Quran Təfsiri. Ə. Saadi
суббота, 6 октября 2012 г.
воскресенье, 16 сентября 2012 г.
Ə.Səədi. Təfsir. I c. 3.83 - 3.127 - ci ayələr
ﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮ ﯯ ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ
(3.83)
“Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və
yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da
qaytarılacaqlar”.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ ﭜﭝﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ
(3.84)
“De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun
nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən
verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz
təkcə Ona təslim olanlarıq!”
ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ
(3.85)
“İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və
o, Axirətdə ziyana uğrayanlardan olar”.
Biz “əl-Bəqərə”
surəsində artıq qeyd etmişdik ki, bunlar – Allahın müsəlmanlara iman gətirmələrini
əmr etdiyi əsas baxışlardır*. Bütün Müqəddəs Kitablar və Allahın elçiləri onları təbliğ
etmişlər. Bu müddəalar hər bir insanın müqəddəs məqsədinə çevrilməlidir,
onlar İslam dininin gerçək əsaslarıdır. İnsan onlara etiqad etmək istəmədikdə,
Allah onun əməllərini rədd edir və o, ümid bağlaya biləcəyi dinindən məhrum
olur.
Həqiqi
imanı rədd edib ondan üz döndərən şəxs haraya yönəlir? Doğrudanmı o, ağaclara,
daşlara və ya oda ibadət edəcəkdir? Ya da o, mirzələri, rahibləri və xaçları
ilahlaşdırmağa başlayacaqdır? Bəlkə, aləmlərin Rəbbinin mövcudluğunu
danacaqdır? Ola da bilsin ki, şeytanın uydurduğu yalançı dinlərə etiqad etməyi
üstün tutacaq? Həqiqətən, insan bu yollardan birini seçsə, Axirət həyatında
ziyana uğrayanlardan olacaqdır.
ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ
(3.86)
“İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid
olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə
doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz”.
ﮑ ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ
ﮙ ﮚ
(3.87)
“Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir”.
ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ
(3.88)
“Onlar bu lənətə həmişəlik qərq ediləcəklər. Onların əzabı yüngülləşdirilməyəcək
və onlara möhlət də verilməyəcək”.
ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ
(3.89)
“Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır.
Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhimlidir”.
Allahın
dininə iman gətirdikdən, onu qəbul etdikdən və Allahın Elçisinin (s.ə.s.) həqiqi
peyğəmbər olduğunu təsdiq etdikdən sonra, öz öhdəliklərini pozaraq geriyə dönən
adamları Allahın doğru yola yönəltməsini təsəvvür etmək mümkün deyil. Belə
adamlar haqqı şüurlu surətdə təkzib edirlər və əgər kimsə bu addımı atırsa,
onda Allah da onu baş-ayaq edir*. İnsanlardan haqqı şüurlu surətdə danmasına və yalanı
üstün tutmasına görə belə intiqam alınır. Allah, sadəcə, onları üz tutduqları
səmtə yönəldir.
Onlar
Allahın, mələklərin və bütün insanların lənətinə düçar olurlar. Onlar əbədi
olaraq o lənətə qərq olurlar və əbədi əzabkeşə çevrilirlər. Allahın cəzası
onları bir dəfə yaxalayan kimi, onlar artıq bir daha rahatlıq bilmir və onlara
möhlət verilmir; axı Allah onlara, ağılları başlarına gəlməsi üçün, kifayət qədər
uzun ömür vermişdi. Bundan başqa, Nəsihətverən onlara qisas alınacağı barədə xəbərdarlıq
etmişdi. Bu təhdidedici xəbərdarlıq hamıya aiddir, təkcə sonradan kafirliklərindən
tövbə edib öz günahkar əməllərini islah edənlər, nöqsanlarını düzəldənlər
istisna təşkil edir. Allah belə insanların əvvəl törətdiyi günahları və yol
verdiyi qüsurları bağışlayır.
ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ ﯠ
(3.90)
“Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran
kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır”.
ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ ﯬ ﯭ
ﯮ ﯯ ﯰﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ
(3.91)
“Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu
qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab
hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır”.
İnsan iman
gətirməkdən boyun qaçırırsa və öz inkarçılığında inadla qalırsa və bu onda daha
da dərinləşir və ölənə qədər ondan əl çəkmirsə, onda o, düz yolunu azmış
günahkardır, bədbəxtlik yoluna qədəm qoymuşdur və ən əzabverici cəzaya
layiqdir. Ona Allahın cəzasından xilas olmağa heç kim kömək etməyəcək və hətta
o, amansız cəzadan qaçmaq üçün dünya dolusu qızıl fidyə versə də, bu ona fayda
verməyəcəkdir. Allah bizi kafirlikdən və onun bütün bənzərlərindən saxlasın!
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ
(3.92)
“Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail
olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir”.
Möminlik –
bütün saleh əməlləri özündə birləşdirən anlayışdır. Bu – Cənnət bağlarına
aparan yoldur. Lakin insan onun üçün dəyərli olan şeylərdən ianə verənə qədər və
ona məxsus olan ən qiymətli və əziz saydığı malından sədəqə paylayana qədər, bu
yola qədəm qoya bilməz. İnsan üçün çox xoşladığı və əziz olan ən qiymətli əşyalarından
ianə vermək onun möminliyinin, əxlaqlılığının və rəhmdilliyinin ən böyük dəlilidir.
Əgər insan
Allahı, məhəbbəti hər insanın qəlbinə hopdurulmuş maddi zənginlikdən daha güclü
sevirsə, bu onun Ona olan səmimi məhəbbətini təsdiq edir. Əgər o, məhəbbətində
özündən çox Allahı üstün tutursa, onda o, kamilliyin ən yüksək zirvəsinə nail
olur. Əgər o, ianə kimi ən qiymətli malını paylayır və Allahın qullarına
xeyirxahlıq göstərirsə, onda O, hökmən ona Öz mərhəmətini göstərər və onu saleh
əməllərə və yüksək əxlaqlılığa yönəldər ki, bunları başqa yolla əldə etmək, sadəcə,
mümkün deyildir.
Bundan əlavə,
əgər insan belə ianələr edirsə, deməli o, digər saleh əməllər də yerinə yetirir
və bir çox başqa yaxşı məziyyətlərə də malikdir. Hərçənd insana əziz olan şeylərdən
ehtiyacı olanlara paylamaq ən gözəldirsə də, Fövqəluca Allah qullarının ən
qiymətli və o qədər də qiymətli olmayan əşyalarından verdikləri bütün böyük və
kiçik ianələrdən agahdır. O, hər bir xeyriyyəçiyə onların əməlinə müvafiq
olaraq həm bu dünyada layiqli mükafat və həm də Axirət həyatında əbədi səadət bəxş
edir.
ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵﭶ
ﭷ ﭸ ﭹ ﭺ
ﭻ ﭼ
(3.93)
“Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən
başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru
danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”
ﭽ ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ
(3.94)
“Bundan sonra Allaha qarşı yalan uyduranlar – məhz onlar zalımlardır”.
Yəhudilərin
İsanın (ə.) və Muhəmmədin (s.ə.s.) peyğəmbərliyini inkar etmələrinin səbəblərindən
biri o idi ki, onlar dini hökmlərin ləğv olunmasını qəbul etmirdilər. Onlar
güman edirdilər ki, bir peyğəmbərin şəriəti ondan əvvəlki peyğəmbərin şəriətindən
heç vəchlə fərqlənməməlidir. Belə olduqda, Allah nümunə göstərərək onların zənninin
yanlış olduğunu onlara izah edir. Bu onlara yaxşı məlumdur. İsrail oğullarına
Tövrat nazil edilənə qədər hər cür qida maddəsini yeməyə (İsrail təxəllüslü
Yaqub peyğəmbərin xəstəliyi ilə əlaqədar yemədiyi bir sıra ərzaq malları
istisna olmaqla) icazə var idi. Tövrat isə israillilərə əvvəllər icazə verilmiş
bir çox ərzaq mallarını yeməyi qadağan etdi. Əgər israillilər bunu inkar etsələr
və dini qadağaların və icazələrin ləğv olunmadığı iddiasının üstündə təkidlə
dayansalar, onda qoy Tövratı gətirib, öz dediklərinin doğruluğunu sübut
etsinlər.
Buradan
aydın olur ki, öz doğruçuluğunu sübut etmək üçün ən yaxşısı, müqabil tərəfin qəbul
etdiyi və təkzib etmədiyi dəlillərdir. Əgər bundan sonra o, haqqı qəbul edirsə,
qoy necə istəyir belə də hərəkət etsin. Yox, əgər o, haqqa tabe olmaqdan
boyun qaçırırsa və belə izahatı qəbul etmirsə, onda onun yalanı və ədalətsizliyi
və habelə baxışlarının şərli olması ifşa ediləcəkdir. Məhz bu, yəhudilərin başına
gəlmişdi.
ﮉ ﮊ ﮋﮌ ﮍ
ﮎ ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ ﮕ
(3.95)
“De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardıyca gedin. O,
müşriklərdən deyildi”.
Allah həmişə
ancaq həqiqəti söyləyir. Kimin nitqi ümumiyyətlə Onun nitqindən doğru ola bilər?
O, bu vəhyində Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinin gerçəkliyinin dəlillərini
izah edir, onun təbliğatının doğruluğunu təsdiq edir və Allahın Elçisini (s.ə.s.)
yalançı hesab edən və onun dəvətini rədd edən Kitab əhlinin azğın baxışlarının
yanlışlığını ifşa edir.
Muhəmməd
Peyğəmbər (s.ə.s.) Allahın gerçəkliyini bəyan edərək, insanları özünün haqlı
olmasında, dağların və güclü insanların qarşısında itaət etməyə hazır olduqları
inandırıcı sübutlar və dəlillərlə əmin edir. Bundan sonra bütün bəşəriyyət
İbrahimin yolu ilə getməli və təkcə bir olan Allaha şərik qoşmadan ibadət etməli,
Onun göndərdiyi bütün elçiləri qəbul etməli, Onun nazil etdiyi bütün Kitabları
qəbul etməli, bütün yanlış və təhrif edilmiş dinlərdən uzaqlaşmalıdır, axı
İbrahim peyğəmbər tövhidlə bir araya sığmayan nə var idisə, hamısından
uzaqlaşırdı və onun bütpərəstlik və müşriklərlə heç bir əlaqəsi yox idi.
ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
(3.96)
“Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi
insanlar üçün ilk qurulan ev Bəkkədədir”.
ﮡ ﮢ
ﮣ ﮤ ﮥﮦ ﮧ
ﮨ ﮩ ﮪﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ ﯞ
(3.97)
“Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi
təmin olunar. Evi (Kəəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin
– Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın
aləmlərə ehtiyacı yoxdur”.
Fövqəluca
Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qurduğu Məscidülharamın əzəməti
haqqında xəbər verir. Bu məscid məxluqlara böyük fayda verir və iri miqyasda
nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin yüksək məqamını və onun həcc
ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı
olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) yüksək məqamını xatırladan aydın əlamətlər
vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda,
Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müvafiq olaraq, əmin-amanlığa
qovuşur.
Məscidülharamın sadalanan ümumi özəlliklərini
və onunla bağlı ikinci dərəcəli ehkamları nəzərə alaraq, Fövqəluca Allah, öz əməlinə
məsuliyyət daşıyan və imkanı olan bütün kəslərin Məkkəyə həcc ziyarəti etməsini
məcburiləşdirmişdir. Bunun üçün adamlara bəs edir ki, imkan tapıb Məkkəyə qədər
istənilən nəqliyyat vasitəsilə gəlsin və özü ilə ona zəruri olan ərzağını
götürsün. Bu ayədə elə sözlər xatırlanır ki, onlar həm hal-hazırda mövcud olan
və həm də gələcəkdə olacaq nəqliyyat vasitələrinə aiddir.
Müqəddəs
Quranın möcüzələrindən biri də onun ehkamlarının bütün zamanlar və istənilən şərait
üçün tətbiq olunarlığıdır. Bundan başqa, insanlar bu hökmlərə riayət etmədikcə,
öz işlərini tam qaydaya sala bilməzlər. İnsan onlara tabe olduqda və onları
layiqincə yerinə yetirdikdə, o, doğru yolla gedən möminlərdən biri olur. Əgər
o, onlara itaət etməkdən boyun qaçırırsa və Məkkəyə həcc ziyarəti etmək istəmirsə,
onda o, dinin ağuşundan çıxır və kafir olur, axı Allahın Öz qullarına ehtiyacı
yoxdur.
ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ
(3.98)
“De: “Ey Kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda, nə üçün siz
Allahın ayələrini inkar edirsiniz?”
ﯬ ﯭ
ﯮ ﯯ ﯰ
ﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ ﯹﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ
(3.99)
“De: “Ey Kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün doğru
yolu əyri göstərməyə çalışıb iman gətirənləri Allah yolundan
sapdırırsınız?” Halbuki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir”.
Allah
artıq əvvəlki ayələrdə Kitab əhli üçün, onlar Muhəmməd Peyğəmbərə (s.ə.s.), öz
oğullarını tanıdıqları kimi, bələd olmalarına baxmayaraq, İslamın həqiqi din
olmasını təsdiq edən inandırıcı dəlillər gətirmişdi. Bu ayələrdə Onun möcüzələrinə
iman gətirməkdən boyun qaçırtdıqlarına və insanlara Onun yolu ilə getməyə
mane olduqlarına görə, Allah inadkarlıq edən Kitab əhlini qınayır. Bunun səbəbi
savadsız Kitab əhlinin öz mirzələrinə və din alimlərinə kor-koranə tabe
olmalarıdır. Onların cinayəti Fövqəluca Allaha məlumdur və buna görə də onların
hər birindən layiq olduqları əvəz çıxılacaqdır.
ﰁ ﰂ
ﰃ ﰄ ﰅ
ﰆ ﰇ ﰈ
ﰉ ﰊ ﰋ
ﰌ ﰍ ﰎ
ﰏ
(3.100)
“Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar
sizi, siz iman gətirdikdən sonra döndərib kafir edərlər”.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ
(3.101)
“Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz
necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola
yönəlmiş olar”.
Kitab əhlinin
yanlış baxışlarını ifşa edərək və onları kafirliyə və inadkarlıqlarına görə
qınayaraq, Fövqəluca Allah öz mömin qullarını onların aldada biləcəyindən xəbərdar
edir, çünki onların arasında elə adamlar var ki, müsəlmanlara zərbə vurmağa,
onları iman gətirdiklərindən sonra kafirliyə döndərməyə can atırlar.
Ey möminlər!
Allah sizə dindarlıq lütf etmiş, Öz dininin möcüzələrini göstərmiş, onun gözəlliyini
və üstünlüyünü sizə izah etmiş və sizə Öz Elçisini (s.ə.s.) göndərmişdir ki,
sizə fayda verməyə yarayan əməlləri göstərsin. Sizə onun ətəyindən möhkəm
yapışmaq imkanı verilmişdir. Məgər Kitab əhli bütün bunlardan sonra sizi öz
dininizdən döndərə bilərmi? Həqiqətən də, əgər din möhkəm və nurlu özül üzərində
qurulmuşsa, o, hökmən insanların qəlbini özünə cəlb edər və qullara ən şərəfli
yüksəkliklərə nail olmağa və onların ən müqəddəs arzularının həyata keçməsinə
imkan yaradar.
Sonra
Allah xəbər verir ki, insan Ona təvəkkül edərsə və Onun himayəsinə sığınarsa,
onda O, onu mütləq doğru yola yönəldər. Bu sözlərdə Allaha təvəkkül etməyə
çağırış əks olunmuşdur, çünki məhz belə etdikdə əmin-amanlıq əldə etmək və düz
yola çıxmaq olar.
ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ
(3.102)
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman
olduğunuz halda ölün!”
ﭱ ﭲ
ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ
(3.103)
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan
nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi
birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz
odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini
sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz”.
Bu ayələrdə
Allah Öz mömin qullarını Onun böyük mərhəmətinə görə razılıq bildirməyə və minnətdarlıq
etməyə, Ondan layiqincə qorxmağa, Ona qüsursuz itaət etməyə və Onun sözündən
çıxmamağa və bunları Onun xatirinə səmimiliklə yerinə yetirməyə dəvət edir.
Allah insanlara həqiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı
və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu
ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən,
birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər.
Allah müsəlmanlara,
O, onlara Özünün bu böyük lütfünü göstərənə qədər, onların hansı vəziyyətdə
olduqlarını xatırladır. Onlar dağınıq halda idilər və bir-biriləri ilə düşmənçilik
edirdilər, lakin Allah Öz dininin vasitəsilə onlara birləşmək üçün yardım
göstərmiş, onların ürəklərini həmahəng edərək onları qardaşlaşdırmışdır.
Onlar Cəhənnəm uçurumunun kənarında olduqları halda, Allah onları böyük müsibətdən
xilas edərək, xoşbəxtlik və uğur yoluna yönəltmişdir. Bu qayda ilə O,
insanlara Öz ayələrini izah edir ki, onlar Ona minnətdarlıqlarını bildirib,
düz yolla getsinlər və Onun ipindən möhkəm yapışsınlar.
ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠﮡ ﮢ
ﮣ ﮤ ﮥ
(3.104)
“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işləri görməyi buyuran və pis əməlləri
qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır”.
Allah müsəlmanlara
dinə möhkəm etiqad etməyi tapşırır və dini vəzifələrin yerinə yetirilməsinin ən
mühüm amili olaraq dəvətçi qruplarının təşkilini göstərir. Belə qrupların
yaradılması kifayət edir ki, o biri müsəlmanlar bu işdən azad edilsinlər. Dəvətçilər
dini yayaraq ətrafdakıları xeyirli əməllərə çağırmalı və insanlara dinin əsas və
ikinci dərəcəli məsələlərini öyrətməlidirlər. Onlar insanları elə əməllər etməyə
dəvət etməlidirlər ki, bu əməllər şəriət və ağıl sahibləri tərəfindən bəyənilmiş
olsun və həm də onları şəriətin qınadığı əməllərdən çəkindirsin. Belə insanlar
mütləq uğur qazananlardan olacaq, çünki onlar istədiklərini əldə edəcək və hər
cür dəhşətli və xoşagəlməz şeylərdən xilas olacaqlar.
Bu dəvətçilər
sırasına daxil olanlar İslam alimləridir. Onlar bilik əldə edərək şəriəti
insanlara təlim edir, mühazirələr oxuyur və ümumiyyətlə milləti bütövlükdə və
ayrı-ayrı insanları isə tək-tək tərbiyələndirirlər. Onlar ətrafdakıları namaz
qılmağa, zəkat verməyə, digər dini vəzifələri yerinə yetirməyə və qınanılan əməllərdən
saqınmağa dəvət edirlər. Milləti və ya hər hansı fərdi xeyirxahlığa dəvət edən,
ətrafındakılara faydalı nəsihətlər verən hər bir müsəlman sözsüz ki, belə dəvətçilərdəndir.
ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯﮰ ﮱ
ﯓ ﯔ ﯕ ﯖ
(3.105)
“Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi
olmayın. Onları böyük bir əzab gözləyir”.
Allah,
dini dərk etdikdən və aydın ayələri gördükdən sonra firqələrə ayrılanların
yolu ilə getməyi qadağan edir. Bildikləri onları dinin tələblərinə riayət etməyə
sövq etdirməli və onları birləşdirməli idi, lakin onlar ixtilafa düşdülər və
müxtəlif təriqətlərə bölündülər. Onlar həqiqəti bilmədiklərinə və
nadanlıqlarına görə deyil, bilərəkdən belə etdilər. Onların rəftarı bəd
niyyətlərinin və bir-birilərinə zalım münasibətin nəticəsi idi. Belə insanlara
böyük cəza hazırlanmışdır. Buna görə, sonra Allah bu böyük cəzanın başlayacağı
və əzabverici cəzanın kafirləri yaxalayacağı vaxt haqqında izah verir.
ﯗ ﯘ
ﯙ ﯚ ﯛﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
(3.106)
“O gün üzlər ağaracaq, üzlər qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən
sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!” – deyiləcəkdir”.
ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
(3.107)
“Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi
qalacaqlar”.
Allah Qiyamət günü xoşbəxt və bədbəxt insanlar
arasında olacaq fərqi bildirir. Həmin gün, Allaha iman gətirmiş və elçilərin
doğruçuluğunu qəbul etmiş, Allahın hökmlərini yerinə yetirmiş və Onun qoyduğu
qadağanlardan çəkinmiş xoşbəxt möminlərin üzü nurlanacaqdır. Allah onları Cənnət
bağlarına daxil edəcək, onları Özünün hər cür nemətləri ilə mükafatlandıracaq
və onlar orada əbədi qalacaqlar. Elçiləri yalançı hesab edən, Allahın hökmlərinə
itaətsizlik göstərən, dini bölərək çoxsaylı təriqətlər yaradan bədbəxt
günahkarların üzü isə qaralacaqdır. Onları: “Doğrudanmı siz iman gətirdikdən
sonra kafir oldunuz? Doğrudanmı siz haqq din əvəzinə kafirliyi üstün
tutdunuz?! İman gətirməkdən boyun qaçırtdığınıza görə dadın cəzanı!” – sözləri
ilə qınayacaqlar.
ﯵ ﯶ
ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ
ﯽ ﯾ ﯿ
ﰀ ﰁ
(3.108)
“Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq. Allah aləmlərə
haqsızlıq etmək istəmir”.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ
(3.109)
“Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda bütün işlər
Allaha qaytarılacaqdır”.
Fövqəluca
Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil etdiyi ayələrini şərəfləndirir.
Onların sayəsində həqiqəti yalandan, dindar möminləri isə Allahın düşmənlərindən
ayırmaq olar. Quran ayələri bəziləri üçün hazırlanmış mükafatlardan və digərləri
üçün də onları gözləyən cəzalardan bəhs edir. Ayələr belə əvəzin Fövqəluca
Allahın mərhəmətinə, ədalətinə və müdrikliyinə müvafiq olduğunu izah edir. O,
heç vaxt Öz qullarını incitmir, onların xeyirxah saleh əməllərinin əhəmiyyətini
əskiltmir, onları başqalarının əvəzinə cəzalandırmır və başqalarının əməllərinə
görə onları məsuliyyətə cəlb etmir.
Allah
Özünün hökmlərini və dinin tələblərini xatırladıqdan sonra, Özünün göylər və
yer üzərində hüdudsuz hakimiyyətindən bəhs edir. O, bildirir ki,
yaratdıqlarının bütün əməlləri Ona tərəf dönür və O, xeyirxah əməllərinə görə
möminləri mütləq mükafatlandıracaq və günahkarları isə itaətsizliklərinə görə cəzalandıracaqdır.
Allah Özünün üç növ qanunlarını tez-tez xatırladır ki, onları qullarına
anlatsın. O, Mütləq Hökmdardır; O, ilahi qədərinin qanunlarına, dinin qanunlarına
və ədalətli intiqam qanunlarına əsaslanır və O, bu dünyada da, Axirətdə də Öz
məxluqlarının taleyini Özü həll edir. Yaradılmışların özlərinə gəldikdə isə,
onlar Onun qərarlarından asılıdırlar və heç bir hakimiyyətə malik deyillər.
ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ
(3.110)
“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli millətsiniz. Siz yaxşı işlər
görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli
də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər
də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir”.
ﭸ ﭹ
ﭺ ﭻﭼ ﭽ
ﭾ ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
(3.111)
“Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı
olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz”.
Allah
bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən
üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi
sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər
görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki
insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda
verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin
vacib tələblərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar.
Ey müsəlmanlar!
Əgər Kitab əhli sizin iman gətirdiyinizə iman gətirsəydi, onda onlar doğru
yolla gedərdilər və öz xeyirləri üçün çalışardılar. Lakin onlardan çox az bir
hissəsi haqq dini mənimsəyirlər, çünki onların əksəriyyəti fasiqlərdir. Onlar
Allaha və Onun Elçisinə (s.ə.s.) itaətdən boyun qaçırır, möminlərə qarşı
döyüşür və hər vasitə ilə onlara ziyan vurmağa cəhd göstərirlər. Lakin onlar,
öz yaramaz danışıqları ilə narahatçılıq törətməkdən başqa, möminlərə heç bir zərər
vura bilməzlər. Onlar müsəlmanlarla vuruşmaya hazırlaşdıqda, geriyə qayıtmağa məcbur
olur və köməksiz qalırlar.
Bu öngörüm
doğru çıxmışdı, çünki hər dəfə Kitab əhli müsəlmanlarla döyüşməyə cəhd edəndə,
onlar geriyə dönməli olurdular, Fövqəluca Allah isə onlara qalib gəlməkdə
möminlərə kömək edirdi.
ﮅ ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ
(3.112)
“Onlar harada olursa olsunlar, Allahın və mömin insanların himayəsində
olanlar istisna olmaqla, onlara həmişə zəlillik qismət olar. Onlar
Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir. Bu cəza
ona görədir ki, onlar Allahın ayələrini inkar etmiş və bəzi peyğəmbərləri
haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asi olmuş və həddi
aşmışlar”.
Fövqəluca
Allah xəbər verir ki, yəhudilər – alçaldılmış xalqdır. Onlar hər yerdə qorxu
içində yaşamağa məcburdurlar və onlar öz təhlükəsizliyini ancaq sülh müqavilələri
sayəsində təmin etməyə nail ola bilirlər. Bunun üçün onlar İslamın hökmlərinə
itaət etməli və müsəlmanlara can vergisi verməli olurdular. Bəzən onlar başqa
xalqların himayədarlığından istifadə edirdilər ki, bu keçmiş və müasir tarixin
çoxsaylı nümunələri ilə təsdiqlənir. Hətta son illərdə yəhudilərin müvəqqəti
olaraq Fələstin torpaqlarına sahib çıxmaları, təkcə onlar üçün bütün zəruri şəraiti
yaradan qüdrətli dövlətlərin köməyi ilə mümkün ola bilmişdir.
Allah yəhudilərə
qarşı qəzəblənərək, onları alçalmaya və kasıblamağa ona görə məruz qoyur ki,
onlar Allahın ayələrinə iman gətirməkdən boyun qaçırır və peyğəmbərləri
insafsızcasına öldürürdülər. Bu cinayətlər onların nadanlığının və məlumatsızlığının
deyil, onların zalımlığının və inadkarlıqlarının nəticəsiydi. Yəhudilər öz Rəbbinə
itaətdən boyun qaçırmış, cinayətlər törətmiş və buna görə ən ağır cəzaya layiq
ediliblər. Allah onlarla ədalətsiz davranmamışdı və onları törətmədikləri cəzaya
görə cəzalandırmamışdı. O, onları ədalətsizliklərinə, zalımlıqlarına, kin-küdurətlərinə,
Allahın elçilərinə iman gətirmədiklərinə və yaramaz cinayətlərinə görə sərt cəzaya
düçar etmişdi.
ﮫ ﮬ ﮭﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
(3.113)
“Hamısı eyni deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat
vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar”.
ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬ
(3.114)
“Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işləri görməyi buyurur, pis
əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndir”.
ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲﯳ
ﯴ ﯵ ﯶ
ﯷ
(3.115)
“Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır”.
Fövqəluca
Allah Kitab əhlinin yolunu azmasını xatırlatdıqdan sonra, onların arasından
doğru yolla gedənlərin məziyyətləri və əməllərindən bəhs edir. Onların arasında
elələri var ki, dinin fərz və nafilə hökmlərini qüsursuz yerinə yetirirlər.
Onlar Allaha və Axirət gününə inanır, xeyirxah əməllər etməyi əmr edir və
günahlardan çəkindirirlər. Bununla əlaqədar Fövqəluca Allah buyurur: “Musanın
qövmündən elə bir camaat vardır ki, haqq ilə insanları doğru yola yönəldir
və onun sayəsində ədalətlə hökm verirlər” (Əraf, 7/159).
Onlar təkcə
xeyirxah əməllər etməklə qane olmurlar – belə əməlləri etməyə tələsirlər, bu isə
o deməkdir ki, onları əməlisalehlik, mükafatı əldən qaçırmamağa can atmaq və
yaxşı işləri, onların vacib şərtlərinə və bəyənilən tələblərinə riayət edərək,
layiqincə yerinə yetirmək kimi keyfiyyətlərlə səciyyələndirmək olar.
Fövqəluca
Allah belə insanlardan hər hansı böyük və ya kiçik sədəqəni qəbul edir, çünki
bu əməllər onların imanının və səmimiyyətinin nəticəsidir. Allah belə əməlləri
rədd etmir və onların əvəzi ödənilmədən unudulmasına yol vermir. O, müttəqilər,
xeyirxah əməl işləyənlər və Onun mərhəmətini qazanmaq məqsədilə və Onun
mükafatına ümid bəsləyərək günahdan çəkinənlər haqqında hər şeyi bilir.
ﭑﭒ ﭓ ﭔﭕﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟﭠﭡﭢ ﭣﭤﭥ
(3.116)
“Kafirlərin malları da, övladları da onlara Allahın qarşısında heç bir şeydə
fayda verə bilməz. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar”.
ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ
ﭵ ﭶﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
(3.117)
“Onların bu dünya həyatında sərf etdiklərinin məsəli, özlərinə zülm edən
adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin məsəlinə bənzəyir.
Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər”.
Fövqəluca
Allah izah edir ki, Onun ayələrini inkar edən və Allahın elçilərini yalançı
sayan kafirləri heç kim Onun əlindən qurtara bilməz. Allah qarşısında heç kim
onlara kömək etməz və heç kim onlara havadar çıxmaz. Hətta ən çətin anlarda güvəndikləri
var-dövlət və övladları onlara heç bir rahatlıq gətirə bilməyəcəklər, öz
yalanlarını ört-basdır etmək ümidi ilə bu dünyada verdikləri bütün ianələr
faydasız və puç olacaq. Onların məsəli sərt şaxtalı küləyin və ya odlu
qasırğanın məhv etdiyi taxıla bənzər. Bunun əsil səbəbi – onların ədalətsizliyi
və zalımlığıdır. Allah onlarla ədalətsiz davranmayacaq və onları etmədikləri
günahlara görə cəzalandırmayacaq. Əksinə, onlar özləri özlərinə zülm etmişlər.
Quranın
buna bənzər bir ayəsində deyilir: “Şübhəsiz ki, kafir olanlar insanları Allah
yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra
bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər...” (Ənfal,
8/36).
ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ ﮕﮖ ﮗ
ﮘ ﮙ ﮚﮛ ﮜ
ﮝ ﮞ ﮟ .
(3.118)
“Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə
qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər.
Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində
gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri
artıq sizə bəyan etdik”.
ﮠ ﮡ
ﮢ ﮣ ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓﯔ ﯕ
ﯖ ﯗﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ
(3.119)
“Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər.
Siz nazil olan Kitabların hamısına inanırsınız. Onlar sizinlə
rastlaşanda: “Biz iman gətirdik!” – deyirlər, təklikdə qalanda isə sizə qarşı
qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki,
Allah kökslərdə olanı bilir”.
Allah
qullarını kafirlərlə dostluq etməmək barədə xəbərdar edir və müsəlmanlara
onları, öz sirrini və ya digər müsəlmanların sirlərini etibar etmək mümkün olan
yaxınları və ya yaxın dostları kimi hesab etməyə qadağa qoyur. Bununla
yanaşı Allah qullarına kafirlərlə yaxın dostluqdan niyə çəkinməli olduqlarını
da aydınlaşdırır.
Ey möminlər!
Kafirlər heç vaxt sizə zərbə vurmaq imkanını əldən buraxmırlar. Onların sözləri
və dedikləri böhtanları sizə qarşı onların amansız nifrət bəslədiklərini təsdiq
edir, onların ürəklərində gizlənən nifrət və kin isə, onların sözlərindən və rəftarından
hiss etdiyiniz qərəzli münasibətdən daha da şiddətlidir. Allah əsil vəziyyəti
sizə olduğu kimi izah edir və əgər siz ağıllı və sağlam təfəkkür sahibisinizsə,
onda hər şey sizə gün kimi aydın olacaqdır.
Gəlin bu məsələyə
digər tərəfdən yanaşaq. Əgər sizə məlum olsa ki, onlar dini məsələlərdə haqdan
son dərəcə yayınmışlar və sizə yaxşı əməllərinizə görə minnətdar olmaq istəmirlər,
onda siz niyə kafirləri sevməli və onları öz yaxın dostlarınız və yaxınlarınız
kimi hiss etməlisiniz? Siz qəti olaraq Allahın elçilərinin yolu ilə gedirsiniz,
Allahın göndərdiyi bütün peyğəmbərlərə inanırsınız və Onun nazil etdiyi bütün
Kitabları qəbul edirsiniz, amma onlar isə ən şərəfli Kitaba və ən şərəfli Elçiyə
(s.ə.s.) iman gətirməkdən boyun qaçırırlar. Siz onlara səmimiyyətlə ürəyiyananlıq
edirsiniz, onlara xeyirxahlıq diləyirsiniz, amma onlar bu hisslərin cüzi bir
qismini də sizə bəsləmirlər. Doğrudanmı siz, sizi sevməyənləri və qarşınızda
riyakarlıqla yaltaqlananları sevə bilərsiniz? Onlar sizinlə rastlaşanda iman gətirdiklərini
bildirirlər. Öz həmkarları ilə təklikdə qalanda isə, onlar sizə və dininizə
olan qəzəb və hiddətlərindən barmaqlarının ucunu çeynəyirlər. Qoy onlar
İslamın əzəmətini və kafirliyin alçaqlığını öz gözləri ilə görüb əmin olduqda
nifrətdən çatlayıb ölsünlər. Bu onlara çox xoşagəlməz şeylərin acısını
udduracaq və onda onlar öz kinindən öləcək və niyyət etdiklərini törədəcəklərindən
də əl çəkə bilməyəcəklər.
Allah,
insanların qəlbində gizlənən hər şeydən xəbərdardır və buna görə də O, iman gətirən
qullarına, İslam dini ilə düşmənçilik edən kafirlərin və münafiqlərin əsil
niyyətləri və hisslərini açıqlayaraq izah edir.
ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ
(3.120)
“Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz
verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız,
onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə
etdiklərini əhatə edir”.
Ey müsəlmanlar!
Siz özünüzü yüksəklikdə hiss etdikdə və ya qələbə çaldıqda, xoşbəxt bir həyat
yaşadıqda və nemətlərdən həzz aldıqda, kafirlər olduqca kədərlənirlər. Düşmənləriniz
sizə üstün gəldikdə və müsibətlər sizi haqladıqda, onlar şadyanalıq edir və
sevinirlər. Həqiqətən, belə rəftar ancaq ən qəddar düşmənlərə xasdır.
Kafirlərin
müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini
xatırlatdıqdan sonra Fövqəluca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir
etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr,
onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz
elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları
da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda
heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.
ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ ﯾﯿ ﰀ
ﰁ ﰂ ﰃ
(3.121)
“O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək
üçün səhər tezdən ailəndən ayrılıb getdin. O, Eşidəndir, Biləndir!”
Burada Muhəmməd
Peyğəmbərin (s.ə.s.) müsəlmanlarla birlikdə, qoşunları Uhud dağının
yaxınlığında dayanmış müşriklərə qarşı döyüşə getməsindən bəhs edilir. Peyğəmbər
(s.ə.s.) müsəlmanları döyüş mövqelərində yerləşdirdikdən sonra, onların
arasında vəzifələrini müəyyənləşdirdi və onları döyüş qaydasında düzdü. Bu
onun (s.ə.s.) həm siyasətdə və həm də döyüş sənətində heyranedici qabiliyyətə və
kamil biliklərə malik olduğunu təsdiq edirdi. Peyğəmbərin (s.ə.s.) məziyyətləri
doğrudan da bütün sahələr üzrə qüsursuz idi. Allah isə Eşidəndir və Biləndir və
heç bir şey Onun nəzərindən yayına bilməz.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘﭙ ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ
(3.122)
“O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların
yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər”.
Döyüş
zamanı Bəni-Sələmə və Bəni Xarisə qəbilələri ruhdan düşməyə hazır idilər, lakin
Yaradan onlara rəhm edərək, qayğılarına qaldı və onlara yardım etdi. Qoy iman gətirənlər
Bir Olan Allaha təvəkkül etsinlər, axı onlar belə etsələr, O, hökmən onlara
kifayət qədər kömək göstərər və həm dində və həm də bu dünyada hər hansı
narahatçılıqlardan xilas edər.
Bu və buna
bənzər ayələr, (gücü insanın imanından asılı olan) Allaha təvəkkülün zəruriyyətini
xüsusilə vurğulayır. Təvəkkül qulun, Rəbbinin ona uğur qazanmaqda kömək edəcəyinə
və onu hər cür xoşagəlməz hadisələrdən qoruyacağına bəslədiyi ümididir.
ﭟ ﭠ
ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ
(3.123)
“Siz zəif olduğunuz halda Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan
qorxun ki, bəlkə şükür edəsiniz”.
Ühüd
döyüşləri zamanı müsəlmanlara düçar olmuş böyük bəlanı xatırladıqdan sonra Fövqəluca
Allah Bədrdəki qələbini və həmin döyüşdə onlara göstərdiyi lüffünü də yada
salır ki, onlar təsəlli tapsınlar və öz Rəbbinə minnətdarlıq etsinlər. Bədr
döyüşləri zamanı müsəlmanların sayı az idi və onlar pis təchiz olunmuşdular.
Onların qoşununun sayı cəmisi 310 nəfərdən bir qədər çox idi, silahları köhnəlmiş
və az sayda olduğu halda, düşmən qoşununun sayı min nəfərə çatırdı və onların
hamısı yaxşı silahlanmış və təchiz edilmişdilər. Qoy müsəlmanlar Allahdan
qorxsunlar və Rəbbə minnətdar osunlar ki, O, onlara düşmən üzərində qələbə bəxş
etdi.
ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
(3.124)
“O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə
çatması, sizə bəs etmirmi?”
ﭹﭺﭻﭼﭽﭾﭿﮀ
ﮁﮂ ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
(3.125)
“Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin
üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlamış beş min mələklə sizə yardım edər”.
Söhbət cəsarəti
və igidliyi ilə xüsusi qeyd olunmuş mələklərdən gedir. Alimlər mələklərin
döyüşdə bilavasitə iştirak edib etməməsi məsələsi barəsində müxtəlif rəylər
bildirmişlər. Bəzi təfsirçilər hesab edirdilər ki, mələklər döyüşdə
bilavasitə iştirak etmişdilər, lakin əksəriyyətinin rəyinə görə Allah mömin
qullarının ruhunu möhkəmlətmək və müşriklərin ürəyinə qorxu salmaq istəyirdi
ki, bu şərhin xeyrinə aşağıdakı ayə dəlalət edir:
ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ
(3.126)
“Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakitləşsin deyə etdi. Kömək
yalnız Qüdrətli və Müdrik Allahın dərgahındandır”
ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
(3.127)
“ki, kafirlərin bir qismini qırğına versin və ya onları darmadağın etsin ki, məyus
halda geri dönsünlər”.
Bu ayələrdən
aydın olur ki, qul dünyəvi səbəblərə deyil, Qüdrətli Allaha təvəkkül etməlidir,
hərçənd dünyəvi səbəblər, xüsusilə də onların bolluğu, insanın qəlbinə təskinlik
gətirir və əməlisaleh yoldan yayınmamağa kömək edir. Allah mütləq Öz iman gətirmiş
qullarına qələbə bəxş edəcək və bunun nəticəsində ya kafirlərin bir qismi həlak
olar, ya da onlar döyüş meydanından acıqlı və arzu etdiklərini əldə edə bilmədiklərinə
görə məyus halda qayıdarlar. Xəndək döyüşü zamanı məhz belə olmuşdu – kafirlər
özlərinin tezliklə qazanacaqları qələbənin intizarında olduqları bir zamanda,
Allah onları kor-peşman və azğınlıq içində geri qayıtmağa məcbur etdi.
Подписаться на:
Сообщения (Atom)