfsiri” əsərinin
Azərbaycan dilinə tərcümə edilmiş üçüncü cildindən
ibarət olan bu kitabın nəşr hüququ Azərbaycan Respublikasının müvafiq qanunları
ilə mühafizə olunur. Onu yenidən istənilən formada nəşr etmək hüququ ancaq tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanova məxsusdur!
Fərahim Süleyman oğlu Qurbanov
e-mail: odersalafi@gmail.com
mob. 050-634-38-78
MÜNDƏRİCAT
1. Əbdürrəhman bin Nasir əs-Səədinin “Müqəddəs
Quran Təfsiri”
kitabının qeydiyyatı
.....................................................................................................
|
3
|
2. Üçüncü cildə tərcüməçinin Ön sözü
.....................................................................
|
5
|
3. Mərhum müəllifin Ön
sözü.....................................................................................
|
11
|
4. Əsərin ərəb əslinə təqdimat yazanlar :
- Şeyx Muhəmməd
b. Saleh əl-Useymin ...............................................................
|
15
|
- Abdullah b.
Əbdüləziz b. Aqil əl-Aqil ................................................................
|
19
|
- Şeyx Bəkir
b. Abdullah Əbu Zeyd .......................................................................
|
21
|
5. Müəllifin tərcümeyi-halı .........................................................................................
|
26
|
6. Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma .....................................
|
32
|
7.
Əbdürrəhman b. Nasir əs-Səədi, Müqəddəs Quran Təfsiri ..............................
|
34
|
8.
Ət-Tövbə surəsi .......................................................................................................
|
36
|
9.
Ət-Tövbə surəsi, tərcüməsi və şərhi .....................................................................
|
38
|
10. Yunus surəsi ............................................................................................................
|
178
|
11. Yunus surəsi, tərcüməsi və şərhi ..........................................................................
|
180
|
12. Hud surəsi ................................................................................................................
|
271
|
13. Hud surəsi, tərcüməsi və şərhi .............................................................................
|
273
|
14. Yusuf surəsi .............................................................................................................
|
359
|
15. Yusuf surəsi, tərcüməsi və şərhi ...........................................................................
|
361
|
16. Ər-Rəd surəsi ...........................................................................................................
|
442
|
17. Ər-Rəd surəsi, tərcüməsi və şərhi ........................................................................
|
444
|
18.
İbrahim surəsi .........................................................................................................
|
482
|
19. İbrahim surəsi, tərcüməsi və şərhi .......................................................................
|
484
|
20. Hicr surəsi ................................................................................................................
|
521
|
21. Hicr surəsi, tərcüməsi və şərhi
..............................................................................
|
523
|
22. Ən-Nəhl surəsi ........................................................................................................
|
556
|
23. Ən-Nəhl surəsi, tərcüməsi və şərhi
......................................................................
|
558
|
24. Quranı təfsir etmə qaydaları
.................................................................................
|
637
|
25. Ərəb sözləri, söz birləşmələri və
istilahlarının izahı .........................................
|
648
|
ÜÇÜNCÜ CİLDƏ TƏRCÜMƏÇİNİN
ÖN SÖZÜ
Bismillahirrahmanirrəhim!
Möhtərəm Oxucu!
Allahın adı ilə sizi salamlayır, sizə Allahın salamı olsun deyir və ecazkar
Müqəddəs Quranın əs-Səədi təfsirinin üçüncü cildini diqqətinizə çatdıraraq istəyirəm
ki, siz, ey əziz və mehriban insanlar, bu dəyərli əsərin XXI əsrin əvvəllərində
ana dilimiz olan Azərbaycan dilinə qeyri-peşəkar sıravi bir müsəlman tərəfindən
tərcümə edilən ilk çoxcildi Quran Təfsiri olduğunu nəzərə alasınız, onun nəşr
olunmuş hər bir hissəsi və ya bütövlükdə əlinizdə olan cildləri haqqında istənilən
rəy və təkliflərinizi mənə göndərəsiniz. Mən də, inşallah, Allahın hidayəti və
yardımı ilə onları ümumiləşdirib, növbəti cildlərin tərtibatında istifadə edə
və qiymətli mülahizələrinizdən Allah xatirinə yararlana bilim.
Həmd olsun Fövqəluca Allaha, aləmlərin Rəbbinə, məni bu gözəl əsəri tərcümə
etməyə yönəltdiyinə və ruhlandırdığına görə!
Vəd edildiyi kimi, görkəmli İslam alimi, məşhur mühəddis və istedadlı
şəriət bilicisi Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin “Müqəddəs Quran Təfsiri”nin
üçüncü cildi azərbaycandilli oxuculara, müsəlman bacı və qardaşlarımıza və
oxumasını arzu edən hər bir insana təqdim edilir.
Fövqəluca Allah xatirinə bu ön sözü və əlinizdəki əsəri diqqətlə və
aramla oxuyub, bu dünyanız və ölümdən sonra əbədi qalacağınız Axirətıniz
üçün faydalı nəticələr çıxarın.
Tərcüməçini növbəti cildə ayrıca ön sözü yazmağa vadar edən səbəblərdən
biri də ona dair deyiləsi bir sıra mülahizələrimin və həm də bundan əvvəlki
cildlərdə nəzərə çarpdırmadığım bir sıra özəlliklərin olması və oxuculara bunlarla
əlaqədar müəyyən açıqlamalar verilməsi istəyidir. Əlbəttə, burada, zəruriyyət
olduğuna görə istifadə etdiyim yazılı məxəzlərə tənqidi yanaşma nümayiş etdirmək
niyyətində qətiyyən olmasam da, bəzi müstəsna hallarda Səədi əsərinin saflığını
qorumaq məqsədilə yararlandığım mənbələrin bir sıra məqamlarını vurğulamaq məcburiyyətində
qaldığım hallarda evfemik ifadələrlə də olsa, fikrimi bildirmiş və dərinliyə
varmadan labüd təshihlər etmişəm və düşünürəm ki, oxucular və kitabla maraqlananlar
bunu nəzərə alacaqlar.
Müdriklər müdriki Fövqəluca Allah Müqəddəs Vəhyini insanlara pak niyyətlə
açıqlayan hər bir qulunun Himayədarı və Yardımçısıdır.
Əzəmətli Fövqəlqüdrətin Kitabını Onun qullarına müxtəlif vasitələrlə
çatdırmağa səy göstərən hər bir kəs Onun daimi qayğısı olmadan insanlar üçün dəyərli
bir şey hasil etməyə qadir olmazdılar. Oxucularımız da yəqin etməlidirlər ki, Rəbbini
mənfəətdən uzaq ülvi məhəbbətlə sevməyənlər kiməsə xeyir və fayda verməyə qabil
deyillər. Fövqəluca Allahın lütfkarlığı sayəsində bu böyük və uzun müddət
insanlarımıza faydalı bilikləri çatdıracaq əsərin növbəti hissəsi tərcümə edilərkən
İlahi Hikmətindən ruhlanmadan dəyərli bir tərcümə əldə etmək olmazdı. Əgər
böyük alim Şeyx Səədidən edilən bu tərcümədə Oxucu nə isə faydalı bir anlayış əldə
edə bilərsə, bu, mərhum Şeyx Səədinin istedanın nəticəsi, Allahın ona bəxş
etdiyi lütfkarlığının bəhrəsi kimi qəbul edilməlidir ki, burada tərcüməçinin
payı – onun belə bir əsəri Ana dilində oxucularına çatdırması şərəfinə nail
olmasıdır. Öz misilsiz ecazkarlığı ilə qullarını Özünə məxsus bir tərzdə şərəfləndirən
Fövqəluca Allaha həmd olsun! Allahın Son Elçisi və müdrik Peyğəmbəri Muhəmmədə
(ona Allahın salavatı və salamı olsun), ailə üzvlərinə və səhabələrinə, Qiyamətə
qədər onun yoluna sadiq qalanlara Allah yardımçı olsun!
Üçüncü cildin məziyyətlərini qeyd edərkən, ilk növbədə, dəyərli
oxucularımıza bir sıra məsləhətlərimi açıqlamaq istərdim. Əvvəlki cildlərə
(I-II) aid oxucu müraciətlərində mənim üçün əhəməiyyət kəsb edən bir
narahatçılıq hiss olunurdu ki, bunu da, aydınlaşdırdığıma görə, onların, Təfsirin
Quran ayələrinin tərcüməsini müxtəlif müəlliflərin tərcümələri ilə müqayisəli
şəkildə oxumaları və bu zaman ayə çevirilərində müəyyən “uyğunsuzluqlara” rast
gəlmələri ilə əlaqələndirmək mümkündür. Ölkəmizdə uzun müddət Quranın bir müəlliflər
kollektivi tərəfindən yerinə yetirilmiş tərcüməsi qiraət edildiyindən,
oxucuların bəziləri həmin tərcüməni standart örnək kimi qəbul edir və fərqli tərcümələr
gördükdə, buna təəccüblənir və tərcümə mətnlərində yanlışlıqların olduğunu
güman edirlər. Əslində isə, müəyyən hazırlığı olan oxucu bilir ki, Müqəddəs
Quranın tam adekvat tərcüməsi bəşər övladına müyəssər olan bir iş deyil. Quran
ifadələrinin təkcə məna tərcümələrini vermək mümkündür ki, bunu da hər bir tərcüməçi
özünün qabil olduğu səviyyədə və bacardığı tərzdə həyata keçirir. Bu əsərdə də biz
eynilə bu müddəaya müvafiq hərəkət etmişik. Ayələrin tərcüməsində, əsasən, görkəmli
alimlərimiz mərhum akademik Ziya Bünyadov (Allah ona rəhmət etsin) və tanınmış ərəbşünas,
ərəb dilinin gözəl bilicisi, elmlər doktoru, dərin hörmətimizə layiq Vasim Məmmədəliyevin
birgə tərcüməsindən istifadə edilməsi ilə yanaşı, digər müəlliflərin tərcümələrindən
də yararlanılmış və bir sıra hallarda isə tərcümə etdiyim Təfsirdəki ayələri
birbaşa rus dilindən çevirməyə ehtiyac hiss
etmişəm. Bunun əsas səbəbi isə, əsəri əslindən tərcümə edən Elmir Quliyevdə təfsirin
tərcüməsinin onun Quranı rus dilinə tərcüməsinə, orijinala daha çox yaxınlığı
olmuşdur[1].
Bununla əlaqədar olaraq hazır tərcümələrindən istifadə etdiyim müəlliflərin
çevirilərini, bir çox hallarda, mətnə adekvat redaktə edərək və tərcüməçilərin Allahın
Kitabına – ayələrin mətninə birbaşa aid olmayan izahlarını mətndən
çıxarıb, müəyyən qismini səhifəaltı qeydlərdə əks etdirmişəm. Bu, kəramətli ayələrin
mətnindən Allahın sözü olmayan yozum məqsədli ifadələrin mümkün qədər təmizlənməsi
zəruriyyətindən irəli gəlmişdir. O da nəzərə alınmışdır ki, ayələrin mətninə
bilavasitə daxil edilmiş izahedici əlavələrə Səədi şərhində artıq ehtiyac qalmır,
çünki onun şərhi daha mükəmməl, daha geniş və əhatəlidir. Bundan əlavə, Quranı ərəbcə
oxuyub başa düşən haqq tərəfdarı olan Oxucu müvafiq ayələri, onların tərcümələrini
diqqətlə oxuyub, onları, mənim çıxartdığım əlavələri və həmçinin möhtərəm müəllifin
geniş şərhlərini müqayisə edərsə, mütləq ədalətli bir nəticəyə gəlmək imkanına
malik olacaqdır və bu halda subyektiv mülahizələrə yol verilməsi minimuma enəcəkdir[2]. Hər
bir müsəlman, hər bir vicdanlı insan üçün Allahın söz və ifadələrinin saflığı, əlavələrdən
arınması, məncə, daha üstündür və təqdirəlayiqdir.
Möhtərəm Oxucu unutmamalıdır ki, mən Şeyx Sədinin Təfsirini məhz rus
dilindən tərcümə edirəm və mən qarşımdakı mətni bütün incəlikləri ilə, həm də
türkdilli mənbələrdən kifayət qədər yararlanaraq, Ana dilimizə çevirmyə çalışıram.
Bunları ona görə qeyd edirəm ki, bəzən tərcüməçiyə yönəldilən iddiaların çoxu məhz
bu yöndən irəli sürülür.
Zəruri hallarda bəzi söz və ifadələrə, izahlara, arayışlara ehtiyac
yarandıqda müəyyən mənbələrdən istifadə olunmaqla əsərə səhifəaltı qeydlər
edilmişdir ki, bunların böyük əksəriyyəti tərcüməçi kimi özümə məxsusdur.
Yeri gəlmişkən qeyd edim ki, üçüncü cild birinci və
ikinci cilidlərin tərtibatından bir qədər fərqlənir. Bu da əlavə materialların
yerləşdirilməsi ilə bağlıdır. Məsələn, “Ərəb sözləri, söz birləşmələri və istilahlarının
izahı” adlı əlavə, kitabın sonuna yerləşdirilmiş və mündəricat bölməsi bir qədər
genişləndirilərək, kitabın əvvəlində verilmişdir. Ən önəmli olan isə, bu cildə
(əvvəlkilərdən fərqli olaraq) müəllifin – Şeyx Sədinin özünün yazdığı ön sözünü
də əlavə edirəm.
Bu ön sözdə tərcüməçi kimi qarşıma qoyduğum məqsədlərdən bir digəri
də oxucularla canlı əlaqə, qarşılıqlı ünsiyyət yaradılmasına çalışmağımdır.
Bununla bağlı olaraq kitabda tərcüməçinin elektron poçtunun ünvanı və telefon
nömrəsi göstərilmişdir. Əvvəlki dönəmlərdə nadir hallarda Yayın evlərinin
telefonları göstərələrdi ki, oralara da zəng vurmaq həvəsi oxucuda baş
qaldırmazdı. Bu – yeni bir təşəbbüsdür və oxucu ilə birbaşa əlaqə saxlanmasının
günün səviyyəsində ən yaxşı nümunəsidir. Lakin təəssüflər olsun ki, möhtərəm
Oxucum bu mühüm təşəbbüsə I və II cildlərdə, demək olar ki, diqqət yetirməmişdir.
Halbuki çox vaxt kitabın mətninin dəqiq başa düşülməsi üçün yazılmış önsözlərin
əhəmiyyəti böyük olur. Buna baxmayaraq, tərcüməçiyə zəng vurub, müəyyən məsələləri
aydınlaşdırmaq istəyənlər çox az olmuşdur. Bunun iki səbəbi ola bilər.
Birincisi, ya bu tərcümə ideal və nöqsansızdır – bu isə mümkün olmayan bir
şeydir, nöqsansız olan təkcə Müdrik Allahın Kitabıdır. İkinci səbəb –
oxucuların belə “önsöz” adlandırdığımız izahlı açıqlamalara alışmaması və diqqət
yetirməməsi və ya əhəmiyyət verməməsi ola bilər. Allahdan oxucularımızı oxuduqları
mühüm əsərlərə diqqətlə yanaşmağa yönəltməsini arzu edirəm.
Böyük İslam mütəfəkkirlərinin bildirdikləri kimi Qiyamətə qədər
oxunacaq, bu dünyamız və Axirətimiz üçün misilsiz dəyərə və faydaya malik olan
bu kitabın əldə edilib, diqqətlə oxunması insanlar üçün çox mühüm etiqad məsələlərini
aydınlaşdırmaqda və öyrənməkdə, Müqəddəs Quran və Peyğəmbərimizin (ona Allahın
salavatı və salamı olsun) Sünnəsindən sonra, mövcud dəyərli vəsaitlərdən biri
olacaqdır. Çünki o, Fövqəluca Allahın Müqəddəs Sözünün ən yaxşı və ən uğurlu şərhlərindən
biridir. Əbdürrəhman əs-Sədinin bu kitabı İslam ölkələrində və digər ölkələrdə
də geniş yayılmışdır. Bu, müəllif tərəfindən “Səxavətli və Mərəhəmətli Allahdan
gələn asanlaşdırma” adlandırılan Quran şərhi, Müqəddəs Quranı sevənlər, onu
oxuyub dərindən başa düşmək istəyənlər üçün əvəzedilməz bir vəsaitdir, Quran ayələrinin
əsil mahiyyəti haqqında aydın təsəvvür yaradan böyük ensiklopedik soraq vasitəsidir.
Quran ayələrinin dərindən və müasir dildə şərh edildiyi və Azərbaycanda ilk dəfə
Ana dilimizdə nəşrinin davam etməkdə olduğu bu çoxcildli əsərdə dinimiz
İslamın, demək olar ki, bütün əsas və fərdi (fəri) məsələləri öz izahını
tapmışdır. Yeri gəlmişkən qeyd edim ki, İslamın fərdi (fəri) məsələləri ifadəsi
haqqında tərcüməçi bir sıra təkliflər irəli sürmüşdür ki, onları mütəxəssis
oxucuların müzakirə edib rəy və ya öz təkliflərini söyləməsi çox arzu
olunandır. Təkliflər daxil olduğu təqdirdə, əsərin növbəti cildlərinə düzəliş və
təshihlər vermək mümkün olacaqdır və həm də bu təkliflərin müəllifləri haqqında
növbəti cildlərin ön sözlərində məlumat veriləcəkdir. Mən burada, yeri düşmüşkən,
Azərbaycan Respublikası Goranboy rayonu Xoylu kəndinin bir sakini haqqında bir
neçə ürəkaçan söz söyləmək istəyirəm. Möhtərəm oxucum Sabir Yunis oğlu
Xəlilov mənim elektron ünvanıma göndərdiyi mesajında öncə Fövqəluca Allaha həmdsəna
deyib, Onu tərifləyərək, Onun şan-şöhrətini ucaldır və sonra isə gözəl ifadələri
ilə “Müqəddəs Quran Təfsirinin” müəllifinə böyük və çoxsaylı minnətdarlığını
bildirir, əsərin məziyyətlərini sadalayır, ana dilimizdə ilk dəfə belə bir əsəri
oxuduğuna görə tərcüməçinin ünvanına da xoş söz söyləməyi unutmur. Başqalarının
belə bir kənd sakininin rəyinə necə münasibət bəslədiyini deyə bilmərəm, ancaq
mən Sabir qardaşımızın bu məktubundan xeyli vəcdə gəldim və ona qarşı qəlbimdə
minnətdarlıq etmək fikri oyandı. Çünki uzaq bir kənddən özünə əziyyət verib
rayon mərkəzinə gələrək internet klubdan birbaşa Bakıya – tərcüməçiyə öz təşəkkürünü
izhar etmək hər oxucuya və hər müəllifə də, mən deyərdim ki, həmişə nəsib olmur.
Mesajında telefon nömrəsini göstərdiyi üçün mən də Sabir Yunis oğlunun
qarşısında borclu qalmayaraq, ona telefonla zəng vurub, qarşılıqlı minnətdarlığımı
bildirdim və ona Allahdan uğurlar dilədim, Əbdürrəhman Səədinin əsərinin digər
hissələrinin də ona inşallah nəsib etməsini Böyük Allahdan rica etdim. Son nəticə
olaraq isə oxucunun diqqətəşəyan səmimi hərəkəti, o özü gözləmədiyi bir halda,
bu gözəl və tərifəlayiq əsərin ön sözünə düşdü. Mən düşünürəm ki, bu yaxşı və
xeyirli bir örnəkdir.
Xoylu bütöv Azərbaycanımısın yüzlərlə kəndlərindən bir nümunədir. Müdrik
Allahdan bu kitabın Ana Yurdumuzun bütün guşələrində əldə edilib oxunmasını insanlarımıza
rəva bilməsini arzu edirəm. Çünki bu sadə dillə yazılmış ecazkar kitabda
Allahın Quranının həqiqətləri aydın və anlaşıqlı şəkildə öz əksini tapmışdır.
Allahın hökmlərini, şəriətin tələblərini açıqlayan bu fenomenal əsər, Qurandan
və Sünnədən sonra oxunmağa həqiqətən də ilk növbədə layiq olan kitablardandır.
Bu Quran Şərhi Fövqəluca Allaha, Onun Alicənab Elçisinə (ona Allahın
salavatı və salamı olsun) həsr edilmiş, Onun dininə və bütün iman sahiblərinə bəxş
edilmiş çox gözəl və dəyərli bir töhfədir. Müqəddəs Quranı sevərək həvəslə
oxuyanlar, onu daha yaxşı anlamaq və Allahın hökmlərindən çıxan nəticələr
haqqında mükəmməl biliyə malik olmaq üçün Şeyx Əbdürrəhman əs-Səədinin bu əsərini,
ondakı həm tam Quran mətninin ərəb əslini, Azərbaycan dilində tərcüməsini və
çox dəyərli təfsiri əks etdirən kitabını masaüstü vəsaitə çevirməli, ona təkrar-təkrar
müraciət etməlidirlər. Çünki onda İslam dininin demək olar ki, bütün əsas məsələlərinə
aid aydın, birmənalı və səhih cavablar tapmaq imkanı vardır.
Möhtərəm oxuculara bir tövsiyəm də var. Hər dəfə bu kitabı oxumaq niyyətinə
gəldikdə Allahı xatırlamağı, Onun müqəddəs adını çəkməyi unutmasınlar. Əldə etmək
istədiyimiz bilikləri asanlıqla mənimsəməyimizə səbəb olan təkcə şanı uca Allahdır!
Ağacdan bir yarpaq belə Onun izni olmadan yerə düşmür. O, hər şeyə
qadirdir, çünki O, Vahid Mütləq Rəbdir! Həmd olsun Fövqəluca Allaha – aləmlərin
tək və əbədi Rəbbinə!
Allahım! Öz Kitabının, Peyğəmbərinin (s.ə.s.) Sünnəsinin işığı ilə
hidayət verdiyin və verəcəyin insanların qəlbinə bu Təfsirin də bilik şöləsini sal
ki, onu oxuyub, Müqəddəs Quranın şərəfli ayələrinin mahiyyətini daha dərindən
anlasınlar, onların ecazkarlığını, əsrarəngizliyini və mütləq gerçəkliyini dərk
edə bilsinlər! Amin!
Fərahim Sələfi (Qurbanov)
27.02.09.
e-poçt: odersalafi@gmail.com
mob tel: 050-634-38-78
[1] Burada qeyd etməyi özümə borc
sayıram ki, gənc azərbaycanlı alim Elmir Quliyev mərhum Əbdurrəhman Səədinin
“Müqəddəs Quran Təfsirini” ərəbcədən rus dilinə tərcümə etmək üçün öncə Quranın
əslini rus dilinə çevirmişdir. Onun öz etirafına görə, rus dilində mövcud olan
müxtəlif Quran tərcümələri Təfsirin tərcüməsi üçün əlverişli olmamışdır. Məhz
buna görə, o, Səədinin təfsirini rusdilli oxuculara çatdırmaq üçün əvvəlcə Müqəddəs
Quranın özünü rus dilinə tərcümə etmişdir. Onu da deyim ki, E. Quliyevin tərcümə
etdiyi Quran nəinki Rusiyanın müsəlman oxucuları tərəfindən, həm də ərəb ölkələrində
yüksək dəyərləndirilir və, məsələn, Səudiyyə Ərəbistanı onu günün tələbatına
uyğun tərcümə kimi qəbul etmişdir. Quranın mükəmməl tərcüməsindən sonra onun Təfsirinin
də tərcüməsini yüksək səviyyədə həyata keçirən E. Quliyevin bu əsaslı və böyük
işi də uğurlu olmuşdur. Mən də öz tərcüməmdə, E. Quliyevin 2006-cı ildə
Moskvada rus dilində iki cilddə nəşr etdirdiyi kitabını Azərbaycan dilinə
çevirmək üçün əsas götürmüşəm. Bir sıra hallarda, İslam terminalogiyası ilə və
bəzi digər özəlliklərlə əlaqədar isə həmin əsərin Türkiyə Respublikasında türk
dilində nəşr olunmuş beşcildli variantından da istifadə edirəm. F.S.
[2] Bu arada oxucularımın nəzərinə
çatdırmaq istərdim ki, bu kitabda Quranın Azərbaycan dilindəki mətninə tənqidi
baxımdan yanaşmaq istəyən bacı və qardaşlardan xahiş olunur ki, əsərin mətnini əllərindəki
Azərbaycan dilindəki Müqəddəs Quran mətni ilə deyil, ərəb əsli ilə yoxlamağa səy
göstərsinlər. Çünki mən müvafiq tərcümələrdən, ayələrə edilən tərcüməçi əlavələrini
ərəb əslinə uyğun olaraq çıxartmışam. Təbii ki, ayənin mətninə qatılmış “əlavə”
dedikdə - ərəb əslində olmayan söz və ifadələr, hətta bəzən bütöv və geniş cümlələr
nəzərdə tutulur. Əlbəttə, bu alavələrin böyük əksəriyyəti ayələrin mətninə
onları, sadəcə, izah etmək məqsədilə daxil edilmişdi və onlar vaxtilə öz müsbət
şərhedici rolunu ifa etmişdir. F.S.
Oxuculardan xahiş edirəm Əsər və tərcüməsi haqqında qeydlərinizi yazasınız.
ОтветитьУдалить